Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-885/2022 17.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 01 avqust 1980-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Hamuşam kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 08 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirməklə əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı "Sabir” kimi məlum olan şəxslə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri İİR-nın ərazisindən Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair 07 oktyabr 2021-ci il tarixdə "WhatsApp" proqramında sövdələşib razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bundan sonra "Sabir" kimi məlum olan şəxs naməlum üsullarla Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi külli miqdar - 3016,138 qram təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini 11,138 qram və 3005 qram olmaqla 02 bükümdə Azərbaycan Respublikasının ərazisinə göndərib müəyyənləşdirilməmiş üsulla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində naməlum yerə qoydurmuş və bu barədə Təqsirləndirilən şəxs məlumatlandırmışdır. Təqsirləndirilən şəxs həmin gün 1200 manat pulun müqabilində təmiz çəkisi 3016,138 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qoyulduğu yerdən götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq ünvan 2 ünvana daşımaqla bağlamalardan birində olan 3005 qram heroin narkotik vasitəsini oradakı hasarın dibində gizlətmiş, bundan sonra digər bağlamada təmiz çəkisi 11,138 qram olmaqla külli miqdar təşkil edən heroin narkotik vasitəsini üzərində saxlamaqla, 08 oktyabr 2021-ci il tarixdə, saat 18:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolun kənarında yerləşən avtomobillərin alqı-satqısı bazarının yaxınlığında üzərində daşımaqla piyada hərəktdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq həmin Baş İdarənin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 11,138 qram çəkidə, yəni külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, bundan sonra ünvan 3 ünvanına baxış zamanı hasarın dibində 01 ədəd sellofan bağlamada olan 3005 qram çəkidə, yəni külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəldərində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi qaçaqmalçılıq yolu ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 07 oktyabr 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə İran mobil operatoruna məxsus mobil nömrədən ona zəng gəlmiş, hazırda adını xatırlamadığı bir kişi ona İrandan dərman və uyuşdurucu vasitələr göndərə biləcəyini bildirmiş, ona həmin maddələri deyiləcək yerlərə daşımağı ona təklif etmiş və bu işin müqabilində ona 1200 manat pul verəcəyini demişdir. O, iranlı ilə razılaşmamışdır. Bundan sonra, həmin şəxs ona eyni məqsədlə təkrarən zəng etmiş, lakin o, həmin şəxsə kobud cavab vermişdir. Daha sonra həmin şəxs təkrarən ona zəng etsə də o, həmin şəxsin zənglərinə cavab verməmişdir. Axşam bir qohumu ilə məsləhətləşmiş, belə bir iş olduğunu və iranlının təklifini ona demişdir. Qohumu isə razılaşmamağı ona tapşırmışdır. İranlı onunla hətta bir dəfə yaşadığı evin qarşısında görüntülü danışmış, o, yaşadığı yeri iranlıya göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 08 oktyabr 2021-ci il tarixdə isə saat təxminən 12 radələrində onun istifadəsində olan mobil nömrəyə “WhatsApp” proqramı vasitəsi ilə yenidən İİR operatoruna məxsus həmin nömrədən yenidən zəng gəlmişdir. O, həmin şəxsə kobud cavab verməyi nəzərdə tutub, arvadının eşitməsi üçün evdən çölə çıxmış və yaşadığı evin qarşısından yaxınlıqda yerləşən Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki “Pizza Bruno” restoranının qarşına qədər həmin şəxslə telefondla danışa-danışa getmişdir. Elə həmin bir nəfər arxadan onun çiynindən tutubu telefonu ondan istəmiş, o, telefonu vermiş və elə həmin vaxt tanımadığı 4 nəfər onu tutub polis olduqlarını bildirmiş və onu yerə yıxıb özlərinin gəldikləri avtomobilə otuzdurmuşlar. Onlar avtomobildə onun üstündəki bütün əşyalarını boşaltmış və üzərində olan ona məxsus avtomobilin açarlarını görmüş və maşını harda saxladığını soruşmuşlar. O, isə avtomobilini yaşadığı evin qarşısında saxladığını demişdir. Onu tutanlardan biri onun ünvanını öyrənmiş, gedib ona məxsus avtomobili sürərək “Pizza Bruno” restoranının qarşısına gətirmişdir. Həmin vaxt polis əməkdaşları ona məxsus mobil nömrə ilə ona zəng etmiş İran operatoruna məxsus mobil nömrəyə zəng etmiş və həmin şəxslə onu danışmağa məcbur etmişlər. Polis əməkdaşları bundan əvvəl iranlıya zəng edib “malı göndər” sözlərini deməyi tapşırmışlar. O, etiraz etdikdə polis əməkdaşlarından biri digərlərinə gedib narkotik vasitələri onun evinə atmağı, sonra isə onun arvadını və oğlunu gətirməyi tapşırmışdır. Bundan sonra o, polis əməkdaşlarının tapşırığı ilə razılaşmış və onların istədikləri kimi həmin şəxslə mobil telefonla danışmışdır. İrapnlı ilə danışıb niyə malı gətirmədiyini soruşduqda o, “axşam belə danışmırdın, razılaşmırdın mənimlə” cavabıneı vermiş və polis telefonu söndürmüşdür. Artıq malın gətirilib-gətirilməyəcəyini bilməmişdir. Bundan sonra onlar içərisində olduqları avtomobillə şəhərdə fırlanmağa başlamışlar. Saat təxminən 15-16 radələrində o, tualetə getmək istədiyi üçün onlar avtomobili saxlamış, 3-cü mikrarayon dairəsinə yaxın bir yerdə xatırlamadığı məktəbin tualetinə aparmışlar. O, təbii ehtiyacını ödədikdən sonra onlar Badamdar ərazisində yerləşən avtomaşın bazarın yanına getmiş və təxminən 2 saata yaxın avtomobilin içində dayanıb gözləmişlər. Nə üçün dayanmalarının səbəblərini o, bilməmişdir. Bundan sonra isə onu Badamdar qəsəbəsində yerləşən “Narkobiznes” idarəsi kimi eşitdiyi Navrkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, onlar “Narkobiznes” idarəsinə çatdıqdan sonra orada olan otaqlardan birində polis əməkdaşlarından biri ona bir büküm vermiş və həmin bükümü video çəkiliş zamanı çıxardıb təqdim etməyi tapşırmışdır. O, bükülüdəkinin narkotik olduğunu başa düşüb razılaşmadıqda polis əməkdaşları onu döyməyə başlamış, yenidən ailəsini də narkotiklə sənədləşdirib tutacaqları ilə hədələmişlər. O, ağrılara dözmədiyindən və ailəsini qorumaq üçün polislərlə razılaşmışdır. Video çəkilişdən əvvəl ona videoçəkiliş zamanı güya təqdim etdiyi bükümü İran vətəndaşı Sabir adlı şəxsin göstərişinə əsasən Xəzər rayonu, Binə qəsəbəsindən götürdüyünü və Mərdəkan qəsəbəsində gizlətdiyi içərisində narkotik olan bağlamanı təqdim edə biləcəyini deməyi tapşırmışlar. Əks təqdirdə isə həmin bağlamanı onun evindən çıxardacaqlarını və arvadını da tutacaqları ilə ona hədə-qorxu gəlmişlər. O, qorxusundan razılaşmış və həmin bükümü götürüb cibinə qoymuşdur. Çəkiliş zamanı o, üstündəki narkotiki çıxarıb dedikləri kimi təqdim etsə də, həyətdə gizlədilmiş narkotiklə bağlı öyrətdiklərini demədiyinə görə videoçəkiliş dayandırılmış, onu çölə çıxardıb yenidən döyməyə başlamışlar. Bundan sonra yenidən otağa aparılmış və bu dəfə yenidən video çəkilişlə tapşırılan sözləri demiş və cibindən bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Sonra o, həmin polis əməkdaşları və vəkilin iştirakı ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsinə aparılmış, polis əməkdaşları tərəfindən elə həmin vaxt hasarın dibinə qoyulan bağlamanı o, videoçəkiliş altında göstərmiş və həmin bağlama polis tərəfindən götürülmüşdür. Sonra isə təzyiq altında izahat və ifadələr vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, saxlanılan zaman qonşuları X5 və yaxınlıqda bərbər işləyən, lakin adını bilmədiyi şəxs görmüşdür. Qüdrət onun maşınının aparıldığını görüb, apaormağa imkan verməmiş, lakin polislər ona Anarın, yəni onun keçiddə adam vurduğunu bildirərək maşını götürmüşlər. Hazırda avtomaşınının harada olmasından xəbərsizdir. O, narkotik vasitələrdən istifadə etməmiş, heç bir kəslə, o cümlədən iranla ilə əlaqəyə girməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis tərəfindən bir subyekt olaraq nəyə görə onun seçilməsinin səbəblərini isə bilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini qeyd edib göstərmişdir ki, o, arada İranda tanış olduğu Sabir adlı şəxslə əlaqə saxlamışdır. 07 oktyabr 2021-ci il tarixdə, Sabir ona Xəzər rayonu, Binə qəsəbəsində gizlədilmiş bükümdə narkotik vasitə olduğunu, həmin bükümləri oradan götürüb Xəzər rayonunun Mərdəkan qəsəbəsinə aparıb orada gizlətməyi bildirmişdir. Sabir ona bunun müqabilində 1200 manat pul göndərəcəyini demiş və o, da maddi vəziyyətinin pis olduğuna görə Sabirlə razılaşmışdır. Sabir ona həmin yerin dəqiq yerini “WhatsApp” proqramı vasitəsi ilə atmışdır. O, 07 oktyabr 2021-ci il tarixdə həmin bükülünü Xəzər rayonu, Binə qəsəbəsində xatırlamadığı yerdən götürmüş və ona deyilən Xəzər rayonu, Mərdəkan qəsəbəsində daş hasarın dibində gizlətmiş və həmin yerin şəkilini çəkib ona göndərmişdir. Həmin vaxt o, sellofanda olan balaca bükülünü götürmüş, Sabir ona həmin bükülünü də harada gizlədəcəyini bildirəcəyini demişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 08 oktyabr 2021-ci il tarixdə, axşam saat təxminən 18:45 radələrində o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən maşın bazarının yanında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu təqdirdə təqdim etməsi xahiş edilmişdir. Bundan sonra o, əynində olan göy rəngli şalvarının sol yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefonunu, sağ yan cibindən 17 manat 20 qəpik pulunu və 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə baxış keçirilsə də, başqa heç bir şey aşkar edilməmişdir. Təqdim etdiyi pulu özünə qaytarılsa da, ona məxsus 2 ədəd mobil telefon ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman bükümün içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Həmin maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş və çəkisinin 12 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, şəxsi axtarış zamanı o, polis işçilərinə əlavə olaraq həmin narkotikin qalan hissəsini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yolun kənarına atdığını, həmin maddəni təqdim edə biləcəyini demiş və həmin yerə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onun iştirakı ilə həmin yerə gedilmiş və ora baxış keçirilmişdir. Baxış keçirilən zaman ona gizlətdiyi narkotik tərkibli maddəni təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, hasarın qırağında gizlətdiyi selofan torbanı göstərək içərisində narkotik vasitə olduğunu söyləmişdir. Sellofanın içərisinə baxış keçirilən zaman orada bir ədəd sellofan bağlama olması müəyyən edilmişdir. O, həmin bağlamanın narkotik vasitə olduğunu bildirmişdir. Torbada olan narkotikin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və çəkisinin 3 kq 78 qram olması müəyyən edilmişdir. Bundan sonra bağlama torbaya qoyularaq qablaşdırılmış və götürülmüşdür. Ən nəhayət, Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin yekununda göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən istifadə etməmişdir. Sadəcə maddi vəziyyətinin pis olması ilə əlaqədar Sabir adlı şəxsin dediyi bağlamanı götürərək Sabirin dediyi yerlərə apamağa razılaşdığını vermişdir. O, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir (iş vərəqə: səh. 82-84; 152-154). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərdi ki, 08 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis idarısinə əməliyyat məlumatı daxil olmuş, o, əməliyyat məlumatını qəbul edib, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə polis idarəsinin rəisinə raportla məruzə etmişdir. İdarə rəhbərliyi məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə vermiş, X2 qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamasının ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininə və Yasamal rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra onun özündən və BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytanentı Şahid3 Cəmiyət oğlundan ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinə start verilmişdir. Həmin gün polis əməkdaşı Şahid3la birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Yasamal rayonu, Bakı Dairəvi yolun kənarındakı avtomobil alqısatqısı bazarının yaxınlığında saat 18:45 radələrində Təqsirləndirilən şəxs onun əlamətlərinə görə saxlamış, xidməti vəqisələrini göstərib polis əməkdaşları kimi özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Anar Səbiyev kimi təqdim etmişdir. Onlar Anara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu BNMİ-nə dəvət etmiş, Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən onlarla razılaşaraq BNMİ-nə getmişdir. Təqsirləndirilən şəxs saxlanılması haqda raportla rəhbərliyə müraciət olunmuş və işin icrası X3ə tapşırılmışdır. Təhqiqatçı tərəfindən polis idarəsinə vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə video çəkiliş etməklə onun üzərində şəxsi axtarış keçirilmişdir. şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulmuş və qanunsuz əşya olduğu halda, onu könüllü təqdim etməsini təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd "Sumsung Galaxy S 8" markalı və "Sumsung Galaxy J6" markalı ikip ədəd mobil telefonu, sağ yan cibindən 17 manat 20 qəpik pulu və 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və heç nə aşkar edilməmişdir. X3 tərəfindən 17 manat 20 qəpik pul Təqsirləndirilən şəxs qaytarılmış, mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümü açmış və içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin büküm sıfırlanmış tərəziyə qoyulmuş və təxmini çəkisinin 12 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin bükülü zərfə qoyularaq ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən üzəri imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə olduğunu, lakin növünü bilmədiyini demiş, 3-4 il əvvəl İranda tanış olduğu oranın vətəndaşı olan Sabir adlı şəxsdən Xəzər rayonu, Binə qəsəbəsində əldə etdiyini, bundan başqa həmin maddəni götürməkdə həmin maddəni deyilən yerlərə qoyması müqabilində 1200 manat pul alacağını, verilən tapşırıq əsasında Xəzər rayonu, Mərdəkan qəsəbəsində həmin maddələri gizlətdiyini və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarışın birinci mərhələsi yekunlaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Bundan sonra bütün iştirakçılar birlikdə Təqsirləndirilən şəxs istiqamətləndirməsi əsasında ünvan 5 ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs hasarın dibində gizlətdiyi bükülünü göstərmiş və həmin bükülü onlar tərəfindən götürülmüşdür. Həmin bükülünün təxmini çəkisi öyrənmək üçün X3 tərəfindən tərəzidə çəkilmiş və 3078 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülü qablaşdırılaraq götürülmüşdür. Bundan sonra idarədə bu barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı bir təklif və ya əlavə daxil olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şahid1 ifadəsində göstərdi ki, Anar saxlanılan gün o, Qüdrət adlı şəxsi görməmiş, Anara məxsus avtomaşının sonuncunun həyətindən götürülüb aparılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsində deyil, ifadəsinin əvvəlində göstərdiyi kimi, sonuncu Badamdar qəsəbəsində maşın bazarının yanında saxlanılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya mənəvi təzyiq göstərilməmiş, sonuncu çox səmimi olmuş, əldə edib saxladığı narkotik vasitələri şəxsən o özü təqdim etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin əməliyyat müvəkkili, Şahid3, məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid3 Cəmiyət oğlu arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, üzləşmə zamanı şahidlər Şahid1 və Şahid3 sərbəst ifadələrində göstərdikləri və məhkəmə baxışı zamanı bir daha təsdiq etdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər ( iş vərəqə: səh. 155-162). Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 məhkəməyədək icraat mərşhələsində vermiş olduğu ifadəsi yerində yoxlanılmış, sonuncu Bakı şəhəri, Yasamal rayonu, «Bakı Dairəvi yolu»nun kənarında yerləşən avtomobillərin alqı-satqısı bazarını göstərərək Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə, saat 18:45 radələrində həmin yerdə saxladıqlarını göstərmişdir ( iş vərəqə: səh. 163-165). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə həmkəndlidir, hər ikisi Astara rayonunun Hamuşam kəndindəndirlər və Anarı həmkəndlisi kimi tanıyır. O, özü ev təmiri ustası kimi işləmiş, ***-***-**-** mobil nömrəsi onun özünə məxsus olmuşdur. O, yalnız 2021-ci ilin yayında, cəmi 4 ay - oktyabr ayının sonlarınadək Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən "Pizza Bronu" restoranının arxasında ailəsi birlikdə kirayədə yaşamış və həmin vaxt Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə onunla qonşuluqda yaşamışdır. Lakin Anarla qonşuluqda yaşamağına baxmayaraq, işdən gec qayıtdığından Təqsirləndirilən şəxslə ünsiyyət yaratmamışdır. O, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının şahidi olmamış, tutulduğunu sonradan Anarın ailə üzvlərindən eşitmişdir. Şahid Qüdrət Fərəczadə ifadəsində daha sonra göstərdi ki, dəqiq xatırlamadığı günlərin birində, təqribən 2021-ci ilin oktyabr ayının əvvəllərində təxminən günorta vaxtlarında həyətlərində Anarın maşınının yanında bir neçə şəxsin dayandığını görmüş, həmin adamların hökümət adamları olduqlarını hiss etsə də o, Anaraın maşınının həyətlərindən sürülüb aparılmasının şahidi olmamışdır. O, Anarın maşınının aparılmaması üçün hansısa polis əməkdaşı ilə mübahisə etməmiş, maneçilik törətmək istəməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan "xxxx" Telecom MMC-dən götürülmüş bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə məxsus anten məlumatlar, smslər və daxil olan və çıxan zənglərə dair 01-dəd diskdə olan 03 ədəd fayllarda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə 08 oktyabr 2022-ci il tarixdə, saat 11:17-də SMS-lər daxil olduğu və həmin mobil nömrənin anten məlumatlarının Mərdəkan qəsəbəsini göstərdiyi müəyyən edilmişdir. Bundan başqa, tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 8:33-də ***-***-**-** mobil nömrəsi ilə 2183 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 09:14-da həmin nömrə ilə 88 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 09:29-da ***-***-**-** mobil nömrəsi ilə 302 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsini, 12:53, 13:05 və 13:06-da ***-***-**-** mobil nömrəsi ilə müvafiq olaraq 32, 22, 72 saniyə danışıq aparmış, mobil əlaqələrin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 13:49-da ***-***-**-** mobil nömrəsi ilə 28 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Astara rayonu, Masxan kəndini və Bakı şəhəri, Xəzər -ayonu, Mərdəkan qəsəbəsini, 13:52-də ***-***-**-** mobil nömrəsi ilə 41 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi, Astara rayonu, Hamuşan kəndini, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 14:34-də ***-***-**-** mobil nömrəsi ilə 84 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Olimpiya stadionunu, 15:31-də 050- ***-**-** mobil nömrəsi ilə 47 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Binəqədi rayonu, 5 Məmmədova küçəsi ilə Dağıstanlı küçəsinin kəsişməsini və Astara rayonu, Təngərud kəndini, 15:54-də ***-***-**-** mobil nömrəsi ilə 23 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Binəqədi rayonu, Məsud Davudoğlu küçəsini, göstərir, 17:48-də isə, yəni tutulmazdan 57 dəqiqə əvvəl ***-***-**-** mobil nömrəsi ilə 117 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Bakı Dövlət Yol Polisini göstərir(iş vərəqə: 245, 246-247). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, NMBİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə X3in rəhbərliyi ilə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefonun, sağ yan cibindən 17 manat 20 qəpik pul və 1 ədəd sellofan büküm çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarışın sonrakı prosesində Təqsirləndirilən şəxs üzərində başqa əşyalar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilən zaman bükümün içərisində heroin narkotik vasitəsinə şübhəli maddə olduğu müəyyən edilmiş, sıfırlanmış vəziyyətə gətirilən elektron tərəzi vasitəsi ilə şübhəli maddə çəkilmiş və çəkisinin 12 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsain təqdim etdiyi 17 manat 20 qəpik pul onun özünə qaytarılmış, 2 ədəd mobil telefon araşdırma aparılması üçün götürülmüşdür. Tədqiq olunan protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə olduğunu, həmin maddəni 3-4 il əvvəl tanış olduğu Sabir adlı İİR vətəndaşından Xəzər rayonunun Binə qəsəbəsi ərazisində əldə etdiyini, həmin maddəni Sabirin göstərişi ilə onun deyəcəyi yerlərə qoyması müqabilində sonuncunun ona 1200 manat pul verəcəyini bildirmiş, bundan əvvəl Sabirin verdiyi narkotik vasitəni Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində gizlətdiyini və həmin yeri onlara göstərə biləcəyini qeyd etmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə olan heroin narkotik vasitəsinə şübhəli maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 7 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən, Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə prosesi videolentə alınaraq bir ədəd DVD formatlı diskdə protokola əlavə edilmişdir (iş vərəqə: 31-33). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs göstərdiyi ünvan 6 ünvanda keçirilmiş «baxış və götürmə aparılması haqqında» 08 oktyabr 2021-ci il tarixli digər protokoldan görünür ki, qeyd olunan ünvanda Təqsirləndirilən şəxs, X3in rəhbərliyi ilə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə baxış keçirilmiş, baxış keçirilməsi prosesində Təqsirləndirilən şəxs yolun kənarında olan hasarın dibindən bir ədəd qəhvəy rəngli parça materialdan olan torbanı göstərərək həmin torbanın içərisində narkotik vasitə olduğunu və həmin torbanı özünün gizlətdiyini bildirmişdir. Parça materialdan olan torba açılmış, içərisində bir ədəd sellofan kisə və kisənin içərisində heroin narkotik vasitəsinə şübhəli maddə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş şübhəli maddə sıfırlanmış vəziyyətə gətirilən elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 3 kq 78 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş şübhəli maddə olan bir ədəd bağlama qablaşdırılaraq götürülmüşdür. Tədqiq olunan protokoldan daha sonra görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə olduğunu, həmin maddəni 3-4 il əvvəl tanış olduğu Sabir adlı İİR vətəndaşından Xəzər rayonunun Binə qəsəbəsi ərazisində əldə edib gizlətdiyini, həmin maddəni Sabirin göstərişi ilə onun deyəcəyi yerlərə qoyması müqabilində sonuncunun ona 1200 manat pul verəcəyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, tədqiq olunan həmin rotokol iştirakçılara ucadan oxunmuş, imzalarla təsdiq edilmişdir. Baxış və götürmə prosesi videolentə alınaraq bir ədəd DVD formatlı diskdə protokola əlavə edilmişdir (iş vərəqə: 31- 33). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş edilməklə ayrı-ayrılıqda tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması və ünvan 6 ünvanda baxış və götürmə aparılması proseslərinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD formatlı disklərə yerləşdirilmiş videogörüntülərlə müəyyən edildi ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 08 oktyabr 2021-ci il tarixli protokolun və Mərdəkan qəsəbəsi Maral Rəhmanzadə küçəsi 31 ünvanda baxış və götürmə aparılması haqqında 08 oktyabr 2021ci il tarixli protokolun məzmununa uyğundur və hər hansı prosesual pozuntuya yol verilməmişdir (iş vərəqə: 34, 38). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 09 oktyabr 2021-ci il tarixli, 6/4488 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm ... " və s. yazılar, imzalar olan zərfdə 01 ədəd sellofan bükümdə müəyyən olunan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, təmiz çəkisi 11,138 qram təşkil edir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bağlama ... " və s. yazılar, imzalar olan bir ədəd bağlamadakı polietilen torbada müəyyən olunan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir və təmiz çəkisi 3005 qram təşkil edir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə və həmin şəxsin təqdim etdiyi bir ədəd bağlamadakı heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 45-50). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-narkoloji ekspertizanın 16 dekabr 2021-ci il tarixli, 5136 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya Xəstəliyi) aşkar olunur, onun arkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 142-143). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitələrin mənbəyi və işdə adı İİR vətəndaşı “Sabir” kimi keçən şəxsin şəxsiyyəti və olduğu yer müəyyənləşdirilmədiyindən sonuncunun barəsində istintaq olunmuş ********* cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır (iş vərəqə: səh. 281-282, 283, 284-285). İbtidai istintaq orqanının «Sübutların qiymətdəndirilməsi haqqında» 10 mart 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və ünvan 7 ünvanında dibinə baxış keçirilməsi prosesləri haqqında video görüntülər yazılmış 02 ədəd, Azercell MMC-dən götürülmüş 01 ədəd - cəmi 03 ədəd disk, həmçinin Təqsirləndirilən şəxs 01 ədəd bükümdə götürülmüş ümumi çəkisi 11,138 qram və 01 ədəd bağlamada təmiz çəkisi 3005 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmış, ekspertiza tədqiqatından sonra, müvafiq olaraq qalıq qalmış 11,088 qram və 3004,9 qram heroin narkotik vasitəsi saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir (iş vərəqə: səh. 115-116, 267-279). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 3016,138 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş start külli miqdar hədindən 1500 dəfədən çox olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 3016,138 qram olmaqla külli miqdar təşkil etməsi, narkotik vasitənin bir qisminin təqsirləndirilən şəxsin üzərində gəzdirməklə daşıması, böyük bir hissəsini isə gizlədib saxlaması, «Sabir» adlı İİR vətəndaşı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri onun aşkar edilib götürülən heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs kimi qaçaqmalçılıq yolu ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ziddiyyətli ifadələrini, o cümlədən İran mobil operatoruna məxsus mobil nömrə ilə danışsa da, həmin şəxsin narkotik vasitələri daşımaq üçün ona etdiyi təklifi rədd etdiyini, 08 oktyabr 2021-ci il tarixdə Badamdar qəsəbəsi ərazisində avtomaşın bazarının yanında deyil, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən "Pizza Bruno" restoranının qarşısında saxlanıldığını, saxlanıldığı gün axşam saatlarında BNMİ-yə aparıldığını, orada polis əməkdaşları tərəfindən döyülməsini, saxlanılarkən üzərində heç bir narkotik vasitə olmadığını, polis əməkdaşlarının təzyiqi altında polislərin dediklərini qəbul edib narkotik vasitələri boynuna götürdüyünü, Mərdəkan qəsəbəsində hasarın dibindən götürülən narkotik vasitə ilə onun heç bir əlaqəsinin olmadığını, narkortik vasitələrdən istifadə etmədiyini göstərməklə törətdiyi əməlini inkar etməsini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 113-114). Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində cinayətlərin məcmusuna görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2021-ci il tarixli, 5136 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 08 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 08 oktyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 09 oktyabr 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 08 oktyabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan iki bağlamada 11,088 qram və 3004,9 qram heroin narkotik vasitəsi məhv edilməli; - 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 109,90 (bir yüz doxsan manat 90 qəpik) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 08 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan iki bağlamada 11,088 qram və 3004,9 qram heroin narkotik vasitəsi məhv edilsin; - 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 109,90 (bir yüz doxsan manat 90 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-885/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-885/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver