Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-889/2023 18.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri – X26, X9 və X11, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X16 və Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Cəbrayıl rayonu, Xudaverdili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Xudaverdili kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, MK 23, Qaçaq Nəbi küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 218.2 və 283-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində, təlimlərdə və silahlı münaqişələrdə, o cümlədən ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan silahlı sabit qrupda iştirak etmiş və həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 16 dekabr 2013-cü il tarixdə X32 Limanından təyyarə ilə ilk əvvəl Türkiyə Respublikasına, oradan isə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının Rifil-Mühəndis şəhərinə gedərək, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün və həmin dövlətin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “Cundul Şam” adlı qanunsuz silahlı sabit qrupa qoşulmuş və 2014-cü ilin may-iyun aylarınadək həmin qruplaşmanın digər üzvləri ilə birlikdə hərbi təlimlərdə iştirak etmiş və həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. İşin halları: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, qruplaşmaya getdiyi vaxt həmin qruplaşmanın “İŞİD” terror qruplaşmasına aid olduğunu bilməmişdir. Elan edilmiş ittihamda “İŞİD” qruplaşmasının adının qeyd olunmasından razı deyil, çünki Rifil-Mühəndis şəhəri ilə yaşadığı yer arasında kilometrlərlə fərq olmuşdur. Onun “İŞİD” terror qruplaşması ilə heç bir əlaqəsi olmamışdır. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, tanışı Elxan adlı şəxs “Skype” tətbiqi vasitəsilə onunla əlaqə saxlayıb Suriya Ərəb Respublikasında müsəlmanlara əziyyət verildiyini, vəziyyətin fərqli olduğunu, hər şeyin yaxşı olacağını, dini yaşaya biləcəklərini, heç kimin onlara toxunmayacağını, orada insanların zülmə məruz qaldığına görə kömək üçün gəlmələrinin vacib olduğunu dediyindən, o, təxminən 2013-cü ilin dekabr ayında ailə üzvləri ilə birgə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə Qaziantep şəhərinə getmişdir. Həsən adlı şəxsin pul müqabilində etdiyi köməklik nəticəsində sərhədi keçib Suriya Ərəb Respublikasına çatmış, həmin ərəfədə “İŞİD”-lə olduqları ərazidəki qruplaşmalar arasında baş vermiş münaqişə nəticəsində “İŞİD” qruplaşması ərazidən qovulmuşdur. O, vəziyyətin danışıldığı kimi olmadığını, hər kəsin birbiri ilə müharibə etdiyini görmüşdür. “İŞİD” həmin ərazidən getdikdən sonra o və ailə üzvləri, yəni həyat yoldaşı, qaynı və qayınanası orada qalmış, qış vaxtı olduğundan heç bir təlimdə, döyüşdə iştirak etməmiş, silahla davranış qaydaları ona öyrədilməmişdir. Orada olduğu müddətdə Elxan adlı şəxs “Cundul Şam” qruplaşmasını onunla tanış etmiş, həmin qruplaşmanın üzvlərindən Vasif və Azər adlı şəxsləri tanımışdır. “Cundul Şam” qruplaşmasının rəhbəri Aqil Hacıyevlə həmin yerə getdikdən 2-3 gün sonra görüşmüşdür. Hazırda onun harada olmasından xəbərsizdir. Həmin ərazi təhlükəli olduğuna, insanların bir-birini öldürdüyünə görə ona “Uzi” markalı silah təhkim edilsə də, heç bir döyüş və ya təlimdə iştirak etməmişdir. Hər hansı qruplaşmaya qoşulub döyüşmədiyinə görə ona irad tutularaq çıxıb getmələri bildirilmiş, 2-3 ay sonra, yəni təxminən 2014-cü ilin mart ayında o, arvadı və qayınanası ilə birgə Türkiyə Respublikasına qayıtmış, qaynı isə astma xəstəliyindən vəfat etmişdir. 2018-ci ildə Türkiyə Respublikasında silahlı birləşmələrə qoşulmaqla bağlı həbs edilib 2 il 7 ay müddətində Maltəpə həbsxanasında cəza çəkdikdən sonra azadlığa buraxılmış və barəsində olan işə xitam verilmiş, xarici ölkədə yaşaya bilmədiyi üçün öz razılığı ilə ölkəyə qayıtmışdır. Əməlindən peşmandır. Ona qarşı ibtidai istintaq vaxtı hər hansı fiziki və ya psixi təzyiq və ya təsir olmamışdır. İfadəsində göstərilənlərin bir qismi ilə, yəni Suriya Ərəb Respublikasından qayıtma vaxtı və təlimlərdən iştirakla bağlı qeyd edilənlərlə razı deyil. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 2012-ci ildən etibarən İslam dininin “əhli-sünnə” təriqətinə uyğun ibadət etməyə başlayaraq yaşadığı Xırdalan şəhərində ərəb dilini öyrənmək üçün tez-tez məscidlərə gedib dindar tanışlarının təşkil etdiyi dini məclislərdə iştirak etdiyi dövrdə internetdə tez-tez Suriya Ərəb Respublikasında gedən döyüşlərdə din qardaşlarının iştiraklarını izləyib, həm onlara kömək etmək, həm kafirlərə qarşı vuruşmaq, eləcə də cihad etmək məqsədilə Suriyaya getmək qərarına gələrək 2013-cü ilin oktyabr ayında Şahid ilə ailə həyatı qurduqdan sonra bu barədə arvadına, həm də qaynanası X2 və qaynı X12 bildirdikdə sonuncular da onun fikrinə hörmətlə yanaşmışlar. 2013-cü ilin aprel ayında Suriya Ərəb Respublikasına cihad etmək üçün getmiş Sumqayıt şəhərindən tanıdığı X17 ilə “Skype” tətbiqi vasitəsilə əlaqə saxlayaraq sonuncudan həmin ölkəyə necə gedə biləcəyi barədə maraqlandıqda Elxan Şıxəliyev cavabında Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan Ramazan adlı şəxsin bu barədə ona köməklik edə biləcəyini bildirərək, onu sonuncu ilə əlaqələndirmişdir. 2013-cü ilin dekabr ayının əvvələrində o, Ramazanın Türkiyə mobil operatoruna məxsus olan xatırlamadığı mobil telefon nömrəsinə zəng edib nömrəsini Elxan Şıxəliyevin verdiyini, Suriyaya getmək istədiyini bildirərək qısa müddətdə Türkiyəyə gələcəyini bildirdikdə, Ramazan da ona İstanbul şəhərində gözləyəcəyini dediyindən, o, həyat yoldaşı Şahid, qayınanası Sənubər Hidayətova və qaynı Azad Əsgərzadə ilə birlikdə 16 dekabr 2013-cü il tarixdə səhər saatlarında X6 təyyarə ilə İstanbul şəhərinə yola düşmüş, İstanbul şəhərinə çatdıqdan sonra Ramazan ilə mobil telefon vasitəsilə əlaqə saxladıqda Ramazan ona İstanbul şəhərinin Ümraniyə adlanan ərazisində yerləşən ünvana gəlmələrini tapşırmışdır. Həmin ünvanda Ramazan öz ailəsi ilə birlikdə kirayə yaşamış, lakin həmin günlərdə öz ailəsi ilə birgə başqa yerə getdiklərindən ev boş olmuşdur. Ramazan onlara bir neçə gün orada qalaraq xəbər gözləmələrini demiş, bir neçə gün sonra günorta saatlarında onunla əlaqə saxlayaraq artıq Suriyaya keçmək üçün hər şeyin hazır olduğunu deyib hazırlaşaraq gözləmələrini tapşırmışdır. Həmin gün axşam saatlarında Ramazan idarə etdiyi “Fiat Doblo” markalı avtomobil ilə onları qaldıqları ünvandan götürüb İstanbul şəhərində yerləşən avtovağzala gətirmiş, oradan isə avtobusla Suriya Ərəb Respublikası ilə sərhədə yaxın ərazidə yerləşən Qaziantep şəhərinə getmişlər. Növbəti gün saat 12 radələrində Qaziantep şəhərində onları əslən türkmən milliyyətindən olan Həsən adlı şəxs qarşıladıqdan sonra bələdçinin idarə etdiyi traktorla Qaziantepin kəndlərindən keçərək Suriya Ərəb Respublikası ilə sərhəd ərazisinə gəlmiş, Həsən adlı şəxs ondan adambaşı 100 ABŞ dolları, ümumilikdə 500 ABŞ dolları istədiyindən, o, həmin məbləği vermiş, Həsən adlı şəxslə traktorla torpaq yolla Suriya Ərəb Respublikasının ərazisinə keçmişlər. Orada su kanalına çatdıqda Həsən adlı bələdçi onları taxtadan düzəldilmiş qayıqla kanalın o biri tərəfinə keçirərək, üç nəfər suriyalı bələdçiyə təhvil vermiş, həmin bələdçilər isə idarə etdikləri “Mercedes” markalı avtomobillə onları Suriya Ərəb Respublikasının Rifil-Mühəndis şəhərinə gətirmiş, həmin şəhərə çatdıqda Ramazan onları orada bir evə yerləşdirmişdir. Təxminən iki gün həmin evdə qaldıqdan sonra “Abu Muhammed” dini ləqəbli X30 onlarla görüşərək söhbət zamanı “Cundul Şam” adlanan camaatın rəhbəri olduğunu bildirib həmin camaata qoşulmalarını təklif etmiş, o da Aqil Hacıyevin rəhbəri olduğu “Cundul Şam” adlı camaata qoşularaq özünə “Musab” dini ləqəbini (kunya) götürmüş, qaynı Azad Əsgərzadənin isə həmin vaxt 12 yaşı olduğundan qeyd edilən camaata qoşulmamışdır. Bir neçə gün keçdikdən sonra, ona “UZİ” tipli avtomat və əlli patron tutumlu dolu sandıqca təhkim edilmiş, orada olduğu müddət ərzində qoşulduğu camaatın rəhbəri olan Aqil Hacıyevin tapşırığına uyğun olaraq, həftədə iki-üç dəfə, hər dəfəsində iki saat olmaqla, axşam saatlarında yaşadığı evə yaxın ərazidə ona təhkim olunmuş silahla birlikdə növbəyə çıxmışdır. Həmçinin, hər gün səhər saatlarında “Cundul Şam” qruplaşmasının adlarını hazırda xatırlamadığı bəzi üzvlərinin rəhbərliyi ilə idman təlimlərində iştirak etmiş, həmin qruplaşmanın üzvü “Abu Fatimə" dini ləqəbli X13 rəhbərliyi ilə isə müxtəlif silahların sökülüb-yığılmasını və istifadə qaydalarını öyrənmişdir. Aqil Hacıyevin rəhbərlik etdiyi “Cundul Şam” camaatının təxminən 100 nəfərə yaxın üzvü olmuş, onların əsas hissəsini isə ərəb milliyyətindən olan şəxslər təşkil etmiş, ərəblərdən başqa isə rus, türk, azərbaycanlı və digər milliyyətlərdən olan şəxslər də olmuşdur. Azərbaycanlılardan isə orada iyirmi nəfərə yaxın üzv olmasına baxmayaraq onlardan yalnız X17, X23, X27, X18 və X14 xatırlamışdır. Qadınlar evdə oturaraq məişət işləri ilə məşğul olmuş, onlar orada yaşamağa başladıqdan təxminən 3-4 gün sonra isə Ramazan Türkiyəyə geri qayıtmışdır. Bir müddət sonra isə Elxan Şıxəliyevlə orada görüşmüş, sonuncu da Aqil Hacıyevin rəhbərlik etdiyi “Cundul Şam” camaatının üzvü olmuş, Elxan Şıxəliyevə orada “Kalaşnikov” markalı avtomat silahı təhkim olunmuş, xatırladığı qədərilə də, sonuncu camaatın rəhbəri Aqil Hacıyevin köməkçisi olmuşdur. Ümumilikdə onlar Suriya ordusuna qarşı vuruşmuş, bundan başqa fərqli camaatlar bir-biri ilə döyüşmüşlər. Belə döyüşlərdən biri elə o, orada olan zaman baş tutmuş, belə ki, “Ceyş Hur” adlı camaatla “İŞİD” arasında döyüş olmuşdur. 2014-cü ilin mart ayında qaynı Azad Əsgərzadə ağır astma xəstəsi olduğundan yaşadıqları ərazidə vəfat etmişdir. 2014-cü ilin may-iyun aylarında üzvü olduğu “Cundul Şam” qruplaşmasından da böyük qruplaşma olan “Ceyş Hur” qruplaşması “Cundul Şam” qruplaşmasının üzvlərini tutaraq öz camaatına qoşulmalarını tələb etdikdə etirazlarını bildirdiklərinə görə, onlar Suriya Ərəb Respublikası ilə Türkiyə Respublikasının sərhədinə gətirilmiş və gəldikləri yolla, yəni yenə kanalla bələdçilərin vasitəsilə Türkiyə Respublikasının ərazisinə yola salınmışlar. Bir gecə Qaziantep şəhərində kürd milliyətindən olan şəxslərin evində qaldıqdan sonra o, Ramazanla əlaqə saxlayaraq sonuncuya baş verən hadisələri danışmış, Ramazan da öz növbəsində ona İstanbul şəhərinə gəlməyi tapşırmışdır. O, həyat yoldaşı Şahid və qaynanası Sənubər Hidayətova ilə birlikdə İstanbul şəhərinə getmiş, Ramazanın tanışının evində bir müddət qaldıqdan sonra kirayə mənzil tutaraq, xalça yumaqla məşğul olmağa başlamış, 2014-cü ilin avqust ayında Samuel adlı uşağı doğulmuş, 2015-ci ilin yazında qaynanası evlənərək İstanbul şəhərində onlardan ayrı yaşamağa başlamışdır. 2016-cı ilin dekabr ayında həyat yoldaşı Şahid ilə talaq yolu ilə boşandıqdan sonra sonuncu uşağı istəməyərək Gürcüstan Respublikası ərazisindən keçməklə Azərbaycan Respublikasına geri qayıtmışdır. O isə övladı ilə birlikdə Türkiyə Respublikasında yaşamağa davam etmiş və 01 aprel 2022-ci il tarixdə övladı və anası ilə birlikdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə dini qaydada bağladığı qeyri-rəsmi nikahdan Samuel adlı uşağı doğulmuş, hazırda 9 yaşında olan uşağı qayınanasının himayəsindədir. Təqsirləndirilən şəxs bir müddət əvvəl ayrılsa da, aralarındakı münasibət normaldır. Ailə qurduqdan sonra Təqsirləndirilən şəxslə birgə dini rahat yaşamaq üçün Suriya Ərəb Respublikasına getmək qərarına gəlib əvvəl Türkiyə Respublikasına, oradan da Suriya Ərəb Respublikasına gizli yolla keçmişlər. Həmin ölkədə təxminən 3-4 ay yaşamış, Təqsirləndirilən şəxs oraya getmək istəməsinin əsas səbəbini bilməmiş, bu barədə ona deməmişdir. O, hamilə olduğu üçün həmişə evdə qalmış, anası və qardaşı da onlarla birgə orada olmuşlar. Qardaşı astma xəstəliyindən əziyyət çəkdiyindən, havası düşmədiyinə görə orada vəfat etmiş, qardaşı xəstə olduğu dövrdə o, Təqsirləndirilən şəxs həmin ölkədən çıxmaq istədiyini bildirdikdə, sonuncu da həmin fikirdə olduğu demiş, lakin Suriya Ərəb Respublikasının əsgərləri onları oradan çıxmağa imkan vermədiyinə, çıxanları vurub öldürdüklərinə görə məcbur qalıb orada yaşamışlar. Suriya Ərəb Respublikasına getmələrinin məqsədi orada yaşamaq olmuş, vuruşmamışlar. Həmin yerdə onlara hərbi təlim, döyüş təlimi keçirilməmiş, o, silahın sökülüb-yığılmasında, hansısa qruplaşmanın tərkibində iştirak etməmişdir. Suriya Ərəb Respublikasında cəmi 4 ay yaşamış, probemlərə görə oradan çıxmışlar. Təqsirləndirilən şəxs orada olduğu müddətdə silahlı münaqişələrlə bağlı hər hansı bir yığıncaqda iştirak etməmişdir. “Cundul Şam” qruplaşması terror təşkilatı olmamışdır. “Cundul Şam”-ın mənası “Allahın, torpağın, Şamın əsgəri” deməkdir. Mahiyyətini dəqiq bilmir. “Ceyş Hur” qruplaşması barədə eşitmiş, həmin ölkədə olduqları dövrdə “Cundul Şam” və “Ceyş Hur” qruplaşmasının “İŞİD” terror birləşməsi arasında döyüş olmuş, həmin vaxt Təqsirləndirilən şəxs silah verilməmiş, hər hansı silah görməmişdir. Qayıtdıqdan sonra Təqsirləndirilən şəxs Türkiyə Respublikasında südçülüklə məşğul olmuş, bir müddət sonra ayrılmışlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 2011ci ildən etibarən namaz qılmaqla İslam dinin “əhli-sünnə” təriqətinə uyğun ibadət etməyə başlamış, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə dini nikahla evləndikdən sonra sonuncu ona və anası Sənubər Hidayətovaya şəriət qanunları ilə idarə olunan dini torpaqlarda, yəni Suriya Ərəb Respublikasında yaşamaq, eləcə də orada cihad etmək istədiyini bildirdikdən sonra o, Təqsirləndirilən şəxs, anası Sənubər Hidayətova və həmin vaxt 11-12 yaşı olan qardaşı Azad Əsgərzadə 16 dekabr 2013-cü il tarixdə X6 təyyarə ilə İstanbul şəhərinə yola düşmüşlər. İstanbul şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs kiminləsə mobil telefon vasitəsilə əlaqə saxlamış, daha sonra onlar İstanbul şəhərinin Ümraniyə adlanan ərazisində yerləşən ünvana getmiş, bir neçə gün orada qaldıqdan sonra Təqsirləndirilən şəxs tanışı olan şəxs onları yaşadıqları ünvandan götürərək İstanbul şəhərində yerləşən avtovağzala gətirmiş, oradan isə avtobusla Suriya Ərəb Respublikası ilə sərhədə yaxın ərazidə yerləşən Qaziantep şəhərinə getmiş və orada onları tanımadığı başqa bir şəxs qarşılamışdır. Daha sonra onlar həmin bələdçinin idarə etdiyi traktorla Qaziantepin kəndlərindən keçərək Suriya Ərəb Respublikası ilə sərhəd ərazisinə gəlmiş, Təqsirləndirilən şəxs adambaşı 100 ABŞ dolları olmaqla, ümumilikdə 500 ABŞ dolları istədikdə Təqsirləndirilən şəxs həmin məbləği verdikdən sonra torpaq yolla Suriya Ərəb Respublikasının ərazisinə keçmiş, həmin bələdçi onları üç nəfər başqa bələdçiyə təhvil vermiş, sonuncular isə idarə etdikləri “Mercedes” markalı avtomobillə onları Suriya Ərəb Respublikasının Rifil-Mühəndis şəhərinə gətirmişdir. Həmin şəhərə çatdıqda orada bir evə yerləşmiş, təxminən iki gün həmin evdə qaldıqdan sonra “Abu Muhammed” dini ləqəbli X3 Şıxıyevlə görüşərək “Cundul Şam” adlanan camaatın rəhbəri olduğunu bildirmiş və həmin camaata qoşulmağını təklif etmiş, Təqsirləndirilən şəxs də Aqil Hacıyevin rəhbəri olduğu “Cundul Şam” adlı camaata qoşularaq özünə “Musab” dini ləqəbini (kunya) götürmüşdür. X19 isə həmin vaxt 12 yaşı olduğundan qeyd edilən camaata qoşulmamışdır. Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs “UZİ” tipli avtomat və əlli patron tutumlu dolu sandıqca təhkim edilmiş, orada olduğu müddət ərzində Təqsirləndirilən şəxs qoşulduğu camaatın rəhbəri olan Aqil Hacıyevin tapşırığına uyğun olaraq, həftədə iki-üç dəfə, hər dəfəsində iki saat olmaqla, axşam saatlarında yaşadıqları evə yaxın ərazidə təhkim olunmuş silahla birlikdə növbəyə çıxmışdır. Həmçinin Təqsirləndirilən şəxs hər gün səhər saatlarında “Cundul Şam” qruplaşmasının bəzi üzvlərinin rəhbərliyi ilə idman təlimlərində iştirak etmiş, həmin qruplaşmanın tanımadığı başqa bir üzvü də müxtəlif silahların sökülüb-yığılmasını və istifadə qaydalarını öyrətmiş, qadınlar isə evdə oturaraq məişət işləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs isə qrup üzvləri ilə başqa evdə yaşamış, lakin məsafə yaxın olduğundan hər gün 2-3 saatlıq onlara baş çəkmişdir. Təqsirləndirilən şəxs evdə olan zaman ona avtomat və tapança tipli silahların istifadə qaydalarını, eləcə də silahların sökülüb-yığılmasını təhlükəli vəziyyətlərdə özlərini qorumaq üçün öyrətmişdir. Daha sonra orada Təqsirləndirilən şəxs Azərbaycandan tanıdığı əslən Sumqayıtdan olan X17 ilə dostluq münasibətlərinin yarandığını eşitmiş, Elxan Şıxəliyev də Aqil Hacıyevin rəhbərlik etdiyi, Bəxtiyarın da üzv olduğu “Cundul Şam” camaatına qoşulmuşdur. 2014-cü ilin mart ayında qardaşı Azad Əsgərzadə ağır astma xəstəsi olduğundan yaşadıqları ərazidə vəfat etmişdir. 2014-cü ilin may-iyun aylarında “Cundul Şam” qruplaşmasından da böyük qruplaşma olan “Ceyş Hur” qruplaşması “Cundul Şam” qruplaşmasının üzvlərini tutaraq onların camaatına qoşulmalarını tələb etmiş, Təqsirləndirilən şəxs də camaatın digər üzvləri kimi buna öz etirazını bildirdikdə, onları Suriya Ərəb Respublikasının Türkiyə Respublikası ilə sərhədinə gətirərək bələdçilərin vasitəsilə Türkiyə Respublikasının ərazisinə yola salmış, o, Təqsirləndirilən şəxs və anası Sənubər Hidayətovla birlikdə İstanbul şəhərinə gəlmişlər. 2014-cü ilin avqust ayında Samuel adlı övladları dünyaya gəlmiş, 2015-ci ilin yaz aylarında anası Sənubər Hidayətova evlənərək İstanbul şəhərində onlardan ayrı yaşamağa başlamış, 2016-cı ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə talaq yolu ilə boşanaraq 2017-ci ilin iyul ayında Gürcüstan Respblikası ərazisindən keçməklə Azərbaycana Respublikasına geri qayıtdıqdan sonra kriminal həyat tərzi keçirməyə başlamış və quldurluq cinayəti törədərək həmin cinayət əməlinə görə 2020-ci ildə məhkum olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarlardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Təqsirləndirilən şəxs və qeyriləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1-3) xx.xx.2022-ci il tarixli Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorçuluğa qarşı Mübarizə Baş İdarəsinin məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədilə həyat yoldaşı Şahid ilə birgə xx.xx.2013-cü il tarixdə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etməsi, oradan qaçaq yolla Suriya Ərəb Respublikasına keçərək X21 rəhbərlik etdiyi “Cundul Şam” terrorçu qruplaşmasına qoşulması, bir müddət münaqişə bölgəsində qaldıqdan sonra Türkiyə Respublikasına qayıdaraq orada məskunlaşması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 8-9) xx.xx.2022-ci tarixli “Sərhədkeçmə” hesabatından görünür ki, 16 dekabr 2013-cü il tarixdə Təqsirləndirilən şəxs X6 istifadə etməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, 01 aprel 2022-ci il tarixdə Türkiyə Respublikasından ölkəyə qayıtmışdır. (Cild 1, iş vərəqə 18) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni həmin gün saat 15:10 dəqiqədən tutulmuşdur. (Cild 1, iş vərəqə 38-39) Şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 56-57) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-153/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(009)-325/2022 nömrəli qərarına əsasən, onun həbsdə saxlanılma müddəti 3 ay, yəni 05 dekabr 2022-ci il tarixədək, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(009)-543/2022 nömrəli qərarına əsasən isə 3 ay, yəni 05 mart 2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 80-83; Cild 2, iş vərəqə 109-112; 133- 135) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X29 xx.xx.2022-ci il tarixli, 4448 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 148) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X29 xx.xx.2022-ci il tarixli, xx/xx-7320 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 149) Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstehsal Təmir Sahəsinin xx.xx.2022-ci il tarixli, 51 nömrəli məktubundan görünür ki, Şıxıyev X1 şəhəri MD-23 qəsəbəsi, Q.Nəbi küçəsində yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamışdır. (Cild 1, iş vərəqə 153) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X29 Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1253 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və yə psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 155-156) Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2014-cü il tarixli 2170 saylı qətnaməsindən görünür ki, istənilən mülki şəxslərin üzərinə onların etnik, siyasi və dini mənsubiyyəti və ya etiqadlarına görə sistematik və genişmiqyaslı hücumların insanlığa qarşı cinayət olduğunu xatırlamış, İŞİD (İraq və X41), ANC (An-Nusra Cəbhəsi) və Əl-Qaidə ilə bağlı bütün digər şəxslər, qruplar, müəssisə və təşkilatların insan hüquqları sahəsində sui-istifadə və beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyətə cəlb edilməsinin təmin edilməsinin vacibliyini vurğulamış və bütün tərəfləri təkidlə bu cür suiistifadə və pozuntuların qarşısını almağa çağırmış, həmin şəxslər, qruplar, müəssisə və təşkilatlardan bütün təcavüz aktlarını və terroru dayandırmağı və dərhal tərksilah olunmağı və buraxılmağı tələb etmişdir. (Cild 1, iş vərəqə 193-200) Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsinin 298-ci maddəsinə əsasən suriyalıları silahlandırmaqla vətəndaş müharibəsi, tayfalararası münaqişələrin alovlandırılması və qarşılıqlı silahlı qarşıdurmalara səbəb olma, yaxud bir və yaxud bir neçə məntəqə qarət və qətllər törədənlər ömür ağır işlərə cəlb olunma ilə, 299-cu maddəsinə əsasən şəhər və ya bir məntəqəni, həmçinin dövlət və mülki insanların əmlakını ələ keçirmə, yaxud bu cinayətləri həyata keçirənlərə qarşı mübarizə aparan qüvvələrə hücum və ya müqavimət göstərmək məqsədilə silahlı dəstələrə rəhbərlik edən, yaxud orada yüksək vəzifə tutan şəxslər ömürlük ağır işlərə cəlb olunma ilə cəzalandırılır. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən 298 və 299-cu maddələrində göstərilən cinayətlərdən birini törətmək məqsədilə silahlı qruplaşmaların tərkibində iştirak edən şəxslər ömürlük ağır işlərə cəlb olunma ilə cəzalandırılır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən üzv olduğu şəxs və yaxud şəxslər açıq və ya gizli şəkildə silah daşıyarlarsa, dəstə və qruplaşmalar silahlı qruplaşmalar hesab olunur. (Cild 1, iş vərəqə 222-226) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X15” X29 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 297/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı hazırda onun sağ diz qapağı nahiyəsində dairəvi formalı, açıq ağımtıl rəngdə çapıq toxumasının olduğu müəyyən edilmişdir. Qeyd olunan çapıq toxumasının müddəti 1,5 ildən artıqdır, müxtəlif vəziyyət və şəraitlərdə, o cümlədən də qəlpə təması nəticəsində yaranması istisna edilmir. Bəxtiyar Hacıyevdə müəyyən edilən xəsarət həyat üçün təhlükəli deyil, məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkündür. (Cild 1, iş vərəqə 261-264) xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 100) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqə 228) Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Cəbrayıl şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 506 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7 nənəsi X4 qəyyumluğa verilmiş və hazırda onun himayəsindədir. (Cild 2, iş vərəqə 115) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib baş vermiş cinayət hadisənin təfərrüatları barədə ətraflı məlumat versə də, məhkəmə istintaqı zamanı həmin ittihamda özünü təqsirli bilməyib fərqli məzmunda ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində qoşulduğu qruplaşmanın “İŞİD” terror qruplaşmasına aid olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qanunsuz silahlı sabit qrupa qoşulmasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyətindən fərqli məzmunda, hər hansı dəlil, sübut gətirmədən öz mülahizəsi əsasında təqsirlilik məsələsinə münasibət bildirməsini əsaslı hesab etmir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Suriya Ərəb Respublikasına getdikdən sonra ona silahla davranma qaydaları ilə bağlı təlim keçirilmədiyini, heç vaxt təlimlərdə iştirak etmədiyini, həmin ərazi təhlükəli olduğuna görə ona “Uzi” adlı silah təhkim edildiyini, hər hansı qruplaşmaya qoşulmadığı üçün ona qoruması üçün ərazi verilmədiyini, orada olan azərbaycanlılardan Vasif və Azər adlı şəxsləri xatırladığını, “Ceyş Hur” qruplaşması tərəfdə olduğunu, həmin qruplaşmanın hər gələn qruplaşmanı özünə birləşdirmək, əsgər sayını çoxaltmaq məqsədini daşıdığını, “Cundul Şam” qruplaşmasının Suriya Ərəb Respublikasında heç bir xidmət aparmadığını bildirsə də, o, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Suriya Ərəb Respublikasının Rifil- Mühəndis şəhərində “Abu Muhammed” dini ləqəbli X21 onlarla görüşərək söhbət zamanı “Cundul Şam” adlanan qruplaşmanın rəhbəri olduğunu deyib həmin camaata qoşulmalarını təklif etdikdə razılaşıb həmin qruplaşmaya qoşularaq özünə “Musab” dini ləqəbini (kunya) götürdüyünü, bir neçə gün sonra ona “UZİ” tipli avtomat və əlli patron tutumlu dolu sandıqca təhkim edildiyini, orada olduğu müddətdə Aqil Hacıyevin tapşırığına uyğun olaraq, həftədə iki-üç dəfə, hər dəfəsində iki saat olmaqla, axşam saatlarında yaşadığı evə yaxın ərazidə ona təhkim olunmuş silahla birlikdə növbəyə çıxdığını, hər gün səhər saatlarında “Cundul Şam” qruplaşmasının adlarını hazırda xatırlamadığı bəzi üzvlərinin rəhbərliyi ilə idman təlimlərində iştirak etdiyini, həmin qruplaşmanın üzvü “Abu Fatimə” dini ləqəbli X13 rəhbərliyi ilə isə müxtəlif silahların sökülüb-yığılmasını və istifadə qaydalarını öyrəndiyini, Aqil Hacıyevin rəhbərlik etdiyi “Cundul Şam” qruplaşmasının təxminən 100 nəfərə yaxın üzvü olduğunu, onların əsas hissəsini isə ərəb milliyyətindən olan şəxslərin təşkil etdiyini, ərəblərdən başqa isə rus, türk, azərbaycanlı və digər milliyyətlərdən olan şəxslərin də olduğunu, azərbaycanlılardan isə orada iyirmi nəfərə yaxın üzv olmasına baxmayaraq onlardan yalnız X17, X23, X27, X18 və X14 xatırladığını demişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona təqdim edilmiş fotocədvəllərdə X30 və digərlərini tanıyaraq həmin şəxslərin onunla birgə Suriya Ərəb Respublikasında olan “Cundul Şam” qruplaşmanın üzvləri olduğunu bildirmişdir. Həmçinin, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X15” X29 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 297/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı hazırda onun sağ diz qapağı nahiyəsində dairəvi formalı, açıq-ağımtıl rəngdə çapıq toxumasının olduğu müəyyən edilmişdir. Qeyd olunan çapıq toxumasının müddəti 1,5 ildən artıqdır, müxtəlif vəziyyət və şəraitlərdə, o cümlədən də qəlpə təması nəticəsində yaranması istisna edilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə həmin hissədə tənqidi yanaşmaqla qeyd edir ki, o, həmin hissədə özünü müdafiə xarakterli ifadə vermiş, onun məhkəmədə dedikləri digər sübutlarla təkzib edilmişdir. Belə ki, təqsirləndirilən şəxs hər hansı təlimlərdə iştirak etmədiyini bildirsə də, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 297/KEŞ nömrəli rəyinə əsasən onun sağ diz qapağı nahiyəsində dairəvi formalı, açıq-ağımtıl rəngdə 1,5 ildən artıq müddətə müxtəlif vəziyyət və şəraitlərdə, o cümlədən də qəlpə təması nəticəsində yaranması istisna edilməyən çapıq toxumasının olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona “Uzi” adlı silahın təhkim olunduğunu desə də, yalnız təhlükəsizliyinə görə üzərində daşıdığını bildirmiş, lakin məhkəməyədək icraat zamanı isə həmin silahın təlimlərdə iştirak etməsi məqsədi ilə “Cundul Şam” qruplaşmasının rəhbəri Aqil Hacıyev tərəfindən verildiyini və istifadə etdiyini bildirmişdir. Bundan başqa, o, istintaq zamanı müdafiə hüququ qorunmaqla ona təqdim edilmiş şəxslərin fotoşəkillərini tanımış, həmin şəxslər barəsində silahlı birləşmələr, qruplar yaratma, rəhbərlik etmə və digər ittihamlarla ittiham irəli sürülmüş, bir qismi barəsində ittiham hökmü çıxarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin bədənində aşkarlanmış qəlpə yarası olması istisna edilməyən çapıq toxumasının olmasını, ona silahın təhkim edilməsini, “Cundul Şam” qruplaşmasının rəhbəri Aqil Hacıyev və digər üzvləri tanımasını, həmin şəxslərə də müvafiq maddələrlə ittihamın irəli sürüldüyünü, barələrində ittiham hökmlərinin çıxarıldığını, məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Suriya Ərəb Respublikasının Rifil-Mühəndis şəhərində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birliyin tabeçiliyində olan silahlı sabit qrupa qoşulmuş və həmin qruplaşmanın digər üzvləri ilə birgə hərbi təlimlərdə iştirak etmişdir. Məhkəmə bir halı da qeyd edir ki, məhkəmə Şahid məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasında olduğu dövrdə hər hansı döyüş və təlimlərdə iştirak etmədiyinə dair verdiyi ifadəni özünün məhkumluq həyatı yaşaması, Təqsirləndirilən şəxslə əvvəllər qeyri-rəsmi nikahından olan 1 azyaşlı uşağının qayınanası, yəni Təqsirləndirilən şəxs himayəsində olmasına görə mənəvi cəhətdən köməklik etmək istəyi kimi dəyərləndirərək əsaslı hesab etmir və Təqsirləndirilən şəxs müdafiə etmək məqsədilə verilmiş, uydurulmuş ifadə kimi qəbul edir. Müdafiə tərəfi məhkəmə baxışı zamanı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamənin müxtəlif dillərdə surətini təqdim etmiş, həmin qətnamədə “İŞİD” və “Əl-Nusra Cəbhəsi” adlı terror təşkilatları və onların törəmə təşkilatlarının qanunsuz fəaliyyətləri barədə qeyd edilmişdir. Məhkəmə bir halı da qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Türkiyə Respublikası məhkəməsi tərəfindən bəraət verilməsinə dair 17 yanvar 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla hüquqi qiymət verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəbini onun özünü müdafiə etmək niyyəti ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məlumatlar, sənədlər və digər əşyalar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə şübhələr doğurmur, qanuni yolla əldə edilmiş, mötəbərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 218.2 və 283-1.3-cü maddələri ilə ittiham irəli sürülmüş, yəni o, qəsdən dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində, təlimlərdə və silahlı münaqişələrdə, o cümlədən ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan silahlı sabit qrupda iştirak etmiş və həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsinə görə, həmin Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə cinayət tərkibini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə cinayət hesab edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 218.2-ci maddəsinin sanksiyasında altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 283-1.3cü maddəsinin sanksiyasında yeddi ildən on bir ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, anasının himayəsində olmasına baxmayaraq onun 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməllərində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır”. Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 05 may 2022ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,218.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar, ekspertiza xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-889/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-889/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver