Məhkəmə qərarları › İş №1(101)-885/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-885/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-885/2024 21.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Leqal Servis” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Şuşa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 2 il 03 ay müddətinə azadlıqdan məhrumemə cəzasına məhkum edilmiş; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında“ 01 may 2020-ci il tarixli qanun tətbiq edilərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, 11 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi AK, Şamil Əzizbəyov küçəsi, ev 203, mənzil 6-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop madəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən külli miqdarda 12,884 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini naməlum vaxtda, naməlum şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 21 dekabr 2022-ci il tarixdə saat 22:00-da Bakı şəhəri, Nəsimi rayonu, Ak. Şamil Əzizbəyov küçəsi 203 ünvanının yaxınlığında saxlanılaraq ünvan 1da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin gün, saat 23:42-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 7,361 qram və 5,523 qram olmaqla eyni tərkibli ümumi təmiz çəkisi 12,884 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil. Onun üzərində narkotik vasitə olmamışdır. 22-ci Polis Bölməsinin sahə müvəkkili Səbuhi və əməliyyat müvəkkili Abbas müəllim bir neçə dəfə onun yaşadığı ünvan 2 ünvanında yerləşən evin qapısını döyüb X1 barəsində maraqlanıb evdə olub-olmadığını soruşmuşlar. O da hər dəfə bildirmişdir ki, qardaşı evdə yoxdur və harda olduğunu bilmir. Çünki X1 1 ildir ki, axtarışdadır. 20 dekabr 2022-ci il tarixdə isə axşam saat 8-ə işləmişdən o, 6-7 nəfər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşını evinin qarşısında görmüşdür. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onların evinin qarşısında dayanmışlar və o, onların yanından keçib getmişdir. O, Abbas müəllimi də orda gördüyündən bilmişdir ki, yanında dayananlar da əməliyyat müvəkkilləridir. Axşam saat 22 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 6-7 nəfər əməkdaşı ona yaxınlaşaraq onun adını soruşub üzərini axtarmağa başlamışlar. Onun üzərində siqaret, pul və telefon var imiş. Ondan telefonu soruşduqda o, kurtkanın cibindən telefonu çıxarıb təqdim etmişdir. Həmin vaxt videoçəkiliş də edilirmiş. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onun X1nun harda olduğunu soruşmuşlar və qardaşına zəng edib bura gəlməsini deməyini istəmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onun başına papaq taxıb başından vurmuşlar ki, ya qardaşının yerini deyəcək, ya da o, həbs olunacaq. O qardaşının harda olduğunu bilmədiyini demişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onun qoluna girərək onu Baş İdarəyə aparmışlar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində o, döyülmüşdür, hətta polis əməkdaşları şalvarını da çıxararaq ona qarşı təhqiredici hərəkətlər etmiş, narkotik vasitəni boynuna almağını tələb etmişlər. Videoçəkilişdən əvvəl polis əməkdaşları 2 büküm narkotik vasitəni cibinə qoymuşlar. O, şəxsi axtarış zamanı təzyiq altında kamera qarşısında narkotik vasitəni üzərinə götürmüşdür. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 20 dekabr 2022-ci il tarixdə axşam saat 10-a qalmış saxlanılmışdır. O, 21 dekabr 2022ci il tarixdə tutulmamışdır. 21 dekabr 2022-ci il tarixdə ona sanksiya verilmişdir. O, Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsində 2 gün saxlanılmış və 3-cü günü Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsindən Bakı İstintaq Təcridxanasına etap olunmuşdur. Onu 6-7 nəfər əməliyyat müvəkkili saxlamış və həmin müvəkillərdən 2-ni əvvəlcədən görmüşdür. O, maşına minəndə qoluna qandal vurmuşlar, maşında onun telefonundan X1na zəng etmişlər və qardaşına zəng çatmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsində 45-50 yaşlı bir əməkdaşın yanına aparılmış və orda qardaşının yerini ondan soruşmuşlar. Polis əməkdaşları onun ancaq baş nahiyəsindən vurmuşlar. Onun bədəni üzərində xəsarət izləri qalmamışdır. Onun üzərində işgəncə aparılması ilə bağlı ekspertiza keçirilmişdir. Polis əməkdaşları ona demişlər ki, videoçəkiliş zamanı narkotik vasitəni məhlədə 2-3 nəfər şəxsdən alıb evinə qoyduğunu desin. O narkotiik vasitə istifadəçisi olmadığından onun evində axtarış aparılmamışdır. Onun telefonuna baxış zamanı da telefonunda narkotiklə bağlı heç bir məlumat aşkar olunmamışdır. X1 ondan 2 gün sonra, 22 dekabrdan -23 dekabra keçən gecə tutulmuşdur. Elan olunmuş cinayət işinin 27-28-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə izahat arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 39-40-cı vərəqələrində olan izahatında, 56-59 və 70-73, 120- 122-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...yaşadığı ünvan 2 ünvanının yaxınlığında olarkən yol kənarından iki ədəd sellofan bükümdə «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin tapmış və həmin maddəni istifadə etmək məqsədi ilə üzərində saxlayaraq daşımışdır. 21 dekabr 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında olan zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuş, o da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş, həmin zaman o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq üzərində «şüşə» adı ilə tanıdığı pixotrop maddə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmişdir. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən içərisində «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin olan iki ədəd şəffaf sellofan bükümü, həmin cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli «İphone 5» markalı mobil telefon aparatını və 23 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra təqdim etdiyi iki ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli maddə olması müşahidə edilmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və dindirmə protokolları təzyiq altında imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər idarəsində baş əməliyyat müəvkkili işləyir. Əməliyyat müvəkkili Şahid1 Bakı şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Şahid1 rəhbərliyi ilə o və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ərazisində şübhəli şəxsin evinin yaxınlığında saat 22:00-da Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib anket məlumatlarını dəqiqləşdirmişlər. Təqsirləndirilən şəxs qərarla tanış edib Baş İdarəyə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs idarə etdikləri avtomobilə dəvət edib Baş İdarəyə aparmışlar. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Vəkilin iştirakı ilə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən mobil telefon, pul, digər əşyalarla yanaşı şalvarın sağ yan cibində olan iki ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlayıb, tutulmamışdan iki gün əvvəl yaşadığı binanın yaxınlığında, yerdən tapdığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Əməliyyat qrupuna Şahid1 rəhbərliyi altında o və Şahid3 daxil olmuşlar. Təqsirləndirilən şəxs könüllü olaraq şəxsi axtarış zamanı üzərindəkiləri təqdim etmişdir. Təqsirləndirilən şəxs əvvəllər qardaşı ilə əlaqədar axtarmamışlar. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək psixotrop maddənin başqa yerdə olmadığını bildirdiyindən onun mənzilinə baxış keçirmək zərurəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər idarəsində baş əməliyyat müvəkkili işləyir. 21 dekabr 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid1 Bakı şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Şahid1 rəhbərliyi ilə o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 21 dekabr 2022-ci il tarixdə axşam saat 22:00-23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ərazisində şübhəli şəxsin evinin yaxınlığında Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib anket məlumatlarını dəqiqləşdirmişlər. Təqsirləndirilən şəxs qərarla tanış edib Baş İdarəyə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs idarə etdikləri avtomobilə dəvət edib Baş İdarəyə aparmışlar. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Vəkilin işirakı ilə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki ədəd sellofan bükümdə metamfetaminə bənzər maddəni, telefonu və digər əşyaları çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümün metamfetamin olduğunu, bir neçə gün əvvəl yaşadığı binanın yaxınlığında, yerdən tapdığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə saxlanılmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs qarşı qeyri-etik hərəkətlər edilməmiş, şalvarı soyundurulmamışdır. O, X6 tanımır və tutulmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs qardaşı Vüqar Məmmədov barəsində nə onu saxlayarkən, nə də Polis İdarəsində sual verilməmiş, Təqsirləndirilən şəxs telefonundan X1na zəng edilməmişdir. Şəxsi axtarış və baxış 21 dekabr 2022-ci il tarixdə 1 neçə saat sonra olmuşdur. Təqsirləndirilən şəxs yalnız üzərində metamfetamin olduğunu bildirdiyindən onun mənzilinə baxış keçirmək zərurəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər idarəsinin baş əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək şahidlər Şahid2 və Şahid3 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 21 dekabr 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması, eləcə də daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 21 dekabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması, eləcə də daşınması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 176-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 5(005)- 1733/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 21 dekabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin 7-8-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Əbülfət Rzayevin 21 dekabr 2022-ci il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması, eləcə də daşınması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 21 dekabr 2022ci il tarixli raportundan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yeri müəyyən edilərək həmin gün saat 22:00-da ünvan 4 ünvanın yaxınlığında saxlanılmış və üzərində şəxsi axtarış aparılmasına şərait olmadığına görə Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmişdir. Cinayət işinin 27-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış aparılmasından əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində "şüşə" adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmiş, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, həmin cins şalvarının sol yan cibindən 01 ədəd qara rəngli "İphone" markalı mobil telefonu və 23 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində "şüşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri 2 gün əvvəl, yəni 19 dekabr 2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanın yaxınlığında olarkən yol kənarından tapmasını, şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Aşkar edilmiş iki ədəd büküm qablaşdırılaraq götürülmüşdür. "İphone" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 23 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı “SONY” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 42-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli, 6/7125 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 6 möhür əksi və “ Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” və s. Yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,361 qram, 5,523 qram, ümumi təmiz çəkiləri 12,884 qram ağ rəngli, kristalşəkilli kütlələr kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 137-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsindən daxil olmuş 17 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni aldığı şəxsi, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin 186-192-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 arasında üzləşdirmə keçirilmiş, Şahid1 Təqsirləndirilən şəxs qarşı fiziki zor və hədə tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edildiyini bildirmişdir. Cinayət işinin 212-215-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxsla Şahid3 arasında üzləşdirmə keçirilmiş, Şahid3 Təqsirləndirilən şəxs qarşı fiziki zor və hədə tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edildiyini bildirmişdir. Cinayət işinin 217-221-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxsla Şahid2 arasında üzləşdirmə keçirilmiş, Şahid2 Təqsirləndirilən şəxs qarşı fiziki zor və hədə tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edildiyini bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 225-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 iyul 2023-cü il tarixli DVD disk daşıyıcısında qeydə alınan videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD-R diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən iki ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Daha sonra şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon aparatını və 23 manat pulu masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki “şüşə” kimi tanıdığı maddəni iki gün əvvəl saat 16:00 radələrində yaşadığı evin yaxınlığından yerdən tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Cinayət işinin 226-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyul 2023-cü il tarixli mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixinədək daxil olan və çıxan zənglərin, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, sms mətnlərinin məlumatlarını özündə əks etdirən, "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 227-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyul 2023-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone 5” markalı mobil telefon aparatına baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 259-267-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi polis polkovnik-leytenantı Ramil Məhərrəmovun 21 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone 5” markalı mobil telefonun sonuncunun yaxın qohumlarına qaytarılması qərara alınmışdır. Cinayət işinin 269-270-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi polis polkovnik-leytenantı Ramil Məhərrəmovun 21 sentyabr 2023-cü il tarixli cinayət işi materialın ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni əldə etmə, daşıma, saxlama və satılması faktlarının araşdırılması məqsədi ilə cinayət işinin materiallarından ayrıca material ayrılması qərara alınmışdır. Bundan başqa, məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 20 dekabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək anten dairə məlumatlarının müəyyən edilməsi üçün qərar qəbul edilib, icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-dən 17 yanvar 2024-cü il tarixli məktubla daxil olmuş məlumatdan görünür ki, ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2022-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, Bakı şəhəri, Azadlıq prospekti, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, Dəmir yol İdarə, Çörək Zavodu, ünvan 5 ünvanlarında anten dairəsi qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həqiqətən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və özündə saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə əldə olunmuş sübutlar məcmusuna müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməmiş, istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham məhkəmədə araşdırılmış sübutlar məcmusu ilə kifayət qədər təsdiq olunmamış və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsində istintaq orqanının gəldiyi nəticələri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarını və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımağa tövsif edilməlidir. Belə ki, istintaq orqanı məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş külli miqdarda narkotik vasitə və ya psixotrop maddənin «satış məqsədi» daşıyıb-daşımaması ilə bağlıdır. Cinayət işinin 137-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsindən daxil olmuş 17 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni aldığı şəxsi, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs cinayət işinin 39-40-cı vərəqələrində olan izahatında, 56-59 və 70-73, 120-122-ci vərəqələrində olan ifadələrində üzərindən aşkar edilmiş maddəni tapdığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə baxışında dindirilərkən isə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir, o, narkotik vasitə istifadəçisi deyil, onun üzərinə narkotik vasitə qoyulmuş, polis əməkdaşları tərəfindən təzyiq olunduğu üçün fərqli ifadə vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən psixotrop maddəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Təqsirləndirilənin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Ümumiyyətlə ibtidai istintaq dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həqiqətən narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə sübut əhəmiyyətli hal müəyyən edilməmişdir. Belə ki, cinayət işinin 226-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyul 2023-cü il tarixli mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixinədək daxil olan və çıxan zənglərin, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, sms mətnlərinin məlumatlarını özündə əks etdirən, "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, ibtidai istinatq dövründə Təqsirləndirilən şəxs məxsus “İphone 5” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat, narkotik vasitənin alqı-satqısı ilə məşğul olmasını sübut edən hansısa hal aşkar edilməmişdir. (iş vərəqə 227) Habelə cinayət işinin 193-194-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 mart 2023-ci il tarixli, 1295 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddəyə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, CM-nin 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-nin 234.3-cü maddəsi ilə məsuliyyət yaratmır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda iki qram və ondan artıq miqdarda «metamfetamin» isə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı,telefon ismarıcları və hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşımasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında nəticəsinin əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ifadələrində göstərmişdir ki, onun üzərindən narkotik maddə aşkar edilməmişdir və qeyd etmişdir ki, onun üzərində narkotik maddə olmamış, o, döyüldüyü üçün, təzyiq altında şəxsi axtarış zamanı narkotik vasitənin onda olduğunu bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrindən fərqli ifadələr verməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadəsininin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını, saxlanıldığı istintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Nərimanov rayon prokurorluğuna sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 24 noyabr 2023-cü il tarixli, 3-16-17/38/2-7980/2023 saylı məktubdan və məktuba əlavə edilmiş tibb kitabçasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman, müayinə zamanı sonuncunun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 182-184-cü vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 602/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmçinin, Bakı şəhəri, Nərimanov rayon prokurorluğundan 14 noyabr 2023-cü il tarixli, 50-C-23 nömrəli məktubla daxil olmuş Nərimanov rayon prokurorunun köməkçisi, 2ci dərəcəli hüququşünas X4 17 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə, işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oglunun həmin ifadələrinin məhkəmədə araşdırılıb öz təsdiqini tapmış sübutlara deyil, onun subyektiv mülahizələrinə əsaslanan və özünün müdafiəsinə yönələn cəhdlər kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 145-161-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayət işinin 163-169-cu vərəqlərində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 2 il 03 ay müddətinə azadlıqdan məhrumemə cəzasına məhkum edilmiş; cinayət işinin 173-174-cü vərəqlərində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında“ 01 may 2020-ci il tarixli qanun tətbiq edilərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, 11 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli resdivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli resdivini yaradır. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Cinayət işinin 135-136-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 21 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 24-cü vərəqəsində olan 21 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 90-94-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 4(005)-1383/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,744 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,744 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar