Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-889/2022 20.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Pro Bono» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 1(009)- 105/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2., 177.2.3-1, 272.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, 02 il komputer sistemi ilə fəaliyyət növü kimi məşğul olmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 1(103)-1023 saylı qərarı ilə hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 272.2.1-ci maddələri ilə təqsirli bilinərək, CMnin 69.3, 66.2-ci maddələri tətbiq edilməklə 02 il komputer sistemi ilə fəaliyyət növü kimi məşğul olmağına qadağa qoyulmaqla 07 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat cərimə cəzası təyin edilmiş, 30 iyul 2020-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cərimə cəzasından azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,609 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,257 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, 20 noyabr 2021-ci ildə saat 19:00-da ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq 13-cü Polis Bölməsinə dəvət olunmuş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 2,609 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,257 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yay aylarından metamfetamini falqada yandırıb çəkmə yolu ilə qəbul etməyə başlamışdır. O, metamfetamini Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxslərdən alıb istifadə edirmiş. 19 noyabr 2021-ci ildə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Xəyal” topdan satış bazarının yanından piyada gedən zaman yerdən bir büküm sellofanı görüb götürmüşdür. Həmin bükümü açanda bükümün içərisində psixotrop maddə metamfetamin olmuşdur. O, həmin maddədən istifadə etmək üçün götürüb cibinə qoymuşdur. Bundan sonra evə gəlmiş və bu barədə heç kimə bir söz deməmişdir. 20 noyabr 2021-ci ildə günorta saatlarında o, tapdığı bükümdə olan metamfetamindən bir az götürüb falqada yandırıb çəkmiş, qalanını isə əynində olan gödəkçəsinin cibinə qoymuşdur. 20 noyabr 2021-ci ildə saat 19 radələrində o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi, 75 nömrəli ünvanın qarşısında olan zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib, ondan da adını və soyadını soruşmuşlar. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları ondan şübhələndikləri üçün üzərində şəxsi axtarış aparılması üçün onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 13-cü Polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunub, ona vəkil təqdim olunmuşdur. Sonra ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirmişər. O, üzərində şəxsi axtarış aparılan zaman vəkilin iştirakına ehtiyacı olmadığını bildirib, bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olubolmamasını, olduğu halda təqdim etməyini təklif etmişlər. O, əynində olan cins şalvarının arxa cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, həmin şalvarın digər cibindən bir ədəd 5 manat pulu, əynində olan gödəkçənin yan cibindən bir gün əvvəl tapdığı bükümü çıxarıb masanın üzərinə qoyub və bildirmişdir ki, bükümün içərisində olan narkotik vasitə metamfetamindir və özü istifadə etmək üçün saxlamışdır. Beş manat pul əsginası ona qaytarılmış, bir ədəd «Samsung» markalı mobil telefon aparatı götürülmüşdür. Üzərindən aşkar olunmuş bükümü isə polis əməkdaşları zərfə qoyaraq qablaşdırmış, protokol tərtib olunmuş, zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Sadəcə qəbul etmək üçün üzərində saxlamışdır. İttiham aktında göstərildyii kimi heroin olmamış, o, ancaq metamfitamindən istifadə edir. Metamfetamin isə təxminən 1 qramdan artıq olmuş, onun üstündən də bir gün əvvəl götürüb istifadə etmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. Ona görə də kamera qarşısında həmin metamfetamini və heroini onda olmasını polis əməkdaşlarına bildirmiş, belə olan halda ona sonradan az cəza veriləcəkdir. O da polislərə inanıb protokolu imza etmişdir. Onda 1 büküm metamfetamin olmuşdur. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona qarşı təzyiq olmamışdır. O, narkotik vasitənin istifadəçisidir. Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu saxlayanda onun üzərində cəmi təxminən 1 qramdan bir az çox metamfetamin olmuş, onda heroin olmamışdır. Onda cəmi bir büküm metamfetamin olmuşdur. Elan olunmuş cinayət işinin 25-26-cı vərəqələrində olan şəxsin üzərində axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolu təsdiq etmir, imza onun imzasıdır, ona bildirmişlər ki, ona 234.1-ci maddəsi ilə ittiham veriləcək. Ona görə də protokolu imza etmişdir. Onda 1 büküm metamfetamin olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 27-28-ci vərəqələrində olan izahatında, 51-53 və 67-69-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Bir neçə müddət olar ki, hərdən narkotik maddə olan kakosdan istifadə edirəm. 19.11.2021-ci il tarixdə günorta vaxtı Maştağa adlanan yerdə olarkən yerdən 2 ədəd sellofana bükülmüş maddə gördüm. Mən özüm əvvəllər aradabir narkotik vasitə istifadə etdiyim üçün həmin sellofan bükümü yerdən götürüb içərisinə açıb baxdıqda, narkotik maddə kakos və digərində isə metamfetamin olmasını müəyyən etdim. Həmin narkotik maddələri götürdüm ki, lazım olanda istifadə edərəm. ...Orada xidməti otaqların birində mənə üzərimdə hər hansı qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulduqda, mən yalan danışmağın bir əhəmiyyət kəsb etmədiyini başa düşüb üzərimdə narkotik maddə kakos və metamfetamin olmasını bildirdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır. O, izahatında da, ifadəsində də demişdir ki, o, yalnız metamfetaminin istifadəçisidir, satışı ilə məşğul olmamışdır. İzahatda və ifadələrdə onda kakos olması və 2 büküm olması düz yazılmamış, onda yalnız metamfetamin olmuşdur. İzahatı və ifadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs oğludur. 2021-ci ilin yay aylarında oğlu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməyə başlamışdır. O, buna görə oğlu Təqsirləndirilən şəxs irad tutmuşdur ki, narkotik vasitə qəbul etməsin, özünə yazığı gəlsin. Oğlu Təqsirləndirilən şəxs ona söz vermişdir ki, narkotikdən istifadə etməyəcək, tərgidəcək. 20 noyabr 2021-ci ildə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsindən məlumat daxil olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxladığı üçün tutulmuşdur. 20 noyabr 2021-ci ildə oğlunun narkotik vasitə əldə etdiyini və üzərində saxladığını bilməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Oğlu narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Onun istifadə etməsini bilmiş, danlamış, oğlu söz vermişdir ki, bir də istifadə etməyəcək. Evdə o, heç vaxt narkotik vasitə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün manqa komandiri vəzifəsində xidmət edir. 20 noyabr 2021-ci ildə saat 19:00 radələrində ünvan 2 ünvanın yaxınlığında Sabunçu Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X4 və həmin Bölüyün polis nəfəri Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət apararkən bir nəfər şəxs özünü şübhəli apardığı üçün onu saxlayıb, özlərini təqdim etmişlər və həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməyini xahiş edərkən həmin şəxs sənədinin üzərində olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Bundan sonra həmin şəxsin üzərində nəsə gizlətməsi ilə əlaqədar onlarda şübhə yarandığından və onların suallarına dağınıq cavab verərək nədənsə narahat olduğuna görə həmin şəxsin üzərində qanunla qadağan olunmuş maddə, əşya və predmetin əldə edilməsi, saxlanılması və daşınmasına dair şübhələr yarandığı üçün onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə 13-cü Polis bölməsinə gəldikdən sonra müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində təqsiriləndirilən şəxsə vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştirakı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın digər cibindən bir ədəd 5 manat pul əsginası, əynində olan dəri gödəkcənin cibindən bir ədəd sellofan bükümün içərisində iki ədəd sellofan büküm təqdim edərək stolun üzərinə qoymuşdur. Həmin bükümlər açılarkən bükümün birinin içərisində tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər və digər bükümün içərisində isə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin birində narkotik vasitə heroin, digər bükümdə matamfetamin olduğunu bildirmiş və həmin narkotik vasitəni 19 noyabr 2021-ci ildə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bir ədəd “Samsung” markalı mobil telefon götürülmüş, üzərindən aşkar olunan 5 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsdə tərəzi olmamışdır. Videoçəkilişlə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən vəkilin iştirakına ehtiyacının olmadığını bildirmiş və özü üzərində olan bükümləri təqdim etmişdir. Xidmətdə olarkən özlərini şübhəli aparan şəxslərə rast gəlmişlər. Belə hallar olduqda həmin şəxsləri PB-nə dəvət edirlər. Təqsirləndirilən şəxsə heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 və proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid X2 ifadəsindən görünür ki, sonuncular eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid1 20 noyabr 2021-ci il tarixli raportundan görünür ki, 20.11.2021-ci ildə Bakıxanov qəsəbəsində xidmətdə olarkən saat 19 radələrində bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdə, həmin şəxs suallara fərqli cavab vermiş, buna görə həmin şəxsi bölməyə dəvət etmişlər. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 noyabr 2021-ci il tarixli şəxsin üzərində axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon, qabaq sağ cibindən bir ədəd 5 manat pul, qara rəngli dəri gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümdə içərisində tünd qəhvəyi rəngli toz şəklində və bir ədəd sellofanda içərisində ağ rəngli kristal şəklində olan bükmləri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində kokos və metamfetamin olduğunu, 19.11.2021-ci ildə günorta saatlarında Maştağa adlanan ərazidə yerdən tapdığını, arada bir özünün narkotik maddə istifadə etdiyi üçün həmin maddənin narkotik vasitə olduğunu bilib götürdüyünü, sonra istifadə edər deyə üzərində gəzdirdiyini, metamfetamindən bir qədər istifadə etdiyini bildirmişdir. Təqdim edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 36-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 21 noyabr 2021-ci il tarixli 6/5146 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,609 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,257 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’in İ siyahısına daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş ‘‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Cinayət işinin 54-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 noyabr 2021-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 20 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, sonuncuya əşyalarında, paltarında narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənəd varsa, verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon, qabaq sağ cibindən bir ədəd 5 manat pul, qara rəngli dəri gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümdə içərisində tünd qəhvəyi rəngli toz şəklində və bir ədəd sellofanda içərisində ağ rəngli kristal şəklində olan bükmləri təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində “kokos” və metamfetamin olduğunu, 19.11.2021-ci ildə günorta saatlarında “Maştağa” adlanan ərazidə yerdən tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqdim edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. 5 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 77-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 noyabr 2021-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefona baxış keçirilən zaman, Təqsirləndirilən şəxs telefona qoyulmuş şifrəni açmağı bildirilmiş, sonuncu şifrəni unutduğunu demişdir. Buna görə mobil telefona baxış keçirilməsi mümkün olmamışdır. Mobil telefonun üzərində "xxxx" MMC-yə məxsus ***-***- **-** mobil nömrəsi və yaddaş kartı aşkar edilmişdir. Yaddaş kartına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 dekabr 2021-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** nömrəli telefon nömrəsinə daxil olmuş sms mətnlərini əks etdirən "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş, 30 iyul 2021-ci ildə saat 16:29-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs nömrəsinə “..Sene direm nece nefer agrida qalib ...Bunun sprosun eliciyem sennen Nisiryoznu...Ac telefonu. Qapıvıza gedmey isdemirem gelsem pis olcey ac” məzmunlu mesaj göndərilmişdir. Cinayət işinin 104-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş 17 dekabr 2021-ci il tarixli, 074- 16713 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 116-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-dən daxil olmuş 08 fevral 2022-ci il tarixli, ***-**** saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 133-134-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kompüter texniki ekspertizasının 19 yanvar 2022-ci il tarixli 5/1437 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “SAMSUNG Galaxy A40” markalı arxa markalanma göstəricisində “SM-A405FN/DS” modelli “357870/10/284172/8, 357871/10/284172/6” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin ‘Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A40” markalı "SM-A405FN/DS” modelli mobil smartfonun yaddaşında məlumatları silmədən ekran kilidini ləğv etmək mümkün olmamışdır. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A40” markalı “SM-A405FN/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, SMS mesaj, foto, audio, video fayllar, WhatsApp, Messenger, proqram təminatı, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və s) məlumatın olub-olmaması, eləcə də hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Cinayət işinin 85-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 22 noyabr 2021-ci il tarixli maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,207 qram heroin və 2,609 qram metamfetamin maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 138-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 05 mart 2022-ci il tarixli maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung Galaxy A40” markalı mobil telefon maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 148-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 09 mart 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, ancaq metamfetamindən istifadə edir, onda saxlanılan zaman yalnız 1 qramdan da az metamfetamin olmuş, heroin olmamış, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün qismən etirafını, şahidlərin ifadələrini, ekspert rəylərini, istifadəsində olan nömrəsinə daxil olan sms mətnini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in və metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 99-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 122-126-cı vərəqələrində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 1(009)-105/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 272.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, 02 il komputer sistemi ilə fəaliyyət növü kimi məşğul olmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayət işinin 127-ci vərəqəsində olan Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 1(103)- 1023 saylı qərarı ilə hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 272.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3, 66.2-ci maddələri tətbiq edilməklə 02 il komputer sistemi ilə fəaliyyət növü kimi məşğul olmağına qadağa qoyulmaqla 07 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat cərimə cəzası təyin edilmiş, 30 iyul 2020-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cərimə cəzasından azad edilmişdir. Cinayət işinin 128-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 18 mart 2021-ci il tarixli, 21-1-87 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli Sərəncamına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir, lakin əməlində residiv yoxdur. Cinayət işinin 114-cü vərəqəsində olan Suraxanı RİHB-nın Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 117-ci vərəqəsində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi TƏBİB publik hüquqi şəxsinin Elmi tədqiqat Ağciyər xəstəlikləri institutundan daxil olmuş 11 fevral 2022-ci il tarixli, 248/03 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Bronxial astma, hissəvi nəzarət edilən, qeyri-stabil remisiya mərhələsində. Mötədil ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur. Cinayət işinin 129-130-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 yanvar 2022-ci il tarixli 147 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 136-137-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 yanvar 2022-ci il tarixli 167 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətlər aşkar olunmayıb. Həmin dövrdə o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Arif oğlunda “Bronxial astma, hissəvi nəzarət edilən, qeyri-stabil remisiya mərhələsində. Mötədil ventilyasiya pozğunluğu” xəstəliyi olmasını və müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir.dir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 20 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 15-ci vərəqəsində olan 20 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 83-84-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 4(008)-927/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,207 qram heroin və 2,609 qram metamfetamin məhv edilməli, bir ədəd "Samsung Galaxy A40” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 141,82 (yüz qırx bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. N Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,207 qram heroin və 2,609 qram metamfetamin məhv edilsin. Bir ədəd "Samsung Galaxy A40” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 141,82 (yüz qırx bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-889/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-889/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver