Məhkəmə qərarları › İş №1(101)-894/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-894/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-894/2022 04.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşamış, 08 dekabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satmaqla İran İslam Respublikası vətəndaşı “Davud" adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Davud" adlı şəxs və ya qrupun digər üzvləri məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 3,670 qram çəkidə narkotik vasitə heroini və «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 3,218 qram çəkidə psixotrop maddə metamfetamini məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra, sonuncu həmin kütlələri məlum olmayan vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir ədəd “Sobranie” markalı siqaret qutusuna yerləşdirməklə üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 dekabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4da yerləşən adı çəkilən Baş idarəyə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda - 3,670 qram narkotik vasitə olan heroin bir ədəd selofan bükümdə və külli miqdarda - 3,218 qram psixotrop maddə metamfetamin bir ədəd selofan bükümdə əynindəki boz rəngli cins şalvarın sağ yan cibində olan “Sobranie" siqaret qutusundan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırıldı. Bu zaman onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilsə də, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə və psixotrop maddəni öz şəxsi istifadəsi üçün almışdır. Həmin narkotikləri aldığı şəxs iranlı yox, azərbaycanlı olmuşdur. Həmin şəxs sadəcə polis əməkdaşlarından yayınmaq üçün İran mobil nömrəsindən istifadə etmişdir. İttiham aktında göstərilən hər iki növ narkotik və psixotrop maddələr ona məxsusdur. Həmin maddələrin qramını 20 manata almışdır. O, pulu «emanat» vasitəsi ilə ödəmişdir. Narkotiki aldığı şəxs öz adını ona “Davud” kimi bildirmiş, həmin şəxsi o, heç vaxt görməmişdir. Davudun narkotikləri haradan gətirdiyini bilməmiş, həmçinin Davud da ona narkotik vasitələri İrandan gətirdiyini deməmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Davud ona özünün Azərbaycan vətəndaşı olduğunu demiş və azərbaycan dilində təmiz danışmışdır. Onun özü həm heroin, həm də metamfetamindən istifadə etmişdir. Heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. Saxlanılan vaxt onun üstündə 051 394 95 59 nömrəsi ilə işləyən «Samsunq A 30» markalı telefon olmuşdur. İfadələri arasında müəyyən ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən iki il olar narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. Onları çəkmə yolu ilə qəbul etmişdir. Bir müddət əvvəl "Facebook” sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi "Davud” adı ilə təqdim edən bir nəfərlə tanış olmuşdur. Davud adlı şəxs ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişdir. O da, özü istifadə etdiyi üçün Davud adlı şəxslə tanış olub bir neçə dəfə onlayn ödəmə vasitəsilə ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Sonuncu dəfə 04 dekabr 2021-ci il tarixdə narkotik vasitəsi bitdiyi üçün yenidən Davuddan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq qərarına gəlmişdir. “Davud’la sosial şəbəkədə danışmış və ona onlayn ödəmə vasitəsi ilə 300 manat pul ödəmiş və qəbzi göndərmişdir. Davuda bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin sifariş vermişdir. Davud isə narkotik vasitəni 4-cü mkr. dairəsi adlanan ərazinin yaxınlığında yerləşən “Bravo” marketin yaxınlığında qoyduğunu bildirmişdir. O da, 05 dekabr 2021-ci il tarixinə keçən gecə saat 02 radələrində qeyd edilən ünvandan gedib “Davud”un qoyduğu həmin bir selofan büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamini götürmüşdür. Həmin selofan bükümləri üzərində olan bir ədəd "Sobranie" siqaret qutusuna qoyub saxlamışdır. Həmin bükümləri evdə ailə üzvlərinin onun narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bilməmələri üçün evə qoymamışdır. Həmin maddələrdən isə bir və ya iki dəfə istifadə etmişdir. 08 dekabr 2021-ci il tarixdə saat 19:25 radələrində Nərimanov rayonu, F.Yusifov küçəsində yaşadığı evin yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və onu saxlayaraq Baş idarəyə dəvət etmişlər. Polis idarəsində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış keçirilmişdir. O, əynindəki cins şalvarın sağ yan cibində saxladığı bir ədəd “Sobranie” siqaret qutusunda 2 bükümü təqdim etmişdir. Həmin bükümlərdə narkotik vasitə heroin, digər bir ədəd selofan bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, onları İran İslam Respublikasının vətəndaşı “Davud” adı ilə özünü təqdim edən şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərinə qoyduğunu etiraf etmişdir. Həmin selofan bükümlər bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa mobil telefonu da əhəmiyyət kəsb edildiyi üçün götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün əldə etmiş, satış niyyəti olmamışdır (cild 1, iş vərəqi 172-176). Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, 08 dekabr 2021-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və Baş idarənin əməliyyat müvəkkili Şahid1 da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 08 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonunda yaşadığı evin yaxınlığında olması müəyyən edilmişdir. Onlar həmin ünvana getmişlər və saat 19 radələrində həmin yerdə Təqsirləndirilən şəxs müəyyən edib saxlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmişdir. Baş İdarədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun şəxsi axtarışı keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 1 ədəd ağ rəngli “Sobraniye” markalı siqaret qutusunu və həmin qutunun içərisindən 2 ədəd bükümü, 1 ədəd mobil telefonu təqdim etmişdir. Siqaret qutusunun içərisində olan bir ədəd selofan bükümə baxış keçirilən zaman heroinə bənzər maddə, digər selofan bükümdə isə ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bir bükümdə narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri isə Facebook sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı “Davud” adlı şəxsdən aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddə təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Daha sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 08 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilməsi ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 08 dekabr 2021-ci il tarixli protokola əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 dekabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 19:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq BMCMİnə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd "Sobranie” siqaret qutusunda saxladığı bir ədəd selofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, bir ədəd selofan bükümdə isə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 30-31). Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi və saxlaması şəxsi axtarış və götürmə aparılması videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disklə təsdiq edilir. Həmin disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1, iş vərəqi 32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2021-ci il tarixli 6/5436 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksləri olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,670 qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,218 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz təmiz çəkisi - 3,670 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 3,620 qramdır. Metamfetaminin təmiz çəkisi - 3,218 qram, tədqiqata sərf edildi -0,050 qram, qalıq - 3,168 qramdır (cild 1, iş vərəqi 42-46). Məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2022-ci il tarixli 473 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 136-137). İbtidai istintaq orqanının qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra 3,620 qram qalığı, psixotrop maddə metamfetaminin 3,168 qram qalığı maddi sübut kimi tanınmış və məhkəmənin hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanması üçün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 101-103). İbtidai istintaq zamanı “Azercell" MMC-dən daxil olmuş 1 ədəd CD diskdə olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aşağıdakı məzmunda SMS mətnlərin daxil olması və göndərilməsi müəyyən olunmuşdur: - 23/10/2021,13:55:37, **********59, **********06, brat ograwdi veziyyetdeyem senol seni gozduyurem bayagdanki pul virim goturum nese bawiva donum tez elede bes seher dedin tez dur sene gore tez durdimki; - 23/10/2021,13:55:37,**********59,**********06, qalmıyasan yoxsa atardim ozumcun goturerdim Allahaqqi sene vere bilmiceydim sora; - 25/10/2021,19:14:44,**********59,**********40,Qaqa 25 manatdig var goturum? 05 den cox olur; - 6/10/2021,22:25:58,**********59,**********06, Rizvanin yaninda gic gic daniwirsan demiwem heckim bilmesin kendde sennen bawqa heckimnen goruwmurem uje kendde deuirlwe dvijdedi Eziz elemede bele poxd - 26/10/2021,22:25:59,**********59,**********06,an teze qutarmiwam poxs salmağ istiyirsen demede deme heckime deme adimi cekmede brat olmadiki gedecem birdefeliy iceri lazimdi mene; - 26/10/2021,23:06:18,**********06,**********59, Brat dunenki temadan olmasında onnan mene verme ozun cekdiyunnen ver suludu dunenki hami wikayet eliyir; - 28/10/2021,02:21:23,**********59,**********66,Gel pulu qoy xeber ele; - 28/10/2021,18:10:45,**********40,**********59,Brat imkan olsa falqada getirersen alınsa; - 30/10/2021,14:12:43,**********40,**********59, Gardawim necesen? alinsa 50,60 manatdig alinir; - 31/10/2021,12:41:54,**********39,**********59,Qaqa gelim 5 de qoyum normal bi wey verde gelim?; - 03/11/2021,21:53:14,**********02,**********59,temada gotur brat; - 05/11/2021,11:37:02,**********69,**********59,05daw getir, 4 denede 05 kola; - 13/11/2021,15:05:56,**********01,**********59,Brat falqada bicamci Äflzunkinen 3..4 tusdiliy çıxardarsan vurum gucle burdum axa axa gelmisem; - 07/12/2021,23:53:47,**********39,**********59,Bura atim qaqa pulu?; - 08/12/2021,15:51:10,**********39,**********59,Qaqa yari daw, yari torpaq hara gelim? İbtidai istintaq orqanı tərəfindən Azercell” MMC-dən daxil olmuş həmin CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün 21.02.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cəld 1, iş vərəqi 119-121). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus “Samsung” markalı mobil telefona baxış keçirilən zaman “Whatsapp” mobil tətbiqində +99455 ***-**-** mobil nömrəsindən yazışmalar müəyyən edilir. Həmin yazışmada ilkin olaraq qeyd olunan nömrədən 06.12.2021-ci il tarixdə saat 02:01-də səsli ismarıc göndərilir və səsdə “ Salam. Axşamın xeyir. Dostum Eroldu danışan. Maqanın dostudur. Dünən gəlmişdik bloka, mən elə özüm də Nərimanov uşağıyam. Belə sənə kurs qoyub nəsə Maqa yoxsa?. Qardaşım belə məsləhət elə səni gördülər dedik elə qırağa verənə kimi xeyiri senə verək. Belə mümkündürsə. Daha sonra həmin nömrədən gələn digər səsli ismarıcda həmin şəxs 0,5 qram torpaq almaq əmələ gələ bilərmi deyə soruşur. Təqsirləndirilən şəxs isə cavabında “Qardaş bir dənə də uşaq mənə yazıb, siz ikiniz bir yerdəsiniz ki?" deyə səsli ismarıc göndərir. Saat 02:06-da həmin nömrədən səsli ismarıc gələrək bildirlir ki, “Yox mən Erolam, dünən Maqayla gələn oğlanam. Bloka çıxdın sən oçkili oğlansan. Mən Erolam təkəm Maqanın dostu". Daha sonra həmin nömrədən 02:07-də ismarıc daxil olunur və həmin səsli ismarıcda “Mümkündü indi gəlmək bu vaxtı. Ya dünənki variant kimi palazaltı eliyək. Qapının ağzındaki palazın altına və ya blokda görüşək fərq eləmir. 5-lik patı, 0,5 kola. Təqsirləndirilən şəxs isə 02:08-də “hə qardaşım olar; “Yox brat bayırda görüşərik”. “Haçana gelersen?” 10 dəqiqəyə çatarsan?" kimi yazılı mesajlar göndərir. Həmin şəxs isə cavabında yox 10 dəqiqəyə yox, 20-25 dəqiqəyə olsa olar deyə səsli ismarıc göndərir. Daha sonra isə Təqsirləndirilən şəxs cavabında “Yaxşı qardaşım başıva dönərəm bacardığın qədər tez olsa əla”, “Xeber ele mehleye çıxacam" deyə yazılı mesajlar göndərir. Həmin nömrədən isə 02:11-də “Hə qardaşım bildin də nə qoyacaqsan 5-lik patı, yarı kola brat” deyə səsli ismarıc göndərilir. Təqsirləndirilən şəxs isə cavabında yaxşı qardaş deyə mesaj göndərir. Həmin nömrədən 02:38-də yenə də səsli ismarıc daxil olur və həmin şəxs avtomobilin benzini qurtardığı üçün maşını yolda saxlayıb Təhsil Nazirliyinin yanı ilə piyada gəldiyini bildirir. Təqsirləndirilən şəxs isə cavabında saat 02:51-də “qaqa bilirsən neynə bloka gir ayaqaltına qoy pulu”. Saat 03:16-da həmin nömrədən ayaq altının alt hissəsinə pul qoymağı barədə şəkil göndərilir. Təqsirləndirilən şəxs isə cavabında saat 03:16-da düş aşağı, pəncərə var qapıdan aşağı düçəndə, o pəncərədən bir pilləkəndə aşağı düş, yekə işıq sayğacı var deyə mesajlar göndərir. Daha sonra həmin nömrədən saat 03:18-də fotoşəkil göndərilir. Həmin şəkildə əlində bir ədəd selofan büküm və bir ədəd gümüşü rəngli kağız büküm əks olunub. Daha sonra saat 03:19-da həmin nömrədən 20 manat pul qoyduğunu, 15 manat yarı kola, 5 manatlıq da patı. Bundan başqa da ucuzvarı nəsə istəyirsənsə İranlı var yoluna qoyaq deyə səsli ismarıc daxil olur. Daha sonra isə Təqsirləndirilən şəxs saat 03:20-də qaqa 25 manat eliyir, daha sonra “Neçeden verirler”, “Sabah inşallah danışarıq”, «Dənəsin neçədən” deyə mesajlar göndərir. Daha sonra Təqsirləndirilən şəxs saat 09:27-də “burdan keçsən xəbər elə birdene söhbet eliyey zakladka temasin" kimi mesaj göndərir. Daha sonra 06 dekabr 2021-ci il tarixdə saat 23:51də həmin nömrədən “qardaşım qonağım var alınar yarım kola, birdə şey, ama şey vajnıdı” deyə səsli mesaj daxil olur. Təqsirləndirilən şəxs isə saat 23:51-də cavab verərək “şey olmadığını” deyir. Daha sonra həmin nömrədən 23:52-də “yaxşı nə edək, o birini düzüb qoşa bilərsən, bir saata gələrəm” deyə səsli mesaj gəlir. Təqsirləndirilən şəxs isə cavabında “Hə yaxşı bir saata olar, alınar, nə qədər” deyə səsli ismarıc göndərir. Həmin nömrədən isə saat 23:53-də 05 deyə cavab gəlir. 07 dekabr 2021-ci il tarixdə saat 01:46-da həmin nömrədən səsli ismarıc gələrək “bir saata sizin məhlədəyəm” deyə səsli ismarıc daxil olur. Bundan başqa, adı “Ravil Gate 25” kimi qeyd edilmiş şəxs 06 dekabr 2021-ci il tarixdə saat 11:01-də “pepsi kola istiyirdim” mesajı yazmışdır. Təqsirləndirilən şəxs isə cavabında “ne qeder” mesajı yazmışdır. Ravil isə cavabında “elim aşağıdı indi eslinde hec pulum yoxdu evden goturecem goturmeye”, “15-20 manatnan gelecem". Təqsirləndirilən şəxs isə cavabında “brat 15 ili 20 dəqiq de" mesaj yazmışdır. Ravil adı ilə qeyd edilmiş şəxs isə "15 çox guman" mesaj yazmışdır. Bundan başqa, Elnur adı ilə qeyd edilmiş +994 50 ***-**-** nömrəsindən 05 dekabr 2021-ci il tarixdə “ot varındı” mesajı yazılmışdır. Təqsirləndirilən şəxs isə cavabında “yox” cavabı yazmışdır. Daha sonra Elnur adlı şəxs “Daş” mesajı yazmış, Təqsirləndirilən şəxs isə cavabında “Duzub qoşmaq olar", “10 manat soxdun kecen defe” “pulnan hell elemey olar” deyə mesajlar yazmışdır. Bundan başqa, +99455 *** ** ** nömrəsinə Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdə saat 02:04-də “Qaqa, sen ne qeder deyirdin” mesajları yazmışdır. Həmin şəxs isə cavabında saat 02:04 “yarım” sozu yazmışdır. Bundan başqa, "Qazi qardaşım” adı ilə qeyd edilmiş +994 77 ***-**-** nömrəsindən 05 dekabr 2021-ci il tarixdə saat 18:09-da “Hecne brat hecneyim yoxdu lomkada oturmusam” sözləri yazılmış mesaj göndərmişdir. Təqsirləndirilən şəxs isə cavabında “Eybi yox duzeler brat” cavabı yazmışdır. Bundan başqa, İbrahim adı ilə qeyd edilmiş +994 77 *** ** ** nömrəsindən 05 dekabr 2021-ci il tarixdə saat 19:57-də “Brat qardaşımsan sabah sehere yari duzub qosa bilersen menimcun?”; “Temiz bir elesən vapse zor olar borcu sifirlayaram”; “Ama temiz 1de” “Ne alındıra bilersen” mesajları yazılmışdır. Təqsirləndirilən şəxs isə “Brat biraz borcdayam zibilə keçmişəm, sabah eliyə bilmərəm, ama belə 20 manat versən hə”. Bundan başqa, “G kamera” adı ilə qeyd edilmiş (070) ***-**-** nömrəsindən 03 dekabr 2021ci il tarixdə saat 00:02-də “Aziz varındı 05” mesajı yazılmışdır. Təqsirləndirilən şəxs isə cavabında “Yoxdu mende duzub qoşmaq olar” cavabı yazmışdır. Həmin nömrədən saat 00:02-də “Nece vaxta”; “Temiz 05” mesajı daxil olmuşdur. Təqsirləndirilən şəxs isə “Hə” "Yarım saata" cavabı yazmışdır. Həmin nömrədən saat 00:04-də “ ok hell ele de”; “Men çıxıram”; “Prosto pulunu eline verecem” ; “ kartda yoxdu” “ “Olar ele” mesajları yazılmışdır. Təqsirləndirilən şəxs isə cavabında olar sözləri yazmışdır. Bundan başqa mobil telefonun yaddaşında Təqsirləndirilən şəxs bildridiyi kimi “Davud” adlı şəxs kontaktlar siyahısında vardır və onun nömrəsi İran İslam Respublikasının nömrəsi, +98 914 *** ** ** kimi qeydə alınmışdır. Həmin nömrədən Təqsirləndirilən şəxs 16.11.2021-ci il tarixdə saat 01:42-də “Vatsapp” mobil tətbiqində zəng gəlmiş və aralarında 01 dəq 42 san. danışıq olmuşdur. Bundan başqa, “Vatsap” mobil tətbiqi vasitəsi ilə 15.11.2021, 14.11.2021, 13.11.2021, 12.11.2021, 11.11.2021, 10.11.2021, 10.11.2021, 09.11.2021-ci il tarixlərdə aralarında danışıqlar olmuşdur. Bundan əlavə, mobil telefonun "qalereya” bölməsində “X2” albomunda bir ədəd “LD” siqaret qutusunda bükümlər şəkli, daha sonra bir ədəd elektron tərəzi üzərində 7,08 qram çəkidə iki ədəd selofan bükümlər şəkli vardır. Həmin selofan bükümlərin birində tünd qəhvəyi rəngli, digərinin içərisində isə ağ rəngli maddələrin olması görünür. Həmin şəkil 01 dekabr 2021-ci il tarixdə saat 00:03-də çəkilmişdir. Bundan başqa, həmin albomda bir ədəd elektron tərəzi üzərində üzərində 3q yazısı olan selofan büküm şəkli vardır. Həmin bükümün çəkisi 3,4 qram olması görünür. Həmin vaxtda bir ədəd kağız bükümün şəkli vardır. Həmin bükümün çəkisi 0,8 qram olması görünür. Bundan başqa tərəzi üzərində açıq selofan bükümün içərisində tünd qəhvəyi rəngli maddənin şəkli vardır. Həmin maddənin çəkisi 2,6 qramdır. Bundan başqa bir neçə həyət şəkili vardır ki, həmin şəkillərdə istiqamət göstərilmiş və bir blokun giriş hissəsi işarələnmişdir. Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün 21.02.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cəld 1, iş vərəqi 130-132). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Baş idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 104-105). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə yuxarıda sadalanan bütün sübutları məcmu halında təhlil edib qiymətləndirərək belə hesab edir ki, məhkəmə baxışı zamanı onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilsə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham öz təsdiqini tapmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə, törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmənin mövqeyinə görə, cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərini tövsif edərkən istintaq orqanı iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyyətli və şübhəli məqamları nəzərə almamış və nəticədə əməlin tövsifində səhvə yol vermişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edildi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 08 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq olaraq əldə etməsi, üzərində saxlamaqla daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları 08 dekabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirmiş və Təqsirləndirilən şəxs həmin gün saat 19:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda - 3,670 qram narkotik vasitə olan heroin bir ədəd selofan bükümdə və külli miqdarda - 3,218 qram psixotrop maddə metamfetamin bir ədəd selofan bükümdə əynindəki boz rəngli cins şalvarın sağ yan cibində olan “Sobranie" siqaret qutusundan aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham ondan ibarətdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülsə də, qaçaqmalçılıqla bağlı ittiham üzrə ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etməsi nəticəsinə gəlsə də, həmin narkotik vasitələrin gömrük sərhədinin məhz hansı hissəsindən keçirilməsi, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilib-keçirilməməsi, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin keçirilməsində konkret rolu, kiminlə əlaqəyə girməsi və ya kimə nə vaxt, hansı formada vəd verməsi ümumiyyətlə araşdırılmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən hər bir cinayət işi üzrə cinayət əməlinin törədildiyi vaxt dəqiq müəyyən edilməli və qeyd edilən məsələ sübutlar əsasında təsdiq edilməlidir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs nə zaman (hansı tarixdə) Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən heç bir sübut yoxdur. Cinayətin törədildiyi vaxtın müəyyən edilməsi əhəmiyyətli məsələlərdən biridir. Ən azı ona görə ki, Cinayət Məcəlləsinin 75-ci maddəsində müddətin keçməsinə görə cinayət məsuliyyətindən azad olunma institutu müəyyən edilmişdir. Cinayətin törədilmə vaxtını müəyyən etmədən Cinayət Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş məsələnin həll edilməsi mümkün deyildir. Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı «Davud» adlı şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan qrup şəxs halında hərəkət etməsi (cinayət törətməsi) nəticəsinə gəlsə də, «Davud» adlı şəxsin real həyatda mövcud olubolmamasını, olduğu halda onun İran İslam Respublikasının və ya digər ölkənin vətəndaşı olubolmamasını ümumiyyətlə araşdırmamış və bu hissədə yalnız həmin şəxsin İran vətəndaşı olduğunu bildirməsi barədə təqsirləndirilən şəxsin verdiyi ifadəsinə əsaslanmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ilkin ifadəsində göstərdiyi arqumentləri yoxlamadan, yəni «Davud» adlı şəxsin həqiqətən də mövcud olub-olmamasını, Təqsirləndirilən şəxs məhz həmin şəxslə “işgüzar” münasibətdə olub-olmamasını aydınlaşdırmadan, habelə «Davud» adlı şəxsin ifşa olunması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində ən azından İran İslam Respublikasının səlahiyyətli orqanlarına bu barədə müraciət etmədən təqsirləndirilən şəxsə əsassız şəkildə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində qaçaqmalçılığın törədilmə üsulları kimi malların və ya digər əşyaların gömrük sərhədindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxun bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi nəzərdə tutulmuşdur. Cinayət hüquq nəzəriyyəsinə görə qaçaqmalçılıq cinayətinin ictimai təhlükəliliyi cinayət tərkibinin obyektiv cəhətinə daxil olan əməllərin törədilməsi nəticəsində malların ölkəmizin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasından ibarətdir. Qaçaqmalçılıq cinayəti formal tərkibli cinayət əməlidir. Qaçaqmalçılıq faktiki olaraq əşyaların gömrük sərhədindən keçirildiyi andan başa çatmış hesab edilir. Göründüyü kimi, təqsirkarın törətdiyi əməlin qaçaqmalçılıq kimi tövsif edilməsi üçün yeganə əsas təqsirkar tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş hərəkətin və ya hərəkətlərin icra edilməsidir. Başqa sözlə, şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini törətdiyi halda Cinayət Məcəlləsinin 206-cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilə bilər. Qeyd edilən hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 06 yanvar 2021-ci il tarixli qərarında da nəzərdə tutulmuşdur. Belə ki, həmin qərara əsasən, şəxs tərəfindən malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti kimi tövsif edilir ki, cinayət əməlini törətmiş şəxs Cinayət Məcəlləsinin 206.1ci maddəsinin dispozisiyasındakı cinayətin obyektiv cəhətini təşkil edən və Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından görünür ki, şəxsin əməlinin Cinayət Məcəlləsinin 206-cı maddəsi üzrə tövsif edilməsi üçün həmin şəxs tərəfindən mütləq qaydada həmin maddənin dispozisiyasındaki cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin törətməsi tələb olunur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda göstərilən sübutları geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham istisna olmaqla, Təqsirləndirilən şəxs hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməllərini törətməsi cinayət işi üzrə mövcud sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir. Yuxarıda müəyyən edilmiş hallara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib əlamətləri yoxdur və onun həmin cinayətə heç bir aidiyyatı olmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını yalnız ehtimallar və mülahizələr təşkil etmişdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Qeyd edilən tələblər, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif qərarlarında da öz əksini və təsdiqini tapmışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6.2-ci maddəsinin tətbiqi ilə əlaqədar “Barbera, Messegi və Cabardo İspaniyaya” qarşı iş üzrə çıxarılmış qərarda göstərmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi və öz vəzifələrinin yerinə yetirilməsi zamanı təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi barədə ön mühakimə ilə başlamamağı tələb edir. Sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Yuxarıda qeyd edilənləri məcmu halında qiymətləndirərək məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib əlamətləri mövcud deyildir, eləcə də onun həmin cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı ehtimallara və mülahizələrə əsaslanaraq həmin maddə üzrə ona ittiham irəli sürmüşdür. Bundan başqa, toplanmış sübutlar təqsirləndirilən şəxsin ittihamın qeyd edilən hissəsi üzrə təqsirsizliyini təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə, cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2, 39.2 və 42-ci maddələrini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır, yəni Təqsirləndirilən şəxs həqiqətən də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2 maddəsi üzrə bəraət verilməli, onun əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri mövcud olduğundan qeyd edilən maddələr üzrə təqsirli bilinməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi həmin əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun həmin maddələrlə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 08 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra 3,620 qram qalığı, psixotrop maddə metamfetaminin 3,168 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung" markalı mobil telefon ona qaytarılması üçün ailə üzvlərinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd DVD disk və "Azərcell” MMC-dən daxil olmuş onun istifadəsində olan mobil nömrə kartına dair məlumatları özündə əks etdirən bir ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 91 (doxsan bir) manat 76 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 91 (doxsan bir) manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2022-ci il tarixli 473 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, həmin maddə ilə ona bəraət verilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra 3,620 qram qalığı, psixotrop maddə metamfetaminin 3,168 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung" markalı mobil telefon onun ailə üzvlərinə qaytaılsın; - şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkiliş görüntülərini əks etdirən 1 ədəd DVD disk və "Azərcell” MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 91 (doxsan bir) manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Telman Hüseynov Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar