Məhkəmə qərarları › İş №1(101)-891/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-891/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-891/2024 13.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 17 avqust 1990-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivi nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 mart 2024-cü il tarixdə, saat 13:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan tarixdə və məlum olmayan mənbədən külli miqdarda, təmiz çəkisi 3,376 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 9 iyun 2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivi ərazisində Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, orada videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf polietilen bükümün içərisində təmiz çəkisi 3,376 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 9 iyun 2023-cü il tarixdə əmisinə zəng etdikdən sonra saat 10 radələrində Çiləgər yaşayış massivindən təxminən 300-400 metr məsafədə yerləşən yaşayış evindən çıxmışdır. Bu zaman qonşularının evinin giriş qapısının qarşısında dayanmış qara rəngli sedan tipli avtomobildən iki nəfər mülki geyimli şəxs düşüb ona yaxınlaşaraq özlərini təqdim edib ondan kim olması ilə maraqlanmışlar. O özünü təqdim etdikdən sonra onu həmin avtomobilə əyləşdirib Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə (bundan sonra mətndə - Sabunçu RPİ-nin 14-cü PB) aparmışlar. Polis əməkdaşları onu avtomobilə əyləşdirdikləri yerdə dövlət qeydiyyat nömrəsinin sonu “777” olan başqa bir avtomobil də olmuş, onu polis bölməsinə gətirdikdən sonra həmin avtomobilin də onların arxasınca bölməyə daxil olmasını görmüşdür. Bölmədə üzərinə baxış zamanı qulaqcıq, iki ədəd “Kapital Bank” və bir ədəd “Unibank” bankına məxsus bank kartları, şəxsiyyət vəsiqəsi, 100 manat nağd pul, 1 manat 70 qəpik dəyərində qəpiklərdən ibarət pul və daraq aşkar olunmuşdur. O, müvəqqəti saxlanma yerinə aparıldıqdan sonra saat 16 radələrində videoçəkiliş aparılacağı bildirilməklə ondan təqdim olunmuş sənədləri imzalamağı tələb edilmişdir. Belə ki, ittiham aktında onun Balaxanı qəsəbəsinə gedərək oradan narkotik vasitə alması qeyd olunsa da, həqiqətdə o, ümumiyyətlə Balaxanı qəsəbəsində olmamışdır. Narkotik vasitə onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Onda “panik atak” xəstəliyi olduğundan xəstəlik öz təsirini göstərdikdə özündə olmur və nə etdiyini bilmir. Ona görə də polis əməkdaşları nəyi və necə demişlərsə elə etmiş və demişdir.

3. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, polis bölməsində ona qarşı hər hansı fiziki təzyiq, pis rəftar olmamış, döyülməmiş və hər hansı xəsarəti olmamışdır. Ona yalnız psixi təzyiq götərilərək ondan təqdim edilmiş sənədləri imzalanması tələb edilmişdir. Saxlanılarkən ona heç nə deyilməmiş, avtomobilə əyləşərkən mobil telefonu əlindən alınmışdır. İbtidai istintaq zamanı müdafiəçi tələb etsə də, ona müdafiəçi verilməmiş, videoçəkiliş zamanı müdafiəçi olmamış, müdafiəçi videoçəkilişdən sonra gəlmişdir. Barəsində qətimkan tədbiri məsələsi həll edilərkən məhkəməyə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. O, narkotik vasitədən heç vaxt istifadə etməmiş, ətrafında da narkotik vasitə və ya psixotrop maddə istifadə edən hər hansı şəxs olmamışdır. İbtidai istintaq zamanı özünü təqsirli bilməsə də, polis əməkdaşları ona təqdim olunmuş sənədləri imzalamağı tələb etdiyindən həmin sənədləri oxumadan imzalamışdır. Ondan sözlü izahat alınmış, növbətçi hissəyə daxil olarkən üzərində axtarış aparılmış, lakin hər hansı protokol tərtib edilməmişdir.

4. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, məhkəmə-narkoloji ekspertiza keçirilərkən qanında hər hansı narkotik maddə aşkar edilməmişdir. Polis əməkdaşları ondan İran İslam Respublikasında olub-olmadığını, nəyə görə ora gedib-gəldiyini, habelə orada hər hansı təşkilata qoşulub-qoşulmadığını soruşduqda o, bir dəfə anası ilə birlikdə müalicə üçün doqquz gün İranda qaldığını bildirmişdir. O, videoçəkiliş zamanı iştirak edən polis əməkdaşları tərəfindən deyil, adlarını bilmədiyi başqa polis əməkdaşları tərəfindən saxlanılmışdır.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi izahat və ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin izahat və ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, heç bir yerdə işləmir, əvvəllər heç bir cinayət törətməmiş, heç vaxt məhkum olunmamışdır. “Kakos” adlandırılan narkotik vasitə heroini əvvəllər qəbul etməmiş, lakin ilk dəfədir ondan istifadə etmək qərarına gəlmişdir. Belə ki, 9 iyun 2023-cü il tarixdə, səhər saatlarında Balaxanı qəsəbəsində olduğu zaman orada üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən istifadəsi üçün 70 manat verərək, 1 bükümdə narkotik vasitə olan heroin almış, əynində olan şalvarın sol yan cibinə qoyaraq üzərində saxlamış və yaşadığı evə getmişdir. Həmin gün saat 16:00 radələrində yaşadığı evdən çıxıb küçə ilə Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivi ilə hərəkət edərkən mülki geyimdə olan üç nəfər polis əməkdaşı ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etməklə və özünün də şəxsiyyətini müəyyən etdikdən sonra onu Sabunçu RPİ-nin 14-cü PB-yə dəvət edərək ora aparmışlar. Polis bölməsində ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsilə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofana bükülmüş həmin narkotik vasitə heroini təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülüb kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş və imzalarlarla təsdiq edilmişdir. Həmin narkotik vasitəni öz istifadəsi üçün almış və istifadə etmək fikrində olmuşdur. Başqa şəxsə satmaq niyyətində olmamışdır. Həmin maddəni aldığı şəxsin anket məlumatlarını bilməmiş, heç vaxt heç kimə narkotik vasitə verməmiş və satmamışdır. O, həmçinin polis bölməsində ona heç bir təzyiq olunmadığını, ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etdiyini bildirmişdir (Cild 1, iş vərəqi (bundan sonra i.v) 30; 46-47; 56-58).

6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir yaşayış massivi ərazisində yaşayan Təqsirləndirilən şəxs qeyri-qanuni olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin (bundan sonra mətndə - BBPİ CAİ) baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ilə birlikdə 9 iyun 2023-cü il tarixdə, saat 16:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində yaşadığı evin yaxınlığında tərəflərindən saxlanılmış və 14-cü PB-yə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar prosessual hərəkətin aparılması zamanı videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyat keçirilməsi ilə bağlı şikayət və etiraz daxil olmamışdır. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan axtarış aparılmasını xahiş etmişdir. Sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, toz halında maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bir bükümdə “kakos” adlandırdığı narkotik vasitə heroini 9 iyun 2023-cü ildə səhər saatlarında Balaxanı qəsəbəsində olan zaman üzdən tanıdığı, adını və harada yaşadığını bilmədiyi şəxsdən 70 manata aldığını bildirmişdir. Bundan sonra bükümdəki həmin maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə Sabunçu RPİ-nin 14-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Samir Allahverdiyev tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərf, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir.

9. Verilmiş suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs saxlanılmamışdan təxminən bir saat əvvəl daxil olmuş, sonuncunun əvvəllər narkotik vasitə qəbul etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı hər hansı müqavimət göstərməmiş, ona qarşı hər hansı fiziki, psixi və ya sair təzyiq göstərilməmiş, pis rəftara məruz qalmamışdır. Təqsirləndirilən şəxs saxlanılması barədə ilkin sənədlər təhqiqatçı tərəfindən tərtib edilmiş, təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməsini istəmədiyini özü bildirmiş, üzərində olan predmetləri könüllü olaraq təqdim etmişdir.

10. Məhkəmədə şahid qismində dindirilmiş BBPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu, Şahid1 ilə əsasən oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.

11. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ölkə hüdudlarından kənarda olduğundan üzrlü səbəbdən məhkəmə iclasında dindirilməsi mümkün olmamış və onun 22 iyun 2023-cü il tarixdə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində şahidlər Şahid1 və Şahid3la eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 1, i.v. 76-77;).

12. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. 9 iyun 2023-cü il tarixdə, saat 10 radərində Müşfiq ona zəng edib evdə olub-olmadığını soruşaraq onlara gələcəyini bildirmişdir. Təxminən 2-3 saat keçmiş, lakin Müşfiq gəlib çıxmamışdır. Həmin gün, saat 12 radələrində Müşfiqin anası ona zəng edərək Müşfiqin onlarda olub-olmadığını soruşmuşdur. Müşfiqin anası saat 13-14 radələrində yenidən ona zəng edib ağlayaraq Müşfiqin tutulduğunu bildirmişdir. Bundan sonra təxminən saat 14 radələrində 14-cü PB-yə gedib növbətçi hissədən Müşfiqin harada olmasını soruşmuş, oradan ona Müşfiqin təhqiqatçının otağında olduğunu bildirmişlər. Müşfiqin tutulmasının səbəbini soruşduqda ona bu barədə məlumat verilməmiş, rəis ilə Müşfiqin tutulmasının səbəbini aydınlaşdırmaq məqsədi ilə görüşmək istəmiş, lakin onu qəbul etməmişlər. Axşam saat 22-23 radələrinədək PB-nin həyətində gözləmiş, saat 20 radələrində bir nəfər vəkil bölmədən çıxarkən Müşfiqin müdafiəçisi olduğunu, sonuncunun üzərindən külli miqdarda narkotik vasitə çıxdığını bildirmişdir. Bir neçə gün sonra Müşfiqin üzərində olmuş bank kartlarını və mobil telefonunu almaq üçün PB-yə getmiş, lakin kartların orada olmadığını, Müşfiqin saxlanılmasında iştirak etmiş BBPİ-nin Orxan adlı əməkdaşında ola biləcəyini bildirmişlər. Bundan sonra BBPİ-yə gedərək həmin şəxsi taparaq ondan bank kartlarını tələb etmiş, sonuncu isə bank kartlarının onda olmadığını, üzərində olmuş əşyaların PB-də saxlanıldığını bildirmişdir. Təxminən 30 dəqiqə sonra həmin polis əməkdaşı ona zəng edərək bank kartlarının PB-də olduğunu, gedib oradan götürməsini bildirmiş, lakin 14-cü PB-yə getdikdə bank kartlarının orada olmadığını, habelə bank kartları tapıldığı təqdirdə bu barədə məlumat verəcəklərini bildirmişlər.

13. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. O, 9 iyun 2023-cü il tarixdə təxminən səhər saatlarında çörək alıb evinə qayıdarkən təxminən 40-50 metr kənarda əvvəlcə Müşfiqi, ondan biraz kənarda isə 2 nəfər mülki paltarda olan şəxsin qara rəngli avtomobilin yanında dayanıb Müşfiqlə söhbət etdiyini görmüşdür. Təxminən 2 saat sonra isə Müşfiqin anası onlardan oğlunu görüb-görmədiyini soruşmuşdur. Müşfiqin tutulduğunu sonradan eşitmişdir.

14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

15. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, 9 iyun 2023-cü il tarixdə, saat 16:00 radələrində Sabunçu RPİ-nin 14cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin PB-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 1 ədəd şəffaf polietilen bükümün içərisində təmiz çəkisi 3,376 qram narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X20 tərəfindən 10 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v. 1;).

16. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 9 iyun 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən 17 avqust 1990-cı il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivi nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi, polis kapitanı Süleyman Abbasov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və BBPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.4-9;).

17. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarından görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis kapitanı Süleyman Abbasov tərəfindən təsdiq edilmiş 9 iyun 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (Cild 1, i.v.72-73).

18. “Şübhəli şəxsin tutulması haqqında” 9 iyun 2023-cü il tarixli qərar və bu barədə tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə, saat 16:00 radələrində Sabunçu RPİnin 14-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz daşınması və istifadəsində şübhəli bilinərək saxlanılmaqla Sabunçu RPİ-nin 14-cü PB-yə gətirilmiş, həmin bölmənin inzibati binasında xidməti otaqların birində Sabunçu RPİ-nin 14-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş hesab edilməsinə dair həmin tarixdə, saat 17:30-da protokol tərtib edilmişdir (Cild 1, i.v.10;19).

19. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 9 iyun 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X13 oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 17:56-dan 18:00-dək Sabunçu RPİ-nin 14-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən həmin bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və əməliyyat müvəkkili, polis leytenantı Şahid2, habelə BBPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakı ilə Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsinin səbəbləri izah edilərək şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyi bildirilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümü təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri 9 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 70 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd bükümdə olan predmetin tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Aşkar olunmuş 1 (bir) ədəd siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkəti zamanı “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. İstintaq hərəkətinin aparılması barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunaraq sonunculara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifələsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmamışdır. Bundan sonra protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Müdafiəçi X13 qeyd edilən protokolla tanış olaraq hər hansı qeyd aparmadan həmin protokolu imzalamışdır (Cild 1, i.v. 26-29).

20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 9 iyun 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “CD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 4 dəqiqə 35 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq Ə.E.Məsimov tərəfindən 13 iyun 2023-cü il tarixdə “Baxış keçirilməsi haqqında” protokolla, habelə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, ona ətraflı olaraq hüquq və vəzifələrinin izah edilməsi, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 71;).

21. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/3288 saylı, 10 iyun 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,376 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 3,376 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 3,276 qramdır. Aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manatdır (Cild 1, i.v. 38-42).

22. “İstintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 10 iyun 2023-cü il tarixli baş təhqiqatçı Samir Allahverdiyev tərəfindən qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunması ilə əlaqədar toplanmış material araşdırmanın davam etdirilməsi üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 44).

23. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 11 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi X8 iştirakı ilə elan edilməklə mahiyyəti, habelə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 48-55).

24. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 9 iyun 2023-cü il, saat 16:00-dan hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, müdafiəçi X13 məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir (Cild 1, i.v. 67-70).

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 nömrəli X5” X22 14 iyul 2023-cü il tarixli, 1/3356 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v.93).

26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 15 iyul 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 95).

27. Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi, polis kapitanı Süleyman Abbasovun 15 avqust 2023-cü il tarixli, 3/2-11201 saylı məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Lakin etimad doğuran, qərəzsiz mənbədən onun narkotik vasitə istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır(Cild 1, i.v. 96).

28. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 11 iyul 2023-cü il tarixli, 4346 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 99-100).

29. “Sübutların qiymətləndirilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli qərardan və 2 oktyabr 2023-cü il tarixli müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 3,376 qram olan narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 3,276 qram heroin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Eyni zamanda həmin qərarla şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntülərin əlavə edildiyi bir ədəd disk maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 101-105; 111;).

30. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ə.E.Məsimov tərəfindən 5 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 7 oktyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.112-117).

31. Müdafiə tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs N saylı hərbi hissədə xidmət edərkən ona verilmiş 31 mart 2010-cu il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (cild 2;).

32. Müdafiə tərəfindən təqdim edilmiş 041150 və 011874 nömrəli vəsiqələrdən görünür ki, Təqsirləndirilən şəxs atası X9 müharibə veteranıdır (cild 2;)

33. Müdafiə tərəfindən təqdim edilmiş “Real Hospital” tibb mərkəzi tərəfindən verilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs anası Zəminə Şərifova müxtəlif xəstəliklərdən əziyyət çəkir (cild 2;)

34. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs X11 ilə nikaha daxil olmuşdur (Cild 2).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

35. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

36. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

38. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

39. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

40. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

41. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

43. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

44. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmaması, aşkar olunmuş narkotik vasitənin polislər tərəfindən üzərinə qoyulması, psixoloji təzyiqə məruz qaldığından təqdim olunmuş sənədləri imzalaması, habelə “panik atak” xəstəliyi özünü biruzə verdiyindən həmin vaxt özündə olmaması, onun ittihamda göstərilən yerdə və vaxtda deyil, başqa yerdə və vaxtda saxlanılması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

45. Belə ki, hökmün 19-20-ci bəndlərində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən onun üzərində olan əşya və predmetləri özünün sərbəst olaraq təqdim etməsi və tərtib edilmiş protokolun düzgünlüyünü yoxlayaraq imzalaması əyani formada öz əksini tapmış, habelə ona qarşı hər hansı fiziki və ya psixi təsir və ya təzyiq göstərilməsi, pis rəftara məruz qalması hallarının olması müəyyən edilməmişdir.

46. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs qanunsuz olaraq tutularaq üzərinə narkotik vasitə qoyularaq psixi təzyiq nəticəsində təqdim olunmuş sənədləri imzalamasına dair qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir. Ümumiyyətlə Təqsirləndirilən şəxs psixi təzyiqin nədən ibarət olmasını izah edə bilməmiş, onda olmasını iddia etdiyi xəstəliyi ilə əlaqədar tutularkən özündə olmadığından təqdim edilmiş sənədləri imzaladığını bildirmişdir. Halbuki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ona qarşı hər hansı təzyiq edilməsi və sair hallar barədə ümumiyyətlə hər hansı şikayət etməmişdir.

47. Belə ki, hökmün 16-17 və 19-20-ci bəndlərində göstərilənlərə əsasən də müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması nəticəsində külli miqdarda nartkotik vasitə heroin aşkar olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada sənədləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmişdir.

48. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə üzərində aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmamasını, ibtidai araşdırma zamanı psixoloji təzyiqlərə məruz qalmasına görə təqdim olunmuş sənədləri imzalamasını, habelə istintaq hərəkətinin gedişatına dair tərtib olunmuş protokolu oxumadan imzalamasını və sair hallar onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir.

49. Məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 və X14 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələrdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı hal olmadığından işin faktiki halının müəyyən edilməsi baxımından sübut kimi qiymətləndirilməməlidir. Belə ki, Ədalət Şərifov təqsirləndirilən şəxsin doğma əmisi olmaqla, ümumiyyətlə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının birbaşa şahidi olmamış, Yaşar Zalıyev isə təxminən 40-50 metrdən Təqsirləndirilən şəxs iki nəfər şəxslə söhbət etməsini gördüyünü, sonradan təqsirləndirilən şəxsin tutulduğunu öyrəndiyini bildirmişdir. Bununla yanaşı, Ə.M.Şərifovun hadisədən sonra Orxan adlı BBPİ-nin əməkdaşı olan hansısa şəxslə görüşməsi və sair ifadəsində göstərdiyi halları təsdiq edə biləcək hər hansı mötəbər sübut müəyyən edilməmişdir.

50. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

51. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

52. Halbuki, Təqsirləndirilən şəxs ona qarşı psixi zorakılıq tətbiq edilməsi, hansısa xəstəlikdən əziyyət çəkməsi ilə əlaqədar özündə olmaması barədə məhkəmədə ifadəsində göstərdiklərinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir.

53. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

54. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.

55. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

56. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

57. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

58. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid3ov Yaqub oğlunun, habelə ifadəsi elan edilmiş Şahid2 ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

59. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

60. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

61. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

62. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

63. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

64. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, məhkəmə icraatı dövründə davranışını, atasının müharibə veteranı olmasını, anasının müxtəlif xəstəliklərdən əziyyət çəkməsini və özünün 33 yaşında olmaqla evli olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

65. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

66. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

67. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

68. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

69. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 9 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2023-cü il tarixli 4(008)-470/2023 saylı qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 9 iyun 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 6 oktyabr 2023-cü il tarixli, 4(008)- 759/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.19; 67-70; 122-127; Cild 2).

70. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 9 iyun 2023-cü il tarixdən hesablanmalıdır.

71. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.

72. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.

73. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

74. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 3,276 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

75. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

76. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

77. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

78. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

79. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

80. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 9 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 3,276 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar