Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-895/2023 31.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri – X3 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1983-cü ildə Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 may 2023-cü il tarixdə, saat 12:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq dəqiq məlum olmayan vaxtda və mənbədən külli miqdarda, 4 (dörd) ədəd bükümdə hər birinin çəkisi ayrıayrılıqda 2,620 qram, 0,385 qram, 0,641 qram və 0,603 qram olmaqla ümumi təmiz çəkisi 4,249 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 oktyabr 2022ci il tarixdə, saat 18:55 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 1 ünvanın yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsində videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən 1(bir) ədəd kiçik torbanın içərisində olan külli miqdarda, 4 (dörd) ədəd bükümdə hər biri ayrı-ayrılıqda 2,620 qram, 0,385 qram, 0,641 qram və 0,603 qram olmaqla ümumi təmiz çəkisi 4,249 qram ağ rəngli kristallardan ibarət maddələr, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayının 20-də axşam saatlarında “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən kiçik bir torbada psixotrop maddə almış və istifadə etmək üçün yaxınlıqdakı çay evinə getmişdir. Çay evində otaqların birində əyləşərək aldığı psixotrop maddədən istifadə etmək istəyərkən polis əməkdaşları həmin yerə gələrək onu saxlamışlar. Saxlanıldığı zaman üzərində içində dörd ədəd büküm olan bir ədəd kiçik torbada psixotrop maddə olmuşdur. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız həmin predmetlərdən istifadə etmişdir. O, narkotik vasitələri və psixotrop maddələri tanımadığı şəxsin bank kartına pul köçürməklə almışdır. Belə ki, pulu köçürdükdən sonra həmin şəxs ona müəyyən ünvanlar demiş və o, həmin ünvanlara gedərək dediyi yerlərə qoyulmuş narkotik vasitə və ya psixotrop maddələri götürmüşdür. Tutularkən üzərində aşkar edilmiş psixotrop maddəni saxlanıldığı gün şəxsi istehlakı məqsədi ilə əldə etmişdir. Həmin psixotrop maddədən başqa onda az miqdarda qurudulmuş marixuana da olmuş, lakin polis əməkdaşları həmin qurudulmuş marixuanını çəkilişdə kənarlaşdırmışlar. Üzərində olan iki ədəd biri “Samsung”, digəri isə “İphone” markalı mobil telefonları polis əməkdaşları götürmüş, əlli səkkiz manat məbləğində pulu isə özünə qaytarmışlar. Psixotrop maddəni alarkən o, həmin maddənin ayrı-ayrı bükümlərə bükülməklə bükümlərin sayının dörd ədəd olmasını yalnız polis şöbəsində üzərində videoçəkiliş aparılarkən bilmişdir. Çəkilişdən əvvəl və çəkiliş zamanı hər hansı müdafiəçi olmamış, çəkiliş bir neçə dəfə dayandırılmaqla fasilələrlə keçirilmiş və müdafiəçi çəkiliş bitdikdən sonra gəlmişdir. Psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə və inyeksiya yolu ilə istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərdi ki, ona məxsus mobil telefonlarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı heç bir məlumat olmamışdır. O, “Əhmədli” metrostansiyasının yaxınlığındakı çay evində saxlanılmışdır. Lakin ibtidai istintaq orqanı tərəfindən istintaq sənədlərində onun guya küçədə saxlanılması kimi göstərilmişdir. İbtidai istintaq zamanı müstəntiq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunacağını bildirdiyi üçün o, istintaqın ilkin mərhələsində razılaşıb sənədləri imzalamışdır, daha sonra isə həmin məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirləndirildiyini öyrəndikdə ona təqdim edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Ona polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməmiş, hər hansı təzyiqə məruz qalmamışdır. Törətdiyi həmin əməldən çox peşman olmasını nəzərə alaraq məhkəmədən onu CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi.
3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, təxminən dörd ildir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Həmin maddələri daha çox siqaretin kağızına dolduraraq yandırıb çəkmək yolu ilə qəbul etmişdir. Narkotik vasitələri adı və anket məlumatları məlum olmayan şəxslərdən müxtəlif yerlərdən əldə etmişdir. 19 oktyabr 2022-ci il tarixdə axşam saatlarında “Ulduz” metrostansiyası yaxınlığında İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsdən 150 manat pul müqabilində 4 (dörd) ədəd şəffaf sellofan bükümdə “patı”, yəni psixotrop maddə metamfetamin almışdır. Həmin şəxslə əlaqəsi sosial şəbəkələr vasitəsi ilə yaranmışdır. 20 oktyabr 2022-ci il tarixdə, saat 18:55 radələrində Xətai rayonu, M.Rüstəmov küçəsində olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra onu ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunaraq şöbədə təqdim edilmiş vəkillərin siyahısından seçdiyi müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, şalvarının sağ yan cibindən 1 (bir) ədəd kiçik torbada olan 4 (dörd) ədəd şəffaf sellofan bükümlərdəki psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmişdir. Bundan əlavə əynində olan şalvarının sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “İphone” markalı mobil telefon və 58 (əlli səkkiz) manat məbləğində pul aşkar edillərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərində başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi psixotrop maddə metamfetamin tərəzidə çəkilmiş və metamfetaminin 4,46 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş psixotrop maddələr zərfə qoyularaq möhürlənərək qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. O da imza etmişdir. Onun üzərindən aşkar edilmiş 58 (əlli səkkiz) manat məbləğində pul ona geri qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs əlavə suallara cavab olaraq bildirmişdir ki, həmin psixotrop maddəni heç kimə satmamış və heç kimə hədiyyə etməmiş, psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. (Cild 1, iş vərəqi 35-36; 47-49; 60-62, 162-163) İşin halları və dəlilləri: Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir.
4. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Məlumat əməliyyat qrupunun rəhbəri kimi ona daxil olmuş, həmin məlumatın yoxlanılması və onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə Baş idarənin rəhbərliyinə raportla məruzə olunmuşdur. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarənin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, digər üzvü isə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Keçirilmiş ilkin əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün, yəni 20 oktyabr 2022-ci il tarixdə, saat 18:55-də, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 7 ünvanının yaxınlığında piyada hərəkət edən zaman ona yaxınlaşaraq xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. O adının Səfail, soyadının Nuriyev olmasını bildirdikdə onlar sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-yə dəvət etmiş, o isə heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən və bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. 34-cü Polis Şöbəsində hüquq və vəzifələri izah edilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qeyri-qanuni əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 4 (dörd) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “İphone X” markalı mobil telefon, 58 (əlli səkkiz) manat məbləğində pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisinin 4,46 qram olması müəyyən edilmişdir. Sonra aşkar edilmiş həmin kütlələr qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, üzərindən aşkar edilmiş 58 (əlli səkkiz) manat məbləğində nağd pul isə özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Araz” adlı şəxsdən Bakı şəhəri, Nərimanov rayonu ərazisində tutulduğu tarixdən bir gün əvvəl istifadə etmək məqsədilə 150 manata əldə etdiyini, “Araz” adlı şəxsi təxminən iki aya yaxın müddət ərzində tanıdığını, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir.
5. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
6. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddələrin aşkar edilməsinə görə Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən 21 oktyabr 2022-ci il tarixdə, saat 14:00-da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata götürülərək istintaqı aparılmışdır. (cild 1, iş vərəqi 1)
7. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar DİN-in BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. (Cild 1, i.v 4-13)
8. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 20 oktyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 352 və 445.2-ci maddələrinin tələbinə əsasən məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni hesab edilmişdir. (Cild 1, i.v. 122-123)
9. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 24 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 20:30-dan 20:38-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X5 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkilləri, polis polkovnik-leytenantı Şahid1 və polis mayoru Şahid2, müdafiəçi X2 iştirakı ilə Bakı şəhəri, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan şalvarının sağ yan yan cibindən 4 (dörd) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı və 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “İphone” markalı mobil telefonlar, 58 (əlli səkkiz) manat məbləğində pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildikdə həmin kütlələrin çəkisinin 4,46 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Aşkar edilmiş 2 (iki) ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 58 (əlli səkkiz) manat məbləğində pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kültələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsdən Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1 (bir) gün əvvəl istifadə etmək məqsədi ilə 150 manata əldə etdiyini bildirmişdir. “Araz” adlı şəxsi təxminən 2 (iki) ay olar tanıdığını, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etmişdir. İstintaq hərəkəti zamanı “Sony” markalı video kameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. (Cild 1, i.v 32-34)
10. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 oktyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 7 dəqiqə 54 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə müstəntiq K.K.Bayramlı tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi L.N.Mənsurovanın iştirakı ilə baxış keçirilməsinə dair 21 oktyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. (Cild 1, i.v 50)
11. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/6112 saylı, 21 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində - “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr” yazısı və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,620 qram, 0,385 qram, 0,641 qram və 0,603 qram olmaqla ümumi təmiz çəkisi 4,249 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 4,249 qram, tədqiqata sərf edildi – ümumi 0,16 qram, qalıq – 4,089 qram. Aparılmış tədqiqatın dəyəri 114 ( bir yüz on dörd) manatdır. (Cild 1, i.v 40-44)
12. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olmuş “İphone X” markalı mobil telefona müstəntiq K.K.Bayramlı tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi L.N.Mənsurovanın iştirakı ilə baxış keçirilməsinə dair 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonun “Foto” bölməsinə daxil olduqda işarələnmiş yer şəkili aşkar olunmuşdur. Mobil telefonun votsap bölməsinə daxil olduqda orada “Sahil” adlı ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi, “A” adlı ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi və “Qartal” adlı ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçiləri ilə aparılan danışıqlarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair fotoşəkillərin olması müəyyən edilmiş, həmin danışıqların fotoşəkilləri çəkilərək araşdırma materialına əlavə edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin faktı təsdiqləməmiş və danışıqların narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə olmadığını, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan başqa baxış zamanı aşkar edilmiş mobil telefon nömrələrinin sahiblərinin anket məlumatları barədə Təqsirləndirilən şəxs sual verilərkən həmin mobil telefon nömrələrinin bir qisminin sahiblərinin anket məlumatları haqqında məlumatının olmadığını, bir qisminin isə kimlərə məxsus olduğunu xatırlamadığını, adları qeyd olunmuş şəxsləri isə tanıdığını bildirmişdir. (Cild 1, i.v.66-73)
13. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olmuş “Samsung” markalı mobil telefona müstəntiq K.K.Bayramlı tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi L.N.Mənsurovanın iştirakı ilə baxış keçirilməsinə dair 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonun “Foto” bölməsinə daxil olduqda işarələnmiş yer şəkili aşkar olunmuşdur. Mobil telefonun votsap bölməsinə daxil olduqda orada “Vuq” adlı ***-***-**-** saylı və “Qartal” adlı ***-***-**-** saylı mobil telefon nömrələrinin, habelə +***- ***-**-**-22 və +994-77-300-62-03 saylı mobil telefon nömrələri istifadəçiləri ilə aparılan danışıqlarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair, o cümlədən satışı ilə bağlı danışıqların olması müəyyən edilmiş, həmin danışıqların fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin faktı təsdiqləməmiş və danışıqların narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə olmadığını, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan başqa baxış zamanı aşkar edilmiş mobil telefon nömrələrinin sahiblərinin anket məlumatları barədə Təqsirləndirilən şəxs sual verilərkən həmin mobil telefon nömrələrinin bir qisminin sahiblərinin anket məlumatları haqqında məlumatının olmadığını, bir qisminin isə kimlərə məxsus olduğunu xatırlamadığını, adları qeyd olunmuş şəxsləri isə tanıdığını bildirmişdir. (Cild 1, i.v.74-82)
14. Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Məhşur Hüseynovun 5 dekabr 2022-ci il tarixli, 103-44103 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni haradan, hansı yolla və kimdən əldə etməsi, ilkin olaraq kim tərəfindən əldə edilməsi, narkotik vasitələrin Respublikanın ərazisinə hansı şəraitdə gətirilməsinin və sonuncunun narkotik vasitələrin əldə etdiyi mənbənin müəyyən olunması və onun narkotik vasitə satıb-satmamasının müəyyən olunması istiqamətində bir sıra tədbirlər keçirilmiş, əlaqələrində olan məxfi əməkdaşlara tapşırıqlar verilmiş, sonuncunun yaşadığı ünvanın yaxınlığında yaşayan şəxslərlə profilaktiki söhbətlər aparılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuş, lakin onun psixotrop maddələri aldığı İran islam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. (cild 1, i.v 119)
15. Ambulator komisyon məhkəmə-narkoloji ekspertizasının 6 dekabr 2022-ci il tarixli, 7400 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v 131-132)
16. “Baxış keçirilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 24 yanvar 2023-cü il tarixli 2107/23 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarına dair məlumatların əks olunduğu bir ədəd “CD” disk məhkəmədə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə sorğu edilən müddət ərzində daxil olan və çıxan ismarıcların tarixi, vaxtı, məzmunu, eləcə də göndərənin və qəbul edənin nömrələri, habelə mobil telefon nömrələrinin abunəçiləri haqqında məlumatlar əks olunmuş bir ədəd disk "xxxx" MMC-dən istintaq orqanına təqdim edilmişdir. “Baxış keçirilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli protokolda həmin diskə baxış zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik hər hansı məlumatın aşkar edilməməsi göstərilsə də, həmin diskə məhkəmədə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə bağlı sms yazışmalarının olması müəyyən edilmiş və həmin yazışmalar çap edilərək iş materiallarına əlavə edilmişdir. Belə ki, 12 avqust 2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə göndərilmiş mesajın məzmunu aşağıdakı kimidir: "Sefail nolar kolam qalıb orda fidan gələndə onu göndər birdə başıva dönüm mənə çəkilməmiş birazca da kola göndər də xaiş edirəm.” (Cild 1, i.v 134-135; cild 2, 84-85;)
17. “Baxış keçirilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 24 yanvar 2023-cü il tarixli 49/23 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarına dair məlumatların əks olunduğu bir ədəd “CD” disk məhkəmədə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə sorğu edilən müddət ərzində daxil olan və çıxan ismarıcların tarixi, vaxtı, məzmunu, eləcə də göndərənin və qəbul edənin nömrələri, habelə mobil telefon nömrələrinin abunəçiləri haqqında məlumatlar əks olunmuş bir ədəd disk "xxxx" MMC-dən istintaq orqanına təqdim edilmişdir. Həmin diskə baxış zamanı cinayət işi üzrə birbaşa və mötəbər sübut əhəmiyyətinə malik olan hər hansı məlumat aşkar edilməmişdir. (Cild 1, i.v 136-137)
18. “Sübutların qiymətləndirilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumilikdə 4,249 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatdan sonra qalıq qalmış 4,089 qram psixotrop maddə metamfetaminin saxlanması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Həmçinin həmin qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişin 1 (bir) ədəd “DVD-R” formatlı diski, "xxxx" MMC və "xxxx" MMCdən daxil olmuş 2 (iki) ədəd “CD” disk və Təqsirləndirilən şəxs götürülmüş, saxlanılarkən üzərində olan ***-***-**-** saylı simkart nömrəsi olan “Samsung” markalı və ***-***-**-** saylı simkart nömrəsi olan “İphone” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, disklərin cinayət işinə əlavə edilməsi nəzərə alınmış və mobil telefonların isə saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. (Cild 1, i.v. 143-150)
19. “Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaqı aparılır. (Cild 1, i.v.152)
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 26 noyabr 2022-ci il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 221.3-cü maddələri ilə iki ayrı iş üzrə müxtəlif cəzalara məhkum olunmuş, həmin işlər üzrə təyin edilmiş cəzalar çəkilmiş və məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2020ci il tarixdən hesablanmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 1(103)- 1387/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v 106-118; cild 2, 44-60;)
21. Bakı Ağır Cinayətlər Məhkəməsində baxılaraq yekunlaşdırılmış (sədrlik edən Mirzə Xankişiyev, hakimlər Faiq Qəniyev və İlham Mahmudov) 1(101)-446/2021 saylı cinayət işinin materiallarında olan hökmün icrası ilə bağlı müvafiq sənədlərin surətləri sorğu əsasında əldə edilməklə məhkəmədə tədqiq edilmişdir. X7 15 mart 2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, həmin hökm 30 avqust 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin 17 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə cəzaçəkmə müəssisəsindən cəzasının sonu ilə azad olunmuşdur. (Cild 1, i.v 106-118; cild 2, 44-60;)
Əməlin tövsifi və digər hüquqi məsələlər:
22. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. 23.“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
24. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
25. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 4,249 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 28 dəfə, külli miqdarından isə təxminən 2 dəfə artıq olması, eləcə də psixotrop maddələrin çoxsaylı bükümlərdə saxlanılması, habelə mobil telefonlarında, həmin telefonlardakı mobil tətbiqlərdə və sms yazışmalarında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair yazışmalar, danışıqlar və görüntülərin müəyyən edilməsi onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
26. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmaması, üzərində aşkar edilmiş psixotrop maddənin çoxsaylı bükümlərdə olmasını bilməməsi, ittihamda göstərilən yerdə və vaxtda deyil başqa yerdə və vaxtda tutulması, tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilərkən və şəxsi axtarış keçirilməzdən əvvəl hər hansı müdafiəçinin olmaması, çəkilişin fasilələrlə bir neçə dəfə edilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Halbuki, hökmün 10-cu bəndində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən müdafiəçinin nəinki iştirak etməsi, eyni zamanda müdafiəçinin hüquqlarını müdafiə etdiyi şəxsin maraqlarını fəal şəkildə müdafiə edərək ona qarşı hər hansı fiziki, psixi və sair zorokılığın olub-olmamasını aydınlaşdırması və tərtib edilmiş protokolun düzgünlüyünü yoxlayaraq imzalaması əyani formada öz əksini tapmışdır. Həmçinin müdafiəçi L.N.Mənsurovanın müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən fəal şəkildə onu müdafiə edərək sonuncunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etməsi müəyyən edilmişdir.
27. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş içərisində ***-***-**-** saylı mobil telefon nömrəsi olan bir ədəd “İphone” markalı və içərisində ***-***-**-** saylı mobil telefon nömrəsi olan bir ədəd “Samsung” markalı mobil telefonlarına keçirilmiş baxış zamanı, Təqsirləndirilən şəxs həmin mobil telefonlara yüklənmiş “Whatsapp” ani mesajlaşma tətbiqi üzərindən şəxsiyyətləri ibtidai istintaq orqanı tərəfindən ayrıca cinayət işində araşdırılan şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən yazışmalar aparması, habelə mobil telefonların fotokamerası vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin digər şəxslər tərəfindən götürülməsi üçün təşkil olunmuş, müxtəlif ox işarələri ilə istiqamətləndirilən gizlin saxlanc yerlərinə bənzər görüntüləri əks etdirən müxtəlif fotoşəkillər də Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş çoxsaylı bükümlərə bükülmüş külli miqdarda psixotrop maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşıdığını təsdiq edir.
28. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
29. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
31. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin istehlakçısı olmaqla yanaşı digər istehlakçılarla razılıq əldə etməsinə dair mobil telefonlar vasitəsilə aparılmış yazışmaların aşkar edilməsi, satış üçün külli miqdarda psixotrop maddəni ayrı-ayrı bükümlərə qablaşdırması və sair hallar nəticədə ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.
32. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
33. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
34. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
35. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
36. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
37. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
38. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
39. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
40. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
41. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
42. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
43. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini və məhkəmə icraatı dövründə davranışını, o cümlədən törədilməsində özünü təqsirli bildiyi cinayət əməlinə münasibətdə peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
44. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (hökmün 20-ci bəndi). Həmin Məcəllənin 65.1 və 65.2ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
45. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
46. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Belə ki, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə və tərbiyə müəssisəsinin növünü müəyyən edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56 və 85-ci maddələrinin tələblərinə sözsüz əməl edilməsinin vacibliyi məhkəmələrin diqqətinə çatdırılsın. Nəzərə almaq lazımdır ki, bu və ya digər cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünün məhkəmənin mülahizəsinə görə müəyyən edilməsini qanun istisna edir. Həmin qərarın 3-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsə cəzanın çəkilməsi o zaman ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilir ki, o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş olsun. Həmin qərarın 4-cü bəndində vurğulanır ki, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (AR CİM-in 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Qeyd edilən bəndin ikinci abzasında əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər anlayışına daxil olan hallar da sadalanmışdır. Qeyd edilən qərarın 5-ci bəndində isə əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməyən hallar sadalanmışdır.
47. Hazırki cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2020ci il tarixdən hesablanmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lakin həmin hökm yalnız 30 avqust 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs 17 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən cəzasının sonu ilə azad olunmuşdur. (hökmün 20-21-ci bəndləri)
48. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istintaq təcridxanasının müdiriyyəti tərəfindən hökmün surətini və onun icrası barədə məhkəmənin göstərişi alındığı vaxtdan on gündən gec olmayaraq cəzalarını çəkmək üçün cəzaçəkmə müəssisələrinə göndərilirlər. Halbuki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü qanuni qüvvəyə minmədən o, saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından 17 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmiş, hökmün çıxarıldığı tarixdən isə 17 gün sonra həmin cəzaçəkmə müəssisəsindən cəzasının sonu ilə azad olunmuşdur.
49. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasına baxmayaraq, o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilə bilməz və buna görə də, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. 50.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
51. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v.24, 89-91)
52. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.4.8ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır.
53. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
54. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
55. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Xətai RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 4,089 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, “Samsung” və “İphone” markalı iki ədəd mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd “DVD-R”, habelə "xxxx" və "xxxx" MMC-lərdən daxil olmuş cəmi 2 (iki) ədəd “CD” formatlı disklər hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
56. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
57. İş üzrə mülki iddia verilməmişdir.
58. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. AR CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına əsasən müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq hər iş saatı üçün 6 (altı) manat miqdarında məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı hüquq məsləhətxanasının hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. 59.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
60. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. 61.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Xətai rayon Polis İdarəsində saxlanılan 4,089 qram psixotrop maddə metamfetamin məhv edilsin, “Samsung” və “İphone” markalı mobil telefonlar təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.