Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-895/2022 27.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Vurğun qəsəbəsində pasport qeydiyyatında olan və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Bəhruz” adlı şəxs və ya qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-3175,743 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 830 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan ünvanda gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin narkotik vasitə heroinin 45,743 qramını bir ədəd bükümə ayıraraq üzərində, qalan narkotik vasitə və psixotrop maddələri isə idarə etdiyi “Mersedes Benz” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 sentyabr 2021 -ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 23:45-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Baş İdarəyə gətirilmiş və adı çəkilən idarədə 06 sentyabr 2021-ci il tarixdə saat 01:10-dan keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda-45,743 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 06 sentyabr 2021-ci il tarixdə saat 02:00-da Baş İdarənin həyətində Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə idarə etdiyi “Mersedes Benz” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa sağ oturacağında gizlətdiyi bir ədəd qara rəngli çantadan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı 03 ədəd bükümdə ayrılıqda çəkiləri 1000 qram, 1030 qram və 1100 qram olmaqla ümumilikdə külli miqdarda - 3130 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda - 830 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan metal qaşıq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etmişdir. 05 sentyabr 2021-ci il tarixdə axşam saatlarında yaşadığı mənzildən çıxaraq siqaret almaq üçün marketə getmiş, oradan çıxanda mülki geyimdə olan şəxslər özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib ona müqavimət göstərərk avtomobilə mindirmişlər. Bundan sonra məhəlləyə aparıb onu döymüşlər və sonra onun yaşadığı evə daxil olmuşlar. Bu zaman evdə bacısı və qardaşı da olmudur. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada fiziki, psixi təsir və təzyiq etdikləri üçün ona məxsus olmayan narkotik vasitə və psixotrop maddələri boynuna götürmək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan olunmuş ifadəsində, ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 06 sentyabr 2021-ci il tarixli şübhəli şəxs qismində və 07 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadələrində bildirmişdir ki, heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri tanışı İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxs göndərmişdir. Bəhruzu təxminən bir ay olar ki, tanıyır. Bəhruzla “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Belə ki, Bəhruz profilindən ona yazmağa başlamış və münasibətləri yaranmışdır. X4 proqramı vasitəsi ilə danışmağa başlamışlar. Söhbət əsnasında Bəhruz ona öz adamları vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə və psixotrop maddələr keçirdiyini həmin narkotik vasitə və psixotrop maddələrin dəqiq ünvanını ona izah edəcəyini, onun həmin narkotik vasitə və psixotrop maddələri götürüb sonradan Bəhruzun söylədiyi ünvana yerləşdirməli olduğunu əvəzində isə 700 manat pul verəcəyini bildirmişdir. Pulu kimin verəcəyini soruşduqda isə sonradan bu barədə ona məlumat verəcəyini bildirmişdir. 20 avqust 2021-ci il tarixdə Bəhruz ona Vatsap proqramı vasitəsi ilə zəng edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı zibil qutularının yanında bir ədəd qara rəngli çantanın olduğunu və həmin çantanı oradan götürməsini bildirmişdir. Həmin gün idarə etdiyi “Mersedes Benz” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gedərək qara rəngli çantanı oradan götürmüşdür. Həmin çantanı açmış və içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzinin olduğunu görmüşdür. Bundan sonra həmin çantanı avtomobilində saxlamağa başlamışdır. Çantanın içərisində olan narkotik vasitə və psixotrop maddələri Bəhruzun göndərdiyi elektron tərəzi ilə çəkərək üç hissəyə bölmüşdür. Həmin narkotik vasitə və psixotrop maddələri bükümlərə bölmək üçün metal qaşıqdan istifadə edirmiş. Həmin çantada olan narkotik vasitə və psixotrop maddələri Bəhuruzun sonradan söylədiyi ünvanlara yerləşdirmişdir. Buna görə Bəhruz ona məxsus bank kartına 800 manat pul göndərmişdir. Sonuncu dəfə Bəhruz ona 02 sentyabr 2021-ci il tarixdə Vatsap proqramı vasitəsi ilə zəng edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində Primorski adlanan ünvanda bir ədəd çanta olduğunu bildirmiş və həmin çantanı oradan götürməsini istəmişdir. Bəhruzun izah etdiyi ünvana gedərək onun dediyi çantanı götürmüş və idarə etdiyim “Mersedes Benz” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyaraq oradan uzaqlaşmışdır. Həmin çantanı açıb içərisinə baxmış və içərisində narkotik vasitə və psixotrop maddələrin olduğunu görmüşdür. Bundan sonra əvvəlki çantada olan elektron tərəzini və narkotik vasitələri bölmək üçün istifadə etdiyi metal qaşığı da həmin çantanın içərisinə qoymuşdur. Bakı şəhərində daimi yaşadığı ünvan olmadığı üçün həmin çantanı idarə etdiyi avtomobildə saxlayırmış. 05 sentyabr 2021-ci il tarixdə axşam saat 23 radələrində şəxsi işləri ilə əlaqədar ünvan 5 ünvanın qarşısına getmişdir. İdarə etdiyi “Mersedes Benz” markalı **-GO-*** dövlət qeydiyyan nişanlı avtomobilin qarşısında dayanarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu idarə etdiyi avtomobillə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmişdir. Daha sonra onu şübhəli şəxs qismində tutmuşlar. Bundan sonra ona üzərinə videoçəkiliş əsasında şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Buna etiraz etmədiyi üçün 06 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsi xahiş edilmişdir. Bundan sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin büküm açılmış və içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroin olduğu bildirilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon, özünə məxsus sürücülük vəsiqəsi, beş ədəd plastik bank kartları və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 53 qram olduğu müəyyən edilmidir. Həmin büküm qablaşdırılaraq möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan əlavə ondan aşkar edilmiş mobil telefon, sürücülük vəsiqəsi, plastik bank kartları iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş və bir ədəd açar ona geri qaytarılmışdır. Sorğu zamanı aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik vasitələri “Bəhruz" adlı şəxsin sonradan söyləyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, həmçinin idarə etdiyi “Mersedes Benz" markalı **-GO-*** dövlət qeydiyyan nişanlı avtomobildə narkotik vasitə saxladığını, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə yazaraq təqdim etmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün imzalamışdır. Bundan sonra həmin gün saat 02 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində onun razılığı və iştirakı ilə idarə etdiyi “Mersedes Benz” markalı 99- GO-426 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxışa başlamazdan əvvəl ona baxışın videoçəkilişdən istifadə edilməklə aparılacağı barədə məlumat verilmiş və etiraz etmədikdən sonra polis əməkdaşları avtomobilində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsini təklif etmişlər. Həmin avtomobilin sağ arxa oturacağında gizlətdiyi bir ədəd çantanı təqdim etmişdir. Həmin çantanın içində bir bükümdə psixotrop maddə metamfetamin, üç bükümdə narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və bir ədəd metal qaşığın olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin bükümlərə baxış keçirilmişdir. Psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 859 qram olduğu müəyyən edilmişdir. Daha sonra narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 3 kq 203 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra avtomobilə baxış keçirilmiş və iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya, predmet və ya maddə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Bəhruz adlı İran vətəndaşının göndərdiyi narkotik maddələri pul qarşılığında Bakı şəhərində müxtəlif yerlərə çatdırdığını və **********537946 nömrəli plastik bank kartına narkotik vasitələrin dövriyyəsindən əldə etdiyi pulların yükləndiyini bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığı üçün imzalarla təsdiq edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində polis əməkdaşları tərəfindən saxlanılan zaman, üzərinə şəxsi axtarış keçirilən zaman və idarə etdiyi avtomobilə baxış keçirilərkən ona qarşı hər hansı bir təzyiq olmadığını, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, sadəcə İran İslam Respublikasının vətəndaşı Bəhruz adlı şəxsin göndərdiyi çantada olan narkotik vasitə və psixotrop maddələri onun sonradan deyəcəyi ünvanlara yerləşdirməli olduğunu, əvəzində isə Bəhruzun ona 700 manat pul verəcəyini, sol göz nahiyəsində olan göyərmənin iki-üç gün əvvəl Nəsimi rayonu ərazisində tanımadığı şəxslə mübahisə edərkən həmin şəxs tərəfindən edildiyini, həmin şəxsin onun göz nahiyəsinə yumruq zərbəsi vurduğunu, onun anket məlumatlarını dəqiq bilmdiyini, aralarında olan mübahisənin avtomobilin parklanmasına görə olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs verdiyi izahatında qeyd edilən xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs “Mersedes Benz” markalı avtomobilin yaxınlığında görüb ona yaxınlaşaraq özlərini təqdim edib onu idarə etdiyi avtomobillə birlikdə Baş İdarəyə gətirmişlər. 06 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon, özünə məxsus sürücülük vəsiqəsi, 05 ədəd plastik bank kartları və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 53 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik vasitələri “Bəhruz” adlı şəxsin sonradan deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını üzərindən aşkar edilmiş plastik bank kartına narkotik vasitələrin dövriyyəsindən əldə edilən pulların yükləndiyini, əlavə olaraq idarə etdiyi “Mersedes Benz” markalı avtomobildə də narkotik vasitə saxladığını, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra bu bardə protokol tərtib edilmiş və etiraz olmadığı üçün imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz” markalı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs həmin avtomobilin sağ arxa oturacağında gizlətdiyi bir ədəd çantanı təqdim etmişdir. Həmin çantanın içindən bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, üç ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlələr, bir ədəd elektron tərəzi və bir ədəd metal qaşıq aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2, Şahid3 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs rayonda atasıgillə yaşayır, belə ki, onu Bakıya atasının avtomaşını ilə gətirmişdir. 05 sentyabr 2021-ci il tarixdə axşam işdən evə gələn zaman qonşusu Cəmilə xanım zəng edərək qardaşı Emini döyə-döyə bloka saldıqlarını bildirmiş, həyətə girəndə 2 nəfər mülki geyimli şəxsi görmüş, mənzilə daxil olanda isə hər otaqdan 1 nəfər şəxs çıxaraq üstünə gəlmişlər. Həmin vaxt qardaşı Eminin əl-qolu bağlanmış şəkildə divanda otuzdurulmuşdur. Bundan sonra onlara üstünə gəlməməklərini və özlərini təqdim etmələrini bildirdikdə 01 nəfər şəxs xidməti vəsiqəsini göstərərək Səttar adında polis əməkdaşı olduğunu bildirmişdir. Ondan telefon tələb etmişlər, bu zaman o üstündə olan 02 ədəd mobil telefonunu masanın üzərinə qoymuşdur. Məsələnin nə olduğunu soruşduqda “sonra bilərsən” deyərək onu otaqdan çıxarmışlar, ancaq ev dağıdılmışdır. Qardaşını döyərək “boynuna al, qol çək” dediklərini eşitmişdir. “Mişa” dedikləri şəxs onun yanında dayanmış, hadisə yerində təxminən 8 nəfər polis əməkdaşı olmuşdur. Onları üzdən tanıyır, ancaq adlarını bilmir. O, otağa daxil olanda Emin artıq döyülmüş vəziyyətdə olmuş, belə ki, o bunun səbəbini soruşduqda “sonra bilərsən” demişlər. Polis əməkdaşları masanın üzərinə nə isə qoymuşlar, lakin Emin boynuna götürmək istəməmiş, pulqabında 5.000 manat pulunun olmadığını gördükdən sonra Səttar müəllim onda olduğunu bildirmiş və çıxanda özünə qaytarmışdır. Səttar müəllim 30.000 manat müqabilində Emini buraxacaqlarını bildirmişdir. O, isə maaşa baxan adam olduğunu, evdən nə istəsələr götürə biləcəklərini və o miqdarda pulu tapa bilməyəcəyini bildirmişdir. Mənzildə təxminən 1 saat axtarış aparmışlar. Səttar müəllim 10.000 manat verəcəyi təqdirdə qardaşına işgəncə verməyəcəklərini bildirmişdir. Səttar müəllim pula görə nişanlısına yığması üçün mobil telefonunu vermişdir. Nişanlısına durumu izah edə bilməyəcəyini gördükdən sonra Səttar müəllim mobil telefonunu əlindən alaraq onunla özü danışmış və pulu götürüb Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlməsini bildirmişdir. Videoçəkilişdə də qardaşının gözaltında göyərmiş izlər olduğu görünür. Eminin magazadan çıxararaq döyə-döyə apardıqlarını bir çox adam görmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 şahid qismində dindirilmiş X2 ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək evə aparıldığını təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, kənddə onun yanında yaşayır, həyətyani sahəsi var, orada təsərüfatla məşqul olur. Emin həmişədə onun yanında olmuşdur. Oğlu xüsusi təyinatlı olmuş, oradan da 2-ci qrup əlil olmuşdur. Bir müddət idi ki, pensiyası kəsilmişdir. Tutulmamışdan əvvəl bacısını da götürüb Bakıya gəlmişdir ki, həm bacısını gətirsin, həm də pensiya məsələsini həll etsin. O, heç vaxt oğlundan şübhə etməmişdir ki, belə bir hərəkət edə bilər. Oğlu heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamış, əgər belə bir hərəkət etmiş olsaydı onun bundan məlumatı olardı. Məkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 6/3901 nömrəli rəyindən görünür ki, «Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 45,743 qram qəhvəyi rəngli maddə kütləsi (İH) kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən...” və s. yazılar olan çantadakı 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram (2H), 1030 qram (3H), 1100 qram (4H), ümumi təmiz çəkiləri 3130 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 830 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd “Sergio” markalı elektron tərəzi və 01 ədəd metal xörək qaşığının üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin və qaşığın üzərilərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. 1H, 2H və 3H-la işarələnmiş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 4H-la işarələnmiş heroin kütləsi 1H, 2H və 3H-la işarələnmiş heroin kütlələrindən tərkibinə görə fərqlidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 3175,743 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 3175,643 qram. Metamfetamin təmiz çəkisi - 830 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 829,9 qram.” Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 noyabr 2021-ci il tarixli, 4531 nömrəli rəyində göstərilmişdir ki, “Müayinə zamanı X6 Kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkiliş ilə həyata keçirilməsinə dair videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinində tərtib edilmiş “Avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 06 sentyabr 2021-ci il tarixli protokola əsasən həmin tarixdə saat 02:00-da Baş İdarənin həyətində Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə idarə etdiyi “Mersedes Benz” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa sağ oturacağında gizlətdiyi bir ədəd qara rəngli çantadan 03 ədəd bükümdə ayrılıqda çəkiləri 1000 qram, 1030 qram və 1100 qram olmaqla ümumilikdə külli miqdarda - 3130 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda - 830 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan metal qaşıq aşkar edilərək götürülmüşdür. Avtomobilə baxış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir Cinayət işinin istintaq zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş xx.xx.2021-ci il tarixli 007-12314-1221 nömrəli əməliyyat tapşırığına verilmiş xx.xx.2021-ci il tarixli 008-9412-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxsdən əldə etməsi, “Bəhruz” adlı şəxsin narkotik vasitə və psixotrop maddələri müxtəlif şəxslər vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Təqsirləndirilən şəxs verməsi aşkar edilsə də, onun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 04 fevral 2022ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması faktı əsasında aparılan araşdırma zamanı DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Şahid1 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarına əsasən "xxxx" ASC-dən götürülmüş bank əməliyyatlarına dair məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" ASC-nin 06 dekabr 2021-ci il tarixli, HTİD/6614 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. “Emin A” adlı fayla keçirilən baxış zamanı faylın içərisində Təqsirləndirilən şəxs tərəfindən müxtəlif ünvanlarda yerləşən “Unibank" ASC-yə məxsus bankomatlardan pulların çıxarıldığının görüntülərinin əks edildiyi fotoşəkillər aşkar edilmişdir. Təqsirləndirilən şəxs məxsus 5243 7544 1053 7946 hesab nömrəsinə müxtəlif şəxslər tərəfindən müxtəlif məbləğlərdə pulların köçürülməsi Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bir daha təsdiq edir. Odur ki, "xxxx" ASC-dən tərəfindən təqdim edilmiş bir ədəd “CD” disk maddi sübut kimi tanınmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarına əsasən "xxxx" ASC-dən götürülmüş bank əməliyyatlarına dair məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" ASC-nin 11 yanvar 2022-ci il tarixli, 157000/2-98 nömrəli məktubuna əlavə edilmiş iki ədəd CD diskdə təqdim olunmuşdur. Təqdim edilən disklərə istintaq zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, təqdim edilən bir ədəd CD diskin içərisində 04 ədəd fayl vardır. Həmin faylların adları “Copy of 1487", “Copy of 1487 1", “Copy of 1487 2” və “Copy of 1487 3”-dir. Həmin faylları keçirilən baxış zamanı müxtəlif şəxslər tərəfindən Təqsirləndirilən şəxs məxsus 4169 7416 9505 5788, 4169 7385 1523 0765, 4169 7332 2025 7153 və 1230 0000 0793 5687 nömrəli hesablara müxtəlif hesab nömrələrindən pulların köçürüldüyü, həmçinin Təqsirləndirilən şəxs tərəfindən müxtəlif hesab nömrələrinə pulların köçürüldüyü müəyyən edilmişdir. Təqdim edilən digər CD diskə keçirilən baxış zamanı içərisində “211900454 nömrəli cinayət işi” adlı faylın, həmin fayla daxil olduqda isə içərisində “Təqsirləndirilən şəxs 4x0765” və “Təqsirləndirilən şəxs 4x5788” adlı fayllann olması müəyyən edildi. “Təqsirləndirilən şəxs 4x0765” adlı fayla daxil olduqda içərisində bir ədəd “**********7601442152” adlı faylı olması həmin faylın içərisində isə 22 ədəd faylların oolması müəyyən edildi. Qeyd edilən 22 ədəd fayliara tərəfimdən keçirilən baxış zamanı həmin faylların içərisində Təqsirləndirilən şəxs tərəfindən müxtəlif ünvanlarda yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan pulların çıxarıldığının görüntülərinin əks edildiyi fotoşəkillər aşkar edilmişdir. Bundan əlavə “Təqsirləndirilən şəxs 4x5788” adlı digər fayla keçirilən baxış zamanı içərisində bir ədəd “********************" adlı faylın olması və həmin faylın içərisində isə bir ədəd “xx.xx.2021” adh faylın olması müəyyən edilmişdir. Qeyd edilən bir ədəd “xx.xx.2021” adlı fayla tərəfimdən keçirilən baxış zamanı həmin faylların içərisində Təqsirləndirilən şəxs tərəfindən müxtəlif ünvanlarda yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan pulların çıxarıldığının görüntülərinin əks edildiyi fotoşəkillər aşkar edilmişdir. Təqsirləndirilən şəxs məxsus 4169 7416 9505 5788, 4169 7385 1523 0765, 4169 7332 2025 7153 və 1230 0000 0793 5687 hesab nömrələrinə müxtəlif şəxslər tərəfindən müxtəlif məbləğlərdə pulların köçürülməsi Emin Ahyevin narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bir daha təsdiq edir. Odur ki, "xxxx" ASC-dən tərəfindən təqdim edilmiş iki ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3175,643 qram qalmış narkotik vasitə heroin, qalıq çəkisi 829,9 qram qalmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və bir ədəd metal qaşıq 19 fevral 2022-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMl-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götrülmüş 4169 7416 9505 5788, 4169 7385 1523 0765, 4169 7332 2025 7153 və 1230 0000 0793 5687 hesab nömrəli "xxxx" ASC-yə məxsus və 5243 7544 1053 7946 hesab nömrəli "xxxx" ASC-yə məxsus bank kartları 19 fevral 2022-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək onda narkotik vasitə olmadığını, narkotik vasitələrin satışı ilə məşqul olmadığını, həmin narkotik vasitələri polis əməkdaşları tərəfindən edilmiş təzyiqlər nəticəsində boynuna aldığını bildirməsi və özünü müdafiə üçün gətirdiyi digər dəlillər iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, əməliyyat aparatından daxil olmuş məktub və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur, odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və onun ifadəsinə tənqidi yanaşır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 və X7 ifadələrində Təqsirləndirilən şəxs qarşı təzyiq və zor göstərərək cinayəti boynuna qoyduqlarını bildirməkdə yalnız Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ikinci qrup əlil olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3175,643 qram narkotik vasitə heroin, qalıq çəkisi 829,9 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və bir ədəd metal qaşıq məhv edilməlidir: - Şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk, avtomobilə baxış və götürmənin videogörüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk, "xxxx" ASC-dən alınmış 02 ədəd “CD” disk, "xxxx" ASC-dən alınmış 01 ədəd “CD” disk, 4169 7416 9505 5788, 4169 7385 1523 0765, 4169 7332 2025 7153 və 1230 0000 0793 5687 hesab nömrəli "xxxx" ASC-yə məxsus bank kartları və 5243 7544 1053 7946 hesab nömrəli "xxxx" ASC-yə məxsus bank kartları cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi nə əsasən təyin olunmuş cəzaları qismən toplamaq ylu ilə qəti olaraq Təqsirləndirilən şəxs 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübutlar; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3175,643 qram narkotik vasitə heroin, qalıq çəkisi 829,9 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və bir ədəd metal qaşıq məhv edilsin:. - Şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk, avtomobilə baxış və götürmənin videogörüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk, "xxxx" ASC-dən alınmış 02 ədəd “CD” disk, "xxxx" ASC-dən alınmış 01 ədəd “CD” disk, 4169 7416 9505 5788, 4169 7385 1523 0765, 4169 7332 2025 7153 və 1230 0000 0793 5687 hesab nömrəli "xxxx" ASC-yə məxsus bank kartları və 5243 7544 1053 7946 hesab nömrəli "xxxx" ASC-yə məxsus bank kartları cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-895/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-895/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver