Məhkəmə qərarları › İş №1(101)-887/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-887/2021

13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-887/2021 13.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «LCG» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, vətəndaş Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Tovuz rayonu, Qaraxanlı kəndində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 8-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2020-ci ilin aprel ayının sonlarında Şahid4 özbaşına özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib özü barəsində onda inam yaradaraq Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin köməkçisi kimi təqdim etdiyi "Elçin” adlı şəxslə guya yaxın münasibətinin olduğunu, həmin münasibətlərindən istifadə edərək sonuncu vasitəsi ilə Şahid4 əleyhinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən çıxarılmış 26.12.2019-cu il tarixli 2(102)-7960/19 nömrəli qərarını ləğv ediləcəyinə dair yalan vəd verib, həmin məsələnin müsbət həll olunması üçün “Elçin” adlı şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncunu aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla birinci dəfə 2020-ci ilin may ayının sonlarında ünvan 3 ünvanında yerləşən “linci markef-də 2.000 (iki min) manat, həmin ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qarşısında 3.000 (üç min) manat, iyul ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Baku Electronics” mağazasının qarşısında 4.000 (dörd min) manat olmaqla, ümumilikdə 9.000 (doqquz min) manat pul vəsaitini Şahid4 alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus 9.000 (doqquz min) manat pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmiş, Şahid4 aldadıldığını başa düşərək qalan məbləği ödəməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, Şahid4 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, həmin hərəkətləri ilə prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2020-ci ilin sentyabr ayının əvvələrində tanışı Şahid1 özbaşına özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib özü barəsində onda inam yaradaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin əməkdaşı kimi təqdim etdiyi “Nurəddin” adlı şəxslə yaxın münasibətinin olduğunu, həmin münasibətlərindən istifadə edərək onun vasitəsi ilə sonuncunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, həmin məsələnin müsbət həll olunması üçün “Nurəddin” adlı şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncunu aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui- istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin inzibati binasının qarşısında Şahid1 həmin pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus 5.000 (beş min) manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, həmin hərəkətləri ilə prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, xx xxxxxx 1995-ci il tarixdə Tovuz rayonunun Qaraxanlı kəndində anadan olmuşdur. Atası - İftixar Qəhrəmanov vəfat etmiş, anası - Nailə Qəhrəmanova isə Tovuz rayonunda yaşayır və həmin rayonda poçtda işləyir. O, orta təhsilini başa vurub Azərbaycan Kooperasiya Universitetində ali təhsil almış, sonra səhhətində yaranmış problemlərlə əlaqədar hərbi xidmətdən keçə bilməmiş, buna görə Bakı şəhərində qalıb müxtəlif işlərlə məşğul olaraq özünü dolandırmağa başlamışdır. Belə ki, müxtəlif yerlərdə, əsasən daş karxanasında günəmuzd fəhlə kimi işləyərək dolanmışdır. Bundan başqa, bir neçə dəfə müxtəlif dövlət idarələrinə işə düzəlmək üçün müraciət etsə də, işə qəbul edilməmişdir. Özünün həmişə Prokurorluqda işləmək həvəsinin olduğunu, buna görə də 2017-ci ilin təxminən yaz aylarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında yerləşən atelyedə işləyən müxtəlif geyim formaları tikən adını xatırlamadığı dərziyə yaxınlaşaraq özünü Prokurorluq işçisi kimi təqdim edib özünə forma tikdirmək istədiyini bildirmiş, sonra dərziyə, 260 manat ödəyərək Prokurorluğun qış geyim formasını sifariş vermişdir. Forma hazır olub dərzidən götürdükdən sonra bir müddət formanı yalnız evdə geyinmiş, sonralar isə artıq formanı hər yerdə geyinməyə başlamışdır. Artıq ətrafında olan şəxslərin çoxu, onu, Prokurorluq işçilərinin xüsusi geyim formasında gördükləri üçün Prokurorluq işçisi olduğuna inanmışlar. O belə vəziyyətdən istifadə edib özünü hamıya, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin əməkdaşı kimi təqdim etmiş, bundan əlavə hər gün səhər Prokurorluq işçilərinin xüsusi geyim formasını geyinib evdən çıxıraraq ətrafdakı şəxslərdə, Prokurorluğa işə getməsinə dair təəssürat yaratmışdır. 5 fevral 2020-ci il tarixdə Prokurorluq işçilərinin xüsusi geyim formasında Nəriman Nərimanov adına metrostansiyasında olarkən orada işləyən bir xanımla tanış olmaq məqsədilə həmin metrostansiyada xidmət aparan polis əməkdaşına yaxınlaşıb özünü Prokurorluq işçisi kimi təqdim etmiş, sonra üzərində mobil telefon nömrəsini qeyd etdiyi vizitkanı həmin polis əməkdaşına verərək xanıma çatdırmasmı xahiş etmişdir. Həmin vaxt polis əməkdaşı ondan şübhələnərək şəxsiyyət vəsiqəsini tələb etmişdir, o, özünə məxsus şəxsiyyət vəsiqəsini polis əməkdaşına təqdim etdikdən bir neçə dəqiqə sonra polis əməkdaşı, onun prokurorluq işçisi olmadığından xəbər tutmuş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək həmin geyimi götürüb onu, Nərimanov rayon Məhkəməsinə təqdim etmişdir. O, Nərimanov rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə təqsirli bilinərək xüsusi geyim forması müsadirə edilməklə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. O, həmin vaxtdan sonra bir daha Prokurorluq işçilərinin xüsusi geyim formasını geyinmədiyini bildirmişdir. Daha sonra o, Prokurorluq işçisi olduğunu ətrafdakı şəxslərə sübut etmək üçün özü, Prokurorluq işçilərinin xidməti vəsiqəsinə oxşar bir vəsiqə düzəltdiyini, belə ki, dəqiq xatırlamadığı mağazadan qırmızı rəngli, üzərində vəsiqə sözü yazılmış üzlük alıb həmin üzlüyün içinə hər dəfə bir sənəd əlavə edərək gah şəxsiyyət vəsiqəsi, gah da digər sənəd qoyaraq ətrafdakı şəxslərə göstərmişdir. Çox vaxt həmin vəsiqənin içinə baxmadan hamı, onun Prokurorluq işçisi olduğuna inandığı üçün o da belə vəziyyətdən öz xeyrinə istifadə etmişdir. Özünü Prokurorluq işçisi kimi təqdim etdiyi üçün artıq onun ətrafında müxtəlif polis əməkdaşları, məhkəmə və prokurorluq işçiləri ilə münasibəti yaranmışdır, o, həmin münasibətlərdən və həmin şəxslərin, ona yaranmış etibarından istifadə edərək arabir həmin şəxslərdən hansısa işlə bağlı məlumat alıb özü üçün istifadə etmişdir. Şahid4, həbs edilməmişdən qabaq kirayə yaşadığı ərazidə yəni, ünvan 6 ünvanında yerləşən “1 inci markefin sahibi - Şahid5 vasitəsilə tanımışdır. Orada yaşadığı ərəfədə tez-tez Şahid5 mağazasına gedib oradan özü üçün bazarlıq edib, bəzi hallarda pulu olmadığından həmin mağazadan nisyə mal almış, sonra pulu olanda borcunu Şahid5 geri qaytarmışdır. Xəlilin ona göstərdiyi belə xoş münasibətə görə aralarında dostluq münasibətləri yaranmışdır. Etdiyi əməldən peşman olduğunu bildirərək qeyd etmişdir ki, özünü Xəlilə Prokurorluq işçisi kimi təqdim edərək Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində işlədiyini bildirmiş, bəzi hallarda Xəlilin mağazasına Prokurorluq işçilərinin xüsusi geyim formasında getmişdir. Hər dəfə Xəlilə hüquq mühafizə orqanlarında işləyən vəzifəli dostlarının olduğunu, həmin dostlarının vasitəsilə istənilən problemini həll edə biləcəyini bildirmişdir. 2020-ci ilin təxminən aprel ayında Xəlil onu Şahid4 adlı dostu ilə tanış edərək Şahid4, Ali Məhkəmənin Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli, 2(102)-7960/19 nömrəli qərarından narazı oduğunu, həmin qərarı şikayət edib ləğv elətdirmək istədiyini ona bildirmişdir. O da öz növbəsində Xəlilə həmin qərarı vəzifəli tanışlarının vasitəsilə ləğv elətdirə biləcəyini bildirib bu məqsədlə 2020-ci ilin təxminən may ayının əvvəllərində ilk dəfə Şahid4la görüşmüşdür. İlk görüş zamanı özünü Şahid4 Prokurorluq işçisi kimi təqdim etmişdir. Söhbət zamanı Şahid4 ona adı çəkilən qərardan narazı olduğunu, həmin qərarı ləğv elətdirmək istədiyini bildirdikdə o, Şahid4 həmin işin müqabilində sonuncudan pul almaq məqsədilə həmin qərarı ləğv elətdirəcəyinə dair yalandan vəd vermişdir. Bundan başqa, Şahid4 söhbət zəminində Emil Carçıyev adlı bir nəfər tanışının Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən tutulduğunu, barəsində araşdırma aparıldığını və həbs edildiyini bildirərək həmin şəxsin həbsdən azad edilməsi üçün ondan kömək istəmişdir. O da öz növbəsində həmin işlə bağlı da Şahid4 yalandan vəd verib kömək edəcəyinə söz verib bunun üçün ümumilikdə 20000 (iyimi min) manat pul lazım olacağını bildirmişdir. Şahid4 əvvəlcə pulun yarı hissəsini, iş tam həll edildikdən sonra isə qalan hissəsini verəcəyinə dair onunla razılığa gəlmişdir. Beləliklə, o, Şahid4 dostu Cəlal Carçıyevin oğlu - Emil Carçıyevin həsbdən azad edilməsi üçün Şahid4, birinci dəfə 2020-ci ilin təxminən iyun ayının əvvəllərində Nərimanov metrosu yaxınlığında, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qarşısında 3.000 (üç min) manat, ikinci dəfə Nərimanov rayonu ərazisində “Baku Electronics” mağazasının qarşısında 3.600 (üç min altı yüz) manat olmaqla ümumilikdə 6.600 (altı min altı yüz) manat pul almışdır. O həmin pulları aldıqdan sonra Şahid4, Emil Carçıyevi, həbsdən azad etdirəcəyinə və Ali Məhkəmənin Mülki Kollegiyasının müvafiq qərarını ləğv etdirəcəyinə dair yalandan vəd vermiş, aldığı pulları isə özü üçün xərcləmişdir. Həmin vaxtdan sonra Şahid4, ona tez-tez zəng edib Ali Məhkəmənin qərarı və Emil Carçıyevin həbsdən azad edilməsi barədə soruşduqda o hər dəfə Şahid4 müxtəlif bəhanələr edib gah pulu başqa şəxsə verdiyini, gah da qısa müddət ərzində işlərin düzələcəyini bildirmişdir. Şahid4 özünə tam inandırmaq üçün bir dəfə ona, bu işləri Azərbaycan Respublikasının birinci Vitse Prezidentinin köməkçisi - Elçin adlı şəxsin vasitəsilə həll etdiyini, Elçinlə yaxın münasibətinin olduğunu bildirmişdir. Hətta bir dəfə həmin məqsədlə Şahid4, Səbail rayonu ərazisində yerləşən Sahil Parkına dəvət edib Azərbaycan Respublikasının birinci Vitse Prezidentinin köməkçisi - Elçin adlı dostu ilə tanış edəcəyini bildirmişdir. Lakin, o həmin vaxt tərcüməçi işləyən, bu işlərdən xəbəri olmayan Elçin adlı bir dostunu həmin yerə görüşə dəvət etmiş, görüş zamanı Şahid4 onları, yalnız kənardan müşahidə edə bilmişdir, belə ki, o, Şahid4, Elçin adlı dostuna yaxınlaşmasına şərait yaratmamışdır. O, Elçini, hansı məqsədlə görüşə çağırdığını sonuncunun özünə belə deməmiş, Elçindən, gəlib onunla Sahil Parkında gəzməsini xahiş etmişdir, sonda isə Şahid4 ona verdiyi sənədləri Elçin adlı dostuna verərək həmin sənədləri tərcümə etmək lazım olduğunu Elçinə bildirmişdir, Şahid4 isə həmin sənədləri Elçin adlı şəxsə, Ali Məhkəmədəki işini həll etmək üçün verdiyini bildirmişdir. O, Şahid4 aldığı pulun 6.600 (altı min altı yüz) manatını tutulmamışdan 4-5 gün qabaq geri qaytardığını bildirmişdir. O, Şahid4 istintaqa təqdim etdiyi, onun səs yazılarının yükləndiyi disk ona təqdim edildikdən, həmin səs yazılarına qulaq asdıqdan sonra həmin səs yazılarında Şahid4la danışığında sonuncudan aldığı pulu, Şahid4 aldatmaq məqsədilə yalandan Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində işləyən Vüqar adlı şəxsə verdiyini bildirməsinə baxmayaraq, Vüqar adlı şəxsi tanımadığını, həmin şəxsə pul vermədiyini bildirmişdir. Şahid4 aldatmaq üçün belə dediyini, sonra isə Şahid4 aldığı 6.600 (altı min altı yüz) manat pulu sonuncuya geri qaytardığını qeyd etmişdir. Şahid1, dostu - Şahid2 vasitəsilə tanımış, Şahid2 də Prokurorluq işçisi olduğunu, Ağır Cinayətlərə dair İstintaq idarəsində işlədiyini bildirmişdir. Şahid2 ilə Azərbaycan Nəşriyyatına gedib-gəldiyi vaxtlarda tanış olduğunu, sonradan daha yaxın münasibətlərinin yarandığını qeyd etmişdir. Şahid2, 2020-ci ilin avqust ayında onu, Saatlı rayonuna, evinə qonaq dəvət etmişdir. O, Saatlı rayonu, Nərimankənd qəsəbəsində Şahid2 evində olarkən sonuncunun qohumu - Şahid1lə tanış olmuşdur. İlk görüş zamanı özünü, Şahid1, Prokurorluq işçisi kimi təqdim edib Ağır Cinayətlərə dair İstintaq İdarəsində işlədiyini bildirmişdir. Söhbət zamanı Şahid1, dövlət işində işləmək istədiyini bildirdikdə o, Elsevərə, "xxxx" Neft şirkətinin “Koroğlu” və “Montin” ərazilərində olan idarələrində vakansiya olduğunu deyərək bu idarələrdən hansına istəyərsə mühafizəçi işinə düzəldə biləcəyini demişdir. Həmin işi İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin Kadrlar İdarəsinin rəisi vəzifəsində işləyən qohumu - Nurəddin müəllimin vasitəsi ilə 5000(beş min) manat müqabilində düzəldəcəyini Şahid1 yalandan bildirdikdən sonra sonuncu onunla razılaşmışdır. Beləliklə, Şahid1 2020-ci ilin sentyabr ayında onunla İqtisadiyyat Nazirliyinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ünvanında yerləşən Sənaye Şöbəsinin inzibati binasının qarşısında görüşərək əvvəlcədən razılaşdıqları kimi 5.000 (beş min) manat pulu və digər sənədləri ona vermişdir. O, pulu Şahid1 aldıqdan sonra sonuncunu tam inandırmaq üçün Nurəddin adlı qohumu ilə Elsevərin işi barədə danışacağı adı ilə İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin inzibati binasına daxil olub binanın girişində 5 dəqiqə gözləməklə Şahid1 özünə qarşı inam yaradaraq binadan çıxıb Şahid1, 20-25 gün ərzində barəsində əmr çıxacağına və həmin əmrin əsasında "xxxx" Neft şirkətinə mühafizəçi vəzifəsinə götürüləcəyinə vəd vermişdir. Şahid1 aldığı 5.000 (beş min) manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Şahid1, ona, bir neçə dəfə zəng edərək işə nə vaxt qəbul olacağı barədə soruşsa da o hər dəfə müxtəlif bəhanələr gətirərək sonuncunu aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İmamverdi oğlu ifadəsində göstərdi ki, 2020-ci ilin yay aylarında qohumu - Şahid2 yaşadığı Saatlı rayonu ərazisində yerləşən evində olarkən, Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs, ilk tanışlığı zamanı özünü, ona, Prokurorluq işçisi kimi təqdim etmişdir. Həmçinin, Şahid2 də həmin görüşdən bir müddət öncə ona, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Prokurorluq işçilərinin xüsusi geyim formasında olan şəklini göstərmişdir. O, artıq Təqsirləndirilən şəxs, həqiqətən prokurorluq işçisi olduğuna inanmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs, ondan, hansı dövlət qurumunda işləmək istəməsi barədə soruşmuşdur, o, öz növbəsində hər hansı dövlət işi olarsa işləyəcəyini bildirdikdə Pərvin, ona, "xxxx" neft şirkətinin "Koroğlu" və "Montin" ərazilərində olan idarələrində vakant yer olduğunu deyərək bu idarələrdən hansına istəyərsə orada mühafizəçi işinə düzəldə biləcəyini bildirmişdir. Pərvin, onu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsində işləyən qohumu - Nurəddin adlı şəxsin vasitəsi ilə 5.000 (beş min) manat müqabilində işə düzəldəcəyini demiş və onlar razılaşmışlar. Bu söhbətdən sonra Təqsirləndirilən şəxs, 2020-ci ilin sentyabr ayının axırlarında onu, Bakı şəhərinə çağıraraq pulu və sənədləri təqdim etməsini bildirmiş, o həmin gün Bakı şəhərində, İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin qarşısında Pərvinlə görüşüb sonuncuya, onu "xxxx" Neft Şirkətinin istintaqa dəqiq bəlli olmayan İdarəsində işə düzəltmək üçün 5.000 (beş min) manatı nağd şəkildə və sağlamlıq haqqında arayışı, əmək kitabçasını, 3x4 ölçüdə şəkillərini vermişdir. Təqsirləndirilən şəxs, pulu və sənədləri götürdükdən sonra ondan gözləməsini xahiş edərək özü, İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin inzibati binasına daxil olmuşdur. Təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs, inzibati binadan çıxıb ona, sənədləri və pulu Nurəddin adlı şəxsə verdiyini, bundan sonra onun, bir-iki dəfə yoxlama üçün çağırılacağını və 20-25 gün ərzində "xxxx" şirkətinə mühafizəçi işinə düzələcəyini bildirmişdir. 12 oktyabr 2020-ci il tarixdə Pərvin, onu, tibbi müayinə olunmaq üçün Bakı şəhərinə çağırmış, onunla birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində adını xatırlamadığı xəstəxanaya getmiş, onu, rentgen müayinəsindən keçirtdikdən sonra müayinə sənədlərini götürərək bir daha İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin qarşısına getmişlər. Pərvin, bir daha İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin inzibati binasına daxil olaraq bir neçə dəqiqə sonra qayıtmış, ona qısa müddət ərzində əmrinin çıxacağını bildirərək gözləməyi bildirmişdir. Daha sonra o, rayona qayıdıb əmrinin çıxmasını gözləmişdir. Gözlədiyi müddət ərzində dəfələrlə Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlayaraq işinin nə yerdə olduğunu soruşmuş, Pərvin də hər dəfə müxtəlif bəhanələr gətirərək ondan vaxt istəmişdir. Sonda o, Pərvinin onu aldatdığını başa düşərək 23 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2015-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında “X4 ictimai-siyasi hüquqi qəzeti”nin dizayneri vəzifəsi üzrə işə düzəlmiş, nəşriyyatda işlədiyi ərəfədə ora, Ramiz adlı qohumunun yanına tez-tez gəlib-gedən Təqsirləndirilən şəxsla, tanış olmuşdur. Təqsirləndirilən şəxs, əksər hallarda Prokurorluq işçilərinin xüsusi geyim formasında olmaqla özünü, Prokurorluq işçisi kimi təqdim etmiş, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində işlədiyini, baş leytenant rütbəsində olduğunu bildirmiş, əksər hallarda məhkəmədən çıxıb gəldiyini, işdən çox yorulduğunu qeyd etmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxsla onun arasında dostluq münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs, aralarında yaranmış münasibət zəminində ona, “Bravo” marketlər şəbəkəsinin rəhbəri ilə yaxın dost olduğunu, onu, “Bravo” marketlər şəbəkəsində yaxşı vəzifəyə düzəldəcəyinə söz vermiş, lakin bu işin müqabilində özü və ya digər şəxslər üçün pul və yaxud digər maddi nemət istəməmişdir. Pərvin Pəhrəmanov, ona, başqa vəzifəli tanışlarının da olduğunu, lazım olarsa hər hansı bir şəxsi, həmin vəzifəli tanışlarının vasitəsilə müxtəlif dövlət qurumlarına işə düzəldə biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs, 2020-ci ilin təxminən avqust ayında ona zəng edərək işi ilə əlaqədar Saatlı rayonuna gedəcəyini bildirmiş, bir gün onun, Saatlı rayonunda olan evində qalmasına icazə verməsini xahiş etmişdir. O, Pərvinlə arasındakı dostluq münasibətini nəzərə alıb Təqsirləndirilən şəxs, öz evinə dəvət etmişdir. Həmin gün onun, Şahid1 adlı qohumu da onlara qonaq gəlmişdir, o, Təqsirləndirilən şəxsla Şahid1 əyani olaraq tanış etmişdir. O, əvvəllər Şahid1, Təqsirləndirilən şəxs barəsində ümumi məlumat verib Prokurorluq işçisi olduğunu bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs, özünü, Şahid1, Prokurorluq işçisi kimi təqdim etmiş, işi barədə ətraflı danışmış, Ağır Cinayətlərə dair İstintaq İdarəsinin işçisi olduğunu, adını xatırlamadığı generalın adını çəkərək yanında işlədiyini, hər yerdə vəzifəli dostlarının olduğunu bildirmişdir. Daha sonra Şahid1 harada işlədiyini soruşub sonuncunu, Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldə biləcəyini bildirmiş və bu işin müqabilində 5.000(beş min) manat pul istəmişdir. Pərvin qeyd etmişdir ki, həmin pulu İqtidasiyyat Nazirliyinin Sənaye Şöbəsində işləyən Nurəddin adlı qohumuna verəcək. Elsevər də öz növbəsində Təqsirləndirilən şəxs inanaraq onunla razılaşmışdır. Təxminən iki gün sonra Təqsirləndirilən şəxs, Şahid1 Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin qarşısına dəvət etmişdir. Görüşdən sonra Şahid1, onunla əlaqə saxlayıb 5000 (beş min) manat pulu Təqsirləndirilən şəxs verdiyini, daha sonra Təqsirləndirilən şəxs, İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinə girərək həmin pulu Nurəddin adlı qohumuna verdiyini bildirmişdir. Lakin, həmin vaxt Təqsirləndirilən şəxs, Şahid1, İqtisadiyat Nazirliyinin Sənaye Şöbəsinin inzibati binasının qarşısında gözlətmiş, sonuncunun inzibati binaya girməsinə razı olmamışdır. Pərvin Qərhəmanov, inzibati binadan çıxıb Şahid1 bildirmişdir ki, pulu Nurəddin adlı qohumuna verib. Əlavə olaraq Şahid1, bir neçə gün sonra tibbi müayinədən keçmək üçün yenidən Bakıya çağıracağını qeyd etmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs, Şahid1 tibbi müayinədən keçməsi üçün Bakı şəhərinə dəvət etmiş və bildirmişdir ki, tibbi müayinənin cavabları çıxdıqdan sonra sonuncunun işi həll olunacaq. Lakin, həmin vaxtdan sonra bir neçə ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs, Şahid1 işinin nəticəsi barədə məlumat verməmiş, həmin müddət ərzində hər dəfə bir bəhanə ilə vaxtı uzatmağa çalışmışdır. Onlar, təxminən 3 ay gözlədikdən sonra Təqsirləndirilən şəxs etdiyi əməlin qanunsuz olduğunu, onları aldatdığını başa düşmüşlər və Şahid1, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat vermişdir. Təqsirləndirilən şəxs istifadəsində olan (077) ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış, bundan başqa Təqsirləndirilən şəxs xidməti vəsiqəsinin olub-olmamasından məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1994-cü ildən etibarən Azərbaycan Nəşriyyatında dizayner işləyir. Təqsirləndirilən şəxs ilə uzaq qohumluq münasibəti vardır, belə ki, Təqsirləndirilən şəxs anası - Nailə Qəhrəmanova, onun bibisinin qızıdır. Təqsirləndirilən şəxs, uşaqlığından tanımasa da, bakalavr pilləsi üzrə 3-cü kursda təhsil alanda onun iş yerinə gedib-gəldiyi üçün həmin vaxtdan Pərvinlə münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs, ali təhsilini başa vurduqdan sonra yenə də onun iş yerinə gedib-gəlir, boks növündə idmanla məşğul olduğunu, Azərbaycan Respublikasının Prokurorluq Orqanlarında işə düzələcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs, birinci dəfə 2019-cu ilin yay aylarında Prokurorluq işçilərinin xüsusi geyim formasında onun iş yerinə gəlmiş, o, Təqsirləndirilən şəxs, həmin geyimdə görüb bu geyimi hardan əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs, ona, Prokurorluq Orqanlarında işə qəbul olmaq üçün sənəd verdiyini, tez bir müddətdə işə qəbul olacağını bildirmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs danlayıb bir daha həmin geyimi geyinməsini sonuncuya qadağa etmişdir. Təqsirləndirilən şəxs, həmin vaxtdan sonra onun yanına Prokurorluq işçilərinin xüsusi geyim formasında getməmişdir. Təqsirləndirilən şəxs, onun yanına Nəşriyyata gedib-gəldikcə orada işləyən digər şəxslərlə də münasibəti yaranmışdır, bəzi hallarda onun xəbəri olmadan Təqsirləndirilən şəxs, Nəşriyyatda işləyən digər şəxslərin yanına getmişdir. O, Təqsirləndirilən şəxs barəsində sonuncunun qeyri stabil insan olduğunu, bəzi hallarda bir neçə ay ondan xəbər gəlmədiyini, bəzi hallarda isə hər gün Nəşriyyatda göründüyünü, sonuncu dəfə 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxsla Nəşriyyatda görüşdüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs, Prokurorluq orqanlarında işlədiyini təsdiq edən xidməti vəsiqəsinin olub-olmamasından məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, mühafizəçi işləyir. O, 2017-ci ildə Nazim adlı dostu ilə birlikdə hərrac yolu Bakı şəhəri, Nəriman rayonu ərazisində şərikinə kafe aldığını, bir neçə il sonra həmin kafenin 2015-ci ildə başqa şəxsə satılması barədə xəbər tutduğunu bildirmişdir. Sonra həmin kafenin kimə məxsus olması və alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması ilə əlaqədar məhkəmə prosesləri başlamışdır. Sonuncu dəfə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən həmin xüsusat üzrə verilmiş qərar onun əleyhinə olmuşdur. O həmin qərar barədə Xəlil adlı dostu ilə söhbət edən zaman Xəlil Təqsirləndirilən şəxs adlı şəxsin Prokurorluq orqanlarında işlədiyini, bu məsələni həll edə biləcəyini qeyd etmişdir. O, Xəlillə razılaşıb sonuncunun vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs, onunla görüşə Prokurorluq işçilərinin xüsusi geyim formasında gəlmiş, ona görə o, Təqsirləndirilən şəxs, həqiqətən də prokurorluq işçisi olduğuna inanmış, Təqsirləndirilən şəxs söhbət zəminində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində işlədiyini, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə nəzarəti həyata keçirdiyini bildirmişdir. O, söhbət edib Təqsirləndirilən şəxs, Ali Məhlkəmənin qəbul etdiyi qərardan narazı olduğunu, həmin qərarı ləğv etmək üçün nə etməli olduğunu soruşduqda Təqsirləndirilən şəxs, həmin qərarı ləğv etdirmək üçün ondan, 20000 (iyirmi min) manat pul istəmişdir. Həmin pulun müqabilində Ali Məhkəmənin qərarını ləğv etdirəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs, həmin məsələləri Azərbaycan Respublikasının birinici Vitse Prezidentinin köməkçisi - Elçin adlı şəxsin vasitəsilə həll edəcəyini bildirmiş, o da Təqsirləndirilən şəxsla razılaşmışdır. O, Təqsirləndirilən şəxs, ilkin olaraq pulun yarı hissəsini, qərar ləğv edildikdən sonra isə qalan 10.000 (on min) manat pulu verəcəyini bildirmiş, Pərvin də onunla razılaşmışdır. Beləliklə, Təqsirləndirilən şəxs, ondan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən çıxarılmış 26.12.2019-cu il tarixli 2(102)- 7960/19 nömrəli qərarını ləğv elətdirəcəyi adı ilə 2020-ci ilin aprel ayından etibarən birinci dəfə 2.000 (iki min), sonra 3.000 (üç min), daha sonra isə 4.000 (dörd min) manat pul almışdır. Hər dəfə pulu alanda həmin pulu Elçin adlı şəxsə verəcəyini bildirmişdir. Hətta bir dəfə, onu, Bakı şəhəri, Səbail rayonu ərazisinə, Sahil parkına dəvət edib orada Elçin adlı şəxslə görüşəcəyini, əgər mümkün olarsa onu da həmin Elçin adlı şəxslə tanış edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs dediyi vaxtda və tarixdə Sahil parkına gedib orada sonuncunun, prokurorluq işçilərinin xüsusi geyim formasında bir nəfər şəxslə gəzdiyini görmüşdür, lakin, Təqsirləndirilən şəxs, onu, həmin şəxslə görüşdürməmişdir. Təqsirləndirilən şəxs, Elçin adlı şəxslə biraz söhbət etdikdən sonra onun verdiyi sənədləri, Elçin adlı şəxsə vermişdir, sonra onunla görüşüb məhkəmənin sənədlərini və ondan aldığı pulları, Elçin adlı şəxsə verdiyini bildirmişdir. Elçin adlı şəxsin, qısa müddət ərzində məsələləri həll edəcəyini, yəni Ali Məhkəmənin qərarını ləğv elətdirəcəyini vəd etmişdir. O da Təqsirləndirilən şəxs sözlərinə inanmışdır. Lakin, bir neçə ay gözləsə də məhkəmənin qərarı ləğv edilməmişdir. O, Təqsirləndirilən şəxs dəfələrlə niyə qərarın ləğv edilmədiyini soruşduqda Təqsirləndirilən şəxs, hər dəfə qərarın artıq ləğv edildiyini, guya ki, həmin qərarın işdə kabinetində qaldığını ona bildirmişdir. Bir neçə müddət sonra Təqsirləndirilən şəxs artıq həbs edilməsi barədə məlumat eşitmişdir. Təqsirləndirilən şəxs verdiyi 9000 (doqquz min) manat pulu sonuncuya, yalnız Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən çıxarılmış 26.12.2019-cu il tarixli 2(102)-7960/19 nömrəli qərarı ləğv etdirmək üçün vermişdir. Emil Carçıyevin həbsdən azad edilməsi üçün Təqsirləndirilən şəxs pul və yaxud digər maddi nemət verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Nərimanov rayonu, Montin qəsəbəsi ərazisində ərzaq mağazası işlədir. Təqsirləndirilən şəxs ilə 2020-ci ilin mart ayında, işlətdiyi mağazada tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, yaxınlıqda yaşadığı üçün tez-tez onun işlətdiyi mağazaya prokurorluq işçilərinin xüsusi geyim formasında gedib-gəlmiş, özünü, prokurorluq işçisi kimi təqdim etməklə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində işlədiyini, baş leytenant rütbəsində olduğunu bildirmişdir. Buna görə də ətrafda yaşayan qonşular, Təqsirləndirilən şəxs, prokurorluqda işlədiyinə əmin olmuşlar. Təqsirləndirilən şəxs, onun işlətdiyi mağazadan tez-tez nisyə mal götürüb, əmək haqqını alanda həmin ərzaqların pulunu ödəyəcəyini bildirmişdir. Bunun qarşılığında Təqsirləndirilən şəxs, ona, prokurorluqda istənilən işi həll edə biləcəyini qeyd etmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs, aldığı daşınmaz əmlakın başqa şəxsin adına səhvən qeydiyyata alınıb həmin şəxsin adına çıxarış verilməsi barədə bildirmiş, həmin daşınmaz əmlakın öz adına keçirilməsi üçün Təqsirləndirilən şəxs, kömək istəmişdir. Təqsirləndirilən şəxs, həmin işi, yanında işlədiyi adını xatırlamadığı generalın vasitəsilə həll edəcəyinə söz vermiş, lakin, sonra bu məsələ öz həllini tapmamışdır. Həmin vaxt dostu - Şahid4, əmlakının öz adına keçirilməsi ilə bağlı münaqişəsi olmuşdur. Şahid4, bir neçə dəfə məhkəməyə müraciət etsə də məhkəmənin qəbul etdiyi qərarlardan narazı qalmışdır. O da öz növbəsində bu barədə Təqsirləndirilən şəxs soruşaraq Şahid4 kömək etməsini xahiş etmişdir. Pərvin, bu işləri çox rahatçılıqla həll edə biləcəyini qeyd etmiş, o da öz növbəsində X1 Qasımovu, 2020-ci ilin təxminən aprel ayında tanış etmişdir. Təqsirləndirilən şəxsla Şahid4, özləri görüşüb iş barədə danışdıqdan sonra Pərvin, Ali Məhkəmənin qəbul etdiyi qərarı ləğv etdirəcəyinə söz vermiş və ona bildirmişdir ki, işin həll edilməsi üçün 20000 (iyirmi min) manat pul lazımdır, o da bu barədə Şahid4, bildirmişdir. Beləliklə, ilk dəfə 2020-ci ilin may ayının sonlarında Şahid4, onun işlətdiyi mağazada, Təqsirləndirilən şəxs, işin həll edilməsi üçün 2000 (iki min) manat pul və lazım olan digər sənədləri vermişdir. Təqsirləndirilən şəxs, pulu alandan sonra söz vermişdir ki, 2020-ci ilin sentyabr ayında Ali Məhkəmənin qərarını ləğv elətdirəcək. Həmin vaxtdan sonra Şahid4, Təqsirləndirilən şəxs, bir dəfə 3000 (üç min), bir dəfə isə 4000 (dörd min) manat pul verib. Təqsirləndirilən şəxs, onunla söhbət edərkən bir neçə dəfə Şahid4, işin həll edilməsi üçün ümumilikdə 9000 (doqquz min) manat pul aldığını bildirmişdir. O da hər dəfə Təqsirləndirilən şəxs, Müzəffərin işini düzgün həll etməsini tapşırmış, Müzəffərlə, yaxın dost olduqlarını vurğulanmışdır. Lakin, Təqsirləndirilən şəxs, pulu aldıqdan sonra onun işlətdiyi mağazaya əvvəlki kimi tez-tez getməmişdir, həmin səbəbdən o, Təqsirləndirilən şəxs şübhələnmiş və ara-sıra Təqsirləndirilən şəxs zəng edərək Şahid4 işinin niyə həll olunmaması barədə soruşmuşdur, Pərvin isə hər dəfə bir bəhanə ilə işin qısa müddət ərzində həll ediləcəyini bildirirək vaxt udmuşdur. O, sonuncu dəfə 2020-ci ilin təxminən dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs zəng edib sonuncunun həll etməli iş barədə soruşmuşdur, Təqsirləndirilən şəxs, anasının öldüyünü bildirərək onu narahat etməməyi xahiş etmişdir. Bir neçə gün sonra isə Təqsirləndirilən şəxs həbsdə olması barədə məlumat yayılmışdır. O,Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə bir neçə dəfə əlaqə saxlamışdır. Şahid qismində dindirilmiş X3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 1992-2002-ci illər ərzində hərbiçi, daha sonra müxtəlif məktəblərdə idman müəllimi işləmiş, hazırda təqaüdçüdür. Təqsirləndirilən şəxs, Müzəffər adlı dostunun vasitəsilə tanımışdır. Belə ki, oğlu - Emil Carçıyev, 27 yanvar 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Müətəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub daha sonra barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o da öz növbəsində Emil Carçıyevin müdafiəsi üçün vəkil tutmuşdur. Lakin, Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş sərt karantin rejimi ilə əlaqədar olaraq həmin vəkilin fəaliyyəti təxirə salınmış, çünki, vəkilin 69 yaşı vardır. Həmin vaxt, dostu - Şahid4, ona, tanışı - Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində işlədiyini, Müətəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin işlərinə nəzarəti həyata keçirdiyini, buna görə də Emil Carçıyevin həbsdən azad edilməsinə rahatlıqla kömək edə biləcəyini qeyd etmişdir. O da öz növbəsində Müzəffər adlı dostunun vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuşdur, söhbət zəminində Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində işlədiyini, Daxili İşlər Nazirliyinin Müətəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsininin işlərinə nəzarət etdiyini bildirmiş və Emil Carçıyevin həbsdən azad edilməsinə kömək edə biləcəyini qeyd etmişdir. Ertəsi gün, Təqsirləndirilən şəxs, ona zəng edərək Müətəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsinin rəisi ilə danışdığını, Emil Carçıyev barəsində hər hansı bir faktın olmadığını, tez bir zamanda azadlığa buraxılacağını bildirmişdir, o da öz növbəsində Təqsirləndirilən şəxs inanmışdır. Lakin, həmin vaxtdan bir neçə ay keçsə də Emil Carçıyev, hələ də həbsdən azadlığa buraxılmamışdır. Bir neçə ay ərzində Təqsirləndirilən şəxs, ondan, dəfələrlə müxtəlif məbləğlərdə borca pul istəsə də o imtina etmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ondan borca 5000 (beş min) dollar pul istəmiş, o isə yenə də imtina edərək həmin pulu Təqsirləndirilən şəxs verməmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının ortalarında anasının rəhmətə getdiyini bildirərək yenidən ondan 1000 (bir min) dollar pul istəmişdir, o yenə də imtina edib Təqsirləndirilən şəxs pul verməmişdir. O, ümumiyyətlə, Təqsirləndirilən şəxs, hər hansı bir işi görməsi müqabilində pul vermədiyini, nə də ki, ondan pul almadığını, aralarında pulla bağlı hər hansı bir münasibətin olmadığını bildirmişdir. Eşitmişdir ki, Təqsirləndirilən şəxs, dostu Şahid4, Ali Məhkəmədə araşdırılan hansısa mülki işin sonuncunun xeyrinə həll etmək adı ilə 20.000 (iyirmi min) manat pul istəyib, təxminən 10.000 (on min) manat pul almış, lakin, onun işini həll etməmişdir. Şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 10 ildir ki, sürücülük fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs, 2 ildir ki, tanıyır, belə ki, həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs, onun yaşadığı ərazidə qonşuluqda yerləşən evdə kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs, onun yaşadığı məhəlləyə köçdüyü vaxtdan Harvard Universitetində təhsil aldığını bildirib özünü, qonşulara, Prokurorluq işçisi kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs, hər gün səhər Prokurorluq orqanları əməkdaşlarının xüsusi geyim formasını geyinərək evdən çıxdığı üçün hamı, onun, Prokurorluqda işlədiyinə tam inanmışdır. Təqsirləndirilən şəxs, arabir ona zəng edib müxtəlif ünvanlara getməli olduğunu, bundan başqa rəsmi sənədləri çatdırmaq lazım olduğunu bildirmiş, o da öz növbəsində Təqsirləndirilən şəxs, prokurorluq orqanlarında işlədiyini, tapşırdığı işlərin dövlət əhəmiyyətli olduğunu zənn etdiyi üçün sonuncunun tapşırıqlarını dərhal icra etmişdir. O, Təqsirləndirilən şəxs, prokurorluq işçilərinin xidməti vəsiqəsindən istifadə edərək qanunsuz üstünlük əldə etdiyini bildirmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs, öz avtomobili ilə müxtəlif yerlərə apararkən Pərvin, ona, qoşa xətti keçməsini və bu kimi digər inzibati xətalar törətməsini tapşırmışdır, o da Pərvinin sözü ilə bir dəfə qoşa xətti keçmiş, yol patrul xidmətinin əməkdaşları onu saxlamışlar. Təqsirləndirilən şəxs özünə məxsus xidməti vəsiqəsini yol patrul xidmətinin əməkdaşlarına göstərmiş, özünü, prokurorluq işçisi kimi təqdim etmişdir, yol patrul xidmətinin əməkdaşları, Təqsirləndirilən şəxs təqdim etdiyi xidməti vəsiqəyə baxdıqdan sonra heç bir protokol tərtib etmədən onları, sərbəst buraxmışlar. Təqsirləndirilən şəxs bir nəfər şəxsdən müxtəlif işləri həll edəcəyini vəd edərək pul almış, həmin şəxs tez-tez məhəlləyə gəlib Təqsirləndirilən şəxs axtarmışdır. Həmin şəxsin şəxsiyyəti barədə dəqiq məlumatı olmamış, lakin Naxçıvanlı, hündürboy, idmançı bədən quruluşlu biri olmuşdur. Şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, sürücü işləyir. Təqsirləndirilən şəxs, 2 ildir ki, tanıyır, sonuncu ilə Nərimanov rayonu, Montin qəsəbəsi ərazisində olan tikinti materialları mağazasından yük daşıyan zaman tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, həmin ərazidə yəni, Nərimanov rayonu, Montin qəsəbəsində yaşadığı üçün tez-tez məhəllə uşaqları ilə birlikdə həmin tikinti materialları mağazasına getmişdir. O, Təqsirləndirilən şəxs gördüyü ilk vaxtdan sonuncu, özünü, prokurorluq işçisi kimi təqdim etmiş, bundan əlavə o, Təqsirləndirilən şəxs, dəfələrlə prokurorluq işçiləri üçün nəzərdə tutulmuş xüsusi geyim formasında və rütbəsində görmüşdür. Təqsirləndirilən şəxs, Prokurorluq işçisi olmasını təsdiq etmək üçün ona, vəsiqə də göstərmişdir. Təqsirləndirilən şəxs, onunla birlikdə ona məxsus avtomobillə gedərkən girişin qadağan olunduğu yola keçməyi tapşırmış, o isə Təqsirləndirilən şəxs, həmin yola girəcəyi halda yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanacağını və cərimələnəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs, ona, yol patrul xidmətinin əməkdaşlarının xidməti fəaliyyətinə özünün nəzarət etdiyini, bu səbəbdən yol patrul xidmətinin əməkdaşlarının, ona cərimə yaza bilməyəcəklərini bildirmişdir. O da Pərvinin sözünə qulaq asaraq avtomobillə girişi qadağan edilmiş yola keçmişdir. Onun qanunsuz etdiyi əməlləri görən yol patrul xidmətinin əməkdaşları onu saxlamışlar. Bu zaman Təqsirləndirilən şəxs, özünü, həmin polis əməkdaşlarına, prokurorluq işçisi kimi təqdim etmişdir, lakin, mülki geyimdə olduğu və xidməti vəsiqəsini təqdim etmədiyi üçün yol patrul xidmətinin əməkdaşları, ona inanmamışlar. Daha sonra Təqsirləndirilən şəxs, hansısa tanışına zəng edərək özünü tapşırtmaq istəmiş, lakin, polis əməkdaşları, həmin zəngə də fikir verməyib onun barəsində yol hərəkəti qaydalarını pozduğu üçün inzibati protokol tərtib etmişlər. Bir neçə gün sonra Təqsirləndirilən şəxs, protokolu ondan alıb özü, ödəmiş, ona isə həmin cəriməni sildirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs, anasının xəstə, atasının şəhid olduğunu deyərək ondan tez-tez borca pul almışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs prokurorluq işçisi olduğu halda niyə hər kəsdən borca pul aldığını soruşmuş, Pərvin öz növbəsində ipoteka ilə mənzil aldığını, əmək haqqısını həmin mənzilin ödənişlərinə verdiyini bildirmişdir. Bir dəfə söhbət zəminində Təqsirləndirilən şəxs evli olmadığı halda necə ipoteka ilə mənzil aldığını soruşduqda Pərvin prokurorluq işçisi olduğu üçün evli olmamasına baxmayaraq, ipoteka ilə mənzil almağa şərait yaradıldığını bildirərək həmin mənzilin, Yasamal rayonu ərazisində yerləşdiyini, 5 otaqlı olduğunu qeyd etmişdir. Şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi ərazisində yaşayır. Təqsirləndirilən şəxs, 2 ildir ki, qonşuluqda yaşadığı üçün tanıyır. Təqsirləndirilən şəxs, ona, Harvard Universitetində oxuduğunu, Murovda əsgərlik çəkdiyini bildirərək özünü, prokuror kimi təqdim etmişdir. O, ilk vaxtlar Təqsirləndirilən şəxs, prokuror işlədiyinə inanmamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs, prokurorluq işçilərinin geyindiyi xüsusi geyim formasında görmüş, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs, həqiqətən də prokurorluq işçisi olduğuna inanmışdır. Qonşuluqda yaşayan şəxslərin hər biri, Pərvin Qərhəmanovun, prokurorluq işçisi olduğunu düşünmüşlər. Çünki, Təqsirləndirilən şəxs, hər gün səhər, prokurorluq işçilərinin xüsusi geyim formasında evdən çıxaraq işə getdiyini bildirmiş, hamı Təqsirləndirilən şəxs, işə getdiyini, prokuror işlədiyini düşünmüşdür. Ona görə də hamı, Təqsirləndirilən şəxs, inanaraq ona qarşı xüsusi hörmət saxlamışdır. Təxminən bir il öncə, Təqsirləndirilən şəxs, prokurorluq işçilərinin xüsusi geyim formasını qanunsuz olaraq geyindiyi üçün hansısa metrostansiyada tutulduğunu eşitmişdir, lakin, həmin vaxtdan 1-2 gün keçdikdən sonra yenə də Təqsirləndirilən şəxs, məhəllədə prokurorluq orqanlarının xüsusi geyim formasında görmüşdür. Təqsirləndirilən şəxs, metroda hansısa tanımadığı qıza söz atdığı üçün polis əməkdaşları tərəfindən saxlanıldığını, bir neçə saat sonra sərbəst buraxıldığını bildirmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs, yenə də hər yerə prokurorluq işçilərinin xüsusi geyim formasında getmiş, ona görə o, Təqsirləndirilən şəxs, həqiqətən prokuror işlədiyinə inanmışdır. Təqsirləndirilən şəxs rütbəsində ilk vaxtlar iki ədəd ulduz, bir il sonra isə artıq üç ulduzu olmuşdur. Təqsirləndirilən şəxs, Prokurorluq orqanlarında işlədiyini təsdiq edən xidməti vəsiqəsinin olub-olmaması barədə məlumatsızdır. Şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 30 dekabr 2008-ci il tarixdən 7 oktyabr 2019-cu il tarixədək Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində, 07 oktyabr 2019-cu il tarixdən Bakı Apellyasiya Məhkəməsi üzrə İcra Şöbəsinin icra məmuru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs, 2 ildir ki, tanıyır, sonuncu ilə qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs, həmin əraziyə köçdüyü vaxtdan özünü, hamıya Prokurorluq işçisi kimi təqdim etmiş, hamı Təqsirləndirilən şəxs, prokuror kimi tanımışdır. Təqsirləndirilən şəxs, hər gün səhər Prokurorluq işçilərinin xüsusi geyim formasında, baş leytenant rütbəsində evdən çıxaraq hamını, özünün prokurorluq işçisi olduğuna inandırmışdır. Təqsirləndirilən şəxs, onun, Bakı Apellyasiya Məhkəməsi üzrə İcra Şöbəsinin icra məmuru işlədiyini bildiyi üçün arada bir ondan, bəzi işlər barədə məlumat soruşmuş, o da Təqsirləndirilən şəxs, Prokurorluq orqanlarında işlədiyini zənn etdiyi üçün bəzi hallarda sonuncuya məlumat vermişdir. Şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaqda veridiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid10lə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 101-103-cü vərəqlərində olan protokoldan görünür ki, 25 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş "xxxx" markalı mobil cihaza baxış keçirilmişdir. 25 dekabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, həmin mobil cihazda +**********79 saylı mobil telefon nömrəsi ilə 23.12.2020-ci il tarixdə saat 15:59-da 44 saniyə müddətində danışıqlar aparılmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, +**********79 saylı mobil nömrə Şahid1 İmamverdi oğluna məxsus olmaqla onun istifadəsində olmuşdur. Bundan başqa həmin mobil cihazda “Tarzan” adı ilə qeydə alınmış +**********96 saylı mobil telefon nömrəsi ilə 13.12.2020-ci il, 14.12.2020-ci il, 15.12.2020-ci il, 16.12.2020-ci il, 17.12.2020-ci il və 21,12.2020-ci il tarixlərdə müxtəlif saatlarda danışıqlar aparılmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, +**********96 saylı mobil telefon nömrəsi Şahid4 məxsus olmaqla onun istifadəsində olmuşdur. Daha sonra mobil cihazda “Whatsapp” adlı mobil proqramda Təqsirləndirilən şəxs danışdığı şəxslərin sms cədvəllərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs, müxtəlif şəxslərlə danışığı zamanı özünü Prokurorluq işçisi kimi təqdim etməklə Prokurorluq işçilərinin xüsusi geyim formasında çəkilmiş şəkillərini həmin şəxslərə göndərdiyi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 222-224-cü vərəqlərində olan "xxxx" MMC- dən daxil olmuş 1 ədəd DVD-RW diskə baxış keçirilməsi haqqında 29 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil telefon nömrəsindən Şahid4 istifadəsində olan +**********96 saylı mobil telefon nömrəsi ilə 22.05.2020-ci il tarixdən - 21 dekabr 2020-ci il tarixədək olan müddət ərzində çoxsaylı danışıqlar aparılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş (077) ***-**-** saylı mobil telefon nömrəsindən Şahid4 istifadəsində olan (055) ***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif tarixlərdə “dayı sənə niyə zəng çatmır”, “məhkəməm bitsin yığacam”, “5 dəqiyə çatram”, “bir xəbəi olan kimi yığacam səni”, “1 saata gəlirəm”, “yığıram səni dayı”, “əynimi dəyşiv gəlirəm”, “dayı səbiri ol yığacam deyr zəngimi gözdə.,evdə gözdürəm mütlək görşəcik bu gün”, “gözdə yığıram heş kəs oyun oynamr, "Məni gözdə”, “gözdə yığıram”, “xətdin məşğuldu dayı biznən görüşməy istillər*, “mən vızıf atanda yax m aş bizə”, “yığajam səni gözdə”, “mən heç kəsə ixtiyar verməmişəmki kimsə mənən belə danışa sakit bit yerə çıx zəng vururam” məzmunlu sms-lər göndərilmişdir. Bundan başqa diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil telefon nömrəsindən Şahid1 İmamverdi oğlunun istifadəsində olmuş (070) ***-**-** saylı mobil telefon nömrəsinə 30.11.2020-ci il tarixdə “məllim salam aralanıb burdan yığıram sizi”, (050) ***-**-** saylı mobil telefon nömrəsinə 01.12.2020-ci il tarixdə "məllim hələ gözdüyürəm zəng vursun sizə xəbər edəcəm hazırığlı oiun” və “hələ işə gəlmiyiblər"’ məzmunlu sms-lər göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 154-155-ci vərəqlərində olan şahid qismində dindirilmiş Şahid4 istintaqa təqdim etdiyi 1 ədəd DVD-R formatlı diskə baxış keçrilməsi haqqında 07 yanvar 2021 -ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Şahid4la apardığı danışıqlar zamanı sonuncudan, Ali Məhkəmənin müvafiq qərarını dəyişdirməyə görə pul aldığını təsdiq edir. Cinayət işinin 1-ci cildinin 196-197-ci vərəqlərində olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kadrlar İdarəsindən 15 yanvar 2021-ci il tarixdə daxil olmuş cavab məktubu ilə müəyyən edilmişdir ki, xx xxxxxx 1995-ci il tarixdə Tovuz rayonu, Qaraxanlı kəndində anadan olmuş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbul olunmamış, sonuncu ilə əmək və ya hər hansı işlərin (vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar heç bir müqavilə bağlanmamışdır. Həmçinin, cavab məktubuna əlavə edilmişdir ki, Təqsirləndirilən şəxs, 2018- 2020-ci illər ərzində Azərbaycan Respublikasının Baş Prokurorluğuna işə qəbul olunmaq üçün müraciət etsə də ona, işə qəbul qaydaları barədə ətraflı izahlar verilmiş və prokurorluq orqanlarında dövlət qulluğunun inzibati və yardımçı vəzifələrində boş (vakant) yer olmadığından işə qəbulunun imkan xaricində olduğu barədə məlumat verilmişdir. Cinayət işinin 1-ci cildinin 205-206-cı vərəqləriində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsindən 25 yanvar 2021 -ci il tarixdə daxil olmuş 4737- 1221 nömrəli cavab məktubundan görünür ki, DİN-in Baş X8 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə ünvan 8 ünvanında qeydiyyatda olan xx.xx.1995ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 1-ci cildinin 250-251-ci vərəqlərində olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş 05 fevral 2021-ci il tarixli xidməti məktubdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində sonuncunun yaşadığı ünvan 9 ünvanında xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, fərdi qaydada sürücü işləyən, ünvan 11 ünvanında qeydiyyatda olan Şahid7 Ələsgər oğlu və xx xxxxxx 1981-ci il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonunda anadan olmuş, evli, işsiz, ünvan 12 ünvanında qeydiyyatda olan Şahid8 ilə yaxın münasibəti olmuş, həmin şəxslərlə danışıqlarında özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşı kimi təqdim etmişdir. Cinayət işinin 2-ci cildinin 29-33-cü vərəqlərində olan Bakı şəhər Nərimanov rayon Məhkəməsindən 15 fevral 2021 -ci il tarixdə daxil olmuş 07 fevral 2020-ci il tarixli, 3(005)- 491/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Prokurorluq işçilərinin fərqlənmə nişanı olan hərbi və xüsusi geyim formasını qanunsuz olaraq daşıdığı üçün 07 fevral 2020-ci il tarixdə onun barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə X5 Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən “əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə ’’Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərtə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş, Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib xüsusi geyim forması müsadirə edilməklə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Cinayət işinin 2-ci cildinin 71-ci vərəqində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən daxil olmuş 18 fevral 2021 -ci il tarixli cavab məktubundan İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsində Nurəddin adlı şəxsin işləmədiyi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 192-195-ci vərəqlərində olan ərizədən görünür ki, Şahid1 İmamverdi oğlu, 14 yanvar 2021-ci il tarixdə istintaqa müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 5.000 (beş min) manat məbləğində ziyanın qismən, yəni 3.000 (üç min) manat ödənildiyini, Təqsirləndirilən şəxs barəsində hər hansı bir tələbinin, şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin 2-ci cildinin 106-cı vərəqində olan 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd "xxxx" markalı mobil cihaz, "xxxx" MMCdən daxil olmuş 1 ədəd DWD RW formatlı disk, bundan başqa Şahid4 istintaqa təqdim etdiyi 1 ədəd CD formatlı disklər maddi sübut kimi tanınmışdır. Məhkəmə tərkibi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək verdiyi ifadəsində göstərdiyi xüsusatlara tənqidi yanaşır və bu halı onun özünü məsuliyyətdən yayındırmağa cəhd etmə halı kimi qiymətləndirir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 36-cı bəndində göstərilir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 198-199-cu vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 14 yanvar 2021ci il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 1-ci cildinin 24, 89-93-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Başa çatmış dələduzluq cinayət əməlinə münasibətdə cinayət nəticəsində vurulmuş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cinayətin hakimiyyət nümayəndəsinin xüsusi geyimlərindən və ya sənədlərindən istifadə etməklə törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 310-cu maddəsinə münasibətdə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin təkrarən törədilməsi cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cəza çəkməsinin başlanğıcı 23 dekabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 1 ədəd "xxxx" markalı mobil cihaz onun yaxın qohumlarına qaytarılmalı, Azerfon MMC-dən daxil olmuş 1 ədəd DWD RW formatlı disk, Şahid4 istintaqa təqdim etdiyi 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.2.2, 178.2.4 və 29,178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 310-cu maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,312,2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 23 dekabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 1 ədəd "xxxx" markalı mobil cihaz onun yaxın qohumlarına qaytarılsın, Azerfon MMC-dən daxil olmuş 1 ədəd DWD RW formatlı disk, Şahid4 istintaqa təqdim etdiyi 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Hacıyev Siyavuş

3. Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar