Məhkəmə qərarları › İş №1(101)-891/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-891/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-891/2021 26.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci, 228.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, habelə qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etmiş, saxlamış və gəzdirmiş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq - külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid5 18 iyul 2019-cu il tarixli 224 saylı “Daxili maliyyə lizinq müqaviləsi” əsasında 10200 manat ilkin ödəniş edib 48 ay müddətində əlavə olaraq 40800 manat ödəmək şərti ilə istifadəsinə verilmiş “BMW 528” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili aylıq kredit ödənişlərini ödəyəcəyi vədi ilə 2020-ci ilin aprel ayının əvvəllərində aralarında olan şifahi razılaşmaya əsasən Şahid5 almış, avtomobilin banka olan aylıq ödənişlərini ödəmədiyi üçün bank əməkdaşlarının krediti ödəməsi tələbindən sonra aralarında yaranmış narazılıq səbəbindən 11 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan 33750 manat dəyərində olan həmin avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolunun yaxınlığında dərədən aşırtmaqla qəsdən məhv edib Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, 2008-ci ildə Rusiya Federasiyasında zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli, İJ-79-9T modelli, travmatik tapançalara məxsus lüləsi kustar üsulla qaynaq vasitəsi ilə yivsiz lüləyə dəyişdirilmiş, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən ********** nömrəli bir ədəd odlu silahı, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 8 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı, PM modelli, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 4 ədəd patronu istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq - 7,602 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 may 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 14:45-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, ev 26 ünvanının qarşısında saxlanılıb İdarənin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi zavod üsulu ilə 2008-ci ildə Rusiya Federasiyasında istehsal olunmuş, 9 mm kalibrli, İJ-79-9T modelli, travmatik tapançalara məxsus lüləsi kustar üsulla qaynaq vasitəsi ilə yivsiz lüləyə dəyişdirilmiş, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən ********** nömrəli bir ədəd odlu silah əynindəki göy rəngli cins şalvarın arxa hissəsində kəmərə keçirilmiş şəkildə olmaqla belindən, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 8 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı, PM modelli, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd daraq və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 4 ədəd patron şalvarının sol arxa cibindən, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda - 7,602 qram çəkidə narkotik vasitə heroin 3,062 qram və 4,540 qram çəkidə iki ədəd ayrı-ayrı sellofan bükümlərdə olmaqla şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, o, müxtəlif fərdi işlərlə məşğul olmaqla maddi ehtiyaclarını ödəmişdir. Heç vaxt narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmiş və satışı ilə məşğul olmamışdır. Əvvəllər müxtəlif cinayətlər törətdiyi üçün məhkum olunmuşdur. 12 may 2020-ci il tarixdə saat 14 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən ona telefonla zəng edilərək 8-ci km qəsəbəsi ərazisində onunla görüş təyin edilmişdir. O da etiraz etməyib həmin görüşə getmiş və əməkdaşlarla görüşəndən sonra onu avtomobilə mindirib həmin idarəyə aparmışlar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ondan sosial şəbəkələrdə yayılmış avtomobilə zərər vurması ilə bağlı soruşulmuş və o da hər şeyi olduğu kimi etiraf etmişdir. Bundan sonra onun üzərindən silah-sursat və narkotik vasitə tapılması ilə bağlı sənədləşmə aparılmış, tərtib olunmuş sənədlərə imza etdirilmişdir. Sonra da onun üstündən çıxmış kimi rəsmiləşdirilmiş əşyalarla bağlı izahat tərtib olunmuş və ona imzalatdırılmışdır. Daha sonra müstəntiq tərəfindən də bu qaydada sənədləşmələr davam etdirilmişdir. Halbuki, silah və narkotiklə bağlı məsələlərə onun heç bir aidiyyəti yoxdur. Amma avtomobilə ziyan vurması ilə bağlı əməli o törətmişdir və bunu səmimi etiraf edir. Belə ki, o, Şahid5 avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyır, onunla aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 2020-ci ilin yanvar ayında Zamindən ilkin ödəniş 12500 manat ödəməklə “Porsche” markalı avtomobil almış, həmin avtomobilə hər ay 850 manat olmaqla 34 ay müddətində kredit ödəməli olmuşdur. Lakin sonradan həmin avtomobildə problemlər yarandığından avtomobili qaytarmaq qərarına gəlmiş və 2020-ci ilin fevral ayının sonlarında “Porsche” markalı avtomobili Zaminin tanışı Abbasa verib “BMW” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmüşdür. Həmin avtomobil Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olmuş və onu Abbas idarə etmişdir. Avtomobili adına sənədləşdirmək istəyərkən Abbas həmin sənədləşmənin Zamin ilə birlikdə baş tutacağını demişdir. O, bunun səbəbini soruşduqda Abbas avtomobilin Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti ilə Zamin arasında bağlanmış müqaviləyə əsasən Zaminə verildiyini bildirmişdir. O, Abbasa “Porsche” markalı avtomobili və 2500 ABŞ dolları pul vermiş, həmin pul Zaminə məxsus plastik karta göndərilmişdir. Razılaşmalarına əsasən Zamin də həmin avtomobili onun adına sənədləşdirməli olmuşdur. Avtomobili Zamingildən alan zaman avtomobilin banka bir ay gecikməsi olmuşdur. Keçən müddət ərzində Zaminə dəfələrlə “BMW” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili onun adına sənədləşdirməsini desə də sonuncu hər dəfə müxtəlif bəhanələr edərək bunu etməkdən yayınmışdır. Buna görə o, avtomobilin aylıq ödənişlərini ödəməmişdir. 2020-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Ramin və Ceyhun adlı əməkdaşları ilə görüşən zaman sonuncular ondan nə üçün avtomobilin aylıq ödənişini etmədiyini soruşmuşlar, o da cavabında Zaminlə aralarında pul ilə bağlı məsələlər olduğu üçün avtomobili onun adına sənədləşdirmədiyini, həmin problemlər aradan qalxdıqdan sonra ödəniş ediləcəyini demiş, onlar da razılaşmışlar. Lakin ötən müddət ərzində həmin problem aradan qalxmadığından, yəni avtomobil onun adına sənədləşdirilmədiyindən o, ödəniş etməmişdir. 2020-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları “BMW” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladığı Bakı şəhəri, Nizami rayonu ərazisinə gələrək avtomobili zorla aparmaq istəmişlər. Bu səbəbdən aralarında problemlər yaranmış və onlarla mübahisə etmişdir. Bundan sonra avtomobili onun əlindən alacaqlarını düşünərək 11 may 2020-ci il tarixdə avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində yerləşən dərəyə aşırtmışdır. Bugünkü günə lizinq şirkəti ilə aralarında anlaşma da əldə edilmişdir və ona qarşı heç bir tələb və şikayət yoxdur. Atası birinci Qarabağ müharibəsində şəhid olmuşdur, himayəsində azyaşlı övladları vardır. Ailənin yeganə qazanc gətirənidir. Ona görə də bütün bu halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini, avtomobilə ziyan vurması ilə bağlı əməlinə görə isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilərək tədqiq olunmuş ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 11 may 2020-ci il tarixdə axşam saatlarında yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, ev 26 ünvanında yerləşən yaşayış binasından çıxıb zibil atmağa getmiş, blokun qarşısında olan zaman yerdə bir ədəd torbanın olmasını görmüş, həmin torba onda maraq oyatdığı üçün onu açıb içərisinə baxmış, torbanın içərisində bir ədəd Makarov tapançasının, 01 ədəd darağın, 04 ədəd patronunu və 02 ədəd bükümün olmasını görmüş, bundan başqa həmin torbanın içərisində 02 ədəd bükümdə nakrotik maddə heroinə oxşar maddənin olmasını görmüşdür. Həmin əşyları götürüb dənizə atmağı fikirləşmiş, onun üçün də həmin torbanı özü ilə götürmüş, məqsədi həmin əşyaların digər şəxslərin əlinə keçməməsi olmuş, bundan sonra həmin əşyaları yaşadığı mənzilə daşımış və gizlətmişdir. Səhəri gün, yəni 12 may 2020-ci l tarixdə saat 14 radələrində həmin əşyaları da üzərində götürməklə yaşadığı evi tərk etmiş, yaşadığım binanın qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmçinin onun odlu silah əldə edib gəzdirməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu qərarla tanış etmiş, daha sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmiş və onların qanuni göstərişlərinə tabe olmuş, orada ona dövlət hesabına müdafiəçi təyin edilmiş, daha sonra şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. Əynində olan göy rəngli cins şalvarın arxa bel hissəsinə yerləşdirdiyi bir ədəd Makarov tapançasını, daha sonra arxa sol cibində saxladığı içərisində 4 ədəd patron olan 1 ədəd darağı, sol yan cibində olan 02 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, daraqda olan patronlar çıxarılaraq baxış keçirilmiş, bundan sonra bükümlər açılmış və içərisinə baxış zamanı bükümün daxilində narkotik vasitə heroinə oxşar maddələrin olması müəyyən edilmiş, daha sonra əynində olan şalvarının sağ yan cibindən 1 ədəd “İphone” markalı mobil telefonunu və şəxsiyyətini təsdiq edən sənədini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra şalvarının sol arxa cibindən 1 ədəd siqaret qutusunu çıxarıb təqdim etmiş, təqdim etdiyi siqaret qutusu əhəmiyyət kəsb etmədiyi üçün özünə geri qaytarılmış, mobil telefon və şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, bundan sonra üzərindən aşkar edilmiş 2 ədəd büküm zərfə qoyulmuş və möhürlənmiş, zərfin üzərinə digər iştirakçılarla birlikdə imza etmişlər. Daha sonra üzərindən aşkar edilmiş silah və patronlar zərfə qoyulmuş və möhürlənmiş, həmin zərfin də üzərinə imza etmiş, bu barədə protokol tərtib edilmiş və ucadan oxunmuş, bundan sonra baş verənlər barədə izahat yazmışdır (cild 2, iş vərəqə 275-279). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin rəisi vəzifəsində işləyir. Şahid5 18 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətindən 224 saylı daxili lizinq müqaviləsi əsasında “BMW 528” markalı, ağ rəngli **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Şirkətlə bağlanmış daxili lizinq müqaviləsinin şərtinə əsasən Şahid5 həmin avtomobilin qiymətinin 10200 manatını nağd şəkildə bank hesabına keçirtmiş, yerdə qalan ödəniş, yəni 40800 manat Şahid5 ayrılmışdır. Şahid5 2020-ci ilin fevral ayı daxil olmaqla ödənişi etmiş, lakin son üç ayı ödəməmişdir. Ödəniş olunması barədə ona bir neçə dəfə xəbərdarlıq göndərilmiş və əlaqə saxlanılmışdır. 2020-ci ilin aprel ayının sonlarında Zamin onlarla əlaqə saxlayaraq qeyd olunan avtomobili Təqsirləndirilən şəxs adlı tanışına satdığını bildirmişdir. Onlar buna etirazlarını bildirərək avtomobilə yerində baxış keçirilməsini xahiş etmişlər. Bundan sonra Zamin onlarla görüşmüş və avtomobilin Yeni Günəşli qəsəbəsində yerləşən “Altun” restoranının yanında olmasını deyərək orada baxış keçirə biləcəklərini bildirmişdir. Bundan sonra problemli işlər üzrə departamentin rəisi Şahid4lə birlikdə həmin ünvana getmişlər və orada Təqsirləndirilən şəxsla rastlaşmışlar. Elnur onlarla üz-üzə gələn kimi şalvarının bel hissəsindən qatlanan bıçaq çıxarmış, Ramin isə əl verib onunla salamlaşmışdır. Elnur onların kim olduqlarını bildikdən sonra onları başqa şəxslərlə səhv saldığını qeyd edərək xoş rəftar etməyə başlamışdır. Elnur avtomobili Zamindən aldığını bildirmişdir. Elnurdan nə üçün şirkətə gəlib avtomobili öz adına rəsmiləşdirmədiyini soruşduqda sonuncu avtomobilə görə Zaminə borcu olduğu üçün gələ bilmədiyini, bir-iki günə gəlib avtomobili öz adına rəsmiləşdirəcəyini bildirmişdir. Elnurdan qalan ödənişi kimin edəcəyini soruşduqda Zaminlə aralarında olan razılaşmaya əsasən ödənişi özünün edəcəyini demişdir. Belə olan halda ona bir həftə vaxt verərək Zaminlə aralarında olan məsələni həll edib şirkətə gəlməsini bildirmişlər. Ramin may ayının əvvəllərində Zaminlə görüşüb avtomobillə maraqlandıqda sonuncu avtomobilin Elnurda qaldığını bildirmişdir. Bundan sonra onlar birlikdə Elnurun yanına getmişlər. Elnur üç-dörd gün vaxt istəyərək ödəniş edəcəyini demiş, Ramin də onunla razılaşmışdır. Həmin vaxtdan bir həftə sonra avtomobilin “Neftçilər” metrostansiyasının yaxınlığında olduğu müəyyən edilmişdir. Ramin həmin yerə getdikdə avtomobilin dövlət qeydiyyat nişanlarının üzərində olmadığını, təkərlərinin boşaldılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt bir nəfər qadın yaxınlaşaraq Elnurun anası olduğunu demişdir. Elnur həmin yerə gəlmədiyi üçün Ramin geri qayıtmışdır. Həmin gün axşam saatlarında Ramin və digər əməkdaşlar avtomobilin olduğu yerə gedən zaman özlərini Elnurun anası və qardaşı kimi təqdim edən şəxslər orada hay-küy salmışlar. Daha sonra Elnurun özü də həmin yerə gələrək hay-küy salmış və avtomobili verməmişdir. 11 may 2020-ci il tarixdə Zamin onlara məlumat verərək Elnurun avtomobili Yeni Günəşli qəsəbəsi ərazisində dərəyə aşırdaraq məhv etdiyini bildirmişdir. Daha sonra sosisal şəbəkələrdə Elnurun avtomobili dərəyə aşırıb bu hadisəni çəkməsinin şahidi olmuşlar (cild 1, iş vərəqə 155-158). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 şahid X3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə bildirdi ki, maddi ziyan vurulmuş avtomobil sığortalandığı üçün Cəmiyyət sığorta ödənişi ilə təmin olunduğundan maddi ziyan aradan qalxmışdır. Bu səbəbdən Cəmiyyətin Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, şikayəti və iddiası yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, 18 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətindən 224 saylı daxili lizinq müqaviləsi əsasında “BMW 528” markalı, ağ rəngli **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Şirkətlə bağlanmış müqavilənin şərtinə əsasən həmin avtomobilin qiymətinin 10200 manatını nağd şəkildə bank hesablarına keçirtmiş, avtomobilin yerdə qalan ödənişini, yəni 40800 manatı hər ay 1320 manat olmaqla ödəmişdir. O, 2020-ci ilin fevral ayı da daxil olmaqla ödəniş etmişdir. Təqsirləndirilən şəxs üç-dörd il olar ki, tanımışdır. 2020-ci ilin mart ayının sonlarında Elnur ona zəng vuraraq onun “BMW 528” markalı **- AX-*** dövlət qeydiyyat nişanlı avtomobilini gördüyünü və həmin avtomobili almaq istədiyini bildirmişdir. O, həmin avtomobili Elnura satmaq barədə onunla razılaşmış və onlar bu məqsədlə görüşmüşlər. Razılaşmaya əsasən Elnur ona 15000 ABŞ dolları verməli və əlavə olaraq avtomobilin banka olan borcunu ödəməli olmuşdur. Bundan sonra Elnur avtomobili yoxlamaq məqsədilə sürüb getmişdir. Beş-on dəqiqə sonra Elnurun qayıtmadığını görüb ona zəng etmiş, sonuncu isə avtomobili bir neçə gün özündə saxlayıb yoxlayacağını bildirmişdir. O, Elnuru tanıdığı üçün avtomobilin onda qalmasına razılaşmışdır. Daha sonra Elnurla danışan zaman o, pulunun olmadığını, pulun bir qisminin əvəzində özünə məxsus “Hyundai” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili verəcəyini bildirmişdir. Aprel ayının əvvəllərində Elnur onunla yaşadığı evdə görüşüb “Hyundai” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manat əvəzinə ona vermiş və qalan pulu üç-dörd gün ərzində ödəyəcəyini demişdir. O, üç-dörd gün sonra Elnurdan pulunu istədikdə sonuncu avtomobili onun adına rəsmiləşdirməsini tələb etmişdir. O, bu barədə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıqda ona pandemiya ilə əlaqədar olaraq işlərinin dayandığını demişlər. Aprel ayının ortalarında bankların fəaliyyəti bərpa olunduqdan sonra Elnura avtomobilin banka olan borcunu ödəməsini demiş, lakin sonuncu onun dediklərinə məhəl qoymamış, avtomobili qayda pozuntusu ilə sürdüyündən onun adına cərimələr gəlmişdir. Sonradan Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Ramin adlı əməkdaşı onunla əlaqə saxlayaraq ödənişin iki ay gecikdiyini dedikdə, o, avtomobili Elnura satdığını bildirmişdir. Belə olan halda Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Elnurla görüşmüşlər və sonuncu ödənişi edəcəyinə dair bankın əməkdaşlarına yalandan vəd vermişdir. O, aprel ayının ortalarında Elnurun yaşadığı Yeni Günəşli qəsəbəsi, “Badu-Kübə” Mənzil-Tikinti Koperativinin qarşısına gedərək onunla söhbət edən zaman Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları da oraya gəlmişlər. Elnur bankın işçilərini gördükdən sonra hay-küy yaratmağa başlamış və qışqıraraq “mən maşını yandıraram, məni məhlədə hamı tanıyır, mənim əlimdən heç kəs maşını ala bilməz, ondansa maşını məhv edərəm ...” və sair kimi ifadələr işlətmişdir. Həmin vaxtdan bir həftə sonra Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları metronun “Neftçilər” stansiyasının yaxınlığında “BMW 528” markalı həmin avtomobili aşkar edib götürmək istədikdə Elnurun anası və qardaşı hay-küy salaraq onlara imkan verməmişlər. Hətta həmin vaxt Elnurun qardaşı X10 Nazirliyinin “102” xidmətinə zəng edib yalan məlumat verərək guya “Hyundai” markalı **- TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırıldığını bildirmişdir. 11 may 2020-ci il tarixdə sosial şəbəkələrdə Elnurun “BMW 528” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili Yeni Günəşli qəsəbəsi ərazisində dərədən aşırdığını görmüş və bundan sonra 33-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 göstərdi ki, idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, eyni zamanda qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 12 may 2020-ci il tarixdə işlədiyi şöbənin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisinə getmiş və saat 14:45-də ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmişlər və onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər, sonuncu da etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasında xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə təhqiqatçı Hüseyn Mənsimli tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Elnura üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa təqdim etməsi təklif edilmiş, sonuncu da bu təklifdən sonra masaya yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarının bel hissəsindən “Makarov” tipli silaha bənzər tapançanı, şalvarının sol arxa cibindən içərisində dörd ədəd tamlığı pozulmamış patronu olan sandıqçanı, şalvarının sol yan cibindən iki ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz halında olan maddələri, şalvarının sağ yan cibindən “İphone 7” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini və şalvarının arxa cibindən siqaret qutusunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmetləri bir gün əvvəl yaşadığı binanın qarşısından sellofan torbada tapıb götürdüyünü, sonradan atmaq məqsədi ilə özündə saxladığını, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini və satmadığını, həmçinin həmin silahdan heç bir formada və heç bir yerdə istifadə etmədiyini, cinayət törətmədiyini bildirmişdir. İki ədəd sellofan bükümlərdəki maddələrin tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddələr olduğu məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Makarov” tipli silaha bənzər tapança, dörd ədəd tamlığı pozulmamış patronu olan sandıqça, iki ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddələr müvafiq ekspertizaya təqdim edilməsi üçün özünün iştirakı ilə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və həmin qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş, siqaret isə özünə qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmənin keçirilməsi barədə protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət və ya etiraz daxil olmadığından tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir. Amma keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə heç bir məlumat əldə edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə-kimyəvi ekspertizasının 13 may 2020-ci il tarixli 6/742 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər maddə” yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,062 qram və 4,540 qram, ümumi təmiz çəkisi 7,602 qram olan tünd qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi-tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 7,502 qram təşkil etmişdir (cild 1, iş vərəqə 49-53). Məhkəmə-ballistik ekspertizasının 12 may 2020-ci il tarixli 20/235R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ********** №-li silah zavod üsulu ilə Rusiya dövlətində 2008-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyali İJ-79-9T modelli, idman məşq və təlim üçün nəzərdə tutulmuş travmotik tapançadır və odlu silah hesab edilmirdi, lakin yuxarıda göstərilən səbəblərə görə həmin silah öz təyinatını itirmiş və hal-hazırda 9x18 mm kalibrli döyüş patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş tapançadır, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı, PM modelli, tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Təqdim edilmiş dörd ədəd 9x18 mm kalibrli patronlardan iki ədədi eksperemental atəşlər zamanı istifadə olunmuşdur (cild 1, iş vərəqə 42-48). Ambulator məcburi narkoloji ekspertizasının 14 dekabr 2020-ci il tarixli 3454 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 227-228). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 fevral 2021-ci il tarixli 9/817 nömrəli rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 45000 manat olmuş 2015-ci il buraxılışlı “BMW 528” markalı **-AX-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 33750 (45000-25%) manat müəyyən edilir (cild 2, iş vərəqə 229-233). Şəxsi axtarış və götürmə aparılması haqqında 12 may 2020-ci il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən iki ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə, bir ədəd tapança, dörd ədəd patron və bir ədəd sandıqca aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə olunmuş və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 27-28). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat tapşırığına verilmiş 21 iyul 2020-ci il tarixli, 007- 7524-1220 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd Makarov tapançasını, ona aid olan sandıqça və patronları, eləcə də, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olubolmaması, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, cinayət əlaqələrinin və narkotik vasitə olan heroini kimdən əldə etməsinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 2, iş vərəqə 89). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs : - Bakı şəhəri Xətai rayon məhkəməsinin 17 sentyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci, 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzası 3 il sınaq müddəti ilə şərti hesab edilmişdir; - Bakı şəhəri Nizami rayon məhkəməsinin 14 fevral 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzası 4 il sınaq müddəti ilə şərti hesab edilmişdir; - Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının məhkəməsinin 30 may 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü, 180.2.1-ci, 180.2.2-ci, 180.2.4-cü və 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 oktyabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cazasına məhkum olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq 2 ay 26 gün vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 100-103). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18.09.2003-cü il və 01.07.2015-ci il təvəllüdlü iki uşağı vardır (cild 1, iş vərəqə 179-180). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin 21.05.2018-ci il tarixli 140 №-li arayışının surətindən görünür ki, X2 həyat yoldaşı X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı 1996-cı ildə Füzuli rayonunda şəhid olmuşdur. Bakı şəhəri Nizami rayon İcra hakimiyyəti başçısının 09.11.1998-ci il tarixli 1095 №-li sərəncamının surətindən görünür ki, şəhid X4 yaşadığı binaya xatirə lövhəsinin vurulması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci və 228.1-ci maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs oğlunun üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Müstəntiq sübutların qiymətləndirilməsi haqqında 17 fevral 2021-ci il tarixli qərarında da elan edilmiş ittihamın təsdiqi kimi ekspert rəyini, maddi sübutu, şəxsi axtarış və götürmə haqqında protokolu sübut növü kimi qiymətləndirmək barədə yekun qənaətə gəlmişdir (cild 2, iş vərəqə 234- 250). Halbuki, həmin sübutların heç biri elan edilmiş ittihamı təsdiq etmir. Əksinə, bu sübutlar yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş əməlin törədildiyini təsdiq edir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs oğlunun ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolunu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamını irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci və 351.3.4cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs 7,602 qram heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, onu saxlamış polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, onu bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş odlu silahın, onun komplekt hissəsinin, döyüş sursatlarının və narkotik vasitənin ona heç bir aidiyyatının olmamasına, onların polis əməkdaşları tərəfindən onun üstündən çıxması kimi rəsmiləşdirilməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər isə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci, 228.1-ci və 234.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd olunan maddələrinin sanksiyalarında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da nəzərdə tutulmuşdur. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsi səciyyələndirən xüsusiyyətləri, törətdiyi cinayətlərin xarakterini, onların törədilməsi şəraitini, təqsirkarın şəxsiyyətini nəzərə almaqla cəzanın məqsədlərinin təmin edilməsi baxımından, qeyd oluan maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növünün azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, ona qarşı heç bir tələb və şikayətin olmamasını, hazırda məhkumluğunun olmamasını, atası X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı 1996-cı ildə Füzuli rayonunda şəhid olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 may 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 12 may 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 13, 21, 81-83). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 may 2020ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan bir ədəd ********** N-li, 2008-ci ildə Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı İJ-79-9T modelli tapança, bir ədəd daraq və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan iki ədəd 9x18 mm kalibrli patron Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsi tətbiq edilməklə dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin dəyəri olmadıqda məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 7,502 qram narkotik vasitə heroin məhv edilməli, “BMW 528” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə qaytarılması nəzərə alınmalı, şəxsi axtarış, baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 164 (bir yüz altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs 164 (bir yüz altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutlar: - Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan -01 ədəd ********** N-li, 2008-ci ildə Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı İJ-79-9T modelli tapança, bir ədəd daraq və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan iki ədəd 9x18 mm kalibrli patron dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin; - Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 7,502 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin; - “BMW 528” markalı **-AX-*** dövlət qeydiyyaat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə qaytarılması nəzərə alınsın; - Şəxsi axtarış, baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar