Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-89/2022 15.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, müdafiəçilər: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri: Müdafiəçi3, Müdafiəçi2 Mayıl oğlu və Müdafiəçi1, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə açıq məhkəmə iclasında
1. xx xxxxxx 1977-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə
2. xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, ev 99, mənzil 82-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə
3. xx xxxxxx 1976-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, əvvələr məhkum olunmuş, orta təhsilli, Cəlilabad şəhəri, V.Niftullayev küçəsi, ev 28-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Alı Musatafayev küçəsi, ev 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan
Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, X5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri ibtidai istintaqla müəyyən olunmayan digər şəxslər satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq və daşımaq barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda təsir maddəsinin ümumi çəkisi 28,52 qram təşkil edən 713 ədəd narkotik vasitə metadon həbləri və külli miqdarda 770 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edərək yaşadığı ünvan 1 ünvanına daşıyıb saxlamış və əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 bir ədəd göy rəngli sellofan torbaya qoyulmuş həmin narkotik vasitələri Bakı şəhərində satışının həyata keçirilməsi üçün qrupun digər üzvlərinə təhvil vermək məqsədi ilə 16 sentyabr 2020-ci il tarixdə sərnişin kimi əyləşdiyi, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan və onun həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan Şahid3 idarə etdiyi «Opel Astra» markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində Cəlilabad şəhərindən Bakı şəhərinə daşımış, Bakı şəhərinə çatdıqdan sonra avtomobildə əyləşmiş cinayətə aidiyyəti olmayan digər sərnişin Şahid2 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində düşərkən sonuncunun əri Şahid1 «Opel Astra» markalı həmin taksi avtomobilinin yük hissəsindən həyat yoldaşına məxsus torbaları götürərkən Təqsirləndirilən şəxs1 özü ilə Bakı şəhərinə daşıdığı, içərisində külli miqdarda narkotik vasitələr olan göy rəngli sellofan torbanı da bilmədən öz əşyaları ilə birlikdə götürmüş, Şahid2 və əri Şahid1 yaşadıqları ünvan 2 ünvanında onlara məxsus torbaları boşaldan zaman bir ədəd göy sellofan torbada olan həmin narkotik vasitələri aşkar etdikdən dərhal sonra Şahid1 Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə könüllü müraciət edərək külli miqdarda təsir maddəsinin ümumi çəkisi 28,52 qram təşkil edən 713 ədəd narkotik vasitə metadon həbləri və külli miqdarda 770 qram çəkidə narkotik vasitə tiryəki polis əməkdaşlarına təqdim etmiş və cinayətin iştirakçılarının ifşa olunmasında polisə kömək etmək istədiyini bildirərək həmin tarixdə cinayətin iştirakçılarının ifşa olunması məqsədi ilə təşkil edilən əməliyyat-axtarış tədbirinin gedişində narkotik vasitələr nəzarət və müşahidə altında Şahid1 qaytarılmış, həmin tarixdə hal-hazırda artıq ölmüş Təqsirləndirilən şəxs3 qardaşı Sadıq Qurbanov və Təqsirləndirilən şəxs1 özlərinə məxsus külli miqdarda narkotik vasitələri geri almaq məqsədi ilə sonuncunun istifadəsində olan +**********49 mobil telefon nömrəsindən Şahid1 istifadəsindəki +**********91 mobil telefon nömrəsinə zəng edərək arvadının taksi avtomobilindən onlara məxsus torbanı səhv götürməsini bildirib torbanın geri qaytarılmasını xahiş etmiş, bundan sonra həmin gün, yəni 16 sentyabr 2020-ci il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirinin gedişində Şahid1 polis əməkdaşlarının nəzarəti altında saat 23:30-da əvvəlcədən görüş yeri olaraq təyin edilmiş ünvan 3 ünvanında yerləşən Ramiz Aboyev adına mədəniyyət və istirahət parkındakı çayxanada Təqsirləndirilən şəxs1 və Sadıq Qurbanov tərəfindən göndərilmiş qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la görüşüb içərisində külli miqdarda təsir maddəsinin ümumi çəkisi 28,52 qram təşkil edən 713 ədəd narkotik vasitə metadon həbləri və külli miqdarda 770 qram çəkidə narkotik vasitə tiryəki Təqsirləndirilən şəxs3 təhvil verdikdən dərhal sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hadisə yerində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına dəvət edildikdən sonra orada üzərilərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs3 əlində saxladığı bir ədəd göy rəngli sellofan torbanın içərisindən külli miqdarda təsir maddəsinin ümumi çəkisi 28,52 qram təşkil edən 713 ədəd narkotik vasitə metadon həbləri və külli miqdarda 770 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmir və onların dövriyyəsi ilə məşğul deyildir. Lakin 2003-cü ildən Cəlilabad rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəsasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış və məhkumluğu ödənilmişdir. Cəlilabad şəhər sakini mərhum Sadıq Qurbanov onun uşaqlıq dostu olmuşdur. Sadıq da narkotik vasitələrdən qəbul edirdi. Təxminən 2020-ci ilin iyun-iyul aylarında Sadıq Cəlilabad rayonunda olanda onun evinə qonaq gəlmişdir. Həyətdə oturub çay içərək ordanburdan söhbətləşmişlər. Sadıqın evinə gəlməsinin səbəbi isə qardaşı Müşfiqin oğlunun toyu üçün dəvətnamə gətirməsi olmuşdur. 2020-ci ilin sentyabr ayının ortalarında Sadıq ona zəng vurub demişdir ki, evinin həyətində olanda evinin arxasındakı quşxananın yanında asılqandan sellofan asıb, həmin sellofan paketi yadından çıxarıb orada qoymuşdur. Sadıq xahiş etmişdir ki, həmin sellofan paketi etibar etdiyi adamla Bakıya ona göndərsin. O isə Sadıqa bildirmişdir ki, bu yaxınlarda özü Bakıya gəlməlidir, paketi də özü ilə gətirəcəkdir. Sadıqdan sellofan paketdə nə olduğunu soruşanda sonuncu demişdir ki, özü üçün Cəlilabad şəhərində olanda tiryək və metadon həbləri almış, həmin narkotik vasitələr sellofanın içərisindədir. Sadıq dostu olduğuna görə içərisində narkotik vasitələr olan sellofan paketi Bakı şəhərinə gətirməyə razılaşmış, bununla belə paketi açmamış, orada nə olduğunu bilməmişdir. Bu danışıqdan bir-iki gün sonra, yəni 16 sentyabr 2020-ci il tarixdə Bakı şəhərinə taksi ilə çıxmağı planlaşdırmış, tanış Cəlilabadlı taksi sürücüsü Emilə zəng vurub yer sifariş vermişdir. Emil də, günorta saatlarında evinin qarşısına gəlmişdir. O, öncə 9 yaşlı qızı Zəhraya həmin sellofanı verib taksi sürücüsü Emilə verməsini demiş, bir azdan sonra isə özü də bayıra çıxıb taksiyə minmişdir. Taksidə ondan savayı arxa oturacaqda iki qadın sərnişin də oturmuşdur. Həmin qadınları o tanımırdı. O, sürücünün yanında qabaq sərnişin oturacağında oturmuş və Bakı şəhərinə yola düşmüşlər. Qaradağ rayonu, Lökbatan qəsəbəsində qadınlardan biri düşmüş, o biri qadını isə əri 20 Yanvar metrostansiyasının yanında qarşılamalı idi, lakin qadının əri yubandığı üçün o, Emildən xahiş etmişdir ki, onu Səbail rayonu, 20-ci sahə deyilən yerə aparıb düşürsün. Sonra qadını ərinin gözlədiyi yerə aparıb arxasınca qayıtsın. O, maşından 20-ci sahədə düşəndən sonra Emil qadını ərinin gözlədiyi yerə aparmışdır. Maşında qalmış, sellofan paketini götürməmiş, belə ki, onsuz da, Emil onun arxasınca gəlməli idi. Hətta mobil telefonlardan birini avtomobildə oturduğu oturacaqda qoyub unutmuşdur. Aradan 1 saat ya saat yarımdan sonra X19 küçəsində görüşərək Binə qəsəbəsinə Sadıqla görüşmək üçün getmişlər. Binə qəsəbəsinin girişində Sadıq onu qarşılamışdır. Sadıq görüşə idarə etdiyi qara rəngli “Mersedes” markalı avtomobillə gəlmişdir. O, maşından enəndə Emildən qızının Emilə verdiyi sellofan paketi istəmişdir. Emil avtomobilin yük hissəsinə baxmış və paketi tapa bilmədikdə demişdir ki, sellofan paketi maşının yük yerinə Bakıda düşən qadının sumkalarının yanına qoymuş, lakin hal-hazırda həmin paket yük yerində yoxdur. Güman edir ki, Bakıda əri qarşıladığı qadın öz sumkaları ilə yanaşı həmin sellofan paket idə aparmışdır. O, Emilə qəzəbləndikdə isə sonuncu demişdir ki, qadının ərinin mobil telefonun nömrəsi onun telefonunda qalmış, Emil bundan sonra bir və ya iki dəfə həmin nömrəyə zəng etsə də zənginə cavab verən olmamışdır. Bundan sonra Emil qadının ərinin telefon nömrəsini ona vermiş, o da öz növbəsində həmin nömrəyə zəng etsə də cavab verən olmamışdır. Aradan 1 saat keçdikdə Emil ona zəng edib bildirmişdir ki, qadının əri ilə danışmış, sonuncu sellofan paketi verməyə hazırdır, onun zəngini gözləyir. Bundan sonra Sadıq onun telefonu ilə Anar adlı həmin qadının ərinə zəng edib sellofan paketin qaytarılmasına razılaşmışlar. Anar demişdir ki, yer təyin edib Sadıqla görüşər. Sadıq isə ona görüşə başqa adamı göndərəcək, Anar sellofan paketi həmin şəxsə versin. Həmçinin Sadıq görüşə gedəcək dostu Əbülfəzin nömrəsini Sadıqa vermişdir ki, Sadıq görüş yeri və vaxtı haqqında Əbülfəzə məlumat versin. Sadıq elə onun yanında Əbülfəzə zəng edib vəziyyəti ona izah etmiş, Anarda olan və içində metadon həbləri və tiryək olan sellofan paketi Anardan alıb ona çatdırmağı bildirmişdir. X17 Anarla görüşə öz qardaşı Hikmətlə birlikdə getməsini demişdir. Sadıq onun yanında qardaşı Hikmətə də zəng vurub eyni tapşırığı vermişdir. Anar Əbülfəzgilə görüş yeri olaraq Binəqədi rayonu, Azadlıq prospektində yerləşən parkdakı çayxananı təyin etmişdir. Əbülfəz də, Hikmətlə sellofanı təhvil almaq üçün həmin parka getmişlər. O isə Sadıqla birlikdə həmin parka yaxın bir əraziyə Sadıqın idarə etdiyi maşınla getmişlər. Aradan 1 saat keçdikdən sonra Sadıq yenə onun mobil telefonu ilə Əbülfəzə zəng vurmuş, lakin Əbülfəzə zəng çatmamış, sonra Sadıq onun telefonu ilə Hikmətə zəng vurmuş, lakin Hikmət zənglərə cavab verməmişdir. Bu zaman Sadıq ona bildirmişdir ki, Əbülfəzlə Hikməti polis əməkdaşları tutmuşdur. O, narkotik vasitələrin istifadəçisi əvvəllər olsa da onların satışı ilə məşğul olmamış, Sadıqın narkotik vasitələrin satışı ilə məşğul olmasından xəbəri olmamış, lakin Sadıqa rayondan ərzaq məhsulları və balıq göndərmişdir. Belə ki, o, Cəlilabad rayonunda balıq mağazasında işləmişdir. Arabir isə pul lazım olanda Sadıq ona pul göndərmişdir. Ərzaq məhsullarını və pulu taksi sürücüsü Emil aparıb gətirmişdir. Əbülfəz və Hikmət tutulduqdan 1-2 gün sonra o, Cəlilabada evinə qayıtmışdır. Bir neçə gün sonra eşitmişdir ki, Sadıqı Suraxanıda narkotiklə tutublar. Əlavə olaraq qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs2 Sadıqın dostu kimi, Təqsirləndirilən şəxs3 isə Sadıqın qardaşı kimi tanımış, bu şəxslərlə narkotik vasitələrin dövriyyəsi ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 mərhum dostu Sadıq Qurbanovun tanışı kimi, Təqsirləndirilən şəxs3 isə mərhum dostu Sadıqın doğma qardaşı kimi tanımışdır. Sadıq narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar tutulmuş, lakin dünyasını dəyişmişdir. Sadıq tutulmamışdan əvvəl, yəni 16 sentyabr 2020-ci il tarixdə axşam saatlarında ona zəng vuraraq demişdir ki, qardaşı Hikmət 3-cü mikrorayon dairəsinin yaxınlığında onu gözləyir, Hikmətlə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində Aboyev adına parka getsin, orada çayxanada bir nəfərlə görüşməli, həmçinin Sadıq özünün də ora gələcəyini, ona dərman, Hikmətə isə 20 manat pul verəcəkdir. O da Sadıqın tapşırığına əsçasən Hikmətlə görüşərək Sadıqın dediyi parkdakı çayxananın həyətində bir nəfərin telefonla Sadıqla danışmasını eşidərək Hikmətlə birlikdə ona yaxınlaşıb Sadıqın nə vaxt gələcəyini soruşmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanılmış, həmçinin yanında olan Hikmət də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sadıq ona çayxanadakı şəxs tərəfindən hər hansı bir əşya verəcəyini deməmiş, o və yaxud Hikmət çayxanadakı şəxsdən heç bir şey almamış, tutulmasının səbəbini bilmir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, parkda görüşəcəyi şəxs ona narkotik vasitə olan həblər verəcək. Sadıqın dediyinə görə görüşəcəyi şəxs səhvən taksidən Sadıqa məxsus və içərisində narkotik vasitələr olan salafanı götürmüş, sellofanı səhvən götürən şəxslə danışıb, həmin şəxslə parkdakı çayxanada görüşərək narkotik vasitələr olan salafanı götürməlidir. O da razılaşaraq Hikmətlə birlikdə saat təxminən 23 radələrində həmin parka gəlmiş, orada Hikmətlə çayxanaya daxil olmuşlar və Sadıqın bildirdiyi Anar adlı şəxsin oturduğu masaya oturmuşlar. Anara bildirmişdir ki, adı Əbülfəzdir, yanındakı şəxs Hikmətdir, onda olan sellofan Hikmətə çatacaqdır, Hikmət sellofanın sahibi olan Sadıqın qardaşıdır. Anar Sadıqla telefonla danışmış və sonra Hikmətə sellofanı vermişdir. Hikmət də, bilirdi ki, sellofanda narkotik vasitə oaln metadon həbləri var, Hikmətin işi metadon həblərini sayıb qardaşı Sadıqa çatdırmaq idi. Masadan durub getmək istəyəndə mülki geyimli polis əməkdaşları onları saxlamışlar həmin vaxt Anarın verdiyi sellofan Hikmətin əlində idi. Lakin verdiyi bu ifadəsini təsdiq etmir, məhkəmədən xahiş edir ki, bu gün məhkəmədə verdiyi ifadəsi həqiqi ifadəsi kimi qəbul edilsin. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun mərhum qardaşı Sadıq Qurbanovun dostları idi. Sadıq narkotik vasitələri ilə saxlanılmış, lakin istintaq zamanı dünyasını dəyişmişdir. Bundan əvvəl isə 16 sentyabr 2020-ci il tarixdə axşam saatlarında təxminən 21:30 radələrində o, evə ərzaq almaq üçün qardaşı Sadıq Qurbanova zəng vurub ondan 20 manat pul istəmiş, Sadıq isə ona demişdir ki, dostu Əbülfəz taksi ilə onu evindən götürəcək, Əbülfəzlə dediyi yerə getməli və orada ona 20 manat pul verəcəklər. O da razılaşaraq Əbülfəzlə sonuncunun gəldiyi taksi ilə Rəsulzadə qəsəbəsində yerləşən Aboyev parka çayxanaya gedərək orada həyətdə əyləşib qardaşı Sadıqla telefonla danışan bir şəxsin oturduğu masanın yanına gəlmişlər, həmin şəxsdən Sadıqın nə vaxt gələcəyini soruşmuşlar, o, bunu bilmədiyini dedikdə isə masadan ayrılmaq istəyərkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq polisə aparılmışlar. Çayxanada görüşdükləri şəxsdən o və Əbülfəz heç bir şey almamışlar. Polis onları orada saxlayan zaman nə onun, nə də Əbülfəzin əlində heç bir əşya olmamışdır. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi ona elan olunmuşdur. Həmin ifadədən müəyyən olunur ki, o, Əbülfəzlə parkdakı çayxanada Anarla görüşüb sonuncudan içində metadon həbləri olan sellofan torba almış, lakin elə oradaca həmin torba əlində polis əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Məhkəmədən xahiş edir ki, hal-hazırda verdiyi ifadəsi həqiqi ifadə kimi qiymətləndirilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Digər təqsirləndirilən şəxsləri isə tanımır. O, əslən Cəlilabad rayonundan olsa da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində özünə məxsus nömrəsiz evdə yaşayır, özünə məxsus “Opel Astra” markalı, **-VJ-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 16 sentyabr 2020-ci il tarixdə o, Cəlilabad şəhərində olanda rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 ona zəng edərək Bakı şəhərinə gedəcəyini bildirmiş, o da onu yaşadığı evdən götürəcəyini bildirmişdir. Rayondan iki qadın müştərini götürdükdən sonra Əlinin yaşadığı evin qarşısına gedərək telefonla zng edib gözlədiyini bildirmişdir. Bir azdan Əlinin evindən təxminən 7 yaşında olan bir qız uşağı çıxaraq ona sellofan torba verib evinə qayıtmış, bundan bir qədər sonra isə Əlinin özü evdən çıxıb maşının qabaq sərnişin oturacağında əyləşmişdir. Əlinin qızının verdiyi torbanı maşının arxasına baqaj yerinə qadın sərnişinlərdən birinin sumkalarının yanına qoymuşdur. Cəlilabaddan Bakı istiqamətində yola çıxmış, qadınlardan biri Lökbatan qəsəbəsində maşından düşmüş, Qaradağ rayonu Sahil qəsəbəsində olanda o, digər qadının həyat yoldaşına zəng vurub demişdir ki, o, artıq 20-25 dəqiqəyə şəhərə çatır. Lakin qadının əri ona demişdir ki, o, Xırdalandan yarım saata işdən çıxacaqdır, bir az yubansın. Belə olan halda Əli ona demişdir ki, ilk olaraq 20-ci sahə deyilən yerə getsinlər, orada kiminləsə görüşü vardır. Əlinin xahişi ilə 20-ci sahə dairəsinə getmişlər. Orada yerləşən “Araz” marketin qarşısında Əli avtomobildən düşüb harasa getmiş, 5-6 dəqiqə keçdikdən sonra Əlinin gəlmədiyini görüb onu axtarmış, görmüşdür ki, Əli marketin sağ tərəfindən yerləşən bankomatın qarşısında bir nəfərlə dayanıb növbə gözləyir. Əliyə yubandığını demiş, Əli də ona demişdir ki, qadın müştərini aparıb düşürdükdən sonra onun yanına gəlsin. Maşında olan qadını 20 yanvar dairəsinə aparmış, orada onun əri maşina minərək onları yaxınlıqda yerləşən məhəllələrinə çatdırmağı xahiş etmişdir. Azadlıq prospektində yolun kənarında qadınla kişi maşından enmiş, baqajda olan bütün salafanları qadının əri götürmüşdür. Həmin vaxt yadından çıxmışdır ki, Əlinin də, salafanı yük hissəsindədir, yəni qadının əri bilmədən Əliyə məxsus sellofan torbanı da götürmüşdür. Bundan sonra Əli ilə zəngləşərək onun yanına “Karl Maks” deyilən yerə getmiş, orada Əli maşina minmişdir. Maşina mindiyi zaman Əlinin əlində əl çantası var idi. Əli çantanı avtomobilin yük hissəsinə qoymuş və onlar Binə kəndinə getmişlər. Binə kəndinin girəcəyində Əlini qara rəngli Mersedes markalı avtomobil qarşılamışdır. Əli orada marketə getmiş, onu qarşılayan avtomobilin sürücüsü isə avtomobilin yük hissəsindən Əlinin çantasını götürmüşdür. Əli marketdən çıxıb onunla sağollaşanda digər sellofan torbanı da istəmişdir. Baqaja baxdıqda torbanın olmadığını görmüş və anlamışdır ki, bundan əvvəl maşından düşürdüyü qadının əri bütün çantaları özü ilə götürmüşdür. Əli həyacanlı və əsəbi halda ona günahkar çıxarıb demişdir ki, necə yəni sellofanı səhv götürüb. O, da, ona demişdir ki, nə problem var ki, onsuz da, Anarın mobil nömrəsi onda var, sabah zəng vurub ona məxsus sellofanı götürərlər. Əli isə sellofanın təcili lazım olduğunu demişdir. Bundan sonra o, qadının ərinin mobil telefonuna bir neçə dəfə zəng vurmuş, lakin telefonu götürən olmamışdır. Həmin şəxsin mobil nömrəsini Əliyə vermiş, Əli və yanındakı şəxs həmin nömrəyə ardıcıl olaraq zəng vurmuşlar. Bundan sonra o, oradan çıxıb getmiş və sonrakı hadisələri görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır. 16 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində həmkarı Şahid5 idarəyə gəlmiş vətəndaş Şahid1 müraciət edərək bildirmişdir ki, arvadı taksi ilə Cəlilabad rayonundan gəlmiş, o, arvadını qarşılayaraq sürücünün maşının yük yerindən verdiyi sellofan torbaları ilə evinə gəlmiş, orada torbaların birinin içərisindən iki ədəd iri bükümdə narkotik vasitə olan tiryəkə bənzər maddə və 73 list metadon həbləri çıxmışdır. Şahid1 həmçinin bildirmişdir ki, taksi sürücüsü və tanımadığı başqa şəxslər ona zəng edərək torbanı qaytarmağı tələb edirdilər. Lakin o, cinayətkarları ifşa etmək məqsədi ilə həmin torba ilə idarəyə gəlmişdir. İdarədə Şahid1 narkotik vasitənin məhz tiryək olmasını ona görə bilmişdir ki, narkomanlar barəsində baxdığı televiziya verlişlərində buna oxşar maddə görmüşdür. Metadon həblərinin üzərində isə metadon sözləri yazılmışdır. Şahid5 vətəndaşın müraciəti barədə rəhbərliyinə müraciət etmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu təşkil edilmiş, həmin qrupa o da daxil edilmişdir. Lakin qrupun rəhbəri Şahid5 olmuş, həmç inin digər əməkdaşlar X14, Şahid7, X8 və İstintaq və Təhqiqat İdarəsinin baş təhqiqatçısı, polis mayoru X13 qrupa daxil edilmişlər. Şahid1 isə könüllü olaraq cinayətkarların ifşa olunmasında razılıq vermişdir. Təhqiqatçı tərəfindən Şahid1 təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər kütlə və metadon həbləri olan sellofan torbaya videoçəkilişlə baxış keçirildikdən sonra əməliyyat tədbirinin keçirilməsi məqsədilə həmin torba Şahid1 onların iştirakı və nəzarəti altında qaytarılmış, Şahid1 istifadəsində olan mobil telefonu ilə ondan torbanı tələb edən şəxslə danışaraq Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən “Abayev” parkında olan çayxanada görüşməyə razılaşdırmışdır. Şahid1 şübhə yaratmamaq üçün içərisində narkotik vasitələr olan sellofan torbanı yaşadığı evin yaxınlığındakı M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Abayev” parkındakı çayxanaya yollanmış, əməliyyat qrupu isə həmin ünvana çıxaraq deyilən çayxanada müştəri kimi ayrıayrı masalarda oturmuşlar. Həmin vaxt çayxanaya hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 daxil olaraq Şahid1 əyləşdiyi masaya əyləşmiş, onunla bir-neçə söz kəsərək ayağa qalxmışlar. Görmüşdür ki, Təqsirləndirilən şəxs3 Şahid1 torbanı götürüb yanındakı Təqsirləndirilən şəxs2lə birlikdə çayxanadan çıxmışlar. Elə həmin an əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 saxlamışlar. Saxladuqları zaman özlərini bu şəxslərə təqdim etmiş, Hikmətin əlində olan torbada narkotik vasitə olmasından şübhələndiklərini bildirmişlər. Sonra Hikmət və Əbülfəzi Bakı Şəhər Baş Polis İdarəsinə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə və əlindəki sellofan torbaya videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs3 könüllü olaraq əlindəki göy rəngli sellofan torbanı təqdim etmişdir. Torbanın içərisindən iki ədəd ağ sellofan bükümdə qara rəngli tiryək və hər bir listdə 10 metadon həb olmaqla 73 ədəd list aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 bildirmişdir ki, həmin narkotik vasitələri qardaşı Sadıq Qurbanovun tapşırığı ilə Əbülfəzlə birlikdə Anardan təhvil almağa getdiklərini bildirmişdir. Şəxsi axtarış və baxışın keçirilməsi barədə protokol tərtib olunmuş, protokolu baxışda və şəxsi axtarışda iştirak edən şəxslər, eləcə də, Təqsirləndirilən şəxs3 imzalamışdır. Narkotik vasitələr kağız paketə qoyularaq qablaşdırılmışdır. Baş İdarədə həmçinin Təqsirləndirilən şəxs2 dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə və psixotrop maddə, eləcə də, cinayət xarakterli predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 də, bildirmişdir ki, həmin narkotik vasitələri təhvil almaq üçün dostu Sadıq Qurbanov onu və Hikməti göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hadisə ilə əlaqədar tanıyır. Belə ki, arvadı Şahid2 karantin rejimi ilə əlaqədar yaşayış yeri üzrə Cəlilabad rayonunda olmuşdur. 16 sentyabr 2020-ci il tarixdə arvadı Cəlilabad şəhərindən taksi ilə Bakıya gəlmişdir. Həmin gün saat təxminən 18-19 radələrində 20 yanvar prospektində arvadı Pərvini qarşılamışdır. Pərvin “Opel” markalı furqon tipli taksi avtomobilindən düşmüş, avtomobildə arvadından başqa sərnişin yox idi. Sürücü, adını sonra bildiyi Emil adlı şəxs avtomobilin yük hissəsindən arvadının 1 iri və 3 kiçik sellofan paketkərini ona vermişdir. O, da, 20 manat sürücüyə verib, arvadı ilə birlikdə yaşadığı Rəsulzadə qəsəbəsindəki evinə başqa taksi ilə getmişdir. Evdə salafandakı əşyaları yerləşdirən zaman sellofanlardan birinin içərisində onlara məxsus olmayan ağ rəngli üzərində gül şəkilləri olan sellofan aşkar etmişdir. Sellofanın içərisində üzərində metadon yazılı həblər və qara rəngli narkotik vasitəyə oxşar maddə görmüşdür. Həmin narkotik vasitəyə bənzər maddəni narkotik maddələrin dövriyyəsinin əleyhinə həsr olunmuş televiziya verilişlərində görmüşdür. O, arvadından bu sellofan torba barədə soruşmuş, Pərvin həyəcanlı şəkildə bu torbadan xəbəri olmadığını, taksidə onunla bərabər bir qadınla bir kişinin gəldiyini, lakin həmin sərnişinlərin ondan əvvəl taksidən düşdüklərini bildirmişdir. Bundan sonra o, qərara gəlmişdir ki, bu barədə polisə məlumat versin. O, qeyd olunan sellofan torbanı götürüb Bakı Şəhər Baş Polis İdarəsinə könüllü olaraq gəlib hadisə barədə məlumat vermiş və özü ilə gətirdiyi sellofan torbanı təqdim etmişdir. Əlindəki sellofana polis əməkdaşları baxış keçirmişlər və bildirmişlər ki, sellofanda narkotik vasitə tiryək və metadon həbləri var. O, narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin cinayət əməllərini ifşa etmək üçün polisə kömək etmək istədiyini bildirmişdir. Polisə yollandığı zaman öncə taksi sürücüsü Emil, ondan sonra isə tanımadığı kişi cinsli şəxs ona zəng edərək sellofan torbanın qaytarılmasını istəmişlər. Əməliyyat işçiləri onu təlimatlandırmışlar ki, taksi sürücüsünə zəng vurub həyəcanlanmadan və təmkinlə desin ki, arvadına məxsus sellofanın içərisində onlara məxsus olmayan paket var, gəlib götürsün, lakin sellofanda narkotik vasitə olduğunu bildiyini deməsin. Bir neçə dəqiqə sonra həmin taksi sürücüsü ilə danışaraq sellofan torbanı gəlib ondan götürməsini demişdir. Taksi sürücüsü isə ona demişdir ki, onun mobil nömrəsini sellofanın sahibinə verəcək, həmin şəxs də, ona zəng vurub sellofan torbanı ondan alacaqdır. Bir neçə dəqiqədən sonra tanımadığı şəxs zəng vurub demişdir ki, onun paketini səhv götürmüşlər, paketi almaq üçün ondan harada görüşə biləcəyini soruşmuşdur. Bu zaman o, yalandan demişdir ki, evdədir. Həmin şəxs ona demişdir ki, onunla digər bir tanışı qısa müddətdə əlaqə saxlayıb bu axşam salafanı götürəcək. Polis əməkdaşları ona məsləhət görmüşlər ki, o, sellofanı vermək üçün görüşü evinin yaxınlıqdakı Azadlıq prospekti 6 ünvanında yerləşən “Aboyev” parkındakı çay evində təyin etsin. O, polislərlə razılaşaraq onlarla birlikdə həmin çayxanaya getmişdir. İçərisində narkotik vasitələr olan sellofanıda, polis əməkdaşları ona təqdim edib bildirmişlər ki, onunla görüşə gələn şəxsə sellofanı verəndən sonra həmin şəxsi saxlayacaqlar. Saat təxminən 23 radələrində ona tanımadığı şəxs zəng vururaraq yerini soruşmuş və bildirmişdir ki, onda olan sellofanı o, gəlib götürəcəkdir. O, həmin şəxsə olduğu ünvanı demişdir. Çayxanadakı masanın arxasında tək oturub çay içmiş, mülki geyimli əməkdaşlar isə ətrafdakı masalarda əyləşib çay içərək domino oynayırdılar ki, şübhə doğurmasınlar. Bir neçə dəqiqədən sonra ona yenə zəng gəlmiş, sellofan torbanı alacaq şəxs ona yaxınlaşdığını bildirmiş və bir neçə dəqiqə sonra iki nəfər, yəni hal-hazırda məhkəmədə gördüyü Əbülfəzlə Hikmət çayxanaya daxil olmuşlar və onun oturduğu masa arxasında oturmuşlar. Artıq bir ilə yaxın vaxt keçdiyi üçün xatırlamır bu şəxslərdən hansına sellofan torbanı vermişdir. Lakin onu xatırlayır ki, bu şəxslərdən biri ona onları qardaşının göndərdiyini demişdir. Bu şəxslərdən biri sellofan torbanı götürüb hər ikisi çayxanadan çıxdığı zaman polis əməkdaşları bu şəxslərin hər ikisini saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 keçirdikləri əməliyyat tədbiri ilə bağlı tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır. Belə ki, 16 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi sakini Şahid1 baş idarənin növbətçi hissəsinə müraciət edərək bildirmişdir ki, 16 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində arvadı Şahid2 Cəlilabad rayonundan Bakı şəhərinə “Opel” markalı taksi avtomobili ilə gəlmiş, avtomobilin yük hissəsindən arvadına məxsus sellofan torbaları götürüb evə aparmış, evdə sellofan torbalardan birinin içərisinə baxarkən sellofan torbada iki ədəd iri bükümdə narkotik vasitə və 73 list metadon həblərini aşkar etmişdir. Ona müxtəlif mobil nömrələrdən zənglər gələrək səhvən götürdüyü sellofan torbanı onlara təhvil verilməsini tələb edirlər. Buna görə də, cinayətin iştirakçılarının ifşa olunmasında könüllü olaraq köməklik etmək istədiyini bildirmiş və narkotik vasitələri könüllü olaraq təqdim etmişdir. Şahid1 müraciəti əsasında əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, qrup yaradılmış, qrupun rəhbəri o, üzvləri isə həmkarları Şahid6, Aqil Əliyev, Şahin Məmmədov, Nazim Quliyev və Şahid7 olmuşlar. Şahid1 təqdim etdiyi içərisində narkotik vasitələrə bənzər həblər və kütlələr olan sellofan torbaya videoçəkilişlə baxış keçirildikdən sonra həmin torba əməliyyat tədbirinin keçirilməsi məqsədilə Şahid1 onların iştirakı və nəzarəti altında qaytarılmışdır. Şahid1 ona torba ilə əlaqədar zəng edən şəxsə yaşadığı evin yanındakı parkın çayçısında görüş təyin etmiş, bundan sonra onlar Anarla birlikdə M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Abayev” parkındakı çayxanaya gedərək ayrı-ayrı masalarda müştəri kimi əyləşərək çay içmişlər. Şahid1 masaların birinin arxasında tək oturmuşdur. Bir neçə dəqiqədən sonra Şahid1 əyləşdiyi masaya hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaxınlaşaraq əyləşmişlər. Qısa söhbətdən sonra Hikmət Anardan sellofan torbanı götürüb Əbülfəzlə birlikdə çayxanadan çıxmaq istəyən zaman onları yaxalayıb baş idarəyə gətirmişlər. Baş İdarədə Hikmət və Əbülfəz bildirmişlər ki, sellofan paketin arxasınca onları Hikmətin böyük qardaşı Sadiq Qurbanov göndərmiş, Sadiq artıq dünyasını dəyişmişdir. Təhqiqatçı tərəfindən prosedur qaydalara uyğun bu şəxslərin üzərinə və sellofan torbaya baxış keçirilmiş, baxışın nəticələrinə dair protokol tərtib edilmiş, həmin protokolu tədbirin bütün iştirakçıları, o cümlədən təqsirləndirilən şəxslər könüllü olaraq imzalamışlar. Baxış zamanı videoçəkilişdən istifadə olunmuş, xatırladığı qədər həmin torbada iki ədəd ağ sellofan bükümdə qara rəngli tiryək və hər bir listdə 10 həb olmaqla 73 ədəd metadon listi aşkar olunmuşdur. Artıq bir ilə yaxın vaxt keçdiyi üçün tədbirin bütün incəliklərini dəqiq xatırlamır, lakin tədbirlə bağlı tərtib olunmuş protokolun məzmununu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 keçirdikləri əməliyyat tədbiri ilə bağlı tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır. Belə ki, 16 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi sakini Şahid1 baş idarənin növbətçi hissəsinə müraciət edərək bildirmişdir ki, 16 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində arvadı Şahid2 Cəlilabad rayonundan Bakı şəhərinə “Opel” markalı taksi avtomobili ilə gəlmiş, avtomobilin yük hissəsindən arvadına məxsus sellofan torbaları götürüb evə aparmış, evdə sellofan torbalardan birinin içərisinə baxarkən sellofan torbada iki ədəd iri bükümdə narkotik vasitə və 73 list metadon həblərini aşkar etmişdir. Ona müxtəlif mobil nömrələrdən zənglər gələrək səhvən götürdüyü sellofan torbanı onlara təhvil verilməsini tələb edirlər. Buna görə də, cinayətin iştirakçılarının ifşa olunmasında könüllü olaraq köməklik etmək istədiyini bildirmiş və narkotik vasitələri könüllü olaraq təqdim etmişdir. Şahid1 müraciəti əsasında əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, qrup yaradılmış, qrupun rəhbəri Şahid5, üzvləri isə o və həmkarları Şahid6, Aqil Əliyev, Şahin Məmmədov və Nazim Quliyev olmuşlar. Şahid1 təqdim etdiyi içərisində narkotik vasitələrə bənzər həblər və kütlələr olan sellofan torbaya videoçəkilişlə baxış keçirildikdən sonra həmin torba əməliyyat tədbirinin keçirilməsi məqsədilə Şahid1 onların iştirakı və nəzarəti altında qaytarılmışdır. Şahid1 ona torba ilə əlaqədar zəng edən şəxsə yaşadığı evin yanındakı parkın çayçısında görüş təyin etmiş, bundan sonra onlar Anarla birlikdə M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Abayev” parkındakı çayxanaya gedərək ayrı-ayrı masalarda müştəri kimi əyləşərək çay içmişlər. Şahid1 masaların birinin arxasında tək oturmuşdur. Bir neçə dəqiqədən sonra Şahid1 əyləşdiyi masaya hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaxınlaşaraq əyləşmişlər. Qısa söhbətdən sonra hal-hazırda məhkəmədə gördüyü Hikmət və yaxud Əbülfəz Anardan sellofan torbanı götürüb birlikdə çayxanadan çıxmaq istəyən zaman onları yaxalayıb baş idarəyə gətirmişlər. Anarın torbanı dəqiq kimə verməsini xeyli vaxt keçdiyi üçün xatırlamır. Lakin bir mənalı olaraq həmin torbanı bu iki şəxsdən birinə vermişdir. Baş İdarədə Hikmət və Əbülfəz bildirmişlər ki, sellofan paketin arxasınca onları Hikmətin böyük qardaşı Sadiq Qurbanov göndərmiş, Sadiq artıq dünyasını dəyişmişdir. Təhqiqatçı tərəfindən prosedur qaydalara uyğun bu şəxslərin üzərinə və sellofan torbaya baxış keçirilmiş, baxışın nəticələrinə dair protokol tərtib edilmiş, həmin protokolu tədbirin bütün iştirakçıları, o cümlədən təqsirləndirilən şəxslər könüllü olaraq imzalamışlar. Baxış zamanı videoçəkilişdən istifadə olunmuş, xatırladığı qədər həmin torbada iki ədəd ağ sellofan bükümdə qara rəngli tiryək və hər bir listdə 10 həb olmaqla 73 ədəd metadon listi aşkar olunmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Şahid1 onun əridir. Anar Bakı şəhərində tikintidə fəhləliklə məşğul olur. Bakı şəhərində kirayədə yaşayırlar. 2020-ci ilin yay aylarında Bakı şəhərində karantin rejimi tətbiq olunduğundan dolanmaq çətin imiş. Ona görə də, Anar onu Cəlilabad rayonuna göndərmişdir. 2020-ci ilin sentyabr ayında Anar onu öz yanına gətirmək istədiyini bildirmişdir. 16 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Anar ona zəng vurub demişdir ki, hazırlaşıb taksi evindən onu götürəcəkdir. Həmin tarixdə günorta saatlarında Emil adlı taksi sürücüsü onu yaşadığı Cəlilabad rayonu, Ocaqlı kəndindəki atasıevindən götürmüşdür. O, özü ilə bir neçə sellofan götürmüşdür. Taksi sürücüsü sellofanları avtomobilin yük hissəsində qoymuşdur. O, da, arxa oturacaqda oturmuşdur. Avtomobilin arxa oturacağında tanımadığı bir qadın sərnişin də, var imiş. Bundan sonra taksi sürücüsü Cəlilabad şəhərində tanımadığı bir fərdi yaşayış evinin qarşısına getmişlər. Azyaşlı bir qız uşağı evin darvazasından əlində sellofanla çıxıb taksi sürücüsünə demişdir ki, atası sellofanı verib ki, avtomobilin yük hissəsində qoysun, atası da, gəlir. Sürücü də, sellofanı uşağın əlindən alıb avtomobilin yük hissəsində qoymuşdur. Bir neçə dəqiqə sonra həmin evin həyətindən bir kişi çıxaraq avtomobilin ön oturacağında oturmuşdur. Sonra onlar yola düşmüşlər. Salyan rayonu ərazisində “Hacıoğlu” restoranının qarşısına çatanda mobil telefonunda enerji olmadığı üçün o, sürücüdən xahiş etmişdir ki, enerji qidalandırıcısını avtomobilin yük hissəsində sellofanda qoymuş, sellofandan götürmək istəyir. Sürücü də, avtomobilin yük hissəsini açmış və o, da, sellofandan enerji qidalandırıcısını götürmüş və yolda avtomobildə elektrikə qoşmuşdur. Qaradağ rayonu ərazisində sürücü Anara zəng vurdu ki, artıq az qalıb. Anar isə Xırdalanda işdə olduğuna görə demişdir ki, ola bilsin bir az yubansın. Ön oturacaqda oturan kişi sürücüyə demişdir ki, onun 20-ci sahə deyilən yerdə bir neçə dəqiqəlik işi vardır, onu oraya aparsın. Yanındakı qadın Lökbatan dairəsində düşmüşdür. Bundan sonra taksi ilə 20-ci sahə deyilən yerə getmişlər. Ön oturacaqda oturan kişi avtomobildən düşüb harasa getmişdir. Bir neçə dəqiqədən sonra sürücü də, avtomobildən düşüb harasa getmişdir.Orada bir az yubanmışlar.Bir neçə dəqiqədən sonra sürücü avtomobilə qayıtmış və onlar 20 yanvar dairəsinə getmişlər. Anar 20 yanvar dairəsində imiş. Anar da, avtomobilə əyləşmiş və onlar Azadlıq prospektinə getmişlər. Azadlıq prospektində evinə gedən ara yolda avtomobildən düşmüşlər. Avtomobilin yük hissəsindən Anar sellofanları götürmüşdür. Yük hissəsində yalnız onların sellofanlar var imiş və onlar evə gəlmişlər. Evdə sellofandakı əşyaları yerləşdirən zaman sellofanlardan birinin içərisində onlara məxsus olmayan ağ rəngli üzərində gül şəkilləri olan sellofan aşkar etmişlər. Anar sellofanın içərisində üzərində metadon yazılı həblər və qara rəngli narkotik vasitəyə oxşar maddə görmüşdür. Bu barədə ondan soruşanda o, xəbəri olmadığını demişdir. Həmin vaxt başa düşmüşdür ki, taksi sürücüsü bəlkə səhvən ona məxsus sellofanın içərisinə qoyub. Anar da, qərara gəlmişdir ki, bu barədə polisə məlumat versin və bu cür də, etmişdir. Polis əməkdaşlarının müşayiəti və nəzarəti altında Anardan narkotik vasitələri alan şəxslər polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirli olmaları qismən özlərinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Şahid1 Fazil oğlunun Bakı şəhəri Baş polis idarəsinin rəisinə ünvanladığı 16 sentyabr 2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 16.09.2020-ci il tarixdə saat 18-00 radələrində həyat yoldaşı Cəlilova X2 rayonundan «Opel Astra» markalı taksi ilə Bakı şəhərinə gəlmiş, onu qarşılayıb həmin taksinin baqajından arvadının çantalarını götürüb evə getmişlər. Evdə çantalardan birini açarkən içərisindən bir ədəd sellofan torba aşkar edilmiş, torbanın içərisində iki ədəd iri büküm narkotik vasitəyə bənzər maddə və 73 list metadom həbi aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, 16.09.2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospeki 6 ünvanda yerləşən “Abayev” parkdakı çayxanada saxlanılaraq Bakı şəhəri Baş Polis İdarəsinə gətirilən Təqsirləndirilən şəxs3 oğlunun üzərinə vedeoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs3 əlində tutduğu sellofandan hər biri 10 həbdən ibarət 73 ədəd list narkotik vasitə olan metadon həbləri və narkotik vasitə tiryək aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 bildirmişdir ki, qardaşı Sadıq Qurbanovun xahişi ilə Təqsirləndirilən şəxs2lə birlikdə «Abayev» parkına Şahid1 narkotik vasitələrini təhvil almağa getmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs3 sol ayağına halqa şəkilində bərkidilmiş izləmə cihazı və şalvarının sol yan cibindən həmin izləmə cihazının mobil telefona oxşar qurğusu aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 17 sentyabr 2020-ci il tarixli « şübhəli olan şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 4(011)-581/2020 və 4(005)-582/2020 saylı qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmələrnin əvvəli tutulduğu andan, yəni 17 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış 24 sentyabr 2020-ci il tarixli “axtarış elan etmə və tutma haqqında” 24.09.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində şübhəli şəxs qismində axtarış elan olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin 060- 17539 saylı, 26.12.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, 25 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 tutularaq Bakı şəhəri Xətai RPİ-nin MSY-nə təhvil verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 17 sentyabr 2020-ci il tarixli 6//1906 saylı ekspertiza rəyində müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üçün №215” dairəvi möhür əksi, adlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd göy rəngli sellofan torbada olan bir ədəd bükümdə təmiz çəkisi 770,0 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Təqdim olunmuş ümumi sayı 713 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 28, 52 qram təşkil edir. Tiryək və metadon 2005-ci il tarixli 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” Publik hüquqi xəxsin baş direktoru Ağahəsən Rəsulovun 08.10.2020-ci il tarixli, 6882 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 01.07.2017-ci il tarixdən 30.10.2017-ci il tarixədək, 10.04.2018-ci il tarixdən 21.04.2018-ci il tarxədək, 23.05.2019-cu il tarixdən 19.08.2019-cu il tarixədək «Şəxsiyyətin affektiv tip pozuntusu» diaqnozu ilə xəstxanada stasionar müalicədə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 03 noyabr 2020-ci il tarixli 2199 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 «Emosional davamsız şəxsiyyət pozuntusu» aşkar olunur, lakin o, cinayət əməlini törədərkən və həmin cinayəti törətdikdən sonra öz hərəkətlərini dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə barəsində məcburi tibbi xarakterli tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji ekspertizasının 23 noyabr 2020-ci il tarixli 3284 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji ekspertizasının 07 dekabr 2020-ci il tarixli 3385 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji ekspertizasının 25 yanvar 2021-ci il tarixli 199 saylırəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıqlarına baxış keçirilməsi haqqında” 25.11.2020-ci il və 02.12.2020-ci l tarixli protokollardan müəyyən olunur ki, "xxxx" MMC-nin və "xxxx" MMC -dən götürülmüş CD diskdə olan məlumatlara baxış zamanı təqsirləndirilən şəxslərin narkotik vasitələrin alışı və satışını təsdiq edən danışıqlar və SMS yazışmalarının aparılması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 02.02.2021-ci il tarixli, 60/12 saylı aktdan müəyyən olunur ki, X5 09.11.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsifi haqqında» 10 fevral 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi miqdarı 28,52 qram təşkil edən 710 ədəd narkotik vasitə metadon həbləri, 769,9 qram çəkidə narkotik vasitə olan tiryək Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilmiş, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD diski, şəxsi axtarışın və baxışın keçirilməsinə dair 3 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış tələbnamə və hökmün surətindən müəyyən olunur ki, Bakı şəhəri Biniqədi rayon məhəkəməsinin 20.08.2002-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.12.2002-ci il tarixdə CM-nin 76-cı maddəsinə sasən 05 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 11.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 03.12.2012-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.08.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 26.12.2015-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.12.2015-ci il tarixli qərarı ilə 03 ay 13 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, 08.04.2016-ci ildə cəza müddəti başa çatmışdır. Qasımov X12 Rayon Məhkəməsinin 23.09.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.16.04.2005-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxslər hesab edilməlidir. Təqsirləndirilən şəxs3 Gəncə Qarnizon Hərbi məhkəməsinin 17.08.1999-cu il tarixli hökmü ilə Azərbaycan Resçpublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 42-ci maddəsinə əsasən hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Gəncə Qarnizonun Hərbi məhkəməsinin 20.06.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240cı maddənin “A” bəndi və və 241-ci maddənin “V” bəndi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 17.06.2003-cü il tarixli əfetmə fərmanına əsasən cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 bu məhkumluqları ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 06.01.2022-ci il tarixxli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Nəsimi rayon məhkəməsi tərəfindən təyin edilmiş cəza «8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmışdır. Bakı Şəhər Probasiya İdarəsinin 21-1-3-49929 saylı, 07.01.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 hal-hazırda cəzasının çəkilməmiş hissəsi 11 gün təşkil edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs3 oğluna cəza təyin edilərkən əvvəlki hökmlə əsas və əlavə cəzasınının çəkilməmiş hissəsi, yəni 11 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırlmasının iki günü bərabər tutulur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onlar ailəlidir, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağı, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı, Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən olaraq özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslərin əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 yaşadığı Cəlilabad şəhərindən Bakı şəhərinə tanışı X4 məxsus külli miqdarda təsir maddəsinin ümumi çəkisi 28,52 qram təşkil edən 713 ədəd narkotik vasitə metadon həbləri və külli miqdarda 770 qram tiryəki Sadiq Qurbanovun tapşırığı ilə taksi ilə Bakı şəhərinə gətirdiyini, Bakıda taksidən enən tanımadığı qadının səhvən narkotik vasitələrin olduğu sellofan torbanı götürdüyünü, bu qadının əri ilə Sadiq Qurbanovun danışaraq torbanın geri alınması üçün Sadiq Qurbanovun görüş yerinə qardaşı Təqsirləndirilən şəxs3la tanışı Təqsirləndirilən şəxs2 göndərdiyi Sadiq Qurbanovun qardaşı Hikmətə torbanı götürməsini tapşırdığını, təqsirləndirilən şəxslər Hikmət Qrbanov və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrindən müəyyən olunur ki, onlar Sadiq Qurbanovun tapşırığı ilə Şahid1 Fazil oğlu ilə ünvan 3 ünvanında yerləşən «Ramiz Aboyev» adına olan parkdakı çayxanada Anarla görüşmüş, Təqsirləndirilən şəxs3 Şahid1 narkotik vasitələrin olduğu sellofan torbanı götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını göstərmiş, məhkəmə baxışı zamanı ifadələrini qismən dəyişdirərək Şahid1la görüşdüklərini təsdiq etsələr də ondan heç nə almadıqlarını bildirmişlər. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələri onların ibtidai istintaq zamanı müdafiəçilərin iştirakı ilə verdikləri ifadələri, Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilməsinə dair protokol və bu baxışın videoçəkilişini əks etdirən CD-lə, məhkəmədə ifadə vermiş şahidlər Şahid1, taksi sürücüsü Şahid3, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş və məhkəmədə dindirilmiş polis əməkdaşları Şahid5, Ramiz Məmmədov və Şahid7 ifadələri ilə, narkotik vasitələrinə dair ekspertiza rəyi ilə və cinayət işinin məhkəmədə tədqiq olunmuş digər materialları ilə tam təkzib olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına görə narkotik vasitə olan metadonun şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 1,6 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunun İ siyahısına əsasən narkotik vasitə olan tiryəkin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 50 qram kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşaqlarının olmasını onların cəzalarını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və ona cəza təyin edildikdə digər yüngülləşdirici hal ilə yanaşı bu halı da qiymətləndirməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində onların cəzalarını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 32-33-cü maddələri ilə, iştirakçılıqla törədilmiş əmələ görə cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilməsini, mərhum Qurbanov Sadiqin cinayətin təhrikçisi və təşkilatçısı olmasını, Təqsirləndirilən şəxs3 cinayətin icraçısı olmaqla əvvəlki hökmlə təyin olunmuş cəzasının çəkilməmiş hissəsi olmasını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə cinayətin icraçısı olmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları andan hesablamalıdır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs3 əvvəliki hökm üzrə çəkilməmiş 11 gün müddətində cəzasının hökmlərin məcmusu ilə təyin etdikdə nəzərə alır ki, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən müddətlər yalnız günlərlə (ictimai ilər isə saatla) hesablanır Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar – Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs3 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 28,52 qram təşkil edən 710 ədəd narkotik vasitə metadon həbləri, 769,9 qram çəkidə narkotik vasitə olan tiryək məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş CD disklər cinayət işində saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altımış beş) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 Mayıl oğlu və Müdafiəçi1 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2 Mayıl oğlu və Müdafiəçi1 üçün hər birinə ayrı ayrılıqda 600 (altı yüz) manat pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2020-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş, 11 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 07 (yeddi) il 06 (altı) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2020-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın
3. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs3 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 28,52 qram təşkil edən 710 ədəd narkotik vasitə metadon həbləri, 769,9 qram çəkidə narkotik vasitə olan tiryək məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş CD disklər cinayət işində saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 65 (altımış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2 Mayıl oğlu və Müdafiəçi1 üçün hər birinə ayrı ayrılıqda 600 (altı yüz) manat pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.