Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-887/2024 29.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X9 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 04 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 5, mənzil 22-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nizami rayonu, Babək prospektində nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamış və satmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 6,763 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində həmin narkotik vasitə heroinin bir hissəsini, yəni 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,271 qram, 0,965 qram və 2,227 qram, ümumi təmiz çəkisi 4,463 qramını Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Audi Center” avtomobil mərkəzinin yaxınlığında Cəfər-zadə Fuad Roqday oğlu və Şahid1 üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** mobil nömrəsi və balansında 2 (iki) manat danışıq dəqiqələri olan, qara rəngli, 32 (otuz iki) giqabayt yaddaşa malik 1 (bir) ədəd dəyəri 700 (yeddi yüz) manat, Çin istehsalı olan “Poco” markalı, “M2103K19PG” modelli mobil telefonun müqabilində satmış, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Fuad Cəfər-zadə və Şahid1 ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb ünvan 2 ünvanda yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilərək şöbədə Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs satdığı 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,271 qram və 0,965 qram, ümumi təmiz çəkisi 2,236 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Fuad Cəfər-zadənin üzərində şəxsi axtarış aparılarkən isə əynindəki qara rəngli şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs satdığı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,227 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o, xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Audi Center” avtomobil mərkəzinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli uzunqol köynəyinin cibində saxladığı, Şahid1 və Fuad Cəfər-zadənin üzərindən aşkar edilmiş narkotik vasitə ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,693 qram, 0,458 qram, 0,479 qram və 0,670 qram olmaqla, ümumi təmiz çəkisi 2,300 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə olmamışdır. İyun ayında onunla eyni məhəllədə yaşayan Fuad adlı dostu onunla görüşmüş və həmin vaxt Fuadın telefonu onun maşınında qalmışdır. Sonra Fuad ona zəng edib onun maşınında qalmış telefonu istəmiş və bundan sonra onlar növbəti günün səhərisi telefonu Fuada verməsi üçün görüş təyin etmişlər. O, Fuad ilə görüşən zaman Fuadın yanında olan 7-8 nəfər polis əməkdaşı onu saxlamışdır. Polis əməkdaşları onu saxladıqdan sonra 24-cü Polis Bölməsinə aparmışlar. Orada ona qarşı fiziki təzyiq göstərilmiş, habelə polis əməkdaşları orada onu döymüşlər. Nəticədə o, məcbur qalaraq etirafedici ifadə vermişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı ifadə verməmiş, yalnız cinayət işi üzrə ibtidai istintaq tamamlanan zaman müstəntiq onun yanına gələrək sənədlərə imza çəkməsini ona təklif etmiş, lakin həmin sənədləri imzalamamış, habelə onun maşınında qalmış mobil telefon Fuadın işlətdiyi telefon olmamış, başqa telefon olmuş, Fuad ilə Babək prospektində yolun qırağında görüşməli imiş, Fuad ora tək gəlməmiş, əksinə polis əməkdaşları ilə birlikdə gəlmiş, polis əməkdaşları onu Polis bölməsinə apardıqdan sonra orada polis əməkdaşları tərəfindən döyülmüş, həmin vaxt döyülməsinin səbəbini bilməmiş, əvvəllər narkotik vasitə istifadə etdiyinə 5 (beş) dəfə məhkum olunmuş, əsasən narkotik vasitə heroindən istifadə etmiş, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə heroin olmamış, əvvəllər Fuada narkotik vasitə satmamış, lakin tez-tez Fuad ilə birlikdə narkotik vasitə istifadə etmiş, onun və Fuadın üzərinə videoçəkilişlə baxış keçirilmiş, həmin görüntülərdə üzərində narkotik vasitə heroin olduğunu bildirsə də, həmin narkotik vasitə ona məxsus olmamış, döyüldüyünə görə videogörüntüdə etirafedici ifadə vermiş, videogörüntüdən əvvəl narkotik vasitəni onun cibinə polis əməkdaşları qoymuşlar, narkotik vasitəni onun cibinə qoyan polis əməkdaşının adını bilmir, barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə hakimə ona təzyiq göstərildiyini və döyüldüyünü bildirmiş, lakin hakim ona demişdir ki, “mənlik deyil”, dövlət hesabına təyin olunmuş vəkil onun üzərində şəxsi axtarış keçirilən zaman orada iştirak etsə də, həmin vəkil onu müdafiə etməmiş, vəkil sadəcə olaraq orada oturmuş, döyülməsi ilə bağlı heç bir orqana müraciət etməmiş, bunun səbəbi isə ondan ibarətdir ki, həmin vaxt ağrıları olmuş, istintaq təcridxanasına daxil olan zaman üzündə və belində xəsarət izi olmuş, eləcə də dişi sınmış, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində olmuş mobil telefonun nömrəsini xatırlamır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olmamasını, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmasını və bunun nəticəsində ibtidai istintaq zamanı etirafedici ifadə verməsini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəfər-zadə Fuad Rodqay oğlu ifadəsində göstərdi ki, səhər saatlarında əməliyyat müvəkkili onun yaşadığı ünvana gələrək onu Polis bölməsinə dəvət etmişdir. O da, həmin əməliyyat müvəkkili ilə birlikdə Polis bölməsinə getmişdir. O, Polis bölməsinə gedənə qədər, yəni yolda olarkən əməliyyatçı ondan mobil telefonla bağlı suallar vermişdir. Həmin mobil telefonu ona Elçin adlı tanışı vermişdir ki, o, həmin telefonu zaryatkaya qoysun. O, Çingizlə görüşən zaman həmin mobil telefon onun üzərində olmuşdur. O, Çingizin idarə etdiyi avtomobildə olan zaman həmin mobil telefonu götürmək yadından çıxmış və ona görə də telefon Çingizin avtomobilində qalmışdır. O, Polis bölməsinə gəldikdən sonra Ramil adlı əməliyyatçı Elçinin həmin mobil telefonu oğurladığını, sonra telefonu ona verdiyini, onun da həmin mobil telefonu Çingizə verərək qarşılığında narkotik vasitə aldığını bildirmişdir. Lakin belə bir hadisə baş verməmişdir. Çünki o, heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitəni pulla və ya həmin mobil telefona görə almamışdır. Sadəcə onun yadından çıxdığı üçün mobil telefon Çingizin avtomobilində qalmışdır. O, düzünü desə, Çingizlə bir yerdə narkotik vasitə istifadə etmiş, lakin Çingizdən heç vaxt pulla və ya nəyinsə qarşılığında narkotik vasitə və psixotrop maddə almamışdır. O, narkotik vasitələri başqa şəxslərdən “zaklatka” üsulu ilə almışdır. Şahid Cəfər-zadə Fuad Rodqay oğlunun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 00:10 radələrindən etibarən dostu Şahid1 ilə birlikdə Nizami rayonu, Q.Qarayev prospektində, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən parkda əyləşmişdir. O, mobil telefonunda videolara baxmışdır. Elçin isə onun yanında əyləşmişdir. Təxminən saat 00:30 radələrində Elçin oturacaqdan qalxaraq getmiş və 5-6 dəqiqə sonra geri qayıtmışdır. Elçin ona 1 (bir) ədəd mobil telefonu uzadaraq “gedək bunu sataq heroin alaq” demişdir. O, narkotik vasitə istifadəçisi olduğu və üzərində narkotik vasitə almaq üçün pul olmadığı üçün Elçinlə razılaşmışdır. Elçinin narkotik vasitə satan tanışı olmamışdır. Lakin o, Çingiz adlı bir tanışının narkotik vasitə satdığını bilmişdir. O, Elçindən mobil telefonu haradan götürdüyünü soruşduqda, Elçin ona həmin mobil telefonu bir nəfərin əlindən məcburi aldığını ona demişdir. Sonra o, kənara çəkilib Çingizlə özünə aid mobil telefon vasitəsilə danışmışdır. Çingiz yaşadığı evin yaxınlığına gələrək narkotik vasitə götürə biləcəyini ona demişdir. Sonra o, Elçin ilə birlikdə oradan Nizami rayonu, Babək prospektində yerləşən “Audi Center” avtomobil satış mərkəzinin yaxınlığına getmişdir. O, Çingizin yaşadığı yeri təxmini olaraq tanımışdır. Orada o, Elçinə “Audi Center” avtomobil satış mərkəzinin yaxınlığında dayanmağı demiş, özü isə Elçinin ona verdiyi “Poco” markalı mobil telefonu götürüb getmişdir. “Audi Center” avtomobil satış mərkəzinin yaxınlığında o, Çingizlə görüşmüşdür. Görüş zamanı o, Çingizə mobil telefonu göstərmiş, Çingiz mobil telefona baxdıqdan sonra həmin mobil telefonun soyğunçuluq olub-olmadığını soruşmuşdur. O da, mobil telefonun öz tanışına məxsus olduğunu demişdir. Bundan sonra Çingiz ona 3 (üç) bükümdə narkotik vasitə heroin vermiş və o, heroini aldıqdan sonra geri qayıtmış, “Audi Center” avtomobil satış mərkəzinin yaxınlığında aralarında olan razılığa görə Elçinə 2 (iki) büküm narkotik vasitə heroin vermiş, 1 (bir) bükümü isə özündə saxlamışdır. Onlar həmin vaxt heroindən az miqdarda istifadə etmişlər. Heroinin geri qalan hissəsini isə onlar üzərlərində saxlamışlar. xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində o, Elçin ilə birlikdə Nizami rayonu, ünvan 5 ünvanın qarşısında dayandığı vaxt 2 (iki) nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək özlərini və xidmət vəsiqələrini təqdim etmişlər. Polis əməkdaşları onları Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Onlar etiraz etməmişlər və polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə getmişlər. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələri izah edilmiş və o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Az bir vaxtdan sonra o, dövlət hesabına müdafiəçi X3 ilə təmin edilmişdir. Həmin vaxt polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə “kakos” olduğunu demişdir. Bundan sonra onun təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zaman büküm polis əməkdaşı tərəfindən açılmışdır. Bükümün içərisində qəhvəyi rəngi, tozşəkilli maddə aşkar olunmuşdur. Aşkar edilmiş maddə 01 ədəd bağlamaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ondan heroini haradan əldə etməsi soruşulduqda, o, həmin heroini xx.xx.2023-cü il tarixdə Elçinlə birlikdə Çingiz adlı şəxsdən Elçinin ona verdiyi “Poco” markalı mobil telefonun müqabilində aldığını demişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, soyğunçuluq etmiş və ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci maddəsi ilə tutulmuşdur. Soyğunçuluq nəticəsində o, əldə etdiyi mobil telefonu Fuada zaryatkaya qoyması üçün vermişdir. Fuad da, həmin telefonu yaddan çıxararaq Çingizin avtomobilində qoymuşdur. Sonra polis əməkdaşları onu və Fuadı saxlayaraq Polis bölməsinə aparmışlar. Orada onlara narkotik vasitələr təqdim edilərək həmin narkotik vasitələri üzərlərinə götürmələrini tələb etmişlər. O, narkotik vasitə istifadəçisidir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, Fuadın nə vaxtsa Təqsirləndirilən şəxs narkotik vasitə almasını görməmiş və bu barədə heç bir məlumatı yoxdur. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1- 1-ci maddələri ilə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 00:10 radələrində o, dostu Fuad Cəfər-zadə ilə birlikdə Nizami rayonu, Q.Qarayev prospektində, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən parkda əyləşmişdir. Fuad öz mobil telefonunda videoya baxmış, o isə parkdan keçən şəxslərə fikir vermişdir. Təxminən saat 00:30 radələrində yaxınlıqdan bir nəfər kişi keçmişdir. O, həmin adamın əlində mobil telefon olduğunu görmüşdür. Həmin şəxs sərxoş olmuşdur. O, narkotik vasitə istifadəçisi olduğu üçün narkotik vasitə qəbul etmək istəmiş, lakin pulu olmamışdır. Ona görə də o, düşünmüşdür ki, həmin sərxoş adamın əlindən mobil telefonu alar, daha sonra mobil telefonu narkotik vasitə satan kiməsə verib əvəzində narkotik vasitə alar. O, düşündüyü kimi də hərəkət edib təxminən 50-60 metr həmin şəxsi izlədikdən sonra yolun kənarında dayandığını görüb həmin adama arxadan yaxınlaşmışdır. O, həmin şəxsə arxadan yaxınlaşıb həmin şəxsin əlində olan mobil telefonu götürmək istəmiş və telefonu özünə tərəf dartdıqda, həmin şəxs mobil telefonu buraxmamışdır. O da, mobil telefonu sərt şəkildə özünə dartdıqda, həmin şəxs ona tərəf gəlmişdir. Sonra o, telefonu götürüb oradan qaçıb getmişdır. Həmin şəxs onun arxasınca gəlmişdir. Lakin o, sürətlə qaçdığı üçün oradan uzaqlaşmış və dostu Fuadın yanına getmişdir. Həmçinin o, Fuada mobil telefonu oğurladığını demişdir. Həmin telefon “Poco” markalı, arxa hissəsi tünd boz rəngli olmuşdur. Sonra o, Fuada “adam tap, gedək telefonu verək kakos alaq” demişdir. Fuad da, tanışı Çingizin yanına gedəcəyini və razılaşdığı halda mobil telefonu Çingizə verib əvəzində narkotik vasitə heroin götürəcəyini demişdir. Sonra Fuad ondan uzaqlaşıb Çingizlə danışmışdır. Bundan sonra onlar oradan Nizami rayonu, Babək prospektində yerləşən “Audi Center” avtomobil satış mərkəzinin yaxınlığına getmişlər. Fuad Çingizin yaşadığı yeri tanımışdır. O, “Audi Center” avtomobil satış mərkəzinin yaxınlığında dayanmış, Fuad isə onun oğurladığı mobil telefonu götürüb getmişdir. Təxminən 10-15 dəqiqə sonra Fuad geri qayıtmışdır. Fuadın üzərində 3 (üç) ədəd büküm olmuşdur. Fuad həmin bükümlərin ikisini ona vermiş, biri isə Fuadın özündə qalmışdır. Onlar həmin vaxt heroindən az miqdarda istifadə etmişlər. xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində o, Fuad ilə birlikdə Nizami rayonu, ünvan 5 ünvanın qarşısında dayandığı vaxt 2 (iki) nəfər mülki geyimli şəxs onlara yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək özlərini və xidmət vəsiqələrini təqdim etmişlər. Sonra Polis əməkdaşları onları Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Onlar etiraz etməmişlər və polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə getmişlər. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələri izah edilmiş, sonra o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Az bir vaxtdan sonra o, dövlət hesabına müdafiəçi X5 ilə təmin edilmişdir. Həmin vaxt polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, boz rəngli şalvarının sağ yan cibindən 2 (iki) ədəd sellofan bükümü təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə “kakos” olduğunu demişdir. Bundan sonra onun təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Baxış zamanı bükümlər polis əməkdaşı tərəfindən açılmışdır. Bükümlərin içərisində qəhvəyi rəngi, tozşəkilli maddə aşkar olunmuşdur. Aşkar edilmiş maddələr 01 ədəd bağlamaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ondan heroini haradan əldə etdiyini soruşduqda, o, həmin heroini xx.xx.2023-cü il tarixdə Fuadla birlikdə Çingiz adlı şəxsdən tanımadığı bir kişidən oğurladığı “Poco” markalı mobil telefonun müqabilində aldığını demişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuşdur. O və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər, Fuad Cəfər-zadə ilə onun arasında əvvəlcədən telefonun talanması ilə bağlı razılıq olmamış, soyğunçuluq etmək onun ağlına gəlmiş və bu cinayəti təkbaşına düşünüb etmişdir. Bu işdə ona heç kəs kömək etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 2023-cü ilin yay aylarında Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşı, polis mayoru Ramil Mehdiyevə Bakı şəhərində “Maklerlər bağı” kimi adlanan ərazidə Elçin və Fuad adlı şəxslərin quldurluq yolu ilə bir nəfər şəxsin mobil telefonunu əldə etmələri barədə əməliyyat tapşırığı daxil olmuşdur. Bundan sonra dərhal əməliyyat tədbirləri həyata keçirilmiş və quldurluq əməlini törətmiş Elçin və Fuad adlı şəxslər onlar tərəfindən saxlanılmışlar. Elçin və Fuad adlı şəxslər verdikləri ifadələrində quldurluq yolu ilə əldə etmiş olduqları mobil telefonu Təqsirləndirilən şəxs verərək əvəzində narkotik vasitə əldə etdiklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilmiş və Təqsirləndirilən şəxs Bakı şəhəri, Babək prospektində saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının xidməti otağında təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və quldurluq yolu ilə əldə edilmiş 1 (bir) ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 23 iyun 2023-cü il tarixdə, saat 17:00 radələrində Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin polis mayoru Ramil Mehdiyev tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Babək prospektində yerləşən “Audi Center” avtomobil satış mərkəzinin yaxınlığında Şahid2 və onun tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra 24-cü Polis Şöbəsinə aparmışlar. 24-cü Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli köynək olmuşdur. Şəxsi axtarışın nəticəsi olaraq Təqsirləndirilən şəxs cibindən 1 (bir) ədəd siqaret qutusunun içərisində olmaq şərtilə, narkotik vasitə “kakos” və 1 (bir) ədəd “Poco” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi barədə sual verildikdə, Çingiz həmin narkotik vasitəni tanımadığı bir nəfər İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Bundan başqa, sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Poco” markalı mobil telefonu Fuad adlı tanışından sonuncuya narkotik vasitə heroin verməsi müqabilində aldığını etiraf etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20) görünür ki, Şahid1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 29) görünür ki, həmin gün Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 38) görünür ki, Şahid1 üzərində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 38) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Şahid1 üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olmuş boz rəngli şalvarının sağ yan cibindən 2 (iki) ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilərək götürülmüş və həmin vaxt Şahid1 bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, habelə həmin narkotik vasitələri “Poco” markalı mobil telefonun qarşılığında “Çingiz” adlı şəxsdən alındığını bildirmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 48) görünür ki, Cəfər-zadə Fuad Rodqay oğlunun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 56) görünür ki, həmin gün Cəfər-zadə Fuad Rodqay oğlu şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 65) görünür ki, Cəfər-zadə Fuad Rodqay oğlunun üzərində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 67-68) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Cəfərzadə Fuad Rodqay oğlunun üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olmuş qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilərək götürülmüş və həmin vaxt bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Elçin adlı tanışı ilə birlikdə “Poco” markalı mobil telefonun qarşılığında “Çingiz” adlı şəxsdən alındığını bildirmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 85) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 97) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 95-96) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan qara rəngli köynəyinin döş cibindən 1 (bir) ədəd siqaret qutusu, həmin qutunun içərisindən isə 4 (dörd) ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilərək götürülmüşdür. O, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin vasitəni İran İslam Respublikasının vətəndaşından aldığını və “Poco” markalı mobil telefonu narkotik vasitələrin qarşılığında Fuad adlı şəxsdən aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3514 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 105-106) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi və “...Şahid1 götürülmüş 2 ədəd büküm; Şahid1-imza, üç-imza, Tərtib etdi:R.Mehdiyev-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri -1,271 qram, -0,965 qram, ümumi təmiz çəkisi - 2,236 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3529 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 111-112) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi və “...Cəfər-zadə Fuad Roqday oğlundan götürülmüş büküm; Fuad Cəfər-zadə-imza, üç-imza, Tərtib etdi:R.Mehdiyev-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 2,227 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3530 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 116-117) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza; üç-imza, Tərtib etdi:R.Mehdiyev-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 04 (ədəd) ədəd bükümlərdəki təmiz çəkiləri - 0,693 qram, 0,458 qram, 0,479 qram, 0,670 qram, ümumi təmiz çəkisi - 2,300 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 143-144) görünür ki, Şahid1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-1-ci maddələrinə, Cəfər-zadə Fuad Rodqay oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə, Təqsirləndirilən şəxs əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 146-147) görünür ki, həmin gün Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 158-159) görünür ki, həmin gün Cəfər-zadə Fuad Rodqay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 170-171) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-289/2023 saylı qərarından (cild 1, iş vərəqə 202-204) görünür ki, həmin gün Şahid1 barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-287/2023 saylı qərarından (cild 1, iş vərəqə 205-207) görünür ki, həmin gün Cəfər-zadə Fuad Rodqay oğlunun barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-288/2023 saylı qərarından (cild 1, iş vərəqə 208-210) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 294-297) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 6 (altı) dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə isə Salyan Rayon Məhkəməsinin qərarı ilə 01 ay 19 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. xx.xx.2022-ci il tarixli Salyan Rayon Məhkəməsinin 7(057)-488/2022 saylı qərarından (cild 2, iş vərəqə 13-14) görünür ki, cəzası xx.xx.2022-ci il tarixdə başa çatmalı olan Təqsirləndirilən şəxs həmin gün cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/3633 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 59-61) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti №68” ştamp əksi 3 (üç) ədəd MEM-nin maddi sübutlar üçün nəzərdə tutulmuş üzərlərində: “Ekspert rəyi N6/3514 Şahid1...yazısı və imza” və “Ekspert rəyi N6/3529 Cəfər-zadə Fuad Roqday oğlu...yazısı və imza”, “Ekspert rəyi N6/3530 Təqsirləndirilən şəxs...yazısı və imza” yazı əlavələri olan kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 5477 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 62-63) görünür ki, Təqsirləndirilən şəxs opioidlər və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 2, iş vərəqə 108-110) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,230 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nizami Rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 119-140) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ititham elan edilməsi və onun üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinə dair ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin ayrıca icraata ayrılması haqqında qərardan (cild 1, iş vərəqə 1-3) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və onun Cəfər-zadə Fuad Rodqay oğluna satdığı narkotik vasitə heroin ilə bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 143-146) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nizami rayon prokurorluğunun 2-2-316-17xid-24 nömrəli cavab məktubundan və ona əlavə edilmiş 660C-23 nömrəli materialdan (cild 3, iş vərəqə 1-28) görünür ki, Təqsirləndirilən şəxs mübahisələndirdiyi hallarla bağlı araşdırma aparılmış və fiziki zorakılığa məruz qalması faktı müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma ilə bağlı Təqsirləndirilən şəxs izahatı alınmış və o, izahatında bildirmişdir ki, 24cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman ehtiyatsızlıqdan maşından düşərkən yerə yıxılaraq xəsarət almış, həmin xəsarətlər ona polis əməkdaşları tərəfindən yetirilməmişdir. Təqsirləndirilən şəxs aid şəxsi işin materiallarından (cild 3, iş vərəqə 39-68) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin MSY-nin əməkdaşları tərəfindən 03 İstintaq Təcridxanasına təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə, təxminən saat 14:45 radələrində təcridxananın Tibbi-sanitar hissəsində müayinə olunan zaman sol gicgah nahiyəsində bənövşəyi rəngli qançır, sol döş nahiyəsində sarımtıl rəngli qançır aşkar olunmuş və o, həmin xəsarətləri saxlanılan zaman aldığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmasına əsas – həmin gün Şahid1 və Cəfər-zadə Fuad Rodqay oğlunun polis əməkdaşları tərəfindən saxlanılmaları, daha sonra sonuncuların üzərində şəxsi axtarış keçirilməsi, şəxsi axtarış zamanı Şahid1 üzərindən 2 (iki) ədəd bükümdə narkotik vasitə heroin, Cəfər-zadə Fuad Rodqay oğlunun üzərindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülməsi, Şahid1 və Fuad Cəfər-zadənin ayrı-ayrılıqda aşkar edilmiş narkotik vasitə heroini Təqsirləndirilən şəxs “Poco” markalı mobil telefonun qarşılığında almaları barədə verdikləri məlumat olmuşdur. Göstərilən məlumat və Şahid1la Fuad Cəfər-zadə barəsində keçirilmiş prosessual hərəkətlərin nəticələrinə dair tərtib edilmiş prosessual sənədlər əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq 24-cü Polis Şöbəsinə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan qara rəngli köynəyinin döş cibindən 1 (bir) ədəd siqaret qutusu, həmin qutunun içərisindən 4 (dörd) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, habelə 1 (bir) ədəd “Poco” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma zamanı hər üç şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə bağlı müvafiq ekspertizalar keçirilmiş və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/3633 nömrəli ekspertiza rəyi ilə təsdiq olunmuşdur ki, Şahid1, Fuad Cəfər-zadə və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Bununla da təsdiq olunur ki, həqiqətən də xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid1 və Fuad Cəfər-zadəyə sonuncu vasitəsi ilə 1 (bir) ədəd “Poco” markalı mobil telefonun müqabilində, yəni əvəzli şəkildə 3 (üç) ədəd bükümdə narkotik vasitə heroin satmışdır. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, Təqsirləndirilən şəxs faktiki olaraq Fuad Cəfər-zadəyə narkotik vasitə heroini məhz 1 (bir) ədəd “Poco” markalı mobil telefonun müqabilində vermişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək həqiqətən də Fuad Cəfər-zadəyə “Poco” markalı mobil telefonun müqabilində xx.xx.2023cü il tarixdə 3 (üç) ədəd bükümdə narkotik vasitə heroin verdiyini etiraf etmiş, habelə ibtidai araşdırma zamanı Şahid1la Təqsirləndirilən şəxs və Fuad Cəfər-zadə ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilərkən Şahid1 və Fuad Cəfər-zadə xx.xx.2023-cü il tarixdə “Poco” markalı mobil telefonun müqabilində Təqsirləndirilən şəxs narkotik vasitə heroin aldıqlarını bildirmişlər, eləcə də Təqsirləndirilən şəxs onun üzünə deyilənlərlə əlaqədar razılaşaraq göstərilən halları təsdiq etmişdir. Başqa sözlə, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Fuad Cəfər-zadə vasitəsilə həm sonuncuya, həm də Şahid1 ümumilikdə 3 (üç) ədəd bükümdə narkotik vasitə heroini 1 (bir) ədəd “Poco” markalı mobil telefonun müqabilində verməsi məhkəmədə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək Şahid1 və Fuad Cəfər-zadəyə narkotik vasitə heroini “Poco” markalı mobil telefonun müqabilində vermədiyini, ümumiyyətlə heç vaxt göstərilən şəxslərə narkotik vasitə heroin vermədiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olmadığını, saxlanılarkən və saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirsə də, məhkəmə hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Fuad Cəfər-zadə Təqsirləndirilən şəxs ifadəsinə uyğun məzmunda ifadə verərək Təqsirləndirilən şəxs “Poco” markalı mobil telefonun müqabilində narkotik vasitələr almadıqlarını bildirsələr də, məhkəmə göstərilən şahidlərin məhkəmədə verdikləri ifadələri mötəbər sübut hesab etmir. Belə ki, Şahid1 və Fuad Cəfər-zadə ibtidai araşdırmanın əvvəlindən ibtidai araşdırmanın sonunadək ayrı-ayrılıqda dəfələrlə ifadə verərək “Poco” markalı mobil telefonun müqabilində Təqsirləndirilən şəxs 03 ədəd bükümdə narkotik vasitə heroin aldıqlarını təsdiq etmişlər. Şahid1 və Fuad Cəfər-zadə göstərilən cinayət işi üzrə əvvəlcə təqsirləndirilən şəxs qismində çıxış etdiklərindən, sonradan isə Təqsirləndirilən şəxs barəsində ayrıca icraata cinayət işi ayrıldığından onlar məhkəmədə ifadə verərək səmimi olmamışlar, əksinə cinayət işi üzrə həqiqi halları təhrif etməklə Təqsirləndirilən şəxs məsuliyyətdən azad olunmasına nail olmaq istəmişlər. Məhkəmə belə nəticəyə gələrkən həmçinin onu əsas tutmuşdur ki, Şahid1, Fuad Cəfər-zadə və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Hər üç şəxsin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərin xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni ola bilməsinin başqa izahı yoxdur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və saxlanıldıqdan sonra döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı qeyd edilməlidir ki, bu məsələlər ibtidai araşdırma zamanı yoxlanılmış və Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə fakt öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bu hissədə araşdırma aparılarkən Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman ehtiyatsızlıqdan maşından düşərkən yerə yıxılaraq xəsarət almış, həmin xəsarətlər ona polis əməkdaşları tərəfindən yetirilməmişdir. Göstərilən halları məcmu halda nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması öz təsdiqini tapmır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadələrdən fərqli məzmunda ifadə verərək məsuliyyətdən yaxa qurtarmaq istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını və törətmədiyi cinayəti təzyiq altında etiraf etdiyini bildirsə də, ibtidai istintaq zamanı zorakılığa məruz qaldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, başqa sözlə, işgəncəyə məruz qaldığını bildirməmiş, qeyd edilənlərlə bağlı heç bir hüquq mühafizə orqanına, o cümlədən məhkəməyə müraciət etməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs məhkəmə istintaqı başlananadək məhkəmədə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatlarla bağlı heç bir orqana müraciət etməmiş, istinad etdiyi pozulmuş hüquqlarının bərpasına yönəlmiş heç bir hərəkət etməmişdir. Həmçinin, o, onun üzərində şəxsi axtarış aparılan zaman və sonradan dəfələrlə ifadə verən zaman heç vaxt onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmasını, həmin maddənin növünü və çəkisini mübahisələndirməmişdir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,271 qram, 0,965 qram və 2,227 qram, ümumi təmiz çəkisi 4,463 qram olan narkotik vasitə heroini Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Audi Center” avtomobil mərkəzinin yaxınlığında Cəfər-zadə Fuad Roqday oğlu və Şahid1 Fuad Cəfər-zadə vasitəsi ilə 1 (bir) ədəd “Poco” markalı mobil telefonun müqabilində satmış, xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Audi Center” avtomobil mərkəzinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılmış, orada üzərində şəxsi axtarış aparılarkən əynində olmuş köynəyindən Şahid1 və Fuad Cəfər-zadənin üzərindən aşkar edilmiş narkotik vasitələr ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,693 qram, 0,458 qram, 0,479 qram və 0,670 qram olmaqla, ümumi təmiz çəkisi 2,300 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlaması və satması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, o, sonuncu dəfə qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, cəzasını çəkib qurtardıqdan sonra qanunla müəyyən edilmiş 2 (iki) illik müddət keçmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin vasitənin insan orqanizminə ziyanını, onun bilavasitə Fuad Cəfər-zadə vasitəsi ilə sonuncuya və Şahid1 külli miqdarda narkotik vasitə heroin satmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioid və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,230 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,230 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-887/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-887/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver