Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-889/2021 16.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, Zərərçəkmiş şəxs iştirakları ilə
1. xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 235.3.1-ci maddələri ilə,
2. xx xxxxxxx 1998-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 4cü mikrorayon, Hüseyn Cəbiyev küçəsi, bina 30A, mənzil 22-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, dalan 2, Zərdabi küçəsi, ev 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 235.3.1-ci maddələri ilə,
3. xx xxx 1997-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, 20 yanvar küçəsi, ev 15, mənzil 6-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava, Rasim Səfərov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 235.3.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,
müəyyən e t d i:
Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq soyğunçuluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitəni talamışlar. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını və narkotik vasitəni gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində Şahid1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava 231 saylı evin yaxınlığına gedib orada sonuncunun evi tərk etməsini müşahidə etmiş, Şahid1 yaşadığı ünvanı tərk etdikdən sonra aralarında əvvəlcədən əldə edilmiş razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 Şahid1 geri evə qayıtmasını müşahidə etmək üçün evin yaxınlığında dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə yaşayış sahəsi olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava 231 saylı evin giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 həmin vaxt evdə qonaq qismində olan Şahid1 qaynı Zərərçəkmiş şəxs yatdığı otaqdan sonuncuya məxsus şalvarın sağ yan cibindən 760 manat nağd pulu, qonaq otağında dolabın üzərindən sonuncuya məxsus içərisində 4 manat dəyərində ***-***-**-** saylı nömrə olan 60 manat dəyərində “Samsung J1” markalı mobil telefon aparatını və həmin otaqda stolun üzərinə qoyulmuş telefon qutusunun içərisindən Şahid1 məxsus 01 bükümdə şəxsi istehlak miqdarında 0,107 qram çəkidə narkotik vasitə heroini gizli olaraq talayarkən Şahid1 geri qayıtdığını görüb Şahid1 gözü qarşısında əmlaka əlçatanlığı təmin etmək məqsədilə qanunsuz hərəkətlərini davam etdirərək sonuncunu itələyib hadisə yerindən qaçmaqla özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 824 manat maddi ziyan vuraraq soyğunçuluq etmişlər və 0,107 qram çəkidə narkotik vasitə heroini talamışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü 180.2.1, 180.2.3-ci maddələrlə təqsirli bilir, 235.3.1-ci maddə ilə təqsirli bilmir. Hadisədən təxminən 1 ay əvvəl narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. O, siqaret almaq üçün xx.xx.2020-ci il tarixdə gecə saat təxminən 04 radələrində evdən çıxaraq qonşuluqda yerləşən mağazaya siqaret almağa gedərkən Saşa kimi tanıdığı təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs3 bir nəfərlə şəxsiyyəti ona sornadan məlum olan Təqsirləndirilən şəxs2lə Səmədin evinin qarşısında dayandıqlarını görüb onlara yaxınlaşmışdır. Seydi ondan hara getdiyini soruşduqda, o, onlara siqaret almağa getdiyini bildirmişdir. Seydidən orada nə etdiklərini soruşduqda onlar Səmədin evinə girmək istədiklərini demişlər. O da onlarla razılaşmışdır. O, əvvəl çöldə gözləmişdir. Belə ki, o, gəlməmişdən qabaq Ümid və Seydi Səmədin evdən çıxdığını görmüşlər. Bu səbəbdən də onlar evə girməyi planlaşdırmışlar. Seydi məhəllənin baş tərəfində Səməd gələndə onları fitləmək məqsədi ilə dayanmış, o, özü isə evin küçə qapısında gözləmişdir. Ümid isə evə girib evi axtarmağa getmişdir. O, Ümidin 7-8 dəqiqə ərzində çıxmadığını görüb bu səbəbdən də Ümidin arxası ilə evə girmişdir. Evə girdikdə Ümidin evi axtardığını görmüşdür. Bundan sonra özü də evi axtarmağa başlamışdır. Evdə şkafı açmış, şkafdan bir ədəd tərəzi götürmüşdür. Bundan sonra Səməd içəri daxil olmuşdur. Bu zaman Ümid Səmədin üzərinə gedib Səmədi itələyərək qaçdıqda, o da Ümidin arxası ilə evdən qaçmışdır. Küçədə qaçdıqda tərəzi əlindən yerə düşmüşdür. Ümid isə onun bilmədiyi yerə qaçmışdır. Seydidən isə onun heç bir məlumatı olmamışdır. O, və Ümid Samirə məxsus pul oğurlamamışlar, nə də oradan narkotik vasitə götürməmişlər. Evdə o, narkotik görməmiş, nə də götürməmişdir. Səməd evə daxil olarkən Səmədə qarşı heç bir hərəkət etməmişlər. Kiminsə evdən pul götürməsini görməmişdir. O, Səmədin evdə tək yaşadığını, ailəsindən boşandığını bilmişdir. Səmədin nə işlə məşğul olmasını bilməmişdir. Səmədin narkotik vasitə satdığını eşitmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1 cild 92-94,118-120, 229-231-ci vərəqələrində, 2-ci cild 220- 223-cü vərəqələrində olan şahid, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokolda olan ifadələrində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, təxminən 1 ay olar ki, narkotik vasitə hesab edilən heroin istifadə edir. Belə ki, o, həmin narkotik vasitələri Səməd adlı şəxsdən almışdır. Təxminən Səməddən 4-5 dəfə narkotik vasitə almışdır. Bir dəfə isə o, Samirin özündən narkotik vasitə almışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 04 radələrində o, evdən çıxaraq qonşuluqda yerləşən mağazaya siqaret almağa gedərkən Saşa kimi tanıdığı tanışının bir nəfər şəxlə Səmədin evinin qarşısında dayandığını görüb onlara yaxınlaşıb salamlaşmışdır. Saşagil ondan hara getdiyini soruşduqda o, onlara siqaret almağa getdiyini bildirmişdir. Saşadan nə etdiklərini soruşduqda onlar Səmədi gözdədiklərini ona demişlər. Onlar orada Səmədin evinə girib narkotik vasitə oğurlamaq üçün razılığa gəlmişlər. Belə ki, o, gəlməmişdən qabaq Ümid və Saşa Səmədin evdən çıxdığını görmüşlər. Bu səbəbdən də onlar evə girməyi planlaşdırmışlar. Belə ki, Saşa məhəllənin baş tərəfində Səməd gələndə onları fitləmək məqsədi ilə dayanmış, onun özü evin küçə qapısında gözləmiş, Ümid isə evə girib evi axtarmağa getmişdir. O, Ümidin 7-8 dəqiqə ərzində çıxmadığını görüb bu səbəbdən də Ümidin arxası ilə evə girmişdir. Evə girdikdə Ümidin evi axtardığını görmüşdür. Bundan sonra onun özü də kömək üçün evi axtarmağa başlamış, şkafı açmış və şkafdan tərəzini götürmüşdür. Bundan sonra Səməd içəri daxil olmuşdur. Bu zaman Ümid Səmədin üzərinə gedib Səmədi itələyərək qaçdıqda onun özü də Ümidin arxası ilə evdən qaçmışdır. Küçədə təşviş halında qaçdıqda tərəzi onun əlindən yerə düşmüşdür. Ümid isə onun bilmədiyi yerə qaçmışdır. Saşadan isə onun heç bir məlumatı olmamışdır. Məhkəmə iştirakçıların suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 elan olunmuş ifadəsi ilə əlaqədar bildrmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəsini qismən təsdiq edir. İfadəni oxumadan imza etmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü 180.2.1 və 180.2.3-cü maddələrlə ilə təqsirli bilir. Cinayət Məcəlləsimnin 235.3.1-ci maddəsi ilə təqsirli bilmir. O, narkotik vasitədən istifadə edir, lakin, o, Səməddən narkotik vasitə almamışdır. Səmədin narkotik vasitə satmasını bilməmişdir. İstifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Səməd adlı şəxsin ona borcu olmuş və o, həmin borcu Səməddən heç çür götürə bilməmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 04 radələrində “Papanin” adlanan yerə gəlmişdir. Orada təsadüfən Saşa kimi tanıdığı Təqsirləndirilən şəxs3 Səmədin yaşadığı küçədə görüb söhbət edərkən Seydinin tanışı Nicat da təsadüfən ora gəlmişdir. Nicat onlarla görüşmüş və onlar birlikdə söhbət etmişlər. Söhbət əsnasında o, onlara bildirmişdir ki, Səməd ona pul borcludur və pulu qaytarmır, Səmədi cəzalandırmaq lazımdır. Onlar üçü, yəni, o, Nicat və Seydi belə bir qərara gəlmişlər ki, Səmədin evinə girib, pulu götürsünlər. Həmin vaxt onlara məlum olmuşdur ki, Səməd evi tərk edib və bu səbəbdən onlar razılıq əldə etmişlər ki, həmin vaxt Səmədin evinə daxil olub, borcunu götürsünlər. Əvvəlcədən danışdıqları plana əsasən Seydi məhəllənin baş tərəfində Səməd gələndə onları fitləmək məqsədi ilə dayanmalı, onlar isə yəni, o, və Nicat evə girib pulu götürəcəkmişlər. Belə də etmişlər. Qapı açıq olmuşdur. O, birinci evə girmişdir. Səməd evdə olmamışdır. O, evin əşyalarını axtarmağa başlamış, təqribən 5-10 dəqiqə sonra evə həmçinin Təqsirləndirilən şəxs1 daxil olmuşdur. Evdə pul tapmamışlar, lakin evdə telefon görmüş və həmin telefonu götürüb çıxanda Səməd evə girmişdir. Ondan nə üçün gəldiyini soruşduqda, o, borcunu almaq üçün gəldiyini deyəndən sonra, Səməd onu vurmaq istəmiş, o, və Nicat məcbur olaraq qaçmışlar. O, evdən narkotik vasitə və pul götürməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, saat 04 radələridə siqaret almaq üçün evdən çıxmış və digər təqsirləndirilən şəxsləri də təsadüfən küçədə görmüşdür. Narkotik vasitə götürmək üçün evə girməmişdir. Evdən pul da götürməmişdir. O, Səməddən narkotik vasitə almamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 şahid qismində cinayət işinin 1-ci cild 96-98-ci vərəqələrində, şübhəli şəxs qismində 140-142-ci vərəqələrində, təqsirləndirilən şəxs qismində 1-ci cild 249-251 və 2-ci cild 199-203-cü vərəqələrində olan ifadələrində göstərmişdir ki, o, təxminən 1-2 aydır ki, narkotik vasitələrdən istifadə edir və narkotik vasitə olan heroini 2-3 dəfə Səməddən almışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 04 radələrində “Papanin” adlanan yerə gəlmiş və təsadüfən Saşanı, yəni, Təqsirləndirilən şəxs3 Səmədin yaşadığı küçədə görmüşdür. O, Seydini həmin məhəllədə 2-3 dəfə gördüyündən tanıyır, lakin onun harada yaşadığını və anket məlumatlarını bilmir. Belə ki, Seydi ilə görüşüb ümumi söhbət etmişlər. Təsadüfən həmin yerə Seydinin tanışı Nicat adlı şəxs gəlmişdir. Nicat onlarla görüşmüş və birlikdə söhbət etmişlər. Bundan sonra Səmədin evdən çıxıb harasa getdiyini görüb onlar yeriyərək Səmədin evinin qarşısından keçəndə Səmədin evinin qapısının açıq oldnğunu görüb həmin evə girib Səmədin evindən narkotik vasitə oğurlamaq fikrinə gəlmişlər. Səmədin belə işlərlə məşğul olması səbəbindən onlar Səmədi cəzalandırmaq məqsədi ilə evə girib narkotik vastiəni oğurlamaq istəmişlər. Razılaşmaya əsasən Seyidi küçənin başında dayanmışdır ki, Səməd gələndə fıtləyərək onlara xəbər etsin. Nicat isə nəsə olsa xəbər etməsi üçün evin qarşısında durub gözləmişdir. Onun özü isə evə daxil olub narkotik vasitə axtarmağa başlamışdır. Stolun üzərinə baxdıqda narıncı rəngli telefon qutusunun olduğunu və həmin qutunu açdıqda içərisində sellofan torbada bir istifadəlik üçün narkotik vasitə olduğunu görmüşdür. O, həmin narkotik vasitəni götürüb cibinə qoymuş, bundan sonra evin başqa yerlərini axtarmış, lakin yüklü miqdarda narkotik vasitə tapa bilməmişdir. Bundan sonra Nicat içəri girmiş və evi axtarmaq üçün ona köməklik etməyə başlamışdır. Evi biraz da axtarıb qonaq otağında şkafın üzərindən “Samsung” markalı mobil telefonu görüb götürmüşdür. Bundan sonra qəflətən içəri Səməd daxil olduqda o, stolun üzərində olan mətbəx bıçağını elə-belə əlinə götürmüşdür. Belə ki, Səməd içəri daxil olan kimi qışqıraraq Samiri çağırmağa başlamışdır. Bu zaman onun özü təşvişə düşüb bıçağı yerə atmış və Səmədin üzərinə qaçaraq Səmədi itələyib oradan qaçmışdır. Bundan sonra Nicat da onun arxasınca qaçmışdır. Lakin o, Nicatın hara qaçdığını görməmişdir. Bundan sonra onları polis əməkdaşları saxlamışlar. Evdən Samirə məxsus pul oğurlamamışlar. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni isə Nicat İbarhimovla birlikdə Şahid1 evindən oğurlamışlar. Məhkəmə iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 elan olunmuş ifadəsi ilə əlaqədar bildrmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəsini qismən təsdiq edir. İfadəni oxumadan imza etmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3-cü maddələri ilə təqsirli bilir, CMnin 235.3.1-ci maddəsi ilə isə özünü təqsirli bilmir. O, bir ilə yaxındır ki, narkotik vasitə hessab edilən kakos, yəni heroini burundan iynəmə yolu ilə istifadə edir. O, “Papanin” adlanan yerdə günlük evlərdə kirayə qalmış və fəhləliklə məşğul olmuşdur. Ümid və Nicatı da Papanin adlanan yerdən tanımışdır. Tanışları onu Saşa deyə çağırırlar. xx.xx.2020.-ci il tarixdə saat 04 radələrində o, Papanin küçəsində məhəllədə olarkən Səmədin evdən çıxıb getdiyini görmüşdür. Bundan sonra bir neçə dəqiqə sonra Ümid və Nicatı məhəllədə birlikdə görüb onlarla görüşmüşdür. Onlar biraz söhbət etdikdən sonra, Səmədin Ümidə borcu olduğu üçün Nicat və Ümid Səmədin evinə borc pulu götürmək üçün girmək istədiklərini bildirmişlər. Bundan sonra Ümid və Nicat Səməd gələndə Səmədi saxlamağı və onları fıtləyərək Səmədin gəlişini xəbər verməyini ona tapşırmışlar. Bundan sonra Nicat Səmədin evinə gedən dalanda dayanmışdır. Ümid isə Səmədin evinə daxil olmuşdur. O, isə məhəllədə dayanmışdır ki, Səməd gələndə Səmədin başını qatsın. Sonra Səmədin evinə həmçinin Nicat daxil olmuşdur. Bundan 5-6 dəqiqə sonra Səmədin gəldiyini görüb Səmədə yaxınlaşaraq ondan haradan gəldiyini soruşmuş, Səməd isə siqaret almaqdan gəldiyini və ala bilmədiyini demişdir. O, Səmədə qardaşının yaxınlıqda olduğunu və gedib qardaşından siqaret alıb ona verəcəyini desə də, Səməd razı olmayaraq evə tərəf getmişdir. O, qorxduğundan Ümid və Nicata fıtləyərək xəbər verməmişdir. Səməd evə gedəndən 1 dəqiqə sonra evdən qışqırıq səsi gəlmişdir. Bu zaman Nicat və Ümidin evdən çıxaraq qaçdıqlarını görmüşdür. Bundan sonra o da həmin yerdən uzaqlaşmışdır. Səməddən narkotik vasitə almamışdır. O, Nicatın və Ümidin nə üçün evə girdiklərini bilməmişdir. Onun Səmədin evindən narkotik vasitə oğurlamaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs2 evdən nə oğurladığından onun xəbəri yoxdur. O, Ümidlə Nicatın konkret olaraq narkotik vasitə oğurlamaq istədiklərini bilməmişdir. O, çöldə gözlədiyindən, evdən kimin nə götürdüyünü bilməmişdir. O, həmin gecə təsadüfən Ümid və Nicatla rastlaşmışdır. Narkotiki onlayn satışla almışdır. Səməddən narkotik vasitə almamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, şübhəli şəxs qismində 2-ci cild 61-63-cü vərəqələrində, təqsirləndirilən şəxs qismində cinayət işinin 2-ci cild 75-77 və 240-244-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, o, “Papanin” adlanan” yerdə günlük evlərdə kirayə qalır və fəhləçiliklə pul qazanır. Ümid və Nicatı Nəsimi rayonu, Papanin adlanan yerdən tanımışdır. Onu tanışları Saşa deyə çağırırlar, yəni onun ləqəbi Saşadır. xx.xx.2020-ci il tarixdə saat 04 radələrində o, Papanində məhəllədə olarkən Səmədin evdən çıxıb getdiyini görmüşdür. Bundan sonra bir neçə dəqiqə sonra Ümid və Nicatı məhəllədə birlikdə görüb onlarla salamlaşmışdır. Biraz söhbət etdikdən sonra Nicat və Ümid Səmədin evinə oğurluq etmək üçün girmək istədiklərini bildirmişlər. Lakin o, onlarla razı olmamışdır. Bundan sonra Ümid və Nicat Səməd gələndə onu saxlamağı və onları fıtləyərək Səmədin gəlişini xəbər verməyi ona bildirmişlər. Bundan sonra Nicat Səmədin evinə gedən dalanda dayanmış, Ümid isə Səmədin evinə daxil olmuşdur. Onun özü isə Səməd getdiyi tərəfdə məhəllədə dayanmışdır ki, Səməd gələndə onun başını qatsın. Bundan 5-6 dəqiqə sonra Səmədin gəldiyini görüb Səmədə yaxınlaşaraq ondan haradan gəldiyini soruşmuş, Səməd isə siqaret almaqdan gəldiyini və ala bilmədiyini ona demişdir. O, Səmədə qardaşının yaxınlıqda olduğunu və gedib qardaşından siqaret alıb ona verəcəyini desə də Səməd razı olamayaraq evə tərəf getmişdir. O, qorxduğundan Ümid və Nicata fıtləyərək xəbər verməmişdir. Səməd evə gedəndən 1 dəqiqə sonra evdən qışqırıq səsi gəlmişdir. Bu zaman Nicat və Ümidin evdən çıxaraq qaçdıqlarını görmüş və sonra onun özü də həmin yerdən uzaqlaşmışdır. Bir ilə yaxındır ki, onun özü narkotik vasitə hessab edilən «kalcos», yəni heroini burundan iynəmə yolu ilə istifadə edir. O, Səməddən 1-2 dəfə 5 manata narkotik vasitə almışdır. O, Nicatın və Ümidin nə üçün evə girdiklərini bilməmişdir. Məhkəmə iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 elan olunmuş ifadəsi ilə əlaqədar bildrmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəsini qismən təsdiq edir. İfadəni oxumadan imza etmışdır. Zərərçəkmiş şəxs «koronovirus» xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən, məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, dəymiş maddi ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçıların razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs ifadəsindən görünür ki,o, ailəsi ilə birlikdə yaşayır. Hadisə baş verən mənzil Şahid1 məxsusdur. Şahid1 onun qaynıdır və onların münasibəti normaldır, aralarında əvvəllər, həmçinin hazırda da heç bir ədavət, münaqişə, mübahisə olmamışdır. Onun özü Biləcəri qəsəbəsində yaşasa da, Səmədin evində hadisə vaxtı qalmağına səbəb onun saat 06:00 radələrində “Meyvəli” ticarət mərkəzinə işləmək üçün getməli olduğu olmuşdur. Çünki Səmədin də evi həmin yerə yaxın olduğundan həmin gün onlarda gecələməli olmuşdur. O, Səmədin evinə xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində gəlmiş və həmin vaxt Səməd evdə tək olmuş və evdə ikisindən başqa kənar bir şəxs olmamışdır. Səmədin yoldaşı və uşaqları isə həmin vaxt anasıgildə qaldıqlarından evdə ancaq ikisi olub. Evə girib Səmədlə biraz həmsöhbət olduqdan sonra o, saat 23 radələrində yataq otağına keçib yatmışdır. Səməd isə həmin vaxt yataq otağında televizora baxmışdır. Yatmazdan əvvəl o, əynində olan qara rəngli isti gödəkçəni, qara rəngli cins şalvarı və qara rəngli uzunqol köynəyini əynindən çıxarıb stulun üstünə qoymuşdur. Həmin vaxt onun şalvarının sağ yan cibində ona məxsus 760 manat nəğd pul olmuşdur. Digər dəyərli əşyası olan “Samsung J 1” markalı mobil telefon aparatı isə qonaq otağında enerji yığıması üçün dolabın üzərinə qoymuşdur. Yuxuya getdikdən təxminən 4 saat sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində qəflətən Səmədin yüksək səs tonu ilə “Samir dur, bura gəl” deyə qışqırıq səslərini eşitmiş, Səmədin səsindən oyanıb dərhal yatağından qalxıb Səməd tərəfə qaçmağa başlamışdır. Səmədə yaxınlaşdıqda Səmədin qışqıraraq kimlərinsə arxasınca qaçdığını gördükdə onun özü də Səmədin arxasınca qaçmış və iki nəfər cavan oğlan qaçdığını, lakin Səmədin onların arxasınca axıra qədər qaçmadığını görüb Səməddən nə baş verməsini soruşduqda Səməd ona həmin iki nəfər şəxsin evə girdiklərini və Özü evə girən kimi onların hər ikisinin onu itələyib qaçdıqlarını demişdir. Bundan sonra onlar dərhal evə qayıdıb evdən nə oğurlanmasını axtardıqda onu özü müəyyən etmişdir ki, evdən onun şalvarının sağ yan cibində olan 760 manat nəğd pul, həmçinin 80 manat dəyərində olan “Samsung J 1” markalı mobil telefon aparatı həmin şəxslər tərəfindən oğurlanmışdır. O, hadisə barədə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vurub məlumat vermiş, onun məlumatından sonra hadisə yerinə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları gəlmişlər. Telefon aparatının içərisində ***-***-**- ** saylı GSM nömrəsi olmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 9/32 nömrəli rəyi ilə razıdır.Belə ki, Viyetnam istehsalı olan “Samsung” markalı, “SM-J100H/DS” (Galaxy Jl) model mobil telefon aparatının qiymətinin 60 manat, 070 *** ** ** saylı GSM mobil nömrəm 4,00 manat olaraq qəbul edilməsinə razıdır. Həmin nömrənin hesabında pul olmamışdır. Bundan başqa mobil telefonun “Samsunq J5” markalı olması barədə izahat və ilkin ifadəsində göstərdikləri səhv qeyd edilmişdir. Belə ki, ona məxsus olan mobil telefonun “Samsung” markalı, “SM- J100H/DS” (Galaxy Jl) modelli olması nəzərə alınmalıdır. Ona 760 manat pula, 60 manat mobil telefona və 4 manat mobil telefon nörməsinə görə ümumilikdə 824 manat maddi ziyan dəymişdir. Evdən ona məxsus başqa bir əşya oğurlanmamışdır. Onun özü narkotik vasitənin istifadəsi və ya satışı ilə məşğul olmur, əvvəllər 234.1-ci maddəsi ilə məhkum edilmiş, ancaq azadlığa çıxdıqdan sonra narkotik vasitədən uzaq olmuşdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin 20-ci PB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə işlədiyi Polis bölməsinə üç nəfər naməlum şəxs tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatavada yerləşən 231 saylı evə daxil olmaqla oradan Zərərçəkmiş şəxs məxsus 760 manat və “Samsung Jl” markalı mobil telefon aparatı oğurlanması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin faktla bağlı ilkin araşdırma 20-ci PB-nin təhqiqatçısı polis kapitanı Orxan Abaslı tərəfindən aparılmış və təhqiqat araşdırması zamanı verilmiş əməliyyat-tapşırığına əsasən həmin şəxslərin müəyyən edilinəsi istiqamətində təxirəsalınmaz ilkin əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, həmin cinayəti törətməkdə Ümid, Nicat və Saşa, yəni sonradan əsil adının Seydi olması məlum olan şəxslər şübhəli bilinirlər. Bundan başqa müəyyən edilmişdir ki, adları qeyd olunan şəxslər həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olurlar. xx.xx.2020- ci il tarixdə saat 19:00 radələrində 20-ci PB-nin əməliyyat müvəkkili Rahim Bəhmənovla birlikdə ünvan 3 ünvanında olan zaman əlamətləri “Ümid” adlı şəxsin əlamətləri ilə oxşar olan şəxsi görüb ona yaxınlaşmışlar və həmin şəxsə özlərini 20-ci PB-nin əməkdaşları kimi təqdim etdikdən sonra həmin şəxsdən şəxsiyyəti barədə məlumat verməsini xahiş etdikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs2 olduğunu onlara bildirmişdir. Təqsirləndirilən şəxs2lə söhbət edən zaman müəyyən olunmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdə Şahid1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatavada yerləşən 231 saylı evə daxil olub 760 manat pulu və “Samsung Jl” markalı mobil telefon aparatını ələ keçirməklə soyğunçuluq edən şəxslərdən məhz biri də Təqsirləndirilən şəxs2dir. Təqsirləndirilən şəxs2 Şahid1 yaşadığı evə daxil olmaqla soyğunçuluq cinayəti törətməkdə və narkotik istifadə etməkdə şübhəli olduğumu izah etdikdə Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sol yan cibindən “Samsung Jl” markalı mobil telefonu çıxarıb ona təhvil vermiş və Təqsirləndirilən şəxs2 həmin telefonu Səməd adlı tanışının evindən oğurladığını, həmin evdən oğurluğu isə Seydi və Nicat adlı tanışı ilə etdiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs2 20-ci PB-nə gətirmişlər.Bölmə rəisinə raportla məruzə edildikdən sonra araşdırmanın aparılması təhqiqatçı Orxan Abaslıya həvalə edildiyindən o, Təqsirləndirilən şəxs2 ona təqdim etdiyi “X11” markalı mobil telefon aparatını təhqiqatçı Orxan Abaslıya təhvil vermişdir. Həmin mobil telefon aparatı Təqsirləndirilən şəxs2 də iştirakı ilə ondan təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 izahatı alınmış və o, bir daha təsdiq etmişdir ki, həmin telefonu Şahid1 evindən oğurlayıb. Daha sonra isə Təqsirləndirilən şəxs2 üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması zərurəti yarandığından Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək məqsədi ilə 20-ci PB-nə təhqiqatçı tərəfindən dövlət vəsaiti hesabına vəkil və eyni zamanda şəxsi axtarışda videoçəkiliş aparması üçün mütəxəssis kimi Nəsimi RPİ-nin inspektor kriminalisti Sahil Həsənov dəvət edilmişdir. Şəşxsi axtarışa başlanmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təkif olunduqda Təqsirləndirilən şəxs2 qara rəngli cins şalvarının arxa sağ cibində olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman bükümün içərisində olan şəffaf rəngli selofanda açıq qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin maddənin ona aid olmasını, təqdim etdiyi bükümün içərisində olan maddənin narkotik vasitə olan “kaltos” olduğunu və həmin maddəni xx.xx.2020-ci il tarixdə saat təxminən 18:00 radələrində “Papanin” kimi tanınan yerdən tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üstündə, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində hər-hansı başqa qanunla qadağan edilmiş maddə və əşyanın olub- olmaması soruşulduqda o, üzərində hər hansı bir qanunla qadağan edilmiş maddə və ya əşyanın olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan paltarlara baxış keçirilmiş və qara rəngli gödəkçəsinin sağ yan cibindən bir paket quru əl salfeti aşkar olunmuş, bundan əlavə ondan hər hansı qeyriqanuni əşya və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 könüllü təqdim etdiyi 1 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, həmin zərf iştirakçılar tərəfindən imzalanmış və 20-ci PB-nin 188 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır.Tərtib edilmiş protokol sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal hazırda Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilərək, həbs olunmuşdur. O, uzun illər ərzində narkotik vasitə heroindən istifadə edir və ağrıları olanda özünə yer tapa bilmir. Narkotik vasitələri tanış və dostlarından əldə edir, hərdən isə narkotiki yaxın adamlara «qrev» edir, yəni bağışlayır. xx.xx.2020-ci il tarixdə saat 04 radələrində evdə az miqdarda narkotik vasitəsi qalmışdı və həmin narkotiki tapa bilmirdi, onda «lomka» başlamış və bu səbəbdən heroin və siqaret almaq üçün küçəyə çıxmışdır. Belə ki, evdən qapını açıq qoyaraq çıxmış və evdə isə onun yeznəsi Zərərçəkmiş şəxs yatmış vəziyyətdə olmuşdur. Gecə olduğu üçün narkotik vasitəni tapa bilməmişdir. Evdən çıxmış və 20 dəqiqəyə evə qayıtmışdır. Məhəllədə evin girəcəyinə gedən dalanın qarşısında Saşa ləqəbli sonradan adını bildiyi Təqsirləndirilən şəxs3 görmüş və o, ona yaxınlaşaraq ondan haradan gəldiyini soruşmuşdur. O, Saşaya isə siqaret almaga gətdiyini, lakin hər yer bağlı olduğundan siqaret tapa bilmədiyini demişdir. Bundan sonra Saşa ona bildirmişdir ki, onun qardaşı yaxınlıqdadır və gedib qardaşından siqaret alıb ona verə bilər. O, buna razı olmayaraq evə getmişdir. Dalana daxil olmuş və evin qapısına yaxınlaşıb qapını açmışdır. Bu zaman Nicat və Ümidin evin içərisində olduğunu görmüşdür. Bu zaman o, Samir deyərək qışqırmışdır. Təqsirləndirilən şəxs2 nə isə onun mənzilində axtardığını görmüşdür.Onun Ümidə 50 manat pul borcu olmuşdur, Ümid onu görəndə özünü itirərək onu itələmiş və Nicatla birlikdə qaçmışdır. Bundan sonra Samir gəlib mobil telefonunun götürüldüyünü və bu barədə DİN-nin 102 xidmətinə zəng vurmağı ona demişdir. Samir dolaba yaxınlaşaraq “Samsung JT’markalı mobil telefonu oğurlandığını görmüşdür. Bundan sonra Samirlə birlikdə evə baxan zaman Samir görmüşdür ki, şalvarının cibindən 760 manat pul da oğurlanıb. Bundan sonra Nicat qonşuluqda yaşadığından onların evinə getmişlər və mobil telefonu və pulu qaytarsınlar deyə Nicatın atası ilə görüşüb söhbət etmək istədikdə Nicat evlərinin qapısına gələrək onun evinə daxil olmadığını, bu barədə xəbəri olmadığını bildirmişdir. Bundan sonra o, Samirin digər sadə telefonu ilə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Evdən nəzərdə tutulan pul və mobil telefondan başqa heç bir əşya oğurlanmamışdır. Evdən Samirin 760 manat pulu və telefonu oğurlanmışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan Nəsimi RPİ-nin 20-ci PB-nin məsul növbətçisi, polis leytenantı Orxan Məmmədovun xx xxxxxx 2020-ci il tarixli, HK-1 N- 1829 №-li raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 07:41-də DİN-nin 102 xidməti zəng mərkəzinə vətəndaş Şahid1 zəng edib məlumat verərək, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 231-də oğurluq məqsədi ilə daxil olan şəxslərin vətəndaşı hədələməsi, evindən «Samsung» markalı mobil telefon və 762 manat pulu götürüb getmələrini, həmin şəxslərin üç nəfər olmasını və birinin bayırda gözləməsini bildirmişdir. Ciinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncu xx.xx.2020-ci ildə Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 231-də ona məxsus 760 manat pulu, «Samsung» markalı mobil telefonun oğurlandığını bildirmişdir. Cinayət işinin 1-ci cild 10-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 231-dir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs yatarkən çarpayının yanında olan tumbanın üzərində qoyduğu ona məxsus şalvarın cibindən 760 manat pulu, «Samsung» markalı mobil telefonun aparıldığını bildirmişdir. Hadisə yerinə baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 27-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 saxlanılan zaman əynində olan şalvarının sol yan cibindən Viyetnam istehsalı olan “Samsung Jl” markalı 3528xx/xx/966217/7 və 3528xx/xx/966216/5 imei kodlu və üzərində 070 *** ** ** GSM nar nömrəsi olan mobil telefon aparatı çıxardaraq həmin telefonu polis əməkdaşı Nəsimi 20-ci PB-nin baş əməliyyat müvəkilli Şahid2 təqdim etmişdir. Cinayət işinin 1-ci cild 72-78-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə videokamera ilə aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd siqaretin gümüşü iç kağızına bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman bükümün içərisində olan şəffaf rəngli sellofonda açıq qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükümün narkotik vasitə olan kokos olduğunu və həmin maddəni xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində Papanin kimi tanınan ərazidən, tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Baxış zamanı qanunla qadağan edilmiş və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı «Sony» markalı videokamera ilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 83-87-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2573 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs2...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,107 qram oaln maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 1-ci cild 155-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilmiş mobil telefon aparatlarını nəzərdən keçirərək birinci sırada 1 nömrə ilə işarələnmiş “Samsung Galaxy J1” markalı 3528xx/xx/966217/7 və 3528xx/xx/966216/5 imei kodlu və üzərində 070 *** ** ** GSM nar nömrəsi olan mobil telefon aparatını tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cild 165-166-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 1-ci cild 169-170-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 1-ci cild 172-ci vərəqəsində olan Şahid1 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, yaşadığı evdə axtarış və götürmə aparılmasına etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 173-176-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli axtarış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Şahid1 yaşadığı ünvana- ünvan 4t kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 182-183-cü vərəqələrində olan olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini “.... mən nəzərdə tutulan evdə yatmışkən eşitdim ki, qaynım Səməd qışqıraraq məni çağırdı. Məndə yuxudan dərhal durdum və Səmədin yanına getdim. Səmədin deməsindən müəyyən etdim ki, 2 nəfər şəxs onların yaşadığı evə daxil olmuşlar və Səmədi gördükdən sonra isə qaçıb gediblər. Həmin şəxslər mənə məxsus 80 manat dəyərində «Samsung» J5 markalı mobil telefonu və şalvarımın cibindən 760 manat pulumu oğurlamışlar. ...” hissəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 1-ci cild 182-183-cü vərəqələrində olan olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini “.... Təqsirləndirilən şəxs1 tanışı Ülvi ilə birlikdə mənə məxsus «Samsung» J5 markalı mobil telefonu və şalvarımın cibindən 760 manat pulumu oğurlamışlar. ...” hissəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 128-129-cu vərəqələrində olan olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, ********* nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd Viyetnam istehsalı olan “Samsung” markalı, “SM- J100H/DS” (Galaxy Jl) model mobil telefon aparatının ekranı zədələnməmişdən əvvəl, normal vəziyyətdə satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına orta bazar qiyməti təxminən 60,00 manat, hazırda ekranı zədəli vəziyyətdə 40,00 manat və bir ədəd 070 *** ** ** saylı GSM mobil nömrə 4,00 manat müəyyən edilir. Cinayət işinin 2-ci cild 129-cu vərəqəsində olan olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Samsung” markalı mobil telefona Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan edilmiş ittihamlar üzrə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3-cü maddələri ilə özlərini təqsirli bilsələr də, Azərbaycan Respublikası CMnin 235.3.1-ci maddəsi ilə cinayət əməllərini törətməkdə özlərini təqsirli bilməmişlər. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 235.3.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, oğurluq edilərkən təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq kimi tövsif edilməlidir. Qərarın 7-ci bəndində qeyd edilmişdir ki,təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qərarın 10-cu bəndinə əsasən, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 135-136-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın xx xxxxxx 2021-ci il tarixli, 203 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qedyiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 2-ci cild 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 133-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın xx xxxxxx 2021-ci il tarixli, 194 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qedyiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 2-ci cild 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 137-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın xx xxxxxx 2021-ci il tarixli, 198 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qedyiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 109-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 2-ci cild 21-24cü vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 47-48-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 89-cu vərəqəsində olan Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı, polis kapitanı X1 xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin MSY-dən azad edilməsi və şübhəli şəxs qismində tutulması statusuna xitam verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində şübhəli şəxs qismində statusu ləğv edilmiş və sonuncu həbsdə saxlandığı Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. Lakin cinayət işinin 1-ci cild 131-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, X4 yenidən həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan 01 (bir) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, cinayət işinin 2-ci cild 26-30-cu vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 2-ci cild 52-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 2-ci cild 95-96-cı vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,057 qram narkotik vasitə heroin məhv edilməli və Viyetnam istehsalı olan «Samsung» J1 markalı, 3528xx/xx/966217/7 və 3528xx/xx/966216/5 imei kodlu və üzərində ***-***-**-** GSM nar nömrəsi olan mobil telefon aparatı Zərərçəkmiş şəxs qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 141.76 (yüz qırx bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş şəxs X2 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 235.3.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.3.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 235.3.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.3.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla X5 qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 235.3.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.3.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 4.İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,057 qram narkotik vasitə heroin məhv edilsin. Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Viyetnam istehsalı olan «Samsung» J1 markalı, 3528xx/xx/966217/7 və 3528xx/xx/966216/5 imei kodlu və üzərində ***-***-**-** GSM nar nömrəsi olan mobil telefon aparatı Zərərçəkmiş şəxs qaytarılsın. 6.İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 141.76 (yüz qırx bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. 7.İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.