Məhkəmə qərarları › İş №1(101)-892/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-892/2021

03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-892/2021 03.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101)-892/2021 Azərbaycan Respublikası adından Hökm Bakı Ağır Cinayətlər Məhkəməsi «03» sentyabr 2021-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, X2, Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X3; zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs oğlunun iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Abşeron rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20.06.2019-cu il tarixdə cəzasını çəkib qurtarmış, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri Corat qəsəbəsi fərdi ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2020-ci il tarixdə saat 18:45 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 35 saylı fərdi evin qarşısında dostu Şahid4 ilə Zərərçəkmiş şəxs arasında baş verən münaqişə zamanı onları aralaşdırmaq istəyərkən, Zərərçəkmiş şəxs təpiklə onun sol ayağından vuraraq yerə yıxması səbəbindən, üzərində gəzdirdiyi ibtidai istintaqa məlum olmayan bıçaqla onun sol qoltuqaltı və sol sağrı nahiyəsinə bir dəfə zərbə endirərək, Zərərçəkmiş şəxs sol bazu arteriyasının dirsək sinirinin zədələnməsi ilə müşayiət olunan sol bazunun yuxarı 1/3-nin iç səthinin və sol qoltuqaltı nahiyyəsinin deşilmiş-kəsilmiş yaraları, sol sağrının yuxarı bayır kvadratının deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26.10.2020-ci il tarixdə təxminən saat 13 radələrində müştərinin evində usta kimi işləyən zaman Nazir onun istifadəsində olan mobil nömrəyə zəng edərək birgə oturub yeyib içməyi təklif etmişdir. O Nazirə pulunun olmadığını deyəndə Nazir ona lazım olan şeyləri özünün alacağını bildirmişdir. O da razılaşıb balığı da özünün götürəcəyini demişdir. Nazirlə danışıqdan sonra yaxınlıqdakı dükandan balıq alıb iş yerində özünə məxsus olan plastik dəstəkli uc hissəsi sivri olan mətbəxt bıçağı ilə həmin balığı təmizləmişdir. Bıçaqla işini qurtardıqdan sonra həmin bıçağı əynində olan jiletin sol yan cibinə qoymuşdur. Həmin gün bir qədər təmir işlərini görəndən sonra təxminən saat 17 radələrində evdən çıxmışdır. Evdən çıxan zaman Şahid4 onun istifadəsində olan mobil nömrəyə zəng edərək işdən çıxdığını 15 dəqiqə sonra Corat qəsəbəsində yerləşən “Okean” markaetin qarşısında olacağını orada görüşməyi təklif etmiş, o da razılaşmışdır. Paltarını dəyişmədən fəhlə geyimində balığı da götürüb “Okean” marketin qarşısından getmişdir. Nazirlə görüşüb yaşadığı evinə getmək qərarına gəlmişlər. Saat 18:50 radələrində Nazirin yaşadığı evə təqribən 30 metr qalmış qapılarının qarşısında Laçının Nazirin atası Əli ilə uca səslə danışmasını eşidib görmüşdür. Nazir öz qapısına çatanda Laçın onu görüb “bura gəl" demişdir. Nazir Laçına "kişi ilə söhbətivi et qurtar sonra özün gəl danışarıq" dedi. Həmin vaxt Laçın Nazirə qışqıraraq “qodux, sənə demirəm bura gəl” tələbini etmişdir. O, münaqişə ola biləcəyindən ehtiyat edib, əgər hər hansı xoşagəlməz hadisə olarsa sakitləşdirmək üçün müdaxilə edim deyə onlara yaxınlaşıb təqribən 7-8 metr aralıda dayanmışdır. Laçın Nazirə nəsə deyəndə Nazir Laçına cavabında “ağzıvın qatığını dağıtma” demişdir. Həmin vaxt Nazirin atası Əli onu çağıraraq Naziri oradan aparmağı tapşırmışdır. O, Nazirin sol qoluna girib Naziri dəniz tərəfə aparmaq istəyəndə Laçın yumruğu ilə Nazirin alın nahiyəsinə bir zərbə vurmuşdur. Həmin vaxt Nazir əyilib Laçının ayaqlarından tutub Laçını yıxmağa çalışmışdır. Laçın isə geri gedə-gedə Nazirin kürək bel nahiyəsinə yumruqla zərbələr vurmuşdur. Lakin Laçın fiziki cəhətdən güclü olduğu üçün Nazir Laçını yıxa bilməmişdir. Araya girib Naziri tutub geri dartsa da onları ayıra bilməmişdir. Laçının üstünə qışqırıb Laçına “ayrıl da” deyəndə, Laçın təpiklə onun sol bud nahiyəsinə toxunmuşdur. Əsəbləşib sağ yumruğu ilə Laçının sol çiyin nahiyəsindən geri itələyib Laçına “sənin başın qaçıb?, məni niyə vurursan?” demişdir. Laçın ona cavab verməmişdir. Naziri tutub yenidən aralamaq üçün özünə tərəf dartanda, Laçın ikinci dəfə ona yumruq atmışdır. Laçının yumruğu onun sol çiyin nahiyəsinə dəymişdir. O, Laçının bu hərkətindən əsəbləşib Laçını qorxutmaq və bununla da Nazirlə mübahisəyə son qoymaq üçün sol cibində saxladığı mətbəxt bıçağını sol əli ilə götürüb sağ əlinə alıb Laçının üzbəüz formada qucaqlayan şəkildə üstünə gedib, sol qoltuqlatı nahiyəsinə bir, sol sağrı nahiyəsinə də bir dəfə bıçaqla zərbə vurub dərhal da geri çəkilmişdir. Onun məqsədi Laçını qorxutmaq olmuş, ona ağır xəsarət yetirmək fikri olmamışdır. Bununla Laçın ondan qorxmalı və Naziri döyməsini dayandırmalı imiş. Bıçaqla vuruşundan sonra Laçın bir anlıq dayanıb “burda dayanın, gəlirəm” deyib yaşadığı ev tərəfə getmişdir. Nazir ondan “nə etdin?” deyə soruşanda əlindəki bıçağı göstərib bıçaqla Laçını vurduğunu bildirmişdir. Sonra o, hadisə yerindən uzaqlaşmış və bıçağı Corat qəsəbəsində tullamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, hadisədən əvvəl Nazirin onun üzərində bıçaq olmasından xəbəri olmamış və onun hadisədən əvvəl Nazirlə Laçın barədə hər hansı razılaşması olmamışdır. O, Laçını bıçaqla vuran zaman Nazir Laçının əllərini tutmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid4 yaşadığı Corat qəsəbəsində qonşuluqda yaşayır. Nazirə dair düşmənçilik və ədavət münasibətləri olmasa da, 2014-cü ildə aralarında baş vermiş mübahisə ilə bağlı həmin ərəfələr soyuq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs isə qiyabi tanıyır. Onlara dair düşmənçilik və ədavət münasibətləri olmamışdır. 22.10.2020-ci il tarixdə Corat kəndində piyada gedən zaman qonşuluqda yaşayan Orxan ona “mənim sənə hörmətim var. Amma sənin haqqında Nazir başqa cür danışır” demişdir. O, “Nazir barəmdə nə danışır?” deyə soruşanda Orxan “Nazir deyir ki, sən işverənsən, polisə isləyirsən, 2014-cü ildə Nazir barəsində polisə şikayət etmisən” demişdir. O, belə xarakter sahibi olmadığı üçün Nazirin şər və böhtan tipli bu kimi söhbətləri onu həddən şox əsəbləşdirmişdir. 23.10.2020-ci il tarixdə o, Nazirin istifadəsində olan mobil nömrəsinə zəng etmişdir. Telefona cavab verən Nazirə “ağzıvın qatığını dağıtmısan, buna görə də, mənimlə görüşüb məsələyə aydınlıq verməlisən” demişdir. Nazir də etiraz etməyərək dəstəyi asmışdır. 2 gün müddətində o, Nazirin istifadəsində olan mobil nömrəsinə zəng etsə də, nazir onun zənglərinə cavab verməmişdir. 26.10.2020-ci il tarixdə saat 18:45 radələrində evdən çıxıb Nazirin yaşadığı evin darvazasının qarşısına çatıb qapını döymüşdür. Qapını açan olmamışdır. Həmin həyətə birtişik Nazirin atası Əlinin yaşadığı evin qapısını döymüşdür. Qapıya Əli çıxdıqdan sonra ona Nazirin orda-buda onun barəsində yaraşmayan və həqiqətə uyğun olmayan sözlər deyib təhqir etdiyini, bir valideyini kimi oğluna nəzarət etməsini bildirmişdir. Bu məzmunda danışqıları zaman təqribən 30 metr arxada yol tərəfdən Nazirin gəldiyini görmüşdür. Nazir öz qapısına yaxınlaşan zaman Nazirə “bir dəqiqə gəl yanımıza” demişdir. Nazir ona kobud formada “sən özün mənim yanıma gəl” demişdir. O, tərkar israr edəndə Nazir onlara yaxınlaşmışdır. O, söhbəti açmaq istəyəndə Nazir “atamı niyə qatırsan bu işə” deyib üzünə doğru yumruq atmışdır. O, əyilib yumruq zərbəsindən yayınıb Nazirin başını sol qol altı nahiyəsinə salıb sağ yumruğu ilə təpə nahiyəsinə 2-3 zərbə vurmuşdur. Naziri vuran zaman dəniz tərəfdən Elxanın təxminən 20 metr məsafədən onun ünvanına “gözlə səni gör nə edəcəm” deyib qaça-qaça üstünə gəlmişdir. Elxan onunla üzbəüzə çatıb yumruqla onu vurmaq istəyəndə Naziri buraxıb sağ əli ilə Elxanın başından itələyib sol ayağı ilə də ayaqlarına toxunub Elxanı yerə yıxmışdır. Elxan yerə yıxlanda Nazir üstünə cummuşdur. O, Nazirin belindən tutub dartışanda, Nazir onun əllərini tutmuş və Elxana demişdir ki, onu bıçaqla vursun, Elxan da arxadan onu söyə-söyə bıçaqla vurmuşdur. Əvvəlcə sol qol altı nahiyəsində, dərhal ardınca isə sol sağrı nahiyəsində istilik hiss etmişdir. Geri dönəndə Elxanın əlində bıçaq olduğunu görmüşdür. O, “burada gözləyin gəlirəm” deyib yaşadığı evə getmişdir. Daha sonra TTYX-nin avtomobili ilə əvvəlcə Sumqayıt şəhər TTYX-na daha sonra isə Bakı şəhərində xəstəxanaya aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2014-cü ildə Zərərçəkmiş şəxs yaşadığı Corat qəsəbəsində ara yollarda avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən ona tutduğu iradla bağlı aralarında sözlü mübahisə olmuşdur. Mübahisədən xəbər tutmuş polis əməkdaşları onları Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Orada Laçın və o bir-birlərinə dair şikayətçi olmaqları üçün araşdırılma aparılmadan bölmədən buraxılmışlar. Daha sonra aralarında xoş münasibətlər olmuş və bir-birlərinin xeyir-şərində işitrak etmişlər. 26.10.2020-ci il tarixdə günorta saatlarında dostu Elxanla görüşmək qərarına gəlmişdir. O, arabir Elxanla görüşüb yaşadığı evində yeyib-içirmişlər. Təxminən saat 13 radələrində Elxana zəng edərək birgə oturub yeyib içməyi təklif etmişdir. Elxan ona pulunun olmadığını deyəndə Elxana lazım olan şeyləri özünün alacağını demişdir. Elxan da razılaşıb balığı da özünün götürəcəyini bildirmişdir. Həmin gün bir qədər işlərini görəndən sonra təxminən saat 18:15 radələrində Təqsirləndirilən şəxslə Corat qəsəbəsində yerləşən “Okean” marketin qarşısında görüşmüşlər. Saat 18:50 radələrində onun yaşadığı evə gedən küçəyə daxil olmuşlar. Yaşadığı evə təqribən 30 metr qalmış qapının qarşısında Laçının atası Şahid5lə uca səslə danışdığını eşitmişdir. Laçının danışığından mübahisə etməsi hiss olunurmuş. O, Elxana “burda gözlə gəlirəm” demişdir. Fikirləşmişdir ki, Laçına aralarında nəsə mübahisə ola bilər. Onda Elxan mübahisəyə qoşulmasın. Elxan təqribən 30 metr aralıda dayanmışdır. Hava azacıq qaralmışdır. O öz qapısına çatanda Laçın onu görüb “bura gəl” demişdir. Laçına “kişi ilə söhbətivi et qurtar sonra özün gəl danışarıq” demişdir. Həmin vaxt Laçın ona qışqıraraq “qodux, sənə demirəm bura gəl” demişdir. O, Laçına “ağzıvın qatığını dağıtma” demişdir. Həmin vaxt atası Əli Elxanı çağıraraq onu oradan aparmağını tapşırmışdır. Elxan onun sol qoluna girib onu dəniz tərəfə aparmaq istəyəndə Laçın yumruğu ilə onun alın nahiyəsinə bir zərbə vurmuşdur. Həmin vaxt o, əyilib Laçının ayaqlarından tutub onu yıxmağa çalışmışdır. Laçın isə geri gedə-gedə onun kürək bel nahiyəsinə yumruqla zərbələr vururmuş. Lakin Laçın fiziki cəhətdən güclü olduğu üçün onu yıxa bilməmişdir. Elxan onları ayırmağa çalışırmış. Həmin vaxt Laçın təpiklə Elxanın sol bud nahdiyəsinə vurmuşdur. Elxan Laçını itələyib “sənin başın qaçıb?, məni niyə vurursan?” demişdir. Laçın ikinci dəfə Elxana yumruq atmışdır. Həmin vaxt Elxan sol cibindən bıçağı çıxarıb Laçını üzbəüz formada qucaqlayıb vurmuş və geri çəkilmişdir. O, belə bir şeyin olacağını gözləmədiyi üçün əvvəlcə şoka düşmüşdür. Laçın bir anlıq dayanıb “burda dayanın, gəlirəm” deyib yaşadığı ev tərəfə getmişdir. Elxandan “nə etdin deyə soruşanda” əlindəki bıçağı göstərib, bıçaqla Laçını vurduğunu bildirmişdir. Daha sonra, Elxan yaşadığı evinə getmişdir. Şahid4 həmçinin ifadəsində göstərdi ki, o, Laçınla dalaşan zaman Elxan onları aralamağa çalışmışdır. O, Laçını saxlayıb deməmişdir ki, “Elxan Laçını vur”. Bu barədə deyilənlər həqiqət deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır, zərər çəkmiş şəxs Laçın isə onun qızının əridir. Hadisə günü Laçın işdən evə gəlib çörək yedikdən sonra evdən getmişdir. O, Laçının hara və nə üçün getməsini bilməmişdir. Sonradan eşitmişdir ki, Laçın Nazirgilin yaşadığı evə getmiş, Nazir evdə olmadığı üçün atası Əlini çağırıb onunla, oğlu Nazirin onun arxasınca niyə danışması barədə söhbət etmişdir. Həmin anda Nazir ilə Elxan gəlmiş və Laçın həmin hadisə zamanı bıçaqlanmışdır. Laçın bıçaqlandıqdan sonra qaçaraq evə gəlmiş və Laçının bədənindən qan gəldiyini görmüşlər. Bu səbəbdən təcili tibbi yardıma və 102 xidmətinə zəng edib Laçını xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadələrindən görünür ki, onlar Şahid2 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə ifadəsi elan edilərək tədqiqi edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdə Zərərçəkmiş şəxsla rəsmi nikaha daxil olmuşdur. 26.10.2020-ci il tarixdə anası Şahid2 və iki azyaşlı övladları ilə birgə evdə olan zaman saat 18:30 radələrində əri Zərərçəkmiş şəxs işdən evə gəlmiş və sonra həyətə siqaret çəkməyə çıxmışdır. Təxminən saat 18:45 radələrində səs eşitmiş və anası Səkinə ilə həyətə çıxanda Laçının sol qoltuqaltı və sol sarğı nahiyələrindən kəskin qan axdığını görmüşdür. O, mobil telefon vasitəsi ilə 103 qaynar xəttinə zəng edəndən sonra hadisə yerinə gəlmiş TTYX-nə məxsus avtomobillə Laçını Sumqayıt şəhər TTY xəstəxanasına aparmışlar. Daha sonra ərini Topçubaşav adına xəstəxanaya etap etmişlər. Sonradan Laçın özünə gələndən sonra ona danışmışdır ki, 26.10.2020-ci il tarixdə Nazirin yaşadığı evin darvazasının qarşısına çatıb qapını döymüşdür. Qapını açan olmamışdır. Həmin həyətə bitişik Nazirin atası Əlinin yaşadığı evin qapısını döyəndə isə, qapıya Əli çıxmışdır. Əliyə oğlu Nazirin orda-buda onun barəsində həqiqətə uyğun olmayan sözlər deyib təhqir etməsini bildirmişdir. Söhbət zamanı Nazirin gəldiyini görmüşdür. Nazir öz qapısına yaxınlaşan zaman ona “bir dəqiqə gəl yanımıza” demişdir. Nazir isə ona kobud formada “sən özün mənim yanıma gəl” demişdir. O, tərkar israr edəndə Nazir onlara yaxınlaşıb “atamı niyə qatırsan bu işə” deyib yumruq atmışdır. Aralarında dava-dalaş olmuş həmin vaxt dəniz tərfdən gələn Nazirin dostu Elxan üstünə qaça-qaça getmişdir. Elxanı da tutub yerə yıxmışdır. Yenidən Nazir hücum edəndə onlar bir-birləri ilə dartışan zaman Elxan sol qol altı nahiyəsinə, daha sonra isə sol sağrı nahiyəsinə bıçaqla arxadan zərbə vurmuşdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 11.11.2020-ci il tarixli 1370 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol bazu arteriyasının dirsək sinirinin zədələnməsi ilə müşayiət olunan sol bazunun yuxarı 1/3-nin iç səthinin və sol qoltuqaltı nahiyyəsinin deşilmiş-kəsilmmiş yaraları, sol sağrının yuxarı bayır kvadratının deşilmişkəsilmiş yarası vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin X7 qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla 26.10.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 15.02.2021-ci il tarixli 423 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopotik cisgiləri müəyyən edilir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərinin dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, hadisə zamanı onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirmək niyyətinin olmamasını göstərsə də, onun ifadəsində göstərdiyi həmin xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən bıçaqdan istifadə edilməklə qəsdən Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarətinin yetirilməsi öz ifadəsinin faktiki halları, zərəçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxs Elxan Nurulayevin məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsini cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Abşeron rayon məhkəməsinin 04.10.2018ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 04.10.2018-ci il tarixli hökm əsasında Azərbaycan Respublikası CM-nin 128-ci maddələri ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 20.06.2019-cu il tarixdə cəzanı çəkib qurtarmışdır. Hazırda məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Elxan Nurulayevin Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə tutma protokolundan görünür ki, Elxan Nurulayev 11.01.2021-ci il tarixdə tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 12.01.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs Elxan Nurulayevin cəza çəkməsinin başlanğıcı hazırki iş üzrə tutulduğu 11.01.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Elxan Nurulayev Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxs Elxan Nurulayevin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın, maddi sübutun və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Sumqayıt Regional” Vəkil Bürosunun vəkili X6 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X5 372 (üç yüz yetmiş iki ) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddianın, maddi sübutun və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Sumqayıt Regional” Vəkil Bürosunun vəkili X6 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X5 372 (üç yüz yetmiş iki) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov Düzdür Hakim : Fikrət Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar