Məhkəmə qərarları › İş №1(101)-890/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-890/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-890/2023 11.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X4 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 2000-ci ildə Saatlı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Səbail rayon məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş), məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 4,832 qram qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 4,910 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib üzərində saxlayaraq ünvan 3 ünvanda yerləşən “Cənub” marketin qarşısına qanunsuz daşımış, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə saat 14:30-da ünvan 3 ünvanda yerləşən “Cənub” marketin qarşısında saxlanılaraq Azərbaycan Respublikası DİN-in BNMİ-nin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilmiş və həmin gün saat 16:00-dan etibarən xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,832 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,910 qram olan psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 noyabr 2022-ci il tarixdə saat 14:30-da Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində yerləşən “Cənub” marketin yaxınlığında piyada hərəkət edən zaman əvvəllər tanımadığı 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, sonradan həmin şəxslərdən birinin Arif olduğunu bilmişdir. Polis əməkdaşları onu təpik və yumruqla döyərək markasını və nömrəsini xatırlamadığı ağ maşına əyləşdirib Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində olan parkın yaxınlığına gətirərək, sonra da oradan nömrəsini xatırlamadığı qara rəngli “Mercedes” markalı maşına əyləşdirib yaşadığı evin yaxınlığına, yəni Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsinə gətirib evində narkotik vasitə olduğunu demişlər. O da polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə olmadığını bildirmişdir. Sonra da ona etiraf etməyi barədə təzyiq göstərmişlər. Daha sonra həmin şəxslər fikirlərini dəyişib onu BNMİ-nin inzibati binasına aparmışlar. Orada otaqların birində Arif kimi bildiyi polis əməkdaşı və adlarını bilmədiyi 3 nəfər mülki geyimdə olan şəxslər ona hədə-qorxu gələrək cibinə 2 büküm qoyub həmin bükümlərin üzərindən çıxdığını demişlər. O da polis əməkdaşlarına həmin bükümlərin ona aid olmadığını bildirmişdir. Onun üzərində istifadəsi üçün gəzdirdiyi təxminən yarım qram narkotik vasitə heroin və yarım qram psixotrop maddə metafetamin olmuşdur. Bundan sonra Arif və adlarını bilmədiyi mülki geyimdə olan şəxslər ona təzyiq göstərərək cibinə qoyduqları 2 bükümü şəxsi axtarış zamanı etiraf edəcəyi, həmçinin pul verəcəyi təqdirdə onu buraxacaqlarını demişlər. O da məcbur olub razılaşmış, sonra da polislərin qoyduqları 2 büküm üzərində olan zaman videoçəkilişə üzərinə baxış keçirilmiş, videoçəkilişlə üzərinə baxış keçirilən zaman vəkil gəlmişdir. O, həmin vaxt vəkilə polislərin ona hədə-qorxu gəlib üzərinə narkotik vasitələr qoyduqlarını deməmiş, məcbur olub protokolları və izahatı oxumadan imzalamışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalmışdır. Onu Bayıl qəsəbəsində “Cənub” marketin yanında saxlamışlar. Hərbi xidmətdə olmamış, maştağada ruhi-əsəb dispanserində qeydiyyatda olmuş və sakitləşdirici dərmanlardan istifadə etmişdir. Müalicə olunan zaman istifadə etdiyi dərmanların adlarını xatırlamamışdır. Futbol üzrə Azərbaycan milli komandasının heyətində çıxış etmişdir. Onu günorta saatlarında 3 nəfər tanımadığı şəxslər saxlamış, tutularkən üzərində yarım qram heroin və yarım qram metafetamin olmuşdur. Tutulduqdan sonra onun yaşadığı ərazinin yaxınlığına aparmışlar. Saxlanılan zaman üzərində mobil telefon olmuş, lakin bank kartı olmamışdır. Polis əməkdaşları azad olunması üçün ondan pul istəmiş, onu ilk olaraq BNMİ-nin inzibati binasına, sonra da Səbail RPİ-ə aparmışlar. Narkotik vasitə və psixotrop maddəni tanımadığı xarici vətəndaşdan 25-30 manat ödəməklə şəxsi istifadəsi üçün almışdır. Dostları ilə aralarında narkotik vasitələrin istifadəsi ilə bağlı yazışmalar olmuş və saxlanılan vaxt heç yerdə işləməmişdir. Saxlanıldıqdan sonra polis əməkdaşları onu hansı səbəbdən yaşadığı evin yaxınlığına apardıqlarını bilməmiş, polis əməkdaşları onu BNMİ-nə aparmazdan əvvəl pul istəmiş, avtomobilə də əyləşdirən kimi üzərinə baxış keçirmişlər. Narkotik vasitələri videoçəkilişdən əvvəl polis əməkdaşları cibinə qoymuş, fiziki təzyiq olunduğu üçün narkotik vasitələrin ona məxsus olduğunu demişdir. Səbail RPİ-də ekspert tərəfindən xəsarətləri ilə bağlı akt tərtib olunmuş, həmçinin Bakı İstintaq Təcridxanasında xəsarətlərini qeyd etmişlər. Ona fiziki təsir göstərməyən polis əməkdaşını ibtidai istintaq zamanı onunla üzləşdirməyə gətirmişlər. Ona xəsarət yetirən şəxslər məhkəmə iclasına gəlsə onları tanıya bilər. Prokurorluq əməkdaşı tərəfindən izahatı alınmamış, xəsarətləri ilə bağlı aparılmış araşdırmanın nəticəsi ilə əlaqədar heç bir qərarın surətini almamışdır. Şəxsi axtarış zamanı üzərimdən “Samsung” markalı mobil telefon aşkar edilmiş, şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. ***-***-**-** saylı nömrədən istifadə etmiş, narkotik vasitələrlə bağlı yazışmaları və danışıqları olmuşdur. Şahid2 ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 24 noyabr 2022-ci il tarixdə DİN-in Baş Narkotİklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat barədə İdarənin rəhbərliyinə məruzə olunduqdan sonra DİN-in Baş Narkotİklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 və ondan ibarət tərkibdə əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 noyabr 2022-ci il tarixdə saat 14:30da Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində yerləşən “Cənub” marketin yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədil ilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyini izah edib DİN-in Baş Narkotİklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə İdarəyə getmişdir. DİN-in BNMİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil Təqsirləndirilən şəxs təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefonu, əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni və 1 ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər kütləni masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə və metafetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 5,5 qram, metafetaminə bənzər kütlənin çəkisinin isə 5,5 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələri saxlanılmazdan 1 gün əvvəl əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, Təqsirləndirilən şəxs tutulan zaman müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərində 2 büküm olmaqla, hər bükümdə 5,5 qram heroin və metafetamin olmuş, Təqsirləndirilən şəxs o və Şahid1 saxlamışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra BNMİ-nin inzibati binasına aparmış, digər hansısa əraziyə və ya binaya aparmamışlar. Təqsirləndirilən şəxs saxladıqdan 15-20 dəqiqə sonra BNMİ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs xəsarət yetirilməsi ilə bağlı prokurorluğa çağırıldığını xatırlamamış, bir dəfə prokurorluqda barəsində olan şikayətlə bağlı izahat vermiş, lakin Təqsirləndirilən şəxs şikayəti ilə bağlı olub-olmadığını xatırlamamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqə 110-115 və 239- 244). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə saat 14:30-da Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində yerəşən “Cənub” marketin qarşısında piyada hərəkətdə olarkən saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş, həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, sol yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər kütlə aşkar olunmuşdur (cild 1, iş vərəqə 31-33). Cinayət işinin materiallarında olan “cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilərək hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə haqqında” qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefonu, əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni və 1 ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər kütləni masanın üzərinə qoymaqla təqdim edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin sonuncunun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə və metafetaminə bənzər kütlə elektron tərəzidə çəkilir. Heroinə bənzər kütlənin çəkisi 5,5 qram, metafetaminə bənzər kütlənin çəkisinin isə 5,5 qram olması müəyyən olunur. Sonra həmin kütlələr qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənir. Zərfin üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri üzdən tanıdığı sosial şəbəkə vasitəsilə tanış olduğu “Ziko” adlı şəxsin bank hesabına 150 manat pul göndərməklə saxlanılmazdan 1 gün əvvəl Bakı şəhəri, Səbail rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən şəxsi istifadəsi üçün götürdüyünü, heç kimə narkotik vasitə satmadığını, lakin hədiyyə verdiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını və ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir (cild 1, iş vərəqə 103). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2022-ci il tarixli 6/6737 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7 N-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr” yazısı və imzaları olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,832 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 4,910 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in, metafetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 4,832 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,732 qram, heroinin ümümi təmiz çəkisi 4,910 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,810 qram, cild 1, iş vərəqə 40-42). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında” 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefonun ön və arxa hissəsi qızılı rənglidir, telefonun ön hissəsində ekran üzərində gözlə aşkar görünən ləkə və arxa hissəsində çoxsaylı cızıqlar vardır. Ekranı kilidə salmaq üçün istifadə olunan düymənin yerində olmaması müşahidə olunmuşdur. Telefon aparatının təsviri kodu hissəsi 5,3,6,9 rəqəmlərinin saat əqrəbi istiqamətində birləşməsindən ibarətdir. Həmin telefon aparatının üzərində olan mobil nömrələri müəyyən etmək üçün telefon aparatında *666# yes kodu daxil edilsə də xəta baş verdiyindən müəyyən etmək mümkün olmamışdır. Lakin başqa telefon aparatının yaddaşında “əlaqələr” başlıqlı telefon kitabçası bölümündə həmin telefon aparatının üzərində “050-781*82-79” saylı nömrənin olması müəyyən olunmuşdur. Bundan başqa telefon aparatının yaddaşında “əlaqələr” başlıqlı telefon kitabçası bölümündə iş üçün əhəmiyyət kəsb edən məlumat müəyyən olunmuşdur. Telefon aparatı açılaraq zəng bölməsində *#06# kodu daxil edildikdə telefonun RZ8KA24SDYJ SN kodlu, **********04883/1 və **********04881/01 İMEİ kodlu olması müəyyən olunmuşdur. Telefon aparatının yaddaşında “SMS” başlıqlı bölməsində “Ağa Bayıl” adlı ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə telefon cihazına daxil olmuş ismarıcın mətnində qeyd olunmuşdur ki, “yetim 20 manata satmısıg burda qasid telefdeyem. Nese duzelirmi qaqam. Ancax daş. oyy blaa mezelenme. Hec cure alınmır. E o bayıldadı anam canı tekem men Allahaqqı. Zibilliyin yanındayam. Qaqa bayaqkı brat o neydi vermisen senol çet yoxiydu orda dedem canı qulaq as sey var. 1Onig masinnam gelerdim o terefe. Qaqa gelde qadan alim telefonum sonur, Qaqa takside gözdirik”. Bundan başqa “SMS” başlıqlı bölməsində “Elton Elgun” adlı ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə telefon cihazına daxil olmuş ismarıcın mətnində qeyd olunmuşdur ki, “Qaqa atmışığ aa pulu. Çek də mended. Camal sizin mehellediyik brat. Olmaz axi bele qaqa ”. Bundan başqa “SMS” başlıqlı bölməsində ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə telefon cihazına daxil olmuş ismarıcın mətnində qeyd olunmuşdur ki, “Camal sen ALLAH HEÇKİM bilmesin olurem ata Anamizin cani. Nese ede bilersen gelim yanvar pul para var ha, narhat olma mene bir cavab dede men damsa bilmirem evdeyem. Camal gelim deyim sene? Ay qaqa niye bele edirsen”. Bundan başqa telefon aparatının yaddaşında “mənim fayllarım” başlıqlı bölməsində “təsvir” adlı hissəsində olan “WhatsApp İmages” adlı qovluğunda cəmi 10 ədəd fotoşəkil olmaqla onlardan 3 ədədi siqaret qutularını göstərməklə siqaret qutusunun atıldığı məkan, 2 ədədi narkotik vasitəyə bənzər bükümün təsviri, 1 ədədi isə “4098-5844-6004- 9024” saylı bank kartının fotoşəkli, 4 ədədi isə pul vəsaitlərinin göndərilməsi barədə qəbzlərin şəklidir. Həmin qəbzlərdə X2 8 rəqəmi 60049024 olan “Leobank” hesabına xx.xx.2022-ci il tarixdə saat 15:17-də 25 manat pul göndərilməsi, 416-973-******2150 nömrəli “Kapital Bank” hesabına xx.xx.2022-ci il tarixdə saat 3:04-də 8 manat pul göndərilməsi, 416-973- ******2150 nömrəli “Kapital Bank” hesabına xx.xx.2022-ci il tarixdə saat 23:26-da 7 manat pul göndərilməsi, 523-915- ******4558 nömrəli “Kapital Bank” hesabına xx.xx.2022-ci il tarixdə saat 23:27-də 8 manat pul göndərilməsi müəyyən olunmuşdur. Bundan başqa telefon aparatının yaddaşında “Samsung Notes” adlı bölməsində “istoriya” qovluğunda "xxxx" ASC- 516-974******6769 nömrəli hesabdan 412-720******6660 nömrəli hesaba 75.00 manat pul göndərilməsi müəyyən olunmuşdur. Bundan başqa telefon aparatının yaddaşında 1-ci “WhatsApp” ani mesajlaşma sistemində “Fotosum-***-***-**-**”, “***-***-**- **”, “***-***-**-**”, “Ceyran-055- 256-52-06”, “Ceyran Nar-***-***-**-**”, “***-***-**-**”, “***- ***-**-**” kimi ad və nömrələr qeyd olunan şəxslərlə ayrı-ayrılıqda bir-birinə yazı və səsli ismarıclar göndərilib qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri və sair barədə danışıqlar aparılması müəyyən olunmuşdur. Bundan başqa telefon aparatının yaddaşında 2-ci “WhatsApp” ani mesajlaşma sistemində “Telman Məhlə U - ***-***-**-**”, “Anar Nar - ***-***-**-**”, “Namiq Rew - ***-***-**-**” və “***-***-**-**” kimi ad və nömrələr qeyd olunan şəxslərlə ayrı-ayrılıqda bir-birinə yazı və səsli ismarıclar göndərilib qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri və sair barədə danışıqlar aparılması müəyyən olunmuşdur. Telefon aparatının yaddaşında olan 30 fotoşəkil iş üçün sübut əhəmiyyətinə malik olduğundan cinayət işinə əlavə edilməsi üçün fotoşəkilləri çəkilmiş və çap olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 53-102). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarına əlavə edilmiş əlavə edilmiş diskə baxış keçirilməsi” haqqında 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, diskin içərisində “503966594_SMS”, “504348103_SMS”, “507818279_SMS”, “**********94”, “**********03”, “**********79” adlı “Tekstovıy dokument (,txt)” formatlı, “abuneciler24998” və “antena24998” adlı “X13 97-2003 (.xls)” formatlı fayllar vardır. “503966594_SMS” adlı fayla baxış keçirilərkən “xx/xx/2022, 21:00:55, **********94, **********77, LEO BANK 4098 5844 6004 9024 X14 OĞLU xx/xx/2022, 21:00:55, **********94, **********77, LEO BANK 4098 5844 6004 9024 ƏHMƏDOVANARMƏMMƏDOĞLU”, “xx/xx/2022,00:58:08,**********94,**********01, Opwi 3.4qr tema var burda pilus bunu hele cetdemisendesalafanlarindacekisivar”, “8/11/2022,14:33:27,**********57,**********94,Qaqa biz isdiyirik ey qaqa cani usdamda lomkadadi məndə qaqa dünən, senen goturduyum temani eləmişik fso uje aqridan isdiyemink qaqa cani usdama demisdimki pataloku 40 deyqaya alınacaq qaqa 1 saahat yarım keçib uje qardaşim sən ol isdemeliyik aqridan isdiyemirik qaqa cani oturmuşuq mənə bir xəbər de da qardaşim ???”504348103_SMS” adlı fayla baxış keçirərkən “xx/xx/2022,18:45:17,**********42,**********03,Qaqamsan ayrh ayri qoydur bilinsin da brat ayridi pulu vurdug uje”, “9/11/2022,13:33:11,**********01,**********03, Camal ac telefonu sene hormet eledim 20 manatin evezine 1 qrama yaxin mal verdim ve yari yarida ayri mal verdim satib 5-10 qazanasan”,“**********,**********03,Qaqa vayagki brat o neydi vermisen senol cet yoxiydu orda dedem cani wulag as sey var 10nig masinnam gelerdim oterefe?” məzmunlu məsajlar müəyyən olunmuşdir (cild 2, iş vərəqə 6-7). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və X10 Hüquqi Şəxsinin 5 dekabr 2022-ci il tarixli 555 saylı rəyi ilə müəyyən edilmişdir ki, 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı sifət, qulaq, burun, almacıq və bədəninin digər nahiyələrində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 231-233). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 5 dekabr 2022-ci il tarixli 7368 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlənn qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 234-235). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən onun təxirəsalınmaz tibbi müayinəsi zamanı bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır (cild 3). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 yanvar 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqə 27-29). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 4,732 qram olan narkotik vasitə heroin, 4,810 qram olan psixotrop maddə metafetamin və 1 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 2, iş vərəqə 35-51). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən, hökmün surətindən və “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 11 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 165-180 və cild 2, iş vərəqə 35-51). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 26 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 140-143). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 noyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 4,732 qram olan narkotik vasitə heroin və 4,810 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 4,732 qram olan narkotik vasitə heroin və 4,810 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına təhvil verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar