Məhkəmə qərarları › İş №1(101)-89/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-89/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-89/2021 09.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Sumqayıt regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, nümayəndələr: «Verdiktum» Vəkil Bürosunun vəkili Nümayəndə1 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə 1 dekabr 1977-ci ildə Qazax rayonu Musaköy kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Sumqayıt şəhəri 17-ci mikrorayon, ev 5, mənzil 21-də qeydiyyatda olub, Sumqayıt şəhəri Tağıyev qəsəbəsi, Xəzri-2-də fərdi evdə yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, xx xxxxxxx 1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri 17-ci mikrorayon, ev 52, mənzil 68də qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 4 aprel 1987-ci ildə Yardımlı rayonu Bərcan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Yardımlı rayonu Bərcan kəndində qeydiyyatda olub, Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi, ev 336-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs3 özgə əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 dekabr 2018-ci ildə saat 19 radələrində Sumqayıt şəhəri Azərbaycan prospekti 2 ünvanında yerləşən «xxxx» ASC-nin mühafizə olunan ərazasində Zərərçəkmiş şəxs icarəyə götürüb fəaliyyət göstərdiyi dövrdə onun və Təqsirləndirilən şəxs2 fəhlə işlədiyi metal əritmə sexinə birlikdə daxil olub orada saxlanılan mis ərintisini oğurlayaraq satmaq və əldə ediləcək pulu öz aralarında bölmək qərarına gələrək heç kimin onları görməməsi üçün havanın qaralmasını gözləyərək idarə etdiyi «Mersedes» markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtombillə sexə arxa tərəfdən yaxınlaşaraq kiminsə onları görmədiyinə və onların sexdə fəhlə işlədiklərinə görə heç kəsin şübhələnməyəcəyinə əmin olduqdan sonra qapını sındırıb ora qanunsuz daxil olaraq sexdə saxlanılan hər kiloqramının dəyəri 8 manat 20 qəpik, ümumi dəyəri 1.125 manat (min yüz iyirmi beş) manat 20 (iyirmi) qəpik olan mis ərintisinin 136 kiloqramını gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 1.125 manat (min yüz iyirmi beş) manat 20 (iyirmi) qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri Azərbaycan prospekti 2 ünvanda yerləşən «xxxx» ASC-nin mühafizə olunan ərazisində Zərərçəkmiş şəxs icarəyə götürüb fəaliyyət göstərdiyi dövrdə fəhlə işlədiyi metal əritmə sexinə birlikdə daxil olub, orada olan bütün mis ərintilərini və qırıntılarını oğurlayaraq satmaq və əldə ediləcək pulu öz aralarında bölmək qərarına gələrək, vahid niyyətlə 2018-ci ilin dekabr ayından 15-dən başlayaraq 2019-cu ilin mart ayının 4-nə kimi olan müddət ərzində hər dəfə heç kimin onları görməməsi üçün havanın qaralmasını gözləyərək idarə etdiyi «Mersedes» markalı **-FG-*** dövlət qeydiyyat markalı avtombillə sexə arxa tərəfdən yaxınlaşaraq, onları kiminsə görmədiyinə, eyni zamanda onun həmin sexin fəhləsi olduğuna və Təqsirləndirilən şəxs1 cəmiyyətin giriş qapısında mühafizə xidməti apardığına görə heç kəsin onların hərəkətlərindən şübhələnməyəcəyinə, oğurlanan malların ərazidən çıxarılmasına heç kəsin mane olmayacağına əmin olduqdan sonra sındırdıqları arxa qapıdan ora qanunsuz daxil olaraq vahid niyyətlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə maddi sübut kimi tanıraraq saxlanılan, Azərbaycan Respulikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus olan hər kiloqramının dəyəri 8 manat 20 qəpik, ümumi dəyəri 50.701 (əlli min yeddi yüz bir) manat 42 (qırx iki) qəpik olan 6.183,1 kq mis-sink qarışığından ibarət olan partlamış mərmi gilizlərini gizli yolla talayıb zərərçəkmiş Azərbaycan Respulikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə külli miqdarda - 50.701 (əlli min yeddi yüz bir) manat 42 (qırx iki) qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri Azərbaycan prospekti 2 ünvanda yerləşən «xxxx» ASC-nin mühafizə olunan ərazisində Zərərçəkmiş şəxs icarəyə götürüb fəaliyyət göstərdiyi dövrdə Təqsirləndirilən şəxs3 fəhlə işlədiyi metal əritmə sexinə birlikdə daxil olub orada olan bütün mis ərintilərini və qırıntılarını oğurlayaraq satmaq və əldə ediləcək pulu öz aralarında bölmək qərarına gələrək vahid niyyətlə 2018-ci ilin dekabr ayından 15-dən başlayaraq 2019-cu ilin mart ayının 4-nə kimi olan müddət ərzində hər dəfə heç kimin onları görməməsi üçün havanın qaralmasını gözləyərək idarə etdiyi «Mersedes» markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtombillə sexə arxa tərəfdən yaxınlaşaraq onları kiminsə görmədiyinə, habelə onun sexdə işlədiyinə və cəmiyyətin ərazisinə giriş qapısında mühafizə xidməti apardığına görə heç kəsin onların hərəkətlərindən şübhələnməyəcəyinə, oğurlanan malların ərazidən çıxarılmasına mane olmayacağına əmin olduqdan sonra sındırdıqları arxa qapıdan ora qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 1 hər kiloqramının dəyəri 8 manat 20 qəpik, ümumi dəyəri olan 158.948 (yüz əlli səkkiz min doqquz yüz qırx səkkiz) manat 8 (səkkiz) qəpik dəyərində 19.384 kiloqram çəkidə mis ərintisini və hər kiloqramının qiyməti 8,00 manat, ümumi dəyəri 24.000 (iyirmi dörd min) manat olan 3.000 kiloqram çəkidə mis qırıntısı, 1 kiloqramının qiyməti 1,40 manat, ümumi dəyəri 2.800 (iki min səkkiz yüz) manat olan 2.000 kiloqram çəkidə sink qırıntısını gizli yolla talayıb oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda - ümumilikdə 185.748 manat (yüz səksən beş min yeddi yüz qırx səkkiz) 8 (səkkiz) qəpik ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgə əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri Azərbaycan prospekti 2 ünvanda yerləşən «xxxx» ASC-nin mühafizə olunan ərazisində Zərərçəkmiş şəxs icarəyə götürdüyü, fəaliyyət göstərdiyi dövrdə Təqsirləndirilən şəxs3 fəhlə işlədiyi metal əritmə sexinə birlikdə daxil olub orada olan bütün mis ərintilərini və qırıntılarını oğurlayaraq satmaq və əldə edilcək pulu öz aralarında bölmək qərarına gələrək vahid niyyətlə 2018-ci ilin dekabr ayından 15-dən başlayaraq 2019-cu ilin mart ayının 4-nə kimi olan müddət ərzində hər dəfə heç kimin onları görməməsi üçün havanın qaralmasını gözləyərək sonuncunun idarə etdiyi «Mersedes» markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə sexə arxa tərəfdən yaxınlaşaraq onları kiminsə görmədiyinə, habelə Təqsirləndirilən şəxs3 sexdə işlədiyinə və cəmiyyətin ərazisinə giriş qapısında mühafizə xidməti apardığına görə heç kəsin onların hərəkətlərindən şübhələnməyəcəyinə, oğurlanan malların ərazidən çıxarılmasına heç kəsin mane olmayacağına əmin olduqdan sonra sındırdıqları arxa qapıdan ora qanunsuz daxil olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə maddi sübut kimi tanıraraq saxlanılan, Azərbaycan Respulikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus olan hər kiloqramının dəyəri 8 manat 20 qəpik, ümumi dəyəri 50.701 (əlli min yeddi yüz bir) manat 42 (qırx iki) qəpik olan 6183,1 kq mis-sink qarışığından ibarət olan partlamış mərmi gilizlərini gizli yolla talayıb Azərbaycan Respulikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə külli miqdarda - 50.701 (əlli min yeddi yüz bir) manat 42 (qırx iki) qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri Azərbaycan prospekti 2 ünvanda yerləşən «xxxx» ASC-nin mühafizə olunan ərazisində Zərərçəkmiş şəxs icarəyə götürdüyü fəaliyyət göstərdiyi dövrdə Təqsirləndirilən şəxs3 fəhlə işlədiyi metal əritmə sexinə birlikdə daxil olub orada olan bütün mis ərintilərini və qırıntılarını oğurlayaraq satmaq və əldə ediləcək pulu öz aralarında bölmək qərarına gələrək vahid niyyətlə 2018-ci ilin dekabr ayının 15-dən başlayaraq 2019-cu ilin mart ayının 4-nə kimi olan müddət ərzində hər dəfə heç kimin onları görməməsi üçün havanın qaralmasını gözləyərək sonuncunun idarə etdiyi «Mersedes» markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə sexə arxa tərəfdən yaxınlaşaraq onları kiminsə görmədiyinə, habelə Təqsirləndirilən şəxs3 sexdə işlədiyinə və cəmiyyətin ərazisinə giriş qapısında mühafizə xidməti apardığına görə heç kəsin onların hərəkətlərindən şübhələnməyəcəyinə, oğurlanan malların ərazidən çıxarılmasına heç kəsin mane olmayacağına əmin olduqdan sonra sındırdıqları arxa qapıdan ora qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 1 hər kiloqramının dəyəri 8 manat 20 qəpik, ümumi dəyəri olan 158.948 (yüz əlli səkkiz min doqquz yüz qırx səkkiz) manat 8 (səkkiz) qəpik dəyərində 19.384 kiloqram çəkidə mis ərintisini və hər kiloqramının qiyməti 8,00 manat, ümumi dəyəri 24.000 (iyirmi dörd min) manat olan 3000 kiloqram çəkidə mis qırıntısı, 1 kiloqramının qiyməti 1,40 manat, ümumi dəyəri 2800 (iki min səkkiz yüz) manat olan 2000 kiloqram çəkidə sink qırıntısını gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə külli miqdarda - 185.748 manat (yüz səksən beş min yeddi yüz qırx səkkiz) manat 8 (səkkiz) qəpik ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 dekabr 2018-ci ildə saat 19 radələrində Sumqayıt şəhəri Azərbaycan prospekti 2 ünvanda yerləşən «xxxx» ASC-nin mühafizə olunan ərazasində Zərərçəkmiş şəxs icarəyə götürdüyü Təqsirləndirilən şəxs3 fəaliyyət göstərdiyi dövrdə fəhlə işlədiyi metal əritmə sexinə birlikdə daxil olub orada saxlanılan mis ərintisini bir hissəsini oğurlayaraq satmaq və əldə ediləcək pulu öz aralarında bölmək qərarına gələrək bu məqsədlə heç kimin onları görməməsi üçün havanın qaralmasını gözləyərək sonuncunun idarə etdiyi «Mersedes» markalı **-FG-*** dövlət qeydiyyat markalı avtomobillə sexə arxa tərəfdən yaxınlaşaraq onları kiminsə görmədiyinə, onların sexdə işlədiklərinə görə heç kəsin onların hərəkətlərindən şübhələnməyəcəyinə, oğurlanan malların ərazidən çıxarılmasına heç kəsin mane olmayacağına əmin olduqdan sonra qapını sındırıb ora qanunsuz daxil olaraq sexdə saxlanılan hər kiloqramının dəyəri 8 manat 20 qəpik, ümumi dəyəri 1.125 manat (min yüz iyirmi beş) 20 (iyirmi) qəpik olan mis ərintisinin 136 kiloqramını gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 1.125 manat (min yüz iyirmi beş) manat 20 (iyirmi) qəpik ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2018-ci ilin mart ayında Sumqayıt şəhəri Tağıyev qəsəbəsində «xxxx» ASC-nin ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus metal əritmə sexində fəhlə kimi işə düzəlmişdir. Sexdə əlvan metallar əridilib külçə halına salınmışdır. Orada işlədiyi müddətdə ASC-nin mühafizəçisi Təqsirləndirilən şəxs1la tanış olmuş və yaxşı münasibətləri yaranmışdır. Həmin ilin oktyabr ayının 20-də Teyyub hərbi prokrorluğunun əməkdaşları tərəfindən tutulmuş və sex bağlanmışdır. Buna görə də işdən çıxmışdır. Bir müdət sonra gəlir yeri olmadığından həmin sexdən oğurluq etmək fikrinə düşmüş, sexdə mühafizəçi işləyən Təqsirləndirilən şəxs1 yanına gedib, sexdən külçələr oğurlamaq üçün şərait yaratmasını xahiş etmişdir. Rəşad əvvəlcə razılaşmamışdır. 2018-ci ilin dekabr ayının təxminən 15-də, saat 18 radələrində idarə etdiyi «Mersedes» markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yenidən Rəşadın yanına getmişdir. Bu dəfə sonuncunu oğurluq etməyə razı salmışdır. Odur ki, avtomobillə arxa qapısından sexə daxil olmuşdur. Oradan əridilərək külçə formasına salınmış 10 ədəd latun külçələri avtomobilə yığıb, Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən Oktay Əsgərovun metal qəbulu məntəqəsinə aparmış, latun külçələri kiloqramı 5 manat 20 qəpikdən sonuncuya satmışdır. Həmin külçələrin 1 ədədinin çəkisi 32 kq olmuşdur. Oktay ona 1.664 manat pul vermiş, o, həmin pulun 832 manatını Rəşadın iş yerində sonuncuya vermişdir. Növbəti dəfə 2018-ci ilin dekabr ayının 20-də saat 17 radələrində idarə etdiyi «Mersedes» markalı avtomobillə Rəşadın iş yerinə gedib, sonuncu ilə birlikdə təxminən 15 ədəd latun külçələri avtomobilinə yükləmişdir. Həmin külçələri də aparıb Oktaya satmış və sonuncu ona 2.496 manat pul vermişdir. Həmin pulu da Rəşadla aralarında yarı bölmüşdür. 2019-cu ilin mart ayının əvvəllərinə kimi Rəşadın sexdə növbədə olduğu müxtəlif vaxtlarda axşam saatlarında sexə gedib, oradan latun külçələri oğurlamış, onları öz avtomobili ilə aparıb Oktayın metal qəbulu sexində gedərək sonuncuya satmışdır. Əldə etdiyi bütün pulları Rəşadla bölmüşdür. Sonuncu dəfə 4 mart 2019-cu il tarixdə Rəşadla görüşüb sexə getmişlər. Sexdə mühafizəçi işləyən Vüsal və İsa ilə danışıb, sonunculara hər girişlərində 50 manat verməyə boyun olmuşlar. Vüsal və İsa onlarla razılaşmışdır. Bundan sonra Rəşadla həmin günü iki dəfə sexə girib, latun külçələri oğurlayıb Oktaya satmışlar. Həmin sexdən oğurladıqları bütün külçələri Oktaya satmışlar. Rəşadla birlikdə cəmi 8-19 dəfə oğurluq etmişdir. Oqtay onlara 20.000 manat pul vermişdir. Həmin pulun 10.000 manatını özünə götürmüş, qalanını Rəşada vermişdir. Əldə ediyi pulları şəxsi işləri üçün xərcləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2la da bir dəfə Teyyubun sexindən 5 ədəd latun külçə oğurlayıb Oktaya satmış və pulu aralarında bölmüşlər. İbtidai istintaq zamanı ifadə verərkən Rəşadla birlikdə oğurladıqları metalları satıb 43.000 manat əldə etdiklərini, ona 23.000 manat çatdığını bildirsə də, həmin ifadəsini təsdiq etmir. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ildən Sumqayıt şəhəri Tağıyev qəsəbəsində yerləsən «xxxx» ASC-də mühafizəçi işləmişdir. Təqsirləndirilən şəxs3 ASCnin ərasindəki sexdə fəhlə işlədiyi vaxtdan tanıyır. Belə ki, Zərərçəkmiş şəxs «xxxx» ASCnin ərazisində sex icarəyə götürüb, orada əlvan metalları əridib külçə formasına salıb satmaqla məşğul olmuşdur. O, ASC-nin giriş qapısında mühafizəçi kimi xidmət aparmışdır. 2018-ci ilin oktyabr ayında Teyyub həbs olunmuş, bundan sonra sex bağlanmışdır. Həmin sexdə olan əmlaklar siyahıya alaraq akt tərtib edilmiş, o da aktı imzalamışdır. Bir neçə gündən sonra Anar ona yaxınlaşıb, sexdən metal oğurlamaq istədiyini deyib, buna şərait yaratmasını xahiş etmişdir. Pula ehtiyacı olduğundan Anarla razılaşmışdır. Təxminən 2018-ci ilin dekabr ayının 15-də saat 18 radələrində işdə olakən Anar idarə etdiyi «Mersedes» markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun yanına gəlib Teyyubun tutulduğunu bildirib, sexdən oğurluq etməyi təklif etmişdir. Razılaşıb Anarı idarə etdiyi avtomobillə sexin arxa qapısından içəriyə keçirtmişdir. Anarın sexdən nə qədər metal aparmasından məlumatı olmamışdır. Sonuncu oğurladığı malları satdıqdan sonra ona 832 manat pul vermişdir. 2018-ci ilin dekabr ayının 20-də saat 17 radələrində Anar idarə etdiyi «Mersedes» markalı avtomobillə onun iş yerinə gəlmiş, onlar birlikdə təxminən 15 ədəd latun külçələri avtomobilə yükləmişlər. Anar metalı satdıqdan sonra pulu onunla yarı bölmüşdür. 2019-cu ilin mart ayının 1-nə kimi müxtəlif vaxtlarda o, növbədə olarkən Anar avtomobili ilə sexə gəlmiş, hissə-hissə əridilmiş latun külçələri yığıb Oktayın Əsgərovun metal qəbulu sexinə aparıb satmışdır. Anarla oğurluqdan əldə etdikləri pulu aralarında bölmüşlər. Sonra o, işdən çıxmışdır. Sonuncu dəfə 4 mart 2019-cu il tarixdə Anarla görüşüb sexə getmişlər. Sexdə onunla bir yerdə işləmiş mühafizəçilər Vüsal və İsa ilə danışıb, oradan külçələri oğurlayıb çıxaracaqlarını bildirib, həmin külçələri satandan sonra hər dəfə zavod ərazisinə girdiklərinə görə onlara 50 manat pul verəcəklərini bildirmişlər. Vüsalla İsa razılaşmış və Anarla həmin gün iki dəfə sexə girib, oradan latun külçələri oğurlayıb Oktaya satmışdır. Ümumilikdə Oktay onlara 20.000 manat pul vermişdir. Həmin məbləğdən ona 10.000 manat çatmış və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. İbtidai istintaq zamanı ifadə verərkən Anarla birlikdə oğurladıqları metalları satıb 43.000 manat əldə etdiklərini, ona 20.000 manat çatdığını bildirsə də, həmin ifadəsini təsdiq etmir. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır. Anarla əvvəlcə Qalib adlı şəxsin alminium əritmə sexində, sonradan isə Zərərçəkmiş şəxs sexində birlikdə işləmişlər. Rəşadı isə Teyyubun «xxxx» ASC-nin nəzdində icarəyə götürərək işlətdiyi metal əritmə sexində işləyən vaxt tanımışdır. Belə ki, Rəşad orada mühafizəçi işləmişdir. 19 oktyabr 2018-ci il tarixdə Hərbi Prokrorluğun əməkdaşları tərəfindən Teyyubun sexi bağlanmış və o, işdən çıxmışdır. Sonradan Teyyubun sexinə bitişik Ramiz adlı şəxsin metal əritmə sexində fəhlə işləməyə başlamışdır. Həmin ərəfədə, 15 dekabr 2018-ci il tarixdə, saat 18 radələrində işdən çıxanda Anarın zavodun qarşısında dayanıb onu gözlədiyini görmüşdür. Sonuncu idarə etdiyi «Mersedes» markalı avtomobillə gəlmiş və ona Teyyubun sexindən oğurluq etmək istədiyini bildirmişdir. Pula ehtiyacı olduğundan sonuncu ilə razılaşmışdır. Bundan sonra zavoddan bir qədər uzaqlaşıb, qaranlığın düşməsini gözləmişlər. Həmin gün saat 19 radələrində hava qaraldıqdan sonra Anarın avtomobili ilə zavodun həyətinə girmişlər. Anar avtomobili həyətdə saxlamış və Teyyubun sexinin arxa tərəfindəki balaca deşikdən içəri daxil olmuşlar. Sexdə bütün mallar yerində olmuşdur. Sexdə əridilərək qəliblərə tökülmüş latun tərkibli 5 ədəd külçəni götürüb, Anarın avtomobilinə yükləmişlər. Avtomobillə Şahid1 metal qəbulu sexinə getmişlər. Orada külçələri sexə boşaltmışlar. Metallar tərəzidə çəkilmiş, külçələrin ümumi çəkisi 136 kq olmuşdur. Daha sonra o, çöldə gözləmiş, Anar da bir neçə dəqiqədən sonra bayıra çıxmışdır. Birlikdə oradan getmişlər. Yolda olarkən oğurlayıb satdıqları metallın pulundan Anar ona 300 manat pul vermişdir. Bundan sonra heç vaxt Teyyubun sexindən oğurluq etməmişdir. 14 may 2019-cu il tarixdə Teyyub həbsdən çıxdıqdan sonra ona zəng etmiş, sexdə olan malları təhvil verəcəyini bildirib, ona kömək etməsini xahiş etmişdir. Odur ki, Teyyubun sexinə getmişir. Sonuncu hərbçilərlə birlikdə gəlmişdir. Sexin qapısı açılmış və bu zaman içəridə metal olmadığını görmüşlər. Anarla bir dəfə etdikləri oğurluğa görə Zərərçəkmiş şəxs dəymiş ziyanın özünə düşən hissəsini ödəmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, bir neçə ildir ki, Sumqayıt şəhəri Tağıyev qəsəbəsində «xxxx» zavodunun ərazində yerləşən sexi icarəyə götürərək işlətmişdir. Həmin sexdə əlvan metalları qəbul edərək, əridib külçə halına salmaqla satışı ilə məşğul olmuşdur. Təxminən 2018-ci ilin oktyabr ayının ortalarında hərbi hissələrin birində partlayış baş vermiş, partlayışdan sonra deformasiya uğramış 6.183,1 kq. latun əsaslı hissələri alaraq işlədiyi sexdə əritmək üçün saxlamışdır. Buna görə Azərbaycan Respublikası Hərbi Prokrorluğu tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İbtidai istintaq dövründə hərbi prokrorluğun əməkdaşları onun işlədiyi sexə gəlib, 6.183,1 kq çəkidə partlamış mərmi gilizləri və 610 ədəd külçə halına salınmış 19.520 kq. latun aşkar etmişlər. 3 yanvar 2019-cu il tarixdə prokurorluğun qərarı ilə 6.183,1 kq. çəkidə partlamamış mərmi gilizləri və 610 ədəd külçə halına salınmış 19.520 kq. latun maddi sübut kimi tanınmışdır. Hərbi prokurorluğun əməkdaşları ilə birlikdə protokol tərtib olunmuş, 160.064 manat dəyərində 610 ədəd 19.520 kq. mis ərintisi aktlaşdırılmışdır. Bundan başqa sexdə əritmək üçün kisələrə yığılmış vəziyyətə dəyəri 24.600 (iyirmi dörd min altı yüz) manat olan 3 ton mis və 13.000 (on üç min) manat dəyərində 2 ton latun malları da sexin içərisində bir tərəfə yığılmışdır. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçildikdən sonra sex Hərbi prokrorluğun əməkdaşları tərəfindən möhürlənib zavodun mühafizə xidməti olan «xxxx» şirkətinə və zavodun özünə təhvil verilmişdir. 4 aydan sonra həbsdən çıxmışdır. 2019-cu ilin may ayının 10-da zavoda getmiş, hərbi prokurorluq qapısını möhürlədiyinə görə mühafizəçi onu sexə buraxmamışdır. O, işi aparan müstəntiqə məlumat verdikdən sonra, prokurorluqdan hərbi hissəyə zəng edib, maddi sübutları aparmaları tapşırılmışdır. Hərbi hissənin işçiləri 14 iyun 2019-cu il tarixdə avtomobillə maddi sübutları aparmaq üçün gəlmişlər. Bu vaxt sexdə olan maddi sübutlar və ona məxsus malların hamısının oğurlandığını görmüşlər. DİN-nin 102 xidmətinə zəng vurub, sexdən oğurluq olması barədə məlumat vermişdir. Ona ümumilikdə 197.664 (yüz doxsan yeddi min altı yüz altmış dörd) manat ziyan dəymişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Metalurq küçəsində əlvan metalların qəbulu ilə məşğul olmuşdur. Belə ki, pərakəndə qaydada metal qəbul edib, metal əritmə sexlərinə satmışdır. Təqsirləndirilən şəxs3 təxminən 15 ildir ki, tanıyır. Sonuncunu hansısa metal əritmə sexində fəhlə işləyən kimi tanımışdır. 2018-ci ilin dekabr ayının 15-də axşam saatlarında Anar Ceyhunla adlı şəxslə birlikdə idarə etdiyi «Mersedes» markalı avtomobillə onu iş yerinə gəlmişdir. Anar Ceyhunu ona göstərərək iş yoldaşı olduğunu, iş yerindən bir neçə aydır ona maaş verilmədiyini, maaş əvəzində işçilərə latun verdiklərini bildirmişdir. Anarın metal əritmə sexində işlədiyini bildiyi üçün sonuncuya inanmış, ondan həmişə mal alan Füzuli adlı şəxsə zəng edib, satlıq latun olduğunu demiş və sonuncu həmin latunu ondan alacağını bildirmişdir. Bundan sonra Anarın gətirdiyi 5 ədəd əridilərək külçə formasına salınmış latunu almışdır. Aldığı latunun çəkisini xatırlamasa da, sonuncuya 600 manat pul vermişdir. Həmin gün axşam Anar ona zəng vurub, bir iş yoldaşına da latun verildiyini, onun latunu satmaq istədiyini bildirib, həmin latunu almasını xahiş etmişdir. O, etirz etməmiş, həmin gün axşam Anar onun işlədiyi metal qəbulu yerinə ümumilikdə 500-550 kq. əridilərək külçə formasına salınmış latun gətirmişdir. Həmin vaxt Anarın yanında Rəşad adlı başqa bir şəxs olmuş, Anar həmin şəxsi iş yoldaşı kimi təqdim etmişdir. Səhərisi gün metal alan tanışı Füzuli onun sexinə gəlmiş, o, aldığı latunları sonuncuya satmışdır. Bundan sonra bir neçə dəfə Anar Rəşadla birlikdə idarə etdiyi «Mersedes» markalı avtomobillə onun sexinə gəlib, əridilmiş və qırıntı formasında olan latun və mis gətirmişdir. O, aldığı metallara görə Anara ümumilikdə 43.000 manat pul vermişdir. Aldığı malların oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, «xxxx» MMC-də mühafizəçi işləyir. Vəzifəsi zavodun ərazisinə kənar şəxslərin daxil olmasının qarşısını almaq, ora daxil olan şəxsləri yoxlamaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 onunla birlikdə işləmiş, Zərərçəkmiş şəxs isə onun mühafizə etdiyi ərazidə metal əritmə sexi olmuşdur. Sonuncunun sexi Hərbi Prokurorluq tərəfindən möhürlənərək bağlanmışdır. 2019-cu ilin mart ayında Rəşad işdən çıxmışdır. Bir müddət sonra sonuncu onun iş yerinə gəlib, paltarlarını götürüb getmişdir. Sonradan Rəşadı görməmişdir. 14 may 2019-cu ildə hərbi hisssədən bir nəfərlə zavoda gələn Teyyubu içrəi buraxmamış, bu barədə zavodun direktoru Vüsal Şərifova məlumat vermişdir. X11 söhbət etdikdən sonra avtomobilin içrəi girməsinə icazə vermişdir. 15 dəqiqədən sonra Vüsal Şərifov ona zəng edib sexdə heç nə qalmadığını bildirmişdir. O, heç vaxt zavodun ərazisindən metal çıxarılmasına icazə verməmiş və buna görə heç kəsdən pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2018-ci ilin dekabr ayından «xxxx» MMC-də mühafizəçi işləyir. Onun xidmət sahəsi Sumqayıt şəhəri Tağıyev qəsəbəsində yerləşən «xxxx» ASC-dir. Təqsirləndirilən şəxs1 ilə 2 ay birlikdə işləmişdir. ASC-nin ərazisində Zərərçəkmiş şəxs metal əritmə sexi olmuşdur. Həmin sexin qapısına möhür vurulmuş, onlar növbəni təhvil alıb verəndə həmin möhürə baxış keçirtmiş və möhürün zədələnməsini aşkar etməmişlər. Sexin içərisində hansısa hərbi hissədən oğurlanmış latunun saxlanıldığını və buna görə hərbi prokurorluğun sexin qapısına möhür vurduğunu eşitmişdir. İşlədiyi müddət ərzində bir dəfə, yəni 2019-cu ilin mart ayının sonunda, axşam vaxtı Rəşad öz avtomobili ilə onun iş yerinə gəlmiş, avtomobili ASC-nin ərazisinin çölündə saxlayıb, onun yanına gəlib, iş yoldaşı Nəsiri soruşmuşdur. Həmin vaxt Nəsir ərazidə olduğundan sonuncunun gec gələcəyini bildirmişdir. Rəşad çıxıb getmiş, sonuncunun avtomobilində başqa adam olmamışdır. Təxminən 10 dəqiqədən sonra Nəsir ərazidən qayıtmış, o, Rəşadın salamını Nəsirə çatdırmışdır. 14 may 2019-cu il tarixdə növbədən çıxıb evə getmiş, bu vaxt zavodun direktoru Vüsal Şərifov ona zəng vuraraq Teyyubun sexindən oğurluq olduğunu bildirmişdir. Daha sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nə çağırılmış və orada sorğu-sual edilmişdir. Həmin gün Rəşad və Anar adlı şəxsin sexdən metal oğurladıqlarını bilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 7 dekabr 2018-ci il tarixli 31029/31030/31031 saylı rəyindən görünür ki, 1 kq əsası mis ərintisinin orta bazar qiymətinin təxminən 8,2 manat olması nəzərə alınmaqla Sumqayıt şəhəri Azadlıq prospekti 2-də yerləşən «xxxx» ASC-nin nəzdində olan 2 saylı sexin tərkibində 400 kv.m sahədə fəaliyyət göstərən metal əritmə yerindən 6183,1 kq. mis ərintisi 50.701 manat (6183,1 kq x 8,20) və həmin sexdə cəmi 610 ədəd çəksi 19.520 kq. mis ərintisi 160064,4 manat (19.520 kq x 8,20) müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9 avqust 2019-cu il tarixli 17916 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən misin 1 kq-nın qırıntı kimi 2018-2019-cu il tarixlərə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 8,00 manat, 1 kq. sink 1,40 manat müəyyən edilir. İşin 1-ci cildinin 65-ci vərəqindəki Azərbaycan Respublikası Hərbi Prokrorluğundan verilmiş arayışdan görünür ki, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair X15 İdarəsində istintaq edilən cinayət işinin istintaqı zamanı X1 Sumqşayıt şəhəri Azərbaycan prospekti 2 ünvanda yerləşən «X4» ASC-də fəaliyyət göstərdiyi metal əritmə sexinə baxış keçirən zaman orada olan 6183,1 kq. çəkidə partlamamış mərmi gilizləri və 610 ədəd kiçə halına salınmış 19.520 kq. latun aşkar edilmiş, 3 yanvar 2019-cu il tarixli qərarla 6183,1 kq. çəkidə partlamamış mərmi gilizləri və 610 ədəd külçə halına salınmış 19.520 kq. latun maddi sübut kimi tanınaraq «xxxx» ASC-nin mühafizəsini həyata keçirən «xxxx» MMC-yə məsul saxlanca verilmişdir. İşin 1-ci cildinin 20-23-cü vərəqlərindəki baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Sumqayıt şəhəri Azərbaycan prospekti 2-də yerləşən «xxxx» ASC-nin mühafizə olunan ərazasində Zərərçəkmiş şəxs icarəyə götürdüyü sexə baxış keçirilmiş, baxış zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin sexdən oğurluq etdiklərini bildirmişlər. İşin 1-ci cildinin 26-28-ci vərəqlərindəki baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən Şahid1 işlətdiyi metal qəbulu məntəqəsinə baxış keçirilmiş, baxış zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğurladıqları metalları həmin məntəqədə Şahid1 satdıqlarını bildirmişlər. İşin 3-cü cildinin 179-180-cı vərəqlərindəki 23 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Şahid1 Azərbaycan Respublikası CM-nin 194.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ayrılmışdır. İşin 1-ci cildinin 60-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 16 may 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 48-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 may 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 223-224-cü vərəqlərindəki qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 8 noyabr 2019-cu il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 149-cu vərəqindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 150-ci vərəqindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cildinin 187-ci vərəqindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 117-119-ci vərəqlərindəki şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan (3 sentyabr 2006-cı il təvəllüdlü X6, 1 yanvar 2008-ci il təvəllüdlü X9 və 4 noyabr 2011-ci il təvəllüdlü X10) uşağı vardır. İşin 2-ci cildinin 145-146-cı vərəqlərindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı (6 iyun 2013-cü il təvəllüdlü X2 və 1 aprel 2011-ci il təvəllüdlü X7) uşağı vardır. İşin 2-ci cildinin 143-cü vərəqindəki ƏƏSMN yanında DSMF Yardımlı rayon şöbəsinin vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ömürlük gözdən 3-cü qrup əlildir. İşdəki Yardımlı rayon məhkəməsinin 22 iyun 2001-ci il tarixli qətnaməsi və Yardımlı rayon ƏƏSM mərkəzinin 026637 saylı vəsiqəsindən görünür ki, təqsirləndirilən şəxs X3 əmisi X8 15 yanvar 1994-cü il tarixdə Qarabağ və digər ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən edilmədi. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 özlərini qismən təqsirli bilsələr də, onların ittiham olunduqları cinayətləri törətmələri zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, Azərbaycan Respublikası Hərbi Prokrorluğunun arayışı, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə sübuta yetirildiyindən məhkəmə ifadələrinə tənqidi yanaşır, yuxarıda sadalanan və bir-birini tamamlayan sübut növlərini mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə tövsif edilməli, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumların islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanunun bu tələbinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, cinayəti etiraf edib əməlindən peşman olmasını, 3-cü qrup əlil olmasını və əmisinin şəhid olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 16 may 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 16 may 2019-cu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 52-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətində üzərinə saat 22:00-dan 07:00-dək yaşayış yeri olan Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi, ev 336-nı tərk etməmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi sübutların olmadığı nəzərə alınmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən, təqsirlilik dərəcəsi və təyin olunan cəzanın ciddiliyi nəzarə alınaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 22 (iyirmi iki) manat, Təqsirləndirilən şəxs1 22 (iyirmi iki) manat, Təqsirləndirilən şəxs2 isə 6 (altı) manat olmaqla dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadllıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadllıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2019-cu tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətində Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 07:00-dək yaşayış yeri olan Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi, ev 336nı tərk etməmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və maddi sübutların olmadığı nəzərə alınsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 22 (iyirmi iki) manat, Təqsirləndirilən şəxs1 22 (iyirmi iki) manat, Təqsirləndirilən şəxs2 isə 6 (altı) manat olmaqla dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlara isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar