Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-890/2022 31.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi: «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçiiştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxx 1965-ci ildə Bakıişəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məh.2146, ev 27, mənzil 44-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs bıçaqla zərbə endirməklə, sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07.01.2022-ci il tarixdə, təxminən saat 16 radələrində orta dərəcəli sərxoşluq halında tanışı Zərərçəkmiş şəxs ilə yaşadıqları ərazi hesab edilən ünvan 1-ün qarşısında yerləşən söhbətgahda söhbət etdikdən sonra özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edərək, azğınlıq, ətrafdakılara hörmətsizlik göstərən eqoizm nümayiş etdirməklə, hər hansı əsaslı və tutarlı səbəb olmadan və ya cüzi səbəbi, yəni zərərçəkənin onu söyüb təhqir etməsini bəhanə etməklə, qəsdən öldürmək niyyətilə Zərərçəkmiş şəxs kənara çəkib üzərində gəzdirdiyi açılıb-qatlanan tipli, dəstəyi və tiyəsi qara rəngli metal lövhədən ibarət zavod üsulu ilə hazırlanmış cib bıçağı ilə sonuncunun sinə nahiyəsinə bir dəfə zərbə endirməklə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malik, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan, ürək kisəsinin (perikardın) və ürəyin sağ mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməklə, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qarabağ müharibəsi iştirakçısıdır. 1992-ci ildə Qarabağ döyüşlərindən qayıtdıqdan sonra yaşadığı Binə qəsəbəsində qətl törətmiş və 9 il müddətinə azadlıqdan məhrum edilmiş, 2001-ci ildə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra fəhləliklə məşğul olub ailəsini dolandırmışdır. 2009-cu ildə narkotik vasitələrdən istifadə etdiyinə görə azadlıqdan məhrum olunmuş, 2010cu ildə cəzasını çəkdikdən sonra azadlığa çıxmışdır. Növbəti dəfə, 2021-ci ilin oktyabr ayında narkotik vasitədən istifadəyə görə tutulmuş və məhkəmənin hökmü ilə ona 2 il azadlığın məhdudlaşdırılması cəzası verilmiş, cəzası bitməmiş bu hadisəni törətmişdir. Belə ki, mərhum Zərərçəkmiş şəxs hadisədən təxminən iki il əvvəl yaşadığı Binə qəsəbəsi ərazisində görüb tanımışdır. Zaur da onun kimi məhkumluq həyatı yaşamış, lakin ondan yaşca cavan olmuşdur. Zaurla münasibətləri yaxşı olmuşdur, hətta onun evində qonaq da olmuşdur. Lakin bir müddətdən sonra Zaur spirtli içki içdikdən sonra özünü apara bilməyərək onunla söyüşlə danışaraq alçaldırdı. Zaura bunu irad tutsa da o buna heç bir əhəmiyyət verməmişdir. Zaur ondan daha cavan və fiziki cəhətdən qüvvətli olmasından istifadə edərək onunla təhqir edici rəftara davam etmişdir. Hadisə törətdiyi yer baldızları və qaynı yaşadığı Bakışəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İsazadə küçəsi, ev 3-ün düz qarşısında olmuşdur. Hadisə günü yəni, 07.01.2022-ci il tarixdə saat 16 radələrində o həmin məhəlləyə gəlib “besedka” da oturmuşdur. Zərərçəkmiş şəxs həmin vaxt öz tanışları ilə həmin yerdə spirtli içkilər qəbul edirdi. Zərərçəkmiş şəxs heç bir səbəb olmadan oturduğu yerdən ona söz atmağa başlamış, o isə Zaura ona ilişməməsini bildirmişdir. Hətta həmin vaxt Zərərçəkmiş şəxs ətrafında olanlar da ona irad tutmuşlar ki, “içkilisən, heç kimə ilişmə”. Hətta bir neçə dəfə vəziyyət o yerə gəlib çatmışdır ki, o Zərərçəkmiş şəxsla tutaşma halına gəlib çıxmış, lakin orda olan şəxslər buna imkan verməmişlər. Son olaraq Zərərçəkmiş şəxs ona tərəf baxaraq əxlaqsız söyüş işlətməsinə görə səbri tükənmiş, o Zərərçəkmiş şəxs kənara çəkilərək ikilikdə söhbət etməyi təklif etmiş, sonuncu ilə təxminən 15 metr kənara çəkilmişlər. Kənara çəkildikdən sonra heç bir söz demədən daimi olaraq cibində gəzdirdiyi cib bıçağını çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs sinəsindən vurmuşdur. Zərərçəkmiş şəxs vurduqdan sonra bıçağı cibinə qoyaraq oradan birbaşa Xəzər RPİ-nin 3-cü PB-nə getmiş, Zərərçəkmiş şəxs vurduğunu bildirərək hadisəni törətdiyi bıçağı da təqdim edərək təslim olmuşdur. Hadisə vaxtı spirtli içki qəbul etsə də, narkotik vasitə qəbul etməmişdir.Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşı olmuşdur.Təqsirləndirilən şəxs 2 il bundan qabaq qardaşı Zaurgilin evində keçirilən doğum günü ilə bağlı qonaqlıqda görüb tanımışdır. Həmin vaxt bilmişdir ki, qardaşı Təqsirləndirilən şəxsla dostluq edir. Təqsirləndirilən şəxs həmin qonaqlıqda söhbət əsnasında uzun müddət məhkumluq həyatı da yaşadığını bildirmişdir. Qardaşı Zaur da əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuşdur. Qardaşı ilə Təqsirləndirilən şəxs arasında hər hansı bir düşmənçilik və ədavətin olması ilə bağlı məlumatı olmamış, bununla bağlı qardaşı ona heç nə deməmişdir. 07.01.2022-ci il tarixdə o, həyat yoldaşı ilə alış-veriş etməyə getmişdir. Təxminən saat 17 radələrində ona qardaşı Zaurun arvadı, yəni gəlinləri Elvira zəng vuraraq qardaşı Zaurun köhnə dostu Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyünü və meyitinin morqa aparıldığını bildirmişdir. Növbəti gün mərhum qardaşı Zauru Buzovna qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xaiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Mərhum Zərərçəkmiş şəxs onun əri olmuşdur. Birgə nikahlarından 2006-cı ildə Davud adlı yeganə oğlan övladları dünyaya gəlmişdir. Zaur fəhləlik etməklə pul qazanıb ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs 2 il bundan qabaq evlərində keçirilən doğum günü ilə bağlı qonaqlıqda görüb tanımışdır. Həmin vaxt bilmişdir ki, əri həmin şəxs Təqsirləndirilən şəxsla dostluq edir. Əri ilə Təqsirləndirilən şəxs arasında hər hansı bir düşmənçilik və ədavətin olması ilə bağlı məlumatı olmamışdır, 07.01.2022-cil tarixdə o, işdə olmuşdur. Təxminən saat 17 radələrində ona əri Zaurun mobil nömrəsindən zəng gəlmişdir. Zəngə cavab verdikdə özünü polis əməkdaşı kimi təqdim edən bir nəfər ona əri Zaurun yaralandığını və ona Xəzər RPİ-nin 3-cü PB-nə gəlməli olduğunu bildirmişdir. Dərhal o, işdən birbaşa Xəzər RPİ-nin 3-cü PB-nə getmişdir. Orada ona bildirmişlər ki, “ərin Zaur yaralı olaraq 26 saylı BŞX-ya aparılıb”. Polis bölməsindən birbaşa 26 saylı BŞX-ya gəlmiş, orada morqda olan zaman bilmişdir ki, əri Zaur Binə qəsəbəsində köhnə dostu Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq öldürülmüşdür. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xaiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. Zauru uşaqlıq vaxtından tanımış, sevib ailə qurmuşdur. Əri İ Qarabağ müharibəsi iştirakçısdır. Hərbi xidmətini çəkdikdən sonra 1992-ci ildə Zaur adam öldürməkdə təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunmuş, 2001-ci ildə həbsdən azad olunduqdan sonra Zaurla ailə qurmuşlar. 2003-cü ildə qızı Məryam dünyaya gəlmişdir. 2009cu ildə Zaur narkotik vasitələrdən istifadəyə görə azadlıqdan məhrum olunmuş, 2010-cu ildə isə azadlığa buraxılmışdır. 2010-cu ildə azadlığa çıxdıqdan sonra Zaur spirtli içkilərini qəbul etmişdir. Lakin spirtli içki içəndə və hətta narkotik vasitədən istifadə edəndə belə Zaur özünü idarə edirdi. Mərhum Zərərçəkmiş şəxs tanımamışdır. 07.01.2022-ci il tarixdə o, işdə olmuşdur. Təxminən saat 16 radələrində Zaurun mobil telefon nömrəsindən ona zəng gəlmişdir. Zaur onun anasıgilin yaşadığı binanın qarşısında bir nəfəri bıçaqla vurduğunu bildirmişdir. Daha sonra Zaur telefonu söndürmüşdür. Təxminən 10 dəqiqədən sonra o, narahat olub yenidən Zaurun mobil nömrəsinə zəng vurmuşdur. Zaurdan həqiqətən də dediyi kimi kimisə vurub vurmamasını soruşmuş, Zaur da həqiqətən belə bir hadisə törətdiyini təsdiqləmiş və bildirmişdir ki, polisdədir, təslim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs atası olmuşdur. Təqsirləndirilən şəxs isə tanımamış , lakin onu 2 il bundan qabaq atasının doğum günündə evlərində keçirilən qonaqlıqda görmüşdür. Atası ilə Təqsirləndirilən şəxs arasında hər hansı bir düşmənçilik və ya ədavətin olmasından məlumatı olmamışdır. 07.01.2022-cil tarixdə günorta saatlarında o dostları ilə Binə qəsəbəsi ərazisində yerləşən kafedə oturmuşdur. Təxminən saat 17 radələrində anası Elvira ona zəng vuraraq atası Zaurun vəfat etdiyini və morqa aparıldığını bildirmişdir. O, dərhal anasının iş yerinə getmiş, anası ilə görüşən zaman bilmişdir ki, atası Zaur bıçaqlanaraq öldürülmüşdür. Növbəti gün atası Zauru Buzovna qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Mərhum Zərərçəkmiş şəxs isə tanımır. Atası həmin şəxs barəsində ona bir söz deməmişdir. 07.01.2022-ci il tarixdə o, evdə olmuşdur. Təxminən saat 17 radələrində anası Arifə ona zəng edərək atası Zaurun bibisigilin binasının qarşısında bir nəfəri bıçaqlayaraq polisə təslim olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ögey qardaşıdır. Qardaşı Zaur sakit və mübahisə sevməyən adamdır, ailə üzvlərinə, həmçinin ona qarşı həmişə mehriban olmuşdur. Mərhum Zərərçəkmiş şəxs isə tanımamışdır. Qardaşı ilə Zərərçəkmiş şəxs münasibətlərindən heç bir məlumatı olmamışdır. Zaurun spirtli içki içməsini bilirdi. Lakin spirtli içki içəndə Zaur özünü idarə edə bilmişdir. 07.01.2022-ci il tarixdə o, işdə olan zaman Zaur ona zəng etmişdir. Lakin telefonda nasazlıq olduğu üçün Zaurun dediklərini başa düşə bilməmişdir. Bundan sonra, təxminən saat 17 radələrində qardaşı Zaurun qızı Məryam ona zəng vuraraq atasının Binə qəsəbəsində Zaur adlı bir nəfəri bıçaqla vuraraq öldürdüyünü bildirmişdir. Bu iş üzrə bildiyi bu qədərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, mərhum Zərərçəkmiş şəxs isə tanımamışdır. Belə ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən kişi salonunda bərbər işləyir. Təqsirləndirilən şəxs da arabir onun yanında saçını düzəltdirirdi. Onu sakit və hörmətcil adam kimi tanımışdır. Hadisə günü, yəni 07.01.2022-ci il tarixdə iş yerində olmuş, saat təxminən 17 radələrində işlədiyi kişi salonunda müştərinin saçını düzəltməklə məşğul olduğu zaman bayırdan səs-küy gəldiyini eşitmiş, pəncərədən bayıra baxdıqda salonuna yaxın, Ə.İsazadə küçəsi ev 3 ünvanı ilə üzbəüz yerləşən söhbətgahın qarşısına və söhbətgahın ərazisinə insanların yığışdığını görmüşdür. İşini yekunlaşdırıb o da söhbətgahın qarşısına getmiş, həmin əraziyə təcili tibbi yardım briqadasının və polis əməkdaşlarının ora gəlməsini görmüşdür. Bilmişdir ki, bir nəfər bıçaq xəsarətləri alaraq həmin yerdə keçinmişdir. Hadisəni Təqsirləndirilən şəxs törətməsini şahid qismində dindirildiyi zaman bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Binə qəsəbə sakini olmaqla həmin qəsəbənin sakini olan Təqsirləndirilən şəxs tanıyır, mərhum Zərərçəkmiş şəxs isə tanımamışdır. 07.01.2022-ci il tarixdə axşamüstü məhəllələri olan Ə.İsazadə küçəsi, bina 3-ün qarşısından keçən zaman çoxlu insanların toplaşdığını görmüş, onlara yaxınlaşdıqda yerdə bir nəfər şəxsin hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Ətrafdakı insanlardan bilmişdir ki, yerdəki şəxsi tanıdığı Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirərək öldürmüşdür. Təqsirləndirilən şəxs bu hərəkətinin səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, nə Təqsirləndirilən şəxs, nə də ki, mərhum Zərərçəkmiş şəxs tanımamışdır. 07.01.2022-ci il tarixdə axşamüstü yaşadığı bina ilə üzbəüz yerləşən binanın qarşısına insanların yığışdığını görüb küçəyə çıxmış, bir nəfər tanımadığı şəxsin yerdə hərəkətsiz uzandığını görmüş, həmin vaxt ora təcili tibbi yardım maşını gəlmiş və o, polis əməkdaşlarının xahişi əsasında yerdə uzanmış və artıq ölmüş şəxsi maşina yerləşdirməyə kömək etmişdir. Artıq müstəntiqə ifadə verən zaman bilmişdir ki, mərhumun ad-soyadı Zərərçəkmiş şəxs olmuş, bu şəxs ad-soyadı Təqsirləndirilən şəxs olan şəxs tərəfindən bıçaqlanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs ilə təxminən 3-4 il olar ki tanış idi. Zərərçəkmiş şəxsla müxtəlif yerlərdə fəhlə kimi işləmişlər. Hətta bir-birlərinin evinə gediş-gəlişləri də olmuşdur. Mərhum Zərərçəkmiş şəxsla aralarında düşmənçilik və ədavət olmamış, həmçinin onun kənar şəxslərlə də düşmənçilik və ədavət olması ilə bağlı heç bir məlumatı yoxdur. Mərhum Zaur spirtli içkiyə meylli insan olmuş, arabir spirtli içki qəbul etmişdir. Spirtli içki qəbul etdikdən sonra hiss etmişdir ki, mərhum Zaur hər şeyə tez əsəbiləşib özündən çıxmışdır. Təqsirləndirilən şəxs 2-3 il bundan qabaq usta işi gördüyü vaxt tanımışdır. Zaur onun qardaşının işlədiyi cəzaçəkmə müəssisəsində vaxtilə məhkumluq həyatı yaşamışdır. Təqsirləndirilən şəxs haqda çox şeyi bilməsə də, onu deyə bilmişdir ki, evlidir və bildiyi qədərilə bir qız övladı vardır. Mərhum Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs öz aralarında yaxın dost olmuş, hətta bir neçə dəfə o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla bir yerdə oturub yeyib-içmişlər. Heç bir zaman Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında hər hansı bir düşmənçilik vəədavətin olması ilə bağlı məlumatı olmamışdır, bununla bağlı sonuncuların heç biri ona heç nə deməmiş, kənar şəxslərdən də bir söz eşitməmişdir. Təqsirləndirilən şəxs arabir onunla əlaqə saxlamış, gah onunla bir yerdə oturub söhbətləşməyi təklif etmiş, gah da borc pul istəmişdir. Məlum hadisədən təxminən 2-3 gün əvvəl o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir yerdə oturub yeyib içdikləri vaxt sonuncuların arasında spirtli içki üstündə mübahisə yaranmış, lakin o, həmin vaxt araya girib aranı sakitləşdirmişdir. Qısa müddətdən sonra hər şey yoluna düşmüş, mehriban şəkildə oturub yeyib içməyə davam etmişlər. Məlum hadisə günü, yəni 07.01.2022-cil tarixdə, səhər təxminən 11 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq borc pul istəmişdir. Lakin o, nəvəsinin xəstə olduğunu və pulunun olmadığını bildirmişdir. Təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs yenidən ona zəng vurub təkrar olaraq borc pul istəmişdir. O da yenidən Təqsirləndirilən şəxs pulunun olmadığını bildirmişdir. Həmin andan sonra nə Təqsirləndirilən şəxsla, nə də Zərərçəkmiş şəxsla hər hansı bir formada əlaqə saxlamamış və görüşməmişdir. Saat təxminən 21 radələrində yaşadığı ərazinin sahə rəisi Heydər müəllimin deməsindən bilmişdir ki, Zərərçəkmiş şəxs dostu Təqsirləndirilən şəxs tərəfindən Binə qəsəbəsində bıçaqlanaraq öldürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmişşəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinə ünanlanan 07.01.2022-ci il tarixli raportdan müəyyən olunur ki, 07.01.20221-ci il tarixdə saat 17:02 radələrində Binə qəsəbəsi Ağ Sarayın arxasında Zaur adlı şəxsin bir nəfəri bıçaqlaması barədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» 07.01.2022-cı il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 1 ünvanın həyət ətərəfdən qarşısında yerləşən söhbətgahdır. Söhbətgahın ərazisinə giriş bir-birindən aralı şəkildə yerləşən 3 giriş hissədən ibarətdir. Girişin ikisi bağlı olmaqla kilidələ bağlanmış, biri isə açıq olmuşdur. Söhbətgaha girişdən sol tərəfdə, skamyaların qarşısında, döşəmə səthi üzərində Zərərçəkmiş şəxs kürəyi üstə uzanıqlı şəkildə meyiti aşkar olunmuşdur. Meyitin ətrafında döşəmə üzərində, skamyanın oturacaq hissəsində qanabənzər ləkələr müşahidə edilir. Döş qəfəsinin ön səthinin sol körpücük xətti üzrə İV-V qabırğaarası səviyyədə, çəp istiqamətli 2,0X0,5 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara vardır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinin 2981-1222 saylı, 19.05.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs cibində gəzdirdiyi cib bıçağı ilə sinəsindən vuraraq qətlə yetirən Təqsirləndirilən şəxs Siyavşoviç hadisədən dərhal sonra Xəzər RPİ-nin 3-cü PŞ-nə gələrək təslim olmuş və hadisə zamanı istifadə etdiyi bıçağı təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış 07.01.2022-ci il tarixli, 1\37 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan müəyyən olunur ki, həmin tarixdə, saat 18:10-da keçirilmiş müayinədə Təqsirləndirilən şəxs sərxoşluğu orta dərəcədə müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 07.01.2022-cı il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Siyavşoviç Azərbaycan Respublikası CM-nin120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin 08.01.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Siyavşoviçin barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 12.01.2022-ci il tarixli, 20 saylı rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində travma almasını göstərən xəsarətin hər-hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 07.02.2022-ci il tarixli, 04 saylı rəydən müəyyən olunur ki, Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarət: - ürək kisəsinin (perikardın) və ürəyin sağ mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yara; Qeyd olunan 1 ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin (ola bilsin bıçağın) deşici-kəsici təsirindən törənmişdir, həyatidir, törənmə müddəti onun meyitinin meyitxanada məhkəmə-tibb müayinəsindən az əvvəl olmaqla qərarda göstərilən 07.01.2022-ci il tarixə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarət - döş qəfəsinin ön səthinin sol yarısının daxilə - döş boşluğuna nüfuz edən və ürək kisəsinin (perikardın) və ürəyin sağ mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətinə malikdir, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Yara kanalının istiqaməti öndən arxaya, soldan az sağa, yuxarıdan bir qədər aşağıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürək kisəsinin (perikardın) və ürəyin sağ mədəcik əzələsinin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. “Müqavimət göstərmə və dalaşma” məhkəmə-tibb termini deyildir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan deşilmiş-kəsilmiş yara ekspertizaya təqdim olunmuş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, oturaq, yanuzanıqlı və s. ola bilərdi). Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsrət uyğunluq təşkil edir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 27.01.2022-ci il tarixli, 353 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi bioloji ekspertizasının 14.02.2022-ci il tarixli, 23\2022-MTBŞ saylı rəyindən müəyyən olunr ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Oalfa, beta/İ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu - B/İİİ/. Ekspertizaya təqdim olunmuş 01(bir) ədəd cib bıçağı, 03 (üç) ədəd çubuqlu pambıq tampon, 01 (bir) ədəd alışqan, “Piramida” markalı siqaret qutusu, Zərərçəkmiş şəxs məxsus 01 (bir) cüt ayaqqabı, kepka papaq, trusik, vodolazka, idamn şalvarı, cins şalvar və papaqlı jaket üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “H” antigeni, bəzi ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfa, beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus sviter, cins şalvar, gödəkçə və 01 (bir) cüt ayaqqabı üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi-ukriminalistik və məhkəməkriminalistik eksçpertizasının 28.02.2022-ci il tarixli, 18-MTKŞ saylı rəydən müyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkçə və kofta) ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə iti olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkçə və kofta) üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin xətti ölçüsünü nəzərə alaraq güman etmək olar ki, alətin tiyəsinin eni batma səviyyəsində 1,6 smdən az olmamışdır, onun bədənindəki deşilmiş-kəsilmiş xarakterli xəsarətin yara kanalının uzunluğuna görə isə iz törədən alətin uzunluğu təxminin 6-8 sm-ə yaxın ola bilərdi. Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkçə və kofta) üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədənin yerləşməsinə görə zədənin istiqaməti öndən-arxaya doğru olmuşdur. Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkçə və kofta) ön səthində solda olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun döş qəfəsinin ön səthinin sol yarısında olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədəyə görə o, xəsarəti alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi, zədə nahiyyəsi isə iz törədən alətə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkçə və kofta) ön səthində solda aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus şalvarı öndən bağlanan düymənin öz yerində olmaması aşkar olundu. Bu düymənin öz yerində olmaması şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs məxsus idman şalvarın ön səthində sağda cırılma zədəsi aşkar olundu. Bu cırılma küt yaranma mexanizminə malik olub, ola bilsin ki, idman şalvarın müvafiq nahiyəsinin hər hansı bir predmetə ilişib dartılması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı, trusik və papaq üzərində hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı, şalvar, sviter və gödəkçənin üzərində hər hansı bir zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 01.03.2022-ci il tarixli, 159 saylı rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, hövsələsizlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Nümayişkaranəlik, neqativ amillərə qarşı dözümsüzlük, hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərkən psixiemosional vəziyyətində hirslilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməllərini törədərkən öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsi 29.01.2022-ci il tarixli, 1059 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Siyavşoviç və Zərərçəkmiş şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmayıblar. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsi və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsinin 08.01.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 95, 220-2 və 38-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilmiş, 08.10.2001-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs Siyavşoviç Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib Əzizbəyov rayon Xalq Məhkəməsinin 01 fevral 2010-cu il tarixli hökmü ilə 01 il 06 ay müddətində azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 10.12.2010-cu il tarixli qərarına əsasən cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs Siyavşoviçin qeyd olunan məhkumluqları CM-nin 83-cü maddəsinə əsasən ödənilmiş və CM-nin 83.6-cı maddəsinin tələbinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bundan savayı Təqsirləndirilən şəxs Siyavşoviç Bakı şəhəri Xəzər rayon mhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin 21-1/3-5899/4 saylı, 28.04.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs Siyavşoviç 28.12.2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, 08.01.2022-ci il tarixdə həbs edildiyi üçün cəza müddətinin hesablanması dayandırılmışdır. «8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasn Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-738/2022 saylı, 05.03.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır və hal-hazırda Təqsirləndirilən şəxs Siyavşoviç cəzasının çəkilməmiş hissəsi 01 il 11 ay 26 gün təşkil edir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Siyavşoviçə cəza təyin edilərkən əvvəlki hökmlə əsas və əlavə cəzasınının çəkilməmiş hissəsi, yəni 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırlmasının iki günü bərabər tutulur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, Təqsirləndirilən şəxs Siyavşoviçin Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Siyavşoviçin əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayə hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarın 21-ci maddəsinəəsasən qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi vəşəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Belə ki, məhkəmə baxışında ibtidai araşdırma orqanının gəldiyi nəticə, Təqsirləndirilən şəxs 07.01.2022-ci il tarixdə, orta dərəcəli sərxoşluq halında Zərərçəkmiş şəxs bıçaqla zərbə endirməklə, sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməsi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirin əzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə Təqsirləndirilən şəxs Siyavşoviçin əməlində onun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Siyavşoviçin könüllü olaraq Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nə gəlib təslim olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, lakin onun törətdiyi Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinin tələbləri Təqsirləndirilən şəxs cəza təyin etdikdə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Siyavşoviç cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli isə 07.01.2022-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada vəəvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 02 (iki) ədəd DNT çöplərdə qanabənzər maddələrdən nümunələr, 01 (bir) ədəd açılıb-qatlanan düyməli qara rəngli cib bıçağı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) cüt qara rəngli ayaqqabı, 01 (bir) ədəd üzərində ağ xətli zolaqları olan papaqlı gödəkçə, 01 (bir) ədəd göy rəngli cins şalvar və 01 (bir) ədəd qara rəngli sviter və Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd göy rəngli üzərində qara rəngli kəməri olan cins şalvar, 01 (bir) ədəd xaki rəngli üzərində naxışları olan içərisi yun papaqlı jaket, 01 (bir) ədəd mavi rəngli üzərində naxışları olan trusik, 01 (bir) ədəd boz rəngli ciblərində qırmızı xətləri üzərində “Pierre Cardin” yazısı olan idman şalvarı, 01 (bir) ədəd qulaqlı kepka və 01 (bir) cüt qara rəngli ipli ayaqqabı, o cümlədən Zərərçəkmiş şəxs məxsus olan 01 (bir) ədəd “Pramida” markalı siqaret qutusu və 01 (bir) ədəd spiral alışqan məhv edilməlidir. Təqsirləndirilən şəxs Siyavşoviçin məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki üz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 16 (on altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07.01.2022-ci il tarixdən il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 02 (iki) ədəd DNT çöplərdə qanabənzər maddələrdən nümunələr, 01 (bir) ədəd açılıb-qatlanan düyməli qara rəngli cib bıçağı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) cüt qara rəngli ayaqqabı, 01 (bir) ədəd üzərində ağ xətli zolaqları olan papaqlı gödəkçə, 01 (bir) ədəd göy rəngli cins şalvar və 01 (bir) ədəd qara rəngli sviter və Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd göy rəngli üzərində qara rəngli kəməri olan cins şalvar, 01 (bir) ədəd xaki rəngli üzərində naxışları olan içərisi yun papaqlı jaket, 01 (bir) ədəd mavi rəngli üzərində naxışları olan trusik, 01 (bir) ədəd boz rəngli ciblərində qırmızı xətləri üzərində “Pierre Cardin” yazısı olan idman şalvarı, 01 (bir) ədəd qulaqlı kepka və 01 (bir) cüt qara rəngli ipli ayaqqabı, o cümlədən Zərərçəkmiş şəxs məxsus olan 01 (bir) ədəd “Pramida” markalı siqaret qutusu və 01 (bir) ədəd spiral alışqan məhv edilsin Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-890/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-890/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver