Məhkəmə qərarları › İş №1(101)-885/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-885/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-885/2020 22.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və nümayəndəsi «Mərkəz» Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, xx xxxx 1993-cü ildə Goranboy rayonu Xanqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Goranboy rayonunun Təhlə kəndində qeydiyyatda olub, Bakı şəhəri Binəqədi rayonu Baksol yolu şossesində nömrəsiz evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs x xxxxxx 2015-ci il tarixdən etibarən rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs 2017-ci ildə özünə məxsus mobil telefonda xalası oğlu Şahid2 ilə mesajlaşmasını görməsindən və 2018-ci ilin əvəllərində sonuncunun onun iş yerinə gələrək kirayədə yaşadığı Bakı şəhəri Biləcəri qəsəbəsinə necə getməsini soruşduqdan sonra arvadı Zərərçəkmiş şəxs Şahid2 ilə ona xəyanət etməsini güman etməsi səbəbindən 2019-cu ilin yay aylarında aralarında baş vermiş ailə-məişət münaqişələri nəticəsində arvadı Zərərçəkmiş şəxs övladları ilə valideyinlərinin yaşadığı Goranboy rayonuna qayıtmasından sonra dəfələrlə qısqanclıq zəminində qisas almaq niyyəti ilə sonuncunun sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gəlmiş, bu cinayətkar niyyətini həyata keçirmək üçün 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs ilə barışıq görüntüsü yaradaraq onu və valideyinlərini Bakı şəhərinə dəvət edərək kirayə götürdüyü Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan telefon nömrəsini dəyişdirmək üçün onun təklifindən imtina etməsi səbəbindən aralarında yaranmış növbəti mübahisədən sonra əvvəlcədən planlaşdırdığı kimi Zərərçəkmiş şəxs döyməkə sağlamlığına qəsdən ağır zərər vurmaq barədə cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində sonuncuya zəng edib yalandan dostugilə qonaq aparacağını bildirərək Bakı şəhəri metronunun «Azadlıq» stansiyasının yanında Zərərçəkmiş şəxs ilə görüşüb avtobusla Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şossesinin 6-cı kilometrliyinə gəlib, həmin gün saat 21 radələrində Zərərçəkmiş şəxs yolun sağ tərəfi ilə ünvansız boş əraziyə apararaq əvvəlcə ayağı ilə vurub sonuncunu yerə yıxmaqla sinəsi üzərində oturaraq Zərərçəkmiş şəxs yalvarışlarına məhəl qoymayaraq, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, sonuncuya işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə, yəni xüsusi amansızlıqla əzab verib Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə əli, ayağı və başı ilə zərbələr vurmaqla sonuncuya sol qulaq sırğalığına bir ədəd, sol saidin üç ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığa yüngül zərər vurmaya aid, burun və hər iki əng sümüklərinin yerini dəyişən qapalı sınıqları, döş qəfəsinin və qarının yumşaq toxumalarına, qaraciyərə və sağ ağciyərə ocaqlı qansızma, başın sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, hematomaları, qançır və sıyrıqları ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığa az ağır zərər vurmaya aid, baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına, mədəciyə qansızma, gözdamı sümüyünün yerini dəyişən qapalı sınığı ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra Zabrat-Kürdəxanı şossesi ilə hərəkətdə olan, əvvəllər tanımadığı “Vaz 2104” markalı, **-RZ-*** dövlət qeydiyyat nömrəli avtomobili saxlatdırıb Zərərçəkmiş şəxs həmin avtomobilə əyləşdirərək Bakı şəhəri 3 saylı X5 aparsa da, Zərərçəkmiş şəxs onun qəsdən yetirdiyi ağır bədən xəsarətləri nəticəsində yaranmış başın küt travması ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi səbəbindən xx xxxxxx 2019-cu il tarixdə saat 9.20-də həmin xəstəxanada ölmüş, bununla da o, xüsusi amansızlıqla Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2013-cü ildə atasının bibisi nəvəsi Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Toydan sonra Nuranə ilə birlikdə Goranboy rayonunun Təhlə kəndində ata evində yaşamağa başlamışdır. Birgə nigahlarından iki övladı olmuşdur. 2017-ci ildə Nuranənin telefonuna mesaj gəlmiş, telefona baxanda mesajı sonuncunun xalası oğlu Şahid2 Hüseyn oğlunun göndərdiyini və «salam necəsən» sözləri yazıldığını görmüşdür. Həmin nömrəyə zəng edib, Şahid2 Nuranəyə nəyə görə mesaj yazdığını soruşmuş, lakin Rahib həmin mesajı özünün yox, qardaşının arvadı Suqranın yazdığını bildirmişdir. Şübhələnmədiyi üçün həmin məsələ ilə maraqlanmamışdır. Bir müddət sonra 2018-ci ilin əvvəllərində Nuranə və uşaqları ilə birlikdə Bakı şəhərinə Günəşli qəsəbəsində kirayə mənzilə köçmüşlər. Həmin vaxt Neftçilər metrosunun yaxınlığında yerləşən kafedə dönərçi işləməyə başlamışdır. 2018-ci il yay aylarında Rahib işlədiyi kafeyə gəlib bildirmişdir ki, Bakıya həkimə müayinəyə gəlmişdir, onu ziyarət etdikdən sonra avtovağzala getmək istəyir, lakin yolu tanımır. Rahibə yolu izah etmiş və sonuncu sağollaşıb çıxıb getmişdir. Rahibin gəlişindən şübhələnib bir neçə dəqiqə sonra onun telefon nömrəsinə zəng etmiş, lakin sonuncu telefonu açmamışdır. İşdən çıxıb evə gələrkən arvadı Nuranənin bəzənmiş vəziyyətdə görüb, Rahiblə görüşməsindən şübhələnmişdir. Bundan bir müddət sonra, 2019-cu ilin yay aylarında Nuranənin telefonuna baxarkən «İnstagram» sosial şəbəkəsindən istifadə etdiyini görmüşdür. İnstagram hesabının parolunu soruşsa da, Nuranə parolu ona deməmiş və buna görə aralarında mübahisə yaranmışdır. Nuranəyə ondan ayrılacağını bildirib onu evdən qovmuşdur. Nuranə uşaqları da götürüb Goranboy rayonuna atasıgilin evinə getmişdir. Bundan sonra Nuranənin «İnstagram» sosial şəbəkəsindəki hesabının adını və şifrəsini öyrənmək üçün onunla barışmaq məqsədi ilə Goranboy rayonuna getmiş, lakin əsl məqsədini Nuranəyə bildirməmişdir. Nuranənin atasıgilin evində bir gün qalmışdır. «İnstagram»da tanış olduğu tanımadığı proqramçılar vasitəsi ilə Nuranənin hesabının şifrəsini öyrənmiş, hesabına girib mesajlarını oxuyarkən sonuncunun xalası oğlu Rahiblə bir-birlərinə sevgi mesajları yazdıqlarını görmüşdür. Bundan başqa Nuranə tanımadığı oğlanlarla da mesajlaşmışdır. Hazırda həmin mesajları özündə saxlamamışdır. Həmin gün Rahiblə danışdığını Nuranənin özünə və valideynlərinə bildirmiş, bu səbəbdən aralarında mübahisə baş vermişdir. Nuranə ilə münasibətləri yenidən korlanmış, etdiklərini qəbul edə bilməmiş və yenidən ayrı yaşamağa başlamışlar. 2019-cu ilin iyul ayında aralarında baş verən mübahisələr səbəbindən Nuranə onun barəsində polisə şikayət etmiş və boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə barışmaq üçün onlara vaxt vermişdir. Bu hadisələr 2019-cu ilin dekabr ayınadək davam etmişdir. Dekabr ayının əvvəlində Bakıya qayıtmış və «Sovetski» adlanan ərazidə kirayə ev tutub, dönərçi işinə davam etmişdir. Nuranə isə Goranboy rayonunda atasıgilin evində qalmışdır. Nuranəyə qarşı əsəbi olduğundan sonuncuya təhqiredici məzmunda mesajlar yazmışdır. Bununla belə ona olan hirsi soyumamış və Nuranəni döyüb şikəst etmək qərarına gəlmişdir. Bu məqsədlə 2019-cu ilin dekabr ayında Nuranə ilə barışmışdır. Bir neçə gündən sonra Nuranə ilə telefonla danışarkən sonuncu atasının evdə olmadığını, Gəncə şəhərinə getdiyini bildirmişdir. Nuranənin anası uzun müddət Türkiyədə yaşadığından, atasıgildə Nuranədən və uşaqlarından başqa heç kimin olmadığını bilib, Rahibin həmin gün ora gələcəyindən şübhələnmişdir. Nuranəyə həmin axşam və səhəri gün bir neçə dəfə zəng etsə də, sonuncu telefona cavab verməmiş, buna görə də Rahiblə görüşdüyünü düşünmüşdür. Növbəti gün Nuranə ilə telefonla danışarkən sonuncuya şübhələndiyini bildirməyib, onu Bakı şəhərinə dəvət edib, birlikdə yaşamağı təklif etmişdir. Nuranə onun təklifi ilə razılaşmışdır. «Sovetski»də digər kirayəşinlərlə birlikdə qaldığından ailəsi üçün Binəqədi rayonu Biləcəri qəsəbəsi, Baksol şossesi deyilən ərazidə əlavə kirayə mənzil götürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə Nuranə övladları, anası Kəmalə və atası Fəyazla birlikdə Bakı şəhərinə gəlmişdir. Onları qarşılayıb kirayə tutduğu evə aparmışdır. İki gündən sonra Kəmalə işləri ilə əlaqədar Goranboy rayonuna qayıtmış, atası isə onlarla birlikdə qalmışdır. Hadisədən bir neçə gün əvvəl, işdə olarkən Nuranəyə zəng etdikdə telefon nömrəsinin məşğul olduğunu görmüşdür. Şübhələndiyi üçün həmin dəqiqə Rahibin istifadəsində olan telefon nömrəsinə zəng etmiş, sonuncunun da telefonu məşğul olduğundan başa düşmüşdür ki, Nuranə yenə də Rahiblə telefonla danışır. xx xxxxxx 2019-cu il tarixdə Nuranəyə öz adına yeni nömrə alacağını bildirsə də, sonuncu buna qəti etiraz etmiş və ona: «mənim kələm var, sənin adına telefon nömrəsi işlətsəm, sən onunla telefon zənglərimi çıxardarsan»-demişdir. Nuranənin bu cavabından bərk qəzəblənsə də, hirsini boğmuş və ona bir söz deməmişdir. Həmin söhbətdən sonra Nuranəni döyüb şikəst etmək qərarını qətiləşdirmişdir. Növbəti gün fikirləşmişdir ki, Nuranəni evdən çıxarıb Zabrat, yaxub Kürdəxanı ərazisində sakit bir yerə aparıb, döyüb şikəst etsin. xx xxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində Nuranəyə zəng edib, Azadlıq metrosunun yanına gəlməsini, dostugilə qonaq gedəcəklərini deyib, uşaqları isə evdə babası ilə birlikdə saxlamasını xahiş etmişdir. Saat 19 radələrində Nuranə ilə Azadlıq metro stansiyasının yanında görüşüb, metro ilə Koroğlu stansiyasına, oradan isə avtobusla Kürdəxanı qəsəbəsinə tərəf getmişlər. Saat 20:30 radələrində Zabrat 2 qəsəbəsindən keçərkən yolun kənarında boş və sakit ərazi olduğunu görüb, avtobusu saxlatdırmışdır. Nuranə ilə birlikdə avtobusdan düşüb, təxminən 250 metr içəriyə doğru piyada getmişlər. Həmin vaxt saat 21 olmuşdur. Nuranə onun sağ tərəfi ilə hərəkət etmişdir. Ətrafda hündür elektrik dirəkləri olan əraziyə çatarkən qəfildən sağ ayağı ilə Nuranənin sol ayağından təpiklə vurub sonuncunu arxası üstə yerə yıxmış və sinəsi üzərinə çıxıb üstündə oturmuşdur. Nuranədən Rahiblə neçə il görüşürdüyünü, ona xəyanət etdiyini soruşmuşdur. Nuranə ona yalvarıb, bağışlanmasını xahiş etmişdir. Barmağını Nuranənin gözünə soxub onu kor etməyə çalışmış, lakin sonuncu ona mane olmuşdur. Bundan sonra yumruğu ilə Nuranənin üz-baş nahiyələrinə 9-10 dəfə, 5-6 dəfədə öz başı ilə ona zərbələr endirmişdir. Nuranə ondan bağışlanmasını xahiş etmişdir. Daha sonra ayağa qalxmış və 5-6 dəfə də sağ ayağının altı ilə Nuranənin sinəsinə və qarnına zərbələr vurmuşdur. Bundan sonra Nuranənin səsi kəsilmiş və huşunu itirmişdir. Sonuncunun dili qatlandığından, kömək edib, dilini açmışdır. Sonuncu rahat nəfəs almağa başlasa da, huşu özündə olmamışdır. Nuranənin hərəkətsiz olduğunu görüb, xəstəxanaya aparmaq qərarına gəlmişdir. Sonuncunu təxminən 20-25 metr sürüyüb, torpaq yola çıxarmış, sonra isə piyada avtomobil yoluna getmişdir. Yoldan keçən **-RZ-*** dövlət qeydiyyat nişanlı «Vaz 2104» markalı taksi avtomobili saxladıb, həmin avtomobillə Nuranəni olduğu yerdən götürüb 3 saylı X5 aparmışdır. Xəstəxanaya çatandan sonra Nuranəni təkərli çarpayıya qoyub, həkimə təhvil vermişdir. Daha sonra xəstəxanadan çıxmış və kirayədə yaşadığı «Sovetski»də yerləşən evə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə Nuranə 3 saylı şəhər kliniki xəstəxanasında ölmüşdür. Bir gün sonra Sabunçu rayon prokurorluğuna çağırılmışdır. Nuranə ona xəyanət etdiyindən əsəbləşib, onu şikəst etmək məqsədi ilə döymüşdür. Nuranəni öldürmək fikri olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun qızı olmuşdur. Nuranə 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş və Yavərgilin yaşadığı Goranboy rayonunun Təhlə kəndinə köçmüşdür. Onların iki uşaqları olmuşdur. 2018-ci ildə Yavər Nuranə və övladları ilə birlikdə Bakı şəhəri Günəşli qəsəbəsində kirayə mənzilə köçmüşlər. Yavər Bakıda kafelərin birində dönərçi işləmişdir. 2019-cu ilin yayında Nuranə «İnstagram» sosial şəbəkəsindən istifadə etdiyi üçün Yavərlə münasibətləri pozulmuşdur. Buna görə də Nuranə övladları ilə birlikdə Goranboy rayonuna qayıtmışdır. Bir müddət sonra Yavərin özü də Goranboy rayonuna gəlib, onların evində qalmışdır. Onlarda olarkən Yavər ona Nuranənin «İnstagram» sosial şəbəkəsində müxtəlif kişilərlə danışdığını bildirmişdir. Bundan sonra onların münasibəti daha da pisləşmişdir. Nuranə Yavərin hərəkətlərindən polisə şikayət etmiş, həm də boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə onlara barışmaq üçün vaxt vermişdir. X7 zəng edərək barışmaq istədiyini bildirmişdir. Odur ki, Nuranə x xxxxxx 2019-cu il tarixdə məhkəməyə yenidən müraciət edib, boşanmaqdan imtina etmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, yoldaşı Fəyaz, qızı Nuranə və sonuncunun azyaşlı övladları ilə Yavərin Bakı şəhəri Binəqədi qəsəbəsi, Baksol yolu ərazisində kirayə tutduğu evə getmişlər. İşləri olduğundan o, iki gündən sonra Goranboy rayonuna qayıtmış, yoldaşı Fəyaz isə Nuranəgildə qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə şəxsi işi ilə əlaqədar Türkiyə Respublikasının Çorum şəhərinə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə bacısı Könül ona zəng edib, təcili evə gəlməsini bildirmişdir. Dərhal təyyarə ilə Bakıya, oradan da taksi ilə Goranboy rayonuna gəlmişdir. Yaşadığı evə çatanda yas çadırı qurulmasını və çoxlu adam toplaşdığını görmüşdür. Nuranənin əri Yavər tərəfindən döyülərək öldürüldüyünü bilmişdir. Yavərin Nuranəni öldürməsinin səbəbi əsassız qısqanclığı olmuşdur. Nuranə heç vaxt ərinə xəyanət etməmişdir. Nuranənin xalası oğlu Rahiblə sevgi münasibətləri olmamışdır. Mülki iddiasının təmin edilməsini və təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun xalası qızı olmuşdur. Təqsirləndirilən şəxs isə onun sinif yoldaşıdır. Nuranə ilə Yavər 2013-cü ildə ailə həyatı qurmuş və iki övladları dünyaya gəlmişdir. 2017-ci ildə qardaşı Şahların həyat yoldaşı Suqra mobil telefonu olmadığına görə onun mobil telefonundan Nuranəyə mesaj yazmışdır. Aradan bir neçə saat keçdikdən sonra Yavər ona zəng edib, Nuranəyə nə səbəbdən mesaj yazdığını soruşmuşdur. Yavərə qardaşı arvadı Suqranın mesaj yazdığını bildirmiş, bundan sonra Yavər səhv başa düşdüyünü bildirib ondan üzr istəmişdir. 2018ci ildə Yavər Nuranə və övladları ilə birlikdə Bakı şəhəri Günəşli qəsəbəsinə köçmüşlər. Yavər Neftçilər metrostansiyasının yaxınlığındakı kafelərdən birində dönərçi işləmişdir. Həmin ərəfədə həkim müayinəsindən keçməkdən ötrü Bakı şəhərinə gəlmişdir. Müayinədən sonra Yavərin iş yerinə gedib, sonuncu ilə görüşmüşdür. Yavərə Biləcəri qəsəbəsində yerləşən avtovağzala getmək istədiyini, lakin yolu tanımadığını deyib, ondan yolu soruşmuş, sonuncu ona yolu izah etmiş və o, Goranboya qayıtmışdır. 2018-ci ildə Nuranə «İnstagram» sosial şəbəkəsindəki hesabından onun hesabına bir qohum kimi mesaj yazıb hal-əhval tutmuşdur. Nuranəyə «İnstagram»a girdiyinə görə irad tutmuş və ailələi olduğunu xatırladıb, ona yazmamasını xahiş etmişdir. Buna baxmayaraq Nuranə yenə də ona yazmaqda davam etmişdir. Nuranənin uşaq vaxtından ondan xoşu gəldiyini bilsə də, onun Nuranəyə qarşı sevgi hissi olmamışdır. Nuranə sosial şəbəkədə onun şəkillərini bəyənərək ona sevgisini bildirmişdir. O isə Nuranəyə «İnstagram»a girməməsini, ailəsində problemlər yarana biləcəyini demişdir. Nuranənin ona yazmağından Yavərin də xəbəri olmuşdur. Buna görə sonuncu ilə Nuranənin arasında mübahisə yaranmış və Nuranə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Bir müddət sonra Yavərlə barışdığına görə Nuranə boşanmaqdan imtina etmişdir. 2019-cu ilin dekabr ayının sonlarında Nuranə uşaqları ilə yenidən Bakı şəhərinə qayıdıb, Yavərlə birlikdə yaşamağa başlamışdır. xx xxxxxx 2019-cu il tarixdə həmkəndlisi Elvin ona zəng edib, Yavərin Nuranəni döyüb xəsarət yetirdiğini bildirmişdir. İki gün sonra Nuranənin aldığı xəsarətlərdən xəstəxanada öldüyü ona məlum olmuşdur. Nuranə ilə sevgili münasibətində olmamış, sonuncu ilə görüşməmiş və cinsi əlaqədə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Sonuncu 2013-cü ildə əri İlqarın bibisi nəvəsi Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Oğlu evləndikdən sonra onunla birlikdə bir evdə yaşamağa başlamış, Ömər və Məryəm adlı övladları dünyaya gəlmişdir. Daha sonra Yavər arvadı Nuranə və övladları ilə birlikdə Bakı şəhəri Günəşli qəsəbəsində kirayə mənzilə köçmüşdür. Həmin vaxt Yavər Bakıda dönərçi işləmişdir. 2019-cu ilin yay aylarında Yavərlə Nuranə arasında münasibətlər pozulmuş, sonuncu uşaqlarını da götürüb valideynlərinin yaşadığı Goranboy rayonuna qayıtmışdır. Bundan sonra Yavər də Goranboy rayonuna gedib, Nuranənin atasının evində bir gün qalmışdır. Yavər Nuranənin «İnstagram» sosial şəbəkəsində sonuncunun xalası oğlu Rahib və başqa şəxslərlə mesajlaşdığını aşkar etmiş, bu səbəbdən ailəsində mübahisə baş vermişdir. Bundan sonra Yavər onun evində, Nuranə də öz valideynləri ilə yaşamışdır. 2019-cu ilin iyul ayında X6 rayon polis şöbəsinə şikayət etmiş, araşdırma nəticəsində Nuranənin şikayəti öz təsdiqini tapmamışdır. Nuranə boşanmaq üçün məhkəməyə müraciət etsə də, bir müddət sonra Yavərlə barışmışdır. xx xxxxxx 2019-cu il tarixdə Nuranə övladları, anası Kəmalə və atası Fəyazla birlikdə Bakı şəhərinə Yavərin kirayət tutduğu evə getmişdir. Həmin tarixdən oğlu ilə əlaqəsi olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında həmkəndlisi Elvin onun əri İlqarın mobil telefonununa zəng edib Yavərin Nuranəni döydüyünü və sonuncunun Sabunçu qəsəbəsində yerləşən 3 saylı ŞKX-da ağır vəziyyətdə olduğunu bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə əri İlqar Bakı şəhərinə getmiş və Nuranənin öldüyünü ona məlum olmuşdur. Yavərin Nuranəni öldürmək niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, sonuncu ilə birlikdə müxtəlif rayonlarda usta işləmişdir. Yavər həmkədlisi Nuranə ilə ailə həyatı qurmuşdur. Son zamanlar Yavər Bakı şəhərində dönərçi işləmişdir. Yavərin ailəsi isə Goranboy rayonunda yaşamışdır. Nuranənin boşanmaq üçün məhkəməyə müraciət etdiyini, lakin, bir müddət sonra onların barışdıqları barədə eşitmişdir. xx xxxxxx 2019-cu il tarixdə həmkəndlisi Şəhruzla birliklə Bakı şəhərinə gəlmiş və həmin gün günorta saat 13 radələrində Yavərlə görüşmüşdür. 28 may metrostansiyasının yaxınlığındakı kafelərin birində oturub, təxminən bir saat söhbət etmişlər. Bundan sonra Şəhruzla birlikdə təmir edəcəkləri evə getmişlər. Saat 22 radələrində işlərini yekunlaşdırıb, bir qədər dincəlib Goranboy rayonuna qayıtmaq üçün Yavərin Nizami metrostansiyasının yaxınlığında kirayədə yaşadığı evə getmişlər. Evdə olmadığına görə bir neçə dəfə Yavərə zəng etmişlər. Sonuncu telefona cavab verib, bir azdan zəng edəcəyini bildirmişdir. Bir qədər gözləmiş, lakin Yavər zəng etmədiyindən Elvin yenidən Yavərə zəng etmişdir. Zəngə cavab verən Yavər həyəcanlı halda kimisə çağıraraq «ambulans»-deyə qışqırıb telefonu söndürmüşdür. Yavərin qayınatası Fəyazın xəstə olduğunu bildiklərindən sonuncunun səhhətinin pisləşdiyini zənn edib, Şəhruzla birlikdə Yavərin Binəqədi rayonunda kirayədə yaşadığı evə getmişlər. Orada Fəyazın vəziyyətinin yaxşı olduğunu görüb, Yavər barədə soruşmuşlar. X10 ilə birlikdə yeni il yolkasının bəzək əşyaları almaq üçün getdiklərini bildirmişdir. Onlar yenidən Yavərin Nizami metrostansiyasının yaxınlığında kirayədə qaldığı evə getmişlər. Həmin vaxt Yavər evdə olmuş, sağ əlinin üst hissəsi şişkin və qanlı olmuş, həmçinin sağ ayağı axsamışdır. Nə baş verdiyini soruşanda, Yavər arvadı Nuranəni Zabrat- Kürdəxanı şossesinin kənarında kimsəsiz əraziyə aparıb, orada yumruq, təpik və baş zərbələri ilə döydüyünü, vəziyyəti ağır olduğundan 3 saylı xəstəxanaya apardığını bildirmişdir. Yavər bibisioğlu Sərxanın yaşadığı evə gedib sonuncuya da hadisə barədə danışacağını, daha sonra isə polisə təslim olacağını bildirmişdir. Sonuncu onlardan xahiş etmişdir ki, xəstəxanaya gedib Nuranənin vəziyyəti ilə maraqlansınlar. Xəstəxanaya gedib, Nuranənin reanimasiya şöbəsinə yerləşdirildiyini öyrənmişdir. Onun fikrincə Yavərin Nuranəni öldürmək niyyəti olmamışdır, əgər belə olsaydı, sonuncunu xəstəxanaya aparmazdı. Yavər ona arvadı Zərərçəkmiş şəxs kiminləsə xəyanət etməsi barədə heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid6 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Rəfayıl oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Sonuncu 2013-cü ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, birgə nigahlarından iki uşaqları dünyaya gəlmişdir. Yavər və ailəsi bir müddət Goranboyda yaşasalar da, sonradan Bakı şəhəri Günəşli qəsəbəsinə köçmüşlər. Yavər Bakıda dönərçi işləmişdir. Onlar hər ay təxminən 1-2 dəfə görüşmüşlər. Yavər ona ailə məsələləri barəsində danışmamışdır. Bildiyinə görə Yavər və Nuranənin münasibətləri pozulmuş və boşanma ərəfəsində olmuşlar. Münasibətlərinin pozulma səbəbini bilmir. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Yavər onun Gənclik metrostansiyası yaxınılığında yerləşən evinə gəlmişdir. Həmin vaxt evdə tək olmuşdur. Yavər ona arvadı Nuranəni Zabrat-Kürdəxanı şossesinin kənarında kimsəsiz əraziyə apararaq orada yumruq, təpik və baş zərbələri ilə döydüyünü və daha sonra 3 saylı ŞKX-na apardığını bildirmişdir. O, Yavərə polisə təslim olmağı məsləhət görmüşdür. Yavər onunla razılaşmış və onu polisə təslim etməyi xahiş etmişdir. O, DİNnin 102 xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Bir müddət sonra polis nəfərləri gəlib Yavəri onun yaşadığı mənzildən götürüb aparmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Sabunçu rayonunda taksi sürücüsü işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində özünə məxsus «Vaz 2104» markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zabrat-Pirşağı istiqamətində yaşadığı evə doğru hərəkət etmişdir. «İstixana» adlanan yerə yaxınlaşanda yolun kənarında dayanmış Təqsirləndirilən şəxs əlini qaldırıb avtomobili saxlamağını xahiş etmişdir. Avtomobili saxlamış və sonuncu avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs paltarları toz içində olmuşdur. Yavər ona ağır vəziyyətdə olan qoşusunu xəstəxanaya aparmaq lazım olduğunu deyib, yolun kənarı ilə içəriyə doğru gedən qumluq yolla sürməyini xahiş etmişdir. Təxminən 200 metr getdikdən sonra ətrafda hündür elektrik dirəkləri olan yerdə Təqsirləndirilən şəxs avtomobili saxlatdırmış, avtomobilindən düşüb təxminən 5-6 metr aralıda yerdə uzanmış bir qadını qucağına götürüb, avtomobilinin arxa oturacaqlarına qoymuşdur. Həmin qadının şalvarı palçığa bulaşmış, gödəkcəsində qan ləkələri olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilə əyləşib, ən yaxın xəstəxanaya sürməyi xahiş etmişdir. O, avtomobili 3 saylı X5 sürüb, xəstəxananın darvazasının qarşısında saxlamışdır. Qadını avtomobildən düşürtməkdə Təqsirləndirilən şəxs kömək etmiş, sonuncu qadını qucağına alıb xəstəxanaya doğru qaçmışdır. Həmin qadının üzündəki xəsarətlərdən möhkəm döyüldüyünü başa düşmüşdür. Təqsirləndirilən şəxs qadını həkimlərə təhvil vermişdir. Bundan sonra avtomobilinə əyləşərək yaşadığı evə getmişdir. İşin 1-ci cildinin 106-108-ci vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs istifadəsində olan telefon danışıq məlumatları müvafiq qaydada götürülmüş və həmin məlumatların əks olunduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, x xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında müntəzəm danışıqların qeydə alınmış, hadisə günü, yəni xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsi ilə 15:43:41-ci dəqiqədə 92 saniyəlik, 16:36:59-cu dəqiqədə 88 saniyəlik, 17:21:21-ci dəqiqədə 50 saniyəlik, 17:55:30-cu dəqiqədə 165 saniyəlik danışıq qeydə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon nömrəsindən çıxan və Zərərçəkmiş şəxs istifadəsində telefon nömrələrinə daxil olan SMS mətnlərinin əks olunduğu faylı açıb baxış keçirilərkən xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olmuş telefon nömrələrinə “Rahibe ne tez zeng eledin ki, meni blok ele”, “Siz batdiz”, “Gedirem indi onun yanina”, xx xxxx 2019-cu il tarixdə “Q....e”, “Seni surundurecem senin nelerin cixir ortuya”, “Bir nefernen senin gorusmen de var meni blok eletdirmisen”, “Rahibe de zeng eledin atdi coxlarina zeng eledin atdi”, “Q....e tezesin açdin he telesme”, “Hamiya zeng caldin dedin seni rüsvay edecem telesme sen”, “O yazisdiqlarinin hamsi var ey rahibi de polise mehkemiye de verecem getizdirecem billl”, “Subut olsun diyen fırstin var ey onu elli ayaxli polisder tapacak”,“papa deyir hamsin men getizdirecem mehkemiye”, “Ay q...e ay cirix 4 ildi sen meni xeyanet edirsen cirix bes and içirdin hec ne yoxdu noldu bir bir cixir”, “Blokdan cixard bir bir gonderim”, “Polise vermekle ne olacak ne edeceksen mene men sene ne elemisemki han sen q....k elemisen mende demişem allah elesin çağirsinlar telesme her şeyi polise de gosderecem bil ay q....e”, xx xxxx 2019-cu il tarixdə “Mene yaz deyim neyniyin sizden el cekim”, “Nurane oz xoşunla erze verib uşaqlari imtina ele 1 ci gun elemesen allaha and olsun men billem ne edecem eşitdin”, xx xxxx 2019-cu il tarixdə “Xayiş edirem Bir kelme vassapla zeng ele soz soruşacam fso qoy rahat olum”, xx xxxxxx 2019-cu il tarixdə “Son sozumu deyim fso”, “Onu bil ki qizin mene xeyanet edib gellem gelecem de meni gozluyun hardan cixacagimi gorek kime ne olacax subut edecem kimnen xeyanet etdiyini”, xx xxxxxx 2019-cu il tarixdə “Axrinci mesajimi oxu fso at bloka”, xx xxxxxx 2019-cu il tarixdə “Aç telefonu bir kelme sozum var fso”, “Bir kelme deyim yene sal bloka”, x xxxxxxxx 2019-cu il tarixdə “Nurane sozumu deyim fso ele eleme varyoxunuzu s....m aç zengimi sm sizin ağzinizi aç blokdan sozum deyim fso ele eleme ser sizi minim hamnizi bil ha son sozum du deyirem”, “Nurane aç zengimi ele eleme sizi s....m aç zengimi” SMS mətnlərinin daxil olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs istifadəsində olmuş telefon nömrələri ilə Şahid2 istifadəsində olmuş telefon nömrəsi ilə hər hansı əlaqə qeydə alınmamışdır. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa məlumat müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının x xxxxxx 2020-ci il tarixli, 204 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində baş-beyin maddəsinin əzilməsi; baş- beynin yumşaq qişalarına, maddəsinə və sağ mədəciyə qansızma; burun, hər iki əng və gözdamı sümüklərinin yerini dəyişən qapalı sınıqları; döş qəfəsinin və qarının yumşaq toxumalarına, qaraciyərə və sağ ağciyərə ocaqlı qansızma; sol qulaq sırğalığının bir ədəd, sol saidin üç ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları; başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, hematomaları, qançır və sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən: Baş beyin maddəsinin əzilməsi; baş beyinin yumşaq qişalarına, maddəsinə və sağ mədəciyə qansızma; burun, hər iki əng və gözdamı sümüklərinin yerini dəyişən qapalı sınıqları; döş qəfəsinin və qarının yumşaq toxumalarına, qaraciyərə və sağ ağciyərə ocaqlı qansızma; başın sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, hematomaları, qançır və sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər. Sol qulaq sırğalığının bir ədəd, sol saidin üç ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları isə küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir. Dərəcəsinə görə: Baş beyin maddəsinin əzilməsi; baş beyinin yumşaq qişalarına, mədəciyə qansızma, gözdamı sümüyünün yerini dəyişən qapalı sınığı ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Burun və hər iki əng sümüklərinin yerini dəyişən qapalı sınıqları; döş qəfəsinin və qarının yumşaq toxumalarına, qaraciyərə və sağ ağciyərə ocaqlı qansızma; başın sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, hematomaları, qançır və sıyrıqları ümumilikdə canlı şəxslərdə sağlamlığa az ağır zərərvurmanm əlamətlərinə malikdirlər. Sol qulaq sırğalığının bir ədəd, sol saidin üç ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanm əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs qızmın ölümünə səbəb başın küt travması ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi olmuşdur. Ölüm xx xxxxxx 2019-cu il tarixdə, saat 09:20-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs adına olan xəstəlik tarixində xəstəxanaya daxil olarkən onun spirtli içki qəbul etməsi barədə qeydiyyat yoxdur. Mərhum Zərərçəkmiş şəxs qızmın uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan tamponların məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs qızmın meyiti 3 saylı ŞKX-dən gətirilərkən əynində paltarları olmamışdır. Məhkəmə-tibbi-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 48/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0(İ)-dir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu A(İİ)-dir. Ekspertizaya təqdim olunmuş 2 ədəd daş parçası, 1 ədəd linenium parçası, Zərərçəkmiş şəxs məxsus köynək (jaket) gödəkçə, Y.l.Əliyevə məxsus 1 cüt ayaqqabı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni 0(1) qrupun əsasını təşkil edir. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 32-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol qolun ön səthində aşağıda 2 (iki) ədəd və arxa səthində aşağıda 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü və kafi itilikdə ülgücü olan hər hansı bir deşici-kəsici əşyanın (əşyaların) təsirindən müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus koftada hər hansı bir zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol qolun ön və arxa səthlərində olan deşilmiş-kəsilmiş zədələr onun sol said nahiyəsində olan eyni xarakterli xəsarətlərlə sayma və yerləşmələrinə görə nisbi olaraq uyğun gəlirlər. Zərərçəkmiş şəxs sol qulaq sırğalığında olan xəsarət, bədənin müvafiq nahiyəsinin paltarlarla örtülmədiyindən, həmçinin, onun bədənində müəyyən edilmiş digər xəsarətlər öz xarakterinə görə ona məxsus paltarlarda öz əksini tapmamışdırlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 1 cüt idman ayaqqabıları üzərində hər hansı bir zədə aşkar olunmadı. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 309 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlindən sonra hər hansı psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 309 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Kinlilik, höcətlilik, kobudluq, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində situasiya ilə əlaqəli hirslilik, qəzəblilik, impulsivlik yaranmışdır. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamış, hadisə baş verən vaxt emosional halından, psixoloji vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. İşin 2-ci cildinin 126-158-ci vərəqələrindəki «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir cüt ayaqqabı, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarları-bir ədəd kofta və bir ədəd gödəkcə, habelə hadisə yerindən götürülmüş iki ədəd daş parçası və bir ədəd linenium parçası üzərində cinayətin izlərini saxladığına görə maddi sübut kimi tanınmış və Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İşin 1-ci cildinin 59-cu vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 183-184-cü vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, 1.500 manat cərimə cəzasına məhkum edilmiş, 28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Qərarının 1-ci bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir. İşin 2-ci cildinin 9-cu vərəqəsindəki Goranboy rayon İcra Hakimiyyəti Başçısının X11 X9 üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2014-cü il və xx xxxx 2015-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. İşdəki zərərçəkmiş şəxsin hüquqi varisi X1 mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun xeyrinə 22.367 (iyirmi iki min üç yüz altmış yeddi) manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edə biləcək hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibini yaratdığından və həmin tərkiblə tam əhatə olunduğundan, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsindəiki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi X1 mülki iddiasını müzakirə edərək hesab edir ki, K.Y.Allahverdiyeva ərizəsində göstərdiklərini təsdiq edən sənədlər təqdim etmədiyinə görə mülki iddia baxılmamış saxlanılmalı, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə şikayət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Sabunçu rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan bir cüt ayaqqabı, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan paltarları-bir ədəd kofta və bir ədəd gödəkcə, habelə hadisə yerindən götürülmüş iki ədəd daş parçası və bir ədəd linenium parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 mülki iddiası baxılmamış saxlanılsın, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə şikayət etmək hüququnun olması izah edilsin. Maddi sübut kimi tanınaraq Sabunçu rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan bir cüt ayaqqabı, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan paltarları-bir ədəd kofta və bir ədəd gödəkcə, habelə hadisə yerindən götürülmüş iki ədəd daş parçası və bir ədəd linenium parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar