Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-896/2021 31.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçilər “Pro Bono” vəkil bürosunun vəkili X6 və Bakı şəhəri, 4 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə xx xxxxxxx 1988-ci ildə Xanlar rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, Göygöl rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Əbülfaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq üç ədəd bükümlərdə ümumi təmiz çəkisi 9,00 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanda yerləşən “Ramiz Aboyev” adma mədəniyyət və istirahət parkının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 12 oktyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:15-də qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə saat 18:30-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 9,00 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsitləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək bildirmişdir ki, üzərindən aşkar edilmiş heroin adlı maddəni yerdən təsadüfən taparaq üzərində saxlamışdır. Özü həmin maddələrdən tutulmamışdan son 2-3 ay əvvəl istifadə etməyə başlamışdır. 12 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində kirayə yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən parkın yaxınlığında olarkən yerdən 03 ədəd bükümdə maddələrin olduğunu görmüş və həmin bükümləri götürüb cibinə qoymuşdur. Lakin həmin gün saat 17 radələrində ona mülki geyimli adamlar yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar İdarəyə çatandan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirmişlər. O da həmin vaxt otaqda yerləşən masaya yaxınlaşıb əynində olan şalvarın sol yan cibində olan üç ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı həmin bükümləri parkdan tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, daşıması, saxlaması ilə bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmişdir və əməliyyat- axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri isə onunla birlikdə həmin idarənin baş əməliyyat müvəkkilləri polis kapitanı X1 və Şahid2 təyin edilmişlər. 12 oktyabr 2020-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Ramiz Aboyev” adına mədəniyyət və istirahət parkının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs saxlanılmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 12 oktyabr 2020-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə yaradılmış əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təklifdən sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd 20 manatlıq pul əskinazı və üç ədəd sellofan büküm, sağ yan cibindən iki ədəd mobil telefon çıxarıb təqdim etmişdir. Onun üzərindən başqa heç bir əhəmiyyət kəsb edən əşya və ya predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması barədə sorğu edilərkən həmin maddələri tutulmamışdan əvvəl yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Odur ki, həmin bükümlər zərfə qablaşdırılaraq götürülmüş və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 Şahid3lə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 oktyabr 2020-ci il tarixli 6/2145 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələr..” yazısı olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,988 qram, 3,106 qram və 2,906 qram, ümumi təmiz çəkisi 9,00 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi- 9,000 qram, tədqiqata sərf edilmiş ümumi-0,15 qram, qalıq-8,850 qramdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X3 11.01.2021-ci il tarixli 58 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə təxminən 5-6 aydır ki, mütəmadi olaraq həftədə 2-3 dəfə narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Sonuncu dəfə narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən tutulmamışdan 2-3 gün əvvəl istifadə etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 12 oktyabr 2020-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis mayoru X10 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 12 oktyabr 2020ci il tarixdə saat 17:15-də Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Ramiz Aboyev” adma mədəniyyət və istirahət parkının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş və idarədə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins materialh şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi üç ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,988 qram, 3,106 qram və 2,906 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis mayoru Yusif Yusifov tərəfindən şəxsi axtarış və götürülmə aparılması haqqında protokol tərtib edilərkən “Sony” markalı videokamera ilə videoçəkiliş aparılmış və həmin videoçəkiliş diskə əlavə olunmuşdur. Qeyd olunan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9,00 qram çəkidə narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 8,850 qramı iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ- nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı kifayt qədər toplanmış sübutlarla ibtidai istintaqın gəldiyi nəticələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə öz təsdiqini tapmamışdır. Belə ki, bütün iş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məlumat daxil olması barədə sənədlər tərtib olunsa da, lakin, istintaq orqanı satış məqsədini təsdiq edə biləcək heç bir sübut əldə etməmiş, satışı təsdiq edəcək hər hansı bir sübutun əldə edilməsinə təşəbbüs belə göstərməmişdir. İstintaq orqanı daxil olmuş məlumata əsasən, narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilməsini bildirsədə təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri həyata keçirsələrdə Təqsirləndirilən şəxs nə izləməyə almamışlar, nə ətrafında əməliyyat keçirib onun barəsində satış faktını həyata keçirərkən cinayət başında yaxalanmasına təşəbbüs göstərməmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs ilkin izahat və istintaq ifadələrində, məhkəmə ifadələrində də narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin hər hansı biri Təqsirləndirilən şəxs narkotik vasitələrin staışı faktını ifadələrində təsdiq etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində bildirdilər ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitəni yerdən tapdığını bildirmiş və onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı məlumat daxil olmadığını bildirmişlər. Aaparılan məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşqul olması barədə heç bir sübut əldə edilməmişdir. Belə ki, istər təqsirləndirilən şəxs, istərsə də şahidlərin məhkəmədə vermiş olduqları ifadələrində təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşqul olmasını təsdiq edən hər hansı bir sübut müəyyən olunmamışdır. Göründüyü kimi digər heç bir sübut əldə edilmədiyi halda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli narkotik vasitənin satışı kimi qiymətləndirilmişdir. Buna baxmayaraq məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin vermiş olduğu ifadələrində tapdığı bükümlərin içərisində nə olduğunu bilmədiyini bildirsədə onun narkotik vasitənin aludəçisi olmasını təsdiq edən ekspert rəyi, həmin gün şəxsi axtarış zamanı üzərindən narkotik vasitənin aşkar olunması, baxış protokolu ilə öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, onun narkotik vasitəni satması ilə bağlı əməllərini təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən müəyyən edilməmiş və əldə edilməmişdir. Yeganə sübut kimi istifadə olunan fakt, daxil olmuş məlumat olmuşdur, lakin, nə əməliyyat orqanı, nə də istintaq orqanı satış faktını təsdiq etməsi üçün heç bir hərəkət etməmişdir, bununlada həmin fakt tam təkzib olunmuşdur. Digər satma faktını təsdiq edən hər hansı bir dəlil və ya sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə, məhkəmə iclasında şahid ifadəsi ilə yanaşı, toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etmədiyinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham öz təsdiqini tapmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil operatorun Baksel MMC-dən alınmış telefon danışıqlarından və ya sms yazışmalarından da Təqsirləndirilən şəxs narkotik vasitəlrin staşını təsdiq edə biləcək heç bir məlumat əldə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair”» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs ifadə verərkən üzərində həmin narkotik vasitənin aşkar olunarkən onun içərisində nə olduğunu bilməməsini bildirsə də, onun ibtidai istintaq zamanı üzərinə şəxsi baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla təsdiq olunur ki, həmin gün Təqsirləndirilən şəxs üzərində qeyd olunan miqdarda narkotik maddə heroin olmuşdur. Bundan əlavə, məhkəmə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi əsaslı hesab edilə bilməz. Çün ki, istintaq orqanının özünün gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisidir, satışını isə təsdiq edən heç bir sübut əldə edilməmişdir. Yeganə satış faktını təsdiq edə biləcək sübut daxil olmuş əməliyyat məlumatı isə şahid qismində dindirilmiş polis əməkdaşlarının vermiş olduqları ifadələri ilə tam təkzib olunmuşdur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs şəxsi istiehlak miqdarından artıq miqdarda narkotik vasitələrin əldə edilməsi cinayətini törətməsi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, müvafiq ekspertiza rəyləri, eləcə də, cinayət işinə əlavə edilən digər ilkin araşdırma materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, himayəsində azyaşlı övladlarının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 12 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkiləri 8,850 qram heroin məhv edilməlidir . Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən 1 ədəd DVD disak cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 114 ( yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 02 (ikiil müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkiləri 8,850 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən 1 ədəd DVD disak cinayət işinin materiallarında saxlanılsn. İş üzrə evkspertiza xərcləri 114 ( yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-896/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-896/2021
31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver