Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-893/2021 20.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər-Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X2 qızı, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 və Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Ağsu rayonu, Ağabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Ağabəyli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 4, ev 7-də yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla müəyyənləşdirilməmiş digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitənin hər qramına 5 manat ona sonuncu tərəfindən pul veriləcəyi və bu qaydada onların aralarında əvvəllər yaranmış 1400 manat borcunun da sonuncu tərəfindən silinəcəyi müqabilində Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, əldə olunmuş razılaşmaya əsasən istintaqla müəyyən edilməmiş tarixdə və vaxtda digər şəxsin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Unibankın sol tərəfindəki sarı qutunun yanına qoyduğu qara rəngli selofanda 44,598 qram külli miqdarda narkotik vasitə olan heroini 16 noyabr 2020-ci il tarixdə, saat 18 radələrində götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi həmin narkotik vasitəni 2 hissəyə bölüb ayrı-ayrı yerlərə qoymaqla öz növbəsində birgə satışını təmin etmək üçün şəklini çəkib digər şəxsə göndərməsi məqsədi ilə üzərində saxlamaqla daşımış, 16 noyabr 2020-ci il tarixdə saat 18:55 radələrində Abşeron rayonu, M.Hüseynzadə küçəsi 6 saylı evin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon polis idarəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki qara rəngli selofanın içərisində həmin qanunsuz olaraq saxladığı külli miqdarda 44,598 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə isə ümumiyyətlə təqsirli bilmir. Belə ki, onun özü ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 41-ci yataqxana, 24-cü mənzildə yaşamış və meyvəli bazarından meyvə-tərəvəz alıb, aldığı meyvə tərəvəzləri həftə ərzində yarmarkalara aparıb satmaqla məşğul olmuşdur. 2020-ci ilin avqust ayında satmaq üçün meyvə tərəvəz alarkən satıcı ilə qiymət barədə danışıq aparmış, bu zaman hazırda xatırlamadığı satıcılardan hansısa ona meyvə tərəvəzin əslən İran İslam Respublikasından olan Camal adlı şəxsin olduğunu, qiymətdə razılaşması üçün Camalla danışmalı olduğunu bildirib, sonuncunun əlaqə nömrəsini ona vermişdir. Bildiyinə görə həmin Camal adlı şəxs Meyvəli bazarına İran İslam Respublikasından meyvə-tərəvəz gətirib verməklə məşğul olmuşdur. O, Camala zəng edib telefonda danışaraq meyvə tərəvəzin qiymətlərini razılaşdırmış, bundan sonra aralarında münasibət yaranmışdır. Camaldan arabir nisyə olaraq meyvə tərəvəz götürüb satmışdır. Həmin bu 2 ay müddət ərzində Camalla aralarında olan al-verdən onun Camala 1400 manat pul borcu yaranmışdır. 2020-ci ilin noyabr ayınadək olan müddətdə Camalla aralarında borcun ödənilməsi ilə bağlı bir neçə dəfə danışıq olmuş və o borcu ödəyə bilmədiyi üçün aralarında mübahisələr yaranmışdır. Bundan sonra Camal özü ona aralarında olan borcun azalması üçün onun verəcəyi narkotik vasitə heroini qoyulan yerdən götürüb iki yerə bölərək başqa yerə qoymağı təklif etmiş, malın hər qramından 5 manat pul hesablayıb ona olan borcundan çıxacağını demişdir. O, razılaşdığı üçün 16 noyabr 2020-ci ilin tarixdə Camalın istifadəsində olan +***-***-**-**-70 saylı GSM mobil nömrənin WhatsApp nömrəsi ilə görüntülü danışmışlar. Həmin görüntülü danışıq zamanı Camal ona bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Uni bank”ın qarşısında yerləşən zibilxananın yanında paketdə 50 qram kakos vardır, həmin kakosu götürüb iki yerə bölüb ayrı-ayrı yerlərdə qoymaq, qoyduğu yerlərin şəklini çəkib sonuncuya göndərmək lazım olduğunu bildirmişdir. Bununla da onun hərəkətləri bitməli olmuş, əvəzində isə Camal ona olan borcundan kakosun hər qramına görə 5 manat pulu, konkret hərəkətinə görə ümumilikdə borcundan 250 manat çıxmalı olmuşdur. O da 16 noyabr 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Uni bank»ın qarşısında yerləşən zibilxanaya yaxınlaşıb orada qoyulmuş paketi götürmüş, saat 18:55 radələrində ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək, onun külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-yə getmişdir. Orada hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunub, ona təqdim olunduqdan sonra üzərində şəxsi axtarış keçirilməsi barədə məlumatlandırılmışdır. Bundan sonra videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanmış, bu zaman o, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən qara rəngli sellofan bükümünün içərisində olan narkotik vasitə heroini, gödəkçənin sol iç cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu, əynindəki göy rəngli cins şalvarınıın sol yan cibindən 20 manat pulu, şalvarının sağ yan cibindən şəxsiyyət vəsiqəsini və “Kapital Bank”a məxsus plastik kartı çıxardaraq təqdim etmişdir. Bundan sonra üzərindən götürülmüş 20 manat pul özünə qaytarılmış, “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, “Kapital bank”a məxsus plastik kartı isə götürülmüşdür. Təqdim etdiyi qara rəngli sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroin aşkar edilmiş, həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 53 qram olması müəyyən edilmişdir. Həmin maddə sellofan qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi kimi, Camal adlı şəxsi əvvəlcədən tanımamış, onu heç vaxt həyatda görməmişdir, yalnız bazarda meyvə-tərəvəzin qiymətini razılaşdırmaq məqsədilə Camalın nömrəsini bazarda hazırda xatırlamadığı satıcıdan almış, sonradan Camalla yalnız whatsapp vasitəsilə əlaqə yaratmışdır. 16 noyabr 2020-ci il tarixdə saxlanılarkən üzərindən aşkar olunmuş təxminən 53 qram miqdarda narkotik vasitə heroini o, saxlanılmamışdan bir qədər əvvəl Abşeron rayonu, Xırdalan şəhərində “Uni bankın” qarşısında yerləşən zibilxanadan götürmüşdür. Həmin narkotik vasitələri Meyvəli bazarına meyvə-tərəvəz satan üzdən tanımadığı, yalnız telefon vasitəsilə əlaqə saxladığı Camal adlı şəxsin tapşırığı ilə sonuncuya yaranmış borcunun müqabilində Abşeron rayonu, Xırdalan şəhərində “Uni bankın” qarşısında yerləşən zibilxanadan götürərək iki yerə bölərək ayrıayrı yerlərə qoyaraq aralarında olan razılaşmanın həyata keçirilməsi məqsədilə götürmüşdür. Həmin narkotik vasitələri Camal adlı şəxsin necə əldə etmiş olmasından, onun götürdüyü yerə necə gətirilib çıxarılmasından heç bir xəbəri yoxdur. Onun özü həmin narkotik vasitələri qaçaqmalçılıq yolu ilə əldə etməmiş, hər hansı bir qaçaqmalçılıq cinayətinin törədilməsində heç bir formada iştirak etməmiş, belə bir cinayətin törədiləcəyi və yaxud törədilmiş olması barədə heç kim ona heç vaxt məlumat verməmişdir. Bir daha bildirir ki, özünün narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edir, lakin heç bir qaçaqmalçılıq cinayəti törətməmişdir. Son olaraq göstərdi ki, ifadəsində göstərdiyi halları nəzərə alaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif edilməsini, himayəsində azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməllərini səmimi etiraf edib, hazırda əməllərindən peşman olmasını, narkotik vasitələri könüllü olaraq təqdim etməsini və digər yüngülləşdirici halları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolların əyani əks etdirildiyi DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmiş video görüntülər, həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış və sonuncunu ilk dəfə əməliyyat tədbiri keçirilib yaxaladıqları vaxt görmüşdür. Belə ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 24-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində satışı ilə məşğul olması barədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı əməliyyat tədbirləri keçirilərək Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə BNMİ-nin rəisinin təsdiqi ilə əməliyvataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və qəbul olunmuş qərar barədə Azərbaycan Respublikasının Baş prokurorunun 1-ci müavininə və Abşeron Rayon Məhkəməsinə məlumat verilmişdir. Həmçinin əməliyyat tədbirinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri onun özü olmaqla, BNMİ-nin İİEƏTŞnin baş əməliyyat müvəkkili Şahid2 da həmin qrupun tərkibinə daxil edilmişdir. Bundan sonra ünvan 2 ünvanın qarşısında zahiri əlamətləri məlumatda qeyd edilən şəxsə bənzəyən Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmış, şəxsiyyəti dəqiqləşdirildikdən sonra üzərində şəxsi axtarış keçirilməsi üçün DİN-in Abşeron Rayon Polis İdarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən onlarla DİN-in Abşeron Rayon Polis İdarəsinə gəldikdən sonra, xidməti otaqların birində həmin şəxsin üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynindəki qara rəngli gödəkçənin sağ yan cibindəki qara rəngli sellofanın içərisində saxladığı kütləni təqdim etmiş, həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmçinin gödəkçəsinin sol iç cibindən “Samsung” markalı mobil telefonu, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 20 manat pulu, şalvarının sağ yan cibindən şəxsiyyət vəsiqəsini və “Kapital Bank”a məxsus plastik kartı çıxardaraq təqdim etmişdir. Bundan sonra 20 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, “Kapital bank”a məxsus plastik kartı isə götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmçinin həmin narkotik vasitə heroini saxlanılmamışdan bir qədər əvvəl ünvan 3 ünvanının yaxınlığında yerdən götürdüyünü, həmin yerə narkotik qoyulmasını ona adını “Camal” kimi bildiyi İran İslam Respublikası vətəndaşının dediyini, həmin şəxsdən narkotiki dediyi yerlərə qoymağı müqabilində bir qrama görə 5 manat almalı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanmaqla əynindəki qara rəngli gödəkçəsinin yan və iç ciblərinə, əynindəki şalvarının yan və arxa ciblərinə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmiş, təqdim edilmiş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bundan sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ona daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonunda satışını təşkil etməsi qeyd olunmuşdur. Həmin əməliyyat məlumatı əsasında tərəflərindən tədbir keçirilmiş və Təqsirləndirilən şəxs saxlanmışdır. Təqsirləndirilən şəxs özü onlara narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşı olaraq qiyabən tanıdğı, adını isə “Camal” olaraq bildiyi şəxsdən əldə etdiyini, həmin maddəni elə həmin gün saxlanıldığı yerin yaxınlığında bir qədər öncə yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni götürdükdən sonra Camal adlı şəxsin ona deyəcəyi yerlərə qoyması müqabilində qazancı olacağını, özünün Camal adlı şəxsin tapşırığı əsasında 2 həftədir ki, bu işlə məşğul olduğunu, lakin həmin müddətdə heç bir qazanc əldə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Camal adlı şəxslə necə əlaqə yaratdığı barədə maraqlandıqda sonuncu Camal adlı şəxsin nömrəsinin onun mobil telefonunda yaddaş olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məlumat verilənədək “Camal” adlı şəxs barəsində onlarda heç bir məlumat olmamış, sonuncunun hər hansı cinayət əməllərindən məlumatsız olmuşlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamda sonuncunun qaçaqmalçılıq cinayəti törətməsinin qeyd olunması ona aydındır. Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin törədilməsində iştirak etməsi barədə onun heç bir məlumatı yoxdur. Bununla yanaşı ittihamda qeyd olunan qaçaqmalçılıq cinayətinin nə vaxt törədilmiş olması və kimlər tərəfindən icra edilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, həmin şahid birgə əməliyyat tədbirində iştirak etdiyi digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. (cild 01, iş vər. 112-114) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və Kənan ailəli olmaqla yataqxanada yaşamış, meyvətərəvəz al-veri ilə məşğul olmuşdur. 16 noyabr 2020-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evdə olarkən oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulması barədə məlumat almış, bundan sonra oğlunun tutulması ilə bağlı maraqlandıqda məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-yə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindəki qara rəngli sellofanın içərisində saxladığı külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Oğlu Təqsirləndirilən şəxs polis tərəfindən tutulanadək ümumiyyətlə narkotik vasitələrdən istifadə etməsindən xəbərsiz olmuş və sonuncunun belə hərəkətlərindən şübhələnməmiş, oğlunun narkotik vasitələri haradan və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur. Oğlu ümumiyyətlə heç bir zaman sərhəd keçməmiş, nə İran İslam Respublikasında nə də başqa hər hansı bir xarici ölkədə olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, cinayət işində olmaqla məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib əynindəki qara rəngli gödəkçənin sağ yan cibində qara rəgli sellofanın içərisində daşıyaraq saxlaması, 16.11.2020-ci il tarixdə saat 18-55 radələrində ünvan 3 ünvanının yaxınlığında AR DİN Baş Nakotiklərlə Mübarizə İdarəsimin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli sellofanın içərisində saxladığı təmiz çəkisi 44,598 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi faktına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilərək ibtidai istintaq aparılması qərara alınmışdır. (iş vər. 1) BNMİ-nin İİEƏTŞ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə ünvanlanan 16 noyabr 2020-ci il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili tərəfindən yazılı şəkildə məruzə edilərək Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonunda satışını təşkil etməsi barədə məlumat verməklə, qeyd olunan məlumatın yoxlanılması ilə əlaqədar əməliyyat qrupunun yaradılmasına və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. (iş vər. 4) “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 16.11.2020-ci il tarixli qərardan görünür ki, Ağsu rayonu, Çaparlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 41 saylı yataqxana, mənzil 24-də yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış mqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonunda satışını təşkil etməsi barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə 16.11.2020-ci il tarixdə əməliyyat qrupunun yaradılması, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamasını və gəzdirməsini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirləri onun müəyyən olunduğu ərazidə keçirilməklə həmin şəxsin saxlanılmasının təmin edilməsi, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra prosessual qanunvericiliyə uyğun olaraq üzərinə və yaşadığı evə baxış keçirilməsinin təmin ediməsi qərara alınmışdır. (iş vər. 5) Baş Narkotiklərlə Mübarizə İdarəsiniin İİEƏTŞ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə ünvanlanan16 noyabr 2020-ci il tarixli raportdan görünür ki, 16 noyabr 2020-ci il tarixdə saat 18-55 radələrində ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq BNMİ-ə gətirilmişdir. (iş vər. 9) “Şübhəli şəxsin tutulması haqqında” 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində, 16 noyabr 2020-ci il tarixdə saat 19:50 dəqiqədə Abşeron Rayon Pois İdarəsinin inzibati binasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 noyabr 2020-ci il tarixdə saat 18:55 dəqiqədən tutulmuş hesab edilmişdir. (iş vər. 20) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 noyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş 1 ədəd diskdən görünür ki, 16 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu ünvan 3 ünvanının yaxınlığında saat 18-55-də saxlanılaraq AR DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin olmasını ehtimal etməyə, kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 noyabr 2020-ci il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otaqlarının birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əli ilə əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd qara rəngli sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan başqa əynində olan qara rəngli gödəkçəsinin sol iç döş cibindən 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 20 (iyirmi) manat pulu, sol yan cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 (bir) ədəd “Kapital Banka” məxsus plastik kartını çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan başqa üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya predmet olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs məxsus 20 (iyirmi) manat pul özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı təqdim edilmiş mobil telefon, şəxsiyyət vəsiqəsi və Kapital Banka məxsus plastik kart götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli, üzərində “T50” yazılmış sellofan bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin sellofan bükümün içərisində kəskin iyli, qəhvəyi rəngli, narkotik vasitə olan “heroinə” bənzər kütlə aşkar edilmişdir. Həmin 1 ədəd qara rəngli sellofan bükümdə olan maddələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş, həmin bükümdə olan maddənin təxmini çəkisinin 53 qram (əlli üç qram) olması müəyyən edilmişdir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN 7 saylı möhürü ilə möhürlənmişdir. Qablaşdırılmış sellofan torbanın üzərində hər kəs öz imzasını çəkmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofan torbada olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni ona, İran İslam Respublikasının vətəndaşı, adını “Camal” olaraq bildiyi şəxsin göndərdiyini, həmin maddəni 16 noyabr 2020-ci il tarixdə saxlanıldığı yerin yaxınlığında saxlanılmadan bir qədər öncə əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə etməklə istifadə etməklə BNMİ-nin baş əməliyyat müvəkkili polispolkoknik leytenantı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. (iş vər. 29-32) 17 noyabr 2020-ci il tarixli, 6/2511 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi- 44,598 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. (iş vər 39-42) Abşeron Rayon Məhkəməsinin 4(012)-562/2020 nömrəli, 15.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli tutulduğu 16 noyabr 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (iş vər.69-72) “Maddi sübut kimi tanınma haqqında” 18 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqata sərf olunduqdan sonra təmiz çəkisi 44,548 qram olan narkotik vasitə olan heroinin cinayət işi ürə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. (iş vər. 73) Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 22 saylı MKSnin rəisi T.Maxsudov tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 15-ci məhəllə Bakı küçəsi ev 3/6, yataqxana 4, otaq 7-də ailə üzvləri- həyat yoldaşı X5 (02.10.1992) və X8 (04.02.2019) ilə bir yerdə yaşamışdır, Sumqayıt şəhər 15-ci məhəllə Bakı küçəsi ev 3/6, yataqxana 4, otaq 7-də yaşadığı dövrdə ətrafındakılarla gözəl münasibət qurmaq qabiliyyəti ilə yaxşı yoldaş olmaqla hörmət qazanmışdır. Özündən böyüklərə hörmət etmək, daim onların məsləhət və tövsiyyələrinə səbrlə qulaq asmaqla seçilmişdir. (iş vər. 80,83) AZ-İİ № 202597 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2018-ci il tarixdən evlidir. (iş vər. 81) AZ-İV № 300573 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04.02.2019-cu il təvəllüdlü X8 adlı 01 azyaşlı uşağı vardır. (iş vər. 82) 1416/2012 №-li Səhhətin müayinə edilməsi aktından görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2012-ci il tarixdən 13 iyun 2012-ci il tarixədək 1 saylı Respublika Psixiatriya xəstəxanasında stasionar müayinədə olmuşdur. (iş vər. 84) DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24.11.2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər. 94) Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi, yataqxana 4, ev 7-də yaşayan Şahid3 tərəfindən 19 noyabr 2020-ci il tarixli ərizədən görünür ki, Şahid3 oğlu ilə birlikdə yaşadığı ünvanda axtarış aparılmasına etiraz etməmişdir. (iş vər. 96) Axtarış aparılması haqqında 19 noyabr 2020-ci protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 19 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri, ünvan 6 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılmışdır. Protokoldan görünür ki, həmin ünvan yataqxananın birinci mərtəbəsində yerləşir, evin giriş qapısı dəmirən olmaqla küçəyə açılır. Giriş qapısının sağ tərəfində pəncərə vardır. Evə daxil olduqda dəhliz və qonaq otağı yerləşir. Hal şahidlərinin yəni Turan Mehralıyevin və Turan Səfərovun iştirakları ilə həmin otaqda olan divanın altına baxıldı. Bundan sonra sol tərəfdə yerləşən mətbəxdə oanların şkafların qapıları açılmış, axtarış aparılmış. Digər sol tərəfdə yerləşən yataq otağına daxil olduqda çarpayı və şkaf vardır. Həmin yerlər axtarılmışdır. Qonaq otağının sağ tərəfində yerləşən digər yataq otağına daxil olduqda sol tərəfdə yataq dəsti və şifoner yerləşir. Həmin otaqda axtarış aparılmışdır. Axtarış zamanı cinayət xarakterli, həmçinin narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. (iş vər. 99- 104) Abşeron RPİ-nin 30.11.2020-ci il tarixli, 128-88548 nömrəli mətubundan görünür ki, Abşeron RPİ-nin İŞ-də aparılan ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığına cavab olaraq bildrilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə şəxsi axtarış keçirildiyi zaman üzərində təmiz çəkisi 44,598 qram çəkidə kustar üsulla hazırlanmış narkotik maddə olan heroinin aşkar edilməsi ilə bağlı onun qeyd olunan narkotik vasitəni haradan və nə məqsədlə əldə etməsinin, eləcə də onun istifadəçisi olub-olmaması, narkotik maddələrin satışı ilə məşğul olub olmamasının, “Camal” adlı şəxsin şəxsiyyəti və yerinin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs İran İslam Respublikasından daxil olan narkotik vasitələrin satışı ilə məşğul olması əməliyyat yolu ilə müəyyən edilsə də, “Camal” adlı şəxsin şəxsiyyəti və olduğu yer barədə müsbət nəticə əldə olunmamışdır. (cild 01, iş vər. 108) AR SN Respublika Narkoloji Mərkəzi X9 Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın 01 fevral 2021-ci il tarixli, 305 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (iş vər 123-124) Ambulator məhkəmə psixiatrik ekspertizasının 26.01.2021-ci il tarixli 167 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. O, hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.(iş vər. 126-127) “Mobil telefona baxış keçirilməsi haqqında 23 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülən bir ədəd mobil telefona baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, mobil telefon “Samsung Galaxy A60” markalı mobil telefondur. Mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, telefonun yaddaş qurğusunda olan Whatsapp hissəsinin yoxdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun mobil telefon baxış keçirməzdən əvvəl Whatsapp hissəsi özü tərəfindən silinmişdir. Mobil telefonun nömrə yadda qurğusuna baxış keçirildikdə yaddaş qurğusua yazılmış +***-***-**-**-70 saylı mobil nömrənin olduğu və həmin mobil nömrənin qarşısında “Ariz Delay” yazıldığı müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd olunan mobil nömrənin İran İslam Respublikası vətəndaşı Camal adlı şəxsin istifadəsində olmuş mobil nömrə olduöunu bildirmiş, həmin mobil nömrənin Whatsapp hissəsi ilə Camalla əlaqə saxladığını göstərmişdir. (iş vər. 133) Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında 24 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi X6 iş üzrə Təqsirləndirilən şəxs, müdafiəçisi X3, PPXB-nın polis nəfəri X1 iştirakları ilə Təqsirləndirilən şəxs verdiyi ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsinə getmişlər. Təqsirləndirilən şəxs həmin ərazidə yerləşən yaşayış binasının altında yerləşən “Unibank”ı solundakı sarı rəngli dəmir qutunun yanındakı ərazini göstərərək bildirdi ki, 16 noybr 2020-ci il tarixdə Camalın istifadəsind olan +***-***-**-**-70 saylı GSM mobil nömrənin whatsapp nömrəsi ilə danışmış, belə ki, həmin mobil nömrənin whatsapp nömrəsiilə Camal onunla görüntülü danışmış, ona bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Unibank”ən qarşısında yerləşən zibilxananən yanında paketdə 50 qram kakos vardır, həmin kkosu götürüb iki bölüb ayrı-ayrı yerlərdə qoymaq lazımdır. O, Camalın dediyi yerdən kokosu götürüb iki yerə böldükdən sonra qoyduğu yerlərin şəklini çəkib sonuncuya göndərməli olmuş, bundan sonra Camal ona olan borcundan kokosun hər qramına görə 5 manat pulu çıxmalı idi. Ona olan borcundan Camal 250 manat çıxmalı olmuşdur. O da həmin yerə yaxınlaşaraq orada qoyulmuş paketi götürmüş və ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək onun külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. Prokotokolun düzgünlüyünü iştirakçılar imzaları ilə təsdiqləmişlər. (iş vər. 134-136) “Cinayət işi üzrə əməlin tövsif olunması və sübutların qiymətləndirilməsi haqqında” 24 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək ona həmin maddələrlə nəzərdə tutulan ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ********* saylı cinayət işinin istintaq materiallarından narkotik vasitəni əldə etdiyi mənbə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işinin ayrılması, Camal adlı İİR vətəndaşının əməlinə ayrılacaq cinayət işində qiymət verilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş qara rəngli sellofanın içərisində olan ekspertiza tədqiqatından sonrakı qalıq qalan,- 44,548 (qırx dörd tam mində beş yüz qırx səkkiz) qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, Samsung Galaxy A60 markalı mobil telefonun və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonrakı qalıq qalan,- 44,548 (qırx dörd tam mində beş yüz qırx səkkiz) qram narkotik vasitə heroinin, Samsung Galaxy A60 markalı mobil telefonun saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilməsi, bir ədəd CD diskin isə iş materiallarına əlavə edilməsi, istintaq materiallarında təqsirləndirilıən şəxs Təqsirləndirilən şəxs yaşayış ünvanının ünvan 7əndirilən şəxs və şahid ifadələri, ifadənin yerində yoxlanması prokotolunun, ekspert rəylərinin, maddi sübutlar, şəxsi axtarış və götürmə haqqında prokotolun və digər istintaq sənədərinin sübut növləri kimi qəbul edilməsi qərara alınmışdır. (iş vər.137-144) “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında” 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa ********* saylı cinayət işi ayrılmışdır. (iş vər. 146-147). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında heroinin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı işin həqiqi halları ilə uzlaşan ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətinin həyata keçirilməsinə dair protokolların məzmunu, videogörüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Bununla yanaşı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikasına keçirməsində təqsirli olduğu qənaətinə gəlinmiş və bununla bağlı ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, verilmiş ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bağlı olan hissəsinə əsasən Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan “Camal” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin hər qramına 5 manat ona sonuncu tərəfindən pul veriləcəyi və bu qaydada onların aralarında əvvəllər yaranmış 1400 manat borcunun da sonuncu tərəfindən silinəcəyi müqabilində Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 16 noyabr 2020-ci il tarixdə saat 18:50 radələrində bir qrup şəxs halında “Camal” adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Unibankın sol tərəfindəki sarı qutunun yanına qoyduğu qara rəngli selofanda 44,598 qram külli miqdarda narkotik vasitə olan heroini götürüb qanunsuz əldə etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ibtidai və eləcə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qaçaqmalçılıqla yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikasına keçirməsi, eləcə də bu cinayətin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında hər hansı formada iştirak etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut əldə edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham elan olunması və həmin ittihamın məhkəmə istintaqı ilə araşdırılması ilə bağlı ilk növbədə qeyd edir ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının giriş hissəsində Plenum tərəfindən öyrənilmiş məhkəmə işləri üzrə bir sıra nöqsanlara yol verildiyi, bununla yanaşı qaçaqmalçılığın predmetini təşkil edən malların və digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsində bilavasitə iştirak etməmiş şəxslər buna kifayət qədər əsaslar olmadan həmin cinayətin icraçısı kimi cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunduğu və s. pozuntuların olduğu müəyyən edildiyi qeyd olunmaqla məhkəmələrin fəaliyyətində qeyd olunan nöqsanlara və qanun pozuntularına yol verilməsinin qarşısının alınması və bu işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Plenum tərəfindən qeyd olunan qərar qəbul olunmuşdur. Həmin qərarda həmçinin göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CMnin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda sadalanan mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkibinin olmasını istisna edir. Təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarından göründüyü kimi Baş Narkotiklərlə Mübarizə İdarəsinin İİEƏTŞ-nin əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 həmin idarənin rəisinə olan 16 noyabr 2020-ci il tarixli rapotundan göründüyü kimi Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonunda satışını təşkil etməsi barədə BNMİ-yə məlumat daxil olmuşdur. Daha sonra keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni adını «Camal» kimi bildiyi İİR-nın vətəndaşının vasitəsilə əldə etdiyini, telefon vasitəsilə aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs narkotik vasitələri həmin İİR-nın vətəndaşının dediyi yerdən götürərək iki yerə bölüb yenə də onun deyəcəyi yerlərə qoyaraq qoyduğu yerlərin şəklini çəkib sonuncuya göndərdikdən sonra da Camalın ona olan borcundan narkotik vasitə heroinin hər qramına görə 5 manat pulu çıxmağı vəd etdiyini bildirmişdir. İbtidai istintaq orqanı tərəfindən məhz Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar əsas götürülməklə təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə də ittiham elan edilmişdir. Lakin iş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilməyərək, heç bir qaçaqmalçılıq cinayəti törətmədiyini bildirmiş, sonuncunun həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən isə “Camal” adlı şəxslə aralarında olan razılaşmanın yalnız narkotik vasitələrin qanunsuz dövriyyəsinin həyata keçirilməsi çərçivəsində olduğu və bu cinayətin həyata keçirilməsinə yönəlmiş olması müəyyən edilmiş, tərəflər arasında qaçaqmalçılıq cinayətinin törədilməsinin halları barədə hər hansı informasiya mübadiləsinin olması, Təqsirləndirilən şəxs belə bir cinayətin törədilməsindən məlumatlı olması və hər hansı formada həmin cinayətin törədilməsində iştirak etməsi müəyyən edilməmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların təqsirkarın özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr, psixotrop maddələr və prekursorlar olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Bununla yanaşı elə ibtidai istintaq materiallarından və məhkəmədə tədqiq olunmuş sübutlardan göründüyü kimi Təqsirləndirilən şəxs “Camal” adlı xarici ölkə vətəndaşı ilə əlaqəsinin olması yalnız təqsirləndirilən şəxsin özünün ifadələri ilə əhatə olunmuşdur ki, məhkəmə tərəfindən həmin ifadələrdən nə kimi halların müəyyən edildiyi artıq yuxarıda qeyd edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında birmənalı olaraq göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Göründüyü kimi, elə ibtidai istintaq orqanının özü tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitəni sonuncunun əldə etmə mənbəyi istiqamətində tədbirlər həyata keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edəcək hal müəyyən olunmamış (ittihamda qeyd olunan qaçaqmalçılıq cinayətinin ümumiyyətlə törədilmə vaxtı və yeri barədə heç bir məlumat əldə olunmamış, bu barədə verilmiş ittihama münasibətdə belə mücərrəd yanaşılmışdır), eləcə də Təqsirləndirilən şəxs hər hansı qaçaqmalçılıq cinayətinin törədilməsi, əldə etdiyi narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsindən əvvəlcədən məlumatının olması təsdiq olunmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi yer kimi qeyd olunan, sonuncunun ibtdai istintaq orqanı tərəfindən ifadəsi yerində yoxlanarkən də göstərməklə təsdiq etdiyi “Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Unibankın sol tərəfindəki sarı qutunun yanı” bir ərazi olaraq coğrafi baxımdan Azərbaycan Respublikasının dövlət sərhədlərindən xeyli uzaqda yerləşməklə, obyektiv olaraq qaçaqmalçılıq cinayətinin törədildiyi yer və yaxud həmin predmetlərin bilavasitə keçirildiyi yer olaraq qəbul edilə bilməz. Bu baxımdan məhkəmə qeyd edir ki, sonuncunun həmin vaxtadək qaçaqmalçılıq cinayətinin törədilməsindən xəbərsiz olduğu məhkəmə tərəfindən mübahisəsiz şəkildə qəbul olunmaqla yanaşı, Təqsirləndirilən şəxs “Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Unibankın sol tərəfindəki sarı qutunun yanı”ndan narkotik vasitəni əldə etməkdə ifadə olunan hərəkətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında göstərildiyi kimi, narkotik vasitələrin bilavasitə keçirildiyi yerdə narkotik vasitələrin qəbul etməsi kimi qəbul oluna və qaçaqmalçılıq cinayətinin törədilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yuxarıda qeyd olunan halları qarşılıqlı şəkildə bir daha tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin predmetini təşkil edən narkotik vasitələrin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən Azərbaycan Respublikasının ərazisinə gizli keçirilməsində iştirak etməsi və yaxud bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində hər hansı hərəkətlər etməsini təsdiq edən sübutlar müəyyən olunmamış, əksinə yuxarıda qeyd olunan Plenum qərarında göstərilənlər və iş materiallarının qarşılıqlı təhlili Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətini törədilməsinə görə məsuliyyəti istisna edən halların mövcudluğuna dəlalət edir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qaçaqmalçılıqla yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikasına keçirməsi nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş olduğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığı nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə olan hissə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan xaric edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxsin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməlini səmimi etiraf edib peşman olmasını, himayənsində bir azyaşlı uşağının olması, cavan olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmaqla, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edildiyindən, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübutlar: Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq qalan,- 44,548 (qırx dörd tam mində beş yüz qırx səkkiz) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Samsung Galaxy A60 markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalı, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 noyabr 2020-ci il tarixli protokolda qeyd olunanları özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 81,82 (səksən bir tam səksən iki) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Cinayət işi üzrə mülki iddianın olmadığı və əmlak üzərinə həbs qoyulmadığı nəzər alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2020-ci il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq qalan,- 44,548 (qırx dörd tam mində beş yüz qırx səkkiz) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Samsung Galaxy A60 markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 noyabr 2020-ci il tarixli protokolda qeyd olunanları özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərcləri cəmi 81,82 (səksən bir tam səksən iki) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddia olmaması və əmlak üzərinə həbs qoyulmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Siyavuş Hacıyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-893/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-893/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver