Məhkəmə qərarları › İş №1(101)-896/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-896/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-896/2023 21.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:25-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcrixdanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə saat 00:05 radələrində ictimai yer hesab edilən ünvan 2 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarında olan mübahisənin səbəbini aydınlaşdıran zaman Zərərçəkmiş şəxs ona yumruq zərbəsi vurması səbəbindən baş vermiş dava-dalaş nəticəsində digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib özündə olan istintaqla müəyyən edilməmiş bıçağı silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs zor tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri etmiş və həmin bıçaqla qəsdən sonuncunun bədən nahiyəsindən bir dəfə zərbə vuraraq ona qara ciyərin, böyük piyliyin daxilə nüfuz edən və qabırğa arteriyasının kəsilmiş deşilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs hadisədən iki ay əvvəl tanımışdır. 04 oktyabr 2022-ci il tarixdə saat təxminən 22 radələrində evdən çıxaraq istirahət etmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti ilə Tolstoy küçələrinin kəsişməsində yerləşən “Metroklub” adlı gecə klubuna getmişdir. O, masaların birində tək əyləşib spirtsiz enerji içkisi içmiş, bir müddət sonra əyləşdiyi masaya 20-25 yaşlarında bir nəfər şəxsin ona yaxınlaşaraq onunla birlikdə klubdan bayıra çıxmağını xahiş etmişdir. Həmin şəxsi o, bundan əvvəl Allahqulunun yanında görmüş, həmin adını bilmədiyi şəxslə klubdan bayıra çıxmış klubun qabağında həmin vaxtı tanımadığı adamlarda olmuşdur. Həmin adını bilmədiyi şəxsdən onu bayıra çıxartmağının səbəbini soruşduqda həmin şəxs ona Allahqulunun xalası oğlu olduğunu və onunla 2 gün bundan əvvəl mübahisə etməyinin səbəbini soruşmuşdur. O, həmin şəxslə oradan çıxaraq Tolstoy küçəsi istiqamətində getmişlər. Bu zaman o, orada Allahqulunun dayandığını görmüş, bu vaxt Allahquludan nə məqsədlə bura gəlməyini və onu hansı səbəbdən klubdan çağırmağını soruşmuşdur. Allahqulu isə ona cavab olaraq dalaşmaq istədiyini bildirmişdir. O, Allahqulu ilə birlikdə yanlarında olan tanımadığı şəxslərdən 15-20 metr uzaqlaşmış, bu zaman aralarında mübahisə başlamış, mübahisə vaxtı Allahqulu ilə əlbəyaxa olmuşlar. Həmin vaxtı Allahqulunun əlində bıçaq olduğunu görüb, cəld hərəkət edərək bıçağı ondan alaraq onun ön sinə nahiyəsinə həmin bıçaqla bir dəfə zərbə endirmiş, sonra isə bıçağı yerə tullamışdır. Bundan sonra yenidən “Metroklub”a daxil olmuş və bir qədər orada oturduqdan sonra polis əməkdaşları gəlib onu 22-ci PŞ-nə dəvət etmiş, hadisə zamanı içkili olmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, anası, xalası oğlu Şahid1 ilə birlikdə yaşayır. Orta təhsili və Subaydır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddəsi ilə məhkum olunduğunu, 2022-ci ilin fevral ayında cəzaçəkmə müəssəsindən azadlığa buraxıldığın, azadlığa çıxdıqdan sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında yerləşən “Local” gecə klubunda mühafizəçi işləyirdi. Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti ilə Tolstoy küçəsi ilə kəsişmədə yerləşən “Metroklub” da əvvəllər işlədiyindən arabir həmin gecə klubuna da gəldi. Təqsirləndirilən şəxs da elə həmin gecə klubundan tanımışdır. Azər “Metroklub” da mühafizəçi işləmişdir. Təxmini olaraq, 2022-ci ilin oktyabr ayının əvvəlində işlədiyi Qaradağ rayonu ərazisində yerləşən gecə klubundan çıxdıqdan sonra Nəsimi rayonu ərazisində yerləşən Metrokluba gəlmişdir. Orada Azərlə aralarında mübahisə baş vermişdir. Mübahisələrinə səbəb kimi onu qeyd edir ki, Azərin ondan, onun da Azərdən xoşu gəlmirdi. O, Azərlə klubdan çıxıb dəqiq ünvanını xatırlamadığı yerdə dalaşmışlar. Bundan sonra o, yaşadığı evə gəlib baş verən hadisəni xalası oğlu Eminə danışmışdı. xx.xx.2022-ci il tarixdə Eminlə birlikdə yaşadığı evdən çıxaraq Metrokluba gəldiklərini, həmin vaxt onlarla birlikdə Eminin dostu da var idi. Lakin o, onu tanımamış, həmin tanımadığı adam yolda onlardan ayrılaraq getmişdir. Klubun qabağına çatdıqda Emin içəri girmiş, o isə klubun qabağında bir nəfər tanıdığı şəxslə dayanıb söhbət etmişdir. Emin bir qədər sonra Azərlə birlikdə klubdan çıxmış və Azər onu görüb onunla söhbət eləməyə gəldiyini düşünüb onunla yenidən mübahisə etməyə başlamışdır. O, Azərə onunla dalaşmaq istədiyini bildirmişdir. O, Azərlə əyinlərində olan köynəkləri çıxarıb klubun arxa küçəsinə getmiş, və bu zaman o, üzərində olan təxmini olaraq uzunluğu 15-20 sm olan, eni isə 5 sm olan bıçağını belindən çıxarıb yerə atmışdır. O, gecə saatlarında işlədiyindən özünü müdafiə etmək üçün çox vaxt üzərində bıçaq gəzdirmişdir. Bundan sonra Azərlə o, dalaşmağa başlamışlar. Dava zamanı bir birilərinə yumruq zərbələri endirmişlər. Dalaşan zaman qarın nahiyəsində istilik hiss etdiyini anlamış və ön hissəsinə baxdıqda qan gəldiyinin şahidi olmuşdur. Bundan sonra o, yerə yıxılmış və orada olan şəxslər və xalası oğlu Emin onun yanına gəlmişlər. Azərin isə hara getdiyini bilməmişdir. Bir qədər sonra hadisə yerinə gələn polis əməkdaşlarının köməyi ilə onu KTM-ə aparmışlar. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ona verilən suallara cavab olaraq hadisə vaxtı Azərlə ikisinin olduğunu, Azərə kömək edən hər hansı bir şəxsin olmadığını, sonradan orada olan şəxslərin onları aralaşdırdıqlarını, Azərlə dalaşmazdan qabaq bıçağı çıxarıb yerə atmaqda məqsədinin dava zamanı həmin bıçaqdan istifadə etməməsi və Azərlə əlbəyaxa dalaşmaq olması, üzərində çox vaxt həmin bıçağın olmasını, bıçağı hadisə yerinə gətirməkdə məqsədinin Azəri vurmaq və ya ona hər hansı hədə-qorxu gəlmək olmadığını, Azərlə dalaşmazdan qabaq üzərində bıçaq olsa da həmin bıçağı davadan qabaq çıxarıb yerə tulladığını, Azərin onu öz bıçağı ilə vurduğunu, Azərin onu bıçaqla vurduqdan sonra o qarın nahiyəsində istilik hiss etdiyini və ondan sonra yerə yıxıldığını, Azərin onu yenidən vurmaq imkanı olsa da ondan aralaşaraq bilmədiyi istiqamətə getdiyini, Azərə heç bir xəsarət yetirmədiyini, birinci Azərə onunla dalaşmaq istədiyini özünün bildirdiyini və bir qədər insanlardan qırağa çəkilib dalaşmağa başladıqlarını, Azərlə dava zamanı birinci olaraq onun Azərə yumruqla zərbə endirdiyini, Azərlə aralarında olan dava-dalaşın təxminən 5-10 dəqiqə davam etdiyini və orada xalası oğlu Emindən başqa tanımadığı şəxslərin də olduğunu qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında iş yoldaşı ilə birlikdə yaşayır. Hadisədən əvvəl 15 gün olardı ki, Bakı şəhərinə gəlmişdir. Gəldiyi vaxtdan etibarən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Metroklub”da administratorun köməkçisi vəzifəsində çalışmışdır. İş vaxtı hər gün saat 21:00-dan səhər 06:00-a qədər davam etmişdir. İşinin mahiyyəti klubun daxilində olan müştərilərin normal istirahətini təmin etməsi üçün qaydalara əməl olunmasına nəzarət etməkdən ibarət olmuşdur. 04 oktyabr 2022-ci il tarixdə toyda olduğu üçün işə saat 21-də hər gün olduğu kimi gəlmişdir. İşdə olduğu vaxtda saat təxminən 00:05 radələrində klubdan siqaret almaq üçün çıxmış, bir qədər sonra kluba qayıtdıqda klubun qarşısında insanların toplaşdığını görmüşdür. Orada olan insanlardan nə olduğunu soruşduqda ona iki nəfər arasında mübahisə olduğunu və birinin digərini bıcaqladığını bildirmişlər. Hadisənin nə üstündə baş verdiyini isə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında iş yoldaşı ilə birlikdə yaşayırlar. Hadisədən əvvəl 15 gün olardı ki, Bakı şəhərinə gəlmiş, gəldiyi vaxtdan etibarən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Metroklub” da mühafizəçi vəzifəsində çalışmışdır. İş vaxtı hər gün saat 21-dən səhər saat 06 ya qədər davam etmişdir. İşinin mahiyyəti klubun daxilində olan müştərilərin normal istirahətini təmin etməsi üçün qaydalara əməl olunmasına nəzarət etməkdən ibarət olmuşdur. 04 oktyabr 2022-ci il tarixdə saat 21-də hər gün olduğu kimi işə gəlmiş, işdə olduğu vaxtda saat təxminən 00.05 radələrində klubda olan müştərilərin bayıra çıxmasını görmüşdür. O da müştərilərin arxasınca bayıra çıxdıqda klubun arxa küçəsində iki nəfər şəxsin bir-biri ilə dalaşdığını və mübahisə zamanı biri- birlərinə xəsarət yetirməsinin şahidi olmuşdur. Lakin mübahisə edən şəxsləri tanımamış, bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Ondan sonra mübahisə edən şəxslərdən birinin bıcaqlanmasını və onun paltarlarının qan olduğunu görmüşdür. Polis əməkdaşları həmin bıcaqlanan şəxsi polis maşınına əyləşdirmiş, bundan sonra o da kluba qayıtmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2017-ci ildən etibarən daxili işlər orqanlarında xidmət edir, hazırda tutduğu vəzifədə, yəni Nəsimi RPİ PPXB-nin polis nəfəri vəzifəsində isə 2019-cu ildən etibarən xidmət aparır. Funksional vəzifəsi xidmət apardığı ərazidə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təşkilindən ibarət olmuşdur. Gecə növbəsi üzrə Nəsimi rayonu inzibati ərazisində xidmət etdiyini, iş saatının axşam saat 19-dan başlayaraq növbəti gün saat 08 radələrinə kimi davam etmişdir. 05 oktyabr 2022-ci il tarixdə saat təxminən 00.30 radələrində xidmət apardığı ərazidə xidmətdə olarkən Nəsimi rayonu, Bül-bül prospekti ilə L.Tolstoy küçələrinin kəsişməsində yerləşən “Metroklub” adlı gecə klubunun qarşısında insanların toplaşdığını görmüşdür. O, xidmətdə olduğu avtopatrul maşını ilə ora yaxınlaşmış, həmin vaxtı bir nəfər şəxsin əynindəki maykasını çıxarıb qarın nahiyəsinə tutduğunun şahidi olmuşdur. Bundan sonra həmin şəxsə yaxınlaşıb özlərini ona təqdim etdikdən sonra onun qarın nahiyəsindən bıçaqla xəsarət aldığını görmüşdür. Ora toplaşan şəxslərin deməsindən bıcaqlanan şəxsin adının Allahqulu olmasını, bir neçə dəqiqə əvvəl orada dava-dalaş baş verməsini və həmin dava zamanı qeyd edilən şəxsin bıcaqlanmasını bildirmişlər. Allahqulunun yanında olan adını bilmədiyi xalası oğlunun iştirakı ilə dərhal onu avtopatrula əyləşdirərək KTM-ə gətirmişlər. Bundan sonra onlar hadisə barədə Nəsimi RPİ-nin 22-ci PŞ-nə məlumat vermişlər. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsində yerləşən “Mars” klubda mühafizəçi vəzifəsində çalışdığını, Zərərçəkmiş şəxs xalası oğlu olduğunu, onunla birlikdə yuxanda qeyd olunan ünvanda yaşadıqlarını, həmin ünvanda anası, o və Allahqulu birlikdə qaldıqlarını, Allahqulu hal-hazırda heç bir işlə məşğul olmadığını, əvvəllər isə gecə klublarında mühafizəçi vəzifəsində çalışdığını, 2 gün bundan əvvəl Allahqulunu evə gələrkən qəmgin olduğunu görüb ondan nə olduğunu soruşduğunu, Allahqulu isə ona Azər adlı tanışı ilə dalaşmasını bildirdiyini, onunla söhbət etdikdən sonra onu bir qədər sakitləşdirdiyini, o isə ona narahat olmamağını bildirdiyini, xx.xx.2022-ci il tarixdə axşam saat 23 radələrində Allahqulu ilə birlikdə evdən çıxdığını, yolda dostu ilə rastlaşıb birlikdə əylənmək üçün kluba getməyi planlaşdırdıqlarını, Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi ilə Bül-bül prospektinin kəsişməsində yerləşən “Metro klub” adlı gecə klubuna gəlməyi qərarlaşdırdıqlarını, yolda gələn zaman Allahquludan başqa bizə qoşulan digər tanışı başqa bir kluba getmək istədiyini bildirərək onlardan aralandığını, Allahqulu ilə birlikdə Metrokluba gəldiklərini, bu zaman həmin ərazidə yerləşən digər kluba getməyini bildirdikdən sonra Allahqulu orada qalmaq istədiyini və onunla getmək istəmədiyini bildirdiyini, o 15 dəqiqə Allahquludan uzaqlaşıb digər kluba getdikdən sonra yenidən geri qayıdaraq “Metroklub”a daxil olduğunu, həmin vaxtı Allahqulu hələ də klubun qabağında dayandığını, o, tək kluba daxil olduqdan sonra Allahqulunu döyən Azəri orada gördüyünü, o, Azərə yaxınlaşıb onunla söhbət etmək və Allahqulu ilə onu barışdırmaq üçün onu klubdan bayıra dəvət etdiyini, Azər onunla birlikdə bayıra çıxdığını və ondan nə olduğunu soruşduğunu, bu zaman klubun qabağında tanımadığı şəxslərin də olduğunu, bundan başqa klubdan bir neçə nəfər də çölə çıxdığım, onlar birlikdə klubun arxasında olan Tolstoy küçəsi istiqamətində getdiklərini, bu zaman Allahqulunun da onlara yaxınlaşdığını, orada olan tanımadığı bir nəfər şəxsin dediyinə əsasən onları tək buraxmağın lazim olduğunu bildirdiyini, onları tək buraxdıqdan sonra oradan bir qədər uzaqlaşdıqlarını, Azər ilə Allahqulu bizdən təxmini olaraq 20 metr məsafədə söhbət etməyə başladıqlarını, bu zaman o səs-küy gəldiyini eşidib Allahqulu tərəfə baxdıqda onların dalaşdığının şahidi olduğunu, bu zaman Azərin Allahqulunu bıçaqla vurduğunu və onun yerə oturduğunu görüb ona yaxınlaşdığını və sinə nahiyəsindən bıcaqlandığmı və ondan qan axdığını görüb şoka düşdüyünü, bundan sonra o və oradan olan tanımadığı şəxslər Allahquluya yaxınlaşdıqlarını və Allahqulunun yaralanmasını gördüklərini, həmin vaxt ora yaxınlaşan polis əməkdaşları ilə birlikdə Allahqulunu xəstəxanaya apardıqlarını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1469 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənin aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin sol yarısının qarın boşluğuna nüfuz edərək soldan Xİİ qabırğaarası arteriyanı, böyük piyliyi və qaraciyəri zədələyən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, xx.xx.2022-ci il tarixdə, saat 00.40-da KTM-nə müraciət etməsindən bir qədər əvvələ uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən yetirilə bilərdi. (iş vərəqə 160-163) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 məhkəmə-tibbi kriminalistik ekspertizasını xx.xx.2022-ci il tarixli, 525-2022/MTKŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynək, idman şalvarı, bir cüt ayaqqabı və bir cüt corab üzərində zədə izləri aşkar edilmədi. (iş vərəqə 149-151) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 648/2022MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən onun qan qrupu 0/İ/-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus şalvar, köynək və bir cüt ayaqqabı üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə 0/1/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus olar bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt corab üzərində qana şübhəli ləkə aşkar edilmədi. (iş vərəqə 151-156) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 2832 nömrəli rəyindən görünür ki, Motivləşdirici hissə. Cinayət işi materiallarından və hal-hazırki psixatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir..İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə olunurmu? Əgər müşahidə olunursa, o ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmişdirmi və ya onu idarə edə bilmişdirmi? 2-ci sual: Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunurmu? 1-ci və 2-ci suallara cavab: Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham elan edilən əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. 3-cü sual: Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşürmü? Cavab; Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 157-159) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış və götürmə barədə” protokoldan görünür ki, 05 oktyabr 2022-ci il tarixdə hadisənin baş verdiyi ünvan 5 ünvanına baxış keçirilərkən hadisə yerindən Nəsimi RPİ-nin ekspert-kriminalisti, polis leytenantı Fədai Kərimli tərəfindən qan nümunələri aşkar edilərək müvafiq qaydada götürülmüşdür. (iş vərəqə 08-09) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 5 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs KTM-ə daxil olan vaxtı əynində olan 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli idman şalvarı, bir cüt ayaqqabı və bir cüt corab zərərçəkmiş şəxsin qohumu Şahid1 götürülərək baxış keçirilməklə qablaşdırılmış və protokol tərtib olunmuşdur. (iş vərəqə 56-57) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri olan ünvan 7 ünvanın qarşısında cinayət işinin başlanılmasına səbəb olan hadisənin görüntülərini əks etdirən müşahidə kameraları vasitəsi ilə qeydə alınmış və köçürülmüş 01 ədəd DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs həmin videogörüntüdə əlbəyaxa olan iki nəfər şəxsdən arxası orada olan Vaz 2106 markalı avtomobilə tərəf olan, ayağında qara rəngli idman ayaqqabısı olan və dava zamanı Zərərçəkmiş şəxs zərbə endirərək onu yerə yıxan şəxsin Təqsirləndirilən şəxs özü olduğunu, bundan başqa digər 2 dəqiqə 32 saniyəlik videogörüntüdə Alllahqulu Əzimovla əlbəyaxa olduqdan sonra və ona bıçaqla xəsarət yetirdikdən sonra qara rəngli qısa qol köynəyini geyinərək hərəkət edən şəxsin Təqsirləndirilən şəxs özü olduğunu bildirmişdir. (iş vərəqə 96) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, cinayət hadisəsinin necə və hansı şəraitdə baş verməsini əyani olaraq göstərmişdir. (iş vərəqə 101-103) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə zamanı sonuncu istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyib təsdiq etmişdir. (iş vərəqə 193-195) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli idman şalvarı, bir cüt ayaqqabı və bir cüt corab və hadisə yerindən götürülərək qablaşdırılmış 01 ədəd plastmas çubuğa sarınmış və üzərinə qan nümunələri hopdurulmuş pambıq iş üçün sübut əhəmiyyətli olduğundan saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (iş vərəqə 197-208) Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, “Hadisə yerinə baxış və götürmə barədə”, “götürmə və baxış keçirilməsi haqqında”, “baxış keçirilməsi barədə”, “ifadənin yerində yoxlanılması haqqında” protokollar, eləcə də, 17 yanvar 2023-cü il tarixli Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolu və məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilsə də, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli AR CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, lakin, onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin, yəni xuliqanlıq cinayətinin törədilməsi ümumiyyətlə öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işi üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən xx.xx.2022-ci il tarixli ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onunla dalaşmaq istədiyini bildirmiş, dava zamanı ilk olaraq, o, Təqsirləndirilən şəxs yumruqla zərbə endirmiş, hadisə zamanı Azərlə o, ikisi olmuş, sonradan digər şəxslər müdaxilə edərək, onları aralamışlar. (iş vərəqə 126-128) İbtidai istintaq orqanı xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda öz əksini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq, özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, digər şəxsə qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək motivi güdməmişdir. Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin icmalında qeyd edilmişdir ki, bəzi hallarda xuliqanlıq niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlığa və yaxud bu niyyətlə törədilən digər cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanları və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirirlər (halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özüözlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir). Xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət – xuliqanlıq kimi qiymətləndirilməməlidir. Təqsirləndirilən şəxs hərəkətləri ilə nə hadisədən bilavasitə əvvəl, nə onun başlanğıcında, nə də ki gedişində birbaşa ictimai qaydanın kobud şəkildə pozulmasına və cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəlmədiyindən hətta hadisəni kənar şəxslərin müşahidə etməsi belə bu hərəkətləri xuliqanlığa çevirən hal olaraq qəbul edilə bilməz. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə yuxarıda sadalanan mübahisəsiz sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər zəminində dalaşma zamanı zərərçəkmiş şəxsin ona yumruqla zərbələr endirməsindən sonra bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədən nahiyəsindən bir dəfə zərbə vuraraq ona qara ciyərin, böyük piyliyin daxilə nüfuz edən və qabırğa arteriyasının kəsilmiş deşilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməmiş və məhz zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə zamanı zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X2rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə hökmü haqqında AR Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. AR CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1.3cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyi sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Bir neçə cinayət törətməkdə ittiham olunan təqsirləndirilən şəxsə müxtəlif maddələr üzrə bəraət verilməsi üçün fərqli əsaslar müəyyən edildikdə, ona cinayət-prosessual qanunda göstərilən bir neçə əsasa istinad olunmaqla bəraət verilə bilər. Bu halda hökmün nəticəvi hissəsində təqsirləndirilən şəxsə hansı cinayətə görə, qanunda göstərilən hansı əsasla bəraət verilməsi dəqiq göstərilməlidir. AR Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, AR Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs AR CM-in 221.3-cü maddəsi ilə bəraət verilməli və Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən, eləcə də, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinmiş, 01 il müddətində islah işləri cəzası ilə cəzalandırılmış, xx.xx.2019-cu il tarixdə hökm icra edildiyindən qeydiyyatdan çıxarılmışdır. (iş vərəqə 129-130; 132-137) AR Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Eyni zamanda AR Cinayət Məcəlləsinin AR CM-in 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir və onun əməlində cinayətlərin residiv halı müəyyən edilmir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. (iş vərəqə 196) Zərərçəkmiş şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, AR CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, onun əmlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs münasibətdə AR CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olmadığından, ona cəza həmin Məcəllənin 60-cı maddəsinin qaydaları əsasında təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün olmadığından, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 38-39; 110- 112) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. AR CM-in 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli idman şalvar, bir cüt ayaqqabı və bir cüt corab hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalı, hadisə yerindən götürülərək qablaşdırılmış 01 ədəd plastmas çubuğa sarınmış, üzərinə qan nümunələri hopdurulmuş pambıq isə məhv edilməli, hadisə ilə bağlı qeydə alınmış yerli müşahidə kameraları görüntülərinin əks olunduğu 01 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilsin. AR CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli idman şalvarı, bir cüt ayaqqabı və bir cüt corab hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılsın, hadisə yerindən götürülərək qablaşdırılmış 01 ədəd plastmas çubuğa sarınmış, üzərinə qan nümunələri hopdurulmuş pambıq isə məhv edilsin və hadisə ilə bağlı qeydə alınmış yerli müşahidə kameraları görüntülərinin əks olunduğu 01 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar