Məhkəmə qərarları › İş №1(101)-892/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-892/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-892/2024 08.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 13 avqust 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası CM-in 126.2.4, 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə saat 20:41 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Rasim Şahsuvarov küçəsində idarə etdiyi “Toyota Prius” markalı 99SX934 dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olduğu zaman arxadan eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz E230” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ona səs siqnalı və xarici işıqlarla yol vermək işarəsini görüb, hərəkətini yolun geniş əlverişli hissəinədək davam etdiri yol verdiyi halda Zərərçəkmiş şəxs ötərkən ona- “korsan?" deyə kobud müraciətinə görə, cüzi səbəbdən, sonuncunun ardınca hərəkətini davam edib yolun “Pekarnı” deyilən ərazidən keçən hissəsində avtobus dayanacağı ərazisində dayanmış Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşıb dayanandan sonra avtomobillərdən düşərək, münasibətlərini araşdırdıqları zaman mübahisə başlanmış, Təqsirləndirilən şəxs şəhər ərazisində ictimai nəqliyyatın dayanacağında nəqliyyat vasitələrinin və vətəndaşların olduğuna məhəl qoymadan, biləvasitə hadisə yerində olan bir neçə nəfərin yanında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, Zərərçəkmiş şəxs sifətinə bir kəskin güclü yumruq zərbəsi vurmuş, vətəndaşların onun qarşısını almaq cəhdlərini nümayişkaranə şəkildə rədd edərək, vurduğu zərbə ilə kifayətlənməyib Zərərçəkmiş şəxs sifətinə daha bir neçə kəskin güclü yumruq zərbəsi vurub yerə yıxmış, daha sonra yıxıldığı yerdə gövdəsinə təpiklə zərbə vurub sifətinin qanaması ilə müşaiyət olunan zədələnməsi kimi sağlamlığına zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarət və fiziki ağrılar yetirərək Zərərçəkmiş şəxs üzərində zor tətbiq etməklə müşaiyət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Bundan əlavə, o, 26 iyun 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində idarə etdiyi “Toyota Prius” markalı 99SX934 dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olduğu zaman bir gün əvvəl baş vermiş dalaşma zamanı onu vurub xəsarət yetirdiyinə görə münasibətlərini araşdırmaq məqsədi ilə onu axtaran Zərərçəkmiş şəxs və tanışlarının dörd müxtəlif minik avtomobillərinin ona maneə yardaraq saxlamaq cəhdlərini görüb təqib edənlərdən uzaqlaşmaq üçün məcburi manevrlər etməklə yaşadığı Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15 ünvanlı çoxmənzilli evin qarşısına çatanda Zərərçəkmiş şəxs və tanışları onu əhatəyə alıb hərəkətini məhdudlaşdırandan sonra zor tətbiq etmək üçün götürdükləri müxtəlif əşyalarla üstünə gedib avtomobildən çıxmasını tələb etdikləri zaman, Şahin Müsayev avtomobilində qapanıb tanışlarına kömək üçün zəng vuraraq, tanışlarının hadisə yerinə gəldiklərini görüb avtomobilindən çıxandan sonra, əllərində kəlbətin və naməlum əşya ilə onun üstünə gələn Zərərçəkmiş şəxs üzərində idmançı kimi fiziki üstünlüyündən istifadə edərək, baş-sifət nahiyəsinə kəskin güclü yumruq zərbələri vurub yerə yıxmaqla müaqvimətini qırandan sonra, xuliqanliq niyyəti ilə üstündə olan naməlum nümunəli kəsici-deşici xassəli əşya ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, sol tərəfli hemopnevmotoraksla müşaiyət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, S-vari bağırsağın zədələnməsi ilə müşaiyət olunan belin sol İç səthinin periton boşluğuna nüfuz edən bir ədəd bir ədəd deşilmiş-kəsilmiş yarası(cəmi üç ədəd), üzün səthi kəsilmiş yaralan və başın yumşaq toxumasının hematomaları kimi xəsarətlər yetirərək, hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sol tərəfli hemopnevmotoraksla müşaiyət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası və S-vari bağırsağın zədələnməsi ilə müşaiyət olunan belin sol iç səthinin periton boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası (cəmi iki ədəd) xəsarətləri ilə nəticələnən qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Asif oğlu törətdiyi əməldən peşman olduğunu bildirib ifadələrində göstərdi ki, hadisədən əvvəl Zərərçəkmiş şəxs tanımamışdır. Onu ikinci hadisədən iki gün qabaq tanımamışdır. Hadisdən iki gün əvvəl o, özünün avtomobil ilə Əhmədli qəsəbəsinə dostunu görməyə gedərkən yol xərcini, yəni işlətdiyi benzinin pulunu çıxarmaq üçün maşınına müştəri götürmüşdür. Sözügedən hadisə 25 iyun 2022-ci il tarixində baş verib.O, hərəkətdə olarkən avtomobillərin tıxacı ilə qarşılaşıb, maşını saxlamışdır. Zərərçəkmiş şəxs arxadan siqnal verib ona yol verməyini tələb edirdi. Onun qarşısında maşınlar olduğundan, maşını sağa və ya sola vermək üçün yer olmadığından o, həmin anda Bəhrama yol verə bilməmişdir. Yol boşalan kimi Bəhram maşını ilə ona yaxınlaşıb maşını saxlatdırıb, onunla sərt danışıb ona “korsan?” dedi. O, biraz səbrsizlik göstərərək, onun bu danışığına görə onunla mübahisə edib ona bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra Bəhram getdi. Səhərisi gün o, idman məşqindən çıxıb Hövsan qəsəbəsinə gedəndə Bəhram maşınla onun qabağını kəsib onun hərəkət etməsinin qarşısının aldı. O da dəfələrlə yayınaraq, qaçmağa çalışıb öz evinin məhləsinə daxil olanda Bəhram və onunla gələn digər üç maşınla, ymumilikdə dörd maşınla onun arxasınca həyətə daxil olub onun maşınını mühasiryə aldılar. O da maşından düşməyərək, Bəhrama sonra, Bəhram sakitləşdikdən sonra danışarıq demişdir, lakin nə Bəhram, nə də Bəhramla gələn səkkiz-doqquz nəfər şəxs, onun dediklərinə məhəl qoymayıb özləri ilə gətirdikləri metal parçalarla, lomla onun maşınına vurub maşının qabaq şüşəsini sındırdılar, digər hissələrini vurub əzdilər. O da çıxılmaz vəziyyətdə qalıb dostuna zəng edib vəziyyəti ona danışıb maşından düşüb ona hücum edənlərlə əlbəyaxa olub bir az dalaşdıqdan sonra ondan əl çəksinlər deyə qışqırmışdır. Bəhramın yanında gələn oğlanlar da onu hücum edib onu vurmuşlar. O, Bəhramlə dalaşarkən Bəhramın əlində biz və qaz açarı var idi. O, bizi Bəhramın əlindən alıb özünü qorumaq üçün həmin bizlə də Bəhrama vurmuşdur. Onun özü dalaşqan adam deil deyil. Onunla Bəhram arasındakı birinci hadisə Bəhramın ona “korsan?” dediyinə görə, ikinci hadisə isə onların onun, arxasınca məhləyə gəlib ona hücum etdikləri üçün olmuşdur. Əvvəlcə o, davadan qaçmağa cəhd edib həyətinə kimi qaçmışdır, lakin həyətində onu dörd maşınla mühasirəyə almışdır. Onu mühasirəyə almamışdan qabaq Bəhramla gələn şəxslərdən biri öz maşını ilə onun maşınını vurub qaçmağına mane olmuşdur, buna baxmayaraq, o, yenə imkan tapıb qaçmışdır, bundan sonra Bəhərmgili onu məhəlləədə mühasirəyə qaçmatının qarşısını almışlar. O da özünü müdafiə etməyə məcbur olub həmin hərəkəti edib. O, Bəhramın çənəsindən yumruq vuraraq onun əlindən bizi almışdır. O, Bəhramla üzbəüz olmuşdur, o, Bəhramdan bizi alanda Bəhram ona hücum etmişdi. O, Bəhrama nə qədər zərbə vurduğunu xatırlamır. Birinci dəfə Bəhram ona arxadan siqnal verəndə onun, maşınla sağa keçə bilmək imkanı olmamışdır. Hər tərəfi bağlı idi. Bəhram taksi şoferi işləyirdi. O, Bəhramdan qabaq müştərini götürdüyünə görə Bəhram ona qəzəblənmişdi. Zərərçəkmiş şəxsin anası onu vurmayıb. Onun maşınında olan zədələri Bəhramgil yetiriblər. O özü taksi kimi idarə etdiyi, həmin maşını icarəyə götürüb idarə etmişdir. Törətdiyi əməli məcbur olub törədib, münaqişədən qaçmağa çalışıb, lakin ona imkan verməyiblər. Bununla belə törətdiyi əməldən peşmandır. Himayəsində üç azyaşlı qızı vardır. Ona cəza təyin edərkən həmin halları nəzərə almağı xahiş edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1 və 126.2.4-cü maddələri ilə elan olunmuş ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 3 azyaşlı uşağı vardır. Daimi iş yeri yoxdur, 2022ci ildə hadisə baş verən vaxtlarda tanışı Şahid5 icarəyə götürdüyü “Toyota Prius” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Bolt” taksi şirkətində qeydiyyatdan keçərək taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırmışdır. Eyni zamanda peşəkar boks və kinqboks idman növləri ilə məşğul olur, yarışlarda iştirak edib boks üzrə Avropa üçüncüsü, dəfələrlə Respublika birincisi olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi «Toyoto Prius» markalı avtomobillə Hövsan qəsəbəsindən Əhmədli istiqamətinə getmək istəmiş, dostu Şahid3 da onunla maşında olmuş, arxada da iki nəfər tanımadığı müştəri sərnişin oturmuşdur. Hövsan qəsəbəsində «Şüşəli bazar» deyilən yeri keçəndən sonra həmin vaxt tanımadığı Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes Benz E» markalı avtomobillə arxamca gələrək guya ona yol vermədiyinə görə dəfələrlə siqnal verməyə başlamış, o, nisbətən geniş olan yerdə maşınını sağa çəkmiş və bu zaman yanından keçən Bəhram -«korsan, görmürsən məni?» deyərək kobud ifadə işlətmişdir. Bəhramın sözü ona pis təsir etmiş, çünki onun Bəhrama qarşı səhv hərəkəti olmamış, Bəhram isə maşınında olan şəxslərin eşitdikləri şəraitdə ona kobudluq etmişdir. O, Pekarnı deyilən yerə, avtobus dayanacağına çatanda Zərərçəkmiş şəxs avtomobilini saxlamasını görüb onunla yanbayan avtomobilini saxlamış, Bəhram onun maşını saxladığını görüb özü maşınını bir az da yaxınlaşdırıb lovğa-lovğa maşından düşüb onun maşınına tərəf gəlmişdir. O da maşından düşmüş və nə üçün belə etməsinin səbəbini soruşunda Bəhramın yenə də kobud danışmasına görə əsəblərini cilovlaya bilməmiş, maşınının qabağından dolanıb yanına gələnə qədər Bəhram artıq Ruslanla danışmağa başlamışdır. O, yaxınlaşan kimi əvvəl Bəhramın sifətinə bir yumruq zərbəsi vurmuş, sonra kənara çəkilməsinə imkan verməyib qolundan tutmuş və ardıcıl daha üç-dörd zərbə vurandan sona Bəhram yerə yıxılmışdır. Kimsə Bəhrama yaxınlaşmış, Ruslan və müştəriləri onu məzəmmət etməyə başlamışlar, o da uzandığı yerdə Bəhrama təpik vurub sonra maşınına oturmuş, sərnişinləri də oturandan sonra sürüb oradan uzaqlaşmışdır. xx.xx.2022-ci İl tarixdə saat 22 radələrində idarə etdiyi «Toyata Prius» markalı avtomobillə Hovsan istiqamətində hərəkətdə olarkən «KATV»nin binasını keçib sola dönən kimi arxadan hərəkətdə olan «Azsamant» markalı avtombil onu keçib “ruçnoy” dartıb yolu çəpəki bağlayaraq qarşısını kəsmişdir. Eyni anda arxada olan «Mercedes Benz E» markalı avtomobil «Honda» və başqa bir «AzSamant» markalı avtomobil qəsdən sıxlıq yaradıb geriyə hərəkət etməsinə imkan verməmişlər. Həmin vaxtı qabağını kəsən avtomobildən bir gün əvvəl dalaşdığı Bəhram və arxa tərəfdən üç nəfər oğlanlar düşüb əllərində maşın açarnı, mantirovka tutub üstünə hücum etmişlər. O, həmin vaxtı bir təhər manevr edib binaların arası ilə kirayə qaldığı 15 saylı binanın qarşısına getmişdir. Bəhram və birlikdə olan digər avtomobillər də arxasınca düşüb onu təqib etmişlər. O, bilmişdir ki, həmin şəxslərlə bacara bilməyəcək, ona görə də tanışı Ruslana zəng edib köməyə çağırmışdır. Həmin vaxt Ruslan yaxınlıqda tanıdığı Elşənlə «Reysteşn» oynamışlar və zəng edəndə ikisi bir yerdə gəlmişlər. Tanışları gələnə qədər isə Bəhramgil avtomobilləri ilə onun avtomobilinin qarşısını kəsib ona hücum etmişlər, Bəhram əlindəki qaz açarı və bizə oxşayan iti əşya ilə, həmçinin birlikdə gəlmiş Pərvin, Nahid, Bəhramın qardaşı Siruz, anası llhamə və onların digər taksi sürücüsü olan tanışları əllərindəki dəmir alətlərlə avtomobilini vurub şüşələrini sındıraraq, əzərək onu avtomobildən çıxartmaq istəmişlər. Bina sakinləri bu izdihama görə narahat olub həyətə düşmüşlər. Onlara kimsə yaxın durub sakitləşdirə bilməmişdir. O, görəndə ki, dostu Ruslan və Elşən gəlib çatıblar, ürəklənib avtomobildən düşmüşdür. Həmin vaxtı Ruslan onun üstünə hücum çəkmiş şəxslərlə Bəhram, Bəhramın qardaşı Siruz, Pərvin və adını bilmədiyi digər şəxslərlə yumruqla əlbə-yaxa olub dalaşmağa başlamış, çünki onlar Ruslanın sakitləşmək barədə təklifinə razılaşmayıb üstünə hücum çəkmişlər. O, özü də müdafiə olunmaq üçün hücum edənlərə yumruqla müqavimət göstərmişdir. Həmin vaxt Bəhram bir əlində qaz açarı, bir əlində isə kənarları iti olan bizə oxşar əşya ilə üstünə gələndə o, əvvəlcə yumruq zərbəsi ilə Bəhramın çənəsindən vurmuş, zərbədən Bəhram müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. O, əsəbi olduğuna görə Bəhramın əlindəki bizə oxşar əşyanı götürüb sonuncunun bədən nahiyyəsindən vurmağa başlamış, neçə zərbə vurduğunu xatırlamır, amma çox vurmamış, həm də alətlə güclü zərbə vurmağa çalışmamışdır, istəməmişdir ki, peşimançılıq olsun, sadəcə Bəhramı ona qarşı hərəkətlərinə görə cəzalandırmaq istəmişdir. Ona görə də əsəblərini cilovlaya bilməmiş və Bəhrama kəsici-deşici alətlə xəsarət yetirmişdir. O vəziyyətdə həmin aləti elə oralarda harasa atmış və Bəhramdan aralanıb oradan piyada getmişdir. Hadisə vaxtı Elşən onları bizdən ayırmağa çalışmış, kiminləsə dalaşması olmamış, heç kimə xəsarət yetirməmişdir. Bəhram və başına topladığı dəstəsi onun idarə etdiyi “Toyota Prins" markalı avtomobilin təkərini deşib, şüşələrini sındırıb, banını, buferlərini, qapılarını əzib, güzgülərini sındırıb xeyli ziyan vurmuşlar. Avtomobili tanışı Zaura qaytarandan sonra sonuncu avtomobilini təmirə aparmış, təmir yerində 1.000 manatdan artıq ziyan hesablamışlar. Hadisələr zamanı özü xəsarət almamış, çünki özünü müdafiə edə bilmişdir. Baş vermiş hadisələrə görə peşimançılıq çəkir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla ədavəti yoxdur, münasibətləri yaxşıdır. Hadisə Təqsirləndirilən şəxs Asif oğlunun danışdığı kimi baş verib. Hadisə ilə bağlı yaddaşında heç nə qalmayıb. O, arxadan avtomobil ilə təqsirləndirilən şəxsə siqnal vermişdir ki, o, sağa keçsin. Mübahisənin başlanmasnın səbəbi bu olub. 2010-cu ildən etibarən sürücü kimi işləyir. O, Şahinə siqnal verəndə Şahinin ona yol verməyə imkanı yox idi. O da imkan yarananda Şahinin maşının yanına çatanda tələsdiyi üçün Şahinə “korsan?” demişdir. Bundan sonra Şahin də ona yumruqla vurdu. Bundan sonra da o, Şahinin yanına yeddi-səkkiz adamla getmişdir. Onun ikinci dəfə Şahinin yanına getməkdə məqsədi aralarındakı söhbəti həll etmək olub. Onlar Şahinin yanına getdikdə özlərini qorumaq üçün kəlbətin götürmüşlər. Şahinin onu neçə dəfə vurduğu yadında deyil. Şahinin onu vurduğu aləti onun əlindən alıb-almadığını xatırlamır. Məhkəmədə çıxışı zamanı Zərərçəkmiş şəxs göstərdi ki, hadisə zamanı ona xəsarət yetirilən biz onun özünə məxsus olub və onun əlində olub. Onun Şahinə xəsarət yetirmək niyyəti olmayıb, sadəcə o, özünü qorumaq istəmişdir. O, Şahinin üstünə gedəndə ondan başqa hadisə yerində onun altı-yeddi nəfər dostu olub, lakin, o, yenə də özünü müdafiə məqsədilə özü ilə biz götürmüşdür. Hadisə anını tam xatırlamadığı üçün əvvəlki ifadəsində bizin ona aid olduğunu deməmişdir. Onun əlində biz olduğunu Şahindən başqa heç kəs görməyib. Şahin də bizi onun əlindən alıb həmin bizlə də onu vurub. Bu hadisənin törədilməsində o özü günahkardır. O, Şahinlə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, göstərdiyi ünvanda atası, qardaşı və nənəsi ilə yaşayır, anası isə onlardan ayrı ünvanda yaşayır. '‘Mercedes Benz E230” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobildə icarə əsasında taksi fəaliyyəti ilə məşğul olub dolanır. Qardaşı Siruz da başqa avtomobildə taksi fəaliyyəti ilə məşğul olur. Mahiyyəti üzrə bildirir ki, 25 iyun 2022-ci il tarixdə axşam saat 8 radələrində Hövsan qəsəbəsində bir nəfər götürdükdən sonra “Günel” ticarət mərkəzinin qarşısı ilə gedəndə “Toyota Prius” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı bir taksi avtomobilin önündə hərəkət etdiyini görmüşdür. Həmin avtomobilə işıqla işarə atıb siqnal versə də yoldan çəkilib ona yol verməmişdir. O da qarşı yola çıxıb bu avtomobili ötərək “Pekarnı” deyilən yerə getmiş, həmin yerdə dayandığı zaman əvvəlcə həmin avtomobil gəlib yanında saxlamış və ön oturacaqda oturan oğlan niyə onları keçdiyini deyib onunla mübahisə etmişdir. O da sürücü bilər, mən bilərəm demiş, əvvəl özü avtomobilindən düşmüşdür. Sonra həmin ön oturacaqda oturan oğlan düşmüş və onlar sözlə mübahisə etmişdir. Bu zaman həmin avtomobilin sürücüsü də avtomobildən düşüb ona yaxınlaşmış və heç nə demədən yumruqla onun sifətinə vurmuş, o, huşunu itirmiş və həmin oğlan bir neçə dəfə də sifətinə yumruqla vurmuşdur. O, yerə yıxılmış və həmin oğlan yerdə də onun qarnından vurmuşdur. O, yerdə qalmış, həmin oğlanlar çıxıb getmişlər. Ətrafda olanlar kömək edib onu qaldıraraq avtomobilinə əyləşdirmişlər. O, qardaşına zəng edərək hadisə barədə məlumat vermişdir. Qardaşı gələndən sonra əvvəlcə yaxın olduğuna görə anasıgilə getmişdir. Bir az özünə gələndən sonra onu vuran oğlanı axtarmağa başlamış, lakin tapa bilməmişdir. Sonra qardaşı ilə birikdə evə getmişlər. Səhəri gün xx.xx.2022-ci il tarixdə günortaya kimi evdə dincəlmiş, günorta saat 16 radələrində evdən çıxıb öz avtomobili İlə Hövsana getmişdir ki, oğlanı tapıb söhbət etsin və onu niyə vurduğunu soruşsun. Hövsanda qardaşı Siruzla görüşmüş və Siruzun maşınında əvvəlcə Hövsan qəsəbəsində onu vuran oğlanı axtarmışlar, lakin tapa bilməmişlər. Axşam saatlarında anasının işlədiyi kafedə tanışı Pərvin və digər tanışları, eləcə də qardaşı Siruzla birlikdə çay içən zaman onu vuran oğlanın idraə etdiyi avtomobil keçmiş və onlar da durub həmin avtomobilin arxasınca getmişlər. Özü tək “Mersedes benz" markalı avtomobildə, Nahidlə birlikdə Siruz öz avtomobili ilə və Pərvin isə “Honda” markalı avtomobildə iki nəfər oğlanla birlikdə getmişlər. Onlar həmin avtomobilin arxası ilə FHN-nə tərəf getmişlər və əllərini çıxardaraq saxlatmağı qışqırmışlar. Sürücü saxlamamış və 15 saylı binanın arasına girmiş, onlarda arxasınca həmin binaya girmişlər, Pərvin isə ayrı tərəfdən həmin avtomobilin qabağına çıxmaq üçün getmişdir. O, 15 saylı binaya girdikdə qarşısında qardaşının idarə etdiyi “AzSamand” markalı avtomobil, onun qabağında isə həmin “Toyota Prius” markalı avtomobil olmuşdur. O bir əlində kəlbətini, digər əlində isə dəmir parçası ilə düşüb həmin avtomobilə yaxınlaşmış və sürücüyə aşağı düşməsini demiş, lakin sürücü yerə düşməmişdir. Həmin vaxt yanında anası, qardaşı, Pərvin, eləcə də digər şəxslər olmuşlar. O həmin sürücüyə aşağı düşməyi dedikdə sonuncu avtomobili qabağa verib öndəki avtomobili vurmuş, sonra arxaya verib Siruzun avtomobilini vurmuşdur. Bu zaman o, əlindəki kəlbətinlə həmin “Toyota Prius” markalı avtomobilin yan şüşəsinə vurmağa başlamışdır. Həmin vaxt bir nəfər tanımadığı başqa oğlan qaçaraq yaxınlaşıb onu vurmağa başlamış, o da əlindəki alətlərlə həmin şəxsə tərə gedərək özünü müdafiə etmək istəmişdir. Bu anda həmin “Toyota Prius” markalı avtomobilin sürücüsü qaçaraq ona yaxınlaşmışdır. O, həmin sürücü oğlana doğru qaçmış və bu anda həmin sürücü nə iləsə onun sifətindən və bədənindən vurmağa başlamışdır. Gecə olduğu üçün onu vuranın əlindəki aləti görməmişdir. Həmin şəxs onun sifətindən və bədənindən vurandan sonra onun bədəni boşalmış və əlindəki əşyalar yerə düşmüşdür. Həmin şəxslər qaçıb oradan uzaqlaşmışlar. Qardaşı Siruz da onu əvvəl TTYnə, sonra isə 3 saylı SKX-na gətirmişdir. Hadisə zamanı onun əlində bıçaq olmamış, Təqsirləndirilən şəxs onu vurduğu bıçaq da onda olmamışdır. Əlində olduğunu bildirdiyi bir tərəfi qalın dəmir, digər tərəfi taxta olan alət onun özünə məxsusdur, onu ehtiyat kimi avtomobilində saxlayır. 26 iyun 2022-ci il tarixdə hadisə zamanı orada Pərvin, Siruz, anası Arzu, Nahid, eləcə də digər tanımadığı şəxslər olmuşdur. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar olaraq tanıyır. Zərərçəkmiş şəxs onun qardaşıdır. O, hadisənin olduğu tarixi tam dəqiqliyi ilə xatırlamır. Hadisə günü anası ona zəng vuraraq qardaşının vurulduğunu deyərək, onu köməyə çağırmışdır. Bəhramı Hövsan qəsəbəsindəki təcili yardıma gətirmişlər. Oradan da üç saylı şəhər kliniki xətəxanasına aparmışdır. Onu hadisə yerinə anası zəng vurub çağırmışdır. Hadisə yerində çox adam olduğu üçün Şahini görməmişdir. Hadisənin olduğu tarix tam dəqiqliyi ilə yadında deyil. Hadisə zamanı qardaşı Zərərçəkmiş şəxs xəsarət yetirilən biz Bəhramın özündə olub. O, qardaşının əlində biz adlanan aləti görmüşdür. O,qardaşına böhtan atmır. İfadələrini təsdiq edir, biz qardaşının əlində olub. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır və hər ikisi avtomobil icarə götürməklə taksi fəaliyyəti ilə məşğul olub dolanırlar. 25 iyun 2022-ci il tarixdə saat 20 radələrində Hövsan qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olarkən qardaşı Bəhram ona zəng edərək, tanımadığı 4 nəfər şəxs tərəfindən döyüldüyünü və həmin vaxt Hövsan qəsəbəsində “Pekarnı” deyilən yerdə olduğunu bildirmişdir. O, tez həmin yerə getmiş və orada qardaşı Bəhramın əlindəki əski ilə pis kökdə olan sifətini sildiyini görmüş, həmin vaxt sonuncunun gözünün altından qan axmışdır. Qardaşına yaxınlaşıb nə baş verdiyini soruşduqda Bəhram ona demişdir ki, Hövsan qəsəbəsində yerləşən “Günel” marketin qarşısında müştəri ilə idarə etdiyi avtomobillə hərəkətdə olarkən “Toyota Prius” markalı avtomobil yolunu kəsdiyi üçün siqnal verib keçmiş, həmin avtomobil arxadan onu ona işıqla işarə verdiyinə görə Hövsan qəsəbəsində "Pekarnı” deyilən yerə çatdıqdan sonra qardaşına yaxınlaşıb mübahisə etmişlər və bu zaman dörd nəfər tanımadığı şəxs üstünə düşüb döymüşlər. O, qardaşını Hövsan qəsəbəsində yaşayan anasıgilə aparmış, anası qardaçına ilkin tibbi yardım göstərmişdir. Sonra atasına məlumat vermişlər, atası gələndən sonra qardaşı Bəhramı özləri yaşadıqlarə nənəsi evinə aparmışlar, nənəsi də bir az yardım göstərəndən sonra Bəhram yatmışdır. Səhərisi gün, yəni 26 iyun 2022-ci il tarixdə tezdən durub taksi ffəaliyyəti ilə məşğul olmaşa getmiş, saat 10 radələrində Xəzər yoluna müştəri aparanda təsadüfən qardaşı Bəhramın avtomobili ilə Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olduğunu görmüşdür. Müştərini Əhmədli qəsəbəsinə aparandan sonra anası ona zəng edərək demişdir ki, Çingiz adlı şəxs qardaşını vuran oğlanları və həmin “Toyota Prius” markalı avtomobilin sürücüsünü tanıyır və axşam həmin adamın evinə getməyi təklif etmiş, o da razılaşmışdır. Təxminən saat 18:30 radələrində danışdıqları kimi Hövsan qəsəbəsinə anasıgilə gəlmişdir. Bundan əvvəl anası polisə gedib hadisə barədə məlumat vermişdir. Anasıgildə Bəhramla söhbət etdikdən sonra təxminən saat 21-22 radələrində onun idarə etdiyi “AzSamand” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qardaşı Bəhramla birlikdə anasıgildən çıxıb nənəsigilə, yəni yaşadıqları evə gedəndə, avtomobilin icarə pulunu ödəmək üçün Hövsan qəsəbəsində “Suraxanski” deyilən yerdə dayanıb, ödənişi edərək hərəkətə davam edən zaman Bəhram əks istiqamətdə hərəkət edən metallik rəngli “Toyota Prius" markalı avtomobili görüb, bir gün əvvəl döyüldüyü şəxsin idarə etdiyi avtomobil olduğunu demiş və fırlanıb həmin oğlanın ardınca getmək, nə üçün vurulduğunu ayırd etmək istədiyini bildirmişdir. O, həmin avtomobilin arxasınca gedərək FHN-nin idman kompleksinin qarşısında yerləşən binanların arasında idarə etdiyi avtomobili həmin avtomobilin arxasına verib dayanmışdır. Bəhramla avtomobildən düşüb həmin avtomobilə yaxınlaşmışlar. Bəhram əli ilə avtomobilin şüşəsinə vuraraq sürücünün avtomobildən çölə çıxmasını, söhbət etmək istədiyini bildirmişdir. Lakin bu tələbini bir-neçə dəfə təkrarlamasına baxmayaraq, həmin sürücü idarə etdiyi avtomobildən çıxmamış və qapışüşəsini də aşağı endirməmişdir. Həmin oğlan önündə başqa avtomobil olduğunu görübü qəflətən avtomobilini arxa-arxaya hərəkət etdirərək, avtomobilin arxa hissəsi ilə onların avtomobilinin ön hissəsindən vurmuşdur. Bu zaman qardaşı Bəhram yerə yıxılmış və oğlan idarə etdiyi avtomobillə Bəhramın onun ayağının üstündən keçmişdir. Bundan qardaşı əsəbləşərək yenidən avtomobilin şüşəsini döyüb sürücünü çölə çağırmışdır. Özü həmin vaxt qardaşının yanında olduğu anda arxadan kürək nahiyəsinə dəyən zərbədən yerə yıxılmış, başını qaldırıb baxdıqda başında papaq olan bir oğlanın yanında dayandığını görmüşdür. Bundan sonra avtomobilin sürücüsünün avtomobildən düşərək onu vuran oğlanla birlikdə qardaşı Bəhramı döydüklərini görmüşdür. Qardaşını vuran sürücünün əlində nəsə olduğunu görmüş, lakin hava qaranlıq olduğu üçün həmin əşyanın nə olduğunu dəqiq görməmişdir. Həmin iki nəfər bir qədər qardaşı Bəharmı döyəndən sonra Bəhram yerə yıxılmışdır. Həmin vaxt özü də qorxduğundan uzandığı yerdən ayağa qalxmamışdır. Bu vaxt qardaşının idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin sahibi Nahid adlı şəxs oraya gəlmiş, Nahidin gəlməsini görüb ürəklənərək demişdir ki, avtomaşını yaxına gətirsin ki, Bəhramı xəstəxanaya aparsınlar. Nahid də avtomobilini yaxına sürmüş, Bəhramı Hövsan qəsəbəsindəki təcili yardıma gətirmişlər. Həmin vaxt qardaşı Bəhram belinə əl vurmamağı, belinin ağrıdığını bildirmişdir. Bundan sonra qardaşının döyən oğlan tərəfindən bıçaqla vurulduğunu başa düşmüşdür. Hövsan qəsəbəsində təcili tibbi yardımın qarşısında Nahid işi olduğunu deyib avtomobili ona saxlamış, o da qardaşını 3 saylı ŞKX-yə aparmışdır. Hadisənin səbəbi bir gün əvvəl qardaşının ötüb keçdiyi “Toyota Prius” markalı avtomobildə ola dörd nəfər şəxsin Bəhramı saxlayıb döymələri olmuşdur ki, 26 iyun 2022-ci il tarixdə Bəhram həmin maşını görəndə yaxınlaşıb məsələni ayırd etmək istəməsi olmuşdur. Hadisə zamanı dalaşdıqları şəxslər onu və qardaşını əlləri ilə vurmuşlar, qardaşı Bəhrama həm də bıçaqla xəsarət yetirmişlər. Hadisə yerində Nahid və tanımadığı çox adam olmuşdur. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun məhlə qonşusudur. Hadisənin üzərindən çox keçdiyinə görə hadisəni tam dəqiqliyi ilə xatırlaya bilmir. O, Şahinin maşını ilə gedərkən Bəhram Şahinə siqnal verib, ondan yol verməyi tələb etdi. Şahinin maşını çəkib Bəhrama yol vermək imkanı yox idi. Yol boşalanda Bəhram avtomobili ilə onları ötərək, Şahinin maşının qarşısında avtomobili dayandırdı. Onlar Bəhramdan nəyə görə belə etdiyin soruşanda, Bəhərəm yenə kobud cavab verdi. Şahin də ona iki yumruq vurdu. Səhərisi gün zəng gəldi ki, Şahinin üzərinə adamlar tökülüşüb. Çıxanda çoxlu insanların Şahinin maşının üzərinə getiyini görmüşlər. Onlar da oraya yaxınlaşıb Şahinə hücüm edən şəxsləri arlamağa çalışmışlar. X9 xəsarət yetiridiyini öyrənmişlər. Şahinin üzərinə üç-dörd avtomobil ilə dolu insan gəlmişdi. O, Şahini mədəni, idmanla məşğul olan, avropa çempionu olan insan kimi tanıyır. Hadisə zamanı o, hadisə yerində olub. Zərərçəkmiş şəxsə zərər vurulan alət Təqsirləndirilən şəxs əlində olmayıb. Zərərçəkmiş şəxs əlində konkret hansı alət olduğunu qaranlıq olduğuna görə görməmişdir, lakin hər hansı bir alət var idi. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs əlində hər hansı kəsici-deşici alət olmayıb. O, təqsirləndirilən şəxslə bir məhlədə yaşamışlar, dostudur, lakin bir aydır ki, onu görməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadlərində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 25 iyun 2022- ci il tarixdə saat 20:30 radələrində dostu Təqsirləndirilən şəxs birlikdə Əhmədli metrostansiyası tərəfə getməyi təklif etmiş, o da Şahinin taksi kimi idarə etdiyi «Toyota Prius» markalı avtomobilinin qabaq oturacağına oturmuşdur. Şahin arxa oturacağa iki nəfər sərnişin də götürmüş və yola düşmüşlər. Onlar Hövsan qəsəbəsində «Şüşəli bazar» deyilən yeri keçəndən sonra arxadan gələn «Mercedes Benz» markalı avtomobilin sürücüsü dayanmadan siqnal verib Şahinin avtomobilini soldan sıxışdırıb şüşədən - “korsan?” deyərək avtoxuliqanlıq hərəkətləri etmişdir. Başa düşmüşdür ki, manatlıq taksidir və Şahinin onun müştərilərini götürməyinə görə belə qərəzli hərəkətlər edir. Dayanacağın qarşısında, həmin yerə «Pekarnı» deyilir, «Mercedes Benz» markalı avtomobilin sürücüsü avtomobilini saxlayıb müştəri götürmək istəyanda Şahin də avtomobili saxlayıb, avtomobildən düşmədən, Mersedes-Benz” markalı avtomobilin sürücüsündən belə hərəkət etməsinin səbəbini soruşmuşdur. Həmin oğlan isə əl-qolla danışıb, - “sən kimsən?” və sair kobud ifadələr işlətdiyinə görə Şahin avtomobildən düşüb həmin şəxsi yumruq zərbələri ilə vuraraq döymüşdür. Hadisədən sonra adının Bəhram olduğunu öyrəndiyi həmin şəxs yerə yıxılmışdır. Hadisə zamanı sərnişinlər də avtomobildən yerə düşmüş, dayanacaqda da tanımadığı şəxslər olmuşdur. Sonra avtomobilə oturub sürərək oradan çıxıb getmişlər. 26 iyun 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı məhəllədə olan pleysteşn klubda dostu Elşənlə oyun oynadıqları zaman dostu Şahin ona zəng edib təcili çölə çıxmasını istəmişdir. Elşənlə birlikdə çölə çıxan kimi binanın həyətində möhkəm səs-küy və izdiham olduğunu görmüşlər. Camaat həyətə toplaşıb münaqişəni izləmişdir. Belə ki, Şahin idarə etdiyi «Toyota Prius» markalı avtomobilin içərisində oturmuş, üzdən tanıdığım Hövsan sakinləri Bəhram, qardaşı və sonuncuların yanındakı öz yaşıdları olan oğlanlar Şahinin avtomobilinə hücum edib əllərində olan maşın açarı, kəlbətin kimi alətlərlə avtomobilini vurub əzərək çıxmasını tələb etmişlər. Hücum edənlərin bu hərəkətləri bina sakinlərinin bərk narahatlığına səbəb olmuşdur. Buna görə də o, Elşənlə yaxınlaşıb həmin şəxsləri Şahinin avtomobilindən kənarlaşdırmaq istəmişlər. Lakin həmin şəxslər onlara məhəl qoymayaraq hərəkətlərini davam etdirmişlər. Bu vaxt Bəhram və yanındakı şəxslər onunla əlbəyaxa olmuşlar. Həmin vaxt Şahin avtomobilindən çıxmışdır. Orada qaranlıq olmuş, hamı bir-birinə qarışmışdır. Bəhramın bir əlində kəlbətin tutub Şahinin üstünə getdiyini görmüş, Şahin də yumruqla Bəhramı vurmuş, o isə araya girib Şahini və Bəhramı birbirindən ayırmışdır. Bəhramın anası da hadisə yerində olmuş, qışqır-bağır salmış, hətta anası da Şahinin avtomobilinə hücum edib zədələr yetirmişdir. O, Bəhramı Şahindən ayırandan sonra Bəhram bir qədər geriyə çəkilib haldan düşüb maşına söykənmiş, həmin vaxt hiss etmişlər ki, Bəhrama kəsici-deşici xəsarətlə xəsarət yetirilib, başa düşmüşlər ki, Bəhramı Şahin vurmuşdur. Bəhrama həmin xəsarəti Şahin yetirmişdir, lakin qaranlıq olduğuna görə bu hadisənin ani bir vəziyyətdə hansı şəraitdə baş verməsini görə bilməmişdir. Vurulandan sonra anası və qardaşı Bəhramı götürüb oradan çıxıb getmişlər. Hadisə vaxtı özü heç bir kəsə xəsarət yetirməmiş, ona da xəsarət yetirən olmamışdır. Şahid2 Əlisahar oğlu ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun dostdur. O, “playstation” oynayan zaman çöldə səs-küy olduğunu eşidib çölə çıxmışdır. Çölə çıxdıqda Şahinin idarə etdiyi “Prius” markalı avtomobilin ətrafında yeddi nəfərə yaxın insanın Şahinin maşınına hücum çəkdiyini görüb maşına yaxınlaşanda Şahinin maşının içərisində tək olduğunu görmüşdür. O, maşına yaxınlaşaraq hücum edənləri maşından aralamağa çalışmışdır. Şahinin maşının üzərinə altı-yeddi nəfər hücum edirdi. Şahin maşında oturmuşdu. Məhlədəki insanlar səs-küyə yığışmışdılar. O, maşına hücum edənləri aralamağa çalışmışdır. O, hücum edənlərdən birini aralayanda, digəri qayıdıb yenidən maşına hücum edib əlindəki alətlə Şahinin maşınına zərbələr endirirdi. O, Şahinin nə zaman maşından düşdüyünü görməmişdir. O, Şahinə hücum edən şəxsləri Şahinin maşının yanından aralamağa çalışmışdır. Həmin anda iki-üç nəfər Şahinin özünün üzərinə hücum etdilər. Hadisə günü dəqiqliyi ilə yadında deyil. Şahinin maşınını zədələdilər. Şahinin maşını həm maşına vurulan zərbədən, həm də iki maşının toqquşması nəticəsində əzilmişdi. Şahinə hücum edənlər onun maşınını öz maşınları ilə vurmuşlar. Hadisə olanda qaranlıq idi. O, Şahinin kiməsə bıçaqla xəsarət yetirdiyini görməmişdir. O, hadisə vaxtı hücum edən şəxslərin Şahinin maşınına hücum etməklərini, Şahinin maşınını zədələdiklərini görmüşdür. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən üç ildir ki, idmançı kimi tanıyır və aralarında dostluq münasibəti vardır. Şahin onun yaşadığı bina ilə üzbəüz binada yaşayır və taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 26 iyun 2022-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı məhəllədə olduğu zaman məhəllədə səsküy gəldiyini və bir çox insanın səs gələn tərəfə getdiyini görüb özü də həmin yerə yaxınlaşmışdır. Bu zaman görmüşdür ki, iki avtomobil arxada və bir avtomobil isə qabaqda dayanıb Şahinin avtomobilini sıxışdırır və hərəkət etməsinə mane olurlar, bu anda Şahin idarə etdiyi avtomobilin arxasına söykənib dalaşır və ətrafında olan bir neçə nəfər şəxs başına toplaşıb. O, toplaşanlar yaxınlaşan zaman hamı kənara çəkilmiş və Şahinin bir nəfər oğlanla üzbəüz dayanıb dalaşdığını, həmin oğlanı əli ilə vurduğunu görmüşdür. O, tez Şahini tutub saxlamış və sakitləşməsini demiş, Şahin də sakitləşib oradan uzaqlaşmışdır. O da çıxıb getmişdir. Hadisə 26 iyun 2022-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı ünvan 2 ünvanlı binanın həyətində baş vermişdir. Hadisənin hansı səbəbdən baş verməsini bilmir, sadəcə oraya yaxınlaşan zaman Şahinin dalaşdığını görüb sonuncunu tutub sakitləşdirmişdir. Həmin vaxt ətrafda çox sayda adam olmuş, amma onları tanımır. Şahinin bir oğlanla dalaşdığını, həmin oğlana yumruq atdığını görmüş, amma bıçqla vurmasını görməmişdir. Həmin vaxt qaranlıq olmuş, ona görə də Şahinin əlində hər hansı bir alət və ya bıçaq görməmişdir. Amma, səhv etmirsə, digər şəxslərin əllərində alətlər olmuş və əllərindəki alətlərlə Şahinin idarə etdiyi maşını vurub zədələmişlər. Hadisə zamanı özü heç kimi vurmamış və xəsarət yetirməmişdir. Onun özünü də vurmamışlar, xəsarət almamışdır, ona görə də məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçmək istəmir. Şahid2 əlavə ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı məhəllədə olan playsteyşn klubda dostu Ruslanla oyun oynadıqları zaman dostu Şahin Ruslana zəng edib təcili çölə çıxmasını istəmiş, onlar çölə çıxan kimi binanın həyətində möhkəm səs-küy və izdiham olduğunu, görmüşlər. Camaat həyətə toplaşıb münaqişəni izləmişlər. Belə ki, Şahin idarə etdiyi «Toyota Prius» markalı avtomobilin içərisində oturmuş, üzdən tanıdığı Hövsan sakinləri Bəhram, qardaşı Siruz və onların yanında olan öz yaşıdları oğlanlar Şahinin avtomobilinə hücum edib öllərində olan maşın açarı, kəlbətin kimi alətlərlə avtomobilini vurub əzərək çıxmasını tələb etmişlər, həmin şəxslərin bu hərəkəti bina sakinlərinin bərk narahatçılığına səbəb olmuşdur. Buna görə də Ruslanla birlikdə yaxınlaşıb həmin şəxsləri Şaşhinin avtomobilindən kənarlaşdırmaq istəmişlər. Lakin onlara məzhəl qoymayaraq hərəkətlərini davam etdirmişlər. Bu vaxt Ruslan ilə Bəhram və sonuncunun yanındakı şəxslərin arasında ələbyaxa dava düşmüşdür. Həmin vaxt Şahin avtomobilindən çıxmışdır. Orada qaranlıq olmuş, hamı bir- birinə qarışmışdır. Bəhramın bir ələində kəlbətin tutub Şahinin üstünə getdiyini, Şahin də yumruqla Bəhramı vurduğunu görmüş, araya girib onları birbirindən ayırmışdır. Bəhramın anası da hadisə yerində olmuş, qışqır-bağır salmış, sonuncu hətta Şahinin avtomobilinə hücum edib zədələr yetirmişdir. O, Bəhramı Şahindən ayırandan sonra Bəhram bir qədər geriyə çəkilib haldan düşüb maşına söykənmiş, həmin vaxt hiss etmişlər ki, Bəhrama kəsici- deşici xəsarətlə xəsarət yetirilib. Başa düşmüşlər ki, Bəhramı Şahin vurub. Bəhrama həmin xəsarəti Şahin yetirmişdir, lakin qaranlıq olduğuna görə bu hadisənin ani bir vəziyyətdə hansı şəraitdə baş verməsini görə bilməmişdir. Vurulandan sonra anası və qardaşı Bəhramı götürüb oradan çıxıb getmişlər. Hadisə vaxtı özü heç bir kəsə xəsarət yetirməmişdir. Şahid4 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. O, da hadisə yerində olub. Hadisədən iki gün qabaq Şahin Bəhramı vurmuşdu. Bəhram Şahindən onu vurmasının səbəbini soruşmaq üçün onunla birlikdə Şahinin yanına getmişlər. Digər oğlu Siruz hadisə yerinə sonradan gəlmişdir. O, Bəhramın yaralandığını, ondan qan axdığını görüb oğlu Siruzu çağırmışdır ki, gəlib qardaşına kömək etsin. O, Şahin tərəfindən Bəhrama xəsarət vurulan zaman polisə məlumat verərək, onun kim olmasının aydınlaşdırılmasını xahiş etmişdir. Şahinin üzərinə üç-dörd nəfər toplaşmamışdır. O, Şahinin yaşadığı ərazinin yaxınlığındakı işləmişdir. Gündüz o, işdə olarkən Şahinin maşınını görüb bu barədə Bəhrama xəbər vermişdir. Bundan sonra o, oğlu Bəhramla Şahinin maşının arxasınca nəyə görə Bəhrama xəsarət yetirdiyini aydınlaşdırmaq üçün getmişdir. Şahin onun hadisə yerində olduğunu görürdü. Şahin onun Siruzun anası olduğunu Şahin bilmirdi. Hadisə onun gözünün qarşısında baş verib. Bəhramı onun gözünün qarşısında vurublar. O, avtomobildə olmayıb. Bəhram avtomobil idarə edərkən, Şahinə siqnal verərək, ona yol verməsini istəyib, ona görə də aralarında mübahisə düşüb. Bəhram vurulandan sonra qardaşı Siruzun nə qədər müddət sonra gəldi yadında deyil. O, Şahinin maşınını kimin vurduğunu görməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bağırova llhamə Tofiq qızı göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma oğludur, Siruz və Bəhruz adlı iki oğlu da vardır. Uzun müddətdir ki, əri Bağırov İbrahimdən ayrılmış və oğlanları Bəhram və Siruzla birlikdə göstərilən ünvada kirayədə yaşayır. Oğlu Bəhram hadisə vaxtı Hövsandan Əhmədliyə bir manatlıq taksi fəaliyyəti ilə məşğul olmuş, hazırda da həmin işlə məşğul olur. 25 iyun 2022-ci il tarixdə saat 20-21 radələrində işdə olduğu zaman Bəhram zəng edib demişdir ki, “Pekarnı” deyilən yerdə dayandığı yerdə bir nəfər tanımadığı oğlan onu vurub qaçmışdır. O, həmin vaxt yaşadığı ərazidə 10-cu binanın qarşısında olan kafeni işlətmiş və bu xəbəri eşidən kimi kafedən çıxıb Suraxanı RPl-nin 30-cu PŞ-nə gedərək oğlu Bəhramın döyülməsi barədə məlumat vermişdir. Kafeyə qayıdanda Bəhram orada onu gözləmiş, oğlunun sifətində çırılmış yara xəsarəti olmuş, üzgözü qanamışdır. Bəhramdan nə baş verməsini soruşanda demişdir ki, bir-birlərinə yol vermək üstündə şəhər istiqamətində hərəkətdə olan «Toyota Prius» markalı avtomobilin sürücüsü ilə aralarında anlaşılmazlıq baş vermiş, “Pekarnı” deyilən yerdə avtomobili saxlayıb sərnişin gözləyərkən həmin «Toyota Prius» markalı avtomobildən düşən təxminən özü yaşda cavan oğlan heç bir səbəb olmadan onu adamların arasında yumruq zərbələri ilə vurub yerə yıxmış, sonra da avtomobilinə oturub getmişdir. Bundan sonra həmin şəxsin kim olması ilə maraqlanmışlar, lakin bir nəticəsi olmamışdır. Uşaqlar həmin avtomobilin nömrə qeydiyat nişanını ona demişlər, indi həmin nömrə yadından çıxmışdır. Səhəri gün 26 iyun 2022-cİ il tarixdə saat 22 radələrində işlətdiyi kafenin qarşısında dayanarkən Bəhramın ona dediyi «Toyota Prius» markalı avtomobilin Hövsan istiqamətində 15-lər deyilən binalara tərəf geçməsini görmüş və dərhal Bəhrama zəng etmişdir. Bəhram da idarə etdiyi «Mercedes Benz E» markalı avtomobili ilə həmin avtomobilin arxasınca getmişdir. O da orada dayanmış taksilərdən birinə oturub Bəhramın arxasınca getmişdir. Onların arasında 20-30 metr məsafə olmuşdur. «Toyota Prius» markalı avtomobil 15-lər deyilən binaların həyətinə girib gözəllik salonunun qarşısında saxlamış, Bəhram da onun arxasınca avtomobilini saxlayıb avtomobilindən düşərək «Toyota Prius»a yaxınlaşıb sürücünü yerə düşürmək istəmişdir ki, nə üçün bir gün əvvəl döyüb xəsarətləndirməsinin səbəbini soruşsun. Sonradan bilmişlər ki, həmin oğlanın adı Şahindir. Şahin isə maşından düşməyərək qapını və şüşüləri bağlamışdır. Bəhram avtomobilin şüşəsini bir neçə dəfə döyəndən sonra Şahin maşından düşmüş və düşən kimi də əlində olan balaca bıçaqla Bəhramın bədənindən bir dəfə vurmuş, sonra isə bir neçə dəfə də Bəhramın bədənindən bıçaqla vurmuşdur. Həmin vaxtı oğlu Siruz dostları Pərviz, Nahid də avtomobilləri ilə gəlib onlara çatmışlar. Binaların həyətində adamlar bu hadisəyə görə onların ətrafına toplaşmışlar, səs-küy, izdiham yaranmışdır. Şahin zəng edib dostlarını hadisə yerinə çağırmış, sonradan adlarını öyrəndiyi Elşən və Ruslan adlı dostları oraya gəlmişlər. Şahinin Bəhramı bıçaqlamasına görə aralarında dava-dalaş, münaqişə baş vermişdir. Nəhayət onlar Bəhramı hadisə yerindən götürüb 3 saylı şəhər xəstəxanasına aparmışlar. Orada məlum olmuşdur ki, Bəhram qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət almışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar- Zərərçəkmiş şəxs döyəndən bir gün sonra Hövsan istiqamətində hərəkətdə olarkən «KATV»nin binasından sola döndüyü zaman «Azsamand» markalı avtomobilin onun qarşısını kəsməsi, Bəhram idarə etdiyi «Mercedes Benz E» markalı avtomobillə və başqa bir «Honda» və «Azsamand» markalı avtomobillə onu sıxışdırıb təqib etmələri, 15-lər deyilən binanın qarşısına çatdıqda Bəhram və yoldaşları Pərvin, Nahid, qardaşı, anası və digər bir taksi sürücüsü əllərində olan dəmir alətlərlə idarə etdiyi avtomobili vurub əzərək çıxmasını tələb etmələri, məcbur qalıb dostları Ruslanla Elşəni köməyə çağırması, orada Bəhram, qardaşı Siruz, Pərvin və birlikdə olduqları şəxslərlə aralarında əlbəyaxa dava düşməsi, Bəhramın bir əlində qaz açarı, bir əlində isə iti kənara malik əşya ilə üstünə hücum çəkməsi, əsəblərini cilovlaya bilmədiyinə görə Bəhramın əlindəki həmin aləti alıb Bəhramı vurması ilə əlaqədar bildirir ki, Şahin Bəhramı vurandan sonra hadisə yerindən qaçıb getmiş, dostları isə Şahinin avtomobilini aradan çıxarmaq istəmişlər. O isə yerdən götürdüyü daşla maşının şüşələrini vurub sındırmışdır ki, apara bilməsinlər. Fikirləşmişdir ki, Şahini bu yolla tapa bilsin. Şahin Bəhramı vuranda onun Bəhramın anası olduğunu bilməmişdir, onlar bir birini tanımamışlar. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs dostudur. «Toyota Prius» markalı 99- SX-934 dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobil arvadı X2 adına olsa da, faktiki olaraq onun mülkiyyətindədir. Həmin avtomobili Təqsirləndirilən şəxs etibarnamə ilə arandeya götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində Təqsirləndirilən şəxs atası Asif Musayev ona zəng edib demişdir ki, saat 22 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində oğlu Təqsirləndirilən şəxs üstünə hücum çəkiblər və onun Hövsan qəsəbəsinə gəlməsini istəmişdir. X11 harada olduğun soruşanda demişdir ki, Şahinin harada olduğunu bilmir. Saat 10 radələrində ona zəng edib özünü Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müəvəkkili Anar kimi təqdim edən şəxs «Toyota Prius» markalı **-SX-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu soruşmuş, o, təsdiq edərək Təqsirləndirilən şəxs etibarnamə ilə arendaya verdiyini bildirmişdir. Anar ona demişdir ki, 30-cu PŞ-nə gəlməlidir. Polis şöbəsinə gəlmiş, orada polis əməkdaşları Polis şöbəsinin həyətində olan ağ rəngli «Azsamad» markalı avtomobili göstərib demişlər ki, gecə saat 22 radələrində həmin bu ağ rəngli «Azsamand» markalı avtomobildə olan şəxslər Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı 99- SX-934 dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilin qarşısını kəsib Təqsirləndirilən şəxslə dava ediblər, Təqsirləndirilən şəxs də həmin şəxslərdən birini bıçaqla vurub. O, özünə məxsus olan «Toyota Prius» markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin harada olduğunu soruşanda demişlər ki, avtomobili cərimə meydançasındadır. O, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən cərimə meydançasına gedib avtomobilinə baxanda tam yararsız vəziyyətdə olduğunu görmüşdür. Avtomobilin açarları da olmamışdır. O, «AzSamand» markalı avtomobilin kimə məxsus olduğunu bilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 30 iyul-30 avqust 2022-ci il tarixli 883 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksla müşaiyət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş- kəsilmiş yarası; döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş- kəsilmiş daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası; S-vari bağırsağın zədələnməsi ilə müşaiyət olunan belin sol iç səthinin periton boşluğuna nüfuz edən bir ədəd bir ədəd deşilmiş-kəsilmiş yarası(cəmi üç ədəd); üzün səthi kəsilmiş yaraları və başın yumşaq toxumasının hematomaları müəyyən edilmişdir. Xəzarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə şəraitdə bıçaqla yetirilə bilərdi. Səthi kəsilmiş yaralar kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, bıçağın kəsici kənarının təsirindən törənə bilərdi. Başın yumşaq toxumasının hematomaları isə bərk küt əşyanın (əşyalann) təsirindən törənmişdir. Yuxarıda qeyd olunan xəsarətlər qərarda və tibbi sənəddə göstərilmiş xx.xx.2022-ci il tarixdə yetirilə bilərdi. Dərəcələrinə görə sol tərəfli hemopnevmotoraksla müşaiyət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası və S-vari bağırsağın zədələnməsi ilə müşaiyət olunan belin sol iç səthinin periton boşluğuna nüfuz edən bir ədəd bir ədəd deşilmişkəsilmiş yarası(cəmi iki ədəd) hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlışa ağır zərərvurmaya aid edilir. Döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və başın yumşaq toxumasının hematomaları hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sifətin səthi kəsilmiş yaraları isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 04 avqust 2022-ci il tarixli 15/883 nömrəli rəyinə əsasənZərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksla müşaiyət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş- kəsilmiş yarası; döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş- kəsilmiş daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası; S-vari bağırsağın zədələnməsi ilə müşaiyət olunan belin sol iç səthinin periton boşluğuna nüfuz edən bir ədəd bir ədəd deşilmiş-kəsilmiş yarası(cəmi üç ədəd); üzün səthi kəsilmiş yaraları və başın yumşaq toxumasının hematomaları müəyyən edilmişdir. Xəzarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin(alətlərin) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə şəraitdə bıçaqla yetirilə bilərdi. Səthi kəsilmiş yaralar kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, bıçağın kəsici kənarının təsirindən törənə bilərdi. Başın yumşaq toxumasının hematomaları isə bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir. Yuxarıda qeyd olunan xəsarətlər qərarda və tibbi sənəddə göstərilmiş xx.xx.2022-ci il tarixdə yetirilə bilərdi. Dərəcələrinə görə sol tərəfli hemopnevmotoraksla müşaiyət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası və S-vari bağırsağın zədələnməsi ilə müşaiyət olunan belin sol iç səthinin periton boşluğuna nüfuz edən bir ədəd bir ədəd deşilmişkəsilmiş yarası (cəml iki ədəd) hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlışa ağır zərərvurmaya aid edilir. Döş döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və başın yumşaq toxumasının hematomaları hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sifətin səthi kəsilmiş yaraları isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs almış olduğu travmadan təxminən 1 ay sonra müayinə etməsini, almış olduğu travma ilə əlaqədar tibbi sənəddə qeyd olunanlara, eləcə də həmin hadisə ilə əlaqədar video görüntülərin olmasını nəzərə alaraq sifət nahiyəsində üst üstə düşmə ehtimalı olan xəsarətlərdən birinin 25 iyun 2022-ci il tarixdə video görüntüdə də göründüyü kimi yumruq zərbəsi ilə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə elan olunub araşdırılmış kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 aprel 2023-cü il tarixli 1186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətinin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, impulsivlik, tez özündən çıxmaq, emosional dayanıqsızlıq, neqativ amillərə qarşı dözümsüzlük müəyyən edilir. Qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman Təqsirləndirilən şəxs emosional sferasında gərginlik, əsəbilik, emosional reaksiyalara meyillilik əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlni törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış Daxili İşlər Nazirliyinin Növbətçi hissələri idarəetmə xidmətindən istintaqa daxil olmuş rəqəmsal video diskdəki «DVD» Təhlükəsiz şəhər xidmətinin TŞ-10-22 nömrəli kameralarının xx.xx.2022-ci il tarixdə saat 20:38-dən saat 20:45-dək olan müddətdə görüntülərinə keçirilmiş baxış protokolundan görünür ki, diskin yaddaşında olan «TŞ 10-022 2-2022-06-25_20h38min00s000ms» adlı faylda sabit vəziyyətdə bir istiqamətdə çəkiliş aparan kameranın qeydə aldığı görüntülərdə videopleyerin sayğacının göstəricisinə əsasən videofraqment 07 dəqiqə 02 saniyədən ibarətdir. Fraqmentin əvvəlində taymerin göstəricisi: xx-xx-2022 Sat 20:37:58. Kadrda Bakı şəhəri, Hövsan qəsəbəsinin Rasim Şahsuvarov küçəsinin “Pekarni” deyilən yerdən hissəsində avtomobil yolunda nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti müşahidə olunur, yolun ortası ağ xətlə ayrılmışdır. Avtomobillərin yandırılmış fənərlərinin və küçə fənərlərinin işıqlarından müəyyən olunur ki, havanın qaranlıq vaxtlarıdır. Saat 20:41:54-də kameranın çəkdiyi istiqamətdə kadra daxil olan qara rəngli “Mersedes-benz” markalı minik avtomobili yolu sağ tərəfindəki avtobus dayanacağının başlanğıcında dayanır, eyni vaxtda arxadan eyni istiqamətdə gəlib kadra daxil olan gümüşü parıltılı rəngli “Toyota Prius” markalı minik avtomobili cüzi qabağa çıxmaqla “Mersedes-benz” markalı avtomobilə parallel dayanır, bundan sonra “Mersedes- benz” markalı avtomobil hərəkətə gələrək çəpinə solunda dayanmış avtomobilə tərəf istiqamətlənir və həmin avtomobillə bərabərləşib bucaq altında dayanır. İlkin olaraq “Mersedes-benz” markalı avtomobilin sürücü qapısı açılır və ağ köynəkdə olan gənc oğlan düşüb sol əlini qabağa verərək danışanda, “Toyota Prius” markalı minik avtomobilin hər iki qabaq qapıları açılır və sərnişin yerindən qara geyimli və kepkalı gənc oğlan, sürücü qapısından qara geyimli gənc oğlan düşürlər. “Mersedes-benz” markalı avtomobilin sürücüsü “Toyota Prius” markalı minik avtomobilin sərnişini ilə üzbəüz dayanıb əl-qol jestləri ilə danışmağa başlayırlar, “Toyota Prius” markalı minik avtomobilin sürücüsü öz maşınını qabağından keçib iki maşının arasında danışanlara yaxınlaşan kimi sağ əli ilə “Mersedes-benz” markalı avtomobilin sürücüsünün sifətinə bir yumruq vurur, sonra bir iki addım kənara çəkib sifətinə daha üç yumruq vurur və vurulan şəxs yerə yıxılır, bu zaman “Mersedes-benz” markalı avtomobilin qabaq sərnişin yerindən çıxan ağ köynəkli gənc oğlan yaxınlaşıb ayırmağa başlayır və bu məqamda “Toyota Prius” markalı avtomobilin sürücüsü yeri yıxılmış sürücünün gövdəsi nahiyəsinə bir təpik vurur, “Toyota Prius” markalı avtomobilin arxa qapılarından çıxan daha iki nəfər gənc oğlanlar sürücünü kənara çəkirlər, bundan sonra “Toyota Prius” markalı avtomobilin sürücüsü və sərnişinlər avtomobilə oturub saat 20:42:34-də getdikləri istiqamətdə hadisə yerindən uzaqlaşırlar. “Mersedes-benz” markalı avtomobilin sürücüsü yerdən qalxır və sərnişinin köməyi ilə sifətini silib yuyur, dayanacaqdan yaxınlaşan kişi müdaxilə etmədəm bir müddət hadisəni müşahidə edib kənara çəkilir. Saat 20:44:00-da kadra daxil olan ağ rəngli taksi avtomobili saxlayır və sürücü “Mersedes-benz” markalı avtomobilə yaxınlaşıb söhbətə başlayır. Videoyazı səslə müşaiyət olunmur. Baxış zamanı hadisənin 25 iyun 2022-ci il tarixdə saat 20:41 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yolun “Pekarni” deyilən ərazidən keçən hissəsində avtobus dayanacağı ərazisində baş verməsi təsdiq olunur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarından görünür ki, 18 iyul 2022-ci il tarixli 003-12364-1222 nömrəli məktubu ilə daxil olmuş özündə hadisçəni əks etdirən ədəd rəqəməsal disk «DVD» maddi sübut kimi tanınb cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarından görünür 20 sentyabr 2023-cü il tarixli rəyə əsasən, «Toyota Prius» markalı **-SX-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilin alın şüşəsi və arxa şüşəsi, sağ təkəri, qabaq və arxa buferləri, sağ qabaq güzgüsü, sağ qapının güzgüsü sındırılıb zədələnməklə vurulmuş ziyan 1270 manat təşkil edir. Zərərçəkmiş şəxs notariat qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənilməsinin, heç bir şikayət və tələbinin olmayacağını bildirmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə, yəni xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə və 221.1-ci maddəsi ilə, yəni xuliqanlıq kimi tövsif etmişdir. İstintaq orqanı tövsifin əsası kimi 25 iyun 2023-cü il tarixdə saat 20:41 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahverdiyev küçəsində Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes-Benz E230 » markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı Az ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca eyni istiqamətdə hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının səs siqnalı və qaranlıq vaxtı uzaq məsafəni işıqlandırma üçün quraşdırılmış xarici işqlandırma qurğuları ilə işarə edib ondan yol verməsini istəməsi anında Təqsirləndirilən şəxs ondan asılı olmayan səbəblərdən manevr etmək imkanı olmadığından Zərərçəkmiş şəxs yol verə bilməmiş, lakin maneələr aradan qalxan kimi ona yol verdikdə Zərərçəkmiş şəxs onu ötüb yanından keçərkən Təqsirləndirilən şəxs «korsan» dediyi kobud müraciətinə görə o, Zərərçəkmiş şəxs avtobus dayanacağında dayanmış avtomobilinə yaxınlaşıb dayandıqdan sonra sonuncunun belə danışmasının səbəbini soruşarkən Zərərçəkmiş şəxs özünün düzgün etdiyini bildirdikdən sonra aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq zərbələri vurub, sonuncu yerə yıxıldıqdan sonra onu təpiklə zərbə vurub ona dərəcəsi müəyyən olunmayan xəsarətlər yetirməsini, bundan başqa, 26 iyun 2022-ci il tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs Suraxanı rayonu Hövsan qəsəbəsində «Toyota Prius» markalı Az ** SX *** dövlət qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən bir gün əvvəl baş vermiş dalaşma zamanı onu vurub xəsarət yetirdiyinə görə münasibətləri aydınlaşdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs tanışları ilə birlikdə dörd minik avtomobilində Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edərək ona hərəkət etməkdə maneə yaradarkən Təqsirləndirilən şəxs onu saxlamağa cəhd etdiklərini görüb onu təqib edənlərdən uzaqlaşmaq üçün məcburi manevrlər edib yaşadığı Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15 ünvalı çoxmənzilli evin qarşısında çatdıqda, Zərərçəkmiş şəxs və onun tanışları Təqsirləndirilən şəxs əhatəyə alıb onun hərəkətlərini məhdudlaşdırıb ona zor tətbiq etmək üçün özləri ilə hadisə yerinə gətirdikləri muxtəlif təyinatlı əşyalarla onun olduğu minik maşınına zərbələr endirib avtomobili zədələyib sonuncunun avtomobildən çıxmasını tələb edərkən Təqsirləndirilən şəxs avtomobilində qapını içəridən bağlayıb maşından çıxmayaraq onlara dalaşmaq istəmədyini bildirərək “sakitləşin sonra söhbət edərik” deməsinə məhəl qoymayıb, zorakılıq hərəkətlərini davam etdirdikdə, Təqsirləndirilən şəxs tanışlarına zəng edərək ona və maşınına hücum etdikləri barədə məlumat verib, tanışlarının hadisə yerinə gəldiklərini görüb avtomobildən endikdən sonra da Zərərçəkmiş şəxs və onunla gələn şəxslərin əllərində kəlbətin və nəməlum əşya ilə ona hücum etdiklərini görüb hücumlardan yayınaraq Zərərçəkmiş şəxs baş-sifət nahiyyələrinə yumuruqla vurub müqavimətini qırdıqdan sonra üstündə olan naməlum nümunəli kəsici deşici əşya ilə onun üstünə gələn Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirməsi faktını göstərmişdir. Məhkəmənin qənəaətinə görə, istintaq orqanın itihamı təsdiq edən hallar kimi təqdim etdiyi sübutları və həmin sübutların fonunda məhkəmədə araşdırılmış digər sübutları müqayisəli təhlil edib qeyd edir ki, ittihamı təsdiq edən hal kimi istinad edilmiş sübutlar ziddiyyətli olmuş və bu məhkəmədə də ziddiyyətlər aradan qalxmamışdır. İstintaq orqanının qənaətinə görə 25 iyun saat 20:41 dəqiqədə Bağırov X6 Şahin Asif oğluna «korsan» dedikdən sonra sonuncu onu avtobus dayaynacağında görüb maşından düşüb ona yaxınlaşıb, onu vurduğunu göstərdiyi halda, istintaq zamanı əldə olunan Daxili İşlər Nazirliyinin Növbətçi hissələri idarəetmə xidmətinin təqdim etdiyi texniki məlumatlarla bu hadisənin özündə əks etdirən rəqəmsal vidio diskdə hadisə yerində də əvvəlcə Zərərçəkmiş şəxs idarə etdiyi maşından düşüb təqsirləndirilən şəxslə əl ilə danışdıqdan sonra təqsirləndirilən şəxsin və onun yanında əyləşmiş şəxsin avtomobildən düşüb ona yaxınlaşması müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli 126.2.4cü maddəsi ilə tövsif olunması Təqsirləndirilən şəxs bu əməli cüzi səbəbdən və ya səbəbsiz törətməsi nəzərdə tutulur. Cüzi səbəb dedikdə reaksiya verilmədən keçməsi mümkün olan hərəkət və ya hərəkətsizlik, səbəbsiz isə hətta belə hərəkət və hərəkətsizlik olmadığı halda həmin maddənin dispozisiyasında nəzərdə tutulan əməlin törədilməsi ehtiva olunur. Göründüyü kimi, burada xuliqanlıq niyyəti cinayətin törədilməsinin motivi olub, təqsirkarı bu əməli törtməyə təhrik edir. Yəni təqsirkar əməli kənar təsir olmadan onu daxildən təhrik edən xuliqanlıq motivi ilə törədir. Məhkəmə bununla əlaqədar qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edərkən onun Zərərçəkmiş şəxs qarşı törətdiyi əməli cüzi səbəbdən və ya səbəbsiz törətməsini təsdiq edən sübut təqdim etməmişdir. Əksinə istintaq orqanı ittiham aktında gəldiyi qənaətində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı törətdiyi hərəkətlərinin səbəbi kimi sonuncunun Təqsirləndirilən şəxs istintaq orqanının özünün də təsvir ediyi kimi «korsan» deməsinin ardından Təqsirləndirilən şəxs ondan bunun səbəbini soruşması nəticəsində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sonuncu tərəfindən döyülməsi və onun döyüldüyü gündən sonrakı gün gecə vaxtı dörd minik maşında olan müxtəlif alət və nəmalum vasitələrlə yaraqlanmış tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs mühasirəyə alıb onun olduğu maşına hücum edib maşını əzib ondan maşından çıxmasını tələb edib, buna nail olduqdan sonra ona xəsarətlər yetirməyə cəhd etməkdə davam etdiklərini, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs yalnız bundan sonra ona endirilən zərbələrdən xüsusi bilik və bacarıqları sayəsində yayınaraq Zərərçəkmiş şəxs kəsici-deşici alətlə xəsarət yetirdiyini göstərmişdir. İstinaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi aləti naməlum kəsici-deşici xassəli əşya kimi xarakterizə edib həmin əşyanın Təqsirləndirilən şəxs məxsus olması qənaətinə gəlmişdir. Məhkəmədə buna əsas olmuş hallar araşdırılarkən müəyyən olundu ki, istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi ucu biz əşyanın Zərərçəkmiş şəxs əlindən götürüb sonuncunun bədən nahiyyəsinə vurduğunu, zərərçəkmiş şəxs Bağırov X6 Şahinin nə iləsə onun sifətindən və bədənindən vurduğunu, onu vuranın əlindəki aləti görmədiyini, şahidlər Şahid1 qardaşını vuran sürücünün əlində nəsə olduğunu gördüyünü, lakin hava qaranlıq olduğu üçün həmin əşyanın nə olduğunu dəqiq görmədiyini, X3 26 iyun 2022-ci il tarixdə axşam saatlarında Siruzun ona zəng edərək Bəhramın bıçaqlandığını bildirdiyini, Şahid2 hadisə vaxtı Təqsirləndirilən şəxs bir oğlanla dalaşdığını, həmin oğlana yumruq atdığını gördüyünü, amma bıçaqla vurmasını görmədiyini, Şahinin əlində hər hansı bir alət və ya bıçaq görmədiyini, digər şəxslərin əllərində alətlər olduğunu, əllərindəki alətlərlə Şahinin idarə etdiyi maşını vurub zədələdiklərini, Şahid5 «Toyota Prius» markalı 99- SX-934 dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs etibarnamə ilə icarəyə verdiyini, 27 iyun 2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-də olarkən, orada gecə saat 22:00 radələrində həmin bu ağ rəngli «Azsamand» markalı avtomobildə olan şəxslər Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı 99- SX-934 dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilin qarşısını kəsib Təqsirləndirilən şəxslə dava etdiklərini Təqsirləndirilən şəxs də həmin şəxslərdən birini bıçaqla vurduğunu eşitdiyini, Şahid3 hadisə vaxtı Bəhrama kəsici-deşici alətlə xəsarət yetirildiyini, həmin xəsarəti Şahinin yetirdiyini, lakin qaranlıq olduğuna görə bu hadisənin hansı şəraitdə baş verməsini görə bilmədiyini göstərmişlər. Şahid4 isə ifadələrində Təqsirləndirilən şəxs Bəhramı bıçaqla vurduğunu göstərdiyi halda, təqsirləndirilən şəxsin ifadələrində Bəhramın bir əlində qaz açarı, bir əlində isə iti kənara malik əşya ilə Şahinin üstünə hücum çəkməsi, Bəhramın əlindəki həmin aləti alıb Bəhramı vurması barəsindəki ifadələrini təsdiq və ya inkar etməyib ziddiyyətli ifadələr vermişdir. Məhkəmədə bu sübutlar işin faktiki halları ilə müqayisəli təhlil edildikdə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi əşyanın növü və həmin əşyanın Təqsirləndirilən şəxs məxsus olması əsaslı şübhələrlə müşahidə olundu. Həmin şübhələri aradan qaldırmaq üçün məhkəmədə dindirilən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilərkən istifadə olunan alətin biz olduğunu və onun özünə məxsus olduğunu, hadisə zamanı təqsirləndirilən şəxsin həmin bizi onun əlindən alıb ona xəsarət yetirdiyini göstərdi. Onun bu ifadələri məhkəmədə şahidlər Şahid1 və Şahid3 tərəfindən də təsdiq olundu. Məhkəmə, iş üzrə hazırkı halda tam obyektiv ifadə verə bilən şəxsin Zərərçəkmiş şəxs olduğunu nəzərə alıb onun ifadələrini həqəiqətə uyğun ifadələr kimi nəzərə alır və ona xəsarət yetirilən alətin ona məxsus kəsici-deşici olan biz kimi qiymətləndirir. Məhkəmənin bu qənaəti işin faktiki halları baxımından da əsaslıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsinin səbəblərini təsvir və təsdiq edən sübutları araşdırarkən, Təqsirləndirilən şəxs ifadələrində zərərçəkmiş şəxsin digər şəxslərlə birikdə onun oluduğu avtomobili mühasirəyə alıb onun maşınını əzdiyini, ondan maşından çıxmasını tələb etdiklərini, buna baxmayaraq özünün onlara maşının içərisindən dalaşmaq istəmədiyini, “sakitləşin sonra söhbət edərik” deməsini, lakin zərərçəkmiş şəxsin və onunla birlikdə olan şəxsilərin buna məhəl qoymayaraq müxtəlif alət və vasitələrlə onun maşınını əzib güzgüsünə, şüşələrinə zərbələr endirib zədələyərək, onun çölə çıxmasına nail olub ona müxtəlif alatlərlə hücum etdiklərini, zərərçəkmiş şəxsin də ona dəqiq müəyyən etmədiyi kəsici-deşici alətlə hücum etdiyini, özünün də xüsusi fən və bacarıqları nəticəsində həmin hücümlardan yayınıb, sözügedən aləti zərərçəkmiş şəxsin əlindən alıb ona xəsarət yetiridiyini təsdiq etdi. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadələrini təsdiq edib ona kəlbətin və ucu biz alətlə hücum etdiyini, sonuncunun onun əlindəki ucu biz aləti ondan alaraq ona xəsarət yetiridiyini göstərdi. Zərərçəkmiş şəxs bu ifadələri şahidlər Şahid1 və Şahid3 ifadələri, həmçinin məhkəmədə araşdırılmış digər mötəbər sübutlarla və işin faktiki halları ilə tam təsdiq olundu. Zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahidlər də Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi hallara uyğun ifadələr verib, törədilmiş əməlin baş verməsinə səbəbin Zərərçəkmiş şəxs hüquqa və əxlaqa zidd hərəkətlərinin olduğunu göstərmişlər. Məhkəmə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif olunması üçün əsas kimi istinad olunmuş sübutları tam, obyektiv və hərtərəfli araşdırıb qeyd edir ki, Təqsirləndirilən şəxs əməlinin həmin maddə ilə tövsif olunması üçün fakt və sübut müəyyən olunmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə əsasən, istintaq orqanının Təqsirləndirilən şəxs əməlini cinayət hüquqi baxımından qiymətləndirilməsi özünün gəldiyi nəticəyə və işin faktiki hallarına uyğun olmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi istisna olunur. Çünki istintaq orqanının Zərərçəkmiş şəxs özünün yaxın qohumları vasitəsi ilə Təqsirləndirilən şəxs idarə etdiyi minik avtomobili olduğu yeri müəyyən edib, həmin maşının saxlanılması üçün maneələr yaratması, Təqsirləndirilən şəxs həmin maneələrdən qaçmaq istəyərkən qardaşının idarə etdiyi avtomobillə onun avtomobilini qəsdən vurub zədələyib onu saxlamağa cəhd etməsi, bundan sonra zərərçəkmiş şəxsin və onun tanışlarının olduqları dörd minik maşını ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə qaçmasının qarşısını almaq məqsədi ilə onun avtomobilini mühasirəyə alıb, ona hədə-qorxu gəlməklə avtomobildən çıxmasını tələb edib və buna nail olduqdan sonra ona müxtəlif alət və vasitələrlə hücum etmələrini səbəbsiz və ya cüzi səbəb kimi, yəni xuliqanlıq niyyəti kimi qiymətləndirməsi ümumi anlamda ağlabatan deyildir. Habelə məhkəmənin gəldiyi qənaətə əsasən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və onun tanışları vasitəsi ilə təqib edilərək hərəkətlərinin məhudlaşdırıb, mühasirəyə alınıb, avtomobilinə müxtəlif alət və əşyalarla zərbələr endirilib zədələndikdə onun özünü və idarə etdiyi avtomobilini həmin hücümlardan müdafiə hüququ yaranmışdır. Məhkəmənin bu qənaəti zəruri müdafiənin analayışını verən Azərbaycan Respublikası CM-nin 36-ci maddəsi baxımından da əsaslıdır. Həmin maddədə göstərilmişdir ki, peşə və ya digər xüsusi hazırlığından və qulluq mövqeyindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüquqa malikdirlər. Bu hüqüq dövlət orqanlarına və başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək habelə ictiami təhlükəli qəsdən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Məhkəmə, ittiham aktının təsviri hissəsi, həmçinin iş üzrə təqdim edilmiş sübutlar fonunda yaranmış mənzərəni təsəvvür edərkən təhlil olunan hadisə zamanı Təqsirləndirilən şəxs iradəsindən asılı olmayaraq münaqişəyə cəlb olunması, münaqişə zamanı da ona qarşı olunan hücumlardan yayınaraq, hücum zamanı ona kəsici-deşici alətlə hücum edən Zərərçəkmiş şəxs əlindən ona hücum etdiyi aləti alaraq özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirməsi qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi qənaətə əsasən, Təqsirləndirilən şəxs intesiv hücumlar altında olub özünü müdafiə etmək üçün xaotik hərəkətlər edərkən yaranmış şəraitdə ona qarşı törədilən əməllərin nəticələrini görüb, onu dərk edib, həmin əməllərə adekvat hərəkətlər etməsi ağlabatan deyildir. Çünki Təqsirləndirilən şəxs ona hücum edən şəxslərdən əvvəlcə idarə etdiyi avtomobillə qaçmağa, sonra dalaşmaq istəməyib avtomobilin qapılarını içəri tərəfdən bağlayıb ona hücum edən şəxslərə dalaşmaq istəmədiyini deyib dalaşmaqdan qaçmağa cəhdlər etsə də onun bu cəhdləri nəticə verməmiş və o, öz iradəsindən asılı olmayaraq münaqişəyə cəlb olunmuşdur. Bununla da o, özünü müdafiə etsə də, kəsicideşici aləti Zərərçəkmiş şəxs əlindən aldıqdan sonra ona qarşı hücum edən şəxslərin əlində bıçaq olduğunu təsdiq edən hal olmadığı üçün o, özünü müdafiə etmək üçün kəsicideşici alətdən istifadə etməkdə haqlı olmamışdır. Bununla da o, cinayət qanunu ilə yol verilən şəxsin özünün zəruri müdafiə həddini aşmışdır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif olunmuş əməlinin Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır və onun bu hissədəki əməlini həmin maddə ilə tövsif medir. Məhkəmə, Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə saat 20:41 dəqiqədə Zərərçəkmiş şəxs «korsan» dedikdən sonra sonuncudan bunun səbəbini soruşduqda Zərərçəkmiş şəxs öz mövqeyində qalıb özünün düzgün olduğunu bildirdikdə Təqsirləndirilən şəxs onu döyməklə dərəcəsi müəyyən edilməyən xəsarətlər yetirməkdə haqlı olmamışdır. O, bu zaman dolayı qəsdlə ictimai qaydanı pozub özünün Zərərçəkmiş şəxs üstünlüyünü göstərmək məqsədi ilə onu döyüb ona zor göstərmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs bu əməllərini istintaq orqanının da etdiyi kimi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilən əməllərin Zərərçəkmiş şəxs təhrikçi hərəkətləri nəticəsində törədildiyi qənaətinə gəlir. Məhkəmənin bu qənaəti istintaq orqanının 26 iyun 2022-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs, Şahid1, Şahid3 və digər şəxslər tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qasımov küçəsində ictimai qaydanın pozulması qənaətinə gəldiyi 09 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı baxımından da əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hal himayəsində üç azyaşlı uğağının olması, zərərçəkmiş şəxslə barışması əldə etməsi, törətdiyi əməli zərərçəkmiş şəxsin təhrikedici hərəkətləri nəticəsində törətməsi, törətdiyi əməllərdən peşman olub, həmin əməllərinin törədilməsi halları barəsində ətraflı ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, himayəsində üç nəfər az yaşlı qız uşağının olmasını, ailədə yegənə gəlir gətirən şəxsin olması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs idmanla məşğul olub respublika çempionu olmasını, Avropa çempionatında üçüncü yer tutmasını onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi nəzərə alır. İstintaq orqanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi onun əməllərində cinayətlərin təkrar törədilməsinin olduğunu göstərmişdir. Bu halla bağlı məhkəmə qeyd edir ki, cinayətin zəruri müdafiə həddini aşmaqla törədilməsi təkrarçılıq kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 130.1-ci və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törədilməsi sübuta yetirildiyi qənaətinə gəlir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 70 (yetmiş) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə də ona 420 ( dörd yüz iyiyrmi ) manat pul ödənilməlidir. Məhkəmə, həmin məbləğin dövlət büdcəsi hesabına müdafiəçiyə ödənilməsini, Təqsirləndirilən şəxs bu ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd rəqəmsa diski cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə bu iş üzrə Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması, 29 iyun 2022-ci il tarixdə onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib həmin tarixdə barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 2 ay müddətinə yəni 27 avqust 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilməsi, 29 aprel 2023-cü il tarixdə cinayət işi üzrə əməlin hüquq tövsifi dəyişdirilərək, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə yeni ittiham elan edilməsi, 25 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin bir ay müddətində uzadılmasına dair Suraxanı rayon məhkəməsinə təqdimat verilməsi barədə vəsatət qaldırılmış, vəsatət Suraxanı rayon prokuroru tərəfindən rədd ediləndən sonra Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə azad olunaraq barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və onun 02 (iki) ay, 02 (iki) gün həbsdə olması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzədə tutulan azadlıqdan məhrumetmə və va azadlığın məhdudlaşdırılması cəzaları təyin etmək üçün əsaslar müəyyən olunmadığı qənaətinə gəlir. Onun şəxsiyyətini, təqsirli bilindiyi əməlləri törətməmişdən qabaqkı və sonrakı davranışlarını, ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı azadlıqda olarkən onun barəsində qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin tələblərini pozmaması, başqa hüquqa zidd hərəkətlər etməməsi onun cəmiyyətdən təcrid edilməsini və azadlığının məhdudulaşdırılmasının labüdlüyünü istisna edir. Çünki ona belə cəzanın təyin edilməsi, təkcə onun özünə deyil onun himayəsində olan üç nəfər azyaşlı körpə uşaqlarına və heç yerdə işləməyən digər ailə üzvlərinə təsir edərdi. Bu isə cəzanın təyin edilməsinin əsaslarını müəyyənləşdirən cəza-cinayət qanunun tələblərinə zidd olardı. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs iki ay iki gün həbsdə olduğu müddəti nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan cərimə cəzalarının aşağı hədlərinin təyin olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin etmək qərarına gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halı olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 130.1 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq üsulu ilə ona qəti olaraq 1500 ( min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqqında iltizam hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməli olan 420 ( dörd yüz iyirmi ) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar