Məhkəmə qərarları › İş №1(101)-883/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-883/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-883/2025 16.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X13 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2(iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala küçəsi ev 11-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Zirə südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 may 2025-ci il tarixdə, saat 10:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 25 noyabr 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək üzərində saxlamaqla daşımışdır.

2. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda narkotik vasitə heroin və xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 9 mart 2024-cü il tarixdə ümumi təmiz çəkisi xeyli miqdarda 1,772 qram olan ağ rəngli, kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda təmiz çəkisi 2,593 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün (bundan sonra mətndə - Suraxanı RPİ-nin PPXB) əməkdaşları tərəfindən 9 mart 2024-cü tarixdə, saat 8 radələrində keçirilmiş tədbirlər nəticəsində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Mida 2 yaşayış kompleksinin yaxınlığında saxlanılaraq Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Xanməmmədov 5 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə (bundan sonra mətndə - 30-cu PŞ) aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,772 qram olan ağ rəngli, kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,593 qram olan qəhvəyi rəngli təzşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Şahid1 8 yanvar 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tərəflərindən 9 mart 2024-cü il tarixdə, səhər saat 08:00 radələrində saxlanılmışdır. Belə ki, o, Şahid2la birlikdə xidmətdə olarkən “Mida 2” yaşayış kompleksi yaxınlığında “Prius” markalı avtomobilin yanında Təqsirləndirilən şəxs və bir nəfər digər şəxsin özlərini şübhəli aparması ilə əlaqədar sonunculara yaxınlaşıb özlərini təqdim etdikdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu, digər şəxs isə narkotik vasitə istifadəçisi olmadığını, eləcə də üzərində hər hansı narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra onların hər ikisi xidməti avtomobillə tərəflərindən polis şöbəsinə aparılmışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərində kiçik büküm aşkar olunmuş, sonuncu həmin bükümdəki narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparılarkən, o cümlədən polis şöbəsində olarkən narkotik vasitənin ona məxsus olmamasına dair onlara hər hansı narazılığını bildirməmiş, habelə Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı zorakılıq olmamışdır. Polis şöbəsinə gedərkən yolda hər hansı polis əməkdaşları onlara yaxınlaşıb avtomobili saxlatdırmamışdır. O, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin nə zaman yekunlaşmasını, eləcə də sonuncu ilə birlikdə saxlanılan digər şəxsin polis şöbəsindən nə vaxt buraxılmasını bilmir. Təqsirləndirilən şəxs və digər şəxsin yanında olduqları avtomobil hadisə yerində qalmışdır. Saxlanılan şəxslər polis şöbəsinə gətirilərkən xidməti avtomobilin arxasındakı xüsusi yerdə qolları açıq vəziyyətdə oturmuş, xidməti avtomobili Şahid2 idarə etmiş, o isə sonuncunun yanında ön sərnişin oturacağında oturmuşdur. Şəxslər polis şöbəsinə gətirildikdən təxminən 5 dəqiqə sonra videoçəkilişlə istintaq hərəkəti aparılmışdır. Şəxslərin saxlanıldıqları yerdən polis şöbəsinə qədər məsafə avtomobillə təxminən 15-20 dəqiqə olmuşdur. PPXB-də xidmət 12 saat davam edir. Belə ki, misal üçün onlar gündüz saat 7:30-da xidmətə başladıqda, axşam saat 20 radələrində xidmətləri bitir. Hadisə vaxtı istifadəsində ***-***-**- ** mobil telefon nömrəsi olmuş, həmin mobil telefon nömrəsi şəxsləri saxlayarkən, eləcə də polis şöbəsinə apararkən üzərində olmaqla işlək vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs üzərinə onun və ya digər polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmamış, eləcə də mobil telefonu götürülməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şəxs tərəfindən hər hansı fiziki və ya psixi təsir və təzyiq göstərilməmişdir. Saxlanılan şəxslər avtomobilə əyləşdirilərkən üzəriləri yoxlanılmamışdır.

4. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə (bax cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 251-253;) məhkəmədə verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan onun həmin ifadəsi elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, 9 mart 2024-cü il tarixdə, saat 8 radələrində iş yoldaşı Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə onlara təhkim olunmuş xidməti avtomobillə Suraxanı rayonu Hövsan qəsəbəsi “Mida 2” yaşayış kompleksinin yaxınlığında olduqları zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını, coşqun hərəkətlə getdiyi istiqaməti dəyişdiyindən həmin şəxsə qarşı onlarda şübhə yaranmışdır. Bundan sonra onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özünü niyə həyəcanlı apardığını soruşduqda, Təqsirləndirilən şəxs həyəcanlı olmağını üzərində narkotik vasitə olmağı ilə izah etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PŞ-yə dəvət etmiş, sonuncu heç bir müqavimət göstərmədən onlarla birlikdə ora getmişdir. Daha sonra onlar Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Üzərinə axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra sonuncuya üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofana bükülmüş “patı” kimi tanıdığı psixotrop maddə və bir ədəd şəffaf sellofana bükülmüş “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu bildirmiş və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 2(iki) ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin cins şalvarının sol yan cibindən bir ədəd “Honor” markalı mobil telefon aşkar edilmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofana bükülmüş bükümlərə baxış keçirmiş, baxış zamanı həmin bir ədəd şəffaf sellofana bükülmüş bükümdə ağ rəngli kristalşəkilli olan psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki kütlənin psixotrop maddə metamfetamin və bir ədəd bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə heroini 9 mart 2024-cü il tarixdə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşının kartına 45 manat göndərməklə İran vətəndaşının göndərdiyi yerdən, yəni Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “Mida 2” yaşayış kompleksinin yaxınlığından götürüb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülmüş iki ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir.

5. İfadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Şahid1 həmin ifadəsini təsdiq etdiyini bildirərək əlavə edərək göstərdi ki, polis şöbəsinə aparıldıqdan təxminən 5 dəqiqə sonra videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, həmin vaxt müdafiəçinin orada olub-olmadığını isə xatırlamır. Videoçəkiliş polis şöbəsində kapitan rütbəli başqa bir polis əməkdaşı tərəfindən həyata keçirilmiş, təhqiqatçı isə Şahid6 olmuşdur. Təhqiqatçı Şahid6 tərəfindən Təqsirləndirilən şəxs cibinə narkotik vasitə və ya psixotrop maddə qoyulması halı olmamışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra başqa yerdən narkotik vasitə və ya psixotrop maddə götürüb gətirmə halı olmamışdır. O, xidmətə yeni qəbul edilməsi ilə əlaqədar xidməti əraziləri yaxşı tanımadığından bütün ərazilərdə xidmətə yazılır, Maqsud isə polis orqanlarında uzun müddət işləyir. Təqsirləndirilən şəxs üzərinə hər hansı narkotik vasitə və psixotrop maddə qoymamış, birincini və onun yanındakı şəxsi xidməti avtomobilin arxa hissəsindəki xüsusi yerdə əyləşdirərkən onların üzəri yoxlanılmamış, onlar hər hansı müqavimət və ya etiraz etməmişlər.

6. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı PPXB-nin polis nəfəri-sürücü polis serjantı Şahid2 15 yanvar 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında ifadəsində göstərdi ki, Şahid1 ilə birlikdə Suraxanı rayonu Hövsan qəsəbəsi “Mida 2” yaşayış kompleksində gecə saat 00:00-01:00 radələrində xidmətdə olarkən “Prius” markalı şübhəli avtomobilə yaxınlaşdıqda həmin avtomobildə Təqsirləndirilən şəxs və digər başqa şəxsin olduğunu görmüş, sonunculara özlərini təqdim etmələrini tələb etdikdə onlar avtomobildən düşərək özlərini təqdim etmək istəməmiş, həmin vaxt üzərilərində vətəndaşların şəxsiyyətinin müəyyən edilməsi üçün istifadə olunan elektron qurğu (portal) olmadığından onların həri ikisini də 30-cu PŞ-yə dəvət etmişlər. Şöbədə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Zaurun üzərindən narkotik vasitə aşkar edilmişdir. Xidmət zamanı Şahid1 ilə ondan başqa yanlarında digər polis əməkdaşı olmamışdır. Hadisə gecə növbəsində olmuş, həmin vaxt axşam saat 20:00-dan səhər saat 8-dək xidmətdə olmuşlar. Saxlanılan şəxsləri polis şöbəsinə xidməti “Fiat Doblo” markalı avtomobillə aparmış, həmin vaxt avtomobil ona təhkim olunaraq tərəfindən idarə olunmaqla Şahid1 onun yanında oturmuş, saxlanılan şəxslər isə arxada xüsusi yerdə oturmaqla yanlarında başqa polis əməkdaşı olmamış, habelə onların əlinə qandal vurulmamışdır. O, şəxsləri dəqiq saat neçədə polis şöbəsinə gətirdiklərini xatırlamır. Lakin şəxsləri polis şöbəsinə gətirdikdən sonra əvvəlcə raport tərtib etməklə növbətçi hissəyə təhvil vermiş, daha sonra isə digər prosessual hərəkətlər həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti birinci polis şöbəsinə gətirildikdən sonra gecə vaxtı aparılmış, həmin vaxt müdafiəçinin iştirak edib-etməməsini xatırlamır. Hadisə vaxtı üzərində işlək vəziyyətdə olan ***-***-**-** telefon nömrəsi olan mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir və təzyiq olmamışdır. Onun saxlanılan şəxslərə məxsus avtomobilin polis şöbəsinə gətirilib-gətirilməməsi barədə hər hansı məlumatı yoxdur. Şəxsləri polis şöbəsinə aparmaq üçün xidməti avtomobilə əyləşdirdikləri yerə onları digər polis əməkdaşları çağırmamış, Şahid1 başqa onun yanında şəxsləri saxlayarkən başqa polis əməkdaşı olmamışdır. Şəxsləri saxladıqdan qısa müddət sonra onları polis şöbəsinə apararaq təhvil vermişlər.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadəsi (bax cild 1, i.v.254-256;) elan olunmaqla tədqiq edilmiş və onun Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir.

8. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildikdən sonra verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs tərəflərindən 8 martdan 9 marta keçən gecə təxminən saat 1 radələrində saxlanılmasını xatırlayır, lakin əgər ibtidai istintaq dövründə verdiyi ifadəsində Zaurun səhər saat 8 radələrində saxlanılması qeyd olunmuşdursa, həmin ifadəsində qeyd olunanların doğru olduğunu hesab edir. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı təsir və ya təzyiq olmamış, sonuncunun yanında taksi sürücüsü olan başqa bir nəfər şəxs də olmuş və onların hər ikisi saxlanılaraq polis şöbəsinə gətirilmişdir.

9. Tərəflərin vəsatəti əsasında ifadələri arasında yaranmış ziddiyyətli halların aydınlaşdırılması üçün təkrarən məhkəməyə dəvət edilmiş Şahid2 5 fevral 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında verilən suallara cavab olaraq 15 yanvar 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında verdiyi ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid5 tərəflərindən gecə saatlarında deyil, səhər saatlarında saxlanılaraq polis şöbəsinə gətirilmiş, bu barədə müvafiq raport yazaraq rəhbərliyə məlumat verilmişdir. O, saxlanılan şəxsləri həmin gün xatırlamadığı başqa hadisə ilə bağlı saxladıqları digər iki nəfər şəxslə qarışdırdığı üçün əvvəlki məhkəmə iclası zamanı dindirilərkən Təqsirləndirilən şəxsla Şahid5 gecə saatlarında saxlanılmasını demişdir. Lakin hazırda Təqsirləndirilən şəxs və Abbas Quliyyevin 9 mart 2024-cü il tarixdə, səhər saatlarında saxlanılaraq tərəflərindən raportla polis şöbəsinə təhvil verildikdən sonra özlərinin xidməti fəaliyyətlərini davam etdirdiklərini xatırlayır. Suraxanı RPİ-də axşam sıra düzülüşü saat 19:30-da başlayır, təxminən 45 dəqiqə təlimatlandırma olduqdan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-yə məxsus inzibati ərazidə xidmətə çıxırlar. Səhər düzülüşü isə təxminən 20-25 dəqiqə olmaqla saat 08:00-da başlayır, əlavə göstəriş olduğu təqdirdə sıra düzülüşünə daha gec gəlmə halları olur. O, Şahid1 ilə birlikdə hadisə vaxtı Hövsan qəsəbəsində xidmətdə olmuşdur.

10. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Həmin şəxsi əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ifadəsində guya onun narkotik vasitəni birinciyə verdiyi barədə ifadə vermişdir. Halbuki Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunan zaman vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, könüllü olaraq üzərində narkotik vasitə olmasını etiraf edərək narkotik vasitəni İran vətəndaşından əldə etdiyini bildirmişdir. Hər hansı polis əməkdaşı və ya onun tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs onun barəsində bildirdikləri hallar birincinin ağır cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq üçün uydurduğu bəhanədir.

11. Verilən suallara cavab olaraq Şahid6 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs PPXB-nin əməkdaşları tərəfindən 9 mart 2024-cü il tarixdə, saat 08:30 radələrində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülməklə tədqiq olunması üçün ekspertizaya göndərilmişdir. O, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə və ya psixotrop maddə qoymamış, habelə üzərindən aşkar olunmuş həmin predmetlərin ona məxsus olmasını boynuna alması üçün təzyiq göstərməmişdir. O, saat 08:00-dan işdə olur. Ona yalnız Təqsirləndirilən şəxs təqdim edilmiş və bununla bağlı sənədləşdirmə aparmış, başqa hər hansı şəxsi görməmiş, Təqsirləndirilən şəxs polis şöbəsinə hansı avtomobillə gətirilməsini bilmir. PPXB əməkdaşları Təqsirləndirilən şəxs saxlanılması barədə ona səhər saatlarında, yəni saat 08:00-dan sonra məlumat vermiş, həmin vaxt da sənədləşdirmə işlərini həyata keçirmiş, lakin Zaurla birlikdə başqa hər hansı şəxsin də saxlanılması ilə bağlı ona heç kim məlumat verməmiş, Zaurun özü də bu barədə ona bildirməmişdir. O, müdafiəçini şəxsən özü dəvət etmiş, lakin adətən müdafiəçilər şəxsi axtarış istintaq hərəkətində iştirak etmək istəmədikləri üçün şübhəli şəxsin müdafiəçinin iştirakı olmadan istintaq hərəkətinin keçirilməsini xahiş etməsinə dair şablon ərizə tərtib olunur.

12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 15 yanvar 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında ifadəsində göstərdi ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs ona zəng edərək “Bolt” tətbiqində göstərilən məbləğdən 2-3 manat artıq, yəni 20 manat müqabilində onu evindən götürüb Hövsan qəsəbəsinə aparıb gətirməyi təklif etmiş, o da sonuncu ilə razılaşaraq onu evindən götürüb Suraxanı rayonu Hövsan qəsəbəsi “Mida 2” yaşayış kompleksi ünvanına aparmışdır. Zaurun bildirdiyi ünvana çatdıqda Zaur avtomobildən enib mobil telefonla kiminləsə danışmağa başlamışdır. Daha sonra mülki avtomobildə olan polis əməkdaşları onlara yaxınlaşaraq ondan nə etdiklərini, nəyə görə dayandıqlarını soruşmuş, o isə müştəri gətirdiyini bildirmişdir. Daha sonra ora gələn başqa bir polis əməkdaşı mobil telefonu Zaurun əlindən almış, xidməti patrul-polis avtomobili isə həmin yerə gələrək onları polis şöbəsinə aparmışdır. O, Zaurun Hövsan qəsəbəsinə nə üçün getdiyini bilməmişdir. Qeyd edilən hadisə 9 mart 2024-cü il tarixdə, gecə saat 1 radələrində baş vermişdir. O, sonradan Zaurun üzərindən narkotik vasitə aşkar edildiyini öyrənmişdir. Polislər onları saxlayarkən Zaur üzərində narkotik vasitə olduğunu deməmişdir. O, polis şöbəsindən 9 mart 2024-cü tarixdə, səhər saat 9-10 radələrində buraxılmışdır. O, Zaurla birlikdə saxlanılaraq polis şöbəsinə patrul avtomobili olan “Fiat-Doblo” markalı avtomobillə aparılmış, onlar avtomobilin arxa hissəsindəki xüsusi yerdə yanlarında hər hansı polis əməkdaşı olmadan tək halda, əlləri açıq vəziyyətdə oturmuşlar. Hadisə vaxtı onun istifadəsində 051 311 96 30 mobil telefon nömrəsi olmuşdur. Onlara birinci olaraq mülki avtomobildə olan polis əməkdaşları yaxınlaşmış, təxminən yarım saat sonra isə xidməti patrul avtomobili gəlib onları polis şöbəsinə aparmışdır. Saxlanıldıqları yerdən polis şöbəsinə qədər məsafə avtomobillə təxminən 15- 20 dəqiqə olmuşdur.

13. Şahid5 23 noyabr 2024-cü il tarixdə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan onun həmin ifadəsi elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 aydır tanıyır. Zaurla çox yaxın əlaqəsi olmamış, onun əlaqəsi taksi sürücüsü kimi dəvət etdiyi vaxtlarda olmuşdur. Zaur bir neçə dəfə ona ünvan demiş, o da pul müqabilində həmin ünvanlara aparmışdır. Sonuncu dəfə təxminən 2024-cü ilin 9 mart tarixində saatı xatırlamadığı vaxtda Zaur onunla əlaqə saxlayıb Hövsan qəsəbəsinə getməli olduğunu bildirmişdir. Zaur “Bolt” tətbiqində qiymətə baxdıqda 6.70 manat qiymət göstərildiyini bildirərək ona 20 manat müqabilində Hövsan qəsəbəsinə aparıb gətirməyini istəmiş, o da razılıq vermişdir. Həmin gündən sonra Zaurla əlaqəsi olmamışdır. O, Zauru Qala qəsəbəsindən götürüb Hövsan qəsəbəsinə aparmışdır. O, Hövsana gələn zaman avtomobili saxlayıb harasa dəyib qayıtmışdır. Hövsan qəsəbəsində “Mida 2” yaşayış kompleksinin yanında saxlamış, Zaur ona orada kimisə gözlədiyini bildirmişdir. Ondan nə səbəbə dayandıqlarını, nə üçün gözlədiyini soruşmamışdır. 9 mart 2024-cü il tarixdə, saat 8 radələrində polis avtomobili onların yanında saxlayıb özlərini təqdim etdikdə sonuncuların PPX əməkdaşları olması məlum olmuşdur. Polis əməkdaşları nə səbəbə burada olduqlarını soruşduqda Zaur narkotik vasitə üçün gəldiyini bildirmişdir. O, Zaurun dediklərini eşitdikdə onun zarafat elədiyini düşünmüşdür. Lakin polis əməkdaşları onları Suraxanı RPİ-nin 30-cu PŞ-yə dəvət etmişdir. O, narkotik vasitə istifadəçisi olmadığını və ümumiyyətlə Zaurla bu cür əlaqəsi olmadığını bildirmişdir. Sonradan Zaurla heç bir əlaqəsi olmamışdır. Şöbədə olan zaman Zaurun üzərində narkotik vasitə aşkar edildiyi barədə məlumatı olmuşdur. Sonradan polis əməkdaşları onu narkoloji ekspertizadan keçirmişlər. O, narkotik vasitə istifadə etmədiyi üçün izahatı alınaraq polis şöbəsindən evə getmişdir. Sonradan Zaurla heç bir əlaqəsi olmamışdır. Suraxanı RPİnin müstəntiqi Azim Bayramov istintaqa dəvət etdikdə istintaqa gəlib hadisə barədə məlumat vermişdir. Onun mobil telefonuna heç bir “konum” göndərilməmiş, o öz mobil telefonunu danışmaq üçün də Zaura verməmişdir. O, polis əməkdaşlarının narkotik vasitəni başqa yerdən götürüb Zaura onun olmasını demələrinin şahidi olmamış, Zaur polis əməkdaşlarını gördükdə özünü itirib narkotik vasitə üçün gəldiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təsir göstərilməmiş, Zaura qarşı da belə bir hadisənin şahidi olmamışdır (Cild 2, i.v. 174-176;).

14. İfadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Şahid5 məhkəmədə verdiyi ifadəsinə əlavə edərək göstərdi ki, ibtidai istintaqdakı ifadəsində göstərilən bəzi hissələr düzgün qeyd olunmamışdır. Belə ki, o, əsasən gecə vaxtı taksi sürücülüyü ilə məşğul olur və əvvəllər də həm Zauru, həm də sonuncunun ailəsini taksi kimi müxtəlif ünvanlara aparıb gətirmişdir. Hadisə günü Zaurdan hara getdiyini soruşmamış, Zaur polislərlə avtomobilin yanında danışarkən üzərində narkotik vasitə olduğunu deyil, narkotik vasitə götürmək üçün gəldiyini demişdir. Zaur onun mobil telefonu ilə danışmamış, onun mobil telefonuna hansısa ünvan göndərilməmiş, Zaur yalnız öz mobil telefonu ilə danışmışdır. Polis əməkdaşları onları döyməmiş, təzyiq etməmişdir. Zaur cibindən nəsə atmağa çalışmamış, narkotik vasitə götürməmişdir. Belə ki, Zaur getdikləri ünvanda avtomobildən düşmüş, harasa gedib gəldikdən sonra “bura deyil, biraz qabağa gedək” demişdir. Hesab edir ki, Zaur ünvanı səhv salmışdır. Zaur 1-ci dəfə binalar olan tərəfə getmiş, 10 dəqiqə sonra geri qayıtmışdır. 2-ci dəfə isə həmin əraziyə yaxın bir yerdə binanın digər tərəfinə getmiş, həmin vaxt polislər də gəlmiş, onlar da avtomobildən düşmüşdür. Patrul avtomobilində Zaurla birlikdə olarkən qolları açıq və tək olmuşlar.

15. Tərəflərin vəsatəti əsasında ifadələri arasında yaranmış ziddiyyətli halların aydınlaşdırılması üçün təkrarən məhkəməyə dəvət edilmiş Şahid5 5 fevral 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında verilən suallara cavab olaraq 15 yanvar 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında verdiyi ifadəsinə əlavə edərək göstərdi ki, polis əməkdaşları tərəfindən o və Təqsirləndirilən şəxs 9 mart 2024-cü il tarixdə, təxminən gecə saat 3 radələrində saxlanılaraq polis şöbəsinə aparılmış, sənədləşmə işləri isə səhər saatlarında olmuşdur. Belə ki, o, 3-4 saat polis şöbəsində saxlanılmış, daha sonra səhər saat 9-10 radələrində buraxılmışdır. O, Təqsirləndirilən şəxsla taksi sürücüsü kimi getmişdir. Bir daha bildirir ki, onları 9 mart 2024-cü il tarixdə, səhər saat 8 radələrində saxlamamışlar.

16. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs 15 ildir tanıyır, lakin onunla çox yaxın əlaqəsi olmamışdır. Təxminən 5-6 aydır narkotik vasitə heroin istifadə etmişdir. Xəzər rayonunda barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi olmuş və həmin cinayət işi baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Həmin hadisədən sonra narkotik vasitəyə tövbə etmişdir. Təqsirləndirilən şəxsla bağlı olan hazırkı hadisədən təxminən 5-6 ay əvvəl Zaurla görüşüb narkotik vasitə istədiyini demişdir. Zaur ondan nə qədər pulu olduğunu soruşduqda Zaura 5 manatı olduğunu demişdir. Zaur həmin 5 manatı ondan götürüb ona gözləməyini demişdir. Bir müddət sonra Zaurun yaşadığı Südçülük sovxozunda görüşmüş, Zaur 1 ədəd kağız bükümdə narkotik vasitə heroini ona vermişdir. O həmin narkotik vasitəni götürüb oradan uzaqlaşmışdır. Bundan sonra müxtəlif vaxtlarda Zaurla görüşüb narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitələrin müqabilində Zaura hər bir büküm üçün 10 manat pul vermişdir. Sonuncu dəfə Zaurdan narkotik vasitəni 2024-cü ilin 20 fevral tarixində almışdır. Həmin gündən sonra Zaurla əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olmasını bilməmiş, narkoman kimi sonuncuya 5 manat pul verərək ona da mümkün olduğu təqdirdə istifadə etməsi üçün narkotik vasitə tapmasını xahiş etmiş və sonradan Təqsirləndirilən şəxs həmin narkotik vasitəni götürmüşdür.

17. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid4 ifadəsində göstərmişdir ki, o, təxminən dörd il əvvəl bir dəfə narkotik vasitə istifadə etmiş, lakin sonradan narkotik vasitə istifadə etməmişdir. O, Təqsirləndirilən şəxs təxminən beş ildir tanıyır, onunla qonşuluq münasibətləri olmuşdur. Onun Zaurla heç bir əlaqəsi olmamış, sonuncu ona bir neçə dəfə xoşagəlməz təkliflər etmiş, lakin onunla hər hansı yaxın münasibətdə olmamışdır. Zaurun narkotik vasitələrin satışı ilə məşğul olmasını bildiyindən onunla yaxın münasibət qurmamışdır. Zaur ona bir neçə dəfə narkotik vasitə təklif etmək istəmiş, lakin ondan çəkindiyi üçün buna cəsarət etməmişdir. Onun Zaurun hal-hazırda nə işlə məşğul olması barədə məlumatı yoxdur. O, Zaurun narkotik vasitələrin satışı ilə məşğul olması barədə ətrafda yaşayan şəxslərdən eşitmiş, qonşuluqda yaşayan hər kəs Zaurun narkotik vasitələrdən istifadə etdiyini, habelə ətrafında olan şəxslərə narkotik vasitə tapdığını bilir (Cild 1, i.v.174-175;).

18. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala küçəsi ev 11-də qeydiyyatda olsa da Bakı şəhəri Xəzər rayonu Zirə südçülük sovxozu fərdi evdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Təxminən bir il yarımdır narkotik vasitə qəbul edir. Narkotik vasitəni hər dəfə tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün alır. Sonuncu dəfə 9 mart 2024-cü il tarixdə Abbas adlı şəxslə birlikdə sonuncunun mobil telefonu ilə iran vətəndaşı ilə əlaqə saxlayıb onun hesabına 45 manat pul atmışdır. İran vətəndaşı Abbasın mobil telefonuna narkotik vasitənin qoyulduğu yerin “konumunu” atmışdır. O, Abbasla birlikdə 9 mart 2024-cü il tarixdə, saat 8 radələrində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “Mida 2” yaşayış kompleksinin yaxınlığına gəlmişdir. O, narkotik vasitəni götürən zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etdikdə Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları ondan orada olmağının səbəbini və şəxsiyyətini təsdiq edən sənədi soruşduqda, o, həyəcanlanaraq həmin ünvana narkotik vasitəni götürmək üçün gəldiyini bildirmişdir. Həmin şəxslər onun əlində olan İran vələndaşının göndərdiyi “konuma” baxıb narkotik vasitəni tapdıqdan sonra onu 30-cu PŞ-yə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin şöbənin təhqiqatçısı polis kapitanı Şahid6 tərəfindən həmin narkotik vasitəni götürüb cibinə qoymağa məcbur edilmişdir. Üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayonu ərazisi üzrə fəaliyyət göstərən 9 saylı Vəkil Bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil X3 ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş və olduğu halda təqdim elməyi təklif olunmuşdur. 30-cu PŞ-də olan zaman üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman göy rəngli şalvarının sağ yan cibindən təhqiqatçı Vüqar tərəfindən ona verilmiş olan narkotik vasitəni və sol yan cibindən “Honor” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümlərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu və 45 manat müqabilində iran vətəndaşından aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Onun barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. O, may ayında İsmayıllı rayonuna getmiş, avtomobildə olan zaman İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları onu tutmuşdur. Onun üzərində və ya ona məxsus olan hər hansı qanunsuz maddə və ya əşya olmamışdır. Sonradan onun barəsində aparılan cinayət təqibi sübuta yetmədiyi üçün iş üzrə icraata xitam verilmişdir. 077 *** ** ** mobil telefon nömrəsi onun istifadəsində olmuşdur. Həmin narkotik vasitəni və psixotrop maddəni özü istifadə edəcəkdi. Saxlanılarkən və ya üzərinə şəxsi axtarış aparılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki güc tətbiq olunmuş, psixoloji təsirə məruz qalmış, buna görə də narkotik vasitənin və psixotrop maddənin üzərində olmasını bildirmişdir (Cild 1, i.v.170-172; 196-198; Cild 2, i.v. 78-83; 133-136; 199-201;).

19. Eyni zamanda, Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona verilmiş suallara öz əlyazması ilə “Polislər məni saxlayanda mənim üzərimdə heç bir narkotik və psixotrop maddə olmayıb”, “Mənə fiziki yox, psixoloji təzyiq və təsir olub. Belə ki, polis əməkdaşları narkotik və psixotrop maddəni mənim boynuma qoyublar...” məzmununda cavablar verməsi müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona verilmiş suallara öz əlyazması ilə “....polis əməkdaşları məni saxlayanda mənim üzərimdə heç bir narkotik və psixotrop maddə olmayıb. Polislər özləri “konumdakı” yerdən narkotik və psixotrop maddəni götürmüşlər. Polis işçiləri məni saxlayarkən fiziki yox, psixoloji təzyiqlərə məruz qalmışam və narkotik maddələrin üzərində olmasını etirafa məcbur edilmişəm..” məzmununda cavablar verməsi müəyyən edilmişdir. Bundan başqa, “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, protokolun sonunda Təqsirləndirilən şəxs öz əlyazması ilə “əlavə olaraq bildirirəm ki, 30-cu PŞ-də ona qarşı edilən qanunsuzluqları, narkotik vasitə və psixotrop maddənin zorla boynuna qoyulmasını vəkilim H.S.Hacıbalayevə deməmişəm. Çünki məni hədələyib qorxutmuşdular. Mənə qarşı edilmiş qanunsuzluqlar barədə iş istintaqa keçəndən sonra demişəm” sözlərini qeyd etmişdir.

20. İbtidai istintaq orqanı iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işi materiallarında olan aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.

21. “Cinayət işinin ayrılması və ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi polis mayoru X10 tərəfindən Təqsirləndirilən şəxs barəsində 9 mart 2024cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində törətdiyi cinayətlə bağlı icraatında olan ********** nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Suraxanı RPİ-yə göndərilməsi və ********* nömrəli cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə müvafiq sənədlərin əsli və ya surətinin siyahı üzrə əlavə edilməsi qərara alınmışdır. Həmin qərardan göstərilmişdir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində törətdiyi cinayət hadisəsi ilə əlaqədar barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri olan cinayət təqibinə təqsirliliyi sübuta yetirilmədiyinə görə 19 sentyabr 2024-cü il tarixli qərarla xitam verilmişdir (Cild 1, i.v. 1-5;).

22. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi, cinayət işinin və əməlin tövsif edilməsi haqqında” 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi sonuncunun və qeyrilərinin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir (Cild 1, i.v.118-121;).

23. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 mart 2024-cü il tarixli qərardan görünür ki, 9 mart 2024-cü il tarixdə, saat 08:30-da Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkiləri 1,772 qram olan psixotrop maddə metamfetamin və 2,553 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Sabunçu RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Şahid6 tərəfindən 10 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v.124;).

24. Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri polis serjantı Şahid2 və polis sıravisi Şahid1 tərəfindən tərtib olunmuş 9 mart 2024-cü il tarixli raportda göstərilmişdir ki, həmin tarixdə, saat 08:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi “Mida 2” yaşayış kompleksi nömrəsiz ünvanın qarşısında xidmətdə olan zaman bir nəfər şəxsin öz hərəkətləri ilə şübhəli davranması onların diqqətini cəlb etdiyindən həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmiş, həmin şəxs üzərində hər hansı bir sənədin olmadığını və Hövsan qəsəbəsində yaşamadığını bildirmişdir. Həmin şəxsin burada nə etməsi ilə bağlı sorğu sual edən edən zaman sonuncu səmimi olaraq qeyd olunan ünvana narkotik vasitə əldə etmək məqsədilə gəldiyini və üzərində narkotik vasitə olmasını bildirdikdən sonra həmin şəxsi saxlayaraq Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirmiş, orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur (Cild 1, i.v.127;).

25. “Şübhəli şəxsin tutulması haqqında” 9 mart 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Şirinov X12 RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Şahid6 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə həmin tarixdə, saat 10:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə saat 10:20-dən 10:35-dək protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 9 mart 2024-cü il tarixdə, saat 08:30 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 128; 142;).

26. Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 9 mart 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, “Yazıb Sizə bildirirəm ki, gələcəkdə hüquqlarımın müdafiəsinin daha da keyfiyyətli həyata keçirilə bilinməsi məqsədi ilə müdafiəçim X2 üzərimdə şəxsi axtarış və götürmə aparılmasında iştirakını zəruri hesab etmirəm. Buna görə də müdafiəçim X2 iştirakı olmadan üzərimə şəxsi axtarış və götürmə prosessual hərəkətlərinin aparılmasına etiraz etmirəm”. Qeyd edilən ərizə kompüterdə tərtib olunmaqla müdafiəçi H.S.Hacıbalayev tərəfindən sonradan tanış olaraq imzalanması müəyyən edilmişdir (Cild 1, i.v.146;)

27. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 9 mart 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Şahid6 tərəfindən həmin İdarənin PPXB-nin polis nəfərləri polis serjantı Şahid2 və polis sıravisi Şahid1 iştirakı ilə həmin tarixdə, saat 10:40-dan 10:48dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd sellofanın içərisində olan ağ rəngli, kristalşəkilli, spesifik iyə malik narkotik vasitə və digər sellofanın içərisində qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən “Honor” markalı işlək vəziyyətdə olan mobil telefon maddi sübut kimi götürülərək qablaşdırılmışdır. Bu barədə 10:55-dən 11:10-dək tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Həmçinin protokoldan görünür ki, müdafiəçi X1 həmin protokolla tanış olaraq imzalamışdır (Cild 1, i.v. 144; 147-149;).

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-kimyəvi (materialların məhkəmə)” ekspertizasının” 9 mart 2024-cü il tarixli, 3-16-16-2-6/1406 nömrəli rəyindən görünür ki, tətqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs götürülmüş maddi sübut şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı imzalar olan zərfdəki, 1 (bir) ədəd təmiz çəkisi 1,772 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,593 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin ‘‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına daxildir. Heroinin təmiz çəkisi - 2,593 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 2,493 qram. Metamfetaminin təmiz çəkisi - 1,772 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 1,672 qram. Aparılmış tədqiqatın dəyərinin 114 (bir yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 154-158;).

29. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” və “Cinayət işinin icraata qəbul olunması haqqında” 10 mart 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Şahid6 tərəfindən başlanmış cinayət işi istintaqın davam etdirilməsi üçün həmin idarənin İstintaq Şöbəsinə göndərilmiş və cinayət işi həmin şöbənin müstəntiqi polis leytenantı X19 tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 160; 164;).

30. “Şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hər hansı ittiham elan olunmaması nəzərə alınaraq sonuncu Suraxanı RPİ-nin müvəqqəti saxlama yerindən azad olunmuşdur (Cild 1, i.v.173;).

31. “Əməlin tövsif edilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilərək həmin maddə ilə ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır (Cild 1, i.v. 176-177;).

32. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 179-180;).

33. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 4(010)- 86/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş və onun barəsində əvvəli 9 mart 2024-cü il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilməklə, ev dustaqlığında saxlama müddəti 4(dörd) ay həddində müəyyən edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitə istifadəçisidir. Bir şəxsdən şəxsi istifadəsi üçün 45 manat dəyərində narkotik vasitəni həmin şəxsin onun telefonuna göndərdiyi “konuma” gedərək əldə etməli idi. Lakin PPXB-nin əməkdaşları tərəfindən saxlanıldığından həmin vasitəni əldə edə bilməmişdir. Polis əməkdaşları onun telefonunu alaraq onu post-patrul maşınına mindirmiş və telefonda narkotik vasitəni əldə edəcəyi şəxsin ona göndərdiyi “konuma” gedərək narkotik vasitəni götürmüşlər. Polis əməkdaşları həmin narkotik vasitəni polis bölməsinə gətirmiş və ona demişlər ki, bu sənindir, yəni onun üstündə narkotik vasitə olmamışdır. O, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd olunmasını xahiş etmişdir”. Eyni zamanda müdafiəçi H.S.Hacıbalayev təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatları müdafiə edərək əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə fiziki zorakılıq olmasa da, psixoloji zorakılıq olduğundan həmin vasitələrin ona aid olmasını etiraf etmişdir (Cild 1, i.v.208-216;).

34. “Telefona baxış keçirilməsi haqqında” 11 mart 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Honor” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə narkotik vasitələrin alqı-satqısına dair vatsap sosial şəbəkəsində müxtəlif vaxtlarda danışıqlarının və səs yazılarının olması müəyyən edilmişdir (Cild 1, i.v. 222- 228;).

35. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2024-cü il tarixli, 4(103)-259/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Prokurorluğu tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair təqdimatın təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 4(010)-86/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.242-245;).

36. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 19 mart 2024-cü il tarixli 189 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Həmin rəyin ilk məlumat və obyektiv müayinə hissələrində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizadan keçirilərkən deməsinə görə 9 mart 2024-cü il tarixdə Hövsan qəsəbəsində polis əməkdaşları əl ilə onu vurmuşlar, tibbi yardım üçün müraciət etməmişdir, hal-hazırda səhhəti ilə əlaqədar şikayəti yoxdur...Suraxanı RPİ-nin MSY-də tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs 9 mart 2024-cü il tarixdə, saat 15:00-da MSY-yə qəbul edilərkən onun üzərinə tam baxış keçirilmiş və xəsarət yoxdur (Cild 1, i.v. 246-247;).

37. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 26 mart 2024-cü il tarixli, 1884 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v.248-249;).

38. “Qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması haqqında” 15 aprel 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə ********* saylı cinayət işinin icraatı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinn 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Qeyd edilən qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa dəvət edilsə də, sonuncu heç bir əsaslı səbəb olmadan zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün istintaqa gəlməkdən imtina etmiş və beləliklə də, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayınmışdır (Cild 2, i.v. 3-4;). Halbuki, iş materiallarına təqsirləndirilən şəxsin istintaq orqanı tərəfindən dəvət edilməsi, onunla əlaqə saxlanılması, onun istintaqa gəlməkdən imtina etməsinə dair hər hansı sənəd əlavə edilməmiş, bununla bağlı qeyd edilən qərarın formal olaraq tərtib edilməsi müəyyən edilmişdir.

39. Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnikleytenantı Cəmil Məmmədovun 18 aprel 2024-cü il tarixli məktublarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Eləcə də, Təqsirləndirilən şəxs 9 mart 2024-cü il tarixdə, saat 8 radələrində Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanıldığı zaman yanında olan “Abbas” adlı şəxsin şəxsiyyəti və yerini müəyyən etmək mümkün olmamışdır (Cild 2, i.v. 6-7;).

40. “Axtarışda olanın tutulması barədə” 1 may 2024-cü il tarixli protokoldan və həmin tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 1 may 2024-cü il tarixdə, saat 12:30-da saxlanılaraq Suraxanı RPİnin X18 gətirilmiş və ********* nömrəli cinayət işi üzrə icraat müstəntiq Azim Bayramov tərəfindən təzələnməklə istintaqı davam etdirilmişdir (Cild 2, i.v. 8-9;).

41. Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 2 may 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, “Təqsirləndirildiyim cinayət işi üzrə aparılan istintaq zamanı mən polis əməkdaşları və şahidlər ilə üzləşmə istintaq hərəkətlərinin keçirilməsini istəmirəm və polis əməkdaşları və şahidlər ilə məhkəmədə üzləşəcəm. Xahiş edirəm nəzərə alasınız”. Qeyd edilən ərizə kompüterdə tərtib edilməklə qeydə alınmamışdır (Cild 2, i.v.13).

42. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli, 4(010)- 129/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, axtarışda olması barədə məlumatı olmamışdır. Belə ki, telefonu müstəntiqdədir. Ekspertizanın keçirilməsi barədə ona məlumat verilmişdir, lakin yas mərasimində olduğundan ekspertizanın keçirilməsində iştirak edə bilməmişdir. Sonradan prokurorluğa getmiş, orada ona evə getməsini, lazım olsa zəng edilib çağırılacağı deyilmiş, o da onunla əlaqə saxlanılması üçün qardaşının nömrəsini vermişdir. Ümumiyyətlə evdə olmuşdur, heç bir yerə qaçmamışdır. Qardaşı ona istintaq hərəkətlərinin keçirilməsi üçün çağırılmağı barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən, o, həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin rədd olunmasını xahiş etmişdir”. Qərarda qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtlərini pozduğunu, istintaq orqanından yayındığını, cinayət prosesini həyata keçirən orqandan gizlənməsi ilə bağlı ehtimalların reallıqda mövcud olmasına dair vəsatətdə hər hansı bir dəlilə istinad edilməmiş, iş materiallarından təqsirləndirilən şəxsin istintaq orqanına çağırılması ilə bağlı hər hansı telefonoqrama, çağırış məktubuna və onun ünvanına göndərilməsini təsdiq edən reyestrə və s. rast gəlinməmiş, təqsirləndirilən şəxs barəsində tərtib olunmuş axtarış qərarı formal xarakter daşımışdır (Cild 2, i.v.20-23;).

43. “Diskə baxış keçirilməsi haqqında” 3 iyun 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 17 aprel 2024-cü il tarixli, 292/24 nömrəli məktubla daxil olmuş 1 (bir) ədəd CD diskdəki məlumatlara baxış keçirilmiş, baxış zamanı 8 mart 2024-cü il tarixdə, saat 12:28-də Təqsirləndirilən şəxs istifadəsində olan 077 *** ** ** mobil nömrəsindən 070 *** ** ** mobil nömrəsinin istifadəçisinə “daş götürdüm 10 manatlıq” mətnli mesaj göndərməsi müəyyən olunmuşdur (Cild 2, i.v. 27-28;).

44. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 22 iyun 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkumluğu olmayan şəxsdir (Cild 2, i.v. 29;).

45. “Ambulator məhkəmə-psixiatrik ekspertizasının” 8 may 2024-cü il tarixli 1304 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 2, i.v. 30-32;).

46. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 sentyabr 2024-cü il tarixli arayışından, xasiyyətnamədən, “Nikah haqqında” AZ İ№371350 nömrəli şəhadətnamədən, AZE12516755, AZE12877047, AA4696068 və AA483010 seriya nömrəli şəxsiyyət vəsiqələrindən və “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 29 iyul 1986-cı il təvəllüdlü arvadı X11, 17 avqust 2006-cı il təvəllüdlü qızı Xədicə Şirinova, 19 iyul 2009-cu il təvəllüdlü qızı Səbinə Şirinova, 16 avqust 2012-ci il təvəllüdlü qızı Zəhra Şirinova və 25 noyabr 2016-cı il təvəllüdlü oğlu Murad Şirinovdan ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, onun barəsində heç bir yazılı və ya şifahi formada ərizə və şikayət daxil olmamışdır (Cild 1, i.v. 100-103;).

47. “Cinayət təqibinə hissəvi xitam verilməsi və təqsirləndirilən şəxsin həbsdən azad edilməsi, cinayət işinin tövsif edilməsi haqqında” 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində İsmayıllı rayonunun ərazisində cinayət törətməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə olan cinayət təqibinə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilərək Təqsirləndirilən şəxs 9 mart 2024-cü il tarixdə Bakı şəhərinin Suraxanı rayonu ərazisində törətdiyi cinayətlə bağlı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət təqibinin davam etdirilməsi və cinayət işinin ayrılması barədə qərar qəbul edilməsi qərara alınmışdır (Cild 2, i.v. 104-116;).

48. “Təqsirləndirilən şəxsə yenidən ititham elan edilməsi” 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununda dəyişilik edilərək o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən təqsirəndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ititham elan olunmuşdur (Cild 2, i.v. 122-123;).

49. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, İsmayıllı RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru X10 tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə o, İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir (Cild 2, i.v.137- 140;).

50. “Cinayət işinin icraata qəbul olunması haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı Azim Bayramov tərəfindən icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir (Cild 2, i.v.149-151;).

51. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 23 oktyabr 2024 və “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 18 noyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq cinayət işinin icraatı 23 oktyabr 2024-cü il tarixdə dayandırılmış, 28 noyabr 2024-cü il tarixdə isə həmin cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaqı davam etdirilmişdir (Cild 2, i.v. 155-159;).

52. “Əməlin tövsif edilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməklə həmin maddələrlə ibtidai istintaqı davam etdirilmişdir (Cild 2, i.v. 187-188;).

53. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 25 noyabr 2024-cü il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. Həmin qərarın 3-cü vərəqində Təqsirləndirilən şəxs əlyazma ilə “ittihamla razı deyil” qeydini etmişdir (Cild 1, i.v. 190-192;).

54. Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 25 noyabr 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, ”Mən polis orqanlarında şahidlər ilə üzləşməkdən imtina edirəm. Mən şahidlərlə məhkəmə prosesi zamanı üzləşmək istəyirəm. Nəzərə almağınızı xahiş edirəm”. Qeyd edilən ərizə kompüterdə tərtib edilməklə sonradan müdafiəçi tərəfindən də imzalanmış, lakin qeydə alınmamışdır (Cild 2, i.v.202;).

55. “Sübutların qiymətləndirilməsi haqqında” 5 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini və xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması barədə qərar qəbul edilməsi, baxış zamanı videoçəkilişlə çəkilmiş 1 ədəd CD diskin və “Honor” markalı mobil telefonun iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1,772 qram psixotrop maddə metamfetamin və 2,593 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla tədqiqatlardan sonra qalıq çəkiləri 1,672 qram psixotrop maddə metamfetamin və 2,493 qram narkotik vasitə heroinin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə göstərdiyi xüsusatlarla bağlı polis əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsi üçün materialın ayrılaraq araşdırma aparılması üçün Suraxanı rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (Cild 2, i.v. 207-217;).

56. “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında” 5 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işindən ayrıca icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmaqla müstəntiq Azim Bayramov tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilir (Cild 2 i.v. 218-220;).

57. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq A.V.Bayramov tərəfindən 14 dekabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı qeyd edilən tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.230-242;).

58. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 3;). Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

59. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 8 mart 2024-cü il tarixdə bir qram çəkidə “kakos”, yəni narkotik vasitə heroin almaq üçün tanımadığı İran İslam Respublikası vətəndaşına 45 manat pul göndərdikdən sonra sonuncu ona narkotik vasitəni götürmək üçün Hövsan qəsəbəsinə getməsini bildirmiş, o da gecə saat 12 radələrində evdən çıxaraq taksi ilə həmin qəsəbəyə getmişdir. Onun istifadəsində olan mobil telefon söndüyündən iranlı şəxsin ona göndərdiyi ünvanı taksi sürücüsü Şahid5 mobil telefonuna da göndərmişdir. O, Hövsan qəsəbəsində olarkən hələ heç kimlə görüşmədən və hər hansı narkotik vasitə götürə bilmədən iki nəfər polis əməkdaşı qara rəngli avtomobillə onların yanına yaxınlaşaraq kimi gözləməsi ilə maraqlanmış, o da cavabında avtomobilin xarab olması ilə əlaqədar adam gözlədiklərini bildirmişdir. Lakin polis əməkdaşları onların yanından ayrılmamış, habelə mobil telefonunu verməsini tələb edərək onunla söhbət etmişlər. Polis əməkdaşları mobil telefonlarını avtomobildə yoxladıqdan sonra PPXB-nin əməkdaşlarını post-patrul avtomobili ilə birlikdə həmin əraziyə çağıraraq onları həmin avtomobilə əyləşdirib polis şöbəsinə aparmasını tapşırmış və onlar etiraz etmədən həmin avtomobillə şöbəyə getmişlər. Belə ki, polis əməkdaşları onları polis şöbəsinə göndərməmişdən əvvəl mobil telefonunda bir ədəd sellofanda olan psixotrop maddə metamfetamini və onun tərəfindən iranlı şəxsə göndərilmiş 45 manat məbləğində pulun qəbzini görüb onun 45 manatlıq narkotik vasitə almaq üçün həmin ünvana getdiyini başa düşmüşlər. O, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmaqla döyüldüyü üçün həmin təzyiqlərə dözməyərək törətmədiyi əməli boynuna almışdır.

60. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, taksi sürücüsü Şahid5 şəxsən tanımış, lakin sonuncu onun Hövsan qəsəbəsinə hansı məqsədlə getməsini bilməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən ona göndərilən ünvana avtomobildə yaranan problemə, eləcə də mobil telefonunun sönməsi ilə əlaqədar gedib çata bilməmiş, onun saxlanıldığı yerlə narkotik vasitəni götürməli olduğu ona göndərilmiş ünvan arasında təxminən 2 kilometr məsafə olmuşdur. Polis əməkdaşları ona göndərilən ünvana gedib oradan narkotik vasitəni özləri götürmüş, təxminən yarım saat sonra polis şöbəsinə gedərkən yolda avtomobili saxlayıb onları düşürüb narkotik vasitəni göstərib ona məxsus olub-olmadığını soruşmuş, o da narkotik vasitəni öz şəxsi istifadəsi üçün götürməyə getdiyini bildirmişdir. Ona göndərilən ünvana qoyulmuş narkotik vasitəni onları şöbəyə aparan PPXB-nin əməkdaşları deyil, digər polis əməkdaşları götürmüşdür. O, saxlanıldığı yerdə taksi sürücüsü Şahid5 yanında onun ilkin saxlanılmasında iştirak etmiş biri hündür digəri isə alçaq boylu olan iki nəfər polis əməkdaşı tərəfindən döyülmüş, sonuncular tərəfindən göstərilən fiziki təzyiqlər nəticəsində burnunda əyrilik yaranmış, döyülməsi barədə prokurorluq orqanına ərizə ilə müraciət etmişdir. O, tanıdığı digər narkotik vasitə istifadəçilərinə 45 manata narkotik vasitə satıldığını demiş, İran vətəndaşına göndərdiyi həmin 45 manat məbləğində pulu da üç nəfər narkoman olmaqla 20 manatını özü qoymuş, qalan hissəsini isə digər iki nəfərlə toplamış, bundan sonra da həmin narkotik vasitəni götürməyə getmişdir. Onları ilkin saxlayan polis əməkdaşları xidməti geyim formasında olmuş, lakin idarə etdikləri avtomobil qara rəngli mülki avtomobil olmuşdur. Həmin polis əməkdaşları onları post-patrul xidməti avtomobilinə mindirib özləri narkotik vasitəni götürməyə getmiş, lakin həmin polis əməkdaşlarının konkret olaraq hara getmələrini görməmiş, narkotik vasitəni haradan və necə götürmələrini bilməmişdir. O, barəsində həbs qətimkan seçilərkən məhkəmədə polislər tərəfindən təzyiqə məruz qaldığını, habelə narkotik vasitəni polis əməkdaşlarının özlərinin götürdüklərini bildirmişdir.

61. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, ibtidai istintaq zamanı narkotik vasitəni polis əməkdaşları ilə birgə gedib götürdüyünü deməmişdir. Videoçəkiliş zamanı təhqiqatçı Şahid6 narkotik vasitənin ona məxsus olmasını boynuna almasını tələb etmişdir. Polis əməkdaşları onun mobil telefonunu götürüb baxış keçirərkən mobil telefonu sönülü vəziyyətdə olmuş, sonuncuların onun mobil telefonunu yandırıb-yandırmamasını bilmir. Hesab edir ki, ona göndərilmiş ünvanı o, Şahid5 də göndərdiyindən polislər həmin ünvanı sonuncudan götürməklə narkotik vasitənin yerini tapmışlar. Polis əməkdaşları Şahid5 də onunla birlikdə polis şöbəsinə aparmış, sonuncu 9 mart 2024-cü il tarixdə, səhər saat 7-8 radələrində buraxılmışdır. O, 8 mart 2024-cü il tarixdə, gecə saat 12 radələrindən sonra tutulmuş, üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti isə növbəti gün, təxminən səhər saat 12-də aparılmış, Abbas şöbədən buraxılarkən onun üzərində həmin vaxt hələ şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməmişdir. Saxlanılarkən mobil telefonu ondan alındığından həmin telefonun işlək olub-olmamasını bilmir. İş materiallarında onun adının qarşısında olan imzalar onun tərəfindən icra olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair videoçəkiliş zamanı iştrak etmiş, sonuncu tərəfindən ona qarşı təzyiq göstərilməmiş, lakin gecə vaxtı saxlanılması ilə əlaqədar onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının sifətini dəqiq xatırlamır. Lakin onu ilkin saxlayan polis əməkdaşları polis serjantı deyil polis zabitləri olmuşlar. Şahid5lə onu ilkin olaraq mülki avtomobildə iki nəfər polis zabiti yaxınlaşaraq saxlamış, daha sonra həmin əraziyə postpatrul xidməti avtomobilini çağırmış, təxminən 15 dəqiqədən sonra post-patrul xidməti avtomobili həmin əraziyə gəlmiş və onlar həmin avtomobilin arxasında xüsusi yerdə əyləşdirilmişlər. O, polis əməkdaşları tərəfindən 9 mart 2024-cü il tarixdə, gecə saat 1 radələrində saxlanılaraq polis şöbəsində əvvəlcə mülki formalı bir nəfər şəxsin yanına gətirildikdən sonra X18 aparılmış, səhər saatlarında isə təhqiqatçıya təhvil verilmiş, sonuncu ilə ilk dəfə təxminən saat 09:00-09:30 radələrində görüşmüş, həmin vaxt digər polis əməkdaşları artıq iki bükümdə olan narkotik vasitə və psixotrop maddəni onun üzərinə qoymuşlar. Onun isə yalnız 45 manat pulu olmuş, həmin pula isə təxminən bir qrama yaxın narkotik vasitə almaq mümkün ola bilərdi. Bir daha bildirir ki, o, gecə vaxtlarında saxlanılmış, 45 manat pul verərək narkotik vasitə almağa getmişdi, lakin həmin narkotik vasitəni götürə bilməmişdir. Polis əməkdaşları tərəfindən tutulduqdan sonra 11 mart 2024-cü il tarixdə müvəqqəti saxlama yerindən buraxılma halı olmamışdır. Belə ki, o, barəsində qətimkan tədbiri seçilməsi məsələsi ilə bağlı məhkəməyə çıxarılana qədər həbsdə saxlanılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində beş uşağı olmaqla onlardan üçünün azyaşlı olduğunu, saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, məhkəməyədək icraat zamanı fiziki və psixi təzyiqlərə məruz qaldığından ibtidai araşdırmanın ilkin mərhələsində şəxsi axtarış istintaq hərəkəti zamanı həmin predmetlərin ona məxsus olmasını boynuna aldığını, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmadığını, iş müstəntiqə verildikdən dərhal sonra narkotik vasitə və psixotrop maddənin ona məxsus olmamasını dediyini bildirərək məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi.

62. Müdafiə tərəfi cinayət işi materiallarında olan aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.

63. Belə ki, “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” 7 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin protokolla tanış olduqdan sonra öz əlyazması ilə “özümü verilən ittiham üzrə təqsirli bilmirəm. Tam qanunsuz və əsassız ittihamlardır. Belə ki, saxlanılan zaman və üzərimdə şəxsi axtarış zamanı heç bir narkotik və psixotrop maddə aşkar edilməmişdir. Mənə verilmiş ittihamda qeyd olunan narkotik və psixotrop madddələri cibimə məni tutan polis əməkdaşları qoymuş və onların mənə məxsus olmasını zorla boynuma qoymuşlar” qeydinin aparılması müəyyən olunmuşdur (Cild 2, i.v. 225;).

64. Hökmün 27-ci bəndində qeyd edilmiş “Şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntüyə məhkəmə iclasında təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, qeyd edilən protokol videogörüntülərdə əks olunanlarla ziddiyyət təşkil edir. Belə ki, təhqiqatçı Şahid6 şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlanması vaxtını ümumiyyətlə bildirməmiş, şübhəli şəxsin prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən keçirilən istintaq hərəkətinin mahiyyətini Təqsirləndirilən şəxs ümumiyyətlə izah etməmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş kimi qeyd edilən predmetlər tərəzi və ya digər ölçü cihazları ilə ölçülərək çəkisi müəyyən edilməmiş, habelə həmin predmetlərin rəngi, forması və digər səciyyələndirici halları videoçəkilişdə səsləndirilməməklə içərisi açılaraq ətraflı baxış keçirilməmişdir. Bundan başqa, protokolda təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, o cümlədən həmin məcəllənin 246-cı maddəsinin tələblərinin izah edildiyi formal olaraq qeyd edilsə də, video görüntülərdə hər hansı izahın verilməməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın prosessual qanunvericiliyin tələblərinə uyğun formada tam olaraq keçirilməməsi (təhqiqatçının göstərişi ilə polis əməkdaşı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə formal şəkildə “şəxsi axtarış” aparılması (misal üçün ayaqqabısının çıxarılaraq baxılmaması)) müəyyən edilmişdir. Bütün bunlar isə şübhəli şəxsin müdafiə və digər hüquqlarına ibtidai araşdırma orqanı tərəfindən formal olaraq yanaşıldığı, onun hüquq və vəzifələrinin real olaraq ona izah edilmədiyi və həmin istintaq hərəkətinin formal olaraq sübutun əldə edilməsinin sənədləşdirilməsi üçün səhnələşdirilməsi qənaətinə gəlməyə əsas verir. Həmçinin istintaq hərəkətində müdafiəçinin iştirak etməməsinin səbəbi ilə bağlı hər hansı qeydin olmaması, bu barədə şübhəli şəxsin mövqeyinin öyrənilməməsi (halbuki iş materiallarına şübhəli şəxsin müdafiəçinin iştirakını zəruri hesab etməməsinə dair (bax hökmün 26-cı bəndinə) kompüterdə tərtib edilmiş ərizə əlavə edilmişdir) müəyyən edilmişdir (Cild 1, i.v.149;).

65. Müdafiə tərəfinin vəsatəti ilə həm Təqsirləndirilən şəxs, həm ittiham tərəfindən hazırkı iş üzrə sonuncunun saxlanılaraq polis şöbəsinə gətirilməsində iştirak etməsi qeyd edilmiş polis əməkdaşları Şahid1 və Şahid2, həm də Təqsirləndirilən şəxsla birlikdə saxlanılaraq polis şöbəsinə gətirilməsi iddia edilən Şahid5 hadisə zamanı istifadələrində olan mobil telefon nömrələrinin anten məlumatları müvafiq mobil operatorlardan məhkəmə qərarları ilə əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olmuş (070)-313-04-54 nömrəli mobil telefon 9 mart 2024-cü il tarixdə, saat 00:54:46-dan 03:54:46-dək “AirportRoad,X22, Surakhany”, saat 05:30:06, 06:54:46 və 09:54:46 “Bahar qesebesi/X4,Surakhany”, saat 10:09:33-də “Bulbule/Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S. Bəhluzadə küçəsi 1/Surakhany/”, 10:24-də “Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 10, 4 saylı Tikinti Quraşdırma İdarəsi, Surakhany” və həmin tarixdə, saat 12:48:25-də “X26, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi, Surakhany” anten dairələrində olmuşdur. Həmçinin Şahid2 istifadəsində olmuş (070)-356-03-13 nömrəli mobil telefon 9 mart 2024-cü il tarixdə, saat 01:05:39-da “Bulbule Meden 3, X25, Surakhany”, saat 02:51:19 və 03:03:07-də “ZEYTUN_SOVXOZ/Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Surakhany”, saat 04:05:39-dan 10:09:33-dək “ZEYTUN_SOVXOZ/X14/Surakhany”, saat 10:09:33-dən 11:51:55-dək “Nagil market/Bakı şəhəri, Nizami rayonu, R.Rüstamov 2561 məhəllə, müharibə əlilləri və Qarabağ şəhid ailələri üçün inşa edilmiş bina/Nizami”, saat 14:20:35-dən 23:20:35dək “Nagil market/X8/Nizami” anten dairələrində olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş (077)-557-00-11 nömrəli mobil telefon 9 mart 2024-cü il tarixdə, saat 01:43:34-də “Hovsan-Turkan yolu/Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan sovxozu/Khazar”, saat 02:12:07-dən 02:20:32-dək “Hovsan Sosiyal/Hövsan qəsəbəsi Zeytun sovxoz" /Surakhany/”, saat 02:35:56-dan 03:05:49-dək “ZEYTUN_SOVXOZ/"Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun savxozu N-1 ev 7/Surakhany”, 04:36:43-dən etibarən isə “Hovsan_Medeniyyet evi/Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany” anten dairələrində olmuşdur. Eyni zamanda, Şahid5 istifadəsində olmuş (051)-311-96-30 nömrəli mobil telefon 9 mart 2024-cü il tarixdə, saat 08:40, 17:50 və 17:51-də “Baki sh. Suraxani r-nu., Hovsan qes.. 11-ci sahil dongesi” anten dairəsində olmuşdur. “Google maps” proqramından istifadə edilməklə Təqsirləndirilən şəxs, şahidlərin ifadələrinə, həmçinin işdə olan digər sənədlərə əsasən "xxxx" MMC-yə məxsus “Baki sh. Suraxani r-nu., Hovsan qes...11-ci sahil dongesi”, habelə "xxxx" MMC-yə məxsus “Hovsan_Medeniyyet evi/Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany” anten əhatə dairəsinin Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasının yerləşdiyi ərazinin yaxınlığı olması müəyyən edilmişdir (Cild 3;).

66. Müdafiə tərəfinin vəsatəti əsasında ünvanlanmış sorğuya Bakı şəhəri Suraxanı rayon prokuroru baş ədliyyə müşaviri Rəşid Mahmudovun 12 fevral 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və rayon prokurorluğunun müstəntiqi Murad Əlişanov tərəfindən zəruri sənədlər toplanılaraq qərar qəbul edilməsi üçün yenidən həmin idarəyə göndərilmişdir (Cild 3;).

67. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru İ dərəcəli hüquqşünas X20 tərəfindən Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 580-C-24 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Suraxanı RPİ-nin İŞ-də istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs rayon polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə şikayəti əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs izahatında polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilməməsi, döyülməməsi, qanunsuz hərəkət və davranışlara məruz qalmaması, ümumiyyətlə polis əməkdaşlarından şikayət və tələbi olmadığını bildirmişdir (Cild 3;).

68. Müdafiə tərəfinin vəsatəti əsasında Suraxanı RPİ-nin Post Patrul Xidmətinin polis nəfərləri polis serjantları Şahid2 və Şahid1 tərəfindən 9 mart 2024-cü il tarixdə, saat 00:00dan 07:00-dək olan müddət ərzində Suraxanı RPİ-yə və ya həmin İdarənin 30-cu PŞ-yə gətirilən şəxslərin gətirilmə vaxtları və onların adlı siyahısının təsdiq olunmuş surətinin, həmçinin Suraxanı RPİ-nin Post Patrul Xidmətinin gündəlik tətbiq olunan növbətçilik kitabından Şahid2 və Şahid1 8-9 mart 2024-cü il tarixlərdə xidmətdə olmalarına dair müvafiq çıxarışın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən Post Patrul Xidmətinin Əsasnaməsi ilə növbətçilərin bölünməsi (Şahid2 və Şahid1 müvafiq ərazilərə təhkim olunmalarına dair) haqqında çıxarışın, o cümlədən həmin polis əməkdaşlarının xidmət saatlarına dair müvafiq məlumatların (bu barədə daxili əmrin olubolmaması və sair) təsdiq edilmiş surətləri ilə birlikdə, eyni zamanda, Təqsirləndirilən şəxs və Şahid5 Əhməd oğlunun nə zaman və hansı saatda Suraxanı RPİ-yə gətirilməsi və X18 təhvil verilməsi barədə şəhər polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabında qeydiyyata alınmasına dair sənədlərin (X18 daxil olan şəxslərin daxil olma tarixi və vaxtları da qeyd edilməklə siyahısının) və həmin müddət ərzində Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş tibb kitabçasının təsdiq edilmiş surətlərinin, eləcə də, Suraxanı RPİ-nin 30-cu PŞ-nin “Şəhər rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” (“Polis şöbəsinə gətirilən şəxslərin qeydiyyatı”) kitabının “9 mart 2024-cü il tarixə” olan müvafiq səhifələrinin surətinin çıxarılaraq təsdiq edilməklə məhkəməyə göndərilməsinin təmin edilməsi üçün 6 fevral 2025-ci il tarixdə müvafiq sorğular ünvanlanmışdır. Qeyd edilən sorğulara Suraxanı RPİ-nin rəisi polis polkovniki Şəhriyar Şəmşirli tərəfindən verilmiş 15 aprel 2025ci il tarixli cavab məktublarında göstərilmişdir ki, Suraxanı RPİ-nin Post Patrul Xidmətinin əməkdaşlarının xidmətdə olmalarına dair qeydiyyatların aparıldığı, habelə 2024-cü ildə Suraxanı RPİ-nin 30-cu PŞ-də mövcud olmuş “Şəhər rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabları təqvim ilinin dəyişməsi ilə əlaqədar arxivə təhvil verildiyindən qeyd edilən məlumatların təqdim edilməsi mümkün olmamışdır (Cild 3;). Məhkəmənin hüquqi dəyərləndirməsi:

69. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

70. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

71. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

72. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Müdafiə tərəfindən verilmiş bir sıra vəsatətlər təmin edilmiş, müvafiq qurumlara sorğular ünvanlanmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən işin faktiki hallarının aydınlaşdırılması məqsədi ilə bir sıra şahidlərin istifadələrində olmuş mobil telefon nömrələrinin anten dairə məlumatları əldə edilərək məhkəmədə tədqiq edilmişdir. Eyni zamanda, müdafiə tərəfindən verilmiş və məhkəmə kollegiyası tərəfindən iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə təmin edilmiş hökmün 68-ci bəndində qeyd edilmiş vəsatətlərlə bağlı aidiyyəti üzrə sorğular ünvanlansa da, müvafiq təhqiqat qurumu tərəfindən həmin sorğulara uzun müddət sonra yalnız formal cavablar verilməklə kifayətlənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar hazırkı iş üzrə yekun qərar qəbul etməyə kifayət edir.

73. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə-CM-in) 234.4.1 və 234.4.3-cü maddələri həmin Məcəllənin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” fəslində nəzərdə tutulmuşdur.

74. CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tələbinə görə bu Məcəllənin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanusuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində, yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır.

75. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.

76. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.7-1.0.11-ci maddələr).

77. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmiş, həmin Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

78. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) tələblərinə əsasən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşıması sübuta yetirilməli haldır.

79. CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

80. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi digər dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

81. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması faktını sübuta yetirə bilməmişdir.

82. CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”.

83. CPM-in 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

84. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

85. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçisi irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi Təqsirləndirilən şəxs ittihamda göstərilən vaxtda-saatda deyil, 9 mart 2024-cü il tarixdə, gecə saat 01:00 radələrində taksi sürücüsü Şahid5lə birlikdə saxlanılmasını, saxlanılarkən üzərində hər hansı qanunsuz predmetin, o cümlədən ondan aşkar edilməsi iddia edilən narkotik vasitə və psixotrop maddənin olmamasını, götürməyi planlaşdırdığı cəmi 1(bir) qram çəkidə narkotik vasitəni qoyulduğu ünvandan gedib götürə bilməməsini, habelə sonradan polis əməkdaşları tərəfindən əldə edilmiş narkotik vasitə və psixotrop maddənin onun boynuna qoyulmasını, post-patrul xidməti avtomobili ilə polis şöbəsinə aparılarkən, həmçinin məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrinə əsasən Şahid5lə birlikdə polis əməkdaşlarının nəzarəti altında olmadan qolları açıq vəziyyətdə avtomobildə oturmalarını, habelə polis şöbəsinə gecə vaxtı aparılmalarına baxmayaraq, təhqiqatçı ilə yalnız səhər saatlarında görüşərək üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasını, o cümlədən videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmamışdan əvvəl törətmədiyi əməli etiraf etməyə məcbur edilərək təzyiqlərə məruz qalmasını, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs saxlanılması vaxtı ilə bağlı məhkəmədə bildirdikləri kəskin ziddiyyətli ifadələrini, Şahid5 Təqsirləndirilən şəxsla birlikdə saxlanılmasına və guya Şahid5 də izahatının alınmasına baxmayaraq, bu barədə hər hansı sənədin iş materiallarına əlavə edilmədən sonuncunun yalnız uzun müddət keçdikdən sonra, yəni 23 noyabr 2024-cü il tarixdə şahid qismində dindirilməsini, bununla da həqiqətin müəyyənləşdirilməsinin pərdələnməsinə cəhd olunmasını göstərmişlər.

86. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir.

87. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, habelə sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tədqiq edilməklə araşdırılmış, iş materiallarında olan sübutlar məhkəmə baxışı üzrə məhkəmə iclasında tərəflərin iştirakı ilə ətraflı tədqiq edilmişdir.

88. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçinin iddia etdikləri dəlillərin ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir.

89. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əsaslandırmışdır: a) Təqsirləndirilən şəxs 9 mart 2024-cü il tarixdə, saat 08:30-da deyil, həmin tarixdə, gecə saat 01:43 radələrindən etibarən saxlanılaraq polis şöbəsinə gətirilmişdir; b) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti 9 mart 2024-cü il tarixdə deyil, saat 12:48 radələrindən (Şahid1 30-cu PŞ-də olması saatına uyğun olaraq) sonra həyata keçirilmişdir; c) Təqsirləndirilən şəxs 9 mart 2024-cü il tarixdə, saat 01:43 radələrindən 12:48 radələrinədək qanunsuz olaraq hər hansı prosessual sənədləşdirmə aparılmadan saxlanılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilənədək 10 saatdan çox zaman fasiləsi keçmişdir; d) həmin uzun müddət ərzində hətta Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə tullamaq, özündən kənarlaşdırmaq və ya udmaq imkanı olmuşdur; e) Təqsirləndirilən şəxs Şahid5 ilə birlikdə saxlanılmasına baxmayaraq, sonuncu ilə bağlı uzun müddət ərzində ibtidai istintaq zamanı bu barədə hər hansı sənəd tərtib olunmaqla iş materiallarına əlavə edilməmiş, yalnız uzun müddət (8 ay) sonra, yəni 23 noyabr 2024-cü il tarixdə şahid qismində dindirilmişdir; f) təhqiqatçı “Şəxsi axtarış və götürmə” istintaq hərəkətini həyata keçirərkən istintaq hərəkətinin keçirilmə vaxtı (saatı) haqqında videoçəkilişdə ümumiyyətlə məlumat verməmiş, o cümlədən Təqsirləndirilən şəxs aşkar edilməsi iddia olunan predmetlərin çəkisi ölçülməmiş, içərisi açılmaqla səciyyəvi xüsusiyyətləri barədə hər hansı ifadə səsləndirilməmiş, həmçinin şəxsi axtarış zamanı müdafiəçinin iştirakı təmin edilməməklə özü tərəfindən sərbəst formada üzərindəki predmetlər təqdim olunduqdan sonra aparılmış şəxsi axtarış formal şəkildə həyata keçirilmişdir. Qeyd olunan hallar Təqsirləndirilən şəxs barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, bu tədbirlərin bütövlükdə qanunsuz və saxta olması, eləcə də qeyd edilənlər nəticəsində onun müdafiə hüququnun ciddi şəkildə pozulmasına səbəb olmuşdur.

90. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı təkzibolunmaz arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər ətraflı araşdırma aparılmış, bu araşdırma isə kifayət qədər uzun müddət tələb etmişdir.

91. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlarla məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir.

92. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni Təqsirləndirilən şəxs, habelə şahid qismində dindirilmiş Şahid5 və polis əməkdaşı Şahid2 məhkəmə iclası zamanı verdikləri ifadələri, eləcə də, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən etirafedici məzmunda izahat verməsinə baxmayaraq, elə ibtidai istintaqın ilkin mərhələsindən etibarən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilməsi iddia edilən qanunsuz predmetlərin ona məxsus olmamasını, həmin predmetlərin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasını bildirməsini, habelə məruz qaldığı zorakılıq haqqında barəsində qətimkan tədbiri məsələsini həll edən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bildirməklə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbinin seçilməsinə nail olmasını, xüsusilə də mötəbərliyi şübhə altına alına bilinməyən müvafiq məhkəmə qərarları əsasında əldə edilməklə məhkəmə iclasında tərəflərin iştirakı ilə ətraflı şəkildə tədqiq edilərək sübut qismində iş materiallarına əlavə olunmuş özündə Təqsirləndirilən şəxs, şahidlər Şahid5, Şahid1 və Şahid2 hadisə vaxtı istifadələrində olmuş mobil telefon nömrələrinin 8 mart 2024-cü il tarixdən 10 mart 2024-cü il tarixədək olan məlumatları əks etdirən anten əhatə dairəsinə dair məlumatlarla (mobil telefon operatorlarından əldə edilmiş məlumatlarla) Təqsirləndirilən şəxs ittihamda göstərilən vaxtda və şəraitdə deyil, başqa vaxtda və şəraitdə saxlanılması müəyyən edilmişdir.

93. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş Şahid5 ifadələri, xüsusilə də mötəbərliyi şübhə altına alına bilinməyən mobil telefon operatorlarından əldə edilmiş məlumatlarla Təqsirləndirilən şəxs ittihamda göstərilən vaxtda və şəraitdə deyil, başqa vaxtda və şəraitdə saxlanılması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairəsinə nəzər saldıqda, onun məhz 9 mart 2024-cü il tarixdə, saat 04:36-dan etibarən Suraxanı RPİ-nin 30-cu PŞnin inzibati binasında olması qənaətinə gəlmək mümkündür. Həmin hal mötəbərliliyi şübhə altına alına bilinməyən şahid qismində dindirilmiş Şahid5 ifadəsi ilə də öz təsdiqini tapır. Həmçinin ittihama görə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları olan həm Şahid1, həm də Şahid2 hadisə vaxtı istifadələrində olmuş mobil telefon nömrələrinin anten dairələrinə nəzər saldıqda müəyyən edilir ki, Şahid1 həmin tarixdə, saat 00:54-dən 03:54-dək, Şahid2 isə həmin tarixdə, saat 02:51-dən 03:03-dək olan müddət ərzində Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində olmuş, həmçinin Şahid1 iş materiallarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinin göstərildiyi saatda, yəni 10:40-da Suraxanı RPİ-nin 30cu PŞ-dən kifayət qədər uzaq məsafədə yerləşən Suraxanı rayonu, Bahar qəsəbəsində olmuş, yalnız həmin tarixdə, saat 12:48 radələrindən etibarən 30-cu polis şöbəsinin inzibati binasında olmuş, lakin Şahid2 isə həmin gün səhər və günorta saatlarında əsasən Nizami rayonu ərazisində olmaqla ümumiyyətlə polis şöbəsində olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəktənin videogörüntülərini özündə əks etdirən diskə baxış zamanı təhqiqatçının istintaq hərəkətində guya Şahid2 da iştirak etməsini bildirməsinə baxmayaraq, sonuncu çəkilişdə ümumiyyətlə görünməmiş, eləcə də özü iştirakını bəlli edən hər hansı ifadə işlətməmiş, yalnız ona bildirilən sənədlərin qeyri-müəyyən şəxs tərəfindən imzalanması müəyyən edilmişdir. Başqa sözlə, ittihama əsasən Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və bundan sonra onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları fərqli anten dairələrində olmuşlar. Eyni zamanda, Şahid5 hadisə vaxtı istifadəsində olmuş anten dairələrinə nəzər saldıqda müəyyən edilmişdir ki, Şahid5 9 mart 2024-cü il tarixdə, saat 08:40 və 17:50 radələrində polis şöbəsinin inzibati binasında olmuşdur. Başqa sözlə, Şahid5 Təqsirləndirilən şəxsla birlikdə 9 mart 2024-cü il tarixdə gecə radələrində saxlanılmaqla Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirilib orada gecədən hər hansı sənədləşdirmə işləri aparılmadan, izahatı və sair ifadəsi alınmadan qanunsuz olaraq saxlanılmışdır. Hətta ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ifadələrində bildirdiyi Abbas adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təqdim edilməsinə dair tapşırığına təhqiqat orqanı tərəfindən həmin şəxsin şəxsiyyətinin müəyyənləşdirilə bilinməməsinə dair formal məktub ünvanlanmışdır. Halbuki, Şahid5 şəxsiyyəti, eləcə də onun mobil telefon nömrəsi təqsirləndirilən şəxsə məlum olmuş, buna baxmayaraq, yalnız ibtidai istintaqın sonlarında, hadisədən təxminən 8(səkkiz) ay sonra isə necə istintaqa dəvət edilməsi aydın olmadan Şahid5 ifadəsi alınaraq iş materiallarına əlavə edilmişdir ki, həmin ifadədə işin faktiki halları ziddiyyət təşkil edən halları sonuncu məhkəmə iclasında inkar etmişdir.

94. Bundan başqa, şahidlər Şahid1 və Şahid2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs taksi sürücüsü Şahid5lə birlikdə avtomobilin yanında olarkən saxlanılmasını, habelə onların hər ikisini şöbəyə dəvət etmələrini bildirmələrinə baxmayaraq, məhkəməyədək icraat zamanı həmin xüsusata ümumiyyətlə toxunulmamış, eləcə də obyektiv həqiqətin təhrif edilmədən müəyyən edilməsinə nail olmaq üçün Şahid5 ibtidai istintaqın elə ilkin mərhələsindən dindirilməsi üçün hər hansı real təşəbbüs göstərilməmiş, onun yalnız ibtidai istintaqın son mərhələsində, ibtidai istintaqın başlanılmasından uzun müddət sonra - 23 noyabr 2024-cü il tarixdə dindirilməsi təmin edilmişdir. Halbuki, məhkəmədə əldə edilməklə tədqiq edilmiş mötəbərliyi şübhə altına alına bilinməyən sübutlarla Şahid5 9 mart 2024-cü il tarixdə bir neçə saat ərzində şöbədə saxlanılması təsdiq edilmiş, lakin ibtidai istintaq orqanı tərəfindən sonuncunun dindirilməsi üçün kifayət qədər vaxt və şəraitin olmasına baxmayaraq, dindirilməsi təmin edilməmiş, eləcə də prosessual sənədləşdirmə işləri və qeydiyyatı aparılmadan saxlanılmışdır. Eyni zamanda, məhkəmə kollegiyası təhqiqatçı Şahid6 “gecədən səhərədək” polis orqanında saxlanılmış Təqsirləndirilən şəxs hər hansı digər şəxslə birlikdə saxlanılması barədə guya ona məlumat verilmədiyini bildirməsinə tənqidi yanaşaraq hesab edir ki, həmin xüsusat inandırıcı hesab olunmur (deyildir). Həmçinin, Təqsirləndirilən şəxs polis şöbəsinə Şahid5lə birlikdə post-patrul xidməti avtomobilində heç birinin əlinə qandal vurulmadan və polis əməkdaşlarının nəzarəti olmadan arxa xüsusi oturacaqda tək oturmaqla getdiklərini bildirməsi ilə bağlı xüsusatlar şahidlər Şahid1, Şahid2 və Şahid5 ifadələri ilə bir daha təsdiq olunmuşdur. Qeyd olunan hal bir daha təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama məhkəmə tərəfindən şübhəli yanaşılmağa əsas verir. Belə ki, şahidlər Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxsla söhbət zamanı sonuncunun üzərində narkotik vasitə olmasını bildirməsini, bu səbəbdən onu şöbəyə aparmalarını qeyd etmələrinə baxmayaraq, onun üzərində olmasını iddia etdiyi həmin qanunsuz predmeti özündən kənara atmaqla cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınması ehtimalını nəzərə almadan əllərinə qandal vurmamaları, habelə avtomobilin arxasında ona bilavasitə nəzarət etməmələrinə baxmayaraq, Təqsirləndirilən şəxs sonradan guya üzərindən aşkar edilməsi iddia edilən narkotik vasitə və psixotrop maddəni kənara tullamaması, udmaması və sair formada üzərindən kənarlaşdıra bilməməsi ağlabatan hesab olunmur. Bu da öz növbəsində cinayət törətməkdə şübhəli olan şəxsin, hətta şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı guya törətdiyi əməli etiraf etməsinə baxmayaraq, polis əməkdaşlarının həmin şəxsi nəzarətsiz buraxmaqla əllərinə qandal vurulmaması ona elan edilmiş ittihamın həqiqiliyini bir daha şübhə altına alır. Həmçinin, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs taksi sürücüsü ilə birlikdə avtomobildə olarkən saxladıqlarını bildirmələrinə baxmayaraq, sonuncunun sərnişin qismində istifadə etdiyi həmin avtomobilə ümumiyyətlə baxış keçirilməmiş və ümumiyyətlə həmin avtomobillə bağlı məsələlərə aydınlıq gətirilməmişdir. Eyni zamanda, şahid qismində dindirilmiş polis nəfəri Şahid2 məhkəmə iclasında ilkin ifadəsində təqsirləndirilən şəxsin 9 mart 2024-cü il tarixdə, gecə saat 1 radələrində saxlanılaraq polis şöbəsinə gətirilməsini bildirməsinə baxmayaraq, davam edən məhkəmə iclaslarında təkrarən ifadə verərkən hazırkı iş üzrə Təqsirləndirilən şəxs və taksi sürücüsü Şahid5 həmin gün gecə növbəsində olduqları vaxt xatırlamadığı başqa iki nəfər şəxslə qarışdırdığını göstərdi. Belə ki, Şahid2 həmin gün növbədə olarkən başqa iki nəfər şəxsi də şöbəyə aparılmasında iştirak etdiyini bildirərək Təqsirləndirilən şəxsla Şahid5 9 mart 2024-cü il tarixdə səhər saatlarında polis şöbəsinə apardığını göstərdi. Qeyd edilən xüsusatın aydınlaşdırılması üçün müdafiə tərəfindən verilmiş vəsatət əsasında məhkəmə tərəfindən təhqiqat orqanına müvafiq sorğular ünvanlanmış, lakin təhqiqat orqanı tərəfindən həmin sorğulara formal cavablar verilməklə (bax hökmün 68-ci bəndinə) həqiqətin müəyyənləşdirilməsinə hər hansı təşəbbüs göstərilməmişdir. Bununla da, məhkəmə kollegiyasında ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlə bağlı aradan qaldırılması mümkün olmayan ciddi şübhələrinin yaranmasına səbəb olmuşdur.

95. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan çoxsaylı ziddiyyətli halların məhkəmə istintaqı zamanı aradan qaldırılması mümkün olmamışdır. Belə ki, hökmün 24-cü bəndində qeyd edildiyi kimi polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən tərtib edilməklə imzalanmış raportda sonuncular tərəfindən polis şöbəsinə 1(bir) nəfər şəxsin gətirilməsi göstərilsə də, onların hər ikisi məhkəmədə ifadə verərkən Təqsirləndirilən şəxsla birlikdə Şahid5 də polis şöbəsinə gətirdiklərini bildirmişlər. Hətta ibtidai araşdırma orqanı iş materiallarına əsasən Təqsirləndirilən şəxs saxlanılaraq polis orqanına gətirilməsi kimi qeyd edilmiş 9 mart 2024-cü il tarixdə, saat 8:30-dan iki saatdan da çox vaxt keçdikdən sonra üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirmiş, həmin istintaq hərəkəti zamanı da müdafiəçinin iştirakını təmin etməmişdir. Hökmün 26-cı bəndində qeyd edildiyi kimi guya şübhəli şəxs tərəfindən istintaq hərəkəti zamanı vəkilinin iştirakını zəruri hesab etməməsinə dair ərizə verməsi göstərilsə də, həmin ərizənin kompüterdə tərtib edilməsi müəyyən edilmişdir. Bundan başqa, hökmün 30-cu bəndində qeyd edildiyi kimi şübhəli şəxsin 11 mart 2024-cü il tarixdə guya ittiham irəli sürülməməsi ilə əlaqədar müvəqqəti saxlama yerindən buraxılması göstərilsə də, Təqsirləndirilən şəxs həqiqətdə azad olunmamış və həmin hal hökmün 33-cü bəndində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən də müəyyən edilmişdir. Bundan başqa, hökmün 41 və 54-cü bəndlərində guya Təqsirləndirilən şəxs şahidlərlə üzləşməkdən imtina etməsinə dair kompüterdə tərtib olunmuş formal ərizələr iş materiallarına əlavə edilsə də, həmin ərizələr ümumiyyətlə qeydə alınmamışdır. Bundan əlavə, ibtidai istintaq orqanı hər vəchlə təqsirləndirilən şəxsin guya barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmasını və çağırışlara gəlməməsinə dair həqiqəti əks etdirməyən müvafiq prosessual hərəkətlərə dair sənədlər tərtib etsə də, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən həmin halların reallığı əks etdirməməsi müəyyən edilmişdir (bax hökmün 38-ci bəndinə). Həmçinin Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsindən polis əməkdaşları tərəfindən zorakılığa və qanunsuzluqlara məruz qalması ilə bağlı müraciət etməsinə baxmayaraq, bu barədə həm ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanı, həm də müvafiq araşdırma üzrə yekun qərarı qəbul edən prokurorluq orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, hökmün 66-67-ci bəndlərində qeyd edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİnin əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalmasına dair Baş Prokurorluğun müvafiq idarəsi tərəfindən araşdırma aparılmış, lakin həmin araşdırma üzrə Təqsirləndirilən şəxs izahatının alınması və zəruri sənədlərin toplanılması Suraxanı rayon prokurorluğuna həvalə edilmişdir. Nəticədə Suraxanı rayon prokurorluğunun müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs izahatı alınarkən sonuncunun hansısa səbəbdən polis əməkdaşları tərəfindən hər hansı qanunsuzluqlara məruz qalmamasını bildirmiş, lakin Təqsirləndirilən şəxs hansı səbəbdən mövqeyinin dəyişməsi aydınlaşdırılmamışdır. Halbuki, davam edən bütün ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həmin iddiasından imtina etməmişdir. Bundan başqa, hökmün 68-ci bəndində qeyd edildiyi kimi təhqiqat orqanına işin faktiki hallarının müəyyənləşdirilməsi üçün müvafiq sorğular ünvanlanmasına baxmayaraq, həmin sorğulara iki aydan sonra formal cavablar verilməklə kifayətlənilmişdir.

96. Qeyd edilənlər Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı bildirdiklərinə, habelə Şahid1 və Şahid2 ifadələrinə tənqidi yanaşılmaqla ittihamın həlli zamanı istinad edilə biləcək sübut növü kimi mötəbərliliyinə kifayət qədər şübhələrin yaranmasına səbəb olur.

97. Belə ki, məhkəmə ittiham tərəfinin əsas sübut növü kimi göstərdiyi hallardan biri kimi məhkəməyədək icraat zamanı videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı bildirdiklərinə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, həmin göstərilənlər elə dərhal ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxsin özü tərəfindən tamamilə inkar edilərək dəfələrlə mübahisələndirilmiş, hətta bununla bağlı hökmün 33-cü bəndində qeyd edildiyi kimi barəsində həbs qətimkan tədbirini seçilməsindən imtina etmiş məhkəmədə də ətraflı şəkildə göstərmiş, eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi çoxsaylı ifadələrinin hər birində öz əlyazması ilə ona verilmiş ittihamın qanunsuz olmasını vurğulayaraq razı olmadığını qeyd etmişdir.

98. Bundan başqa, hökmün 64-cü bəndində qeyd edilən videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı Şahid6 şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlanması vaxtını bildirməmiş, şübhəli şəxsin prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən keçirilən istintaq hərəkətinin mahiyyətini Təqsirləndirilən şəxs ümumiyyətlə izah etməmiş, yalnız formal olaraq qeyd edilənlərin şübhəli şəxsə izah olunduğu və hər hansı etirazının olubolmamasını sonuncudan soruşmuş, müdafiəçinin istintaq hərəkətində iştirak etməməsinə hər hansı etirazının olub-olmamasını soruşmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş kimi qeyd edilən predmetlər tərəzi və ya digər ölçü cihazları ilə ölçülərək çəkisi müəyyən edilməmiş, habelə həmin predmetlərin rəngi, forması və digər səciyyələndirici halları videoçəkilişdə səsləndirilməməklə yanaşı içərisi açılaraq ətraflı baxış keçirilməmişdir. Bütün bunlar isə şübhəli şəxsin müdafiə və digər hüquqlarına ibtidai araşdırma orqanı tərəfindən formal olaraq yanaşıldığı, onun hüquq və vəzifələrinin real olaraq ona izah edilmədiyi qənaətinə gəlməyə əsas verir.

99. CPM-in 21.2 və 145.3-cü maddələri məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir.

100. Qeyd edilənlərə əsasən, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına ayrı-ayrılıqda verdiyi və işin faktiki halları ilə ziddiyyət təşkil edən həmin ifadələrində göstərdikləri bəzi hallar mötəbər sübut kimi qəbul edilə bilməz.

101. Odur ki, məhkəmə hesab edir ki, “Şəxsi axtarış və götürmə haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır.

102. Əksinə yuxarıda qeyd edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmədə ifadə verərkən əsasən səmimi olmuşdur. Belə ki, məhkəmə araşdırması nəticəsində onun ifadəsində göstərdikləri halların həqiqət olması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini mötəbər sübut saymaqla ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi bir sıra xüsusatların da işin faktiki halları uyğunluq təşkil etməsi ilə əlaqədar həmin ifadələri də həmin hissələrdə mötəbər sübut hesab edir.

103. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, şahidlər Şahid1 və Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri işin faktiki halları ilə kəskin ziddiyyət təşkil etdiyindən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsinə kifayət etmir.

104. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin tələbinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

105. Eyni zamanda, CPM-in 19-cu maddəsinin tələblərinə görə, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: - öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; - şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq.

106. Həmin məcəllənin 90-cı maddəsinin tələbinə görə müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək və öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək təqsirləndirilən şəxsin hüquqlarıdır.

107. Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafiəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulması üzrə proseduran tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarış zamanı da iştirakını qaçılmaz edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirilməlidir.

108. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, təqsirləndirilən şəxsin hüquqları, o cümlədən müdafiə hüququ və cinayət prosessual qanunvericiliyin digər tələbləri də kobud şəkildə pozulmuşdur.

109. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokol, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntülər qanunsuz şəkildə əldə edildiyindən yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz.

110. “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin Qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması, bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır.

111. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

112. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

113. CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir.

114. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının səhvləri aradan qaldırılaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələr, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirilə bilməz.

115. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir.

116. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

117. Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəyindən aydın olur ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir, narkotik vasitələrin istifadəçisi olmuşdur. Eyni zamanda, iş materiallarında olan Təqsirləndirilən şəxs vatsap mobil tətbiqində və mobil telefon nömrəsinə daxil olan və çıxan sms-mətn və səs yazışma və danışıqlarında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ehtimalına dair hallar müəyyən edilmişdir. Lakin hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir.

118. Həmçinin, məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.

119. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən verdiyi izahata münasibət bildirərək qeyd edir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

120. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etiraflar cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub).

121. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən verdiyi izahat sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz.

122. Beləliklə, məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.

123. CPM-in 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.

124. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddələr ilə bəraət verilməlidir.

125. CPM-in 42.1, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2, 42.2.4-cü maddələrə görə, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır.

126. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımasında ifadə olunan CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi təsdiq olunmadığından ona həmin maddələr ilə verilmiş ittiham üzrə CPM-in 42.1, 42.1.4, 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir.

127. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, CPM-in yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən barəsində seçilmiş polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri ləğv edilməlidir.

128. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

129. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaitinin CPM-in 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilmiş hesab edilməsi nəzərə alınmalıdır.

130. İş materiallarında olan ümumilikdə 8 (səkkiz) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və 1 (bir) ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır.

131. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,493 qram olan narkotik vasitə heroin və 1,672 qram psixotrop maddə metamfetamin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işində olan zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilməli və göstərilən predmetlərə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınmalıdır.

132. CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, ev dustaqlığında saxlanılması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.

133. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ev dustaqlığında saxlanılması, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,493 qram olan narkotik vasitə heroin və 1,672 qram psixotrop maddə metamfetaminə prokurorluğa göndərilməsi qərara alınmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymət veriləməsi ilə əlaqədar Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılması nəzərə alınsın. İş materiallarında olan ümumilikdə 8 (səkkiz) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın və 1 (bir) ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş hesab edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar