Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-892/2022 06.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X12 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X11, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri "Xəzər Konsaltinq" Vəkil Bürosunda fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabunçu Rayon Məhkəməsinin 30.08.2019-ci l tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Əsgərov küçəsi, ev 69 ünvanında qeydiyyatda olmaqla,həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 04.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’-in İ siyahısına daxil edilən 7,138 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib 3,746 qram və 3,392 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda iki ədəd bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Əsgərov küçəsində yerləşən “Oba Marketin” qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ayrıayrılıqda çəkiləri 3,746 qram və 3,392 qram olmaqla ümumi çəkisi 7,138 qram narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırki iş üzrə həbs olunmamışdan əvvəl ailə üzvləri ilə birlikdə Nardaran qəsəbəsi, Əsgərov küçəsi, ev 69 ünvanında yaşamaqla, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində sürücü kimi işləmişdir. X1 İ dərəcə əlil olmaqla onun və pensiya yaşına çatmış anası ilə birlikdə yaşayır. Özü uzun müddətdir ki, heroin və digər narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri ayrı-ayrı vaxtlarda yaşadığı Nardaran qəsəbəsindən olan tanımadığı şəxslərdən alırdı. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. 03.11.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən bazarın yaxınlığında şəxsiyyəti barədə məlumatı olmadığı şəxslə görüşmüş, ondan narkotik vasitə heroin almış və bunun qarşılığında ona 80 manat pul vermişdir. Narkotik vasitəni həmin şəxsdən aldıqdan sonra onu üzərində saxlamış, lakin istifadə etmək üçün imkanı olmamışdır. Nakotik vasitələrindən hər gün istifadə etdiyinə görə aldığı narkotik vasitə heroini üzərində saxlamışdır ki, lazım olduğu vaxt istifadə etsin. 04 noyabr 2021-ci il tarixdə idarə etdiyi “Kamaz” markalı maşınla Nardaran qəsəbəsi istiqamətində getdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş şəxslər ondan anket məlumatlarını soruşduqda, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə həmin idarəyə gəlmişdir. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd sellofan bükümü, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd "Samsung” markalı mobil telefonu və 50 manat nağd pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərindən çıxan əşyaların ona məxsus olmasını qeyd etmişdir. Üzərindən aşkar olunan 2 ədəd sellefon bükümlər açılaraq baxış keçirilən zaman orada tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddələrin olması aşkar edilmişdir. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən bazarın yaxınlığından 03 noyabr 2021-ci il tarixdə axşam saatlarında çəxsiyyəti barədə məlumatı olmadığı “Məşədi” adlı şəxsdən aldığını, narkotik vasitələrdən 10 ildir istifadə etdiyini, üzərindən aşkar olunmuş maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Üzərində aşkar olunmuş narkotik vasitələr ona məxsusdur, lakin o, həmin narkotik vasitələri satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün almışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ailəsinin yeganə qazanc mənbəyi olmaqla 1959-cu il təvəllüdlü anasının himayəsində olmasını və bacısının 1-ci dərəcə əlil olmasını nəzərə alaraq, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 04 noyabr 2021-ci il tarixdə “Elşən” adlı şəxsin qanunsuz olaraq satış məqsdədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində "Elşən” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində hazırda xatırlamadığı ünvanda qeydiyyatda olmaqla, həmin yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə tərəfindən raportla məruzə edilmiş və müvafiq icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən qrup yaradılmış. Əməliyyat qrupuna rəhbərlik ona həvalə olunmaqla, əməliyyat müvəkkili polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 qrupun tərkibinə daxil olmuşlar. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirməklə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən “Oba” marketin qarşısında olması müəyyən edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Əsgərov küçəsində yerləşən “Oba Markefin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroinin olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd sellofan bükümü və hazırda dəqiq xatırlamadığı şəxsi əşyalarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən bazarın yaxınlığından 03 noyabr 2021 -ci il tarixdə "Məşədi” adlı şəxsdən aldığını, narkotik vasitələrdən 10 ildir istifadə etdiyini, üzərindən aşkar olunmuş maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Baş Narkotiklərlə Mübarizə İdarəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmədə ifadəsi elan edilmiş tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 cinayət işinin 151-154-cü vərəqlərində olan ifadəsindən görünür ki, şahid əməliyyat tədbirində iştirak etmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 24). “Şəxsi axtarış aparılması və götürmə aparılması barədə” 04.11.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında 04 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Əsgərov küçəsində yerləşən “Oba Merket”in qarşısında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmişdir. BMCMİ-nin inzibati binasında üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (cild 01, iş vərəqə 33-37) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2021-ci il tarixli 6/4914 nömrəli rəyindən görünür ki; Tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 6” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan...” və.s yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,746 qram və 3,392 qram, ümumi təmiz çəkisi 7,138 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi-7,138 qram, tədqiqata sərf edildi-ümumi 0,08 qram, qalıq- 7,058 qramdır. (cild 01 iş vər. 49-53) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1138/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 97-101). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş 27.11.2021-ci il tarixli tələbnamədə və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 01, iş vərəqə 126-136). "xxxx" MMC-dən daxil olmuş 20.12.2021-ci il tarixli AZF/LGL-34314/21 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə tərəfimdən baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrənin istifadəçisinə “Bidənə səninçün saxlamışam Sədi biləcək çox yoxdu”. ***- ***-**-** saylı mobil nömrənin istifadəçisindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə “Elşən bərk lomkadayam çıx gəl bizə kişisən” məzmunlu mesajlar göndərilmişdir. "xxxx" MMC-dən daxil olmuş 20.12.2021-ci il tarixli AZF/LGL-34314/21 nömrəli məktuba əlavə olunmuş 01 ədəd diskə baxış keçirilməsinə dair tərtib olunmuş 23.12.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs müxtəlif mobil operatorlara məxsus mobil nömrələr ilə aralarında olan mesaj mətnlərindən onun narkotik vasitənin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasına dəlalət edəcək kifayət qədər faktların olması müəyyən edildiyi üçün 23.12.2021-ci il tarixli “telefon zəngləri üzrə aparılan danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. (cild 01, iş vər.139- 143) Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi inzibati dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş vətəndaş Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır, 04.11.2020-ci il tarixdə həbsdən azad olunmuşdur, qəsəbədə yaşadığı müddət ərzində onun haqqında qəsəbə nümayəndəliyinə qonşular və sakinlər tərəfindən heç bir yazılı və şifahi şikayət və ərizə daxil olmamışdır. (cild 01, iş vər. 145) Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş 12.01.2022-ci il tarixli 155 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 161-162) “Cinayət işinin materiallarından material ayrılması haqqında” 09.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən material ayrılmışdır. (cild 01, iş vərəqə 211-212) Cinayət işinin materiallarına əlavə olunmuş AZ-1 №196285 saylı Azərbaycan Respublikası Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 01.06.2006-cı il tarixdə ölmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 13.04.2022-ci il tarixli arayışından görünür ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İ dərəcə əlilliyə görə sosial müavinət və Azərbaycan Respublikasının Prezidentinin təqaüdünü alır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 13.04.2022-ci il tarixli arayışından görünür ki, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Yaşa görə (3 və daha çox uşaq doğub tərbiyə etmiş 57 yaşına çatmış qadınlar) aylıq sosail müavinat və İ dərəcə əlilliyi olan şəxsə qulluq etdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin təqaüdünü alır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, videogörüntülər, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı və gizlətdiyi, kiməsə heroin və yaxud başqa narkotik vasitə satmaq niyyəti olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, ictehlakçı ilə əvvəlcədən razılıq əldə edilməci, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 1(008)-322/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 04.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna və müvafiq hökm üzrə məhkumluğu ödənilmədiyinə görə o, məhkumluğu olan şəxs hesab olunmalı, onun hazırki iş üzrə ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən X5 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxsn cinayət əməlini qismən etiraf edib peşman olmasını, 1959-cu il təvəllüdlü anasının himayəsində olmaqla, bacısının 1-ci dərəcə əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi təmiz çəkisi 7,058 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan bir ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd DVD disk və 01 ədəd "Samsung Duos” markalı mobil telefon aparatı isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 109,90 manat (yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 56 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Xəzər Konsalting ”Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi təmiz çəkisi 7,058 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan bir ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd DVD disk və 01 ədəd "Samsung Duos” markalı mobil telefon aparatı isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 109,90 manat (yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Xəzər Konsalting” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov
Məhkəmə qərarları › İş №1(101)-892/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-892/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver