Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-896/2020 05.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X4 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs Müdafiəçi: Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Beyləqan rayonu Eyvazlılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Beyləqan rayonu, Eyvazlılar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 1-da yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs bir neçə gün əvvəl barəsində guya yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində əxlaqsızlıq yuvası və tiryəkxana təşkil etməsi kimi ifadələr səsləndirməsini bəhanə gətirib, yaranmış mübahisəni zor tətbiq etmək yolu ilə həll etmək iqtidarında olduğunu nümayiş etdirmək məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı həmin ünvana dəvət etdikdən sonra, evdə olan kənar şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yəni, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, içtimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən hərəkətlər etməklə üzərində gəzdirdiyi istinaqla müəyyən edilməsi mümkün olmayan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən ardıcıl olaraq altı dəfə qəsdən zərbələr vurub ona-döş-acromia arteriya və venanın tam kəsilərək zədələnməsinə səbəb olan sol körpücükaltı nahiyənin döş boşluğuna nüfuz etməyən bir ədəd və vena yugularis externanın (xarici yuqular vena) kəsilərək zədələnməsi ilə müşayiət olunan boyunun yuxarı 1/3-nin sağ yan səthinin bir ədəd cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid, sağ mil sümüyünün boynunun qapalı sınığı ilə müşayiət olunan sağ dirsək oynağı nahiyəsinin bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid, sağ saidin orta 1/3-nin bayır səthinin bir ədəd, belin sağ iç səthinin daxilə nüfuz etməyən bir ədəd və başın təpə nahiyyəsinin bir ədəd (cəmi üç ədəd) deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid, sol bazu oynağı nahiyəsinin sıyrığı və sol əlin yumşaq toxumasının əzilməsi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o heç bir yerdə işləmir, Beyləqan rayonu, Eyvazlılar kəndində qeydiyyatdadır. Təxminən 1 il 2 aya yaxındır ki, valideynlərinə məxsus Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, ünvan 1 ünvanda X5 ilə qeyri rəsmi şəkildə birgə yaşayır. Zərərçəkmiş şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Röyyalla tanışlıqları yaşadığı NZS qəsəbəsində təsadüf nəticəsində olub. Son hadisəyədək münasibətləri normal idi. Hər hansı ədavət və ya düşmənçilik olmayıb. 2020-ci ilin aprel ayının əvvəllərində NZS qəsəbəsindən Cəlal adlı dostu ona müraciət edərək, kirayə pulunu ödəməkdə çətinlik çəkdiyi üçün yaşadığı mənzilindən çıxarıldığını, bu səbəbdən ona müvəqqəti sığınacaq yeri verməyini xahiş etdi. Cəlalla dostluq münasibəti olduğu üçün onun vəziyyətinə acıyıb, yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında müvəqqəti olaraq məskunlaşmağı təklif etdi. Cəlal razılıq verdiyi üçün o yaşadığı mənzili tərk edərək, Günayın valideynlərinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 9-cu mədən küçəsində yerləşən nömrəsiz evə köçdü. Həmin vaxtdan Cəlal qeyri rəsmi münasibətdə olduğu Mehriban adlı qadınla onun evində yaşamağa başladı. Cəlalla Röyyalın münasibətləri o qədər də yaxşı deyildi. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında Cəlalla Mehriban ona zəng vurub, Röyyalın gecə saatlarında Calalın yaşadığı ona aid ünvana gəldiyini, hasardan həyətə tullanaraq Cəlalı çölə söhbətə çağırdığını, onun ünvanına təhqiramiz ifadələr işlətdiyini, lakin Cəlalın evdən çölə çıxmadığını bildirdilər. O Röyyala zəng vurub etdiklərinin düzgün olmadığını, evinə gələrək, səs-küy salmamasını bildirdi və ona üzbəüz görüşərək danışmağı təklif etdi. Həmin gün günorta saatlarında Cəlalla Röyyal arasında baş verənlər barədə məlumat almaq məqsədi ilə evinin yaxınlığına getdi. Həmin vaxt bir neçə tanışı ilə görüşüb söhbətləşdiyi zaman, onlardan Röyyalın evini əxlaqsızlıq və narkomanlar yuvası adlandırması barədə məlumat aldı. Sözügedən evdə Günayla yaşadığı üçün Röyyalın bu hərəkəti ona çox pis təsir etdi. Cəlalın əvvəllər narkotik vasitə istifadəçisi olduğunu bilirdi, lakin onun narkotik vasitə satmasından xəbərsiz idi. Yaşadığı evə gedib, Cəlalla Röyyal arasındakı məsələ ilə bağlı söhbətləşdikdə o, heç vaxt narkotik vasitə satmadığını, bu barədə deyilənlərin yalan olduğunu bildirdi, bununla belə Röyyalın onu tanıya-tanıya evinə gəlib narahatçılıq yaratması, tanışlarının yanında evini əxlaqsızlıq və narkoman yuvası adlandırması ona toxunduğu üçün, ona zəng edib, danışığa dəvət etdi. Lakin həmin gün Röyyalı gözləsə də, o görüşə gəlmədi. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında Röyyalla görüşüb baş verənləri aydınlaşdırmaq məqsədi ilə Günayla birgə təkrarən evinə getdi. Evə getdikdə Cəlal və Mehriban da evdə idi. Röyyalın gəlişini gözlədiyi ərəfədə Röyyalla birgə tanışlarının Niyaməddin, İsi və Sadiq adlı şəxslər də evə gəldi, artıq saat 17 radələrində Röyyal adlarını bilmədiyi 2 nəfər tanışı ilə birgə yaşadığı evə gəldi. Röyyalla gəlmiş həmin 2 nəfər tanışının evə daxil olub-olmamasını xatırlamır. Röyyal evinə gəlib, masa arxasındakı oturacaqda əyləşdikdən sonra söhbət əsnasında söyüş söydüyü üçün tutaşdılar, bir-birilərinə əl-qol atdılar və daha sonra ona bıçaqla xəsarət yetirdi. Onu yaralamaq və ya öldürmək niyyəti olmayıb. Sadəcə danışıb aralarındaki məsələni həll etmək istəyirdi. Röyyalın bədənin müxtəlif nahiyələrindən qan gəldiyini gördükdə özünə gəlib sakitləşərək kənarlaşdı. Daha sonra Günayla birgə mənzili tərk etdi. Cəlal və Mehribana da, mənzili tərk etmələrini tapşırdı. Mənzili tərk etdikdən sonra, Günayla birgə valideynlərinin yaşadığı Sabunçu rayonu, 9-cu mədən küçəsində yerləşən evə getdi. Polisə hadisə sonrası özü təslim oldu. Həmin vaxt evdə o, Günay, Cəlal, Mehriban, Röyyal və Röyyalın tanışları idi. Röyyala xəsarət yetirdiyi bıçağı mətbəxdən götürmüşdü. Həmin bıçağı suya atdı. Hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs vurmaması barədə verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxıdır ki, tanıyır, tanışlıqları NZS qəsəbəsində təsadüf nəticəsində olmuş, son hadisəyədək aralarında normal münasibətləri olmuş, əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamış, 2020-ci ilin aprel ayının əvvəllərində NZS qəsəbəsində hazırda adları yadında qalmayan şəxslərlə söhbət zamanı Cəlal adlı şəxsin qəsəbə ərazisində narkotik vasitələrin satışın həyata keçirməsi barədə eşitmirdir. Narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı nifrəti olduğundan həmin məlumatı dəqiqləşdirmək üçün Cəlalla şəxsən görüşüb bu məsələyə aydınlıq gətirmək qərarına gəldi. Cəlalın yaşadığı ünvan barədə tanışlarından məlumat aldıqda onun müvəqqəti olaraq tanışı Raufa məxsus NZS qəsəbəsi, ünvan 1 ünvanda məskunlaşdığını öyrənmişdir. Raufla münasibəti olmasına baxmayaraq onun evində yaşayan Cəlalın narkotik vasitələrin satışını həyata keçirib-keçirmədiyini dəqiq bilmədiyi üçün bu barədə ona heç bir məlumat verməyib, ilk əvvəl məsələni özü aydınlaşdırmaq istəmişdir. xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında Cəlalın yaşadığı ünvana yollanmış və onun narkotik vasitələrin satışını həyata keçirməsi barədə Cəlaldan soruşduqda, Cəlal evin pəncərəsindən ünvanıma nalayiq ifadələr səsləndirməyə başlamış və aralarında sözlə mübahisə yaranmış, mübahisələri səsküyə səbəb olduğu üçün, mübahisəni dayandırıb oranı tərk edərək yaşadığı evə gəlmişdir. xx xxxxx 2020-ci il tarixdə səhər satlarında Rauf ona zəng vurub, Cəlalı axtardığı barədə məlumat aldığını, bununla əlaqədar üçün birgə görüşərək, yaranmış narazılığı aradan qaldırmağı təklif etmişdir. Raufla münasibəti olduğundan onun təklifinə etiraz etməmişdir. Raufun dəvəti əsasında onun yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlmişdir. Evə daxil olduğu zaman, evdə Cəlal, Cəlalla birgə qeyri- rəsmi yaşayan Mehriban adlı qadın və həmçinin Raufla birgə qeyri-rəsmi yaşayan Günay adlı qadının da olmasının şahidi olmuş, bundan sonra o qonaq otağındakı masanın arxasına keçib, masanın sol yan tərəfinə qoyulmuş stul üzərində əyləşmiş, Rauf da, öz növbəsində su içmək istədiyini deyib, evin mətbəxinə keçmiş, masa arxasında tanıdığı Niyamədin və qeyriləri ilə hal-əhval tutduğu ərəfədə Rauf heç bir səbəb olmadan arxa tərəfdən ona yaxınlaşaraq, qəflətən əlində saxladığı əlamətlərini xatırlamadığı bıçaqla bədəninin müxtəlif nahiyyələrindən ardıcıl bir neçə zərbə vurmağa başlamış, o, masadan qalxıb, əllərini qarşıya verib, özünü bıçaq zərbələrindən müdafiə etməyə çalışsa da, Raufun atdığı bıçaq zərbələri qollarından dəyərək, xəsarət yetirmiş, bu zaman Günay araya girib, Raufu sakitləşdirməklə kənara çəkmişdir, o fürsətdən istifadə edib, qaçaraq evi tərk etmiş, çöldə onu gözləmiş Nihad və Elgünə yaxınlaşaraq, Raufun tərəfindən bıçaqladığını deyib, köməklik etmələrini xahiş etmişdir. Elgün də, öz növbəsində dərhal atası Şahid1 zəng vurmuş, atası bir neçə dəqiqə sonra, NZS qəsəbəsinə gəlib, onu avtmobilinə əyləşdirməklə, 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirmişdir. Hal-hazırda təqsirləkdirilən şəxslə barışmış ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur, xx.xx.1994-cü ill təvəllüdlüdür, subaydır, hazırda heç bir yerdə işləmir. xx xxxxx 2020-cİ il tarixdə saat təxminən 17 radələrində yaşadığı evdə olduğu zaman qonşuluqda yaşayan Elgün adlı şəxs mobil telefonu vasitəsi ilə ona zəng vurub, oğlu Röyyalın tanışı Rauf tərəfindən bıçaqla bədəninin müxtəlif yerlərindən vurulduğunu bildirdi və dedi ki, təcili olaraq NZS qəsəbəsində yerləşən 194 nömrəli orta məktəbin qarşısına gəlsin. O dərhal idarə etdiyi avtomobillə evdən çıxaraq, sözügedən ünvana yollandı, həmin ünvana çatanda oğlu Röyyal qan içində idi. Röyyalın baş, boyun, qol və bədənin digər nahiyələrindən qan gəlirdi. Dərhal onu və yanında olan tanışları Elgün və Nihadı avtomobilə əyləşdirib 3 saylı Şəhər Klinik Xəstəxanası istiqamətdə hərəkətə başladı. Avtomobildə olan zaman Röyyaldan kim tərəfindən və hansı səbəbdən bıçaqla vurulduğu barədə məlumat aldıqda, o, bir neçə gün əvvəl, Cəlal adlı şəxslə aralarında narazılıq yarandığını, bu narazılığın aradan qaldırılması ilə bağlı birgə tanışları olan Rauf adlı şəxsin ona zəng vuraraq yaşadığı evə dəvət etdiyini, xx xxxxx 2020-ci il tarixdə saat 16 radələrində Raufla görüşüb, digər bir neçə tanışları ilə birgə Raufun yaşadığı evə gəldiklərini dedi. Evdə olduqları zaman Rauf konkret olaraq hər hansı səbəb olmadan arxa hissədən Röyyala yaxınlaşıb, qəflətən özündəki bıçaqla bədəninin müxtəlif nahiyələrindən zərbələr vurub. Bu zaman evdə olan Günay adlı qızın araya girib onları ayırdığını bildirdi. Onlar birgə xəstəxanaya çatdıqda oğlu Röyyala tibbi yardım göstərilməsi üçün müxtəlif tədbirlər görüldü, bir neçə saat ərzində keçirilən cərrahi əməliyyatdan sonra həkimlər oğlunun həyatı üçün təhlükə olmadığını bildirdilər. İndiyə qədər oğlu Röyyalın tanışı Rauf tərəfindən bıçaqla hansı səbəbdən vurulduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bir il iki aya yaxındır ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, ünvan 1 ünvanda qeyri-rəsmi şəkildə birgə yaşayır. Onunla aralarında daim normal münasibətlər olub, hər hansı ədavət və ya düşmənçilikləri olmayıb. 2020-ci ilin aprel ayının əvvəllərində Raufla danışıqları o, tanışı Cəlalın yaşadığı evin kirayə pulunu ödəməkdə çətinlik çəkdiyi üçün mənzilindən çıxarıldığını, bu səbəbdən ona müraciət edərək müvəqqəti sığınacaq yeri verməsini xahiş etdiyini dedi. Rauf Cəlalla yoldaşlıq münasibətlərində olduğu üçün, yaşadıqları evini müvəqqəti olaraq yaşamaq üçün verməyi təklif edib. O Cəlalı yalnız bir neçə dəfə Raufun yanında görməklə tanımış, aralarında hər hansı ünsiyyət və ya münasibət olmayıb. Cəlalın vəziyyətinə acıdığı üçün, Raufun təklifi ilə razılaşdı, onlar müvəqqəti olaraq, valideynlərinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 9-cu mədən küçəsində yerləşən nömrəsiz evdə yaşamaq qərarına gəldilər. Həmin vaxtdan etibarən Cəlal qeyri rəsmi münasibətdə olduğu, NZS qəsəbəsindən tanıdığı Mehriban adlı qadınla onlara aid ünvanda yaşamağa başladı. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında Rauf Cəlalla görüşməli olduğunu deyib birlikdə həmin evə getməyi təklif etdi. O da etiraz etmədən Raufla həmin evə getdi. Evə getdikdə Cəlal və Mehribanın evdə olduqlarını gördü. Rauf Cəlala yaxınlaşıb söhbətləşməyə başladı. Saat təxminən 15-16 radələrində, Rauf qısa müddətdə gələcəyini deyib, evi tərk etdi. O Cəlal və Mehriban evdə qaldılar, saat təxminən 17 radələrində Rauf NZS qəsəbəsindən tanıdığı Röyyal və onların yanında olan tanımadığı 4-5 nəfər şəxslə birgə evə gəldi. Onlar evin qonaq otağındakı masa arxasına keçib əyləşdikdən sonra o mətbəxə keçərək onlar üçün çay dəmləməyə başladı. Təxminən 1-2 dəqiqə keçmişdi ki, qonaq otağından qışqırıq səsi gəldiyini eşidib dərhal otağa keçdi, bu zaman Raufun əlində olan əlamətlərini xatırlamadığı bıçaqla ardıcıl olaraq Röyyalın bədəninin müxtəlif yerlərindən zərbələr vurduğunu, Röyyalın isə əllərini qabağa verib özünü müdafiə etməyə çalışdığını gördü. Bu zaman o araya girib Raufu sakitləşdirməklə kənara çəkdi, Rauf da, öz növbəsində Röyyalın bədəninin müxtəlif yerlərindən qan gəldiyini görüb, bir növ etdiyi əməldən peşmançılıq hissi keçirirmiş kimi sakitləşərək kənara çəkildi. Həmin vaxt Raufun yenidən Röyyalı bıçaqla vurmağa imkanı olsa belə bunu etməyib yataq otağına keçdi. Bundan sonra Röyyal və evdə olan digər tanımadığı şəxslər qaçaraq evi tərk etdi. Həmin vaxt o Raufa yaxınlaşıb Röyyalı bıçaqla vurmasının səbəbi barədə soruşduqda o, adlarını qeyd etmədiyi tanışlarından Röyyalın bir neçə gün qabaq Cəlalla aralarında yaranmış problem səbəbindən yaşadığını evə gələrək səs-küy salması, habelə yaşadıqları evi əxlaqsızlıq yuvası, tiryəkxana adlandırması barədə məlumat aldığını dedi. Sonra biryerdə evdən çıxdılar və valideynlərinin yaşadığı Sabunçu rayonu, 9-cu mədən küçəsində yerləşən evə getdilər. Səhəri gün isə Rauf törətdiyi əmələ görə polisə təslim oldu. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Onunla münasibəti həmişə yaxşı olub. xx xxxxx 2020-ci il tarixdə, saat təxminən 16 radələri olardı, qardaşı Elgünlə “Günəş” marketin yaxınlığında Röyyalla rastlaşdılar, Röyyalın telefonuna zəng gəldi, telefonla danışıb qurtardıqdan sonra “zəng edən Rauf idi, şəxsi işlərimiz var, ona görə Raufla görüşməliyəm” dedi. Onlar bir yerdə Raufla görüşə getdilər. Raufu şəxsən tanımır, bir neçə dəfə Röyyalın yanında gördüyü üçün qiyabi şəkildə adının Rauf olduğunu bilirdi. Marketin qarşısında olan zaman “Mercedes” markalı maşın marketin yanında saxladı. Rauf maşının qabaq sağ yan oturacağından düşüb onlara yaxınlaşdı. Rauf onlarla görüşdü, hal-əhval tutdu, sonra isə Röyyala “Cəlal bizi gözləyir, getməliyik” dedi. Onlar maşınla NZS qəsəbəsində 194 nömrəli məktəbin qarşısına çatdılar, maşından düşdükdən sonra gördü ki, bir neçə nəfər Röyyalla Raufu gözləyir. Röyyaldan onların kim olduğunu maraqlandı, dedi ki, tanışlarıdır. Daha sonra Rauf hamını evinə dəvət etdi. Evə çatmamış Röyyal və digərləri bizə “biz öz aramızda danışmalıyıq, siz burda gözləyin” dedilər. Biz qardaşımla Röyyalı çöldə gözlədik, Raufun evinin hansı ev olduğunu heç bilmədi. Təxminən 10 dəqiqə sonra Röyyal qaça-qaça qan içində evdən çıxdı. Onun başı, boynu, qolu qan içində idi. Röyyaldan, nə baş verdiyini soruşduqda, Röyyal “ Rauf məni durduq yerə arxadan bıçaqladı” dedi. O özünü itirdiyim üçün Röyyalın atası Rafiqə zəng vurdu və ona Röyyalın yaralı olduğunu dedi. Bir neçə dəqiqə sonra Rafiq müəllim gəldi, Röyyalı maşına oturdub xəstəxanaya apardılar. Cinayət işi materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 501 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs oğlunda hemorragik (qanitirmə) şokla müşayiət olunan və döş-acromial arteriya və venanın tam kəsilərək zədələnməsinə səbəb olan sol körpücükaltı nahiyənin döş boşluğuna nüfuz etməyən bir ədəd; vena yugularis externanın (xarici yuqular vena) kəsilərək zədələnməsi ilə müşayiət olunan boyunun yuxarı 1/3-nin sağ yan səthinin bir ədəd; sağ mil sümüyünün boynunun qapalı sınığı ilə müşayiət olunan sağ dirsək oynağı nahiyəsinin bayır səthinin bir ədəd; sağ saidin orta 1/3-nin bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası; belin sağ iç səthinin daxilə nüfuz etməyən bir ədəd; başın təpə nahiyyəsinin bir ədəd (cəmi altı ədəd) deşilmiş-kəsilmiş yaraları; sol bazu oynağı nahiyəsinin üst səthinin sıyrığı və sol əlin yumşaq toxumasının əzilməsi müəyyən edildi. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, sol bazu oynağı nahiyəsinin sıyrığı və sol əlin yumşaq toxumasınm əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yuxarıda qeyd edilən xəsarətlər qərarda göstərilmiş xx.xx.2020-ci il tarixdə və şəraitdə törənə bilər. Dərəcəsinə görə, döş-acromial arteriya və venanın tam kəsilərək zədələnməsinə səbəb olan sol körpücükaltı nahiyənin döş boşluğuna nüfuz etməyən bir ədəd və vena yugularis externanın (xarici yuqular vena) kəsilərək zədələnməsi ilə müşayiət olunan boyunun yuxarı 1/3-nin sağ yan səthinin bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmaya aid edilir, sağ mil sümüyünün boynunun qapalı sınığı ilə müşayiət olunan sağ dirsək oynağı nahiyəsinin bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərərvurmaya aid edilir, sağ saidin orta 1/3-nin bayır səthinin bir ədəd, belin sağ iç səthinin daxilə nüfuz etməyən bir ədəd və başın təpə nahiyyəsinin bir ədəd (cəmi üç ədəd) deşilmişkəsilmiş yaralan hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozuhnasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, sol bazu oynağı nahiyəsinin sıyrığı və sol əlin yumşaq toxumasının əzilməsi isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinin rəisinin xx.xx.2020-ci il tarixli ***-**** saylı məktubundan görünür ki, X2 olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 Tələbnaməsindən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 69.3 və 70,70.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 7 (yeddi) ay 7 (yeddi) gün müddətinə azadlıqdqan məhrum etmə cəzasına məhkum edilmiş və təyin edilmiş azadlıqdan məhrum edilmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il sınaq müddəti şərti məhkum etmə ləğv edilmiş və o qəti olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 5(beş) il müddətinə azadlıqdqan məhrum etmə cəzasına məhkum edilmişdir, Nərimanov rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 8 ay 17 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş və cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4, 18.4.2-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 92.0.3-cü maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllki cinayəti yetkinlik yaşına çatmayan vaxtda törətdiyindən və ondan sonraki törətdiyi cinayət az ağır hesab edilməklə, cəzanı çəkib qurtardığı gündən iki il keçdiyinə görə məhkəmə onun məhkumluğunun ödənilməsi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi mümkün sayır. Cinayət işində olan xx.xx.2020-ci il tarixli tutma haqqında protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-896/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-896/2020
05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver