Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-885/2021 15.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər Əliyev Samir İmamverdi oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1993-cü il tarixdə Lerik rayonunun Küsəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Küsəkəran kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, ünvan verilməmiş fərdi yaşayış evində yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayından başlayaraq qeyriləri ilə bir qrup şəxs halında təkrarən etnik zəmində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn dövlət əleyhinə sosial şəbəkələr vasitəsi ilə açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materialları yaymış, Azərbaycan Respublikası ərazisində milli, irqi və sosial nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, milli mənsubiyyətindən asılı olaraq vətəndaşların üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətləri aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə etməklə qəsdən törətmişdir. Belə ki, o, «Facebook» sosial şəbəkəsində idarə etdiyi “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” səhifələrində 2017-ci il 21 yanvar saat 16:58 dəqiqədə «…baş əyirəm qarşınızda məni oğru paniturk oğrunun qarşısında tək qoymadız…», 27 yanvar saat 06:15 dəqiqədə «Mənə lazım deyil özgələrin, yadların çölüyündən gələnlərin bayrağı...», 2 fevral saat 11:25 dəqiqədə «Talış dövlətini işğal edərək özünə tabe etmək istəyi Osmanlıların maraqlarına xidmət edirdi; Talışda, Şirvanda, aranda qurulan dövlətin adı Azərbaycan adlandırıldı», 10 sentyabr tarixində «Rəd olsun Turkun bitun təbəqəsiylə qardaşlığ… vicdansız türklər», 22 oktyabr tarixində «...əlbətdə bakı abşeron tarixi Tat torpaqıdır», 01 noyabr saat 09:30 dəqiqədə «HARDA BELƏ HÖKMƏT VAR? BÜTÜN DÜNYAYA DEYİR BİZ TOLERANTLİYİQ, AMMA ÖZÜ TALİŞLARA ZÜLM ÇƏKDİRİR. NİFRƏT EDİRƏM BELƏ HÖKMƏTƏ», 3 noyabr saat 01:09 dəqiqədə «Ey Talış zorla alınan haq xoşluğla qaytarılmır azadlığ qurban istər», 05 noyabr saat 12:36 dəqiqədə «Rusiya Talışların yeganə dost və dayaq ölkəsidir. Talış bayraqından sonra Rus bayraqını sevirəm», 06 noyabr saat 01:18 dəqiqədə «Talışın qanı hesabına yaşiyan Turklər talışın şəhidlərin qanları sizə haram olsun», 16 noyabr gecə saat 01:10 dəqiqədə «Ey Talışstanım sənə Araz qıymadı bəs hansı zinazadələr səni soydular böldülər oğurladılar bizdən»,19 noyabr saat 11:07 dəqiqədə «Gün butun şuarlar öldü artıq bizim bir şuarımız var AZADLİĞ ƏDALƏT VAHİDLİK MİLƏT KİMİ VAR OLMAĞ», 24 noyabr saat 11:55 dəqiqə «... xar olsun nökərçilik xar olsun maqurtluğ xar olsun soyundan dönənlər bu əfsanədir bu qardaşlığ minnbir gecə nağlına bənziyir» və sair paylaşımları, həmçinin həmin səhifələrdə paylaşdığı Azərbaycan Respublikası atributlarından olan Dövlət bayrağının qarşısında və Bakı şəhərinin müxtəlif yerlərində qondarma “Talış-Muğan” Respublikasının bayrağı ilə birlikdə çəkdirdiyi foto şəkilləri ilə qeyriləri ilə bir qrup şəxs halında təkrarən etnik zəmində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn dövlət əleyhinə açıq çağırışlar etmiş, habelə bu cür materialları yaymış, milli, irqi və sosial nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətləri aşkar surətdə qəsdən törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qeyd olunan hərəkətlərini davam etdirərək, məqsədyönlü şəkildə 2018-ci il dekabr ayının 21-dən 22-nə keçən gecə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkda hərəkət edən hər kəsin müşahidə edə biləcəyi ərazidə dəmir məhəccərlərin üzərinə «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» sözlərini və həmin ərazidə yerdəki daşın üzərinə isə «Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan» sözlərini yazaraq, xx xxxxxx 2018-ci ildə həmin yazıları mobil telefonu vasitəsilə videoya çəkib sonradan bu görüntülərin “Fenix.press” saytı vasitəsilə informasiya saytlarında və sosial şəbəkələrdə yayılmasını təmin etməklə aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə etməklə Azərbaycan Respublikası ərazisində qəsdən milli, irqi və sosial nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs «Whatsapp» sosial mesajlaşma şəbəkəsində yüz nəfərdən çox üzvü olan “ƏZ TOLİŞİM” adlı qrupda xx xxx 2020-ci il tarixdə saat 19:28 dəqiqədə «Talışın bayrağını Lənkəranda qaldıra bilməyənlər... O var ki, talışın düşməni onsuz da bəllidir...Talışın ortalıqda cahil qalmasının kimə xeyri var? Əlbəttə ki, Azərbaycan hökumətinə, ...O səbəbdən narahat olacaq ki, bu millətin də heç pantürklərdən fərqi yoxdur. Yəni ki, bu millətin yaşaması mənə nə xeyir verə biləcək ki?», saat 19:29 dəqiqədə «O Azərbaycan ki, tarixdə o cür Azərbaycan olmayıb. Həm tarixçilər, həm də universitet oxuyanlar özləri yaxşı bilir ki, bunu nəzərə almaq lazım idi ki, tarixdə bu cür ölkə olmayıb», saat 19:31 dəqiqədə «Talış özünə talış deyə bilmir, talışın adı Azərbaycanda rəsmən qanunla, göstərişlə qadağandır, adamın şərəfini təhqir edən adlar siyahısındadır», saat 19:32 dəqiqədə «Vallah, sizi, bir gün ortasında talışı məhv edib tökəcəklər Xəzər dənizinə, öldürəcəklər», saat 19:34 dəqiqədə «Talışın bayrağını gedib Astarada qaldırın, Lənkəranda qaldırın», saat 19:36 dəqiqədə «…talışın bölgəsi Astara-Lənkəran ərazisi…» məzmunlu fikirlərini səsli mesajla paylaşmaqla təkrarən etnik zəmində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn dövlət əleyhinə açıq çağırışlar etmiş, milli, düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, milli mənsubiyyətindən asılı olaraq vətəndaşların üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətləri aşkar surətdə qəsdən törətmişdir. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələrində nəzərdə tutulan təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar edilməsi və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması cinayətlərini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 281.2 və 283.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, törətmiş olduğu əməllərdən peşmandır. Ailədə 1 bacı, 4 qardaşdırlar. Bacısı hazırda ərdədir, yeznəsi Kişiyev Yusif milliyyətcə talışdır, Bakı şəhərində sürücü işləyir. Böyük qardaşı Sakit Qurbanov onlarla birlikdə yaşayır, maşın mühərriki ustasıdır. Digər qardaşı Qurbanov Əbusalam fəhlədir, ailəsi ilə birlikdə onlarla yaşayır. X1 onların kəndindəndir, milliyyətcə talışdır, evdar qadındır. Digər qardaşı Qurbanov Rüfət hazırda işsiz və subaydır, onlarla birlikdə yaşayır. X4 fəhlədir, X2 hazırda yaşadıqları ərazilərdə istixanalarda fəhlə işləyir. Özü orta məktəbi 9-cu sinfə qədər oxumuş, Milli Ordunun “N” saylı hərbi hissəsində Murovdağda müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2013-cü ilin mart ayından 2014-cü ilin oktyabr ayına qədər Rusiya Federasiyasının Kamçatka vilayətində, dayısı İxtiyar Hüseynovun yanında fəhlə işləmişdir. Həmin müddətdə dayısının evində yaşamış, dayısı və ailəsi Rusiya Federasiyasının vətəndaşları olmuşlar. Dayısı ərzaq məhsullarının satışı ilə məşğul olmuş, bir dayısından başqa dayılarının hamısı Rusiya vətəndaşı olmaqla Rusiya Federasiyasının Kamçatka şəhərində bizneslə məşğul olmuşlar. Digər dayılarının adları Əyyar, Ramazan, Məzahir, Ədahildir. Əyyar dayısı Binə qəsəbəsində yaşamış, əvvəl polis akademiyasında müəllim olmuş və hazırda təqaüddədir. Özü Rusiyadan qayıdandan sonra Bakıda bir müddət fəhlə işləmiş, 2016-cı ildən aşpazlığı öyrənərək aşpaz kimi işləməyə başlamışdır. Nərimanov rayonunda “45 klub” da, sonra Park Bulvarda “Şokoladniça” restoranında aşpaz kimi işləmiş, 2019-cu ilin əvvəllərindən səhhəti ilə əlaqədar aşpaz kimi işləməmişdir. Səhhətində nevroloji problemlərə görə bir neçə dəfə müalicə almış, hazırda səhhətində ciddi problem qalmamışdır. 2014-2015-ci illərdə sosial şəbəkələrdə əvvəl facebook, sonradan isə youtube-dan istifadə etməyə başlamış, internetdə ən əvvəl Rusiya Federasiyasında yaşayan talış fəalı Zabil Məhərrəmovu izləməyə başlamışdır. Sonuncunun facebook-da olan səhifəsində paylaşdığı statusları, videoları, həmçinin yotube-da paylaşdığı videolara baxmış, Zabil Məhərrəmovun talışların müstəqilliyi uğrunda apardıqları mübarizə yönündə çəkdiyi filmlərin və fikirlərin ona doğma gəlməyə başlamış, bir sözlə Zabil Məhərrəmovun Azərbaycan dövlətinə və türklərə qarşı separatçı təbliğatına inanaraq, getdikcə özünün də facebookda fəal antitürk və anti Azərbaycan çıxışları eləməyə başlamışdır. Azərbaycan Respublikasının Lənkəran, Masallı, Astara və digər cənub rayonlarının ərazisində müstəqil Talış dövlətini yaratmaq istəmiş, lakin bunu tək başına edə bilmədiyini anladığı üçün bu yolda ideya rəhbərləri və onları istiqamətləndirən şəxslərin Zabil Məhərrəmov kimi şəxslər olduğunu düşünmüşdür. Ona görə də onun kimi cavan millətçi talışların Zabil Məhərrəmovun youtube da olan “OTV” (X25 sədu- Azad Talışıstanın görünən səsi) kanalından və ya facebookdakı səhifəsindən Zabilin votsap nömrəsini götürüb onunla əlaqəyə çıxmışdır. O da Zabil Məhərrəmovla təxminən 2015-ci ildə votsapla əlaqəyə çıxmış, X18 nömrəsini telefonuna “Z” kimi qeyd eləmişdir. Zabil Məhərrəmov müstəqil Talış dövlətini İranın və Rusiyanın dəstəyi ilə yaradacaqlarına və onların da həmin dövlətin vətəndaşları olacağına onu inandırmış, o da bir talış gənci kimi bu yolda əlindən gələn köməyi edəcəyini həmişə danışıqlarında bildirmişdir. Facebookda öz adı ilə açıq şəkildə qeydiyyatdan keçməsə də təxminən 2015-ci ildən başlayaraq “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” adlı səhifələri yaradaraq həmin səhifələrdə talışları təbliğ edən müstəqillik uğrunda mübarizəni təbliğ edən müxtəlif statuslar paylaşmış, öz adından səhifəni hüquq mühafizə orqanlarının nəzarətinə düşə biləcəyində ehtiyat etdiyinə görə açmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, adını çəkdiyi facebook səhifələrində 2017-ci il 27 yanvar saat 06:15 dəqiqədə «Mənə lazım deyil özgələrin, yadların çölüyündən gələnlərin bayrağı...» məzmunlu statusu paylaşmış, bu statusunda müstəqil Azərbaycan dövlətinin bayrağını nəzərdə tutmuşdur. Belə ki, hazırkı Azərbaycan Respublikası ərazisində yaşayan türklər Orta Asiyadan, yəni Altaydan gələn xalqlar olmuş və onlar gəlib talışların ta qədimdən məskunlaşdığı torpaqları işğal edərək özlərinə dövlət qurmuşlar və özlərinə bayraq yaratmışlar. Lakin talışların isə nə bayrağı, nə də dövləti olmamış, o, türklərin yaratdığı Azərbaycan dövlətini qəbul etməmiş, bu ərazilərdə talışların dövləti olmalı olduğunu və yaxud cənub rayonlarında talışların müstəqil dövlətinin qurulmalı olduğunu düşünmüşdür. Bu statusları digər talışların da oxuması üçün, həmçinin onun kimi digər talışların da talış dövlətinin yaradılması üçün və türklərə qarşı mübarizədə fəaliyyətə keçmələri üçün paylaşmışdır. Onun kimi talışlar nə qədər çox bu formada statuslar paylaşarsa sonda bu təbliğatın müsbət nəticəsi olaraq talış xalqının oyanaraq Azərbaycan dövlətindən ayrı hazırkı cənub rayonları ərazisində özünün müstəqil dövlətini yaradacağına inanmış, bu işin yaxın müddətdə həyata keçməsinin çətin olacağını anlasa da bu təbliğatın sonda öz nəticəsini verəcəyinə inanmışdır. Facebook səhifələrində 2 fevral saat 11:25 dəqiqədə «Talış dövlətini işğal edərək özünə tabe etmək istəyi Osmanlıların maraqlarına xidmət edirdi; Talışda, Şirvanda, aranda qurulan dövlətin adı Azərbaycan adlandırıldı» məzmunlu statusu özü yazmış, bu kimi fikirləri Zabil Məhərrəmovun təbliğat xarakterli fikirlərindən götürmüşdür. Zabil Məhərrəmov və onun kimi digər talış təbliğatçılarının fikirlərinə görə 1918-ci ildə yaranan müstəqil Azərbaycan Demokratik Respublikasının Talışların ərazisində talışların torpaqlarını işğal edərək Osmanlı imperiyasının dəstəyi ilə yaranmış, o da bu kimi fikirləri dəstəkləmiş və ona görə də bu statusu paylaşmışdır. Əslində bu faktları tarixi dəqiqləşdirməmiş yazmış, bu statusu yazmaqda məqsədi talışların torpaqlarında türklərin özlərinə dövlət qurması barədə talışları xəbərdar edib türklərə qarşı onları mübarizəyə səsləmək olmuşdur. Facebook səhifələrində 01 noyabr saat 09:30 dəqiqədə «harda belə hökmət var? bütün dünyaya deyir biz tolerantliyiq, amma özü talişlara zülm çəkdirir. nifrət edirəm belə hökmətə» məzmunlu statusu paylaşsa da əslində nə ona, nə də onun ailəsinə bu hökumət heç bir zülm etməmiş, bu cür statusları yazaraq Azərbaycanda yaşayan talışlara bu hökuməti zülmkar kimi tanıdaraq hökumətə qarşı nifrət oyandırmışdır. Facebook səhifələrində 3 noyabr saat 01:09 dəqiqədə «Ey Talış zorla alınan haq xoşluğla qaytarılmır azadlığ qurban istər», məzmunlu statusu paylaşmış, talışların müstəqil dövlət yaratmaq haqları türklər tərəfindən zorla alınmış və bu haqlarını geri qaytarmaq və azad olmaq üçün mütləq mübarizə aparmalı olduqlarını hesab etdiyinə görə bu statusu yazaraq qurban verməklə talışları türklərin əsarətindən azad etmək üçün talışları dövlətə və türklərə qarşı mübarizəyə səsləmişdir. Facebook səhifələrində 06 noyabr saat 01:18 dəqiqədə «Talışın qanı hesabına yaşiyan Turklər talışın şəhidlərin qanları sizə haram olsun» məzmunlu status paylaşmış, türklərin talışların qanı üzərində və talışların torpaqlarında dövlət qurduqlarını, həmçinin Qarabağ müharibəsində şəhid olan talışların qanlarının türklərə haram olmasını istəməkdə düşüncəsinin talışların türklərin dövlətlərinin torpaqları uğrunda nahaqdan şəhid olduqlarını düşünmüşdür. Bunu da yazaraq dostluğunda olan və ya olmayan bütün talışların onun bu fikrini oxuyaraq, ayılıb Azərbaycanın ərazisinin müdafiəsi üçün qanlarını axıtmamaqlarını istəmişdir. Facebook səhifələrində 16 noyabr gecə saat 01:10 dəqiqədə «Ey Talışstanım sənə Araz qıymadı bəs hansı zinazadələr səni soydular böldülər oğurladılar bizdən» məzmunlu payladığı statusda Türkmənçay müqaviləsi ilə Talış torpaqlarının iki hissəyə parçalandığı barədə yazdığını, facebook səhifələrində 19 noyabr saat 11:07 dəqiqədə «Gün butun şuarlar öldü artıq bizim bir şuarımız var azadliğ ədalət vahidlik milət kimi var olmağ» məzmunlu paylaşdığı statusda talış xalqını azadlığa, bir millət kimi müstəqil olaraq var olmağa çağırmışdır. Facebook səhifələrində 24 noyabr saat 11:55 dəqiqə «... xar olsun nökərçilik xar olsun maqurtluğ xar olsun soyundan dönənlər bu əfsanədir bu qardaşlığ minnbir gecə nağlına bənziyir» məzmunlu statusu paylaşmış və bu statusda müstəqil Talışıstan dövləti fikrini qəbul etməyən talışların manqurt və soyundan dönənlər olduğunu, həmçinin türklərlə birlikdə qardaş kimi mehriban yaşamağı min bir gecə nağılına bənzədərək, türklərlə heç vaxt mehriban yaşaya bilməyəcəklərini hesab etmişdir. Ona görə də müstəqil Talış dövlətini qəbul etməyənlərin soyundan dönən hesab edib, belə insanları manqurt hesab edərək onların nökər olduğunu düşünmüş və bu cür statusu onlara qarşı olaraq yazmışdır. Facebook sosial şəbəkəsində paylaşmış olduğu şəkil və paylaşımları özü etmiş, ümumiyyətlə bütün statusları yazmaqda məqsədi müstəqil Talış dövlətinin yaradılması və türklərə qarşı talışlarda düşmənçilik və nifrət hisslərinin yaradılması olmuşdur. Ona görə sosial şəbəkələrdə yuxarıda qeyd olunan və bundan əlavə onlarla başqa cür statuslar və şəkillər paylaşmış, həmçinin qeyd olunanlardan başqa o, gələcəkdə Azərbaycanın cənub zonasında yaranacağına ümid etdiyi Talış dövlətinin bayrağı ilə foto şəkillər çəkərək paylaşmışdır. Talış dövlətinin bayrağını Bakı şəhərində, Lerik və Lənkəran rayonlarında küçələrdə açaraq şəkil çəkdirmiş, bayrağı belə nümayiş etdirməkdə məqsədinin insanların Talış dövləti barədə məlumatlı olması və tanıması, həmçinin talış gənclərinin artıq müstəqil talış dövləti yolunda mübarizəyə səsləmək olmuş, bu təbliğatının nəticəsində hüquq mühafizə orqanları tərəfindən saxlanılacağından ehtiyat edərək 2019-cu ilin əvvəllərindən facebook səhifələrini silmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 2018-ci il dekabr ayının 21dən 22-nə keçən gecə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkda hərəkət edən hər kəsin müşahidə edə biləcəyi ərazidə dəmir məhəccərlərin üzərinə «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» sözlərini və həmin ərazidə yerdəki daşın üzərinə isə «Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan» sözlərini yazmış və xx xxxxxx 2018-ci ildə həmin yazıları mobil telefonu vasitəsilə videoya çəkib sonradan bu görüntüləri müxtəlif şəxslərə göndərmişdir. Bu materialların “Fenix.press” saytı vasitəsilə informasiya saytlarında və sosial şəbəkələrdə yayılmasını təmin etmiş, Zabil Məhərrəmovun fikirlərinin və təbliğatının təsirinə düşdüyünə görə artıq sonuncunun talışlarla türklərin arasında milli düşmənçilik salmaq metodlarını və yollarını yaxşı öyrənmişdir. Türklərin adından talışları təhqir edən şüarlar yazaraq bu şüarları xəbər saytlarında yaymaqla iki millət arasında nifaq və düşmənçilik sala biləcəyini və bunun da dövlətin zəifləməsinə gətirib çıxardacağını, zəif dövlətdən də sonradan müstəqillik tələb edərək qopartmağın daha rahat olacağını, talışlarda türklərə qarşı nifrət toxumu salmayınca talışları türklərə qarşı qaldırmağın çətin olacağını yaxşı anladığına görə bu düşmənçiliyi salmağın ən asan yolunun yuxarıda qeyd olunan şüarları şəhərdə müxtəlif yerlərdə yazıb paylaşmaq olduğunu anlamış və Zabil Məhərrəmovdan aldığı tapşırıq əsasında 2018-ci il dekabr ayının 21-dən 22-nə keçən gecə Park Bulvarda işlədiyi “Şokaladniça” kafesindən çıxarkən Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisinə gedərək, orada kameralara düşməyəcəyini hesab elədiyi ərazidə əvvəlcə dəmir məhəccərlərin üzərinə «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» sözlərini və həmin ərazidən təxminən 300-400 metr aralıda isə daşın üzərinə «Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan» sözlərini yazmış və sonra cəld həmin ərazini tərk eləmişdir. Səhəri gün Park Bulvardakı işinə gələrkən səhər saatlarında sözləri yazdığı ərazilərə gedərək həmin sözləri telefonu ilə videoya çəkərək bu videonu telefonunda votsapla Rusiyada yaşayan Zabil Məhərrəmova göndərmiş, Zabil Məhərrəmov da onun bu işini çox bəyənmiş və həmin videonu “Fenix.press” adlı saytda yayımlamışdır. Bu barədə “Əztolışim” adlı votsap qrupunda olan talış yoldaşlarına da demiş, həmçinin bununla bağlı o, Şahid1 ilə Bakı şəhərində Hüseyn Cavid parkında “Yaşıl kafe” adlanan çay evində oturub ikilikdə söhbət eləmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Bakı şəhəri Yasamal rayonu ərazisində “Yaşıl kafe” adlanan çay evində olan danışıqlardakı şəxsin biri özü, digəri isə Şahid1 olmuş, bu danışığı Yusiflə 2018-ci ilin dekabr ayında aparmışdır. Belə ki, 2018-ci il dekabr ayının 21-dən 22-nə keçən gecə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkda hərəkət edən hər kəsin müşahidə edə biləcəyi ərazidə dəmir məhəccərlərin üzərinə «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» sözlərini və həmin ərazidə yerdəki daşın üzərinə isə «Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan» sözlərini yazmış və xx xxxxxx 2018-ci ildə həmin yazıları mobil telefonu vasitəsilə videoya çəkib sonradan bu görüntülərin “Fenix.press” saytı vasitəsilə informasiya saytlarında və sosial şəbəkələrdə yayılması üçün Zabil Məhərrəmova göndərmiş, həmin videonun sosial şəbəkədə maraq doğurduğunu Yusifə demiş, həmin sözləri yazmağını və sonradan bu sözləri qorxa-qorxa çəkməyini Yusiflə müzakirə eləmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə onun yaşadığı evə keçirilmiş baxış zamanı ona məxsus dolabdan digər əşyalarla yanaşı aşkar edilmiş müxtəlif bayraqlar ona məxsus olmuş, həmin bayraqların evdə olmasından ailə üzvlərinin məlumatı olmamışdır. Həmin bayraqları xəlvət şəkildə evdə gizlətmiş, bu bayraqlardan biri onun aşiqi olduğu və gələcəkdə yaranmasına ümid elədiyi qondarma “Talış Muğan Respublikası”nın bayrağı olmuşdur. Bu bayrağı 2017-ci ilin aprel ayında özü Binə qəsəbəsində bazarda dərzi işləyən, hazırda adını xatırlamadığı orta yaşlı qadına tikdirmiş, bunun üçün parçanı qadına özü vermiş və bayrağın şəklini də telefonunda göstərmişdir. Həmin qadın bu bayrağın haranın bayrağı olması barədə maraqlanmamış və o da bu barədə heç nə bildirməmişdir. Bu bayraqla müxtəlif yerlərdə şəkil çəkdirərək öz dostluğunda olan şəxslərə votsap qruplarında göndərmiş, həmçinin facebookda paylaşmış, lakin facebookda paylaşdığı şəkillərdə sifətinin düşməməsinə çalışmışdır. Digər bayraq Hizbullahın bayrağı olmuş, o, bu bayrağı təxminən 2013-cü ildə Bakı şəhərində hazırda xatırlamadığı məscidin yaxınlığında tanımadığı şəxsdən xəlvət şəkildə almışdır. Bu bayrağın da şəkillərini müxtəlif vaxtlarda çəkib paylaşmışdır. Üzərində “ya Hüseyn” sözləri yazılmış digər bayraq İmam Hüseyn bayrağı olmuş, həmin bayrağı adətən aşura mərasimlərində qaldırmış, Nardaran hadisələrindən sonra bu bayrağı qaldırmaq qadağan olunduğu üçün bu bayrağı evində gizlətmişdir. Bu bayraq əvvəllər hər yerdə açıq satışda olmuşdur. İran İslam Respublikasının bayrağını isə İran İslam Respublikasının aşiqi olduğu üçün dükandan almış, Azərbaycan ərazisində müstəqil dövlət qurmaqda Rusiya dövləti ilə yanaşı talışlara İran dövlətinin də kömək edə biləcəyini hesab etmişdir. Çünki İranda da çoxlu talışların yaşadığını və orada talışların Azərbaycandan çox azadlıqları olduğunu və talışlara müstəqillik yolunda İranın kömək edəcəyinə inanmış, ona görə də İranın bayrağını alıb özündə saxlamış, hətta bir dəfə 2019-cu ilin oktyabr ayında İranın Həştər və Tehran şəhərlərində səfərdə də olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Facebook sosial şəbəkəsində idarə etdiyi “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” adlı səhifələrdə paylaşdığı materialları bu səhifələrdə dostluğunda olmuş təxminən 700-800 nəfər insan, həmçinin dostluğunda olan Şahid1, Şahid4, Zabil Məhərrəmov, hazırda Rusiyada olan X8 prezidenti olan və “Az tolışim” votsap qrupunun adminlərindən olan Adil Nəsirov, hazırda Bakı şəhərində yaşayan əslən Lerik rayonunun Mostoli kəndindən olan Şahsuvar Pəncəlizadə, həmçinin facebookda “ATİŞ” (Azərbaycan talış ictimai birliyi) səhifəsində olan şəxslər görmüşlər. Həmçinin əlində bayraq olan bir nəfər gənc oğlanın şəhərin müxtəlif yerlərində çəkdirdiyi şəkillər və video ona məxsus olmuş, əlindəki bayraq qondarma Talış Muğan Respublikasının bayrağı olmuş, həmin bayraqla olan şəkilləri və videonu Bakı şəhərində bulvarda, Bayılda dağ üstü parkda, Binədəki evinin həyətində çəkdirmişdir. Bu şəkilləri “Az tolışim” qrupuna atmış, bu şəkilləri də həmin qrup üzvləri sosial şəbəkələrdə paylaşmışlar. Bu şəkillərdən bulvarda və dağüstü parkda çəkdirdiyi şəkilləri və videonu onunla birlikdə park bulvarda “Şokoladniça” restoranında aşpaz köməkçisi və aşpaz işləyən milliyyətcə ləzgi olan Şahid2 onun telefonu ilə və onun xahişi ilə çəkmiş, Dağüstü parkda çiynində bayraq olan videoda əlində barmaqları ilə qoyduğu işarə isə qələbə işarəsi olmuşdur. Bu işarənin mənası mübarizələrinin qələbə ilə sona çatacağına inam olmuş, Binədəki həyətdə çəkdirdiyi şəkli isə ailəsinin digər üzvləri olmayanda təxminən 2016-cı ildə onun xahişi ilə balaca qardaşı Rüfət Qurbanov çəkmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində ailədə bir bacı, bir qardaş olduqlarını, bacısının Bakı Slavyan Universitetini bitirdiyini, atası X7 Fövqəladə Hallar Nazirliyində operator işlədiyini, anası X3 gözəllik salonunda saç ustası işlədiyini, özünün 18 saylı Bakı peşə liseyini aşpaz ixtisası üzrə bitirdiyini, bir müddət sonra müddətli həqiqi hərbi xidmətə yollanacağını, təxminən 2017-ci ildən “Şokoladniça” restoranlar şəbəkəsinin “Park bulvar” da yerləşən restoranında aşpaz köməkçisi kimi işə başladığını, 2017-2019-cu illərdə “Park bulvar”dakı həmin restoranda aşpaz köməkçisi kimi işlədiyini, 2019-cu ilin sonlarında həmin restoran bağlandıqdan sonra Xətai rayonundakı “Mega fun” əyləncə mərkəzindəki “Şokoladniça” restoranında aşpaz köməkçisi kimi fəaliyyətini davam elətdirdiyini, aylıq 400 manat əmək haqqı aldığını, pandemiya ilə əlaqədar hələ ki, restoranın açılmadığını, hazırda bekar olduğunu, Təqsirləndirilən şəxsla təxminən 2018-ci ilin payız aylarının sonlarından bir iş yoldaşı kimi tanış olduğunu, Aslanın təxminən 2018-ci ilin son aylarında onun həmin vaxtı işlədiyi “Şokoladniça” restoranlar şəbəkəsinin “Park bulvar” da yerləşən restoranında aşpaz kimi işə qəbul olunduğunu, ilk tanışlıqlarının həmin vaxtdan başlandığını, Təqsirləndirilən şəxs işini vaxtında görməyən, bir qədər tənbəl və çox danışan şəxs kimi tanıdığını, onun milliyyətcə ləzgi olduğuna görə Aslanın onu yaxın bilərək onun yanında talışların, ləzgilərin torpaqlarının guya türklər tərəfindən tutulduğunu və türklərin guya ləzgi və talışların torpaqlarında özlərinə dövlət qurduğunu və bu xalqları istismar elədiyini dediyini, o, isə hər dəfə Aslanın bu fikirlərinə qarşı çaxaraq türklərlə qardaş olduqlarını, bir dövlətdə çox yaxşı və firavan şəkildə yaşadıqlarını dilə gətirərək bu dövlətdən narazı olmamağı, bu barədə fikirlərindən dönməyi Aslana məsləhət bilsə də Aslanın tərsliyinə salaraq öz fikirlərini müdafiə elədiyini, hətta bir neçə dəfə bu barədə aralarında mübahisə də yarandığını, Aslanın bu fikirlərini və danışıqlarını ciddiyə almadığını, 2019-cu ilin sonlarında “Park bulvar” ticarət mərkəzindəki iş yerləri bağlandıqdan sonra Aslanla yollarının ayrıldığını, Aslanın bir neçə dəfə onunla telefonla danışsa da görüşmədiklərini, son vaxtlarda nə işlə məşğul olduğunu bilmədiyini, yalnız istintaqda Aslanın artıq həbs olunmasını eşitdiyini, bir neçə dəfə lazımsız söhbətlərinə və hərəkətlərinə görə həbs oluna biləcəyini Aslana xatırlatdığını, Aslanın sırf qatı talış milliyyətçisi kimi üstündə Talış dövlətinin bayrağını gəzdirdiyini və həmin bayraqla Bakı şəhərində müxtəlif yerlərdə şəkillər və videolar çəkdirərək bu bayrağı hər yerdə qaldıracağı barədə ona mütəmadi olaraq dediyini, Aslanla birlikdə təxminən 2019-cu ilin əvvəllərində qış aylarında Bakı şəhərində “Dağüstü” parkda gəzərkən “Şəhidlər xiyabanı”nındakı alov kompleksinin arxasındakı hündür torpaq ərazidə talış bayrağı ilə videosunu və şəklini çəkməsini Aslanın ondan xahiş eləməsini, o da bu xahişi yerə salmayaraq Aslanın arxası obyektivə olan formada çiynində talış bayrağı ilə təxminən 20 saniyəlik videosunu və şəklini çəkdiyini, həmin şəkil və videonu sosial şəbəkələrdə paylaşacağını və bununla da talışın bayrağını hamıya tanıdacağı barədə Aslandan eşitdiyini, əvvəl-əvvəl Aslanın bu fikirlərini o qədər ciddiyə almasa da sonradan Aslanın telefonunda facebookda hazırda adını xatırlamadığı səhifələrdə Azərbaycan dövlətinə qarşı kəskin paylaşımlarını gördükdən sonra Aslandan kənar gəzməyə çalışdığını, çünki Aslanın bu əməllərinin və fikirlərinin onun düşüncələri ilə üst-üstə düşmədiyini, iş yoldaşı olduğu üçün Aslanın şəklini və videosunu bir dəfə çəkdiyini, bundan sonra Aslanın ondan bu cür xahiş eləmədiyini, çünki Aslanla eyni fikirdə olmadığını Aslanın da artıq bildiyini, ona görə də Aslan işindən çıxdıqdan sonra Aslanla əlaqə saxlamadığını, ancaq Aslanın onunla bir iki dəfə telefonla danışaraq iş tapmaqda köməklik etməsini ondan xahiş eləməsini, o da Aslanı hər dəfə müxtəlif bəhanələrlə başından elədiyini göstərdi. Şahid2 ifadəsinin davamında Təqsirləndirilən şəxs istifadəsində olmuş səhifələrin adlarını bilmədiyini, amma Aslanın facebookdan istifadə elədiyini bildiyini, özünün də facebookdan “Rustam Osmanov” adlı profillə istifadə etsə də ümumiyyətlə facebookda aktiv olmadığına görə adı çəkilən profillərə girmədiyini, ancaq Aslanın öz telefonunda facebookda hazırda xatırlamadığı profillərdə talışların müstəqillik qazanmaq üçün, türklərə və Azərbaycan dövlətinə qarşı paylaşdığı müxtəlif statusları və şəkilləri ona dəfələrlə göstərdiyini bildirdi. Şahid2 ifadəsinin davamında Təqsirləndirilən şəxsla birlikdə “Whatsapp”, “Telegram” və ya bu kimi digər sosial xəbərləşmə vasitələrində qruplarda olmadığını, Aslanın bu qruplarda və sosial şəbəkələrdə daim aktiv şəkildə talışların müstəqilliyi barədə nələrsə paylaşdığını Aslanın özündən eşitdiyini, istintaq materiallarında əlində bayraq olan bir nəfər gənc oğlanın şəhərin müxtəlif yerlərində çəkdirdiyi şəkilləri və videonu nəzərdən keçirdərkən bu şəkil və videodakı üzü düşməyən gəncin Təqsirləndirilən şəxs olduğunu və bu video və şəkli Dağ üstü parkda Aslanın xahişi ilə özünün çəkdiyini, digər şəkil və videoların kim tərəfindən çəkildiyini isə Aslanın özünün bilməsini ehtimal etdiyini, Təqsirləndirilən şəxs 2018-ci il dekabr ayının 21-dən 22-nə keçən gecə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkda hərəkət edən hər kəsin müşahidə edə biləcəyi ərazidə dəmir məhəccərlərin üzərinə yazdığı «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» sözlərini və həmin ərazidə yerdəki daşın üzərinə isə «Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan» sözləri və xx xxxxxx 2018-ci ildə həmin yazıları mobil telefonu vasitəsilə videoya çəkərək sonradan bu görüntülərin “Fenix.press” saytı vasitəsilə informasiya saytlarında və sosial şəbəkələrdə yayılması üçün Rusiya Federasiyasında yaşayan talış separatçısı Zabil Məhərrəmova göndərməsi barədə Təqsirləndirilən şəxs eşitdiyini, belə ki, təxminən 2018ci ilin dekabr ayında onun axşam növbəsinə işə gələn vaxtı Aslan növbədən çıxanda ona telefonunda bulvarda dəmir məhəccərlərin üstünə qara flamasterlə yazdığı türklərlə digər xalqlar arasında düşmənçilik salacaq «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» sözlərini və həmin ərazidə yerdəki daşın üzərinə isə «Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan» sözlərinin şəklini göstərdiyini və bunu bir gün əvvəl gecə növbədən çıxanda gedib bulvarda dəmir məhəccərlərin üstünə yazdığını və səhəri gün səhər növbəyə gələndə isə həmin yazdıqlarını gedib telefonu ilə foto və videosunu çəkdiyini, Aslanın ona deməsinə görə bu şəkil və videonu sonradan Aslanın sosial şəbəkələrdə paylaşacağını, hətta Rusiyada yaşayan talışlara oradakı informasiya saytlarında paylaşmaq üçün göndərəcəyini, o, Aslana yenə də qeyri-ciddi yanaşaraq, bu işin başını buraxmağı və Aslanın bu hərəkətlərinin heç bir nəticəsi olmayacağını Aslana dediyini sonradan Aslanın ona telefonunda çəkdiklərinin hansısa xəbər saytlarında və sosial şəbəkələrdə yayılmasını göstərərək hərəkətlərindən qürurlandığını, Aslan kimi eyni fikirli talış gənclərinin də talış bayrağı ilə çəkdirdiyi şəkilləri də Aslana göndərdiklərini və Aslanın da həmin şəkilləri Rusiyadakı talışlara göndərdiyini, amma konkret olaraq Aslanın bu materialları kimə göndərdiyini dəqiq bilmədiyini, Aslanın dost tanışından demək olar ki, heç kimi tanımadığını, “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” facebook səhifələrində Təqsirləndirilən şəxs tərəfindən paylaşılmış statuslar, şəkillər və digər materialların çoxunun Aslan tərəfindən ona telefonundakı sosial şəbəkələrdə paylaşdığı materiallar kimi göstərildiyini və hər dəfə də göstərdikdə paylaşdığı həmin materialları izah etməyə çalışdığını, məsələn onun baxdığı materiallarda Azərbaycan xəritəsində cənub zonasını Aslanın ona göstərərək “cənub zonası talışların ərazisi olmuş və türklər gəlib buranı zəbt etmişdirlər” kimi sözlər dediyini, özünün facebookun daimi istifadəçisi olmadığı üçün Aslanın bu paylaşımlarını facebookda deyilən səhifələrə girərək müşahidə eləmədiyini, bunların hamısının Aslan tərəfindən ona göstərildiyini bildirdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində ailədə 8 qardaş olduqlarını, qardaşlarının ustalıqla məşğul olduqlarını, bir qardaşının Qarabağ müharibəsi qazisi olduğunu, ata və anasının rayonda kənd təsərrüfatı ilə məşğul olduğunu, özünün də hazırda kənd təsərrüfatı ilə məşğul olduğunu, milliyyətcə talış olsa da insanları milliyyətinə və dininə görə ayırmadığını və Azərbaycan torpağında yaşayan xalqların bir-biri ilə sülh və əmin-amanlıq şəraitində qarşılıqlı anlayış göstərməklə yaşamalarının tərəfdarı olduğunu, bəzən Binə qəsəbəsində qardaşının evində də yaşadığını və fəhləlik elədiyini, hazırda isə rayonda yaşadığını, 2014-cü ildən sosial şəbəkələrdən istifadə eləməyə başladığını, sosial şəbəkələrdə ancaq facebookdan, bəzən də instaqramdan istifadə elədiyini, 2019-cu ildən facebookda “tolış Pencizodə” adlı profili ilə qeydiyyatdan keçsə də xeyli vaxtdır facebooka girmədiyini, əvvəlki profilinin adı “Bermud üçbucağı” olduğunu, instaqramdakı profilinin adı isə “Bermud üçbucağı” olsa da həmin səhifəni də istifadə eləmədiyini, hazırda sosial şəbəkələrdə heç bir status və məlumat paylaşmadığını, yalnız Qarabağ müharibəsi vaxtı vətən müharibəsi şəhidlərimizin şəkillərini vətənpərvərlik məqsədilə paylaşdığını, Təqsirləndirilən şəxs “Az tolyshim” votsap qrupundan 2018-ci ilin ortalarından tanıdığını, belə ki, əsasən talış gənclərdən ibarət olan bu votsap qrupda təxminən 10-15 nəfər üzvün olduğunu, həmin qrupa onun kim tərəfindən əlavə olunmasını xatırlamadığını, bu qrupda fəal şəkildə yazışmadığını, ümumilikdə həmişə məşğul adam olduğu üçün votsapda fəal olmadığını, bu qrupda adətən talış gənclərinin bir-birilə talışların tarixi və gələcək taleləri ilə bağlı fikirlərini müzakirə etdiklərini, bəzən də bu qrupa müxtəlif üzvlər tərəfindən Azərbaycanın cənub zonasının səfalı yerlərinin, həmçinin talışın bayrağının şəkillərinin atıldığını, Aslanın da bu qrupda həmişə talışa müstəqillik, talışa muxtariyyət, talışın məktəblərində talış dilinin tədris olunması və mədəniyyətinin daha yüksək səviyyədə təbliğ olunması ilə bağlı bir qədər radikal fikirlər paylaşdığını, amma özünün adətən belə radikal fikirlərə önəm və reaksiya vermədiyini, Aslanla Bakı şəhərində Binə qəsəbəsində olduğu müddətdə təxminən 3-4 dəfə görüşüb çayxanalarda öz yaşlarına uyğun söhbət elədiyini, bu söhbətləri zamanı Aslanı daha yaxşı tanıdığını, bu söhbətlərində Aslanın həmişə Rusiyada yaşayan Zabil Məhərrəmov adlı talış separatçısının Azərbaycanı parçalamaq üçün youtube və digər sosial şəbəkələrdə paylaşdığı materialları bəyənərək, həmin materiallarda olan türklərlə talışların arasına ayrılıq və nifaq toxumu salan düşüncələrin və ideyaların təbliğatçısı kimi özünü apardığının şahidi olduğunu, hətta aralarında səmimi münasibətlər yaranandan sonra bir neçə dəfə Zabil kimi insanlara etibar eləməməyi və bu cür radikal ideyalarla yaşamamağı, bu cür fikirləri paylaşmamağı Aslana məsləhət bildiyini, lakin Aslanın ona məhəl qoymayaraq belə fikirlərini davam elətdirdiyini və Aslandan eşitdiyinə görə Aslanın Qondarma talış Muğan Respublikasının bayrağı ilə üzü düşmədən çəkdirdiyi şəkilləri sosial şəbəkədə müxtəlif vaxtlarda yaydığını, belə hərəkətləri səbəbindən Aslanın 2020-ci ildə DTX tərəfindən saxlanıldığını, “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” adlı profillərin onun facebookda açdığı profillərin dostluq siyahısında olduğunu, lakin o, bu səhifələrin Təqsirləndirilən şəxs tərəfindən açıldığını və idarə olunduğunu bilmədiyini, Aslanın da bu səhifələrin özünə aid olduğunun ona demədiyini və ondan bunu gizlətdiyini, o, Aslandan hər dəfə facebookda profilinin olması barədə soruşduqda sonuncunun ona guya facebookda aktiv profilinin olmadığını dediyini, o, qeyd olunan profillərin Aslana məxsus olmasının indi bildiyini, bu profillərdə həmişə talışların tarixi və guya talışların tarixi və əzəli torpaqlarının türklər tərəfindən işğal olunması, həmçinin talış bayrağının şəkillərinin və bu kimi digər şəkil və statusların paylaşıldığını və bunları izlədiyini, son 1-2 ildə həmin profillərin demək olar ki, bağlı olduğunu, cinayət işinin materiallarında olan “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” facebook səhifələrində Təqsirləndirilən şəxs tərəfindən paylaşılmış statuslar, şəkillər və digər materialları görən kimi dərhal tanıdığını, çünki nəzərdən keçirdiyi materialların həmin sosial şəbəkə profillərində əvvəllər dəfələrlə paylaşıldığının şahidi olduğunu, bu səhifələrdə paylaşılmış «Mənə lazım deyil özgələrin, yadların çölüyündən gələnlərin bayrağı...» məzmunlu və «Talış dövlətini işğal edərək özünə tabe etmək istəyi Osmanlıların maraqlarına xidmət edirdi; Talışda, Şirvanda, aranda qurulan dövlətin adı Azərbaycan adlandırıldı» məzmunlu, «harda belə hökmət var? bütün dünyaya deyir biz tolerantliyiq, amma özü talişlara zülm çəkdirir. nifrət edirəm belə hökmətə» məzmunlu, «Ey Talış zorla alınan haq xoşluğla qaytarılmır azadlığ qurban istər» məzmunlu, «Talışın qanı hesabına yaşiyan Turklər talışın şəhidlərin qanları sizə haram olsun» məzmunlu statusların məhz Təqsirləndirilən şəxs tərəfindən paylaşıldığını indi bildiyini, ümumiyyətlə Təqsirləndirilən şəxs onunla olan söhbətlərində Osmanlı imperiyasına qarşı müxtəlif fikirlər səsləndirdiyini, həmçinin Aslanın talışların öz dilində ali məktəblərdə təhsil almasını arzuladığını, «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» sözlərini və «Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan» şüarlarının guya Bakı şəhərində yayılması barədə sosial şəbəkədə xəbər kimi oxuduğunu, bu xəbərin həmin vaxtı elə Zabil Məhərrəmovun sosial şəbəkədə paylaşdığını, amma bu yazıların Təqsirləndirilən şəxs tərəfindən yazıldığının və Zabilə göndərildiyinin xatırlamadığını, onun yadında qalan qədəri ilə Aslanla eyni qrupda olduqları votsap qrupunda bu xəbərlə bağlı hansısa yazışmaların olduğunu, lakin üstündən xeyli vaxt keçdiyi üçün Aslanın və digərlərinin qrupda qeyd olunan yazılarla bağlı dedikləri fikirləri xatırlamadığını, bir sözlə, bulvardakı məhəccərlərin və daşın üzərinə həmin separatçı fikirləri Aslanın yazmasını dəqiq bilmədiyini, çünki Aslanla arasında bununla bağlı hər hansı dialoqun olmasını xatırlamadığını, Aslanla ancaq “Whats app” da bir qrupda olduğunu, lakin sonradan həmin qrupdan öz təşəbbüsü ilə çıxdığını, istintaq materiallarında olan əlində bayraq olan bir nəfər gənc oğlanın şəhərin müxtəlif yerlərində çəkdirdiyi şəkil və videodakı üzü düşməyən gəncin Təqsirləndirilən şəxs olduğunu, Aslanın əlində olan bayrağın qondarma Talış Muğan respublikasının bayrağı olduğunu, Aslanın bu bayraqla çəkdirdiyi şəkilləri haradasa gördüyünü, amma onu sosial şəbəkədə, yoxsa votsap qrupda gördüyünü xatırlamadığını, bundan başqa Aslanın üzü obyektivə düşməyən çiyinlərində həmin bayraq olan şəkli isə facebook sosial şəbəkəsində gördüyünü, amma o, bu şəkli Aslanın özünün sosial şəbəkədə paylaşdığından məlumatının olmadığını göstərdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində ailədə tək uşaq olduğunu, evdar qadın olan anası Sevda İmanova ilə birlikdə yaşadığını, atası X12 təxminən 15 ilə yaxındır ki, Ukraynada yaşadığını, demək olar ki, əlaqələrinin olmadığını, hazırda ailəni özünün dolandırdığını, müddətli həqiqi hərbi xidməti başa vurduğunu, bir talış gənci kimi o da Azərbaycanda yaşayan talışların öz dillərində ibtidai təhsil almaq və özlərinin mədəniyyətini təbliğ etmək hüquqlarının olduğunu düşündüyünü və onunla eyni fikirli olan talış gəncləri ilə bu barədə söhbətlər apardığını, lakin heç vaxt insanları milliyyətinə və dininə görə ayırmadığını və Azərbaycan torpağında yaşayan xalqların bir-biri ilə sülh və əmin-amanlıq şəraitində qarşılıqlı anlayış göstərməklə yaşamalarının tərəfdarı olduğunu, hazırkı dövrdə isə dövlətin hər şeydən əvvəl həll etməli ən böyük probleminin erməni işğalı məsələsi olduğunu, bu məsələ həll olunduqdan sonra digər problemlərlə məşğul olmağın mümkünlüyünü hesab etdiyini, doğulandan sonra Sumqayıt şəhərində yaşasa da əslən Lerik rayonunun Veri kəndindən olduğuna görə internetdə sosial şəbəkələr vasitəsilə digər talış gəncləri ilə əlaqəsinin olduğunu, 2011- 2012-ci ildən sosial şəbəkələrdən istifadə eləməyə başladığını, sosial şəbəkələrdən “facebook”, “votsap” və bəzən xəbərləri izləmək üçün “teleqram” dan istifadə etdiyini, hazırda facebookda “Cəmil İmanzodə” adlı profildən istifadə elədiyini, bu profildə hazırda digər gənclər kimi ermənilərlə olan müharibədə Azərbaycanı və ordumuzu təbliğ edən materiallar paylaşdığını, Təqsirləndirilən şəxs təxminən 2015-ci ilin sonlarından sosial şəbəkədə “facebook” dan tanıdığını, hazırda Təqsirləndirilən şəxs konkret olaraq hansı səhifədən tanıdığını xatırlamasa da Təqsirləndirilən şəxs həmin vaxtlar talışların yuxarıda qeyd elədiyi təməl hüquqlarını əldə etmək üçün müxtəlif təbliğat xarakterli statuslar və şərhlər paylaşdığını və internetdə onun da nəzər diqqətinə belə şəxs kimi düşmüş olduğunu və daha sonra votsapda “Aztolyshim” adlı qrupda da yazışdıqlarını, Aslanla ilk görüşünün isə təxminən elə həmin vaxtlarda Bakı şəhərində çayxanada talışın ümumi problemləri barədə fikir mübadiləsi eləyən zamana təsadüf elədiyini, sonra Aslanla bir talış gənci olaraq vaxtaşırı görüşüb söhbətlər elədiyini, hətta Aslanla birlikdə ümumi tanışları Şahid1 Masallıdakı toyunda da iştirak elədiyini, yaxından tanış olduqdan sonra Aslanın elədiyi söhbətlərdən, eləcə də sosial şəbəkələrdə və votsap qruplarda paylaşdığı materiallardan Aslanın talışın hüquqları uğrunda ondan fərqli olaraq dinc yolla deyil, daha radikal yollarla mübarizə aparmağın tərəfdarı olduğunun və bunu da paylaşdığı materiallarda açıq-aşkar büruzə verdiyinin şahidi olduğunu, hətta Aslana bir neçə dəfə bu cür radikallıqdan çəkinməyi məsləhət bilsə də Aslanın onun fikirlərinə məhəl qoymadığını, Aslanın danışıqlarından və paylaşdığı statuslar və şəkillərdən Aslanın talışların Azərbaycan Respublikasından ayrılaraq müstəqil dövlət qurmalarının vacib olduğunu düşündüyünün, həmçinin türklərin talışlara və Azərbaycanda yaşayan digər az saylı xalqlara qarşı düşmən münasibət göstərdiyi fikrində olduğunun dəfələrlə müşahidə etdiyini, Aslanın “türkün türkdən başqa dostu yox” şüarının türklər tərəfindən talışlara və digər xalqlara qarşı ayrı seçkilik kimi qəbul elədiyi kimi fikirlərinin, həmçinin Aslanın yaşadıqları regionda talışlara dost xalqların farslar və ruslar olması kimi fikirlərinin şahidi olduğunu, bundan başqa Aslanın facebook sosial şəbəkəsində və votsap qruplarında guya talışların bu ərazilərdə yaşayan ən qədim xalq olması, türklərin bu əraziyə sonradan gəlməsi və 1918-ci ildə türklərin müstəqil talış dövlətinin yaradılmasına imkan verməyərək cənub zonasını işğal edərək özlərinin Azərbaycan adlı dövlətini qurması və həmin gündən sonra talışların hüquqlarının tapdandığı haqda, bu hüquqların ancaq Azərbaycandan ayrılaraq müstəqil dövlət qurduqdan sonra bərpa oluna biləcəyi haqda status və şərhlər paylaşdığını, o, Aslanın bu formada paylaşımlarını görəndən sonra sonuncudan çəkinərək münasibətlərini bir qədər məsafəli saxlamağa çalışdığını, çünki artıq ona Aslanın Rusiyada yaşayan qatı talış separatçısı Zabil Məhərrəmovun təsiri altına düşməsinin, Zabilin youtube kanalında təbliğ etdiyi fikirlərinin Aslan tərəfindən demək olar ki, eyni formada Aslana aid səhifələrdə Aslan tərəfindən təbliğ olunmasının aydın olduğunu, “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” adlı profillərin onun facebookda açdığı profillərdə dostluq siyahısında olduğunun, lakin bu səhifələrin Təqsirləndirilən şəxs tərəfindən açılaraq idarə olunduğundan məlumatının olmadığını, bu səhifələrdə adətən radikal və separatçı statuslar paylaşıldığı üçün bu səhifələrin Azərbaycanda yaşayan şəxslər tərəfindən idarə olunduğunu bilmədiyini, amma bu profillərdə həmişə guya talışların tarixi və əzəli torpaqlarının türklər tərəfindən işğal olunması barədə məlumatların, həmçinin talış bayrağının şəkilləri və bu kimi digər şəkil və statusların paylaşıldığı səhifələr kimi bu səhifələri izləmiş olduğunu, son zamanlar həmin profillərin demək olar ki, bağlı olduğunu, istintaqda nəzərdən keçirmək üçün ona təqdim edilmiş materialları bir-bir nəzərdən keçirdərək “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” adlı facebook sosial şəbəkə hesablarında paylaşılmış materialları görən kimi dərhal tanıdığını, çünki nəzərdən keçirdiyi bu materialların həmin sosial şəbəkə profillərində əvvəllər dəfələrlə paylaşıldığının şahidi olduğunu, Aslanın çox vaxtı bu materiallarda səsləndirilən fikirlərə uyğun materialları ona votsapla göndərdiyini, həmçinin Aslanın həmişə votsap qrupunda və yaxud şəxsən votsapda özünün talış bayrağı ilə şəkillərini və başqa müxtəlif materialları ona göndərdiyini, adı çəkilən facebook səhifələrində paylaşılmış «Mənə lazım deyil özgələrin, yadların çölüyündən gələnlərin bayrağı...» məzmunlu və «Talış dövlətini işğal edərək özünə tabe etmək istəyi Osmanlıların maraqlarına xidmət edirdi; Talışda, Şirvanda, aranda qurulan dövlətin adı Azərbaycan adlandırıldı» məzmunlu, «harda belə hökmət var? bütün dünyaya deyir biz tolerantliyiq, amma özü talişlara zülm çəkdirir. nifrət edirəm belə hökmətə» məzmunlu, «Ey Talış zorla alınan haq xoşluğla qaytarılmır azadlığ qurban istər» məzmunlu, «Talışın qanı hesabına yaşiyan Turklər talışın şəhidlərin qanları sizə haram olsun» məzmunlu statusların və materiallarda olan digər statusların məzmununa oxşar fikirləri o, təxminən 2017-2018-ci illərdə həmin səhifələrdə dəfələrlə gördüyünü, bu səhifələrin dostluğunda onun kimi talış gəncləri və digər xalqlardan olan çox saylı izləyicilərin olduğunu və onlarla yanaşı bu materialları çox adamın görmüş olduğunu və hazırda xatırlamadığı şərhlər və bəyənmə işarələri qoyduqlarını, bəzən bu materiallarla razılaşmayan şəxslərin də olduğunu, aşağıdakı şərh bölməsində öz fikirlərini yazdıqlarını xatırladığını, bu səhifələrdə paylaşılmış materialları bu materiallarla razılaşan şəxslərin skrin edərək paylaşdıqlarını, bununla yanaşı bu cür materialları paylaşdığına görə bu səhifələri şikayət edənlərin də çox olduğunu, Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkda hərəkət edən hər kəsin müşahidə edə biləcəyi ərazidə dəmir məhəccərlərin üzərinə yazılmış «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» sözlərinin və həmin ərazidə yerdəki daşın üzərinə isə yazılmış «Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan» sözlərinin internetdə xəbər saytlarında çıxandan təxminən 10 gün sonra votsapda şəxsi yazışmalarında və yaxud danışıqlarının birində Aslanın ona bu barədə etiraf eləyərək, bulvardakı məhəccərlərin və daşın üzərinə həmin separatçı fikirləri Aslanın özünün yazmış olduğunu və sonra videosunu çəkərək Rusiyada yaşayan Zabilə informasiya saytlarında yaymaq üçün göndərdiyini, Zabilin də “Fenixpress” saytında bunu xəbər kimi paylaşaraq guya türklərin Azərbaycandakı digər xalqlara qarşı ayrıseçkilik saldığını məqsədli şəkildə yazdığını, o, bunu eşidəndə nə məqsədlə Aslanın belə hərəkət elədiyini soruşduqda Aslan ona Azərbaycanda olan türklərin digər xalqlara qarşı guya amansız olduğunu həm talışlara həm də buradakı digər xalqlara göstərmək istəyinin və bununla da talışları türklərə qarşı oyatmaq istəyinin olduğunu dediyini, o, isə Təqsirləndirilən şəxs bu məsləhəti Zabilin vermiş olduğunu düşündüyünü, dəfələrlə Aslana bu işdən çəkinməyi məsləhət bilsə də sonuncunun sözdə “hə” desə də sonradan yenə də öz bildiyini eləmiş olduğunu, yuxarıda qeyd olunandan başqa Təqsirləndirilən şəxs Bakı şəhərində hər hansı başqa ünvanda bu kimi sözlər yazaraq, sonradan foto və videosunu çəkərək yayması barədə əlavə məlumatının olmadığını, Aslanla “Whats app”, “Telegram” və ya bu kimi digər sosial xəbərləşmə vasitələrində bir neçə qrupda olduğunu, amma hazırda həmin qrupların adını dəqiq xatırlamadığını, əlində bayraq bir nəfər gənc oğlanın şəhərin müxtəlif yerlərində çəkdirdiyi şəkilləri və videoları nəzərdən keçirdərək bu şəkil və videodakı gəncin Təqsirləndirilən şəxs olduğunu, Aslanın əlində olan bayrağın qondarma Talış Muğan respublikasının bayrağı olduğunu, Aslanın bu bayraqla çəkdirdiyi şəkillərini birlikdə olduqları votsap qrupunda da gördüyünü, Aslanın bu şəkilləri həmin qrupa atmış olduğunu, bundan başqa Aslanın üzü obyektivə düşməyən çiyinlərində həmin bayraq olan şəklinin isə facebook sosial şəbəkəsində “Li ariyan” səhifəsində paylaşıldığını, amma bu şəklin məhz Təqsirləndirilən şəxs tərəfindən sosial şəbəkədə paylaşıldığından məlumatsız olduğunu, Təqsirləndirilən şəxs onunla 2017-ci ildə olan söhbətlərində ondan şəxsiyyət vəsiqəsinin surətini hazırda yadında qalan qədəri ilə kredit müqaviləsində zamin durmaq bəhanəsi ilə istədiyini, o da buna etiraz eləmədikdə Aslanın onun vəsiqəsinin hər iki üzünün şəklini telefonuna çəkdiyini, lakin üstündən bir müddət keçəndən sonra onun Aslanla görüşlərinin birində Aslan ona onun vəsiqəsinin şəklini Rusiyada yaşayan Zabilə göndərdiyini deyərək guya hətta Aslanın öz sənədinin surətini oraya göndərdiyini və bunu Rusiyada keçiriləcək hərbi təlimdə iştirak eləmək üçün göndərmiş olduğunu dediyini, o, isə sənədinin şəklinin icazəsiz Zabilə göndərməsinə görə Aslana əsəbiləşdiyini və Rusiyada olacaq heç bir təlimə qatılmayacağını sərt formada Aslana dediyini, sonradan bu təlim barədə heç bir xəbər çıxmadığını, Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd olunması üçün işə gedib-gəlmə vaxtlarının müəyyən edilməsi yəni, izlənilmə planı barədə həm Aslandan, həm də ümumi tanışları olan Emin Mirələmov kimi tanıdıqları, hazırda Rusiya Federasiyasında yaşayan şəxsdən eşitmiş olduğunu, eşitdiyinə görə guya bu plana əsasən X24 rayon icra hakimiyyəti başçısının işə gedib-gəlmə vaxtını güdüb öyrənəndən sonra uyğun vaxtda Eminin icra başçısını odlu silahla vuracağını, Aslana bu şəxsi güdmək barədə Eminin xahiş elədiyini, Aslanın da bu tapşırığı sonradan icra eləyib-eləməməsi barədə məlumatlı olmadığını, lakin sonradan bu planın baş tutmadığını və bunun adi boş söhbət kimi qaldığını, ümumiyyətlə talışların arasında bu cür perspektivi olmayan çox söhbətlərin olunduğunu, lakin sonradan boş söz kimi qaldığını, çünki bir qrupun başında ideya verənin Zabil Məhərrəmov kimi sözü bütöv olmayan, pul xəstəsi insanın olduğu təqdirdə həmin qrupun əlindən heç bir əməli iş gəlməyəcəyini göstərdi. Şahid4 ifadəsinin davamında “Whats app” sosial mesajlaşma tətbiqində “ƏZ TOLİŞİM” qrupunda Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 19:28 dəqiqədə, saat 19:29 dəqiqədə, saat 19:31 dəqiqədə, saat 19:32 dəqiqədə, saat 19:34 dəqiqədə, saat 19:36 dəqiqədə paylaşmış olduğu səsli audio mesajların talış dilində və Azərbaycan dilində olan mətnlərini nəzərdən keçirdərək talış dilində anladığına görə danışılanların hamısını rahat başa düşdüyünü, bu danışıqlardan danışığı aparan şəxsin Azərbaycanda yaşayan talışlarla türkləri bir-birinə düşmən eləmək istəyinin və dövlətin ərazi bütövlüyünə qarşı fikirlər səsləndirdiyinin açıq aydın göründüyünü, hazırda özünün “ƏZ TOLİŞİM” adlı qrupda olmadığını, lakin 2020-ci il 31 may tarixində bu qrupda olduğunu və qeyd olunan səsləri dinlədiyini xatırladığını, Təqsirləndirilən şəxs bu səslərini ona votsap vasitəsilə şəxsi yazışma zamanı göndərmiş olduğunu da ehtimal etdiyini və yaxud da elə bu qrupda o, Aslanın qeyd olunan fikirlərini eşitdiyini, üstündən artıq iki ilə yaxın vaxt keçdiyi üçün o, Aslanın bu səslərini votsapda hansı yazışmalarda eşitdiyini dəqiq xatırlamasa da Aslanın bu fikirlərini votsapla ona göndərdiyini və bu fikirlərə qulaq asdığını xatırladığını, həmişə Aslanın həm votsap qruplarında həm də şəxsi yazışmalarında belə separatçı fikirlər səsləndirdiyi üçün Aslanın ünvanına “Aslan ilgəyi çəkilmiş bombadır” fikrini işlətdiyini, Aslanın bu fikirləri ilə razı olmadığına görə həmişə Aslana radikallıqdan çəkinməsini məsləhət gördüyünü bildirdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində ailədə üç qardaş olduqlarını, ondan balaca qardaşının 18 yaşı olduğunu və işsiz olduğunu, lap kiçik qardaşının məktəbli olduğunu, ata və anasının rayonda kənd təsərrüfatı ilə məşğul olduqlarını, özü hazırda Sumqayıt Dövlət Universitetinin fizika və elektro-energetika fakültəsinin 4-cü kurs tələbəsi olduğunu, Sumqayıtda bibisinin evində müvəqqəti yaşadığını, hazırda tələbə olduğuna görə daimi və rəsmi iş yeri olmasa da “Aləm” jurnalının nəzdində olan “Aləm tv” internet televiziyasında montajçı operator işlədiyini, işinin ölkədəki sosial iqtisadi vəziyyət ilə əlaqədar müsahibələrin çəkilişi və montajından ibarət olduğunu, milliyyətcə talış olsa da insanları milliyyətinə və dininə görə ayırmadığını və Azərbaycan torpağında yaşayan xalqların bir-biri ilə sülh və əmin-amanlıq şəraitində qarşılıqlı anlayış göstərməklə yaşamalarının tərəfdarı olduğunu, 2014-cü ildən sosial şəbəkələrdən istifadə eləməyə başladığını, sosial şəbəkələrdə ancaq facebookdan, bəzən də instaqramdan istifadə etdiyini, hazırda facebookda “Nuraddin Abilov” adlı profildən istifadə elədiyini, İnstaqramdakı profilinin adı “Nuraddin_talysh” olduğunu, lakin bu profildə statuslar paylaşmadığını, şəxsi şəkillərini paylaşdığını, Təqsirləndirilən şəxs “Az tolyshim” votsap qrupundan 2018-ci ilin əvvəllərindən tanıdığını, əsasən talış gənclərdən ibarət olan bu votsap qrupda təxminən 10-15 nəfər üzvün olduğunu, həmin qrupa onu tanışı Şahid1 əlavə eləsə də həmin qrupda fəal olmadığını, bu qrupda adətən talış gənclərinin talışların tarixi və gələcək taleləri ilə bağlı fikirlərini yazdıqlarını, bəzən də cənub zonasının səfalı yerlərinin, həmçinin talışın bayrağının şəkillərinin qrupda paylaşıldığını, Aslanın da bu qrupda həmişə talışın müstəqilliyi, talışın muxtariyyəti, məktəblərdə talış dilinin tədris olunması və mədəniyyətinin daha yüksək səviyyədə təbliğ olunması ilə bağlı bir qədər radikal fikirlər paylaşdığını, Aslanla Bakı şəhərində təxminən 2-3 dəfə görüşüb çayxanalarda adi ara söhbətləri söhbət elədiyini, bu söhbətləri zamanı Aslanı daha yaxşı tanıdığını, belə ki, bu söhbətlərində Aslanın həmişə Rusiyada yaşayan Zabil Məhərrəmov adlı talış separatçısının Azərbaycanı parçalamaq üçün youtube və digər sosial şəbəkələrdə paylaşdığı materialları bəyəndiyini və Aslanın həmin materiallarda türklərlə talışların arasına ayrılıq və nifaq toxumu salan düşüncələrin və ideyaların təbliğatçısı kimi özünü apardığını, hətta Aslanla arasında səmimi münasibətlər yaranandan sonra Zabil kimi insanlara etibar eləməməyi və bu cür radikal ideyalarla yaşamamağı bu cür fikirləri paylaşmamağı Aslana bir neçə dəfə məsləhət bildiyini, lakin Aslanın ona məhəl qoymayaraq həmişə sosial şəbəkə səhifələrində talış və türk xalqlarının arasına düşmənçilik salan fikirlər və şüarlar paylaşdığını, həmçinin qondarma talış Muğan Respublikasının bayrağı ilə üzü düşmədən çəkdirdiyi şəkilləri sosial şəbəkə hesablarında və üzv olduğu müxtəlif votsap və digər internet xəbərləşmə profillərində paylaşmaqda davam etdiyini, sonradan 2020-ci ildə belə hərəkətləri səbəbindən Aslanın DTX tərəfindən saxlanıldığını eşitdiyini, Aslanın aqibətinin bu cürə olacağını gözlədiyini, çünki Aslan kimi ağılda və düşüncədə olan, yəni xalqlar arasında düşmənçilik toxumları səpən şəxslərin aqibətinin bu cür də olmalı olduğunu düşündüyünü, “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” adlı profillərin onun facebookda açdığı profillərinin dostluq siyahısında olduğunu, lakin bu səhifələrin Təqsirləndirilən şəxs tərəfindən açıldığını və idarə olunduğu haqda məlumatının olmadığını, bu səhifələrdə adətən radikal və separatçı statuslar paylaşıldığı üçün bu səhifələrin Azərbaycanda yaşayan şəxslər tərəfindən idarə olunduğunu ağlına gətirmədiyini, bu səhifələrin Aslana aid olması barədə Aslanın ona demədiyini və ondan bunu gizlətdiyini, hər dəfə Aslanın facebookda profilinin olması barədə soruşduqda sonuncunun ondan profilinin olmasını gizlətdiyini, lakin Aslan kimi fəal talış gəncin facebook kimi sosial şəbəkədə profilinin olmamağının və dedikləri fikirlərinin paylaşılmamağının inandırıcı olmadığını, Aslan öz aləmində özünü məxfi aparsa da lakin o, Aslana bu sahədə inanmadığını, Aslanın facebook profilinin olmamağı barədə sözlərinə inanmasa da yuxarıda qeyd olunan profillərin Aslana məxsus olmasını indi bildiyini, amma onun bu profillərdə həmişə talışların tarixi və guya talışların tarixi və əzəli torpaqlarının türklər tərəfindən işğal olunması, həmçinin talış bayrağının şəkilləri və bu kimi digər şəkil və statusları paylaşan səhifələr kimi bu səhifələri də izlədiyini, son 1-2 ildə həmin profillərin demək olar ki, bağlı olduğunu, “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” adlı facebook sosial şəbəkə hesablarında paylaşılmış materialları görən kimi dərhal tanıdığını, çünki nəzərdən keçirdiyi materialların həmin sosial şəbəkə profillərində əvvəllər dəfələrlə paylaşıldığının şahidi olduğunu, bu səhifələrdə paylaşılmış «Mənə lazım deyil özgələrin, yadların çölüyündən gələnlərin bayrağı...» məzmunlu və «Talış dövlətini işğal edərək özünə tabe etmək istəyi Osmanlıların maraqlarına xidmət edirdi; Talışda, Şirvanda, aranda qurulan dövlətin adı Azərbaycan adlandırıldı» məzmunlu, «harda belə hökmət var? bütün dünyaya deyir biz tolerantliyiq, amma özü talişlara zülm çəkdirir. nifrət edirəm belə hökmətə» məzmunlu, «Ey Talış zorla alınan haq xoşluğla qaytarılmır azadlığ qurban istər» məzmunlu, «Talışın qanı hesabına yaşiyan Turklər talışın şəhidlərin qanları sizə haram olsun» məzmunlu statusların və materiallarda olan digər statusların məzmununa oxşar fikirləri Aslanın həmişə onun yanında səsləndirdiyini, Aslanın həmişə hazırkı müstəqil Azərbaycan dövlətinin bayrağını qəbul eləmədiyini və guya hazırkı ərazidə yaşayan türklərin Orta Asiya çöllərindən gələrək talışların torpaqlarında özlərinə dövlət quraraq bayraq yaratdıqlarını, ona görə də Aslanın bu dövləti qəbul etmədiyini və talışların Qarabağ uğrunda bu dövlətin tərkibində ordu sıralarında türklərlə birlikdə ermənilərə qarşı döyüşməsini düzgün hesab etmədiyini, Aslanın həmişə Azərbaycan hökumətinin talışların hüquqlarını tanımayaraq talışlara zülm etdiyini, talışların guya özlərinin hüquqlarını ancaq zorla ala biləcəklərini hesab etdiyini, Aslanın bütün bu ideya və düşüncələrinin Zabil Məhərrəmovdan götürdüyünü, çünki Aslanın Zabillə sıx əlaqəsi olduğunu və bu əlaqəsini Aslanın gizlətmədiyini və ona da bunun sirr olmadığını, çünki, bir müddət əvvəl Rusiya informasiya saytlarında guya türklərin talış və digər xalqlara qarşı Azərbaycan ərazisində ayrı seçkilik elədiyini və bunu təsdiq edən yazıların Bakıda yayıldığını təsdiq edən video materiallar yayıldığını, sonradan Aslanın bu materialları özünün yaradaraq Zabilə göndərdiyini ona etiraf etməsini, Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkda hərəkət edən hər kəsin müşahidə edə biləcəyi ərazidə dəmir məhəccərlərin üzərinə yazılmış «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» sözlərini və həmin ərazidə yerdəki daşın üzərinə isə «Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan» sözlərini Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının 21-dən 22-nə keçən gecə yazdığını və xx xxxxxx 2018-ci ildə həmin yazıları mobil telefonu vasitəsilə videoya çəkib sonradan bu görüntülərin “Fenix.press” saytı vasitəsilə informasiya saytlarında və sosial şəbəkələrdə yayılması üçün Rusiya Federasiyasında yaşayan talış separatçısı Zabil Məhərrəmova göndərdiyini, Təqsirləndirilən şəxs ona votsapda məlumat verdiyini, belə ki, qeyd olunan şüarlar internetdə xəbər saytlarında çıxandan təxminən 10 gün sonra Aslanın votsapda şəxsi yazışmalarında və yaxud danışıqları zamanı ona bu barədə etiraf elədiyini, bunu eşidəndə nə məqsədlə belə hərəkət elədiyini soruşduqda Aslanın ona Azərbaycanda olan türklərin digər xalqlara qarşı guya amansız olduğunu həm talışlara həm də buradakı digər xalqlara göstərmək niyyətinin olmasını və bununla da talışları türklərə qarşı oyatmaq istədiyini, dəfələrlə Aslana bu işdən çəkinməyi məsləhət bilsə də Aslanın sözdə “hə” deyərək, sonradan yenə də öz bildiyini elədiyini Aslanla “Whatsapp”, “Telegram” və ya bu kimi digər sosial xəbərləşmə vasitələrində ancaq “Whatsapp” da bir neçə qrupda olduqlarını, amma hazırda həmin qrupların adını dəqiq xatırlamadığını, əlində bayraq olan bir nəfər gənc oğlanın şəhərin müxtəlif yerlərində çəkdirdiyi şəkillər və videodakı üzü düşməyən gəncin Təqsirləndirilən şəxs olduğunu, Aslanın əlində olan bayrağın qondarma talış Muğan respublikasının bayrağı olduğunu, Aslanın bu bayraqla çəkdirdiyi şəkilləri Aslanın onunla birlikdə olduğu votsap qrupunda gördüyünü, bu şəkilləri həmin qrupa Aslanın özünün göndərdiyini, bundan başqa Aslanın üzü obyektivə düşməyən, çiyinlərində həmin bayraq olan şəklinin isə “Li ariyan” facebook sosial şəbəkəsində paylaşıldığını, amma bu şəkli sosial şəbəkədə məhz Aslanın paylaşdığını bilmədiyini, Aslanın digər əməllərindən məlumatsız olduğunu göstərdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid8 ifadəsində ailədə 3 qardaş olduqlarını, böyük qardaşı Elvin Şükürzadənin hazırda Rusiya Federasiyasının Sankt – Peterburq şəhərində atası ilə birlikdə yaşayaraq işlədiyini, kiçik qardaşı Ramil Şükürzadənin hazırda anası və onunla yaşadığını, orta məktəb şagirdi olduğunu, anası Mərifə Həşimovanın evdar qadın olduğunu, milliyyətcə talış olduğuna görə Azərbaycan dili ilə yanaşı talış dilini sərbəst bildiyini və danışılanları da yaxşı başa düşdüyünü, hazırda Türkiyənin Samsun şəhərində “19 Mayıs” Universitetinin elektronika mühəndisliyi fakültəsində 4-cü kursda əyani təhsil aldığını, pandemiya ilə əlaqədar Azərbaycanda olduğunu, hazırda işləmədiyini, hərbi xidmətdə olmadığını, sosial şəbəkələrdə instaqramdan (Don_lancone) və votsapdan istifadə etdiyini, instaqramda ancaq özünə aid şəkilləri paylaşdığını, radikal millətçiliyə qarşı olduğunu, yəni həm radikal talış, ləzgi və digər ideyalara, həm də radikal türkçülüyə qarşı olduğunu, Təqsirləndirilən şəxs adlı şəxsi tanımadığını, facebookdan istifadə eləmədiyini, “Whatsapp” da isə müxtəlif qruplarda olduğunu, hazırda isə ancaq özünün ixtisası ilə bağlı tələbə yoldaşları ilə birlikdə “Mühəndislik” adlı qrupda olduğunu, əvvəllər “ƏZ TOLİŞİM” və bu kimi hazırda adını xatırlamadığı talışların olduğu bir qrupda olduğunu, lakin sonradan bu qruplarda gedən söhbətlər ona mənasız gəldiyi üçün və vaxtını lazımsız yerə aldığına görə, həmçinin bu qruplarda gedən söhbətlərin onun düşüncələrinə uyğun olmadığına görə bu cür qruplardan çıxdığını göstərdi. Şahid8 ifadəsinin davamında “Whatsapp” sosial mesajlaşma tətbiqində “ƏZ TOLİŞİM” qrupunda Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 19:28 dəqiqədə, saat 19:29 dəqiqədə, saat 19:31 dəqiqədə, saat 19:32 dəqiqədə, saat 19:34 dəqiqədə, saat 19:36 dəqiqədə paylaşmış olduğu səsli audio mesajları dinlədiyini, həmçinin həmin mesajların talış dilində və Azərbaycan dilində olan mətnlərini nəzərdən keçirdiyini, talış dilində anladığına görə danışılanların hamısını rahat başa düşdüyünü, hazırda “ƏZ TOLİŞİM” adlı qrupda olmasa da qeyd olunan vaxtda yəni 31 may tarixində bu qrupda olduğunu və qeyd olunan səsin həmin qrupda paylaşılmasının şahidi olduğunu və bu səslərə qulaq asdığını, amma bu səsi qrupa Təqsirləndirilən şəxs adlı şəxsin göndərməsinin indi ona məlum olduğunu, yəni Təqsirləndirilən şəxsla şəxsi tanışlığının olmadığını, bu qrupda ondan başqa onlarla çoxlu şəxslərin olduğunu, qrupda olanların demək olar ki, heç birini tanımadığını, qrupa 2020-ci ilin aprel və ya may ayında hazırda adını xatırlamadığı bir nəfər talış gənc tərəfindən salındığını, qrupda olan şəxsləri tanımadığını, qeyd olunan audio yazılardan bu danışığı aparan şəxsin Azərbaycanda yaşayan talışlarla türkləri bir-birinə düşmən eləmək istəyinin və dövlətin ərazi bütövlüyünə qarşı fikirlər səsləndirdiyinin açıq aydın göründüyünü, bu qrupda bəzən belə fikirlərin səsləndirilməsinə görə və özü bu ideyalara qarşı olduğuna görə həmin qrupdan çıxdığını göstərdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid11 ifadəsində 3 il əvvəl, yəni 2017-ci ilin təxminən noyabr ayında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının ondan və onun iş yoldaşı Şahid12 DTX əməkdaşları tərəfindən bir nəfər şəxsin facebook sosial şəbəkəsində yaratdığı səhifələrdə hamı üçün açıq olan paylaşmış olduğu materiallara məhkəmə qərarı əsasında keçirdəcəkləri baxışda iştirak eləməyi xahiş etdiklərini, onlar da buna razı olduqdan sonra DTX əməkdaşı ilə birlikdə DTX-nın inzibati binasına gedərək keçirilən baxışda iştirak elədiklərini, onlarla birlikdə baxışda iki nəfər tərcüməçinin olduğunu, baxış başlanmazdan əvvəl DTX əməkdaşının baxışla bağlı məhkəmə qərarını elan elədiyini və baxışda iştirak edən şəxslər kimi hüquq və vəzifələrinin onlara izah olunduqdan sonra onların iştirakı ilə DTX əməkdaşının kompüter vasitəsilə internetlə facebook sosial şəbəkəsinə daxil olduğunu, həmin sosial şəbəkədə əvvəlcə “Sərbaz Tolışzodə” və sonra “Li Ariyan” səhifələrinə daxil olduğunu, həmin səhifələrdə talış, türk və digər xalqlar haqqında, həmçinin Azərbaycanın tarixi barədə qərəzli və xalqlar arasında ayrı seçkilik salan çoxlu şəkilli və yazılı statusların açıq şəkildə paylaşıldığını, bu statusların məzmununda dövlətə qarşı çıxmaq üçün xalqa çağırış edildiyini və insanlar arasında milli düşmənçilik salındığını, bu status və şəkilləri o, birinci dəfə idi ki, gördüyünü, Azərbaycanda yaşayan insanların burada yaşayan xalqların arasına düşmənçilik salmaq məqsədilə belə şeylər danışa və bu cür materialları internet vasitəsilə yaya biləcəklərinin bu vaxta qədər onun ağlına gəlmədiyini, həmin statuslar və şəkillərin üstündən uzun müddət keçdiyinə görə tam yadında qalmasa da bu materiallara baxarsa dərhal yadına düşəcəyini, yadında qalan qədəri ilə həmin səhifələrdə talışlara aid bayrağın, həmçinin talışlarla türklərin arasında ayrı seçkilik salan fikirlərin paylaşıldığını, həmçinin bir nəfər gənc oğlanın talış bayrağı ilə Bakı şəhərində şəkil çəkdirdiyini xatırladığını, DTX əməkdaşının onun və tərcüməçilərin iştirakı ilə həmin paylaşımları birbir dəqiqliklə nəzərdən keçirdərkən xarici dildə olanları da tərcüməçilər tərcümə etdikdən sonra bu statuslardan əhəmiyyətli hesab etdiklərini diskə köçürdərək, həmçinin çap edərək tərtib etdiyi protokola əlavə etdiyini, onların həmin protokolla tanış olaraq imzaları ilə bu protokolu təsdiq elədikdən sonra baxışın sona çatdığını göstərdi. Şahid11 ifadəsinin davamında “Sərbaz Tolışzodə” və “Li Ariyan” səhifələrində hamıya açıq lentlərdə paylaşılmış materialları həm elektron, həm də çap edilmiş variantda tam olaraq nəzərdən keçirdiyini, həmin materialların onun və digərlərinin iştirakı ilə xx xxxxxx 2017-ci il tarixdə DTX əməkdaşı tərəfindən “Sərbaz Tolışzodə” və “Li Ariyan” adlı facebook sosial şəbəkə hesablarında baxışı keçirilmiş materiallar olduğunu, bu materialları görən kimi dərhal tanıdığını, hər birini diqqətlə nəzərdən keçirdiyini, bu materiallardan “Ey Talışstanım sənə Araz qıymadı bəs hansı zinazadələr səni soydular böldülər oğurladılar bizdən” məzmunlu şərh və şərhə əlavə fotoşəkil, “Bəşdə tarixon soyb beşiki ışdı və oməyon xoş bıbun. Bəşdə dəvardəyon qulə ğandəkəson və oməyon top bəğanden. Öz tarixinə sahib çıx ki gələcəyin olsun Öz keçmişinə gülə atanın gələcəyinə top atarlar Sərbar Tolişzodə” məzmunlu şərh və şərhə əlavə foto şəkil, “İki qardaş xalqın bayraqı Talış və Ləzgi” məzmunlu şərh və şərhə əlavə qondarma “TMR”in və qondarma “Ləzgistan Respublikası”nın bayraqları olan fotoşəkil, “Talışın qanı hesabına yaşiyan Turklər talışın şəhidlərin qanları sizə haram olsun” məzmunlu şərh və şərhin aşağısında hərbi geyim formasında olan, dizində qondarma “TMR”in bayrağı əks olunmuş insan ayağına atılan güllə və sanki ayağın arxasında gizlənən, üzərində Azərbaycan Respublikası bayrağı yerləşdirilmiş, “türkün türkdən başqa dostu yoxdu” ifadəsini söyləyən yaşlı bir kişinin fotosu, “Talış diyasporasından qardaş Tatların haqını mudafiə etdi əlbətdə bakı abşeron tarixi Tat torpaqıdır biz milət olaraq Tatların yanındayıq yetərki onlarda öz qan qardaşları olan bizim Talışlarla birgə olsunlar” məzmunlu şərh, “Mənim üçün Turk duşməndir turkdən qabaq turkə kölə olan bəzi maqurt Talışlar duşmənimdilər. Mənim üçün duşmən içində qardaş axtaranlar zibilikdə eşələnən kuçə itindəndə pisdilər” məzmunlu şərh və şərhə əlavə edilmiş fotoşəkil, “Şimali Tolışston şimali Talışstan” məzmunlu şərh və şərhin aşağısında cənub hissəsi sarı rənglə ayrılmış, yanında qondarma TMR bayrağı yerləşdirilmiş AR xəritəsi və xəritənin sağ aşağı küncündə qondarma TMR-ın bayrağı əks olunmuş fotoşəkil, Üzərində “harda belə hökmət var? bütün dünyaya deyir biz tolerantliyiq, amma özü talişlara zülm çəkdirir. nifrət edirəm belə hökmətə” məzmunlu qeydlər olan fotoşəkil, “Bu iqsadi çöküşə çox sevinirəm bilirəm məzlum xalq zilətə duçar olacaq onsuzda bu xalqa heçnə vermirdilər heç olmasa iqsadi çöküş bu qəsibkarların suqutunu yaxınlaşdırar özləri öz Axırlarını gətirəcəklər inşallah buna görə sevinirəm” məzmunlu status, “Ey Talış zorla alınan haq xoşluğla qaytarılmır azadlığ qurban istər” məzmunlu şərh və əlavəsi, “Rusiya Talışların yeganə dost və dayaq ölkəsidir. Talış bayraqından sonra Rus bayraqını sevirəm” məzmunlu şərh və şərhə əlavə fotoşəkil, “Bu yalandır qəsb edənlə qəsb olunan işğal edənən işğal olunan qətıl olunanla qətıl edən zulum edənlə zulum olunan məzlumla zalim satqınla sadiq həyasızla həyasına burunan soyunu itirənlə soyuna sadiq olanlar əsla bir arada ola bilməzlər xar olsun nökərçilik xar olsun maqurtluğ xar olsun soyundan dönənlər bu əfsanədir bu qardaşlığ minnbir gecə nağlına bənziyir” məzmunlu şərh və əlavə edilmiş fotoşəkil, “Dilini satan bəzi bişərəflər vətənpərvərlikdən danışırlar ay qeyrətsiz vətənpərvərlik bax budur vətənivi dilivi milətivi iki gözüvə belə satmiyasan bir kurd anası həm vətənini həm övladını himayəsinə səfərbər olub yoxsa bəzi boynu yoğun milətini aldadaraq öz madi mənfəyini güdən qeyrətsizlər danışmasın budur Kurd qadının qeyrəti nə övadından nə də vətənindən dönmədilər butun qolu güclü zalmləri məğlub etmək olar əgər qeyrətin olsa” məzmunlu şərh, Talış özünə qayıtmalı öz haqını almalıdır duşmənin hiləsini dəğ etmək üçün butun fitnədolu nağılara son verilməlidir” məzmunlu status, “Bir Talışın qabağda gedəni kimi özünü görsədənlər Talış gəncliyinə sən talış deyilsən səbəb turkə nifrətdir sonrada özünü Talışın haqı üçün fədakar görsədənlər mənim üçün heşkimdilər onları vecimə almıram ləhnət olsun turkə və onlara nökər olan xayinlərə kaş pkk qadınların qeyrətinin yarısının yarısı sizdə olaydı” məzmunlu status, “Bir qövm öz vəziyətini dəyişmiyincə Allahda onun halını dəyişməz hər şey Talışların öz əlindədirya rəzalət ya ədalət” məzmunlu status, “Rəd olsun Turkun bitun təbəqəsiylə qardaşlığ suni şiə turk deyilmi suni şiə Talışa separaçı deyən bəs bu itlər separaçı deyilər? vicdansız türklər” məzmunlu şərh və şərhin aşağısındakı fotoşəkil, “Lazım gələndə bizi aldatmağın yolarını yaxşı bilirsiz mən şiəyəm ama əsla dini inanclarımı mili kimliyimin məhfinə isfadə olunmasına imkan vemərəm xeyr bizi sizlə artıq heç bir şuar birləşdirmir bu birlik dilimizin tariximizin turkləşdirmə fərmanı çıxdığı bizi ləçəyə mili kimliyimizə görə telviziyalarda təkir olunduğu alimlərimiz qətıl və surgun olunduğu gün birlik adlanan saxta dosluğ öldü bizə olunan zulumun muqabilində sizin sukut etdiyiniz bizi osmanlı qan içənlərə dəyişdiyiniz. Gün butun şuarlar öldü artıq bizim bir şuarımız var azadliğ ədalət vahidlik milət kimi var olmağ əmə həmən tolişimon Bizim Azadlığımız olsa onda dinimizdə lazımincə xidmət edə bilərik musəlman Talış və qeyri musəlman Talış birdir artıq bizi birləşdirən şuarda əmə Həmən Tolışimon əmə həmən Teşnəyi Azadimon” məzmunlu status. “Salam boşu tu ey Sərdarey mən mən iftixarmikonim mən fədaye sərbazey hədəfey tu əstim mən iftixarmikonim tu rəpərey mən ey Şahənşahey Ariya” (“Mən səninlə fəxr edirəm mənim başçım sənin yolunda özümü fəda edərəm ey mənim rəhbərim ey ari şahənşahım”) məzmunlu şərh və qondarma TMR bayrağı olan şəkilin “Sərbaz Tolışzodə” səhifəsində paylaşıldığını, Əynində göy rəngli cins şalvar və qara rəngli gödəkcə olan açıq havada parka bənzər ərazidə gündüz vaxtı əllərində qondarma “TMR”-in bayrağını çiyinlərinin üstünə qaldıraraq arxası obyektivə şəkil çəkdirmiş kişinin fotosunun və “Salam gözəl Talış xalqım sizdən xahişim ayın 15 pılanlaşdırılmış saxta müxalifətin saxta aksiyalarına qatılmayın imkan vermiyək yenədə kimlərsə öz madi və mili marağları üçün bizi qurban versinlər bu 4. partiyanın heç birisi bizi təmsil etmir söhbət Talışın mili haqlardan getdiyi an 4 də eyni münasibət numaiş edilər yapı öz anti Talış və Turkçuluğ dərsini Turkçu və anti Talış olan Müsavatdan alıb müsavatın elçibəyin 1990 ilərdə Talış xalqına qarşı tutduğu divanları unutmayın bu X32 Yap hamsı anti Talışdır paniturk cinayatkarlardan ibarətdilər bunlara hər hansıyla əməkdaşlığ yolverilməz və qəbuledilməzdır bunların hansına Talışın mili mənəvi siyasi haqların bərpasının vacibliyini desəz dərhal sizi xayin Fars cəsusu adlandıracağlar qoyun bunların başları bir birinə qarışsın bizsə öz birliyimizi dirçəliyimizi qurağ bizə sağlam gənclik mili ruhda olan cəmiyət sağlam duşuncə fədakar rəhpər lazımdır biz öz milikimliyimizi haqımızın bərpasının yazılı və qanuni olaraq müzakirəyə çıxarılmiyincə tanınmiyincə bunlarla əməkdaşlığ etmək miləti bilərəkdən qırğına vermək deməkdir bu mumkun olmiyincə onların hər hansıyla əməkdaşlığ Talış xalqın tərəfindən qınağ obektinə çevrilməlidir ən əsası bu hərəkət yol verilməzdir bizi burda heç bir partiya təmsil etmir Saxta aksiyalara qoşularaq varlamağ və hakimət davası edənlərin kirli oyunların qurbanına çevrilməyin” məzmunlu statusun isə “Li Ariyan” adlı facebook səhifəsində paylaşılmış olduğunu və o da baxış zamanı bu paylaşılmış materialların həmin səhifələrdə paylaşıldığının şahidi olduğunu göstərdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid12 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid13 ifadəsində 2020ci ilin təxminən iyul ayının ortalarında işi ilə əlaqədar ərazidə olarkən ona Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının zəng edərək, özlərini təqdim etdiklərini və onlar tərəfindən Binə qəsəbəsindəki bir evdə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi ondan xahiş elədiklərini, o da bir vətəndaş kimi bu xahişi yerə salmayaraq buna razılıq verdiyini, onlarla və Səməd adlı digər bir hal şahidi ilə birlikdə Binə qəsəbəsində Südçülük sovxozu ərazisində yerləşən bir həyət evinə yollandıqlarını, DTX əməkdaşlarının həmin evin qapısını döydüklərini və qapını açan şəxsə özlərini təqdim edib bu evdə Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığını tam dəqiqləşdirdikdən sonra məhkəmə qərarı əsasında həmin evə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirmək istədiklərini bildirdiklərini, qapıda söhbət etmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu biləndən sonra DTX əməkdaşları məhkəmə qərarı ilə Təqsirləndirilən şəxs tanış etdikdən sonra sonuncu, baxış keçirilməsinə etiraz etmədiyini, baxış başlanmazdan əvvəl DTX əməkdaşı məhkəmə qərarı ilə yanaşı baxışda iştirak edən şəxslər kimi hüquq və vəzifələrini onlara izah elədiklərini, baxış zamanı Təqsirləndirilən şəxs yatdığı otaqdakı dolabdan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin, 1 ədəd ona məxsus “Xiaomi red mi” markalı mobil telefonunun və bir neçə ədəd müxtəlif bayraqların aşkar olunduğunu, həmin bayraqlar barədə Aslanın dediklərindən bu bayraqların qondarma “Talış Muğan Respublikası”nın, Livanda yerləşən Hizbullah adlı təşkilatın, İran İslam Respublikasının və bir də şiə dindarların dini mərasimlərdə adətən istifadə etdikləri İmam Hüseyn-in bayraqları olmasının ona orada məlum olduğunu, baxış keçirilən ünvandan aşkar edilmiş bu əşyaların DTX əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənib götürüldüyünü və bu barədə yazılmış protokol onlara ucadan oxunduqdan sonra həmin protokolu imzaladıqlarını göstərdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid14 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid5, Şahid6, Şahid9 və Şahid10 ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Şahid1 tədqiq olunan həmin ifadəsində ailədə bir bacı bir qardaş olduqlarını, bacısının ailəli olduğunu, ailəsi ilə birlikdə Ərkivan qəsəbəsində yaşadığını, atasının hazırda Rusiya Federasiyasının Moskva şəhərində usta işlədiyini, anasının evdar qadın olduğunu və onunla birlikdə yaşadığını, özünün ailəli olduğunu və müddətli həqiqi hərbi xidmətini başa vurduğunu istintaqa göstərmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, bir talış gənci kimi Azərbaycanda yaşayan talışların öz dillərində ibtidai təhsil almaq, özlərinin mədəniyyətini təbliğ etmək hüquqlarının olduğunu düşündüyünü və onunla eyni fikirli olan talış gəncləri ilə bu barədə aralarında söhbətlər olduğunu lakin o, heç vaxt insanları milliyyətinə və dininə görə ayırmamışdır. Azərbaycan torpağında yaşayan xalqların bir-biri ilə sülh və əmin-amanlıq şəraitində qarşılıqlı anlayış göstərməklə yaşamalarının tərəfdarı olmuşdur. Hazırkı dövrdə isə o, hesab etmişdir ki, dövlətin hər şeydən əvvəl həll etməli ən böyük problem Qarabağ məsələsidir. Bu məsələ həll olunduqdan sonra digər problemlərlə məşğul olmağın mümkün olduğuna inanmışdır. Həmçinin o, işğalçı Ermənistanın Azərbaycanda yaşayan xalqların nümayəndələrini dövlətimizə qarşı çıxarmaq üçün min bir hiyləyə əl atdıqlarını hazırda sosial şəbəkələrdən şahidi olduğu üçün həmçinin öz əhatəsində olan gənclərə də bu hiylələrə aldanmamağı məsləhət bilmişdir. O, bilirmiş ki, talışları öz dilində təhsil və mədəniyyət adı ilə ermənilər həmişə öz tərəflərinə çəkməyə cəhd etmişlər. Ali təhsilli bir gənc kimi monoetnik ölkə olan Ermənistanın heç vaxt digər xalqların hüquqlarına hörmət etməyib və etməyəcəyini, bunun sadəcə olaraq ermənilərin xüsusi xidmət orqanlarının Azərbaycanı zəiflətmək üçün olan oyunlarının olduğunu dərk etmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında doğulandan tələbəlik illəri istisna olmaqla, Masallı rayonunun Ərkivan qəsəbəsində yaşadığını, internetdə sosial şəbəkələr vasitəsilə digər talış gəncləri ilə əlaqəsinin olduğunu, 2011-2012-ci ildən sosial şəbəkələrdən istifadə eləməyə başladığını, “facebook”, instaqram, “Kontakt” “votsap”, “teleqram” kimi sosial şəbəkələrdən istifadə elədiyini, hazırda facebookda “Yusif Rəhimi” adı ilə qeydiyyatdan keçdiyini, həmin profildə adətən yaşadığı zonanın mənzərəsini və insanlarını paylaşdığını, hərdən də özünün yazdığı şerlərini paylaşdığını, digər sosial şəbəkələrdə isə aktiv olmadığını istintaqa göstərmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında Təqsirləndirilən şəxs ilə tanışlığının təxminən 2016-cı ildən sosial şəbəkələrdən sonuncunun əvvəllər öz adına olan, hazırda mövcud olmayan “Aslan Pirani” adlı səhifəsindən başlandığını, həmin səhifədə Təqsirləndirilən şəxs talışların tarixi və mədəniyyəti barədə materialları aktiv şəkildə paylaşdığına görə onun diqqətini bir talış gənci kimi cəlb elədiyini, sonradan onların tanışlıqlarının virtual həyatdan real həyata keçdiyini, ilk vaxtlarda onların talış xalqının gələcəyi və tarixi haqqında fikirlərinin üst-üstə düşdüyünü, müzakirələrində orta məktəblərdə talış dilinin tədris olunmağını arzuladıqlarını və bunun üçün dövlətin atacağı addımları, həmçinin talışların təhsil və mədəniyyət hüquqlarının dinc yolla bərpa edilməsi yollarını müzakirə etdiklərini, bu müzakirələri təkcə Aslanla deyil, onunla eyni düşüncədə olan digər talış gəncləri ilə həm internetdə həm də real həyatda görüşərək apardığını, Aslanı talışların hüquqlarını müdafiəsi üçün çalışan bir fəal gənc kimi qiymətləndirdiyini, Aslanla onun münasibətlərinin sonuncu, tutulan vaxta qədər həmişə mehriban olduğunu və Aslanla aralarında xırda fikir ayrılıqlarının olmasına baxmayaraq demək olar ki, aralarında heç vaxt inciklik olmadığını, hətta 2019-cu ildə Aslanın onun toyunda iştirak elədiyini göstərmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında Təqsirləndirilən şəxsla birlikdə təxminən 2019-cu ildə “Aztolyshim” votsap qrupunda olduqlarını, həmin qrupda təxminən müxtəlif vaxtlarda 100 nəfərə yaxın hamısını tanımadığı talış təəssübkeşlərinin olduğunu, bu qrupun sırf talışlarla bağlı qrup olduğunu, bu qrupda talışların sosial və mədəni problemləri haqqında fikirlərini bölüşərək, həmçinin müxtəlif yazılar və şərhlər paylaşdıqlarını, Aslanın da bu qrupda özünün talışlarla bağlı fikir və mülahizələrini mütəmadi olaraq paylaşdığını göstərmişdir. Bundan başqa Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında Təqsirləndirilən şəxs “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” adlı facebook profillərinin onun facebookda açdığı profillərdə dostluq siyahısında olduğunu, lakin o, bu səhifələrin Təqsirləndirilən şəxs tərəfindən açılaraq idarə olunduğu barədə məlumatlı olmadığını, bu səhifələrdə adətən radikal və separatçı statuslar paylaşıldığına görə bu səhifələrin Azərbaycanda yaşayan şəxslər tərəfindən idarə olunduğu ağlına gəlmədiyini, amma o, bu profilləri həmişə talışların tarixi və guya talışların tarixi və əzəli torpaqlarının türklər tərəfindən işğal olunması, həmçinin talış bayrağının şəkilləri və bu kimi digər şəkil və statusları paylaşan səhifələr kimi izlədiyini, lakin onun bildiyinə görə son zamanlar həmin profillər demək olar ki, bağlı olduğunu göstərmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” facebook səhifələrində Təqsirləndirilən şəxs tərəfindən paylaşılmış statuslar, şəkillər və digər materialların bu sosial şəbəkə profillərində əvvəllər dəfələrlə paylaşıldığının şahidi olmuş, Təqsirləndirilən şəxs bəzən “Aztolyshim” votsap qrupunda da talış bayrağı ilə birgə şəkillərini və bu kimi başqa müxtəlif materialları paylaşdığını da xatırlamışdır. Təqsirləndirilən şəxs həmin səhifələrdə paylaşdığı materiallar barədə onunla söhbətlər etmişdir. O, Aslanın ən çox türklərə qarşı aqressiv olmasını və türkləri alçaldan, digər xalqlarla talışların arasını vuran söhbətlər etdiyini, Təqsirləndirilən şəxs fikrincə türklər talışların tarixi torpaqlarını zəbt etmiş və hazırda da Azərbaycan dövlətinin ərazisində yaşayan talışların dili türklərin guya apardıqları siyasət nəticəsində assimilyasiyaya uğradılmaqda davam etdiyini bildirmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında adı çəkilən facebook səhifələrində paylaşılmış «Mənə lazım deyil özgələrin, yadların çölüyündən gələnlərin bayrağı...» məzmunlu və «Talış dövlətini işğal edərək özünə tabe etmək istəyi Osmanlıların maraqlarına xidmət edirdi; Talışda, Şirvanda, aranda qurulan dövlətin adı Azərbaycan adlandırıldı» məzmunlu, «harda belə hökmət var? bütün dünyaya deyir biz tolerantliyiq, amma özü talişlara zülm çəkdirir. nifrət edirəm belə hökmətə» məzmunlu, «Ey Talış zorla alınan haq xoşluğla qaytarılmır azadlığ qurban istər» məzmunlu, «Talışın qanı hesabına yaşayan Turklər talışın şəhidlərin qanları sizə haram olsun» məzmunlu statusların və materiallarda olan digər statusların məzmununa oxşar fikirləri Təqsirləndirilən şəxs onunla söhbətlərində səsləndirsə də bu cür statusları facebookda paylaşması barədə ona demədiyini, bu səhifələrin dostluğunda çox saylı izləyicilərinin olduğunu demişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında Təqsirləndirilən şəxs tərəfindən 2018-ci il dekabr ayının 21-dən 22-nə keçən gecə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkda hərəkət edən hər kəsin müşahidə edə biləcəyi ərazidə dəmir məhəccərlərin üzərinə yazılmış «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» və həmin ərazidə yerdəki daşın üzərinə yazılmış «Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan» yazıları barədə, həmçinin həmin yazıların xx xxxxxx 2018-ci ildə Təqsirləndirilən şəxs tərəfindən mobil telefon vasitəsilə videoya çəkilərək sonradan bu görüntülərin “Fenix.press” saytı vasitəsilə informasiya saytlarında və sosial şəbəkələrdə yayılması üçün Rusiya Federasiyasında yaşayan talış separatçısı Zabil Məhərrəmova göndərməsi kimi Təqsirləndirilən şəxs əməlləri barədə verdiyi ifadəsində o, X18 Federasiyasında yaşadığını və özünü talışların hüquqlarını müdafiə edən şəxs kimi təqdim edərək özünə məxsus youtube kanalında verilişlər apardığını, talış gəncləri də həmin şəxsin bu verilişlərinə baxdığını, talışların adət-ənənəsi, dili və təməl hüquqları ilə bağlı talış gənclərinin fikirlərinə bu verilişlərin də müəyyən qədər təsirinin olduğunu, Təqsirləndirilən şəxs da digər talış gəncləri kimi Zabili izlədiyini və hətta sonuncu ilə votsapla əlaqəsinin olduğunu, Təqsirləndirilən şəxs bulvarda paylaşdığı yazılar barədə Aslanın ona şəxsən məlumat verdiyini, belə ki, qeyd olunan şüarlar internetdə xəbər saytlarında çıxan zamanlarda Aslan votsapla, həmçinin üzbəüz onunla görüşündə ona bu barədə etiraf eləyərək bulvardakı məhəccərlərin və daşın üzərinə həmin separatçı fikirləri yazaraq və sonra videosunu çəkərək Rusiyada yaşayan Zabilə informasiya saytlarında yaymaq üçün göndərdiyini, Zabilin də “Fenixpress” saytında bunu xəbər kimi paylaşaraq guya türklərin Azərbaycandakı digər xalqlara qarşı ayrı seçkilik saldığını məqsədli şəkildə yazdığını, o, bunu eşidəndə nə məqsədlə belə hərəkət elədiyini Aslandan soruşduqda Aslan ona Azərbaycanda olan türklərin digər xalqlara qarşı guya amansız olduğunu həm talışlara həm də buradakı digər xalqlara göstərmək istədiyini və bununla da talışları türklərə qarşı oyatmaq fikrində olduğunu dediyini, dəfələrlə Aslana belə təhlükəli oyunlardan çəkinməyi məsləhət bilsə də Aslan yenə də öz bildiyini elədiyini demişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında Bakı şəhəri Yasamal rayonu ərazisində “Yaşıl kafe” adlanan çay evində iki nəfər şəxsin məhkəmə qərarı əsasında danışığının yazıldığı kompakt diskdəki audio yazılar barədə verdiyi ifadəsində qulaq asdığı diskdə olan danışıqlardakı şəxsin birinin özü, digəri isə Təqsirləndirilən şəxs olduğunu, bu danışığı Təqsirləndirilən şəxsla təxminən 2018-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Yaşıl kafe” adlanan çay evində kabinetdə ikisinin apardığını, onlardan başqa həmin söhbətdə heç kimin olmadığını, bu görüşdə Aslanın ona 2018-ci il dekabr ayının 21-dən 22-nə keçən gecə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkda hərəkət edən hər kəsin müşahidə edə biləcəyi ərazidə dəmir məhəccərlərin üzərinə yazdığı «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» sözlərini və həmin ərazidə yerdəki daşın üzərinə isə «Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan» sözlərini xx xxxxxx 2018-ci ildə mobil telefonu vasitəsilə videoya çəkib sonradan bu görüntüləri “Fenix.press” saytı vasitəsilə informasiya saytlarında və sosial şəbəkələrdə yayılması üçün Zabil Məhərrəmova göndərməsi barədə məlumat verdiyini, hətta Aslanın danışığından bu işi görəndə çox qorxaraq ehtiyatlı şəkildə həyata keçirdiyinin hiss olunduğunu, Aslanın bu cür cəsarətli addım atmağına təəccübləndiyini və bu işi Aslanın gördüyünə inanmadığını, lakin Təqsirləndirilən şəxs ona həmin işi gördüyünü təfsilatı ilə danışdıqdan sonra Təqsirləndirilən şəxs belə əməli törətdiyinə əmin olduğunu, hətta bu hərəkətindən sonra Təqsirləndirilən şəxs ona deməsinə görə 2019-cu ilin yanvar ayında guya ölkədə türklərin talışlara qarşı radikal və düşmən fikirli olduqlarını göstərmək məqsədilə türklərin adından Orduxan adlı şəxsi müdafiə edən və talışları təhqir edən şüarları Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan bağı” adlanan ərazidə iki yerdə yazaraq, videosunu çəkib Aslanın deməsinə görə Zabilə göndərməsini, sonuncunun da bu materialı internetdə paylaşmasını, hətta bir neçə dəfə Aslanı bu işlərinə görə məzəmmət edərək, gələcəyinin yaxşı olmayacağını xatırlatmasını, qeyd olunanlardan başqa Aslanın bu kimi əməllər yol verməsindən məlumatının olmadığını, Aslanla “Whats app”, “Telegram” və ya bu kimi digər sosial xəbərləşmə vasitələrində əlavə qruplarda olduğunu xatırlamadığını, istintaq materiallarında əlində bayraq olan bir nəfər gənc oğlanın şəhərin müxtəlif yerlərində çəkdirdiyi şəkilləri və videonu nəzərdən keçirdərək, bu şəkil və videodakı gəncin Təqsirləndirilən şəxs olduğunu, Aslanın əlində olan bayrağın qondarma Talış Muğan respublikasının bayrağı olduğunu, Aslanın bu bayraqla çəkdirdiyi şəkillərin birlikdə üzvü olduqları votsap qrupunda da gördüyünü, bu şəkilləri həmin qrupa Aslanın özünün atdığını, bundan başqa Aslanın üzü kameranın obyektivinə düşməyən, çiyinlərində həmin bayraq olan şəklin isə “Li ariyan” facebook sosial şəbəkəsində paylaşıldığını, amma bu şəkli Aslanın özünün sosial şəbəkədə paylaşdığını bilmədiyini, Təqsirləndirilən şəxs onunla söhbətlərində təlimlərdə iştirak etmək adı ilə və yaxud başqa bir bəhanə ilə ondan şəxsiyyətini təsdiq edən sənədin surətini istədiyini xatırlamadığını, bir dəfə Aslanla birlikdə İranın Tehran şəhərində gəzmək məqsədilə olduğunu, orada hər hansı dövlət işçisi ilə görüşmədiyini, oraya getməkdə məqsədlərinin İranın talış bölgəsi ilə, həmin bölgənin insanları ilə tanış olmaq və oradakı talışlarla Azərbaycan ərazisindəki talışların oxşar və fərqli cəhətlərini müəyyən etmək olduğunu, İranda “Az tolışim” qrupunda tanış olduqları Həmid adlı şəxs və həmin şəxsin əmisi oğlu Behnamla gəzdiklərini, bu şəxslərin Aslanın tanışları olduğunu, bu şəxslərlə əyani olaraq İranda tanış olduğunu, Həmidin ofisiant köməkçisi işlədiyini, Tehranda işi ilə əlaqədar yaşadığını, Behnamın isə Həşpər şəhərində adını bilmədiyi kənddə yaşayaraq, kənd təsərrüfatı ilə məşğul olduğunu, bu şəxslərlə əlavə hər hansı münasibətlərinin olmadığını və onun bu şəxslərlə bundan sonra görüşünün olmadığını bildirmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında “Whats app” sosial mesajlaşma tətbiqində onun da üzv olduğu “ƏZ TOLİŞİM” qrupunda Təqsirləndirilən şəxs xx xxx 2020ci il tarixdə saat 19:28 dəqiqədə, saat 19:29 dəqiqədə, saat 19:31 dəqiqədə, saat 19:32 dəqiqədə, saat 19:34 dəqiqədə, saat 19:36 dəqiqədə paylaşmış olduğu və hazırda istintaq materiallarında olan səsli audio mesajları dinləyərək, həmçinin həmin mesajların talış dilində və Azərbaycan dilində olan mətnlərini nəzərdən keçirdərək talış dilində anladığına görə danışılanların hamısını rahat başa düşdüyünü, bu danışıqlara qulaq asan kimi Aslanın səsini tanıdığını, həmin səslərin Təqsirləndirilən şəxs məxsusluğunu, 2020-ci il 31 may tarixində bu votsap qrupunda olduğunu, qeyd olunan səsləri həmin qrupda Aslanın paylaşdığı zaman dinlədiyini xatırladığını və bu qrupda o, Aslanın qeyd olunan fikirlərini eşitdiyini, Aslanın fikirlərinin həmişə bu cür olduğunu və bu fikirlərini çəkinmədən həm ikilikdə olan söhbətlərində həm də müxtəlif qruplarda və şəxslərin yanında danışdığını, belə fikirləri tanımadığı şəxslərin yanında səsləndirməməyi həmişə Aslana məsləhət bilsə də Aslanın onun məsləhətlərini dinləmədiyini, Aslanın audio yazılardakı bu danışıqlarından Aslanın Azərbaycanda yaşayan talışlarla türkləri bir-birinə düşmən eləmək niyyətinin və dövlətin ərazi bütövlüyünə qarşı fikirlərinin açıq aydın göründüyünü, hazırda da “ƏZ TOLİŞİM” adlı qrupda olduğunu, Aslanın isə tutulduğu üçün qrupun adminləri (inzibatçıları) tərəfindən bu qrupdan xaric edildiyini bildirmişdir (iş vərəqə: cild İİ, səh. 110-116; cild İİİ, səh. 4-6). Şahid5 tədqiq olunan həmin ifadəsində ailədə iki bacı, bir qardaş olduqlarını, bacılarının ikisinin də ailəli olduqlarını, kiçik bacısı Lalə Mahmudovanın ailəsi ilə birlikdə Kanadada yaşadığını və evdar qadın olduğunu, əri X20 neft şirkətində işlədiyini, böyük bacısı Həbibova Ülviyyənin də ailəli evdar qadın olduğunu, əri X23 hava limanında şöbə rəisi işlədiyini, Lənkəranda yaşadıqlarını, ata və anasının hazırda işsiz olduqlarını və onunla birlikdə yaşadıqlarını, anasının əvvəllər dərzi işlədiyini, atasının isə alverlə məşğul olduğunu, özünün orta təhsilli olduğunu, hərbi xidmətini başa vurduqdan sonra müxtəlif yerlərdə işləsə də hazırda işsiz olduğunu, dükanda satıcı kimi uzun illər işlədiyini, bundan başqa optik eynək satışı mağazasında işlədiyini, milliyyətcə talış olduğunu, radikal türkçülük, həmçinin radikal talış ideyalarına qarşı olduğunu, həmişə Azərbaycan torpağında yaşayan xalqların bir-biri ilə sülh və əmin-amanlıq şəraitində qarşılıqlı anlayış göstərməklə yaşamalarının tərəfdarı olduğunu, doğulandan Bakı şəhərində yaşadığını, ömrünün 5-6 ilini Lənkəranda yaşadığını, sosial şəbəkələrdə ancaq facebook dan istifadə elədiyini, hazırda iki profildən istifadə elədiyini, bu profillərdən birinin adının “Orxan Habib”, digərinin isə “Talış diyarı” olduğunu, bu səhifələrdə ancaq Azərbaycan barədə qanunla qadağan olunmayan statuslar paylaşdığını, radikal millətçiliyə qarşı olduğuna görə adətən radikal türkçülüyü və ya radikal talışçılığı tənqid edən yumoristik statuslar da paylaşdığını, “Talış diyarı” adlı səhifəsində ən çox talışların yaşadığı Azərbaycan rayonlarının səfalı guşələrini, həmçinin talışların mədəniyyəti və tarixi barədə məlumatlar paylaşdığını, bu paylaşımlarının da heç biri qadağan olunan və dövlətinə və ölkəsinə qarşı materiallar olmadığını, əvvəllər “Orkhan Habibon” adlı səhifəsinin də olduğunu, iki il olar ki, həmin səhifəni işlətmədiyini, ümumiyyətlə parolları unutduğu üçün profilləri bir-iki ildən bir dəyişməyə məcbur olduğunu, Təqsirləndirilən şəxs facebook sosial şəbəkəsindən təxminən 2015-2016-cı illərdən fəal talış gənci kimi tanıdığını, Aslanın onun diqqətini ilk vaxtlarda öz adından facebookda açdığı profildə talış xalqının öz dilində təhsil və mədəniyyət hüquqları barədə etdiyi paylaşımları ilə düşdüyünü, həmin vaxtlarda Aslanın radikal və ya separatçı statuslar yazmadığını, sadəcə olaraq talış xalqının Azərbaycanda cənub zonasındakı orta məktəblərdə talış dilində təhsil almağını arzu edən statuslar paylaşdığını, Aslanın sosial şəbəkədəki paylaşımları onda Aslan haqqında bir talış gənci kimi öz xalqını sevən bir insan təəssüratı yaratdığını, buna görə onda Aslanla yaxından tanış olmaq həvəsi oyandığını və bu şəxslə üzbəüz əyləşib fikir mübadiləsi eləmək arzusunda olduğunu, bundan əlavə talışların öz dilində təhsil almaq və mədəniyyətlərini yaşatmaq hüququ olduğunu düşünən gənclərin votsap qruplarında Aslanın da olduğunu və hazırda həmin qrupun mövcud olmadığını və silindiyini, Təqsirləndirilən şəxsla sosial şəbəkələrdə və daha sonra votsap qrupunda yazışaraq daha yaxından tanış olandan sonra mütəmadi olaraq votsap vasitəsilə yazışıb və telefonla danışdığını, həmçinin iki dəfə üzbəüz görüşdüyünü, həmin görüşlərin son bir ildə, yəni 2019-cu ildə Bakı şəhərində Dəniz kənarı Milli parkda yarım saatlıq müddətdə olduğunu, bu görüşlərdə talışlarla bağlı apardıqları söhbətlər zamanı artıq Aslanın bir qədər radikallaşdığını hiss etdiyini, ona görə də hətta Aslana bir qədər bu cür fikirlərindən daşınmağını da məsləhət bildiyini, təxminən 2018-ci ilin əvvəllərində o, Lənkəranda yaşadığı müddətdə Təqsirləndirilən şəxsla votsap danışıqlarının birində Aslanın ondan Lənkəranın icra başçısı Taleh Qaraşovun işə gedibgəlmə vaxtlarını müəyyən etmək üçün həmin şəxsi izləməyi ondan xahiş elədiyini, Aslanın sözlərinə görə Aslan bu barədə Rusiyada yaşayan Emin adlı şəxsdən tapşırıq aldığını və icra hakimiyyəti başçısının marşrutu barədə Eminə məlumat verəcəyini, lakin o, Aslandan bir qədər sərt formada icra başçısını niyə izləməli olduğunu soruşsa da Aslan ona bunun səbəbini demədiyini, o da Aslanın bu xahişinə etiraz edərək adam izləməyin qanunsuz olduğunu dediyini, bu barədə bir daha heç bir danışıqlarının olmadığını, Təqsirləndirilən şəxs Lənkəranın icra hakimiyyəti başçısının işindən narazı olmağı barədə digər lənkəranlılarla fikir mübadiləsi olsa da heç vaxt Lənkəranın icra başçısına və yaxud digər vəzifəli şəxsinə qarşı qanunsuz hərəkətlər etmək fikrində olmadığını, Aslanın da bu şəxsin həyatına sui qəsd olunacağı barədə ona heç nə demədiyini, Aslandan izlənmənin səbəbini soruşanda sadəcə olaraq hələlik həmin şəxsin izlənilməsi barədə tapşırıq gəldiyini Aslanın ona deməsini, buna görə bu şəxsin öldürülmək üçün izlənilməsinin ağlına gəlmədiyini, “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” adlı profillərin onun facebook səhifəsində açdığı profillərdə dostluq siyahısında olduğunu, lakin o, bu səhifələrin Təqsirləndirilən şəxs tərəfindən açıldığını və idarə olunduğunu bilmədiyini, bu səhifələrdə adətən radikal və separatçı statuslar paylaşıldığı üçün bu səhifələrin əsasən xarici ölkələrdə yaşayan talışlar tərəfindən idarə olunduğunu düşündüyünü, lakin mən bu səhifələrdə paylaşılan materialları gördüyünü, cinayət işinin materiallarında olan “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” facebook səhifələrində Təqsirləndirilən şəxs tərəfindən paylaşılmış statuslar, şəkillər və digər materialların həmin sosial şəbəkə profillərində əvvəllər dəfələrlə paylaşıldığının şahidi olduğunu, bu səhifələrdə son vaxtlar heç nə paylaşılmadığını, hazırda bu səhifələrin fəaliyyət göstərmədiyini, amma fəaliyyət göstərən zamanlar Azərbaycan dövlətinin suverenliyinə, ərazi bütövlüyünə və milli və etnik zəmində separatçılıq salan bu cür statusların həmin səhifələrdə paylaşıldığının mütəmadi şahidi olduğunu, onun fikrincə ondan başqa bu səhifələrə üzv olan çox saylı şəxslərin bu materialların həmin səhifələrdə paylaşıldığının şahidi olduğunu düşündüyünü, Təqsirləndirilən şəxsla “WhatsApp”, “Telegram” və ya bu kimi digər sosial xəbərləşmə vasitələrində ancaq “WhatsApp” da bir qrupda olduğunu, hazırda adını xatırlamadığı həmin qrupun mövcud olmadığını, bundan başqa Təqsirləndirilən şəxsla birlikdə heç bir qrupda olmadığını, sonuncu, tutulan vaxtı heç bir qrupda birlikdə olmadığını, Təqsirləndirilən şəxsla ancaq şəxsidə yazışaraq danışdığını, istintaq materiallarında olan müxtəlif yerlərdə əlində bayraq şəkil və video çəkdirən və üzü düşməyən gəncin Təqsirləndirilən şəxs olduğunu, Aslanın əlində olan bayrağın qondarma Talış Muğan Respublikasının bayrağı olduğunu, Aslanın bu bayraqla çəkdirdiyi şəkillərin birlikdə olduqları votsap qrupunda gördüyünü, bu şəkilləri həmin qrupa Aslanın göndərdiyini, bundan başqa Aslanın üzü obyektivə düşməyən çiyinlərində həmin bayraq olan şəklinin isə “Li ariyan” facebook sosial şəbəkəsində paylaşıldığını, amma bu şəklin məhz Aslan tərəfindən sosial şəbəkədə paylaşdığı barədə məlumatlı olmadığını, bu şəklin Aslan tərəfindən sosial şəbəkə səhifələrində paylaşıldığının indi ona aydın olduğunu, Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkda hərəkət edən hər kəsin müşahidə edə biləcəyi ərazidə dəmir məhəccərlərin üzərinə «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» sözlərinin və həmin ərazidə yerdəki daşın üzərinə isə «Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan» sözlərinin internetdə xəbər saytlarında çıxandan təxminən 10 gün sonra votsapda şəxsi yazışmalarında və yaxud danışıqlarının birində Aslanın ona bu barədə etiraf eləyərək, bulvardakı məhəccərlərin və daşın üzərinə həmin separatçı fikirləri Aslanın özünün yazmış olduğunu və sonra videosunu çəkərək Rusiyada yaşayan Zabilə informasiya saytlarında yaymaq üçün göndərdiyini, o, bunu eşidəndə nə məqsədlə Aslanın belə hərəkət elədiyini soruşduqda Aslan ona Azərbaycanda olan türklərin digər xalqlara qarşı guya amansız olduğunu həm talışlara həm də buradakı digər xalqlara göstərmək istəyinin və bununla da talışları türklərə qarşı oyatmaq istəyinin olduğunu dediyini, o, isə Aslanın bu hərəkətinin yaxşı iş olmadığını və Aslana bu əməllərdən çəkinməsini məsləhət gördüyünü, milli mənsubiyyətindən asılı olmayaraq xalqlar arasında qəsdən düşmənçilik salmağın yaxşı iş olmadığını, məqsədli şəkildə xalqlar arasında radikallıqla düşmənçilik salmağın heç də yaxşı əməl olmadığını düşündüyünü bildirmişdir (iş vərəqə: cild İİ, səh. 92-97). Şahid6 tədqiq olunan həmin ifadəsində 2006-cı ildə qəsdən adam öldürməyə cəhd cinayətinə görə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, 2015-ci ildə cəzasını çəkib azadlığa çıxdığını, hazırda X22 ilə ailəli olduğunu, övladının olmadığını, Rusiyanın Dağıstan Respublikasında fəhləlik elədiyini, hazırda pandemiya ilə əlaqədar Astarada yaşayaraq kənd təsərrüfatı ilə məşğul olduğunu, həyat yoldaşının işləmədiyini, bir talış kimi Azərbaycanda yaşayan talışların öz dillərində ibtidai təhsil almaq, özlərinin mədəniyyətini təbliğ etmək hüquqlarının olduğunu düşündüyünü və onunla eyni fikirli olan talışlarla bu barədə aralarında müzakirələr olduğunu, lakin heç vaxt insanları milliyyətinə və dininə görə ayırmadığını, Azərbaycanda yaşayan xalqların bir-biri ilə sülh və əminamanlıq şəraitində qarşılıqlı anlayış göstərməklə yaşamalarının tərəfdarı olduğunu, sosial şəbəkələrdən istifadə eləmədiyini, 2018-ci ildən votsapdan istifadə etdiyini, Təqsirləndirilən şəxs tanımadığını, heç bir münasibətinin olmadığını Facebook sosial şəbəkəsində olan “X36”, “Li Ariyan” və “Sərbaz Tolışzodə” adlı səhifələri facebookdan istifadə eləmədiyinə görə tanımadığını və bu səhifələrdə paylaşılmış materialları görmədiyini, «Whatsapp»da “Kadusiya” və “AZ TOLİŞİM” adlı qruplarda olduğunu, bu qruplarda həm Azərbaycanda həm də xarici ölkələrdə yaşayan talış milliyyətli şəxslərin olduğunu və bu qruplarda adətən talışların həyatı, tarixi və dili barədə müxtəlif müzakirələrin aparıldığını, özünün də bəzən bu müzakirələrə qoşulduğunu, kənd təsərrüfatı ilə məşğul olduğuna görə gün ərzində çox az hallarda bu qruplara daxil olduğunu, təxminən 2018-2019-cu ildən «WhatsApp» dan istifadə elədiyini və həmin vaxtlardan da talışlarla bağlı olan müxtəlif qruplarda olduğunu, bəzən qrupların adlarında və üzvlərində dəyişikliklər olduğunu bildirmişdir. Şahid6 tədqiq olunan həmin ifadəsinin davamında “Whatsapp” sosial mesajlaşma tətbiqində “ƏZ TOLİŞİM” qrupunda Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 19:28 dəqiqədə, saat 19:29 dəqiqədə, saat 19:31 dəqiqədə, saat 19:32 dəqiqədə, saat 19:34 dəqiqədə, saat 19:36 dəqiqədə paylaşmış olduğu və hazırda istintaq materiallarında olan səsli audio mesajları dinləyərək, həmçinin həmin mesajların talış dilində və Azərbaycan dilində olan mətnlərini nəzərdən keçirdərək talış dilində anladığına görə danışılanların hamısını rahat başa düşdüyünü,“ƏZ TOLİŞİM” adlı qrupda üzv olduğunu, bu qrupda ondan başqa onlarla şəxsin olduğunu, qrupda olanlardan qiyabi olaraq Bəhmanı, Zabili və Adil Nəsirovu tanıdığını, amma qrup üzvlərinin heç biri ilə əyani şəkildə tanış olmadığını, 2020-ci ilin 31 may tarixində qrupda paylaşılmış və hazırda ona dinləmək üçün təqdim edilmiş audio yazılarla qrupda olarkən tanış olduğunu, amma bu fikirlərin Təqsirləndirilən şəxs və ya başqası tərəfindən səsləndirilməsindən məlumatsız olduğunu, bu fikirləri “ƏZ TOLİŞİM” qrupunda səsləndirən şəxsin məhz Aslan adlı şəxs olduğunun indi ona məlum olduğunu, istintaq materiallarında olan əlində bayraq bir nəfər gənc oğlanın şəhərin müxtəlif yerlərində çəkdirdiyi şəkillər və videonu nəzərdən keçirdərək, çiynində talış bayrağı olan cavan oğlanın şəkillərinin və videosunun internetdə paylaşıldığının şahidi olduğunu, lakin bu şəxsin üzü düşmədiyinə görə həmin oğlanı tanımadığını bildirmişdir (iş vərəqə: cild İİ, səh. 252-256). Şahid9 tədqiq olunan həmin ifadəsində 2018-ci ilin dekabr ayında yeni il bayramı ərəfəsində günün birinci yarısında iş yoldaşı Mir Akif kişinin ona zəng edərək Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi xahiş elədiyini, o da bir vətəndaş kimi bu xahişi yerə salmayaraq buna razılıq verərək bir neçə dəqiqə sonra Mir Akif kişi ilə və onun yanındakı DTX əməkdaşı ilə görüşdüyünü, görüş zamanı DTX əməkdaşının sözlərinə görə hansısa xəbər saytına baxış keçirdəcəklərini, beləliklə o, Mir Akif kişi və DTX əməkdaşı ilə birlikdə DTX-nın inzibati binasına gedərək keçirilən baxışda iştirak elədiyini, baxış başlanmazdan əvvəl DTX əməkdaşının məhkəmə qərarını onlara elan elədiyini və baxışda iştirak edən şəxslər kimi hüquq və vəzifələrini onlara izah olunduqdan sonra onların iştirakları ilə DTX əməkdaşının kompüter vasitəsilə internetdə daxil olduğunu, bundan sonra DTX əməkdaşının “fenix.press” saytının səhifəsinə daxil olduğunu, “Fenix.press” informasiya saytında hamının görə biləcəyi səhifədə paylaşılmış xəbərlərin içərisində “xx.xx.2018-ci il tarixdə “Bakıda qəribə yazılar peyda olub: “Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan – bu barədə “FenixPress-in rus xidmətininin oxucuları xəbər çatdırıblar” məzmunlu xəbərin paylaşıldığını və bu xəbərin aşağısında xəbərdə qeyd olunan şüarlara Bakıda dəniz kənarı bulvarda və Şəhidlər Xiyabanında rast gəlməyin mümkün olduğunun yazıldığını, həmçinin bu səhifədə paylaşılmış həmin xəbərdə iki video materialın olduğunu,. DTX əməkdaşının onların yanında bu xəbər saytında olan həmin videolara sıra ilə girib baxış keçirdiyini, videolardan 25 saniyəlik olanından dəmir məhəccərlərin üzərində tünd rəngli boya ilə “Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan” məzmunlu sözlərinin yazıldığını və bu yazıların videonu çəkən şəxs tərəfindən videoya qeydə alındığını və videoda heç bir şəxsin səsinin gəlmədiyini, 18 saniyəlik digər videoda isə yerə düzülmüş daş səkinin üzərinə əl ilə “Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan” məzmunlu sözlərin yazıldığını, həmin videoda da videonu çəkən şəxsin səsinin və üzünün düşmədiyini, ancaq daş üzərində yazılan sözlərin bu videoaya çəkildiyini bildirmişdir. Bu videolara baxandan sonra xəbər saytında bir qədər əvvəl gördükləri xəbərin bu video barəsində olduğu ona aydın olmuşdur. Həmin xəbərin mahiyyətindən ona aydın olmuşdur ki, guya Azərbaycanda yaşayan digər xalqların türklərə düşmən olduğu barədə Bakı şəhərində müxtəlif yerlərdə şüarlar yazılmışdır. O, həmçinin əslində bu sözlərin xalqlar arasında ayrı seçkilik salmaq üçün qəsdən yazılmış sözlərə oxşadığını, əməkdaşı onların iştirakı ilə baxış keçirdiyi saytdan həmin xəbərlərin surətini həm kağız variantda çap edərək, həm də kompakt diskə köçürdərək, tərtib elədiyi baxış protokoluna əlavə etdiyini, həmin protokolla tanış olduqdan sonra imzaları ilə bu protokolu təsdiq elədiklərini, xx xxxxxx 2018-ci il tarixdə internet vasitəsilə “Fenix.press” saytına keçirilmiş baxış zamanı müəyyən edilmiş materialları həm elektron həm də çap edilmiş variantda tam olaraq nəzərdən bir daha keçirdərək bu materialların yuxarıda barəsində ifadə verdiyi onun və digər hal şahidinin iştirakı ilə 2018-ci ilin dekabr ayında DTX əməkdaşı tərəfindən “Fenix.press” saytında keçirilmiş baxış nəticəsində aşkar olunmuş materialların olduğunu bildirmişdir (iş vərəqə: cild İİ, səh. 89-91). Şahid10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid10 tədqiq olunan həmin ifadəsində ibtidai istintaq zamanı şahid qismində dindirilən Şahid9 məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq olunan ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 86-88). Məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxxx 2017-ci il tarixli baxış protokolu və həmin protokola əlavə edilmiş kompakt diskdəki materialların məzmunundan görünür ki, “X37” “Sərbaz Tolışzodə” sosial şəbəkə hesablarında aşağıda qeyd olunanlar paylaşılmışdır: - xx xxxxxx 2017-ci il saat 03:22 - Avtomat silahla hədəfi nişan alan xüsusi təyinatlı döyüşçünün fotoşəkli paylaşılmışdır. Fotoşəklin sol yuxarı hissəsində qondarma “TMR”in bayrağı əks olunmuş, həmçinin döyüşçünün sol qolunun yuxarı hissəsinə qondarma “TMR”in bayrağı qoyularaq üzərinə “Tolış” sözü yazılmışdır; - xx xxxxxx 2017-ci il saat 04:33 - Qondarma “Talış Muğan Respublikası”nın bayrağının üzərində “Hizbullah” terror təşkilatının gerbi əks olunmuş fotoşəkil paylaşılmışdır. - xx xxxxxx 2017-ci il saat 04:58 - “Mənim profilimi Sərbaz Tolışzadə profilimi dünəndən bir paniturk oğuradı mənə acığ verirdi mən türkəm profili oğuradım ama mənə dünəndən öz doğma milətimin oğuları dəstək oldular dünəndən Masalı Talışı o profili qaytarmağa bir gün ələşdi minətdaram lənkəranlı qardaşlarım o profili birdəfəliik sildilər onlara minətdaram milətimə qurbn olum milətım mənim canlarımdılar baş əyirəm qarşınızda məni ooğru paniturk oğrunun qarşısında tək qoymadız əsa dəstək olmağdır dəstəyin köməyin böyüyü kiçiyi olmur sizə qurban olum Ferman Safarli, X14 X30 təşəkur edirəm minətdaram” məzmunlu status paylaşmışdır. - xx xxxxxx 2017-ci il saat 10:47 - “Biz bir yerdə güclüyük” məzmunlu şərh yazılmışdır. Bu şərhin aşağısında qondarma “Talış Muğan Respublikası”nın bayrağının üzərində “Hizbullah” terror təşkilatının gerbi əks olunmuş fotoşəkil paylaşılmışdır. - xx xxxxxx 2017-ci il saat 11:38 - “Nə qədər gizlətsəzdə biz Talış xalqı o yaxın keçmişdə baş verən haqsızlığı zulumu həsrəti unutmadıq biz 1937 və 1939 cu ilərin zulumunu haqsızlığını evlərindən dədə baba yurdlarından zorla çıxarılaraq Qazaxstan çölərinə surgun edilən qandaşılarımızı soydaşlarımızı unutmadığ ölənəcən o zulumu unutmiyacayiq siz dəfələrlə ermənistandan köçürülən yerazların gurcustandan qovulan Axstaların haqını car çəkdiz ama məzlum musəlman dindaşlarınızın haqlarını dilə gətirmədiz bizi bizdən qopartdız dilimizi tariximizi vətənimizi bizdən qopardız ama biz hələdə o günü unutmadığ Mircəfər Bağırovun bizə vurduğu əbədi yarəni hələdə ürəyimizdə gəzdiririk o ilərdən bu yana nə sizin nifrətiniz zulmunuz diyandı nədə bizim həsrət yaramızın axan qanı diyandı sizləri Əsla unutmarığ həmişə zulumunuzla birgə sizləri kədərlə urək ağrısıyla qardaşlarımızı xatırlayacayıq” məzmunlu şərh yazılmışdır. Bu şərhin aşağısında əlində körpə uşaq tutan, başı bağlı bir qadın, arxasında hərbçi kişi fotosunun fonunda “Talıshların Deportasiyası 1937 İL” cümləsi yazılmışdır. - xx xxxxxx 2017-ci il saat 06:15 - “Mənə gərək deyil özgələrin yadların çölüyündən gələnlərin bayraqı aləm dağılsa göy yerə gəlsə hamı mənə düşmən olsa And olsun Allaha səndən dönmərəm aldanmaram yadın hiyləgərlər yalan nağılarına sən mənim şərəfimsən sən qeyrətliləri biləşdirən bir muqədəst eşqsən” məzmunlu şərh yazılmışdır. Bu şərhin aşağısında qondarma TMR-ın bayrağının üzərində “Əmə tolışimon” sözləri yazılmış fotoşəkil paylaşılmışdır. - xx xxxxxx 2017-ci il saat 01:05 - “Belə bir dövlət heç vaxt olmayıb əgər olubsa neçənci ildə kimlər tərəfindən qurulub hansı sistemlə idarə olunub neçə il ömrü olub necə kimlər tərəfindən və neçənci ildə suqut edib bayrağı hansı rəglərdə və nevə olub ilik və sonuncu prezdentləri kimlər olub burdakı toponimlərin niyə turk dilində deyil turk dilindəki mənaları nə anlama gəlir niyə iran dilindəki toponimlərlə adlandırılıb səbəb bu ölkənin mutəfiq və rəqib ölkələri hansı dövlətlər olub ığurları necə olub iraqada torpaq idiyasındasız hamımız yaxşı bilirik bu bayraq 1918 ci ildə qanunsuz olaraq tiflistde qəbul olunub bu böyük bir israil yaramasına hesablanan bir fitnə bir boş xuliyadan başqa heç nədir bu boş turançı xuliyası yalınız bu coğrafiyada yaşiyan xalqları uçuruma məhfə sürükləməsindən başqa heçnədir batil batildir heç bir irandili heç bir qafqaz Alban xalqları öz mili dəyərlərindən və demokrativ və insani haqlardan keçmiyəcəklərinə əmin olun” məzmunlu şərh yazılmışdır. Qeyd olunan şərhin aşağısında Azərbaycan dövlətinin üç rəngli bayrağı, üzərində müxtəlif şəhər və yer adları olan xəritə şəkli, ən aşağıda isə “Bütöv Azərbaycan xalq hərəkatı” qeydləri yazılmışdır. - xx xxxxxx 2017-ci il saat 03:26 - “Kor korana neynəmək olar? Əlbətdə heçnə 1 Sukut edəndə HZ Əli(ə) olacaqsanki haqın qələbəsinə medan yaradasan sulh edəndə HZ Həsən (ə) olacaqsan ki zahirən nadanlara bu məğlubiyət kimi gorsənər ama hədəflərin haqın qorunması üçün batinə fikir verəcəksən sulhunla düşməni məğlub edəcəksən Qiyam edəndə HZ Huseyn(ə) olacaqsanki haqın qələbəsi üçün zahirən məğlub olsanbelə əzizlərıvi qurban versən belə hər şey əlindən çıxsa belə tək imanıvı və mənliyivi qeyrətivi qorumağla şirin canıvı fəda etməklə öz qanınla belə düşməni əbədi zəlil edəcəksən Qisas almağ üçün Muxtar kimi kəfənivi geyinib meydanda zalimi kölkə kimi izliyəcəksən öİümüvə belə hesablansa qisas alacaqsan bu xusiyətlər bir cəmiyətdə yoxdursa o cəmiyət heç vaxt qalib ola bilməz onların qiyamı kufəlilər kimi imanıda şamlılar kimi ibni qeyislər kimi olacaqından şübhə etmə bu cur insanlar ətrafını əhatə edib səni haqın bərpasına təşviş edilərsə ama özləri imanın no olduğunu bilmirlərsə onlardan uzaq ol onda mubarizəvi sukutunlə ağam HZ Əli (ə) kimi davam eylə haqın dərgahından uzaqlaşmadan batilə qalib ol zamanı gəlincə sənin mehrabında özü səni çağıracaq” məzmunlu status yerləşdirilmişdir. - xx xxxxxx 2017-ci il - qondarma “TMR”in bayrağı əks olunmuş fotoşəkil paylaşılmışdır. Fotoşəklin aşağı hissəsində “Voostanovim talışskuö qosudarstvennostğ! Podpişite petiüiö!” məzmunlu sözlər qeyd olunmuşdur. - xx xxxxxx 2017-ci il saat 12:24 – “Mənəvi soyqırım fiziki soyqırımdan daha təhlükəli daha ağır nətincələr verir” məzmunlu şərh yazılmışdır. Bu şərhin aşağısında üzərində böyük hərflərlə “Talışların soyqırımı” və ardınca “1999-cu ildə Masallıda 36.767 nəfər Talış yaşamaqda idi. 10 il sonra 2009-cu ilin statistikaya görə Masallı rayonunda Talışların sayı iki dəfə azalaraq 15.675 nəfərə enmişdir. Azərbaycan talış xalqını məhv edir!” məzmunlu sözlər yazılmış fotoşəkil paylaşılmışdır. - x xxxxxx 2017-ci il saat 11:25 - “Bəzi Talışlar bunan kor korana fəxır edilər əslində bu kimdir Talışların bu hala duşmıəsini zaman zaman araşdırsak görəriki bu nə qədər gunakardır. Bu insan musavat partiyasının yaradıcısı olub bu bakıda novxanı kəndində doğulub milətcə Tat Ariyan geni daşıyıb bu insan Talışların qanında əli var necə ADR qurulmazdan 3 ay əvəl şımali Talışlar Talış savet Respublikasını qanuni olaraq elan etdilər ama bu insan osmanlı Nuru paşanın diviziyasının dəstəyi ilə ADR yaratmaq üçün Talış Respublikasının səhrədlərini qanunsuz olaraq pozdular 300 min Talışın genosid soyqırıma osmanlılar tərəfində məruz qalmalarında bununda əli var çuku Talış dövlətini işğal edərək özünə tabey etmək istəyi Osmanlıların maraqlarına xidmət edirdi Talış dövləti qanuni idi nənki bunun 1918 ildə qurduğu ADR sı səbəblər 1 Talış dövləti ADR daha öncə quruldu 2 Talış dövlətin müstəqiliyini qanuni olaraq Talış xalqın tərəfində Talış torpaqlarında elan edildi ADR isə xaricdə tiblisdə xaricilər tərəfindən və osmanlının və igilislərin istəyilə quruldu 3 Talış xalqı heç bir xarici dövlətlərin xalqların torpaqlarına təcavüz etmədən heç bir beynəlxalq qanunu pozmadan azadlığlarını qazandılar bu isə heç bir insani heç bir beynəlxalq qanunlara məhəl qoymadan azad bir ölkənin yəni Talış Savet Respublikasının ərazisini tamamən işğal etdi və Nuru paşanın Talış xalqına qarşı mili qırğına göz yumdu Talışda şirvanda aranda qurulan dövlətin adı Azərbacan adlandırıldı irandan gələcəkdə dahada torpaq idiyası rahat etsinlər bu sivasi senarivaların həyata keçməsi ən çoxda gələcəkdə osmanlı Turklərin xeyrinə idi ona görədə əlində gələni etdilər və nail oldular zaman zaman iran xalqlarını müxtəlif adlar altında asimlasiya etdilər Turkləşdirdilər bu yolda Məmmədəminin etdiyi səflər danılmazdır və onun yolunu mənəvi olaraq kimlər davam etdilər X15 nifrəti daha ağır nətincələr verdi 1937 və 1939cu ilərdə 100min Talışı surgun etdi qalanada dilərini qadağan etdi Talış adlarını Turk adlarıyla əvəz etdirdi onun idiyaloqiyasını davam edən daha bir şəxs bozqurçu turançı musavaçı Elçibəy isə əbədi və sonuncu zərbəni vurdu ölkənin ağır günündə milətçilik daxili nifrət və daxili düşmənçilik və ona kömək əlini uzadan bir dövlətlə düşmənçilik təməlini qoydu və Atatürkün idiyaloqyasını ölkənin baş bəlasına çevirdi Turkun Türkdən başqa dostu yoxdur Sən Talış bu xəyanətkar iranı türklərə satan qanuni Talış Savet R sını işğal edərək genosid soyqırıma ortaq olan bir şəxslə necə öyünə bilirsən ay Talış?” məzmunlu şərh yazılmışdır Bu şərhin aşağısında X16, Azərbaycan Dövlətinin bayrağının fotoları qoyulmuş və “insanlara hürriyət, millətlərə istiqlal!” şüarı yazılmışdır. - xx xxxxxx 2017-ci il saat 5:17 - “Kazaxstan Talışların bayraq sevgiləri və vətən həsrətləri Allah heç bir miləti onun vətəni və diniylə sınağa çəkməsin siz bizim Kazaxstanda məcbur yaşiyan ruhumuzsuz sizin qeyrətiniz vətən bayraq sevginiz bizə guc verir” məzmunlu status yerləşdirilmişdir. - xx xxxxxx 2017-ci il - “Kaspi Tolış” məzmunlu şərh yazılmışdır. Şərhin aşağısında Azərbaycan Respublikasının cənub zonasının qondarma “TMR”in bayrağı ilə örtülmüş, xəritə fotoşəkli yerləşdirilmişdir. Fotoşəkildə Xəzər dənizinin Azərbaycan ərazisinə daxil olan hissəsində “Talysh” sözü yazılmışdır. - “Talışın vətəni əzəli tarixi torpsqları bölünüb işğal altındadır başı boş bəzi Talışlar Turkəyə ağliyirlər Allah sizə ağıl versin maqurtluğa son sənin vətənim bölünüb sən terarist zalim türkdən başqasını qəbul etmiyəni dəstəkliyirsən Allah sizə ağıl versin Türkəni alçatsın zalimlər alçalmağa məhkumdulər Talış nə iranlı fars nə saxta turanlı qondarma azərbaycanlı olan gəlmə turkdur ya mərcəsinə öl yada rəziliyi qəbul et susmaq vaxtı deyil haqıvı geri al” məzmunlu şərh yazılmışdır. Bu şərhin aşağısında 2 fotoşəkil paylaşılmışdır. 1-ci fotoşəklin üzərində xəritədə “Şimali Talış, Cənubi Talış” qeydləri yazılmış və xəritənin kənarında Şimali talışa doğru xətt çəkilərək “1919-cu ildə işğal olunub, bu günə kimi də işğaldadı” qeydləri, Cənubi Talışa və həm də Şimali Talışa doğru xətt çəkilərək “1828-ci ildə Talış iki yerə bölünüb” qeydləri yazılmışdır. - “Əyilmə nadan namərdlərə şərəfini satanlara sənə dil uzadanlara qeyrətini mənliyini dilini satan maqurtlara yaltaqlara əyilmə alçaq zalim miləçi düşmənlərə sən ucalmağa layiqsən həmişə uca ol ey milətimin şərəfi olan bayraq zülmətləri yararaq nur saç dünyaya sənin azadlığıvın bimarıyam mən” məzmunlu şərh yazılmlşdır. Bu şərhin aşağısında qondarma “TMR”-in bayrağının fotosu paylaşılmışdır. - “Mən o qardaşlığı qəbul edirəmki haq duşməniylə olsa belə haqdan boyun qaçırmasın mən o qardaşlığı istəmirəm mənim dilimə qadağan qoysun mənim dilimdə mənə təsil telviziya qəzet haqımı qadağan etsin mənə o qardaşlığ lazım deyilki telviziyalarda ləhçəmə görə milətimə görə məni təkir etsin soysun mənə o qardaşlığ lazım deyil dildə deyilsin əməldə milətimin adını qanun əsasında qadağan etsin şəxsiyət vəsiqəmdə mili soyadımı qadağan etsin vətənimin əsirlər boyu adlarına Fars damğası vurularaq dəyişdirilsin cənub yada bir hərif azaldaraq yada artraraq məhf etsin əsirlər boyu dədə babalarımdan mən miras qalan vətənimi qardaşlığ fitnəsiylə yox etsin o qardaşlığa ləhnət olsunki mənim haqım qəsb olunanda zuiumə məruz qaldığım vaxt o sukut etsin bəley hamımız müsəlmanıq azərbaycanlıyığ qardaşığ deyən saxtakarlara Talış yalınız alçaq ermənıylə üz uzə diyanmaq üçündür başqa heçnə bucur qardaşlığa aldanan zavalılara yazığım gəlir turkun türkdən başqa qardaşı yoxdur birbmilət iki dövlət” məzmunlu şərh yazılmışdır. - “Talışstanın paytaxtı Ləkəran ey vətən kaş sənə qovuşaydım bilsəydim mənə qucaq açacaqsan surunə surunə olsa belə sənə gələrdim o muqədəst torpaqıva qurban olum o məzlum əsir canıva qurban olum ey Ana vətənim heç vaxt səndən dönmədim dönmərəm hamı səni tək qoysa mən sənin qurbanın sənsə qurbangahım olaydın mən qanımla sənə hayat verəydim sənsə zirvələrə ucalaydın o muqədəst adınla sənin dərdindən mən cavan ikən ömrüm bihudə oldu səni xayalarımda Arzularımda aldığım hər nəfəsimdə xatırlıyacam əsla səndən dönmərəm ey Xurəminin ey X26 Kaspinin yadigarı can vərən sənsiz keçən ömür zindandır bu həsrətim bir ananın qucağında can verən balaşına etdiyi fəryadı kimidir mənim sənə olan həsrətim bır səhrada susuzun eşqlə və həsrətlə su axtardığı kimidir bir aşiqin məşuquna qovuşmağ istəyi kimidir can vətən sən pak və muqədəstsən” məzmunlu status yazılmışdır. - “Astara Ərçivanları mili zəmnində sosiyal şəbəkələrdə təkir olunduğları üçün Ərçivan ayaqa qalxdı astara ləkəran maqisturiyal yolu bağladılar polis şöbəsinin önündə aksiya keçirdilər həmin şəxsin cəzasını özləri vermək istədiklərini dedilər mili zəmnində ilik partlayış baş verdi” məzmunlu şərh yazılmışdır. Şərhin aşağısında Astara rayonuna girişin fotoşəkli paylaşılmış, onun altında isə “Astara camaatı təhqir olunduğuna görə ayağa qalxdı” xarakterli cümlə qeyd edilmişdir - “Qafqazın bir pak Eşq dastanı şərəflilərin muqədəst eşq and yeri pak bayraq Ləzgistan bayraqı Talış VƏ X9rdaşdılar həmişə qardaş olaraq qalacayığ bu bayraq qardaşlarımızın and yeri mili şərəfləridir sağrıya “Ləzgistan” məzmunlu şərh yazımışdır. Şərhin aşağısında qondarma “Ləzgistan” bayrağının fotoşəkli paylaşılmışdır. - “Muqədəst and yerimiz bu bayraqları təkir edənlər inkar edənlər alçaq və şərəfsizdilər” məzmunlu şərh yazılmışdır. Şərhin aşağısında iki fotoşəkil paylaşılaraq, müvafiq olaraq üzərində “Talish milletcilerinin bayrağı” və “Talishistanin dovlet bayrağı” məzmunlu sözlər yazılmışdır.
2. “Sərbaz Tolışzodə” sosial şəbəkə hesabında paylaşılan status və məlumatlar: – “Rəd olsun Turkun bitun təbəqəsiylə qardaşlığ suni şiə turk deyilmi suni şiə Talışa separaçı deyən bəs bu itlər separaçı deyilər? vicdansız türklər” məzmunlu şərh yazılmışdır. Şərhin aşağısında üzərində “azeri değil! Azerbaycan Türkü diyeceksin!” sözləri yazılmış fotoşəkil yerləşdirilmişdir. Fotoşəklin sağ hissəsində müxtəlif şəxslər tərəfindən yazılan rəylər əks olunmuşdur. - “Talış özünə qayıtmalı öz haqını almalıdır düşmənin hiləsini dəf etmək üçün butun fitnədolu nağılara son verilməlidir” məzmunlu status yerləşdirilmişdir. - “Bu iqsadi çöküşə çox sevinirəm bilirəm məzlum xalq zilətə düçar olacaq onsuzda bu xalqa heç nə vermirdilər heç olmasa iqsadi çöküş bu qəsibkarların suqutunu yaxınlaşdırar özləri öz Axırlarını gətirəcəklər inşallah buna görə sevinirəm” məzmunlu status yerləşdirmişdir (iş vərəqə: cild İ, səh. 29-59). Məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxxxxx 2017-ci il tarixli baxış protokolu və həmin protokola əlavə edilmiş kompakt diskdəki materialların məzmunundan görünür ki, “Facebook” sosial şəbəkəsində “Sərbaz Tolışzodə” və “Li ariyan” səhifələrində aşağıda qeyd olunan statuslar paylaşılmışdır: “Sərbaz Tolışzodə” adlı səhifədə paylaşılanlar: – “Rəd olsun Turkun bitun təbəqəsiylə qardaşlığ suni şiə turk deyilmi suni şiə Talışa separaçı deyən bəs bu itlər separaçı deyilər? vicdansız türklər” məzmunlu şərh. Şərhin aşağısında üzərində “azeri değil! Azerbaycan Türkü diyeceksin!” sözləri yazılmış fotoşəkil yerləşdirilmişdir. (xx.xx.2017-ci ildə paylaşılmışdır.) - “İki qardaş xalqın bayraqı Talış və Ləzgi” məzmunlu şərh. Şərhin aşağısında qondarma “TMR”in və qondarma “Ləzgistan Respublikası”nın bayraqları yerləşdirilmişdir. (xx.xx.2017-ci ildə paylaşılmışdır) - “Bəşdə tarixon soyb beşiki ışdı və oməyon xoş bıbun. Bəşdə dəvardəyon qulə ğandəkəson və oməyon top bəğanden. Öz tarixinə sahib çıx ki gələcəyin olsun Öz keçmişinə gülə atanın gələcəyinə top atarlar Sərbar Tolişzodə” məzmunlu şərh yazılmışdır. Bu şərhin aşağısında paylaşılan fotoşəklin üzərində xəritədə “Şimali Talış, Cənubi Talış” qeydləri yazılmış və xəritənin kənarında Şimali talışa doğru xətt çəkilərək “1919-cu ildə işğal olunub, bu günə kimi də işğaldadır” qeydləri, Cənubi Talışa və həm də Şimali Talışa doğru xətt çəkilərək “1828-ci ildə Talış iki yerə bölünür” qeydləri yazılmışdır. (xx.xx.2017-ci ildə paylaşılmışdır.) - “Talış diyasporasından qardaş Tatların haqını mudafiə etdi əlbətdə bakı abşeron tarixi Tat torpaqıdır biz milət olaraq Tatların yanındayıq yetərki onlarda öz qan qardaşları olan bizim Talışlarla birgə olsunlar” məzmunlu şərh. (xx.xx.2017-ci ildə paylaşılmışdır.) - “Mənim üçün Turk duşməndir turkdən qabaq turkə kölə olan bəzi maqurt Talışlar duşmənimdilər. Mənim üçün duşmən içində qardaş axtaranlar zibilikdə eşələnən kuçə itindəndə pisdilər” məzmunlu şərh. Şərhin aşağısındakı şəkildə üzərində qondarma “TMR” bayrağı olan qayanın üzərində oturmuş aşağı tərəfə baxan pələng, qayanın altında isə üzərində Azərbaycan Respublikasının bayrağı olan qorxmuş vəziyyətdə canavar əks olunmuşdur. (xx.xx.2017-ci ildə paylaşılmışdır.) - “Şimali Tolışston şimali Talışstan” məzmunlu şərh. Şərhin aşağısında cənub hissəsi sarı rənglə ayrılmış, yanında qondarma TMR bayrağı yerləşdirilmiş AR xəritəsi və xəritənin sağ aşağı küncündə qondarma TMR-ın bayrağı əks olunmuşdur. (xx.xx.2017-ci ildə paylaşılmışdır.) - Üzərində “harda belə hökmət var? bütün dünyaya deyir biz tolerantliyiq, amma özü talişlara zülm çəkdirir. nifrət edirəm belə hökmətə” məzmunlu qeydlər olan fotoşəkil. Qeyd olunan yazının altında əllə salamlaşaraq görüşən, bədən nahiyələrində müvafiq olaraq Azərbaycan Respublikası və qondarma “TMR” bayraqları əks olunmuş iki şəxsdən ibarət şəkil paylaşılmışdır. Şəkildə üzərində AR bayrağı olan şəxsin üzərində “TMR”in bayrağı olan şəxsə salamlaşmaq məqsədilə əl uzatması, üzərində AR bayrağı olan şəxsin başının arxa hissəsində sifətindən aqressiv şəkildə ilan dili çıxarması, bel hissəsində guya yalan danışdığına işarə edilən qatlanmış şəkildə əl barmaqları göstərilmişdir. (xx.xx.2017ci il saat 21:30-da paylaşılmışdır.) - “Ey Talış zorla alınan haq xoşluğla qaytarılmır azadlığ qurban istər” məzmunlu şərh. (xx.xx.2017-ci il saat 01:09-da paylaşılmışdır) Şərhin aşağısında qondarma “TMR”-in bayrağı və qara fonda ağ rənglə “Deştə nomi bcji, TOLCŞ!” (öz adınla yaşa talış) yazısı qeyd olunmuşdur. - “Rusiya Talışların yeganə dost və dayaq ölkəsidir. Talış bayraqından sonra Rus bayraqını sevirəm” məzmunlu şərh. Şərhin aşağısında əllərində Rusiya və qondarma “TMR”in bayraqlarını qaldırmış 5 kişi şəkli paylaşılmışdır. (xx.xx.2017-ci il. Saat 12:36-da paylaşılmışdır.) - “Talışın qanı hesabına yaşiyan Turklər talışın şəhidlərin qanları sizə haram olsun” məzmunlu şərh Şərhin aşağısında hərbi geyim formasında olan, dizində qondarma “TMR”in bayrağı əks olunmuş insan ayağına atılan güllə və sanki ayağın arxasında gizlənən, üzərində Azərbaycan Respublikası bayrağı yerləşdirilmiş, “türkün türkdən başqa dostu yoxdu” ifadəsini söyləyən yaşlı bir kişinin fotosu əks olunmuşdur. (xx.xx.2017-ci il. Saat:13:18- də paylaşılmışdır.) - “Salam boşu tu ey Sərdarey mən mən iftixarmikonim mən fədaye sərbazey hədəfey tu əstim mən iftixarmikonim tu rəpərey mən ey Şahənşahey Ariya” (“Mən səninlə fəxr edirəm mənim başçım sənin yolunda özümü fəda edərəm ey mənim rəhbərim ey ari şahənşahım”) məzmunlu şərh yazılmışdır. Şərhin aşağısında qondarma TMR bayrağı olan şəkil paylaşılmışdır. Şəklin sol hissəsində mikrofona danışan, eynəkli yaşlı kişi əks olunmuşdur. (xx.xx.2017-ci il. Saat 13:57 - də paylaşılmışdır.) - “Ey Talışstanım sənə Araz qıymadı bəs hansı zinazadələr səni soydular böldülər oğurladılar bizdən” məzmunlu şərh yazılmışdır. Şərhin aşağısında 2 şəkil paylaşılmışdır. Soldakı şəkildə qara fonun ortasında dünyaya bənzəyən mavi rəngli dairənin daxilində AR-in cənub rayonlarının quru hissəsi, onun aşağısında isə “TALİŞİ online” yazısı qeyd olunmuşdur. Sağdakı şəkildə üzərində aslan əks olunmuş qondarma “Talış Muğan Respublikası”nın bayrağı yerləşdirilmişdir. (xx.xx.2017. saat 01:10 - də paylaşılmışdır..) - “Lazım gələndə bizi aldatmağın yolarını yaxşı bilirsiz mən şiəyəm ama əsla dini inanclarımı mili kimliyimin məhfinə isfadə olunmasına imkan vemərəm xeyr bizi sizlə artıq heç bir şuar birləşdirmir bu birlik dilimizin tariximizin turkləşdirmə fərmanı çıxdığı bizi ləçəyə mili kimliyimizə görə telviziyalarda təkir olunduğu alimlərimiz qətıl və surgun olunduğu gün birlik adlanan saxta dosluğ öldü bizə olunan zulumun muqabilində sizin sukut etdiyiniz bizi osmanlı qan içənlərə dəyişdiyiniz. Gün butun şuarlar öldü artıq bizim bir şuarımız var azadliğ ədalət vahidlik milət kimi var olmağ əmə həmən tolişimon Bizim Azadlığımız olsa onda dinimizdə lazımincə xidmət edə bilərik musəlman Talış və qeyri musəlman Talış birdir artıq bizi birləşdirən şuarda əmə Həmən Tolışimon əmə həmən Teşnəyi Azadimon” məzmunlu status.(xx.xx.2017-ci il saat:11:07 - də paylaşılmışdır..) - “Bu yalandır qəsb edənlə qəsb olunan işğal edənən işğal olunan qətıl olunanla qətıl edən zulum edənlə zulum olunan məzlumla zalim satqınla sadiq həyasızla həyasına burunan soyunu itirənlə soyuna sadiq olanlar əsla bir arada ola bilməzlər xar olsun nökərçilik xar olsun maqurtluğ xar olsun soyundan dönənlər bu əfsanədir bu qardaşlığ minnbir gecə nağlına bənziyir” məzmunlu şərh yazılmışdır. Şərhin aşağısında arxa fonda qarşılıqlı salamlaşan əllər, ön fonda isə solda qondarma “TMR” və sağda Azərbaycan Respublikasının bayrağı əks olunmuşdur. (xx.xx.2017-ci il Saat 11:55 - də paylaşılmışdır). - “Bu iqsadi çöküşə çox sevinirəm bilirəm məzlum xalq zilətə duçar olacaq onsuzda bu xalqa heçnə vermirdilər heç olmasa iqsadi çöküş bu qəsibkarların suqutunu yaxınlaşdırar özləri öz Axırlarını gətirəcəklər inşallah buna görə sevinirəm” məzmunlu status. (xx.xx.2017-ci il. Saat 01:09 - də paylaşılmışdır.) - “Dilini satan bəzi bişərəflər vətənpərvərlikdən danışırlar ay qeyrətsiz vətənpərvərlik bax budur vətənivi dilivi milətivi iki gözüvə belə satmiyasan bir kurd anası həm vətənini həm övladını himayəsinə səfərbər olub yoxsa bəzi boynu yoğun milətini aldadaraq öz madi mənfəyini güdən qeyrətsizlər danışmasın budur Kurd qadının qeyrəti nə övadından nə də vətənindən dönmədilər butun qolu güclü zalmləri məğlub etmək olar əgər qeyrətin olsa” məzmunlu şərh. (xx.xx.2017-ci il. Saat 13:01 - də paylaşılmışdır. ) - “Bir qövm öz vəziyətini dəyişmiyincə Allahda onun halını dəyişməz hər şey Talışların öz əlindədirya rəzalət ya ədalət” məzmunlu status. (xx xxxxxx 2017-ci il. Saat 15:01 - də paylaşılmışdır.) - “Talış özünə qayıtmalı öz haqını almalıdır duşmənin hiləsini dəğ etmək üçün butun fitnədolu nağılara son verilməlidir” məzmunlu status. - “Bir Talışın qabağda gedəni kimi özünü görsədənlər Talış gəncliyinə sən talış deyilsən səbəb turkə nifrətdir sonrada özünü Talışın haqı üçün fədakar görsədənlər mənim üçün heşkimdilər onları vecimə almıram ləhnət olsun turkə və onlara nökər olan xayinlərə kaş pkk qadınların qeyrətinin yarısının yarısı sizdə olaydı” məzmunlu status. (xx.xx.2017-ci ildə paylaşılmışdır. ) “Li Ariyan” adlı səhifədə paylaşılanlar: - Əynində göy rəngli cins şalvar və qara rəngli gödəkcə olan açıq havada parka bənzər ərazidə gündüz vaxtı əllərində qondarma “TMR”-in bayrağını çiyinlərinin üstünə qaldıraraq arxası obyektivə şəkil çəkdirmiş kişinin fotosu. - Salam gözəl Talış xalqım sizdən xahişim ayın 15 pılanlaşdırıfmış saxta müxalifətin saxta aksiyalarına qatılmayın imkan vermiyək yenədə kimlərsə öz madi və mili marağları üçün bizi qurban versinlər bu 4. partiyanın heç birisi bizi təmsil etmir söhbət Talışın mili haqlardan getdiyi an 4 də eyni münasibət numaiş edilər yapı öz anti Talış və Turkçuluğ dərsini Turkçu və anti Talış olan Müsavatdan alıb müsavatın elçibəyin 1990 ilərdə Talış xalqına qarşı tutduğu divanları unutmayın bu X32 Yap hamsı anti Talışdır paniturk cinayatkarlardan ibarətdilər bunlara hər hansıyla əməkdaşlığ yolverilməz və qəbuledilməzdır bunların hansına Talışın mili mənəvi siyasi haqların bərpasının vacibliyini desəz dərhal sizi xayin Fars cəsusu adlandıracağlar qoyun bunların başları bir birinə qarışsın bizsə öz birliyimizi dirçəliyimizi qurağ bizə sağlam gənclik mili ruhda olan cəmiyət sağlam duşuncə fədakar rəhpər lazımdır biz öz milikimliyimizi haqımızın bərpasının yazılı və qanuni olaraq müzakirəyə çıxarılmiyincə tanınmiyincə bunlarla əməkdaşlığ etmək miləti bilərəkdən qırğına vermək deməkdir bu mumkun olmiyincə onların hər hansıyla əməkdaşlığ Talış xalqın tərəfindən qınağ obektinə çevrilməlidir ən əsası bu hərəkət yol verilməzdir bizi burda heç bir partiya təmsil etmir Saxta aksiyalara qoşularaq varlamağ və hakimət davası edənlərin kirli oyunların qurbanına çevrilməyin məzmunlu status (iş vərəqə: cild İ, səh. 73-98). Məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxxxxx 2018-ci il tarixli baxış protokolunun və həmin protokola əlavə edilmiş kompakt diskin daxilindəki məlumatların məzmunundan görünür ki, “Fenix.press” informasiya saytında xx.xx.2018-ci il tarixdə “Bakıda qəribə yazılar peyda olub: “Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni (video)” adlı məqalə dərc olunmuşdur. Həmin məqalənin aşağısında yerləşdirilmiş 25 və 18 saniyəlik video fayllara daxil olduqda həmin video materiallarda müvafiq olaraq Bakı şəhəri, Səbail rayonu, Dəniz kənarı bulvar ərazisində “Park Bulvar” TM-ya yaxın ərazidə yerləşən dəmir məhəccərlər və yerdə olan daşların gündüz vaxtı videosunun çəkildiyi müəyyən olundu. 25 saniyəlik 1-ci video materialda üzərində tünd rəngli boya ilə “Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan” məzmunlu qeydlər yazılmış dəmir məhəccərləri lentə alınmışdır. 18 saniyəlik 2-ci video materialda üzərində “Ləzgi, talış, rus, fars və erməni - bunlar türkün düşməni! Turan” məzmunlu qeydlər yazılmış daş səkilə lentə alınmışdır. Sözügedən yazılarla bağlı “fenix.press” saytından əldə edilmiş videomateriallar kompakt diskə köçürülərək protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 99-109). Məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxxxxx 2018-ci il tarixli baxış protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Yaşıl Kafe” adlanın çay evinin otaqlarının birində Şahid1 ilə olan söhbətində sonuncuya bir neçə gün əvvəl Bakı şəhəri, Səbail rayonu, Dəniz kənarı bulvar ərazisində “Park Bulvar” TM-ya yaxın ərazidə yerləşən dəmir məhəccərlər və yerdə olan daşların üzərində “Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan” məzmunlu və “Ləzgi, talış, rus, fars və erməni - bunlar türkün düşməni! Turan” məzmunlu qeydləri yazmasından və səhəri gün həmin qeydləri telefonu ilə videoya çəkib yaymasından danışmışdır (iş vərəqə: cild İ, səh. 110-111). Məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, əynində göy cins şalvar, qara gödəkcə, başında qara papaq olan, arıq bədən quruluşlu bir nəfər şəxs arxası kameraya tərəf çiynində olan qondarma “Talış Muğan Respublikası” - nın bayrağı ilə dağlıq, üzü şəhərə tərəf olan ərazidə əvvəlcə diz üstə vəziyyətdə, sonra isə ayağa qalxaraq ayaq üstü vəziyyətdə çiynində bayraq, sağ əlinin barmaqları ilə qələbə simvolunu əks etdirən, yəni iki barmağı açıq, qalanları bükülü vəziyyətdə işarə göstərmişdir. Qeyd olunan video kompakt diskə köçürülərək baxış protokoluna əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 112). Məhkəmə baxışı zamanı tədqiq olunan, baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus dolabdan digər əşyalarla yanaşı ona məxsus bir ədəd «Xiaomi Red mi» markalı mobil telefon, “Hizbullah” təşkilatına məxsus 1 ədəd bayraq, dindarların dini mərasimlərdə istifadə etdikləri 1 ədəd bayraq, qondarma “Talış Muğan Respublikası”nın bayrağı kimi qəbul edilmiş 1 ədəd bayraq, İran İslam Respublikasına məxsus 1 ədəd bayraq aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 12-14). Məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə ona aid dolabdan aşkar edilmiş eni 48 santimetr, uzunluğu 1 metr 15 santimetr olan yaşıl, ağ, qırımız rənglərin soldan sağa ardıcıl və bərabər ölçüdə əks olunduğu, ağ rəngin üzərində dalğa və dalğanın da üzərində günəş olan bayraq qondarma “Talış Muğan Respublikası”-nın bayrağıdır (iş vərəqə: cild İ, səh. 175-177). Məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, «WhatsApp» sosial mesajlaşma tətbiqində “ƏZ TOLİŞİM” adlı qrupda xx xxx 2020-ci il tarixdə saat 19:28, 01 dəqiqə 52 saniyəlik «Salaməleyküm, yolunküy üzr pideme. X31 pərçəmi rost bəkamun, ya rost bənine sıxan həm sırəyne, həmən ki, toloşi bə pantırkon vəziyət dəno qıləy koye. Bəy çiç heste? Çiç heste, əv heste ki, Toloşi onsızən deşmen bəlliye. Əyi də İruni deşmen karde bə ki xəyr duydə? Toloşi məydunədə cayili mande bə ki ru xəyrış heste? Əlbəttə ki, bə Azərbaycani hüküməti ru. Mı iştə fikri vıttəməni, yəqin ki.Və Təbrizədə çanə udəm, ya ki, qıləy odəm pəydukəmon ki, bəştə toloş bıvıto. Toloşi pərçəmi çoknə rost bakayon? Toloşi pərçəmi Lankondə rost kay nıznəkəson, de bəy Həşpərədə rost kay nıznəkəson, hərçənd Həşpərədə lazimən ni, şey Təbrizədə rost bəkayon?! Təbrizədə ım sıxanun bə qəv varde bə toloşi çı xəyr bədu ki? Ancağ, ancağ ki, ziyaniku cu heçi ni. Yəni həm cəmaati bə odəmi sırvındən, yəni ki, qıləy şüarçı. Yəni Azərbaycani tırkon si sore də şüarinə jıydə. Də şüari jıy uxi omidə bə tupik rəstə. Omidə ki, çəxo bə astə rəstə. Dıminciyən ki, əv zıvon, əv odəm ki, çə milləti nomu qəp jədəybu, əlbəttə ki, ıştəni siyasi arenada milləti zıvıniku qəp jədəybu, əlbəttə ki, əv Təbrizi bə kon kişvəri aide, ə kişvər ve norohət bəbe. Hərçənd ki, bə məno norohət əbe ni ki, ay toloş bimi çisə bəka, çisə nibəka, bə səbəb norohət bəbe ki,ım millətən ki, çə pantırkonkü heçi fərqış ni. Yəni ki, ım milləti jiey bəmı çi xəyr bədu ki?! Maşdə bəmıkuy Həşpərış bəpyey» (Azərbaycan dilində tərcüməsi: Salaməleyküm. Böyüklərdən üzr istəyirəm, yəni Təbrizdə talışın bayrağını qaldırarıq, ya qalxmalıdır sözü həm gülməlidir, həm də ki talışları pantürklərin vəziyyətinə salmaq kimi bir işdir. Burada nə var ki? Nə var? O var ki, talışın düşməni onsuz da bəllidir, onu İranla düşmən etmək kimə xeyir verir? Talışın ortalıqda cahil qalmasının kimə xeyri var? Əlbəttə ki, Azərbaycan hökumətinə. Yəqin ki, mən öz fikrimi deyirəm də və Təbrizdə elə bir adam tapın ki, özünə talış desin. Talışın bayrağını necə qaldırarsan?! Talışın bayrağını Lənkəranda qaldıra bilməyənlər, Həşpərdə qaldıra bilməyənlər, hərçənd Həşpərdə heç lazım deyil, Təbrizdə qaldıracaqlar? Təbrizdə bu sözü demək talışa nə xeyir verəcək ki?! Ancaq, ancaq ziyandan başqa bir şey deyil. Yəni həm camaatı adama güldürür, yəni ki, bir şüarçı. Azərbaycan türkləri 30 ildir ki, şüarla yaşayırlar. Şüarla yaşayanın axırı da gəlib sümüyə çatır. İkincisi də ki, o adam ki millətin adından danışır, əlbəttə ki, Təbriz hansı ölkəyə aiddirsə, o ölkə narahat ola bilər. O mənada narahat olmaz ki, talış gəlib bunlara nəsə edəcək, nəsə etməyəcək. O səbəbdən narahat olacaq ki, bu millətin də heç pantürklərdən fərqi yoxdur. Yəni ki, bu millətin yaşaması mənə nə xeyir verə biləcək ki? Sabah gəlib Həşpəri də istəyəcək.) məzmunlu, saat 19:29 dəqiqədə 1dəqiqə 10 saniyəlik «Dıminciyən ki, vıtdənine ki, Təbrizdə toloşi pərçəmi rost bəkaymon, vıtışone ki, əmənən pidəmone ki, Azərbaycan i bıbo. Ə Azərbaycan ki, tarixədə jəğoy Azərbaycan bə ni. Həminə tarixçon, həminə ünverstet handəkəson iştən çok zındən, əyi bə nəzər vardəninen bı ki, tarixədə jəğo kişvər bə ni. İ be bıbü əmə bəpyə də İruni i bıbəmon: Aran, Şirəvan, Toloş bə İruni ümij bənine, əgər i beşun pidəbu. Və Təbriz çansə sor, dey kon vaxtisə toloş bə. İsı bəştə ğətiyyən toloş vıtdəni. Əksinə, əvon bə toloşi ve nifrət kadən ki, nəinki cı Şimali, Arani tırkon bə toloşi nifrət kay. İruni tırkon lap ve nifrət kardən. Dıminci qıləy mənfi cəhət əve ki, əv çı İruni pantırkon das-pucə okardə ki, bə toloşi həxədə bə İruni kişvərədə, bə İruni ölkədə mənfi təsürat yaymiş bıkən. Yəni pevulu bıkən ki, ım xəlq qıləy millətçi pantoloşe. Nəinki ımi Ostoroədə çisə karde pide, ım şıdə dey Təbriziş pide. İsəd bə toloşi həqiqət əve ki, ayidatış ni. Çansə sor bəna bə. İsəd həqiqət əve ki, dəxılış ni.» (Azərbaycan dilində tərcüməsi: İkincisi də, demirlər ki, Təbrizdə talışın bayrağını qaldıracağıq, dedilər ki, biz də istəyirik ki, Azərbaycan bir olsun. O Azərbaycan ki, tarixdə o cür Azərbaycan olmayıb. Həm tarixçilər, həm də universitet oxuyanlar özləri yaxşı bilir ki, bunu nəzərə almaq lazım idi ki, tarixdə bu çür ölkə olmayıb. Birgə olmadıqsa, gərək biz İranla bir olaq. Əgər bir yerdə olmaq istəyirlərsə Aran, Şirəvan, Talış İrana birləşməlidir. Təbriz nə vaxtsa, neçə əsr əvvəl talış olub. İndi özünə qətiyyən talış demir. Əksinə, onlar talışa nəinki, Şimali Aranın talışa nifrət etdiyindən daha çox nifrət edirlər, İran türkləri daha çox nifrət edir. İkinci mənfi cəhət ondan ibarətdir ki, İran pantürklərinin əl-ovuclarını açır ki, talış haqqında İran vilayətində, İran ölkəsində mənfi təəsürat yaysınlar. Yaysınlar ki, bu xalq bir millətçidir, pantalışdır. Nəinki bunu Astarada, hətta Təbrizdə nəsə etmək istəyir. İndi talış üçün həqiqət odur ki, aidiyyatı yoxdur, neçə yüz il bundan qabaq olub, indi həqiqət odur ki, dəxli yoxdur.) məzmunlu, saat 19:31 dəqiqədə 1 dəqiqə 28 saniyəlil «Yəni ki, əv həm ve sırəyne, həm ve sırəyne, həm ve qeyri-ciddi həminə odəmun ğəbül bəkarde harçiye. Lüboy qıləy kişvəri odəm dəbıkəy bımi, lüboy qıləy odəm bımi dəbıkəy, vacib niye universtet bahandu, yaxud çəyi jiy ve bıbü, yaxud siyasətçi bıbü, adi qıləy sadə əjiyən bımi dakərdəy bəvinde həqiqətən qeyri-ciddi umeydə həminə odəmun sıxanun bə odəmi, həmən ki, sırən omidən ki. Elçibəy peşdu mandəkəsun Qərb, ya çoğlonbin. Əvun vıtışune, vıtışune, bə heçiyən nail nıbin, sıre-sıre şin. Həni vıtu-vıtu mardin şin. Dıminciyən, umrüjnə rüjədə çıl sore, pencu sore Amerika, Qərb İruni vılo karde bə hərəkəte, zındəni jey vılo kay, ım tırkonən Türkiyəko jığo hıjo bə şüarin. Çıl, si sor bə şüari hərəkətin ki, ımrüj Təbrizi bəstemun, maştə Təbrizi bəstemun. İm toloş ki bəştə toloş vıte zındəni, toloşi nom Azərbaycanədə rəsmən, dı qanuni, dı dəsturi ğadağane. Odəmi şərəfi, yəni təhqir kardə odəmun siyahiyədə. Əgər ki, çisə karde pidəbü, boən toloşi nomi Azərbaycani kişvərədə çı təhqirikü xilas bıkən. Və yaxudən toloşi cənub-şərqədə bə toloşo bölgə, cənub bölgə vıtdən, boən əgər çisə zındəyun kan, çəyi nomi bəyi oqardunənəni, ço İruni toloşi deşmen kardəyun?» (Azərbaycan dilində tərcüməsi: Yəni ki, o həm çox gülməlidir, həm də ki, həmin adamları qeyri-ciddi qəbul edəcək, istənilən bir ölkənin adam buna baxsa, adi bizim kimi sadə biri də buna baxsa ona qeyri-ciddi görünəcək. Gülməli görünür. Elçibəyin arxasında dayanan Qərb və başqaları idi. Onlar dedilər, dedilər, heç bir şeyə də nail ola bilmədilər, gülə-gülə getdilər, gülə-gülə də ölüb getdilər. İkincisi də, bugünkü gündə 40-50 ildir Amerika, Qərb İranı dağıtmağa çalışır, dağıda bilmirlər, bu Türklər də Türkiyədən belə 30 ildir şüarla hərəkətdədir ki, bu gün Təbrizi alacağıq, sabah Təbrizi alacağıq. Talış ki özünə talış deyə bilmir, talışın adı Azərbaycanda rəsmən qanunla, göstərişlə qadağandır, adamın şərəfini təhqir edən adlar siyahısındadır. Ancaq nəsə etmək istəyirəmsə, talışın adını Azərbaycan ölkəsində təhqirdən xilas etsinlər. Yaxud da talışın Cənub Şərqdəki talış bölgəsi, Cənub bölgəsi deyirlər, əgər nə nəsə etmək istəyirlərsə onun adını ona qaytarsınlar da. Niyə İran talışlarını düşmən edirsiniz ki?) məzmunlu, saat 19:32 dəqiqədə 59 saniyəlil «İkərəən, əyiən bıvıtom, İrun, İrun əgər ımrüj bə toloşon heçiyən nıkəy, çə İruni mande bə toloşon xeyre. Ço xeyre? Əgər ki, xıdu nıməsu, İruni kişvər vılo bəyne, ki ğəzənc baka? Ya tırkon ğəzənc baka, qavarən kürdun ğəzənc kaşone, ya nıkaşone. Cu millət, heç qıley millət əyu ğəzənc əka ni. Ə tırkon ki, ümrü Ostoro bə Həşpəri suyib beşeşon pidə, ümrü bə Gilani Xəzər vıtdən və İrun vılo be. Tutəlim, əlbəttə ki, mümküne. Bıvtum, ha, vıtdəmon İrun vılo be, tırkon qıləy yola Azərbaycan bin. İm qədəy Azərbaycan bəşmə heççi duydəni, şımə nomi haşdəni bəşdə qəv va duy, ım yolə Azərbaycan bəşmə çiç bədu? Vallah, şıməni i çüştə nimədə toloşi məf bakan, ebakan bə Xəzər, bə Kaspi dıyu, bəkıştin, ebakan əyu. İm soxan, əlbəttə ki, toloş bə İruni heççi kay əzıni ni. Amma ki ım soxan ıştənədə və təhlükəlinə sıxane. Yəni bə deşmeniru ve, bə dasqəteru bəçey das şans duydə. Bəyru va okadrə ki, ım milləti cayli bımandu. İrunən bıvindı ki, im millət çı pantırkonkü fərqış ni. İmonən xəyale, işdə hanun vıtdən.» (Azərbaycan dilində tərcüməsi: Bir onu da deyim, İran bugün talışa heç nə etməsə də İranın qalması talış üçün xeyirlidir. Nə üçün xeyirlidir? Əgər ki, Allah eləməsin, İran ölkəsi dağılsa, nə qazanacaqlar? Burada türklər qazanacaq, bəlkə də kürdlər qazandılar, yoxsa yox?! Başqa millət burada heç bir şey qazanan deyil. O türklər ki, indi Astaraya, Həşpərə sahib çıxmağı istəyirlər. Bu gün Gilana Xəzər deyirlər. Və İran dağıldı. Əlbəttə, bu mümkün oldu, İran dağıldı, Türklər böyük Azərbaycan oldular. Bu balaca Azərbaycan ki sizə heç nə vermir, sizə adınızı belə ağzınıza almağa icazə vermir, bu böyük Azərbaycan sizə nə verəcək? Vallah, sizi, bir gün ortasında talışı məhv edib tökəcəklər Xəzər dənizinə, öldürəcəklər. Bu sözə, əlbəttə ki, talış İrana heç nə edə bilməyəcək. Amma bu söz özlüyündə çox təhlükəli sözdür. Düşmənə əl tutmaqla onun əlinə şans verir. Onun qarşısını açır ki, bu millət cahil qalsın. İranda millətin türklərdən, pantürklərdən fərqi yoxdur. Bunlarda xəyal var, yuxularını danışırlar.) məzmunlu, saat 19:34 dəqiqədə 1 dəqiqə 40 saniyəlik «Yox, xeyr, əmə müjnə pür kardənimun, fəqət, mı üjənən vıtdəm. Həmməkü üzr pidəme. Mı vistə şəş jim heste, yəni mı qıley sadə əjiye toloşim. Az həqiqətən, həqiqətən dakardəm, ve norohət bedəm. İruni toloşon hesen ki, İruni toloşon bə, i növ, İruni toloşon bə İruni kişvəri deşmen kardeye. İruni toloşon, ümi kardəm ki, İruni toloşon bımon bıvə əkə nin, yəni ki, ım qıley nəğle ki, nəğıli bə odəmə zıvon varde, vallah, mı şəxsən ışdən ütammiş bedəm ki, jığo zındəm ki, kisə bəmı sırdə ki, Təbriz bə dımu bəstemon, çiç bəkamon. Toloşi pərçəmi Ostoroədə rostkən, Lankonədə rostkən, Təbrizədə rost karde, xudu ğəssəm, ehtiyac ni. Ya ki, Ostoroədə rost karde sə bejnuşun, Təbrizədə bənə miqranti, bənə ğonəği, bənə mehmani rostən bıkəmon, bəmə heç İrunuj əvut ni ki, ım pərçəmi iyu çu nuə. Amma Bükküədə rost kay, Lankonədə rost kay, hələ ki, zındənimon. İruni bəştə deşmen kay çok ni. İruni pərçəmi, Təbrizi bə dımo bəstemon, çıbıznım, Həşpəri, İruni toloşon də Azərbaycani toloşon i bəben. Azərbaycani toloşon toloşəti ğəbül kardən ki, Azərbaycan i bıbü, toloşonən i bıbün? Ve sırəynə qəpe, xudu ğəssəm, həqiqətən ki, bə ziyalon ayid nıbə qəpe, ziyalıru mənfi qıləy soxane. Mı ımi juğnə vıtdəm, ki çuknə pidə jəğo ğəbül bıkə. Həqiqətən, ziyalı təbəqəru, az universitetım handəni, bımıru bənire ığnə xəyal, səm beştəniru, juğnə xəyal kardəm, az bıvıtım ki Hindistaniən bəstəm Toloşostan bəkam. Kon çiko bəmı dəbıkə bəmı nibəvıte. Bəvte ki, ım qıley besəvude qəp jedəy. Qıley universitete handəkəs, qıley ziyalı beşdə ım qəpi jəde, ım qıley müsibəte, ım qıley fəlakəte» (Azərbaycan dilində tərcüməsi: Xeyir, biz qarışqanı doldurmuruq, mən yenə deyirəm, hamıdan üzr istəyirəm, mən 6 arxalı talışam, yəni mən bir sadə arxalı talışam. Fəqət, həqiqətən, baxanda çox narahat oluram. İran talışları var ki, bu, bir növ onları İran ölkəsinə düşmən etməkdir. Mən ümid edirəm ki, İran talışları bunlara etibar edəndir. Yəni ki, bu bir nağıldır. Nağılı dilə gətirmək, vallah, mən bir şəxs olaraq utanıram ki, kimsə mənə güllür, Təbrizi geri alacağıq. Talışın bayrağını gedib Astarada qaldırın, Lənkəranda qaldırın. Təbrizdə qaldırmağa, Allaha and olsun, ehtiyac yoxdur. Təbrizdə miqrant kimi, qonaq kimi qaldırsaq, iranlı deməz ki, bayrağı burada niyə qoyubsan. Amma ki, Bakıda, Lənkəranda qaldırsan hələ ki bilmirik. İranı özümüzə düşmən etmək yaxşı deyil. Təbrizi geri alacağıq, İran talışları ilə Azərbaycan talışları birləşəcək. Azərbaycan talışları talışlığını qəbul edirlər ki, Azərbaycan bir olsun, talışlar bir olsun!? Allaha and olsun ki, gülməli söhbətdir. Həqiqətən də, ziyalılara aid olmayan söhbətdir, ziyalı üçün mənfi söhbətdir. Mən bunu deyirəm, kim necə qəbul edirsə, etsin. Mən savadsızlığımla xəyal edirəm ki, Hindistanı da alıb talışıstan edəcəyəm. Bunu eşidən mənə baxsa gülməz, deyəcək ki, bu, bir savadsızdır belə danışır. Amma bir universitet oxuyan ziyalı çıxıb belə söhbət edirsə, bu, bir müsibətdir, bir fəlakətdir.) məzmunlu, saat 19:36 dəqiqədə 2 dəqiqə 2 saniyəlik «Mı siyasətə nim, yaxudən çisə kardənim. Mı, sadəcə olaraq, bəşmə dakardəm, bə ATİŞ-i dakardəm, bə Ürsyəti dakardəm rə-rə, bə Avropa dakardəm. Qıləy əzizə toloşim ki, mınən pidəm ki, həqiqətən çəmə millət bə sipyərüj, bə çukərüj beşü. Amma ki, diyakərdəm ki, xudu şükür ki, hər kəsi qıley mazqış duə, əmənən universitet nahandəmun, zərrəən bıbü ıştən fiki dənudəm, ın çuknə bənine, heç nıbu ın çüknə bənine, çiç mümküne, çiç mümkün ni. Vindəmun ki, bəzi çəmə ziyalon, siprişon əməni çiç xır-xıron bəkarden ki, əziyyəti əma bəkaşemon, ım millət, soyə millət bəkəşe, co kəs nibəkəşe. Yəni ki, ım bədbəxtə millət bədbəxt bəbe. Bı səbəbşu bə norohət be həxımon heste. İnşallah, ımiyən qıley behörmətəti təki ğəbül əkəy niy. Mı üjənən bıvtım, mı ğəti şəkılədə bə İruni deşmen bə toloşon səda kay əznım, heç vaxti. Bə səbəb sədu kay əznım, iminci, İrun zümandə kişvərə, Amerika də İruni sə barde zındəni, mande tırkon, ya toloş. Dıminci, İrunədə jiyə toloşon jimoni bə təhlükə şuddən ki, çəmə pantırkon das şans dudən ki, əvon ə Gilani, ə ərazinən bəştə das bısdənon. İruni hükumətən bımi tam bıjəno, heççi nıvıto. Seminciyən əve ki, toloşi coğrafiya, ə qılə qədə ərazi ki, Azərbaycani dasikuy sədo beşe kay zındəni, İruni çə toloşi bölgə çı Ostoro çı Lankoni əji çə İruni bazari jin. Çəvrə varlün çə vaxtdən jidən. Çə İruni bəmə çətini, saxte, bısoxtən qıley prablem bə məydun bekardə bəbeşt, ə xalq ışdənbəsə ım soxani bə qəv vardəkəson bətsune ki, ə, şımə ım çiçe bəmə bə səru bəlu kardəyun. Vıte, tıni əğət nimun, tıni bəştə səru qıley xali bəveten. Əmənən jəğu soyə jiyə xalqədən qıləy bimun, imunən jığuyun. Yəni ki, mümkün nıbə şey çu bəpyə bə mümkün nıbə soxanun bıvıton ki, bəmıro çisə xalq çəyi cəzu bıkəşu., yəni co bəpyə cəzu bıkəşo. Yəni bəbe ki, maştə əmə çəyi cəzu bıkəşum. Bı səbəbən nuruhət bedəmon, nuruhət beyu həxımon heste.» (Azərbaycan dilində tərcüməsi: Mən siyasətdə deyiləm, yaxud da nəsə etmirəm. Mən sadəcə sizə, ATİŞ-ə, Rusiyaya, Avropaya tez-tez baxıram. Mən də bir talış kimi istəyirəm ki, həqiqətən də, bizim millət ağ günə, xoş günə çıxsın. Hər kəs kimi universitet oxumasam da zərrə qədər beynim işləyir, nəyi necə etmək lazımdır, nə mümkündür, nə mümkün deyil. Bəzi bizim ziyalı ağsaqqalların xır-xırından bizim kimi sadə millət əziyyət çəkər, başqa millət çəkməz, bədbəxt millət bədbəxt olacaq. Bu səbəbdən də buna narahat olmağa haqqımız var, inşallah, bunu hörmətsizlik kimi qəbul etməzlər. Mən yenə də deyirəm, qəti şəkildə İranla düşmən olan talışı qəbul edən deyiləm heç vaxt. O səbəbdən ki, birincisi, İran güclü ölkədir, Amerika onunla baş aça bilmir, qaldı ki, türklər, ya talışlar. İkincisi, İranda yaşayan talışlar yaşayışlarını təhlükə altına atırlar, oradakı pantürklərin əlinə şans verirlər ki, Gilan ərazisini öz əllərinə alsınlar, İran hökumət onlardan qorxub heç nə deməsin. Üçüncüsü də odur ki, talışın coğrafiyası, balaca bir ərazi ki, Azərbaycanın əlindən səs çıxara bilmir, qaldı ki İran, talışın bölgəsi Astara-Lənkəran ərazisi o vaxtdan onun bazarı ilə yaşayır. Niyə gərək lazımsız sözlər danışıb öz başınızı bəlaya salırsınız ki?! Sadə xalqlardan biri də mən. Mümkün olmayan şeyi niyə deyəsiniz ki, onun cəzasını xalq çəksin. Ola bilsin ki, sabah bunun cəzasını biz çəkərik. Bizim narahat olmağa haqqımız var.) məzmunlu fikirlərini səsli mesajla açıq şəkildə paylaşmışdır (iş vərəqə: cild İ, səh. 198-204). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli 6658 nömrəli ekspert arayışından görünür ki, “Facebook” sosial şəbəkəsində müxtəlif tarixlərdə “X38” adlı profil ilə internetdə yayılmış yazılar, çağırışlar, şüarlar və fotolar məzmununa görə milli ayrıseçkiliyin salınmasına, Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına xidmət edən məlumatlar hesab olunur (iş vərəqə: cild İ, səh. 60-62). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 4/394 nömrəli ekspert arayışından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən nümayiş etdirilən videogörüntüdə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dəniz kənarı Milli Park ərazisində Park Bulvar yaxınlığında daşın üzərinə yazılan «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» cümlələrində milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn ifadələr mövcuddur (iş vərəqə: cild İ, səh. 115-117). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 4/396 nömrəli ekspert arayışından görünür ki, “Facebook” sosial şəbəkəsində müxtəlif tarixlərdə “Li Ariyan” və “Sərbaz Tolışzodə” adlı profillər ilə internetdə yayılmış yazılar, çağırışlar, şüarlar və fotolarda məzmununda dövlət əleyhinə yönələn açıq çağırışlar olan, habelə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn ifadələr mövcuddur (iş vərəqə: cild İ, səh. 118-120). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 4/393 nömrəli ekspert arayışından görünür ki, 1 ədəd kompakt diskdə və 8 vərəqdə əks olunmuş fotoşəkillərdəki görüntülərdə Təqsirləndirilən şəxs adlı şəxsin Azərbaycan Respublikasının atributlarından olan Dövlət bayrağının qarşısında qondarma “Talış-Muğan Respubliaksının” bayrağını nümayiş etdirərək qələbə işarəsi göndərməsində Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına yönələn, onun suverenliyinə və dövlət atributlarına etinasızlıq və hörmətsizlik nümayişi, separatçılığa və etnik ayrıseçkiliyə təhriketmə meyilləri, milli nifrət və düşmənçiliyin salınmasına, milli mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşsırılmasına dair qeyri-verbal şəkildə ifadə olunan açıq çağırışlar mövcuddur (iş vərəqə: cild İ, səh. 121-124). Məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxxxxxxx 2020-ci il tarixli, 4/575 nömrəli ekspert rəyindən “Facebook” sosial şəbəkəsində “X38” adlı hesabında olan “Talışstanın paytaxtı Lənkəran”, “Talışstoni paytaxt Lankon (Lənkəran)”, “Talış şəhərləri: Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik, Astara...”, “Talışda, Şirvanda, Aranda qurulan dövlətin adı Azərbaycan adlandırıldı” paylaşımlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına, həmin hesabdan edilən “Azərbaycan talış xalqını məhv edir”, “... hamımız nusəlmanıq azərbaycanlıyığ qardaşığ deyən saxtakarlara talış yalnız alçaq erməniylə üz üzə dayanmaq üçündür başqa heçnə bucur qardaşlığa aldanan zavalılara yazığım gəlir...”, “Talış nə iranlı fars nə saxta turanlı qondarma azərbaycanlı olan gəlmə turkdur”, “...sən terarist zalim türkdən başqasını qəbul etmiyəni dəstəkliyirsən...”, “...baş əyirəm qarşınızda məni ooğru paniturk oğrunun qarşısında tək qoymadız”, “Mənə lazım deyil özgələrin, yadların çölüyündən gələnlərin bayrağı...”, “Talış dövlətini işğal edərək özünə tabe etmək istəyi Osmanlıların maraqlarına xidmət edirdi” paylaşımlarında isə milli düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, milli mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətələrin əlamətlərinin olduğu; Ekspertizaya təqdim edilmiş “facebook” sosial şəbəkəsindəki “Sərbaz Tolışzodə” adlı hesabdan olan “Ey Talış zorla alınan haq xoşluğla qaytarılmır azadlığ qurban istər”, “...bizim bir şuarımız var Azadlığ, ədalət, vahidlik, çillət kimi var olmağ...”, “Talış özünə qayıtmalı öz haqını almalıdır duşmənin hiləsini dəf etmək üçün butun fitnədolu nağılara son verilməlidir” paylaşımlarında hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına, həmin hesabdan edilən “... əlbətdə bakı abşeron tarixi tat torpaqıdır...”, Lənkəran, Yardımlı, Astara kimi rayonu və bu kimi bir sıra ərazilərin qondarma Talışıstan ərazisi kimi göstərilməsinə dair edilən paylaşımlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına, həmin hesabdan edilən “Rəd olsun Turkun bitun təbəqəsiylə qardaşlığ... vicdansız turklər”, “vecimə almıram ləhnət olsun turkə...”, “Mənim üçün Turk duşməndir turkdən qabaq turkə kölə olan bəzi maqurt Talışlar...”, “... xar olsun nökərçilik xar olsun maqurtluğ xar olsun soyundan dönənlər bu əfsanədir bu qardaşlığ minnbir gecə nağlına bənziyir”, “Talışın qanı hesabına yaşiyan Turklər talışın şəhidlərin qanları sizə haram olsun”, “harda belə hökmət var? bütün dünyaya deyir biz tolerantliyiq, amma özü talişlara zülm çəkdirir. nifrət edirəm belə hökmətə”, “Rusiya Talışların yeganə dost və dayaq ölkəsidir. Talış bayraqından sonra Rus bayraqını sevirəm”, “Ey Talışstanım sənə Araz qıymadı bəs hansı zinazadələr səni soydular böldülər oğurladılar bizdən” paylaşımlarında isə milli düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, milli mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşsırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərin əlamətlərinin olduğu; Ekspertizaya təqdim edilmiş “facebook” sosial şəbəkəsindəki “Li Ariyan” adlı hesabdan paylaşılan fotoşəkillərdəki görüntülərdə Təqsirləndirilən şəxs adlı şəxsin Azərbaycan Respublikası atributlarından olan Dövlət bayrağının qarşısında qondarma “Talış-Muğan” Respublikasının bayrağını nümayiş etdirərək qələbə işarəsi göstərməsində Azərbaycan Respublikasının kostitutusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, milli mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına, həmin hesabdan paylaşılan “...bu X32 Yap hamsı anti Talışdır paniturk cinayatkarlardan ibarətdilər” paylaşımında isə milli nifrət və düşmənçiliyin salınmasına, milli mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşsırılmasına yönələn hərəkətlərin əlamətlərinin olduğu; Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkda hərəkət edən hər kəsin müşahidə edə biləcəyi ərazidə dəmir məhəccərlərin üzərinə «Ləzgi, talış, rus, fars, erməni bunlar türkün düşməni! Rədd olsun xain, satqın talış, ləzgi separatçıları. Yaşa Turan» sözlərini yazması və həmin ərazidə yerdəki daşın üzərinə «Ləzgi, talış, rus, fars və erməni – bunlar türkün düşməni! Turan» sözlərini yazması və xx xxxxxx 2018-ci ildə həmin yazıları mobil telefonu vasitəsilə videoya çəkib sonradan bu görüntülərin “Fenix.press” saytı vasitəsilə informasiya saytlarında və sosial şəbəkələrdə yayılmasını təmin etməsi ilə bağlı əməllərində milli düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, milli mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşsırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərin əlamətlərinin olduğu görünür (iş vərəqə: cild İİ, səh. 28-85). Məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxxxxx 2020-ci il tarixli 4/884 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd kompakt diskə köçürülən «Whatsapp» sosial şəbəkəsindəki “ƏZ TOLİŞİM” adlı qrupda xx xxx 2020-ci il tarixdə saat 19:28 dəqiqədə «Talışın bayrağını Lənkəranda qaldıra bilməyənlər... O var ki, talışın düşməni onsuz da bəllidir...Talışın ortalıqda cahil qalmasının kimə xeyri var? Əlbəttə ki, Azərbaycan hökumətinə, ...O səbəbdən narahat olacaq ki, bu millətin də heç pantürklərdən fərqi yoxdur. Yəni ki, bu millətin yaşaması mənə nə xeyir verə biləcək ki?», saat 19:29 dəqiqədə «O Azərbaycan ki, tarixdə o cür Azərbaycan olmayıb. Həm tarixçilər, həm də universitet oxuyanlar özləri yaxşı bilir ki, bunu nəzərə almaq lazım idi ki, tarixdə bu cür ölkə olmayıb», saat 19:31 dəqiqədə «Talış özünə talış deyə bilmir, talışın adı Azərbaycanda rəsmən qanunla, göstərişlə qadağandır, adamın şərəfini təhqir edən adlar siyahısındadır», saat 19:32 dəqiqədə «Vallah, sizi, bir gün ortasında talışı məhv edib tökəcəklər Xəzər dənizinə, öldürəcəklər», saat 19:34 dəqiqədə «Talışın bayrağını gedib Astarada qaldırın, Lənkəranda qaldırın», saat 19:36 dəqiqədə «…talışın bölgəsi Astara- Lənkəran ərazisi…» məzmunlu paylaşılmış audio (səsli) mesajlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, habelə milli, düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, milli mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərin əlamətləri vardır (iş vərəqə: cild İİ, səh. 183-186). Məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxxxxx 2020-ci il tarixli 4/833 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarələnmiş diktorun səsis və nitqi Təqsirləndirilən şəxs «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1 məxsusdur (iş vərəqə: cild İİ, səh. 187-191). Məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxxxxx 2020-ci il tarixli 4/883 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarələnmiş diktorun səsis və nitqi Təqsirləndirilən şəxs məxsusdur (iş vərəqə: cild İİ, səh. 225-233). Məhkəmə baxışı zamanı tədqiq olunan, Lerik rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdən daxil olmuş xx xxxx 2020-ci il tarixli 485 və 485/1 nömrəli məktubların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ruhi-əsəb xəstəliyə və narkoloji xəstəliyə görə Lerik rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinə müraciət etməmiş və dispanser qeydiyyatında durmur (iş vərəqə: cild İ, səh. 113-114). Məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1385 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müəlicəyə ehtiyacı yoxdur, onun cinayəti törətdiyi vaxtdan, yəni 2017-ci ilin yanvar ayından hazırkı dövərdək olan müddətdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs cinayəti törətdiyi vaxtdan yəni 2017-ci ilin yanvar ayından hazırkı dövrədək olan müddətdə həmin olan müddətdə həmin cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməməyinə və idarə edə bilməməyinə səbəb olan psixi pozuntu keçirməmişdir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (iş vərəqə: cild İ, səh. 229-230). Cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş qondarma “Talış Muğan Respublikası”nın bayrağı, o cümlədən Təqsirləndirilən şəxs istifadəsində olmuş və baxış zamanı onun yaşadığı evdən aşkar edilərək götürülmüş üzərinə “***-***-**-**” nömrəli sim kart quraşdırılmış «Xiaomi Red mi» markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild İİİ, səh. 79-80; 81-82). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar edilməsi və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması cinayətlərini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 281.2 və 283.1-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü qismən təqsirli bilmiş, müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Həmçinin son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, sosial şəbəkələr vasitəsi ilə xaricdə yaşayan bir qrup milli separatçının təsiri altına düşdüyünü bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(iş vərəqə: cild İ, səh. 186). Təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmaması və onun tutduğu əməldən səmimi peşiman olması cəzanı yüngülləşdirən hallar kimi Azərbaycan Respublikası CMnin 59.1.1-59.1.14-cü maddələrində nəzərdə tutulmasa belə, məhkəmə qeyd olunan halları həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası CM-nin 281.2-ci maddəsində nəzərdə tutulan ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 281.2 və 283.1-ci maddələrinin sanksiyası hədlərində, cinayətlərin məcmusu qaydasında cəza təyinetmənin prinsiplərinə uyğun, ədalət və humanizm prinsipləri baxımından şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmayan şəxs kimi qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış «həbs» qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş cinayət işinin materiallarına əlavə edilmiş qondarma “Talış Muğan Respublikası”nın bayrağı cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərinə “***-***-**-**” nömrəli sim kart quraşdırılmış «Xiaomi Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfləri - xx xxxx 2017-ci il tarixli, 6658 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 150 manat, xx xxxx 2020-ci il tarixli, 4/394 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 50 manat, xx xxxx 2020-ci il tarixli, 4/396 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 50 manat, xx xxxx 2020ci il tarixli, 4/393 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 50 manat, xx xxxxxxxx 2020-ci il tarixli, 4/575 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 manat, xx xxxxxx 2020-ci il tarixli, 4/884 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 manat, xx xxxxxx 2020-ci il tarixli, 4/833 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 300 manat və xx xxxxxx 2020-ci il tarixli 4/883 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 300 manat - cəmi 1100 (bir min yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir(iş vərəqə: cild İ, səh. 60-62, 115-117, 118-120, 121-123, cild İİ, səh. 29-32, 183-186, 187-191, 225-233). İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplama yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş qondarma “Talış Muğan Respublikası”nın bayrağı cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərinə 077 433 99 03 nömrəli sim kart quraşdırılmış «Xiaomi Redmi» markalı mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri - xx xxxx 2017-ci il tarixli, 6658 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 150 manat, xx xxxx 2020-ci il tarixli, 4/394 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 50 manat, xx xxxx 2020-ci il tarixli, 4/396 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 50 manat, xx xxxx 2020ci il tarixli, 4/393 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 50 manat, xx xxxxxxxx 2020-ci il tarixli, 4/575 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 manat, xx xxxxxx 2020-ci il tarixli, 4/884 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 manat, xx xxxxxx 2020-ci il tarixli, 4/833 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 300 manat və xx xxxxxx 2020-ci il tarixli 4/883 nömrəli ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 300 manat - cəmi 1100 (bir min yüz) manat məhkum Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.