Məhkəmə qərarları › İş №1(101)-895/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-895/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-895/2025 20.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, ünvan 3 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etməklə satış məqsədi ilə qanunsuz olaraq özünü “İlkin” və “Həmid” adları ilə təqdim edən həmin şəxsdən 48,738 qram psixotrop maddə metamfetamini və külli miqdarda 197.477 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək üzərində və yaşadığı ünvanında saxlamaqla daşımış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 01:20-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, Xəzər MTK yaşayış kompleksi, bina 3 ünvanının yaxınlığında saxlanılaraq 20 metr aralıda Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında üzərinə şəxsi axtarış keçirilərkən əyinində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində təmiz çəkisi 3,629 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi ünvan 4 ünvanına baxış keçirilərkən həmin mənzilin qonaq otağındakı divanının altından 01 ədəd bükümdə 114,579 qram və 18 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,144 qram; 3,651 qram; 3,471 qram; 3,204 qram; 1,639 qram; 0,657 qram; 2,764 qram; 3,595; 3,569 qram; 14,340 qram; 3,558 qram; 3,606 qram; 9,758 qram; 2,571 qram; 8,289 qram; 4,263 qram; 0,151 qram; 3,668 qram ümumi təmiz çəkisi 197,477 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 14,230 qram və 14 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,535 qram; 2,651 qram; 1,683 qram; 1,720 qram; 3,664 qram; 2,607 qram; 1,602 qram; 0,705 qram; 3,843 qram; 1,679 qram; 5,026 qram; 0,720 qram; 0,798 qram; 0,646 qram; ümumi təmiz çəkisi 45,109 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazrlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində heroinin və metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, saxlanıldığı vaxt üzərində heç bir narkotik vasitə olmayıb və evində aşkar olunan narkotik vasitələr isə büküm şəkilində olmamışdır. BNMİ-nin polis əməkdaşları, yəni əməliyyatçılar ona yaxınlaşmışlar. Onu 12 nəfər polis əməkdaşı saxlamışdır. Avtomobildən düşəndə əlində pivə şüşəsi və 1 ədəd siqaret qutusu olmuşdur. Polis əməkdaşları onu avtomobildən düşən kimi saxlamışlar. Sonra onu yaşadığı ünvana aparıb videoçəkiliş aparmışlar. Yaşadığı ünvandan onu BNMİ-yə aparmışlar. Onu polis əməkdaşları avqust ayının 9-undan 10-una keçən gecə saxlamışlar. O, suallara cavab olaraq bildirmişdir ki, ittihamda qeyd olunan narkotik vasitələrini özlərini İran İslam Respublikasının vətəndaşı “İlkin” və ya “Həmid” kimi təqdim edən şəxslərdən əldə etmişdir. Videoçəkilişlə şəxsi axtarış və götürmə hərəkəti saxlanıldığı vaxt olmamış, amma video çəkilişlə təqdim etmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Onu polis əməkdaşları 00:00-01:00 radələrində Yeni Günəşli qəsəbəsində saxlamışlar. Videoçəkilişlə şəxsi axtarış və götürmə hərəkətı saxlanıldığı vaxtdan 40 dəqiqə sonra olmuşdur. Tutulduqdan sonra yaşadığı mənzilə də baxış keçirilmişdir. Yaşadığı mənzilə baxış keçiriləndə saat təqribən 01-ə qalmış olardı. Yaşadığı mənzilə baxış keçirilərkən ondan başqa heç kim olmamışdır. Videoçəkiliş vaxtı müdafiəçi olmamışdır. İttiham aktında mənzilindən aşkar olunmuş qeyd olunan narkotik vasitələr bükümlər şəklində olmamış, bütöv şəkildə olmuşdur. Polis idarəsində ona qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır. Şahid2, Şahid1 tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsində qeyd olunanlar əvvəlcədən yazılmış mətn olmuş, sadəcə ona imza etdirmişlər. Həmin vaxtı xəstəliyi ilə əlaqədar həm özündə deyildi, həm də təzyiq altında olmuşdur. Aşkar olunan narkotik vasitələri öz istifadəsi üçün əldə etmişdir. Narkotik vasitəyə görə 14 ədəd avtomobilini satmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sadəcə bir fürsət idi ki, İranlıdan narkotik vasitəni götürüb niyyəti sonuncunu aldatmaq olmuşdur. Narkotik vasitəni götürdükdən sonra yolda əldə etdiyi narkotik vasitəni dediyi yerlərə yerləşdirməli idi, amma o, heç kimin balasını zəhərləməyə qoymamışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Sadəcə narkotik vasitə əldə etməzdən əvvəl xəstəliyi ilə əlaqədar dərmanlar qəbul edirdi. Mobil telefonundan aşkar olunan videoçəkiliş ona göndərilmiş videodur. Məhkəmədən 2 övladının olmasının, qız övladının asma xəstəsi olmasının, anasının, qardaşının da xəstə olmasının, aliment ödəməsinin, anasına, qardaşına, ailəsinə onun baxmasının nəzərə alınmaqla ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 10 avqust 2024-cü il tarixdə, saat 01:20-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D-massivi, Xəzər MTK yaşayış kompeksi, Bina 3 ünvanının yaxınlığında 4 nəfər mülki geyində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olubolmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içindən 1 bükümdə, ağ rəngli, metamfetamin aşkar olunmuş, daha sonra o, həmin şalvarın sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusunu, özünə məxsus sürücülük, şəxsiyyət vəsiqələrini, **********857379 nömrəli bank kartını, həmin şalvarın sol arxa cibindən 1 ədəd Samsung markalı mobil telefonu, sağ arxa cibindən, 1 ədəd “Redmi” markalı mobil telefonu təqdim etmiş, sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı əynində olan şalvarın sol arxa cibindən 2 ədəd açar aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, sürücülük və şəxsiyyət vəsiqələri, həmçinin bank kartı götürülmüş və digər əşyalar geri qaytarılmışdır. Daha sonra yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D-massivi, ünvan 5 ünvanına video çəkiliş dayandırılmadan gedilmişdir. 2-ci mərtəbədə yerləşən yaşadığı mənzilin qapısını açmışdır. Bu zaman ona gizlətdiyi narkotikləri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, yaşadığı mənzilin qonaq otağındaki divanın altında gizlətdiyi 2 ədəd torbanı təqdim etmişdir. Həmin torbaların içərisindən 1 ədəd nisbətən böyük, 14 bükümdə nisbətən kiçik bükümlərdə ağ rəngli, metamfetamin, 1 ədəd nisbətən böyük, 18 ədəd isə nisbətən kiçik bükümlərdə heroin və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və metamletaminin qablaşdırma ilə birlikdə ümumillikdə çəkisi 56 qram, heroinin qablaşdırma ilə birlikdə ünıumillikdə çəkisi isə 273 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Mənzilin digər otağlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. O, verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni özünü “İlkin və Həmid” adları ilə təqdim İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Daha sonra polis əməkdaşları onu BNMİ-yə aparmışlar. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Saxlanılarkən və ya üzərinə şəxsi axtarış aparılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, həmçinin psixoloji təsirə məruz qalmamışdır. Törətdiyi əməli səmimi etiraf edərək üzərində olan narkotik vasitəni təqdim etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində məlumat ona daxil olmuşdur. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması göstərilmişdir. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, D yaşayış massivi, Xəzər MTK yaşayış kompleksinin həyətində saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra özlərini təqdim etmişlər və üzərində şəxsi axtarış və götürmə həyata keçirtmişlər. Baxış zamanı sonuncunun üzərindən 6 qram narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Daha sonra isə videoçəkilişi dayandırmadan Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirtməyə qalxmışlar. Mənzilə baxış zaman Təqsirləndirilən şəxs dolabdan narkotik vasitələr təqdim etmişdir. Aşkar olunan narkotik vasitələri sənədləşdirib istintaqa təhvil vermişlər. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri Hövsan qəsəbəsi ərazisində İran İslam Respublikasının vətəndaşları “İlkin” və “Həmid” adlı şəxslərdən əldə etdiyini və pul müqabilində deyilən yerlərə aparıb qoyacağını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayıb aşkar olunanları sənədləşdirdikdən sonra BNMİ-yə aparmışlar. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, D yaşayış massivi, Xəzər MTK yaşayış kompleksinin həyətində saxlamışlar. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni Plenum qərarına əsasən videoçəklişlə yaşadığı binanın blokunun qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən siqaret qutusunun içərisindən 6 qram narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı mənzildən 14 büküm metamfetamin, 18 büküm heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında tərəflərindən tədbir keçirilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, Xəzər İnşaat yaşayış kompleksinin həyətində Təqsirləndirilən şəxs saxlamışlar. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması göstərilmişdir. Təqsirləndirilən şəxs üzərinə saxladıqları yerdə videoçəkilişlə baxış keçirtmişlər. Videoçəkilişdə 4 nəfər polis əməkdaşı olmuşlar. Təqsirləndirilən şəxs üzərindən siqaret qutusunun içərində 6 qram narkotik vasitə metamfetamin aşkar olunmuş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə videoçəkilişlə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evdəki divanın altından 1 büküm çəkisi 56 qram olan metamfetamin və 1 büküm çəkisi 250 qramdan çox olan heroin və 1 ədəd tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Həmid” adlı şəxsdən əldə etdiyini bildirmiş və həmin narkotik vasitələri pul müqabilində “Həmid” adlı şəxsin dediyi yerlərə aparıb qoyacağını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs dəqiq saat neçədə saxladıqları yadında deyil, amma gecə radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılmasında 4 nəfər polis əməkdaşı iştirak etmişdir. Şəxsi axtarış və götürmə hərəkətində və mənzilə baxışda şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə sonuncunun üzərində axtarış keçirtdikdən dərhal sonra, yəni videoçəkilişi dayandırmadan mənzilə qalxıb baxış keçirtmişlər. Narkotik vasitələr mənzilin qonaq otağındakı divanın altından aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı mənzildə 14- 15 ədəd büküm metamfetamin və 18-20 ədəd heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Həmid” adlı şəxsdən əldə etdiyini bildirmiş və həmin narkotik vasitələri pul müqabilində “Həmid” adlı şəxsin dediyi yerlərə aparıb qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yeni Günəşli qəsəbəsində yaşadığı binanın qarşısında narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına görə saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra üzərində olan narkotik vasitə metamfetamini təqdim etmişdir. Daha sonra təqdim olunandan başqa qanunla qadağan olunmuş predmetin olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs yaşadığı mənzildə də narkotik vasitə olduğunu bildirmişdir. Yaşadığı mənzildə divanın altında olan narkotik vasitə heroin və metamfetamini təqdim etmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları andan sona qədər videoçəkiliş aparmışlar. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs saxladıqları vaxt siqaret qutusunun içərisində narkotik vasitə metamfetamin, mobil telefon, avtomobil açarı aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın həqiqiliyinin yaxlanılması ilə əlaqədar 4 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, D yaşayış massivi, Xəzər MTK yaşayış kompleksinin həyətində saxlamışlar. Saxladıqları vaxt Təqsirləndirilən şəxs üzərindən siqaret qutusunun içərisindən 1 büküm aşkar olunmuşdur. Bükümün nə olduğu soruşulduqda narkotik vasitə metamfetamin olduğunu bildirmişdir. Daha sonra onlarda Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olması barədə məlumatları olmuşdur. Təqsirləndirilən şəxs özüdə səmimi olaraq yaşadığı mənzildə də narkotik vasitə olduğunu bildirmişdir. Mənzilə baxış zamanı 250 qram heroin, 50 qrama yaxın metamfetamin aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, D yaşayış massivi, Xəzər MTK yaşayış kompleksinin həyətində, yaşadığı binanın giriş qapısının qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən siqaret qutusnun içərisindən 1 büküm narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Qalan narkotik vasitələr mənzildəki divanın altından aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından aldığını və sonuncunun dediyi yerlərə aparıb yerləşdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (l cild i.v. 1-2) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D-massivi, ünvan 3 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi bildirilmişdir. (l cild i.v. 4) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D-massivi, ünvan 3 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 5-6) xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair protokoldan, xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içindən 1 bükümdə, ağ rəngli, metamfetaminə bənzər kütlə aşkar olunmuş, daha sonra Təqsirləndirilən şəxs həmin şalvarın sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusunu, özünə məxsus sürücülük, şəxsiyyət vəsiqələrini, **********857379 nömrəli bank kartını, həmin şalvarın sol arxa cibindən 1 ədəd Samsung markalı mobil telefonu, sağ arxa cibindən, 1 ədəd “Redmi” markalı mobil telefonu təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan şalvarın sol arxa cibindən 2 ədəd açar aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6 qram olmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, sürücülük və şəxsiyyət vəsiqələri, həmçinin bank kartı sonuncudan götürülmüş və digər əşyalar geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Dmassivi, ünvan 5 ünvanına video çəkiliş dayandırılmadan gedilmiş, sonuncu 2-ci mərtəbədə yerləşən yaşadığı mənzilin qapısını açmış, bu zaman ona gizlətdiyi narkotikləri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağındaki divanın altında gizlətdiyi 2 ədəd torbanı təqdim etmişdir. Həmin torbaların içərisindən 1 ədəd nisbətən böyük, 14 bükümdə nisbətən kiçik bükümlərdə ağ rəngli, metamfetaminə bənzər, 1 ədəd nisbətən böyük, 18 ədəd isə nisbətən kiçik bükümlərdə heroinə bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumillikdə çəkisi 56 qram, heroinə bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumillikdə çəkisi isə 273 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni özünü “İlkin və Həmid” adları ilə təqdim İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü bildirmişdir. (l cild i.v 10-12, 63-64) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 04:40-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 01:20-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 29) xx.xx.2024-cü il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan müəyyən edilmişdir ki, təqdim olunan 3 ədəd ağ rəngli zərfə, 1 ədəd DVD-yə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qablaşdırılan zərfdən 1 bükümdə metamfetaminə, yaşadığı mənzilə baxış keçirilən zaman qablaşdırılmış zərflərdən isə 1 ədəd nisbətən böyük, 14 bükümdə nisbətən kiçik bükümlərdə ağ rəngli, metamfetaminə bənzər, 1 ədəd nisbətən böyük, 18 ədəd isə nisbətən kiçik bükümlərdə heroinə bənzər kütlələr, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 2 ədəd mobil telefon, şəxsiyyət, sürücülük vəsiqələri, həmçinin bank kartı təhqiqata təqdim olunmuş və götürülmüşdür. Daha sonra 1 ədəd DVD-yə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. (l cild i.v 33-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/4068 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tətqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə S.Aləddin. (imza)” yazısı və imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 3,629 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələr Təqsirləndirilən şəxs. (imza)” yazısı və imzalar olan iki ədəd paketdə, bir ədəd bükümdə təmiz çəkisi 114,579 qram və 18 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 10,144 qram, 3,651 qram, 3,471 qram, 3,204 qram, 1,639 qram, 0,657 qram, 2,764 qram, 3,595 qram, 3,569 qram, 14,340 qram, 3,558 qram, 3,606 qram, 9,758 qram, 2,571 qram, 8,289 qram, 4,263 qram, 0,151 qram, 3,668 qram ümumi təmiz çəkisi 197,477 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 14,230 qram və 14 ədəd bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri 3,535 qram, 2,651 qram, 1,683 qram, 1,720 qram, 3,664 qram, 2,607 qram, 1,602 qram, 0,705 qram, 3,843 qram, 1,679 qram, 5,026 qram, 0,720 qram, 0,798 qram, 0,646 qram ümumi təmiz çəkisi 45,109 qram ağ rəngli kristalçəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs Canələddin oğlundan aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 48,738 qramdır və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. (İ cild i.v. 40-45) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 51-53) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-257/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(010)-414/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 82-86, 179-183) xx.xx.2024-cü il tarixli telefon aparatına baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Redmi” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı həmin telefon aparatının şəkillər və videoları olan qovluqda bir ədəd 25 saniyəlik və bir ədəd 42 saniyəlik videolardan görünürki, qəhvəyi rəngli iki ədəd şəffaf sellofana bükülmüş bağlamalar elektron tərəziyə qoyularaq çəkiləri qeydə alınmışdır, daha sonra həmin mobil telefonun şəkillər saxlanılan qovluğunda 6 ədəd fotəşəkillər vardır, həmin fotoşəkillərdə yaşıl rəngli oxu ilə gizlədilən narkotik vasitələrin və ya psixotrop maddələrin yerləri göstərilmiş, yəni həmin maddələri “zakladka” deyilən üsul ilə göndərilmişdir. Həmçinin həmin qovluqda 8 ədəd müxtəlif məbləğlərdə bank kartına göndərilmiş pulların qəbzləri də aşkar olunmuşdur. (İ cild i.v. 104, 110-112) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( İ cild, i.v. 115-116) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X10 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6892 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 117-118) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3127 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs CM-in 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan onun əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. (İ cild i.v. 119-122) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 3,629 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş təmiz çəkisi 197,477 qram narkotik vasitə heroin, təmiz çəkisi 45,109 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 3,529 qram psixotrop maddə metamfetamin, 196,917 qram narkotik vasitə heroin, 44,629 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. (İ cild i.v. 126-137) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 145-147) Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X3 adlı azyaşlı uşaqları vardır. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, saxlanıldığı vaxt üzərində heç bir narkotik vasitə olmaması, evində aşkar olunan narkotik vasitələr isə büküm şəkilində olmaması, aşkar olunan narkotik vasitələri öz istifadəsi üçün əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair protokol, xx.xx.2024-cü il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan, xx.xx.2024-cü il tarixli telefon aparatına baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, şübhəli şəxsin üstünün yoxlanılması və mənzilə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni özünü “İlkin və Həmid” adları ilə təqdim İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü səmimi etiraf edir. Digər tərəfdən, Təqsirləndirilən şəxs özünün şəxsi mobil telefonunda apardığı əməliyyatlar, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin miqdarının külli miqdar üçün müəyyən olunmuş həddindən dəfələrlə çox olması, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə olması, narkotik vasitələrin olduğu yerdən həmçinin tərəzinin də aşkar edilməsi, Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədiylə əldə etməməsi ilə bağlı verdiyi ifadələri tam şəkildə təkzib edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 04:40-da şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 01:20-də tutulmuş hesab edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-257/2024 saylı qərarı ilə barəsində 04 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(010)-414/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 3,529 qram psixotrop maddə metamfetamin, 196,917 qram narkotik vasitə heroin, 44,629 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 3,529 qram psixotrop maddə metamfetamin, 196,917 qram narkotik vasitə heroin, 44,629 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar