Məhkəmə qərarları › İş №1(101)-882/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-882/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-882/2025 27.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, 2 avqust 1984-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Sadiq” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxsin və qeyrilərinin naməlum şəraitdə və vaxtda yük daşıma şirkəti olan "xxxx" MMC-nin İran İslam Respublikası ərazisində yerləşən anbarına həmin şirkətin Bakı şəhərində yerləşən anbarından cinayətkar qrupun digər üzvü olan Təqsirləndirilən şəxs təhvil alması məqsədi ilə verdiyi və 20 mart 2024-cü il tarixdə saat 22:21-də “Kamaz” markalı, Az seriyalı **-BA-*** və həmin avtomobilin qoşqusu olan AZ seriyalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə Azərbaycan Respublikası Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Astara keçid məntəqəsindən gömrük yoxlamalarından aşkar edilmədən keçərək "xxxx" MMC-nin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzindəki anbarına gətirilmiş silikon qabların içərisində gizlədilmiş formada olan külli miqdarda - 5439,21 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs 2024cü ilin aprel ayının əvvəllərində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib həmin narkotik vasitənin bir qismini öz üzərində, digər qismini isə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə daşımaqla orada saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 aprel 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq DİN-in Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsində həmin tarixdə saat 18:15-dən etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan torbada qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq qaçaqmalçılıqla ölkə ərazisinə keçirilmiş satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı xeyli miqdarda, yəni 51,67 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 aprel 2024-cü İl tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən bir otaqlı mənzilə özünün icazəsi və iştirakı ilə keçirilən baxış zamanı tək otaqlı evin giriş hissəsindən sol tərəfdə yerləşən silikon qabların içərisindən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq qaçaqmalçılıqla ölkə ərazisinə keçirilmiş satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 98 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 52,66 qram; 35,34 qram; 48,44 qram; 61,79 qram; 55,88 qram; 45,87 qram; 63,32 qram; 51,90 qram; 60,70 qram; 54,96 qram; 53.43 qram; 62,37 qram; 59,38 qram; 60,70 qram; 43,20 qram; 59,84 qram; 56,05 qram; 61.44 qram; 60,69 qram; 49,37 qram; 51,81 qram; 51,63 qram; 49,36 qram; 60,13 qram; 56,26 qram; 55,51 qram; 52,23 qram; 44,96 qram; 75,19 qram; 54,75 qram; 55,98 qram; 58,60 qram; 59,90 qram; 44,31 qram; 57,32 qram; 55,54 qram; 54,43 qram; 60,93 qram; 56,93 qram; 48,95 qram; 49,51 qram; 56,60 qram; 46,21 qram; 48,35 qram; 56,51 qram; 15 16 55,96 qram; 53,20 qram; 49,02 qram; 60,38 qram; 32,75 qram; 42,88 qram; 57,52 qram; 55,02 qram; 60,75 qram; 59,25 qram; 57,14 qram; 58,35 qram; 48,35 qram, 52,70 qram; 58,80 qram; 52,20 qram; 53,61 qram; 55,17 qram; 49,75 qram; 56,88 qram; 59,08 qram; 58,32 qram; 47,87 qram; 66,25 qram; 57,58 qram; 69,80 qram; 54,29 qram; 48,46 qram; 57,56 qram; 42,82 qram; 52,64 qram; 52,35 qram; 54,72 qram, 49,65 qram; 58,61 qram; 50,44 qram; 56,63 qram; 57,48 qram; 57,40 qram; 56,88 qram; 53,29 qram; 55,47 qram; 55,99 qram; 73,75 qram; 58,53 qram; 58,82 qram; 59,42 qram; 57,32 qram; 60,72 qram; 46,75 qram; 61,83 qram; 53,31 qram; 54,50 qram, olmaqla ümumilikdə çəkisi külli miqdarda - 5387,54 qram çəkidə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 ə 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 6 aprel 2024cü il tarixdə “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Orada üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, karqo şirkəti ilə tanış deyildir. Hadisədən 2-3 ay qabaq İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Sonuncu ona kley göndərməli idi. Həmin karqonu İİR vətəndaşı təşkil etmişdir. Sonuncu ona pul göndərməmişdir. O, İİR-in vətəndaşı ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə danışmışdır. Həmin şəxs malın təhvil alınması ilə bağlı Sədərək Ticarət Mərkəzi ilə razılaşmışdır. Hər satılan maldan əldə edilən qazanc onun və İİR-in vətəndaşı arasında bölünməli idi. O, fərdi qaydada ev ustası işləmişdir. Kleyi bir usta kimi iş zamanı istifadə etmişdir. Kleyin maya dəyəri və ya həmin malın gömrükdə rəsmiləşdirilməsi barədə məlumatı yoxdur. İİR-in vətəndaşı tərəfindən göndərilən kleyin qiyməti barədə məlumatı olmamışdır. Malları evə gətirəndən sonra bağlamaları açarkən içərisində kley əvəzinə başqa bir maddə olduğunu görmüşdür. Həmin narkotik vasitədən istifadə etməmişdir. Tərəzi polis əməkdaşları tərəfindən aşkar olunmuşdur. Ancaq həmin tərəzi ona məxsus deyil. Bağlamaların içərisində nə olduğu ona məlum olmamışdır. Bağlamaları açdıqdan sonra onların içərisində şübhəli bir maddə görmüşdür. Ancaq o, həmin maddənin narkotik vasitə olduğunu bilməmişdir. Polis əməkdaşları hadisə günü onu təxminən saat 14:30 radələrində saxlamışlar. İİR vətəndaşı hadisədən 2-3 ay qabaq ona sosial şəbəkəsi vasitəsi ilə yazmışdır. Həmin şəxs hadisədən qabaq ona mal göndərməmişdir. Hadisədən uzun müddət keçdiyindən polis əməkdaşı Şahid1 onun saxlanılmağında iştirak etdiyini dəqiq olaraq xatırlamır. İbtidai istintaq dövründə təzyiq altında ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyası yaxınlığında ailəsi ilə birlikdə ünvanını tam dəqiqliklə bilmədiyi ünvanda kirayə yaşamışdır. Bakı şəhərinə yenicə gəlmiş, əvvəllər Cəlilabadda yaşamışdır. Təxminən 2-3 ay əvvəl Whatsapp mobil tətbiqində tanımadığı nömrədən zəng gəlmiş, həmin şəxs adının Sadıq olduğunu, özünün İran İslam Respublikası vətəndaşı olduğunu bildirmişdir. Həmin şəxsdən nə üçün zəng etdiyini soruşduqda sonuncu narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar əməkdaşlıq etməyi təklif etmişdir. O, əvvəlcə razılaşmamış, lakin, bir müddət sonra həmin şəxs bu işlə yaxşı pul qazanmağın mümkün olduğunu demişdir. Odur ki, maddi vəziyyəti pis olduğu üçün onunla razılaşmış və işin nədən ibarət olduğunu soruşmuşdur. Sadiq özünün qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına qanunsuz olaraq narkotik vasitə keçirəcəyini bildirmiş və həmin narkotik vasitənin Azərbaycanda qəbul edilməsi, onun burada dövriyyəsi ilə əlaqədar kömək etməyini xahiş etmişdir. Onunla razılaşmış və bundan sonra Sadiq ölkəyə narkotik vasitə qurudulmuş marixuana keçirəcəyini, onu sonradan Bakı şəhərinin istənilən yerinə qoymağı müqabilində ən sonda ona 3000 manat verəcəyini demiş, bu işin təhlükəli olduğunu Sadiqə bildirdiyi zaman sonuncu ona narahat olmamağını, narkotik vasitə marixuananın aşkar edilməməsi üçün onları silikon qabların içərisinə yerləşdirəcəyini, rəsmi yükdaşıma şirkəti (karqo) vasitəsi ilə onları Azərbaycana gətirəcəyini demişdir. Sadiq bu işin həlli üçün karqonun-yükün göndəriləcəyi şəxsin anket məlumatlarının lazım olduğunu demiş və ona şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. Bundan sonra Sadiq həmin malların ölkəyə gəlməsinin müəyyən vaxt çəkəcəyini, özünün Bakıda onları müvəqqəti saxlamağa yer tapmağını demişdir. Odur ki, elan saytlarının birindən Xalqlar metrostansiyasının yaxınlığında, tam dəqiqliklə isə ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzili aylıq 300 manat olmaqla kirayə götürmüş, eyni zamanda 8-ci km bazarı adlanan ərazidən narkotik vasitəni çəkmək üçün tərəzilər almışdır. Sadiqlə danışdığı zaman o, malların hazır olduğunu, onu ölkəyə göndərəcəyini demiş və bir müddət sonra onların gömrükdən keçərək onun adına Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Avrasiya İran karqo” şirkətinə göndərildiyini bildirmişdir. İranlı şirkətə yaxınlaşaraq adına silikon yapışqanların gəldiyini bildirib şəxsiyyət vəsiqəsini təqdim etməsini və içərisində narkotik olan silikon qabları təhvil almağı təlimat vermişdir. Lakin, o, karqo şirkətinin onların içərisində narkotik vasitə olmasından xəbəri olmadığını və bu barədə ağzından heç yerdə nəsə qaçırmamağını tapşırmışdır. Həmin malların hansı üsul ilə gömrük sərhədlərindən keçirildiyindən məlumatı yoxdur. Odur ki, tutulmamışdan təxminən 4-5 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin yaxınlığında həmin şirkətin ofisinə getmiş və iranlının dediyi kimi silikon qablar göndərildiyini demişdir. Orada olan əməkdaşlardan biri həqiqətən də malların gəldiyini demiş və yaxınlıqdan taksi tapıb malları həmin maşın vasitəsi ilə kirayə tutduğu ünvan 2 ünvanında yerləşən evə aparmış, evdə həmin qabları bir-bir sökərək içərisindən marixuana olan bükümləri çıxarmağa başlamış, çıxardığı bükümləri kənara qoymuşdur. Lakin, bütün bükümləri tutulduğu vaxta kimi çıxara bilməmişdir. 6 aprel 2024-cü il tarixdə saat 17 radələrində yenidən silikon qablarını sökmək məqsədi ilə həmin mənzilə piyada getmişdir. Həmin gün saat 17:00 radələrində Nizami rayonunda kirayə tutduğu evin yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd torbanı təqdim etmiş, həmin torbanın içindən açıq yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuana aşkar olunmuşdur. Üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd açar, “Samsung” və “Redmi" markalı mobil telefonlar, həmin şalvarın sol arxa cibindəki pul qabının içindən 1 (bir) AZN pul, **********510157 nömrəli bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuş, qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 68 qram (altmış səkkiz qram) olmuşdur. Həmin kütlə qablaşdırılmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartı, şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşyalar və pul ona geri qaytarılmışdır. Verilən suallara cavab olaraq, aşkar olumuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Sadıq” adlı şəxsin vasitəsi ilə 4 (dörd) gün əvvəl Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin yaxınlığında gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi narkotiklərin qarşılığında Sadıqın ona 1000 (min) AZN pul verəcəyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, ***-***-**-** və ***-***-**-** nömrələrini işlətdiyini, əlavə olaraq Nizami rayonunda yerləşən evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə ünvan 2 ünvanına getmişlər. Həmin tək otaqlı evin girişindən sol tərəfdə yerləşən 3 (üç) ədəd qutunu və yerə sərilmiş halda olan büküm halındakı kütlələri təqdim etmiş, qutuların içindən üzərində “Top+” sözləri yazılan silikon qablar aşkar olunmuşdur. Həmin silikon qablarının içindən isə əlavə büküm halında olan açıq yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuana bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra yerə sərilmiş bükümlərə baxılmışdır. Həmin bükümlərin içindən açıq yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuana kütlələri aşkar olunmuşdur. Baxış zamanı içi açılan silikon qablarından çıxarılmış və əvvəlcədən otaqda yerə sərilmiş bükümlərin ümumi sayı 39 (otuz doqquz) ədəd, geriyə qalan slikon qablarının sayı isə 59 (əlli doqquz) ədəd olmuşdur. Həmin qutuların içindən əlavə olaraq 2 (iki) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra 39 (otuz doqquz) ədəd büküm halında olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 2 kq 280 qram (iki kq iki yüz səksən qram) olmuşdur. Sonra 59 (əlli doqquz) ədəd slikon qabların içində olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 14 kq 965 qram (on dörd kq doqquz yüz altmış beş qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər 3 (üç) ədəd qutuda və 1 (bir) ədəd torbada əlverişli işıqlı şəraitdə qablaşdırımış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür (cild 1, iş vərəqi 87-91). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Hadisə baş verən gün Nizami rayonu, İ.İsmayılov küçəsində yerləşən yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və Din-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. İdarənin xidməti otaqlarının birində şəxsin üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirmişdir. Şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı ünvana baxış keçirilmişdir. Evə baxış zamanı oradan gömrük yolu ilə gətirilmiş 98 bükümdə içərisi narkotik vasitə olan marixuana ilə dolu silikon qablar aşkar edilmişdir. Evə baxış zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayaraq Lökbatan qəsəbəsi ərazisində naməlum bir şəxsdən əldə etdiyini və həmin narkotik vasitələri gəlir əldə etmək məqsədi ilə İran İslam Respublikasının vətəndaşının göstərişi ilə onun qeyd etdiyi yerlərə yerləşdirəcəyini bildirmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrini Lökbatan ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Onlar sonradan şəxsin qeyd etdiyi ərazini araşdırmış, ancaq həmin ərazidə kamera görüntüləri olmadığından narkotik vasitəni əldə etdiyi şəxsi aşkar edə bilməmişlər. Gömrükdə həmin silikon qablar avadanlıq üzərindən keçirilən zaman monitor həmin silikon qabların içərisində narkotik vasitə olduğunu müəyyən edə bilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq “Sadıq” adlı İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkə vasitəsi ilə tanış olduğunu, maddi vəziyyəti pis olduğundan gəlir əldə etmək üçün bu əməli törətdiyini və həmin silikon qablarının içərisində narkotik vasitə olduğundan xəbərsiz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfimizdən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Sonuncu məktəbin yaxınlığında olan 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yaşamışdır. İbitidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 147-149). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, uzun müddətdir ki, “Avrasiya” karqosunda işləmişdir. Həmin şirkətin anbar və ofisi Sədərək Ticarət Mərkəzində Təsərrüfat Bazarı 9-cu sırada yerləşmişdir. İşlədiyi şirkətin digər ofisləri də İran Respublikasının Tehran və Təbriz şəhərlərində olmuş, şirkətdə vəzifəsi malların yığılıb-boşaldılması, onların sifarişçilərə təhvil verilməsindən ibarətdir. Adətən onlar malları Təbriz və Tehran şəhərlərindən verilən sifarişlər əsasında Bakıdakı müştərilərə çatdırmışdır. Mallar daimi olaraq Astara şəhərində yerləşən X1 yoxlanıldıqdan sonra anbarlarına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs hadisə baş verdiyi ərəfələrdə tanımışdır. Belə ki 2024-cü ilin aprel ayının əvvəllərində Mübariz istifadəsində olan mobil nömrəyə zəng edərək silikon qablar sifariş etdiyini, onların anbara gəlib-gəlmədiyini soruşmuşdur. Həmin malların hələ ki gəlmədiyini bildirib malların məlumatlarını ondan soruşmuşdur. Bir neçə gün sonra isə həmin mallar anbara daxil olmuş və Mübarizə zəng edərək malların anbara gəldiyini bildirmişdir. Mübariz həmin gün anbara gələrək malları götürüb getmiş və bir daha Mübarizi görməmişdir. Həmin silikon qabların içərisində narkotik vasitələr gizlədildiyi onda ifadə verdiyi zaman aydın olmuşdur (cild 1, iş vərəqi 169-171). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 2 ildir "xxxx" MMC-nin direktorudur. Fəaliyyət istiqamətləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə sifariş edilmiş malların daşınması olmuşdur. Şahid3 şirkətdə fəhlə kimi işləmiş və texniki işlərdən də məsul olmuşdur. Onun vəzifəsi yüklərin boşaldılması, həmin yüklərin müştərilərə çatdırılması və telefon zənglərinə cavab verilməsindən ibarət olmuşdur. Tehran və Təbriz şəhərlərində ofisləri mövcud olmuş, gətirdikləri yüklər daimi olaraq X3n ölkəyə daxil olmaqla, yüklər ölkəyə daxil olduqdan sonra həmin yük avtomobilinə GPS cihazı quraşdırılıb avtomobilin yük yerinin açılmamasını təmin etmək məqsədi ilə onun qapısına 7 xüsusi qıfıl vurulmuşdur. Bundan sonra avtomobil Bakı şəhəri Baş Gömrük İdarəsinə gətirilmiş və oradan malları təhvil alaraq Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzi Təsərrüfat Bazarı 9-cu sırada yerləşən anbarlarına aparıb müştərilərə təhvil vermişlər. Təqsirləndirilən şəxs əvvəllər heç vaxt tanımamışdır. Ümumiyyətlə, həmin şəxsi heç vaxt görməmişdir. Adətən gətirilən malların gömrük sənədləşdirilməsini apardığı üçün adətən ofis və anbarda deyil, gömrük məntəqəsinin həyətində olmuşdur. 2024-cü ilin mart ayının ortalarında şirkətlərinin İranda yerləşən ofislərinin birindən silikon qabların Bakı şəhərində yerləşən anbarlarına çatdırılması və oradan da Təqsirləndirilən şəxs təhvil verilməsi təklif edilmişdir. Bundan sonra həmin mal **-BA-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobil ilə birlikdə Azərbaycan Respublikası istiqamətinə doğru hərəkətə başlamışdır. Həmin avtomobil şirkətlərinin mülkiyyətində olmamış, icarə əsasında götürülmüşdür. 20 mart 2024-cü il tarixdə həmin avtomobil Azərbaycan Respublikasının ərazisinə X3 keçməklə daxil olmuş, həmin gömrük məntəqəsində müxtəlif yoxlamalara məruz qalmış və avtomobildə gömrük əməkdaşları tərəfindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra avtomobilin üzərində GPS cihazı quraşdırılmışdır. Həmin cihazın quraşdırılmasının məqsədi avtomobilin yol boyu dayanma və durmasının qarşısını almaqdan ibarət olmuşdur. Avtomobil qısa müddət ərzində Bakı şəhəri Baş Gömrük İdarəsinin İpəkyolu yükboşaltma terminalına yerləşdirilmiş və orada avtomobil bir daha yoxlanılmışdır. Orada da avtomobildən qeyri-qanuni hər hansı əşya aşkar edilməmişdir. Həmin ərəfələr bayram və gömrük əməkdaşlarının qeyri-iş günlərinə təsadüf etdiyinə görə gömrük sənədləşdirilməsi nisbətən vaxt aparmış və həmin malları mümkün olan ən tez müddətdə, yəni 25 mart 2024-cü il tarixdə bəyan edə bilmişdir. Bundan sonra bayramla əlaqədar yaranmış növbə nəticəsində bir neçə gün sonra həmin malları götürərək şirkətlərinin ofisinə gəlmiş və orada anbara yerləşdirmişdir. Sonradan məlum olmuşdur ki, 2024-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs şirkətin ofisinə gələrək həmin malları təhvil almışdır. Həmin silikon qabların içərisində narkotik vasitələr gizlədildiyi ona sonradan aydın olmuşdur (cild 1, iş vərəqi 172-175). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 2 ildir "xxxx" MMC-nin təsisçisidir. Fəaliyyət istiqamətləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə sifariş edilmiş malların daşınmasından ibarət olmuşdur. Şahid3 şirkətdə fəhlə kimi işləmiş, onun vəzifəsi yüklərin boşaldılması, həmin yüklərin müştərilərə çatdırılması və telefon zənglərinə cavab verilməsindən ibarətdir. Tehran və Təbriz şəhərlərində ofisləri mövcuddur. Yüklər daimi olaraq X3n ölkəyə daxil olmuş, ölkəyə daxil olduqdan sonra həmin yük avtomobilinə GPS cihazı quraşdırılaraq avtomobilin yük yerinin açılmamasını təmin etmək məqsədi ilə onun qapısına xüsusi qıfıl vurulmuşdur. Bundan sonra avtomobil Bakı şəhəri Baş Gömrük İdarəsinə gətirilmiş və oradan malları təhvil alaraq Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzi Təsərrüfat Bazarı 9-cu sırada yerləşən anbarlarına aparıb müştərilərə təhvil vermişlər. Şahid6 bacısı oğludur və o adətən malların gömrükdən keçirilməsi, ofisə nəzarət edilməsi kimi vəzifələri icra etmişdir. Faktiki şirkətə rəhbərliyi isə özü həyata keçirmişdir. Təqsirləndirilən şəxs əvvəllər heç vaxt tanımamış, həmin şəxsi heç vaxt görməmişdir. Ümumiyyətlə müştərilərlə ünsiyyətdə olmamış, müştərilər və malların qəbul edilməsi ilə İşçiləri məşğul olmuşdur. Sonradan aydınlaşdırmışdır ki, 2024-cü ilin mart ayının ortalarında İran İslam Respublikasının Təbriz şəhərində yerləşən ofislərin birindən silikon qabların Bakı şəhərində yerləşən anbara çatdırılması və oradan da Təqsirləndirilən şəxs təhvil verilməsi sifariş verilmişdir. Bundan sonra həmin mal **-BA-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobil ilə birlikdə Azərbaycan Respublikası istiqamətinə doğru hərəkətə başlamışdır. Həmin avtomobil icarə əsasında götürülmüşdür. 20 mart 2024-cü il tarixdə həmin avtomobil Azərbaycan Respublikasının ərazisinə X3 keçməklə daxil olmuşdur. Qeyd edilən avtomobil həmin gömrük məntəqəsində müxtəlif yoxlamalara məruz qalmış və avtomobildə gömrük əməkdaşları tərəfindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra avtomobilin üzərində GPS cihazı quraşdırılmış, həmin cihazın quraşdırılmasının məqsədi avtomobilin yol boyu dayanma və durmasının qarşısını almaqdan ibarət olmuşdur. Avtomobil qısa müddət ərzində Bakı şəhəri Baş Gömrük İdarəsinin İpəkyolu yükboşaltma terminalına yerləşdirilmiş və orada avtomobil bir daha yoxlanılmışdır. Orada da avtomobildən qeyri-qanuni hər hansı əşya aşkar edilməmişdir. Həmin ərəfələr bayram və gömrük əməkdaşlarının qeyri-iş günlərinə təsadüf etdiyinə görə gömrük sənədləşdirilməsi nisbətən vaxt aparmış və həmin malları mümkün olan ən tez müddətdə, yəni 25 mart 2024- cü il tarixdə bəyan edə bitmişlər. Bundan sonra bayramla əlaqədar yaranmış növbə nəticəsində bir neçə gün sonra həmin malları götürərək şirkətlərinin ofisinə gəlmiş və onları anbara yerləşdirmişlər. 2024-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs şirkətin ofisinə gələrək həmin malları təhvil almışdır (cild 1, iş vərəqi 177-179). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 40 ildir ki yük maşını sürücüsüdür. Lənkəranda yaşadığı üçün İranın Astara şəhərindən təhvil verilən yükləri Azərbaycan Respublikası ərazisinə gətirir və bunun əvəzində gəlir əldə edir. Təxminən 20 ildir ki, “Kamaz” markalı 42-BA905 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Avtomobilin yarım qoşqusu da mövcud olmuş, onun nömrəsi **-ZA-*** olmuşdur. X4 şəhərinə gedərək oradan sifariş əsasında yükləri götürüb Azərbaycan Respublikasına gətirmişdir. Təhvil aldığı yüklər əvvəlcə İranın Astara şəhərində yerləşən İran gömrük əməkdaşları tərəfindən yoxlanılmış, yoxlanıldıqdan sonra qapının üzərinə möhür vurulmaqla qapının açılmasının qarşısı alınmışdır. Sonrakı mərhələdə avtomobil bir daha Azərbaycanın Astara şəhərində qapısı möhürlü olmaqla skaner qurğularına salınıb Azərbaycan gömrük əməkdaşları tərəfindən yoxlanılmış və orada da hər hansı qanunsuz əşya aşkar edilməsə avtomobilə GPS cihazı quraşdırılmışdır. Gömrük əməkdaşları GPS cihazını quraşdırdıqları zaman avtomobili Astara-Bakı istiqamətinə sürdüyü zaman saxlamamağı, yolun istiqamətini dəyişməməyini tapşırmışlar. Beləcə artıq neçə illərdir ki, qaydalara uyğun olaraq yük daşımışdır. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış, həmin şəxsin adını eşitməmiş, onunla ünsiyyətdə olmamışdır. Tanıdığı şəxs İran karqosu adı ilə tanıdığı şirkətin direktoru Şahid6 olmuş, Rəşadın dəfələrlə yüklərini gətirmiş və bunun əvəzində ondan zəhmət haqqı almışdır. 2024-cü ilin mart ayının ortalarında İranda olduğu zaman Rəşadın yükdaşıma şirkətinin yüklərinin Azərbaycana gətirilməli olduğu ona məlum olmuşdur. Bu barədə Rəşadla danışmış və Rəşad yükü gətirməyini xahiş etmişdir. İranın Astara şəhərində yükü avtomobilə yerləşdirib 20 mart 2024-cü il tarixdə həmişəki qaydada əvvəlcə İranın, sonra isə Azərbaycanın gömrük postlarından içərisində yüklər olan avtomobili ilə keçmişdir. Yoxlamşlar zaman avtomobildən hər hansı qeyri-qanuni əşya tapılmamışdır. Bundan bir neçə saat sonra Bakı şəhəri Baş Gömrük İdarəsinin İpəkyolu yükboşaltma terminalına gəlmiş və orada avtomobilə vurulmuş möhür açılaraq avtomobilin içərisində olan yüklər bir-bir monitordan keçirilib yoxlanılmışdır. Bu artıq avtomobilin içərisində olan yüklərin üçüncü yoxlanışı olmuşdur. Həmin yoxlanış zamanı avtomobildən qeyri-qanuni hər hansı əşya aşkar edilməmişdir. Yoxlanışdan qayıtdıqdan sonra Rəşad malları təhvil almış və zəhmət haqqını alaraq onunla sağollaşmışdır. Sonradan 20 mart 2024-cü il tarixdə gömrük sərhəddindən keçirdiyi yüklərin içərisində narkotik vasitə marixuana olduğu ona məlum olmuşdur. Lakin, yüklərin içərisində olan narkotik vasitədən xəbəri olmamış, ümumiyyətlə, həmin yüklərin içərisini açıb baxmaq səlahiyyəti olmamışdır (cild 1, iş vərəqi 183-185). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 7 aprel 2024-cü ii tarixli 3-16-16/2-7/551 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” yazılar və imzalar olan birinci qara rəngli polietilen torbada təmiz çəkisi-51,67 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ikinci qara rəngli polietilen torbada üzərləri skoçla bağlanmış 39 ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 52,66 qram; 35,34 qram; 48,44 qram; 61,79 qram; 55,88 qram; 45,87 qram; 63,32 qram; 51,90 qram; 60,70 qram; 54,96 qram; 53,43 qram; 62,37 qram; 59,38 qram; 60,70 qram; 43,20 qram; 59,84 qram; 56,05 qram; 61,44 qram; 60,69 qram; 49,37 qram; 51,81 qram; 51,63 qram; 49,36 qram; 60,13 qram; 56,26 qram; 55,51 qram; 52,23 qram; 44,96 qram; 75,19 qram; 54,75 qram; 55,98 qram; 58,60 qram; 59,90 qram; 44,31 qram; 57,32 qram; 55,54 qram; 54,43 qram; 60,93 qram; 56,93 qram, ümumi çəkisi-2153,10 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlələr” yazılar və imzalar olan birinci karton qutuda 19 ədəd üzərlərində “TOP+ SİLİCONE“ yazıları olan uzunsov qablarda qara rəngli qatı mayenin içərisində üzərləri skoçla bağlanmış şəffaf sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri - 48,95 qram; 49,51 qram; 56,60 qram; 46,21 qram; 48,35 qram; 56,51 qram; 55,96 qram; 53,20 qram; 49,02 qram; 60,38 qram; 32,75 qram; 42,88 qram; 57,52 qram; 55,02 qram; 60,75 qram; 59,25 qram; 57,14 qram; 58,35 qram; 48,35 qram, ümumi çəkisi-996,80 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ikinci karton qutuda 20 ədəd üzərlərində “TOP+ SİLİCONE” yazıları olan uzunsov qablarda qara rəngli qatı mayenin içərisində üzərləri skoçla bağlanmış şəffaf sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-52,70 qram; 58,80 qram; 52,20 qram; 53,61 qram; 55,17 qram; 49,75 qram; 56,88 qram; 59,08 qram; 58,32 qram; 47,87 qram; 66,25 qram; 57,58 qram; 69,80 qram; 54,29 qram; 48,46 qram; 57,56 qram; 42,82 qram; 52,64 qram; 52,35 qram; 54,72 qram ümumi çəkisi- 1100,85 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üçüncü karton qutunu açdıqda 20 ədəd üzərlərində “TOP+SİLİCONE” yazıları olan uzusov qablarda qara rəngli qatı mayenin içərisində üzərləri skoçla bağlanmış şəffaf sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 49,65 qram; 58,61 qram; 50,44 qram; 56,63 qram; 57,48 qram; 57,40 qram; 56,88 qram; 53,29 qram; 55,47 qram; 55,99 qram, 73,75 qram; 58,53 qram; 58,82 qram; 59,42 qram; 57,32 qram; 60,72 qram; 46,75 qram; 61,83 qram; 53,31 qram; 54,50 qram, ümumi çəkisi - 1136,79 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi- 5439,21 qramdır. Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onlarla müqayisəli tədqiqat aparılmadı. Qeyd: Marixuanaların ümumi çəkisi 5439,21 qram (1-99N-li obyekt), tədqiqata sərf edildi cəmi 1,98 qram (hər obyektdən 0,02 qram), qalıq 5437,23 qram (cild 1, iş vərəqi 48-52) Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 may 2024-cü il tarixli, 3487 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Yoxlama zamanı Təqsirləndirilən şəxs 2 ildir arabir narkotik vasitə olan marixuanadan istifadə etməsini qeyd etmişdir (cild 1, iş vərəqi 209-210). Cinayət işinin materiallarında olan 6 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içindən açıq yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd açar, “Samsung” və “Redmi” markalı mobil telefonlar, həmin şalvarın sol arxa cibindəki pul qabının içindən 1 (bir) AZN pul, **********510157 nömrəli bank kartı, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuş, sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 68 qram (altmış səkkiz qram) olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi, tərəfimdən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartı, şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşyalar və pul sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Sadıx” adlı şəxsin vasitəsi ilə 4 (dörd) gün əvvəl Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin yaxınlığında gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi narkotiklərin qarşılığında Sadıxın ona 1000 (min) AZN pul verəcəyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, ***-***-**-** və ***-***-**-** nömrələrini işlətdiyini, əlavə olaraq Nizami rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. (cild 1, iş vərəqi 29-31). Cinayət işinin materiallarında olan 6 aprel 2024-cü il tarixli “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, həmin tək otaqlı evin girişindən sol tərəfdə yerləşən 3 (üç) ədəd qutunu və yerə sərilmiş halda olan büküm halındakı kütlələri təqdim etmişdir. Daha sonra qutuların içindən üzərində “Top+” sözləri yazılan silikon qabları aşkar olunmuşdur. Həmin silikon qablarının içindən isə əlavə büküm halında olan açıq yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra yerə sərilmiş bükümlərə baxılmışdır. Həmin bükümlərin içindən açıq yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Baxış zamanı içi açılan slikon qablarından çıxarılmış və əvvəlcədən otaqda yerə sərilmiş bükümlərin ümumi sayı 39 (otuz doqquz) ədəd, geriyə qalan silikon qablarının sayı isə 59 (əlli doqquz) ədəd olmuşdur. Həmin qutuların içindən əlavə olaraq 2 (iki) ədəd elektron tərəzi aşkar olunmuş, sonra 39 (otuz doqquz) ədəd büküm halında olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisi 2 kq 280 qram (iki kq iki yüz səksən qram) olmuşdur. Sonra 59 (əlli doqquz) ədəd slikon qabların içində olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 14 kq 965 qram(on dörd kq doqquz yüz altmış beş qram) olmuş, daha sonra aşkar olunmuş predmetlər 3 (üç) ədəd qutududa və 1 (bir) ədəd torbada əlverişli işıqlı şəraitdə qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olumuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Sadıq” adlı şəxsin vasitəsi ilə 4 (dörd) gün əvvəl Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin yaxınlığında gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi narkotiklərin qarşılığında “Sadıxın” ona 1000 (min) AZN pul verəcəyini, qurudulmuş marixuana bükümlərini silikon qabların içərisindən çıxardığını və yerə sərdiyini, slikon qabların hamısının içində qurudulmuş marixuana maddəsi olduğunu, burada narkotik maddə saxlamasında heç kimin məlumatı olmadığını bildirmişdir (cild 1, iş vərəqi 35-36). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” və 1 ədəd “Redmi” markalı mobil telefonlara keçirilmiş baxış zamanı “Redmi” markalı mobil telefon (telefonun kodu 4587) aktiv vəziyyətə gətirilmiş və telefonun daxilində qalereya, zənglər, SMS məlumatları bölmələrinə, “Whatsapp” mobil tətbiqlərinə keçirilən baxış zamanı hər hansı məlumat aşkar edilməmişdir. Telefonda olan kontaktlar bölməsində Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi Sadiq adlı şəxsin mobil nömrəsi müəyyən edilmişdir. Belə ki, Sadiq adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +98***-***-**-** mobil nömrəsi telefonda Təqsirləndirilən şəxs tərəfindən “Sadiq” adı ilə qeydiyyata alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi Araz adlı şəxsin telefon nömrəsini müəyyən etmək məqsədi ilə telefonun kontaktlar bölməsinə daxil olduğum zaman orada “Araz karqo” adı ilə +99***-***-**-** mobil nömrənin qeydiyyata alındığı aşkar edilmişdir. Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon (telefonun kodu 3256) aktiv vəziyyətə gətirilmiş və telefonun daxilində qalereya, zənglər, SMS məlumatları bölmələrinə keçirilən baxış zamanı hər hansı məlumat aşkar edilməmişdir. Telefonda olan “Whatsapp” mobil tətbiqinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs “Sasa” adı ilə Ukrayna Respublikasına aid +38***-***-**-** mobil nömrə ilə həmin proqramdan qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Tətbiqdə olan söhbətlər bölümündə Təqsirləndirilən şəxs “Telman” adlı Ukrayna Respublikasına aid +38***-***-**-** nömrə istifadəçisinə 4 aprel və 5 aprel 2024-cü il tarixlərdə 3 ədəd fotoşəkil və 2 ədəd ünvanın koordinatlarını göndərməsi müəyyən edilir. Həmin fotoşəkillərə baxış zamanı orada ünvanda gizlədilmiş hansısa əşyanın ox işarəsi ilə təsvir edilməsi aşkar edilmişdir. Aşkar edilmiş fotoşəkillər narkotik vasitənin dövriyyəsi ilə əlaqədar olması ehtimal edildiyindən onların fotoşəkilləri çəkilməklə protokola əlavə edilmişdir. Bundan sonra mobil telefonun kontaktlar bölməsinə daxil olarkən “Telman” adlı Ukrayna Respublikasına aid +380-50-913-15-80 nömrə istifadəçisindən başqa hər hansı şəxsin telefon nömrəsinin qeydə alınmadığı müəyyən edilir (cild 1, iş vərəqi 131-132). Cinayət işinin materiallarında olan narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan “Sadiq” adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərməsinə, “Sadiq” adlı şəxs ilə əlbir olaraq həmin narkotik vasitəni Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıqla keçirməsinə dair əlavə məlumatlar əldə edilmişdir. Lakin, “Sadiq” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır (cild 1, iş vərəqi 168). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 212-213). Cinayət işinin materiallarında olan “Maddi sübut hesab edilməsi haqında” 29 aprel 2024-cü il tarixli qərar və raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5439,21 qram çəkidə narkotik vasitə qurudulmuş marixunanın ekspertizadan sonra qalan 5437,23 qramı maddi sübut qismində tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 118-120). Cinayət işinin materiallarında olan “əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlərin saxlanıldığı 1 ədəd DVD disk, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin saxlanıldığı 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” və 1 ədəd “Redmi” markalı mobil telefonlar maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 215-235). Cinayət işinin materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Fatimə Ağayeva adlı bir azyaşlı uşağı vardır (cild 2). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 aprel 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 6 aprel 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 98-103). Məhkəmədə Dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edərək cinayət təqibinin Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı çıxışını belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham ona görə verilmişdir ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qacaqmalçılıqla kecirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Sadiq” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxsin ve qeyrilərinin naməlum şəraitdə və vaxtda yük daşıma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gizlin şəkildə göndərdiyi narkotik vasitələri Təqsirləndirilən şəxs həmin yük daşıma şirkətinin Bakı şəhərində yerləşən ofisindən əldə edib bir hissəsini üzərində qalan hissəsini isə kirayə yaşadığı mənzildə saxlamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin...........(Cinayət Məcəlləsinin 206.2-ci maddəsində qeyd edilən digər maddə və əşyaların) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən gömrük sərhədindən gizli qaçaqmalçılıq yolu ilə keçirilərək törədilməsi Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan görünür ki, istintaqla müəyyən edilməmiş qrupun üzvləri tərəfindən külli miqdarda narkotik vasitə İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin Azərbaycan Respublikasına qanunsuz olaraq gizlin şəkildə qaçaqmalçılıq yolu ilə keçiriləcəyini bilsə də, onun keçirilməsində bir başa iştirak etməmiş, yalnız həmin narkotik vasitələr yük daşıma şirkətinin Bakı şəhərində yerləşən ofisinə gətirildikdən sonra həmin narkotik vasitələri oradan gedib götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirilərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarına əsasən təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Göstərilən plenum qərarında belə nəticəyə gəlinmişdir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Odur ki, yuxarıda qeyd edilən Plenum Qərarlarının tələblərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edilməli, cinayət təqibi Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməlidir. Məhkəmə, dövlət ittihamçısının çıxışı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin bəzi müddəalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. CPM-in 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməklə, məhkəmə baxışı Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayətləri törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinməli və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 6 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalan 5437,23 qram qurudulmuş marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlərin saxlanıldığı 1 ədəd DVD disk, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin saxlanıldığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, -Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” və 1 ədəd “Redmi” markalı mobil telefonlar isə onun qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 6 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalan 5437,23 qram qurudulmuş marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlərin saxlanıldığı 1 ədəd DVD disk, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin saxlanıldığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, -Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” və 1 ədəd “Redmi” markalı mobil telefonlar isə onun qohumlarına qaytarılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar