Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-886/2023 10.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 iyun 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azalıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 yanvar 2007-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 dekabr 2006cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən 07 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımış və yaşadığı evdə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməklə saxlamışdır. Belə ki, o, 23 aprel 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» kimi tanınan ərazidən naməlum mənbədən 20 manat müqabilində qanunsuz olaraq satış məqsədilə bir ədəd bükümdə təmiz çəkisi 3,068 qram, qəhvəyi rəngli tozşəkilli maddə olan, narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşımış, 23 aprel 2022-ci il tarixdə saat 18:10 dəqiqədə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilindiyi üçün Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ev 22X ünvanın qarşısında saxlanılmış, həmin evə baxış zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün evində narkotik vasitə və psixotrop maddə qəbul etmələrinə icazə verərək toplanmış tanışları xx.xx.2000-ci il təvəllüdlü Şahid1 və xx.xx.1997-ci il təvəllüdlü Şahid2 müəyyən edilmiş, eləcə də sonuncuların qarşısındakı masanın üzərindən Şahid1 aid bir ədəd bükümdə təmiz çəkisi 2,320 qram, külli miqdarda narkotik vasitə heroin, daxilində narkotik vasitə heroinə məxsus izləri olan 3 ədəd birdəfəlik boş şprislər aşkar edilərək götürüldüyü üçün o,sonuncularla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş və orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 3,068 qram qəhvəyi rəngli tozşəkilli maddə olan, narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 ilə tanış olmuş və İlahə ilə onun qeyri-rəsmi münasibəti var. İlahə iki il bundan qabaq Goranboy rayonundan Bakı şəhərinə gəlmiş, qalmağa yeri yox imiş. Buna görə əvvəllər market kimi istifadə etdiyi hazırda işləməyən 15-20 kvadrat metr ərazisi olan yeri İlahəyə qalmaq üçün vermişdir. Ceyhun İlahənin qonşusudur, Ceyhun da onun yanına gəlirmiş. Onlar narkotik vasitə istifadə etmişlər, lakin o, Ceyhungilə heç vaxt nə narkotik vasitə vermiş, nə də ki satmış, həmçinin, İlahə və Ceyhuna narkotik vasitə istifadə etmək üçün yer təşkil etməmişdir. O, əvvəllər narkotik vasitənin “kakos” növündən istifadə etmiş və hərdənbir onlarla birlikdə narkotikdən istifadə etmişlər. 3 aprel 2022-ci il tarixdə saat 18:10-da yaşadığı ünvan 2 ünvanının qarşısında olan zaman 5 nəfər tanımadığı şəxs ona yaxınlaşıb vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin saxlanılmasında şübhəli olmağını bildirmişlər. O, polis əməkdaşlarına bildirmişdir ki, bu mümkün deyil və onun evinin həyətində olan bir otaqlı tikilidə İlahə və Ceyhun adlı dostları qalır. Polis əməkdaşları onlar yaşadığı obyektə gəlmişlər. Polis əməkdaşları ondan həmin tikilidə mənzilə baxış keçirmə barədə ərizə almışlar və İlahənin qaldığı həmin bir otaqlı tikiliyə baxış keçirmişlər. Lakin, onların üzərindən narkotik vasitə çıxmamışdır. Sadəcə masanın üzərində şprislər var imiş. Saatlarla çəkiliş aparılmış, onlara psixi təsir göstərilmiş və sonda İlahə polis əməkdaşlarının gətirdiyi narkotik vasitəni öz üzərinə götürmüşdür. Polis əməkdaşları onları Yasamal Rayon Pİ-nin 29-cu PŞ-nə aparmışlar. Yasamal Rayon Pİ-nin 29-cu PŞ-də ona fiziki təsir olmamış, lakin, ona psixi təsirlər olmuşdur. Belə ki, polis əməkdaşları ona AR CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirib aldatdıqları üçün o, videoçəkiliş zamanı bükümlərin ona məxsus olmasını bildirmişdir. Həmçinin, 23 aprel 2022-ci ildə narkotik vasitəni "Papanin" deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən aldığını bildirmiş, lakin, faktiki olaraq onda heç bir narkotik vasitə olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, əvvəllər narkotik vasitənin kakos növündən istifadə etmişdir. İlahə və Ceyhunla münaqişəli münasibəti olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində Şahid1 hökm oxunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamış, ona qarşı videoçəkiliş zamanı fiziki təzyiq olmamışdır. O, əvvəllər mağaza kimi istifadə etdiyi yeri İlahəyə qalmaq üçün vermiş, həmin tikili onun adınadır. Həmin tikiliyə başqaları narkotik istifadə etmək üçün gəlməmiş, orada İlahə yaşamışdır. İlahə narkotik vasitə istifadəçisi olmuşdur. İlahə həmin tikilidə başqalarına narktoik vasitə sata, yaxud çəkmələrinə şərait yarada bilməz, ora onun evidir. Elan olunmuş cinayət işinin 17-18-ci vərəqələrində olan mənzilə baxış keçirilməsi və götürmə haqqında protokola, cinayət işinin 43-45-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokollarda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, polis əməkdaşları ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirdikləri üçün, o, protokolu imza etmişdir. Ona fiziki təsir olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi izahat və ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 48-50-ci vərəqələrində olan izahatında, 66-68 və 83-85-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...23 aprel 2022-ci il tarixdə yaşadığım Yasamal rayonu, 2-ci Alatava ev 22X ünvanının qarşısında olan zaman ona tanımadığı polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin saxlanılmasında və tiryəkxanların təşkilində şübhəli bilinirəm, hazırda evimdə narkotik vasitə istifadə edən şəxslər var. Mən onların bu sözündən sonra dedim ki, bəli mənim evimin həyətində olan bir otaqlı tikilidə İlahə və Ceyhun adlı tanışlarım var onlar narkotik vasitə istifadəçisidir. Hadisə yerinə gələn polis əməkdaşı məndən ərizə aldı və mənimlə birlikdə həmin otağa daxil olub baxış keçirdilər. Otaqda olan İlahə və Ceyhunu narkotik vasitə istifadə etdikləri üçün saxladılar. ...Mən 23 aprel 2022-ci il tarixdə Nəsimi rayonu, “Papanin” kimi tanınan ərazidən 20 manat ödəməklə aldığım narkotik vasitəni təqdim etdim. ...» Proses iştirakçılarının suallarını cavablanadıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olumuş izahatı və ifadələri təsdiq etmir. Ona təqdim olunmuş imzalar onun imzasıdır. Polis əməkdaşları ona AR CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirdikləri üçün, o, protokolu imza etmişdir. Ona polis əməkdaşları tərəfindən fiziki təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. 23 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin mənzilində tiryəkxana təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə 23 aprel 2022-ci ildə saat 18:00 radələrində Yasamal rayonu, 2-ci Alatava ev 22 X ünvanın qarşısına getmişlər. Evin girişi yolun üstündə imiş. Onlar öncədən evi müşahidə etmişlər və evə çox adamın giribçıxdığını görmüşlər. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və Təqsirləndirilən şəxs icazə ərizəsi əsasında onun yaşadığı evə daxil olmuşlar, orada Şahid1 və Şahid2 yaşadığı aşkar edilmişdir. Fəqan, İlahə və Ceyhun mənzildən kənarda bu tikilidə narkotik vasitə istifadə etmək üçün özlərinə şərait yaratmışlar. Mənzilə baxış zamanı masanın üstündə olan nəlbəkinin içərisindən sellofana bükülmüş büküm və üç ədəd şpris aşkar edilmişdir. Bükümün içərisinə baxıldıqda spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə tapılmışdır. Sorğu zamanı Şahid1 etiraf etmişdir ki, həmin bükümün içərisindəki narkotik vasitə heroindir, həmin narkotik vasitə ona məxsusdur və narkotik vasitəni "Torqovu" adlanan yerdən istifadə etmək üçün almışdır. Aşkar edilmiş narkotik vasitəyə oxşayan vasitə və üç ədəd şpris qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Müdafiəçi və təhqiqatçının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq cibindən bükümlər çıxarıb etiraf etmişdir ki, bükümlərdəki narkotik vasitə heroindir və şəxsi istifadəsi üçün 23 aprel 2022-ci ildə "Papanin" deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən almışdır. Bundan sonra aşkar olunmuş maddə qablaşdırılmaqla bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təzyiq olmamışdır. Mənzilə baxış videoçəkiliş aparılmaqla keçirilmişdir. Hadisədən əvvəl şəxsi tanımamış, onunla münaqişəli münasibəti yoxdur. Evin girişi yolun üstündə imiş, onlar öncədən evi müşahidə etmişlər və evə çox adamın girib-çıxdığını görmüşlər, evin darvazası ayrı imiş və balaca qapısı var imiş. Darvazadan yox, qapıdan içəri girmişlər. Onlar 5 nəfər əməkdaş imiş -iki nəfər əməliyyatçı, təhqiqatçı, 2 nəfər də onların əməkdaşları imiş. Fəqan, Ceyhun, İlahə evdən kənarda narkotik vasitə istifadə etmək üçün özlərinə yer düzəltmişlər. Məhkəmə iclasında şahdi qismində dindirilmiş Şahid5 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid3 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid6 ifadəsindən görünür ki, sonuncu məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək şahidlər Şahid5, Şahid4 və Şahid3 dediklərinə uyğun ifadə vermişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, qeyd edilən ünvanda tanışı Təqsirləndirilən şəxs ilə birlikdə qeyri rəsmi ər-arvad kimi yaşamışdır. Təqsirləndirilən şəxs ilə təxminən iki il bundan qabaq Goranboy rayonundan Bakı şəhərinə gələn zaman tanış olmuş və yaşamağa yeri olmadığı üçün Fəqana məxsus evdə birlikdə yaşamışlar. O, uzun müddətdir ki, narkotik vasitə hesab edilən heroindən istifadə etmişdir. 22 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid2la birlikdə narkotik vasitə istifadə etmək qərarına gəldikləri üçün o və Təqsirləndirilən şəxs birlikdə 10 manat, Şahid2 isə 5 manat pul verərək, ümumilikdə 15 manat pul miqdarında narkotik vasitə özlərinin istifadəsi üçün almaq qərarına gəlmişlər. Ceyhun “Tarqovu” adlanan əraziyə gedərək onun tanımadığı şəxsdən 15 manat pul verərək, 01 ədəd sellofana bükülmüş narkotik vasitə heroini almışdır. Ertəsi günü, yəni 23 aprel 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman narkotik vasitə heroini Təqsirləndirilən şəxs və Şahid2la birlikdə istifadə etdikdən bir qədər sonra polis əməkdaşları Fəqanın yaşadığı evə daxil olaraq yaşadığı evə baxış keçirilməsini bildirmişlər. Bundan sonra polis əməkdaşları Fəqanın icazəsi ilə həmin ünvana baxış keçirmiş və baxış zamanı masanın üzərindən narkotik vasitə və şprislər aşkar edilərək götürülmüşdür. Daha sonra polis əməkdaşları onu, tanışları Təqsirləndirilən şəxs və Şahid2 Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirilərkən, polis əməkdaşları onun cibindən narkotik vasitə olan heroini aşkar etmişlər. Bu əməllərə görə o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, 23 aprel 2022-ci il tarixdə saat 11 radələrində Nəsimi rayonu, Kııbinka adlanan əraziyə gedərək üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədilə 50 manat pul verib kakos deyilən narkotik vasitə hesab edilən heroini alıb əynində olan şalvarın sağ yan cibinə qoyaraq həmin gün saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda yerləşən evinə gəlmiş, həmin vaxt orada Fəqan və onun qeyri-rəsmi ər-arvad kimi yaşadığı Şahid1 olmuşdur. Həmin vaxt o, evdə əyləşib çay içdikdən sonra özü ilə gətirdiyi narkotik vasitə heroini istifadə etmişdir. Həmin gün saat 18:20 dəqiqədə həmin ünvanda olarkən dörd nəfər mülki geyimdə olan şəxslər həmin ünvana gələrək özlərinin Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları olduğunu bildirərək Fəqan Xııdaquliyevin narkotik vasitələrin və psixolrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil ettməyə və saxlamaqda şübhəli olduğunu bildirərək yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları Fəqanın razılığı ilə həmin ünvana baxış keçirmiş və baxış zamanı masanın üzərindən narkotik vasitə və şprislər aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu. Fəqan Quliyevi və Şahid1 Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət elmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyib birlikdə 29-cu PŞ-nə gəlmişlər. 29-cu PŞ-də xidməti otaqların birində təhqiqalçı iştirakçıların və müdafiəçinin iştirakı ilə onun hüquq və vəzifələrini izah etdikdən sonra onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşduqda, o, əynində olan şalvarın sağ cibində olan Kubinka adlanan ərazidən özü istifadə etmək məqsədilə tanımadığı şəxsdən 50 manat aldığı narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolda o iştirakçılarla birlikdə imza etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitəni özü istifadə etmək məqsədilə almış, polis əməkdaşları tərəfindən saxlanılarkən və Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilərkən o cümlədən üzərində şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmiş, mobil telefondan istifadə etmir, yaşadığı evdə və ya başqa yerlərdə narkotik vasitə və psixotrop maddə saxlamır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 23 aprel 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və ya psiotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 23 aprel 2022-ci il tarixli əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və ya psiotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olması barədə daxil olmuş məlumatın yoxlanıması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 98-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 5(004)-417/2022 saylı qərarından görünür ki, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 23 aprel 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirovun 23 aprel 2022-ci il tarixli, Ə 155.091.22 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və ya psiotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olması barədə daxil olmuş məlumatın yoxlanıması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 19-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 7 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 17-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 aprel 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına Təqsirləndirilən şəxs, mənzildə olan Şahid1 və Şahid2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə stulun üzərindən nəlbəkidə 1 (bir) ədəd açıq şəffaf sellofan bükümdə spesifik iyə malik olan “kakos” adlanan narkotik vasitə heroin olması ehtimal edilən kütlə, 3 ədəd şpris aşkar edilmiş, Şahid1 həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Aşkar edilmiş kütlə və 3 ədəd şpris qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə zamanı “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 43-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı, sonuncunun üzərində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş, öz dediyinə görə içərisində kakos deyilən heroin aşkarlanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni xx.xx.2022-ci ildə saat 15 radələrində Papanin adlanan ərazidən üzdən tanıdığı, lakin, adını bilmədiyi, əvvəllər də aldığı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 55-58-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2022-ci il tarixli, 6/2357 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “... Təqsirləndirilən şəxs (imza) ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,068 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr'in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 119-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 iyul 2022-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 23 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına baxış keçirilən zaman qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, mənzildə olan Şahid1 və Şahid2 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı mənzildə stolun üzərindən nəlbəkidə 1 (bir) ədəd açıq şəffaf sellofan bükümdə kakos adlanan narkotik vasitə heroin olması ehtimal edilən kütlə, 3 ədəd şpris aşkar edilmiş, Şahid1 həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Aşkar edilmiş kütlə və 3 ədəd şpris qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 25 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 127-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 25 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 131-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 ilə birgə yaşadıqları müddətdə İlahə tanışlarından narkotik vasitə heroin alaraq onun yaşadığı evdə narkotik vasitə heroindən istifadə etmişdir. Üzləşdirmə zamanı Şahid1 da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişdir. Cinayət işinin 132-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid2 bildirmişdir ki, o, mütəmadi olaraq özüylə narkotik vasitə gətirərək Fəqana məxsus evdə İlahə ilə birlikdə narkotik vasitə qəbul etmişdir. Cinayət işinin 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs bildirmişdir ki, Ceyhun mütəmadi olaraq özüylə narkotik vasitə gətirərək onun yaşadığı evdə qəbul etmişdir. Üzləşdirmə zamanı Şahid2 da Təqsirləndirilən şəxs deidklərini təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sbüut növü kimi qəbul edir. Cinayət işinin 240-241-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 07 noyabr 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar eilmiş narkotik vasitənin mənbəyinin müəyyən eidlməsi üçün, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, o saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, evdə olan şəxslərə narkotik vasitədən istifadə etmək üçün şərait yaratmadığını, evində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etmədiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıdığı qənaətinə gəlir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(101)-1556/2022 saylı hökmünə əsasən, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Şahid1 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib, ünvan 8 ünvanda saxlamaqla daşıdığı üçün məhkum olunmuşdur. Həmin hökmdən görünür ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “...Təqsirləndirilən şəxs və Şahid2la birlikdə narkotik vasitə istifadə etmək qərarına gəldikləri üçün o və Təqsirləndirilən şəxs birlikdə 10 manat, Şahid2 isə 5 manat pul verərək, ümumilikdə 15 manat pul miqdarında narkotik vasitə özlərinin istifadəsi üçün almaq qərarına gəlmişlər. Ceyhun “Tarqovu” adlanan əraziyə gedərək onun tanımadığı şəxsdən 15 manat pul verərək, 01 ədəd sellofana bükülmüş narkotik vasitə heroini almışdır. Ertəsi günü, yəni 23 aprel 2022- ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman narkotik vasitə heroini Təqsirləndirilən şəxs evində Şahid2la birlikdə istifadə etdikdən bir qədər sonra polis əməkdaşları onun yaşadığı evə daxil olaraq tanışı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməyə və saxlamaqda şübhəli olduğunu bildirərək yaşadığı evə baxış keçirilməsini bildirmişdirlər. ...” Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(101)- 1556/2022 saylı iş üzrə məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, “...2022-ci il tarixdə saat 18:10-da yaşadığı Yasamal rayonu, 2ci Alatava ev 22X saylı ünvanın qarşısında olan zaman beş nəfər tanımadığı şəxslər ona yaxınlaşıb vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirərək ona demişlər ki, narkotik vasitələrin saxlamasında və tiryəkxanaların təşkilində şübhəli bilinən hazırda onun evində narkotik vasitə istifadə edən şəxslər vardır. Otaqda olan İlahə və Ceyhunu narkotik vasitə istifadə etdikləri üçün saxlanılmış, sonra isə polis əməkdaşları onların hər üçünü Yasamal RPİ-nin 20-cu PŞ-nə aparmışlar. PŞ-nin inzibati otaqlarının birində Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Elçin İsgəndərov tərəfindən onun hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin və iştirakçıların iştirakı ilə onun üzərinə baxış keçirilərkən o, əynində olan idman gödəkcəsinin sağ yan cibindən Nəsimi rayonu Papanin adlanan ərazidən özü istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 20 manat aldığı narkotik vasitə hesab edilən heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. ...” Hökmdə ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki, “...23 aprel 2022-ci il tarixdə saat 11 radələrində Nəsimi rayonu, Kubinka adlanan əraziyə gedərək üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 50 manat pul verib kakos deyilən narkotik vasitə hesab edilən heroini alıb əynində olan şalvarın sağ yan cibinə qoyaraq həmin saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanda yerləşən evinə getmiş, həmin vaxt evdə Fəqan və onun qeyri rəsmi ər-arvad kimi yaşadığı Şahid1 olmuşdur. Həmin vaxt o, evdə əyləşib çay içdikdən sonra özü ilə gətirdiyi narkotik vasitə heroini istifadə etmişdir. ...” Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş 07 mart 2023-cü il tarixli, 1(101)- 1556/2023 saylı məktubdan görünür ki, Şahid1 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(101)-1556/2022 saylı hökmü 01 dekabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.6-cı maddəsinə görə, birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 190-191-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 avqust 2022-ci il tarixli tələbnamədən və cinayət işinin 193-196-cı vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 iyun 2006-cı il tarixli hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 iyun 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azalıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 yanvar 2007-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 dekabr 2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 76.3.1-ci maddəsinə əsasən 07 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuşdur. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 153-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X3 şəxsinin 08 iyul 2022-ci il tarixli, 1814 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 150-151-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin 08 iyul 2022-ci il tarixli 3732 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Belə ki, cinayət işinin 29-30-cu vərəqələrində olan 23 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 94-96-cı vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 4(004)-335/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 203-cü vərəqəsində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 4(004)-682/2022 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 23 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 226-cı vərəqəsində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli, 4(004)-900/2022 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 23 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 311-ci vərəqəsində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 4(004)-998/2022 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 23 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 354-356-cı vərəqələrində olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 17 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatətin verilməsindən imtina edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətin verilməsindən imtina edilmiş, sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən 17 yanvar 2023-cü il tarixədək həbsdə olduğu 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2,968 qram narkotik vasitə heroin məhv edilməli, 03 ədəd şprisin Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(101)-1556/2022 saylı hökmünə əsasən məhv edilməsinin qərara alınması və 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81(səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən 17 yanvar 2023-cü il tarixədək həbsdə olduğu 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi, yəni, 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2,968 qram narkotik vasitə heroin məhv edilsin. 03 ədəd şprisin Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(101)-1556/2022 saylı hökmünə əsasən məhv edilməsinin qərara alınması nəzərə alınsın. 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81(səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-886/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-886/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver