Məhkəmə qərarları › İş №1(101)-887/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-887/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-887/2023 06.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X17, X7 və X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1984-cü ildə Abşeron rayonu, Giləzi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 5 fevral 2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək cəzası 8 (səkkiz) aya endirilmiş, 27 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin həmin cinayət əməlinə görə məhkumluğu ödənilməmiş, Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 6 oktyabr 2023-cü il tarixdə, saat 17:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən 10 avqust 2022-ci il tarixdə, saat 12:00 radələrində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,926 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,075 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 115 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı ünvan 1 ünvana daşıyaraq saxlamış, 16 avqust 2022-ci il tarixdə, saat 17 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq həmin Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,926 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,075 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, daha sonra həmin tarixdə, saat 19:40 dəqiqədə yaşadığı ünvan 1 mənzilə baxış keçirilərkən mənzilin sol tərəfində yerləşən anbar kimi istifadə olunan otaqdakı taxta konstruksiyalı masanın yanından 1 (bir) ədəd qara rəngli torbanın içərisindən təmiz çəkisi 115 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində heroin izləri olan 1(bir) ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni şəxsi istehlak məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananın yaşadığı evindən aşkar edilməsinə münasibətdə Cinayət Məcəllləsinin 234.1-ci maddəsi ilə narkotik vasitə istehlakçısı kimi təqsirli bilərək 3 mart 2023-cü il tarixli ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yerləşən yaşadığı evdə olarkən polis əməkdaşları darvazanın üstündən tullanıb evinə daxil olaraq onu saxlamışlar. Həmin vaxt özünün istifadəsi üçün əlində narkotik vasitə olmuşdur. Belə ki, o, narkotik vasitələr istifadə edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. Polis əməkdaşları onu bölməyə apararaq ittiham aktında qeyd edilən həmin narkotik vasitələri onun üzərindən götürülməsi kimi sənədləşdirəcəklərini bildirmişlər. Polislər həmin predmetləri boynuna götürməsi üçün onu məcbur etmişlər. Onun üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, yalnız narkotik vasitələrin qurudulmuş marixuana növündən istifadə edir.

3. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, narkotik vasitələrdən istifadə etməyə iki ildir başlamışdır. Belə ki, o, narkotik vasitələrin yalnız qurudulmuş marixuana növündən istifadə etsə də, nə heroin, nə metamfetamin və nə də digər növ narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Polis əməkdaşları onu bölməyə apardıqdan sonra üzərində videoçəkilişlə guya şəxsi axtarış və götürmə keçirmişlər. Videoçəkiliş zamanı öz istifadəsi üçün üzərində narkotik vasitə saxladığını bildirmişdir. Çəkiliş zamanı üzərində marixuana, “patı” və heroin olmuşdur. Onu bölməyə apararkən marixuana üzərində olmamış, evdə qalmışdır. Polis əməkdaşları ona 5 qram “kakosu” boynuna almadığı təqdirdə həyətinə külli miqdarda, yəni bir kiloqram narkotik vasitəni qoyaraq onu həbs edəcəklərini bildirmişlər. Polislər evə daxil olarkən isə qarşısında 1-2 baş nəşə olmuşdur. Əvvəllər də narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Hadisədən əvvəl taksi sürücülüyü ilə məşğul olmuşdur.

4. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, saxlanıldığı zaman üzərindən tərəzi aşkar olunmamışdır. Polis əməkdaşları onu bölmədə döymüş, lakin döyülməyi barədə hər hansı hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Polis əməkdaşları həyətə darvazanın üstündən tullanıb daxil olarkən təxminən saat 12 radələri olmuşdur. Həmin vaxt o, evdə yataqda uzanıqlı olmuş, polis əməkdaşları hasardan həyətə tullananda o həmin şəxsləri görməmiş, lakin qəfildən darvazanın qapısının açılaraq 7-8 nəfərin həyətə daxil olduğunu görmüşdür. Hasarın hündürlüyü iki metrə yaxındır. Evin qapısı bağlı olmuşdur. Polis əməkdaşları evə daxil olarkən qaynanası, uşaqları və həyat yoldaşı evdə olmuşdur. Polis əməkdaşları əllərini bağlayaraq evi axtarmağa başlamış, stolun altında olan marixuananı götürmüşlər. Həmin marixuananı şəxsi istifadəsi üçün qonaq otağındakı stolun altında saxlamışdır. Polis əməkdaşları onu bölməyə apardıqdan sonra orada başqa bir torbaya əlavə narkotik vasitə və ondan götürdükləri torbanı da qoyaraq həmin predmetləri boynuna götürməli olduğunu bildirmişlər. Marixuanadan başqa digər narkotik vasitələri videoçəkiliş zamanı polis əməkdaşları üzərinə qoymuşlar. Həm evində, həm də polis bölməsində videoçəkiliş aparılmışdır. Polis əməkdaşları marixuananı yaşadığı evdə mətbəxin yanında anbar kimi istifadə olunan otağa qoyaraq videoçəkilişlə götürmüşlər. O, istintaq təcridxanasına qəbul edilərkən həkim baxışından keçirilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını, hədiyyə vermədiyini, hər hansı narkotik vasitə və ya psixotrop maddə satan şəxsləri tanımadığını, evindən aşkar edilmiş narkotik vasitəni isə tapdığını bildirdi.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, 16 avqust 2022-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmişlər və bir qədər söhbət etdikdən sonra onlarla birlikdə qeyd etdiyi idarəyə getməyə dəvət etmişlər. Etiraz etməyərək həmin polis əməkdaşları ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Baş İdarədə oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə, psixotrop maddə və sair nəsə varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə, ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamini və 1 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxtı əynində olan şalvarın sol yan cibindən 1 ədəd açar, bir qutu siqaret, 1 ədəd “Samsung” markalı mobil telefon və 4 ədəd bank kartı aşkar edilmişdir. Sorğu zamanı polis əməkdaşlarına üzərindən aşkar edilmiş 1 ədəd bükümdə psixotrop maddə metamfetamini və 1 ədəd bükümdə narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayonu ərazisindən İran İslam Respublikası vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsilə özünün istifadə etməsi üçün təxminən bir həftə əvvəl əldə etdiyini bildirmişdir. Həmçinin, sorğu zamanı yaşadığı ünvanda da özünün istifadə etməsi üçün narkotik vasitə olan qurudulmuş marixuana saxladığını demişdir. Həmin vaxt üzərindən aşkar edilmiş bir ədəd açar və siqaret qutusu özünə qaytarılmış, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd “Samsung” markalı mobil telefon və 4 ədəd bank kartları isə polis əməkdaşları tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Digər iştirakçılarla birlikdə tərtib edilmiş protokolu və qablaşdırmanın üzərini imzası ilə təsdiq etmişdir. Daha sonra baxışda iştirak edən şəxslərlə birlikdə yaşadığı ünvan 1 ünvana getmişlər və ərizə ilə müraciət edərək polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları ona, yaşadığı ünvanda qanunla dövriyyəsi qadağan olunmuş hər hansı maddə, əşya varsa təqdim etməyini bildirmişlər. Bu təklifdən sonra yaşadığı evin giriş hissəsindən sol tərəfdə yerləşən anbar kimi istifadə olunan otaqdakı taxtadan hazırlanmış stolun yanında saxladığı 1 ədəd bükümdə qara rəngli torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbanın içərisindən açıq yaşıl rəngli qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş həmin qurudulmuş marixuana və tərəzi polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır, bu barədə protokol tərtib edilmişdir. Digər iştirakçılarla birlikdə tərtib edilmiş protokolu və qablaşdırmanın üzərini imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarəyə dəvət edildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı, həmçinin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 12 ünvanına baxış keçirilən zaman üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamini, polis əməkdaşları tərəfindən saxlanılan gündən təxminən bir həftə əvvəl, yəni, 10 avqust 2022-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində, hazırda xatırlamadığı ünvanda, yolun kənarından tapmışdır. Lakin üzərindən, həmçinin yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamini İran İslam Respublikası vətəndaşı olan “Məhəmməd” adlı şəxsdən almamışdır, “Məhəmməd” adlı şəxsi ümumiyyətlə tanımır. İlkin ifadələrində narkotik maddənin təsiri altında olduğuna, həyəcanlı vəziyyətdə olduğuna görə yuxarıda qeyd etdiyi maddələri İran İslam Respublikası vətəndaşı olan “Məhəmməd” adlı şəxsdən aldığını bildirmişdir. Bir daha Məhəmməd adlı şəxsi tanımadığını bildirmiş, ondan hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş maddə almamışdır. O, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri özü istifadə etmiş, elektron tərəzini də həmin maddələrinin çəkisini müəyyən etmək üçün yaşadığı evdə saxlamışdır. Üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddələri hər hansı bir şəxsə satmaq və ya vermək niyyəti olmamışdır. Üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroin, qurudulmuş marixuana, həmçinin psixotrop maddə olan metamfetamindən əlavə bu və ya buna bənzər qanunla əldə edilməsi və saxlanılması qadağan olunan əşya və ya predmetlərdən digər hər hansısa bir yerdə saxlamamış, həmçinin başqa hər hansısa bir yerə yerləşdirməmiş, başqa hər hansısa bir yerdə bənzər əşya və predmetlərdən gizlətməmişdir. Narkotik vasitə qəbul etməsindən yaxınları və ya ətrafında olan şəxslərdən məlumatı olan hər hansı bir şəxs yoxdur. Üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 4 ədəd bank kartlarını təxminən bir ay bundan əvvəl yolun kənarından tapmış, kimə məxsus olmalarını bilmir, həmin kartlardan heç bir məqsəd üçün istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis İdarəsinə gətirilərkən, yaşadığı evə baxış keçirilərkən ona qarşı hər hansı şəxs tərəfindən hər hansı bir fiziki və ya psixoloji güc və ya vasitə tətbiq etməmişlər. Hər hansı bir xəsarət almamış və xəsarəti yoxdur. Hər hansı şikayəti, tələbi və təklifi yoxdur. (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 43- 45; 61-62; 75-77; 240-244;).

6. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələr elan edildikdən sonra o, 31 mart 2023-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında həm narkotik vasitə heroin və marixuana, həm də psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirdi.

7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

9. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki X19 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi, qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 16 avqust 2022-ci il tarixdə özü və Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 16 avqust 2022-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və birlikdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlməyə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi İdarəyə gəlmiş və İdarənin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan predmetləri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər və 1 ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlələri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərdən birinin içərisində olan psixotrop maddə “patı”, “şüşə” kimi tanınan metamfetamin, digərinin içərisində olan narkotik vasitə “kola”, “kakos” kimi tanınan heroin olduğunu bildirmişdir. Həmin metamfetamin və heroini təxminən bir həftə əvvəl, yəni 2022-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində Məhəmməd adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə özünün istifadə etməsi üçün əldə edib əynindəki göy rəngli şalvarının sağ yan cibinə qoyaraq yaşadığı ünvan 1 ünvanın yaxınlığına daşıyaraq üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 4 ədəd bank kartı, 1 qutu siqaret və 1 ədəd açar aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon, 4 ədəd bank kartı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 1 qutu siqaret və 1 ədəd açar onun özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda da narkotik vasitə saxladığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər və narkotik vasitə olan heroinə bənzər maddə, həmçinin, 1 ədəd “Samsung” markalı mobil telefon və 4 ədəd bank kartı qablaşdırılaraq DİN-in möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasında iştirak edən şəxslərlə birlikdə onun yaşadığı ünvan 1 ünvana getmişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxışı keçirməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə olması ehtimal edilən narkotik vasitə, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşya və sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin giriş hissəsindən sol tərəfdə yerləşən anbar kimi istifadə olunan otaqdakı taxta konstuksiyalı masanın yanında saxladığı, içərisində yaşıl rəngli qurudulmuş marixuanaya bənzər maddə və 1 ədəd elektron tərəzi olan qara rəngli torbanı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin torbanın içərisində olan narkotik vasitənin qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı təxminən bir həftə əvvəl, yəni 2022-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində Məhəmməd adlı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə özünün istifadə etməsi üçün əldə edib yaşadığı ünvan 1 ünvana daşıyaraq həmin evdə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirilsə də əhəmiyyət kəsb edə biləcək hər hansı əşya, predmet və sair əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 ədəd qara rəngli torba, içərisində olan narkotik vasitə kimi tanınan qurudulmuş marixuanaya bənzər kütlə və elektron tərəzi ilə birlikdə qablaşdırılaraq DİN-in möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə xeyli müddətdir məlumatları olmuş, bununla bağlı əvvəllər bir neçə dəfə məxfi əməkdaşlardan Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr satması barədə məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşımada təqsirli bilindiyinə görə Bakı şəhəri, Yasamal RPİ-nin əməkdaşları tərəfindən iki dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və onun barəsində olan cinayət işləri aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Nəhayət keçirilmiş zəruri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə üzərində və yaşadığı evdə saxlamaqda şübhəli bilinərək saxlanılmaqla istintaqa təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri kimdən alması və həmçinin kimlərə satmasına dair əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. Bununla bağlı məxfi əməkdaşlardan alınmış məlumatlar əsasında və Təqsirləndirilən şəxs yaşadığı ünvanın ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddələri kimlərə satacağı barədə bir neçə şəxsin ad və ləqəblərini müəyyən etmiş, bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, həmçinin qurudulmuş marixuananı haradan nə vaxt, necə və kimdən əldə etməsi barədə xidmət etdiyi Baş İdarənin digər əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş, mənbə ilə bağlı hazırı tarixədək hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmamış, lakin əməliyyataxtarış tədbirləri davam etdirilir.

10. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin mühüm işlər üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və şahid Ülfan Babayevlə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı ona daxil olmuş, yaradılmış əməliyyat qrupunun rəhbəri özü təyin edilmiş, Ülfan Babayev isə qrup üzvü kimi əməliyyat tədbirində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdən sonra onun ərizəsi və razılığı əsasında evində baxış keçirilməsi üçün getmişlər. Evdə baxış keçirilərkən hər hansı kənar şəxsi görməmişlər.

11. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qızının əridir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini bilmişdir. O, hadisə baş verən gün evdə olmuş, qəfildən səs-küy eşitmiş və bir nəfər şəxsin həyətin darvazasından tullanaraq həyətə daxil olaraq qapını içəridən açdığını görmüşdür. Daha sonra beş-altı nəfər evə daxil olaraq Təqsirləndirilən şəxs saxlayaraq onu döyməyə başlamışlar. Polis əməkdaşları olduğunu bildiyi şəxslər haradan götürdüklərini görmədiyi kağız parçasında narkotik vasitə marixuana və bir-iki büküm nə olduğunu bilmədiyi maddəni masanın üzərinə qoymuşlar. Polis əməkdaşları daha sonra onları evdən çölə çıxartmış və bu səbəbdən evin içərisində nə baş verdiyini bilməmişdir. Polis əməkdaşlarının narkotik vasitəni haradan götürdüklərini görməmiş, ehtimal edir ki, Təqsirləndirilən şəxs cibindən çıxartmışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin hansı növündən istifadə etməsini bilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ailə üzvləri ilə münasibəti yaxşı olmuşdur. Polis əməkdaşları evə daxil olan zaman o, evin qonaq otağında olmuş, Təqsirləndirilən şəxs isə mətbəx otağında olmuşdur. Evin qonaq otağından həyətin giriş qapısı göründüyündən o, polis əməkdaşlarının həyətə daxil olmasını görmüşdür. Polis əməkdaşları Təqsirləndirilən şəxs evin həyətində, evin giriş qapısının qarşısında saxlamışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə evə daxil olmuş, onu və ailə üzvlərini həyətə çıxartmışlar. Təqsirləndirilən şəxs polis əməkdaşları aparmış, 10 dəqiqədən sonra gəlib evdə videoçəkiliş aparmışlar. Qızı polisə zəng etmək istəyən zaman polis əməkdaşları mobil telefonu onun əlindən almışlar. Sonralar hər hansı hüquq mühafizə orqanına şikayət etməmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs fiziki təzyiq etmişlər.

12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 16 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,926 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,075 qram olan psixotrop maddə metamfetamin, həmçinin yaşadığı evdən 1 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 115 qram olan narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzinin aşkar edilməsi faktına görə Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X28 tərəfindən 17 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v.1;)

14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 16 avqust 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 12 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki X8 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v 3-8).

15. Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin Baş İdarənin rəisi, polis general mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 16 avqust 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (Cild 1, 58;).

16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili, müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 18:30-dan 18:38-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X24 tərəfindən həmin Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki X19 və əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və müdafiəçi X6 iştirakı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 2 (iki) ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümlərdən birinin içərisindən ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, digər bükümdə isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan göy rəngli şalvarın sağ yan cibindən çıxarılaraq təqdim etdiyi 2 (iki) ədəd bükümün içərisindəki kütlə psixotrop maddə metamfetamin və narkotik vasitə heroindir, həmin heroin və metamfetamini Bakı şəhəri, Yasamal rayonu ərazisindən İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsilə şəxsi istifadəsi üçün alıb üzərində saxlayaraq daşımışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən əynində olan şalvarın sol yan cibindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək 1 (bir) ədəd mobil telefon, 4 (dörd) ədəd bank kartı, 1(bir) ədəd siqaret qutusu və 1(bir) ədəd açar aşkar edilmişdir. Daha sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 6 (altı) qram olması müəyyən edilmişdir. Daha sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 5 (beş) qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənmiş, həmçinin 1 (bir) ədəd mobil telefon və 4 (dörd) ədəd bank kartı götürülmüş, açar və siqaret isə onun özünə qaytarılmışdır. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələri Bakı şəhəri, Yasamal rayonu ərazisindən İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsi ilə istifadə etmək məqsədi ilə əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, ***-***-**-** saylı mobil telefon nömrəsini işlətdiyini, əlavə olaraq Yasamal rayonunda yaşadığı evdə narkotik vasitə saxladığını, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini və həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra istintaq hərəkəti təhqiqatçı tərəfindən dayandırılmışdır. İstintaq hərəkəti zamanı “Sony” markalı videokameradan istifadə edilməklə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən videoçəkiliş aparılması və videoçəkilişin “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra həmin gün, saat 18:40-dan 19:00-dək bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir. (Cild 1, i.v. 32; 33-35;)

17. “Evə baxış və götürmə aparılması haqqında” 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili, müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 19:40-dan 19:50-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X24 tərəfindən həmin Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki X19 və əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və müdafiəçi X6 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yazılı razılıq ərizəsi və onun və müdafiəçisinin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 12 ünvanında baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zaman Təqsirləndirilən şəxs yaşadığı evdə əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin giriş hissəsindən sol tərəfdə yerləşən, anbar kimi istifadə olunan otaqdakı taxta konstruksiyalı masanın yanında saxladığı 1(bir) ədəd qara rəngli torbanı təqdim etmiş və həmin torbanın içərisindən 1(bir) ədəd bükümdə açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və 1(bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 124 (bir yüz dörd) qram olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər maddəni Bakı şəhəri, Yasamal rayonu ərazisindən İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsilə şəxsi istifadəsi üçün alıb yaşadığı evə daşıyaraq saxlamışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd torba, içərisindəki qurudulmuş marixuanaya bənzər maddə və elektron tərəzi ilə birlikdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək və zərfin üzərində iştirakçılar tərəfindən müvafiq imzalar çəkilərək götürülmüşdür. Bundan sonra evə baxışın videoçəkilişi təhqiqatçı tərəfindən dayandırılır. İstintaq hərəkəti zamanı “Sony” markalı videokameradan istifadə edilməklə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra həmin gün, saat 20:30-dan 21:00-dək bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir. (Cild 1, i.v. 36-39;)

18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Mənzilə baxış və götürmə aparılması haqqında” 16 avqust 2022-ci il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 7 dəqiqə 22 saniyə və 9 dəqiqə 9 saniyə olan həmin videogörüntülərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq A.N.İsmayılzadə tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 15 dekabr 2022 və 16 dekabr 2022-ci il tarixli protokollarla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış, habelə mənzildə baxış və götürmə istintaq hərəkətləri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, xüsusilə mənzildə baxış zamanı fəal olması müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 143-144;146-147;)

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/4364 saylı, 17 avqust 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7 №”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,926 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,075 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” yazısı olan kağız paketdəki 1 (bir) ədəd arxasında “DBJB: 500g x 0.01g” yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in və metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahılarına daxildir. Heroinin təmiz çəkisi 4,926 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,826 qram. Metamfetaminin təmiz çəkisi – 4,075 qram, tədqiqata sərf edildi – ümumi 0,1 qram, qalıq – 3,975 qram. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. (Cild 1, i.v. 46-49;)

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 7/900 saylı, 17 avqust 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazıları və imzalar olan kağız paketdəki polietilen torbanın içərisində 01 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 115 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir ədəd bağlamada olduğu üçün müqayisəli tədqiqat aparmaq mükün deyil. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Marixuananın təmiz çəkisi – 115 qram, tədqiqata sərf edilən miqdar – 0,1 qram, qalıq – 114,9 qram. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. (Cild 1, i.v. 53-56)

21. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarının təsviri hissəsindən görünür ki, məhkəmə iclasında iştirak etmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittihamda özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, o, saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır.

22. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 2 dekabr 2022-ci il tarixli qərar və müvafiq raportdan görünür ki, müstəntiq X21 xidməti iş yerinin dəyişməsi ilə bağlı cinayət işi üzrə istintaqın davam etdirilməsi 2 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X9 həvalə edilmiş və sonuncu tərəfindən həmin tarixdə icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. (Cild 1, i.v. 122-123)

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 6 sentyabr 2022-ci il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və qərarların surətindən görünür ki, Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 5 fevral 2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək cəzası 8 (səkkiz) aya endirilmiş, 27 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin həmin cinayət əməlinə görə məhkumluğu ödənilməmiş, Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin iş üzrə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 16 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökm 9 mart 2023cü il tarixdə qanuni qüvvəyə minmişdir. (Cild 1, i.v 111-121; 200-204;Cild 2)

24. Ambulator komisyon məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 5116 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v.154-155)

25. Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Məmmədovun 6 yanvar 2023-cü il tarixli, ***-**** nömrəli və həmin X5 bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru, Anar Şıxəliyevin 17 yanvar 2023-cü il tarixli, 3-13-53/2-2487 nömrəli məktublarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin və qurudulmuş marixuananı, psixotrop maddə metamfetamini və üzərində narkotik vasitə heroinin izləri olan qara rəngli elektron tərəzini əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin onun qeyd edilən əşya və predmetləri əldə etdiyi mənbəni, habelə narkotik vasitə və psixotrop maddələri satmış şəxslərin müəyyən edilməsi mümkün olmamışdır. (cild 1, i.v.188;199;)

26. Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 3418 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, i.v. 190- 192).

27. “Sübutların qiymətləndirilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli qərara və müvafiq raporta əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,926 qram narkotik vasitə heroin, 4,075 qram psixotrop maddə metamfetamin, 115 qram narkotik vasitə qurudulmuş marixuana, üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi, “Şəxsi axtarış və götürmə” və “Evə baxış və götürmə” istintaq hərəkətləri zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 (iki) ədəd disk, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş **********116045, **********257795, **********625632 və **********945045 nömrəli bank kartları maddi sübut kimi tanınmış, ekpertiza tədqiqatından sonra qalıq qalmış 4,826 qram heroin, 3,975 qram metamfetamin, 114,9 qram qurudulmuş marixuana, üzərində heroin izləri olan 1(bir) ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə raportla təhvil verilmiş, “Şəxsi axtarış və götürmə” və “Evə baxış və götürmə” istintaq hərəkətləri zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işi materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş **********116045, **********257795, **********625632 və **********945045 nömrəli bank kartları isə cinayət işindən ayrılmış cinayət işinə əlavə edilmişdir. Həmin qərarla həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefonda istifadə edilən ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə ötürülən məlumatlar, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş bank kartı sahiblərinin əməllərinə ayrılmış cinayət işində qiymət veriləcəyinin nəzərə alınması qeyd edilmişdir. (Cild 1, i.v.205-222;256;)

28. “Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroin, külli miqdarda psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaqı aparılır. (Cild 1, i.v.224-226)

29. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq A.N.İsmayılzadə tərəfindən 29 yanvar 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 2 fevral 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.257-272;).

30. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd plastik bank kartları ilə bağlı məlumatların götürülməsinə dair məhkəmə qərarı əsasında həmin bank tərəfindən təqdim edilmiş məlumatlara əsasən **********116045 və **********625632 nömrəli plastik kart X14, **********257795 nömrəli plastik kartın X11 və **********945045 nömrəli plastik kartın isə X18 adına olması müəyyən edilmişdir. Qeyd edilən plastik bank kartları üzrə çıxarışlar, anket məlumatlar və ATM vasitəsilə nağdlaşdırmaya dair təqdim edilmiş mövcud görüntülər proses iştirakçıları ilə birlikdə məhkəmə iclasında tədqiq edilmişdir. Qeyd edilən kartlardan X14 adına olan plastik bank kartı üzrə xx.xx.2022-xx.xx.2022-ci il dövrü üzrə 1260 manat mədaxil olunduğu və həmin məbləğdə də məxaric olunduğu müəyyən edilmişdir. X1 adına olan plastik bank kartı üzrə xx.xx.2022-xx.xx.2022-ci il dövrü üzrə 1308,81 manat mədaxil olunduğunu və həmin məbləğdə də məxaric olunuduğu müəyyən edilmişdir. Eyni zamanda X11 adına olan digər plastik bank kartı üzrə xx.xx.2022xx.xx.2022-ci il dövrü üzrə 175,00 manat mədaxil olunduğunu və həmin məbləğdə də məxaric olunduğu müəyyən edilmişdir. Qeyd edilən bank kartlarına müxtəlif hesablardan və ödəmə terminallarından müxtəlif məbləğlərdə, yəni təxminən 20 manatdan 100 manatadək məbləğdə pul vəsaitlərinin köçürülməsi müəyyən edilmişdir.

31. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər, anten məlumatları və sms-mesajlar məhkəmə qərarı ilə əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Tədqiqat zamanı həmin nömrələrə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı müxtəlif məzmunlu sms-mesajların olması müəyyən edilmişdir. Belə ki, ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif mobil telefon nömrələrindən “DAŞ X37 X34”, “Axşamın xeyir qaqa Rüfetdi. 5 var aramızda 10 da verim mene bir şey ver veziyettim pisdi”, “Qaqaş alik mənən 01 mal verib 10 manat pul vermişəm 5 manatda sən verəsiydin mənə. 15 manat pula 01 mal verib mən nətər edim”, “Ziya qedeş menem orxan. Qaqa dünən xəbərim olmayıb mənə 150 manat fişa pul soxublar biqeyret mən də bilməmişəm 50sin sənə vermişəm”, “Salam mən narahat etdim bağışlayın. Amma daş varsa gəlib götürərdimdə olar?”, “Menim malımı ver necə saatdır seni gözdurem.”, “Qardas yoldayam 35 m obşı senedin pulu ayrı-ayrı olacak k.” və sair məzmunlu jarqon ifadələrlə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə bağlı sms-mesajlar daxil olmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon nömrəsinə xx.xx.2022, 20:30:01 tarixdə “Qaqa yarı kola, 10 patı. Qardasımsan çox lengimiyim, onu kloka ikisini de yaxşı paket et, aqzıma atram, trasterefdeyem 5 deyqeye burdan yavaş-yavaş qalxajam kuçenin başına” məzmunlu sms-mesaj göndərilmişdir. Həmçinin ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif mobil telefon nömrələrindən “Ziya hele atmıyıb. Ama vota votdu atacaq.”, “Qaqa allah hakkı axşam da atmayıb. Bugün ne olur olsun hell edece”, “Ziya balalar canı lomkadan ayağa dura bilmirəm.utandığımdan telfonuvu da açmıram ki, tupuresen sifetime atacaq bu gün.” və sair narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə bağlı məzmunda sms-mesajlar daxil olmuşdur.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kompüter texniki ekspertizasının 5/04 saylı, 24 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 7.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J5” markalı “SM-J510FN” modelli “**********37417; **********37415” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim olunan “Samsung Galaxy J5” markalı “SM-J510FN” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “VhatsApp” proqram təminatı vasitəsilə aparılmış foto, audio fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olunmuşdur (bax rəyə əlavə olunmuş bir ədəd CD-R diskə). Rəyin “Tədqiqi hissəsi”nin 3cü bəndində göstərilən səbəblərə (texniki) görə təqdim edilmiş “Samsung Galaxy J5” markalı “SM-J510FN” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “VhatsApp” proqram təminatı və digər sosial şəbəkələr vasitəsilə aparılmış məlumat məlumat mübadilələri və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə (texniki) görə təqdim edilmiş “Samsung Galaxy J5” markalı “SM-J510FN” modelli mobil smartfonun yaddaşında quraşdırılmış “VhatsApp” proqram təminatı vasitəsilə aparılmış məlumat (çat seansı və sairə) mübadiləsinin aparılıb-aparılması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. (Cild 2;)

33. Müdafiə tərəfinin vəsatəti əsasında hökmün 32-ci bəndində qeyd edilmiş məhkəmə kompüter texniki ekspertizası rəyinə əlavə edilmiş bir ədəd CD-R diskdə olan audio fayllardakı məlumatlar məhkəmə iclasında Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər proses iştirakçılarının iştirakı ilə dinlənilməklə baxış keçirilmişdir. Baxış zamanı çoxsaylı audio fayllar məhkəmə iclas zalında dinlənilməklə tədqiq edilmişdir. Baxış zamanı təqsirləndirilən şəxsin mobil telefonundan bərpa edilərək silinmiş faylların köçürüldüyü bir ədəd diskdə öz əksini tapan audio fayllarda “Ay Məhəmməd, Yaz da, gör nə vaxtdandı mən sənə yazmışam, sən cavab vermirsən? Bir saat bundan qabaq. 1000 manat var, gedib vurum? 50 kola eliyərsən onda. Dayan görüm nə qədər edir 50 kola. Yox, 10 edək patını. 1050-lik olsun. Hazırlatdırırsan Məhəmməd, gedim marketə, tez elə day.”, “Ziya necəsən qaqa? Sən keçmisən bu yana? Birazdan keçəcəksən ya indi? Qardaşın üçün gör neynirsən. 300-500 gör qardaşın üçün düzəlirsə kömək et.”, “Ziya ot düzəlt, Əhəd bu tərəfdən. Elə bil ki 50 qramına 600 manat. İstəyirsən qramla götürüm sənin üçün, istəyirsən yeşiklə. Yeşik sərf edir sənə? , “Qaqa sən bidənə çat, mənimlə svyaza çıx, uşaqlar var, istəyirlər də, mən onlara qiymət deyim, təbiəti görmək istəyirlər də başa düşdün necə, sən bidənə mənə qiymət de”, “Ay brat yatmamısansa, səni də narahat etmirəmsə, şeyin zadın varsa gələrdim bir yerdə çəkərdik imkan varsa” və sair məzmunda narkotik vasitələrin və psixotrop maddələrin alış və satışına dair jarqon ifadələrlə çoxsaylı audio yazıların olması müəyyən edilmişdir. Həmin audio-səs yazıları həddən artıq çox olduğundan müdafiəçi və təqsirləndirilən şəxsin, o cümlədən dövlət ittihamçısının vəsatətinə əsasən sübutların kifayət etməsi nəzərə alınaraq digərlərinin məhkəmə iclasında tədqiq edilməsinə zərurət bilinməmişdir. Həmçinin baxış zamanı təqsirləndirilən şəxsin mobil telefonundan silinmiş məlumatların bərpa edilərək köçürüldüyü bir ədəd diskdə olan çoxsaylı foto fayllar məhkəmə iclas zalında olan monitor vasitəsilə bütün proses iştirakçılarının izləyə biləcəyi şəkildə ekranda əks etdirilərək izlənilmişdir. Həmin foto (İMAGE) fayllardan 18 (on səkkiz) foto elektron tərəzinin üzərinə müxtəlif miqdarlarda narkotik vasitə və psixotrop maddələrə bənzər predmetlərin qoyularaq fotoşəkillərinin çəkilməsi, digərlərinin isə çoxsaylı müxtəlif məbləğlərdə pul məbləğlərinə dair qəbzlərin fotoşəkilləri, habelə müxtəlif ünvan və məkanların fotoşəkillərinin olması müəyyən edilmişdir. (Cild 2)

34. Müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 7526/2022-ci il tarixli məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinədən keçirildiyini və həm özünün deməsinə, həm də müayinəyə əsasən üzərində hər hansı xəsarətin olmaması müəyyən edilməmişdir. (Cild 2)

35. Eyni zamanda hökmün 27-ci bəndində göstərilən qərara əsasən “Samsung Galaxy J5” markalı “SM-J510FN” modelli “**********37417; **********37415” “imei” kodlu mobil mobil telefonla bağlı məsələlərə ayrılmış cinayət işində qiymət veriləcəyinin nəzərə alınması qeyd edilmişdir (Cild 1, i.v.205-222;256;)

36. AZ-İ 245205 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs X4 ilə nikahı 1 sentyabr 2006-cı ildə 717 nömrə ilə Bakı şəhəri, Yasamal Rayon VVADQ şöbəsi tərəfindən qeydə alınmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. (Cild 1, i.v.63;)

37. AZE seriyalı 12291960 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Röya Məmmədova 11 noyabr 2008-ci il tarixdə doğulmaqla atası Təqsirləndirilən şəxs, anası X2r (Cild 1, i.v.64)

38. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən Nəbi Məmmədov 28 avqust 2007-ci il tarixdə doğulmaqla atası Təqsirləndirilən şəxs, anası X2r.

39. AZ-İİ 347092 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 26 aprel 2023-cü il tarixdə travmatik subdural qansızmadan vəfat etmişdir. (Cild 1, i.v.63;) Əməlin tövsifi və digər hüquqi məsələlər:

40. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

41. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

43. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

45. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

46. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram, Siyahıların İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndində isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

47. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 4,926 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 32 dəfə, külli miqdarından isə təxminən 2 dəfə artıq olması, habelə 4,075 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının isə şəxsi istehlak miqdarından təxminən 27 dəfə, külli miqdarından isə təxminən 2 dəfə artıq olması, 115 qram olan narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından 23 dəfə çox olması, eyni zamanda üzərində heroinin izləri olan bir ədəd elektron tərəzinin aşkar edilməsi, habelə istifadəsində olan mobil telefon nömrələrinə daxil olmuş və çıxmış sms-mesaj yazışmalar və mobil telefonundan silinmiş bəzi bərpa edilmiş audio, foto və sair fayllardakı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair yazışmalar, danışıqlar və görüntülərin müəyyən edilməsi onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

48. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmaması, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə edərək daşıyaraq saxlaması, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin ümumiyyətlə olmaması, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinin izləri olan elektron tərəzinin ona məxsus olmaması, ittihamda göstərilən yerdə və vaxtda deyil başqa yerdə və vaxtda tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

49. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonundan silinmiş çoxsaylı audio, foto və sair faylların bərpa edilərək məhkəmədə tədqiq edilməsi zamanı, Təqsirləndirilən şəxs şəxsiyyətləri ibtidai istintaq orqanı tərəfindən ayrıca cinayət işində araşdırılan şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən yazışmalar və danışıqlar aparması, habelə mobil telefonun kamerası vasitəsi ilə narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələrin elektron tərəzidə çəkilməsini əks etdirən müxtəlif görüntülər də Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini, habelə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində və yaşadığı evə daşımaqla saxladığını təsdiq edir.

50. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs qayınanası X12 birincinin narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmaması, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin ümumiyyətlə olmaması, ittihamda göstərilən yerdə və vaxtda deyil başqa yerdə və vaxtda tutulması ilə bağlı məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi qohumu Təqsirləndirilən şəxs müdafiə xarakteri daşımaqla sonuncunun ağır cinayət əməli törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün və Təqsirləndirilən şəxs işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, X12 həmin ifadəsi ziddiyyətli olmaqla, işin faktiki halları ilə tam şəkildə təkzib edilir. Hətta N.Q.Cabarovanın məhkəmədə Təqsirləndirilən şəxs saxlanılması yeri kimi Təqsirləndirilən şəxs özündən fərqli olaraq evin həyətində polis əməkdaşları tərəfindən saxlanılaraq daha sonra birlikdə evə daxil olmalarına dair, həmin polis əməkdaşlarından birinin məhkəmə iclas zalında qarşısında əyləşməsinə baxmayaraq, yalnız Təqsirləndirilən şəxs yönləndirməsi ilə tanıdığının bildirməsi, N.Q.Cabarovanın ifadəsinə tənqidi yanaşılmalı olduğunu bir daha təsdiq edir.

51. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

52. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

54. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

55. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

56. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin istehlakçısı olmaqla yanaşı digər istehlakçılarla razılıq əldə etməsinə dair mobil telefon vasitəsilə aparılmış müxtəlif sms-mesaj yazışmaların, audio və foto faylların aşkar edilməsi, satış üçün külli miqdarda psixotrop maddəni və narkotik vasitəni ayrı-ayrı bükümlərdə qablaşdırması, yaşadığı evdən üzərində heroinin izləri olan elektron tərəzinin aşkar edilməsi və sair hallar nəticədə ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini, narkotik vasitə qurudulmuş marixuananı və heroini satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

57. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

58. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs hökmün 21-ci bəndində qeyd edildiyi kimi barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən müdafiəçisinin iştirakı ilə məhkəmədə saxlanılarkən heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamasını bildirmişdir. Hökmün 34-cü bəndində qeyd mötəbərliyi şübhə altına bilinməyən edilmiş sənədlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

59. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

60. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

61. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

62. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

63. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

64. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

65. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

66. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

67. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

68. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

69. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

70. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, törədilməsində özünü təqsirli bildiyi cinayət əməlinə münasibətdə peşman olmasını bildirməsini və atasının hadisədən sonra vəfat etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

71. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (hökmün 23-cü bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.

72. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

73. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinin tələbinə görə isə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

74. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlinə görə cəza təyin edilməli, daha sonra isə CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı iş üzrə təyin ediləcək cəza qismən toplanılmaqla ona yekun cəza təyin edilməlidir.

75. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

76. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

77. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

78. Belə ki, hazırkı cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmişdir. (hökmün 23-cü bəndi)

79. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

80. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 16 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v.23-24, 90-94)

81. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 avqust 2022-ci il tarixdən hesablanmalı və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs həmin iş üzrə məhkəməyədək icraat zamanı 16 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət hazırkı iş üzrə ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.

82. Məhkəmə hökmün 24-cü bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

83. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.

84. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsində saxlanılan bir ədəd elektron tərəzi cinayət törədilərkən istifadə etdiyi alət və vasitə kimi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır.

85. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 4,826 qram olan narkotik vasitə heroin, 3,975 qram olan psixotrop maddə metamfetamin və 114,9 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 4 (dörd) ədəd **********116045, **********257795, **********625632 və **********945045 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartların hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 4 (dörd) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

86. CPM-ə sasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

87. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 192 (bir yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

88. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

89. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

90. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı 16 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 16 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 4,826 qram olan narkotik vasitə heroin, 3,975 qram olan psixotrop maddə metamfetamin və 114,9 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 1 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın və 4 (dörd) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan 192 (bir yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar