Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-894/2024 22.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslərin hüquqi varisi X4 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1980-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də satış meneceri işləyən, məhkum olunmayan, Naxçıvan MR, Şərur rayonu, Məmmədsabir kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75, mənzil 99 yaşayan, ibtidai istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası ƏN-nin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 28 may 2023-cü il tarixdə saat 21:05-də “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Nissan Tiida» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən Zığ qəsəbəsi istiqamətinə soldan birinci hərəkət zolağı ilə hərəkətdə olakən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub, 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə etmiş və həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin təlbələrinə pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməmiş, yolu sağdan sola keçən piyadalar hərəkət hissəyə daxil olub təhlükə yaratdığını gördükdə avtomobili dayandırmağa kifaət qədər məsafə olsa da dayandıra bilməyib idarə etdiyi avtomobilin ön hissəsi ilə piyadaları vurub ehtiyatsıızlıqdan Zərərçəkmiş şəxs1 baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beynin əzilməsi, sol gicgah sümüyünün xətti sınığı, sol bazu sümüyünün qapalı, sol diz oynağının açıq-qəlpəli sınığı, əhatə edən yumşaq toxumasının geniş əzilmiş-cırılmış yarası, ağ ciyərin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin sol və sağ səthində İİİ- İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, döş sümüyünün sınıqları, daxili orqanlara qansızma, gövdənin arxa səthinin geniş ölçülü əzil-cırılmış yarası, başın üzün, gövdənin, yuxarı və aşağı ətrafların qançırları və sıyrıqları ilə nəticələnən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq həmin xəsarətlər fonunda kəllə tağı və əsası sümüklərinin sınıqları ilə müşayiət olunan baş beyinin əzilməsi və baş beyinə qansızma nəticəsində ölümünə, Zərərçəkmiş şəxs2 baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beynin əzilməsi, sol gicgah nahiyəsinin yumşaq toxumasının əzilmiş- cırılmış yarası, döş qəfəsinin sol və sağ səthində İİİ-İV-V-V1-VH qabırğaların sınıqları, ağ ciyərin əzilmiş-cırılmış yarası, sol bud sümüyünün qapalı sınığı, daxili orqanlara qansızma, başın üzün, gövdənin, yuxarı və aşağı ətrafların sıyrıqları ilə nəticələnən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq həmin xəsarətlər fonunda baş beyinin əzilməsi nəticəsində ölümünə və Zərərçəkmiş şəxs3 qızma baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beynin əzilməsi, başın yumşaq toxumasının hematoması və sıyrıqları, daxili orqanlara qansızma, başın, yuxarı və aşağı ətrafların qançırları və sıyrıqları ilə nəticələnən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq həmin xəsarətlər fonunda baş beyinin əzilməsi nəticəsində ölümünə, yəni 3 şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, 28 may 2023-cü il tarixdə axşam saat 20:05 dəqiqədə Suraxanı rayonu Hövsan qəsəbəsi istiqamətindən Zığ qəsəbəsi istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən qaranlıq olduğundan, gözgözü görmədiyindən ani olaraq avtomobilin ön hissəsi ilə üç nəfər piyadanı vurmuşdur. O, hadisə anında «Nissan Tida» markalı avtomobili idarə etmişdir. Həyatını itirən piyadalardan biri uşaq, ikisi isə qadın idi. Dərhal 103 xidmətinə zəng vurub hadisə barədə məlumat verərək hadisə yerinə X12 çağırmışdır. O, əməlinin nəyə səbəb olduğunun fərqindədir. O, ekspeditor vəzifəsində işləmişdir. Yeddi ildir ki, avtomobil idarə edirdi. «Nissan Tida» markalı avtomobili idarə edirdi. Polislər hadisə yerinə gələndə o, hadisə yerində idi. O, özünə böhtan atmır. Hadisə yerinin müayinəsində də özü iştirak etmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 7 ildir ki, nəqliyyat vasitəsi idarə edir və özünə məxsus “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 28 may 2023-cü il tarixdə saat 20:05 dəqiqədə etibarnamə ilə idarə etdiyi «Nissan Tiida» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu Hövsan qəsəbəsi istiqamətindən Zığ qəsəbəsi istiqamətində yolun soldan birinci hərəkət hissəsi ilə təxminən saat 80 km sürətlə hərəkətdə olarkən ani olaraq yolun sağ hissəsindən yolun sol hissəsinə keçmək istəyən piyadalar onun hərəkət yoluma daxil olduqları üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin üç nəfər piyadanı vurmuşdur. Piyadalar almış olduğu zərbədən avtomobilin ön şüşəsinə dəyərək asfaltın üzərinə yıxılmışlar. Mən avtomobilin sürətini azaldıb biraz qarşıda dayanmış və avtomobildən düşərək asfaltın üstündə uzanmış vəziyyətdə piyadalara yaxınlaşmışdır. Həmin piyadalardan biri uşaq, ikisi isə qadın imiş. Dərhal 103 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və hadisə yerinə X12 çağırmışdır. Sonra isə DİN-nin 102 xidmətinə zəng edərək yol-nəqliyyat hadisəsi törətməyi barədə məlumat vermişdir. Birazdan TTY avtomobili və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisə törətdiyini etiraf edərək hadisə barədə məlumat vermişdir. Həmin avtomobilin qeydiyyat şəhadətnaməsi Zahirə İmanquliyevanın adma olsa da, faktiki olaraq özünə məxsusdur və baş etibarnamə əsasında idarə edir. Hadisə zamanı həmin avtomobildə sərnişin və ya yük olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə nasazlıq olmamışdır. Vurduğu piyadaları təxminən 6 metr məsafədən görmüş və bu anda həmin piyadaları vurmamaq üçün sükanı biraz çevirmiş, lakin hadisənin qarşısını ala bilməmiş və yol-məqliyyat hadisəsi baş vermişdir. Hadisə ani anda baş verdiyi üçün və həmin piyadaları hadisədən əvvəl görmədiyi üçün hadisənin qarşısını almaq məqsədilə heç bir hərəkət edə bilməmişdir. Yalnız həmin piyadaları vurduqdan sonra avtomobilin əyləcini sıxıb avtomobili saxlamışdır. Hadisə zamanı hərəkətinə mane ola biləcək heç bir avtomobl, eləcə də, yüksək qabaritli avtomobil olmamışdır. Hadisə zamanı sərxoş olmamış, ayıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxslərin hüquqi varisi X8 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxsı tanımır. Hadisə baş verən zaman o, Bakı İstintaq Təcridxanasında olmuşdur. Barəsində həbs növündə qətimkan tədbiri seçilmişdir. İttiham olunduğu əməldə təqsiri sübut olunmadığına görə məhkəmə tərəfindən ona bəraət verilmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. O, hadisə barədə televizorda eşitmişdir. Ailəsi Hövsan qəsəbəsindən evlərinə gedərkən yolu keçəndə avtomobillərdən biri yol verib deyə yolu keçəndə digər avtomobil onlara xəsarət yetirib. Başqa heç nə bilmir. Şikayətçi deyil. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxslərin hüquqi varisi X8 ibtidai istintaq zamanı göstərmişdir ki, 28 may 2023-cü il tarixdə Suraxanı rayonu Hövsan-Zığ şossesində baş vermiş yol nəqliyyat hadisəsi zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs2, azyaşlı qızı Zərərçəkmiş şəxs3 və anası Zərərçəkmiş şəxs1 almış olduqları bədən xəsarətlərindən ölmüşlər. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin istintaq idarəsində istintaq edilən cinayət işi üzrə 14 aprel 2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 318-ci maddəsi ilə ittiham elan edilmiş və Səbail rayon məhkəməsinin qərarı ilə barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 29 may 2023-cü il tarixdə saat 22:00 dəqiqədə Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında olan vaxtı televizorda Xəzər TV kanalında yayımlanan xəbərlər proqramına baxanda 28 may 2023-cü il tarixdə Hövsan qəsəbəsində yol nəqliyyat hadisəsinin baş verməsi və həmin yol nəqliyyat hadisəsi nəticəsində həyat yoldaşının, azyaşlı qızının və anasının ölməsini eşitmişdi. Özünü pis etdiyi üçün təcridxanada həkim tərəfindən ilkin tibbi yardım göstərilmişdir. 06 iyun 2023-cü il tarixdə Səbail rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Hazırda sürücü barəsində heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə tibb ekspertiasının 28 iyun 2023cü il tarixli 73 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 meyiti üzərində olan xəsarətlər: baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beynin əzilməsi, sol gicgah sümüyünün xətti sınığı, sol bazu sümüyünün qapalı, sol diz oynağının açıq-qəlpəli sınığı, əhatə edən yumşaq toxumasının geniş əzilmiş-cırılmış yarası, ağ ciyərin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin sol və sağ səthində İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, döş sümüyünün sınıqları, daxili orqanlara qansızma, gövdənin arxa səthinin geniş ölçülü əzil-cırılmış yarası, başın üzün, gövdənin, yuxarı və aşağı ətrafların qançırları və sıyrıqları həyati olub ölümündəq az əvvəl bərk- küt əşya təsirindən törənmişlər, yolnəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb qeyd edilən xəsarətlər fonunda kəllə tağı və əsası sümüklərinin sınığı ilə müşayiət olunan baş beynin əzilməsi və baş beyinə qansızma olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə tibb ekspertiasının 28.iyun 2023-cü il tarixli 74 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 meyiti üzərində olan xəsarətlər: baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızına, baş beynin əzilməsi, sol gicgah nahiyəsinin yumşaq toxumasının əzilmiş-cırılmış yarası, döş qəfəsinin sol və sağ səthində İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınıqları, ağ ciyərin əzilmiş-cırılmış yarası, sol bud sümüyünün qapalı sınığı, daxili orqanlara qansızına, başın üzün, gövdənin, yuxarı və aşağı ətrafların sıyrıqları həyati olub ölümündən az əvvəl bərk-küt əşya təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla önun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb qeyd edilən xəsarətlər fonunda baş beynin əzilməsi olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə tibb ekspertiasının 28 iyun 2023-cü il tarixli 75 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 meyiti üzərində olan xəsarətlər: baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızına, baş beynin əzilməsi, başın yumşaq toxumasının hematoması və sıyrıqları, daxili orqanlara qansızına, başın, yuxarı və aşağı ətrafların qançırları və sıyrıqları həyati olub ölümündən az əvvəl bərk-küt əşya təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla önun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs3 ölümünə səbəb qeyd edilən xəsarətlər fonunda baş beynin əzilməsi olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 30 may 2023-cü il tarixli 8/1564 Na-li rəyi ilə müəyyən edilmişdir ki, «Nissan Tiida» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-c hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-71358/2023 N2-Ü məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ilə «B» dərəcəli BB 500219 nömrəli sürücülük vəsiqəsi verilmiş, sürücülük hüqunun məhdudlaşdırılması barədə hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmədə elan olunub araşdırılmış Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2023-cü il tarixli 783 Ne-li məktubundan görünür ki. Təqsirləndirilən şəxs həmin Dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmır. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası SN-nin «Respublika Psixiatriya Xəstəxanasıw X10 04 iyul 2023-cü il tarixli 8989 Ne-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək hadisənin törədilmə şəraiti barədə hərtərəfli ifadələr vermişdir. Məhkəmədə onun bu ifadələri yuxarıda təsvir olunan sübutlar fonunda araşdırılarkən öz təsdiqini tapdı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs ittihamda nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz etirafedici ifadəsindən əlavə məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş ekspertiza rəylərin və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 85 (səksən beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 85 (səksən beş) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 29 may 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxm qismində tutulmuş, 30 may 2023- cü ildə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmiş, həmin tarixdə Suraxanı rayon məhkəməsin tərəfindən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilərək həbsin əvvəli 29 may 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, daha sonra məhkəmə istintaqı dövründə qətimkan tədbirinin tələblərini pozduğundan 01 may 2024-cü il tarixdə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və o, məhkəmə iclas zalından həbsə alınmışdır. Məhkəmə bu hallarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə bərabər tutulur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən və təyin olunmuş cəzanın çəkilməsinin əvvəlini müəyyən edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı təqsirli bilindiyi əməlin törədilməsi halları barəsində etirafedici ifadələr verməsi, himayəsində yetkinlik yaşına çatmayan uşağının olması və zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışıq əldə etməsi müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra X12 Xidmətinin “103” qaynar xəttinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və hadisə yerinə X12 çağırmışdır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Məhkəmə bu halları Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonrakı müsbət davranışı kimi qiymətləndirir və onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 29 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməli olan 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzinin hesabına, ekspertiza xərcini təşkil edən 85 (səksən beş) manat pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərcini ödəməkdən azad olunsun, ekspertiza xərcini təşkil edən 85 (səksən beş) manat pul vəsaiti ondan tutularaq dövlət büdcəsinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-894/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-894/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver