Məhkəmə qərarları › İş №1(101)-888/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-888/2021

27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-888/2021 27.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakı ilə xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqnda iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddələri ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1, qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Bələdiyyələrinə keçirilən seçkilərdə 26 saylı Sabunçu birinci Dairə Seçki komissiyasının 23 dekabr 2019cu il tarixli 37/84 saylı Qərarı ilə Bakı şəhər Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə üzv, Bakı şəhər Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin 03 fevral 2020-ci il tarixli 03 saylı iclasının protokolu ilə Bakıxanov Bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilməklə həmin vəzifədə 29 oktyabr 2020-ci il tarixədək işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə aralarında rol bölgüsü aparıb sonuncunun müxtəlif şəxsləri ona yönəltməsi, özünün isə vəzifəli şəxs qismində həmin şəxslərlə danışıqlar apararaq onları inandırıb pul vəsaitini ələ keçirməsi barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,25 ha ölçüdə torpaq sahəsinin adına rəsmləşdirilməsinə köməklik göstərməsi ilə bağlı Şahid2 2020-ci ilin sentyabr ayında özünə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və cinayətdən xəbərsiz Şahid1 vasitəsilə müraciəti ilə əlaqədar, Şahid2 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın Şahid2 adına rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid2 Təqsirləndirilən şəxs2lə aralarındakı cinayətkar razılaşmaya əsasən yalandan bildirərək, Şahid2 razılığını almaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin sentyabr ayının ikinci yarısında Bakı şəhəri, Xətai rayonu, “Lexus Bakı Mərkəzi”nin yanında Şahid2 hissəhissə - 10.000 manat, 5.000 manat, 5.000 manat, 3.000 manat və Təqsirləndirilən şəxs2 vasitəsilə 5.000 manat olmaqla, ümumilikdə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitini bir neçə dəfəyə almaqla ələ keçirib qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid2 vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə aralarında rol bölgüsü aparıb sonuncunun müxtəlif şəxsləri ona yönəltməsi, özünün isə vəzifəli şəxs qismində həmin şəxslərlə danışıqlar apararaq onları inandırıb pul vəsaitini ələ keçirməsi barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,80 ha ölçüdə torpaq sahəsinin adına rəsmiləşdirilməsinə köməklik göstərməsi ilə bağlı Şahid1 2020-ci ilin sentyabr ayında özünə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə müraciəti ilə əlaqədar, Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın Şahid1 adına rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 Təqsirləndirilən şəxs2lə aralarındakı cinayətkar razılaşmaya əsasən yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin sentyabr ayının ikinci yarısında ünvan 4 ünvanının yaxınlığında Şahid1 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, törətdikləri əməlləri gizlətmək və özünə olan inamı möhkəmləndirmək məqsədilə imza və möhür kimi rekvizitləri olmamaqla rəsmi sənəd hesab edilməyən, Şahid1 Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,80 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış görüntüsü yaradan tarixsiz çıxarışı 2020-ci ilin oktyabr ayının birinci yarısında istintaqla müəyyən edilməyən şəraitdə adi kağız vərəqədə hazırlayıb ünvan 4 ünvanının yaxınlığında Şahid1 təqdim edərək öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin sədr müavini vəzifəsində işləyən tanışı Təqsirləndirilən şəxs1 ilə aralarında rol bölgüsü aparıb müxtəlif şəxsləri sonuncuya yönəltməsi, sonuncunun isə vəzifəli şəxs qismində həmin şəxslərlə danışıqlar apararaq onları inandırıb pul vəsaitini ələ keçirməsi barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,25 ha ölçüdə torpaq sahəsinin adına rəsmləşdirilməsinə köməklik göstərməsi ilə bağlı Şahid2 2020-ci ilin sentyabr ayında özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə müraciəti ilə əlaqədar Şahid2 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Təqsirləndirilən şəxs1 Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin vəzifəli şəxs vasitəsilə qeyd edilən torpağın Şahid2 adına rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, göstərilən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid2 Təqsirləndirilən şəxs1 ilə aralarındakı cinayətkar razılaşmaya əsasən sonuncu vasitəsi ilə yalandan bildirməklə, Şahid2 razılığını almaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin sentyabr ayının ikinci yarısında Bakı şəhəri, Xətai rayonu, “Lexus Bakı Mərkəzi”nin yanında Şahid2 Təqsirləndirilən şəxs1 vasitəsi ilə hissəhissə - 10.000 manat, 5.000 manat, 5.000 manat, 3.000 manat və şəxsən 5.000 manat olmaqla, ümumilikdə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitini bir neçə dəfəyə almaqla ələ keçirib qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə aralarında rol bölgüsü aparıb müxtəlif şəxsləri sonuncuya yönəltməsi, sonuncunun vəzifəli şəxs qismində həmin şəxslərlə danışıqlar apararaq onları inandırıb pul vəsaitini ələ keçirməsi barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,80 ha ölçüdə torpaq sahəsinin adına rəsmiləşdirilməsinə köməklik göstərməsi ilə bağlı Şahid1 2020-ci ilin sentyabr ayında özünə birbaşa müraciəti ilə əlaqədar, Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Təqsirləndirilən şəxs1 Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin vəzifəli şəxs vasitəsilə qeyd edilən torpağın Şahid1 adına rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, göstərilən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 Təqsirləndirilən şəxs1 ilə aralarındakı cinayətkar razılaşmaya əsasən sonuncu vasitəsi ilə yalandan bildirməklə, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin sentyabr ayının ikinci yarısında ünvan 4 ünvanının yaxınlığında Şahid1 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 vasitəsilə almaqla ələ keçirib sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, törətdikləri əməlləri gizlətmək və özünə olan inamı möhkəmləndirmək məqsədilə imza və möhür kimi rekvizitləri olmamaqla rəsmi sənəd hesab edilməyən, Şahid1 Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,80 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış görüntüsü yaradan tarixsiz çıxarışı 2020-ci ilin oktyabr ayının birinci yarısında istintaqla müəyyən edilməyən şəraitdə adi kağız vərəqədə Təqsirləndirilən şəxs1 tərəfindən hazırlanıb ünvan 4 ünvanının yaxınlığında sonuncu tərəfindən Şahid1 təqdim edilməklə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən 2020-ci ilin oktyabr ayınadək Bakıxanov Bələdiyyəsinin sədr müavini vəzifəsində işləmiş, barəsində aparılan araşdırma ilə bağlı 2020-ci ilin oktyabr ayında işdən azad edilmişdir. Belə ki, 2020-ci ilin aprel ayında Bakı şəhəri Gənclik metrostansiyası yaxınlığında makler fəaliyyəti ilə məşğul olan Nadir adlı tanışı vasitəsi ilə 2020-ci ilin aprel ayında tanış olduğu Təqsirləndirilən şəxs2lə yoldaşlıq münasibəti yaranmışdır. 2020-ci ilin avqust ayının birinci yarısında İlkin ona zəng edərək Abbas və Nahid adlı dostları üçün Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən boş torpaq sahəsinin pul müqabilində özü tərəfindən sənədləşdirəcəyini, lakin həmin şəxslərin onun dostları olduğu üçün onlardan öz adına pul almağın uyğun olmadığını deyərək, sənədləşmənin guya onun tərəfindən aparılacağı və pulun da onun tərəfindən alınmasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2 xahişinə razılıq verərək növbəti gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Furqan” restoranında İlkin ilə birlikdə Abbas və Nahid adlı şəxslər ilə görüşmüş, İlkin onu həmin şəxslərə Bakıxanov Bələdiyyəsinin sədr müavini kimi təqdim edərək torpaq sahəsinin sənədləşdirilməsinin onun tərəfindən həyata keçiriləcəyini bildirmişdir. Abbas ona həmin torpaq sahəsinin yerləşdiyi yer barədə məlumat vermişdir. Abbas və Nahid oradan getdikdən sonra o, İlkinə qeyd olunan torpağın Sabunçu deyil, Abşeron rayonunun inzibati ərazisində yerləşdiyini və buna görə də həmin şəxslərin ona inanmayacaqlarını demiş, İlkin isə ona bütün məsələləri özünün həll edəcəyini bildirmişdir. Növbəti gün o, İlkinin xahişi ilə Abbas adlı şəxsə zəng vurub torpaq sahəsinin sənədləşdirilməsi üçün 28.000 manat pulun verməsini tələb etmişdir. Bir neçə gün sonra İlkin və Abbas ilə yenidən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Furqan” restoranında görüşərək İlkinin yanında Abbasdan ilkin olaraq 10.000 manat pul almışdır. Abbas getdikdən sonra İlkin həmin pulun 5.000 manatını, ertəsi gün də qalan 5.000 manatı da ondan götürmüşdür. Bir neçə gün sonra İlkin ona məxsus intim videonu sosial şəbəkələrə yaymaq hədəsi ilə ondan Abbas adlı şəxsə zəng vurub əlavə 5.000 manat almağı tələb etmiş, o da Abbas ilə Xətai rayonu Lexus Bakı Mərkəzinin yanında Abbasa məxsus ofisdə görüşüb 5.000 manat alıb sonradan İlkinə vermişdir. Bir neçə gün sonra İlkin onu öldürmək hədəsi ilə ondan Abbas adlı şəxsə zəng vurub əlavə 5.000 manat almağını tələb etdiyindən, yenidən Abbasdan Xətai rayonu Lexus Bakı Mərkəzinin yanında sonuncuya məxsus ofisdə 5.000 manat alıb sonradan İlkinə vermişdir. Bir neçə gün sonra yenidən İlkinin tapşırığı ilə Abbasdan 3.000 manat alaraq İlkinə vermiş, Abbasdan ümumilikdə 23.000 manat alaraq bütün pulları İlkinə vermiş, bildiyinə görə İlkin özü ona vermək adı altında Abbasdan 5.000 manat pul almışdır. Bir müddət sonra İlkinin tapşırığı ilə Nahid adlı şəxs ilə görüşərək ondan 28.000 manat pul alıb, həmin puldan 10.000 manat Nəsimi rayonu “28 mall” Ticarət mərkəzinin qarşısında, 4000 manatını isə Caspian Plaza qarşısında İlkinə vermişdir. Bir müddət sonra İlkinin tapşırığı ilə 14.000 manatı məbləği Abbasa qaytarmaq üçün Bakıxanov qəsəbəsində yerləşən Daxili Qoşunların hərbi hissəsinin binasının yanında sonuncu ilə görüşdükdə, Abbas həmin pulu qəbul etməyərək pulu tam şəkildə tələb etmişdir. İlkin dərhal oraya gələrək Abbası 14.000 manatı götürməyə razı salıb pulu vermiş, qalan məbləği isə 2 gün ərzində çatdıracağına söz vermişdir. Bir müddət sonra pul və sənəd hazır olmadığı üçün Abbas və Nahid ona zəng etməyə başlamışlar. 13.10.2020-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında İlkin, Nahid və onun dostu Mirseyid adlı şəxslə görüşən zaman Nahidə pulun onda olmadığını, pulun İlkində olduğunu bildirdikdə İlkin ona orada hədə qorxu gələrək hücum etmişdir. Növbəti gün Nahidin təşəbbüsü ilə yanında onun dostları Ziya, Seymur ilə Aylı Gecə restoranında görüşən zaman onun yanında tanışı Coşqun da olmuşdur. Nahid ona verdiyi 28.000 manat pulu tələb etmiş, atası Şahid3 və İlkin də oraya gəlmişdir. Atası onların yanına gələnədək Ziya onun idarə etdiyi “Kia Optima” markalı avtomobili götürüb sürmüş, atası onlarla söhbət etdikdən sonra məsələni araşdıracağını, verilən pulun onda olacağı təqdirdə tam şəkildə özünün geri qaytaracağını bildirmişdir. Bundan sonra atası Sabunçu rayon 13-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. O, Abbasa 28.000 manat pul müqabilində torpaq sahəsinin özəlləşdirilməsinə köməklik edəcəyinə dair Əmlak Məsələləri üzrə Dövlət Xidmətində tanışlarınının olduğunu demiş, lakin Nahidə bu barədə bir şey deməmişdir. Şahid4 onun qohumudur. O, Şahid1 özünü kriminal aləmin üzvü kimi təqdim etməmiş, Şahid4 ilə Nahid və o, Nərimanov rayonu Atatürk parkında görüşərək bu məsələ barədə müzakirə aparmış, atası icarədə olan avtomobilini Nahidə pulun yerinə verməmiş, Şahid1 bu barədə dedikləri yalandır. Təqsirləndirilən şəxs2 tapşırığı ilə o kompüterdə torpaq sahəsinin çıxarışını hazırlayıb Nahidə vermişdir. O, əvvəllər özü və ya İlkinin vasitəsilə hər-hansı bir şəxsə məxsus yaşayış və ya qeyri-yaşayış sahəsinə dair çıxarış alınmasına köməklik göstərməmiş, bu məsələlərdə bütün hərəkətləri Təqsirləndirilən şəxs2 tələbi və təhdidi altında etmiş, pullar da Təqsirləndirilən şəxs2 verilmişdir. Onda hər hansı məbləğdə pul qalmamış, lakin birbaşa pulları özü götürdüyündən barəsində şikayət edildiyi üçün məcbur olub Nahidə 28.000 manat, Abbasa isə 14000 manatı öz vəsaitindən qaytarmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Gənclik metrostansiyası yaxınlığında makler fəaliyyəti ilə məşğul olan dostu Nadir adlı şəxsin vasitəsilə 2020-ci ilin aprel ayında tanımış, həmin tanışlıqdan sonra Orxan ilə münasibətləri yaranmış, mütəmadi olaraq onunla görüşmüşlər. Bir gün Təqsirləndirilən şəxs1 ona Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yüksək vəzifədə işləyən şəxsin qohumu ilə nişanlı olduğunu və həmin Xidmətdə istənilən məsələyə pul qarşılığında köməklik göstərə biləcəyini bildirmişdir. 2020-ci ilin avqust ayında tanışları Nahid Şəmşirli və Şahid2 ona Abşeron rayonu, Fatmayı ərazisində boş torpaq sahələrinin olduğunu və həmin torpaq sahəsini birgə olaraq öz adlarına özəlləşdirmək istədiklərini bildirmişlər. O, Orxanla telefon əlaqəsi yaradaraq onlara bu işdə kömək etməyini xahiş etmiş, Orxanın nömrəsini Nahidə vermişdir. Bundan sonra, Abbas Orxana sənədləşmə üçün 23000 manat vermişdir. Bir neçə gün sonra Abbasın xahişi ilə Orxan ilə Sabunçu rayonu ərazisində yerləşən çay evlərindən birində o, Abbas və Orxan görüşmüşlər. Görüş zamanı Orxan Abbasa artıq onun vermiş olduğu 23.000 manata əlavə olaraq 5.000 manat verməli olduğunu bildirmişdir. Abbasın üstündə həmin məbləğ olmadığından onunla birlikdə yaşadığı ünvan 5 ünvanına gedərək Abbas evdən 3500 manat götürüb ona verərək, 1500 manatı isə özü əlavə edib Orxana verməyini xahiş etmiş və Abbasdakı 3500 manatı götürərək özü də həmin pulun üstünə 1500 manat qoyaraq ümumilikdə 5.000 manat pulu həmin gün Orxana vermişdir. 1-2 gün sonra Abbas borc aldığı 1500 manat pulu ona geri qaytarmışdır. Bir müddət sonra Abbas ilə Nahid arasında soyuq münasibətlər yarandığı üçün onlar Fatmayı qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarışın yalnız Nahidin adına çıxarılacağını və onun 28.000 manat pul verəcəyini, Abbasdan götürülmüş 28.000 manat pulu isə geri qaytarmağını ondan və Orxandan xahiş etmişlər. 2020-ci ilin sentyabr ayının ikinci yarısında o, Orxan və Nahid sonuncunun yaşadığı ünvan 4 ünvanının yaxınlığında görüşmüşlər. Orxan onun yanında Nahidə Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən 0.80 ha torpaq sahəsinə dair Əmlak Məsələləri üzrə Dövlət Xidmətində çalışan yüksək vəzifəli şəxslərə 28.000 manat pulun verilməsi müqabilində 1 həftə ərzində çıxarış verilməsini təmin edə biləcəyini demişdir. Nahid onun təklifi ilə razılaşaraq 28.000 manat pulu onun yanında Təqsirləndirilən şəxs1 vermişdir. Bir müddət sonra onun maddi durumunda çətinlik olduğu üçün o, Orxandan 10.000 manat borc pul istəmiş, Orxan da Nahiddən aldığı 28.000 manat puldan ona 14.000 manat borc pul vermişdir. Bir qədər sonra Abbas Orxandan torpaq sahəsinin sənədlərini tələb edib, hər gün sənədin hazır olub-olmaması ilə maraqlandıqda, sonuncu müxtəlif bəhanələr gətirərək dəqiq cavab verməmişdir. Sonra Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Daxili Qoşunların hərbi hissəsinin binasının yanında o, Orxan və Abbas görüşmüşlər. Orxan orada Abbasa sonuncunun vermiş olduğu puldan 14.000 manatı hissəsini qaytarmaq istəmiş, Abbas həmin pulu qəbul etməyərək pulu tam şəkildə tələb etmiş, o, Abbası 14.000 manatı götürməyə razı salaraq, 14000 manatı isə Orxanın 2 gün ərzində çatdıracağına dair vəd vermişdir. Bir müddət sonra Nahid də, Orxandan sənəd tələb etməyə başlamışdır. Orxan sonradan Nahidə torpağa dair çıxarış təqdim etsə də, həmin sənədin saxta olduğu məlum olmuşdur. Daha sonra Orxanı görüşə çağıraraq, görüşdə Nahid, Orxan və özünü Orxanın xalası oğlu kimi təqdim edən bir şəxs iştirak etmişdir. Həmin vaxt Orxan atası Şahid3 zəng etmiş, bir neçə dəqiqə sonra Orxanın atası da oraya gəlmişdir. Atası içəri girən zaman Orxan ayağa qalxaraq bütün pulları ona verdiyini və onda pul olmadığını atasına bildirmişdir. Bir neçə dəqiqə sonra atası üzr istəyərək bir neçə gün sonra 28.000 manat pulu onlara qaytaracağını demişdir. Ertəsi gün Nahid ona zəng edərək Orxan ilə Atatürk parkında görüşdüyünü ona bildirərək, onu da oraya çağırmışdır. Həmin vaxt orada Orxanın atası və Nizami adlı bir şəxs olmuşdur. Nizami özünü ona Orxanın dayısı kimi təqdim etmiş, özünün kriminal aləmin üzvü olduğunu, pulun hamısının onun tərəfindən ödənilməli olduğunu bildirərək ona hədə-qorxu gəlmişdir. O, Nahid ilə birlikdə oradan çıxıb getmişdir. Ertəsi gün Nizami ona zəng edərək onu Badamdar qəsəbəsində yerləşən ofisinə görüşə çağırmış, o, Nahid ilə onun ofisinə getmiş, oraya Orxanın atası da gəlmişdir. Nizami ona yenidən hədə-qorxu gələrək məsələni araşdırdığını və həmin pulun 8.000 manatının Orxanda olduğunu, yerdə qalan 20.000 manatın onda olduğunu bildirmişdir. 2 gün sonra məlum olmuşdur ki, Orxan Sabunçu rayon 13-cü polis bölməsinə ondan şikayət etmişdir. O, Orxandan aldığı 14.000 manatı geri qaytara bilməmişdir. Təqsirləndirilən şəxs1 guya onun Nahid və Abbas adlı dostlarından Fatmayı qəsəbəsində yerləşən torpaq sahəsinə dair çıxarışı hazırlayıb onlardan pul almağa utandığı üçün pulu Orxan tərəfindən alınmasını xahiş etməsi, həmçinin Təqsirləndirilən şəxs1 guya onun tərəfindən intim görüntüləri ilə şantaj edilməsi, silahla hədə-qorxu gəlinməsi, onun tapşırığına əsasən Abbas və Nahiddən pulları alaraq ona verməsi barədə dedikləri həqiqətə uyğun deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yay aylarında Abşeron rayonu, Fatmayı qəsəbəsində yaşayan müxtəlif tanışlarından həmin qəsəbədə sahibsiz torpaq sahələri olduğunu eşitmiş və orada torpaq sahəsi almaq qərarına gəlmişdir. 2020-ci ilin sentyabr ayında 2009-cu ildən polis orqanlarında işləyən şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs2 ilə söhbət əsnasında Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən 0.80 ha torpaq sahəsini alaraq öz adına rəsmiləşdirilməsini bildirdikdə, İlkin ona bu məsələdə Sabunçu rayonu, Bakıxanov bələdiyyəsinin sədr müavini vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 köməklik göstərə biləcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının ikinci yarısında xatırlamadığı tarixdə yaşadığı ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 yanında Təqsirləndirilən şəxs1 ilə görüşmüş, sonuncu ona Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən 0.80 ha torpaq sahəsinə dair Əmlak Məsələləri üzrə Dövlət Xidmətində çalışan adını çəkmədiyi yüksək vəzifəli şəxslərə 28.000 manat pulun verilməsi müqabilində 1 həftə ərzində çıxarış verilməsini təmin edə biləcəyini demişdir. O, Orxanın təklifi ilə razılaşaraq həmin gün eyni ünvanda 28.000 manat pulu Təqsirləndirilən şəxs2 yanında Təqsirləndirilən şəxs1 vermişdir. Orxan 28.000 manat pulu ondan alıb, 1 həftə sonra torpağa dair çıxarışı ona təqdim edəcəyini bildirdirsə də, sonradan müxtəlif bəhanələr gətirərək torpağın çıxarışını verməmişdir. Bir müddət sonra Orxan Daşdəmirovla yaşadığı evin yaxınlığında görüşərək, sonuncu ona Abşeron rayonu, Fatmayı qəsəbəsində 0,80 ha ölçüdə torpaq sahəsinə dair nömrəsiz çıxarışın surətini təqdim etmiş, o həmin sənədi Əmlak Məsələləri üzrə Dövlət Xidmətində adını çəkmədiyi vəzifəli şəxsdən götürdüyünü bildirmiş, sonradan həmin çıxarışın saxta olduğu ona məlum olmuşdur. O, Orxan Daşdəmirovdan hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra sonuncu ondan aldığı 28.000 manat pulu tam geri qaytarmışdır. Hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən bu günədək “Sindo-Ryu və Pençak- Silat” idman federasiyasının prezidenti işləyir. 2020-ci ilin fevral ayında uzaq qohumu olan Şahid1 Abşeron rayonu, Fatmayı qəsəbəsində tanışı Nofəlin adına satışda torpaq sahələrinin olduğunu bildirdiyindən, orada torpaq sahəsi almaq qərarına gəlmişdir. Həmin ayın əvvəllərində Nahid ilə birlikdə Abşeron rayonu, Fatmayı qəsəbəsinə getmiş və Nofəl adlı tanışı həmin 0,25 ha ölçüdə olan torpağı ona göstərmişdir. Nofəl özünün Əmlak Məsələləri üzrə Dövlət Xidmətində işlədiyini bildirib, ona Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinə Əmlak Məsələləri üzrə Dövlət Xidmətində çalışan yüksək vəzifəli şəxslərə 10.000 manat pulun verilməsi müqabilində 05.03.2020-ci il tarixdə sənədlərin veriləcəyini demişdir. O, Nofəlin təklifi ilə razılaşaraq növbəti günlərdə qeyd edilən 10.000 manat məbləği Nofəlin yaşadığı Mehdiabad qəsəbəsində yerləşən dəqiq ünvanını bilmədiyi evində Nahidin yanında Nofələ vermiş, bundan başqa müxtəlif vaxtlarda eyni ünvanda eyni məqsədlə Nofələ 12000, 6000 və 3000 manat olmaqla, ümümilikdə Nofələ 31000 manat məbləğində pul vermişdir. 05.03.2020-ci il tarixdə Nofəl tərəfindən ona hər hansı sənəd təqdim edilməmiş, Nofəl müxtəlif bəhanələr gətirərək tez bir zamanda çıxarışın ona veriləcəyini, torpaq sahəsini hasarlaya biləcəyini ona dediyindən, 0,50 ha ölçüdə ərazini hasarlayaraq 65000 manat xərc çəkmişdir. Danışığa görə həmin ərazinin 0,25 ha sahəsini Nahid almalı olsa da, bütün 0,50 ha ölçüdə torpağın hasarını o, öz hesabına tikmişdir. Nofəlin ümumilikdə 31000 manat pulu ondan almasına, həmçinin 65000 manat hasarın çəkilməsinə xərc etdiyinə baxmayaraq, Nofəl 2020-ci ilin avqust ayınadək ona müxtəlif bəhanələr gətirərək çıxarışı təqdim etməmiş və onu inandırmaq üçün Fatmayı bələdiyyəsinin sədri Nəsir müəllimin yanına aparmış, həmin sədr onu Nofəlin yanında əmin etmişdir ki, 2020-ci ilin sentyabr ayında torpağın sənədləri hazır olacaqdır. Həmin dövrdə hər hansı nəticə əldə olunmadığından Nahidə şikayət etmiş, sonuncunun tanış etdiyi şəxslərin onu aldatmasını bildirmişdir. Nahid ona tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanıdığı Sabunçu rayonu, Bakıxanov bələdiyyəsinin sədr müavini vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ona bu işdə köməklik göstərə biləcəyini dediyindən, 2020-ci ilin sentyabr ayının ikinci yarısında xatırlamadığı tarixdə İlkin ilə birlikdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Furqan” restoranında Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Orada Orxan torpağa baxıb sənədləşdirmənin qiymətini bildirəcəyini demiş, bir neçə gün sonra Nahid ona zəng edib Orxan tərəfindən 28.000 manat pulun tələb olunduğu demişdir. Bundan sonra Xətai rayonu Lexus Bakı Mərkəzinin yaxınlığında İlkinin yanında Orxana məxsus ofisdə görüşüb ona 10.000 manatı vermiş, bir neçə gün sonra eyni ünvanda 5000, sonra 5000 və sonuncu dəfə 3.000 manatı da eyni ünvanda, ümumilikdə 23.000 manatı Orxana vermiş, 5000 manatı isə yaşadığı evin yanında İlkinə vermişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs1 hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdən sonra Orxanın qohumu Şahid4 ona 14000 manat, Təqsirləndirilən şəxs2 isə 14000 manatı qaytarmışdır. O, Təqsirləndirilən şəxs1 Şahid1 da torpağa görə pul almasından sonradan xəbərdar olmuşdur. Təqsirləndirilən şəxs1 ona pulu verəcəyi Əmlak Məsələləri üzrə Dövlət Xidmətində işləyən vəzifəli şəxslərin adını çəkməmişdir. Hazırda ondan alınmış 28.000 manat qaytarılmış və heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 13.10.2020-ci il tarixdə oğlu Orxan zəng edib problemlərinin olduğunu, Badamdar qəsəbəsində yerşələn “Aylı Gecə” restoranına gəlməyini xahiş etmişdir. O, həmin restorana gəldikdə orada oğlu Orxanın yanında bir neçə tanımadığı şəxslərin olduğunu görmüş və ona məlum olmuşdur ki, həmin şəxslərdən Nahid adlı şəxs Orxandan torpaq sənədləşdirilməsi üçün verdiyi 28.000 manat pulu geri tələb edir. Həmçinin məlum olmuşdur ki, o, oraya gələnə qədər həmin şəxslərdən biri Orxanın “Kia Optima” markalı avtomobilini götürüb harasa sürmüşdür. Orxan ona bildirmişdir ki, Şahid1 Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi adı ilə tanışı Təqsirləndirilən şəxs2 tapşırığı, sonra isə sonuncunun hədəsi altında sonuncunun yanında ümumilikdə 28.000 manat, Abbas adlı şəxsdən isə ümumilikdə 23.000 manat almışdır. Bir müddət sonra sənəd hazır olmadığı üçün Abbas və Nahid oğluna zənglər etməyə başlamışlar. Orxan heç vaxt Əmlak Məsələləri üzrə Dövlət Xidmətində işləməmiş, onun həmin qurumun hər hansı vəzifəli şəxsi ilə münasibətinin olması barədə məlumatı yoxdur. Şahid1 qohumu haqda dedikləri həqiqətə uyğun deyil, Şahid4 onun qohumudur, o fərdi sahibkarlıq ilə məşğul olur, Nizami özünü kriminal aləmin üzvü kimi təqdim etməmiş, onlar məsələni araşdırmaq məqsədi ilə Şahid1 ilə Nərimanov rayonu Atatürk parkında görüşüb söhbət etmişlər. Oğlu Orxandan şikayət ediləcəyini görüb Şahid2 14000 manatı, Şahid1 isə 28.000 manat pul qaytarılmışdır. Beləliklə şikayətçilərə vurulmuş zərər tam şəkildə ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2020-ci il tarixdə qohumu Şahid3 ona zəng edərək probleminin olduğunu və onunla görüşmək istədiyini bildirdiyindən Şahbazla görüşmüşdür. Şahbaz ona oğlu Orxanın aldadılaraq onun vasitəsilə bir nəfər Abbas adlı şəxsdən guya sonuncuya məxsus torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi üçün 23.000 manat pul alındığını bildirmişdir. O, Orxandan bu barədə maraqlandıqda, sonuncu ona Nadir adlı makler vasitəsi ilə tanış olduğu İlkin adlı şəxslə dostluq etdiyini, Təqsirləndirilən şəxs2 dostlarından torpaq sahəsinin sənədləşdirilməsi üçün 28.000 manat pul almalı olduğunu, lakin onun yaxın dostları olduğu üçün qeyd edilən məbləği almağa utandığını və onun əvəzinə Orxanın həmin məbləği götürməsini ondan xahiş etdiyini bildirmişdir. Orxan onun bu tələbini yerinə yetirərək Abbasdan 10.000 manat almış, daha sonra İlkin ondan əlavə olaraq 5.000 manat almasını tələb etdikdə, Orxan imtina etmiş, İlkin Orxanı intim görüntülərini yayacağını deyərək şantaj etmiş, Orxan isə bu şantaja görə yenidən Abbasdan 13.000 manat pul alıb İlkinə vermişdir. Orxanın deməsinə görə bundan sonra İlkin Orxana zəng edərək Abbasdan alınan pulun geri qaytarılıb həmin torpaq sahəsinə veriləcək sənədi Nahid adlı şəxsin adına rəsmiləşdirəcəyini demişdir. Daha sonra Orxan Nahid adlı şəxs ilə görüşüb ondan 28.000 manat pulu alıb 14.000 manatını İlkinə vermiş, İlkin qalan 14.000 manatı Abbasa qaytarmağı tapşırmış, o da 14.000 manatı Abbasa vermək istəyərkən, sonuncu bütün məbləğin verilməsini tələb etmiş, daha sonra Orxan İlkin ilə birlikdə 14.000 manatı Abbasa qaytarmışdır. Bundan sonra o, Şahbazın xahişi ilə məsələyə müdaxilə etdikdən sonra İlkin ilə razılığa gəlmişdir ki, İlkin qalan 14.000 manatı Abbasa özü qaytaracadır. Danışığa görə İlkin həmin pulu onlara verməli, onlar da pulu Abbasa qaytarmalı idi, çünki onlar Abbasa söz vermişlər ki, Abbasın pulu qaytarılacaqdır. Lakin İlkin qalan 14.000 manatı onlara vermədiyindən, məcbur olub həmin 14.000 manatı da öz vəsaitlərindən Abbasa qaytarmışlar. O, yalnız qudası Şahbazın xahişi ilə məsələni araşdırmaq üçün Şahid1 ilə görüşüb söhbət etmiş, ona hədə-qorxu və ya hər hansı formada təzyiq göstərməmiş, özünü kriminal aləmin “Perm Nizami” ləqəbli şəxsi kimi təqdim etməmişdir. Onun Badamdar qəsəbəsində yerləşən iş yerində Şahbaz, Orxan, İlkin və Nahid ilə görüşmüşdür. İlkin və Nahidin yanına sonradan digər tanımadığı şəxslər də gəlmiş, orada o, İlkindən Abbasa verilməli olan qalan 14000 manatı qaytarmağını, həmçinin Nahid tərəfindən qaçırılmış Orxana məxsus avtomobilin qaytarılmasını tələb etmiş, lakin hədə-qorxu gəlməmiş və ya hər hansı formada təzyiq göstərməmişdir. Cinayət işinin 01-ci cildinin 35-ci vərəqində olan imza və möhür kimi rekvizitləri olmamaqla tarixsiz çıxarışdan görünür ki, Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,80 ha ölçüdə torpaq sahəsi mülkiyyət hüququ əsasında Şahid1 məxsusdur. Cinayət işinin 01-ci cildinin, 176-180-cı vərəqlərində olan Abşeron rayon prokurorluğunun 14.12.2020-ci il tarixli 843-xid-20 nömrəli məktubundan görünür ki, Abşeron RPİ-nin təhqiqat şöbəsində Şahid2 X3 torpaq sənədləşdirilməsi adı ilə pulunun alınıb ələ keçirilməsi barədə şikayəti üzrə araşdırma aparılaraq 05.10.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərar Abşeron rayon prokuroru tərəfindən qanuni və əsaslı olması müəyyən edilərək ləğvi üçün əsas müəyyən edilməmişdir. Cinayət işinin 01-ci cildinin 191-194-cü vərəqlərində olan Bakıxanov bələdiyyəsinin 03 fevral 2020-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə sədr müavini seçilmiş, 29 oktyabr 2020-ci il tarixli 13 saylı iclas protokolundan çıxarışa əsasən, Təqsirləndirilən şəxs1 həmin tarixdə sədr müavini vəzifəsində azad edilmişdir, 24 noyabr 2020-ci il tarixli 13 saylı iclas protokolundan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 bələdiyyə üzvü səlahiyyətlərinə xitam verilmişdir. Cinayət işinin 01-ci cildinin 137-138-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 04 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 21 sentyabr 2010-cu il tarixdən 19 yanvar 2016-cı il tarixədək Daxili İşlər orqanlarında işləmiş, 19 yanvar 2016-cı il tarixdə isə Daxili İşlər orqanlarından xaric olunmuşdur. Cinayət işinin 01-ci cildinin 80-ci vərəqində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 02.04.2014-cü tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 3-cü qrup əlildir (müddətsiz). Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə sorğularına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 26.08.2021-ci, 31.08.2021-ci, 08.09.2021-ci, 13.09.2021-ci, 05.10.2021-ci, 11.11.2021-ci, 20.11.2021-ci , 01.12.2021-ci il tarixli cavab məktubları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 20.08.2021-ci il tarixdən “Həyəcan-təşviş pozuntusu” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədədir. Məhkəmədə içtirak etmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən təyin edlərək keçirilmiş stasionar məhkəmə psixiatrik ekspertizasının 01.11.2021-ci il tarixli, 144 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hal-hazırda “Qarışıq həyəcan və depressiv pozuntu” dan əziyyət çəkir. Buna baxmayaraq ümumən psixi vəziyyəti qənaətbəxş olduğundan onun məhkəmə iclasılarında iştirak etməsi mümkündür. Təqsirləndirilən şəxs1 hal-hazırki psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham olunan əməllərdə özlərini təqsirli bilməsələr də, onların cinayət əməlləri şahidlərin ifadələri ilə yanaşı aşağıdakı sübut növü ilə də tam təsdiq olunur. Belə ki, cinayət işinin 01-ci cildinin, 136-cı vərəqində olan «kompakt diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 08 dekabr 2020-ci il tarixdə Azercell MMCdən daxil olmuş CD diskdə olan telefon danışıqlarına dair məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs2 məxsus ********** telefon nömrəsindən Orxan Daşdərmiliyə məxsus ********** telefon nömrəsinə 09.09.2020-ci il tarixdə saat 11:30-da “Abbasa təcili yığ yığır məni”, 09.09.2020-ci il tarixdə saat 16:11-də “Abbasa de görüşəcəm sənlə vso”, 01.10.2020-ci il tarixdə saat 16:40-da “Yığ ona de ki işi istəyirsənsə gözdə 2-ci günü istəmirsənsə, birinci gün pulu götürəcəm, ordan 28 mini de 14 sənə 14 də öz pulundu guya” məzmunlu, Orxan Daşdərmiliyə məxsus ********** telefon nömrəsindən Təqsirləndirilən şəxs2 məxsus ********** telefon nömrəsinə 01.10.2020-ci il tarixdə saat 16:21-də “Ay qardaş dedim ki emlakdayam başa düşürsən?”, saat 16:46-da “Dirənib başa düşürsən? dirənib pulunu istəyir mən danışanmıram uje”, saat 16:38-də “Qurban sənə Abbası həll elə məni öldürdü dalbadal yığır elə” məzmunlu sms-lərin olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü və 32.4,312.2-ci maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmadığını, törətdiyi cinayət nəticəsində vurduğu maddi ziyanın ödənilməsini, ona qarşı şikayət və tələbin olmadığını, “Qarışıq həyəcan və depressiv pozuntu” xəstəliyindən əziyyət çəkdiyini, 3-cü qrup əlil olduğunu və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmadığını, törətdiyi cinayət nəticəsində vurduğu maddi ziyanın ödənilməsini, ona qarşı şikayət və tələbin olmadığını, ailəli və himayəsində iki azyaşlı uşaqlarnın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cazalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 N-li qərarının 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən halları, eləcə də cinayətin törədildiyi vaxtdan hal-hazıra qədər keçən müddət ərzində onların şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə və onların cəmiyyətdən təcrid edilmələrinə zərurət yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü və Cinayət Məcəlləsinin 312.2-ci maddələrinin sanksiyalarında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı yüngül cəza növləri, o cümlədən cərimə cəzası da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Cinayət Məcəlləsinin 46.2-ci maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza, Cinayət Məcəlləsinin 32,312.2-ci maddəsinin sanksında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan tədbiri» ləğv olunmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada vəəvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş Şahid1 Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,80 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən imza və möhür kimi rekvizitləri olmamaqla çıxarış görüntüsü yaradan tarixsiz çıxarış və Azercell Telecom MMC-dən təqdim edilmiş «CD-R» formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat cərimə cəzası və Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 8.000 (səkkiz min) manat cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10.000 (on min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzasının və əlavə cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 4.000 (dörd min) manat cərimə cəzası və Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 8.000 (səkkiz) manat cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 10.000 (on min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan tədbiri» ləğv olunsun, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş Şahid1 Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,80 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən imza və möhür kimi rekvizitləri olmamaqla çıxarış görüntüsü yaradan tarixsiz çıxarış və Azercell Telecom MMC-dən təqdim edilmiş «CD-R» formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar