Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-892/2020 17.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və həmin şöbənin böyük prokuroru X4, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3800 manat cərimə cəzasına məhkum edilmiş, xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli amnistiya qərarının 1.5 bəndinə əsasən cəzadan azad olunmuş, hazırda məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-2, korpus 45/257, ev 20 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən, qanunsuz olaraq saxlanc yerinə və yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi olan fərdi evinin hasarından qanunsuz olaraq həyətinə daxil olub oradan şkafın içərisində quraşdırılmış 1350 manat dəyərində bir ədəd “Hidro Therm” markalı, 24 kw-luq kombi aparatını gizli talayıb Zərərçəkmiş şəxs1 1350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 04:45 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, “Poladtökmə” zavodunun yaxınlığında yerləşən mağazanın giriş qapısının kilidini özü ilə gətirdiyi alətlə sındırıb qapını açmaqla qanunsuz olaraq saxlanc yeri olan mağazaya daxil olub oradan 542 manat dəyərində 1, 2, 3, 5 və 10 manatlıq “Azərcell”, “Bakcell” və “Azərfon” operatorlarına aid mobil telefon kontur danışıq kartlarını, 100 manat nəğd pul, bir ədədi 80 qəpik dəyərində olan 120 ədəd “Baunti”, bir ədədi 1 manat 50 qəpik dəyərində olan 120 ədəd böyük “Snikers”, bir ədədi 80 qəpik dəyərində olan 96 ədəd kiçik “Snikers” və bir ədədi 80 qəpik dəyərində olan 20 ədəd “Mars” şokoladlarını və 108 manat dəyərində plitka şokoladları gizli talayıb Zərərçəkmiş şəxs2 1118 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup halında qeyrisi ilə narkotik vasitənin satışı ilə məşğul olaraq birgə gəlir əldə etmək barədə razılaşmış, qeyrisi istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1510,358 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşıyaraq satmaq üçün Təqsirləndirilən şəxs verdikdən sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni daşıyaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi “Lallar fabriki” adlanan yerin yaxınlığında yerləşən, içərisində heç kimin yaşamadığı və sahibi bilinməyən yarımtikilidə saxlamış, xx xxxxxx 2020-ci il tarixdə həmin narkotikin üzərindən bir hissəsini satmaq məqsədilə götürüb qara rəngli kağız bükümdə qablaşdıraraq əynində olan göy rəngli şalvarın sol yan cibində saxlamış və onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı xx xxxxxx 2020-ci il tarixdə saat 17:20-də yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 45, ev 20 ünvanın yaxınlığında saxlanılmaqla 43-cü Polis Bölməsinə gətirilərək orada üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,358 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və həmin günü əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Lallar fabriki” adlanan yerin yaxınlığında yerləşən yarımtikilidə də onun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 1510 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü oğurluq cinayətlərini törətməkdə təqsirli bilərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə isə təqsirli bilməyərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 03 radələrində o, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən “15 sutka”nın yaxınlığında yerləşən sarı rəngli hasarı olan bir mərtəbəli evin sağ tərəfində hasardan aşaraq həyətə daxil olmuşdur. Evin yan tərəfində yerləşən pəncərənin yanındakı plastik şkafın içərisində olan bir ədəd kombi aparatını üzərində olan açarla ona qoşulmuş boruları açaraq yerindən çıxarmış və darvazanı içəri tərəfdən açaraq həyətdən çıxmışdır. İki gün sonra həmin kombi aparatını yalandan fəhlə işlədiyi yerdə pul əvəzi verildiyini deyərək ev alqı-satqısında makler işləyən Səlimə 150 manata təklif etmiş, Səlim də ona inanaraq 150 manat pul ödəməklə kombi aparatını almışdır. Bir müddət sonra o, pul əldə etmək məqsədilə yenidən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, “Poladtökmə” zavodunun yaxınlığında yerləşən mağazanın yanına tək gəlmişdir. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi vintaçanla mağazanın giriş qapısının kilid hissəsini sındırıraq qapını açmış, daha sonra isə mağazaya daxil olaraq kassadan təxminən 100 manat xırda pul, bilmədiyi sayda “Snikers”, “Baunti”, bir sıra plitka şokoladlar, 1, 2, 3, 5 və 10 manatlıq “Azərcell”, “Bakcell” və “Azərfon” mobil telefon danışıq kartlarını sellofan torbaya doldurub mağazadan getmişdir. Oğurladığı şokoladları özü istifadə etmiş, danışıq kartlarının bir qismini metronun “20 Yanvar” stansiyasının yaxınlığında tanımadığı şəxslərə satmış, bir qismini isə özü istifadə etmişdir. Konturları satdığı tanımadığı şəxslərə onların oğurluq olduğunu söyləməmiş, yalandan guya işlədiyi şirkətdən ona verildiyini deyərək onları inandırmışdır. Narkotik vasitələrlə bağlı heç bir əməl törətməmiş, bununla bağlı toplanmış sübutlar polis əməkdaşlarının ona qarşı qərəzli münasibətinin nəticəsi olmaqla heç biri həqiqətə uyğun deyildir. Narkotik vasitələrlə bağlı ibtidai istintaq vaxtı verdiyi ifadələri təsdiq etmir. Bütün bu halları nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini, ona yalnız Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin onun ittihamından çıxarılmasını xahiş edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri təqsirli bilərək göstərmişdir ki, iki il olar ki, inyeksiya yolu ilə narkotik vasitə qəbul etməyə başlamış, narkotik vasitəni Binəqədi qəsəbəsində “Mərkəz” adlanan yerdəki məhlələrin arasında Ağabala adlı şəxsdən almışdır. Xatırladığına görə xx xxxxxx 2020-ci il tarixdə Ağabala adlı şəxslə görüşəndə o, qara rəngli sellofana bükülmüş narkotik vasitə heroini ona verərək həmin narkotik vasitəni etibarlı yerdə gizlətməsini, sonra isə hissə-hissə satmalarını tapşırmışdır. O da marketlərdən oğlurladığı ərzaq və siqaretləri gizlətdiyi Binəqədi qəsəbəsində yerləşən “Lallar fakbriki” adlanan yerdə yerləşən sahibsiz yarımtikiliyə gedərək həmin narkotik vasitəni orada gizlətmişdir. Özü qəbul etmək üçün həmin heroindən bir azca götürüb “Mərkəz”ə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında həmin yerə gedib gizlətdiyi heroindən özü qəbul etmək üçün bir az da götürüb cibinə qoymuş və evə getmişdir. Götürdüyü heroinin yarısını istifadə etmiş, qalan yarısını isə sabahısı gün istifadə etmək üçün cibində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə günortadan sonra o, siqaret çəkmək üçün yaşadığı evdən çıxıb evin qarşısında siqaret çəkən zaman iki nəfər mülki geyimli şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik vasitə əldə edib üstündə gəzdirməkdə şübhəli olduğunu deyərək onu 43-cü Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilərkən üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret, bir ədəd alışqan, sol yan cibindən isə bir ədəd qara rəngli kağız bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra, polis əməkdaşları onun üzərinə baxış keçirmiş, lakin üzərindən başqa heç nə aşkar olunmamışdır. Sonra o, masanın üzərinə qoyduğu qara kağız bükülünü açaraq içərisindəki açıq qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı həmin narkotik vasitəni 5 gün əvvəl “Ağabala” adlı şəxsin satmaq üçün ona verdiyini, həmin narkotik vasitəni Binəqədi qəsəbəsində “Lallar fabriki” adlanan yerin yaxınlığında yerləşən yarımtikilidə gizlətdiyini, üzərindən aşkar olunan maddəni də özünün qəbul etməsi üçün oradan götürdüyünü, narkotik vasitəni gizlətdiyi yeri göstərə biləcəyini bildirmişdir. Bundan sonra, polis əməkdaşları ilə birlikdə həmin yerə gedərək narkotik vasitəni gizlətdiyi yeri göstərmiş, həmin yarımtikilinin sol küncündə taxtanın arxasında gizlətdiyi, qara sellofana bükülmüş heroini, həmçinin orada gizlətdiyi, oğurluq yolu ilə əldə etdiyi siqaret və şokoladları təqdim etmişdir (cild 1, iş vərəqə 49-51, 69-72). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə səhər saat 08 radələrində mağazaya gəldikdə oğurluq baş verdiyini aşkar etmişdir. Həmin vaxt mağazaya baxdıqda kassadan 1 ədəd 100 manatlıq pul əskinasının, cəmi 180 manat dəyərində beş qutu, içərisində hər biri 1 manat 50 qəpik dəyərində 120 ədəd böyük “Snikers” şokaladının, cəmi 76 manat 80 qəpik dəyərində dörd qutu, içərisində hər biri 80 qəpik dəyərində 96 ədəd balaca “Snikers” şokoladının, hər biri 80 qəpik dəyərində 20 ədəd “Mars” şokoladının, cəmi 96 manat dəyərində beş qutu, içərisində hər biri 80 qəpik dəyərində 120 ədəd “Baunti” şokoladının, 108 manat dəyərində plitka şokoladının, 542 manat dəyərində 1, 2, 3, 5 və 10 manatlıq “Sim” “Cin” və “Nar” kontur danışıq kartlarının oğurlandığını aşkar etmişdir. Bununla əlaqədar polisə məlumat vermiş və polis əməkdaşları gəlib mağazaya baxış keçirmişlər. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1118 manat 80 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Ona vurulmuş ziyan hal-hazıradək ödənilməmişdir, ziyanın tam şəkildə ödənilməsini tələb edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03.00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 73, mənzil 185 ünvanda yuxudan ayıldıqda evin soyuq olduğunu hiss etsə də məhəl qoymayıb yenidən yatmışdır. Səhər saat 08:00 radələrində yuxudan ayılanda mənzilin işıqlarının sönülü olduğunu, mənzilin həyətə baxan qapısının açıq olduğunu görmüşdür. Həyətə çıxanda orada quraşdırılan 1350 manat dəyərində kombi aparatının yerində olmadığını görüb oğurlandığını başa düşmüşdür. Bundan sonra, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir (cild 1, iş vərəqə 119-120). İbtidai istintaq şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayının ortalarında yaşadığı ünvandan bir az aralıda yaşayan, əvvəllər yanında fəhlə kimi işləmiş, üzdən tanıdığı Hüseyn adlı şəxs ona zəng edərək əlində kombi aparatının olduğunu və münasib ucuz qiymətə, 300 manata ona sata biləcəyini bildirmişdir. O, Hüseyindən həmin kombi aparatının oğurluq olub-olmadığını soruşduqda, o, evində fəhlə kimi işlədiyi bir şəxsin ona pul əvəzində kombi aparatı verdiyini bildirmişdir. O, hal-hazırda 150 manat pulunun olduğunu dedikdə Hüseyin qalan 150 manatı bir həftəyə vermək şərti ilə kombi aparatını ona verməyə razılaşmışdır. Bundan sonra o, Hüseyinə 150 manat ödəyərək həmin kombi aparatını almışdır (cild 1, iş vərəqə 134-135). Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşı Şahid2 göstərdi ki, Hüseyin adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumata əsasən keçirilmiş əməliyyat tədbirləri nəticəsində sonradan şəxsiyyəti dəqiqləşdirilən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-cu il tarixdə saat 17:20-də əməliyyat qrupu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 45, ev 20 ünvanın yaxınlığında müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyərək 43-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində xidməti otaqların birində, dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçrilmişdir. Şəxsi axtarış həyata keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret, bir ədəd alışqan, sol yan cibindən isə bir ədəd qara rəngli kağız bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də üzərində başqa heç nə aşkar olunmamışdır. Onların təklifi ilə Təqsirləndirilən şəxs cibindən çıxarıb masanın üzərinə qoyduğu qara kağız bükülünü açdıqda bükülünün içərisində açıq qəhvəyi rəngli maddə olduğunu görmüşlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, 4-5 gün əvvəl Ağabala adlı şəxsin satmaq üçün ona verdiyini, həmin narkotik vasitədən özünün istifadəsi üçün bir büküm götürüb qalan hissəsini Binəqədi qəsəbəsində “Lallar fabriki” adlanan yerin yaxınlığında yerləşən yarımtikilidə gizlətdiyini, üzərindən çıxan narkotik vasitənin oradan götürdüyü narkotik vasitə olduğunu deyərək narkotik vasitəni gizlətdiyi yeri göstərə biləcəyini bildirmişdir. Bundan sonra, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs göstərdiyi Binəqədi qəsəbəsində “Lallar fabriki” adlanan yerin yaxınlığında yerləşən yarımtikiliyə gəlmişlər. Orada Təqsirləndirilən şəxs yarımtikilinin dam örtüyünün altına vurulmuş lambirinin oyuq hissəsində gizlədilmiş qara rəngli sellofan bükülünü təqdim etmiş və həmin bükülünü açaraq içərisində olan açıq qəhvəyi rəngli maddəni göstərib narkotik vasitə herion olduğunu, əvvələr də narkotik vasitə aldığı Ağabala adlı şəxsin satmaq üçün ona verdiyini, üzərindən aşkar olunan narkotik vasitəni də həmin narkotikin üzərindən öz istifadəsi üçün götürdüyünü, bir hissəsini istifadə edib qəbul etdiyini bidirmişdir. Habelə, Təqsirləndirilən şəxs yarımtikilinin sol tərəfində küncdə taxta parçasının altından üzərində “West Silver” yazısı olan 10 ədəd, üzərində “West brilliant Wite” yazısı olan 5 ədəd, üzərində “West deep blue” yazısı olan 5 ədəd siqaret qutusunun, 5 ədəd üzərində “Sinikers” yazısı olan şokaladın və 7 ədəd üzərində “Mars” yazısı olan şokaladın olduğu sellofanı çıxarıb təqdim edərək həmin malların bir neçə gün əvvəl mağazalardan oğurluq etdiyi mallardan qaldığını etiraf etmişdir. Həmin yarımtikiliyə baxış videoçəkilişdən istifadə edilməklə aparılmış, sonra isə müvafiq protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolu imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşı Şahid3 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İfadəsi yerində yoxlanılarkən Bilalov X2 Lalə Nüsrət qızının yaşadığı ünvan 2 ünvanın həyətindən, həmçinin Zərərçəkmiş şəxs2 işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin kənarında “Polad tökmə” zavodunun yanında yerləşən mağazadan ğurluq etdiyini etiraf edərək cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkətləri zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1155-157, 193-196). Hadisə yerinə - Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanına baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il protokoldan görünür ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs1 evin həyətində evin ön divarına bitişik dəmir yeşiyi göstərərək içərisində yerləşən 1350 manat dəyərində olan kombi aparatının naməlum şəxslər tərəfindən oğurlandığını bildirmişdir (cild 1, iş vərəqə 117-118). Hadisə yerinə baxış keçirilməsi (götürmə) haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində 2-ci mədəndə yerləşən təmirdə olan evə keçirilmiş baxış zamanı evin qapısından içəri daxil olduqda sağ tərəfdə taxta döşəmənin üstündən “Hidro Therm” markalı kombi aparatı aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkətində iştirak edən Şahid1 həmin kombi aparatını 1540 manata Hüseyin adlı şəxsdən aldığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 136-138). Məhkəmə-əmtəəşünaslıq ekspertizanın xx xxxx 2020-ci il tarixli 9/111 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd ağ rəngdə olan “Hidro Therm” markalı 24 kw-lıq kombinin istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 400 manat müəyyən edilir (cild 2, iş vərəqə 25-27). Təqsirləndirilən şəxs iştirakı ilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesinin kənarında “Polad tökmə” zavodunun yanında yerləşən mağazada quraşdırılan müşahidə kameralarında qeydə alınmış videogörüntülərə baxış zamanı, o, baş vermiş oğurluq hadisələrinin əks olunduğu görüntülərdə oğurluq etdiyi əks olunan şəxsin özü olduğunu etiraf etmişdir (cild 1, iş vərəqə 197). Hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesinin kənarında “Polad tökmə” zavodunun yanında yerləşən mağazadan xx xxxxxx 2019-cu il tarixdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı hadisə yerindən 03 ədəd “Wincester” markalı siqaret kötüyü aşkar edilib götürülmüşdür (cild 2, iş vərəqə 4-6). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 011-1484-1220 saylı məktubundan görünür ki, xx xxxxxx 2019cu il tarixdə Zərərçəkmiş şəxs2 məxsus mağazada baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 03 ədəd “Wincester” markalı siqaret kötüyü Təqsirləndirilən şəxs götürülmüş bioloji nümunələr üzrə aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, fakt üzrə hadisə yerindən götürülmüş 03 ədəd “Winchester” markalı siqaret kötüyü üzərində olan tüpürcək nümunələri Təqsirləndirilən şəxs məxsusdur (cild 2, iş vərəqə 16). Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sol yan cibindən içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə olan bir ədəd qara rəngli kağız büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə aldığı “Ağabala” adlı şəxsin beş gün əvvəl ona sonradan birlikdə satmaq üçün saxlamaq məqsədilə bir ədəd sellofan torbada narkotik vasitə heroini verdiyini, üstündən aşkar olunan bir ədəd bükülünü də həmin torbadan götürdüyünü, qalan hissəsini isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Lallar Fabriki” adlanan yerin yaxınlığında yerləşən yarımtikilidə gizlətdiyini bildirmişdir (cild 1, iş vərəqə 29-31). Baxış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi “Lallar Fabriki” adlanan yerin yaxınlığında yerləşən yarımtikiliyə baxış zamanı Təqsirləndirilən şəxs orada sol tərəfdə küncdə taxta parçasının altında gizlətdiyi üzərində “West Silver” yazısı olan 10 ədəd, üzərində “West brilliant Wite” yazısı olan 5 ədəd, üzərində “West deep blue” yazısı olan 5 ədəd siqaret qutularının, 5 ədəd “Snikers” yazısı olan şokaladın və 7 ədəd “Mars” yazısı olan şokaladın olduğu sellofan torbanı, həmçinin həmin tikilinin dam örtüyünün altına vurulmuş lambirinin oyuq hissəsində gizlədilmiş qara rəngli sellofan bükülünü təqdim etmişdir. O, həmin bükülünü açaraq içərisində olan açıq qəhvəyi rəngli maddəni göstərib narkotik vasitə herion olduğunu, onu Ağabala adlı şəxsin satmaq üçün ona verdiyini bidirmişdir. Həmin maddə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri 243 nömrəli möhürlə möhürlənmişdir (cild 1, iş vərəqə 32-33). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 20 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Bilalov.H.” yazısı olan zərfdə 01 (bir) ədəd qara rəngli kağız bükümdə, təmiz çəkisi 0,358 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Bilalov H” yazısı olan kağız paketdə 01 ədəd qara rəngli polietilen bükümdə, təmiz çəkisi 1510 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 1510,358 qramdır (1 kq, 510,358 qr) və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1510,158 qram təşkil etmişdir (cild 1, iş vərəqə 41-45). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxx 2020-ci il tarixli 890 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 60- 61). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxx 2020-ci il tarixli 756 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyn əlaməti aşkar olunmur, onda törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 62-64). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq yolu ilə ələ keçirimliş bir ədəd “Hidro Therm” markalı kombi aparatı Zərərçəkmiş şəxs1 qaytarılmışdır (cild 2, iş vərəqə 20). Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək ona vurulmuş ziyanın tam həcmdə ödənildiyini, ona görə də təqsirləndirilən şəxsə qarşı hər hansı tələb və şikayətinin olmadığını, onu bağışlayıb barışdığını göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2012-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3800 manat cərimə cəzasına məhkum edilmiş, xx xxxxxx 2013-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli amnistiya qərarının 1.5 bəndinə əsasən cəzadan azad olunmuşdur (cild 2, iş vərəqə 31-32). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməllər az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməllər isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etməməsinə, polis əməkdaşlarının ona qarşı qərəzli olmalarına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2ci, 177.2.3-cü, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 234.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı azadlığın məhdudlaşdırılması kimi alternativ cəza da nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi digər əməlin - ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü maddələri ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 18-20, 88- 93). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və ya qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1510,158 qram olan heroin və 3 ədəd “Wincester” markalı siqaret kötükləri məhv edilməli, üzərində “West Silver” yazısı olan 10 ədəd siqaret qutusunun, üzərində “West brilliant Wite” yazısı olan 5 ədəd siqaret qutusunun, üzərində “West deep blue” yazısı olan 5 ədəd siqaret qutusunun, üzərində “Snikers” yazısı olan 5 ədəd şokaladın və üzərində “Mars” yazısı olan 7 ədəd şokaladın qanuni sahibi Zərərçəkmiş şəxs2, bir ədəd “Hidro Therm” markalı 24 kw-luq kombi aparatının isə qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, oğurluqların və narkotik vasitənin aşkar edilməsi görüntüləri qeydə alınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 164 (bir yüz altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçüfın məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 35 iş saatı həcmində iş hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 248). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1510,158 qram olan heroin məhv edilsin; - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 3 ədəd “Wincester” markalı siqaret kötüyü məhv edilsin; - üzərində “West Silver” yazısı olan 10 ədəd siqaret qutusunun, üzərində “West brilliant Wite” yazısı olan 5 ədəd siqaret qutusunun, üzərində “West deep blue” yazısı olan 5 ədəd siqaret qutusunun, üzərində “Snikers” yazısı olan 5 ədəd şokaladın və üzərində “Mars” yazısı olan 7 ədəd şokaladın qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın; - bir ədəd “Hidro Therm” markalı, 24 kw-luq kombi aparatının qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın; - oğurluqların və narkotik vasitənin aşkar edilməsi görüntülərinin qeydə alındığı 2 ədəd CD disk cinayət işində saxlanılsın; Təqsirləndirilən şəxs 164 (bir yüz altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına X3 üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-892/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-892/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver