Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-893/2025 28.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağazəki qızının, psixoloq X3, tərcüməçi X1 iştirakları ilə, 29 avqust 2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Laçın rayonu, Minkənd ərazi dairəsi, Minkənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan və 14 dekabr 2024cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2-ci, 126.2.3-cü və 126.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 14 avqust 2024-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dmitrov küçəsində yerləşən “Ramana” parkında nalayiq ifadələr işlətməsinə irad bildirən Şahid1 yumruqla qəsdən vuraraq yerə yıxmaqla sol kürək nahiyəsinin qançırı və sol bazunun sıyrıqları ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməsinə sonuncunun etiraz etməsini əsas gətirərək üzərində olan mətbəx bıçağı ilə yenidən Şahid1 qəsdən vuraraq sol said nahiyəsinin cızıqları ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdə lal və kar olan qardaşı Zərərçəkmiş şəxs ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun hərəkətlərini dayandırmaq istəyərkən Şahid1 əzab verdiyini dərk etdiyi halda onun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, yəni xüsusi amansızlıqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid qarının sol yan divarının daxilə nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yarası, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın və böyük piyliyin zədələnməsinə səbəb olan 01 ədəd deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirib Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, gecə saat 3 radələrində dostu ilə parkda olarkən zərərçəkmiş şəxslə onun qardaşı da orada olmuşdur. Zərərçəkmiş şəxsin qardaşı Rəşad onu təhqir edərkən o, sonuncuya içkili olduğu üçün hadisə yerindən getməsini bildirmişdir. Rəşad onun sözlərinə qulaq asmadığı üçün o, Rəşada zərbə endirmişdir. Rəşadı vurduqdan sonra qardaşı Nicat da onun üzərimə hücum çəkmişdir. Bundan sonra o, qarpızın yanında olan bıçağı götürüb Nicatı bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Nicatı vurduqdan sonra ona heç bir köməklik göstərməmişdir.Hadisə zamanı istifadə olunan bıçaq qarşı tərəfə aid olmuşdur.Hadisədən əvvəl o, pişiyi ayağı ilə oradan uzaqlaşdırdıqda Rəşad ona ana söyüşü söymüşdür.O, Rəşadı yumruqla vurduqdan sonra Rəşadın sudurqası tutmuş, sonuncu ayıldıqdan sonra yenidən onu təhqir etməyə başlamışdır. Rəşada ancaq bir yumruq zərbəsi vurmuşdur. Nicat onun üzərinə hücum edən zaman onu bıçaqla vurmuşdur. Gecə radələrində çöldə olmağına səbəb dostunun çöldə qalması və ona yemək aparmağı olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs və ya Şahid1 hadisə baş verən anadək tanımamış, onlarla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. Atası Qanuni nümayəndə təqaüdçüdür, həmçinin fərdi əməklə, yəni ev təmiri ilə məşğul olur, anası isə “Çayka” restoranında xadimə işləyir. Valideynlərinin himayəsində rahat və heç bir çətinlik çəkmədən yaşayır. O, avaraçılıq etmir, çayxanalarda vaxt keçirmir, heç kimlə münaqişəyə girmir, hər kəslə mehriban münasibət yaradır. Ana və atasının yollarını böyük kimi gözləyir. 2024-cü ilin avqust ayının əvvəllərində anası ona “İphone 11” markalı mobil telefon almış, o, mobil telefonu lombarda girov qoyaraq götürdüyü 280 manat pulu özünün şəxsi əyləncəsinə xərcləmişdir. Bu barədə atası biləndən sonra təxminən xx.xx.2024-cü il tarixdən başlayaraq axşam atası evə gələn saatlarda evi tərk etmiş, gecəni küçələrdə keçirərək növbəti gün səhər atası evdən gedəndən sonra evə qayıdırmış. xx.xx.2024-cü il tarixdə də eyni hərəkətləri təkrarlamış, həmin tarixdə axşam saatlarında evdən çıxmış, evdən çıxarkən özü ilə üzərində qıyması olan makaron, yəni “Spaqetti” yeməyi, şirə, xiyar və pomidor, həmçinin bir istifadəlik 2 ədəd taxta çəngəl və 1 ədəd taxtadan əl tutulanı olan mətbəx bıçağı götürərək sellofana qoymuşdur. Həmin gecəni tanışı Şahid2 da evlərinə getməmiş, odur ki, Dənizlə birgə yaşadığı Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində gəzişmişlər. xx.xx.2024-cü il tarixdə saat 05 radələrində tanışı Şahid2lə birgə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dmitrov küçəsində yerləşən “Ramana” parkına getmişlər. Onun götürdüyü yeməyi yemələri üçün rahat yer axtarmış, parkda 2 ədəd, 1 dənəsi qaranlıq, digəri isə işıqlı söhbətkah olmuş, işıqlı söhbətkahda sonradan adlarını bildiyi Rəşad və nitq qüsurlu, lal və kar olan Nicat qardaşları oturmuşlar. O da Dənizlə birgə Rəşaddan icazə alaraq sonuncunun olduğu söhbətkahda oturmuşlar. Yemək yemələri üçün evdən götürdüyü yeməyi, şirəni, xiyar və pomidoru, həmçinin 2 ədəd taxta çəngəli və 1 ədəd taxtadan əl tutulanı olan mətbəx bıçağını sellofandan çıxararaq masanın üzərinə qoymuşdur. O, masanın üzərinə qoyduğu mətbəx bıçağı ilə pomidor və xiyarı doğrayarkən söhbətkahda və ya parkda ondan, Nicatdan, Rəşaddan və Dənizdən başqa heç kim olmamışdır. O, Dənizlə birgə yemək yeməyə başlayarkən söhbətkaha girən pişik yeməklərinə mane olacağından pişiyi söymüşdür. Rəşad söyüşü ona söydüyünü zənn edərək ondan kimi söydüyünü soruşmuşdur. O, bildirmişdir ki, pişiyi söyür. Rəşad “görürsən oturmuşuq, niyə söyürsən, pişiyi də söyərlərmi?” demiş, o da Rəşada onu söymədiyini, pişiyi söydüyünü demişdir. Rəşad yenə sual vermişdir ki, pişiyidə söyərlər mi? Rəşadın ondan əl çəkmədiyini görüb demişdir ki, onu deyil, pişiyi söyür. Rəşad onunla sözlə mübahisə edərkən söhbətkahdan çıxaraq 3-4 metr söhbətkahdan kənara çəkilmişlər. Rəşad onun yaxasından tutaraq mübahisəli vəziyyət yaratmış, demişdir ki, səhv yoldadır, səhər səhv yolda olmasını ona izah edəcək. Rəşad onun üstünə çox gəldiyindən Rəşadın çənəsinin sağ tərəfindən 1 dəfə yumruq zərbəsi vurmuş, Rəşadın sudurqası tutaraq huşsuz vəziyyətdə sol çiyini üstə yerə yıxılmış, lakin dərhal özünə gəlmişdir. Həmin anda Nicat qardaşı Rəşada yaxınlaşmış, o, söhbətkah tərəfə çəkilmiş, Dəniz isə hadisəni kənardan müşahidə etmişdir. Rəşad qardaşı Nicatın köməkliyi ilə ayağa qalxan kimi onu oğraş və qeyrətsiz adlandırmışdır. O, Rəşadın söyüşünə görə Rəşadı cəzalandırmaq istəmiş və söhbətkahda masanın üzərində olan, özü ilə evdən gətirdiyi mətbəx bıçağını götürüb Rəşadın üzərinə getmişdir. Bu anda Nicat Rəşadı müdafiə etməsi üçün onun qarşısını kəsmiş, o, Nicatı itələyərək Rəşadın üzərinə getməkdə davam etmiş, Rəşadı bıçaqla vurarkən bıçaq Rəşadın əlini kəsmişdir. Nicat onu Rəşaddan kənara itələyərkən Nicatın əl çəkmədiyini görüb bıçaqla Nicatın qarnının qabaq və sol tərəfindən 2 zərbə vuraraq parkdan qaçmış, qaçarkən bıçağı parkda yerə tullamış, Nicatı bıçaqla təkrar vurmaq imkanı olsa da, vurmamışdır (cild 1, iş vərəqə 152-155). Təqsirləndirilən şəxs elan olunmuş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, bıçağı hadisə yerindən götürmüşdür, ona məxsus deyildir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bidirmişdir ki, əvvəllər Üzeyiri görməmişdir. Hadisə gecə saat 4 radələrində poçtun yaxınlığındakı parkda baş vermişdir. Üzeyir əvvəlcə qardaşı ilə mübahisə etməyə başlamışdır. O, qardaşı ilə mağazadan yemək üçün ərzaq aldıqdan sonra söhbətgahda həmin ərzaqlardan istifadə etməyə başlamışlar. Həmin vaxt Üzeyir onun qardaşına yumruqla zərbə vurmuşdur. O, buna müdaxilə etmək istədikdə Üzeyir ona iki bıçaq zərbəsi ilə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Üzeyir onu vurduqdan sonra hadisə yerindən uzaqlaşmışdır. Hadisə günü qardaşı spirtli içki olan pivə içmişdir.İlk olaraq Üzeyir özü onlara yaxınlaşmışdır. Hadisə zamanı qarşı tərəf 4 nəfər olmuşdur. Üzeyir bıçağı evdən gətirmişdir. Üzeyir həmin bıçaqdan ərzaqları kəsmək üçün istifadə etmişdir. Hadisə zamanı istifadə olunan bıçaq təqsirləndirilən şəxsə məxsus olan bıçaqdır. Hadisədən sonra onlara heç kəs maddi köməklik etməmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü gecə radələrində söhbətgahda olan zaman Nicat və qardaşı onların yanına gəlmişlər. Nicatın qardaşı hadisə yerində söyüş söyərkən Üzeyir Nicatın qardaşı Rəşadı əli ilə itələmişdir. Rəşad Üzeyirin üzərinə gələn zaman Üzeyir qarşı tərəfə məxsus olan qarpızın üzərindən bıçağı götürüb bıçaqla Nicatı yaralamışdır. Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki,mübahisə hadisə yerində olan pişiyə görə yaranmışdır.Üzeyir Rəşadı itələdikdən sonra Nicat da Üzeyiri itələmişdir.Üzeyir qarpızın yanındakı bıçaqla özünü müdafiə etmək istəmişdir. Zərərçəkmiş şəxs və onun qardaşı içkili olmuşdur. Hadisədən sonra Üzeyir həmin yerdən qaçmışdır. Üzeyir zərərçəkmiş şəxsin qurşaqdan yuxarı hissəsinə zərbə endirmişdir. Qarşı tərəfin yanında olan iki nəfər oradan getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Hadisə 2024-cü il avqustun 14-ündə baş vermişdir. Qardaşı özünü narahat hiss etdiyi üçün onunla birlikdə parka getmişlər. Parka gedərkən özləri ilə yemək üçün heçnə aparmamışlar. Onlar parka gəldikdən bir müddət sonra Dənizlə Üzeyir də onların yanına gəlmişlər. Üzeyir və Dəniz özləri ilə yemək də gətirmişlər. Onlar söyüş söyməyə başladıqda o, kimi söydüklərini soruşmuş və onlar pişiyi söydüklərini bildirmişlər. O, pişiyi nə üçün söydüklərini soruşduqda onların arasında mübahisə yaranmağa başlamışdır. Üzeyir ona yumruq vurduğu üçün onun sudurqası tutmuş və huşunu itirmişdir. O, özünə gəldikdən sonra onlar yenidən mübahisə etməyə başlamışlar. Üzeyir bıçaqla onu vurmaq istədikdə qardaşı onun qarşısına keçmiş və qardaşı bıçaq xəsarəti almışdır. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Üzeyir qardaşını bıçaqla sol tərəfindən və qarın nahiyyəsindən vurub qaçmışdır. Üzeyirin yanında dostu Dəniz də olmuşdur. Hadisə baş verən zaman Üzeyir və Dəniz içkili vəziyyətdə olmamışlar. Hadisədən sonra Üzeyiri görməmişdir. Qardaşını evə gətirib təcili tibbi yardım çağırmışdır. Hadisə zamanı o, içkili vəziyyətdə olmuşdur. Aldığı qarpız mağazada almışdı. Onlarda bıçaq olmamışdır. Hadisə başladıqdan biraz sonra Üzeyir bıçağı çantasından çıxarmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 14 avqust 2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 07:59-da 3 saylı şəhər kliniki xəstəxanasından tibb bacısı Əfəndiyeva Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində Zərərçəkmiş şəxs qarın və kürək nahiyyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəsarət alması barədə məlumat vermişdir (cild 1, iş vərəqə 2). 14 avqust 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən “Ramana” adlanan istirahət parkıdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 5-8). 19 avqust 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid1 sol kürək nahiyəsinin qançırı, sol bazunun sıyrıqları və sol said nahiyəsinin cızıqları müəyyən edilmişdir. Xəsarətlərdən sol kürək nahiyəsinin qançırı, sol bazunun sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən, sol said nahiyəsinin cızıqları isə iti uca malik əşya (əşyalar) təsirindən törənmişdir, müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqə 116-117). 24 avqust 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın və böyük piyliyin zədələnməsinə səbəb olan 01 (bir) ədəd, qarının sol yan divarının daxilə nüfuz etməyən 01 (bir) ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın və böyük piyliyin zədələnməsinə səbəb olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlüklə olan sağlamlığa ağır zərərvurmaya, qarının sol yan divarının daxilə nüfuz etməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqə 118-120). 19 noyabr 2024-cü il tarixli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 123-125). 30 oktyabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs cinayət törədən anda affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilməməklə, əqli və psixi inkişafı normaya uyğundur. Söz götürməmək, konfliktə və mübahisəyə meyillilik, inadkarlıq və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyıllilik əlamətləri müəyyən edilməmişdir (cild 1, iş vərəqə 129-131). 30 noyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd mətbəx bıçağı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 126). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 157-158). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsində ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində xüsusi amansızlıqla, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində isə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7-ci bəndinə əsasən ictimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Həmin qərarın 8-ci bəndinin məzmununun təhlilindən aydın olur ki, xüsusi amansızlıq dedikdə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə münasibətdə onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi təqdirdə cinayət hərəkətlərinə yol verdiyi hallarda ifadə oluna bilər. Məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2-ci, 126.2.3-cü və 126.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci, 126.2.3-cü və 126.2.4-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməllər təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs, cinayət törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci, ilk dəfə cinayət törətməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən 14 yaşının olması, ilk dəfə cinayət törətməsi kimi haqqında olan yüngülləşdirici halların olmasını, barəsində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 126.2.2-ci, 126.2.3-cü və 126.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə, törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, haqqında həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 32), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 avqust 2024-cü tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 94-98), ev dustaqlığı qətimkan tədbirinin müddətinin bitməsi ilə bağlı ibtidai istintaq orqanının 14 dekabr 2024-cü il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, tutulduğu və ev dustaqlığında olma müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdən 14 dekabr 2024-cü il tarixədək tutulduğu 04 ay müddət ona təyin ediləcək cəzadan çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hazırki hökmlə barəsində həbs qətimkan tədbiri seçildiyi tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 64 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 124). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağazəki qızı tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 42 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi Ağazəki qızının işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 462 (dörd yüz altmış iki) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2-ci, 126.2.3-cü və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 126.2.2-ci, 126.2.3-cü və 126.2.4-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdən 14 dekabr 2024-cü il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 04 ay müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Tutulduğu və ev dustaqlığında olduğu müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən, yəni 28 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. İş üzrə maddi sübut: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 42 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi Ağazəki qızının işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 462 (dörd yüz altmış iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-893/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-893/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver