Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-893/2022 10.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin hüquqi varisi X1 və nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 01 avqust 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 31 dekabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən “144 Tea House” adlı kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə olarkən həmin vaxt kafeyə gəlmiş tanışı Zərərçəkmiş şəxs gördükdə bir neçə ay bundan əvvəl “Şəhrizad” adlı kafenin yanından keçərkən kafenin qarşısında Fikrətin ona əvvəlcə “Sənin ananı bilirəm...1’, daha sonra isə gülümsəyərək “...müəllimədir” deməsini bir daha xatırlayaraq, sonuncunun həmin ifadəni anasının ünvanına pis mənada kinayə ilə işlətməsini ehtimal edib, bunun səbəbini aydınlaşdırmadan, bununla əlaqədar onda yaranmış qəzəb hissinin təsiri altında Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə qeyd olunan kafenin mətbəxində istifadə olunan bıçağı götürüb, sağ əlinin içərisində gizlədib saxalayaraq, həmin zaman masa arxasında oturmuş vəziyyətdə olmaqla kafedə işləyən şəxslərlə söhbət edən Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq, sonuncunun onun anası barədə dediyi sözləri cüzi səbəb kimi bəhanə edib, əsaslı səbəb olmadan ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq xuliqanlıq niyyəti ilə sağ əlindəki bıçaqla həmin şəxslərin gözü qarşısında qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs döş qəfəsinin arxa nahiyyəsindən bir zərbə vuraraq, ona kəskin qanitirmə ilə nəticələnməklə ölümünə səbəb olmuş sol ağciyərin və ürəyin sol mədəciyinin arxa divarının bayır səthinin zədələnməsi ilə müşayiət olunan, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən, həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, daha sonra özünü müdafiə etməyə çalışaraq ondan bıçağı almağa cəhd edən Zərərçəkmiş şəxs həmin bıçaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmanın əlamətlərinə malik olan sol mil-bilək oynağı nahiyəsinin deşilmiş-kəsilmiş yarasından ibarət olan xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmənin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, mikrorayon ərazisində yerləşən “Şəhrizad” və “Yeni məkan” kafelərinin müştərisi imiş, mərhum Fikrəti bu kafelərə gələndə görmüş və tanımışdır. Onunla dostluq münasibəti yox imiş, sadəcə olaraq salam-sağolu var imiş. 2021-ci ilin sentyabr ayında o “Yeni məkan” kafesində çayını içdikdən sonra çıxıb evinə getmişdir. Yay mövsümü olması ilə əlaqədar Fikrətgil “Şəhrizad” kafesinin çölündə oturmuş və yemək yeyirmişlər. Onlar üç nəfər kişi imiş. O yoldan keçərkən, Fikrət ona “Bir dəqiqə bizim masaya yaxınlaş” deyərək masalarına dəvət etmişdir. O da onların yanına getmiş və stola əyləşmişdir. O, stola əyləşən kimi Fikrət ona “Sənin ananı tanıyıram, müəllimədir” demişdir. O donub qalmışdır, çünki onunla yaxın münasibəti yox imiş və onun bu sualı ona hansı məqsədlə verdiyini, bu söhbəti niyə açdığını başa düşməmişdir. Ondan bu söhbətə aydınlıq gətirməsini istəmək istəyəndə o ayağa durmuşdur. Fikrət ondan fiziki olaraq 3-4 dəfə böyük imiş. Fikrət ona “Səni vuraram cırıq-cırıq olarsan, get ananla, ailənlə məşğul ol” demişdir. O da çıxıb getmişdir. Bu söhbətdən sonra namaz qılmaqla, dini videolara baxmaqla bu söhbətin dərinliyinə getməməyə çalışmışdır. Hadisədən bir həftə əvvələ qədər də bu formada başını qarışdırmışdır. Fikrətlə bu söhbətdən 10-12 gün keçmişdir. O, “Şəhrizad” kafesinin yanından keçirmiş. Həmin gün aşbaz kimi işlədiyi başqa kafedə işdən çıxmışdır, amma bunu heç kəs bilmirmiş. Fikrət onu yolda görərək, ondan “İşdən niyə çıxmısan” deyə soruşduqda, o ona “İşdən çıxmamışam” demişdir. Fikrətin onunla axrıncı söhbətindən sonra ona heç salam vermək belə istəmədiyi üçün Fikrətin bu sualı verməsinin dərinliyinə getmədən çıxıb getmişdir. İstər-istəməz Fikrətin onun işdən çıxdığını necə bilməsi, Fikrətin onu güdməsi barədə onda şübhələr yaranmışdır. Bu hal ona psixi baxımdan pis təsir edirmiş. O, 1,5 ay dözmüş, Fikrəti axtarmamışdır. Lakin sonra elə bir vəziyyət olmuşdur ki, namaz qılmağı dayandırmış və yenidən içki içməyə başlamışdır. Fikrəti vurduğu gündən 15-20 gün qabaq onu axtarırmış ki, ondan bu sözlərə aydınlıq gətirməyini istəsin. Hər iki kafeyə gedib Fikrəti axtarmışdır, lakin heç kəs onun nömrəsini ona verməmişdir və onlar Fikrətin kafeyə gəlmədiyini bildirərək onu yola vermişlər. Bayram günü, yanvar ayının 31-i imiş. Əvvəllər “Yeni məkan” kimi fəaliyyət göstərən kafe artıq “144” kafesi kimi fəaliyyət göstərirmiş. Həmin gün bayramlaşmaq üçün həmin kafeyə getmişdir. İçəridə 3-4 nəfər adam var imiş. O, divanda oturmuşdur. Kafenin müdiri olan qadın, onun anası və bir neçə qadın digər masada əyləşmişlər. Kafenin idarəçisi onu öz bayram süfrəsinə dəvət etmişdir. O da onların stoluna əyləşmişdir. Bundan 15-20 dəqiqə sonra Fikrət kafeyə gələrək onların masasında əyləşmiş və söhbət etməyə başlamışdır. Masada umumi söhbətlər danışılırmış. Fikrət onun yaxasından tutaraq onu yuxarı qaldırmışdır. Fikrətin bu hərəkəti və bundan əlavə əvvəllər anası barəsində kinayə ilə danışması, onun işdən çıxmağını bilməsi kimi hallar onda yığılmışdır. Onun bu hərəkətindən sonra ayağa qalxmışdır və özündə deyilmiş. Mətbəxə daxil olmuşdur. Əslində o, mətbəxə bıçaq götürmək üçün getməmişdir. Mətbəxə daxil olub bir az irəli getdikdə orada tualet var imiş, tualetə daxil olmaq istəmiş, lakin ora bağlı olmuşdur. Orada dayanmışdır və özündə deyilmi. Orada bıçaq görmüş və Fikrəti bir dəfə bıçaqla vurmuşdur. O, ayağa qalxmış və əlini arxa tərəfə atmışdır, bu vaxt onun əli bıçağa dəymişdir. Orada olan şəxslər səs-küy salmışlar. O da kafedən çölə çıxmışdır. Daha sonra məhəlləyə getmişdir. Fikrətə ağır xəsarət yetirdiyini düşünmədiyi üçün polis əməkdaşlarının ona zəng edəcəyini gözləmirmiş. Hadisədən 15- 20 dəqiqə sonra polis əməkdaşları ona zəng edərək harada olduğunu soruşduqda, onlara məhəllədə olduğunu bildirmişdir. Onlar ondan binanın qarşısına gəlməyini istəmişlər, o da binanın qarşısına keçib təslim olmuşdur. O, Fikrətdən anası barəsində belə cümlə işlətməsinə aydınlıq gətirməsini istəyəndə Fikrət ona imkan verməmiş, ayağa qalxaraq “Vuraram, cırıq-cırıq olarsan” demişdir. Fikrətin anası barəsində kinayə ilə danışmasını, onun yaxasından tutub qaldırmasını özü üçün təhqir kimi qəbul etmişdir. Onun yaxasından tutub qaldırmasını ona “Peysər deməsi” kimi qəbul etmişdir. O, kafedən çıxanda Fikrət ayaq üstə olmuş və ölməmişdir. Fikrəti vuranda niyyəti onu öldürmək deyilmiş. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs mərhum qəsdən öldürmək niyyətində olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o Cavid adlı şəxsi tanımırmış, onu heç vaxt görməmiş və adını eşitməmişdir. Mərhum Fikrət onun əri imiş. Ərinin ölümündən sonra Cavid adlı şəxsin varlığından xəbəri olmuşdur. 19 yaşında bir qızı və 16 yaşında bir oğlu vardır. Mərhum əri uzun illər Fövqəladə Hallar Nazirliyində işləmişdir. O, çox sakit və tərbiyyəli insan imiş. O, xəstə olduğu üçün Fikrət ailələrinin qayğısına qalırmış. Hadisə baş verən gün oğlu Kənan ağlayaraq Tuncay adlı dostunun aşağıda bir nəfər şəxsin bıçaqlandığını və bunun Fikrət ola biləcəyini demişdir. Onlar həyətə düşmüşlər, sonra “144 Tea House” adlı kafenin qarşısına getmişlər. Ətrafda çoxlu sayda polis əməkdaşları və digər şəxslər olmuşdur. Oradakı polislər onu içəri buraxmamışlar. Daha sonra ona məlum olmuşdur ki, əri Fikrəti Cavid adlı şəxs bıçaqlayaraq öldürmüşdür. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona qanunvericiliklə müəyyən olunmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Cavid onun oğludur, onun psixi baxımdan vəziyyəti yaxşı deyildir. O, anadan olduqdan sonra onun beynində problemlər yaranmışdır, hadisənin necə baş verdiyini bilmir. 01 yanvar 2022-ci il tarixdə gecə saatlarında zəng gəlmişdir ki, oğlu prokurorluqdadır. Nə mərhumu, nə də onun ailəsini tanımamışdır. Hadisədən sonra mərhumun ailəsinin yanına gedib onlara üzrxahlıq etmişdir, onlara 5.000 manat pul verməklə və bir dəfə onların evinə bazarlıq etməklə köməklik etmişdir. Onun özü də övladlarını atasız böyütmüşdür. Mərhumum ailəsi ona heç bir aqressivlik göstərməmişdir, onlar etdiyi yardımları qəbul etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Cavid onun qardaşıdır. Onun psixi baxımdan vəziyyəti normal olmamışdır. Cavid anadan olduqdan sonra onun beynində problemlər yaranmışdır. O hadisənin necə baş verdiyini bilməmiş, mərhumu da tanımamışdır. 01 yanvar 2022-ci il tarixdə gecə saatlarında onlara zəng edilərək bildirilmişdir ki, qardaşı prokurorluqdadır. Onun hadisə barədə məlumatı yox imiş. Sadəcə olaraq onu bilir ki, Cavidin psixi vəziyyəti normal deyilmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o “144 Tea House” adlı kafenin icarədarıdır. 31 dekabr 2021-ci il tarixdə anasıyla birgə kafedə olmuşlar, Nəsibə ilə anası onun və anasının bayramını təbrik etmək üçün kafeyə gəlmişdirlər. Cavid də digər masada əyləşib pivə içirmiş. Cavidə onların masasına əyləşib yemək yeməsini təklif etmişlər. Cavid isə evdə yemək yeyib gəldiyini bildirmişdir. Onlar söhbət edirmişlər. Cavidin kafeyə gəlməsindən 15 dəqiqə sonra Fikrət kafeyə gəlmişdir. Anası Fikrətə masalarına əyləşib yemək yeməsini təklif etmişdir. Fikrət isə rayonda yeyibgəldiyini, övladının bulvara getdiyini, onun zəngini gözlədiyini bildirmişdir. Fikrət bir az ayaqüstə qalmış və ona əyləşməsini, ayaqüstə qalmamasını bildirmişlər. Bundan sonra Fikrət masalarının küncündəki stula əyləşmişdir. Daha sonra Cavid onların masasına gəlmiş və Fikrətlə salamlaşmışlar. Cavid Fikrətdən “Sənin paqon dostun var?” deyə soruşduqda, Fikrət isə Cavidə əsgərlikdən gəldiyini, oturmasını bildirmişdir. Onlar normal söhbət edirmişlər. Cavid də oturmuşdur. O, Fikrətə çay süzmək istəmiş, lakin Fikrət istəməmişdir. Bu arada qonşuluqdakı kafenin sahibi Cavidi çörək almaq üçün göndərmiş, Cavid də gedib çörək alıb gəlmişdir. O, kafedən çöldə imiş, digər kafedə çay içirmiş. Bir də görmüşdür ki, Cavid əlində bıçaq çölə qaçır. Anasıyla birgə Cavidin arxasınca qaçmışlar. Onlar kafenin içinə daxil olanda görmüşlər ki, ətraf qandır. Orda bilmişlər ki, Cavid Fikrəti bıçaqlayıb. O, tez sahə inspektoruna zəng etmişdir. Fikrətin damarı kəsilibmiş, lakin onun huşu yerində imiş. Hətta Fikrət onlara “Narahat olmayın” demişdir. Bundan sonra görmüşlər ki, Fikrətin kürəyindən qan axır. Onun köynəyini çıxarmışlar. Sonra isə o, keçinmişdir. Cavid hadisədən 15 gün əvvəl kafeyə gəlib “Fikrəti öldürəcəyəm” demişdir. O Caviddən nə olduğunu soruşduqda, Cavid ona “sən bilmirsən, o çaşıb, söyüş söyüb” demişdir. Cavid söyüş söyürmüş və özündə deyilmiş, o da ayaqqabısını çıxardıb Cavidi vurmüşdur. Onu döyüb yola salmış və Cavid çıxıb getmişdir. 31 dekabr tarixdə Cavid yenidən kafeyə gəlmişdir. O Cavidə “Sənə deməmişəm, bura gəlmə” demişdir. Bayram günü olduğu üçün anası ona heç nə dəməmiyini istəmişdir. Cavid 1 stəkan pivə içmiş və ondan əlavə pivə istəmişdir, lakin o Cavidə pivənin qurtardığını bildirib verməmişdir. Cavid danışığına fikir vermir deyə adətən onu kafedən qovurmuş, lakin o yenə də kafeyə gəlirmiş. Fikrətin nömrəsini Cavidə verməmişdir. Fikrətə zəng edib “Neyləmisən ki, Cavid belə edir” deyə soruşduqda, Fikrət ona Cavidi 2-3 aydır ki, görmədiyini bildirmişdir. O da düşünmüşdür ki, yəqin yenə Cavid özü nəyisə özü üçün problem edib. Hadisənin baş verdiyi gün Fikrət Caviddən onu niyə axtardığını soruşmamışdır. O, Fikrətin Cavidin yaxasından tutub onu qaldırdığını görməmişdir. Fikrət həmişə yemək və çay içmək üçün kafeyə gəlirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında ifadə verən Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru işləyir. 31 dekabr 2021-ci il tarixində saat 22:10 radələrində “144 Tea House” adlı kafeni işlədən Yeganə xanım ona zəng edərək, kafedə bir nəfər şəxsin bıçaqlandığını bildirmişdir. Bundan sonra hadisə yerinə getmişlər, ora çatanda artıq mərhumun vəziyyəti pis imiş və əlləri gömgöy imiş. Təcili tibbi yardım çağırmışlar. Bu zaman Yeganə xanım bildirmişdir ki, mərhumu Cavid adlı şəxs bıçaqlayıb. Cavid adlı şəxs hadisə yerində olmamışdır. Yeganə xanım Cavidin istifadəsində olan mobil nömrəni ona vermişdir. Bundan sonra digər polis əməkdaşı Şahid10 Cavidin istifadəsində olan mobil nömrəyə zəng etmiş, Cavidlə psixolojik təsir metodlarından istifadə etməklə danışmış və ona yaşadığı evin aşağısına gəlməsini demişlər. Bundan sonra Cavid yaşadığı evin yanına, yəni həmin ərazidə “Vegas” idman və sağlamlıq mərkəzinin qarşısına gəlmişdir və Cavidi orada gözləyərkən görmüşlər. Avtomobildən düşüb Cavidə yaxınlaşmışlar və ona onlarla bölməyə getməsini təklif etmişlər. Cavid buna etiraz etməyərək onlarla birlikdə 7-ci polis bölməsinə getmişdir. Cavid əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 məhkəmə iclasında ifadə verən Şahid9 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Şahid1 işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən kafedə işləmişdir. Zərərçəkmiş şəxs da orada işləyərkən müştəri kimi tanımışdır. O, çox yaxşı insan olmuşdur. 31 dekabr 2021-ci il tarixdə anasıyla birgə Yeganənin işlədiyi kafeyə bayramı qeyd etmək üçün getmişlər. Cavid də orada imiş və masalardan birində əyləşmişdir. Onlar masada əyləşib yemək yeyirmişlər. Bir müddətdən sonra Zərərçəkmiş şəxs gəlmiş və o masadakı stulda əyləşmişdir. Zərərçəkmiş şəxs 5-10 dəqiqəlik kafeyə gəldiyini, çıxıb-gedəcəyini bildirmişdir. 10-15 dəqiqə sonra Cavid də masayaa gəlmiş və stullarından birində əyləşmişdir. Onlar bir yerdə deyib-gülürmüşlər. O, çay hazırlamaq üçün mətbəxə getmiş, 5-6 dəqiqə sonra görmüşdür ki, Cavid əlində bıçaq qaçıb gedir. Cavidin Fikrəti öldürmək istədiyindən xəbəri olmamışdır, bu barədə eşitməmişdir. Cavidin psixi problemləri var imiş, o adətən gəlib kafedə dava saldığı üçün müdiri Şahid1 ona kafeyə daxil olmağa icazə vermirmiş. Cavid bir-iki dəfə kafeyə gəlib Fikrətin kafedə olubolmadığını, oraya gəlib-gəlmədiyini soruşmuşdur. Fikrət Cavidə masada ağır söz deməmiş, ona qarşı etik olmayan hər hansı hərəkət etməmiş, onun yaxasından tutmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında ifadə verən Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o 9cu mikrorayon ərazisində yerləşən Şəhrizad adlı kafeni işlədirmiş və Cavidi də kafeyə gəlib-gedəndə tanımışdır. Fikrəti də daimi müştəri kimi tanıyırmış. 31 dekabr 2021-ci il tarixdə saat 17 radələrində o Fikrətlə birlikdə yemək yemiş, bundan sonra Fikrət evdə yaxşı aş və tort bişirildiyini deyib ona də həmin yeməklərdən pay gətirəcəyini demişdir. Bundan sonra Fikrət kafedən çıxıb evinə getmiş və bir daha axşam saat 20 radələrində yenidən kafeyə gəlmişdir. Fikrət ona aş gətirmişdir. Bundan sonra Fikrət yenidən çıxıb getmişdir. 01 yanvar 2022-ci il tarixdə səhər saat 09 radələrində işə getdikdən sonra Fikrətin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” mobil tətbində bayram videosu göndərmiş, bir gün əvvəl axşam ona gətirdiyi aş və tort üçün təşəkkürünü bildirmişdir. Elə bundan 10 dəqiqə keçməmiş Fikrətin tanışları ona zəng edib bildirmişlər ki, Cavid Fikrəti bıçaqlayaraq öldürüb. Onun yanında mərhum Fikrət Cavidi söyməyib, belə bir şey olmayıb. Mərhum çox yaxşı insan olmuşdur. Cinayət işində olan “şübhəli şəxsin tutulması haqqında” 01 yanvar 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 31 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən “144 Tea House” adlı kafedir. Kafe yaşayış binasının birinci mərtəbəsində yerləşir, giriş qapısı üzərində yuxarı tavana bitişik hissədə “Pub” yazısı, solda işıqlı parıldayan hərflərlə isə “144 Tea House” yazısı yazılmışdır. Qapıya baxdıqda sağdakı lövhə üzərində yeməklərin siyahısı qeyd olunmuşdur. Bundan başqa qapının hər iki tərəfində dibçəkdə güllər vardır. Giriş qapısı plastik materialdan olmaqla, iki taylıdır, içəriyə doğru açılır, bir tayı bağh, bir tayı isə bağlıdır. Qapının hündürlüyü 210 sm, eni 190 sm-dir. Qapının açılan tayının eni isə 90 sm-dir. Qapıdan içəriyə daxil olduqda sağ tərəfdə qarşı-qarşıya düzəlmiş 3 ədəd divan və masa, sol tərəfdə isə ətrafında stullar olan 5 masa, habelə qara rəngli pərdə ilə bağlanmış 2 ədəd kabinet vardır. Zalın ümumi eni 670 sm, uzunluğu 10 metrdir. Giriş qapısından 8 metr irəlidə üzərində qara rəngli şalvar, bel kəməri və ayaqqabı olan kişi cinsli insan meyiti görünür. Meyitin bədənində və döşəmə səthində qanabənzər ləkələr vardır. Meyitin sol ayağından giriş qapısından soldakı divaradək olam məsafə 590 sm, sağ əlindən giriş qapısının sağ divarınadək olan məsafə isə 140 sm-dir. Kafenin bar hissəsinə baxış keçirdikdə görünür ki, barda piyvə bokalları, şirələr və soyuducu vardır. Bardan mətbəxə doğru istiqamətləndirici dəhliz vardır. Dəhlizin eni 160 sm, bir qədər irəlilədikdə 347 sm-dək genişlənir. Dəhlizin ümumi uzunluğu 640 sm-dir. Dəhlizin sonunda sol tərəfdə sanitar qovşaq vardır. Baxışda iştirak edən Şahid1 kafenin sanitar qovşağını, daha sonra mətbəxini əyani şəkildə göstərərək 31 dekabr 2021 -ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs həmin kafenin mətbəxindən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs öldürdüyünü bildirmiş və kafenin mətbəxini əyani şəkildə göstərərək bıçaq rəfini açaraq bıçaqların saxlanıldığı yeri göstərmişdir. Siyirməyə baxdıqda qara rəngli dəstəkləri olan gümüşü rəngli tiyəli baltavari bıçaqların olduğu görünür. Mətbəxdə bundan başqa qazan, çaydan, stəkanlar və digər mətbəx ləvazimatları, qaz balonu vardır. Bundan sonra Şahid1 Zərərçəkmiş şəxs məxsus qara rəngli “Samsung” markalı mobil telefonu istintaqa təqdim etmiş və həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs bıçaqlandıqdan sonra kafedə olan kişi cinsli şəxslər Fikrətin aldığı bıçaq xəsarətindən sonra sonuncunun qanaxmasını dayandırmaq üçün əynindəki paltarları çıxararaq zədə nahiyəsini əsgi ilə basdırmış, lakin qanaxmanın qarşısını almaq mümkün olmamış, sonuncu yerindəcə vəfat etmişdir. Baxış zamanı meyitin paltarları, yəni qara rəngli gödəkçə, boz mayka, iki ədəd köynək və bir cüt ayaqqabı götürülmüş, bununla da hadisə yerinə baxış istintaq hərəkəti sona çatmışdır. Cinayət işində olan 06 yanvar 2022-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun ön tərəfi qara qəngli, arxa tərəfi tünd-göy rəngli olmaqla “Samsung” markalıdır. Mobil telefonun ön və arxa kameraları vardır. Telefon qoruyucuya keçirilməmiş, ümumi vəziyyəti qənaətbəxşdir, üzərində hər hansı zədə və ya çat müşahidə edilmir. Mobil telefon qoşuludur, sağ tərəfində yerləşən düyməni basmaqla işlək vəziyyətə gətirilir. İşlək vəziyyətə gətirildikdə menyu açılır. Menyuya barmağını sürüşdürməklə daxil olunur. Menyuda “Whatsapp", "Telefon”, "Mesajlar”, “Галерия” və sair mobil tətbiqlər vardır. “Telefon”, "Mesajlar” və digər mobil tətbiqlərə daxil olduqda istifadəçi hesabında əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilmir. "Whatsapp” mobil tətbiqinə daxil olduqda burada Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə yazışması, o cümlədən “Yegane” adlı istifadəçisi ilə yazışdığı məlum olur. Təqsirləndirilən şəxs ilə “Yegane” adlı istifadəçisi arasında “O gun basa dusmedim sen neye coşdun .sennen menim bir isim yox idi .ozuvu neye soxdun ortaliga ? camaatı yigdin basiva ? sene 50 defe sual vermisem Yegane senin mennen bagli ne derdin var ?hemise demisen hecne .durduq yere kiminse ustune sigimaqdansa get mualice al normal heyativi yasa .bu gedisnen getdikce temiz basin pozulacaq”, “Burda aləmi qatan, cammatın varın yoxun, anasın bacısın söyən sən, get müalicə al, gedib yatıb xəyallara dalıb, yuxular görüb gəlib üstümüzə coşma” məzmunlu mətn və audioyazı yazışmasının aparıldığı müşahidə olunur. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 01 yanvar 2022-ci il tarixli, 01 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sol ağciyərin və ürəyin sol mədəciyinin arxa divarının bayır səthinin zədələnəsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,2x1,2 sm ölçüdə). Yara kanalının istiqaməti arxadan-önə, sağdan-sola və yuxarıdan-aşağıya doğrudur, dərinliyi 10 sm-ə qədərdir.sol mil-bilək oynağı nahiyəsinin iç səthinin deşilmiş-kəsilmiş yarası (1,5x0,6 sm ölçüdə)Qeyd olunan xəsarətlər həyati olub, onun ölümündən az əvvəl əmələ gəlmişdirlər.Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən sol ağciyərin və ürəyin sol mədəciyinin arxa divarının bayır səthinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası və sol mil-bilək oynağı nahiyəsinin iç səthinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sol ağciyərin və ürəyin sol mədəciyinin arxa divarının bayır səthinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Sol mil-bilək oynağı nahiyəsinin deşilmiş-kəsilmiş yarası isə sağlamlığı qısa müddətə pozan yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədən aşkar olunmuş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər və onun öz boyu hündürlüyündən yıxılaraq deşici-kəsici əşyaya dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. Zərərçəkmiş şəxs meyitində insan bədəninin hissələri (yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gəlməyə xarakterik xəsarət aşkar olunmadı. Onun bədənində aşkar olunmuş sol mil- bilək oynağı nahiyəsinin iç səthinin deşilmişkəsilmiş yarası özünü müdafiə nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərin lokalizasiyasını və yara kanalının istiqamətini nəzərə alaraq demək olar ki, xəsarət yetirən şəxs onun solyan və ya arxa tərəfində dayanmış vəziyyətdə ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol ağciyərin və ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən deşilmişkəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs yetirilən qeyd olunan xəsarət ilə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə görə demək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə, saat 00:50-də meyitin müayinəsi başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda 0,7 faizdir. Etil spirtinin qanda tapılmış qatılığı Zərərçəkmiş şəxs sağlığında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Narkotik maddələr aşkar edilməmişdir. Cinayət işində olan məhkəmə-tibbi kriminalistik kriminalistik ekspertizasının 01 fevral 2022-ci il tarixli, 08-MTKŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus jaketin, köynəyin, maykanın, gödəkçənin arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarın, idman şalvarının, alt tumanının, bir cüt corabının, bir cüt ayaqqabının üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin, köynəyin, şalvarın, idman şalvarının üzərində zədə və zədə izləri aşkar edilmədi. Cinayət işində olan məhkəmə-tibbi bioloji ekspertizasının 03 fevral 2022-ci il tarixli, 11/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu -B-alfa/H/lİİ/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs cins şalvar, jaket, uzunqol köynək, alt mayka, idman şalvarı, trusik, bir cüt ayaqqabı, qolsuz gödəkçə üzərindəki ləkələrdə və hadisə yerindən 02 ədəd pambıq tampon üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti təyin edildikdə В, H antigenləri və əksər ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, göstərilən maddi sübutlar üzərində qan ləkələri B-alfa/H//l11/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus cins şalvar, zolaqlı uzunqol köynək, idman şalvarı, gödəkçə və Zərərçəkmiş şəxs məxsus bir cüt corab üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işində olan kompleks komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 yanvar 2022-ci il tarixli, 103 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmamış və Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruri olmuşdur. Cinayət işində olan kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 fevral 2022-ci il tarixli, 19 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Şəxsiyyətin paranoyyal İnkişafı” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F22.01) kimi xroniki psixi pozuntusu müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (deməsinə görə əvvəllər fərdi qaydada psixiatra müraciət etməsi, ambulator şəraitdə müayinə olunması və müxtəlif psixotrop preperatlarla müalicə alması) və hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünə qapılması, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, əhvali-ruhiyyəsinin dəyişkən olması, əsəbi və aqressiv görünməsi fikrinin qarışdığını bildirməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahiri görünüşünə görə yetərincə səliqəli olmaması, produktiv verbal kontakt qurmaqda bir qədər çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz və qeyri-fəal şəkildə qoşulması, zəif və monoton səslə danışması, ittiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən fikirlərinin bir qisminin sayıqlamanı xatırlatması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, hal-hazırki psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı formal tənqidi münasibət bəsləməsi və s) sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olduğu, idrak prosesslərinin tədqiqi zamanı diqqətində dayannıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkkürünün proqnozlaşdırma funksiyasının qismən zəiflədiyi müəyyən edilir. Müayinə zamanı emosional sabitliyi sorğusual gedişatında qıcığa qarşı həssaslığının bir qədər artması, narahat, gərgin halda olması müəyyən edilir. İnadkarlıq, kobudluq, eqosentrizm, impulsivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Məhkəmə-psixiatrik ekspertizası üzrə ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən “Şəxsiyyətin paranoyyal inkişafı” formasında psixi pozuntu keçirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şəxsiyyətin paranoyyal inkişafı davam edir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Şəxsiyyətin paranoyyal inkişafı” formasında psixi pozuntu onu cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntu şəxs kimi hərəkətləri Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs müayinə zamanı “Şəxsiyyətin paranoyyal inkişafı” formasında psixi pozuntuya xas əlamətlər müəyyən edilir. Lakin, Təqsirləndirilən şəxs yanıldığını və düzgün hərəkət etmədiyini başa düşmüş, törətdiyi əmələ görə peşman olmuş, buna görə onun sayıqlamayabənzər fikirləri aktuallığını itirmişdir. Odur ki, həmin psixi pozuntu Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir və onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və digər prosessual hərəkətlərdə iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs kobudluq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, hirslilik, qıcığa qarşı həssaslıq, şübhəlilik,impulsivlik, kinlik, inadkarlıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Hadisə zamanı onun keçirdiyi psixi-emosional hal, onda müəyyən edilən psixi pozuntu ilə şərtləşmişdir və hadisə vaxtı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin kompüter texniki ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 5/39 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekranlı Android əməliyyat sistemi ilə təchiz Samsung Galaxy A10 markalı arxa markalanma göstəricisində olan SM-A105F/DS modelli 3517xx/xx/504518/9, 3517xx/xx/504518/6 imei kodlu mobil smartfon işlək vəziyyətdədir, tədqiq olunan smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə ilə (parol) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmamışdır. Qeyd olunan mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmaması, eləcə də hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır.(Ekspertiza tədqiqatın dəyəri 60 (altmış) manatdır) Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 05 yanvar 2022-ci il tarixli, 99 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Cinayət işində olan Binəqədi RPİ-nin 7-ci PB-nin xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli məktubundan görünür ki, baş vermiş cinayət hadisəsindən məlumatlı olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi, eləcə də cinayətin aləti olan bıçağın tapılması üçün tədbirlər görülmüş, lakin müsbət nəticə əldə edilməmişdir. Cinayət işində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin içtimai təhlükəliliyini nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 01 yanvar 2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Binəqədi rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş iki ədəd nümunə, tüng göy rəngli qısaqol gödəkçə, qara rəngli kaket, göy rəngli uzun qol köynək, boz rəngli mayka, bir cüt qara rəngli ayaqqabı, meyitə baxış zamanı götürülmüş göy zolaqlı boz rəngli idman şalvarı, qara rəngli kəmərli cins şalvar,boz rəngli alt tumanı, bir cüt qara rəngli corab, mərhumdan götürülmüş bir ədəd qan nümunəsi və Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş qara rəngli cins şalvar, göy rəngli idman şavarı, qara zolaqlı boz rəngli uzunqol köynək, tünd göy rəngli gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsunq” markalı, ön tərəfi qara rəngli, arxa tərəfi tünd-göy rəngli mobil telefon və mərhum Zərərçəkmiş şəxs məxsus “Samsunq” markalı, ön və arxa tərəfləri qara rəngli olan mobil telefon onların yaxın qohumlarına qaytarılmalı, iş üzrə ekspertiza xərci təşkil edən 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 60 (altmış) manat tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Binəqədi rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş iki ədəd nümunə tüng göy rəngli qısaqol gödəkçə, qara rəngli kaket, göy rəngli uzun qol köynək, boz rəngli mayka, bir cüt qara rəngli ayaqqabı, meyitə baxış zamanı götürülmüş göy zolaqlı boz rəngli idman şalvarı, qara rəngli kəmərli cins şalvar,boz rəngli alt tumanı, bir cüt qara rəngli corab, mərhumdan götürülmüş bir ədəd qan nümunəsi və Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş qara rəngli cins şalvar, göy rəngli idman şavarı, qara zolaqlı boz rəngli uzunqol köynək, tünd göy rəngli gödəkçə və hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin və Təqsirləndirilən şəxs məxsus “Samsunq” markalı, ön tərəfi qara rəngli, arxa tərəfi tünd-göy rəngli mobil telefon və mərhum Zərərçəkmiş şəxs məxsus “Samsunq” markalı, ön və arxa tərəfləri qara rəngli olan mobil telefon onların yaxın qohumlarına qaytarılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasi protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-893/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-893/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver