Məhkəmə qərarları › İş №1(101)-890/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-890/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-890/2020 07.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xırdalan şəhər vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Xırdalan şəhər vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə, xx xxxxxx 1982-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə, xx xxxxxxx 1988-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə, xx xxxxxx 1982-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 və həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayət əməlini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə iş yoldaşı Şahid1 kirayə yaşadığı Abşeron rayonu, Masazır kəndi, Ə.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində ad günü mərasimində qonaq qismində iştirak edərkən, həmin məclisdə Şahid1 qızı Zərərçəkmiş şəxs gördükdən sonra sonuncu ilə ailə həyatı qurmaq məqsədi ilə Şahid1gilə elçi göndərmiş, lakin, Zərərçəkmiş şəxs ona yox cavabı verdikdən sonra onun Zərərçəkmiş şəxs zorla qaçırmaq niyyəti yaranmış və öz cinayət əməlini reallaşdırmaq məqsədi ilə o, əvvəlcədən Zərərçəkmiş şəxs iş rejimini öyrənmiş və sonra kirayə yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə qardaşı Təqsirləndirilən şəxs2, həmkəndliləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 qonaq qismində çağıraraq, sonuncuları adam oğurluğu cinayət fəaliyyətinə cəlb etmiş və onlar həmin əməlin ictimai təhlükəliliyini dərk edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs4 idarə etdiyi «Mersedes-Benz» markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndində yerləşən «Azərcity» marketin yaxınlığına gəlmişlər və Zərərçəkmiş şəxs işə getdiyini gördükdə arxadan o, Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə həmin avtomobilin arxa oturacağına əyləşdirib adam oğurluğu cinayət əməlini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilir. Lakin, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində dindirilsə də, dindirmə protokollarını imza etməkdən imtina etmişdir. Belə ki, cild 1 iş v. 113-115 və cild 2 iş v. 222-223-cü vərəqələrində olan dindirmə protokollarında Təqsirləndirilən şəxs1 aşağıdakı məzmunda ifadələr verməsi öz əksini tapmışdır: o, müxtəlif yerlərdə fəhlə işləyən zaman Abşeron rayonu, Masazır kəndində yaşayan Şahid1 adlı şəxslə tanış olmuşdur. Onlara qonaq qismində gedən zaman, Məzahirin qızı Güləri görmüş və bundan sonra sonuncu ilə evlənmək qərarına gəlmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə Tovuz rayonunda yaşayan qardaşı Səxavətə zəng edərək, həmkəndlisi Şaiqi də götürüb digər həmkəndlisi Rəşadın idarə etdiyi «Mersedes» markalı avtomobillə səhəri gün, yəni, xx.xx.2019-cu il tarixdə Bakı şəhərinə gəlmək lazım olduğunu bildirmişdir. Həmin vaxt o, qardaşına Bakı şəhərinə gəlməsinin səbəbini bildirməmişdir. Qardaşına zəng etməmişdən öncə o, Şaiqlə Rəşadı da Bakıya gəlmək lazım olduğu barədə xəbərdar etmişdir. xx.xx.2019-cu il tarixdə yuxarıda göstərdiyi şəxslər onun Abşeron rayonu, Masazır kəndində yaşayan ünvanına gəlmişlər. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə o, qardaşına və həmkəndlilərinə onlarla birlikdə Tovuz rayonuna gedəcəyini bildirdikdən sonra, Rəşadın idarə etdiyi avtomobilə əyləşib yola düşmüşlər, Abşeron rayonu, Masazır kəndində yerləşən «Azərsiti» marketin yaxınlığında o, Rəşaddan avtomobili saxlamasını xahiş etmişdir. O, Rəşada sevdiyi qızın gələcəyini deyəndən sonra Rəşad avtomobili saxlamış, avtomobildən düşəndən sonra Gülərin gəldiyini gürüb, sonuncuya yaxınlaşaraq, onunla evlənmək üçün birlikdə Tovuz rayonuna getmək lazım olduğunu deyəndən sonra, Gülər öz xoşu ilə Rəşadın idarə etdiyi avtomobilin arxa oturacağında oturmuşdur. Gülər avtomobilə minən zaman sonuncuya qarşı kimsə zor tətbiq etməmişdir. Yolda o, qardaşına və həmkəndlilərinə Gülərlə evlənəcəyini bildirmişdir. Kürdəmir rayonuna çatan zaman, o, Rəşaddan kafelərin birində saxlamasını xahiş etmişdir. Rəşad Kürdəmir rayonunda «Antaliya» adlanan restoranın yanında avtomobilini saxlamış, onlar birlikdə avtomobildən düşmüşlər və Gülərdə ayaqyoluna getmişdir. Ayaqyolundan Gülər çıxandan sonra, restoranın içərisinə girib heç bir səbəb olmadan qışqıraraq «bunlar məni qaçırmaq istəyirlər kömək edin» sözlərini demişdir. Bundan sonra kafe sahibi polis orqanlarına məlumat vermiş və həmin yerə polis əməkdaşları gəldikdən sonra onları Gülər ilə birlikdə Kürdəmir RPŞ-nə aparmışlar. Orada izahat vermişlər, Gülərin valideynləri sonuncunu evə aparmışlar və onlarda öz evlərinə getmişlər. Onun Güləri qaçırmaqda səbəbi sonuncu ilə evlənmək olmuş, bir neçə dəfə Gülərin işlədiyi marketdə sonuncu ilə evlənmək barəsində söhbət etmişlər. Həmin ifadələri təqsirləndirilən şəxs imza etmədiyi üçün cinayət işinin 1-ci cild 23-cü vərəqəsində olan Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixli Kürdəmir rayon polis şöbəsində verdiyi və imza etdiyi izahatı elan olunaraq, sonuncunun aşağıdakı məzmunlu izahat verməsi müəyyən olunmuşdur: Tovuz rayonunda daimi qeydiyyatda olsa da Bakı şəhəri, Abşeron rayonunda yaşayır və fəhlə işləyir. Onunla fəhlə işləyən Məzahir adlı şəxslə də 7 ay olarki tanış olmuş və onun evinə də gedib-gəlmişdir. Məzahirin qızı Güləri görmüş və ondan xoşu gəldiyi üçün onunla ailə qurmaq istəmişdir. Hətta Gülərin işlədiyi marketədə gedib-gəlmiş və Gülərlə də söhbət etmişdir. Bir neçə gün öncə o, bir tanışınıda Gülərgilin evinə elçidə göndərmiş, lakin Gülər yenədə razı olmamışdır. Ona görə də iki gün olardıki o, qərarlaşdırmış ki, Güləri qaçırsın. Ona görə də xx.xx.2019-cu il tarixdə Tovuz rayonunda yaşayan qardaşı Səxavətə zəng edərək bir maşın tapıb gəlməyini və Güləri qaçırmaq istədiyini demişdir. xx.xx.2019-cu il tarixdə axşam qardaşı Səxavət, qonşuları Şaiq Rəşadın “Mersedes” markalı avtomaşını ilə Bakı şəhərinə gəlmişlər və birlikdə saat 11 radələrində küçədə dayanaraq Gülərin işə gedəcək vaxtını gözləmişlər. Saat 11 radələrində Gülər gəlib onların avtomaşınının yanından keçəndə o, avtomaşından düşərək Gülərə yaxınlaşıb, Gülərin qolundan tutaraq maşına tərəf gətirmiş, Şaiq avtomaşının arxa qapısını açmış və Güləri avtomaşına otuzdurmuş, o, Gülərin bir tərəfində Şaiqdə bir tərəfində oturmaqla sürüb getmişlər. Yolda gedərkən Kürdəmir rayon ərazisində o, Gülərə ayaq yoluna getmək istədiyini soruşmuş, Gülər də bəli demişdir. Ona görə də o, Rəşada avtomaşını yolun kənarında olan yeməkxanaların birinə sürüb, ayaqyoluna gedəcəklərini demişdir. Rəşad avtomaşını yeməkxananın qarşısıına sürmüş, Gülər düşüb ayaqyoluna getmişdir. Az keçmiş Gülərin ayaqyolunda telefonla kiminləsə danışdığını hiss etmişdir. Güləri qaçırmağı ilə bağlı Gülərin kiməsə məlumat verdiyini hiss etmiş, ona görə də o, ayaqyoluna girərək telefonu Gülərdən almışdır. Bayırda dayanaraq Güləri gözləyərkən, Gülər ayaqyolundan çıxaraq restoranın içərisinə doğru qaçıb getmişdir. Gülər orada qışqıraraq “qoymayın məni qaçırırlar” demişdir. O, Gülərə yaxınlaşıb onu maşına gətirmək istəsə də, restorandakı qadınlar və kişilər Güləri avtomaşına gətirməyə qoymamışlar. Həmin vaxt onlardan hansısa polisə məlumat vermiş və polis onları şöbəyə gətirmişdir. Gülər onlar barəsində polisə şikayət etmişdir. Güləri qaçıracağını ona deməmiş, çünki Gülər onunla ailə qurmaq istəməmiş və göndərdiyi elçiyə yox demişdir. Güləri ona görə Şaiqlə öz aralarında otuzdurmuşdur ki, Gülərin avtomaşının qapısını açıb özünü yerə atacağını hiss etmişdir. Gülər onu qaçırmağı barədə kiməsə, eləcə də polisə məlumat verməsin deyə ayaqyoluna girərək telefonu Gülərdən almışdır. Güləri avtomaşına otuzdurmağa yalnız Şaiq kömək etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilir. Lakin, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində dindirilsə də, dindirmə protokollarını imza etməkdən imtina etmişdir. Belə ki, cild 1 iş v. 136-138 və cild 2 iş v. 207-208-ci vərəqələrində olan dindirmə protokollarında Təqsirləndirilən şəxs2 aşağıdakı məzmunda ifadələr verməsi öz əksini tapmışdır: xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Masazır kəndində yaşayan qardaşı Şakir ona zəng edərək, həmkəndlisi Şaiqi də götürüb digər həmkəndlisi Rəşadın idarə etdiyi «Mersedes» markalı avtomobillə səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə Bakı şəhərinə gəlmək lazım olduğunu bildirmişdir. Həmin vaxt qardaşı ona Bakı şəhərinə gəlməsinin səbəbini bildirməmişdir. Qardaşı ona Şaiqlə Rəşadı da Bakıya gəlmək lazım olduğu barədə xəbərdar etdiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə saat 21 radələrində onlar Tovuz rayonundan çıxıb həmin gecə saat 02:03 radələrində qardaşı Şakirin yaşadığı Abşeron rayonu, Masazır kəndində olan ünvana gəlmişlər. Səhəri gün, yəni, xx.xx.2019cu il tarixdə Şakir ona və həmkəndlilərinə onlarla birlikdə Tovuz rayonuna gedəcəyini bildirdikdən sonra, birlikdə Rəşadın idarə etdiyi avtomobilə əyləşib yola düşmüşlər, Abşeron rayonu, Masazır kəndində yerləşən «Azərsiti» marketin yaxınlığında Şakir Rəşaddan avtomobili saxlamasını xahiş etmişdir. Şakir, Rəşada sevdiyi qızın gələcəyini deyəndən sonra Rəşad avtomobili saxlamış, avtomobildən düşəndən sonra Şakir Gülərin gəldiyni gürüb, sonuncuya yaxınlaşmış və sonra birlikdə Rəşadın idarə etdiyi avtomobilin arxa oturacağında oturmuşlar. Gülər avtomobilə minən zaman sonuncuya qarşı kimsə zor tətbiq etməmiş, sonuncu öz xoşu ilə avtomobilə oturmuşdur. Yolda Şakir ona və həmkəndlilərinə Gülərlə evlənəciyini bildirmişdir. Kürdəmir rayonuna çatan zaman, Şakir Rəşaddan kafelərin birində saxlamasını xahiş etmişdir. Rəşad Kürdəmir rayonunda «Antaliya» adlanan restoranın yanında avtomobilini saxlamış, onlar birlikdə avtomobildən düşmüşlər və Gülərdə ayaqyoluna getmişdir. Ayaqyolundan Gülər çıxandan sonra, restoranın içərisinə girib heç-bir səbəb olamadan qışqıraraq «bunlar məni qaçırmaq istəyirlər kömək edin» sözlərini demişdir. Bundan sonra kafe sahibi polis orqanlarına məlumat vermiş və həmin yerə polis əməkdaşları gəldikdən sonra onları Gülər ilə birlikdə Kürdəmir RPŞ-nə aparmışlar. Orada izahat vermişlər, Gülərin valideynləri sonuncunu evə aparmışlar və onlarda öz evlərinə getmişlər. X5çırmaqda səbəbi sonuncu ilə evlənmək olmuşdur. Həmin ifadələri təqsirləndirilən şəxs imza etmədiyi üçün cinayət işinin 1-ci cild 24-cü vərəqəsində olan Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixli Kürdəmir rayon polis şöbəsində verdiyi və imza etdiyi izahatı elan olunaraq, sonuncunun aşağıdakı məzmunlu izahat verməsi müəyyən olunmuşdur: Şakir onun qardaşıdır. Şakir Bakı şəhərində yaşayır və işləyir, hazırda da subaydır. Təxminən iki ay olarki o, Şakirin Bakı şəhərində Ağstafa rayonundan olan bir qızı istədiyini eşitmişdir. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Şakir ona zəng edərək istədiyi qızı qaçırmaq istədiyini və ona görə də bir taksi tapıb həmin qızı qaçırıb aparmalarını bildirmişdir. Həmçinin, Şakir telefonu aparıb həmkəndliləri Rəşadın yanına aparıb elə Rəşadın maşını ilə gəlməyini bildirmişdir. O, telefonu Rəşadın yanına aparmış və Şakir Rəşada onunla Bakıya gəlməyini və işi olduğunu demişdir. O, Rəşadın avtomaşını ilə qonşusu Şaiqlə birlikdə gecə gedib Bakıya çatmış və gecə Şakirin yaşadığı evdə qaldıqdan sonra, səhəri gün, yəni, xx.xx.2019-cu il tarixdə səhər Şakir Rəşada və Şaiqə istədiyi qızı qaçırıb aparacaqlarını danışmışdır. Həm Rəşad, həm Şaiq, həm də o, razılaşmışlar və Şakir qaçıracaqları qızın saat 11 radələrində işlədiyi marketə gedəcəyini bildirmişdir. Bundan sonra Rəşadın avtomaşını ilə Şakirin dediyi küçəyə gedib orada dayanmışlar və az keçmiş bir hündür boylu, qarasaçlı qız gəlmişdir. Həmin vaxt Şakir avtomaşından düşərək həmin qızın qolundan tutmuş, Şaiq isə avtomaşının qapısını açmış və Şakir həmin qızı avtomaşına otuzdurmuşdur. Rəşad avtomaşını sürüb gedəndə heç bir söz deməmişdir. Kürdəmir rayonu ərazisində Gülər Şakirə ayaqyoluna getmək istədiyini demiş və Rəşad da avtomaşını bir yeməkxananın qarşısına sürmüşdür. Gülər düşüb ayaqyoluna getmiş, onlar isə yerə düşərək siqaret çəkmişlər. Həmin vaxt Şakir Gülərin ayaqyolunda kiməsə məlumat verməsini deyib, ayaqyoluna girərək telefonu Gülərdən almışdır. Bayırda dayanıb Güləri gözləyərkən, Gülər ayaqyolundan çıxıb restoranın içərisinə qaçaraq, orada qışqırıb qoymayın məni qaçırırlar demişdir. Şakirə Gülərə yaxınlaşıb onu avtomaşına gətirmək istəsə də, restoranda işləyən qadınlar və kişilər Güləri avtomaşına aparmalarına qoymamışlar. Həmin vaxt onlardan hansısa polisə məlumat vermiş, polislər də onları şöbəyə aparmışlar. Gülər onlar barəsində polisə şikayət etmişdir. Güləri avtomaşına otuzdurmağa yalnız Şaiq köməklik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi səbəbindən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Belə ki, cild 1 iş v. 92-94-cü vərəqələrində olan dindirmə protokolunda Təqsirləndirilən şəxs3 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Masazır kəndində yaşayan həmkəndlisi Şakir ona zəng edərək, həmkəndlisi Rəşadın idarə etdiyi «Mersedes» markalı avtomobillə Şakirin qardaşı Səxavətlə səhəri gün, yəni, xx.xx.2019cu il tarixdə Bakı şəhərinə gəlmək lazım olduğunu bildirmişdir. Həmin vaxtı Şakir ona Bakı şəhərinə gəlməsinin səbəbini bildirməmişdir. xx.xx.2019-cu il tarixdə saat 21 radələrində onlar Tovuz rayonundan çıxıb həmin gecə saat 02:03 radələrində qardaşı Şakirin yaşadığı Abşeron rayonu, Masazır kəndində olan ünvana gəlmişlər. Səhəri gün, yəni, xx.xx.2019cu il tarixdə Şakir ona və həmkəndlilərinə onlarla birlikdə Tovuz rayonuna gedəcəyini bildirdikdən sonra, birlikdə Rəşadın idarə etdiyi avtomobilə əyləşib yola düşmüşlər. Abşeron rayonu, Masazır kəndində yerləşən «Azərsiti» marketin yaxınlığında Şakir Rəşaddan avtomobili saxlamasını xahiş etmişdir. Şakir, Rəşada sevdiyi qızın gələcəyini deyəndən sonra Rəşad avtomobili saxlamış, avtomobildən düşəndən sonra Şakir Gülərin gəldiyni görüb, sonuncuya yaxınlaşmış və sonuncu ilə birlikdə Rəşadın idarə etdiyi avtomobilin arxa oturacağında oturmuşlar. Gülər avtomobilə minən zaman sonuncuya qarşı kimsə zor tətbiq etməmiş, Gülər öz xoşu ilə avtomobilə oturmuşdur. Yolda Şakir ona və həmkəndlilərinə Gülərlə evlənəciyini bildirmişdir. Kürdəmir rayonuna çatan zaman, Şakir Rəşaddan kafelərin birində saxlamasını xahiş etmişdir. Rəşad Kürdəmir rayonunda «Antaliya» adlanan restoranın yanında avtomobilini saxlamış, onlar birlikdə avtomobildən düşmüşlər və Gülərdə ayaqyoluna getmişdir. Ayaqyolundan Gülər çıxandan sonra, restoranın içərisinə girib heç-bir səbəb olamadan qışqıraraq «bunlar məni qaçırmaq istəyirlər kömək edin» sözlərini demişdir. Bundan sonra kafe sahibi polis orqanlarına məlumat vermiş və həmin yerə polis əməkdaşları gəldikdən sonra onları Gülər ilə birlikdə Kürdəmir RPŞ-nə aparmışlar. Orada izahat vermişlər, Gülərin valideynləri sonuncunu evə aparmışlar və onlarda öz evlərinə getmişlər. Cild 03 iş v. 02-03-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində dindirmə protokolunda isə Təqsirləndirilən şəxs3 öz ifadələrinə əlavə edərək həmçinin göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Rəşad avtomobili idarə edərkən Qaradağ rayonu, Sənqəçal qəsəbəsində yolun kənarında dükanda Rəşad avtomobili dükanların birinin qarşısında su və yemək almaq üçün saxlamışdır. Həmin vaxt avtomobildən o, Rəşad və Səxavət düşmüşlər. Bundan əlavə Şakir onlara söyləmişdir ki, qadın Şakirə söhbət əsnasında 17 yaşı olarkən 2 ay müddətində nikahda olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi səbəbindən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Belə ki, cild 2 iş v. 7-8 və cild 2 iş v. 239-240-cı vərəqələrində olan dindirmə protokollarında Təqsirləndirilən şəxs4 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs2 bir müddətdir ki, Tovuz rayonu, Aşağı Quşçu kənd sakini kimi tanıyır. Onun özünə məxsus «Mersedes Benz» markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili idarə edirmiş. xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Səxavət ondan xahiş etmiş ki, onu Xırdalan şəhərinə aparsın, orada kiməsə sənəd verib qayıdacağını bildirmişdir. O, Səxavətə avtomobilinə 70 manat dəyərində yanacaq doldurduqdan sonra Səxavəti Xırdalan şəhərinə aparacağını bildirmiş və Səxavətdə onunla razılaşmışdır. Həmin vaxt Səxavət qardaşı Şakirlə danışdıqdan sonra sonuncu Səxavətə tanışları Təqsirləndirilən şəxs3da gətirməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə saat 20 radələrində o, Tovuz rayonu, Aşağı Quşçu kəndində Səxavətin yaşadığı evə getmiş, Səxavəti, Səxavətin arvadını, 2 azyaşlı uşaqlarını idarə etdiyi avtomobilinə əyləşdirmiş, sonra həmkəndlisi Təqsirləndirilən şəxs3 yaşadığı Tovuz rayonu, Aşağı Quşçu kəndindəki evinə getmişlər, orada Şaiqdə onun idarə etdiyi avtomobilə əyləşmişdir. Xırdalan şəhərinə gedəndə Səxavət ona avtomobildə sənədi verəndən sonra Xırdalandan qayıdanda Şakirin orada nişanlısını da Tovuz rayonu, Quşçu kəndinə gətirəcəklərini bildirmişdir. Səxavət idarə etdiyi avtomobili Tovuz rayonu, Aşağı Quşçu kəndindən Gəncə şəhərinə bibisi evinə sürdürmüşdür. Orada Səxavətin arvadı və uşaqları düşmüşlər və onlar üçü Xırdalan şəhərinə getmişlər. xx.xx.2019-cu il tarixdə saat 01:30 radələrində Abşeron rayonu, Xırdalan dairəsinə çatmışlar, o avtomobildə əyləşmiş, Şaiq və Səxavət Xırdalan dairəsində dönər yemişlər. Bir müddət sonra onların yanına Şakir gəlmiş, Şakir, Şaiq və Səxavət onun idarə etdiyi avtomobilə əyləşmiş və onlar Şakirin yaşadığı Abşeron rayonu, Masazır kəndindəki evinə getmişlər. xx.xx.2019-cu il tarixdə saat 10-11 radələrində Şakir, Şaiq və Səxavət onun idarə etdiyi avtomobilə əyləşmişlər, həmin vaxt Şaiq onun arxasında arxa oturacaqda, Səxavət qabaq sağ oturacaqda, Şakir isə arxa sağ oturacaqda əyləşmişlər. Daha sonra onlar Şakirin yaşadığı ünvandan bir qədər küçə ilə aralanmışlar və Şakir ona «burada saxla, nişanlım indi gələcək» sözlərini demişdir. Bir neçə dəqiqə sonra küçə ilə bir nəfər 25-26 yaşlarında tanımadığı qadının avtomobilə tərəf hərəkət etdiyini görmüşdür. Şakir həmin qadını görən kimi maşından düşmüş və qadına tərəf getmişdir. Şakir qadına yaxınlaşıb əlindən tutub «gedək» sözünü demişdir. Bunu Şakir deyəndən sonra qadın gəlib onun idarə etdiyi avtomobilə əyləşmişdir. Qadın arxa oturacaqda Şaiqlə Şakirin arasında arxa oturacaqda əyləşmişdir. Yolda qadın heç bir söz deməmişdir. Bu cür o, avtomobili Masazır kəndindən Tovuz rayonu Aşağı quşçu kəndi istiqamətinə idarə etmişdir. Yolda Şakirə tanışlarından kimsə mobil telefonuna zəng etmiş və Şakir telefonda həmin şəxsə «nişanlımı mən almasam evdə qalacaqdı, özümü bədbəxt onu xoşbəxt etdim» sözlərini demişdir. Bu cür Şakir avtomobildə qadını lağa qoymağa başlamışdır. Həmin vaxtı qadın avtomobildə ağlamağa başlamış, Kürdəmir rayonuna çatanda Şakir ona «yeməkxanada saxla burada bir çay içək» sözlərini demişdir. O, idarə etdiyi avtomobili yeməkxanaların birinə tərəf sürmüş, orada avtomobildəki qadın düşüb qadınlar üçün nəzərdə tutulmuş tualetə tək getmişdir. O, özüdə həmin vaxtı avtombildən düşüb kişilər üçün nəzərdə tutulmuş tualetə getmişdir. Tualetdən o, çıxan zaman, qadının yeməkxananın içində olduğunu görmüşdür. O, yeməkxanaya girən zaman qadının barın arxasında, Səxavət, Şaiq və Şakirin isə yeməkxanadan çöldə olduqlarını görmüşdür. O Səxavət, Şaiq və Şakirin arxasınca yeməkxanaya daxil olanda, həmin qadın onlarla getmədiyini bildirmişdir. Həmin qadından nə üçün onlarla getmədiyini soruşmuşdur. Həm də o, qadına "əgər sən getmək istəmirsənsə gəl maşına tək əyləş mən səni götürdüyüm yerə aparıb düşürüm» sözlərini demişdir. Qadın isə ona «mən səni tanımıram, səninlə gedə bilmərəm» sözlərini demişdir. Bu zaman həmin qadın, yeməkxanadakı qadın və kişiyə «mənə kömək edin, həmin şəxslər məni aparmaq istəyirlər buna imkan verməyin» sözlərini demişdir. O, həmin qadına «əgər sən razı deyilsənsə səni heç kəs apara bilməz» sözlərini demişdir. Bundan sonra o, Şakirlə Səxavətə «əgər qadın sizinlə barışırsa, mən sizi aparım, əgər barışmırsa mən çıxıb öz yaşadığım evə gedirəm» sözlərini demişdir. O, idarə etdiyi «Mersedes Benz» markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb Tovuz rayonu, Aşağı Quşçu kəndinə getmişdir. Tovuz rayonu, Aşağı Quşçu kəndində olan zaman Şakirin qardaşı Davud gəlib avtomobilindən Şakirin çantasını götürmüşdür. Bu zaman Davud ona bildirmiş ki, o, Kürdəmir rayonundan yeməkxanadan gedəndən sonra oraya polis gəlib, qadını, Şakiri, Səxavəti və Şaiqi Kürdəmir rayon polis şöbəsinə aparmışlar, orada qadın, qadının atası, anası, qardaşı barışıq ərizələri yazmışlar. Sonradan adını Gülər kimi bildiyi qadını o, xx.xx.2019-cu il tarixdə saat 11 radələrində zorla avtomobilə əyləşdirməmiş, Şakir həmin qadına getməyi təklif edən zaman, sonuncu könüllü olaraq avtomobilə əyləşmiş, Güləri heç kəs zorla avtomobilə əyləşdirməmiş və heç kəs onu zorla heç yerə aparmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 atasının iş yoldaşı kimi tanımış, digər təqsirləndirilən şəxsləri hadisəyə qədər tanımamışdır. O, 2012-ci ildə Yevlax rayon sakini Samir adlı şəxslə hər ikisinin razılığı ilə qoşulub qaçmışdır. O, könüllü Samirlə getdiyi üçün həmin vaxt polisə şikayət etməmişlər. Həmin vaxt qoşulub qaçanda valideynlərinə deməmişdir. 3 ay sonra Samirlə xəsiyyətləri uyğun gəlmədiyi üçün o, Samirdən ayrılaraq ata evinə qayıtmışdır. Hadisə ilə bağlı bildirir ki, o, Masazır kəndi, Ə.Əliyev küçəsinə yaxın «Azər city» marketində 2015-ci ildən satıcı işləyir. Şakir onların yaşadığı evdən bir qədər aralıda kirayə yaşadığı üçün axşamlar həmişə alış-verişi onun işlədiyi marketdən etmişdir. Şakir bir dəfə atasının ad günündə onların evinə də gəlmişdir. Təqsirləndirilən şəxs1 marketə gəlib gedərkən ondan xoşu gəldiyini bildirmişdir. O, isə Şakirə ondan xoşu gəlmədiyini deyərək, Şakirə yox cavabı vermişdir. 2019-cu ilin noyabr ayının axırlarında atasının iş yoldaşı Fazil onların yaşadığı evə gəlib, atasına və ona Şakirin onunla niyyətinin ciddi olduğunu, evlənmək istədiyini bildirmişdir. O, Fazilə Şakiri bəyənmədiyini, Şakirlə evlənmək niyyətinin olmadığını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxıb Masazır kəndi, Sarı Aşıq küçəsi ilə piyada işə tərəf gedərkən bir «Mersedes Benz» markalı gümüşü rəngli avtomobil arxadan gəlib ona çatmağa 2 metr məsafə qalmış avtomobil dayanmış və həmin avtomobilin içindən arxa oturacaqdan Şakir düşərək ona tərəf yaxınlaşmışdır. Şakir ona yaxınlaşaraq, maşına minməsini tələb etmiş, lakin, o, təkidlə imtina edib, çıxıb getmək istəmişdir. Bu vaxt maşından səhv etmirsə bir nəfər də çıxmışdır. Şakir onun çıxıb getdiyini görüb, qəflətən onun sağ qolunu geriyə burmuşdur. Bu təqribi bir dəqiqə çəkmişdir. Həmin ərəfədə adını sonradan bildiyi Təqsirləndirilən şəxs3 avtomobilin arxa qapısını açmış və Şakir onun qolunu arxada burulmuş vəziyyətdə avtomobilə əyləşdirmişdir. Avtomobilin arxa oturacağında Şakir sağ tərəfində, Şaiq isə sol tərəfində əyləşmiş və avtomobil hərəkətə başlamışdır. Avtomobili idarə edən şəxs, şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs4 və qabaq oturacaqda sürücünün yanında isə şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 əyləşmişdir. O, 4 nəfər kişini görüb, çox qorxmuş və həmin şəxslərin ona xəsarət yetirməsindən qorxaraq səsini çıxarmamışdır. O, maşında əsə-əsə qalmışdır. Maşın yolda olanda, Şakir avtomobilin içində onu qaçırdığını, fikrinin onunla evlənmək və toy etmək olduğunu demişdir. O, isə, Şakirə onu istəmədiyini və onunla evlənməyəcəyini demişdir. Bir müddət getdikdən sonra avtomobildə olan Şakirdən başqa digər 3 nəfər düşüb su almağa getmişlər. Bu zaman avtomobilin qapısı bağlı olmuş və ətrafda da adamlar olmuşdur. Avtomobildə Şakir yenə də onunla evlənmək niyyətinin ciddi olduğunu, onu Tovuz rayonuna apardığını, orada toy edəcəyini demişdir. O, Şakirdən xoşunun gəlmədiyini, onu istəmədiyini bildirmiş və onu buraxmalarını tələb etmişdir. Şakir onu təhqir edib, ona onu kimin alacağını, evdə qaldığını demişdir. O, yenədə Şakirə yalvararaq, buraxılmağını istəmişdir. Lakin, Şakir yenə də təkidlə evlənməyi təklif etmişdir. O, Şakirə özünün keçmişindən deməyi qərarı almışdır ki, bəlkə Şakir ondan əl çəksin. Ona görə o, Şakirə bir dəfə ərdə olub boşandığını demişdir. Şakir bunu qəbul etdiyini və yenə də evlənmək istədiyini demişdir. Həmin vaxt Şakir yanında olduğundan onun qaçmağına imkan verməzmiş, çünki, onun əlindən tutub saxlamışdır. 3 nəfər su alıb qayıdandan sonra yollarına davam etmişlər. Yolda o, ucadan maşında olan şəxslərə qışqırıb ağlayıb onu buraxmaları üçün yalvarmış, lakin, Şakir onunla evlənəcəyini, hər şeyin yaxşı olacağını deyib, bu minvalla onu razı salmağa çalışmışdır. Yolda hərəkət edən zaman onun istifadəsində olan telefona zəng gəlmiş, həmin telefonun zəngini Şakir eşitmiş və telefonunu əlindən götürmək istəyəndə o, telefonu söndürüb, Şakirə telefonu söndürdüyünü və telefonu gödəkçəsinin cibinə qoyacağını demişdir. Şakir onunla razılaşıb, telefonu ondan götürməmişdir. Yolda sürücü avtomobili saxlamış və həmin vaxt Şakir onun yanında qalmışdır. O, Şakirdən yenə də onu buraxmasını xahiş edib, bir dəfə ərdə olub boşandığını vurğulamışdır. Şakir isə yenə də onun belə qəbulu olduğunu demişdir. Sonra Kürdəmirə çatanda Şaiq Rəşada yemək yemək üçün avtomobili saxlamasını bildirmişdir. Kürdəmirdə restoranın qarşısında avtomobili saxlayanda, digər 3 nəfər avtomobildən düşmüş, Şakirlə o, avtomobildə qalmışlar. O, Şakirə onu sevmədiyini bildirib, ağlamışdır. Bu ərəfədə Şakir ona istəyirsə, onu geri qaytarmağını demişdir. Lakin, o, Şakirdən qorxaraq, onun sözünə inanmamışdır. Sonra Şakir ondan tualetə getmək istəyib-istəmədiyini soruşduqda, o, getmək istədiyini demişdir. O, yeməkxananın qarşısında həyətdə olan tualetə təkbaşına sərbəst gedib, oradan atasına zəng edərək Şakirin onu qaçırdığını, Kürdəmirdə olduğunu, tualetdən ona gizli zəng etdiyini deyib, ona kömək etməsini bildirmişdir. Atası ona narahat olmamağını, ona kömək edəcəyini bildirmişdir. Atası ilə danışdıqdan sonra dərhal telefonu söndürmüşdür. Atasının polisə zəng edib-etmədiyini bilmir. Tualetdən gec çıxdığı üçün Şakir onun arxasınca tualetə gəlib, ondan telefonu götürmüşdür. O, Şakirə əlini yuyub gələcəyini bildirmişdir. Şakir gedərkən o, dərhal yeməkxananın içərisinə girib onu zorla qaçırdıqlarını, ona kömək etmələrini deyib qışqırmışdır. Həmin vaxt yeməkxanada yemək yeyən şəxslər də olmuşdur. Yeməkxanada işləyən kişi və orada olan bir qadın ona su gətirmişlər. Şakir isə yenidən onu aparmağa cəhd etmiş, lakin, Şakir və digər şəxslər tərəfindən onun aparılmağına imkan verməmişlər. Şakir və onunla maşında olan şəxslər onun kömək istəməyini görüb avtomobili idarə edən adını sonradan bildiyi Rəşad ona istəyirsə, onu geri qaytarmalarını demişdir. O, Rəşada və Şakirə inanmadığı üçün onlara yaxın getməmişdir. Rəşada isə əgər geri qaytarırdısa buraya qədər niyə gətirdiyini soruşmuşdur. Bir azdan ora polis əməkdaşları gəlmişlər. O, Polis əməkdaşlarına zorla qaçırıldığını bildirmişdir. Bundan sonra onları Kürdəmir RPŞ-nə gətirmişlər. Orada o, şikayət ərizəsi yazmışdır. Hadisə günü ona heç bir xəsarət yetirməmişlər. Hal-hazırda onları bağışlayır, onlarla barışıq əldə etmiş və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs1la ailə qurmaq istəsəydi el adəti ilə valideynlərinin razılığı ilə gedərmiş, o, Şakiri istəməmişdir. Maşında 4 nəfər kişi olduğu üçün, o, onlardan qorxub, səsini çıxarmamışdır. Təqsirləndirilən şəxs2 tanımamış, hadisə günü ilk dəfə onu görmüşdür. Hadisə vaxtı ətrafda heç kəs olmamışdır. Şakirin adamları elçi gəlsə də o, Şakirə ərə getməzmiş. Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadə ilə məhkəmə prosesində verdiyi ifadə arasında ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs cinayət işinin 3-cü cild 9-10-cu vərəqələrində olan ifadəsi elan olunmuşdur. Elan olunmuş ifadəsinə əsasən Zərərçəkmiş şəxs bildirmişdir ki, elan olunmuş ifadəsini hadisədən dərhal sonra vermiş, hər halda həmin ifadəsi düzdür, hazırda çox vaxt keçdiyinə görə ola bilsin ki, hadisəni yaxşı xatırlamır. O, istintaqda Şakirin onu geri qaytarmasını təklif etməsini deməmiş, həmin vaxt çox həyəcanlı olmuş və bu barədə ondan heçnə soruşulmamışdır. Bir dəfə Şakir iş yoldaşını onlara elçi gəlmək istədiklərinə görə göndərmiş, lakin, o, razı olmamışdır. Hadisə günü o, işdən icazə almamışdır. Onun Şakirlə heç vaxt telefon danışıqları, sms yazışmaları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Gülər yaşadıqları evin yaxınlığında «Azər city» marketdə 2015-ci ildən satıcı işləyir. Özü də müxtəlif yerlərdə fəhlə işləyir. Təqsirləndirilən şəxs1 2019-cu ilin sentyabr ayından tanımışdır. Belə ki, onunla birlikdə müxtəlif yerlərdə fəhlə işləmişlər. 2019-cu ilin oktyabr ayının 13-də də onun ad günü ilə əlaqədar Şakiri iş yoldaşı kimi evinə dəvət etmişdir. Şakir həmin vaxt qızı Zərərçəkmiş şəxs görmüşdür. Şakir onların evinin yaxınlığında kirayə yaşamışdır. 2019-cu ilin noyabr ayının axırında Şakir onun iş yoldaşı Fazili onlara göndərərək Şakirin qızı Gülərə elçi göndərmək istədiyini bildirmişdir. Həmin vaxt qızı Gülər Şakiri sevmədiyini və bəyənmədiyini bildirib, ona ərə getməkdən imtina etmişdir. Buna görə də Şakirin elçi gəlməyinə razı gəlməmişlər. Şakir Gülərlə heç vaxt telefonda danışmamış, sms yazmamış, heç vaxt heç yerdə Gülərlə söhbət etməmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, evdə olan zaman, saat 11 radələrində qızı Gülər evdən çıxaraq işinə getmişdir. Həmin gün saat 14:45 radələrində qızı Gülər öz istifadəsində olan telefonla ona zəng edərək həyacanlı şəkildə Təqsirləndirilən şəxs1 və yanındakı bir neçə şəxs tərəfindən zorla maşına əyləşdirilib qaçırıldığını, hal-hazırda Kürdəmirdə olduğunu bildirərək, ondan kömək istəmişdir. O, dərhal hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonra isə Abşeron Rayon Polis İdarəsinə gəlib, orada təkrar hadisə barədə maraqlanmış və Abşeron RPİ-də ona qızını qaçıran şəxslərin Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişlər. Sonra o, həyat yoldaşı Sevdanıda götürüb taksi ilə Kürdəmir Rayon Polis Şöbəsinə getmişlər. Orada qızı ona xx xxxxxx 2019-cu il tarixdə işə gedən zaman saat 11 radələrində bir «Mersedes Benz» markalı avtomobilin yanında dayandığını, həmin avtomobildən Şakir və başqa bir şəxsin düşüb qolunu buraraq, hər iki şəxsin onu zorla həmin avtomobilə iradəsinə zidd əyləşdirdiklərini bildirmişdir. Şakir və yanındakı şəxslər qızını Tovuz rayonuna aparmaq istəyən zaman, Kürdəmir rayonunda qızı Gülər imkan tapıb tualetdən öz istifadə etdiyi mobil telefondan ona zəng etmişdir. Şakirin ailəsi tərəfindən ona heç kəs zəng etməmişdir. Qızı hər gün işə iş saatında vaxtında gedib evə gəlir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Kürdəmir RPŞ-də sahə inspektoru işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 15:00 radələrində o, xidmətdə olarkən ona tanımadığı bir telefon nömrəsindən bir nəfər qadın zəng edərək Kürdəmir rayonu ərazisində olan “Antalya” restoranından zəng etdiyini bildirib, orada bir nəfər qadının zorla qaçırılması, qızın ağlayaraq kömək istəməsi barədə məlumat vermişdir. O, dərhal Kürdəmir rayonu ərazisində olan “Antalya” restoranına getmişdir. Orada restoranın əməkdaşlarının yanında bir cavan qadın, şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Zərərçəkmiş şəxs ağlayaraq ona yalvararaq bildirmişdir ki, 4 nəfər tərəfindən onu zorla maşına əyləşdirib qaçırmışlar. Həmin vaxt qızın əlləri tir-tir əsmiş, çox həyəcanlı olmuş və ağlamışdır. Sonra isə ona restoranda oturub çay içən 3 nəfər kişini göstərərək onu qaçıran şəxslərin olduğunu bildirərək, ona yalvarmışdır ki, onu onlara verməsin. Digər bir nəfər isə orada olmamışdır. O, Kürdəmir RPŞ-nin növbətçi hissəsinə zəng edərək bu barədə məlumat vermişdir. Bir az vaxt keçdikdən sonra növbətçi hissənin sürücüsü Şahid3la təhqiqatçı Vüqar Nurməmmədov restorana gəlmişlər. Bundan sonra həmin 3 nəfər şəxslərə yaxınlaşaraq özünü təqdim edib, onların ad, soyadlarını öyrənmişdir. Ona məlum olmuşdur ki, onların ad, soyadı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3dur. Onlar qızı zorla qaçırmadığını demiş, lakin, qız ağlayıb, həyacanlı vəziyyətdə onu zorla maşına mindirib gətirdiklərini bildirmişdir. Ona zəng edən restoranda işləyən hal-hazırda adını xatırlamadığı bir qadın olmuşdur. Sonra növbətçi hissədən göndərilən polis əməkdaşları zərərçəkmiş şəxsi, zərərçəkmiş şəxsin dediyi - onu qaçıran 3 nəfər şəxsi restorandan Kürdəmir RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs1 qızın atasından icazə alıb qaçırdığını bildirsə də, qız isə yenə də ağlayıb ona yalvararaq onu zorla qaçırdıqlarını demişdir. Qızın üzərində zorakılıq əlamətləri görməmişdir. 3 nəfər təqsirləndirilən şəxs ondan polisi çağırmamağı ilə bağlı xahiş etməmişlər, xahiş etsəydilər belə o, bu barədə PŞ-nə məlumat verməliymiş. Gərək ki, qızı o, özünə məxsus avtomobillə PŞ-nə aparıb növbətçi hissəyə təhvil vermiş, lakin hadisədən uzun vaxt keçdiyindən dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri və zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. O, 2016-cı ildən Kürdəmir RPŞ-nin növbətçi hissəsində sürücü vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə xidmətdə olarkən, həmin gün saat 14:50 radələrində Kürdəmir RPŞ-nin növbətçi hissəsinə vətəndaş Şahid1 adlı şəxs məlumat vermişdir ki, qızı Zərərçəkmiş şəxs Şakir adlı şəxs tərəfindən zorla qaçırılaraq Kürdəmir rayonuna gətirilmişdir. Saat təxminən 15 radələrində Kürdəmir RPŞ-nin sahə inspektoru Şahid4 Kürdəmir RPŞ-nə məlumat verərək, Muğanlı kəndinin girəcəyində olan «Antalya» restoranında olduğunu, həmin Gülər adlı qadının və onu qaçıran şəxslərin orada olduğunu bildirmişdir. Şahid4 onu və təhqiqatçı Vüqar Nurməmmədovu həmin yerə çağırmışdır. O və Vüqar Nurməmmədov «Antalya» restoranına getmişlər. Restoranda o, təxminən 25 yaşlı bir qadını və qızı qaçıran 3 nəfər kişi görmüşdür. Bundan sonra o, polis avtomaşınında və sahə rəisi Şahid4 şəxsi maşınında həmin şəxsləri Kürdəmir RPŞ-nə gətirmişlər. O, avtomobildə olmuşdur. Qız gərək ki, əgər səhv etmirsə onun idarə etdiyi avtomobillə PŞ-nə gətirilmişdir. Onlar həm onun, həm də sahə inspektoru Aydın Hüseynovun avtomobilinə əyləşmişlər. O, Təqsirləndirilən şəxs4 görməmiş, digər 3 nəfər təqsirləndirilən şəxsləri görmüşdür. Şahid4 öz avtomobili olmuş və Aydın da avtomobili ilə PŞ-nə gəlmişdir. Elan olunmuş cinayət işinin 2-ci cild 66-cı vərəqəsində olan ifadəsinə əsasən Şahid3 bildirmişdir ki, elan olunmuş ifadəsini təsdiq edir. Çox vaxt keçdiyindən hər şeyi xatırlamır. O, zərərçəkmiş şəxsdən heç nə soruşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonunda olan «Antalya» restoranında bufetçi işləmişdir. Hazırda işləmir. xx xxxxxx 2019-cu il tarixdə o, işdə olarkən saat təxminən 15:00 radələrində restorana təxminən 25 yaşlarında, adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı bir qadın daxil olmuş və ağlayaraq kömək istəyib, onu zorla qaçırdıqlarını demişdir. Həmin qızı əvvəl tanımamışdır. Həmin vaxt restoranda müştərilər də olmuşdur. Onlar qıza bir az təmkinli olmasını demişlər. Müştərilərdən kimsə sahə müvəkkilinə zəng etmişdir. Sonradan restorana təxminən 4 nəfər oğlan girmişdir. Bir az keçmiş isə sahə müvəkkili gəlmişdir. Qız restorana daxil olandan təxminən 10-15 dəqiqə sonra sahə müvəkkili gəlmişdir. Sahə müvəkkili gələndən sonra isə polis əməkədaşları gəlib qızı və oğlanları aparmışlar. Bir “Niva” markalı maşın, polisin növbətçi hissəsinin maşını və birdə başqa maşın olmuşdur. Qızın hansı maşınla polisə aparılmasını bilmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid6 bildirmişdir ki, qız restorana girəndə ağlayaraq, onu zorla bir neçə oğlanın qaçırdığını demişdir. Qız içəri girənə qədər çöldə nə olmasını bilməmişdir. Polis gələnə qədər adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 qıza bura qədər gəlib, sonra niyə belə etdiyini, atası ilə danışdığını, atasının razılığını aldığını bildirmişdir. Qız isə Təqsirləndirilən şəxs1 onunla getmək istəmədiyini bildirmişdir. Həmin vaxt restoranda təxminən 20-25 nəfər müştəri olmuşdur. Zərərçəkmişin hansı maşınla polisə aparılmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid6 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 17-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Kürdəmir RPŞ-nin məsul növbətçisi, polis polkovnik leytenantı Əliəşrəf Musayevin xx xxxxxx 2019-cu il tarixli raportunun kserosurətindən görünür ki, Abşeron, Masazır qəsəbəsi, BEK-nun yaxınlığından Şahid1 DİN-nin 102 xidmətinə zəng vuraraq 25 yaşlı qızı Zərərçəkmiş şəxs ***-***-**-** mobil nömrəsindən ona zəng edərək Tovuz rayon sakini Təqsirləndirilən şəxs1 tərəfindən qaçırılıb Kürdəmir rayonuna aparılması barədə məlumat verdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 18-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs Kürdəmir RPŞ-nin rəisi adına ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə saat 11 radələrində Tovuz rayon sakini Təqsirləndirilən şəxs1 tərəfindən qaçırılmış və onu cinayət məsuliyyətinə cəlb etməsini xahiş edir. Cinayət işinin 1-ci cild 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Abşeron rayonu, Masazır kəndində yerləşən «Azərcity» marketin yaxınlığında baş vermişdir. Hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, sorğu zamanı Zərərçəkmiş şəxs həmin yerdə Şakir adlı şəxs və tanımadığı digər şəxslər tərəfindən evlənmək məqsədilə qaçırıldığını bildirmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 143-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini “... xx xxxxxx 2019-cu il tarixdə səhər saat təxminən 12 radələrində mən Masazır kəndi ərazisi ilə evdən çıxıb işlədiyim «Azərcity» marketinə gedən zaman yolda qəflətən tanımadığım boz rəngli “Mersedes” markalı avtomaşın mənim solumda dayandı içərisindən qəflətən maşından Şakir adlı şəxs düşüb mənim üstümə gələrək zorla mənim razılığım olmadan mənim qolumdan tutaraq məni maşının arxa oturacağına mindirdi. Həmin vaxtı hadisə yerində Səxavət də olmuş, həmin vaxt Səxavət maşından yerə düşüb maşının arxa sağ qapısını açıb və məni maşına Şakir mindirdi... ” hissəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 148-150-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini “...xx xxxxxx 2019-cu il tarixdə səhər saat təxminən 12 radələrində mən Masazır kəndi ərazisi ilə evdən çıxıb işlədiyim «Azərcity» marketinə gedən zaman yolda qəflətən tanımadığım boz rəngli “Mersedes” markalı avtomaşın mənim solumda dayandı içərisindən qəflətən maşından Şakir və başqa 2 nəfər tanımadığım şəxslər düşüb mənim üstümə gələrək zorla mənim razılığım olmadan mənim qolumdan tutaraq məni maşının arxa oturacağına mindirdiniz. Siz məni maşına mindirən zaman mənə dedinizki məni evlənmək məqsədi ilə qaçırdırsınız.... maşının arxa qapısını qabaqda əyləşmiş adını bilmədiyim şəxs maşının arxa sağ qapısını açdı sən isə arxada mənimlə oturan şəxslə birlikdə məni maşına mindirdiniz. ... ” hissəsində Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 152-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini “... xx xxxxxx 2019-cu il tarixdə səhər saat təxminən 12 radələrində mən Masazır kəndi ərazisi ilə evdən çıxıb işlədiyim «Azərcity» marketinə gedən zaman yolda qəflətən tanımadığım boz rəngli “Mersedes” markalı avtomaşın mənim solumda dayandı içərisindən qəflətən maşından Şakir adlı şəxs düşüb mənim üstümə gələrək zorla mənim razılığım olmadan mənim qolumdan tutaraq məni maşının arxa oturacağına mindirdi. Həmin vaxtı hadisə yerində siz də var idiniz, siz də məni Şakir maşına mindirən zaman yerdə idiniz. ..” hissəsində Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha təsdiq etmişdir. Buna görə də məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 15-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs mindirilərək qaçırıldığı **-FM-*** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz” markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildə heç bir zədə və iş üçün əhəmiyyət kəsb edəcək əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı “İphone 5 S” markalı mobil telefonla fotoşəkillər çəkilmişdir. Cinayət işinin 2-ci cild 19-cu vərəqəsində olan xx xxx 2020-ci il tarixli əşyanın maddi sübut kimi tanınması və məsul saxlanca verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 götürülmüş **-FM-*** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz” markalı avtomobil maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin dayanacağında yerləşdirilmişdir. Cinayət işinin 3-cü cild 47-61-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs4 idarə etdiyi “Mersedes-Benz” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayətin predmeti olduğundan Abşeron RPİ-nin dayanacağına saxlanması üçün təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 30-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli şəxsin tanınması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaq üçün təqdim olunmuş şəxsləri nəzərdən keçirib, həmin şəxslər arasında soldan-sağa 3-cü dayanmış şəxsin, yəni, Təqsirləndirilən şəxs4 onu qaçıran şəxslərdən biri, həmçinin, maşını sürən şəxsin o olduğunu bildirmişdir. Cinayət işinin 2-ci cild 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx xxxxxx 2019-cu il tarixdə «Mersedes Bens» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobili saxladığı və qadının onun avtomobilə əyləşdiyi yeri əyani sürətdə göstərmişdir. Cinayət işinin 2-ci cild 35-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs4 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini “... xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi ilə piyada tək hərəkət edirdim, bu zaman arxadan çox zəif sürətlə bir «Mersedes Benz» markalı gümüşü metalik rəngli avtomobilin arxadan gəldiyini gördüm. Həmin avtomobil mənə çatmağa 2 metr məsafə qalmış dayandı və həmin avtomobilin içindən arxa oturacaqdan 2 nəfər şəxs düşdülər və mənə tərəf sürətlə yaxınlaşdılar. Həmin şəxslərdən biri Şakir digər şəxsi isə tanımadım, lakin sonradan öyrəndim ki, onun adı Şaiq idi. Şakir və yanındakı sonradan adını öyrəndiyim Şaiq mənə yaxınlaşdılar, Şakir mənim sağ qolumu geriyə burdu, Şaiq «Mercedes Benz» markalı avtomobilin sağ arxa qapısını açdı, Şakir mənim qolum arxada burulmuş vəziyyətdə avtomobilə tərəf aparıb avtomobilə əyləşdirdi, Şakir avtomobilə sağ tərəfdən, digər Şaiq isə sol tərəfdən əyləşdilər... Avtomobil yola düşəndən sonra sən avtomobilin maqnitofonuna ucadan səsli musiqi verdin ki, musiqi səsi gəlsin və çöldə olan insanlar mənim qışqıran səsimi eşitməsinlər. Mən avtomobilin içində gördüm ki, avtomobili idarə edən sən idin. ... Mən avtomobildə Şakir və digər şəxs tərəfindən əyləşdiriləndən sonra avtomobilin içində qışqırdım ki, məni haraya aparırsız, mən getmək istəmirəm. Şakir isə avtomobilin içində mənə söylədi ki, mən səni qaçırıram, fikrim səninlə evlənməkdir, səninlə toy etmək istəyirəm. Mən Şakirə söylədim ki, mən səni istəmirəm və səninlə evlənməyəcəm. Mən həmin vaxtı sağa və sola özümü dartaraq avtomobildən çıxmaq istəyirdim ki, lakin sağımda oturan Şakir mənə tərpənməyə imkan vermirdi, qollarımdan tuturdu ki, mən maşında tərpənməyim. Mən maşında ucadan hər bir maşında olan şəxslərə qışqırıb ağlayıb yalvarırdım ki, məni buraxın, mən evə getmək istəyirəm. ...” hissəsində Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha təsdiq etmişdir. Buna görə də məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 68-70-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, baxış keçirilən yer xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs qaçırıldıqdan sonra gəldikləri Kürdəmir rayonu, Muğanlı kəndinin girəcəyində Kürdəmir-Bakı şosesində yerləşən “Antalya” adlanan restorandır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı “İphone 5 S” markalı mobil telefonla fotoşəkillər çəkilmişdir. Cinayət işinin 2-ci cild 71-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha söyləyərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 2-ci cild 103-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 istintaq zamanı verdiyi ifadəsini bir daha söyləyərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 2-ci cild 117-118-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-təcrübi və tədris birliyinin xx xxxxxx 2019-cu il tarixli, 768 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxxxxx” MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında heç bir danışıq və mesajların aparıldığı müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrələrinin anten dairəsi xx.xx.2019-cu il tarixdə Kürdəmir rayonu ərazisində qeydə alınmışdır. Cinayət işinin 3-cü cild 19-21-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X2 publik hüquqi şəxsinin xx xxx 2020-ci il tarixli 923 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər-hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmmişdir. Aparılmış eksperimental psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs idrak proseslərinin (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.) normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, emosional-iradi sferasında, fərdi psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər-hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməl dövründə hər hansı psixi pozuntu əlamətləri qeyd olunmamışdır. Zərərçəkmiş şəxs ətrafında olan və baş verən hadisələri anlamaq və qavramaq qabiliyyətindədir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual-amnestik imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Fərdi psixi xüsusiyyətlərində yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, hadisə baş verərkən, yaranmış şəraitin mahiyyətini tam dərk etmək, davranışının mümkün nəticələrini proqnozlaşdırmaq qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs hadisə baş verən zaman psixi-emosional vəziyyətində həyacan əmələ gəlmiş, lakin öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərindən, psixi emosional halından asılı olaraq və hadisə baş verərkən təqsirləndirilən şəxslərə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onlara elan olunmuş ittihamda özlərini təqsirli bilməyərək, dəfələrlə onlara ifadə vermələri üçün şərait yaradılsa da ifadə verməkdən imtina etmişlər. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ifadə verərək bildirmişlər ki, Zərərçəkmiş şəxs öz razılığı ilə maşına əyləşmiş və ona qarşı heç bir müqavimət, zorakılıq və təsir olmamış və həmin tarixdə, yəni, xx.xx.2019-cu ildə Kürdəmir rayonuna çatdıqda Zərərçəkmiş şəxs səbəbsiz yerə restoranın içərisinə girib qışqıraraq qaçırıldığını dediyini bildirmişlər. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 istintaq zamanı törətdikləri əməlləri inkar edən ifadələrini, həmçinin onların, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özlərini təqsirli bilməyərək ifadə verməkdən imtina etməsi özlərini cinayət məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Belə ki, ibtidai istintaq dövründə ilk dəfə verdiyi xx xxxxxx 2019-cu il tarixli izahatında Təqsirləndirilən şəxs1 Güləri qaçırmasını, bu barədə qardaşı Səxavətə deməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 izahatından görünür ki, Zərərçəkmiş şəxs Şakirlə evliliyə razı olmamış və onun elçilərinə yox cavabı vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 izahatından görünür ki, o, lap əvvəldən həmin cinayət əməlini – yəni, Zərərçəkmiş şəxs qaçırmaq barədə düşünmüş və bununla bağlı öz tanışlarına və qardaşına məlumat verib, hətta Zərərçəkmiş şəxs qaçırmaq üçün avtomobil taparaq, hazırlıq görmüşdür. (cild 1 iş v.23). Belə olan halda, Təqsirləndirilən şəxs1 və digər təqsirləndirilən şəxslərin güya Zərərçəkmiş şəxs könüllü olaraq öz xoşu ilə avtomobilə əyləşməsi fikrinin düzgünlüyü təkzib olunur. Təqsirləndirilən şəxs2 cinayət işinin 1-ci cild 24-cü vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli ilkin izahatında bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Şakir ona zəng edərək istədiyi qızı qaçırmaq istədiyini və ona görə də bir taksi tapıb həmin qızı qaçırıb aparmalarını bildirmiş, həmçinin xx.xx.2019-cu il tarixdə səhər Şakir Rəşada və Şaiqə istədiyi qızı qaçırıb aparacaqlarını danışmışdır. Həm Rəşad, həm Şaiq, həm də o, razılaşmışlar. Həmin vaxtı Şakir avtomaşından düşərək həmin qızın qolundan tutmuş, Şaiq isə avtomaşının qapısını açmış, Şakir həmin qızı avtomaşına otuzdurmuşdur. (cild 1 iş v.24). Bundan başqa digər Təqsirləndirilən şəxs3 cinayət işinin 1-ci cild 25-ci vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli izahatında aşağıdakıları göstərmişdir: … «...xx.xx.2019-cu il tarixdə Şakir ona və Rəşada danışdı ki, istədiyi qızı qaçırıb aparacağıq. Saat 11 radələrində Rəşadın avtomaşını ilə Şakirin dediyi küçəyə gedib orada dayandıq və az keçmiş bir hündür boylu qara saçlı qız gəldi. Həmin vaxt Şakir avtomaşından düşərək həmin qızın qolundan tutdu, mən isə avtomaşının qapısını açdım, Şakir həmin qızı avtomaşına otuzdurdu. ... » Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər ikisi izahatlarında istisnasız olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs1 əvvəlcədən onlara, həmçinin Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs qaçırmaq istəyi barədə bildirmiş və ona bu işdə köməklik göstərməyə dəvət etmiş və hər üç şəxs – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 könüllü surətdə Zərərçəkmiş şəxs zorla qaçırılmağına razılıq verib, adam oğurluğunda iştirak etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bilavasitə hadisədən dərhal sonra, yəni, xx xxxxxx 2019-cu il tarixdə Kürdəmir Rayon Polis Şöbəsinə verdikləri izahatlarda hadisə barədə məlumatları daha düzgün, həqiqətə uygun və dolğun təsvir edilmişdir. Həmin törətdikləri ictimai təhlükəli əməlin ciddiliyini dərk etdikdən sonra, təqsirləndirilən şəxslər ibtidai istintaq orqanından yayınmışlar. Belə ki, cinayət işinin 1-ci cild 63-cü vərəqəsində olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 xx xxxxxx 2020-ci il tarixli ittiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 1-ci cild 64-cü vərəqəsində olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 xx xxxxxx 2020-ci il tarixli ittiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 1-ci cild 65-ci vərəqəsində olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 xx xxxxxx 2020-ci il tarixli ittiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 1-ci cild 227-ci vərəqəsində olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 xx xxxx 2020-ci il tarixli ittiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində axtarış elan olunmuşdur. Yalnız 3 ay müddətdən sonra, yəni, xx xxxxxx 2020-ci il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən tutulmuşlar (cild 1 i.v.70-72). Axtarışda olan Təqsirləndirilən şəxs4 isə xx xxxxx 2020-ci il tarixdə saxlanılmışdır (cild 1 i.v.25-27). Göründüyü kimi, istintaqa cəlb olunduğları dövrə kimi təqsirləndirilən şəxslərin müdafiə strategiyası qurmaq, cinayətkar əməllərini ört-basdır etmək, həmçinin məsuliyyətdən azad olunmaq üçün vaxtları olmuş və onlar öz mülahizələrinə əsaslanan, baş vermiş hadisənin təfərrüatlarını təhrif edərək müdafiə xarakterli ifadələr vermişlər. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 imza etmədiyi və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 imza etdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs öz nişanlısı kimi təqdim edib,sonuncu könüllü olaraq avtomaşına minmiş və onun qaçırılması barədə avtomaşında heç bir söhbət olmayıb. Lakin, ibtidai istintaq ərəfəsində və məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə günü onun əlini buraraq maşına otuzdurduqdan sonra, Təqsirləndirilən şəxs1 maşında olan şəxslərin yanında onun qaçırılmasını bildirmişdir. Bundan başqa, cinayət işinin 3-cü cild 8-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan və “xxxxxxx” MMC-dən daxil olmuş 01 ədəd CD diskdən də görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında heç bir danışıq və mesajların aparıldığı müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 telefon məlumatlarından da göründüyü kimi onlar arasında hər hansı mesaj və ya danışıq olmamış, bu isə ona ehtiva edir ki, Zərərçəkmiş şəxsyla Təqsirləndirilən şəxs1 arasında zərərçəkmişin rayona getməsi barədə əvvəlcədən heç bir razılığı olmamışdır. Həmçinin, məhkəmə iclasında təqsirəlndirilən şəxslər güya Zərərçəkmiş şəxs könüllü maşına əyləşməsi, özünü normal aparması, həyacanlı olmaması barədə ifadələrinə münasibətdə qeyd etmək lazımdır ki, iş üzrə dindirilmiş şahidlər Şahid6 və Şahid5 bildirmişlər ki, Zərərçəkmiş şəxs Kürdəmir rayonunda olan restoranın içərisində qışqırıb ağlayaraq 4 nəfər tərəfindən zorla qaçırıldığını və yalvararaq ona kömək etmələrini xahiş etmişdir. Şahid4 isə ifadəsində göstərmişdir ki, “Antalya” restoranına gəldiyi vaxt Zərərçəkmiş şəxs ağlayaraq ona yalvararaq bildirmişdir ki, 4 nəfər tərəfindən onu zorla maşına əyləşdirib qaçırmışlar. Həmin vaxt qızın əlləri tir-tir əsmiş, çox həyəcanlı olmuş və ağlamışdır. Təqsirləndirilən şəxs4 cinayət işinin 2-ci cild 7-8-ci vərəqələrində olan ifadəsində də şahidlərin bu barədə verdikləri ifadəni özü təsdiq edərək göstərmişdir ki, «...qız həmin vaxt avtomobildə ağlamağa başlamışdır. ... » Bu isə təqsirləndirilən şəxslərin həmin ifadələrinin əsassız olduğunu dəlalət edir. Bundan başqa, Zərərçəkmiş şəxs cinayət işinin 3-cü cild 9-10-cu vərəqələrində olan zərərçəkmiş şəxs qismində dindirmə protokolunda olan ifadəsində aşağıdakıları göstərmişdir : «... Qaradağ rayonu, Sənqaçal qəsəbəsində sürücü avtomobili mağazanın yanında saxladı ki, su alsın, avtomobildə Şakir yanımda idi. ...Həmin vaxt mağazanın ətrafında insanlar var idi. Lakin, mən qorxduğum üçün və həyəcanlı olduğum üçün qışqıra və səsimi çıxarda bilmədim. Mən bu zaman Şakirə orada bildirdim ki, mən bir dəfə ərə gedib boşanmışam, lakin Şakir mənə dedi ki, sən mənim üçün qəbulsan. Mən onu ona görə dedim ki, Şakir mənim evli olmağımı bilib, ərə gedib boşanmış qadın almaq istəməz, həmdə mənimlə evlənmək istəməz və məni buraxar… Şakir bunu qəbul etdiyini və yenə də evlənmək istədiyini demişdir... » Eyni məzmunlu ifadələri zərərçəkmiş həmçinin məhkəmədə dindirilərkən təsdiq etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi bu xüsusatı Təqsirləndirilən şəxs3 da cinayət işinin 03-cü cild 02-03-cü vərəqələrində olan ifadəsində təsdiq edərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Rəşad avtomobili idarə edərkən Qaradağ rayonu, Sənqəçal qəsəbəsində yolun kənarında dükanda Rəşad avtomobili dükanların birinin qarşısında su və yemək almaq üçün saxlamışdır. Həmin vaxt avtomobildən o, Rəşad və Səxavət düşmüşlər. Bundan əlavə Şakir onlara söyləmişdir ki, qadın Şakirə söhbət əsnasında 17 yaşı olarkən 2 ay müddətində nikahda olduğunu bildirmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs təkrar-təkrar Təqsirləndirilən şəxs1 və onun yanında olan digər üç nəfər şəxsin onu buraxmaları üçün cəhd etsə də, yəni, hətta əvvəllər evli olduğunu da bildirmiş və bu halı Təqsirləndirilən şəxs3 da təsdiq etmişdir. Buna baxmayaraq təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq avtomaşını sürərək, öz əməllərini davam etmişlər. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Məhkəmə X2 publik hüquqi şəxsinin xx xxx 2020-ci il tarixli 923 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən də aydın olaraq görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisəni anlamaq iqtidarındadır və işin hallarını düzgün dərk edərək, doğru təsvir edə bilir, yalan danışmağa və özündən uydurmaya meyillilik əlamətləri Zərərçəkmiş şəxs da aşkar edilməmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 200-201-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və X1 daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 245-ci vərəqəsində olan Tovuz RİHB-nın Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilir. Cinayət işinin 3-cü cild 12-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X2 publik hüquqi şəxsinin xx xxx 2020-ci il tarixli 923 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 1-ci cild 198-199-cu vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və X1 daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 246-cı vərəqəsində olan Tovuz RİHB-nın Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci cild 79-cu vərəqəsində olan şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2010-cu il və 2011-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cinayət işinin 3-cü cild 16-17-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X2 publik hüquqi şəxsinin xx xxx 2020-ci il tarixli 922 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə və müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 1-ci cild 202-203-cü vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və X1 daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 248-ci vərəqəsində olan Tovuz RİHB-nın Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci cild 80-82-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 2012-ci il, 2016cı il və 2010-cu il təvəllüdlü üç azyaşlı uşağı vardır. Cinayət işinin 3-cü cild 14-15-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X2 publik hüquqi şəxsinin xx xxx 2020-ci il tarixli 921 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs3 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs3 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə və müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 2-ci cild 38-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 daxil olmuş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 247-ci vərəqəsində olan Tovuz RİHB-nın Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci cild 78-ci vərəqəsində olan şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində 2007-ci il və 2015-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cinayət işinin 3-cü cild 23-24-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X2 publik hüquqi şəxsinin xx xxxx 2020-ci il tarixli 975 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs4 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs4 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs4 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə və müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsi vətəndaşların azadlıq hüqununu təmin edir. Həmin Məcəllənin 9-cu maddəsində cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin təyinatı insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları.) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası CM-nin 34.8-ci maddəsinin tələblərini nəzərə alır. Belə ki, həmin maddəyə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər Cinayət Məcəlləsi ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Məhkəmə nəzərə alır ki, təyin edilməli olan cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, təqsirləndirilən şəxslərin islah olunma məqsədlərini təmin etməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onların məhkəmə iclas zalından həbsə alınmalarını əsaslı hesab edir. Belə ki, cinayət işinin 1-ci cild 70-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 190-191-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(012)- 97/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 157-163-cü vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli 4(105)-51/2020 saylı həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilməsi barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsaətətin təmin edilməməsi barədə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(012)249/2020 saylı qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Bundan başqa, cinayət işinin 1-ci cild 71-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 195-197-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(012)- 98/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 137-143-cü vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(012)-244/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 1-ci cild 72-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 192-194-cü vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(012)- 99/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 96-102-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(012)-243/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 1-ci cild 252-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 2-ci cild 25-27-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(012)- 186/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 83-89-cu vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli, 4(105)-45/2020 saylı həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina olunmasına dair qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması haqqında qərarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina haqqında Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs4 Bahdur oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək, o, həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənə qədər həbsdə saxlama müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsetmə müddətlərinin əvvəli tutulduqları xx xxxxxx 2020-ci il tarixdən, digər Təqsirləndirilən şəxs4 isə həbsetmə müddətinin əvvəli tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablanması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin dayanacağında saxlanılan Təqsirləndirilən şəxs4 idarə etdiyi «Mersedes-Benz» markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs4 yaxın qohumuna qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia verilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin dayanacağında saxlanılan Təqsirləndirilən şəxs4 idarə etdiyi «Mersedes-Benz» markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs4 yaxın qohumuna qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar