Məhkəmə qərarları › İş №1(101)-883/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-883/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-883/2024 24.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1985-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 4ndə yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 iyun 2024-cü il tarixdə, saat 16:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs “Hüseyn” adlı şəxsin sifarişi və 8000 manat pul təklifi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan külli miqdarda - 11 kiloqram 352,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda - 6 kiloqram 593,059 qram çəkidə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan külli miqdarda - 1 kiloqram 590,5 qram çəkidə psixotrop maddə metamfetamini əldə etmiş, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin hamısını, narkotik vasitə heroinin isə bir hissəsini yaşadığı ünvan 4ndə yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyaraq həmin evdə gizlətməklə saxlamış, narkotik vasitə heroinin qalan hissəsini isə üzərində saxlamaqla yaşadığı evin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə- BNMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə, saat 18:40-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Bakı şəhəri Sabunçu rayonu 15-ci Polis Bölməsinin (bundan sonra mətndə-Sabunçu RPİ-nin 15-ci PB) inzibati binasına gətirilmiş və orada həmin tarixdə, saat 20:30 radələrindən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 30,659 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 22 iyun 2023-cü il tarixdə, saat 21:45 radələrindən etibarən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı ünvan 4ndə yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 18(on səkkiz) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 514,0 qram, 1000,8 qram, 924,8 qram, 508,3 qram, 514,3 qram, 515,7 qram, 485,5 qram, 515 qram, 1000 qram, 265,3 qram, 510,5 qram, 512,5 qram, 1000,2 qram, 1058,8 qram, 515 qram, 500 qram, 500,8 qram və 511,3 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 11352,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10(on) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 939,8 qram, 758,7 qram, 497,6 qram, 563,6 qram, 651,8 qram, 500,2 qram, 801,7 qram, 533,4 qram, 765,3 qram və 550,3 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 6562,4 qram olan narkotik vasitə heroin, 2(iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 594 qram və 996,5 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 1590,5 qram olan psixotrop maddə metamfetamin və 2 (iki) ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları ona yaxınlaşıb evinin yerini göstərməsini tələb etmiş, sonunculara evinin yerini göstərdikdən sonra o, 15-ci PB-yə aparılmış, bu zaman onu nəyə görə həmin bölməyə apardıqlarını soruşduqda sakit olmadığı təqdirdə onun üçün yaxşı olmayacağı bildirilmişdir. PB-də videoçəkiliş aparıldıqdan iki saat sonra polislər onu yenidən evinə gətirib evə baxış keçirmiş, evindən guya ona məxsus olan narkotik vasitələr çıxarılmışdır. Halbuki evindən aşkar edilmiş narkotik vasitələr ona məxsus deyildir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, 2023-cü ilin iyun ayında, təxminən saat 13-14 radələrində Dərnəgüldə “Santral” deyilən ərazidə olarkən tutulmuş, tutularkən orada üzərinə baxış keçirilmiş və heç nə aşkar olunmamışdır. Tutulandan yarım saat sonra evinin yerini polislərə göstərmiş, evə girmədən 15-ci PB-yə aparılmış, orada üzərinə narkotik vasitə qoyulmaqla videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Ona qarşı hər hansı fiziki təzyiq olmamış, lakin valideynləri ilə hədələnərək psixoloji təzyiqlərə məruz qaldığından şəxsi axtarış zamanı ona təqdim olunmuş narkotik vasitənin guya özünə məxsus olmasını etiraf etməyə razı olmuşdur. Evə baxış zamanı özü şkafın qapısını açıb oradan sellofan paketi çıxarmış, həmin vaxt o, aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmamasını bildirmiş, lakin polis əməkdaşlarından çəkindiyi üçün sakit durmuşdur. Baxış keçirildikdən sonra BNMİ-yə gətirilmişdir. O, narkotik vasitələrin ona məxsus olmasına dair ifadə verməmiş, əvvəllər marixuana istifadə etmiş, lakin narkotik vasitə satmamış, Hüseyn adlı iranlı şəxsi ümumiyyətlə tanımamış, habelə sonuncu ilə sosial şəbəkə və ya başqa vasitələrlə heç bir əlaqəsi olmamışdır.

4. Davam edən məhkəmə iclasları zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, saxlanılarkən yanında qonşuluqda yaşayan 11-12 yaşlı Mehrac adlı uşaq da olmuş, polislərə evini göstərdikdən sonra Mehrac evdə qalmış, özü isə PB-yə aparılmışdır. Belə ki, idarə etdiyi avtomobili “Santralın” qarşısında saxladıqdan 5 dəqiqə sonra eynəkli cavan bir şəxs ona yaxınlaşaraq özünü təqdim edib barəsində məlumat olduğunu bildirmiş, sonuncu ilə birlikdə 4 nəfər polis də olmuşdur. Polislər bir avtomobildə gəlmiş, onu saxladıqları yerdə təxminən 30 dəqiqə dayanıb soğu-sual edərək barəsində şikayət olduğunu bildirmişlər. Müdafiəçi şəxsi axtarış, habelə evə baxış zamanı iştirak etməmiş, sonuncunu yalnız barəsində qətimkan tədbiri məsələsi həll edilərkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində görmüşdür. 15-ci PB-yə təxminən saat 15-16 radələrində aparılmış, oradan hava qaralarkən evə aparılmış, evdə təxminən 1-2 saat ərzində baxış keçirilmiş, baxış zamanı anası, atası və balaca uşaq da evdə olmuş, çəkiliş zamanı ailə üzvləri kənarlaşdırılmaqla ayrı otağa keçirilmişdir. Polislər 70 yaşlı atasını da 15-ci PB-yə aparmış, onu atasını da tutmaqla hədələdikləri üçün narkotik vasitəni boynuna almışdır. Ondan əvvəl qardaşı da narkotik vasitələrə görə məhkum edilmişdir. Ona göstərilmiş psixi təzyiqlərlə bağlı hər hansı dövlət orqanına və ya quruma, o cümlədən hər hansı şəxsə şikayət etməmişdir. Məhkəməyədək icraat zamanı psixi təzyiqlərə məruz qaldığından etirafedici ifadələr verməyə məcbur olmuşdur. Şahid kimi məhkəmədə dindirilmiş Şahid3 ümumiyyətlə onun saxlanılmasında iştirak etməmiş, ona psixi təzyiq göstərən şəxslərdən də olmamışdır. Üzərindən və evindən aşkar edilmiş predmetlər polislər tərəfindən yerləşdirilmişdir. Şahid1 onun saxlanılmasında iştirak etmiş, lakin ona hər hansı təzyiq etməmişdir. Şahid2 isə ümumiyyətlə tanımır. Üzərindən aşkar edilmiş bank kartları atasına məxsus olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmadığını, himayəsində xəstə və yaşlı ata və anasının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla valideynlərinə özünün baxmasını bildirərək həmin hallların nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2003-2004cü illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra Masallı bazarında işləmişdir. 3-4 ildir ailəlikcə Bakı şəhərinə köçmüşlər. Bakıda taksi fəaliyyəti ilə məşğul olur. Heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur. Təxminən 10 ildir arabir "nəşə" kimi tanıdığı marixuanadan istifadə edir. Təxminən 1 ay öncə “İnstagram” sosial şəbəkəsində tanımadığı bir səhifədən ona mesaj gəlmişdir. Mesaj yazan şəxs adının “Hüseyn” olduğunu bildirib əslən azərbaycanlı olduğunu qeyd etmişdir. Onunla bir qədər söhbət etdikdən sonra sağollaşmışlar. Həmçinin, söhbət əsnasında ona maddi vəziyyətinin pis olduğunu və taksi fəaliyyəti ilə məşğul olduğunu da bildirmişdir. Təxminən 1 gün sonra “Hüseyn” ona təkrar yazaraq demişdir ki, Azərbaycana narkotik vasitələr göndərir və onları götürüb yerbəyer etmək lazımdır. İlk öncə “Hüseyn”lə razılaşmamışdır, lakin sonradan “Hüseyn” demişdir ki, narahat olma, heç bir problem olan deyil və bunun qarşılığında ona 3000 manat pul verəcək. O, çox fikirləşmiş və “Hüseyn”lə razılaşmışdır. Dəqiq xatırlamadığı tarixdə “Hüseyn” onunla danışmış və malın Bakıda olduğunu bildirmişdir. Malın aeroport-Binə yolunda olduğunu demiş və o, “Hüseyn”lə telefonda danışa-danışa dediyi yol ilə gedib malı tapmışdır. Malı götürəndən sonra “Hüseyn” ona demişdir ki, malı aparıb aeroport yolunda üzü mərkəz istiqamətində gələndə yolun sağ tərəfinə atsın. O da “Hüseyn”in dediyi kimi etmiş və dediyi yerə atmışdır. Malı atdığı yerin konumunu və şəklini ona göndərmişdir. Bundan sonra “Hüseyn” ona demişdir ki, yenə mal göndərəcək və həmin malı da yerbəyer etdikdən sonra onun pulunu verəcək. O da razılaşmışdır. 22 iyun 2023-cü il tarixdə, səhər saat 11 radələrində “Hüseyn” onunla danışmış və malın Bakıda olduğunu bildirmişdir. Bu səfər malı Suraxanıdan götürüb özündə saxlamalı və sonradan “Hüseyn”in deyəcəyi yerlərə aparıb qoymalı olmuşdur. Bu malı çatdırmağına görə “Hüseyn” ona 5000 manat pul verməli olmuşdur. Ümumi olaraq birinci və ikinci səfər üçün ona ümumilikdə 8000 manat pul verilməli imiş. Təxminən saat 13-14 radələrində o, idarə etdiyi “Kia Rio” markalı **-GN-*** qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu ərazisinə getmişdir. Bu dəfə də “Hüseyn”lə telefonda danışmış və “Hüseyn” yolu ona izah etmişdir. O, “Buta Palace” restoranından Yeni Suraxanıya gedən yolda “Hüseyn”in dediyi malı tapmışdır. Mal iki torbada olmuşdur. Həmin torbaları götürüb avtomobilə qoymuş və “Hüseyn” demişdir ki, “Malı özündə saxla mən deyəndə aparıb yerləşdirərsən”. O da malı maşında saxlamağa ehtiyat etdiyindən evə aparmışdır. Evdə olan valideynləri xəstə olduqlarından çox vaxt yatırmışlar. Onların yatmağından istifadə edərək malı aparıb yatdığı otaqda şkafın içinə qoymuşdur. Həmin günü “Hüseyn” onunla danışaraq demişdir ki, malların üzərində bir balaca büküm heroin var və həmin bükümü götürərək üzərində saxlasın və dediyi yerə atsın. O da axşam saat 18 radələrində həmin bükümü cibinə qoyaraq evdən çıxmışdır. Evdən bir qədər aralandıqda 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib xidməti vəsiqələrini göstərmişlər. Barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, bir ədəd açar və 2 ədəd plastik bank kartları aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi otuz iki qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. “Redmi” markalı mobil telefon və bank kartları götürülmüş, bir ədəd açar isə özünə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Hüseyn” adlı şəxsin ona 5000 manat pul verəcəyini, “Hüseyn” adlı şəxsi təxminən 1 (bir) ay olar ki tanıdığını, əvvəl də ondan narkotik vasitə götürdüyünü, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, evin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən bir ədəd qara rəngli çantanın içərisindən doqquz ədəd bağlamada qurudulmuş marixuananı, iki ədəd bağlamada heroini, iki ədəd elektron tərəzini, üç ədəd sellofan torbadan doqquz ədəd bağlamada qurudulmuş marixuananı, səkkiz ədəd bağlamada heroini və iki ədəd bağlamada metamfetamini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Hüseyn” adlı şəxsin ona 5000 manat pul verəcəyini, Hüseyn adlı şəxsi təxminən bir ay olar ki tanıdığını, əvvəl də ondan narkotik vasitə götürdüyünü, yaşadığı evdə narkotik vasitə saxlamağından heç kimin məlumatı olmadığını bildirmişdir. Baxışda iştirak edən atası Şahid4 ona verilən suallara cavab olaraq yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, onun atasına yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə saxlamağını demədiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və evdən aşkar edilmiş maddələri iranlı ”Hüseyn”in deyəcəyi yerlərə çatdırmaq məqsədi ilə əldə edib saxlamışdır. İranlı “Hüseyn” adlı şəxslə görüşməmişdir, onun anket məlumatlarını bilmir və telefon nömrəsini əzbər bilmir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərində və evində narkotik vasitər olmasından heç kimin, o cümlədən ailə üzvlərinin xəbəri olmamışdır. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Üzərinə axtarış və evinə baxış videoçəkilişlə təhqiqatçı tərəfindən aparılmış, ondan başqa heç kim onun evinə baxış və üzərinə şəxsi axtarış keçirməmişdir. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də evinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 35-36; 68-72; 83-87; 204- 207;).

6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

8. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 22 iyun 2023-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Bakı şəhəri, Balaxanı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə dəqiq, qərəzsiz və etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişdir. 22 iyun 2023-cü il tarixdə, axşam saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yəni, ünvan 4ndə yerləşən nömrəsiz fərdi evin yaxınlığında olması müəyyən edilmişdir. Bunun üçün əməliyyat qrupunun üzvləri ilə həmin küçəyə getmişlər. Orada olan zaman saat 18:40-da küçədə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən etmişlər. Həmin vaxtı onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu həmin əraziyə ən yaxın olan Sabunçu RPİ-nin 15-ci PB-yə gətirmişlər. Bölmədə xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı Yelmar Vahabov tərəfindən onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, 1 ədəd açar və 2 ədəd plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Redmi” markalı mobil telefon və 2 ədəd plastik bank kartı götürülmüşdür. 1 ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsin vasitəsi ilə bu gün Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Hüseyn” adlı şəxsin ona 5000 manat pul verəcəyini, “Hüseyn” adlı şəxsi təxminən 1 ay olar ki, tanıdığını, əvvəl də ondan narkotik vasitə götürdüyünü, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 4ndə yerləşən nömrəsiz fərdi evə baxış keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd qara rəngli çantanı və 3 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin çanta və torbaların içərisindən ümumilikdə 18 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 10 ədəd bağlamada heroinə bənzər maddə, 2 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər maddə və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Saxlanılan şəxs Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir.

9. Şahid1 verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, təqsirləndirilən şəxs H.Əliyev küçəsində, saat 18 radələrində tək piyada hərəkət edən zaman saxlanılıb 15-ci PB-yə gətirilərək üzərində şəxsi axtarış keçirildikdən sonra evində baxış keçirilmiş, bu zaman prosessual hərəkətlər arasında hər hansı fasilə olmamışdır. 15-ci PB-də sənədləşmə işləri təxminən 1 saat davam etmişdir. Şəxsin evində baxış keçirilərkən evdə kimlərinsə olmasını dəqiq olaraq xatırlamır.

10. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs tək halda saxlanılmış, xatırladığı qədər atası evdə baxış keçirilərkən olmuş, evə baxış təxminən 30-40 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, polis bölməsinə aparılarkən və sonradan ona hər hansı şəxs tərəfindən fiziki və ya psixi təzyiq olmamış, pis rəftara məruz qalmamışdır.

11. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və şahidlər Şahid1 və Şahid3lə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balaxanı qəsəbəsində, saat 18-19 radələrində piyada hərəkət edərkən saxlanılaraq Sabunçu RPİnin 15-ci PB-yə gətirilmiş, orada üzərində aparılmış şəxsi axtarış istintaq hərəkəti zamanı üzərində narkotik vasitə aşkar edilmiş, daha sonra evinə baxış keçirilməklə orada da narkotik vasitə və psixotrop maddələr götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən, habelə üzərində və evində aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrə qarşı hər hansı etirazını bildirməmiş, həmin predmetləri iranlı şəxsin dediyi yerə qoymaqla pul əldə edəcəyini bildirmişdir. Evə baxış keçirilərkən atası da evdə olmuş, sonuncu aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobili olub-olmaması barədə məlumatı yoxdur.

12. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. O, Balaxanı qəsəbəsində yerləşən evdə təxminən 6 aydır arvadı, iki qızı və oğlu Əşrəfağa ilə birgə kirayədə yaşayır. Əşrəfağa polis əməkdaşları tərəfindən tutulub evə gətirilərkən o, evdə yatmış vəziyyətdə olmuş, arvadı onu çağırdıqdan sonra oyanmışdır. O, evə girmiş iki nəfər şəxsdən kim olduqları barədə soruşduqda sonuncular polis əməkdaşları olduqlarını bildirdikdən sonra Əşrəfağanı içəri gətirmişlər. Evdə narkotik vasitə və ya psixotrop maddə olmamış, videoçəkiliş aparılarkən videoçəkilişdə iştirak etməmiş, onu və arvadını həmin vaxt polis əməkdaşları başqa otaqda gözlətmişlər.

13. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. Əşrəfağa tutularkən evdə özü və əri olmuş, təxminən saat 14-15 radələrində rayonda yaşayan nəvəsi üçün bağlama göndərməyə hazırlaşarkən evə 4-5 nəfər polis gəlmiş, həmin vaxt koridorun qapısı açıq olduğundan səsi eşidib otaqdan çıxdıqda sonuncuların evdə olduqlarını görmüşdür. O, evə daxil olmuş həmin şəxslərdən kim olmaları ilə maraqlandıqda sonuncular polis olduqlarını bildirdikdən sonra ərini oyadaraq evə polislərin gəldiyini demişdir. Evin digər otağının qapısından baxarkən yataq otağında (öz otağında) xalçanın üzərində iki ədəd bağlama olduğunu görmüş, bundan sonra polislər Əşrəfağanı götürüb getmiş, lakin həmin bağlama və iki nəfər polis evdə qalmış, axşam saat 20:00 radələrində təkrar geri gəlmişlər. Əşrəfağa qonşunun azyaşlı uşağı Mehracla bağlama göndərməyə getmişdir. O həmin vaxtadək otağında hər hansı bağlama, eləcə də polislər evə daxil olarkən sonuncuların əlində hər hansı sellofan görməmiş, polislər evə daxil olanadək onlardan başqa evə heç kim gəlməmişdir.

14. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusu olmaqla ailə sürücüsü olmuş, 13 yaşlı oğlu Mehrac Əhmədovu məktəbə aparıb gətirmiş, özü də tibb bacısı olmaqla Əşrəfağanın anasının iynələrini vurmuşdur. Hadisə günü saat 12-13 radələrində Əşrəfağa ilə oğlunu diş həkiminə göndərmiş, bir müddət keçdikdən sonra sonuncular evə gəlməmiş, yalnız saat 2-3 radələrində oğlu evə gələrək Əşrəfağanın tutulduğunu, onu isə evə gətirdiklərini söyləmişdir. Belə ki, polislər oğlunu marketə su almağa göndərmiş, geri qayıtdıqda inşaat materialları satılan yerdən polislərin qum istədiklərini görmüşdür. X16 20 yanvar ərazisinə uşağına bağlama göndərməyə getdiyini, yolda kiminsə Əşrəfağaya zəng edərək hansısa kart sifarişi ilə bağlı danışdığını, sonuncu kartı götürdükdən sonra qayıdacaqlarını bildirdiyini, polislər tərəfindən onların Dərnəgüldə “Santral” deyilən yerdə saxlanıldıqlarını, yolda olarkən bir nəfər şəxsin avtomobilə əyləşdiyini, Əşrəfağa kart sifariş verən şəxsin sonuncunun olub-olmadığını soruşduğunu, bundan sonra Əşrəfağanın qoluna qandal vurulduğunu demişdir.

15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

16. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, 22 iyun 2023-cü il tarixdə, saat 18:40-da BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq 15-ci PB-yə gətirilməsi və bölmədə saat 20:30-da üzərinə şəxsi axtarış və götürmə zamanı bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 30,659 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi, eyni zamanda tədbirin davamı olaraq həmin tarixdə, saat 21:45-də yaşadığı ünvan 4ndə yerləşən nömrəsiz fərdi evə baxış zamanı 18 ədəd bağlamada olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 11352,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd bağlamada olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 6562,4 qram olan narkotik vasitə heroin, 2 ədəd bağlamada olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 1590,5 qram olan psixotrop maddə metamfetaminin aşkar edilməsi faktına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis kapitanı X13 tərəfindən 23 iyun 2023-cü il tarixdə, saat 13:05-də fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

17. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 iyun 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 4ndə yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 və polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə, saat 18:40-də ünvan 4ndə yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-yə gətirilmişdir (Cild 1, i.v. 4-12;).

18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərarından görünür ki, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 tərəfindən qəbul edilmiş və idarənin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 22 iyun 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuniliyinin yoxlanılmasından ötrü məhkəməyə təqdim edilmişdir (Cild 1, 108-109;).

19. “Şübhəli şəxsin tutulması haqqında” 22 iyun 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X8 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 Saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə həmin tarixdə, saat 20:00-da protokol tərtib olunmuşdur. Protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 iyun 2023cü il tarixdə, saat 18:40-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 21-22;).

20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyun 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X8 tərəfindən həmin idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 və polis baş leytenantı Şahid3 iştirakı ilə Sabunçu RPİnin 15-ci PB-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində saat 20:30-dan 20:42-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq-qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd açar və üzərində **********619182, **********389956 nömrələri olan plastik bank kartları aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlənin çəkisi 32 (otuz iki) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Redmi” markalı mobil telefon və 2 (iki) ədəd plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsin vasitəsi ilə bu gün Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Hüseyn” adlı şəxsin ona 5000 (beş min) manat pul verəcəyini, “Hüseyn” adlı şəxsi təxminən 1 (bir) ay olar ki, tanıdığını, əvvəl də ondan narkotik vasitə götürdüyünü, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti süni işıqlandırma şəraitində, “Sony” markalı videokameradan istifadə edilməklə BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən videoçəkiliş aparılması və videoyazının əks olduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə olunması qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 20:45-dən saat 21:15-dək protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 30-33).

21. “Evə baxış və götürmə aparılması haqqında” 22 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar, sonuncunun və Şahid4 yazılı razılıq ərizələri əsasında həmin tarixdə, saat 21:45-dən 22:09-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X8 tərəfindən həmin idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 və polis baş leytenantı Şahid3 oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçi X4, habelə Şahid4 iştirakı ilə ünvan 4ndə yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 1 (bir) ədəd qara rəngli çantanın içərisindən 9 (doqquz) ədəd bağlamada açıq-yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 2 (iki) ədəd bağlamada açıq-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 2 (iki) ədəd elektron tərəzini, 3 (üç) ədəd sellofan torbadan 9 (doqquz) ədəd bağlamada açıq-yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 8 (səkkiz) ədəd bağlamada açıq-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 2 (iki) ədəd bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixunaya bənzər kütlənin əl çantası ilə birlikdə ümumilikdə çəkisi 11 (on bir) kq 65 (altmış beş) qram, heroinə bənzər kütlənin ümumilikdə çəkisi 6 (altı) kq 590(beş yüz doxsan) qram, metamfetaminə bənzər kütlənin ümumilikdə çəkisi 1(bir) kq 625 (altı yüz iyirmi beş) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçı və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut həmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsin vasitəsi ilə bu gün Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Hüseyn” adlı şəxsin ona 5000(beş min) manat pul verəcəyini, “Hüseyn” adlı şəxsi təxminən 1 (bir) ay olar ki tanıdığını, əvvəl də ondan narkotik vasitə götürdüyünü, yaşadığı evdə narkotik vasitə saxlamasından heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs atası Şahid4 verilən suallara cavab olaraq yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, oğlu Təqsirləndirilən şəxs ona yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə saxlamasını demədiyini bildirmişdir. Baxış və götürmə istintaq hərəkəti təbii işıqlandırma şəraitində aparılmışdır. Protokolda istintaq hərəkəti zamanı BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən “Sony” markalı videokameradan istifadə etməklə videoçəkiliş aparılması və videoyazının əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 22:35-dən saat 23:15-dək protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 34-40;).

22. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Evə baxış və götürmə aparılması haqqında” 22 iyun 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti müvafiq olaraq 8 dəqiqə 50 saniyə və 23 dəqiqə 45 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə evinə baxış və götürmə istintaq hərəkətləri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi, xüsusilə evinə baxış zamanı fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda, videogörüntülərdən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən polis əməkdaşları tərəfindən yalnız Təqsirləndirilən şəxs göstərdiyi otağa (digər hər hansı otağa baxış keçirmədən) daxil olaraq hər hansı axtarış aparmadan Təqsirləndirilən şəxs göstərdiyi yerdən təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrin götürülməsi müəyyən olunmuşdur (Cild 1, i.v. 33; 44;).

23. “Məhkəmə-bioloji” ekspertizasının 23 iyun 2023-cü il tarixli, 7/922 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sellofan bağlamada 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli bağlamada 2 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 514,0 qram və 1000,8 qram olmaqla, ümumi, çəkisi 1514,8 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzəri şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...) yazılan göy rəngli polietilen bağlamada 4 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 924,8 qr, 508,3 qr, 514,3 qr və 515,7 qram olmaqla, ümumi çəkisi 2463,10 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş qara rəngli idman çantasında 12 (on iki) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 485,5 qram, 515,0 qram, 1000,0 qram, 265,3 qram, 510,5 qram, 512,5 qram, 1000,2 qram, 1058,8 qram, 515,0 qram, 500,0 qram, 500,8 qram və 511,3 qram olmaqla, ümumi çəkisi 7374,90 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Marixuananın ümumi çəkisi - 11352,80 qram, cəmi tədqiqata sərf edildi - 0,9 qram, qalıq-11351,90 qram. Aparılmış tədqiqatın dəyərinin 70 (yetmiş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 46-50;).

24. “Məhkəmə-kimyəvi” (materialların) ekspertizasının 23 iyun 2023-cü il tarixli, 6/3500 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№"-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 30,659 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərfiər üçün 7№li dairəvi möhür əksi olan polietilen bağlamadaki, 10 (on) ədəd torbada ayrı-ayrılıqda təmiz çəkiləri 939,8 qram, 758,7 qram, 497,6 qram, 563,6 qram, 651,8 qram, 500,2 qram, 801,7 qram, 533,4 qram, 765,3 qram və 550,3 qram olmaqla, ümumi təmiz çəkisi 6562,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd torbada ayrı-ayrılıqda təmiz çəkiləri 594,0 qram və 996,5 qram, ümumi təmiz çəkisi 1590,5 qram (1 kq 590,5 qram) ağ rəngli kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 (iki) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 6593,059 qram (6 kq 593,059 qram) təşkil edir. Heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildirlər. Üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi - 30,659 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 30,559 qram. Evindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi - 6562,4 qram, tədqiqata sərf edildi - ümumi 0,3 qram, qalıq - 6562,1 qram. Metamfetaminin ümumi təmiz çəkisi 1590,5 qram, tədqiqata sərf edildi - ümumi 0,2 qram, qalıq - 1590,3 qram. Aparılmış tədqiqatın dəyərinin 114 (bir yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 51-56;).

25. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 4(005)- 958/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 22 iyun 2023cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi X9 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimatın təmin edilməsinə etiraz etmişlər (Cild 1, i.v. 102-105;).

26. “Maddi sübut hesab edilməsi haqqında” 3 iyul 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 11 kiloqram 351,9 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 6 kiloqram 592,659 qram narkotik vasitə heroin və qalıq çəkisi 1 kiloqram 590,3 qram psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmalarından ötrü Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v.120-123;).

27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 nömrəli X3” tərəfindən təqdim edilmiş 7 iyul 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v.142;).

28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən təqdim edilmiş 14 iyul 2023-cü il tarixli məktubda göstərilmişdir ki, xx xxxxx 1985-ci il təvəllüdlü ünvan 3 ünvanda qeydiyyatda olmaqla ünvan 4ndə yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicə almamışdır (Cild 1, i.v.147;).

29. BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətovun 20 iyul 2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə və psixotrop maddəni onun “Hüseyn” adlı şəxsin sifarişi ilə əldə etdiyi və 8000 manat pul müqabilində deyəcəyi yerə qoymaq və ya deyəcəyi şəxslərə vermək məqsədi ilə saxladığı müəyyən edilmiş, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı əldə edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Hüseyn” adlı şəxsin şəxsiyyətini müəyyən etmək və onu istintaqa təqdim etmək mümkün olmamışdır (Cild 1, i.v.148;).

30. Masallı şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 24 iyul 2023-cü il tarixli xasiyyətnamədən və 20 iyul 2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müsbət xarakterizə olunmaqla ünvan 3-də yaşayır, ailə tərkibi atası Şahid4, anası Şahid5, qardaşı X10, bacıları X14 və X6 ibarətdir (Cild 1, i.v. 152-155;).

31. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 10 avqust 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır (Cild 1, i.v. 156-157;).

32. “Bank məlumatları barədə diskə baxış keçirilməsi haqqında” 2 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı əsasında əldə olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “X12” ASC-yə məxsus plastik bank kartı ilə aparılmış əməliyyatları özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı qeyd olunan kartla müxtəlif ATM-lərdə keçirilmiş əməliyyatlar zamanı çəkilmiş şəkillərə əsasən kartın Təqsirləndirilən şəxs tərəfindən istifadə edildiyi müəyyən edilmişdir(Cild 1, i.v.166;).

33. “Bank məlumatları barədə sənədlərə və diskə baxış keçirilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı əsasında əldə olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş "xxxx" ASC-yə məxsus plastik bank kartı ilə aparılmış əməliyatları özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı qeyd olunan kartın Təqsirləndirilən şəxs atası Şahid4 məxsus olmaqla, həmin kartla müxtəlif ATM-lərdə keçirilmiş əməliyyatlar zamanı çəkilmiş şəkillərə əsasən kartın Təqsirləndirilən şəxs tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Baxış zamanı həmçinin həmin karta müxtəlif tarixlərdə və vaxtlarda terminaldan mədaxil, posterminalla pdəniş, bankomatdan məxaric, birbank vasitəsilə kartdan karta köçürmə və sair əməliyyatlar aparılması müəyyən edilmişdir (Cild 1, i.v.172).

34. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 22 iyul 2023-cü il tarixli, 4660 nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini inkar edir (Cild 1, i.v. 173-174;).

35. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 23 sentyabr 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni və yaşayış yerinə keçirilmiş baxış və götürməni özündə əks etdirən 2 (iki) ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, tədqiqatlardan sonra qalıq çəkiləri 11 kq 351,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, 6 kq 592,659 qram olan narkotik vasitə heroin, 1 kq 590,3 qram olan psixotrop maddə metamfetamin və 2 (iki) ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sabutların saxlama yerinə təhvil verilmişdir. "xxxx" MMC, “X12” ASC və "xxxx" ASC-dən götürülmüş ümumilikdə 3 (üç) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd mənzil açarının onun özünə, 2 ədəd bank kartının isə sonuncunun müdafiəçisi və ya yaxın qohumlarına qaytarılması qərara alınmışdır (Cild 1, i.v. 175-189; 217;).

36. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 25 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunmaqla mahiyyəti izah edilmişdir (Cild 1, i.v. 193-195;).

37. “Cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında” 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə qrupun üzvü “Hüseyn” adlı şəxsin, habelə qrupun digər üzvlərinin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq müstəntiq Əhəd Nəcəfov tərəfindən icraatına qəbul edilərək istintaqı davam etdirilir (Cild 1, i.v. 212-213;).

38. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ə.M.Nəcəfov tərəfindən 2 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 4 oktyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.229-239;).

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 6372/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2023-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13 və 14-cü bəndlərində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs kürək nahiyəsində köhnə çapıq toxuması aşkar olunmuş, müayinə zamanı şikayəti olmadığını bildirmişdir (Cild 2).

40. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 1(101)-663/2023 saylı hökmündən görünür ki, X10 və X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs doğma qardaşı Cavidan Əlizadə külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmişdir(Cild 2).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

42. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

44. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

45. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

46. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

47. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

48. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Həmin siyahının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

49. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əldə edərək üzərində, o cümlədən yaşadığı evdən külli miqdarda olmaqla çoxsaylı bükümlərə bükülmüş halda saxladığı, habelə üzərində saxlamaqla daşıdığı ümumilikdə 6592,659 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının, ümumilikdə 11352,8 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının, habelə ümumilikdə 1590,5 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin külli miqdarından 1000 dəfələrlə artıq olması, həmin narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərə aid olmaqla çoxsaylı bükümlərə bükülmüş halda aşkar edilməsi, özünün istifadəsində olan bank kartlarına mənbəyi və təyinatı ayrılmış cinayət işində araşdırılan müxtəlif məbləğlərdə pul vəsaitlərinin mədaxil və məxaric olunması, qeyriləri ilə qabaqcadan əlbir olaraq özünün qazanc əldə etmək məqsədilə ona bildirilmiş yerlərə narkotik vasitə və psixotrop madələri qoymaq məqsədinin olması ilə bağlı etirafedici ifadələri, habelə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istehlakçısı olmaması və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

50. Məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4, Şahid5 və X2 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələrdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı hal olmadığından işin faktiki halının müəyyən edilməsi baxımından sübut kimi qiymətləndirilməməlidir. Belə ki, Şahid4 təqsirləndirilən şəxsin doğma atası, Şahid5 isə təqsirləndirilən şəxsin doğma anası olmaqla sonuncuların verdiyi həmin ifadələrdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı hal olmadığından işin faktiki halının müəyyən edilməsi baxımından sübut kimi qiymətləndirilməməlidir. “Evə baxış keçirilməsi və götürmə aparılmasına” dair protokoldan Şahid4 də baxış zamanı iştirak etməsi müəyyən olunmasına və baxış zamanı fəal olması, habelə verilən suallara cavab verməsinə baxmayaraq, məhkəmə iclasında həmin baxış zamanı ümumiyyətlə iştirak etməməsini və polis əməkdaşlarının onları başqa otaqda saxladıqlarını göstərməsi kimi işin faktiki halları ilə tam inkar edilən ifadə verməsi məhkəmənin onun ifadəsinə tənqidi yanaşılmalı olması qənaətinə gəlməyə əsas verir. Bundan başqa, Mətanət İbrahimova təqsirləndirilən şəxsin qonşusu olmaqla ümumiyyətlə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının birbaşa şahidi olmamış, habelə ifadələri azyaşlı üçüncü şəxsin ziddiyyətli söylədiklərinə əsaslanmaqla göstərdiyi xüsusatları təsdiq edə biləcək hər hansı mötəbər sübut müəyyən edilmədiyindən sübut kimi qiymətləndirilməməlidir.

51. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

52. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

54. Hökmün 53-cü bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

55. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində, eləcə də evində narkotik vasitə və psixotrop maddələr olmaması, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, onun ittihamda göstərilən yerdə və vaxtda deyil, başqa yerdə və vaxtda tutulması, polis əməkdaşları tərəfindən psixi təzyiq edilərək atasının da tutulacağı ilə bağlı hədələrə məruz qaldığından ibtidai istintaq zamanı aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri boynuna götürməsi, “Hüseyn” adlı şəxsi tanımaması, sonuncu ilə hər hansı əlaqədə olmaması, müdafiəçinin üzərində axtarış və yaşadığı evə baxış keçirilməsi zamanı iştirak etməməsi, müdafiəçini yalnız qətimkan tədbiri seçilərkən məhkəmədə göstərməsi ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi və ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmasından yayınması kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

56. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

57. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki və ya psixi təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Hökmün 20-22, 25 və 39-cu bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

58. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

59. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.

60. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

61. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

62. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

63. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

64. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

65. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

66. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

67. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

68. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

69. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini, həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı dövründə davranışını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğunun olmamasını, valideynlərinin yaşlı olmaqla onun himayəsində olmasını, qeydiyyat yerindən müsbət xarakterizə olunması və narkomaniya xəstəliyindən əziyyət çəkməməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

70. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

71. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddə yaxın həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

72. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

73. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

74. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

75. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

76. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 4(005)-958/2023 saylı qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 22 iyun 2023-cü il tarixdən hesablanmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

77. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2023-cü il tarixdən hesablanmalıdır.

78. Məhkəmə hökmün 34-cü bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

79. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

80. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 11 kq 351,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, tədqiqatlardan sonra qalıq çəkisi 6 kq 592,659 qram olan narkotik vasitə heroin və tədqiqatlardan sonra qalıq çəkisi 1 kq 590,3 qram olan psixotrop maddə metamfetamin və 2 (iki) ədəd elektron tərəzi məhv edilməli, “şəxsi axtarış və götürmə” və “evə baxış və götürmə” zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən maddi sübut qismində tanınmamasına baxmayaraq, aşkar edilmiş məlumatların xarakterinə görə mühüm əhəmiyyət kəsb etdiyindən bank məlumatlarına dair əldə edilmiş 2(iki) ədəd diskin də hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır.

81. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

82. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 184 (bir səkkiz yüz dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

83. İş üzrə mülki iddia verilməmişdir.

84. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

85. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

86. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 22 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 11351,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, tədqiqatlardan sonra qalıq çəkisi 6592,659 qram olan narkotik vasitə heroin və tədqiqatlardan sonra qalıq çəkisi 1590,3 qram olan psixotrop maddə metamfetamin və 2 (iki) ədəd elektron tərəzi məhv edilsin, 4 (dörd) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 184 (bir səkkiz yüz dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar