Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-886/2024 02.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X6 və Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçilər: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Nizaməddin qızı və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-1 maddələri ilə xx xxxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1 və 234.1-1 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talama məqsədi ilə 22 iyun 2023-cü il tarixdə saat 00:30 radələrində ünvan 5 ünvanın qarşısında Zərərçəkmiş şəxs əlində saxladığı üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** mobil nömrəsi və balansında 2 (iki) manat danışıq dəqiqələri olan, qara rəngli, 32 (otuz iki) qiqabayt yaddaşa malik 1 (bir) ədəd 700 (yeddi yüz) manat dəyərində Çin istehsalı “Poco” markalı, “M2103K19PG” modelli mobil telefonu əlindən dartıb alaraq açıq talayıb hadisə yerindən uzaqlaşmaqla ümumilikdə Zərərçəkmiş şəxs 706 (yeddi yüz altı) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 22 iyun 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Audi Center” avtomobil mərkəzinin yaxınlığında X4 ilə görüşüb onun cinayət nəticəsində əldə etdiyi, üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** mobil nömrəsi və balansında 2 (iki) manat danışıq dəqiqələri olan, qara rəngli, 32 (otuz iki) giqabayt yaddaşa malik 1 (bir) ədəd dəyəri 700 (yeddi yüz) manat olan, Çin istehsalı, “Poco” markalı, “M2103K19PG” modelli mobil telefonun müqabilində Çingiz Kərimovdan 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,271 qram, 0,965 qram və 2,227 qram, ümumi təmiz çəkisi 4,463 qram olan narkotik vasitə heroini alıb qanunsuz olaraq əldə edib həmin narkotik vasitə heroini öz aralarında bölməklə 01 ədəd bükümdə 2,227 qram "olan hissəsini özündə saxlamaqla daşımış, 02 ədəd bükümdə, 1,271 qram və 0,965 qram hissəsini isə ona vermiş, Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətini törətməkdə şübhəli olduğu üçün 23 iyun 2023-cü il tarixdə saat 12 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 6 ünvanının qarşısında saxlanılıb ünvan 7nda yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş, şöbədə onun üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,271 qram və 0,965 qram, ümumi təmiz çəkisi 2,236 qram külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən isə əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,227 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, qabaqcadan vəd etmədən tanışı Təqsirləndirilən şəxs1 22 iyun 2023-cü il tarixdə saat 00:30 radələrində ünvan 5 ünvanın qarşısında yerləşən Zərərçəkmiş şəxs əlindən alıb açıq talayaraq soyğunçuluq etməklə əldə etdiyi üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** mobil nömrəsi və balansında 2 (iki) manat danışıq dəqiqələri olan, qara rəngli, 32 (otuz iki) giqabayt yaddaşa malik 1 (bir) ədəd 700 (yeddi yüz) manat dəyərində Çin istehsalı, “Poco” markalı, “M2103K19PG” modelli mobil telefonu cinayət yolu ilə əldə edildiyini bilə-bilə tamah məqsədi ilə həmin əmlakı 22 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 əldə etdikdən sonra satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək barədə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən o, 22 iyun 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Audi Center” avtomobil mərkəzinin yaxınlığında tanışı X4 ilə görüşüb cinayət yolu ilə əldə edildiyini bilə-bilə üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** mobil nömrəsi və balansında 2 (iki) manat danışıq dəqiqələri olan, qara rəngli, 32 (otuz iki) giqabayt | yaddaşa malik 1 (bir) ədəd dəyəri 700 (yeddi yüz) manat olan, Çin istehsalı, “Poco” markalı, “M2103K19PG” modelli mobil telefona sərəncam verməklə istifadə edib sonuncuya satmaqla həmin telefonun müqabilində Çingiz Kərimovdan 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,271 qram, 0,965 qram və 2,227 qram, ümumi təmiz çəkisi 4,463 qram olan narkotik vasitə heroini alıb qanunsuz olaraq əldə edib həmin narkotik vasitə heroini öz aralarında bölməklə 01 ədəd bükümdə 2,227 qram olan hissəsini özündə saxlamaqla daşımış, 02 ədəd bükümdə, 1,271 qram və 0,965 qram hissəsini isə Təqsirləndirilən şəxs1 vermiş, 23 iyun 2023-cü il tarixdə saat 12 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1la birlikdə ünvan 6 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb ünvan 7nda yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş, şöbədə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,271 qram və 0,965 qram, ümumi təmiz çəkisi 2,236 qram külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, onun üzərində şəxsi axtarış aparılarkən isə əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,227 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, iyun ayının 20-si Fuadla Neftçilər ərazisinə dönər yemək üçün getmişlər. Bir nəfərin içkili olduğunu görüb həmin şəxsə yaxınlaşmışlar. Fuad ondan 300 metr aralı olmuşdur. Yaxınlaşıb telefonu ondan almışdır. Fuada evə getməyi təklif etmiş, daha sonra hərəsi öz evinə getmişlər. Səhərisi gün Fuad onlara gəlmişdir. Telefonu zaryatkaya qoyması üçün Fuada vermişdir. Həmin gündən 1 gün sonra polislər onu həyətdə tutmuşlar. Ondan telefonu soruşmuşlar. Fuaddan telefonu istəmişdir. Fuad isə telefonun bir tanışının maşınında olduğunu bildirmişdir. Fuad polis əməkdaşları ilə birlikdə telefonu həmin şəxsdən götürməyə getmişdir. Polislər əməkdaşları onlara fiziki təzyiq göstərərək üzərlərinə narkotik yerləşdirib onları yükləmişlər. Sağ ciblərinə də 2 büküm narkotik qoymuşlar. Vəkil də orada iştirak etmişdir. Vəkil ondan polis əməkdaşlarının axşam onun üzərində şəxsi axtarış aparıb-aparmadıqları barədə soruşmuşdur. Daha sonra polislər çəkilişi dayandırmış və o, başqa cür ifadə verdikdən sonra çəkiliş yekunlaşmışdır. Onun üzərinə nə qədər narkotik qoyulduğunu xatırlamır. 2 bükümü sağ cibinə qoymuşlar. Polis əməkdaşlarından onu niyə yüklədiklərini soruşduqda üzərinə 1 kq narkotik qoymaqla hədələmişlər. Narkotiki üzərlərinə onları tutan polis əməkdaşları yerləşdirmişlər. Vəkili üzərlərinə narkotik yerləşdirdikdən sonra çağırmışlar. Onları 22-si saat 11-12 radələrində saxlamışlar. Fuadı polislərlə birgə Fuadın evinə gedən zaman görmüşlər. Fuad da həmin vaxt evdə olmuşdur. Fuad onlar çağırdıqdan sonra aşağı düşmüşdür. Daha sonra ondan telefonu istəmişlər. Fuadla onu eyni maşına mindirib şöbəyə aparmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, iyun ayının 20-si gecə Elçinlə birlikdə parkda olmuşlar. O, kiminləsə mesajlaşırmış. Həmin vaxt Elçin yanından durub getmiş, sonra yenidən qayıtmış və onlar evə getmişlər. Səhəri gün Elçin ondan telefon üçün “adaptr” olub-olmadığını soruşmuşdur. O da telefonu götürüb evə apararaq zaryatkaya qoymuşdur. Daha sonra tanışı ilə görüşmüşdür. Elçinin telefonu da həmin vaxt əlində olmuşdur. Maşında həmin tanışı ilə söhbət etdikdən sonra maşından düşərkən telefonu maşında unutmuşdur. Polislər Elçinlə onu saxlayan zaman telefon tanışında olduğu üçün onun yanına getmişlər. Polislər həmin tanışını da saxlamışlar. Əməliyyatçılar əlavə olaraq onları narkotiklə yükləmişlər. Narkotikin ona məxsus olmadığını bildirsə də ona təzyiq göstərmişlər. İstintaq zamanı verdiyi ifadəni oxumamışdır, məhkəmədə verdiyi ifadəsi doğrudur. O, narkotikdən istifadə edirmiş. Çingiz adlı şəxsi tanıyır, onun məhəllə qonşusudur. Çingiz adlı şəxsdən narkotik almamışdır. Elçinlə 22-si gecə cəmi yarım saat birlikdə olmuşlar. Elçinin yanından ayrılıb hara getdiyini bilməmişdir. Mobil telefonu gecə yox, səhəri gün ona zaryatkaya qoymaq üçün vermişdir. Telefonu verən zamanı Elçin özünə məxsus olduğunu bildirmişdir. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Sonuncu dəfə narkotiki tutulmamışdan 2-3 gün əvvəl qəbul etmişdir. Polis əməkdaşları onları parkdakı hadisədən 2 gün sonra gündüz saat 12 radələrində saxlamışlar. Polislər gələn zaman o yatmış, anası da evdə olmuşdur. Üzərində sport şalvar və köynək olmuşdur. Onları 2 nəfər-Ramin və Hacı adlı şəxslər saxlamışlar. Elçin də həmin maşında olmuşdur. İstintaqda təzyiqə məruz qaldığı üçün fərqli ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. 22 iyun 2023-cü il tarixdə gecə vaxtı məclisdən gəlirmiş. Telefonu əlindən götürüb qaçmışlar. O da arxasıca qaçmamışdır. Qaynar xəttə zəng vurmuş və şəxsi saxlamışlar. Soyğunçuluq edən Elçin adlı şəxs imiş. Təqsirləndirilən şəxslərlə barışmış onlara qarşı şikayər və tələbi yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-1 maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1 və 234.1-1 maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin 24-ci polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxsləri işlə əlaqədar tanımışdır. Yay ayları imiş, soyğunçuluqla bağlı tədbir keçirilmiş və 2 şəxs saxlanılmışdır. Şəxsləri əməliyyat axtarış tədbiri nəticəsində müəyyən etmişlər. Əməliyyat məlumatında qeyd edilən zahiri görünüşləri əsasında şəxsləri tanımışlar.Onları şöbəyə dəvət etmişlər. Şöbədə həmin şəxslər narkotik istifadə etdiklərini bildirmişlər. Üzərlərinə şəxsi axtarış aparılan zaman özləri narkotik olduğunu etiraf etmiş, daha sonra üzərlərindən narkotik aşkar olunaraq götürülmüşdür. Şəxsləri eyni vaxtda, yay aylarında Qara Qarayev ərazisində soyğunçuluq hadisəsi ilə əlaqədar saxlayaraq şöbəyə aparmışlar. Şöbədə soyğunçuluq faktını və narkotikdən istifadə etdiklərini qəbul etmişlər. Həmin şəxslərin onların nəzarət etdiyi ərazidə olub-olmadığını xatırlamır. Şəxsləri gündüz saatlarında saxlamışlar. Yay ayları gün batımı vaxtı imiş, hava qaranlıq deyilmiş. Təqsirləndirilən şəxslərə 2-3 nəfər yaxınlaşmışlar, ancaq dəqiq xatırlamır. Şəxslərə özlərini təqdim etmişlər. Hansı işlə əlaqədar yaxınlaşdıqlarını başa düşdüklərini güman etmişlər. Üzərlərində narkotik vasitə olduğunu özləri bildirib, təqdim etmişlər. Şəxsləri saxladıqları yerdən polis şöbəsinədək məsafə 1 km olmuşdur. Bölməyə daxil olan zaman növbətçi hissəyə yaxınlaşıb şəxsləri onlara təhvil vermişlər. Şəxslərin üzərində şəxsi axtarış çəkilişlə təhqiqatçı tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxslərdən heç biri harasa getməklə bağlı ondan icazə almamışdır. Şəxsi axtarışda müdafiəçi də iştirak etmişdir. Şəxsləri saxlayan zaman hansı maşınla getdiklərini xatırlamır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 onun oğludur. Ayın 23-ü səhər saat təxminən 10-a işləmiş çörək almaq üçün evdən çıxmışdır. Geri qayıtdıqda binanın blokundan səs gəlmişdir. Daha sonra qapı döyülmüş, kim olduqlarını və nə üçün qapını döydüklərini soruşduqda qonşuya su sızdığını bildirmişlər. Daha sonra Fuadı soruşmuşlar. O, qapını açmış və həmin şəxslər evə daxil olmuşlar. O, Fuadı çağırmışdır. Polislər mülki geyimdə olmuşlar. Fuada əl-üzünü yumağa belə icazə verməmişlər. Şalvarını geyinməsi üçün Fuada vermədən öncə ciblərinə baxıb düz üzünə çevirmişdir. Fuadı polislər özləri ilə aparmış, üstündən 2-3 saat keçsə də Fuad gəlib çıxmamışdır. Fuadın arxasıca 2 nəfər- Ramin və Həci adlı polis əməkdaşları gəlmişdir. Polislər getdikdən sonra Fuad zəng edərək yastığının altında telefon olduğunu və onu gəlib götürəcəklərini bildirmişdir. Daha sonra polislər gəlib telefonu aparmışdır. Maşının içərisində Hacı və Ramin adlı polis əməkdaşları olmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 22 iyun 2023-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ona zəng edərək narkotik vasitə olan heroin istəmişdir. O həmin vaxt yaşadığı Nizami rayonu, Babək prospektində, “Audi Center” avtomobil mərkəzinin yaxınlığında yerləşən ünvansız fərdi yaşayış evində imiş. Buna görə Fuada yaşadığı evin yaxınlığına gəlməyi bildirmişdir. Fuada əvvələr bir dəfə heroin satdığı üçün Fuad onun yaşadığı yeri təxmini olaraq bilirmiş. Aralarında olan telefon danışığından təxminən 15-20 dəqiqə sonra Fuad ilə “Audi Center” avtomobil satış mərkəzinin yaxınlığında görüşmüşlər. Həmin vaxt Fuad ona 01 ədəd “Polo” markalı mobil telefonu göstərmiş və o mobil telefona baxdıqdan sonra həmin mobil telefonun soyğunçuluq olub-olmadığını soruşmuş, Fuad mobil telefonun tanışma məxsus olduğunu demişdir. O mobil telefonun xarici görünüşündən saz vəziyyətdə olduğunu təxmin edərək həmin telefonun əvəzində Fuada 3 sellofan bükümdə heroin vermişdir. Bundan sonra onlar ayrılmışlar, o yaşadığı evə, Fuad isə əks istiqamətə getmişdir. 23 iyun 2023-cü il tarixdə saat 17 radələrində Nizami rayonu, Babək prospekti, “Audi Center” avtomobil mərkəzinin yaxınlığında dayandığı vaxt 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək özlərini və xidmət vəsiqələrini təqdim etmişlər. Polis əməkdaşları onu Nizami RPİ-nin 24cü PŞ-nə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Nizami RPİnin 24-cü PŞ-nə getmişdir. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o dövlət hesabına müdafiəçi X7 ilə təmin edilmişdir. Həmin vaxtı polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı qara rəngli uzunqol köynəyinin cibindən bir ədəd siqaret qutusunu təqdim edərək həmin qutunun içərisində narkotik vasitə olan “kakos” olduğunu demişdir. Həmçinin, qara rəngli şalvarının sol yan cibindən 01 ədəd “Poco” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra təqdim olunan qutunun içərisindəki sellofan bükümlərə baxış keçirilmişdir. Baxış zaman bükümlər polis əməkdaşı tərəfindən açılmışdır. Bükümlərin içərisində qəhvəyi rəngi, tozşəkilli maddə aşkar olunmuşdur. Aşkar edilmiş maddələr 01 ədəd bağlamaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ondan heroini haradan əldə etdiyini soruşduqda o həmin heroini tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını demişdir. Bundan başqa təqdim etdiyi “Poco” markalı mobil telefonu Fuad adlı tanışından sonuncuya narkotik vasitə olan heroin vermək müqabilində aldığını demişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-1 maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1 və 234.1-1 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində narkotik vasitə olmamasına dair verdikləri ifadələrini inandırıcı saymır və hesab edir ki, onlar cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Belə ki, təqsirləndirilən şəxslər ibtidai istintaqda hər biri ayrı ayrılıqda onlara verilmiş ittihamı qəbul edərək, özlərini təqsirli bilmişdirlər. Cinayət işi üzrə əlavə şahid qismində dindirilmiş X3 Təqsirləndirilən şəxs2 anası olmaqla maraqlı şəxs sayıldığından, məhkəmə onun ifadəsinə də tənqidi yanaşır və hesab edir ki, onun ifadəsi oğlunu cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri, yəni Zərərçəkmiş şəxs məxsus “Poco” markalı, “M2103K19PG” modelli mobil telefonunun talandığı yer Nizami rayonu R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospektinin kəsişməsində yerləşən “Maklerlər bağı” kimi tanınan adsız parkdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Ramil Mehdiyev tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 boz rəngli şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisindəki narkotik vasitə olan “kakos” olduğunu bildirir. Bundan sonra təqdim olunan bükümlərə baxış keçirilir. Baxış zaman büküm polis əməkdaşı tərəfindən açılır. Bükümün içərisində qəhvəyi rəngi, tozşəkilli maddə aşkar olunur. Aşkar edilmiş maddələr 01 ədəd bağlamaya qoyularaq qablaşdırılır və təhqiqatçı tərəfindən götürülür. Təqsirləndirilən şəxs1 heroini haradan əldə etdiyini soruşulduqda o həmin heorini 22 iyun 2023-cü il tarixdə Fuadla birlikdə Çingiz adlı şəxsdən tanımadığı bir kişidən oğurladığı “Poco” markalı mobil telefonun müqabilində aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Ramil Mehdiyev tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra o, qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisindəki narkotik vasitə olan “kakos” olduğunu bildirir. Bundan sonra təqdim olunan bükümə baxış keçirilmiş, baxış zaman büküm təhqiqatçı tərəfindən açılmış və içərisində qəhvəyi rəngi, tozşəkilli maddə aşkar olunmuşdur. Aşkar edilmiş maddə 01 ədəd bağlamaya qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs2 heroini haradan əldə etdiyini soruşduqda o həmin heroini 22 iyun 2023-cü il tarixdə Elçinlə birlikdə Çingiz adlı şəxsdən Elçinin ona verdiyi “Poco” markalı mobil telefonun müqabilində aldığını demişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3514 nömrəli rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 164” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs1 götürülmüş 2 ədəd büküm; Təqsirləndirilən şəxs1-imza, üçimza, Tərtib etdi:R.Mehdiyev-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri -1,271 qram, -0,965 qram, ümumi təmiz çəkisi- 2,236 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Qeyd: heroinlərin ümumi təmiz çəkisi: 2,236 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq: 2,136 qram. (Ekspertizaya tədqiqatının dəyəri 92 (doxsan iki) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3529 nömrəli rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 164” dairəvi möhür əksi və “...X2 götürülmüş büküm; Fuad Cəfərzadə-imza, üç-imza, Tərtib etdi:R.Mehdiyev-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi -2,227 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Qeyd: heroinlərin təmiz çəkisi: 2,227 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq: 2,177 qram. (Ekspertizaya tədqiqatının dəyəri 92 (doxsan iki) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “ üzləşdirmədə dindirmə ” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə X4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş,üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 22 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Audi Center” avtomobil mərkəzininin yaxınlığında Poco” markalı, “M2103K19PG” modelli mobil telefonun müqabilində üzərindən və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini Çingiz Kərimovdan aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “dvd diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 23 iyun 2023-cü il tarixdə polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməyi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 boz rəngli şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisindəki narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Bundan sonra təqdim olunan bükümlərə baxış keçirilmiş, baxış zaman bükümün içərisində qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. Aşkar edilmiş maddələr 01 ədəd bağlamaya qoyularaq qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 heroini haradan əldə etdiyini soruşduqda o həmin heorini 22 iyun 2023-cü il tarixdə Fuadla birlikdə Çingiz adlı şəxsdən tanımadığı bir kişidən oğurladığı “Poco” markalı mobil telefonun müqabilində aldığını demişdir. Onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “ dvd diskə baxış keçirilməsi haqqında ” protokoldan görünür ki, 23 iyun 2023-cü il tarixdə polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisindəki narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Bundan sonra təqdim olunan bükümə baxış keçirilmiş, baxış zaman bükümün içərisində qəhvəyi rəngi, tozşəkilli maddə aşkar olunmuşdur. Aşkar edilmiş maddə 01 ədəd bağlamaya qoyularaq qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 heroini haradan əldə etdiyini soruşduqda o həmin heroini 22 iyun 2023-cü il tarixdə Elçinlə birlikdə Çingiz adlı şəxsdən Elçinin ona verdiyi “Poco” markalı mobil telefonun müqabilində aldığını demişdir. Onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-289/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 14 iyul 2023-cü il tarixli 3-16-16/2-9/5128/2023 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd Çin istehsalı, “Poco” markalı, “M2103K19PG” modelli mobil telefonun satışüçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyun ayına olan ota bazar qiyməti təxminən 250 manat müəyyən olunur. (Ekspertizaya tədqiqatının dəyəri 50 (əlli) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3633 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti N 68” ştamp əksi 3(üç) ədəd MEM-nin maddi sübutlar üçün nəzərdə tutlmuş üzərlərində: “Ekspert rəyi N6/3514 Təqsirləndirilən şəxs1...yazısı və imza” və “Ekspert rəyi N6/3529 X5...yazısı və imza”, “Ekspert rəyi N6/3530 X4...yazısı və imza” yazı əlavələri olan kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Qeyd: 1.heroinin çəkisi-2,136 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-2,116 qram (Təqsirləndirilən şəxs1) 2.heroinin tədqiqatdan sonrakı çəkisi-2,177 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-2,157 qram.(Təqsirləndirilən şəxs2) (Ekspertizaya tədqiqatının dəyəri 92 (doxsan iki) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5485 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5487 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin, kannabinoidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əməli cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barələrində təqsirli bilindikləri cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli, cəzalarını tutulduqları vaxtdan-xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 ümumi rejimli Təqsirləndirilən şəxs2 ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN-in Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,116 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,157 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işi materiallarında saxlanması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə ekspertiza xərci təşkil edən 326 (üç yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 234.1-1 maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 23 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.1 və 234.1-1 maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın mədudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün hesablanmaqla, həmin müddət, yəni 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 23 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci təşkil edən 326 (üç yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DİN-in Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,116 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,157 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm hökm qanuni qüvvəyə mindikdən sonra məhv edisin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-886/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-886/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver