Məhkəmə qərarları › İş №1(101)-885/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-885/2025

06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-885/2025 06.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X5 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakları təkrarən ələ keçirərək onlara külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş və satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə reallıqda özünə məxsus olmayan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən 18 sot torpaq sahəsinin özünün mülkiyyətçisi olmadığını və həmin torpaq sahəsinə dair hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alına bilməməsini bildiyi halda, həmin torpaq sahəsinin özünə məxsus olması, torpaq sahəsinin sənədlərinin tam qaydasında olması və həmin torpaq sahəsinə olan hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alına bilinəcəyinə dair Zərərçəkmiş şəxs1 və sonuncunun övladı Şahid2 qəsdən yalan məlumatlar verib onları aldadaraq qeyd edilən torpaq sahəsini satdıqdan sonra həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən əldə edilmiş çıxarış əsasında alıcıların mülkiyyətinə keçəcəyinə dair onlara qəsdən yalan vədlər verib inandırmağa nail olduqdan sonra Zərərçəkmiş şəxs1 övladı Şahid2 torpaq sahəsinin başqa şəxslərə satılmaması məqsədi ilə beh qismində 2023-cü ilin sentyabr ayının sonlarında tanışı Şahid3 vasitəsi ilə ünvan 4 ünvanın qarşısında 3000 manat, eyni məqsədlə, Şahid2 2023-cü ilin oktyabr ayının əvvəllərində tanışı Şahid3 vasitəsi ilə ünvan 5 ünvanında yerləşən 43 saylı notariat ofisinin yaxınlığında 12.000 manat pulu aldıqdan sonra 09 oktyabr 2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən 43 saylı notariat ofisində torpaq sahəsinin ilkin alqı- satqısının həyata keçirilməsinə nail olduqdan sonra qısa müddət ərzində alıcının həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən əldə edilmiş çıxarış əsasında mülkiyyətçisi olacağına inandırmaqla Zərərçəkmiş şəxs1 övladı Şahid2 130.000 manat, ümumilikdə 145.000 manat məbləğində pul vəsaitini ələ keçirərək vermiş olduğu vədlərə əməl etməyib həmin pulu öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 145.000 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. 3.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə özünün yüksək vəzifəli rəhbər şəxslər ilə yaxın əlaqələrinin olmasına dair Zərərçəkmiş şəxs2 qəsdən yalan məlumatlar verib onu aldadaraq həmin tanışları vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları 8-ci dalanda yerləşən Zərərçəkmiş şəxs2 mülkiyyətində olan torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsinə dair köməklik göstərəcəyi ilə bağlı Zərərçəkmiş şəxs2 qəsdən yalan vədlər verib onu inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra 2024-cü ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs2 sonuncuya məxsus ünvan 7 ünvanında yerləşən “Alp Saray" şadlıq sarayında 50.000 manat, eyni məqsədlə bu hadisədən 2 gün sonra qeyd edilən şadlıq sarayında əlavə olaraq 50.000 manat olmaqla, ümumilikdə 100.000 manat məbləğində pul vəsaitini ələ keçirdikdən sonra verdiyi vədlərə əməl etməyib həmin pulu öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs2 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 100.000 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. 4.Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - 7,382 qram çəkidə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 8 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 13 mart 2024-cü il tarixdə saat 14:50-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 16:44-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 7,382 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 5.Məhkəmədə təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 234.4.3cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, yanvar aylarında dostu Yalçın bir tanışının problemi olduğunu ona demişdir. Deyilən məsələ ilə bağlı görüşmüş və tanışlarının torpağına polis tərəfindən məhdudiyyət qoyulduğu deyilmişdir. Yalçınla görüşlərində Mübariz də iştirak etmiş və Hüseyn adında bağ qonşusunun görüşmək istədiyini bildirmişdir. Onlar Hüseynin bağ evində görüşmüşlər və Hüseyn ona məhdudiyyəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qoyduğunu demişdir. Hüseyn özü bu işin həll edilməsi ilə bağlı yüz min manat verəcəyini və əlavə də ona on min manat hörmət edəcəyini bildirmişdir. Bu məsələ ilə bağlı Elşən adlı tanışı ilə danışmış, həmin vaxt Şahid7 ona Nəsimi Rayon Polis İdarəsinin rəisi Vüqar Ağayevin kirvəsi olduğunu və bu haqda onunla danışa biləcəyini demişdir. Elşən Vüqarla danışdıqdan sonra problem olmadığını və həll edəcəklərini bildirmiş, bundan sonra Elşənlə birlikdə idarəyə getmişlər və Vüqarın işçisi gəlib Elşəni yuxarıya qaldırmışdır. Daha sonra Elşən gələrək bir həftə-on günə məsələnin öz həllini tapacağını bildirmişdir. Bu barədə Hüseynə məlumat vermiş və 2-3 gün sonra Hüseyn ona gəlib pulu götürməsini demişdir. Səhər saatlarında Saray qəsəbəsi tərəfdə Elşənlə görüşərək pulun yarısını dollar, yarısını isə manatla vermişdir. Həmin vaxt onun yanında Jalə adlı qadın olmuş və hər bir halda videoçəkiliş etmək lazım olduğunu demişdir. Pulu verdikdən sonra Xızı rayonuna getmişdir. Bir müddət keçdikdən sonra Hüseyn əlaqə saxlayaraq işinin taleyi ilə maraqlanmışdır. Müstəntiq onun Hüseyn müəllimlə bağlı yazışmalarında olan Elşənlə bağlı danışığının işə əlavə ediləcəyini demiş, lakin heç birini əlavə etməmişdir. Hüseyn maraqlandıqdan sonra Vüqar müəllimin pul verildiyini və prosesin getdiyini bildirməsini ona demişdir. Elşəni mart ayının 1-2-də Quba Rayon Polis İdarəsi saxlamış, sonra Elşən buraxılmış, o, mart ayının 8-də məclisdə olanda Elşənə işi tezləşdirmək lazım olduğunu və Hüseyn müəllimin narahat olduğunu bildirmişdir. Həmin vaxt Elşən telefonda danışdıqdan sonra ona “Vüqar müəllim deyir ki, elə etməsin onu da, pulu verəni də tutum” demişdir. O, Elşənə konkret olaraq ya sənədi, ya da pulu gətirib verməsini bildirmişdir. Mart ayının 13də Hüseyn müəllimlə danışaraq Elşənin yanında olduğunu və bu günün sonuncu gün olduğunu demişdir. Hüseyn ona Elşənlə işini bitirdikdən sonra görüşməyi təklif etmiş və Hüseyn müəllimlə Kürdəxanıda görüşməyə razılaşmışlar. Lakin Hüseyn görüşə yubandığından bərbərə girmiş, bərbərxanada oturanda Hüseyn zəng edərək işıqforda olduğunu və çatacağını bildirmiş, həmin vaxt Elşəni Vüqarın yanına qaldıran “banditzm”in əməliyyatçısı içəri girərək bərbərdən yerinin olub-olmadığını soruşmuşdur. Sonra həmin şəxs çölə çıxmış və üç nəfər onun maşınının yannda söhbət etməyə başlamışdır. On dəqiqə sonra yenidən gəlmişlər və heç bir söz demədən birlikdə maşına oturmuşlar. Həmin vaxt Hüseyn müəllim ona zəng etmiş və telefonunu aldıqlarından zəngi aça bilməmişdir. Üzeyir adlı şəxs ona “bizə yüz min verib, indi bizdən “vozvrat” pul istəyirsən sən” demişdir. Sonra onu Vüqar Ağayevin otağına gətirərək işgəncə verməyə başlamışlar. Vüqar ona “sən mənə yüz min verməmisən, gətir mənə yenə ver, çıx get” demiş, bu zaman o, pulu Elşənə verdiyini demiş və ona işgəncə verməyə davam etmişlər. Ona pulun adını çəkməməsini və yüngül bir narkotikə qol çəkməsini demişlər. O, qol çəkməyəcəyini dedikdə şəxsiyyətini alçaldan hərəkətlər edib ailəsinə göndərəcəklərini bildirmişlər. Onu stula bağlayıb yenidən işgəncə verməyə davam etmişlər. Daha sonra aşağı düşürüb videonu çəkmişlər və məhkəməyə çıxdıqda onun üzərinə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini qoyduqlarını bilmişdir. O, qırx bir yaşı olduğunu və siqaretin dadını bilmədiyini bildirmişdir. O, Qələmdara satılan torpağı 2013-cü ildə Şahid11 almışdır. Qələmdarı da bir dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində görmüşdür. Həmin torpağı Akim adlı şəxsə satmışdır. Torpağı satdığı adamdan qaytarmışlar. Həmin şəxsi bir dəfə notariusda görmüş və gəlib qol çəkərək getmişdir. Torpağın ilkin alqı-satqısını etibarnamə ilə Qələmdarın oğlu ilə etmişdir. O, torpağının olması barədə danışıq aparmamış və həmin torpağı satmışdır. Sonradan Akim pulu ödəməmiş və o da ayda iki-üç min verməsinin sərf etmədiyini demişdir. Qələmdarı bir dəfə görmüş və Qələmdar onu tanımadığını, Şahid3 tanıdığını bildirmişdir. İlkin alğı-satqını etdikdən sonra oktyabr ayında İsrafil zəng edərək problem olduğunu və görüşmək lazım olduğunu demişdir. Alatava deyilən yerdə görüşəndə Oktayın bu məsələ ilə bağlı məhkəmədə iddiası olduğunu bildirmişdir. Torpaq sahəsi Oktayın adına olmuş və Oktay həmin torpağın sənədini arxivdən götürüb İbad adında adama satmışdır. Problemlər də həmin ərəfədən başlamışdır. Onlara Oktayı taparaq nə qədər danışığa dəvət etsələr də gəlməmişdir. Daha sonra o, yanvar ayında Oktay və Şahid11 barəsində qarşı dələduzluq olması barədə ərizə ilə Baş Prokurorluq, şəhər prokurorluğu, Səbail rayon prokurorluğu, Səbail Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyinə müraciətlər etmişdir. 6.Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, haqqında danışdığı torpaq sahəsi Salyan şossesi 32 ünvanında yerləşmiş və torpaq sahəsi Şahid9 məxsus olmuşdur. Həmin torpaq sahəsini 2013-cü il tarixdə Oktayın razılığı ilə etibarnamə əsasında almışdır. Sərəncam və arxiv arayışı kimi sənədləri olmuşdur. Şahid3 həm onun, həm də Qələmdarın tanışı olmuşdur. Onun Fəridlə ümumiyyətlə tanışlığı olmamış və Fəridi ancaq notariusda görmüşdür. İsrafil ona “mən demişəm ki, torpaq mənimdir, sən gəl qol çək, heç bir şey danışma çıx get” demişdir. Torpağı İsrafil satmış, lakin sənədləri onda olmuş və Qələmdargil bir ay əvvəl sənədi alaraq aparıb yoxlatdırmışlar. Alqı-satqı onunla Qələmdarın oğlu arasında bağlanmışdır. Ümumi yüz qırx beş min manata razılıq olmuş, ona çatan pul isə doxsan min manat olmuşdur. Qalan pullar İsrafil və maklerə verilmişdir. Faktiki olaraq aralarında alqı-satqı müqaviləsi olmuşdur. İttihama görə zərərçəkmiş şəxsə çıxarış almaq vədi vermiş, əgər oraya çıxarış alınsaydı həmin torpaq sahəsinin yarım milyon qiyməti olardı. Əmlak Komitəsi torpağın çıxarışına yüksək məbləğ istədiyindən məhkəmə yolu ilə həll etmək istəmiş, lakin o da vaxt aparmışdır. Özləri də ona torpağı alaraq məhkəmə ilə həll edəcəklərini demişlər. Daha sonra İsrafil zəng edərək onun görüşməsini demiş, Qələmdarın oğlu Fərid, qohumları Nahid və onun çağırdığı Rəhimlə görüşmüşlər, həmin vaxt məhkəmədə mübahisələrinin getdiyini demişlər. Alatavada görüşərkən Rəhim məhkəmədə proses getdiyini deyərək məhkəməyə getməyi bildirmişdir. Rəhim Oktayı gətirib etibarnaməni ləğv edəcəyini, prosesə Qələmdarın çıxacağını və çıxarışı da özlərinin alacağını demişdir. Oktay həmin torpağın sənədinin dublikatını çıxararaq İbad adında şəxsə satmış, İbad da torpağa sənəd aldığını və həmin sənədlərlə torpağa çıxarış almaq istədiyini bildirmişdir. Sərəncam Şahid9 adına olmuş, lakin mülki etibarnamə ona aid olmuşdur. Həmin etibarnamədə bütün ailə üzvlərinin razılığı olmuş və etibarnamədə alğı-satqı səlahiyyətləri də olmuşdur. O, etibarnamə əsasında torpağın alqısatqısını Oktayın adından etmişdir. Şahid11 torpağı ona satan şəxs olmuş, o, torpağı Rəhimdən almış və Oktayı görməmişdir. O, ikinci epizodla bağlı yüz min manat almış, ona iki-üç gün fasilələrlə iki dəfə əlli min manat verilmişdir. Pul Zərərçəkmiş şəxs2 məxsus olan torpağın üzərindən məhdudiyyətlərin götürülməsi ilə bağlı verilmişdir. Məhdudiyyəti onlar özləri qoymuşlar. Bu iş düzəldikdən sonra ona da hörmət olunacağı deyilmişdir. O, həmin pulu Şahid7 vermişdir. Birinci epizodla bağlı Elşən özü problemi həll edəcəyini demişdir. O, torpaq üzərində olan məhdudiyyətlərin götürülməsi ilə bağlı köməklik edəcək şəxs kimi Elşəni nəzərdə tutmuşdur. O, torpağa məhdudiyyətin hansı orqan tərəfindən qoyulduğunu bilməmiş, lakin Elşən məhdudiyyəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qoyduğunu demişdir. Elşən bu barədə Vüqara demiş və Vüqar da araşdırdıqdan bir müddət sonra məhdudiyyəti onların qoyduğunu bildirmişdir. O, Elşənə Hüseynin şəxsiyyət vəsiqəsini, torpağın sənədini və oğlunun sənədini göndərmişdir. Bir həftə sonra Elşən ona məlumat verərək birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməli olduqlarını bildirmişdir. Hüseynin özü yüz min manat pulun verilməsini təklif etmiş və o da Elşənə yüz min manat verildiyini demişdir. Elşən ona Vüqar müəllimlə danışdığını və istəsə birlikdə gedə biləcəklərini bildirmişdir. Bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər, Elşən tutanlardan biri olan Hüseynlə bir yerdə yuxarı qalxmışlar və təxminən qırx dəqiqə sonra düşərək pulu vermək lazım olduğunu demişdir. Birinci dəfə əlli min vermək istəyəndə zəng edərək pulun hamısını bir dəfəyə vermək lazım olduğunu bildirmişdir. Onlar Elşənin maşını ilə getmişlər və Vüqarın işçisi gəlib Elşəni yuxarıya qaldırmışdır. Pul verilməli olan ərəfədə Jalə adında xanımı Xızı rayonuna prokurorluğa aparmış, Elşən zəng edərək Saray qəsəbəsi ərazisində yerləşən “Naringi” restoranının qarşısına gəlmiş, həmin vaxt Jalədən pulu verəndə çəkiliş etməsini xahiş etmişdir. Elşən birlikdə idarəyə getmələrini təklif etmiş, o isə Elşənə “sən get pulu ver, verəndən sonra zəng edərsən” demişdir. Pul iki bükümdə olmuş, bükümün biri maşında qol altında olan hissədə, digər hissəsi isə oturacağın altında qara sellofanda olmuşdur. Elşən hansısa çəkilişin aparılmasından məlumatsız olmuşdur. Elşənə pulu açıb tək-tək saymışdır. Onlar Xızıya gedəndən sonra Elşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından görüntülü zəng edərək pulu verdiyini və işin bir həftə, on günə həll ediləcəyini demişdir. Torpaqdan başqa Zərərçəkmiş şəxs2 özünün və oğlunun da ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Elşən hər gün Vüqar müəllimlə bir yerdə olduğunu demişdir. Sonuncu dəfə mart ayının 8-də Elşən onun yanında Vüqara zəng edərək ya sənədləri qaytarmasını, ya da işi həll etməsini demişdir. Həmin vaxt Vüqar telefonda “səni də, pul verəni də tutacam” demişdir. Ayın 13-də Elşənlə görüşərkən ya pulu verməsini, ya da cənab nazirə zəng edəcəyini bildirmişdir. Üzərindən bir saat keçəndən sonra Hüseyn görüşmələri üçün ona zəng etmişdir. O, həmin vaxt Elşənlə “Duz gölü” restoranının həyətində görüşmüşdür. Həmin ərəfədə Kürdəxanı qəsəbəsində Əlövsət Quliyev 35 ünvanında yaşamışdır. O, torpaq üzərindən həbsin götürülməsi ilə bağlı yazışma aparmışdır. Martın 13-dən tutulana kimi onun Elşənlə mütəmadi danışıqları olmuşdur. Qələmdarın epizodu ilə bağlı torpaq ona mülki etibarnamə ilə verilmiş və gedib həmin torpağa baxaraq sənədlərini yoxlatdırmışdır. Arxiv idarəsinin arayışında torpağın Şahid9 adına olması yazılmışdır. Həmin torpaq sahəsini on iki min ABŞ dollarına almışdır. Həmin torpaqla bağlı ona sərəncam, arxiv arayışları və eskiz layihəsi sənədlərinin əslləri verilmişdir. Sənədləşdirməni 53 saylı notariusda etmişlər. Torpağı əvvəlcə Akim adlı şəxsə yüz otuz beş min manata satmış və onlar qırx min manat ödəniş etmişlər. Daha sonra ödəniş edə bilmədiklərini, ayda min-iki min ödəyəcəklərini demişlər. Torpağın ikinci dəfə satışı ilə Şahid3 məşğul olmuşdur. Etibarnamənin saxta və ya düzgün olmasını bilmək imkanı olmamış, notariusda satıla biləcəyi deyilmişdir. 7.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 14 mart 2024-cü il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini tutulmamışdan 2 gün əvvəl, yəni 11 mart 2024-cü il tarixdə yaşadığı ünvanın, yəni ünvan 10ən tapmışdır. Əvvəllər narkotik vasitə və psixotrop maddədən istifadə etmişdir. Tapdığı psixotrop maddəni şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Psixotrop maddəni tapdığını heç kimə deməmiş, heç kimə verməmiş, heç kimə satmamış və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmamışdır. Tapdığı psixotrop maddəni iki gün üzərində saxlamışdır. 13 mart 2024-cü il tarixdə saat 14:50-də ünvan 8 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf etmişdir ki, hazırda üzərində psixotrop maddə “patı” vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən özümə məxsus olan 01 ədəd “Samsung A51” markalı mobil telefonunu və “Leobank”ın 01 ədəd plastik bank kartını, həmin şalvarının sağ yan cibindən 65 manat pulunu, 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə “patını” və 60 qəpik pulunu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı onun içərisində psixotrop maddə “patı” olması müşahidə edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş maddə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ona məxsus olan “Samsung A51” markalı mobil telefonu və üstündə 4098 5844 9257 8743 rəqəmləri qeyd olunmuş “Leobank”ın 01 ədəd plastik bank kartı iş üçün əhəmiyyət kəsb etdiyinə görə polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan başqa üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 65 manat 60 qəpik pulu geri qaytarılmışdır. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 01 bükümdə olan psixotrop maddə “patı”nı 2 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, həmin maddələri onda maraq kəsb etdiyi üçün götürdüyünü və üzərində gəzdirdiyini, özünün narkotik vasitə və ya psixotrop maddələrdən təxminən 1-2 il əvvəl istifadə etdiyini, həmçinin üzərindən aşkar olunmuş maddədən 1 dəfə istifadə etdiyini bildirmişdir. Üstündən aşkar olunmuş həmin maddə ilə bağlı heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirmişdir, Həmçinin şifahi sorğu zamanı özünə məxsus olan “Samsung A51” markalı mobil telefonunun içərisində ***-***-**-** saylı mobil nömrənin olmasını bildirmişdir (İ cild, səh. 77-80). 8.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 25 aprel 2024-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qaldığını, aşkar edilmiş maddənin ona məxsus olmadığını, bu səbəbdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının təzyiqi ilə etirafedici məzmunda izahat və ifadə verdiyini, bundan əlavə, iş üzrə Zərərçəkmiş şəxs2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları 8-ci dalanda yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsinə köməklik göstərəcəyi ilə bağlı sonuncudan 100.000 manat aldığını və buna görə də tutulduğunu bildirmişdir (İ cild, səh. 176-180). 9.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 12 sentyabr 2024-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, təxminən 10 il bundan əvvəl yaxın dostu olan Şahid11 vasitəçiliyi ilə Şahid9 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında 18 sot torpaq sahəsini etibarnamə əsasında 10-12 min ABŞ dollarına almışdır. Torpaq sahəsini aldıqdan sonra bir neçə dəfə öz adından İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri üzrə Dövləti Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə aldığı 18 sot torpaq sahəsinə çıxarışın verilməsi üçün müracət etmişdir. Dövləti Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ona həmin torpaq sahəsinin yeni yerləşmə sxemi mövcud olmadığına görə torpaq sahəsinə çıxarışın verilməsindən imtina etmişdir. 2023-cü ilin ortalarında yaxın tanışı olan Şahid3 qeyd etdiyi torpaq sahəsini satmaq istədiyini və ona köməklik etməsini bildirmişdir. 2023-cü ilin sentyabr ayında İsrafil ona zəng edərək torpaq sahəsini satmaq istəyən alıcı olduğunu və torpaq sahəsinə dair sənədləri ona verməyini bildirmişdir. Bundan sonra torpaq sahəsinə dair onda olan sənədləri İsrafilə vermişdir. Bundan təxminən 10 gün sonra İsrafil ona sonradan adını bildiyi Şahid2 adlı şəxslə torpaq sahəsini 145.000 manata satılması ilə bağlı razılığa gəldiyini bildirmişdir. Ona qeyd etdiyi məbləğə torpaq sahəsini sata biləcəyini bildirmişdir. Bundan biriki gün sonra İsrafil ona zəng edərək Şahid2 torpaq sahəsinin alqı-satqı edilməsindən əvvəl 15.000 manat beh aldığını və onunla görüşmək istədiyini bildirmişdir. İsrafillə Masazır qəsəbəsində görüşmüşdür. İsrafil Şahid2 aldığı 15.000 manatdan 10.000 manatını ona vermişdir. 5.000 manatını özünün götürdüyünü bildirmişdir. Bundan bir neçə gün sonra İsrafil ona zəng edərək torpaq sahəsinin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat kontorunda alqı-satqı ediləcəyini və onunda gəlməli olduğunu bildirmişdir. Qeyd edilən tarixdə 43 saylı notariat kontoruna gəlmişdir. Notariat kontorunda ilk dəfə Şahid2 görmüşdür. Fərid oraya dayısı kimi təqdim etdiyi Şahid4 adlı şəxslə gəlmişdir. Orada olan zaman onlar Fəridə alqı- satqının onunla olacağını bildirmişlər. Fərid bundan sonra sənəd üzərində torpağın sahibi olan Şahid9 görmək istədiyini bildirmişdir. Bu barədə Fəridgillə bir qədər söhbət etdikdən sonra alqı-satqı etmək üçün notariat kontorunun içərisinə daxil olmuşlar. Alqı-satqı onunla Fəridin yanında gələn Şahid4 arasında olmuşdur. Həmin zaman Şahid2 notariat kontorunun kassasına 130.000 manat pul ödəmişdir. Pul ödəndikdən sonra ilkin alqı-satqı müqaviləsi bağlanmış və Fəridin ödədiyi 130.000 manat pulu özü götürərək notariat kontorunu tərk etmişdir. Alqı-satqıdan sonra İsrafilə ümumilikdə 25.000 manat pul vermişdir. İsrafil o pulu sonradan ona geri qaytarmışdır. Verilən suala cavab olaraq Şahid2 satmış olduğu torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir (İİ cild, səh. 219-225). 10.Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, özlərinə məxsus mənzili satmaq qərarına gəlmişlər və özü rayonda işlədiyindən həmin vaxt işləri Bakı şəhərində olan oğluna həvalə etmişdir. Oğlu satılan torpaq sahələri ilə maraqlanarkən Xəqaninin özünün şərikləri ilə torpaq alqı-satqısı işləri ilə məşğul olduğu məlum olmuşdur. Həmin vaxt Bakı şəhəri, Salyan şossesində 18 sot torpaq sahəsi satdıqlarını bilmişlər. O, oğluna verilən sənədləri diqqətlə yoxlamasını bildirmişdir. Bundan sonra İsrafil adlı şəxslə danışaraq onun gəlməsini gözləmələrini demiş, lakin İsrafil torpağı satdıqlarını, onlara təcili pul lazım olduğunu bildirmişdir. Oğlu araşdıraraq onda olan sənədlərlə arxivə müraciət etmiş və həmin 18 sot torpaq sahəsi ilə bağlı arxiv arayışının mövcud olmasına dair cavab verilmişdir. Bununla bağlı sərəncamı necə əldə etmələrini bilməmiş, lakin özü araşdıraraq həmin dövrdə, həmin ərazidə ümumiyyətlə altı sotan artıq torpaq sahəsinin verilmədiyini bilmişdir. Xəqani torpaq sahəsini satarkən torpaq sahəsi ilə bağlı sərəncamın artıq istifadə olunduğunu bilmişdir. Həmin ərəfədə oğlunu aldadaraq torpaq sahəsini əslində baha qiymətə sata biləcəklərini, lakin təcili pul lazım olduğundan ucuz qiymətə satdıqlarını demişlər və oğlunu inandırıb razılaşaraq behləşmişlər. Sonradan həmin sərəncamın oraya deyil, tamam başqa yerə istifadə edildiyi məlum olmuşdur. Xəqani bunları bildiyi halda həmin torpağı etibarnamə əsasında onun oğluna satmışdır. O, Xəqani ilə təxminən 10-12 dəfə görüşməyə cəhd etmiş, lakin hər dəfə bəhanələrlə görüşməkdən imtina etmişdir. 11.Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin sahibi kimi Xəqani təqdim edilmiş və İsrafil Xəqaninin iş ortağı olmuşdur. Torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi imzalanmamış, ümumi etibarnamə verilmişdir. Etibarnamə Xəqani tərəfindən Nahidə verilmiş, sənədlər hazır olduqdan sonra isə torpaq alqı-satqı ilə oğlu Fəridin adına keçiriləcəkdi. sərəncamla torpağın birinci verildiyi adam olmuş Şahid9, Oktay həmin torpağı Rəhimə və Rəhim də Xəqaniyə vermişdir. Xəqanigil həmin torpağa çıxarış almağın mümkün olmadığını bilərək satmaq qərarına gəlmişlər. Xəqani ilə görüşmək üçün dəfələrlə cəhd etsə də hər dəfə onunla görşməkdən yayınmışdır. Torpağa görə ümumilikdə yüz qırx beş min manat ödənilmiş, əvvəlcə öz aralarında razılaşaraq ilkin beh kimi on beş min vermiş və sonradan notarial qaydada yüz otuz min manat verilmişdir. Həmin müqavilənin bağlanılmasında Nahid, İsrafil və Fərid iştirak etmişlər. O, torpağın satışı ilə bağlı müqavilə imzalanana kimi orada iştirak etməmişdir. Xəqani və İsrafillə notariusda müqavilə bağlanana kimi görüşləri olmasa da telefonda danışıqları olmuşdur. Ola bilər ki, Xəqani ilə danışıqları olmamış, lakin İsrafillə olmuşdur. Həm Xəqani, həm də Oktayın adına etibarnamələr sistemdə olmuşdur. O, etibarnamənin saxta olmasını deməmiş, sərəncamın həmin torpaq sahəsinə aid olmasını və sərəncamın saxta olmasını demişdir. O, Şahid11lə görüşməmişdir. Onun oğlu torpaq sahəsi ilə bağlı birinci dəfə İsrafillə danışmışdır. Oğlu İsrafili saytda torpaq sahəsinin satışı ilə bağlı olan elanla tanımışdır. Torpaq sahəsini Xəqani və İsrafil ikisi birlikdə onların torpağı kimi təqdim etmişlər. O, konkret olaraq hansı şəxsin torpaq sahəsinin özünə məxsus olmasını deməsini xatırlamamışdır. Çıxarış olmadan ona görə pulu vermişdir ki, sərəncam istifadə edilmədiyi halda etibarnamə ilə sxemlərin əsasında həmin torpağa çıxarışı almaq mümkün olmuşdur. Bundan başqa onların səmimiyyətinə inanmışlar. Məhkəmə mübahisəsi olarkən Şahid9 18 sot torpağın ümumiyyətlə ona aid olmadığını, adına belə bir sərəncamın olmasından məlumatsız olduğunu, onun adına 18 sot deyil, 13 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin də tamamilə başqa yerdə olduğunu deməsini bilmişlər. Bundan sonra onlar görüşməyə cəhd etmişlər, lakin görüşlərdən yayınmışlar. Ona dəymiş ziyandan ödəniş olmadığını və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. 12.Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında oğlu Şahid2 internetdə elan saytların birində Elçin adlı şəxsin Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan 32 ünvanında 18 sot torpaq sahəsinin 175.000 manata satılması ilə bağlı elanı yerləşdirdiyini görüb bu barədə ona məlumat vermişdir. Oğluna elanda yerləşdirilən torpaq sahəsi ilə maraqlana biləcəyini bildirmişdir. Oğlu bundan sonra elanda yerləşdirilən yuxarıda qeyd edilən ünvana yaxın dostu Şahid12 ilə gedərək torpaq sahəsinə baxış keçirmişdir. Oğlu torpaq sahəsinə baxış keçirdikdən sonra torpaq sahəsini bəyəndiyini, özünü torpağın sahibi kimi təqdim etdiyi adını sonradan bildiyi Şahid3 ilə danışaraq torpaq sahəsini 145.000 manata ala biləcəkləri barədə razılığa gəldiyini və torpaq sahəsini almaq üçün əvvəlcədən beh verməli olduğunu bildirmişdir. Oğluna qeyd edilən məbləğə torpaq sahəsini ala biləcəyini və bunun üçün özünü torpağın sahibi kimi təqdim edən İsrafil adlı şəxslə görüşə biləcəyini bildirmişdir. Həmin ərəfələrdə işləri ilə əlaqədar Göygöl rayonunda olmuşdur. 2023-cü ilin sentyabr ayının axırlarında oğlu Şahid3lə görüşəcəyini ona bildirmişdir. Oğluna Bakı şəhərində olmadığına görə həmin şəxslə görüşə yaxın dostu olan Şahid4 ilə getməsini bildirmişdir. Oğlu Şahid3lə görüşdüyü zaman ona telefonla zəng edərək torpaq sahəsi alınması üçün razılıq əldə etdiyini bildirmişdir. Bundan sonra oğluna İsrafillə danışmaq istədiyini bildirib telefonu ona verməsini bildirmişdir. İsrafillə telefonda danışan zaman ona torpaq sahəsinin özünə məxsus olduğunu, torpaq sahəsinin sənədlərində heç bir problemin olmadığını bildirərək torpaq sahəsinə məxsus olan bir sıra sənədləri, yəni həmin torpaq sahəsinə icra hakimiyyətindən sərəncam sənədini, torpaq sahəsinin cizgilərini əks etdirən sənədi və həmin torpaq sahəsinə verilmiş arxiv arayışını verdiyini bildirmişdir. Həmçinin, İsrafil ona torpaq sahəsini qohumu kimi təqdim etdiyi Şahid9 bir neçə il bundan əvvəl aldığını, özünün dövlət işçisi olduğuna görə torpaq sahəsini öz adına rəsmiləşdirmədiyini, Şahid9 hazırda dənizdə işlədiyini və alqı-satqı zamanı onunda gələcəyini bildirmişdir. Oğlu ona torpaq sahəsinin alqı-satqı edilməsindən əvvəl beh verməli olduqlarını bildirmişdir. İsrafilə onu gözləməsini və gəldikdən sonra behi verə biləcəklərini bildirmişdir. Lakin, Şahid3 onunla razılaşmayaraq torpaq sahəsini tez bir zamanda satmaq istədiklərini bildirmişdir. Oğlu bundan sonra Şahid3 3.000 manat beh vermişdir. Lakin, oğlu İsrafilin ona verilən behin az olduğunu və ən azı 15.000 manat əvvəlcədən beh verməli olduğunu bildirmişdir. Oğluna torpaq sahəsini bəyənibsə qeyd edilən pulu verə biləcəyini bildirmişdir. Oğlu ona torpaq sahəsini bəyəndiyini və almaq istədiyini bildirmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində oğlu Şahid3 qalan 12.000 manat behi vermək üçün görüşəcəyini bildirmişdir. Oğluna Bakı şəhərində olmadığına görə həmin şəxslə görüşə yaxın dostu olan Şahid4 ilə getməsini bildirmişdir. Oğlu Şahid3lə görüşərək torpaq sahəsinin alqı-satqı edilməsi üçün ona 12.000 manat pul vermişdir. Ümumilikdə oğlu Şahid3 15.000 manat beh vermişdir. xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin alqı-satqı edilməsi üçün Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat kontorunda oğlu Şahid2 və dostu Şahid4 Şahid3 və sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüşlər. Alqısatqıdan sonra ona məlum olmuşdur ki, torpağın mülkiyyətçisi Şahid9 alqı-satqıya gəlməmiş və Şahid9 tərəfindən Təqsirləndirilən şəxs verilmiş etibarnamə olduğu üçün alqısatqı Təqsirləndirilən şəxs ilə edilmişdir. Alqı-satqıdan əvvəl dostu Şahid4 alqı-satqının onlar tərəfdən onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Çünki, sonuncu etibarnamə oğlunun adına veriləcəyi onlar sonradan torpağı oğlunun adına rəsmiləşdirə bilməyəcəklərmiş. Buna görə də torpaq sahəsinin alqı-satqısı Təqsirləndirilən şəxs ilə Şahid4 arasında rəsmiləşmiş və sonuncu etibarnamə Şahid4 adına verilmişdir. Həmin notariat kontorunda torpaq sahəsinin alqı-satqı edilməsi üçün oğlu 130.000 manat kassaya ödəmişdir. Oğlu ümumilikdə torpaq sahəsini almaq üçün 145.000 manat vermişdir. 2023-cü ilin noyabr ayının əvvəlində alınan torpaq sahəsini oğlunun adına rəsmiləşdirilməsindən ötrü İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişlər. 18 dekabr 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətindən onlara rəsmi məlumat verilərək həmin torpaq sahəsi ilə əlaqədar mübahisəli vəziyyət yarandığından Şahid9 müraciəti əsasında Bakı İnzibati Məhkəməsində məhkəmə prosesinin aparıldığını və proses yekunlaşmayana qədər torpaq üzərində hər hansı əməliyyatın aparıla bilməyəcəyi qeyd edilmişdir. Onlar bunu öyrəndikdən sonra oğlu dərhal İsrafilə zəng edərək bunun nə məsələ olduğunu soruşmuşdur. İsrafil isə Təqsirləndirilən şəxs zəng etməyini və bütün sənədləşmə işlərini Xəqaninin gördüyünü demişdir. Oğlu Təqsirləndirilən şəxs ilə görüşdükləri zaman Xəqani bu barədə məlumatının olmadığını, ümumiyyətlə Şahid9 tanımadığını, onlara satılan torpaq sahəsini bir neçə il bundan əvvəl Rəhim adlı tanışından aldığını və Rəhimin Şahid9 tanıdığını demişdir. Onlar bundan sonra satılan torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsində olan işlə maraqlanmışlar. Məlum olmuşdur ki, Şahid3 və Təqsirləndirilən şəxs tərəfindən satılan torpaq sahəsi əslində başqa bir torpaq sahəsidir və Şahid9 reallıqda ona məxsus olan torpağı başqa bir adama satdığı üçün onun adına çıxarışın verilməsində ötrü məhkəməyə müraciət etmişdir. Bundan əlavə məhkəmədə Şahid9 məxsus torpaq sahəsinin əslində 18 sot deyil, 12 sot olması müəyyən edilmişdir. Onlar bunu dəqiqləşdirmək üçün Şahid3 götürdükləri həmin torpaq sahəsinə icra hakimiyyətindən Şahid9 adına verilmiş sərəncam sənədini və torpaq sahəsinin cizgilərini əks etdirən sənədi məhkəməyə təqdim etmişlər. Məhkəmə onlarda olan həmin torpaq sahəsinin sərəncam sənədinin eyni olduğunu, lakin torpaq sahəsinin cizgilərini əks etdirən sənədin fərqli olduğunu bildirmişlər. Bundan sonrada mütəmadi olaraq İsrafilə və Xəqaniyə müraciət edərək yaranan problemi həll etmələrini bildirmişlər. İsrafil və Xəqani yaranan problemi qısa müddət ərzində aradan qaldıracaqlarını deyirmişlər. Bundan başqa İsrafil və Xəqani onları Şahid9lə görüşdürəcəyini deyirmişlər. Lakin, hər dəfəsində müxtəlif bəhanələr gətirərək nə onları Şahid9lə görüşdürmüşlər, nə də torpaq sahəsinin sənədlərini qaydasına salmışlar. Onlar bundan sonra Şahid9 kim olmasını və onun həqiqətəndə dənizdə işliyib-işləməməsini öyrənməyə başlamışlar. Sonradan onlara məlum olmuşdur ki, Şahid9 adlı şəxs heç vaxt dənizdə işləməyib və onun yaşının 65-dan yuxarı olduğu üçün o dənizdə işləyə bilməzmiş. Onlar artıq aldadıldıqlarını başa düşmüşlər. Sonradan oğlu və dostu Şahid4 Şahid9lə görüşdüklər zamanı, o, Şahid3 və Təqsirləndirilən şəxs adlı şəxsləri tanımadığını, onlara torpaq sahəsi satmadığını, onlara hər hansı bir etibarnamə vermədiyini və onlara onun adına olan torpaq sahəsinin satılması barədə məlumatının olmadığını bildirmişdir. Bundan əlavə Şahid9lə görüş zamanı İbad adlı şəxsin Şahid9 torpaq sahəsi aldı, torpaq sahəsinə dair adına çıxarış almalarından ötrü məhkəməyə müraciət etdikləri və bununla bağlı məhkəmə prosesinin getməsi məlum olmuşdur. Bundan sonra Şahid3 və Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq onlara satılan torpaq sahəsinin mübahisəli torpaq sahəsi olduğunu və onları aldatdıqları üçün verilən 145.000 manatı ya geri qaytarmasını, ya da satılan torpaq sahəsinin sənədlərini qaydasına salmalarını bildirmişdir, Şahid3 və Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək pulu geri ödəməkdən yayınmışlar. Bu günə kimi də nə onlara satılan torpağa ödədikləri pul geri qaytarılmış, nə də sənədləri qaydasına salınmışdır (İİ cild, səh. 149-153). 13.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2024-cü il tarixdə Amay Abdullanın işi ilə bağlı onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Onun zamin durduğuna görə keditlə bağlı iki yüz səksən min manat borcu yaranmışdır. Ona məhdudiyyəti “banditizm” qoymuş və səhhətində olan problemlə bağlı məhdudiyyətin götürülməsini xahiş etsə də icazə verməmişlər. Bununla bağlı o, borcu bağlamaq üçün “Sea Breeze”də olan torpaq sahəsini satmaq istəmişdir. Həmin yerə müştəri tapılmış və bununla bağlı idarəyə müraciət etsə də yenə də razılıq verməyərək məhdudiyyəti götürməmişlər. Sonra Mübariz adlı makler tanışı onunla əlaqə saxlayaraq bir nəfərin pulun bir hissəsini ödəməklə məhdudiyyəti götürdüyünü bildirmişdir. Bu zaman o, görüşməyə razılıq vermişdir. Yanvar ayının 13-də o, Xəqani, Mübariz və Yalçın adlı şəxslə görüşmüşdür. Xəqani həmin idarədə olan Elşən adlı tanışının bir həftəyə işi həll edə biləcəyini demişdir. O, yüz min manat verəcəyini və onun çıxışını azad etsə Xəqaniyə də on min manat pul verəcəyini bildirmişdir. Xəqani bir müddət sonra əlaqə saxlayaraq işi həll edəcəyini bildirmişdir. O, bir həftə ərzində iki dəfə əlli min manat pul vermişdir. Ay yarım keçsə də məsələ öz həllini tapmamışdır. Təxminən üç ay keçdikdən sonra işi alınmadığı üçün üç günə onun pulunu çatdırmasını demişdir. Görüş təyin etdikləri gün əlaqə saxladıqda bərbərdə olduğunu demiş, bu zaman o, bağa keçdiyini deyərək Xəqaniyə ora gəlməsini bildirmişdir. Bir müddət keçəndən sonra əlaqə saxladıqda Xəqani cavab verməmiş və daha sonra Xəqaninin tutulduğu məlum olmuşdur. 14.Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, o, pulu iş yerində vermiş, pulun verilməsinin birində o, digərində isə administrator iştirak etmişdir. Verdiyi pulun miqdarında inandığı üçün heç bir kağız və sənəd almamışdır. Təzə tanıdığı adam olmsına baxmayaraq başqa heç bir yolu olmadığından inanıb pulu vermişdir. Amay Abdulla məlumatı olmadan onun və oğlunun adına olan əmlaklarla kredit götürmüş və onlar kimi yüz iki nəfərin adına əmlaklar götürmüşdür. Onlar 2013-cü il tarixdə adlarına kreditlər götürüldüyünü bilmişlər, lakin heç bir sənədə qol çəkməmişlər. O da Abdulladan problemi həll etməsini istəmişdir. Amayın işi ilə bağlı onun bütün əmlakına və çıxışına qadağa qoyulmuşdur. O da yüz mini həmin məhdudiyyəti aradan qaldırmaq üçün vermişdir. O, pulun Elşəndə olduğunu hesab etmiş, Xəqani ilə danışıqlarında Elşəndən pulu alıb ona verəcəyini demiş, lakin o, özü Elşənlə danışmamışdır. Xəqani ona Elşən adında dostunun olduğunu, Elşən yaxşı dostlarının olduğunu, idarədə hamını tanıdığını və işi həll edəcəyini demişdir. Vüqar adlı şəxsin adı da çəkilsə də onun həmin şəxsdən heç bir məlumatı olmamışdır. O, məhdudiyyətlə bağlı banka müraciət etsə də xəstəliyi ilə bağlı bütün kağızları təqdim etməyi təklif etmişlər. O da həmin kağızlarla cənab daxili işlər nazirinə müraciət etmiş, bununla bağlı onu inspektora yönəltmişlər və başqa heç bir kəsi görməmişdir. O, Ziyafət adlı şəxslə görüşmüş və həmin şəxs ona məlumat verəcəyini demişdir. Bir həftə sonra onun məktubu idarəyə çatmış və pul ödənilməsə məhdudiyyətin götürülməsinin mümkün olmadığını bildirmişlər. O, Xəqanidən ancaq torpaq sahəsi və xaricə çıxışına olan məhdudiyyətin bərpa götürülməsini istəmişdir. O, çıxarışın surətini göstərərək telefonla şəklini göndərmişdir. Xəqanidən torpaqla bağlı sənədin Elşənə verilibverilməməsini soruşmamışdır. Xəqani ilə danışarkən bərbərdə olduğunu dedikdə səhv etmirsə günorta saat 1-2 radələri olmuşdur. O, Xəqaninin hansı maşın idarə etdiyini bilməmişdir. Onların sonuncu danışıqlarından təxminən 20-30 dəqiqə sonra Xəqaniyə zəng çatmamışdır. Xəqaninin bərbərdən aparılmasını görməmişdir. O, Xəqaninin barəsində idarəyə hansısa şikayət etməmişdir. İşin içində olan ərizəni Xəqani tutulduqdan sonra yazmışdır. Xəqani tutulana kimi həmin idarədən heç kiminlə görüşməmiş, bu məsələ ilə bağlı ancaq kürəkəni ilə danışmış və maraqlandıqda oraya bir qəpik də pul çatmadığını bildirmişlər. O, yüz min manatı rüşvət kimi deyil sadəcə olaraq iki yüz səksən min borcundan silinməsi üçün vermişdir. Özü ödənişləri etsə də onun ödəmələrini qəbul etməmişlər. O, Xəqaniyə zəng çatmadıqda Yalçına zəng edərək dostunun telefonu açmadığını bildirmiş və həmin vaxt görüşəndə Yalçın Xəqaninin tutulduğunu demişdir. O, verdiyi puldan on dörd min manat qaytarıldığını, lakin Xəqanidən şikayətçi olmadığını, Xəqanidən pulu tələb etmədiyini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 15.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları 8-ci dalanda mülkiyyətində 37 sot torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinin üzərinə 'Aqrar Kredit Bank” ASC-yə adına olan borcla əlaqədar 2013-cü ildə həbs qoyulmuşdur. Maddi sıxıntıları ilə əlaqədar olaraq həmin torpaq sahəsini satmaq istəmişdir. Buna görə torpaq alqı-satqı işləri ilə məşğul olan Mübariz adlı tanışına qeyd etdiyi torpaq sahəsini satmaq istədiyini bildirmişdir. 2023-cü ilin sonlarında Mübariz ona zəng edərək qeyd etdiyi torpaq sahəsini almaq istəyən bir şəxsin olduğunu demişdir. Mübariz torpaq sahəsini 500.000 manata sata biləcəyini ona demişdir. Ona hazırda torpaq sahəsinin üzərində həbsin olduğunu bildirərək adına "xxxx" ASC-də olan borcun müəyyən qisminin ödənilməsi üçün torpaq sahəsini istəyən alıcıdan pulun müəyyən qismini ödəməsini və bununla da "xxxx" ASC-yə ödəniş edərək həbsi götürə biləcəyini bildirmişdir. Lakin alıcı əvvəlcədən sənədləşmə olmadan ödəniş etməkdən imtina etmişdir. Bundan bir neçə gün sonra Mübariz ona yenidən zəng edərək torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürə biləcək tanışlarının olduğunu və istəyəcəyi təqdirdə isə onlarla görüşə biləcəyini bildirmişdir. Bundan sonra 2024-cü ilin yanvar ayının əvvəlində özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən bağ evində Mübariz, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və Yalçın adlı şəxslərlə görüşmüşdür. Görüşləri zamanı Xəqani ona torpaq sahəsinin üzərindən tanışları vasitəsi ilə həbsin götürə biləcəyini bildirmişdir. Xəqani ilə söhbəti əsnasında "xxxx" ASC-yə 278.000 manat borcu olduğunu torpaq sahəsinin üzərindən həbsin götürülməsi üçün 100.000 manat ödəniş edə biləcəyini bildirmişdir. Xəqani isə qeyd etdiyi pulun müqabilində torpaq sahəsinin üzərindən yüksək vəzifəli tanışları vasitəsi ilə həbsi götürə biləcəyini bildirmişdir. Bu söhbətlərindən bir neçə gün sonra Xəqani ona zəng edərək tanışlarına məsələ barədə məlumat verdiyini və həbsin götürə biləcəyini deyərək 100.000 manatı ona verməyini bildirmişdir. Bundan bir neçə gün sonra Xəqani ilə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “AlpSaray” şadlıq evində görüşərək 50.000 manat pul verərək qalan 50.000 manat pulu isə qısa müddətdə ona verəcəyini bildirdim. Xəqani isə 100.000 manatı tam şəkildə verməyəcəyi təqdirdə torpaq sahəsinin üzərindən həbsi götürə bilməyəcəyini bildirmişdir. Xəqani 50.000 manatı götürdükdən 2 gün sonra qeyd etdiyi restoranda yenidən Xəqaniyə 50.000 manat pul vermişdir. Torpaq sahəsinin üzərindən həbsin götürülməsinə köməklik edilməsi üçün Xəqaniyə ümumilikdə 100.000 manat pul vermişdir. 100.000 manat pulu Xəqaniyə verdikdən sonra mütəmadi olaraq Xəqani ilə əlaqə saxlayıb məsələsinin nə yerdə olduğunu maraqlanmışdır. Xəqani ilə bir gün danışıqları zamanı Xəqani bu məsələdən ona heç bir xeyirin qalmadığını bildirmişdir. Ona məsələnin həll ediləcəyi təqdirdə 10.000 manat pul mükafat verəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra maddi sıxıntıları yaranmışdır. Buna görə də Xəqaniyə zəng edərək maddi sıxıntıları olduğunu bildirərək ona verdiyi puldan müəyyən qismini geri verməsini bildirmişdir. Xəqani isə bundan sonra ona ümumilikdə 14.000 manat pulu borc kimi verərək torpaq səhəsinin üzərindən həbs götürüldükdən sonra verdiyi pulu geri verməyini bildirmişdir. Məsələ həll olunduqdan sonra aldığı pulu geri ödəyəcəyini bildirmişdir. Xəqani ilə danışıqları zamanı Xəqani ona verdiyi 100.000 manat pulu Elşən adlı tanışına verdiyini və 1 həftə-10 gün ərzində torpaq sahəsinin üzərindən həbsin götürüləcəyini demişdir. Təxminən 2 ay keçmişdir ki, Xəqani onun torpaq sahəsinin üzərindən həbsin götürülməsinə köməklik göstərməmişdir. Buna görə də, Xaqanidən ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Xəqani isə ona hər dəfəsində vəd verərək məsələsini həll edəcəyini demişdir (İ cild, səh. 232-235). 16.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 2024-cü il tarixində Xəqaninin Sabunçu rayonu ərazisində olduğu bildirilmiş, həmin gün Xəqaniyə yaxınlaşaraq özlərini təqdim etmişlər və rəylə tanış edərək baş idarəyə dəvət etmişlər. İdarədə baxış keçirilərkən üzərindən metamfetamin aşkar edilərək götürülmüşdürdü. Bundan sonra aşkar edilən maddələr qablaşdırılıb sənədləşdirmə aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. 17.Şahid1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı həmin gün ona daxil olmuş və tədbirdə üç nəfər o, Anar və Hüseyn iştirak etmişlər. Əməliyyat məlumatı narkotiki üzərində saxlaması və daşıması barədə olmuş, sonradan öz istifadəsi üçün üzərində gəzdirdiyi məlum olmuşdur. O, təxminən saat 10 radələrində raportla rəhbərliyə müraciət etmişdir. Narkotik vasitəni harada saxlayıb daşıması barədə raportda hansı ünvanın qeyd edildiyi yadında qalmamışdır. Raportda qeyd edilən ünvan Kürdəxanı yolu üzərindəki ünvan olmuş və onun əsasında həmin ünvan müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman küçədə tək olmuşdur. Piyada olduğundan Xəqaninin avtomobilinə baxış keçirməmişlər. Şəxsi günorta radələrində Kürdəxanı ərazisində saxlanılmış, lakin konkret saat və ünvan onun dəqiq yadında qalmamışdır. Onlar şəxsin evinin yerini müəyyən etməmişlər. Şəxsin saxlanıldığı yeri göstərə bilər, lakin harada yerləşməsi yadında qalmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan 45 dəqiqə -1 saat ərzində idarəyə gətirmişlər. Kütlənin sıx toplaşdığı yer olduğundan və cəmiyyətdə olan digər şəxslərə maneçilik törətməmək üçün şəxsi axtarış hadisə yerində aparılmamışdır. Vəkilin gəlməsini gözlədiklərindən şəxsi axtarış idarədə dərhal keçirilməmişdir. Vəkili gözlədikləri müddətdə şəxs təhqiqatçının otağında olmuşdur. Müdafiəçi ilə təmin edilmiş və şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Şifahi sorğu-sual zamanı iki gün əvvəl tapdığını və bir iki il əvvəl istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin saxlanıldığı yerin yaxınlığında bərbərxana ola bilər, lakin şəxs onlar tərəfindən bərbərxanada saxlanılmamışdır. Şəxsin üzərindən narkotikdən başqa nə isə aşkar edilməsi yadında qalmamışdır. Saxlanıldıqdan sonra şəxs birbaşa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Şəxs saxlanıldıqdan sonra Maştağa və ya Kürdəxanıda heç bir yerə aparılmamışdır. X20 adlı əməkdaşları olmuş, hazırda həmin şəxs Nəsimi Rayon Polis İdarəsinin rəisidir. X17 ilə düşmənçiliyinin olması barədə heç bir məlumatı olmamışdır. Səhv etmirsə həmin dövrdə o, Vüqar Ağayevin tabeliyində işləmiş, lakin qeyd edilən hallarla bağlı ona heç bir təlimat verilməmişdir. O, Xəqani ilə birlikdə şəxsi axtarışdan sonra Maştağaya oradan da Yasama rayonuna ekspertizaya getməyini xatırlamamışdır. Onun Yasamalda iki yüz manat verərək şəxsin narkotik istifadəçisi olması barədə rəy yazdırmağı yalandır. Saxlanılan zaman, idarədə Təqsirləndirilən şəxs qarşı heç bir zor, psixi və fiziki təzyiq olmamışdır. 18.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 13 mart 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 13 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Sabunçu rayonuna getmişlər. 13 mart 2024-cü il tarixdə saat 14:50- də ünvan 8 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gəlmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Fəan Süleymanov tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi İlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 13 mart 2024-cü il tarixdə saat 16 radələrdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd plastik bank kartını, həmin şalvarın sağ yan cibindən 65 manat pulu, həmin cibindən “patı” və “şüşə” adları ilə tanıdığı 01 ədəd şəffaf sellofan bükümü və 60 qəpik pulu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş “Samsung” markalı mobil telefon və 01 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 2 gün əvvəl, yəni 11 mart 2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, həmin maddələri onda maraq kəsb etdiyi üçün götürdüyünü və üzərində gəzdirdiyini, özünün narkatik vasitə və ya psixotrop maddələrdən təxminən 1-2 il əvvəl istifadə etdiyini, həmin aşkar olunmuş maddələrdən isə 1 dəfə istifadə etdiyini bildirmişdir. Həmçinin üstündən aşkar olunmuş həmin maddəllərdən heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirmişdir (İ cild, səh. 128-130). 19.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixində, saat 14:50 radələrində ünvan 11 ünvanın qarşısında tərəflərindən saxlanılaraq baş idarəyə gətirilmiş və baş idarədə baxış keçirilən zaman üzərindən bir büküm narkotik vasitə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Daha sonra bu barədə müvafiq sənədləşdirmə aparılmışdır. 20.Şahid16 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirində üç nəfər iştirak etmişdir. Təqsirləndirilən şəxs küçədə saxlanılmış, onlar tərəfindən bərbərxanada saxlanılmamışdır. Şəxsin harada yaşaması və həmin ünvan barədə məlumat qrupun rəhbərinə əməliyyat məlumatı əsasında daxil olmuşdur. Təqsirləndirilən şəxsin olduğu yeri qrup rəhbəri müəyyən etmiş və onları həmin ünvana qrup rəhbəri aparmışdır. Əməliyyat barədə müvafiq əmrlə tanış olmuş və şəxs həmin əmrə uyğun olaraq birbaşa cinayət başında yaxalanmışdır. Saxlanılan zaman üzərində nə olması idarədə aşkar edilmişdir. Saxlanılan zaman təqsirləndirilən şəxs tək olmuş və lazımi şərait olmadığından şəxsi axtarış yerində keçirilməmişdir. Saxlanılan zaman təqsirləndirilən şəxsin onlara uşağının maşında olduğunu deməsi və uşağını evə aparmaq üçün icazə istəməsi halları olmamışdır. Təqsirləndirilən şəxs idarəyə gətiriləndən sonra baxış keçirilməsi üçün xidmətə otağa aparılmışdır. Həmin ərəfədə Vüqar Ağayev idarənin rəisi olmuş və onlar təqsirləndirilən şəxsi Vüqar Ağayevin otağına qaldırmamışlar. O, Vüqar Ağayevin otağında şəxsin döyülməsinin şahidi olmamışdır. Vüqar Ağayev tərəfindən onlara Xəqaninin saxlanılması ilə bağlı hansısa göstəriş olmamışdır. Baxış ona görə saat 17-də keçirilmişdir ki, şəxs idarəyə gətiriləndən sonra vəkil dəvət edilmişdir. O, idarə etdiyi deyilən “Lexus” markalı maşının kimə məxsus olduğunu bilməmiş, həm onda, həm də başqa bir neçə nəfərdə həmin maşın olmuşdur. Saxlanıldığı vaxt təqsirləndirilən şəxsə üçü də küçədə yaxınlaşmış və təqsirləndirilən şəxs əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Onun təqsirləndirilən şəxslə otağında çay içməsi və rəhbərlik tərəfindən yüz minlə bağlı hansı qərarın qəbul ediləcəyi barədə gözləmələri barədə hansısa fikir bildirməsi halı olmamışdır. O, Şahid7 tanımamışdır. Təqsirləndirilən şəxsin üzərinə polis tərəfindən hansısa maddə qoyulmamış və təqsirləndirilən şəxsə hansısa zorakılıq olmamışdır. 21.Məhkəmə iclasında Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 131-133). 22.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, 13 avqust 2024-cü il tarixində əməliyyat qrupunun rəhbərinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və günorta radələrində, Sabunçu rayonu ərazisində həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikləri vaxt özü üzərində “patı” adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu etiraf etmiş və həmin maddəni iki gün əvvəl tapdığını bildirmişdir. 23.Şahid15 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, şəxsin barəsidə məlumat Şahid1 daxil olmuş və əməliyyat tədbirində üç nəfər iştirak etmişdir. Saxlanılan zaman şəxs küçədə tək, bərbərxanada olmamışdır. Şəxsi axtarış idarədə xidməti otaqda keçirilmişdir. O, əməliyyat tədbirinin keçirilməsi ilə bağlı əmrlə tanış olmuşdur. Saxlanılan zaman üçü də şəxsə yaxınlaşdıq əməliyyatla bağlı qərarla tanış etmişlər. Əməliyyat şəraiti əlverişli olmadığından baxışı yerində keçirməmişlər. Əməliyyat Sabunçu rayonu ərazisində keçirilmiş, lakin hansı qəsəbədə keçirilməsi yadında qalmamışdır. Saxlanılması zamanı maşın və ya Xəqaninin uşağı orada olmamışdır. Şəxs gətiriləndən nə qədər vaxt sonra baxışın keçirildiyi onun yadında qalmamışdır. Əməliyyat tədbiri həyata keçirilərkən Vüqar Ağayev onun rəisi olmuşdur. Onun Hüseyn adlı şəxsin əmlakı üzərindən həbsin götürülməsi ilə bağlı Xəqaninin müraciəti olmasından hansısa məlumatı olmamışdır. Şahid1 tərəfindən Xəqaninin üzərinə hansısa narkotik vasitə qoyulmamışdır. Onların təqsirləndirilən şəxsi əslində Bakı şəhər Baş Polis İdarəsinin saxlaması barədə hansısa məlumatları olmamışdır. Onun yüz min manat pul verilməsi ilə bağlı hansısa məlumatı olmamışdır. Təqsirləndirilən şəxsin əşyaları götürüldüyü vaxt ona aid saatı özünə götürməmişdir. O, Şahid7 tanımamış və Elşən adlı şəxsi Vüqar Ağayevin yanına aparmamışdır. X22 təqsirləndirilən şəxsin barəsində ancaq narkotik vasitə ilə bağlı məruzə etmişlər və Vüqar Ağayev tərəfindən Xəqaninin saxlanılması ilə bağlı onlara hansısa göstəriş olmamışdır. Saxlanılan zaman, idarədə Təqsirləndirilən şəxs qarşı hansısa zorakılıq olmamışdır. 24.Məhkəmə iclasında Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 134-136). 25.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, uzun müddətdir Xəqanini tanımış və münasibətləri həmişə yaxşı olmuşdur. Kürdəxanı qəsəbəsində Hüseyn adlı şəxsin bağ evinin satışı ilə bağlı Mübariz adlı şəxs müştəri tapmışdır. Həmin evin alqı-satqısının rəsmiləşdirilməsi üçün notariusa müraciət olunmuşdur. Sənədin üzərində həbs olduğundan alqı-satqının olması baş tutmamışdır. Bununla bağlı Mübariz dəfələrlə ona müraciət etsə də problemin həlli üçün heç kimi tapa bilməmişdir. Bundan sonra Xəqani onun dəvət etdiyi məclisdə həmin şəxslə qarşılaşmış və Xəqani kömək edə biləcəyi halda xəbər verəcəyini demişdir. Bundan sonra onlar Hüseynlə söhbət etmişlər. Onların aralarında olan razılığa əsasən Hüseyndən alınan pulu aparıb kiməsə vermək lazım olmuşdur. Həmin adam özü də “banditizm”də işləmişdir. Eşitdiyinə görə Xəqani pulu aparıb verməsi üçün Şəkidən olan Elşən adlı şəxsə vermiş və həmin adam da işi düzəltməmişdir. Bundan sonra Hüseyn ya pulunun qaytarılmasını, ya da işinin həll edilməsini tələb etmişdir. Bir gün Xırdalana gedəndə Hüseyn ona zəng edərək Xəqanini tapa bilmədiyini demiş, o isə Hüseynə kənddən çıxarkən Xəqaninin maşının yolun kənarında olan bərbərxanada gördüyünü bildirmişdir. Bir müddət sonra Hüseyn təkrar ona zəng edərək Xəqaninin zəngələrə cavab vermədiyini demişdir. Daha sonra bərbər ona zəng edərək Xəqani bərbərdə olarkən içəriyə iki nəfər naməlum şəxslərin girdiyini və Xəqanidən onun Xəqani olub-olmadığını soruşduqlarını bildirmişdir. Bundan sonra həmin şəxslərin Xəqaninin qoluna girib apardıqlarını demişdir. Bərbər Xəqaninin azyaşlı uşağı maşında qaldığından və uşağı götürüb aparmaları üçün Xəqaninin evinə məlumat verməsindən ötrü bunları ona demişdir. O, bu barədə Xəqaninin qayınatasına məlumat vermiş və daha sonra isə Xəqaninin tutulduğunu öyrənmişlər. 26.Şahid5 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, bildiyi qədər Hüseyn problemin aradan qalxması üçün məbləği özü təklif etmişdir. Xəqani problemi Elşən adlı şəxsin vasitəsi ilə həll etmək istəmişdir. O, Elşəni görməmiş, lakin Xəqani ilə Elşənin danışığını görmüş, Elşənin səs yazısını eşitmişdir. Xəqanin onun yanında Elşənlə danışığı olmuşdur. Danışıqların gedişində Elşənin problemi həmin idarədə kimin vasitəsilə həll edəcəyini bilməmişdir. Hüseyn Xəqaninin yerini dəqiq bilmişdir. Şəmşir onunla Xəqaninin dost olduğunu bilmiş və Şəmşir ona saat 2-3 aralığında zəng etmişdir. 27.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2024-cü ilin yanvar ayında Mübariz adlı tanışı ona zəng edərək Hüseyn adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini 500.000 manata almaq istəyən alıcı olduğunu, lakin qeyd edilən torpaq sahəsinin üzərinə həbs qoyulduğu üçün sata bilmədiklərini və həmin torpaq sahəsinin üzərindən həbsi götürə biləcək tanışlarının olmasını soruşmuşdur. Bundan bir neçə gün sonra Mübariz ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən ofisinə gələrək qeyd etdiyi torpaq sahəsinin üzərindən həbsi götürə biləcək adam tapıb-tapmadığımı soruşmuşdur. Həmin zaman tanışı Təqsirləndirilən şəxs yanında olmuşdur. Bu zaman Xəqani qeyd edilən məsələ ilə bağlı köməklik edə biləcəyini və torpaq sahəsinin üzərindən həbsi götürə biləcək tanışlarının olduğunu demişdir. Bundan sonra Mübariz Hüseyn adlı şəxsə zəng edərək məsələnin həlli üçün adam tapdığını demişdir. Hüseyn adlı şəxs bu məsələ ilə bağlı söhbət etmək üçün ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən bağ evinə dəvət etmişdir. Həmin günün axşamı Mübariz ona zəng edərək Xəqani adlı tanışının necə bir adam olduğunu soruşmuşdur. Ona Xəqanini yaxşı biri kimi tanıdığını bildirmişdir. Bundan bir gün sonra o, Xəqani və Mübariz ilə birlikdə Hüseyn adlı şəxsin yuxarıda qeyd etdiyi bağ evinə getmişdirlər. Bağ evində olan zaman Mübariz onu və Xəqanini Hüseyn adlı şəxsə təqdim etmişdir. Bundan sonra Xəqani və Hüseyn adlı şəxs torpaq sahəsinin üzərindən həbsin götürülməsi ilə bağlı söhbət etməyə başlamışlar. Hüseyn adlı şəxs hazırda adına Bankda 278.000 manat borcun olduğunu və həmin borca görə torpaq sahəsinin üzərinə həbsin qoyulduğunu bildirmişdir. Hüseyn adlı şəxs torpaq sahəsinin üzərindən həbsin götürülməsi üçün 100.000 manat verə biləcəyini, həbs götürüldükdən sonra torpaq sahəsini satacağını bildirmişdir. Xəqani isə yüksək vəzifəli tanışlarının olduğunu və bu məsələ ilə bağlı ona köməklik edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs qeyd edilən məsələni 7-10 gün ərzində həll edəcəyini demişdir. Bu söhbətdən 10-15 gün sonra Hüseyn adlı şəxs ona zəng edərək Təqsirləndirilən şəxs qeyd edilən məsələnin həlli üçün ümumilikdə 100.000 manat verdiyini, lakin torpaq sahəsinin üzərindən hələ də həbsin götürülmədiyini bildirmiş və Xəqaniyə zəng etməyini, ona məsələni tez bir zamanda həll etməsini deməyini xahiş etmişdir. Bundan sonra Xəqaniyə zəng edərək məsələnin nə yerdə olduğunu soruşmuşdur. Xəqani isə məsələnin tez bir zamanada həll olunacağını bildirmişdir. Bundan sonra Hüseyn adlı şəxs mütəmadi olaraq ona zəng edir və məsələnin nə yerdə olduğunu soruşmuşdur. Hər dəfəsində Xəqanidən bu məsələnin nə yerdə olduğunu soruşduqda Xəqani hər dəfə məsələnin həll olunacağını demişdir. Təxminən 2 aya yaxın idi ki, Xəqani Hüseyn adlı şəxsin torpaq sahəsinin üzərindən həbsi götürülməsinə köməklik etməmişdir. Xəqani ilə bu məsələ ilə bağlı söhbətləri zamanı Xəqani bu məsələni Elşən adlı tanışı vasitəsi ilə həll edəcəyini və Hüseyndən aldığı 100.000 manat pulu Elşən adlı şəxsə verdiyini bildirmişdir. Lakin, Xəqani öz tanışları vasitəsi ilə 2 aydan çox idi ki, Hüseynə köməklik edə bilməmişdir (İİ cild, səh. 2-4). 28.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Xəqanini uzun illərdir tanımışdır. O, özü torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq ondan ad soruşulmuş və o da həmin şəxsi tanımadığını bildirmişdir. Eyni zamanda, Xəqaninin çatdırması üçün ona yüz min manat verdiyini deməsini bildirmişlər. O, Xəqani ilə həmişə pul alış-verişi olduğunu, lakin deyilən halla bağlı Xəqaniyə hansısa pul verdiyini xatırlamadığını demişdir. 29.Şahid7 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Xəqani dəfələrlə ona torpaq sahəsi üzərində həbs olduğunu, həmin həbsi götürməklə bağlı köməklik edə bilib-bilməyəcəyini soruşmuş, o isə boş iş olduğundan bu barədə Xəqaniyə heç nə bildirməmişdir. O, belə bir işlə məşğul olmamış və Xəqani belə bir iş üçün ona hansısa miqdarda pul verməmişdir. Xəqanidən dəfələrlə pul almış, axırıncı dəfə on beş min ABŞ dolları məbləğində pulu torpaq sahəsinin sənədləşdirməsi ilə bağlı almışdır. Sonuncu dəfə Xəqanidən pulu “Narıncı” restoranı yaxınlığında almış, həmin vaxt pulu ona maşında vermiş və Xəqaninin yanında da bir nəfər xanım olmuşdur. Xəqani ona verdiyi pulda manat olmamışdır. O, ifadə verərkən Xəqanidən ümumiyyətlə pul almadığını deməmişdir. Hüseyn adlı şəxsi tanımamış və Hüseyn adlı şəxsin barəsində Xəqani tərəfindən ona heç bir sənəd təqdim edilməmişdir. Heç vaxt Hüseyn adlı şəxsi görməmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun hansısa qohumu və tanışı işləməmişdir. O, Vüqar Ağayev adlı şəxsi tanımış, həmin şəxsi tanımağı Şəki şəhərində olarkən onun barəsində cinayət işi açması ilə bağlı olmuş, Vüqar Ağayev istintaqın rəisi işləmişdir. Vüqar Ağayev onu 2016-cı il tarixdə həbs etmiş və bundan başqa həmin şəxslə tanışlığı olmamışdır. O, həmin şəxsin “banditizm”də nə işlədiyini bilməmiş və Vüqar Ağayevin yanında olmamışdır. Xəqani ona iki torbada yüz min manat məbləğində pul verməmişdir. Xəqanidən pulu alandan sonra “banditizm” idarəsinə təqdim etmək üçün getməmişdir. O, Vüqar Ağayevlə hansısa telefon əlaqəsi saxlamamışdır. Xəqani tərəfindən ona yüzlərlə torpaq sahəsinin çıxarışlarının fotoları göndərilmişdir. Pul ona borca verilmiş və istintaq dövründə verdiyi ifadəsində də pulu borc üçün aldığını bildirmişdir. O, Xəqani ilə heç bir vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməmişdir. O, 8 mart tarixində, axşam vaxtı telefonda Vüqar adlı şəxsin pulu verən adamı da, pulu gətirən adamı da tutacağı barədə Xəqaniyə heç bir söz deməmişdir. O, Şahid15 adlı hansısa əməliyyatçını tanımamışdır. Jalə adlı şəxsi Xəqaninin maşınında görmüş və Jalədən soruşduqda ona Xəqaninin Elşənə pul verəndə çəkməsini dediyini bildirmişdir. Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 30.Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, Təqsirləndirilən şəxs tanımışdır Onunla yaxın münasibəti olmuşdur. 2024-cü ilin yanvar ayının əvvəlində Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Xəqani ona bir torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin üzərinə həbsin qoyulduğunu və həmin torpaq sahəsinin üzərindən həbsi götürə biləcək tanışlarının olub-olmamasını soruşmuşdur. Bundan əlavə, Xəqani ona həmin torpaq sahəsinin üzərindən həbsin götürülməsi üçün həmin torpaq sahəsinin mülkiyyətçisindən 30.000 manat pul aldığını və bu torpaq sahəsinin üzərindən həbsin götürüləcəyi təqdirdə ona müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. Lakin, nə qədər pul verəcəyini deməmişdir. Xəqaniyə tanışlarına bu məsələ ilə bağlı məlumat verəcəyini müsbət cavab aldıqda ona bu barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra Xəqani bu məsələ ilə bağlı dəfələrlə zəng etmişdir. Təxminən 10 gün sonra Xəqaniyə qeyd edilən məsələnin həllinin mümkünsüz olduğunu və ona köməklik edə bilməyəcəyini bildirmişdir. Bundan sonra da Xəqani ona dəfələrlə müraciət edərək ona qeyd edilən məsələ ilə köməklik etməyini xahiş etmişdir. Xəqaniyə hər dəfə ona bu məsələ ilə bağlı köməklik edə bilməyəcəyini bildirmişdir. Sonradan Xəqaninin tutulduğunu eşitmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ona adını bilmədiyi şəxsin torpaq sahəsinin üzərindən həbsin götürülməsinə köməklik edilməsi adı ilə 30.000 manat aldığını dediyini, qeyd edilən 30.000 manat puldan ona heç nə vermədiyini, lakin, ona bu məsələ ilə bağlı köməklik edə biləcəyi təqdirdə müəyyən məbləğdə pul verəcəyini dediyini, bu məsələ ilə bağlı Xəqaniyə köməklik etmək niyyətinin olmadığını və heç bir tanışına bu barədə məlumat vermədiyini, Xəqani ilə yaxın münasibətdə olduğu üçün ona bu məsələ ilə bağlı maraqlanıb məlumat verəcəyini bildirdiyini, lakin qeyd edilən məsələ ilə bağlı heç bir hərəkət etmədiyini bildirmişdir (İİ cild, səh. 39-41). 31.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xəqani ilə torpaq alqı-satqısı ilə bağlı notariusda tanış olmuşlar. Xəqani danışıqlarında torpaq sahəsinin Oktayın adına olduğunu, həmin şəxsin dənizdə olduğunu və torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Torpaq sahəsini notarisuda yoxladanda etibarnamə hələ də qüvvədə olduğu məlum olmuşdur. Çıxarış almaq üçün müraciət ediləndə torpağın sənədində saxtalıq olduğu məlum olmuşdur. Belə ki, torpaqla bağlı qanuni qüvvəyə minməmiş məhkəmə mübahisəsi mövcud olmuşdur. Əldə etdiyi torpaq sahəsinin sərəncamı ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında iddia mövcud olması onlara məlum olmuşdur. Bununla bağlı bildirəndə Xəqani belə bir şeyin mümkün olmadığını, bütün sənədləri ona göndərməyini və lazımi araşdırmanı aparacağını bildirmişdir. Dəfələrlə görüşlərində Xəqani problemi həll edəcəyini demişdir. Xəqaninin onlara verdiyi vədlərə inanmışlar və ona görə də çıxarışı olmayan torpaq sahəsini almağa razılaşmışlar. Torpağın qiymətində çıxarışlı olan torpaqla fərq olduğundan onları cəlb etmişdir. 32.Şahid2 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Xəqani ilə Elçin adlı makler vasitəsilə tanış olmuşlar. Torpaq sahəsi Salyan şossesində yerləşmiş və Oktayın adına olmuşdur. Alqı-satqı 41 saylı notarius ofsində olmuşdur. Müqavilə Nahid və Xəqaninin arasında bağlanmışdır. Xəqaniyə 15 min manat beh ödənilmişdir. Həmin beh İsrafilə verilmiş, rəsmi yüz otuz min manat ödəniş olmuş və arxasına da Xəqani 15 min aldığına dair qeyd etmişdir. Birinci dəfə torpağın faktiki sahib kimi başqa şəxs deyilmişdir. Onlara notariusa gedənə kimi Xəqanini görməmişlər. Torpağa dair Xəqanin adına verilmiş etibarnamə qüvvədə olmuşdur. Torpağın sənədlərinin qaydasında olmadığını “ASAN” Xidmətdən rədd cavabı gələndə bilmişlər. Torpaqla bağlı Rəhim adlı şəxslə görüşmüşlər və həmin şəxsi də Xəqani çağırmışdır. Rəhimin nə üçün çağırılığını bilməmişdir. Sənəddə torpaq sahəsi 18 sot yazılmış, faktiki olaraq bir qədər az olmuşdur. O, torpaq sahəsinin ölçüsü ilə bağlı sənədləri görmüşdür. Onlar Xəqani ilə birlikdə məhkəməyə getmişlər. Xəqani təklif etmişdir ki, Oktay etibarnamədən imtina etsin və məhkəmədə işə onlar qoşulsun, lakin o, bundan imtina etmişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 33.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında internetdə elan saytların birində Elçin adlı şəxsin Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan 32 ünvanında 18 sot torpaq sahəsinin 175.000 manata satılması ilə bağlı elanı yerləşdirdiyini görmüşdür. Bu barədə atasına məlumat vermişdir. Atası isə ona razılıq verərək elanda yerləşdirilən torpaq sahəsi ilə maraqlana biləcəyini demişdir. Bundan sonra elanda yerləşdirilən Elçin adlı şəxsin əlaqə nömrəsinə zəng edərək elanda yerləşdirilən torpaq sahəsini görmək istədiyini bildirmişdir. Elçin adlı şəxs ona qeyd edilən torpağın satılmasında vasitəçi (makler) olduğunu, istəyəcəyi təqdirdə torpaq sahəsini görə biləcəyini bildirmişdir. Bundan bir gün sonra yuxarıda qeyd edilən ünvana yaxın dostu Şahid12 ilə getmişdir. Həmin ünvana getdikdə Elçin adlı şəxs oraya sonrada adını Mehdi kimi tanıdığı şəxslə gəlmişdir. Onların iştirakı ilə torpaq sahəsinə baxış keçirmişdir. Torpaq sahəsinə baxış keçirdikdən sonra onlara torpaq sahəsini bəyəndiyini və almaq istədiyini bildirmişdir. Elçin adlı şəxs torpağın mülkiyyətçisinin Şahid3 olduğunu və yanında olan Mehdi adlı şəxsin vasitəsi ilə onunla əlaqə saxlaya biləcəyini bildirmişdir. Bundan sonra Mehdi İsrafilin istifadəsində olan mobil nömrəyə zəng edərək torpaq sahəsini almaq istədiyini bildirərək telefonu ona vermişdir. İsrafil ona torpaq sahəsinin ona məxsus olduğunu, torpağın sənədlərində heç bir problemin olmadığını və 175.000 manata satışa çıxartdığını demişdir. Onunla bir qədər telefonda söhbət etdikdən sonra qeyd edilən torpaq sahəsini ən son 145.000 manata sata biləcəyini və əvvəlcədən müəyyən miqdarda beh verməli olduğunu demişdir. Onunla telefonda razılaşaraq bu barədə atasına məlumat vermək üçün oradan uzaqlaşmışdır, Bu barədə atasına məlumat verdikdə atası ona qeyd edilən məbləğə torpaq sahəsini ala biləcəklərini və bunun üçün özünü torpağın sahibi kimi təqdim edən İsrafil adlı şəxslə görüşə biləcəyini bildirmişdir. 2024-cü ilin sentyabr ayının axırları idi. Elçinə zəng edərək İsrafilin nömrəsini ona verməsini və onunla görüşmək istədiyini bildirmişdir. Elçin ona İsrafillə əlaqə saxlamağı üçün Mehdiyə zəng etməyini bildirirək Mehdinin nömrəsini vermişdir. Bundan sonra Mehdiyə zəng edərək İsrafillə görüşmək istədiyini bildirmişdir. Həmin günün axşamı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “AvestaPlaza” önündə İsrafillə görüşmüşdür. İsrafillə görüşə dostu Murad və ailə yaxınları Şahid4 ilə gəlmişdir. İsrafil isə oraya Mehdi və tanımadığı bir şəxslə gəlmişdir. Həmin görüşləri zamanı İsrafilə torpaq sahəsini almaq istədiyini və torpaq sahəsinin sənədlərinin qaydasında olub-olmamasını soruşmuşdur. İsrafil ona almaq istədiyi torpağın qohumu Şahid9 adına olmasını, həmin torpağı ondan bir neçə il bundan əvvəl aldığını, özünün dövlət işçisi olduğuna görə torpaq sahəsini öz adına rəsmiləşdirmədiyini, buna görə də torpaq sahəsinin Şahid9 adında saxladığını və torpağın sənədlərində heç bir problemin olmadığını bildirərək torpaq sahəsinə məxsus olan bir sıra sənədləri, yəni həmin torpaq sahəsinə icra hakimiyyətindən Şahid9 adına verilmiş sərəncam sənədini, torpaq sahəsinin cizgilərini əks etdirən sənədi və həmin torpaq sahəsinə verilmiş verilmiş arxiv arayışını ona təqdim etmişdir. Sənədlərə baxdıqdan sonra İsrafilə Şahid9 tanımadığını və sonradan onlara problem yarana biləcəyini bildirmişdir. İsrafil isə Şahid9 yaxın qohumu olduğunu, onun dənizdə işlədiyini və sənədləşmə işlərində Oktayında gələcəyini bildirmişdir. Bundan sonra İsrafil ona torpaq sahəsini almaq istəyirsə, ona qabaqcadan beh verməli olduğunu demişdir. Üzərində oraya dostu Fəriddən borc aldığı 3.000 manat beh gətirmişdir. Qeyd etdiyi pulu beh kimi İsrafilə təqdim etdikdə İsrafil behin az olduğunu və ən azı 15.000 manat beh kimi verməli olduğunu demişdir. Ona qeyd etdiyi pulun çox olduğunu bildirərək behi ona verdikdən sonra alqı-satqının nə vaxt olmasını soruşmuşdur. İsrafil qeyd etdiyi behi ona verdikdən sonra bir həftə ərzində alqısatqının olacağını demişdir. Ona bu müddətin az bir vaxt olduğunu və 13 birbaşa bütün pulu, yəni 145.000 manat pulu alqı-satqı zamanı vermək istədiyini demişdir. İsrafil onunla razılaşmayaraq ilkin olaraq behi verməli olduğunu demişdir. Bundan sonra onunla razılaşaraq üzərində gətirdiyi 3.000 manat pulu beh kimi ona vermişdir. Qalan 12.000 manat pulu isə 1-2 günə verəcəyini bildirmişdir. Bundan bir gün sonra dostu Muraddan aldığı 3.000 manat pulu ona geri qaytarmışdır. Qalan 12.000 manat pulu İsrafilə notarial qaydada vermək qərarına gəlmişdir. 2023-cü ilin oktyabr ayının əvvəlində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat kontorunun yaxınlığında olan kafelərin birində İsrafillə görüşmüşdür. İsrafillə görüşə dostu Murad və Şahid4la gəlmişdir. İsrafil isə oraya Mehdi və tanımadığı 2 şəxslə gəlmişdir. Bu görüşləri zamanı İsrafilə qalan 12.000 manat pulu ona notarial qaydada verəcəyini bildirmişdir. Bundan sonra İsrafil buna ehtiyac olmadığını, özünün etibarlı adam olduğunu və ona bu məsələ ilə bağlı problem yaranmayacağını bildirmişdir. İsrafil görüşləri zamanı daim özünü tərifləyirdi və heç kəslə probleminin olmadığını demişdir. Onun dediyi sözlərə inanaraq üzərində gətirdiyi 12.000 manat pulu ona beh kimi vermişdir. Ümumilikdə Şahid3 qeyd edilən torpaq sahəsinin alqısatqı edilməsi üçün ona beh kimi 15.000 manat vermişdir. Həmin ərəflərdə atası Göygöl rayonunda olduğundan İsrafillə olan görüşlərdə iştirak etməmişdir. Mütəmadi olaraq bu barədə olan söhbətlər barədə atasına məlumat vermişdir. 09 oktyabr 2023-cü ildə torpaq sahəsinin alqı-satqısını etmək üçün Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat kontorunun yanında İsrafillə görüşmüşdür. İsrafil oraya Elçin, Mehdi, tanımadığı 2 nəfər və sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə gəlmişdir. Oraya ailə yaxınları Şahid4la gəlmişdir. İsrafil yanında gətirdiyi şəxslərdən birini ona köməkçisi kimi təqdim edərək adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şahid9 alqı- satqıya gəlməmişdir. İsrafilə Oktayın harada olduğunu və nəyə görə alqı-satqıya gəlmədiyini soruşmuşdur. İsrafil isə Oktayın dənizdə işlədiyindən gələ bilmədiyini və Təqsirləndirilən şəxs almaq istədiyi torpaq sahəsinə Şahid9 tərəfindən verilmiş etibarnaməsi olduğunu bildirmişdir. Bundan sonra əsəbləşərək onunla belə danışmadığını və Şahid9 də alqısatqıya gələcəyini bildirdiyini demişdir. İsrafil isə cavabında Xəqanin adına etibarnamə verildiyi üçün alqı-satqını Xəqani ilə edə biləcəklərini bildirmişdir. Xəqani də torpaq sahəsinə Şahid9 tərəfindən verilmiş etibarnaməsinin olduğunu və alqı-satqının onunla edilə biləcəyini bildirmişdir. Xəqani daim olaraq İsrafilə “müəllim” kimi müraciət etmişdir. Həmçinin, onlara inanmağı üçün Xəqanin adına verilmiş etibarnaməni, Şahid9 şəxsiyyət vəsiqəsini və nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş sürətlərini ona göstərmişlər. 43 saylı notariat kontorunda həqiqətən Şahid9 Təqsirləndirilən şəxs verdiyi ümumi etibarnamənin qüvvədə olması müəyyən edilmişdir. Torpaq sahəsinin alqı-satqısı Təqsirləndirilən şəxs ilə Şahid4 arasında rəsmiləşmiş və sonuncu etibarnamə Şahid4 adına verilmişdir. Əgər sonuncu etibarnamə adına veriləcəyi təqdirdə sonradan torpağı adına rəsmiləşdirə bilməyəcəkmiş. Buna görə də alqı- satqı xahişləri ilə Şahid4 iştirakı ilə həyata keçirilmişdir. İlkin alqı-satqı müqaviləsi torpaq sahəsinin özəlləşdirilməsi şərti ilə bağlanmışdır. Bu barədə ilkin alqı-satqı müqaviləsində qeydlər aparılmışdır. Həmin notariat kontorunda 130.000 manat verilərək torpağın ilkin alqı-satqısı həyata keçirilmişdir. Qeyd etdiyi pulu notariat kontorunda kassaya ödəmişdir. Bu pulu onlara gələcəkdə çıxarışın verilməsi şərti ilə vermişdir. Həmin pulu sonradan İsrafil və Xəqani birlikdə sayaraq götürmüşlər. Ümumilikdə torpaq sahəsini almaq üçün Şahid3 145.000 manat vermişdir. Alqı-satqıdan əvvəl 15.000 manat verməyi ilə bağlı alqı-satqı müqaviləsinin arxasında Şahid3 öz xətti ilə qeyd aparmasını bildirmişdir. Lakin, Şahid3 bundan boyun qaçıraraq alqı-satqını Təqsirləndirilən şəxsla aparıldığından qeyd etdiyi qeydi aparmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs alqı-satqı müqaviləsinin arxasında öz xətti ilə 15.000 manat pulun verilməsi ilə bağlı qeydiyyat aparmışdır. 2023-cü ilin noyabr ayının əvvəlində alınan torpaq sahəsini adına rəsmiləşdirilməsindən ötrü İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişlər. 18 dekabr 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətindən onlara rəsmi məlumat verilərək həmin torpaq sahəsi ilə əlaqədar mübahisəli vəziyyət yarandığından Şahid9 müraciəti əsasında Bakı İnzbati Məhkəməsində 14 məhkəmə prosesinin aparıldığını və proses yekunlaşmayana qədər torpaq üzərində hər hansı əməliyyatın aparıla bilməyəcəyini qeyd edilmişdir. Bunu öyrəndikdən sonra dərhal İsrafilə zəng edərək bunun nə məsələ olduğunu soruşmuşdur. İsrafil isə ona Təqsirləndirilən şəxs zəng etməyini və sənədləşmə işlərini Xəqanin gördüyünü demişdir. Bundan sonra Xəqaniyə zəng etmiş və onunla bu məsələ ilə bağlı söhbət etmək üçün görüşmək istədiyini bildirmişdir. Bundan bir gün sonra o, Şahid4 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində görüşmüşlər. Görüşləri zamanı Xəqaniyə ona satılan torpaq sahəsi ilə əlaqədar mübahisəli vəziyyət yarandığından Şahid9 müraciəti əsasında Bakı İnzibati Məhkəməsində məhkəmə prosesinin aparıldığını və bu barədə məlumatının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs ona bu barədə məlumatının olmadığını, ona satılan torpaq sahəsini bir neçə il bundan əvvəl Rəhim adlı tanışından aldığını, ümumiyyətlə Şahid9 tanımadığını və Rəhimin Şahid9 tanıdığını demişdir. Bundan sonra əsəbləşərək Rəhimin kim olduğunu və ona bu barədə heç kimin məlumat vermədiyini bildirmişdir, Xəqani ona istəyəcəyi təqdirdə Rəhimi çağıra biləcəyini və onunla bu məsələ bağlı söhbət edə biləcəklərini bildirmişdir. Bundan sonra Xəqani Rəhimlə əlaqə saxlayaraq onu yanlarına dəvət etmişdir. Təxminən bir saat sonra Rəhim adlı şəxs yanlarına gəlmişdir. Rəhim gələndə çox həyəcanlı olmuş, söhbət əsnasında tez-tez tərləyir və konkret olaraq onlara heç nə deməmişdir. Rəhim ona satılan torpaq sahəsində heç bir problem ola bilməyəcəyi dediyi təkcə xatirində qalmışdır. Çünki, həmin zaman çox hirsli olmuşdur. Bundan sonra Xəqani və Rəhimə birlikdə Bakı İnzibati Məhkəməsinə gəlmələrini və hər şeyin orda aydınlaşacağını demişdir. Xəqani və Rəhim razılaşaraq idarə etdiyi avtomobil ilə birlikdə Bakı İnzibati Məhkəməsinə getmişlər. Yolda olan zaman birdən Rəhim avtomobili saxlamağını və onun ayrıca öz avtomobili ilə birlikdə gələcəyini demişdir. Avtomobili saxlamış və Rəhim avtomobili tərk edərək uzaqlaşmışdır. Bakı İnzibati Məhkəməsinə çatdıqdan sonra ona satılan torpaq sahəsi ilə bağlı məhkəmə prosesi olub-olmamısını məhkəmənin dəftərxanasından soruşmuşlar. Orada onlara hazırda məhkəmədə həmin torpaq sahəsinin mübahisələndirilməsi ilə bağlı məhkəmə prosesi aparıldığı deyilmişdir. Xəqani bunu eşidib bu barədə maraqlanıqdan sonra məlumat verəcəyini demişdir. Rəhim avtomobilini tərk etdikdən sonra onu bir daha görməmişdir. Bundan sonra ona satılan torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsində olan işlə maraqlanmışdır. Məlum olmuşdur ki, ona Şahid3 və Təqsirləndirilən şəxs tərəfindən satılan torpaq sahəsi əslində başqa bir torpaq sahəsidir və Şahid9 reallıqda ona məxsus olan torpağı başqa bir adama satdığı üçün onun adına çıxarışın verilməsində ötrü məhkəməyə müraciət etmişdir. Bundan əlavə məhkəmədə Şahid9 məxsus torpaq sahəsinin əslində 18 sot deyil 12 sot olması müəyyən edilmişdir. Bunu dəqiqləşdirmək üçün Şahid3 götürdüyü həmin torpaq sahəsinə icra hakimiyyətindən Şahid9 adına verilmiş sərəncam sənədini və torpaq sahəsinin cizgilərini əks etdirən sənədi məhkəməyə təqdim etmişdir. Məhkəmədə ona onlarda olan həmin torpaq sahəsinin sərəncam sənədinin eyni olduğunu, lakin torpaq sahəsinin cizgilərini əks etdirən sənədin fərqli olduğunu bildirmişlər. Bundan sonra İsrafilə zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. İsrafil isə ona ya müxtəlif bəhanələr görüşməkdən imtina etmiş, ya da Təqsirləndirilən şəxs ilə görüşməyini bildirmişdir. Çox vaxt İsrafil telefon zənglərinə cavab verməmişdir. İsrafil və Xəqaniyə onu Şahid9lə görüşdürmələrini dəfələrlə demişdir. Lakin, Onlar Şahid9 dənizdə işlədiyi üçün görüşə bilməyəcəyini demişdir. Bundan sonra Şahid9 kim olmasını və onun həqiqətəndə dənizdə işliyib-İşləməməsini öyrənməyə başlamışdır. Sonradan ona məlum olmuşdur ki, Şahid9 adlı şəxs heç vaxt dənizdə işləməyib və onun yaşının 65-dan yuxarı olduğu üçün o dənizdə işləyə bilməzmiş. Artıq aldadıldığını başa düşmüşdür. Bakı İnzibati Məhkəməsində Şahid9 iştirakı ilə hansı tarixdə məhkəmə iclası keçiriləcəyini öyrənmişdir. Buna görə də həmin tarixdə Şahid9lə başına gələnlər barədə danışmaq üçün məhkəməyə getmişdir. Məhkəmə iclası zamanı Şahid9 orada görmüşdür. İclas bitdikdən sonra Şahid9 yaxınlaşmışdır. Həmin zaman Şahid9 yanında özünü sonradan İbad kimi təqdim bir nəfər şəxs olmuşdur. Şahid9 yanında olan şəxs ona əlaqə nömrəsi verərək onunla bu nömrə ilə əlaqə saxlamağını bildirmişdir. Bundan sonra Şahid9lə əlaqə saxladığı zaman, o, Şahid3 və Təqsirləndirilən şəxs adlı şəxsləri tanımadığını, onlara torpaq sahəsi satmadığını, onlara hər hansı bir etibarnamə vermədiyini və onun adına olan torpaq sahəsinin satılması barədə məlumatının olmadığını bildirmişdir. Şahid9lə telefon danışığı zamanı onunla görüşmək istədiyini bildirmişdir. Şahid9lə görüşü zamanı məlum olmuşdur ki, Şahid9 yanında olan İbad adlı şəxs Şahid9 torpaq sahəsi aldığını və aldığı torpaq sahəsini adına çıxarış almalarından ötrü məhkəməyə müraciət etdiklərini və hazırda da bununla bağlı məhkəmə prosesi gedirmiş. Şahid3 və Təqsirləndirilən şəxs zəng edərək ona satılan torpaq sahəsinin mübahisəli torpaq sahəsi olduğunu, onları aldatdıqlarını və vermiş olduğu 145.000 manatı geri qaytarmasını bildirmişdir. Şahid3 və Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək pulu geri ödəməkdən yayınmışdın Bu günə kimi də onlara aldadılaraq satılan torpağa ödədikləri nə pul geri qaytarılmış, nə də ki həmin torpaq sahəsinin sənədlərini qaydasına salınmışdır (İİ cild, səh. 155-160). 34.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, torpaq sahəsinin yerləşdiyi yeri dəqiq bilməmişdir. Şıxov deyilən ərazidə yerləşən torpaq sahəsinə birlikdə gedib baxış keçirmişlər və həmin torpağı bəyənmişlər. Həmin vaxt o da orada iştirak etmişdir. Bundan sonra orada olan makler də torpaq sahəsinin sahibinin tanışını həmin əraziyə çağırmışdır. Torpaq sahəsini almaq istəyən onun dostu Fərid olmuşdur. O, bu hadisələr olarkən Fəridin yanında şahid olmuşdur. Danışığıqlarından sonra axşam zəng gələndə beh kimi pul istəmişlər. Həmin vaxt onda pul olmuş və üzərində olan puldan üç min manat Fəridə vermişdir. Fərid isə onun yanında pulu aparıb vermişdir. Pulu verdikləri şəxslər iki nəfər olmuşlar, lakin Xəqani orada olmamışdır. Onlar on-on iki min beh kimi veriləndən sonra notariusa getmişlər. 35.Məhkəmə iclasında Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 183-186). 36.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ilk dəfə Xəqani ilə 43 saylı notariusun qarşısında görüşmüşdür. Xəqanidən torpaq almışlar, lakin torpağın həqiqi sahibi Şahid2 olmuşdur. Xəqaniyə on beş min manat beh şəklində, yüz otuz min manat isə ilkin alqı-satqı müqaviləsi ilə notarial qaydada verilmişdir. Xəqani ilə görüşlərinə kimi iki dəfə İsrafil adlı şəxslə görüşmüşlər və həmin şəxsə on beş min manat vermişlər. Arxivdən sənəd götürmək lazım olduğundan Xəqani ilə işləri gecikmişdir. Xəqani onlardan bir həftə vaxt istəmişdir. Notariusa gələndə torpağın artıq bir nəfərə satıldığı məlum olmuşdur. Həmin alqı-satqı müqaviləsi ləğv ediləndən sonra Xəqani alqısatqı müqaviləsi ilə torpağı ona satmışdır. Həmin alqı-satqı ilə sənədləri 1 saylı ASAN Xidmətə vermiş və həmin sərəncamın artıq istifadə edildiyinə dair cavab verilmişdir. Ümumilikdə Xəqaniyə yüz qırx beş min manat pul vermişlər. 37.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 188-191). 38.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xəqani ilə dostluq etmişlər və Xəqani ona satmaq istədiyi torpaq sahəsinin olduğunu demişdir. Bununla bağlı onlar dost tanışa torpaq sahələrinin olduğunu və həmin torpaq sahəsini satmaq lazım olduğunu bildirmişlıər. Torpaq sahəsinin satılmasını maklerlərdən xahiş etmişlər və bundan sonra satış olmuşdur. Xəqaninin dediyi torpaq sahəsi Şıxovda yerləşmiş və ümumi ərazisi 18 sot olmuşdur. Xəqani ona torpaq sahəsini borcları olduğundan satmaq istədiyini demişdir. Torpaq sahəsinin satışı ilə bağlı internetdə elan yerləşdirmişlər və bir müddət sonra torpağı almaq istəyən şəxsin olduğunu bildirmişlər. Onlar bununla bağı görüşəndə sənədi gedib yoxlatması üçün həmin adama vermiş və sənədi bir həftə-on gün özündə saxladıqdan sonra torpaq sahəsini alacağını demişdir. Bununla bağlı notariusa yaxınlaşdmşlar və orada alqı-satqı edərək çıxıb getmişlər. Verdikləri sənədlər layihə, arxiv arayışı və sərəncam olmuşdur. O, qarşı tərəfə sadaladığı sənədlərdən başqa sənəd verə bilmədiyini demişdir. Bundan bir müddət sonra sənədlərdə problem oduğunu bildirəndə onları Xəqani ilə görüşdürmüş və sonradan danışıqların məzmunundan məlumatı olmamışdır. 39.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanımışdır. Onunla yaxın münasibətdə olmuşdur. Təxminən 5 il bundan əvvəl Xəqani ona Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində torpaq sahələrinin olduğunu bildirmişdir. 2023-cü ildə Xəqani ona Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən özünə məxsus olan 18 sot torpaq sahəsini satmaq istədiyini və ona bu barədə köməklik edəcəyi təqdirdə əldə etdiyi puldan ona da verəcəyini demişdir. Bundan başqa Xəqani torpaq sahəsini 100.000 manata satmaq istədiyini və qeyd etdiyi məbləğdən yuxarı satılacağı təqdirdə qalan pulu ona verəcəyini bildirmişdir. Bu barədə yaxın münasibətdə olduğu Mehdi adlı tanışı ilə söhbət edərkən Mehdi ona qeyd edilən torpaq sahəsinin satılmasında köməklik edə biləcəyini bildirmişdir. Mehdiyə torpaq sahəsinin ona məxsus olmasını bildirmişdir. Bundan sonra Mehdiyə Xəqanin əlaqə nömrəsini ona verərək torpaq sahəsinin sənədlərinin onda olmasını bildirib götürməsini xahiş etmişdir. Mehdi bundan sonra Xəqani ilə görüşərək torpaq sahəsinə dair bir sıra sənədləri, yəni icra hakimiyyətindən verilmiş sərəncam sənədini, torpaq sahəsi ilə bağlı arxiv arayışını və torpaq sahəsinin cizgilərini əks etdirən sənədi ondan götürmüşdür. Mehdi torpaq sahəsinə dair sənədləri götürdükdən sonra ona təqdim etmişdir. Həmin sənədlərə ötəri baxaraq bu işlərdən başı çıxmadığını və torpaq sahəsinin satılması işi ilə Mehdinin məşğul olmasını ondan xahiş etmişdir. Həmin sənədlərdə torpaq sahəsinin Şahid9 məxsus olması göstərilmişdir. Xəqani ona həmin şəxsin qohumu olduğunu və dənizdə işlədiyini bildirmişdir. Mehdi ona həqiqətən də qeyd edilən torpaq sahəsinin ona məxsus olmasını soruşmuşdur. Ona sonradan torpaq sahəsinin əslində özünə məxsus olmadığını, dostu Xəqaniyə məxsus olmasını və onunla yaxın münasibətdə olduğu üçün torpaq sahəsinin özünə məxsus olduğunu bildirdiyini demişdir. Mehdi ilə olan söhbətlərinin birində Mehdi ona torpaq sahəsinin sənədlərini yoxlatdığını və torpaq sahəsini sata biləcəklərini bildirmişdir. Bundan sonra Mehdi sonradan adını bildiyi torpaq sahələrinin satılmasında vasitəçi olan Elçin adlı şəxsin vasitəsi ilə elan saytında qeyd edilən torpaq sahəsini satılması ilə bağlı elan yerləşdirmişdir. 2023-cü ilin sentyabr ayı idi. Mehdi ona zəng edərək torpağı almaq istəyən alıcı olduğunu bildirmişdir. Bundan sonra Xəqaniyə zəng edərək torpağı almaq istəyən alıcı olduğunu bildirmişdir. Xəqani ona bu işlə onun məşğul olmağını bildirmişdir. Bundan bir müddət sonra Mehdi ona zəng edərək torpaq sahəsini almaq istəyən şəxsin yanında olduğunu, torpaq sahəsini bəyəndiyini və onunla danışmaq istədiyini bildirmişdir. Həmin şəxs özünü Şahid2 kimi təqdim edərək torpaq sahəsini almaq istədiyini bildirib qiymətin biraz endirilməsini xahiş etmişdir. Mehdi elan saytında torpaq sahəsini səhv etmirsə 175.000 manata qoymuşdur. Fəridlə telefon danışığında torpaq sahəsini ona ən son 145.000 manat sata biləcəklərini bildirmişdir. Bu barədə Xəqaniyə məlumat verdikdən sonra Xəqani ona torpaq sahəsini almaq istəyən şəxsdən əvvəlcədən beh götürməli olduğunu demişdir. Ona görə də Fəridə əvvəlcədən beh verməli olduğunu bildirmişdir. 2023-cü ilin sentyabr ayının axırları idi. Fəridlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "AvestaPlaza” önündə görüşmüşdür. Fərid oraya dostu və dayısı kimi təqdim etdiyi Nahid adlı şəxslə gəlmişdir. Mehdi də həmin zaman onunla gəlmişdir. Bu görüşləri zamanı Fərid ona torpaq sahəsini almaq istədiyini və sənədlərinin qaydasında olub- olmaması soruşmuşdur. O isə Xəqanin dediklərinə inanaraq Fəridə torpaq sahəsinin sənədlərinin qaydasında olmasını bildirib Xəqanidən götürdüyü sənədləri ona təqdim etmişdir. Fərid sənədlərə baxdıqda torpaq sahəsinin mülkiyyətçisinin Şahid9 adlı şəxsin olduğunu və həmin şəxsin kim olduğunu ondan soruşmuşdur. Ona Oktayın qohumu olduğunu, onun dənizdə işlədiyini və sənədləşmə işlərində gələcəyini bildirmişdir. Fərid bundan sonra öz istifadəsində olan mobil telefonu verərək atası Zərərçəkmiş şəxs1 danışmaq istədiyini bildirmişdir. Fəridin atasına torpaq sahəsinin ona məxsus olduğunu və torpaq sahəsinin sənədlərində heç bir problem olmadığını bildirmişdir. Bundan sonra Fəridə alqı-satqıdan əvvəl beh verməli olduğunu bildirmişdir. Fərid ona həmin görüşləri zamanı 3.000 manat beh vermişdir. Ona behin az olduğunu ən azı 15.000 manat verməli olduğunu bildirmişdir. Fərid isə ona qısa müddətə qalan 12.000 manatı verəcəyini bildirmişdir. Pulu götürdükdən sonra bu barədə Xəqaniyə məlumat vermişdir. Xəqani ona qalan 12.000 manatı götürdükdən sonra pulu ona verməyini bildirmişdir. Bundan bir neçə gün sonra Fərid əlaqə saxlayaraq qalan 12.000 manatı vermək istədiyini bildirmişdir. 2023cü ilin oktyabr ayının əvvəllərində Fəridlə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat kontorunun yaxınlığında olan kafelərin birində görüşmüşdür. Fərid oraya yenə dostu və Nahid adlı şəxslə gəlmişdir. Mehdi də həmin görüşləri zamanı yanında olmuşdur. Fərid ona verdiyi torpağın sənədlərini yoxlatdığını və qalan 12.000 manatı notarial qaydada vermək istədiyini bildirmişdir. Buna ehtiyac olmadığını və beh verildikdən bir həftə ərzində alqı- satqının ediləcəyini bildirmişdir. Fərid bundan sonra ona qalan 12.000 manat pulu beh kimi vermişdir. Bundan sonra Xəqani ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində görüşərək Fəriddən beh kimi aldığı puldan 10.000 manatını ona verib qalan 5.000 manatını pul lazım olduğu üçün özündə saxlamışdır. Xəqani ona pul lazım olduğu üçün tez bir zamanda alqı- satqını etmək istədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə onlar Fəridlə alqı-satqı etmək üçün Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat kontorunun önündə görüşmüşlər. Bu görüşdən əvvəl Xəqani ona Oktayın dənizdə olduğu üçün gələ bilmədiyini və onun adına etibarnamə olduğu üçün alqı-satqını onunla ediləcəyini bildirmişdir. Bundan əlavə Fəridin Oktayın niyə gəlmədiyini soruşacağı təqdirdə ona dediklərini deməyini bildirmişdir. Fərid oraya dayısı kimi müraciət etdiyi Nahid adlı şəxslə gəlmişdir. Oraya torpaq sahəsini elan saytında yerləşdirən vasitəçi (makler) Elçin adlı şəxs, Mehdi və Xəqani ilə gəlmişdir. Fərid torpaq sahəsinin mülkiyyətçisi olan Oktay adlı şəxsin alqı-satqıya niyə gəlmədiyini soruşmuşdur. Ona Oktayın dənizdə olduğu üçün gələ bilmədiyini və alqı-satqını onunla gələn Təqsirləndirilən şəxsla ediləcəyini bildirmişdir. Fərid bundan sonra əsəbləşərək Xəqanini tanımadığını bildirib alqı-satqını onunla etmək istəmədiyini bildirmişdir. Xəqani bundan sonra Şahid9 tərəfindən ona verilmiş olan etibarnaməni təqdim edib alqı- satqının onunla edilə biləcəyini bildirmişdir. Fəridə ona heç bir problemin yaranmayacağını və Xəqaniyə verilmiş olan etibarnamənin qüvvədə olmasını bildirib alqı-satqını edə biləcəklərini bildirmişdir. Fərid bundan sonra yanında olan Nahid adlı şəxslə məsləhətləşdikdən sonra alqı-satqı edəcəyini bildirmişdir. Fərid onlara alqı-satqının yanında olan Nahid adlı şəxslə ediləcəyini bildirmişdir. Bundan sonra 43 saylı notariat kontorunda torpaq sahəsinin alqı-satqısı edilmişdir. Alqı-satqı Xəqani ilə Nahid arasında rəsmiləşmişdir. Fərid alqı-satqı zamanı Xəqaniyə 130.000 manat vermişdir. Alqı-satqıdan sonra Xəqani ona borc kimi 15.000 manat vermişdir. Alqısatqı edildikdən təxminən 2 ay sonra Fərid ona zəng edərək ona satılan torpaq sahəsinin mübahisəli torpaq sahəsi olduğundan hazırda bununla bağlı məhkəmə prosesi getdiyini və buna görə də torpaq sahəsini öz adına rəsmiləşdirə bilmədiyini bildirmişdir. Ona torpaq sahəsində heç bir problem olmadığını və bununla bağlı Xəqani ilə danışmağını bildirmişdir. Bundan sonra Xəqaniyə zəng edərək Fəridin dediklərini ona bildirmişdir. Xəqani ona torpaq sahəsinin sənədlərində heç bir problem olmadığını bildirib Fəridlə danışacağını demişdir. Bundan başqa Xəqani ilə söhbəti zamanı ona həmin torpaq sahəsini Rəhim adlı şəxsdən aldığını bildirmişdir. Fərid ona mütəmadi olaraq zəng edərək torpaq sahəsini öz adına rəsmiləşdirə bilmədiyini demişdir. Ona hər dəfəsində Xəqani ilə əlaqə saxlamasını demişdir. Xəqaniyə hər dəfəsində bu barədə məlumat verdikdə Xəqani ona Fəridin məsələsini həll edəcəyini və heç bir problemin olmadığını demişdir. Fəridə ilk vaxtdan torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Ona görə də Fərid və Fəridin atası mütəmadi olaraq onunla əlaqə saxlayıb yaranan problemi aradan qaldırmağını demişdir. Çətin vəziyyətdə qalmışdır. Ona görə də Xəqaniyə yaranan problemi həll etməsini tələb etmişdir. Fərid bir müddət sonra verilən 145.000 manatın geri verilməsini tələb etməyə başlamışdır. Xəqaniyə bu barədə məlumat verdikdə Xəqani qısa müddət ərzində məsələnin həll olunacağını deyirərək ona alqı-satqı zamanı verilmiş pulu geri ödəməkdən yayınmışdır. Bunun üzərindən bir müddət keçmişdir ki, Xəqanin tutulduğunu öyrənmişdir. Xəqani Fəridə torpaq sahəsini öz adına rəsmiləşdirməsinə köməklik göstərməmişdir. Xəqani həbs olunduqdan sonra Xəqanin atası ondan Xəqanin vermiş olduğu 20.000 manatı tələb etməyə başlamışdır. Bundan sonra Xəqanin vermiş olduğu 20.000 manatı Xəqanin atasına vermişdir. Bir daha bildirmişdir ki, Xəqanin adından Fəridə satılan torpaq sahəsinin alqı- satqısında iştirak etmişdir. Fəridə satılan torpaq sahəsi ona məxsus olmamışdır. Xəqani ilə yaxın münasibətdə olduğu üçün və qeyd edilən torpaq sahəsinin sənədlərində problemin olmadığına inanaraq Fərid ilə olan görüşlərində torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Sonradan isə qeyd edilən mübahisə yarandığından bu barədə Təqsirləndirilən şəxs müraciət etmələrini bildirmişdir. Verilən suallara cava olaraq bildirmişdir ki, Şahid9 Xəqanin ona dediyindən bildiyi qədər onun qohumu olduğunu bilmiş, onu bu günə görməmiş və ünsiyyətdə olmamışdır (İİ cild, səh. 192-196). 40.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Salyan şossesində olan torpaq sahəsi ilə bağlı sərəncam onda olmuş və torpaq sahəsini Akif, ya da Arif adlı şəxsə satmışdır. O, torpaq sahəsi ilə bağlı həmin şəxsə etibarnamə vermişdir. Torpaqla bağlı sonraki proseslərdən isə məlumatı olmamışdır. O, torpaq sahəsini notariusla satmışdır. Üzərindən bir müddət keçdikdən sonra kimsə onunla əlaqə saxlayaraq həmin torpaq sahəsini özəlləşdirmək istədiyini bildirmişdir. Həmin şəxs onun imzasının lazım olduğunu bildirmişdir. İbad adlı həmin şəxs torpağı atası Əvsər adlı şəxsin adına keçirmək istədiyini demiş və o, köməklik məqsədi ilə məhkəmədə şahid kimi iştirak etmişdir. Bundan sonra da həmin torpağa çıxarış alınmışdır. Sərəncamın adına olan şəxsin alqı-satqıda iştirak etməli olduğunu bildirmişlər. O, etibarnaməni Arif adlı şəxsə vermiş və Arifin digər şəxsə etibarnamə verməsini isə özü ona demişdir. 41.Şahid9 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, o, Arifin verdiyi etibarnaməni görməmiş və Ariflə heç bir əlaqəsi olmamışdır. Sərəncamın əslini Arifə vermişdir. Ona məxsus olan torpaq sahəsi 12 sot olmuş və həmin torpaq sahəsini Arifə satmışdır. O, Xəqani və İsrafil adlı şəxsləri tanımamışdır. Səhv etmirsə torpaq sahəsini özəlləşdirmək üçün ona zəng edən şəxs torpağı Xəqanidən aldığını demişdir. O, Şahid11 adlı şəxsi tanımamış, müstəntiqə Rəhimə verdiyi etibarnamədə olan imzanın saxta olduğunu, onun imzası olmadığını və həmin notariat hərəkətlərində iştirak etmədiyini bildirmişdir. O, Xəqanini heç vaxt görməmiş və Xəqani adında kimsə ona zəng etməmişdir. Torpaq sahəsinin yerləşdiyi yeri bilmiş və İbadın çıxarış aldığı torpaqla onun torpağı eyni yerdə olmuşdur. İbada etibarnaməni özəlləşdirmə ilə bağlı vermiş və Ariflə İbaddan başqa heç kimə etibarnamə verməmişdir. O, 53 saylı notariat ofisində olmamış, yəqin ki, orada olan imza ona aid olmamışdır. Notariusun qeydiyyat kitabçasında olan imza nümunəsi ona aid imza nümunəsi olmamışdır. Ona verilmiş sərəncamda torpaq sahəsinin ölçüsü 12 sot yazılmış, həmin cizgidə də ölçü 18 sot deyil, 12 sot olmuşdur. Sərəncamı Arifə verdiyi üçün etibarnaməni də vermiş və bununla bağlı Arifdən xatırlamadığı miqdarda az da olsa pul almışdır. İbaddan hansısa məbləğdə pul almamış, İbad sərəncamı Arifdən almışdır. İbad özü onun yanına gəlmiş və etibarnaməni Arifdən aldığını demişdir. Torpaq sahəsini İbada əlli-əlli iki minə satmış, İbadla olan alqı-satqıları bir il bundan əvvəl olmuşdur. Sərəncamla bağlı etibarnaməni isə 5-6 il bundan əvvəl vemişdir. Sərəncamla bağlı etibarnamə verdiyi müddət ərzində ona heç kim çıxarışla bağlı müraciət etməmişdir. Onun 2013-cü ildə torpaq sahəsini satmaq üçün etibarnamə vermək niyyəti olmamışdır. O, 2020-ci il tarixdə notariusda Rəhimə etibarnamə vermək üçün Qaradağ rayonu ərazisində olan iştirak etməmiş, ümumiyyətlə Rəhim adlı şəxsi tanımamışdır. Şahid9 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 42.Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 1990-cı illərdə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında 12 sot torpaq almışdır. Həmin torpaq sahəsinə 1997cİ ildə icra hakimiyyətindən adına sərəncam verilmişdir. Qeyd etdiyi torpaq sahəsini təxminən 5 il bundan əvvəl etibarnamə əsasında Arif adlı şəxsə satmışdır. Bir il bundan əvvəl İbad adlı şəxs ona müraciət edərək Arifə etibarnamə əsasında satmış olduğu 12 sot torpaq sahəsini aldığını, həmin torpaq sahəsini öz adına çıxarış almaq istədiyini və çıxarış almaq üçün məhkəməyə müraciət etməli olduqlarını bildirib ona köməklik göstərməyini xahiş etmişdir. Bundan sonra Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 12 sot torpaq sahəsinə çıxarış almaqdan ötrü Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişlər, Bakı İnzibati Məhkəməsi qeyd etdiyi 12 sot torpaq sahəsinə çıxarış verilməsi barədə qərar qəbul etmişdir. Bakı İnzibati Məhkəməsində qeyd etdiyi məsələ ilə bağlı məhkəmə prosesi gedən zaman sonradan adını Fərid kimi bildiyi şəxs ona yaxınlaşaraq Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında ona məxsus olan 18 sot torpaq sahəsini aldığını bildirmişdir. Ona həmin ünvanda özünə məxsus 18 sot torpaq sahəsi olmadığını bildirmişdir. Bundan təxminən bir həftə sonra Fərid ona zəng edərək onunla görüşmək istədiklərini bildirmişdir. Bundan sonra Fərid və atası Qələmdaradlı şəxslə Novxanı qəsəbəsində kafelərin birində görüşmüşlər. Həmin görüşləri zamanı onlar yenidən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında ona məxsus olan 18 sot torpaq sahəsini aldıqlarını, həmin torpaq sahəsinə çıxarış ala bilmədiklərini bildirmişlər. Onlara 18 həmin ünvanda ona məxsus 18 sot torpaq sahəsi olmadığını, həmin ünvanda vaxtı ilə 12 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini də satdığını bildirmişdir. Bundan başqa onlar İsrafil və Xəqani adlı şəxsləri tanıyıb-tanımadığını soruşmuşlar. Onlara qeyd etdikləri şəxsləri tanımadığını bildirmişdir. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında ona məxsus 18 sot torpaq sahəsi olmamışdır. Həmin ünvanda ona məxsus 12 sot torpaq sahəsi olmuş və həmin torpaq sahəsini də satmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid3, Təqsirləndirilən şəxs və Şahid11 nə tanımış, nə də görmüşdür. Təqsirləndirilən şəxs öz adından hər hansı bir etibarnamə verməmişdir (İİ cild, səh. 207-209). 43.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Xəqani ilə tanış olduqdan sonra Şıxov deyilən ərazidə olan torpaq sahəsinə baxış keçirməyə getmişdir. Razılıqlarına əsasən o, 17 sot olan torpağın pulunu hissə-hissə verəcəkdi. Torpaq sahəsinin çıxarışı olmamış və həmin torpaq sahəsi ilə bağlı ilkin sənədlər mövcud olmuşdur. Xəqaninin həmin ərəfədə uşağının sağlamlıq vəziyyəti ilə bağlı problemləri olmuş və ona görə də ona torpaq sahəsi üçün nağd pulu ödəyən müştəri tapmasını demişdir. Buna görə də həmin torpaq sahəsini başqa şəxsə sataraq onun ödədiyi hissəni geri qaytarmışlar. 44.Məhkəmə iclasında Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2023-cü ilin yay aylarında özünə almaq üçün torpaq sahəsi axtarırmış. Abşeron, rayonu, Masazır qəsəbəsində adı xatirində olmayan torpaq sahəsinin alıq-satqı sahəsində riyeltor (makler) işləyən şəxs ona Bak şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında 18 sot torpaq sahəsi olduğunu və münasib qiymətə satıldığını bildirmişdir. Bundan sonra həmin şəxslə birlikdə qeyd etdiyi torpaq sahəsinə baxmağa getmişlər. Torpaq sahəsinə baxdıqdan sonra vasitəçilik edən şəxsə torpaq sahəsini bəyəndiyini və almaq istədiyini bildirmişdir. Bundan sonra makler özünün torpaq sahəsinin mülkiyyətçisi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə onu görüşdürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ilə qeyd etdiyi torpaq sahəsinə gedərək onun iştiraka ilə torpağa baxış keçirmişdir. Təqsirləndirilən şəxs ona görsətdiyi torpaq sahəsindən başqa həmin ərazidə başqa torpaq sahələrinin olduğunu və istəyəcəyi təqdirdə onlara da baxa biləcəyini bildirmişdir. Bundan sonra Xəqani ona həmin ərazidə özünə məxsus olduğunu bildirdiyi bir neçə torpaq sahəsini ona göstərmişdir. Torpaq sahələrinə baxdıqdan sonra Xəqaniyə ilkin olaraq baxdığı 18 sot torpaq sahəsini almaq istədiyini və sonradan bəyəndiyi torpaq sahəsinin önündə olan özünə məxsus olduğunu bildirdiyi digər torpaq sahəsini də ala biləcəyini demişdir. Təqsirləndirilən şəxsla bəyəndiyi 18 sot torpaq sahəsini ümumilikdə 105.000 manata alacağı ilə bağlı razılığa gəlmişlər. Təqsirləndirilən şəxsla razılığına əsasən qeyd etdiyi pulu ona hissə-hissə verəcəkmiş. Xəqaniyə almaq istədiyi torpaq sahəsinə məxsus sənədləri verməsini bildirmişdir. Xəqani bundan sonra almaq istədiyi 18 sot torpaq sahəsinə icra hakimiyyətindən verilmiş sərəncam sənədini, torpaq sahəsinin cizgilərini əks etdirən sənədi, həmin torpaq sahəsinə verilmiş arxiv çıxarışını və öz adına verilmiş etibarnaməni ona vermişdir. Etibarnaməyə baxan zaman torpaq sahəsinin mülkiyyətçisinin Şahid9 adlı şəxsə məxsus olduğunu görüb həmin şəxsin kim olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs əslində torpaq sahəsinin ona məxsus olduğunu, Şahid9 yaxın qohumu olduğunu, vaxtilə atasına Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünavnında bir neçə torpaq sahəsi pay verildiyini, satmaq istədiyi torpaq sahəinin də həmin pay torpaq sahələrindən olduğunu, atasının da ona satmaq istədiyi torpaq sahəsini yaxın qohumu kimi təqdim etdiyi Şahid9 adına keçirdiyini, lazım olacağı təqdirdə Şahid9 adlı şəxsi çağıracağını bildirmişdir. Təqsirləndirilən şəxs ondan aldığı sənədləri yoxlatdıqdan sonra alqı-satqı edəcəyini bildirmişdir. Bundan sonra həmin sənədləri Səbail Rayon İcra Hakimiyyətinə aparmışdır. İcra hakimiyyətində onlara təqdim etdiyi sənədlər əsasında torpaq sahəsini öz adına rəsmiləşdirə və həmin torpaq sahəsində tikinti işləri apa bilib-bilməyəcəyimi soruşmuşdur. Orada bunun mümkün olduğunu bildirmişlər. Bundan təxminən 2 həftə sonra torpaq sahəsinin ilkin alqı-satqısını etmək üçün Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat ofisinə getmişlər. Notariat ofisində olan zaman Təqsirləndirilən şəxs qeyd etdiyi torpaq sahəsinə onun adına verilən etibarnaməni və digər sənədləri orada təqdim etmişdir. Notariat ofisində ona məlum olmuşdur ki, etibarnamədə ona satılacaq torpaq sahəsinin ölçüləri 6 sot olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs etibarnamədə torpaq sahəsinin ölçüsünün düzgün olmadığını bildirib onunla alqı-satqı etmiyəcəyini bildirmişdir, Bundan sonra Təqsirləndirilən şəxs yanında Şahid9 kimi müraciət etdiyi şəxsə zəng etmişdir. Həmin şəxsə ona vermiş olduğu etibarnamədə torpaq sahəsinin ölçülərinin yalnış olduğunu, torpaq sahəsinin alqı-satqısını etmək üçün etibarnamənin düzəlməli olduğunu bildirmişdir. Xəqani Oktay kimi müraciət etdiyi şəxslə sağollaşdıqdan sonra etibarnamədəki yalnışlığı düzəldəcəyini və sonradan alqı-satqı edəcəklərini bildirmişdir. Həmçinin, yaxın qohumu kimi təqdim etdiyi Şahid9 adlı şəxsin dənizdə işlədəyini bildirib ona vaxt lazım olduğunu bildirmişdir. Təxminən 2 həftə sonra Təqsirləndirilən şəxs ona zəng edərək etibarnamədəki yanlışlığın düzəldiyini və alqı-satqı edə biləcəklərini bildirmişdir. Bundan sonra Xəqani ilə yuxarıda qeyd etdiyi notariat ofisində görüşmüşlər. Notariat ofisində Təqsirləndirilən şəxs Şahid9 tərəfindən onun adına verilmiş etibarnaməni notariat ofisində təqdim etdi. Etibarnamədə bu səfər satılacaq torpaq sahəsinin ölçüləri olmamışdır. Yalnız torpaq sahəsinin yerləşdiyi ünvan göstərilmişdir. Notariat ofisində etibarnamənin düzgünlüyü yoxlandıqdan sonra onunla ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Həmin zaman Təqsirləndirilən şəxs təxminən 10.000 manat pul ödəniş etmişdir. Alqı-satqı edildikdən sonra Təqsirləndirilən şəxs Şahid9 həyat yoldaşı və oğlundan torpaq sahəsinin satılmasının etirazının olmaması barədə ərizə verməsini bildirmişdir. Xəqani ona qeyd etdiyi ərizləri verəcəyini bildirmişdir. Lakin, bununla bağlı Xəqani ona sonradan heç bir ərizə verməmişdir. Müxtəlif bəhanələr gətirərək ərizəni verməkdən yayınmışdır. Təxminən 2 ay müddətində Xəqaniyə aldığı torpaq sahəsinə görə ümumilikdə 39.000 manat pul ödəniş etmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək hissə-hissə pul ödəməyi ona sərf etmədiyini, torpaq sahəsinin 115.000 manata almaq istəyən başqa şəxs olduğunu və ona ödədiyi pulu tam olaraq geri qaytarmaq istədiyini bildirib aldığı torpaqdan imtina etməyini bildirmişdir. Ona heç bir problem olmadığını və ona ödədəyi pulu tam olaraq ödəyəcəyi təqdirdə torpaqdan imtina edəcəyini demişdir. Həmin zaman rayonda olmuşdur. Xəqani ona dəfələrlə zəng edərək Bakıya gəlməyini və torpaq sahəsini başqa şəxsə satmaq istədiyini deyirmiş. Bundan sonra yuxarıda qeyd etdiyi notariat ofisinin qabağına gəlmişdir. Təqsirləndirilən şəxs orada olmuşdur. Lakin, Xəqaninin yanında tanımadığı başqa şəxslər də olmuşdur. Notariat ofisində Təqsirləndirilən şəxs ilə onun arasında bağlanan ilkin alqı-satqı müqaviləsini ləğv etmişdir. Təqsirləndirilən şəxs bundan sonra torpaq sahəsini başqa şəxslə ilkin alqısatqısını etdikdən sonra ona ödəmiş olduğu 39.000 manatı geri ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla arasında heç bir əlaqə olmamışdır (İİİ cild, səh. 109-112). 45.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Xəqani Oktaydan torpaq almışdır. O, Oktayı tanımamışdır. Xəqani torpaq almaq istədiyini demiş, Vasif adlı tanışı Oktay adında şəxsin torpaq sahəsi satdığını demişdir. O, bu barədə Xəqaniyə demiş, torpağın yerini Xəqaniyə göstərmiş və Xəqani də torpağı bəyənmişdir. Torpağın qiymətini xatırlamamış, lakin on-on iki min dollara almışdır. Xəqani torpaq üçün pulu ona vermiş, o, həmin pulu Vasifə, o da pulu Oktaya vermişdir. Xəqani torpaq üçün ona on min vermiş və o da həmin pulu Vasifə vermişdir. Səhəri gün isə etibarnamə yazdırıb ona vermişlər. Vasifin pulu kimə verdiyini bilməmişdir. İstintaq vaxtı müstəntiqə Vasif barədə danışmış, ona Vasifi axtardıqlarını, lakin kim olduğu bilinməmişdir. Vasif özü maklerlik fəaliyyəti ilə məşğul olmuşdur. 46.Şahid11 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, torpaqla bağlı mülki etibarnamə Xəqaniyə verilmişdir. O, Fəridi tanımamış və görüşdən qaçmamışdır. Torpaq sahəsinin ölçüsünü bilməmiş və torpağı ona etibarnamə ilə Oktay vermişdir. Torpaq sahəsinin cizgilərinin düşdüyü yerdən məlumatı olmamış və torpaq sahəsi ilə bağlı bir dəfə Xəqaniyə etibarnamə vermişdir. Alatavada etdikləri söhbətdə Oktayın gəmidə işləməsini Vasif demişdir. Həmin söhbətdə Fərid də iştirak etmişdir. Torpaqla bağlı problemlər yaranandan sonra Xəqani Oktaya zəng etmiş və Oktay görüşə gəlməkdən yayınmışdır. Xəqani Oktay görüşə gəlməkdən imtina edəndən sonra olduğu yerə getməyi təklif etsə də bunu qəbul etməmişdir. Onun Xəqaninin torpaq almasında heç bir maddi marağı olmamış və Xəqaninin verdiyi pulun hamısını Vasifə çatdırmışdır. Vasiflə bir iki dəfə torpaq alqı-satqısı işləri olmuşdur. Xəqani ilə dostuq olduqlarından adı, soyadını və ata adını bilmiş, lakin Vasiflə dost olmadığından soyadını və ata adını bilməmişdir. O, Xəqani ilə Vasifi görüşdürməmişdir. Həmin vaxtdan etibarən Vasif itdiyi üçün Oktayı axtaranda Vasifi tapmamışdır. Bildiyi qədər Vasif kiməsə torpaq satıb aradan çıxmışdır. Etibarnamə onun adına verilmiş, daha sonra o, etibarnaməni Xəqaninin adına vermişdir. Onları torpaq sahəsinə baxış keçirməyə Vasif aparmışdır. Vasif torpaq sahəsini əvvəlcə ona göstərmiş, bundan sonra o, Xəqani ilə əlaqə saxlamışdır. Vasif torpaq sahəsi ilə bağlı cizgiləri göstərəndə Xəqaninin adına olduğunu görmüşdür. Cizgidə torpaq sahəsinin ölçüsünün nə qədər yazıldığını bilməmişdir. Vasifə torpaqla bağlı pulu səhv etmirsə 2012-ci ildə vermişdir. Xəqani pulu verəndən sonra vəsiqənin üzərində olmadığını bildirərək etibarnaməni öz adına yazdırmasını demişdir. Oktay tərəfindən etibarnamə veriləndə arvadının adından yazılı qaydada razılıq ərizəsi verilməsini xatırlamamışdır. 2023-cü il taixdə etibarnamə veriləndə Oktayın arvadının adına etibarnamə verilməsi yadında qalmamışdır. Torpaq sahəsi ilə bağlı 2018-ci il taixdə onun adına etibarnamə verilməsi və torpağın nə vaxt satılması yadında qalmamışdır. O, ilk dəfə torpağı ya 2013, ya da 2014-cü ildə almışdır. Oktay onun adına etibarnaməni ilk dəfə ya 2018, ya da 2019cu il taixdə vermişdir. O, Xəqaniyə başqa torpaq sahəsi satmamışdır. Xəqani torpaq sahəsini alarkən Oktayı görməsi ilə bağlı ona hansısa müraciət etməmişdir. Oktayın onun qohumu olması barədə Xəqaniyə heç bir söz deməmişdir. Vasif ona Oktay hazırda dənizdə olduğunu və gəldikdən sonra etibarnaməni yazdırıb verəcəyini bildirmişdir. 47.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Kürdəxanı qəsəbəsində bərbər işləmiş və Xəqani 5-6 ildən artıq onun müştərisi olmuşdur. O, bərbərxananın yerləşdiyi küçənin adını dəqiq bilməmişdir. 48.Şahid13 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, şəkildəkilər onunla Xəqani olmuşdur. Şəkil yəqin ki, Xəqaninin saçını kəsdiyi vaxt çəkilmişdir. O, Xəqaninin saçını 13 mart 2024-cü il tarixində kəsmişdir. Xəqaninin saçını kəsərkən günorta saatları olmuşdur. Həmin gün Xəqaninin uşağı sonradan bərbərxanaya gəlmişdir. Xəqaninin maşını həmin gün salonun qarşısında olmuşdur. Xəqaninin saçını kəsdiyi gün bərbərxanada tanımadığı şəxslər olmuşdur. Saçını kəsərkən Xəqaniyə zəng gəlmiş və Xəqani telefonda kiməsə saçını kəsdirdiyini bildirmişdir. Xəqaninin saçını kəsib bitirəndən sonra çölə çıxmış, həmin vaxt çöldə olan başqa şəxs içəri girərək Xəqaninin başqa maşınla getdiyini və uşağın maşında qaldığını bildirmişdir. Bundan sonra çölə çıxarkən heç kimi görməmiş və uşağın maşında olduğunu görmüşdür. Xəqaninin saçını kəsdiyi vaxtda tanımadığı şəxs içəri daxil olanda növbə soruşmuş, bu zaman həmin şəxsə nahar fasiləsi olduğunu və növbə üçün yer olmadığını demişdir. Həmin içəri daxil olan şəxs Xəqaniyə “bərbərin pulunu ver gedək” sözünü deməmişdir. Xəqani ona pul verib getmişdir. O, uşağı götürməsi üçün Yalçına zəng etmişdir. Nahardan qayıdanda Xəqaninin maşınının yerində olmadığını görmüş və həmin maşını kimin apardığını görməmişdir. Həmin gündən sonra Xəqanini görməmişdir. Xəqaninin hansı maşınla getdiyini görməmişdir. Xəqani bərbərxanın içindən aparılmamışdır. O, bərbərxanaya gələn şəxsin əməliyyatçı olub-olmadığını bilməmişdir. Hadisənin mart ayının neçəsində olmasını dəqiq xatırlamamış, tarixi vəkilin dediyinə əsasən təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş fotonun nə vaxt və hansı tarixdə çəkildiyini xatırlamamışdır. Onun yanında kimsə Xəqanini zorla bərbərxanadan çıxarmamışdır. Uşaq bərbərxanaya gəlib atası ilə görüşmüşdür. Bərbərxanadan çöl tərəfi tam olaraq görünməmiş, ancaq pəncərə olan hissədən müəyyən qədər görünmüşdür. O, Xəqaninin kim tərəfindən aparıldığını görməmişdir. 49.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, Xızı rayonunda olan məhkəmə ilə bağlı onun özünün işi olmuş və həmin işlə bağlı Xəqani ilə birlikdə Xızı rayonuna getmişdir. Həmin vaxt Xəqaniyə zəng gəlmiş, “Saray” ərazisindəki “Naringi” restoranında Xəqani kiminləsə görüşməli olmuş, nə üçün görüşəcəklərini bilməmiş, lakin Xəqaninin görüşüb pul verəcəyini bilmişdir. Həmin vaxt o, arxada əyləşmiş və Xəqani Şəkidən olan Elşən adlı şəxslə görüşmüşdür. Pullar qara bağlamada olduğu üçün nə qədər məbləğ olduğunu görə bilməmişdir. Pulun birini Xəqani oturacağın altından, digərini isə qol qoyulan yerdən çıxarıb vermişdir. Pulun nə ilə bağlı verildiyini eşitməmiş, həmin vaxt Xəqani ona dediyi üçün pul veriləndə videoya çəkmişdir. Bundan sonra isə onun işi ilə bağlı telefonu polislərin əlinə keçdiyindən telefonuna format verilmişdir. Həmin videolar Xəqani tutulmazdan əvvəl artıq silinmişdir. O, həmin vaxt pulun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinidə kimə çatdırılması barədə Xəqanidən heç bir söz eşitməmişdir. 50.Şahid17 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, pulun hansı valyutada olduğunu bilməmiş və pul iki bağlmada olmuşdur. Xəqani pulun bir hissəsinin manat, bir hissəsinin dollarla olduğunu demiş, lakin Elşən pulun hamısının manatla verilməli olduğunu demişdir. Həmin vaxt isə Xəqani olanın bu olduğunu bildirmişdir. Danışıqdan sonra Elşən maşından aşağı düşmüş, lakin telefonla danışıbdanışmadığını bilməmişdir. Elşən təkrar maşına gələrək pulu götürüb getmişdir. Xəqani videonu ona atmasını demiş, daha sonra başı qarışdığından videonu atmağı unutmuşdur. Səhv etmirsə Xəqani və Elşən torpaq barədə danışmışlar, başqa heç bir şey bilməmişdir. Xəqani Elşəndən ehtiyat etdiyindən videonu çəkdirmişdir. Xəqani və Elşən üstüörtülü danışdıqlarından nə barədə danışdıqlarını başa düşməmişdir. 51.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid14 suallara cavab olaraq bildirmişdir ki, 2011-2025-ci illərdə 53 saylı noariat ofisində notarius işləmişdir. 2023-cü il tarixdə etibarnamə verilərkən fotoşəkil tətbiq edilməmiş, lakin qanunvericiliyin və təlimatın tələblərinə görə şəxsiyyəti müəyyən etmədən, şəxsin özünün imzasını görmədən etibarnamələri təsdiq etməmişlər. Şəxsiyyəti müəyyən etmək notariusun səlahiyyəti olmuş, lakin vəsiqənin surətini alaraq iş materiallarına əlavə etməklə bağlı notariusun vəzifəsi olmamışdır. Şahid9 iştirakı olmadan notariat hərəkətlərinin həyata keçirilməsi birmənalı olaraq mümkün olmamışdır. Şəxsiyyət barədə məlumatlar qeydiyyat kitabında göstəilməli olmuş, əməliyyatlar çox olduğundan kargüzarlar həmin məlumatları götürərək gün sonunda doldurmuşlar, yəqin ki, kargüzarlar məlumatları daxil etməmiş, lakin imza şəxsin özünə məxsus olmuşdur. Etibarnamə verən şəxs mütləq qaydada qəbul edilərək şəxsiyyəti yoxlanılmışdır. Qeydiyyat kitabçası hər zaman notariat ofisində olmuş, hansısa işçi tərəfindən çölə çıxarılmamışdır. 52.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1495 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi, “Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş.,.” və s. sözlər, imzalara olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 7,382 qram ağ rəngli, kristalşəkilli kütlə küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 41-45). 53.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2026-cı il tarixli, 4/2094 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 5-ci cildinin 174-cü vərəqində olan xx.xx.2020-ci il tarixli ƏN-İ 825663 nömrəli etibarnamənin surətində əks olunmuş “Əлиjeв Oктаj” yazısı və həmin yazının əvvəlindəki imza, Notariat hərəkətlərinin qeyd edilməsi üçün 19487 nömrəli 7E reyestr (etibarnamələrin təsdiq edilməsi) kitabının 85-ci vərəqində 4195 reyestr nömrəsinin qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasının aşağı hissəsində “Əлиjeв” yazısı və həmin yazının əvvəlindəki imza Şahid9 tərəfindən icra olunmuşdur. 54.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 14 mart 2024-cü il tarixli 1742 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 154-155). 55.«Maddi sübutların ekspertizası» barədə 27 mart 2024-cü il tarixli, 1056/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri, salsilatlar aşkar, çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir (İ cild, səh. 161-162). 56.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 13 mart 2024-cü il tarixli protokoldan və videogörüntüləri özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə prosesində iştirak edən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung A51” markalı mobil telefonu və 01 ədəd plastik bank kartını, həmin şalvarın sağ yan cibindən 65 manat pulu, həmin cibindən “patı” və “şüşə" adları ilə tanıdığı 01 ədəd şəffaf sellofan bükümü və 60 qəpik pulu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş “Samsung A51” markalı mobil telefon və üstündə 4098 5844 9257 8743 rəqəmləri qeyd olunmuş “Leobank”a məxsus 01 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 65 manat 60 qəpik pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 2 gün əvvəl, yəni 11 mart 2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, həmin maddələri onda maraq kəsb etdiyi üçün götürdüyünü və üzərində gəzdirdiyini, özünün narkatik vasitə və ya psixotrop maddələrdən təxminən 1-2 il əvvəl istifadə etdiyini, həmin aşkar olunmuş maddələrdən isə 1 dəfə istifadə etdiyini bildirmişdir. Həmçinin üstündən aşkar olunmuş həmin maddəllərdən heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirmişdir. Əlavə olaraq şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş “Samsung A51” markalı mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrənin olmasını bildirmişdir (İ cild, səh. 27-30). 57.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 12 aprel 2024-cü il tarixli, 4657 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 135). 58.«Maddi sübut hesab edilməsi haqqında» 15 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 7,282 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 110-111). 59.«Sübutların qiymətləndirilməsi haqqında» 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir (İİİ cild, səh. 138-186). 60.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində heç bir xəsarət izləri aşkar olunmamışdır. 61.Məhkəmə-tibbi ekspertizasının 14 mart 2025-ci il tarixli, 161/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol çiyin nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyəsinin küt əşyaya çırpılması və ya həmin nahiyəyə küt əşyanın dəyməsi nəticəsində əmələ gələ bilərdi (İ cild, səh. 156-159). 62.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi halı təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir (İ cild, səh. 213). 63.«Şübhəli şəxsin tutulması haqqında» 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 19). 64.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 4(005)- 382/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 mart 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 103-107). 65.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2017ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə 02 il 10 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş və sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır (İ cild, səh. 137-139). 66.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il, xx.xx.2013-cü il və xx.xx.2019-cu il təvəllüdlü üç uşağı vardır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 67.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 68.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 69.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 70.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməl həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımaya tövsif edilməlidir.

71. Belə ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin aşkar edilmiş psixotrop maddənin məhz “satış məqsədi ilə” əldə edilməsi, saxlanması və ya daşınması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 72.İbtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. İttihamın təsdiq olunması üçün təqdim edilmiş sübutlar məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və ya daşıması nəticəsinə gəlinməsinə imkan verməmiş, təqsirləndirilən şəxsin məqsədinin məhz satış olması ilə bağlı sübutların kifayət etmədiyi qənaəti yaratmışdır. 73.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. 74.Bundan başqa, hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, «Beləliklə də, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun qismən etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 14 mart 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/1495 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi- X8 14 mart 2024-cü il tarixli, 1742 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” X14 daxil olmuş 19 mart 2024-cü 161/MEŞ nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” X14 daxil olmuş 27 mart 2024-cü 1056/K nömrəli rəyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılması barədə qərarı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalardan İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, “Samsung” markalı mobil telefona baxış protokolları, Əmlak Məsələləri Dövlət Xidmətindən götürülmüş sənəd surətləri, əməliyyat tapşırığına cavab məktubu, maddi sübut qərarı və digər istintaq sənədləri ilə sübuta yetirilmişdir». İstintaq orqanının gəldiyi göstərilən nəticə mənbəyi olmayan ümumi sözlərdən ibarət formal cümlə olmaqla iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halı özündə əks etdirmir. Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib saxlayaraq daşıması faktına rast gəlinməmişdir. Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin özünün qismən etirafedici ifadələri ilə sübuta yetirildiyini qeyd etmiş, lakin həmin etirafedici ifadələrin nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan sənədlərin heç birində istintaq orqanın qeyd etdiyi kimi təqsirləndirilən şəxsin istinad edilən cinayət əməlinin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən qismən etirafedici ifadə müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində “...üstündən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə “patı”nı iki gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, həmin maddələri onda maraq kəsb etdiyi üçün götürdüyünü və üzərində gəzdirdiyini, özünün narkotik vasitə və ya psixotrop maddələrdən təxminən 1-2 il əvvəl istifadə etdiyini, həmçinin üzərindən aşkar olunmuş maddədən bir dəfə istifadə etdiyini, üstündən aşkar olunmuş həmin maddə ilə bağlı heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini...” bildirmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid16 və Şahid15 ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etdiyinə dair bir söz işlətməmişlər. Şahidlər Şahid1, Şahid16 və Şahid15 verdikləri ifadələrində Təqsirləndirilən şəxs “...üstündən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni iki gün əvvəl, yəni 11 mart 2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, həmin maddələri onda maraq kəsb etdiyi üçün götürdüyünü və üzərində gəzdirdiyini, özünün narkatik vasitə və ya psixotrop maddələrdən təxminən 1-2 il əvvəl istifadə etdiyini, həmin aşkar olunmuş maddələrdən isə bir dəfə istifadə etdiyini, həmçinin üstündən aşkar olunmuş həmin maddəllərdən heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini..” deməsini qeyd etmişlər. 75.İstintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növləri kimi «şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk»i qeyd etmişdir. İş materiallarında olan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlayaraq daşımasını təsdiq edən hər hansı bir ifadə işlədilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 13 mart 2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs şifahi sorğu zamanı “...üstündən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni iki gün əvvəl, yəni 11 mart 2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, həmin maddələri onda maraq kəsb etdiyi üçün götürdüyünü və üzərində gəzdirdiyini, özünün narkatik vasitə və ya psixotrop maddələrdən təxminən 1-2 il əvvəl istifadə etdiyini, həmin aşkar olunmuş maddələrdən isə bir dəfə istifadə etdiyini, həmçinin üstündən aşkar olunmuş həmin maddəllərdən heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini ...” bildirməsi göstərilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, istintaq orqanının istinad etdiyi qeyd olunan sübut növləri Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlayaraq daşımasını təsdiq etmir. 76.İstintaq orqanının istinad etdiyi ekspert rəylərinə aid hissədə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlayaraq daşımasını təsdiq edən sübut növləri kimi göstərilən ekspert rəylərinə istinad edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1495 nömrəli ekspert rəyi tədqiqata təqdim edilmiş aşkar olunan kütlənin psixotrop maddə metamfetamin olmasını təsdiq etsə də həmin psixotrop maddənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib saxlanılaraq daşınmasını müəyyən etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsin Ambulator X3 barədə 14 mart 2024-cü il tarixli 1742 nömrəli ekspert rəyi isə Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə hallarının olduğunu, eyni zamanda «Maddi sübutların ekspertizası» barədə 27 mart 2024-cü il tarixli, 1056/K nömrəli ekspert rəyi Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilməsini müəyyən edir ki, bu fakt da Təqsirləndirilən şəxs psixotrop maddə istifadəçisi olduğunu təsdiq edir. Göstərilən rəylər ümumiyyətlə aşkar edilmiş psixotrop maddənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib saxlanılaraq daşınmasına dəlalət etmir. 77.Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növü kimi «maddi sübut qərarı»nı göstərmişdir. «Maddi sübut hesab edilməsi haqqında» 15 mart 2024-cü il tarixli və «Sübutların qiymətləndirilməsi haqqında» 26 noyabr 2024-cü il tarixli qərarlardan göründüyü kimi cinayət iş üzrə cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, qalıq çəkisi 7,282 qram olan psixotrop maddə metamfetamin, şəxsi axtarış və götürmə zamanı aparılmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı disk və Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. Göstərilən maddi sübutlar Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən psixotrop maddənin mövcudluğunu, eləcə də həmin psixotrop maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsini, Təqsirləndirilən şəxs dövriyyəsi qanunla qadağan edilən psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növü olsa da satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması qənaətinə gəlməyə əsas vermir. 78.İstintaq orqanının təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi «Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalardan İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar»a münasibətdə məhkəmə qeyd edir ki, həmin qərarla Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalmasına dair müraciəti üzrə xidməti araşdırmalar aparılmış, yəni Təqsirləndirilən şəxs ittiham olunduğu əməl - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və ya daşıması halı araşdırılmamışdır. Bu səbəbdən təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlayaraq daşımasını təsdiq edən sübut növü kimi göstərilən qərara istinad edilə bilməz. 79.Eyni zamanda, məhkəmə istintaq orqanının istinad etdiyi «əməliyyat tapşırığına cavab məktubun»a münasibətdə qeyd edir ki, həmin məktubda Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatının olduğu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı psixotrop maddə metamfetamini kimdən əldə etməsi, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbacan Respublikasının ərazisinə keçirib-keçirməməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olubolmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirildiyi, lakin müsbət nəticə əldə etməyin mümkün olmadığı qeyd olunmuşdur. Əməliyyat tapşırığına verilmiş cavab məktubunun məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlayaraq daşımasını tədiq edən hər hansı sübut, yəni əvəzli, qazanc əldə etmək, istehlakçı ilə əvvəlcədən razılıq əldə etmək və ya digər şəxsi maraq məqsədilə yayılmasına yönəlmiş hərəkətlər etməsi müəyyən edilməmişdir. 80.Bundan başqa, istintaq orqanı tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin «digər istintaq sənədləri ilə» kifayət sübuta yetirildiyini qeyd etmiş, lakin yenə də digər istintaq sənədlərinin nədən ibarət olmasına aydınlıq gətirilməmiş, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında isə təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən istintaq orqanın qeyd etdiyi kimi «digər istintaq sənədləri» müəyyən edilməmişdir. 81.Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış istintaq sənədlərinin hər hansı birində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini təkzib edən sübut növü və ya sübutların məcmusu müəyyən olunmamışdır. 82.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qeyd olunan üç amildən heç biri hazırki cinayət işi üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımasına dair ittiham verilmiş, təqsirləndirilən şəxsin əməlində şəxsi maraq məqsədilə psixotrop maddənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilməmişdir. 83.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 84.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 85.Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddə əldə etməsi, qeyd edilən maddənin satışı ilə məşğul olması cinayət təqibi orqanı tərəfindən mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» psixotrop maddələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. 86.İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin ondan aşkar edilərək götürülmüş psixotrop maddəni nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin psixotrop maddəni ona satacağı barədə cinayət işində hər hansı sübut mövcud deyildir. Həmçinin psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» psixotrop maddələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər etməsi barədə bir sübut olmadan satış ilə bağlı verilmiş ittiham yalnız ehtimal xarakteri daşıyır. 87.Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. 88.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə (400 qramadək) psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə şübhəli vəziyyətdə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. 89.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin bir bükümdə - 7,382 qram çəkidə psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Bu baxımdan təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut olmadan, yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarının külli miqdar təşkil etməsi həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edildiyi barədə nəticəyə gəlməyə əsas vermir. 90.Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsin Ambulator X3 barədə 14 mart 2024-cü il tarixli 1742 nömrəli ekspert rəyinə və «Maddi sübutların ekspertizası» barədə 27 mart 2024-cü il tarixli, 1056/K nömrəli ekspert rəyinə istinadən Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə hallarının olması, həmçinin Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilməsi halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin təqsirləndirilən şəxsin belə asılılığının olması, götürülmüş nümunələrin tərkibində metamfetamin aşkar edilməsi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə uyğunluğunu, yəni təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlamasını təsdiq edən mötəbər haldır. Məhkəmə belə qənaətə gəlir ki, bu hal təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. 91.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 92.Beləliklə məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 93.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 94.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 95.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 96.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 97.Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. 98.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. 99.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 100.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 234.1-1-ci maddələri ilə tövsif edilməlidir. 101.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 102.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində heç bir xəsarət izləri aşkar olunmamışdır. Eyni zamanda, «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi halı təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 103.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 104.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88-90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 105.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şəxsi axtarış və götürmə aparılması haqqında» 13 mart 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 106.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 107.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 108.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 109.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 110.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirli olmasının ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 111.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 112.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 113.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 114.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 115.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 116.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 117.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 118.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 119.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 120.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. 121.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 122.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 123.Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmişdir. 124.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 125.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 126.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. 127.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 128.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 129.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 130.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 131.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 13 mart 2024-cü il tarixdən hesablanmalıdır. 132.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində narkomaniyadan qeydiyyata alınmalıdır. 133.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 134.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 135.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,282 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 136.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 137.Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 138.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 139.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 140.İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh X7 qarşı mülki iddia verərək, cinayət işi üzrə yetirilmiş ziyan 145.000 (yüz qırx beş min) manat məbləğində pulun və ödədiyi 435 (dörd yüz otuz beş) manat dövlət rüsumunun X4 alınıb özünə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 141.Məhkəmə iddia tələbində qeyd edilən 145.000 (yüz qırx beş min) manat maddi ziyana münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı mülki iddiaçıya qeyd edilən məbləğdə ziyanın vurulması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməli və qeyd edilən 145.000 (yüz qırx beş min) manat maddi ziyan, eyni zamanda mülki iddiaçı tərəfindən ödənilmiş 435 (dörd yüz otuz beş) manat dövlət rüsumu mülki cavabdeh X4 iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. 142.İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. 143.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 144.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 316 (üç yüz on altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 145.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 13 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 316 (üç yüz on altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin, 145.000 (yüz qırx beş min) manat maddi ziyan və 435 (dörd yüz otuz beş) manat dövlət rüsumu mülki cavabdeh X4 tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 7,282 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar