Məhkəmə qərarları › İş №1(101)-884/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-884/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-884/2025 08.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X22 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Universal Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Azərbaycan respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

2. Belə ki, o, xx.xx.2024-cü il tarixdə gecə saat 05 radələrində ünvan 3 ünvanda yerləşən “Skorpion” adlandırılan kafedə olarkən həmin kafeyə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs kafenin işçiləri ilə mübahisə yaratdığını görüb yanında olan şəxslər tərəfindən kafenin həyətindən bayıra çıxarılmasından sonra onun ardınca kafedən bayıra çıxıb sonuncunun kafedə mübahisə yaratmasını cüzi səbəb kimi bəhanə gətirərək, heç bir əsaslı səbəb olmadan, özünü hadisə yerində olan şəxslərin fövqündə qoyaraq üstünlük nümayiş etdirmək üçün xuliqanlıq niyyəti ilə, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi əlində olan əsanın qartal quruluşlu baş hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən bir zərbə vurub onun ölümünə səbəb olan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid, baş beyinin irinli iltihabına və ödeminə səbəb olan baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma, alın sümüyünün sağ yarısının basılmış-deşilmiş açıq qəlpəli sınığı və həmin səviyyədə baş beyinin sərt qişasının cırılması ilə müşayiət olunan alın nahiyəsinin sağ yarısının bir ədəd əzilmiş cırılmış yarası ilə nəticələnən xəsarət yetirmiş, hadisədən sonra Zərərçəkmiş şəxs təcili tibbi yardım briqadası ilə xx.xx.2024-cü il tarixdə Respublika Neyrocərrahiyə Xəstəxanasına aparılıb orada stasionar müalicə olunsa da sonuncu aldığı xəsarət nəticəsində yaranmış baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma,alın sümüyünün sağ yarısının basılmış-deşilmiş açıq qəlpəli sınığı və həmin səviyyədə baş beyinin sərt qişasının cırılması ilə müşayiət olunan alın nahiyəsinin sağ yarısının bir ədəd əzilmiş-cırılmış yarası ilə əlaqədar ba beyinin irinli iltihabı və ödemi səbəbindən xx.xx.2024-cü il tarixdə saat 16:20-də həmin xəstəxanada ölmüş, bununla da o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2024-cü il tarixli Meyitə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 2-6) görünür ki, meyitin xarici müayinəsi zamanı müəyyən edildi ki, təşrih masası üzərində arxası üstə paltarsız kişi cinsli meyit uzadılmışdır. Meyit üzdən baxdıqda 32-37 yaşlarına uyğun gəlir. Uzanmış vəziyyətdə boyunun uzunluğu 175 sm-dir. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin dəri örtükləri solğun rəngdədir, təmizdir. Meyiti əllə müayinə etdikdə qarın nahiyəsində və qoltuq büküşlərində zəif istidir. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşmişdir, bənövşəyimtil rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, 50 saniyəyə bərpa olunur. Yoxlanılan adi əzələ qruplarında meyit qacıması çeynəmə əzələsində yaxşı, digər əzələ qruplarında isə zəif inkişaf etmişdir. Başı qırxılmışdır. Alının sağ yarısında tüklü hissədə 2,8x0,4 sm ölçüdə, kənarları nahamar, üzərində cərrahi tikişlər olan bozumtul-sarımtıl rəngdə ifrazatlıyara vardır. Yara ətrafı 2,0- 2,5 sm uzunluqda qara rəngdə tükldür. Əllə müayinə etdikdə yara səviyyəsində alın sümüyünün basılmış sınığı vardır. Göz qapaqları örtülüdür. Bəbəklər bərabər blub, diametri 0,5 sm-dir. Qüzehli qişa qəhvəyi rəngdədir. Göz konyuktivasının selikli qişası çəhrayı rəngdədir. Burun dəlikləri təmizdir, əllədikdə burun və üz skeleti sümükləri tamdır. Ağzı örtülüdür, ətrafları təmizdir. Ağzında dişləri təbiidir. Dodaqların selikli qişası çəhrayı rəngdədir, zədəsizdir. Xarici qulaq keçəcəkləri təmiz və zədəsizdir. Boynu düzgün inkişaf etmişdir, dərisi Üzərində xəsarət yoxdur, əllədikdə boyun fəqərələri tamdır. Döş qəfəsi simmetrikdir, əllədikdə döş qəfəsi skeleti sümükləri tamdır. Gövdənin arxa hissəsi xəsarətsizdir, əllədikdə kürək və onurğa sütunu fəqərə sümükləri tamdır. Qarnı döş qəfəsi səviyyəsində yerləşmişdir, əllədikdə dərisi yumşaqdır. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir, üzərində xəsarətlər yoxdur. Arxa keçəcək dəliyi örtülüdür, ətraf dərisi zədəsizdir. Sarğıları yanlara çəkdikdə şüayəbənzər büküşlər hamarlaşmamışdır, zədəsizdir. Əllədikdə çanaq sümükləri tamdır. Hər iki yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdır. Meyitin xarici müayinəsi zamanı digər xəsarət aşkar edilmədi.

4. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 10) görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 01.30-da Neyrocərrahiydən məlumat daxil olmuşdur ki, xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Zabrat qəsəbəsində ünvanda yıxılaraq qapalı kəllə beyin travması, baş beyin əzilməsi, alın sümüyünün basılmış qəlpəli sınığı xəsarətləri ilə reanimasiya şöbəsinə daxil olmuş və orada vəfat etmişdir.

5. xx.xx.2024-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 4) görünür ki, X24 Publik hüquqi şəxsində xx.xx.2024-cü il tarixdə xəstəxanaya gətirilmiş şəxslərin qeydiyyatı kitabına baxış keçirilmişdir. Baxış zamanı kitabda Zərərçəkmiş şəxs adı 1321 nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə, saat 07:40-da xəstəxanaya “təpə nahiyyəsinin kəsilmiş yarası” diaqnozu ilə gətirildiyi göstərilmişdir. Kitabda onun adının qarşısında qeyd edilmişdir ki, “xəstənin deməsinə görə Bakıxanovda Skorpion kafesində döyülmüşdür”

6. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 18) görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 05:46- Sabunçu RPİ-nin 13PŞ-nı 102 XZM-dən ********** saylı məlumat daxil olmuşdur ki, Bakıxanov qəsəbəsi, Bravo market yaxınlığ kafe vətəndaş Zərərçəkmiş şəxs bir nəfər şəxsin onu kafedə döydüyünü, xəsarət aldığını bildirir.

7. xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə 1/6423 saylı protokoldan (cild 01, iş vərəqə 19) görünür ki, Zərərçəkmiş şəxs orta sərxoşluq dərəcəsində olmuşdur.

8. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən (cild 01, iş vərəqə 20) görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 02.00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində kafeyə gedərək orada pivə içmişdir, Bir qədər sonra mübahisə düşdüyünü görüb oradan ayrılmaq istəyərkən tanımadığı şəxs onu yanına çağırıb bir söz demədən əlində olan əşya ilə baş nahiyəsinə vurub xəsarət yetirmişlər.

9. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 21) görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, R.Rüstəmov küçəsində fəaliyyət göstərən məkandır. Qeyd olunan məkan kafe kimi fəaliyyət göstərir və həyətyanı sahəsinə divan və masalar düzülmüşdür. Vətəndaş Zərərçəkmiş şəxs qeyd olunan ünvanda tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Müraciətə əsasən hadisə yerinin iş üçün əhəmiyyət kəsb edən fotoşəkilləri çəkilmişdir və materiala əlavə edilmişdir. Baxışa dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır.

10. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 31) görünür ki, hadisəni törətmiş şəxs müəyyən olunaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surəti Sabunçu RPİ-nin 13-cü PŞ-nin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır.

11. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə qərardan (cild 01, iş vərəqə 36-37) görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə bağlı daxil olmuş məlumat əsasında aparılmış araşdırma üzrə Sabunçu RPİ-nin 13-cü PŞ təhqiqatçısı polis kapitanı Tərlan Mayılov tərəfindən qəbul edilmiş “Cinayət işininin başlanmasının rədd edilməsi haqqında“ xx.xx.2024-cü il tarixli qərar əsassız olduğundan ləğv edilmiş və əlavə araşdırma aparılması qərara alınmışdır.

12. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 38-41) görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, R.Rüstəmov 25/24 ünvanında yerləşən "Skorpion” kafesi və onun qarşısında olan ərazidir. Kafenin giriş hissəsində qapı yoxdur, qırmızı kərpiclərlə hörülmüş divarı vardır. Həmin divarın sağ tərəfində divara söykədilmiş vəziyyətdə 1 ədəd qara rəngli qapı və 1 ədəd mavi rəngli darvaza vardır. Kafenin ortasında 6 ədəd masa və 12 ədəd divan vardır. Kafedə “p” şəkilli 1 mərtəbəli mişar daşı ilə inşa edilmiş tikili vardır. Həmin tikilinin 4 qapısı vardır. Kafeyə daxil olduqda sağ tərəfdə taxta konstruksiyalı çardaq vardır. Kafenin yer səthi tamet döşəməlidir.

13. xx.xx.2024-cü il tarixli fotocədvələ baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 46) görünür ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı polis kapitanı Tərlan Mayılovun icraatında olmuş HK-1-1647 saylı araşdırma materialı üzrə xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş fotocədvələ" xx.xx.2002-ci il təvəllüdlü, ünvan 5 ünvanında yaşayan Şahid1 iştirakı ilə baxış keçirdim. Baxış zamanı müəyyən edildi ki, HK-1-1647 saylı materialın 5-ci vərəqinde fotocedvel Jardır. Həmin fotocədvəldə 2 ədəd şəkil vardır, şəkillərin üzərində "İş üçün əhəmiyyət kəsb edan bto şəkilləri, Foto N-1, vətəndaş Zərərçəkmiş şəxs müraciəi əsasında hadisə erinin çəkilmiş foto şəkili” Tərtib etdi təhqiqatçı: Tərlan Muradov sözləri yazılmışdır. Foto cədvələ əlavə edilmiş, üst tərəfdən birinci şəkildəki əynində ağ-qara rəngli, bəzəkli uzunqol bynək, ağ şalvar, saçı qara, orta yaşlı kişi cinsli şəxs vardır. Həmin şəxs sağ əlini yuxarı aldırmışdır, sol əlində isə parça materiallı predmet tutmuşdur. Həmin şəxsin əynində olan alvarının qasıq hissəsində qana bənzər tünd qırmızı rəngli qana bənzər damcı formalı ləkələrin ması görünür. Şəkildə şəxsin arxa tərəfində mişar daşları, iri gövdəli söyüd ağacı və açıq sahə ks olunmuşdur. Baxışda iştirak edən Şahid1 "Foto N-1"də Zərərçəkmiş şəxs ğlunu göstərərək 17 iyul 2024-cü il tarixdə gecə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, R.Rüstəmov 25/24 ünvanında yerləşən "Skorpion" kafesinin qarşısında mübahisə edərək itələdiyi və başının ağaca dəyməsi nəticəsində xəsarət alan şəxs tanımadığını bildirdi.

14. xx.xx.2024-cü il tarilxi cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 56) görünür ki, Şahid1 Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 13 avqust 2024-cü il tarixdə, saat 22.20-də şübhəli şəxs qismində tutulmuşdur.

15. 15.08.2024-cü il tarixli şübhəli şəxsin tutulmaqdan azad edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 65) görünür ki, Şahid1 təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün kifayət qədər əsaslar olmadığından, o şübhəli şəxs qismində tutumaqdan azad edilmişdir.

16. xx.xx.2024-cü il tarixli məhkəmə tibbi ekspertiza və patoloji Anatomiya Birliyii PHş tərəfindən verilmiş məktubdan görünür ki, Zərərçəkmiş şəxs meyiti xx.xx.2024-cü il tarixdə şöbənin məhkəmə-tibb eksperti Elxan İsmayılov tərəfindən məhkəmə-tibb ekspertizadan keçirilmişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb “Sağ təpə-alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ təpə-alın sümüyünün basılmış-deşilmiş açıq qəlpəli sınığı ilə əlaqədar baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur.

17. xx.xx.2024-cü il tarixli götürülmə aparılması haqqında protokoldan (cild 1, iş cərəqə 87) görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi əsanın götürülməsi aparılmışdır.

18. xx.xx.2024-cü il tarilxi cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 101) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 17 avqust 2024-cü il tarixdə, saat 21.00-də şübhəli şəxs qismində tutulmuşdur.

19. 18.08.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 110-111) görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi üzərində metal halqaları və qaşları olan, baş hissəsi kobra formalı, üzəri xırda qaşlarla bəzədilmiş, gövdə hissəsi taxta materialdan hazırlanmış 01 ədəd əsaya baxaraq hadisə vaxtı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs baş-alın nahiyyısinə zərdə endirilən əsa olmadığını bildirdi. Belə ki, X5 bildirmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi əsasın baş hissəsi kobra quruluşludur, lakin Təqsirləndirilən şəxs Yuis oğlunun Zərərçəkmiş şəxs baş-alın nahiyyəsinə zərbə endirdiyi əsasın baş hissəsi qartal formalıdır.

20. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-500/2024 saylı qərarından (cild 01, iş vərəqə 132-134) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 avqust 2024-cü il tarixdən hesablanmışdır.

21. xx.xx.2024-cü il tarixli götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəq 139) görünür ki, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən “Bravo” supermarketin nəzarət kamerası vasitəsilə qeydə alınmış videogörüntü 01 ədəd diskə yazılaraq götürülmüşdür.

22. xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 141) görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Rüstamov küçəsində yerləşən "Bravo" supermarketin nəzarət kamerası vasitəsilə 17 iyul 2024-cü il tarixdə saat 05 radələrində qeydə alınaraq 01 ədəd kompakt diskə köçürülmüş video fayla X3 istirakı ilə ila baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, kompakt diskdə 1 ədəd "Bravo market" adlı video fayl "Bravo market" adlı video fayl X3 iştirakı ilə açıldı və müəyyən edildi ki, video fayl 04 dəqiqə 06 saniyə müddətində davam edir. Video faylda şəxsin "Bravo" supermarketin qarşısıda Müşviq Abasquliyev həmin şəxsləri gəstərərək bildirdi ki, həmin yerdə söhbət edən şəxslərdən ağ rəngli qısaqol köynək, qısa cins şalvar və ağ idman ayaqqabı olan şəxs onun özüdür. Həmin yerdə əynində qol və kürək hissələri ağ rəngli, sinəsi qara rəngli uzungol mayka, aş şalvar və qara ayaqqabı geyinmiş şəxs Zərərçəkmiş şəxs Mirzabala oğludur. Onlarla söhbət edən əynində ağ rəngli qısaqol köynək, qara şalvar və qara ayaqqabı olan 55-60 aşlanındakı kişi cinsli şəxs mərhum Zərərçəkmiş şəxs öz tanışı olmuşdur və onlar ikisi birlikdə "Skorpion" adlı kafeyə gəlmişlər. Həmin şəxsin adını ve soyadını bilməmişdir. Onlar həmin yerdə dayanaraq az əvvəl yəni xx.xx.2024-cu il tarixdə saat 05 radələrində yolun əks tərəfində olan "Skorpion" adlı kafenin qarşısında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əlində olan əsayla xəsarət yetirməsilə nəticələnən mübahisə barədə danışmışlar. Belə ki, mübahisə vaxtı Təqsirləndirilən şəxs əlindəki əsanın qartal quruluşlu baş hissəsi ilə Zərərçəkmiş şəxs alın nahiyyəsinə xəsarət yetirdikdən sonra növbəti dəfə onu vurmasının qarşısını almaq üçün əsanı Təqsirləndirilən şəxs əlindən alaraq, Zərərçəkmiş şəxs kafeyi onunla gələn adını bilmədiyi 55-60 yaşlı şəxslə birlikdə yolun əks tərəfində olan "Bravo" marketin qarşısına keçmişlər. Video faylın 01:02-ci saniyəsində göründüyü kimi Turan Səkərovun ayağının yanında yerdə əsa olması görünür. Həmin əsanı o, özü yerə qoyaraq marketin girişinə tərəf gedir və video faylın 01.17-ci saniyəsində görünür ki, yenidən Turan Şəkəkərova yaxınlaşaraq yerdə onun ayağının yanında olan əsanı götürüb gedir. Belə ki, o buna səbəb kimi Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng etməsini göstərmişdir Video faylın 01:32-ci saniyəsindən başlayaraq video görüntünün sonuna kimi Zərərçəkmiş şəxs tanışı ilə söhbət edərək sağ baş-alın nahiyyəsini köynəyinin qol hissəsi və əli ilə mütəmadi sildiyi görünür Video faylın 03:18-ci saniyəsinə Zərərçəkmiş şəxs mobil telefonu ilə zəng edərək telefonu yanında olanı tanışına verməsi va 03:35-ci saniyədə həmin şəxsin telefonu Zərərçəkmiş şəxs qaytarması görünür. Onlar həmin yerdə bir müddət söhbət etdikden sonra birlikdə naməlum istiqamətdə getdikləri görünür. Kompakt diskdə olan video fayla baxış keçirilMİŞ, baxış zamanı X6 video faylda olan şəxsin özünün, Zərərçəkmiş şəxs və sonuncunun tanışının olmasını bir daha təsdiq etdi. Diskə baxış keçirilməsi başa çatdı və baxış keçirilməsi barədə protokol tərtib edildi.

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən (cild 01, iş vərəqə 151) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.

24. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında qərardan (cild 01, iş vərəqə 160) görünür ki, X7 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır.

25. 25.09.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 188-189) görünür ki, baxış zamanı müəyyən edildi ki, kompakt diskdə 3 ədəd video fayl vardır. Həmin videofayllardan "Elnarə video-səs" adlı video fayl Şahid1 iştirakı ilə açıldı və müəyyən edildi ki, video fayl 01 dəqiqə 19 saniyə müddətində davam edir video faylda mobil telefon ekranında adı "Elnare Skarpion" yazılmış qadın cinsli şəxslə kişi cinsli şəxsin arasında "vatsap" mobil tətbiqi vasitəsilə audio danışıq aparılır. Həmin qadının sasi telefonun səsgünləndircisi ilə səsləndirlir və eyni zamanda həmin danışıq başqa bir lefonun videokamerası vasitsəilə video qeydiyyata alınır. Şahid1 bildirdi ki, həmin video fayldakı aparılan dialoq onunla Təqsirləndirilən şəxs oğlu Toğrul Musayevin arasında plan danışığın videogörüntüsüdür. "Elnarə video-səs" adlı video faylda aşağıdakı mazmunda danışıq aparılmışdır. Elnarə oğlan deyir ki, sən gicsən? yenə yalan danışırsan? Musa deyi mən eləmişəm, necə yəni görməmişəm. Toğrul: Ə yoxe yox, Musa ifadə də verdi ki, mənlik heçnə yoxdu. Oyan buyan Sən qulaq as sən dəqiq nə yazıbsan ərizədə? Elnarə: Demirsən ərizəvü gördüm? Toğrul: Yoxe ərizəni gördüm deyəndə, orda bilirsən nətəri, orda dedilər ki, qız itələmək zad belə oldu da söhbət. Bildin nətəri? Tam ətraflı ərizəni maa vermirlər də.Elnarə: birinci dedmi ki, mən itələmişəm. Toğrul: Nətəri? Elnarə: Birinci dedim ki, mən eləmişəm. Məni ivesə apardılar, varaniknan zadnan, ölməy temasın da dedilər. Ondan qabaq da demişdim ki, müşi gətirib onları ora. Toğrul: Hə. İzahatında sən nə yazıbsan dəqiq. Elnarə: Ondan sonra sənəddə yazdım ki, Müşiynən gərmişdilər içəri oturdular. Toğrul: He. Elnarə: Dava düşəndən sonra Müşi gördü ki, səs küydü davadı, kafedə dava düşməsin deyə Müşi onların qolundan tutdu, həmin ölən oğlanın qolundan tutdu çıxartdı çölə. Ondan sonra dedi ki, oğlanı vurdum oğlanın başı partladı. Toğrul: Həə. Yəni sənin dəqiq ərizən budu da hı. Elnarə: Yüz faiz, o nə deməkdir ki, dəlisən sən?.Kompakt diskdə olan videofayllara baxış keçirildi, baxış zamanı X4 qeyd edilən səs yazısılarındakı səslərin ona və X12 məxsus olduğunu təsdiq etdiBaxış zamanı Əliyeva X13 Toğrul Musa oğlu ilə telefonla danışarkən "Dava düşəndən sonra Müşi gördü ki, səs küydü davadı, kafedə dava düşmasın deyə Müşi onların qolundan tutdu, həmin ölən oğlanın qolundan tutdu çıxartdı çola. Ondan sonra dedi ki, oğlanı vurdum oğlanın başı partladı" dediyi ifadələrlə bağlı göstərdi ki, Toğrul Musayev ilə telefonla danışarkən spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə həmin ifadələn bildirmişdir. Sərxoş vəziyytdə olduğu üçün hadisəni yanlış təsvir etmişdir. Bundan sonra Şahid1 həmçinin bildirdi ki, əslində hadisədən sonra Müşviq ona Zərərçəkmiş şəxs vurduğunu, başının partladığını bildirməmişdir. Elnarə Əliyevə əlavə olaraq bildirdi ki, hadisə barəsində bildiyi bütün məlumatları istintaq zamanı verdiyi ifadələrində ətraflı təsvir etmişdir Diskə baxış keçirilməsi başa çatdı və baxış keçirilməsi barədə protokol tərtib edildi.

26. 25.09.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 190-191) görünür ki, Təqsirləndirilən şəxs vəkili Müdafiəçi tərəfindən istintaqa təqdim olunan bir ədəd kompakt diskdə olan fayllara X2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, kompakt diskdə 3 ədəd video fayl vardır "Ellada video ses adli video fayl X2 iştirakı ilə açıldı və müəyyən edildi ki, video fayl 50 saniyə müddətində davam edir. Video faylda mobil telefon ekranında adi yazılmış qadın cinsli şəxslə, kişi audio danışıq həmin qadının səsi telefonun səsgünləndircisi ilə səsləndirir və eyni zamanda həmin danışıq başqa bir telefonun video kamerası vasitsəilə video qeydiyyata alınır. X4 bildirdi ki, həmin video fayldakı aparılan dialoq onunla Təqsirləndirilən şəxs oğlu Toğrul Musayevin arasında olan danışığın video görüntüsüdür. "Ellada videosəs" adlı videofaylda aşağıdakı məzmunda danışıq aparılmışdır. Ellada: ayrı oğlansan sən Toğrul: bir nəfələ danışdım. Bilirsən nə söhbət gedir? Deyirlər ki, güya orda şahidlərin hamısı, sən, orda kim ifadə verib, hamısı güya deyib ki, Musa güya orda olupdu, Musa eliyipdi. Ellada: Məndən soruşuf eləmiyifdilər. Toğrul: Ay can.Ellada: Nə məndən soruşmuyuflar, nə də mənim izahatımda yazılmıyıfdı. Toğrul: Sən dəqiq izahatında yazıfsan, nə yazıfsanki. Ellada: Mən yazmışam ki, skarpion adlı yerdə işləyirəm, barmen kimi çalışıram, 20 manat maaş alıram.Toğrul: AhaEllada: Müdüriyyətim də Xəyyamdı, Cahangirin adı Xəyyamdı axı. Dedim ki, orada Müşfiq adlı şəxs var meşədə yaşayan. Gəldi yumruğnan. Daha sonra kompakt diskdə olan "Ellada video-ses 2" adlı videofayl X2 iştirakı ilə açıldı və müəyyən edildi ki, videofayl 50 saniyə müddətində davam edir. Video faylda mobil telefon ekranında adı "Ellada" yazılmış qadın cinsli şəxslə kişi cinsli şəxsin arasında "vatsap" mobil tətbiqi vasitəsilə audio danışıq aparılır. Həmin qadının səsi telefonun səsgünləndircisi ilə səsləndirlir və eyni zamanda həmin danışıq başqa bir telefonun videokamerası vasitsəilə video qeydiyyata alınır. X4 bildirdi ki, həmin videofayldakı aparılan dialoq onunla Təqsirləndirilən şəxs oğlu Toğrul Musayevin arasında olan danışığın videogörüntüsüdür. "Ellada video-səs 2" adlı videofaylda aşağıdakı məzmunda danışıq aparılmışdır. Toğrul:hə Ellada Müşfiqnən mənim stoluma yaxınlaşanda Toğrul hə Ellada: Müşfiq onu çəkdi Toğrul: Yox, qulaq as, sənin stoluna kim yaxılaşdı? Ellada: Zərərçəkən adam Toğrul: rəhəmətə gedən adam Ellada: hə Toğrul hə Ellada: menim stoluma yaxınlaşdı, mənim stoluma Müşfiq yumruqla vurdu ki manim gonagima hörmətsizlik edə bilməzsiz Toğrul: Aha Ellada: O, yaxınlaşanda Müşfiqlə dalaşa-dalaşa, dalaşa-dalaşa çıxdılar çölə Toğrul: he Ellada: dallarınan çıxdım baxdım ki, o adamın cibində kaşelok var idi, dedim birdən Müşfiq kaşeloku aparar Ellada: Dalınan çıxdım baxdım ki, bravonun həyətini keçdilər. Toğrul: hə Toğrul: hə ay sağol Ellada: qalan mənim heçnədən xəbərim olmadı. Bir də o vaxt bildim ki, saat 4 iradələn idi sizin post patrul maşınları, əməliyyatçıları gəldilər ora Toğrul: hə Ellada: əməliyyatçılar gələndə həmin adamı düşürəndə, həmin adam qalxdı məni burda vurdular deyəndə Elnarə adlı qız çıxdı dedi ki, mən vurmuşam peysər səni, yenə də olsa yenə də vuraram. Toğrul: he. ay sağol Ellada: həmin mamentdə də Elnarə çiynini göstərdi ki, sən mənim çiynimi kəsmisən. Dedi nəynən vurdu? Dedi bilmirəm itəliyif, neyniyif. Dedi amma Elnarə mən vurmuşam. Həmin dədiqə də postpatrullar oğlanı götürüb apardılar geri, geri qaytarıb aparanda Elnarə maşına mindi onun dalınca 13-cü bölməyə getdi. Toğrul: haEllada: 13-cü bölmədə də Elnarədən izahatını götürmədilər ki, içkilisən get sabah gələrsən. Mənim bildiyim bu qədərdir mən daha heçnə bilmirəm. Toğrul: Bilirsən nədi söhbət?

27. 19.10.2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 210) görünür ki, baxış zamanı müəyyən edildi ki, diskdə 14167 adlı zip qovluq vardır. Həmin qovluğa daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə dair ********* SMS.txt", "**********40 txt "abuneciler xls", "antena xis" adlı 4 ədəd fayl vardır. "504884040_SMS.txt" faylına baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı mesaj aşkar edilmədi. **********40.txt" faylına baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı mesaj aşkar edilmədi. "abuneciler.xls" faylına baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı mesaj aşkar edilmədi Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı telefon nömrəsi ilə bağlı cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı mesaj və zəng aşkar edilmədi.

28. Meyitin barəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 155 nömrəli rəyindən (cild 01, iş vərəqə 214-222) görünür ki, Zərərçəkmiş şəxs baş beyinin irinli iltihabına və ödeminə səbəb olan baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma, alın sümüyünün sağ yarısının basılmış-deşilmiş açıq qəlpəli sınığı və həmin səviyyədə baş beyinin sərt qişasının cırılması ilə müşayiət olunan alın nahiyəsinin sağ yarısının bir ədəd əzilmiş-cırılmış yarası müəyyən edilmişdir. Xəsarət həyati olub, T.M.X21 Mərkəzi PHŞ-yə daxil olmasından (xx.xx.2024-cü il, saat 07:40) az əvvəl, təsir edən səthi məhdud olan bərk-küt əşyanın bir güclü zərbəsinin təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş məktubda təsvir edilmiş əsanın “qartal” quruluşlu baş hissəsi ilə yetirilə bilər. Dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma,alın sümüyünün sağ yarısının basılmışdeşilmiş açıq qəlpəli sınığı və həmin səviyyədə baş beyinin sərt qişasının cırılması ilə müşayiət olunan alın nahiyəsinin sağ yarısının bir ədəd əzilmiş cırılmış yarası ilə əlaqədar baş beyinin irinli iltihabı və ödemi olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə saat 16:20-də Respublika Neyrocərrahlıq Xəstəxanası Publİk hüquqi şəxsində baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Xəsarəti alarkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş (ayaqüstə, oturaq və s.) vəziyyətlərində ola bilərdi. Lokalizasiyasına və xarakterinə görə xəsarətin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində törənməsi inkar olunur. Mərhum Zərərçəkmiş şəxs adına X24 PHŞ-də tərtib olunmuş tibbi sənəddə xəstəxanaya müraciət edərkən (xx.xx.2024-cü il, saat 07:40) kəskin alkohol sərxoşluğu vəziyyətində olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda (xx.xx.2024-cü İl tarixdə) məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tirvək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.

29. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 3068 nömrəli, xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda öz hərəkətlərini dərk etmək və onları idar etmək iqtidarındadır. Yunis oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq yaranmışdır.Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır

30. 03.12.2024-cü il sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01,iş vərəqə 229-245) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən zərbə vuraraq ona xəsarət yetirməməsi, Elnarə adlı qadının Turan adlı şəxsi itələməsi nəticəsində sonuncunun yıxılaraq başının ağaca dəyməsi nəticəsində xəsarət alması barədə ifadəsində göstərdiyi xüsusatlar özünümüdafiə kimi qiymətləndirilərək rədd edilməsi, təqsirləndirilən şəxsin müdafiəçisinin təqdim etdiyi bir ədəd kompakt diskdə olan səs yazılarında zərərçəkmiş şəxs Turan X1 tərəfindən xəsarət yetirilməsinin müəyyən edilməsi ilə bağlı xüsusatlar öz təsdiqini tapmadığından müdafiə tərəfinin gətirdiyi dəlil kimi qiymətləndirilərək rədd edilsin. Zərərçəkmiş şəxs yaşadığı evdə yıxılması nəticəsində xəsarət alması ilə bağlı xüsusat öz təsdiqini tapmadığından rədd edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavələr edilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində CM-nin 120, 221 və 228.4-cü maddələri ilə cinayət təqibi rədd edilməsi, Şahid1, X8 və X9 barəsində cinayət təqibinin rədd edilməsi, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş əsa iş üzrə maddi sübut kimi tanınması, cinayət işi üzrə meyitin barəsində məhkəmə-tibbi ekspertizasının, habelə kompleks məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının rəyləri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, habelə tibbi sənədlərə baxış, üzləşdirmə kimi istintaq hərəkətinin protokolları və Zərərçəkmiş şəxs hadisədən dərhal sonra 17.07 2024-cü il tarixdə Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə verdiyi "Skorpion" adlı kafedə döyülməsi barədə şikayət ərizəsi və izahatından ibarət sənədlər sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır.

31. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs əvvəl zərərçəkmiş şəxsi əsa ilə itələdiyini demiş, indi isə əllə itələdiyini deyir. Ağaca birinci insanın sifəti dəyir. Maşının şüşəsi də hadisədən qabaq sınmışdır. Müşviq səfil bir insandır və Turanı tanımamışdır. Ağaca dəyən baş bu cür bərk silkələnə bilməz. Musa Turanın başına əsa ilə vurub beyninə təsir edib. Həmin əsa soyuq silah qismində düzəldilib. Müstəntiqdən əsanı istəmiş və o əsaya nəzər yetirmişdir. Həmin əsa ağır dəmirdən, məhz soyuq silah qismində düzəldilmişdir. O elə əsa heç kimdə görməmişdir. Həmin əsanın təxminən 3-4 kiloqram çəkisi var. O hadisə olan gün Moskva şəhərində olmuş, hadisə barədə yeznəsi Radim ona zəng edib xəbər vermişdir. Yeznəsi ona “Turan ağır xəstədir gəl.” Demişdir. O aeroportda olanda ona demişdirlər ki, Turan artıq rəhmətə gedib. Radim ona demişdir ki, Turan ona onun arxasından bir nəfər 50-55 yaşlarında kişinin əsa ilə onun başına ağır zərbə vurmuşdur. Turan da həmin vaxt huşunu itirmişdir. Çöldə onlar mübahisə etmiş, kimsə gedib Musanı çağırmışdır. İstintaqdakı ifadəsini təsdiq edir. Turan vəfat edəndən sonra polisə müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyi və sonuncu ilə barışdığını bildirmişdir. Həmçinin məhkəməyə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş akt təqdim edərək ona təqsirləndirilən şəxsin nümayəndəsi tərəfindən 25000 manat məbləğində pulun ödənildiyini qeyd etmişdir.

32. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Turan ona demişdir ki, o hamamda yıxılıb. Cinayət işi açıldıqdan sonra müstəntiqdən Musa adlı şəxsin Turanı vurduğunu eşidir. Həmin şəxs barədə Turan ona heç nə deməmişdir. Tural onlara gəlmiş, həmin vaxt hadisə ilə bağlı bildirmişdir ki, hamamda çimərkən o yıxılıb. Başı hamamın tininə dəymişdir. Onlar ikisi məsləhətləşmişdirlər ki, bu barədə ana-bacısına deməsinlər. Onlar bacısına məsələni başqa cür çatdırmışlar. Tural dedi ki, onun hamamda yıxılmasını ailəsi, uşağı və s heç kəs görməmişdir. Hadisə onların evində baş verməmişdir. Sonra onlar həyat yoldaşı ilə onu həkimə aparmışlar müalicə etdirmişlər amma müalicə yarımçıq qalmışdır. Çünki Turan xəstəxanada rəhmətə getmişdir. Turanın xəsarətinin nə qədər ciddi olduğunu bilmirdi. Turandan hadisənin necə baş verdiyini və s soruşmamış, çünki onu xəstəxanaya aparanda onun huşu özündə olmamışdır. Sonradan istitaqda müstəntiqə izahat verəndə öyrənmişdir ki, Musa adlı şəxs bu hadisəni törətmişdir. Turanın hansı şəraitdə xəsarət aldığı ona məlum olmamışdır. İstintaqda verdiyi ifadəni təsdiq edir. Turan 50-55 yaşında bir kişinin sonuncunun başına əsa ilə vurduğu barədə ona bir şey deməmişdir. Turan ona deməmişdir ki, onun başından vuran şəxsdən onu vurma səbəbini soruşub. Həmin şəxs Turanı heç bir səbəb olmadan vurub, hadisə yerində kimsə həmin şəxsi Musa deyə çağırıb. Müşfiq adlı şəxs Musanın Turanı vuranda gördüyünü ona deməyib. Turan Müşviqin adını çəkməyib. Turan döyülmə barədə ona heç nə deməyib. O Turanın döyülməsini bilməyib. Həkimlərin gəlməsi hissəsi düzdü. Turan Musa adlı şəxsin adını ümumiyyətlə çəkməyib.

33. Məhkəmə istintaqında ifadəsi elan edilməklə, tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, “Skorpion” kafesinin yaxınlığında yerləşən meşəlik ərazidə yaşayır, ailə üzvləri yoxdur, daimi və ya müvəqqəti yaşadığı ev yoxdur, heç bir yerdə işləmir, yol kənarında metal qabları yığır və metal qəbulu məntəqələrinə təhvil verib pul qazanır. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, R.Rüstəmov 25/24 ünvanında yerləşən “Skorpion” kafesini tanıyır, həmin kafeyə işlənmiş əşyalar satır, özü ilə it saxlayır. xx.xx.2024-cü il tarixdə təxminən axşam saat 22 radələrində “Skorpion” adlanan kafeyə həmişə olduğu kimi müxtəlif məişət əşyaları satmağa çıxarkən kafenin qapısının qarşısında iki nəfər tanımadığı şəxsə rast gəlmişdir. Həmin şəxslərdən biri, adının Turan olduğunu sonradan bildiyi oğlan olmuşdur. Turan yanında saxladığı iti görərkən əli ilə onu sığallamış, itə nəvaziş göstərmişdir. Bundan sonra aralarında qısa müddətli mehriban söhbət etmişlər. Turan onu kafenin içərisində oturub pivə içməyə dəvət etmişdir. Onunla razılaşmış və kafeyə daxil olub masaların birində oturmuşlar. Masada Turan, Turanın yanında gələn təxminən 50-55 yaşlarında bir nəfər kişi və üçü birlikdə bir neçə saat oturmuşdur, söhbət edib pivə içmişlər. xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 05 radələrinədək kafedə oturmuşlar. Pivə və məzələr sifariş etdikcə həmin məhsullar masaya kafenin işçiləri tərəfindən gətirildikdən sonra Turan verdiyi sifarişlərin hesabını hissə-hissə onlara vermişdir. Masaya Elnarə və adını bilmədiyi başqa orada işləyən işçilər verilən sifarişləri gətirmişlər. xx.xx.2024-cü il tarixdə gecə saat 05 radələrində görmüşdür ki, Ellada, Elnarə və Turan arasında mübahisə yaranmışdır. Mübahisənin hansı səbəbdən baş verməsi ilə maraqlandıqda təxminən başa düşmüşdür ki, Turan Elnarə adlı qıza hesab ödəməklə bağlı 20 manat pul vermiş, verdiyi 20 manatdan ona qalıq pul qaytarılmalı olduğunu bildirərək qalan məbləğdə pulu geri istəmişdir. Ellada və Elnarə isə onun verdiyi 20 manatın verilən sifarişə aid tam ödəniş olduğunu bildirmiş, ona qalıq olaraq pul qaytarmalı olmadıqlarını demişlər. Buna görə də, aralarında mübahisə yaranmışdır. Mübahisənin dava-dalaşa çevrilməməsi üçün Turanı qolundan tutub yavaş-yavaş kafenin qapısından bayıra çıxartmışdır. Turanı kafenin qapısından bayır hissəyə çıxarıb oradan uzaqlaşdırmaq istəməyinə baxmayaraq Turan yenidən addımlayıb kafeyə geri qayıtmaq və qalıq olaraq ona qaytarmalı olduqları dediyi pul məbləğini geri almaq istəmişdir. Bu zaman kafenin içərisindən Musa adı ilə tanıdığı, təxminən 50-55 yaşlarında olan kişi kafedən bayıra çıxıb Turanın üstünə gəlmiş və əlində olan, baş hissəsi qartal quruluşlu əsa ilə onun baş nahiyyəsinə bir zərbə vurmuş və ona xəsarət yetirmişdir. Turan baş nahiyyəsindən xəsarət almış və başından aldığı yaradan qan gəlməyə başlamışdır. Bundan sonra özü və Turanın yanında onun özü ilə gələn kişi Turanı və Musa adlı həmin şəxsi qolundan tutub kənara çəkmiş və onların arasında olan dava-dalaşın daha da şiddətlənməsinə mane olmuşlar. Bundan sonra özü və Turanın yanında gələn həmin kişi Turanı kafenin qarşısında olan ərazidən yolun kənarına çıxarmışalr, oradan da yolun qarşı tərəfinə, “Bravo” marketin qabaq hissəsinə gedib orada dayanmışlar. “Bravo” marketin qarşısında olarkən Turanın yanında onun özü ilə gələn kişi DİN-nin 102 xidmətinə zəng vuracağını bildirmişdir. Ondan sonra o, Turanı və onunla kafeyə gələn şəxsi orada qoyub kafenin qarşısına qayıdıb oradan əl arabasını götürüb yaşadığı meşəlik əraziyə getmişdir. Daha sonra isə nə baş verdiyini bilməmişdir. Musa adlı həmin şəxsin soyadı və ata adını bilməmişdir. Musanı həmişə “Skorpion” adlı həmin kafedə görmüşdür. Musa həmin kafedə gözətçi kimi işləmişdir. Onunla hər hansı şəxsi münasibəti olmamışdır. Həmin kafedə görəndən-görənə onunla bir neçə dəfə salamlaşmışdır. Musa adlı şəxsdən başqa Turana heç kəs xəsarət yetirməmişdir. Hadisə baş verən zaman yalnız Musa əlində olan əsanın başı qartal quruluşlu hissəsi ilə Turanın baş nahiyyəsinə bir zərbə vurub ona xəsarət yetirmişdir. Hadisə baş verən zaman özü, Turanın yanında özü ilə gətirdiyi tanımadığı kişi, Turanın özü və Musa hadisə yerində olmuşdur. Musa Turanı başından zərbə ilə vurduqdan sonra səs-küy yaranmış, kafedən bir neçə nəfər tanımadığı şəxs də kafenin bayır hissəsinə, hadisənin baş verdiyi yerə gəlmişlər. Onların içərisində tanıdığı kafedə işləyən Ellada adlı şəxsi hadisə yerində görmüşdür. Kafedən bayıra çıxan digər şəxsləri tanımamışdır və adlarını bilməmişdir.

34. Məhkəmə istintaqında ifadəsi elan edilməklə, tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, istintaqa verdiyi ilkin ifadəsində Turanı itələdiyini, Turanın başının ağaca dəydiyini və xəsarət aldığını göstərmişdir. Lakin, hazırda isə bildirir ki, Turanı o, itələməmişdir, onun başı ağaca dəyərək xəsarət almamışdır. Elə bir hadisə olmamışdır. Turana xəsarəti başqa bir şəxs yetirmişdir. Belə ki, hadisə barədə göstərmişdir xx.xx.2024-cü il tarixdə axşam saatlarında pivə içmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Skorpion” adlı kafeyə getmişdir. Orada biraz oturub spirtli içki qəbul etmişdir. Təxminən gecə saat 01 radələrində kafeyə iki nəfər tanımadığı 30-35 yaşlarında kişi gəlmişdir. Onlar kafedə olan masaların birində oturub yeyib içmişlər. Bundan sonra onu oturduqları masaya dəvət sonradan Turan olduğu məlum olan oğlan olmuşdur. Turan və onun yanında iki nəfər oğlan olmuşdur. Turanın yanında oturan oğlanlardan biri Müşviq adı ilə tandığı şəxs olmuş, digər oğlanı isə tanımamışdır. Müşfiq həmişə həmin kafenin yanında olur, oralarda gəzir, tüfeyli həyat keçirir. Belə ki, onlarla birlikdə biraz oturduqdan sonra Turan adlı həmin oğlan onunla pis danışmış və Turanın danışığı onun xoşuna gəlmədiyi üçün birazdan gələcəyini bildirib onların masasından durmuşdur. Biraz sonra kafedə başqa masada oturmuşdur. Təxminən gecə saat 02-03 radələrində Məsi kimi tanıdığı rəfiqəsi ilə telefonla danışan zaman rəfiqəs ona bildirmişdir ki, "Papaq" adlı restorana getmişdir. Rəfiqəsindən onu da ora aparmasını xahiş etmişdir. Bir neçə dəqiqə sonra Məsi taksi ilə onun olduğu kafeyə gəlib onu götürmüş və birlikdə Həzi Aslanov metrosunun yanında fəaliyyət göstərən "Papaq" adlı restorana getmişlər. Lakin, restoran bağlı olduğu üçün restoranda otura bilməmiş və geri qayıtmışdır. Rəfiqəsi Məsi öz yaşadığı evə getmişdir, özü isə yenidən “Skorpion” adlı həmin kafeyə qayıtmışdır. Kafeyə çatdıqdan sonra taksidən düşmüşdr. Lakin, taksiyə verməyə pulu olmadığı üçün kassaya yaxınlaşıb kassadan borc pul almaq istəmişdir. Kafedə barmen işləyən Elladaya yaxınlaşıb pul istəmiş, lakin, o pulu olmadığını bildirmişdir. Həmin vaxt qarşısına kafedə bir neçə saat əvvəl masasında oturub pivə içdiyi Turan adlı oğlan çıxmışdır. Ondan pul istəmişdir ki, gəldiyi taksinin pulunu versin. Bundan sonra Turan ona 10 manat vermişdir. Həmin pulun 5 manatını ona qaytarmışdır. 5 manatı isə taksiyə vermişdir. Bundan sonra kafeyə qayıtmışdır. Turan ona təklif etmişdir ki, gedib otellərdən birində cinsi əlaqədə olsunlar. Turan onun bu təklifi ilə razılaşmamışdır.Turan həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün ona söyüşlər söyərək getmiş və öz masasında oturmuşdur. Bundan sonra isə Turan səs-küy saldığı üçün Turanın yanında Müşi adı ilə tandığı şəxs və Turanın yanında olan başqa bir şəxs üçü birlikdə kafedən bayıra çıxmışlar. Onlar çıxdıqdan bir neçə dəqiqə sonra Müşi adı ilə tandığı şəxs kafenin içərisinə qayımış və bildirmişdir ki, Turanı vurublar. Lakin, kimin vurduğunu bildirməmişdir, onu kimin vurması ilə maraqlanmamışdır. Bundan sonra kafeyə Turan adlı oğlan polis əməkdaşları ilə birlikdə gəlmişdir. Onlara aydın olmuşdur ki, Turan onu vuran şəxsin barəsində polisə şikayət etdiyi üçün polis əməkdaşları gəlmişdir. Turan adlı oğlan polisə bildirmişdir ki, onu burada 50-55 yaşlarında bir nəfər saqqallı kişi vurmuşdur. Həmin vaxtı onlara yaxınlaşıb polis əməkdaşlarının yanında Turanı vurduğunu bildirmişdir. Lakin, Turan polis əməkdaşlarına onu vuran şəxsin o, olmadığını bildirmişdir. Bundan sonra Turan adlı oğlan polis əməkdaşları ilə birlikdə oradan çıxıb getmişdir. Kafenin həyətində olarkən Musa demişdir ki, “gərək gedib dükandan üzqırxan ülgüc alıb üzümü qırxam”. O, Musaya bildirmişdir ki, “üzqırxan istiyirsənsə təzəsi məndə var”. Musa istədiyini bildirmişdir. Bundan sonra o, özündə olan üzqırxanı Musaya vermişdir ki, Musa üzünü qırxsın. Bundan sonra isə Turanın ardınca polis bölməsinə getmişdir. Polis bölməsinə getməyinin səbəbi Turan adlı oğlanı özünün vurmasını bildirmək istəməyi olmuşdur. Lakin, polis bölməsində izahatını almamışlar və o, yenidən kafeyə qayıtmışdır. Kafeyə qayıtdıqda görmüşdür ki, Musa artıq üzünü qırxmışdır və üzü saqqalsızdır. Həmin vaxt şübhələnmişdir ki, Turan adlı həmin oğlanı Musa vurmuşdur. Lakin, Musanın vurduğunu da öz gözü ilə görməmişdir. İstintaqa verdiyi ilkin ifadəsində o, Turanı itələdiyini, Turanın başının ağaca dəydiyini və xəsarət aldığını göstərmişdir. Lakin, hazırda isə bildirmişdir ki, Turanı o, itələməmişdir, onun başı ağaca dəyərək xəsarət almamışdır. Elə bir hadisə olmamışdır. Turana xəsarəti başqa bir şəxs yetirmişdir. Lakin, ona həmin xəsarəti kimin yetirdiyini bilməmişdir. İstintaq zamanı ilkin ifadəsində Turan adlı şəxsi itələyib yıxmasını və onun xəsarət almasını bildirməyinə səbəb odur ki, əgər Turanı itələyib yerə yıxdığını və onun xəsarət aldığını bildirsə iş daha yüngül olacaq və kafenin fəaliyyətinə də problem yaranmayacaqdır. Çünki, əvvəllər mən həmin kafedə işlədiyi üçün kafenin işçilərinə problem yaranmasını istəməmişdir. Ona görə də Turanı itələdiyini, onun yıxılaraq başının ağaca dəydiyini yalandan bildirərək yalan ifadə vermişdir. Prokurorluqda ilk dəfə ifadə verməyə gələrkən Turanın hadisədən 3 gün sonra öldüyünü bilməmişdir.

35. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində göstərmişdir ki, ona məxsus olan “İnfiniti” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobil təxminən 1 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Skorpion” adlı kafenin qarşısında xarab vəziyyətdə qalmışdır. Həmin kafenin yanında avtomobil oturacaqları üçün üzlüklərin quraşdırıldığı sex yerləşir. Avtomobilini orada oturacaq üzlüyü çəkdirmək üçün saxlamışdır, lakin sexdə işləyən Babək adlı usta işdən çıxıb Naxçıvana getdiyi üçün avtomobilinə oturacaq üzlüyü quraşdırmaq işini başa çatdırmamışdır. Həmin usta oturacaqların üzlüyünü sökərkən avtomobilin elektrik sistemini də zədələdiyi üçün avtomobil xarab olmuşdur. Usta olmadığı üçün avtomobilinə oturacaq üzlüyünü özü quraşdırmağa davam etmişdir. Buna görə də, təxminən 1 ildir ki, “Skorpion” adlı kafenin yanında yerləşən həmin sexə gedib gəlmiş və kafenin işçilərini də tanımışdır. Həmin sexdə həmçinin dülgər və nəqqaş kimi müxtəlif əşyalar düzəldərək satmışdır.O, “Skorpion” adlı kafedə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində avtomobilinə oturacaq üzlüyü quraşdırmaq işini davam elətdirmək üçün Bakı şəhəri, Sabunçu sexə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrindən xx.xx.2024-cü il tarixdə gecə saat 05 radələrinədək həmin sexdə oturacaq üzlüyü quraşdırmaq işi ilə məşğul olmuşdur. Daha sonra isə əsa düzəltmişdir. Sexdə oturub əsa düzəldən zaman xx.xx.2024-cü il tarixdə gecə saat 05 radələrində Skorpion adlı kafedə işləyən Ellada adlı qadın onun yanına gəlib bildirmişdir ki, kafeyə məişət əşyaları gətirib satdığına görə tanıdıqları Müşfiq adlı şəxs və onun yanında gələn bir nəfər tanımadığı şəxs kafedə səs-küy salıb, mübahisə yaratmışlar. Ellada ondan xahiş etmişdir ki, kafeyə gəlib Müşfiqi və yanında gələn digər şəxsi sakitləşdirsin. Belə ki, o, düzəltdiyi əsanı da götürüb kafeyə daxil olduqda görmüşdür ki, Müşfiqin yanında olan, təxminən 30-35 yaşlarında tanımadığı bir nəfər oğlan kafedə işləyən Elnarə adlı qadınla mübahisə edir. Onların arasında pul üstündə mübahisə getmişdir. .Müşfiq adının sonradan Turan olduğunu və öldüyünü bildiyi həmin şəxsi tutub kafedən bayıra çıxarmışdır. Elnarə də onların ardınca kafedən bayıra çıxmışdır. O, da onların ardınca kafedən bayıra çıxmışdır. Kafedən bayıra çıxdıqdan sonra görmüşdür ki, Elnarə adlı qız Müşfiqin yanında olan, adının sonradan Turan olduğunu bildiyi şəxsi itələmiş və həmin şəxs yıxılaraq başı ağaca dəymiş və baş nahiyəsindən xəsarət almıdşır. Həmin şəxs ayağa durub yenidən Elnarənin üstünə hücum etmək istəyəndə əlində əsanı tutub əli ilə adının sonradan Turan odluğunu bildiyi oğlanı itələmişdir ki, o, oradan çıxıb getsin. O, Turanı itələyərkən Müşfiq onu arxa hissədən qolundan tutmuşdur. Əsa həmin vaxt onun əlindən yerə düşmüşdür. Müşfiq əsanı yerdən götürmüş, Turan adlı həmin oğlanı özü ilə aparmış və onlar, yəni sonradan öldüyünü bildiyi, lakin, tanımadığı oğlan, Müşfiq və onların yanında gələn tanımadığı digər şəxs hadisə yerindən uzaqlaşıb Bravo marketə tərəf getmişlər. Üstündən iki saat keçdikdən sonra post patrul xidməti və öldüyünü sonradan bildiyi oğlan hadisə yerinə gəlib avtomobildən düşmüşdür. Həmin oğlan bildirmişdir ki, onu orada qız vurub və pulunu oğurlamışlar. Bundan sonra Elnarə orada irəli çıxıb həmin oğlana demişdir ki, “səni mən vurmuşam”. Bundan sonra həmin oğlan və polis əməkdaşları Elnarəni aparmaq istəyərkən “Şamplena” ləqəbli şəxs polislərə bildirmişdir ki, Elnarəni özü polisə gətirəcəkdir. Bundan sonra polislər və öldüyünü sonradan bildiyi həmin oğlan hadisə yerindən getmişlər. Ondan sonra isə Elnarə və Şamplena ləqəbli şəxs onların ardınca polis bölməsinə getmişlər. Təxminən iki saat sonra X27 ilə birlikdə qayıdıb gəlmiş və bildirmişdir ki, polis bölməsində ondan izahat almamışlar. Ondan sonra isə o, çıxıb evinə getmişdir. Daha sonra isə nə baş verməsi barədə məlumatı olmamışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Skorpion adlı kafedə mübahisə yaratdığını gördüyü və sonradan öldüyünü bildiyi oğlanı həmin vaxt kafenin qarşısında olarkən baş nahiyəsinə əsa ilə zərbə vurmamışdır və ona xəsarət yetirməmişdir. Həmin vaxt Elnarə adlı qız sonradan öldüyünü bildiyi həmin oğlanı itələmiş, həmin oğlan yıxılaraq başı ağaca dəymiş və baş nahiyəsindən xəsarət almışdır.

36. İstintaq zamanı Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində isə hadisənin mahiyyəti üzrə nisbətən fərqli ifadə verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 05 radələrində “Skorpion” adlı kafedə işləyən Ellada adlı qadın onun yanına gəlib bildirmişdir ki, kafeyə məişət əşyaları gətirib satdığına görə tanıdığı Müşviq adlı şəxs və onun yanında gələn bir nəfər tanımadığı şəxs kafedə səs-küy salıb mübahisə yaratmışlar. Ellada ondan xahiş etmişdir ki, kafeyə gəlib Müşviqi və yanında gələn digər şəxsi sakitləşdirsin. Belə ki, düzəltdiyi əsanı da götürüb kafeyə daxil olduqda görmüşdür ki, Müşviqin yanında olan, təxminən 30-35 yaşlarında tanımadığı bir nəfər oğlan kafedə işləyən Elnarə adlı qadınla mübahisə edir və söyüş söyür. Müşviq həmin şəxsi dartıb kafedən bayıra çıxartmışdır. Onların ardınca kafedən bayıra çıxmışdır. Kafedən bayıra çıxdıqdan sonra da Müşviqin yanında olan, tanımadığı həmin şəxs söyüş söyməyə davam etmişdir. Kafedən bayıra çıxdıqdan sonra kafenin qarşısında əlində olan əsa ilə onun sinəsindən itələmişdir. Əsa ilə onun sinəsindən itələyərkən əsa sürüşüb onun başına dəymişdir. Bundan sonra isə Müşviq həmin şəxsi kafenin qarşısından uzaqlaşdırıb yolun qarşı tərəfində olan Bravo marketə tərəf getmişdir. xx.xx.2024-cü il tarixdə Skorpion adlı kafenin qarşısında əsa ilə sinənsindən itələdiyi həmin şəxsi tanımamışdır. Ad soyadını da bilməmişdir. Hadisə baş verən zaman əsanı sol əli ilə tutmuşdur və əsanı sol əli ilə onun sinəsinə vurub itələyərkən əsa sürüşüb onun başının sağ nahiyəsinə dəymişdir. Həmin əsanı sexdə özü düzəltmişdir, əsanı pay vermək üçün düzəldən zaman Ellada gəlib onu çağırdığı üçün əlindəki həmin əsa İlə birlikdə kafeyə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə gecə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Skorpion” adlı kafenin qarşısında əlində olan əsa ilə kafeyə müştəri qismində gəlmiş Turan adh şəxsin başına qəsdən zərbə vurmamışdır. Həmin şəxsin sinəsindən əsa ilə itələyərkən əsa sürüşərək onun baş nahiyəsinə dəymişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb olan aldığı həmin xəsarəti o, yetirməmişdir. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs sinəsindən əsa ilə itələməzdən əvvəl Elnarə adlı qız kafenin bayır hissəsində onu itələmiş, həmin şəxs yıxılaraq ağaca dəymişdir, ola bilər ki, həmin şəxsin aldığı xəsarət Elnarə onu itələyən zaman başının ağaca dəyməsi nəticəsində yaranmışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır

37. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o avtomobilin 1 ildir ki, Bakıxanov qəsəbəsində yerləşən Skorpion" adlı kafenin qarşısında xarab vəziyyətdə qalmışdır. Həmin kafenin yanında avtomobil oturacaqları üçün üzlüklərin quraşdırıldığı sex yerləşir. Avtomobilini orada oturacaq üzlüyü çəkdirmək üçün saxlamış, usta olmamışdır, avtomobil xarab olmuş və orada qalmışdır, üzlüyünü özü çəkirdi. Ona görə sexi icarəyə götürmüşdür. Həmin sexdə həmçinin dülgər və nəqqaş kimi müxtəlif əşyalar düzəldib satırdı. Bir gün kafedə dava düşdü, kafedə işləyən Ellada adlı qadın onun yanına gəlib bildirdi ki, kafedə dava düşüb. Müşfiq deyilən şəxs həmin o dava edənlərin arasında idi, orda 2 qız da var idi, birdə Naxçıvanlı Zaur adlı şəxs də orda idilər. O əsa düzəltmişdir. Ellada xahiş etdi ki, kafeyə gəlib Müşfiqi və yanında gələn digər şəxsi sakitləşdirsin. O da elə əlində düzəltdiyi əsa ilə kafeyə gələndə gördü ki, Müşfiqin yanında olan sonradan tanıdığı Turan kafedə işləyən Elnarə adlı qadınla mübahisə edir. Onların arasında pul üstündə mübahisə gedirdi. Turan Elnarəyə taksi pulu vermişdir, pulunun qalığını tələb edirdi. Müşfiq Turanı tutub kafedən bayıra çıxartdı. Elnarə də onların ardınca kafedən bayıra çıxdı. O da onların ardınca kafedən bayıra çıxmışdır. Elnarə Turanı itələdi, Turan yıxıldı başı ağaca dəydi, başı yalandan belə qanadı. Həmin davadan sonra Elnarəni həbs etdilər. 1 həftə həbsdə saxladılar. Polis avtomobili ilə hadisə yerinə baxışa gətirdilər, çəkiliş etdilər. Elnarə hadisənin baş verdiyi yeri göstərdi. 1 həftədən sonra Elnarəni həbsdən buraxdılar Müşfiqi həbs etdilər. Polis avtomobili ilə hadisə yerinə baxışa gətirdilər, çəkiliş etdilər. Müşfiq hadisənin baş verdiyi yeri göstərdi. Sonradan da Müşfiqi həbsdən azad edib onu həbs etdilər. Bu hadisəyə kimi o bütün günü sexdə olmuşdur. Elnarəni axtaranda hətta şəkilini gətirib ona göstərərək yerini soruşmuşdular. O Turanın adını istintaqda öyrənmişdir, onu əvvəllər tanımamışdır. O Turanı niyə vurmalı idi ki, o tələb edir ki, əsanı ekspertizaya göndərib DNT testi götürülsün. O ancaq Turanı itələmiş, həmin vaxt onun qollarını Müşfiq arxadan tutmuşdur. O Turan durub Elnarənin üstünə hücum etmək istəyəndə sonuncunu itələmişdir. Əsası həmin vaxt əlindən yerə düşmüşdür. Müşfiq əsanı yerdən götürmüşdür. Müşfiq tüfeyli həyat tərzi keçirən səfil bir insandır, meşədə yaşayır. Hadisədən 10 gün qabaq Müşfiq obyektə benzin töküb yandırmışdır. O Müşfiqi oralara qoymamışdır. O Turanı əsa ilə vurmamışdır. O gücdə də idmanda da Turandan güclü və sağlam görünür. O onu niyə əsa ilə vurmalıdır ki? Müşfiqi gətirib onun üzünə durdurublar, hadisədən 15 gün sonra onu tutublar. Əsanı da polisə vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, O əsa düzəldir. Əsanı suvenir kimi düzəldib satır. Nərd, gəmi əşyaları düzəldib, satır. Hadisə səhərə yaxın 4-5 radələrində baş vermişdir. Kafe ilə işlədiyi sexin arasında 10 metr arası var, o səs eşitmişdir. Onu Ellada gəlib çağırmışdır ki, Müşfiq oturduğu stoldakı adamlarla dava edir, sən onu tanıyırsan, gəl qoyma. Müşviq turanı tanımamışdır. Stolda Zaur da olmuşdur, Turan da Müşviqə deyib ki, “sən mənim oturduğum stolda hörmətsizlik edə bilməzsən.”. O kafeyə girəndə görmüşdür ki, Turan Elnarədən pulunu istəyir. Elnarə kafedə müştərilərlə oturan qadın olmuşdur. Onların da stolunda oturmuşdur. Turan Elnarəyə pul vermişdir ki, xırdalamağa ki, taksiyə versin. Ona görə savaşırdılar. Kafenin işçiləri Cahangirlə Ellada, Elnarə ilə Turanı çölə çıxartdılar ki, gedin çöldə mübahisənizi davam edin. Onlar da kafenin həyətinə çıxdılar. X20 pulunu istəyəndə Elnarə yapışdı Turanın yaxasından. Turan sərxoş idi. Elnarə Turanı itələdi, Turan dəydi ağaca yıxıldı, bir az başı qanadı. Elnarə sonra Turana daş atdı. Onu sexdən kafeyə Ellada çağırıb ki, “sən Müşfiqi tanıyırsan, gəl səni görsün mübahisə etməsin.” Müşfiq onu görən kimi kafedən çölə çıxmışdır. O Turanla mübahisə etməmişdir. Onun maşınının yanında durduğu üçün Turana demişdir ki, gedin o tərəfdə mübahisə edin. Əsa həmin vaxt onun əlində olmuşdur, əsanı düzəltmişdir, üstünə zər vurmuşdur, yapışqanının qurumasını gözləmişdir. Elə əlində əsa kafeyə getmişdir. O əsa ilə davaya çıxmamışdır.O idman məşqçisi olmuşdur, əmək haqqını da ordan almışdır. Onun əlindən əsa düşəndə, əsanə Müşviq əsanı götürüb getmişdir. Bu kameralara da düşmüşdür. Əsanın yuxarı hissəsi ilan başı şəkilində olmuşdur. Səhəri gün o Müşviqi tapmış və özünə məxsus əsasnı sonuncudan almışdır. Hadisədən 1 həftə qabaq Müşviqlə ədavəti olmuşdur. Sexdə oğlu ilə birlikdə olanda Müşviq onun işlətdiyi sexi yandırmış, onun sinəsində və qolunda yanığın izləri qalıb. Qapını da çöldən bağlamışdılar o içəridə qalmışdır. Onun şahidləri də var. O heç vaxt saqqal saxlamamışdır. Hadisə günü də onun saqqalı olmamışdır. Skarpion kafesini Eladda işlədir, amma yiyəsi Mirzə adlı şəxsdir. Mirzə istintaqda deyib ki, guya o kafedə gözətçi işləyir. Cahangir adlı şəxsi tanıyır, həmin şəxs kafedə işləyir. Turan gəlib onun maşınının yanında duranda Elnarə ona daş atmışdır. O da Turanı itələmişdir ki, gedin başqa yerdə dava edin daş onun maşınına dəyəcək. Başqa Turana qarşı heç bir hərəkəti olmamışdır. Əsa da düşüb əlindən yerə və əsanı Müşfiq götürmüşdür. Müşfiq səfil həyatı yaşayır. Narkotik satdığı üçün onu döymüşdür. Narkotiki gətirib onun maşınının təkərinin yanında gizlətmişdir.O istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, o bayıra çıxanda əlindəki əsa ilə Turanın sinəsindən itələmiş, əsa sürüşüb Turanın başına dəymişdir.

38. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisədən əvvəl, hadisə yerində mübahisə baş verdi. O icarəyə emalatxana götürüb, nərd, gəmi, əsa və. s bu kimi əşyalar düzəltmişdir. Bir həftə əvvəl də həmin yerdə mübahisə baş vermişdir, onun maşınının şüşəsi sınmışdır. O çölə çıxan zaman maşının yanında mübahisə baş verdiyini görmüşdür. Elnarə zərərçəkmiş şəxsi ağaca tərəf itələmişdir. Həmin şəxs zərbənin təsirindən onun maşınının yanında dayanmışdır. O da itələyib bildirdi ki, gedib başqa yerdə mübahisə etsinlər. Əlində əsa olmuşdur. Əsaya zər yapışdırmışdır, yapışqanlı olmuşdur. Müşfiq adlı şəxs onu arxadan tutub bildirdi ki, Turanı itələməsin. Onunla mübahisə etdikdə əsa yerə düşdü. Müşfiq əsanı götürüb həmin şəxslə birlikdə getdi. Polislər 04 gündən sonra Elnarə ilə Turanı çəkiliş üçün həmin yerə gətirmişlər. Bu vaxt o də orada olmuşdur. Həmin vaxt zərərçəkmiş şəxs sağ olmuşdur. Təxmini 10 gündən sonra Turan ölmüşdür. Ona bildirdilər ki, həmin şəxsi sən öldürmüsən. Zərərçəkmiş şəxs mübahisə baş verən gün getdi, 03 saatdan sonra “102 çağrı mərkəzi” hadisə yerinə gəldikdə də o orada olmuşdur. Zərərçəkmiş şəxs də gəlmişdir. Bildirdi ki, onu Elnarə vurub. Onlar əvvəlcə eyni masada əyləşmişdilər, mübahisə edirdilər. Qız onu itələyib, o da yıxılıb. Onun Turana fiziki gücü yetərdi. Əsa ilə vurmağına ehtiyac yox idi. O Turanı sinəsindən itələmiş, lakin Turan yıxılmamışdır. Əsa ilə vurmamışdır. Verilmiş suallara cavab verərək bildirmişdir ki, o zərərçəkmiş şəxsi tanımamışdır. Hadisə “Skorpion” kafesində baş vermişdir. Həmin kafenin yanında onun emalatxası vardır. Mübahisənin səbəbini dəqiq bilmir. Məsələ 25 manat ilə bağlı idi. Onun maşının yanında mübahisə etdikləri üçün, o onlara xəbərdarlıq etmişdir ki, gedib başqa yerdə mübahisə etsinlər. Müşfiq onlarla birlikdə dostluq edən şəxsdir. O Turan maşının yanında olarkən onu itələmişdir. Elnarənin zərərçəkmiş şəxsi ağaca itələməsini görmüşdür. Həmin qız Elnarə adlı şəxs idi. Elnarə ilə Turan bir masada əyləşmişlər. Elnarə ona verilmiş pulun qalığını qaytarmadığı üçün mübahisə etmişlər. Məhkəmə istintaqı zamanı o əməlindən peşman olduğunu, iki övladı olduğunun nəzərə alınmasını xahiş etmişdir.

39. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində Musa Məhərrəmov adlı xx.xx.2008-ci il təvəllüdül bir yetkinlik yaşına çatmayan övladı vardır.

40. İşdə olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X7 Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini və sonuncu ilə barışdığını bildirmişdir.

41. İşdə olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X7 təqsirləndirilən şəxsin nümayəndəsindən barışıq məqsədi ilə 25000 manat pulu almışdır.

42. İşdə olan xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, Şəkərov Mirzəbala ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmə iclasının onsuz keçirilməsini, şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin tam ödənildiyini və barışdığını qeyd etmişdir.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

43. Maddə 126.3. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

44. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

45. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir

46. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir

47. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

48. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

49. Maddə 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirlir.

50. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1-59.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

51. Maddə 60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

52. Maddə 62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

53. Maddə 62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi

54. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

55. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

56. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

57. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

58. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

59. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

60. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir

61. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

62. Maddə 338.1. Məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən sonra məhkəmə iclasında sədrlik edən cinayət prosesinin tərəfləri barəsində onlara məhkəmənin hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir.

“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərar

63. Qərarın 1. Bəndi Qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda Apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır.

64. Qərarın 2. Bəndi Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir.

65. Qərarın 3. Bəndi Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Avropa Məhkəməsinin presedent hüququ:

66. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

67. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs münasibətdə ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir.

68. Məhkəmə istintaqı zamanı tətqiq edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, hadisə Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yerləşən “Skorpion” adlandırılan kafedə olarkən kafedə mübahisə yaratmasını cüzi səbəb kimi bəhanə gətirməsi səbəbindən baş vermişdir.

69. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamla özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, hadisə yerinə, paltarlara baxış keçirilməsi və tanınma haqqında protokollar, Meyitin barəsində məhkəmətibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 155 nömrəli, Kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 3068 nömrəli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məhkəmə tibbi ekspertiza və patoloji Anatomiya Birliyii PHÇ tərəfindən verilmiş məktub, xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsi, xx.xx.2024-cü il tarixli raport, xx.xx.2024-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokol və istintaq zamanı toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir.

70. İbtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs hansı səbəbdən vəfat etməsinin müəyyən edilməsi məqsədilə meyitin barəsibdə məhkəmə tibbi ekspertizasının təyin edilməsi və rəyin alınması zamanı cinayət prosessual qanunvericliyin tələblərinə tam riayət olunmuşdur. Meyitin barəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 155 nömrəli rəyindən görünür ki, T.M.X21 Mərkəzi PHŞ-yə daxil olmasından (xx.xx.2024-cü il, saat 07:40) az əvvəl, təsir edən səthi məhdud olan bərk-küt əşyanın bir güclü zərbəsinin təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş məktubda təsvir edilmiş əsanın “qartal” quruluşlu baş hissəsi ilə yetirilə bilər. Dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir, bundan başqa təsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi kimi Zərərçəkmiş şəxs Elnarə adlı qadn tərəfindən itələnməsi nəticəsində xəsarət alması ilə bağlı hissədə rəydə lokalizasiyasına və xarakterinə görə xəsarətin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində törənməsi inkar olunması qeyd edilir və bütün bunlar cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübut edir.

71. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin əsa ilə ona yetirdiyi zərbə nəticəsində almışdır.

72. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, habelə onun əməlinə bu hissədə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməlini məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bununla da cinayətin törədilməsində o, təqsirlidir.

73. Təqsirləndirilən şəxs əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir.

74. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

75. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır.

76. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 54-cü bəndi).

77. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun 126.3-cü maddəsinin sanksiyasında doqquz ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 43-cü bəndi)

78. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 43,44,45-ci bəndləri).

79. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etməsi və barışıq əldə etmək üçün ona vurulmuş ziyanın əvəzi olaraq 25000 manat pul ödəməklə ziyanın tam şəkildə ödənilməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır.

80. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.

81. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cəza təyin edərkən ölümün baş verməsinə münasibətin ehtiyatsızlıqda ifadə olunması, onun ilk dəfə cinayət törədərək əməlindən peşman olması və zərərçəkmiş şəxsin hüquqi varisi ilə vurulmuş ziyanın tam şəkildə ödənilməsi ilə barışıq əldə edilməsinə nail olmasının müstəsna əhəmiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin etməyi məqbul hesab edir.

82. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının daha aşağı həddindən də az cəza təyin edilməsini məqsədə uyğun hesab edir. (qərarın 50,51,52-ci bəndləri).

83. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

84. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 47-cı bəndi).

85. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-500/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 59-cu bənd).

86. Məhkəmə hesab edir ki, həbsdə saxlanıldığı müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

87. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur.

88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci,maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova

Hakimlər Fərid Namazov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar