Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-894/2025 26.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən X3, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "Bakı Baş Səhiyyə Mərkəzi" PHŞ-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyənetdİ: Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə saat 17 radələrində tanıdığı Zərərçəkmiş şəxs ilə bir yerdə yeyib, spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə sonuncuya məxsus olan yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanının qarşısında bacısı Leyla Hüseynovanm işlədiyi ərzaq mağazasına gedərək nisyə spirtli içki istəmiş, verilmədiyinə görə kobud ifadələr işlədərək yöndəmsiz hərəkətlər etmiş, həmin vaxtı Zərərçəkmiş şəxs mağazaya girərək onu təkidlə çölə çıxardıb yola salmış, bundan sonra evinə gedib dəstəyi qırıq olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən bıçağı özü ilə götürərək yenə də həmin mağazanın qarşısına gəlmiş, bir qədər əvvəl oradan uzaqlaşdırılması ilə barışmayaraq yenə də “mən burada hara istəsəm girə bilərəm,; kimi özündən razı ifadələr işlədərək mağaznın qarşısından təxminən 50 metr aralanıb həmin küçəyə paralel olan Zeytun savxozu, Məktəbli küçəsi, ev 24 ünvanının qarşısından keçərkən Zərərçəkmiş şəxslə təsadüfən rastlaşdığı zaman sonuncunun onu bir qədər əvvəlki hərəkətlərinə cəzalandırmaq məqsədi ilə sillə ilə vurması səbəbindən bir-birləri ilə əl-bəyaxa olub dalaşarkən Zərərçəkmiş şəxs fiziki müqavimət göstərmək imkanına malik olmasına baxmayaraq üzərində olan həmin soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədən nahiyəsindən qəsdən 5 dəfə vuraraq sağlamlığına sol tərəfli hemopinef motoraksla və mədənin zədələnməsi ilə müşaiyət olunan döş qəfəsinin daxilə nüfuz edən bir ədəd torokoabdominal deşilmişkəsilmiş yarası, döş qəfəsinin daxilə nüfuz etməyən dörd ədəd deşilmiş-kəsilmiş yaralan ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, işdən çıxıb evə gədərkən Pərvinin dəvəti ilə onunla kafeyə getmişlər. Orada olarkən də araqları qurtardığından araq almaq üçün oradan çıxmış gedib kafenin yanından araq almış və oturub 100 qram onlarla içmiş və sonra evə getmişdir. Evdə isə işıq sayğacının avtomatı xarab olduğundan evdən həmin avtomatı almaq üçün çıxmışdır. Yolda isə Şahingili təzədən məhlədə görmüş, ona yenə demişlər ki, araq almaq üçün pul lazımdı. O da pul olmadığını demişdir. Ona görə də Şahinlə aralrında münaqişə düşmüşdür. Şahin ona əlqol atmış, təhqiramiz sözlər olmuşdur. Belə söhbətlər olduğuna görə sonra evə qayıtmış və həyətdə şitil əkmişdir. Atasının istifadə etdiyi bıçağı şitil əkmə üçün görmüşdür. Elə o bıçaq da üstündə ola ola evdən pul götürüb, yenidən işıq üçün avtomat (tənzimləyici) almağa getmişdir. Yolda isə yenə də Şahin və yanındakı Fəridlə rastlaşmış və Şahin ona yaxınlaşıb əl-qol atmışdır. Sonra Şahin onun boynundan tutmuş, qarnının altından onun boynunu sıxmışdır. Artıq nəfəsinin kəsildiyini görmüşdür. Şahni əsla bıçaqla vurmaq fikri olmamışdır, onu qorxutmaq fikri olmuşdur. Bir də görmüşdür ki, Şahin onu buraxaraq çönüb öz evlərinə tərəf gedir. Sonra görmüşdür ki, öz üstündə qan var və elə bilmişdir ki, öz qanıdır. Təzədən evə qayıtmışdır. Əynini dəyişmışdır. Yenidən evdən çıxanda Pərvini görmüşdür. Pərvin ona demişdir ki, “Şahini vurmusan xəbərin var?”. Gecə saat 12-dən sonra onu çağırmışlar. Adam vurduğunu söyləmişlər. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda aralarında barışıq olmuşdur. Valideynləri tərəfindən zərərçəkmişin xəstəxana xərcləri çəkilmişdir. Bıçağı qorxutmaq məqsədilə, üstündə saxlamışdır. Mağazadə satıcıyıa qarşı hər hansı hərəktələr etməmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs Aflq oğlu ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində işdən çıxıb evə gedərkən kafenin qarşısından keçəndə məhəllə sakini Pərvin onu görüb kafeyə dəvət etmişdir, Pərvin həmin vaxtı qonşu məhəllədə yaşayan Şahinlə oturmuşdur. O da Şahingilnən biryerdə oturmuş, hətda xahiş elədiklərinə görə bir şüşə araq da almış və bir yerdə yeyib-içmişlər. Təxminən yarım saat sonra Şahingildən ayrılıb kafedən çıxaraq yaşadığı evə getmişdir. Həyətə girəndən sonra yenidən çölə çıxmışdır ki, ev üçün işığın avtomat sayğacın alsın. Qonşu məhəllədə yaşayan elektrik işləyən Fikrətgilə getmək istəyirdi ki, avtomat sayğac götürsün. Ancaq yolda öyrənmişdir ki, Fikrət evdə yoxdur və evə qayıdarkən küçədə Şahin ilə Pərvini görmüşdür. Onlar ayaqüstü söhbətləşərkən Şahingil pul qoyub spirtli içki almaqdan söhbət salmışlar. Tam xatırlaya bilmir, ancaq nəsə bu araq almaq üstündə aralarında mübahisə yaranmışdır. Şahin özündən çıxıb ona əl-qol atmış və nalayiq ifadələrlə təhqir etmişdir, ancaq o, Şahinlə davaya girməmiş və aralanıb evinə getmişdir. Bu dəfə evdən pul götürüb avtomat sayğac almaq üçün mağazaya gedəndə həyətdə təsərrüfatda istifadə etdiyi balaca bıçağı da hər ehtimala qarşı özü ilə götürmüşdür ki, birdən Şahin küçədə ona rast gəlib zor tətbiq etsə özünü müdafiə edə bilsin. Qapıdan çıxıb Şahin gilin evi ilə qonşu olan küçə ilə getdiyi zaman Şahinlə Pərvin yenə də qarşısına çıxmışlar. Şahin onu görən kimi üstünə hücum edib yumruq zərbələri ilə vurmuşdur. Şahin onun boynunu qolunun altına salıb sıxmağa başlamış, bu vəziyyətdə nəfəsinin kəsildiyini hiss etmiş, lakin boynunu Şahinin qolunun altından çıxarda bilməmişdir. Artıq görmüşdür ki, huşu özündən gedir, həyatını xilas etmək üçün məcbur olmuşdur ki, cibinə qoyduğu bıçağı çıxardaraq əl çəksin deyə qorxutmaq məqsədi ilə Şahinin bədən nahiyəsindən bir-neçə dəfə vurmuşdur. Fiziki təzyiq altında olduğuna görə həyəcanlı vəziyyətdə Şahinə neçə bıçaq vurduğunu xatırlamır. Şahin bıçaq zərbələrinin təsirindən onu buraxıb geri çəkilmiş və üzünə çevirib evlərinə tərəf getmişdir. Həmin vaxtı dərk etməmişdir ki, Şahinə hər hansı ağır xəsarət yetirmişdir. Şahini bıçaqla vurarkən bıçaq dırnağını qopartmışdı, barmağının qanı üstünə tökülmüşdür buna görə də elə bilmişdir ki, köynəyinə tökülən öz qanıdır. Şahin onu buraxdığına görə təqib etməmiş və öz yaşadığı evə getmişdir. Evə gedib yaralı barmağını sarıyandan sonra yenə də çıxmışdır ki, təsərrüfat malları mağazasından işıq üçün elektrik sayğacı (rubilnik) alsın, həmin vaxtı Şahingilin evinin qarşısından keçib mağazaya çatmağa az qalmış Pərvini görmüş, Pərvin ona Şahini vurduğunu demişdir. Evə qayıdıb hadisələrin gedişatmı gözləmiş və həmin gecə polislər evlərinə gəlib çağırmışlar, özü könüllü şəkildə evdən çıxıb polislərlə birlikdə polis idarəsinə getmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə günü Hamlet onların işlətdiyi dükandan içki istəyirmiş, lakin bundan əvvəl aldığı içkinin pulunu qaytarmadığı üçün ona nisyə içki verməmişdir. İmtina olunduqda isə Hamlet səsküy salmış o da səsi eşidib dükkana gələrək və onu çölə çıxarmışdır. Sonra isə Hamlet bıçaq götürüb gəlib ona demişdir ki, “Məni tək görmüsünüz?” O, da sonra Hamleti yolda görərkən ona bir şillə vurmuş və şillədən sonra bu hadisə baş vermişdir. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə 5-10 dəqiqənin içində baş vermişdir. Barışmışlar şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Yaşadıqları evin həyətyanı sahəsinə bitişik olan qarşısı küçəyə tərəf balaca bir ərzaq mağazası işlədərək ailəsini dolandırmağa çalışır. Həmin dükanı anası işlədir, hadisə ərəfəsində isə anası xəstə olduğuna görə dükanı bacısı Leyla işlədirdi. 13 iyul 2024-cü il tarixdə saat 13 radələrində qəsəbədə yerləşən kafedə dostu Pərvinlə yeyib-içərək istirahət edirmişlər. Sonra Təqsirləndirilən şəxs da Pərvini tanıdığına görə onların məclisinə qoşulmuşdur. Üçü birlikdə təxminən 700 qram araq içmişlər. Bir qədər oturandan sonra Hamlet durub kafedən çıxıb getmişdir. O isə Pərvinlə oturub yeyib-içməklərini davam etdirmişdir. Təxminən 10-15 dəqiqədən sonra o da kafedən çıxıb evlərinə getmiş, toyuqlara dən verib çıxanda görmüşdür ki, qonşular, Samir və Çimnazın həyat yoldaşı dükanın qarşısında dayanıb, bacısı da dükanda 9 yaşlı oğlu Sənanla birlikdə dükanın içində oturmuşlar. Qonşular onu görəndə Hamletin dükana girdiyini, içkilili olduğunu, nisyə mal götürmək istədiyini, bacısının da mal vermək istəmədiyini, Hamleti dükandan çıxartmaq istəsələr də çıxarda bilmədiklərini demişlər. O, dükana girib Hamletin içəridə dayandığını görmüş və dükandan çıxmağını tələb etmişdir. Hamlet əvvəlcə tabe olmaq istəməsə də onu qolundan tutub çölə çıxartmışdır. Hamleti dükanın qarşısından yola salmış və aralarında heç bir mübahisə olmadan Hamlet çıxıb getmişdir. O da yenidən kafeyə qayıdıb Pərvinlə bir stolda oturub yeyib-içməklərinə davam etmişdir. Təxminən saat 16 radələrində Pərvinlə birlikdə kafedən çıxıb küçə ilə evlərinə tərəf hərəkətdə olmuşlar. Evlərinə çatmağa təxminən 100-150 metr qalmış, yəni bir küçə aralıda Hamlet qarşılarına çıxmış və onun üstünə gələrək dalaşmaq istəmişdir. Hamletin nəyə görə belə etdiyini başa düşməmiş, Hamleti yumruqla üzündən vurmaq istəyəndə yumruğu Hamletin qoluna dəymişdir. Həmin anda da bir-birləri ilə əlbəyaxa olmuşlar, dalaşmışlar və bu dava-dalaş zamanı Hamlet cibindən və ya şalvarının belindən çıxartdığı bıçaqla bir-neçə dəfə qarın və sinə nahiyəsindən vurmuşdur. O, Hamleti itləyib geri çəkiləndə görmüşdür ki, bədəni qanın içindədi. Bundan sonra ciddi xəsarətlər aldığını bilərək Pərvinlə birlikdə özünü evə çatdırmışdır. Ailə üzvləri də onun vəziyyətini görmüşlər, Hamletin onu bıçaqladığını ailə üzlərinə demişdir. O, köynəyini dəyişmiş, anası Bağdagül əmisi oğlu Mətləbə zəng eləmişdir, Mətləb də tez gəlib idarə etdiyi avtomobillə onu 3 saylı Şəhər Xəstəxanasına çatdırmışdır. Cərrahi əməliyyat olunduqdan sonra təminən 15 gün xəstəxanada müalicə olunmuşdur. Sonradan bacısı və qonşulardan eşitmişdir ki, o, Hamleti dükandan çıxardıb gedəndən sonra Hamlet bıçaq götürüb dükana gələrək dükandan çıxarılmağına görə etiraz əlaməti olaraq “məni zəif oğlan bilibsiz” kimi sözlər işlədərək öz nüfuzunu nümayiş etdirmək istəmişdir. Hamletin ona qarşı olan qəzəbi elə həmin vaxtdan məlum olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, həmin günü o dükanda oturmuşdur. Hamlet içkili vəziyyətdə dükana daxil olaraq içki istəmiş və artıq əskik hərəktələr etmişdir. O, həmin vaxt oğlu ilə orada oturmuşdur. Həmin vaxt qonşu da orada olmşdur. O qonşuya sakitcə demişdir ki, dükandan çıxmasın, çünki Hamlet mağazadan çıxmırmış. Qonşu görmüşdür ki, Hamlet dükandan çıxmır və ona demişdir ki, “nə götürəcəksən götür çıx.” Hamlet də onun üstünə qışqırmışdır ki, istədiyi yerdə qalar. Sonra qardaşı gəlmiş və Hamleti dükandan çıxarmışıdr. Hamlet getmiş və bir müddət sonra, heç yarım saat olmamış bir də qayıtmışıdr. Qayıdanda üstündə bıçaq olmuşdur. Hamlet həmin vaxt demişdir ki,“mənim üstümə kim gəlir mən onları doğruyaram”. Sonra Hamlet uzaqlaşıb getmişdir. Daha sonra qardaşının qanlı şəkildə evə gəldiyni görmüşdür. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, anası, qardaşı Şahin və digər ailə üzvləri ilə birlikdə yaşayır. 5 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. İş günləri olmayanda ailəsinə məxsus, yaşadığı evin həyətinin giriş qapısında yerləşən qardaşı Şahinin adına olan “Şahin” market mağazasında satıcı işləyir və ailə üzvlərinə kömək edir. Belə ki, Hamleti onlarla yaxınlıqda qaldığı üçün kənd sakini kimi tanıyır. Hamlet əvvəllər onlara məxsus dükana gəlib bir kənd sakini kimi nisyə mal götürmüşdür. Lakin son vaxtlar borcu çoxalmışdır. Hadisə günü yəni xx.xx.2024-cü il tarixdə Hamlet sərxoş vəziyyətdə dükana gəlib nisyə araq istəmiş, lakin borclarına görə Hamletə araq vermək istəməmiş, Hamlet təkidlə araq istədiyini bildirərək mağazadan çıxmaq istəməmişdir. Bu zaman onlarla qonşuluqda yaşayan Samir mağazaya daxil olmuş, o, asta səslə Samirdən xahiş etmişdir ki, Hamleti mağazadan kənarlaşdırsın. Samir bu səbəbdən Hamletə mağazadan çıxmağım təklif etmiş, lakin Hamlet lüzumsuz və məntiqsiz sözlər deyərək mağazadan çıxmamışdır. Bundan sonra Samir çölə çıxmış və Samirdən sonra mağazaya qardaşı Şahin gəlmişdir və Hamleti mağazadan çölə çıxartmışdır. Şahin Hamleti mağazadan çıxartqıdan sonra özü çıxıb getmişdir. Şahin gedəndən təxminən 10 dəqiqə sonra Hamlet yenidən mağazaya qayıtmışıdr. Həmin vaxtı qonşuluqda yaşayan Fazil və Mübariz adlı şəxslər də Hamletin həmin hərəkətlərini gördükləri üçün mağazaya yaxınlaşmamışlar. Lakin Hamlet özü üçün nəsə deyə-deyə mağazanın qarşısından çıxıb getmişdir. Hamlet gedəndən təxminən bir saat sonra Şahin yaralı vəziyyətdə, yəni qarın nahiyəsində kəsilmiş-deşilmiş yaralarla evə gəlmişdir. Həmin vaxtı o, nə olduğunu soruşduğu zaman Şahin Hamletin küçədə qarşısına çıxaraq bıçaqla vurduğunu demişdir. O da bu barədə zəng edib anası Bağdagülə xəbər etmiş, belə ki, həmin vaxtı anası təzə əməliyyatdan çıxdıqdığı üçün xalası gildə olmuşdur. O, anasına xəbər edəndən sonra anası əmisi oğlu Şahid3 zəng etmiş və Mətləb gəlib Şahini 3 saylı Şəhər Kliniki xəstəxanasına aparmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla yaxın qonşudurlar. Bir məhlədə yaşayırlar zərərçəkmiş şəxslə də qonşudular. Hadisə ilə bağlı onu deyə bilər ki, dükanda baş verən hadisədən xəbəri yoxdur, kafedə yeyib içdikdən sonra 3 manat pulları çatmadığına görə Şahin pul dalınca getmiş və bir qədər gec gəlmişdir. Sonra kafedən çıxmışlar. Küçənin tinindən Hamlet rastlarına çıxmış, Şahin ona cummuş (onun üzərinə getmiş) və bunlar bir birilərinə tutuşmuşlar. O da onları aralamışdır. Həmin vaxt Şahin Hamletin sifətindən vurmuş bunları aralaşdırdıqdan sonra Şahinin dalınca evlərinə getmişdir. Orada bilmişdir ki, Şahin bıçaqlanıb. Şahinlə Hamletin hadisədən əvvəl münasibətləri yaxşı olub. Hadisə günü hamısı birlikdə oturub yeyib içmişlər. Hamleti stola o dəvət etmişdir. Hadisə vaxtı Hamletin əlində bıçaq görməmişdir. Hadisə zamanı Şahinin vurulmasını bilməmiş evlərində görmüşdür ki, Şahinin üstü qandı. Hadisənin səbəbi o olmuşdur ki, Hamlet Şahinin bacısına sataşmışdır. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Şahin və Hamleti qəsəbə sakinləri kimi tanıyır. Şahin onlarla qonşuluqda yaşayır. Əvvəllər nə Şahin nə də Hamlet ilə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Hadisə günü yəni xx.xx.2024-cü il tarixdə Şahinlə birlikdə kənd kafesində oturub yeyib-içdikləri zaman Hamlet yanlarından keçəndə Hamleti görüb öz süfrələrinə dəvət etmiş və bir yerdə oturub yeyib içmişlər. Həmçinin Hamlet onların yanlarına gələndə hardasa yeyib-içib sərxoş vəziyyətdə gəlmişdir. Hamlet onlarla bir qədər oturduqdan çıxıb getmiş və onlardan ayrılmışdır. Bundan sonra Şahinlə o da kafedən çıxıb getmişlər. Bir qədər sonra Şahin onunla telefon əlaqəsi saxlayaraq kafenin qarşısına gəlmiş və Hamletin evini soruşaraq demişdir ki, Hamlet onlardan ayrılandan sonra onlara məxsus bacısının işlədiyi mağazaya girərək artıq-əksik hərəkətlər etmiş, bu səbəbdən Hamletə bir-iki sillə vurub başa salmaq istəyir ki, bir daha belə hərəkətlər etməsin. Bundan sonra onlar Hamletin yaşadığı küçə istiqamətində hərəkətdə olduqları zaman Hamlet qarşılarına çıxmış və bu zaman Hamletlə Şahin bir-birlərinə yaxınlaşıb əl-bəyaxa olub tutaşmışlar, həmin vaxtı da Hamlet Şahini bıçaqla vurmuşdur. Hamlet Şahini bıçaqla vurduğu zaman tutaşdıqlarına görə necə vurduğunu görməmişdir və onları ayırmışdır. Şahin oradan ayrılıb evə gedəndən sonra Şahinin arxasıyca gedəndə yerdə qan ləkələrini görüb Şahinin bıçaqlandığını bilmişdir. Həmçinin Şahini xəstəxanaya qohumu Mətləb aparmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, o, Xətai rayonunda yaşayır. Evdə oturarkən Zərərçəkmiş şəxs anası ona zəng vurmuş və tez gəlməsini xahiş etmişdir. Şahinin anası xəstə olduğuna görə elə bilmişdir ki, özünün səhəttində nəsə problem var. Sonra bilmişdir ki, Şahini bıçaqlayıblar. Onlara demişdir ki, onu gözləməyin təcili tibbi yardıma zəng vurun. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Şahin onun əmisi oğludur. xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində evdə olduğu zaman Şahinin anası Bağdagül zəng edərək Şahinin bir nəfər şəxs tərəfindən bıçaqla vurulduğunu və bu səbəbdən təcili xəstəxanaya çatdırmaq lazım olduğunu demişdir. O da özünə məxsus avtomobillə Şahingilə gəlmiş və Şahini maşma qoyub 3 saylı Kliniki şəhər xəstəxanasına çatdırmiş və Şahin əməliyyat olunmuşdur. Xəstəxanada ona məlum olmuşdur ki, Şahini onlarla bir qəsəbədə yaşayan Hamlet adlı şəxs bıçaqla vurub xəsarət yetirib. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, kənd Hövsan Zeytun dairəsində yaşayır. Təqsirləndirilən şəxs tanımı. Müstəntiq ona telefonla zəng vuraraq hadisənin necə olduğunu sorşmuşdur. O, da bildirmişdir ki, mağazaya girəndə Şahinin bacısının kefsiz görmüş və onlan soruşmuşdur ki, nə olub, o da demişdir ki, hüeç nə olmayıb. Şahinlə Hamlet arasında olan mübahisənin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Hövasan qəsəbəsi, 1 saylı Zeytur Sovxozunda yaşayır. Hadisə günü mağazadan çıxanda satıcı Leyla xanım asta səslə ona demişdir ki, gözləsin. Əvvəl xanımı tam anlamamış, lakin sonra görmüşdür ki, soyuducunun yanında butulkalar aşıb və orda həmin şəxsi, yəni Hamleti görmüşdür. Hamletdən soruşmuşdur ki, qardaş sizə kömək lazımdır ? O, isə cavab vermişdir ki, yox. Hiss etmişdir ki, həmin şəxs anlaqsız vəziyyətdədir, çox güman ki, içkili olmuşdur. Sonra həmin şəxsə demişdir ki, xanımı narahat edirsiz, istəyirsiz sizə kömək edim. Sonra isə Hamleti dükandan bayıra çıxarmışdır. Bayıra çıxdıqdan sonra xanımın qardaşı gəldiyindən özü maşına minib oradan çıxıb getmişdir. Hamleti əvvəllər tanımamış və birinci dəfə orada görmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “raportdan” görünür ki, Zərərçəkmiş şəxs Hamlet adlı şəxs tərəfindən bıçaqlanmasına dair polis orqanına məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşı tərəfindən tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. (İş vərəqə 53-58) xx.xx.2025-ci il tarixli Suraxan Rayon Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:22-də müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Suraxanı Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində (həbsetmənin əvəlli xx.xx.2024-cü il tarixdən hesablanmaqla) 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, bundan sonra isə həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri xx.xx.2024-cü il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, ünvan 3 ünvanına keçirilən baxış zamanı, sol tərəfdə mişar daşları ilə inşa edilmiş divar vardır. Divarın yaxınlığında 2-3 ədəd ağac əkilmişdir. Həyətdə fərdi yaşayış evi vardır. Bıçaqlanma hadisəsi baş verən yer torpaqla örtülmüşdür. Baxışda iştirak edən Hamlet hadisə vaxtı xəsarət yetirdiyi bıçağı təqdim etmişdir. Bıçaq qablaşdırılaraq götürlümşdür. Baxış zamanı fotoşəkillər çəkilərək ptorokola əlavə olunmuşduir. xx.xx.2024-cü il tarixli 1/6313 nömrəli Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair protokolunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs orta alkoqol sərxoşluq dərəcəsi müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 647 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bel nahiyyəsinin sıyrığı və sağ bazunun əzilmiş səthi yarası aşkar edilmşdir. Xəsarətlər xx.xx.2024-cü il taruxdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. xx.xx.2024-cü il qərardan (nəticəvi hissə 7-ci abzas) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bel nahiyyəsinin sıyrığı və sağ bazunun əzilmiş səthi yarası kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarət yetirməsi faktına görə cinayət təqibinin başlanması rədd edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 765 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksla və mədənin zədələnməsi ilə müçayiət olunan döş qəfəsinin daxilə nüfuz edən bir ədəd torokoabdominal deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin daxilə nüfuz etməyən dörd ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Qeyd edilən xəsarətlər əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 472/2024-MTKŞ nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ aşağı nahiyəsində bir ədəd, köynəyin ön səthinin sol nahiyəsində iki ədəd (cəmi üç ədəd) dəlib keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol nahiyəsində aşkar edilmiş bir ədəd cırılma zədəsi, köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq tiyəsi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağının tiyəsidir və soyuq silah hesab edilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətil törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmək istəmədiyini, özünü müdafiə etmək üçün, həmçinin zərərçəkmiş şəxsi qorxutmaq üçün cibindəki bıçağı çıxartdığını, lakin özündən asılı olmadan zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirdiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı bu dəlillər iş materiallarından olan ifadələr, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdikləri həmin xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadəsinin həmin hissəsini (xüsusatı) özünü müdafiə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən yayındırılması və məsuliyyyətinin yüngülləşdirilməsi məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadə kimi qiymətləndirir və ibtidai araşdırma zamanı verilmiş ifadələrin hadisənin baş vermə (başlama və davam etmə) mexanizminə daha uyğun olmaqla mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadələri həmin hissədə daha mötəbər, əsaslı və həqiqəti əks etdirən ifadələr kimi qiymətləndirir. Belə ki, məhkəmə kollegiyası ilk növbədə baş vermiş hadisənin təhlilini aparmaqla hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin müəyyən olunmasını iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, 13 iyul 2024-cü il tarixdə saat 17 radələrində tanıdığı Zərərçəkmiş şəxs ilə bir yerdə yeyib, spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə sonuncuya məxsus olan yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanının qarşısında bacısı Leyla Hüseynovanm işlədiyi ərzaq mağazasına gedərək nisyə spirtli içki istəmiş, verilmədiyinə görə kobud ifadələr işlədərək yöndəmsiz hərəkətlər etmiş, həmin vaxtı Zərərçəkmiş şəxs mağazaya girərək onu təkidlə çölə çıxardıb yola salmış, bundan sonra evinə gedib dəstəyi qırıq olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən bıçağı özü ilə götürərək yenə də həmin mağazanın qarşısına gəlmiş, bir qədər əvvəl oradan uzaqlaşdırılması ilə barışmayaraq yenə də “mən burada hara istəsəm girə bilərəm” kimi ifadələr işlədərək mağaznın qarşısından təxminən 50 metr aralanıb həmin küçəyə paralel olan Zeytun savxozu, Məktəbli küçəsi, ev 24 ünvanının qarşısından keçərkən Zərərçəkmiş şəxslə təsadüfən rastlaşdığı zaman sonuncunun onu bir qədər əvvəlki hərəkətlərinə cəzalandırmaq məqsədi ilə sillə ilə vurması səbəbindən bir-birləri ilə əl-bəyaxa olub dalaşarkən Zərərçəkmiş şəxs fiziki müqavimət göstərmək imkanına malik olmasına baxmayaraq üzərində olan həmin soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədən nahiyəsindən qəsdən 5 dəfə vuraraq sağlamlığına sol tərəfli hemopinef motoraksla və mədənin zədələnməsi ilə müşaiyət olunan döş qəfəsinin daxilə nüfuz edən bir ədəd torokoabdominal deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin daxilə nüfuz etməyən dörd ədəd deşilmiş-kəsilmiş yaralan ilə nəticələnən həyat üçün təslükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Hazırki işin araşdırılan hallarından, həmçinin zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin ifadələrindən və şahid ifadələrindən (ibtidai araşdırma və məhkəmə baxışı zamanı verdikləri ifadələrindən) göründüyü kimi təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə sərxoş vəziyyətdə zərərçəkmiş şəxsin bacısının işlədiyi ərzaq mağazasına gedərək nisyə spirtli içki istəmiş, ona nisyə spirtli içki verilmədiyinə görə orada kobud ifadələr işlətmiş, həmin vaxtı zərərçəkmiş şəxs mağazaya girərək onu mağazadan çölə çıxardıb yola salmışdır. Bundan sonra isə təqsirləndirilən şəxs evinə gedib zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən bıçağı özü ilə götürərək yenə də həmin mağazanın qarşısına gəlmiş, bir qədər əvvəl oradan uzaqlaşdırılması ilə barışmayaraq “mən burada hara istəsəm girə bilərəm” kimi ifadələr işlətmişdir. Bundan sonra isə həmin küçəyə paralel olan küçənin qarşısından keçərkən Zərərçəkmiş şəxslə rastlaşdığı zaman sonuncunun onu bir qədər əvvəlki hərəkətlərinə cəzalandırmaq məqsədi ilə sillə ilə vurması səbəbindən bir-birləri ilə əl-bəyaxa olub dalaşarkən Zərərçəkmiş şəxs fiziki müqavimət göstərmək imkanına malik olmasına baxmayaraq üzərində olan həmin soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə bədən nahiyəsindən qəsdən 5 dəfə bıçaqla vuraraq sağlamlığına sol tərəfli hemopinef motoraksla və mədənin zədələnməsi ilə müşaiyət olunan döş qəfəsinin daxilə nüfuz edən bir ədəd torokoabdominal deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin daxilə nüfuz etməyən dörd ədəd deşilmiş-kəsilmiş yaralan ilə nəticələnən həyat üçün təslükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Sadalananlardan da göründüyü kimi təqsirləndirilən şəxs sərxoş vəziyyətdə öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, hadisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla 5 dəfə xəsarət yetirmiş, qeyd olunan xəsarətlərdən biri isə mədənin zədələnməsi ilə müşaiyət olunan döş qəfəsinin daxilinə nüfuz etmişdir. Göründüyü kimi, ibtidai araşdırma materiallarında təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qeyd olunmuş və məhkəmə baxışı zamanı da cinayət işinin materiallarında olan sübutların müqayisəli tədqiqi təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin mövcudluğu öz təsdiqini tapmışdır. Sadalananlara əsasən məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında qeyd olunanları da nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-in 126.2.4-cü maddəsinin tərkib əlamətləri vardır. Bununla yanaşı, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarda qeyd edilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; İkincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; Üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq cinayəti bir başa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Hüquq ədəbiyyatından da müəyyən olunduğu kimi xuliqanlıq cinayəti yəni təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində vəs. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində isə göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Həmin qərarın 5-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunması, yəni onun zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasını məhz xuliqanlıq niyyəti ilə törətməsi barədə istintaq orqanının mövqeyi ilə razılaşaraq, ibtidai araşdırma orqanının gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası ibtidai araşdırma orqanının bu hüquqi mövqeyini ağlabatan və obyektiv hesab edərək, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinaytəin tərkib əlamətlərinin mövcudluğunun işin faktiki halları ilə də təsdiq olunduğunu hesab edir. Beləliklə məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi ilə yanaşı (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri), istintaq hərəkətlərinin ptotokolları, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi ilə yanaşı, (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan ərizədən və ifadələrdən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və təqsirləndirilən şəxsin əməlini (təqsirini) qismən etiraf etməsini və hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərindən sonra törədilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə görə cəzanı yüngülləşdirən hallar aşağıdakılardır. 59.1.8. cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi. 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi. 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd olunan cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri rəhbər tutularaq təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. (İş vərəqə 53-58) Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli Suraxan Rayon Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:22-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli Suraxanı Rayon Məhkəməsinin qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində (həbsetmənin əvəlli xx.xx.2024-cü il tarixdən hesablanmaqla) 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, bundan sonra isə həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri xx.xx.2024-cü il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai araşdırma dövrü ərzində 03 (üç) ay müddətində, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (fasiləsiz) tutulmaqla həbsdə və ev dustaqlığında olması Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı tutulmaqla həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Bununla yanaşı, təqsirləndirilən şəxsə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək (ləğv edilərək), onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan cinayətin törədilməsində istifadə olunmuş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır (verilməlidir). Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (15+10) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə (Müdafiəçi1) Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı tutulmaqla həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək (ləğv edilərək) onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası bu hissədə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan cinayətin törədilməsində istifadə olunmuş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılsın (verilsin). İş üzrə ekspertiza xərcinin olmaması nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 200 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-894/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-894/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver