Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-886/2025 24.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, əvvəllər işlədiyi ünvan 4 ünvanında yerləşən çörək sexində işləyən keçmiş iş yoldaşı X1 məxsus mobil telefon nömrəsini sexdə işləyən Zərərçəkmiş şəxs öyrənmiş, sonuncu bu barədə Laminə Əhmədovanın qardaşı Şahid2 məlumat vermiş, Şahid2 bu məsələni aydınlaşdırmaq üçün onu çörək sexinə dəvət etdiyindən o, 04 may 2024-cü il tarixdə saat 00:30 radələrində qeyd edilən ünavanda yerləşən çörək sexinin qarşısına gələrək Şahid2 ilə görüşdüyü zaman Şahid2 yumruqla onu bir dəfə vurmuş, oraya gələn Zərərçəkmiş şəxs söhbətə müdaxilə edərək əl və ayaq zərbələri ilə vurub ona qəsdən sol bazu, sol said, sol əl, sağ əlin İİİ barmağı nahiyələrinin sıyrıqları xəsarətləri ilə nətiəcələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi üçün o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi üzərində saxladığı bıçaqla qəsdən iki dəfə vuraraq Zərərçəkmiş şəxs belin sol yarısında olan, qarın boşluğuna nüfuz edən, dalağın zədələnməsi ilə müşayiət olunan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, idmançıdır, zərərçəkmiş şəxsi bıçaqla vurmaq məqsədi olmamışdır. Onların arasındakı mübahisənin səbəbi çörək bişirilən yerdə işləyən Laminə adlı şəxsin mobil nömrəsini Murad adlı şəxsdən istəməyi olmuşdur. Belə ki, Murad Laminənin mobil nömrəsini ona vermişdir. Laminənin mobil nömrəsini almaqda məqsədi ondan söz soruşmaq olmuşdur. Bundan yarım saat sonra çörək sexinə gedərkən Mətləb ona zəng edərək bacısı Laminənin mobil nömrəsini nə üçün istədiyini ondan soruşaraq ünvanına təhqiredici ifadələr səsləndirmişdir. Sonuncudan həmin təhqiredici ifadələr səsləndirməməsini, Laminəyə bacısı kimi yanaşdığını deyərək onun mobil nömrəsini pis məqsədlə almadığını Mətləbə bildirmişdir. Mətləblə danışıqlar aparmaq üçün çörək sexinə yollanmış, çörək sexi` kollektivinin qadınlardan ibarət olmasını nəzərə alaraq söyüşlərin eşidilməsinin qarşısının alınması üçün Mətləbdən çölə çıxmaqlarını xahiş etmişdir.Bu sözü deyən zaman Mətləb onu yumruqla vurmuşdur. Bundan sonra Murad da onu yumruq və təpiklə vurmağa başlamışdır. O, təkləndiyini görüb bıçaqla Murada xəsarət yetirmişdir. Qarşı tərəfdə olan şəxslər onun bədən nahiyələrinə zərbə endirirmişlər. 7 il cudo, 2 il boksla məşğul olmağına baxmayaraq Mətləb və Murad onu təklədikləri üçün Muradı bıçaqla vurmaq məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, dostları ilə məhlədə samovar qaynadan zaman şirniyyatı doğramaq üçün babasından qalan bıçaqdan istifadə etmişdir. O, şirniyyatları doğradıqdan sonra bıçağı yuyub arxa cibinə qoymuş və sonradan bıçağı evdə qoymağı unutmuşdur. Münaqişə zamanı Muradı bir dəfə əli ilə vurmuşdur. Mübahisə 4-5 dəqiqə ərzində davam etmişdir.O, bıçağı vurmaq məqsədilə deyil qarşı tərəfi qorxutmaq məqsədilə çıxartmışdır. Hadisə zamanı bıçaqdan istifadə etdiyi üçün peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bidirmişdir ki, Məhəmmədi əvvəldən tanımışdır, onunla əvvəllər mübahisəsi olmamışdır. Hadisə günü Məhəmməd onların iş yerinə gəlmişdir. Məhəmməd onunla görüşdükdən sonra oradan çıxıb getmişdir. Məhəmməd onlarda işçi olan Laminə Əhmədovanın mobil nömrəsini ondan istəmiş, o da mobil nömrəni Məhəmmədə vermişdir. O, Məhəmmədin Laminəyə işlə bağlı nəsə yazacağını düşünmüşür. Sonradan Laminənin qardaşı Mətləb ondan bacısının nömrəsini nə üçün Məhəmmədə verdiyini soruşduqda o, Məhəmmədin ola bilsin ki, işlə əlaqədar olaraq Laminənin nömrəsini ondan istədiyini bildirmişdir. Mətləb ondan Məhəmmədin mobil nömrəsini alaraq ona zəng etmişdir. Məhəmməd çörək sexinə mübahisə niyyətilə gəlməmişdir. Məhəmməd normal olaraq Mətləbdən nə üçün onu təhqir etdiyini soruşmuş, Mətləb heç bir söz demədən Məhəmmədə zərbələr endirmişdir. O, Mətləb və Məhəmmədi aralaşdırmaq niyyətilə çölə çıxarmışdır. Aralıq qarışıq olduğu üçün Məhəmməd bıçaqla onu vurmuşdur. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 2021-ci ildən çörək sexində çörəkçi vəzifəsində işləyir.Onun iş rejimi həftənin hər günü olmaqla axşam saat 21:00-dan səhər saat 09:00-dək davam edir.03 may 2024cü il tarixdə saat 20:00-da kirayədə yaşadığı evdən çıxıb işlədiyi sexə gedərkən istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunun “WhatsApp”na əvvəllər onunla bir sexdə işləmiş Məhəmməddən səsli mesaj gəlmişdir. Məhəmməd ondan, onun özü də Məhəmmədlə maraqlanıb bir birindən hal-əhval tutmuşlar və Məhəmmədə sexə gələcəyi halda onunla görüşəcəyini demişdir.Həmin gün saat təxminən 23:00 radələrəində Məhəmməd onun tanımadığı dostu ilə birgə işlədiyi sexə gəlmiş və mehribancasına görüşmüşdür. 03 may 2024-cü il tarixdə saat 23:30 radələrində Məhəmməd sexdə olarkən sexdə briqadir işləyən Laminə adlı xanımın mobil telefon nömrəsini ondan soruşanda Laminə xanımın telefon nömrəsini ondan soruşmuş, o da Laminə xanımın telefon nömrəsini Məhəmmədə vermişdir. Bundan sonra Məhəmməd gəldiyi dostu ilə, yəni adı sonradan ona məlum olan Nihadla birlikdə sexdən çıxıb getmişlər. Laminənin qardaşı Mətləb də onunla birlikdə həmin çörək sexində işləyir. Mətləblə söhbət edən zaman Mətləbə bacısı Laminənin mobil telefon nömrəsini Məhəmmədə verdiyini deyəndə Mətləb əsəbləşib onunla kobud danışmış və ondan nəyə görə bacısının telefon nömrəsini Məhəmmədə verdiyini bildirib Məhəmmədin nəyə görə Laminənin telefon nömrəsini öyrənməsinin səbəbini soruşanda Mətləbə məlumatının olmadığını demişdir. Mətləb onunla sexdən küçəyə çıxmış, onun üstünə qışqıraraq Məhəmmədin istifadəsində olan mobil telefon nömrəsinə zəng vurmağını və Məhəmmədlə danışmaq istədiyini dedikdə o, Məhəmmədə zəng edib mobil telefonunu Mətləbə vermiş, özü isə marketə getmişdir. Daha sonra sexə qayıtmış və təxminən 30-40 dəqiqə sonra Məhəmməd və dostu yenidən sexə qayıtmışlar. Həmin vaxt onun özü sexdə çörək bişirmişdir.Mətləb məsələyə aydınlıq gətirmək üçün Məhəmmədlə sexdən çıxıb küçəyə getmişdir. Mətləb onun üstünə qışqırdığı üçün və onunla kobud danışdığına görə Məhəmmədə qarşı çox əsəbi olmuşdur. Buna görə də sexdən çölə çıxanda görmüşdür ki, Mətləblə Məhəmməd sözlə mübahisə edir. Məhəmmədə nəyə görə ondan ötrü Mətləbin onun üstünə qışqırdığını deyib Məhəmmədi əl və ayaq zərbələri ilə vurmağa başlamışdır. Düşünmüşdür ki, Məhəmməd Laminə xanıma zəng edib onunla pis danışıb və həm də düşünmüşdür ki, Məhəmməd yanında olan dostu Nihadla Mətləbin üstünə düşüb onu vurublar. Məhəmmədi əl və ayaq zərbələri ilə vuran zaman Mətləb və Nahid onu aralamışlar. Buna baxmayaraq o, yenidən Məhəmmədin üstünə onu növbəti dəfə vurmağa gedəndə Məhəmməd cibindən bıçaq çıxarıb onun kürəyinə iki zərbə vurmuş və sonra Nihadla çıxıb getmişdir. Mətləb ondan nəyə görə Məhəmmədi vurduğunu, axı Məhəmmədin ona heç nə etmədiyini soruşanda Mətləbə demişdir ki, Məhəmmədin dostu Nihadla onu vurduğunu düşünüb elə bilmişdir ki, Məhəmməd Laminə xanıma zəng edib pis danışıb. Mətləb ona Məhəmmədin onu vurmadığını, bacısı Laminəyə heç zəng etmədiyini bildirib, “gərək Məhəmmədi vurmazdın” demişdir. Mətləb sonra ona belindən qan axdığını deyib maşınla onu Respublika xəstəxanasına aparmışdır. Orada bir həftə müalicə olunduqdan sonra evə buraxılmışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat təxminən 00:30 radələrində onun işlədiyi Yasamal rayonu, 1-ci Xrebtovıdə yerləşən çörək sexinin giriş qapısının qarşısında yoldan kənarda sexin kənarında baş vermişdir. Məhəmmədin onu bıçaqla vurmasına səbəb əvvəlcə onun Məhəmmədi əl və ayaq zərbələri ilə vurmağı olmuşdur.O, Məhəmmədi vurmaqda yanılmışdır. Belə ki, düşünmüşdür ki, Məhəmməd dostu Nihadla Mətləbi təkləyib vurublar. Ancaq sonradan ona məlum olmuşdur ki, Məhəmməd və Nihad Mətləbi vurmamışlar. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir (cild 1, iş vərəqə 129-131). İbtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyətləri izah edərkən Zərərçəkmiş şəxs bildirmişdir ki, mübahisə anında ola bilsin ki, Məhəmmədə o da zərbə vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, məhlədə olarkən samovar çayı içmişlər, Məhəmməd şirniyyatı doğramaq üçün babasından yadigar qalan bıçağı özü ilə gətirmişdir. Şirniyyatla çay içdikdən sonra Məhəmməd bıçağı arxa cibinə qoyaraq bıçağı evə aparacağını bildirmişdir. Həmin vaxt Murad Məhəmmədə mesaj yazmışdır. Bundan sonra Mətləb Muradın mobil telefonu ilə Məhəmmədə zəng edərək sonuncunu təhqir etməyə başlamışdır. Məhəmməd bundan sonra Mətləbin yanına getmişdir. Məhəmməd Mətləbin yanına çatdıqda Mətləb əsəbi halda Məhəmmədə zərbə endirməyə başlamışdır. Bundan sonra Murad da Məhəmmədə təpik və yumruq zərbələri endirməyə başlamışdır. Mətləb və o, Muradı Məhəmməddən ayıraraq Muraddan Məhəmmədi nə üçün vurduğunu soruşmuşlar. Murad yenidən Məhəmmədin üzərinə hücum çəkərək Məhəmmədi vurmağa başlamışdır. Məhəmməd özünü müdafiə etmək üçün Muradı bıçaqla vurmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ifadəsindən görünür ki, 15 sentyabr 2023-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsində yerləşən Zabitə məxsus çörək sexində işləmişdir. Onun bacısı Laminə Əhmədova da onunla birlikdə həmin çörək sexində işləyir. 03 may 2024-cü il tarixdə saat təxminən 23:30 radələrində işdə olan zaman iş yoldaşı Murad ona əvvəllər onlarla birlikdə eyni çörək sexində işləyən Məhəmmədin bacısı Laminə Əhmədovanın mobil telefon nömrəsini ondan soruşduğunu və onun da bacısı Laminənin mobil telefon nömrəsini Məhəmmədə verdiyini dedikdə Murada əsəbləşmiş və “gərək bacısının telefon nömrəsini Məhəmmədə verməzdin” demişdir. Murad Məhəmmədin bir müddət onlarla birlikdə işlədiyini və pis insan olmadığını, nəsə işi düşüb deyə Laminənin telefon nömrəsinin Məhəmmədə lazım olduğunu deyəndə o, Muraddan Məhəmmədin telefon nömrəsini istəmişdir. Daha sonra Muradın öz telefon nömrəsi ilə Məhəmmədə zəng vurmuş və Məhəmmədə Laminənin qardaşı Mətləb olduğunu və bacısına məxsus mobil telefon nömrəsini nəyə görə Muraddan öyrəndiyini bildirib bu məsələyə aydınlıq gətirmək üçün Məhəmmədə çörək sexinə gəlməsini, Məhəmmədə səhv etdiyini demişdir. 04 may 2024-cü il, saat 00:30 radələrində Məhəmməd sexə gəlib onu çölə, yəni sexin küçə qapısına dəvət etmişdir. Bundan sonra o, küçəyə çıxmış, sexin giriş qapısında Məhəmmədin sonradan adı ona məlum olan Nihadla dayandığını görüb onlara yaxınlaşmışdır. Hislərini cilovlaya bilməyib Məhəmmədə əl ilə yumruq vurmuşdur. Məhəmməd isə ona əvvəl heç bir söz deməmişdir. Sonra Məhəmməddən nəyə görə bacısı Laminənin telefon nömrəsini Muraddan öyrənməsinin səbəbini soruşduqda Məhəmməd ona demişdir ki, keçmiş iş yoldaşı Şərqiyyənin mobil telefon nömrəsini öyrənmək məqsədilə bacısı Laminənin telefon nömrəsini Muraddan almışdır. Məhəmmədlə söhbət edən zaman Murad onların yanına gəlmiş və bir söz demədən Murad Məhəmmədi əl və ayaq zərbələri ilə vurmağa başlamışdır. Hansı ki, Muradın Məhəmmədlə onun arasında olan söhbətə heç bir aidiyyəti olmamışdır. Söhbət onunla Məhəmmədin arasında olmuşdur. Muraddan nəyə görə heç bir səbəb olmadan Məhəmmədi vurduğunu soruşanda Murad ona bildirmişdir ki, Məhəmmədin Nihadla onu vurduğunu düşündüyü üçün Məhəmmədi vurmuşdur. Bundan sonra o, Murada Məhəmmədin və Nihadın onu vurmadıqlarını demişdir. Murad yenidən Məhəmmədi vurmaq istədikdə Məhəmməd bıçaqla Muradın belindən vurmuşdur. Murad kürəyində ağrıların olduğunu dediyi üçün o, tez Muradı taksi ilə xəstəxanaya aparmışdır. Mübahisə zamanı onu heç kim vurmamışdır və heç kimdən şikayətçi deyil. Məhəmmədin Muradı vurmasına səbəb isə Muradın heç bir səbəb olmadan Məhəmmədi əl və ayaq zərbələri ilə vurması olmuşdur. Mübahisə 4-5 dəqiqə davam etmişdir. Həmin vaxt orada onun özü, Məhəmməd, Murad və Nihad olmuşdur. Sexdə işləyənlər hadisənin şahidi olmamışlar və onlar sonradan bu barədə məlumat almışlar (cild 1, işvərəqə 146-148). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 04 may 2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs həmin gün saat 01:45 radələrində X7 şöbəsinə belin sol tərəfində, dalaq, böyrək nahiyəsində 2 kəsilmiş-deşimiş yara ilə daxil olmuşdur (cild 1, iş vərəqə 3). 04 may 2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 02:10-da Respublika Kliniki Xəstəxanasından tibbi bacısı Süleymanova tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, “Saf Su”nun yaxınlığında Zərərçəkmiş şəxs kürəyin sol nahiyyəsindən 02 ədəd daxilə nüfüz edən bıçaq zərbəsi alması barədə məlumat verilmişdir (cild 1, iş vərəqə 108). 04 may 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 5-7). 20 may 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarət-sol bazu, sol said, sol əl, sağ əlin İİİ barmağı nahiyyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 164-166). 10 iyun 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - belin sol yarısında olan, qarın boşluğuna nüfuz edərək dalağın zədələnməsi ilə müşayiət olunan 02 (iki) ədəd deşilmiş - kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Yuxarıda qeyd olunan deşilmiş-kəsilmiş yaraların kanallarının istiqaməti arxadan önə doğru olmuşdur. Bu yaraları alarkən Zərərçəkmiş şəxs xəsarətləri yetirən şəxslə müxtəlif vəziyyətlərdə ola bilərdi (cild 1, iş vərəqə 177-180). 30 avqust 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus maykanın arxa səthinin sol yarısında iki ədəd deşilmiş-kəsilmiş zədə var.Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına dair ekspert rəyində olan məlumatlara əsasən, onun bədən səthində olan xəsarətlərlə maykanın arxa səthininin sol yarısında olan deşilmiş-kəsilmiş zədələr yerləşməsinə görə üst-üstə düşür. Təqdim edilmiş paltarlar üzərində digər xarakterli (cırılmış, sökülmüş) zədə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs məxsus idman şalvarının və bir cüt corabın üzərində zədə aşkar edilməmişdir.Təqdim edilmiş maddi sübutlar üzərində məhkəmə-tibbi bioloji tədqiqat zamanı aşkar edilmiş qan ləkələrinin morfoloji əlamətləri və əmələgəlmə mexanizmi aşağıdakı kimidir: -mayka üzərində olan ləkələr kombinə olunmuş ləkələr olub, bəziləri qan mənbəyi ilə (qanlı səthdən) düşən damcı ləkələri, bəzi ləkələr qan mənbəyi ilə statik kontakt və fiziki kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir; -idman şalvarının üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir; -bir cüt corabın üzərində məhkəmə-bioloji tədqiqat zamanı vizual olaraq üzərində qana şübhəli ləkə aşkar edilməmişdir (cild 1, iş vərəqə 235-241). 27 avqust 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0(l)-dir. (şəxsiyyət vəsiqəsindən) Məhkəmə bioloji ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı və jilet üzərində insan qan ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə qrup mənsubiyyəti müəyyən edildikdə yalnzı “H” antigeni alınmışdır. Bu antigen tək halda 0(1) qruplu qanı formalaşdırıb xarakterizə etdiyindən ləkələrdə olan qanın birmənalı olaraq həmin qruplu şəxsə (şəxslərə) məxsus olduğunu söyləmək olar və bu halda göstərilən əşyalarda olan qan ləkələri ABO sistemi üzrə eyni qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilmiş 01(bir) cüt corab üzərində baxış zamanı qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (cild 1, iş vərəqə 243-248). 06 avqust 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs cinayət törədən zaman yüksək ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 231-233). 20 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 dəst qara rəngli köynək və 01 dəst idman şalvarı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir (cild 2, iş vərəqə 8-21). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 228-229). 25 may 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını,ona dəymiş maddi və mənəvi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir (cild 1, iş vərəqə 133). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, hadisə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səbəbsiz yumruq və təpik zərbələri ilə vurması nəticəsində baş vermişdir. Belə ki, həm şahid ifadələri, həm də Təqsirləndirilən şəxs barəsində verilmiş məhkəmə tibb ekspertiza rəyi də təqsirləndirilən şəxsin həqiqətən döyülməsi barədə qənaətə gəlməyə imkan verir. Məhkəmə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində yol verdiyi hərəkətləri qanunsuz hesab etməklə cinayət hadisəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş verməsi kimi qiymətləndirir və nəzərə alır. Cəza təyin edərkən məhkəmə həmçinin Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışması, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması kimi cəzasını yüngülləşdirən halların olmasını, barəsində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, hadisə təqsirləndirilən şəxs tərəfindən yetkinlik yaşına çatmayan dövrdə, zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Əvvəllər məhkum olunmamışdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Hazırki iş üzrə cinayətin aləti olan bıçağın tapılması istiqamətində aparılmış əməliyyat axtarış tədbirləri nəticəsiz qalmışdır (cild 1, iş vərəqə 175). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli köynək və 01 ədəd idman şalvarı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 34 (otuz dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 204 (iki yüz dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli köynək və 01 ədəd idman şalvarı məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş 34 (otuz dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 204 (iki yüz dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-886/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-886/2025
24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver