Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-883/2020 04.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 və müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, x xxxx 1987-ci ildə Siyəzən şəhərində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.3.3, 67.1, 68.2 maddələri ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrum etmə və 3000 manat məbləğdə cərimə cəzalarına məhkum edilmiş, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 6 il 6 aya endirilmiş, Nizami rayon Məhkəməsinin x xxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respubikası CM-in 177.3.3-cü maddəsi həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilərək azadlıqdan məhrum etmə cəzası 5 il müddətə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Nizami rayon Məhkəməsinin x xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilərək cəzası 4 ilə endirilmiş, x xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxx 1988-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə 1 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçildiyindən cəzanı çəkməmiş), Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 318.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni, külli miqdarda psixotrop maddəni əldə edərək saxlamış və avtomobilində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əvvəlcədən razılıq əsasında satış məqsədi ilə narkotik vasitə olan marixuananı və külli miqdarda metadon dərman həblərini əldə etmiş və hərəkətdə olduqları özünə məxsus «VAZ 2106» markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqları arasında saxlanc yerində saxlanılmış, xx xxxxxx 2019-cu il tarixdə saat 07:35 radələrində avtomobil Bakı-Sumqayıt şosse yolunun Saray qəsəbəsi ərazisində Abşeron rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanıldıqda Təqsirləndirilən şəxs2 üstündə gəzdirdiyi bıçaqla özünə xəsarət yetirəcəyini sonunculara bildirirək hadisə yerindən qaçmış, Təqsirləndirilən şəxs1 Pİ-nə gətirilərək avtomobilinə baxış keçirilən zaman avtomobilin qabaq oturacaqları arasında saxlanc yerindən sellofan torbada Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə daxil edilən, təsiredici maddənin ümumi miqdarı 3,16 qram olan külli miqdarda 79 ədəd metadon dərman preparatı və 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,401 qram və 3,183 qram, ümumi təmiz çəkiləri 7,584 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni, külli miqdarda psixotrop maddəni əldə edərək saxlamış və avtomobildə daşımış, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət buraxılış məntəqəsindən kənarda keçmişdir. Belə ki, Abasov X9 rayon Məhkəməsi tərəfindən xx xxxx 2019-cu il tarixdə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməklə axtarışı elan edildiyinə görə qanunla müəyyən olunmuş qaydada İran İslam Respublikasından Azərbaycan Respublikasına gələ bilmədiyi üçün Azərbaycan Respublikasına gəlmək məqsədi ilə istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 Rza oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əvvəlcədən razılıq əsasında satış məqsədi ilə narkotik vasitə olan marixuananı və külli miqdarda metadon dərman həblərini əldə etmiş və Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ 2106» markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqları arasında saxlanc yerində saxlanılmış, xx xxxxxx 2019-cu il tarixdə saat 07:35 radələrində avtomobil Bakı-Sumqayıt şosse yolunun Saray qəsəbəsi ərazisində Abşeron rayon Polis idarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanıldıqda o, üstündə gəzdirdiyi bıçaqla özünə xəsarət yetirəcəyini sonunculara bildirirək hadisə yerindən qaçmış, Təqsirləndirilən şəxs1 Pİ-nə gətirilərək avtomobilinə baxış keçirilən zaman avtomobilin qabaq oturacaqları arasında saxlanc yerindən sellofan torbada Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə daxil edilən, təsiredici maddənin ümumi miqdarı 3,16 qram olan külli miqdarda 79 ədəd metadon dərman preparatı və 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,401 qram və 3,183 qram, ümumi təmiz çəkiləri 7,584 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, onun şəxsi «VAZ 2106» markalı **-LK- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır; xx xxxxxx 2019-cu il tarixə kecən gecə saatlarında Siyəzən rayonunda istifadəsində olan avtomaşınla şəxsi işi ilə bağlı Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş, tanışı Təqsirləndirilən şəxs2 onun şəhərə getdiyini bilib avtomobilinə əyləşərək onunla birlikdə Xırdalan şəhərinə gəlmiş, o, Xırdalan şəhərində işini qurtardıqdan sonra yenidən Vüsal ilə birlikdə idarə etdiyi «VAZ 2106» markalı avtomobil ilə geri Siyəzən rayonuna qayıtmaq istəmiş, avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsinə gedərkən polis əməkdaşları ona «saxla» işarəsi vermiş, o, avtomaşını saxlayanda Vüsal dərhal maşından düşüb qaçmış, polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinə dəvət etmiş, polis idarəsində otaqların birində video çəkiliş vasitəsi ilə ona üzərində şəxsi axtarış aparılacağı və istifadəsində olan avtmobilinə baxış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış aparılan zaman üzərindən siqaret, mobil telefon, 6 manat 60 qəpik pul, alışqan aşkar edilmiş, qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, istifadəsində olan «VAZ 2106» markalı 10-LK -432 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman orada qanunla qadağan olunmuş hər hansı əşya olduğu halda könüllü təqdim etmək təklif olunmuş, daha sonra polis əməkdaşları avtomobilə baxış keçirdikdə sellofan torbanın içərisində iki ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana və 79 ədəd M-40 adlı psixotrop maddələri aşkar etmiş, həmin narkotik vasitələri onun özünə məxsus olmuş, tutulmamışdan bir neçə gün qnabaq Sumqayıt şəhərində olarkən tapmış, şəxsi istifadəsi üçün avtomobilində saxlamışdır: Təqsirləndirilən şəxs2 onun avtobilində olan narkotik vasitələrdən məlumatı olmamışdır; aşkar edilmiş sellofan torba polis əməkdaşları tərəfindən qablaşdırılmış, kağız zərf o və axtarışda iştirak edən digər şəxslər tərəfindən imzalanmış, üzərindən aşkar edilmiş şəxsi əşyalarını polis əməkdaşları onun özünə qaytarmışdır. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, sinif yoldaşı Təqsirləndirilən şəxs1 2019-cu ilin dekabr ayının sonunda polis tərəfindən tutulması barədə kənddə söhbət yayıldıqda bu barədə məlumatı olmuş, xx xxxxxx 2019-cu il tarixdə Elmin polis əməkdaşları tərəfindən tutularkən o, Elminlə birlikdə avtomobilində olmamış və sonuncunun avtomobilində aşkar edilmiş narkotik vasitələrdən xəbəri olmamış, həmin tarixdə İran İslam Respublikasında olmuş, onun istifadəsində olan (070) ***-**-** mobil nömrə Elminə məxsus olmuş, həmin nömrədən həmin mobil nömrəni Elmin tutulduqdan sonra onun qardaşı Asimdən əldə etmiş, Asim özü ona zəng edib: “Get evdən telefonu götür”,- demiş, o gedib mobil nömrəni Elminin evindən götürmüş, xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Saray postu yaxınlığında Təqsirləndirilən şəxs1la birlikdə onun idarə etdiyi avtomobildə olmamış, həmin vaxtı İran İslam Respublikasında olmuşdur; barəsində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə Siyəzən rayon polis şöbəsində istintaq olunan cinayət işi məhkəməyə göndərildikdən sonra məhkum ediləcəyindən qorxduğu üçün qanuni yolla x xxx 2019-cu il tarixdə dövlət sərhədini Biləsuvar keçid məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, orada olduğu zaman barəsində axtarış elan edildiyini bildiyi üçün Azərbaycan Respublikasına yalnız qanunsuz yolla gedə biləcəyini anlamış, buna görə 2020-ci ilin yanvar ayının 5-6-da dövlət sərhəddini Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla dəqiq xatırlamadığı yerdən Beyləqan rayonu ərazisindən keçməklə Azərbaycan Respublikasına gəlmiş, ona sərhəddi qanunsuz keçməkdə köməklik edən olmamış, daha sonra Sumqayıt şəhərində olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmış, oradan Abşeron RPİ-yə gətirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xanar oğlunun məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq həmin ifadələrini biri-birilərini və özlərini müdafiə xarakterli olduğunu hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin tağım komandiri polis leytenantı Şahid1 ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 07:35 radələrində 57-10 saylı avtopatrulla polis nəfərləri Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində xidmət apararkən 57-23 çağırışlı avtopatrulu və piyada postların yoxlamağa gedərkən Bakı-Sumqayıt şosse yolunda hərəkətdə olan «VAZ 2106» markalı **-LK-*** dövlət nömrə nişanlı avtomobilin yolun içərisində astadan ziq-zaq hərəkətləri etdiyini görmüş, həmin avtomobil digər avtomobillərin hərəkətinə mane olduğu üçün saxlanılmış, onlar həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin vaxt avtomobildə əyləşmiş sərnişin cəld avtomobildən düşərək qaçmağa başlamış, üstündə olan bıçaqla özünə xəsarət yetirəcəyini bildirərək yaxın gəlməməyi bildirib qaçıb getmiş, avtomobili idarə edən şəxs öz hərəkətlərini nizamlaya bilmədiyi üçün hərəkətləri şübhə yaratmış, bu səbəbdən həmin şəxs Abşeron rayon Polis İdarəsinə gətirilmiş, növbətçi hissəyə təhvil verilmiş, idarə rəhbərliyinə raportla məruzə edilmiş, növbətçi hissədə həmin şəxsin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmiş, sonuncu qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamasında və gəzdirməsində şübhəli olduğu üçün xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündə və yaxud avtomobilində narkotik vasitə, psixotrop maddə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və olduğu halda təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman üzərindən siqaret, mobil telefon, 6 manat 60 qəpik pul, alışqan aşkar edilmiş, qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 istifadəsində olan «VAZ 2106» markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən orada qadağan olunmuş hər hansı əşya olduğu halda könüllü təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs1 avtomobilində sellofan torbanın içərisində iki ədəd kibrit qutusundakı narkotik vasitə olan marixuananı və 79 ədəd M-40 adlı psixotrop maddələri təqdim etmiş, təqdim etdiyi kütlələr qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş digər şəxsi əşyaları isə özünə qaytarılmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid4 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə xx xxxxxx 2019-cu il tarixli 32032 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,401 qram və 3,183 qram, ümumi təmiz çəkisi 7,584 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (ümumi təmiz çəkisi - 7,584 qram, tədqiqata ümumi sərf edildi – 0,04 qram (hər obyektdən 0,02 qram), qalıq 7,544 qramdır) (1-ci cild iş vərəqi 35-37). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə xx xxxxxx 2019-cu il tarixli 32031 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…..Musaxanov….» sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd sellofan torbadakı 79 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon adlı dərman preparatıdır. (matadon adlı preparat Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir) və həblərin təsiredici maddəsinin ümumi miqdarı - 3,16 qramdır (bir həbdə 0,04 qram) (metadon həb -79 ədəd, tədqiqata sərf edildi 4 ədəd, qalıq 75 ədəd) (1-ci cild iş vərəqi 38-41). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə x xxx 2020-ci il tarixli 1221 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur; hal hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir; narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild iş vərəqi 111-112) İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə xx xxxxxx 2020-ci il tarixli 69 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 125-126). İstintaq materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixdə saat 08:10 radələrindən saat 08:35 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-də Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi prosesinin və saat 08:40 radələrindən saat 09:00 radələrinədək Abşeron rayon Pİ-nin həyətində ağ rəngli «VAZ 2106» markalı **-LK-*** dövdət qeydiyyat nişanlı avtomobilə baxış keçirildiyi anların köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 07:35 radələrində Təqsirləndirilən şəxs1 Bakı-Sumqayıt şosse yolunda Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Pİ-nə gətirilmiş və saat 08:10-dan saat 08:35-dək olan müddət ərzində üstünə şəxsi axtarış keçirilən zaman üzərindən siqaret, mobil telefonu, 6 manat 60 qəpik pul aşkar olunmuş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 istifadəsində olan ağ rəngli, «VAZ 2106» markalı, **- LK-*** dövdət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq oturacaqları arasında saxlanc yerindən sellofan torbada 79 ədəd M-40 adlı metadon dərman preparatı və 2 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Diskə baxış keçirilməsində iştirak etmiş Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həqiqətən xx.xx.2019-cu il tarixdə Abşeron rayon Pİ-də üzərinə Pİ-nin həyətində istifadəsində olan ağ rəngli «VAZ 2106» markalı **-LK-*** dövdət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq oturacaqları arasında saxlanc yerindən sellofan torbada 79 ədəd M-40 adlı metadon dərman preparatı və 2 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 52). İşdə olan Abşeron rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 5(012)-912020 saylı qərarına əsasən «xxxxxxx» MMC-dən AZF/LGL-5242/20 saylı məktubla alınmış bir ədəd CD diskə baxış keçirilmiş, İstintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində istifadəsində olmuş (070) ***-**-** salı GSM mobil nömrədən 2020-ci ilin yanvar ayından başlayaraq istifadə etdiyini və iş üzrə digər Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən tutulan zaman İran İslam Respublikasında olduğunu göstərmişdir. Qeyd olunan xüsusatın araşdırması ilə bağlı 2019-cu ilin dekabr ayının 1-dən 2020-ci ilin fevral ayının 12-dək olan müddət ərzində (070) ***-**-** salı GSM mobil nömrədən çıxan və daxil olan zənglərin siyahısı, həmçinin həmin nömrənin qeyd olunan müddət ərzində anten dairəsi götürülmüşdür. Diskə baxış zamanı x xxxxxx 2019-cu il tarixdə saat 17:58:34 dəqiqədə (070) ***-**-** saylı GSM mobil nömrədən (077) ***-**-** saylı GSM mobil nömrəyə SMS daxil olduğunu və həmin SMS-də «mamoğlu nəm yerə qoymayasan, siçan dəyməsin» sözləri yazılmış mətn olmuş, həmin (070) ***-**-** saylı GSM mobil nömrəsi ilə əlaqə saxlanılmış, həmin mobil nömrəyə cavab verən və özünü X2 təqdim edən şəxs Təqsirləndirilən şəxs2 onun dayısı oğlu olduğunu bildirmişdir; diskə baxış zamanı xx xxxxxx 2019-cu il tarixdə saat 09:13:49 dəqiqədə (070) ***-**-** saylı GSM mobil nömrədən (070) ***-**-** saylı GSM mobil nömrəyə SMS daxil olduğunu və həmin SMS-də «ay yetim günən gecə polislər saxladı bizi maşında, çox şey var idi, maşını yoxlayırdılar, mən qaçdım, gəldilər Sarayın içində çatdılar, çıxartdım bıçağı, 1-2 dənə özümə yalandan atdım, Elmini apardılar, mən gecəni Sarayda yeni tikilən evdə qalmışam, indi çıxdım» sözləri yazılmış mətn olduğu, (070) ***-**-** saylı GSM mobil nömrəsi ilə əlaqə saxlanıldıqda həmin mobil nömrəyə cavab verən şəxs olmamışdır; diskə baxış zamanı xx xxxxxx 2019-cu il tarixdə saat 22:47:33 dəqiqədə (070) ***-**-** saylı GSM mobil nömrədən (070) ***-**-** saylı GSM mobil nömrəyə SMS daxil olduğunu və həmin SMS-də «kimdi ki, bizi narahat edir, aşkım yatıb, kimdi ki, zəng vuran, deyim aşkıma» sözləri yazılmış mətn olduğunu, (070) ***-**-** saylı GSM mobil nömrəsi ilə əlaqə saxlanılmış, həmin mobil nömrəyə cavab verən şəxs özünü X1 təqdim etdiyi və Təqsirləndirilən şəxs2 arvadı olduğunu bildirmişdir; diskə baxış zamanı (070) ***-**-** saylı GSM mobil nömrənin xx xxxxxx 2019-cu il tarixdə anten dairəsi yoxlanılmış, müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 00:09:28 dəqiqədə Xızı rayonu, Sitalçay kəndi, 00:20:32 dəqiqədə Sumqayıt şəhəri, Şirvan yaşayış massivi, Kauçuk 245, 00:28:00 dəqiqədə Bakı Quba yolunun Şirvan yaşayış massivi, 01:47:49 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci kilometrdə, 08:47:10 dəqiqədə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, 08:57:40-da Abşeron rayonu, Saray qəsəbəsi, yeni massivdə, 08:57:56 dəqşiqədə Abşeron rayonu, Saray qəsəbəsi, yeni massivdə, 09:13:49-da Sumqayıt şəhəri, 3-cü mikrorayon, 19a, 12 mərtəbəli binada, 10:02:22-də Siyəzən Dəmiryolunda quraşdırılmış anten şəbəkədə qeydə alınmışdır; diskə baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə Siyəzən rayonundan Abşeron rayonu ərazisinə gəlmiş və Bakı-Sumqayıt şosse yolunun Saray qəsəbəsi ərazisindən keçən hissədə hərəkətdə olmuşdur (2-ci cildiş vərəqi 129-134) İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş x xxxxxx 2019-cu il tarixli 012-3515-1219 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 x xxx 2019-cu il tarixdə saat 23:56:10-da X11 Məntəqəsindən “Çıxış” etmişdir (1-ci cild iş vərəqi 86-87). İşdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cildiş vərəqi 18). İşdə olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 59-60). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Siyəzən rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 177.2.3, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinib 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilmiş, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə hökm ləğv edilərək birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.3, 67.1, 68.2 maddələri ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum etmə və 3000 manat məbləğdə cərimə cəzalarına məhkum edilmiş, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 6 il 6 aya endirilmiş, Nizami rayon Məhkəməsinin x xxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respubikası CM-in 177.3.3-cü maddəsi həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilərək azadlıqdan məhrum etmə cəzası 5 il müddətə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Nizami rayon Məhkəməsinin x xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilərək cəzası 4 ilə endirilmiş, x xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (1-ci cild iş vərəqi 104-106). Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir (1-ci cild iş vərəqi 104-106). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs1 sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan, məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs1 cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin, yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 6 il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İşdə olan şübhəli şəxsin tutulması haqqında x xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 x xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cildiş vərəqi 18). İşdə olan Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 59-60). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi x xxxx 2019-cu il tarixdə Siyəzən rayon Məhkəməsinə göndərilmiş, Məhkəmənin x xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 1 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Siyəzən rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli 3161/2020- 64-1 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Siyəzən rayon Məhkəməsinin x xxxx 2019-cu il tarixli hökmü qanuni qüvvyəyə minmiş, icra olunması üçün xx xxxxx 2020-ci il tarixdə Siyəzən rayon İcra və Probasiy şöbəsinin icraatına daxil olmuş, Vüsal Abbasov yeni cinayət törətdiyinə görə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün ona təyin edilmiş 1 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir (məhkumluğu ödənilməmişdir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni, külli miqdarda psixotrop maddəni əldə edərək saxlaması və avtomobilində daşıması, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni, külli miqdarda psixotrop maddəni əldə edərək saxlaması, avtomobildə daşıması, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət buraxılış məntəqəsindən kənarda keçməsi tam təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqosiyasına, 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halların olmaması və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx xxxx 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, marixuana narkotik vasitəsinin külli miqdarının aşağı həddi 500 qram, metadon narkotik vasitəsinin külli miqdarının aşağı həddi 1,6 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədilə əldə etdikləri və saxladıqlar 7,584 qram narkotik vasitə qurudulmuş marixuana şəxsi sitehlak miqdarından artıq miqdar və 3,16 qram narkotik vasitə metadon külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” xx xxxx 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən X3 Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 318.1-ci maddəsinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzalarını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı x xxxx 2020-ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının xx xxxxxx 2019-cu il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 318.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli hökmü ilə X8 təyin edilmiş 1 il 10 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesabı ilə hesablanmaqla 11 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasını təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının x xxxx 2019-cu il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə xx xxxxxx 2020-ci il tarixli 69 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li qərarının 30-cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İş üzrə maddi sübutlar - Abşeron rayon polis idarəsinin maddi sübutlar saxlanc ambarına təhvil verilmiş 75 ədəd metadon həbləri “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li qərarının 30-cu bəndinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməli, 7,544 qram qurudulmuş marixuana məhv edilməli, iş materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizaların 137 (yüz otuz yeddi) manat dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə Siyəzən Rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli hökmü ilə X8 təyin edilmiş 1 il 10 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesabı ilə hesablanmaqla 11 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı x xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Abşeron rayon poli idarəsinin maddi sübutlar saxlanc ambarına təhvil verilmiş 75 ədəd metadon Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin, 7,544 qram qurudulmuş marixuana məhv edilsin, iş materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizanın 137 (yüz otuz yeddi) manat dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Siyavuş Hacıyev
hakimlər: Rahib Salmanov
Eldar Mikayılov