Məhkəmə qərarları › İş №1(101)-887/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-887/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-887/2025 20.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X12 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxs ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda psixotrop maddə olan metamfetamini, külli miqdarda narkotik vasitə olan marixuananı, xeyli miqdarda narkotik vasitə olan metadon tərkibli həblərini, 4 ədəd kapsullardan ibarət preqabalin güclü təsiredici maddəsini və 2 ədəd qabdaki tropikamid güclü təsiredici maddəsini əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra xx.xx.2024-cü il tarixdə İİR-ın vətəndaşı “Həsən” adlı şəxsin istintaqa məlum olmayan qaydada Bakı şəhəri, Yasamal rayonu ərazisində “Yasamal Qəbirstanlığı” adlanan ərazidə yerləşdirdiyi ümumi təmiz çəkisi 1078,44 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, bir bükümdə təmiz çəkisi 5,161 qram külli miqdarda psixotrop maddə metamfetamini, bir bükümdə təmiz çəkisi 4,880 qram külli miqdarda narkotik vasitə heroini, üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutda 4 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş dairəvi formalı qəhvəyi rəngli, hər bir həbdə 0,04 qram metadon olmaqla metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan metadon tərkibli həbi, üzərində “...balin 150” markalama göstəricisi olan kəsilmiş konvalyutda ümumi miqdarı 0,6 qram təşkil edən narıncı-göy rəngli 4 ədəd kapsullardan ibarət preqabalin təsiredici maddəsini və üzərində “Mydrax 0,5% (tropikamid)” markalanma göstəricisi olan 2 ədəd plastik qabda, hər qabda 10 ml həcmində ümumilikdə 20 ml təşkil etməklə şəffaf rəngsiz maye halında təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram olan tropikamid maddəsini Həsən adlı şəxsin göstərişi ilə satışını təşkil etmək məqsədi ilə qanunsuz olaraq əldə edərək, üzərində saxlamaqla daşımış, Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 13:45-də Yasamal rayonu, Vasif Əliyev küçəsi ev 14 üvanında saxlanılaraq Yasamal RPİ-nə gətirilmişdir. İdarənin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlindən təqdim etdiyi qara rəngli polietilen bağlamadakı içərisində 02 ədəd kibrid qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,23 qram, 4,21 qram və həmin qara rəngli polietilen bağlamadakı 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1070 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi külli miqdarda 1078,44 qram olan narkotik vasitə qurudulmuş marixuana, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 4,880 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin cibindən 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 5,161 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutda üzərlərində “F/M40” yazısı həkk olunmuş dairəvi formalı qəhvəyi rəngli, hər bir həbdə 0,04 qr metadon olmaqla metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olmaqla 4 ədəd metadon tərkibli həblər, əynidəki qara rəngli cins şalvarın sol yan cibindən üzərində “...balin 150” markalanma göstəricisi olan kəsilmiş konvalyutda 4 ədəd narıncı-göy rəngli preqabalin tərkibli ümumi miqdarı 0,6 qram təşkil edən preqabalin təsiredici maddəsi olan həblər və üzərində “Mydrax 0,5%(tropikamid)” markalanma göstəricisi olan 2 ədəd plastik qabda, hər qabda 10 ml həcmində ümumilikdə 20 ml təşkil etməklə şəffaf rəngsiz maye halında təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram olan tropikamid maddəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ildə cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra onun ev telefonuna polis əməkdaşları tərəfindən zəng gələrək 1 həftə ərzində 3.000 manat pul verməsə onun barəsində cinayət işi başlayacağını bildirmişlər. Onun əvvəllər narkotik vasitə istifadəçisi olnasına baxmayaraq çəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra istifadə etməmişdir. Bu səbəbdən də pul verməmişdir. 1 həftə keçdikdən sonra polis əməkdaşları onun yaşadığı evə daxil olmuş, lakin həmin vaxt o evdə olmamışdır. Daha sonra polis əməkdaşları yenidən zəng edərək əvvəl təklif edilən pulun yarısını verməsini istəmiş, o isə verməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə yaşadığı Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 14 ünvanında çörək almaq üçün evdən çıxmış, həmin vaxt polis əməkdaşları maşınla gələrək onu maşına mindirmiş və Yasamal RPİ-yə aparmışlar. İdarəyə gəldikdə narkotik vasitələri onun ciblərinə doldurmuşlar. İdarədə polis əməkdaşları tərəfindən ona qarşı təhdidlər edildiyindən sənədləri imzalamış, şəxsi axtarış zamanı narkotik vasitələrin ona məxsus olduğunu bildirmiş, lakin saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, müxtəlif yerlərdən narkotik vasitələr və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. 2024-cü ilin may ayında adını Həsən kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Onunla “Watsshap” tətbiqi vasitəsilə əlaqə saxlamış və onda narkotik vasitə heroin, psixotrop maddə metadon, narkotik vasitə qurudulmuş marixuana olduğunu bildikdən sonra ona 300 manat dəyərində həmin narkotik vasitələrdən almaq istədiyini bildirmişdir. Həsən adlı şəxslə sonuncunun həmin narkotik vasitələri Yasamal rayon qəbristanlığı yanında gizlətməsi və onun pulu həmin yerə qoyaraq narkotik vasitələri götürməsi barədə razılaşmışlar. xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində o, həmin ünvana gedərək qara rəngli sellofanın içərisində qurudulmuş marixuana, qara və göy rəngli sellofan bükümləri içərisindəki marixuana, heroin, metadon, lirika kimi psixotrop maddələrlə birlikdə götürüb oradan uzaqlaşmışdır. Sellofanda olan kibrit qutulardakı marixuana və 04 ədəd qəhvəyi rəngli həbləri, lirika adlanan narkotik vasitələri əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoyub əlindəki sellofanla həmin gün saat 13:45 radələrində yaşadığı Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 14 ünvanın qarşısına çatarkən özlərini polis əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər ona yaxınlaşaraq onun narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə olunması və dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə idarəyə gəlmiş, idarədə otaqların birində onun üzərinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün axtarış və götürmə aparılacağı bildirilmiş, ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı onu, vəkili eləcə də onu küçədə saxlamış polis əməkdaşlarını idarədə yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkilin iştirakı ilə onun şübhəli şəxs qismində tutulması barədə qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri təqdim etmişdir. Onun üstünə şəxsi axtarış keçirəcələyi bildirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl o, şəxsi axtarış və götürmənin aparılması haqqında qərarla tanış olmuş və təhqiqatçı ona qanunla dövriyyəsi qadağan edilmiş narkotik maddələrin və ya psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etmişdir. Bundan sonra o, sağ əlindəki qara sellofan, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan, göy rəngli sellofan büküm və 01 ədəd ağ rəngli qırmızı qapaqlı qutuda maye, əynindəki şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli qırmızı qapaqlı maye, 04 ədəd göy-sarı rəngli həb, 04 ədəd qəhvəyi rəngli metodon yazılı həblər və 2 kibrit qutusunu təqdim etmişdir. Sağ əlindəki təqdim etdiyi qara rəngli sellofanın içərisində 01 ədəd qara sellofan büküm açılarkən içərisində yaşıl rəngli ot şəkilli maddə, şalvarının sağ yan cibindən təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm açılarkən içərisində qəhvəyi rəngli maddə, 01 ədəd göy büküm içərisində ağ kristal formalı maddə və 01 ədəd üzərində iran hərfləri ilə yazılı olan ağ rəngli qırmızı qapaqlı maye, şalvarının sol yan cibindən qara sellofan büküm və əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd iran hərfləri yazılan ağ-rəngli qırmızı qapaqlı maye, 04 ədəd göy-sarı rəngli həblər, 04 ədəd qəhvəyi rəngli metodan yazılı həblər, 02 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli ot şəkilli maddələri könüllü olaraq təqdim etmişdir. O, bildirmişdir ki, həmin bükümlərdən qara rəngli sellofan bükümün və 02 ədəd kibrit qutusunun içərisində marxiuana, şəffaf sellofan bükümün içərisində qəhvəyi rəngli kakos (heroin), göy rəngli sellofan bükümdə patı, 02 ədəd maye tropin adlanan göz damcısı, 04 ədəd qəhvəyi rəngli həblər metadon və 04 ədəd göy-sarı rəngli lirika adlanan narkotik vasitələr və psixotrop maddələrdir, həmin narkotik vasitələri İİR-nın vətəndaşı Həsən adlı şəxsdən 300 manata alıb əldə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, idarədə polis əməkdaşları tərəfindən ona iki şillə vurulmuş, şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olmasını bildirməsi barədə təhdidlər edilmiş və o, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə həmin faktları təsdiq etmişdir. Daha sonra özünü təqsirli bilməməsini və himayəsində xəstə anasının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olunan heroin, narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə olan metamfetamin və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma kimi qiymətləndirməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif olunmasını düzgün hesab etmir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının CPM-in 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli olması müəyyən edilmişdir. Həmin məlumat haqqında dərhal Yasamal RPİ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün Şahid2, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün polis bölməsindən çıxaraq inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və saat 13:45-də əməliyyat məlumatında bildirilən, zahiri görünüşünə görə oxşar olan şəxsi Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 14 ünvanının qarşısında saxlamış, həmin şəxsin şəxsiyyəti müəyyən olunarkən həqiqətəndə Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Beləliklə onlar sonuncunu saxlayarkən özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirərək sonuncudan onlarla birlikdə Yasamal RPİ-nə getməsi təklif edilmiş, Təqsirləndirilən şəxs razılışaraq onlarla birlikdə idarəyə getmişdir. Bundan sonra, sonuncunun Yasamal RPİ-nə gətirilməsi barədə raportla idarə rəhbərliyinə məruzə edilmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxsla bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin TŞnin baş təhqiqatçısı X5 tapşırılmışdır. Bununla bağlı sonuncu Yasamal RPİ-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah etmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət olunmasını xahiş edərək ona təqdim olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosundakı vəkillərin siyahısından vəkil X1 tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Vəkil R.R.Allahverdiyev idarəyə gəlmiş və təhqiqatçı vəkili Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra təhqiqatçı şəxsin şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş və bundan sonra Təqsirləndirilən şəxs üstünə axtarış və götürmə keçirməyə başlanmışdır. Təhqiqatçı şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmiş, sonuncu bundan sonra sağ əlindəki qara sellofan, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan, göy rəngli sellofan büküm və 01 ədəd ağ rəngli qırmızı qapaqlı qutuda maye, əynindəki şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli qırmızı qapaqlı maye, 04 ədəd göy-sarı rəngli həb, 04 ədəd qəhvəyi rəngli metodon yazılı həblər və 02 kibrit qutusunu təqdim etmişdir. Sağ əlindəki təqdim etdiyi qara rəngli sellofanın içərisində 01 ədəd qara sellofan büküm açılan zaman içərisində yaşıl rəngli ot şəkilli maddə, şalvarının sağ yan cibindən təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm açılan zaman içərisində qəhvəyi rəngli maddə, 01 ədəd göy büküm içərisində ağ kristal formalı maddə və 01 ədəd üzərində İran hərfləri ilə yazılı olan ağ rəngli qırmızı qapaqlı maye, şalvarının sol yan cibindən qara sellofan büküm və əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd İran hərfləri yazılan ağrəngli qırmızı qapaqlı maye, 04 ədəd göy-sarı rəngli həblər, 04 ədəd qəhvəyi rəngli metodan yazılı həblər, 02 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli ot şəkilli maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdən qara rəngli sellofan bükümün və 02 ədəd kibrit qutusunun içərisində marxiuana, şəffaf sellofan bükümün içərisində qəhvəyi rəngli kakos, göy rəngli sellofan bükümdə patı, 02 ədəd maye tropin adlanan göz damcısı, 04 ədəd qəhvəyi rəngli həblərin metadon və 04 ədəd göy-sarı rəngli lirika adlanan narkotik vasitələr və psixotrop maddələr olduğunu, həmin narkotik vasitələri və psixotrop maddələri İİR-ın vətəndaşı Həsən adlı şəxsdən 300 manat ödəməklə Yasamal rayon qəbirsitanlığının yanından əldə etdiyini bildirmişdir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxladığı və çıxarıb təqdim etdiyi maddələrə baxış keçirmiş və həmin maddələr müvafiq qaydada qablaşdırma aparılmaqla götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak etmiş bütün iştirakçılar protokolu imzalamışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparmış, lakin sonuncunun üzərindən başqa heç bir qeyri-qanuni əşya və ya predmetlər aşkar olunmamışdır. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ittihamda Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələri İİR-ın vətəndaşı Həsən adlı şəxsdən əldə etdiyinin göstərilməsinə baxmayaraq sonuncunun şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən sonuncuya qarşı hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 məhkəmə iclasında onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr verərək göstərmişlər ki, həqiqətən də şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlindən və əynindəki şalvarının sol yan cibindən içərisində narkotik vasitə marixuana olan ümumilikdə 02 ədəd büküm, şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf sellofan büküm, içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd göy büküm, 01 ədəd üzərində İran hərfləri ilə yazılar olan ağ rəngli və əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd İran hərfləri yazılan ağ-rəngli qırmızı qapaqlı maye, 04 ədəd həblər, 04 ədəd qəhvəyi rəngli metodan yazılı həblər, içərisində narkotik vasitə marixuana olan 02 ədəd kibrit qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələri İİR-ın vətəndaşı Həsən adlı şəxsdən 300 manat ödəməklə Yasamal rayon qəbirsitanlığının yanından əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid2 verilmiş suallara cavab olaraq bildirmişlər ki, ittihamda Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələri İİR-ın vətəndaşı Həsən adlı şəxsdən əldə etdiyinin göstərilməsinə baxmayaraq sonuncunun şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmişdir. Cinayət işinin İ cild 5-6-cı vərəqələrində olan Yasamal RPİ-nin NMB-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxanlanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(004)-670/2024 saylı qərarından görünür ki, Yasamal RPİ-nin NMB-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024 il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Yasamal rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, güdmə, soraqlşma, olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerinə baxış keçirilməsi hissəsində qanuni hesab edilmiş, qalan hissədə əməliyyat-axtarış tədbiri olmadığından təmin edilməmişdir. Cinayət işinin İ cild 26-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 88-89-cu vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 129-134-cü vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İ cild 154-157-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İ cild 251-ci vərəqəsində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cild 11-12-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 46-49-cu vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/768 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs..” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı içərisində 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 4,23 qram, 4,21 qram və həmin qara rəngli polietilen bağlamada 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi - 1070 qram olan, bitki mənşəli kütlələ tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 1078,44 qramdır. Qeyd: 1) Tədqiqatlar “çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” (Bakı, 2005-ci il) metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. 2) Marixuananın ümumi çəkisi – 1078,44 qram, tədqiqata istifadə olundu cəmi – 0,3 qram, qalıq – 1078,14 qram. Cinayət işinin İ cild 55-60-cı vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2779 saylı ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №42” möhür əksi “Təqsirləndirilən şəxs (imza)...” yazısı və imzalar olan paketdəki, 01 ədəd bükümdə təmiz çəkisi 4,880 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 5,161 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir, üzərində “Methadone 40...” markalanma göstəricisi olan konvalyutda 04 ədəd üzərlərində F/M40 yazısı həkk olunmuş olunmuş dairəvi formalı qəhvəyi rəngli həblər metadon tərkibli həblərdir və 4 ədəd həbdə metado təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), üzərində “...balin 150” markalanma göstəricisi olan kəsilmiş konvalyutda 04 ədəd narıncıgöy rəngli kapsul preqabalin tərkibli kapsullardır və 04 ədəd kapsullardan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla), üzərində “Mydrax 0,5% (tropikamid 0,5%)” markalanma göstəricisi olan 02 ədəd plastik qabda, hə qabda 10 ml həcmində şəffaf rəngsiz maye tropikamid tərkibli mayedir və 2 ədəd qabdakı ümumilikdə 20 ml-də tropikamid təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram-(üzərində qeyd olunmuş göstəriciyə əsasən bir qabda 10 ml-də 0,05 qram tropikamid olmaqla). Qeyd: Heroinin təmiz çəkisi – 4,880 qram, tədqiqata sərf eidldi – 0,2 qram, qalıq 4,680 qram. Metamfetaminin təmiz çəkisi – 5,161 qram, tədqiqata sərf eidldi – 0,2 qram, qalıq 4,961 qram. 4 ədəd preqabalin kap. 1 kap. tədqiqata sərf edildi – qalıq – 3 kap. 4 ədəd metadon həb. 1 həb - tədqiqata sərf edildi – qalıq – 3 həb. 20 ml tropikamid mayenin ümumi 6 ml tədqiqata sərf edildi, qalıq ümumi 14 ml. Cinayət işinin İ cild 47 və 56-cı vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 78 (yetmiş səkkiz) və 114 (bir yüz on dörd) manat olmaqla cəmi 192 (bir yüz doxan iki) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3934 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cild 167-169-cu vərəqələrində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3298 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin İ cild 111-112-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1078,14 qram narkotik vasitə olan marixuana, 4,680 qram narkotik vasitə olan heroin, 4,961 qram psixotrop maddə olan metamfetamin, 3 ədəd preqabalin kapsulu, 3 ədəd metadon həbi və 14 ml tropikamid maye maddi sübutlar kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin İ cild 175-177-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, xx.xx.2003-cü il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur; 2) Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2006cı ildə cəzanın sonu ilə azad olunmuşdur; 3) Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 09 ay 29 gün vaxtından əvvəl şərti azad edilmişdir; 4) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 09 gün hissəsindən şərti azd edilmiş, xx.xx.2023-cü ildə şərti cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin İ cild 158-165-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-103/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin İ cild 37-ci vərəqəsində olan şəxsi axtrış və götürmənin gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə, saat 15:15-dən 15:40-dək Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında qeydə alınmışdır. Təhqiqatçı A.M.Qədiməliyev tərəfindən Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla ona üzərində olan hər hansı bir qanunsuz əşyanın könülü təqdim olunması təklif edilir və bundan sonra sonuncu sağ əlindəki qara sellofan, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan, göy rəngli sellofan büküm və 01 ədəd ağ rəngli qırmızı qapaqlı qutuda maye, əynindəki şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli qırmızı qapaqlı maye, 04 ədəd göy-sarı rəngli həb, 04 ədəd qəhvəyi rəngli metodon yazılı həblər və 2 kibrit qutusunu təqdim edir. Sağ əlindəki təqdim etdiyi qara rəngli sellofanın içərisində 01 ədəd qara sellofan büküm açılarkən içərisində yaşıl rəngli ot şəkilli maddə, şalvarının sağ yan cibindən təqdim etdiyi 01 ədədə şəffaf sellofan büküm açılarkə içərisində qəhvəyi rəngli maddə, 01 ədəd göy büküm içərisində ağ kristal formalı maddə və 01 ədəd üzərində İran hərfləri ilə yazılı olan ağ rəngli qırmızı qapaqlı maye, şalvarının sol yan cibindən qara sellofan büküm və əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd İran hərfləri yazılan ağrəngli qırmızı qapaqlı maye, 04 ədəd göy-sarı rəngli həblər, 04 ədəd qəhvəyi rəngli metodan yazılı həblər, 02 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli ot şəkilli maddələr olduğu müəyyən edilir. Sonuncu həmin bükümlərdən qara rəngli sellofan bükümün və 02 ədəd kibrit qutusunun içərisində marxiuana, şəffaf sellofan bükümün içərisində qəhvəyi rəngli kakos (heroin), göy rəngli sellofan bükümdə patı, 02 ədəd maye tropin adlanan göz damcısı, 04 ədəd qəhvəyi rəngli həblərin metadon və 04 ədəd göy-sarı rəngli lirika adlanan narkotik vasitələr və psixotrop maddələr olduğunu, həmin maddələri İİR-ın vətəndaşı Həsən adlı şəxsdən 300 manata alıb əldə etdiyini bildirir. Aşkar olunmuş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılır və zərfin üzəri Yasamal RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 42 nömrəli möhürü ilə möhürlənir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Bakı Şəhər Yasamal RPİ-nin xx.xx.2025-ci tarixli, ********* nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istintaq dövründə xəsarət almasına dair Yasamal RPİ-nə məlumat daxil olmamışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-144/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs saxlanılarkən xəsarət almadığını bildirmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş 383649 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 Təqsirləndirilən şəxs anasıdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli epikrizin surətindən görünür ki, S.B.Qənbərova qaraciyərin sklerozu ilə birgə qaraciyər fibrozu, həmçinin şəkərli diabet xəstəliklərindən əziyyət çəkir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikasının CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikasının Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə, heroin və marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən marixuananın kütləsi 5 qram, heroinin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdardan artıq miqdarda, marixuananın kütləsi 500 qram, heroinin kütləsi 2 qram olduqda isə külli miqdarda narkotik vasitələr hesab olunur. Həmin siyahıya əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdardan artıq miqdarda, kütləsi 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bunanla da, məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi sübutları hərtərəfli araşdıraraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən heroin və marixuana, külli miqdarda psixotrop maddə olan metamfetamin, narkotik vasitə hesab edilən metadon, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsi faktı mübahisəsiz olaraq tam sübuta yetirilir. Amma məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsi faktı kimi qiymətləndirilməsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin tövsifedici əlaməti kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulmuşdur. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan İİR-ın vətəndaşı Həsən adlı şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr əldə edərək saxlayaraq daşıması” barədə verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bundan başqa hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının belə yanaşması cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil etməklə bərabər, həm də hüquq düşüncəsi anlayışı ilə də uzlaşmır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən konkret iş üzrə şəxsi qənaəti ifadə edən daxili inam və hüquqi biliklərin səviyyəsinin göstəricisi olan hüquq düşüncəsi yalnız sübutların tədqiqinə, sübutların qiymətləndirilməsi isə qanun və vicdan rəhbər tutulmaqla sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmalıdır. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən heç bir sübutun mövcud olmadığı bir vəziyyətdə ehtimallar əsasında nəticəyə gəlinərək şəxslərə həmin ittihamın irəli sürülməsi yolverilməzdir. Məhkəmə, daxili inamın və hüquq düşüncəsinin fərdi xarakterli olduğunu nəzərdə saxlamaqla, onların hər bir halda yalnız obyektiv, qərəzsiz və tam araşdırılmış sübutlara söykənməli olduğunun mübahisəsizliyini vurğulayır. Sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma cinayəti kimi deyil, onun tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən heroin və marixuana, külli miqdarda psixotrop maddə olan metamfetamin, narkotik vasitə hesab edilən metadon, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma cinayəti kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab edir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı bəndin, yəni Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda narkotik vasitə hesab edilən heroin və marixuana, külli miqdarda psixotrop maddə olan metamfetamin, narkotik vasitə hesab edilən metadon, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsini etiraf etməsə də məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.3 və 240.2.1-ci maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin, marixuana və metodon, psixotrop maddə metamfetamin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin ona məxsus olmaması, şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən edilmiş təhdidlər nəticəsində həmin maddələrin ona məxsus olduğunu bildirməsinə dair ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Belə ki, şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirilməsi (İ cild i/v 51-54, 78-81, 217-220), şəxsi axtarış və götürmə aparılması haqqında protokollardan (İ cild i/v 35-36) görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə özünü tam təqsirli bilərək narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə əldə etməsini bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından (İ cild i/v 88-89) görünür ki, sonuncu özünü qismən təqsirli bildiyini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olduğunu, lakin hazırda təqsirləndirildiyi əməldə satış olmadığını sadəcə həmin maddələri üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin məhkəmə iclasında şəxsi axtarış aparılmasının gedişatını özündə əks etdirən DVD diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs içərisində narkotik vasitə marixuana olan qara rəngli sellofan büküm və 02 ədəd kibrit qutusu, içərisində narkotik vasitə heroin olan büküm, içərisində psixotrop maddə metamfetamin olan büküm, 02 ədəd maye tropin, 04 ədəd metadon və 04 ədəd lirika adlanan həbləri təqdim edərək həmin maddələri İİR-ın vətəndaşı Həsən adlı şəxsdən 300 manata aldığını bildirir (İ cild i/v 37). Məhkəmə həmçinin qeyd etmək istəyir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstərilməsini bildirsə də, Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-144/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Bakı İstintaq Təcridxanasına daxil olarkən, ilkin tibbi müayinədən keçirilir, onun adına tibbi kitabça açılır və sorğu zamanı sonuncu saxlanılarkən xəsarət almadığını bildirir. Həmçinin, müəyyəm edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən yuxarıda göstərdiyi bu faktlarla bağlı hər hansı bir orqana vəsatət və ya şikayətlər verilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi üçün verilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan marixuanın xeyli miqdarından təxminən 215.6 dəfə, külli miqdarından təxminən 2.1 dəfə artıq, narkotik vasitə heroinin xeyli miqdarından təxminən 32.5 dəfə, külli miqdarından təxminən 2.4 dəfə, psixotrop maddə metamfetaminin xeyli miqdarından təxminən 34.4 dəfə, külli miqdarından təxminən 2.5 dəfə artıq olmasının müəyyən edilməsi və müxtəlif növ narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin olması bir daha təsdiq edir ki, o, narkotik vasitələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri məhz satış məqsədi ilə əldə etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 240.2.1-ci maddəsinə əsasən Məcəllənin 240.1 və 240.1-1-ci maddələrində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün- ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində xəstə anasının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(004)-103/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 03 ay 09 gün hissəsindən şərti azd edilməsinə baxmayaraq, iki il keçmədən, yəni xx.xx.2024-cü il tarixdə yenidən qəsdən ağır cinayət törətmişdir (İ cild i/v 158-165). Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı halı yəni cinayətin residivini və yüngülləşdirici halı yəni himayəsində xəstə anasının olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən eyni tərkibli cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 234.4.3 və 240.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.4.3 və 240.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü ildən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3934 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (İ cild i/v 114-115). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübutlar Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, kustar üsulla hazırlanmış 1078,14 qram narkotik vasitə olan marixuana, 4,680 qram narkotik vasitə olan heroin, 4,961 qram psixotrop maddə olan metamfetamin, 3 ədəd preqabalin kapsulu, 3 ədəd metadon həbi və 14 ml tropikamid maye hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərcinin cəmi 192 (bir yüz doxsan iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 240.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1078,14 qram narkotik vasitə olan marixuana, 4,680 qram narkotik vasitə olan heroin, 4,961 qram psixotrop maddə olan metamfetamin, 3 ədəd preqabalin kapsulu, 3 ədəd metadon həbi və 14 ml tropikamid maye hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 192 (bir yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar