Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-889/2020 09.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.2000-ci ildə X2 şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Azərbaycan Memarlıq və X7 təsərrüfatının idarə edilməsi fakültəsinin 3-cü kurs tələbəsi, subay, ünvan 1 mənzil 28 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, “Pirşağı” istirahət düşərgəsində yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, xx xxxx 2019-cü il tarixdə, təxminən saat 00:30 radələrində Bakı şəhəri, Pirşağı qəsəbəsi, “Pirşağı” istirahət düşərgəsində yerləşən çayxanada əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə söhbət zamanı sonuncunun onun barəsində məhəllədə yaşayan insanlara özündən razı adam olduğu, buna görə də ondan xoşu gəlmədiyini bildirməsini deyərək mübahisə yaratmış və Zərərçəkmiş şəxs həmin sözlərini cüzi səbəb kimi bəhanə edib sonuncunu xuliqanlıq niyyəti ilə öldürməyi planlaşdıraraq cinayətkar niyyətini həyata keçirmək istəmiş, lakin həmin vaxt ətrafda insanların çox olmasını görüb oradan çıxıb gedərək həmin gün saat 23 radələrində planlaşdırdığı cinayətkar əməlini başa çatdırmaq üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi bıçaqla silahlanaraq və həmin bıçağı şalvarının yan cibində gizlətməklə yenidən həmin çayxanaya qayıdaraq orada Zərərçəkmiş şəxsla rastlaşmış, əvvəlcə o, daha sonra isə sonuncu çayxanadan bayıra çıxdıqdan sonra aralarında baş vermiş söhbət əsnasında özünü aqressiv formada aparıb qəsdən mübahisə yaradaraq Zərərçəkmiş şəxs təhqir etdiyi üçün sonuncunun onu əli ilə itələməsini bəhanə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoymaqla sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək cibində gizlətdiyi bıçaqla Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vurub sonuncuya döş qəfəsinin sol yarısının ön və bayır səthlərinin döş və qarın boşluqlarma keçməyən üç ədəd, sol yanaq nahiyəsinin bir ədəd, çənəaltı nahiyənin bir ədəd olmaqla ümumilikdə və hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid beş ədəd, dərəcəsinə görə ağır dərəcəli hemorragik şokla müşayiət olunan, sol tərəfi hemopnevmotorakasa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), ağciyərin, diafraqmanm, qaraciyərin, mədəaltı vəzin, dalağın zədələnmələrinə səbəb olan döş qəfəsinin sol yarısının ön və bayır səthlərinin döş və qarın boşluqlarma keçən ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün sağlamlığa ağır zərərvurmaya aid beş ədəd, cəmi on ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri yetirdikdən sonra sonuncu qışqırdığına görə ələ keçməmək üçün hadisə yerindən qaçmağa məcbur olduğundan, habelə Zərərçəkmiş şəxs vaxtında tibb müəssisəsinə çatdırılaraq ixtisaslı tibbi yardım almaqla həyatı xilas olunduğundan, o, öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli, yəni Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə deyil, CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilirərək göstərdi ki, o və anası “Memar Əcəmi” metrostansiyasının yaxınlığında, nənəsi Sabunçu rayonu ərazisində, Pirşağı qəsəbəsində yerləşən “Lokomotiv” düşərgəsində yaşamışlar. Onun dayısı oğlu Şahid1 həmin düşərgədə yerləşən çayxananı icarə əsasında işlətmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs 2019-cu ilin fevral ayından, yəni “Lokomotiv” düşərgəsindən tanımışıdır. Belə ki, sonuncu da orada yaşamışdır. Lakin Sərxanı orada elə də çox görməmiş və elə bir münasibəti olmamışdır. 2019-cu ilin iyul ayının 19-da gecə saat təxminən saat 01 radələrində o, qəsəbədə yerləşən çayxanada dayısı oğlu olan Tərlanla birlikdə çay içən zaman Sərxan oraya gəlmiş və onların stoluna oturmuşdur. Lakin, sonuncunu onların stoluna kimin çağırdığı və yaxud özünün gəlib oturması həmin vaxt yadında qalmamışdır. Bir qədər masada oturub söhbət etdikdən sonra Sərxan Tərlana məsləhət verərək ona işləmək lazım olduğunu, bekar gəzməyin heç kimə xeyir verməyəcəyini demişdir. Sərxan özü güləş idman növü ilə məşğul olmuşdur. Sərxan həmin vaxt ona də bir söz demiş, amma Sərxanın ona nə sözü deməsi tam olaraq yadında deyil. Amma bir şeyi tam olaraq əminliklə deyə bilər ki, o, həmin vaxt Sərxanı qıcıqlandıracaq hansısa bir söz deməmişdir. O, Sərxanın dediyi sözlərə heç bir mənfi münasibət göstərməmişdir. Əksinə Sərxana “sən böyüksən, Allah köməyin olsun” demiş və bu söhbətdən sonra evə getmək üçün çıxmışdır. O, bundan sonra kafenin arxa çıxışından qabaq çıxışına tərəf gedəndə Sərxan onu görmüş, yanına çağırmış, ona “niyə belə edirsən, niyə hörmətsizlik, qabiliyyətsizlik edirsən” demişdir. O isə Sərxana qarşı heç bir hörmətsizlik, qabiliyyətsizlik etmədiyimi demiş, Sərxanla söhbəti uzatmamaq üçün oradan çıxıb evə getmişdir. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 23 radələrində o, dükana gedən vaxt yenidən Sərxanla qarşılaşmışdır. Sərxan ona yenidən bir gün əvvəl kafedə olan söhbətdə ona hörmətsizlik etdiyini demiş və onu nalayiq söyüşlərlə söyməyə başlamış və gözlənilmədən sillə ilə onu vurmuşdur. Sərxan əlləri ilə onun çiyinlərindən tutub onu yerə yıxmaq istəmiş, bu zaman haradan əldə etdiyimi xatırlamadığı bıçaqla o, bir neçə dəfə ardıcıl olaraq Sərxanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. O, həmin vaxt olduqca həyəcanlı olduğundan Sərxanın dəqiq olaraq harasından və necə vurduğunu xatırlamır. Çünki həmin vaxt qan gördüyünə görə möhkəm həyəcan keçirmiş, bundan sonra Sərxanın qışqırığından özünə gəlmiş və hansı əməli törətdiyini başa düşmüşdür. Dərhal oradan qaçıb əvvəlcə dəniz kənarına getmiş, hadisə vaxtı istifadə etdiyi bıçağı isə yolda gedərkən tullamışdır. Lakin, həmin vaxt həyəcanlı olduğu üçün hara tulladığını hazırda xatırlamır. Bundan sonra o, bir qədər dəniz qırağında gəzişdikdən sonra etdiyi əmələ görə peşman olmuş və könüllü olaraq təslim olmaq qərarına gəlmişdir. Bundan sonra dəniz kənarından piyada Zabrat qəsəbəsinə gəlmiş, orada olan insanlardan polis bölməsinin harada olduğunu öyrəndikdən sonra Zabrat qəsəbəsində yerləşən Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə getmiş və törətdiyi əməli səmimi etiraf edib təslim olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, Sərxanın güləşçi olduğunu bildiyindən Sərxanın onu öldürə biləcəyindən qorxmuş, ona görə də bıçaqla Sərxana ardıcıl zərbələr vurmuş, hadisə baş verən vaxta qədər o, üzərində bıçaq gəzdirən olmamış, Sərxanın konkret olaraq hansı nahiyəsindən vurduğunu, ilk harasından vurduğunu və neçə dəfə vurduğumu bilməsə də, bıçağı onun qarın hissəsindən vurduğu yadına gəlir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, o, 2013-cü ildə Bədən tərbiyəsi və idman akademiyasının “güləş” fakültəsinə qəbul olmuş, 2018-ci ildə akademiyanı qurtarmalı olsa da, kəsiri olduğu üçün bir il kursda qalmışdır. 2008-ci ildə Avropa çempionatında 3-cü yerə layiq görülmüşdür. Təxminən 5 il olar ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Lokomotiv” şəhərciyində məskunlaşaraq yaşamışdır. Hadisədən təxminən 4 ay öncə, yəni ailə qurduğu vaxtdan Bakı şəhəri, A.Məhərrəmov küçəsi 44A, mənzil 4-də kirayədə yaşamağa başlamışdır. “Lokomotiv” düşərgəsində isə iki qardaşı və anası X3 yaşamış, tez-tez anasıgilin yanına gedib-gəlmişdir. Təqsirləndirilən şəxs baş vermiş hadisədən təxminən 4-5 ay qabaq görüb tanımışdır. Belə ki, bildiyi qədər Renad “Lokomotiv” düşərgəsində babasıgildə yaşamışdır. O, orada yaşayan vaxtlarda təxminən bir neçə dəfə Renadı görmüşdür. Həmin vaxt Renad ona pis təsir bağışlamamışdır. O, “Memar Əcəmi” metrostansiyasının yanında olan ünvana köçdükdən sonra Renadı çox görməmişdir. Baş vermiş hadisədən təxminən bir neçə gün öncə o, məhəllədə yaşayan uşaqlarla söhbət etdiyi zaman onlara Renadın özündən razı adama oxşadığını və davranışları xoşuna gəlmədiyini demişdir. Belə ki, bundan bir neçə gün öncə Renadı görmüş və həmin vaxt sonuncunun özünü aparmağından xoşu gəlməmişdir. Belə ki, sonuncu özündən razı hərəkətlər etmiş və davranışları dediyi kimi xoşuna gəlməmişdir. Lakin hadisə baş verən günə kimi Renadın ona qarşı hər hansı bir xoşagəlməz hərəkəti olmamışdır. Baş vermiş hadisədən bir gün öncə o, anası və qardaşlarını qohumlarının ad gününə aparmışdır. Həmin gün, yəni xx xxxx 2019-cü il tarixdə, təxminən saat 00:30 radələrində o, anasıgili “Lokomotiv” şəhərciyinə gətirmiş və məhəllədə olan uşaqlarla görüşmək üçün orada yerləşən çayxanaya getmişdir. İçəri girdikdən sonra onu, məhəllə uşağı kimi tanıdığı Tərlan çay içmək üçün öz süfrəsinə dəvət etmişdir. Tərlanın yanında Renad da oturmuşdur. Bildiyi qədər Tərlan Renadın qohumudur. Bir qədər söhbət etdikdən sonra o, Tərlana işləmək, hər hansı bir işlə məşqul olmağın lazım olduğunu məsləhət verməyə başlamışdır. Bu zaman Renad ona söz ataraq “biz də bilirik işləmək lazımdır, sən niyə bizi öyrədirsən?” sözlərini demişdir. Lakin o, Renadla ünsiyyətə girməmək üçün ona cavab verməmişdir. Bundan sonra Renad daha bir neçə dəfə ona söz ataraq onlara ağıl öyrətməməyini dedikdə, o, Renada “gərək adamın qulaq asmaq qabiliyyəti olsun, niyə söhbətə müdaxilə edirsən” demişdir. Renad isə “bizim hərəkətimiz də, ağlımız da var” demişdir. Bu sözləri dedikdən sonra Renad kafedən bayıra çıxmışdır. O isə çayxanada bir qədər oturduqdan sonra bayıra çıxmış, bu vaxt o, Renadın bayırda durduğunu görüb onu kənara çəkmiş və təklidə ona niyə belə söhbət etdiyini, niyə özünü kobud apardığını demişdir. Renad isə onun özü barəsində məhəllə uşaqlarına yaxşı olmayan sözlər işlətdiyini demişdir. O isə Renada onun barəsində təhqiredici söz demədiyini, sadəcə onun davranışlarından xoşu gəlmədiyini dediyini bildirmiş, Renad isə özünü aqressiv apararaq “ayıb olsun sənə, adam belə hərəkət eləməz” sözlərini deyib oradan çıxıb getmişdir. O, nə qədər Renada gözləməsini desə də, Renad qulaq asmayaraq çıxıb getmişdir. Bu söhbət xx xxxx 2019-cu il tarixdə, təxminən saat 01 radələrində olmuşdur. O isə bundan sonra “Memar Əcəmi”də yaşadığı evə getmişdir. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 21:00-da o, işlədiyi “Aygün siti” ticarət mərkəzindən çıxaraq “Lokomotiv” şəhərciyinə gəlmişdir. Saat təxminən 22:00-da orada olan çayxanaya getmiş, həmin vaxt orada olan uşaqlarla görüşmüş, Renad da həmin vaxt çayxanada olmuşdur. Uşaqlar onu gördükdə ayağa qalxıb görüşmüş, lakin Renad ayağa durmamış və onunla görüşməmişdir. Lakin o, buna əhəmiyyət verməmişdir. Bir qədər çayxanada oturduqdan sonra bayıra çıxmışdır. Bayıra çıxdıqda Renadla yenidən mübahisələri olmuşdur. Belə ki, o, Renada kimin səhv, kimin düz olduğunu hamının bildiyini demiş, Renad yenə də çox aqressiv və kobud danışmağa başlamışdır. Həmin vaxt Renad ona “ümumiyətlə sən kimsən ki, mənimlə söhbət edirsən?” demişdir. O isə özünü saxlaya bilməyərək sol əli ilə sonuncunun sifətindən yüngülcə sillə vurub itələmişdir. Bu vaxt Renad sifətini tutub dayanmış və heç nə deməmişdir. O, Renadı sillə ilə vurduqdan sonra arxaya çevrilib 1-2 addım atanda, arxadan vurulduğunu hiss etmişdir. Belə ki, Renadın onu necə vurduğunu görməmişdir. Yəqin ki, bıçaqla vurmuşdur. Birinci zərəbədən sonra o, huşunu itirmiş və nə baş verdiyini görməmişdir. Ayılan vaxt insanların başına yığışdığını, həmçinin qanın içində olduğunu görmüşdür. 10-15 dəqiqə yerdə qaldıqdan sonra onu taksiyə oturdaraq 3 saylı Şəhər kliniki xəstəxanasına aparmışlar. O, Renadla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. O, özü bir yaşından etibarən “Lokomotiv” düşərgəsində yaşamağa başlamışdır. Renad isə baş vermiş hadisədən 3-4 ay qabaq “Lokomotiv” düşərgəsində onlarla bir evdə qalmağa başlamışdır. Belə ki, Renad özü Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2-ci kurs tələbəsi olmuşdur. Renadın valideyinlərinin isə maddi vəziyyəti yaxşı olmamış, buna görə də babası Şahid3 Renadı onların yanına gətirmişdir ki, təhsilinə davam edə bilsin. Ona görə də dediyi vaxtdan Renad “Lokomotiv” düşərgəsində onlarla birlikdə yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs isə təxminən 4-5 il olar ki, tanımışdır. Belə ki, təxminən 4-5 il öncə Sərxan ailəsi ilə “Lokomotiv” düşərgəsinə köçmüş və orada yaşamağa başlamışdır. Həmin vaxtdan da o, Sərxanı tanımışdır. O, Sərxanı sakit, özü işləri ilə məşğul olan, dava-dalaşa meyilli olmayan bir insan kimi tanımışdır. Bildiyi qədər baş vermiş hadisədən təxminən 3-4 ay öncə Sərxan ailə həyatı qurmuş və köçüb başqa bir yerdə qalmış, lakin tez-tez “Lokomotiv” düşərgəsinə gəlib-getmişdir. Baş vermiş hadisədən təxminən 20 gün qabaq o, həyətdə olan çayxananı icarayə götürüb işləməyə başlamışdır. xx xxxx 2019-cu il tarixdə o, çayxanada bibisi oğlu Renadla oturub söhbət edən zaman Sərxan çayxanaya gəlib onlarla oturub söhbətləşməyə başlamışdır. Söhbət əsnasında Sərxan ona məsləhət verməyə başalmışdır ki, çayxana işlətmək iş deyil, iş tapıb, işləmək lazımdır. Həmin vaxt Renad Sərxana “sən bizə məsləhət vermə, bizim öz ağlımız var, bilirik neyləmək lazımdır” demişdir. Sərxan isə sonuncuya cavab verməyərək onunla danışmağa davam etmişdir. Bundan sonra Renad Sərxana bir neçə dəfə onlara ağıl öyrətməməyi deyəndə Sərxan sonuncuya “görürsən sənə cavab vermək istəmirəm. Niyə söhbətə müdaxilə edirsən” demişdir. Sərxan həmçinin məsləhəti Renada deyil, ona verdiyini demişdir. Renad isə hamının bir masada oturduğunu, ona görə də söhbətin özünə də aid olduğunu demişdir. Bundan sonra onlar bir-birinə çəp baxdıqlarını, nəsə ola biləciyini gördüyündən, söhbətə müdaxilə edərək onları sakitləşdirmiş və mənasız bir şeyə görə mübahisə etməmlərini demişdir. Bundan sonra Renad bayıra çıxmışdır. O isə həmin vaxt evdən çağırdıqlarına görə evə getmiş və sonra nə baş verdiyini bilməmişdir. O çayxanaya qayıtdıqdan sonra Renad və Sərxan orada olmamışlar. Bundan sonra o, bir qədər də çayxanada qaldıqdan sonra çayxananı bağlayıb evə getmişdir. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 22-23 radələrində o, çayxanada olan vaxt bayırdan səs-küy gəldiyini eşitmiş və bayıra çıxmışdır. Həmin vaxt bayırda çoxlu insan toplaşmışdır. O, ilk öncə nə baş verdiyini başa düşməmiş, bayıra çıxanda Renad və Sərxanı bayırda görməmişdir. Orada olan kənd ağsaqqalı İsmayıl dayı ona Renadın Sərxanı bıçaqla vurduğunu, sonra isə qaçıb getdiyini, Sərxanı isə xəstəxanaya apardıqlarını demişdir. Bundan sonra o, İsmayıl dayı ilə birlikdə evə getmiş, ailə üzvlərinə məlumat vermişdir. Bundan sonra o, Renadı görməmişdir. Sonradan eşitmişdir ki, Renad özü könüllü olaraq polis bölməsinə gədərək təslim olmuşdur. Şahid X4 məhkəmədə ifadəsində göstərdi ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Sərxan əvvəllər onlarla birlikdə yaşamış, 2019-cu əvəllərində Sərxan ailə qurduqdan sonra “Memar Əcəmi” metrostansiyasının yaxınlığında ailəsi ilə birlikdə kirayədə yaşamağa başlamışdır. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 23:30 radələrində o, Sərxanın yaşadığı evə gəlmişdir. Belə ki, həmin gün ailəvi olaraq qonaq getməli olmuşlar. Onların evinə gəldikdə Sərxanın evdə olmadığını görmüşdür. Daha sonra anası Sərxanın əl telefonuna zəng etmiş, lakin Sərxan telefona cavab verməmişdir. Bundan sonra təxminən 00:00 radələrində anasının əl telefonuna həmin zaman xatırlamadığı nömrədən zəng gəlmiş və Sərxanın Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər kliniki xəstəxanasına yerləşdirildiyini demişlər. Bundan sonra onlar tez bütün ailə üzvləri ilə birlikdə xətəxanaya getmişlər. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 00:30 radələrində xəstənaya çatdıqda Sərxanı artıq əməliyyat etmişlər. Saat təxminən 06 rədələrinə kimi Sərxanın əməliyyatı davam etmişdir. İlk öncə əməliyyatdan sonra Sərxan huşsuz vəziyyətdə olmuş və təxminən günün ikinci yarısında özünə gəlmişdir, lakin yenə danışa bilməmişdir. Bundan sonra o, Sərxanı bu vəziyyətdə görərkən pis olduğundan təxminən 2 həftə Sərxanın yanına getməmişdir. O, hadisədən sonra Sərxanı Pirşağı qəsəbəsində yaşayan Renad adlı şəxsin bıçaqladığını öyrənmişdir. Sonradan Sərxan özü də Renadın onu bıçaqladığını demişdir. Onların mübahisə edərək dalaşdıqlarını öyrənmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaxşı tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onun arvadının dayısı nəvəsidir. Zərərçəkmiş şəxs nənəsi isə atasının xalası qızıdır. Yəni o, sonuncuların hər ikisinin qohumu olaraq onları yaxşı tanımışdır. Onların hər ikisi əvəllər “Lokomotiv” düşərgəsində yaşamışlar. Belə ki, Təqsirləndirilən şəxs uşaq vaxtı həmin qəsəbədə anası, atası, ailə üzvləri və babası İldırım ilə birlikdə yaşamışdır. O, sonuncunun babası İldırımı yaxşı tanımışdır. Təxminən 10 il bundan qabaq Renadın atası Əlməddin rəhmətə getdikdən sonra sonuncunun anası tanımadığı bir nəfərlə ailə həyatı qurmuş və onlar həmin qəsəbədən köçüb getmişlər. Sonradan harada yaşadıqlarını bilməmişdir. Zərərçəkmiş şəxs da dediyi kimi həmin qəsəbədə yaşamışdır. Sərxan təxminən 5-6 il qabaq ailə üzvləri ilə köçüb həmin qəsəbədə yaşamağa başlamışdır. O, özü isə ailə üzvləri ilə bilrikdə 1992-ci ildən, yəni Şuşa şəhəri erməni işğalçıları tərəfindən işğal olunandan sonra Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Lokomotiv” düşərgəsində məskunlaşaraq yaşamağa başlamışdır. Baş vermiş hadisədən təxminən 3-4 ay qabaq Zərərçəkmiş şəxs ailə həyatı qurmuş və qəsəbədən köçərək bildiyi qədər “Memar Əcəmi” metrostansiyasının yaxınlığında arvadı ilə birlikdə kirayədə yaşamışdır. Onun anası və qardaşı isə “Lokomotiv” düşərgəsində yaşamaqda davam etmişdir. Renad özü də təxminən hadisədən bir neçə ay əvvəl qəsəbəyə gəlmiş və babası İldırımın evində yaşamağa başlamışdır. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 22-23 radələrində o, qəsəbədə özünə məxsus olan ərzaq dükanında alver ilə məşğul olan zaman bayırdan səs-küy gəldiyini eşitmiş və dükanın pəncərəsindən baxaraq çoxlu sayda adamın qaçışdığını görmüşdür. Bundan sonra o, bayıra çıxaraq dükandan təxminən 30-40 metr məsafədə dayanmış insanlara tərəf getmiş və onlardan nə baş verdiyini soruşmuşdur. Həmin vaxt ona Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu və qaçıb getdiyini, Sərxanın isə xəstəxanaya aparıldığını demişlər. Həmin vaxt hava qaranlıq, həmçinin gözləri yaxşı görmədiyi üçiin o, həmin insanların dəqiq kim olduğunu görməmişdir. O, ora gedəndə Sərxanı artıq xəstəxanaya aparmışlar. Lakin kimin və necə apardığını bilməmişdir. Bundan sonra o, Renadın dayısı oğlu olan Tərlanın oraya gəldiyini görmüş və Tərlan ondan nə baş verdiyini soruşanda o, sonuncuya Renadın Sərxanı bıçaqladığmı demiş və babası İldırımın harda olduğunu soruşmuşdur. Sonuncu isə ona İldırımın hazırda evdə olduğunu demişdir. Bundan sonra o, İldırım yaşayan evə getmiş və İldırımdan nəvəsinin harada olduğunu somşmuşdur. Belə ki, o, Renadın qaçıb evdə gizlənə biləcəyini düşünmüşdür. Babası isə ondan nə baş verdiyini soruşanda o, sonuncuya acıqla “canına azar olub, nə olacaq” demişdir. Belə ki, o, hadisədən ötrü bərk əsəbləşmişdir. O, X9 bıçaqladığını və qaçıb getdiyini demişdir. İldırımın həmin vaxt hadisədən xəbəri olmamış və o, sonuncuya məlumat verəndən sonra hadisədən xəbəri olmuşdur. Bundan sonra o, Renadın orada olmadığını görüb yenidən dükana qayıtmışdır. Sonradan eşitmişdir ki, Renad özü polis şöbəsinə gedərək etdiyi əməli etiraf edərək təslim olmuşdur (cild 2, iş vərəqi 63-66). Məhkəmədə nəvəsinə qarşı ifadə verməmək hüququndan istifadə edərək ifadə verməkdən imtina edən Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. Renad 2019-cu il mart ayından onun yanında yəni, Pirşağı qəsəbəsi, “Lokomotiv” düşərgəsində yaşamışdır. Belə ki, Renadın ailəsində maddi vəziyyət çox aşağı olduğundan o, Renadı öz yanına gətirmişdir. Renadı öz yanına gətirməyində məqsədi isə o olmuşdur ki, bütün qida və maddi ehtiyaclarını qarşılasın, Renad isə təhsilini davam etdirsin. xx xxxx 2019-cu il tarixdə, saat təxminən gecə 01 radələrində evdə yatdığı vaxt qonşusu İsmayıl nəvəsi Şahid1 bilrikdə yaşadığı evə gələrək nəvəsi Təqsirləndirilən şəxs adını sonradan bildiyi Zərərçəkmiş şəxs bıçaqladığını demişdir. O, Renadın bu hadisəni harada etdiyini öyrəndikdə isə qonşusu ona məhəllənin yaxınlığında olan çayxananın yanında törətdiyini demişdir. O, Tərlandan nə baş verdiyini soruşmuş və hadisənin baş verdiyi yerə getmək istəmişdir. Nəvəsi Tərlan ora getməyin heç bir mənası olmadığını, artıq Sərxanı xəstəxanaya apardıqlarını, Renadın isə oradan qaçıb getdiyini demişdir. Həmin gecə saat təxminən 6-7 radələrində Renad digər nəvəsi Tərlana zəng edərək onu axtarmamalarını, gedib özü könüllü olaraq polisə təslim olduğunu demişdir (cild1, iş vərəqi 154-158). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ifadənin yerində yoxlanılması, üzləşdirmə, baxış keçirilməsi haqında protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Lokomotiv” yaşayış düşərgəsidir (cild 1, iş vərəqi 8-11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2020-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlaması barədə istintaqa verdiyi ifadəsini əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 38-40). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs cinayət hadisəsi ilə bağlı verdiyi ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir (cild 1, iş vərəqi 181-185). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə aparılması və baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilən zaman əynində olmuş göy rəngli cins şalvar və qara rəngli qısaqol köynək götürülərək baxış keçirilmiş və baxış zamanı həmin paltarlar üzərində mexaniki zədə aşkar edilməmişdir. Götürülən əşyalar müvafiq qaydada qablaşdırılalaraq protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 103-104). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 1171 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izləri aşkar olunmamışdır (cild 1, iş vərəqi 111-112). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 1146 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ağır dərəcəli hemorragik şokla müşayiət olunan, sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), ağciyərin, diafraqmanın, qaraciyərin, mədaltı vəzin, dalağın zədələnmələrinə (bununla əlaqədar dalaq cərrahi yolla çıxarılmışdır) səbəb olan döş qəfəsinin sol yarısının ön və bayır səthlərinin döş və qarın boşluqlarına keçən 5 (beş) ədəd, döş qəfəsinin sol yarısının ön və bayır səthlərinin döş və qarın boşluqlarma keçməyən 3 (üç) ədəd, sol yanaq nahiyyəsinin 1 (bir) ədəd, çənəaltı nahiyyənin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları - cəmi 10 (on) ədəd müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti müayinə olunan şəxsin 3 saylı ŞKX-yə daxil olmasından (xx.xx.2019-cu il tarixdə saat 00:15) az əvvəl olmaqla özünün dediyi xx.xx.2019-cu il tarixə uyğun gəlir. Dərəcəsinə görə ağır dərəcəli hemorragik şokla müşayiət olunan, sol tərəfli hemopnevmotorakasa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), ağciyərin, diafraqmamn, qaraciyərin, mədəaltı vəzin, dalağın zədələnmələrinə (bununla əlaqədar dalaq cərrahi yolla çıxarılmışdır) səbəb olan döş qəfəsinin sol yarısının ön və bayır səthlərinin doş və qarın boşluqlarına keçən 5 (beş) ədəd deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrı ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, döş qəfəsinin sol yarısının ön və bayır səthlərinin döş və qarın boşluqlarına keçməyən 3 (üç) ədəd, sol yanaq nahiyəsinin 1 (bir) ədəd, çənəaltı nahiyənin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları-cəmi 5 (beş) ədəd isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını məhkəmə-tibbi ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs qeyd olunan xəsarətləri alarkən ayaqüstü vəziyyətdə olmaqla xəsarət qarşı-qarşıya ola bilərdi (cild 1, iş vərəqi 126-130). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 1793 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığm və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs həmçinin öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyuğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Hövsələsizlik, kobudluq, tez təsirlənmək, nümayişkarənəlik, qıcığa qarşı tez reaksiya vermək və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Motivasiya sferası yetişkəndir, emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Hadisə baş verən zaman qıcığa qarşı emosional reaksiya halını keçirmişdir. Həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi olaraq nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəni törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 159-162). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tibbi-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 669/2019-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan qrupu B/İİİ. Zərərçəkmiş şəxs qan qrupu Aİİ/. Eskepertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrində qrup antigenləri və aqqlyutininləri ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri alındı. Bu qan ləkələri Abeta(H)ll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Əgər onun qanına müşayiətçi “H” antigeni varsa. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus köynək üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır (cild 1, iş vərəqi 164-167). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2019-cu il tarixli, 448-MTKŞ/2019 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin ön səthində solda 06 (altı ədəd) və sol ön-yan səthində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yuxarı nahiyəsində 01 (bir) ədəd kəsilmiş zədə aşkar olundu. Bu zədə iti kənarı olan əşya (alətlə) ilə törənmişdir. Zərərçəkmiş şəxs məxsus köynəyin ön yuxarı orta hissəsində tikilmiş 3 ədəd düymələrdən 2-ci və 3-cü düymələrin (yuxandan aymaqla) öz yerində olmaması aşkar olundu. Bu düymələrin öz yerində olmaması köynəyin yaxasına küt qüvvə tətbiq etməklə (dartmaqla) qopub düşməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs məxsus köynəkdə aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr Zərərçəkmiş şəxs bədənində olan deşilmiş-kəsilmiş xəsarətlərlə öz yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs sol yanaq nahiyyəsində 01 ədəd və çənəaltı nahiyədə 01 ədəd deşilmiş-kəsilmiş yaralar ona məxsus köynəkdə, bədəninin müvafiq nahiyyəsinin köynəklə örtülmədiyindən öz əksini tapmamışlar. Eyni zamanda, Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin yuxarı hissəsində aşkar edilmiş 01 ədəd kəsilmiş zədə onun bədənində öz əksini tapmamışdır. Bu da, tək köynəyin zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəkdə və şalvarda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir (cild 1, iş vərəqi 169-171). İşdə olan xx.xx.2020-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, iş vərəqi 71-73). İşdə olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək və bir ədəd şalvar maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerinə verilmişdir (cild 2, iş vərəqi 69-87). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 195). İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 142-144). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9cu maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli, 3 №-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə deyil, xəsarət yetirmək məqsədilə vurması barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin bu məqamla bağlı ifadələrini qəbul etməyərək belə hesab edir ki, törədilmiş cinayətin halları, o cümlədən Təqsirləndirilən şəxs hadisə yerinə özü ilə bıçaq gətirməsi, zərərçəkmiş şəxsə yetirilən xəsarətlərin lokalizasiyası, yəni həmin xəsarətlərin bir qisminin həyat üçün təhlükəli olan nahiyələrə yetirilməklə daxilə nüfuz edən xəsarətlərin əmələ gəlməsinə səbəb olması, zərbələrin sayı, zərərçəkmiş şəxs qışqırdığına görə ələ keçməmək üçün hadisə yerindən qaçmağa məcbur olması, habelə zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə çatdırılaraq ixtisaslı tibbi yardım almaqla həyatının xilas olunması belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qeyd edilən xəsarətləri yetirərkən niyyəti məhz onu həyatdan məhrum etmək olmuş, etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Lakin zərərçəkmiş şəxsin zərərçəkmiş şəxsin qışqıraraq hay-küy salması və bu səbəbdən təqsirləndirilən şəxsin ələ keçməmək üçün hadisə yerindən qaçmağa məcbur olması, habelə zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə çatdırılaraq ixtisaslı tibbi yardım almaqla həyatının xilas olunması təqsirləndirilən şəxsi öz iradəsnidən asılı olmayaraq niyyətini başa çatdırmaqdan məhrum etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən cinayəti xuliqanlıq niyəti ilə törətməsi qənaətinə gəlir. Belə ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət tərədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə tərədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il Qərarının 6-cı bəndində qeyd edilmişdiir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə hesab edir ki, hazırkı halda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində məhəllədə yaşayan insanlara özündən razı adam olduğu, buna görə də ondan xoşu gəlmədiyini bildirməsini Təqsirləndirilən şəxs cüzi səbəb kimi bəhanə edib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib mübahisənin təşəbbüskarı olaraq üzərində gəzdirdiyi bıçala xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə onu həyatdan qəsdən məhrum etməyə cəhd etmişdir. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi kifayət qədər sübuta yetirilir, o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, bu əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi yazılı ərizədən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən maddi ziyan onun tərəfindən ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, ona dəyən maddi ziyanın ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən, cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması, hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması hallarını Konstitusiya Məhkəməsinin Plenumu şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Həmin qərarın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.1-ci maddəsinin tələbinə görə başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə cəhd etdiyinə görə həmin maddə ilə ona təyin ediləcək cəzanın müddəti həmin maddədə başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən, yəni 15 (on beş) ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il Qərarının 9-cu bəndinin 3-cü abzasında qeyd olunub ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən həmin tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2019-cu ildən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25, 58-59, cild 2, iş vərəqi 17-20, 59-61, 143-144, cild 3, iş vərəqi 4, 46, 126-129). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu xx xxxx 2019-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək və bir ədəd şalvar məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək və bir ədəd şalvar məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-889/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-889/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver