Məhkəmə qərarları › İş №1(101)-896/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-896/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-896/2025 04.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X6 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2024cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2024-cü il avqust ayının əvvəllərində rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs mobil telefonda başqa kişi cinsli şəxslə telefonda danışmasının şahidi olmuş, sonuncunun xəyanət etdiyi bildikdən sonra qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində əvvəlcədən əldə etdiyi və özünə məxsus olan zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik və soyuq silah hesab olunmayan suvenir xəncəri götürərək Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X18 küçəsi, döngə 4 ünvanına gedərək üzərində götürdüyü xəncəri hasarın dibində gizlədərək Zərərçəkmiş şəxs işdən gəlməyini gözləmiş, sonuncu işdən gələrkən hasarın dibində gizlətdiyi xəncəri götürərək həmin ünvana 45 metr uzaqlıqda yerləşən yolda Zərərçəkmiş şəxs bədənindən tutaraq xüsusi əzab verməsini dərk edərək müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla sonuncunun ölümünə səbəb olan sağ tərəfli hemopnevmotoraks (sağ döş boşluğuna sərbəst havanın və qanın yığılması) və sağ ağciyərin yuxarı payının zədələnməsinə səbəb olan döş qəfəsinin sağ yarısının bayır səthinin sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst havanın və qanın yığılması), sol ağciyərin və ürəyin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin sol döş boşluğuna nüfuz edən 1 (ədəd) - ümumilikdə və hər biri ayrıayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan 2 (iki) ədəd deşilmiş- kəsilmiş yaraları, döş qəfəsinin sağ yarısının arxa səthinin nüfuz etməyən 1 (bir) ədəd, bayır səthinin 2 (iki) ədəd, ön səthinin 1 (bir) ədəd, sağ bazunun yuxarı 1/3-nin 1 (bir) ədəd və dəlib keçən 1 (bir) ədəd, ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olan Zərərçəkmiş şəxs ölümü ilə birbaşa səbəbli əlaqədə olan cəmi 08 ədəd ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirib, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər arvadından ayrı yaşamış, sonradan barışıb birlikdə yaşamağa başlamışlar. Sonradan arvadının iş yoldaşı olan Könül adlı şəxsdən 10000 manat borca pul aldığını eşitmişdir. Ceyrandan mobil telefonu alıb borcun nə üçün alındığını öyrənmək istəmişdir. Ceyran mobil telefonunu heç kimə verməmişdir. Həmin vaxt onun avtomobili nasaz olduğu üçün o, usta puluna görə Ceyrandan 500 manat pul istəmişdir. Ceyran da ona pulu verəcəyini bildirmişdir. Evə gedərkən arvadının Əli adlı şəxslə üzbəüz danışdığını görmüşdür. O, onların yanına gedən zaman arvadının bıçaqlandığını görmüşdür. Arvadından hadisənin səbəbini soruşduqda o, Əli adlı şəxsin onun pulunu vermədiyini və onu bıçaqla vurduğunu bildirmişdir. O, Əli adlı şəxsin arxası ilə getsə də onu tuta bilməmişdir. Hadisə zamanı istifadə olunan bıçağı da xatırlamadığı yerə atmışdır. O, təcili tibbi yardımın getdiyini görmüş və oradan uzaqlaşmışdır. Sonradan polis əməkdaşları ona zəng edərək hadisəni onun törətdiyini bildirmişdir.Arvadını bıçaqla o vurmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, təxminən 2003-cü il tarixdə Axundova (Rəhimova) Ceyran Qabil qızı ilə rəsmi olaraq ailə həyatı qurub evlənmişdir. Həmin evlilikdən 2 övladı anadan olmuş və övladlarından biri 21 yanvar 2005-ci il tarixdə, digəri isə xx xxxxxx 2014-cü il tarixdə doğulmuşdur. Böyük oğlu Ayaz 2017-ci il tarixdə bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Ailə həyatı qurub evləndikdən sonra bir müddət qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamışlar. Təxminən 2010-ci il tarixdə isə hazırda yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X18 küçəsi, döngə 4, ev 316 ünvanına köçüb orada yaşamağa başlamışlar. Təxminən 2 ay əvvəldən, yəni 2024cü ilin iyun ayından etibarən arvadı Ceyranın ona xəyanət etməsindən şübhələnməyə başlamışdır. Belə ki, hazırda xatırlamadığı tarixdə gecə saatlarında Ceyranın yaşadıqları ünvanda kiminləsə mobil telefonla danışığını aşkar etmişdir. Bu barədə ondan soruşduqda Ceyran heç kimlə danışmadığını deyərək söhbətdən yayınmağa çalışmış və mobil telefonuna toxunmağa icazə verməmişdir. Təxminən 15-20 gün sonra Ceyranın istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng etdiyində telefona həyəcanlı şəkildə cavab vermiş, həmin vaxt onun yanında yad kişi səsi eşitmişdir. Həmin vaxt ondan harada olduğunu soruşduqda işıq pulunu ödəmək üçün getdiyini bildirmiş, yanındakı şəxsin səsi eşidilən kimi isə Ceyran dərhal telefonu söndürmüşdür. Bu hadisədən sonra artıq o, Ceyranı güdməyə başlamış və təxminən 13 iyul 2024-cü il tarixdə qəsəbədə Ceyranla əvvəllər tanıdığı, qəsəbə sakini Əli adlı şəxsi birlikdə piyada gedərkən görmüşdür. Həmin vaxt Ceyrana yaxınlaşıb nə məsələ olduğunu soruşmaq istədikdə, Ceyranın əli ilə Əliyə işarə edib ondan uzaqlaşmasını bildirdiyini görmüşdür. Həmin vaxt o, Əlinin uzaqlaşdığını görüb Ceyrana yaxınlaşmamış, lakin Əliyə yaxınlaşıb nə üçün həyat yoldaşının yanı ilə hərəkət etdiyini soruşmuşdur. Əli təsadüfən həmin küçə ilə getdiyini dedikdə,o, Əlini səsindən tanımışdır. Belə ki, həmin səsin Ceyranın işıq pulu vermək üçün getdiyini dediyi vaxt onun yanından gələn səs olduğunu müəyyən etmişdir. Bundan sonra evə gəlib Ceyranla söhbət etmək qərarına gəlmiş, evə gəlib bu barədə danışdıqda, ondan Əli ilə aralarında olan münasibəti etiraf etməsini xahiş etmiş və etiraf edəcəyi halda onu bağışlayacağını demişdir. O isə Əlini haradan tanıdığını, onunla arasında hər hansı bir münasibət olmadığını demişdir. Daha sonra “Qurani Kərim” kitabını gətirərək Əli ilə aralarında hər hansı münasibətin olmaması ilə bağlı and içməsi üçün əlini kitaba basmasını istəmiş, Ceyran isə and içməkdən imtina etmiş və buna görə də, onun şübhələri daha da artmışdır. Həmin gündən sonra Ceyran artıq onunla doğru-düzgün ərarvad münasibətində olmamış, hətta telefonlarına belə cavab verməmişdir. O da artıq onunla yaşamaqdan imtina edib Ceyranın adına rəsmiləşdirdiyi Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsi 220 ünvanında yerləşən bağ evində yaşamağa başlamışdır. Bundan sonra Əli ilə bir daha danışmaq istəmiş, ona görə də, sonradan əldə etdiyi Əliyə məxsus hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng etmiş və Ceyranla nə əlaqəsi olduğunu bir daha soruşmuşdur. O isə Ceyranla hər hansı əlaqəsi olmadığını, aralarında münasibət olmadığını izah etmiş və Əli ilə evlərinin yaxınlığında görüş təyin edərək həmin yerdə görüşüb Əli ilə birlikdə Ceyran və övladının yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, X18 küçəsi, döngə 4, ev 316 ünvanına gəlmişlər. Həmin vaxt Ceyranı səsləyib həyətə çıxmasını bildirmiş, bir neçə saniyə sonra isə Ceyran, oğlu Araz və qonşuları Elmira adlı qadın həyətə çıxmışlar. O, bir daha Ceyran və Əliyə bildirib aralarında münasibət olmamalarına dair əllərini “Quranı-Kərim” kitabına əl basmalarını tələb etmişdir. Həmin vaxt Əli əlini “Qurani-Kərim” üzərinə qoyub and içərək Ceyranla arasında hər hansı münasibət olmadığını bildirmişdir. Ceyran isə kitaba əli ilə zərbə ilə vurmuş, lakin bir söz deməmişdir. O da Ceyrana qarşı olan şübhələrində haqlı olduğunu düşünüb həmin evi bir daha tərk etmiş və Ceyranın bu hərəkətləri onu qıcıqlandırmağa başlamışdır. Ona görə də, 15 avqust 2024-cü il tarixdən etibarən adına çıxardığı ləkəni təmizləmək üçün Ceyranı öldürmək qərarına gəlmişdir. Buna görə də, təxminən 2-3 il əvvəl hazırda xatırlamadığı iaşə obyektlərinin birindən əldə etdiyi xəncəri bağda saxladığı saxlanc yerindən çıxararaq hazır vəziyyətə gətirmiş və xx.xx.2024-cü il tarixdə, saat təxminən 13 radələrində Ceyranla birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X18 küçəsi, döngə 4 ünvanına gəlib yolun kənarında Ceyranın işdən gəlməyini gözləmişdir. Əvvəlcə özü ilə gətirdiyi xəncəri hasarın dibində gizlətmişdir. Ceyran 7 saylı xəstəxanada olan bufetdə satıcı aşbaz olaraq işləmişdir. Təxminən 13:30 radələrində Ceyranın işlədiyi 7 saylı xəstəxanadan evə gəldiyini görmüşdür. Ceyrana yaxınlaşıb etdiyi hərəkətlərin düzgün olmadığını bildirib onu öldürmək fikrini qətiləşdirdikdən sonra küçədə olan hasarın dibinə qoyduğu xəncəri götürərək Ceyrana ardıcıl zərbələr vurmağa başlamışdır. Ceyran ona müqavimət göstərib yalvarmağa başlasa da, onun yalvarışlarına məhəl qoymadan ardıcıl zərbələr vurmağa davam etmiş və təxminən 9-10 dəfə xəncərlə Ceyranın qarın və bədənin müxtəlif nahiyələrinə zərbələr vurmuş, zərbələrdən sonra Ceyran haldan düşüb hasarın dibinə yıxılmışdır. Onun yerə yıxılıb öldüyündən əmin olduqdan sonra bıçağı qonşuluqda yaşayan şəxsin həyətinə atıb hadisə yerindən uzaqlaşmışdır. X4 yaşadığı ünvan 1 ünvanına gedərək baş vermiş hadisəni danışdıqda anası dediklərinə inanmamış və etdiyi hərəkətin düzgün olmadığını, polisə təslim olmağını bildirmişdir. O isə anasının dediklərinə əhəmiyyət verməyib oranı da tərk etmişdir. Sonra qarşına çıxan apteklərin birinə daxil olub spirt almış və yaşadığı bağa gəlib həmin spirtə su qatıb içmişdir. Bir müddət sonra çıxıb Maştağa qəsəbəsi ərazisində olan parkda gəzməyə başlamış, bir müddət gəzdikdən sonra isə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir. Bundan başqa bildirmişdir ki, 17 avqust 2024-cü il tarixdə, təxminən saat 14 radələrində Zərərçəkmiş şəxs bıçaqla vurmaqda niyyəti onu qəsdən həyatdan məhrum etmək olmuşdur. Belə ki, Ceyran ona xəyanət etməklə namusuna ləkə gətirmişdir. Onu bu cinayəti törətməyə kimsə təhrik etməmiş və bu cinayətin törədilməsi barədə əvvəlcədən kiməsə məlumat verməmişdir. 17 avqust 2024-cü il tarixdə, saat təxminən 13:30-da Zərərçəkmiş şəxs bıçaqla vuraraq qətlə yetirən zaman küçədə heç kim olmadığından bu hadisəyə şahidlik edən də olmamışdır. Əvvəllər Zərərçəkmiş şəxs öldürməyə cəhd etməmişdir. O, Ceyranın ona xəyanət etməsini dəqiqləşdirdikdən sonra, təxminən 15 avqust 2024-cü il tarixdən etibarən onu öldürməyi planlaşdırmışdır. 17 avqust 2024-cü il tarixdə, təxminən saat 13:30 radələrində Zərərçəkmiş şəxs bıçaqla vurub qətlə yetirən zaman Ceyran yalvarıb onu öldürməməyini xahiş edərək əlləri ilə özünü qorumağa çalışıb müqavimət göstərsə də, o, Ceyranın yalvarışlarına məhəl qoymadan bıçaqla ardıcıl zərbələr vurmağa davam etmişdir (cild 1, iş vərəqə 56-59). Təqsirləndirilən şəxs oğlu elan edilmiş ifadə ilə bağlı məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ibtidai istintaq dövründə ifadəni içkili vəziyyətdə vermişdir. Ceyranı bıçaqla o, vurmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi, Bağlar, nömrəsiz ünvanda ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 2 övladı var. Mərhum Zərərçəkmiş şəxs onun doğma bacısı olmuşdur. Belə ki, o, 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 187 nörməli tam orta məktəbdə orta təhsil almışdır. Təxminən 2019-cu il tarixdən etibarən Ceyran “X16” X17in nəzdində olan 7 saylı xəstəxanada sanitar işçi olaraq fəaliyyət göstərmişdir. Bacısı 2002-ci il tarixdə uzaq qohumları olan Təqsirləndirilən şəxs adlı şəxslə rəsmi olaraq ailə həyatı quraraq evlənmiş və həmin evlilikdən onların 2 övladı doğulmuşdur. Böyük oğlu Ayaz Rəhimov təqribən 2018-ci il tarixdə bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Onu da bildirmişdir ki, atası Qabil Axundov 1990-cı il tarixdə, anası Ədilə Axundova isə 2016-cı il tarixdə vəfat etmişdir. Ceyran isə ailə həyatı qurub evləndikdən sonra bir müddət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamışlar. Təxminən 2010-ci il tarixdə isə hazırda yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X18 küçəsi, döngə 4, ev 316 ünvanına köçüb orada yaşamağa başlamışlar. Ceyranla Həsənbala ailəli olduqları müddət ərzində onların münasibətləri elə də yaxşı olmamışdır. Buna səbəb isə Həsənbalanın spirtli içki aludəçisi olması olmuşdur. Belə ki, Həsənbala spirtli içki qəbul etdiyi zamanlar demək olar ki, hər dəfəsində onların mübahisələri yaranmışdır, çünki Həsənbala sərxoş olduğu zaman ağzının danışığını bilməmiş və səbəbsiz yerə söz-söhbətlər yaratmış, ona görə də onların daima mübahisələri yaranmışdır. Hər dəfəsində spirtli içki qəbul edib Ceyrana başını kəsəcəyini, onu öldürəcəyini demiş, lakin bununla bağlı hər hər hansı aktiv hərəkət etməmişdir, sadəcə olaraq sözdə demişdir. Ceyranla son zamanlar bu barədə danışıb ondan boşanmağı məsləhət görsələr də, sonuncu böyük övladı olduğunu, boşanmağın qəsəbə içərisində yaxşı qarşılanmayacağını bildirmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 11 avqust 2024-cü il tarixdə Kərbala ziyarətinə getmiş və həmin tarixdən 31 avqust 2024-cü il tarixədək olan müddət ərzində Kərbala şəhərində ziyarətdə olmuşdur. 01 avqust 2024-cü il tarixdə isə artıq Bakı şəhərinə, yaşadığı ünvana gəlmiş və Bakı şəhərinə qayıtdıqdan sonra ona 17 avqust 2024-cü il tarixdə, günorta saatlarında bacısı Zərərçəkmiş şəxs işlədiyi xəstəxanadan evə gələn zaman Təqsirləndirilən şəxs küçədə onu gözləmiş və anidən yaxınlaşaraq xəncərlə vuraraq qətlə yetirmişdir, bunu da guya Ceyranın ona xəyanət etməsi səbəbindən etmişdir. Bu barədə bildirmişdir ki, Ceyran çox abırlı, ismətli qadın olmuş, o heç vaxt Həsənbaiaya xəyanət etməmiş, başqa kişi cinsli şəxslərlə aralarında münasibət olmamışdır. Onu da bildirmişdir ki, Həsənbala əvvəllər Ceyranla mübahisə zamanı sonuncunu öldürdükdən sonra həbs olunarsa, arvadını xəyanət üstündə öldürdüyünü deyəcəyini, ona türmədə yaxşı baxacaqlarını demişdir. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında demək olar ki, daima mübahisələr olmuş, buna səbəb də Həsənbalanın hər hansı bir işlə məşğul olmaması, spirtli içki aludəçisi olması, evdə olan əşyaları sataraq spirtli içki qəbul etməsi olmuşdur. Həmin mübahisələr zamanı isə Həsənbala ara sıra Ceyrana qarşı fiziki zorakılıq tətbiq edərək onu döymüş, lakin öldürməyə cəhd etməmişdir. Ceyran isə bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir, çünki sonuncu bu barədə kiməsə danışmaqdan utanmış, heç ona da doğru düzgün məlumat verməmiş, o bu barədə sonradan eşitmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qətlə yetirməsinin konkret səbəbinin nə olduğunu deyə bilməsə də, onu bildirmişdir ki, sonradan eşitdiyi məlumata görə, Həsənbala guya Ceyranı ona xəyanət etməsi səbəbindən öldürmüşdür. Lakin bu deyilənlər tamamilə cəfəngiyyat və Həsənbalanın özünün uydurmasıdır. Belə ki, Ceyranın Həsənbalaya xəyanət etməsi barədə onda hər hansı bir məlumat yoxdur, o cümlədən belə bir şeyin olması da mümkünsüzdür. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona Maştağa qəsəbə sakini Əli adlı şəxs ilə xəyanət etməsi səbəbindən qətlə yetirdiyi barədə ifadəsində qeyd etdikləri ilə bağlı bildirmişdir ki, o, ümumiyyətlə, Əli adlı şəxsi tanımır, X11 adlı şəxslə xəyanət etməsinə də inanmır, belə bir şeyin olması mümkün deyildir. Ümumiyyətlə, nə Ceyran, nə də ki, Həsənbala özü də bu barədə ona hər hansı bir söz deməmişdir, çünki onların mübahisələri hər zaman spirtli içki üstündə olmuş, heç vaxt xəyanətlə bağlı aralarında mübahisə olmamış, sadəcə olaraq Həsənbala hər zaman Ceyranı gələcəkdə öldürəcəyi halda hamıya xəyanət üstündə öldürdüyünü deyəcəyini bildirmişdir. (Cild 1 iş vərəqə; 124-127) Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Əli məhlədən tanışlarıdır. Həsənbalanın ailəsini tanımır. Hadisədən səhərisi gün məlumatı olmuşdur.Həsənbala Əlini çağırıb ona “hər şey sənə görə olub” demişdir. Lakin hadisə baş verən gün Əli ilə birlikdə parkda olmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, təqsirləndirilən şəxslə yaxından tanışlığı yoxdur. Hadisə baş verdikdən 4-5 gün sonra məlumatı olmuşdur. Hadisə ilə bağlı Sabunçu rayon prokurorluğuna çağırılmış və ifadə verərək hadisə ilə bağlı məlumatı olmadığını bildirmişdir. O, Maştağa kəndində yük avtomobili sürücüsüdür. Həsənbalanın dediyinə görə o, univermağın qabağından yolda gedərkən Həsənbalanın yoldaşı yolun sağ tərəfi ilə getmişdir. Həsənbalanın dediyinə görə Zərərçəkmiş şəxs ona əl hərəkəti etmişdir. Ancaq o, maşınına tərəf gedərkən fikir vermişdir ki, Zərərçəkmiş şəxs zibil tulantısını atarkən qoxuya görə əlini yellətmişdir. “Şamxal hamamı” deyilən ərazidən sola dönəndə Həsənbala ona yaxınlaşıb Zərərçəkmiş şəxs göstərərək onu tanıyıb tanımadığını soruşmuş, o da Həsənbalaya xanımı tanımadığını demişdir. Həsənbala ona xanımı tanımadığını bildirmişdir. Bu məsələdən 3 gün sonra daş satdığı ərazidə olarkən Həsənbala tərəfindən telefonuna zəng gəlmiş və sonuncu ona xoşagəlməz sözlər demişdir. Həsənbala ilə görüşüb onların evlərinə getmişlər, Zərərçəkmiş şəxs qapıya gəlmişdir. O, Zərərçəkmiş şəxs onu tanıyıb-tanımadığını soruşmuşdur. Zərərçəkmiş şəxs onu tanımadığını və Həsənbalanı aparmaları üçün “102”-ə məlumat verdiyini bildirmişdir. O, “Qurani Kərim” kitabına əl basaraq and içmişdir ki, Zərərçəkmiş şəxs ilə tanışlığı olmamışdır. Təxminən 2-3 gün sonra hadisədən xəbər tutmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimanov küçəsi, ev 2 ünvanında ailə üzvləri İlə birlikdə yaşayır. 187 nömrəli məktəbdə təhsil alır və 5- ci sinif şagirdidir. Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə onun atasıdır. Onun Ayaz adlı qardaşı isə 2018-ci ildə bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, atası tez-tez spirtli içki içərək evdə səbəbsiz yerə dava salmış, anası ilə mübahisə edərək onu təhqir etmiş və döymüşdür. Qeyd etmişdir ki, hadisədən 1 həftə öncə isə atası evə tanımadığı, əvvəllər görmədiyi bir kişi gətirərək anasına “sən bu kişiyə əl eləmisən” demiş, anası isə ona heç kimə əl eləmədiyini demişdir. Bu zaman atası anasına Qurana əl basmasını istədiyindən anası ona evdən Quran kitabını gətirməyini demiş və o da anasının sözü ilə gedib kitabı evdən gətirmişdir. Sonra isə anası kitaba əl basaraq and içmiş, ardı ilə həmin kişi onunla anasının arasında hər hansı münasibət olmadığına dair and içmişdir. Bundan sonra atası və həmin şəxs oradan uzaqlaşaraq getmiş, o isə anası ilə evə girmişdir. Bundan başqa bildirmişdir ki, Şahid3 tanımır, indiyə kimi belə bir şəxsin adını anasından eşitməmişdir. Evlərində Quran kitabına əl basaraq and içən şəxsin Şahid3 olduğunu hazırda öyrənmişdir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə o evdə tək olmuş, anası isə işdə olmuşdur. Qeyd etmişdir ki, anası şənbə günləri işdən tez çıxır, evə günorta saat 13 radələrində evə qayıdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə artıq günorta saat 13 radələrində anası evə gəlmədiyi üçün o narahat qalmış və küçəyə çıxmışdır. Küçəyə çıxarkən ətrafda şəxslərin toplaşdığını və anasının yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, bu zaman kənardakı şəxslər onu evə aparmışdır. (Cild 1 iş vərəqə; 285- 289) Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov 274 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır və heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusu olmuşdur və o uzun müddətdir ki, Ceyranı tanıyır. Belə ki, Ceyran yoldaşı Təqsirləndirilən şəxs və 10 yaşlı oğlu Arazla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov ünvanında yaşamışdır. Onun böyük oğlu Ayaz isə təxminən 5-6 ildir ki, bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Həmçinin qeyd etmişdir ki, o, Ceyrana məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov ünvanında yerləşən bağ evində 4 ii müddətində kirayədə yaşamışdır. Ceyranı tanıdığı 15 il müddətində onu qeyrətli, namuslu, öz işində olan bir xanım kimi tanımış və onun barəsində heç kimdən nə mənfi söz eşitmiş, nə də ki özü belə bir halın şahidi olmuşdur. Qeyd etmişdir ki, Ceyranın yoldaşı Həsənbala tez-tez spirtli içki qəbul edərək evdə söz-söhbət salmışdır. O bu barədə məlumatı Ceyranın özü ona danışdığı üçün bilmişdir. Bildirmişdir ki, hətta bir dəfəsində Ceyran kiçik oğluna hamilə olduğu zaman Həsənbala içki qəbul edib evə söz-söhbət salmış və Ceyranı döymüş, Ceyran da buna görə polisə şikayət etmişdir. Lakin onun həmin məsələnin necə nəticələndiyi barədə məlumatı yoxdur. Bundan başqa bildirmişdir ki, Ceyranla söhbət zamanı o bir dəfəsində Həsənbalanın ona “Qurani-Kərim" gətirərək heç kimlə gəzmədiyinə dair and içməsini və onun da “Qurani-Kərim”-ə əl basaraq and içdiyini demişdir. Qeyd etmişdir ki, o ilk dəfə X7 əl basdırıb and içdirdiyini eşidəndə Ceyranla yoldaşı Həsənbala arasında qısqanclıq üstündə hər hansı söz-söhbətin olduğunu bilməmiş, indiyə kimi belə bir halın şahidi olmamışdır. Sonuncu dəfə, yəni xx.xx.2024-cü il tarixdə Ceyran “Whatsapp” vasitəsilə ona əri Həsənbalanın ona məxsus bağ evini barxanaya çevirdiyini, əgər orda kimsə qalarsa, bunu edə bilməyəcəyini bildirərək ondan Ceyrana məxsus bağ evinə yerləşib orada yaşamağını xahiş etdiyindən, o da əşyalarını götürərək həmin bağ evinə yerləşmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə Ceyrana bağ evinə yerləşdiyini demək üçün onun işdən gəlməsini gözlədikdə, qonşular ona Ceyranın morqda olduğunu demişlər. O buna inanmayaraq Ceyrangilin yaşadığı evə getmiş və onların evinin yanında yerdə qan ləkələri görmüşdür. Qonşulardan nə baş verdiyini soruşduqda, qonşular ona Həsənbalanın Ceyranı qısqanclıq üstündə öldürdüyünü demişlər. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində yoldaşı Zərərçəkmiş şəxs ona Maştağa qəsəbə sakini olan Əli adlı şəxslə xəyanət etdiyindən öldürdüyü ilə bağlı ifadəsində qeyd etdikləri ilə bağlı bildirmişdir ki, o Əli adlı həmin şəxsi tanımır, birinci dəfədir ki, onun adını eşidir. Ceyranın həmin şəxslə hər hansı münasibətinin olubolmaması barədə heç bir məlumatı yoxdur. Lakin bildirmişdir ki, Ceyran heç vaxt belə bir şey etməz, o, sağlığında qeyrəti və namuslu xanım olmuşdur. Buna görə də, Həsənbalanın yalan danışdığını düşünür. (Cild 1 iş vərəqə; 249-251) Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları, 26-cı dalan ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 2 övladı var. Hazırda rəsmi olaraq hər hansı bir işlə məşğul olmasa da, santexnik olaraq fəaliyyət göstərir. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs qətlə yetirilməsindən xəbərdar olmamış, hazırda rayon prokurorluğuna dəvət olunan zaman məlumatı olmuşdur. Zərərçəkmiş şəxs 2023-cü ilin əvvəllərindən etibarən tanımışdır. Belə ki, həmin dövrdə o, Maştağa qəsəbəsində yerləşən 7 saylı xəstəxanada ürəyində olan ağrılarla əlaqədar müalicə almışdır. Təxminən 10 gün ərzində həmin xəstəxanada müalicədə olmuş, həmin müddət ərzində isə xəstəxananın mətbəxində çalışan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Onunla tanışlıqları zaman keçdikcə dərinləşmiş və aralarında yaxın münasibət yaranmışdır. Ona görə də, o, müalicəsi başa çatıb evə buraxıldıqdan sonra da, onunla telefonla əlaqə saxlamağa başlamışdır. Həmin dövrdə o, “*** *** ** **" nömrəli mobil telefon nömrəsindən istifadə etmiş, həmin mobil nömrə xalası X12 məxsus olsa da, onun istifadəsində olmuşdur. Ceyranla tanışlığı müddətində aralarında sevgi münasibəti yaranmışdır. Ceyran ona əvvəllər ailəli olduğunu, lakin sonra ərindən boşandığını və bir həyətdə başqa-başqa evlərdə yaşadıqlarını bildirmişdir. O da ona görə onunla münasibət yaratmış və onunla tanışlığı müddətində ümumilikdə 2 dəfə görüşüb Pirşağıda yerləşən “Mirakl” adlı otelə getmişdir. Lakin həmin görüşlər zamanı o Ceyranla cinsi əlaqədə olmamışdır. Belə ki, Ceyran ona yaşını az demiş, görüşlər zamanı isə onun görkəmindən yaşlı olduğunu anladığı üçün artıq onunla münasibəti kəsməyi qərarlaşdırmışdır. Bu barədə ona bir söz deməsə də, artıq yavaş-yavaş onunla soyuq danışıb özündən uzaqlaşdırmışdır. Sonuncu dəfə isə 2024-cü ilin təxminən mart ayının 3-də Ceyranla görüşüb otelə getmişlər. Həmin vaxt isə o, Zabratın kruqunda dayanıb Ceyranını istifadəsində olan mobil telefon nömrəsinə ora gəlməsi ilə bağlı mesaj yazmış, elə həmin gün də görüşüb Pirşağıda yerləşən otelə getmişlər. Oteldə isə Ceyran bir daha əynini dəyişən zaman o bir daha onu görüb cinsi əlaqədə olmaqdan imtina etmişdir. Onunla sonuncu görüşü elə həmin tarixə təsadüf edir. Sonradan isə onların arasında hər hansı görüş və danışıq olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs telefonuna keçirilmiş baxış protokolu və protokola əlavə edilmiş görüntülərlə tanış olaraq bildirmişdir ki, “*** *** ** **" saylı mobil telefon nömrəsi xalasının adına olsa da, onun istifadəsində olmuşdur, görüntülərdə Zərərçəkmiş şəxs mesajlar yazan şəxs o olmuşdur. Həmin mesajlarda ifadəsində qeyd etdiyi kimi o, Zabrat qəsbəsində dayanaraq Ceyranı oraya dəvət etmiş, həmin gün də onlar birlikdə otelə getmişlər. Həmin tarixdən sonra isə bir daha görüşməmişlər. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi tanımır, həmin şəxslə aralarında hər hansı əlaqə olmamışdır. (Cild 1 iş vərəqə; 277-280). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi, bağlar, nömrəsiz ünvanda ailə üzvləri İlə birlikdə yaşayır. Ailəlidir və 2 övladı var. Mərhum Zərərçəkmiş şəxs onun xalası olmuşdur, belə ki, o, 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 187 nörməli tam orta məktəbdə orta təhsil almışdır. Təxminən 2019-cu il tarixdən etibarən Zərərçəkmiş şəxs “X16” X17in nəzdində olan 7 saylı xəstəxanada sanitar işçi olaraq fəaliyyət göstərmişdir. O, 2002-ci il tarixdə uzaq qohumları olan Təqsirləndirilən şəxs adlı şəxslə rəsmi olaraq ailə həyatı quraraq evlənmiş və həmin evlilikdən onların 2 övladı doğulmuşdur. Böyük oğulları Ayaz Rəhimov təqribən 2018-ci il tarixdə bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Zərərçəkmiş şəxs ailə həyatı qurub evləndikdən sonra bir müddət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 12 ünvanında yaşamışlar. Təxminən 2010-ci il tarixdə isə hazırda yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsi, X18 küçəsi, döngə 4, ev 316 ünvanına köçüb orada yaşamağa başlamışlar. Ceyranla Həsənbala ailəli olduqları müddət ərzində onların münasibətləri elə də yaxşı olmamış, buna səbəb isə Həsənbalanın spirtli içki aludəçisi oiması olmuşdur. Belə ki, Həsənbala spirtli içki qəbul etdiyi zamanlar demək olar ki, hər dəfəsində onların mübahisələri yaranmış, çünki Həsənbala sərxoş olduğu zaman ağzının danışığını bilməmiş və səbəbsiz yerə söz-söhbətlər olmuş, ona görə də onların daima mübahisələri yaranmışdır. Onu da qeyd etmişdir ki, o, öz işlərinin çoxluğu ilə əlaqədar olaraq ümumiyyətlə, onların ailə məsələlərinə qarışmamışdır. Sadəcə olaraq onlar arasında mübahisələrin olduğunu qohum əqrəbadan eşitmişdir. Həsənbala hər dəfəsində spirtli içki qəbul edərək Ceyrana başını kəsəcəyini, onu öldürəcəyini demiş, lakin bununla bağlı hər hər hansı aktiv hərəkət etməmiş, sadəcə olaraq sözdə demişdir. O, qohum əqrəbasının Ceyranla son zamanlar bu barədə danışıb Həsənbaladan boşanmağı məsləhət gördüklərini eşitmişdir. Lakin Ceyran böyük övladı olduğunu, boşanmağın qəsəbə içərisində yaxşı qarşı tanmayacağını bildirmişdir. O, bildirmişdir ki, hadisədən təxminən bir neçə gün əvvəl küçədə Həsənbala ilə təsadüfən qarşılaşmış, həmin vaxt Həsənbala sərxoş vəziyyətdə ona yaxınlaşıb Ceyranın ona Maştağa qəsəbə sakini Əli adlı şəxslə xəyanət etdiyini bildirmişdir. O isə Həsənbalanın boş-boş danışdığını bildiyi üçün dediklərinə əhəmiyyət vermədən yanından keçmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 17 avqust 2024-cü il tarixdə, saat təxminən 14 radələrində yaşadığı evdən çıxıb Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X18 küçəsi, döngə 4, ev 316 ünvanının yaxınlığından keçərkən xalasının küçədə uzanıqlı vəziyyətdə olduğunu və ətrafına qonşulardan hazırda adlarını xatırlamadığı bir sıra şəxslərin toplaşdığını görmüşdür. Dərhal yaxınlaşaraq nə baş verdiyini aydınlaşdırmaq istədikdə, həmin vaxt Zərərçəkmiş şəxs yerdə hərəkətsiz vəziyyətdə uzandığını, ətrafına isə qan kütlələri yığıldığını görmüşdür. O nə baş verdiyini anlaya bilməmiş, ətrafda olan şəxslərdən nə baş verdiyini soruşduqda, onlar da nə olduğunu bilməmişlər. O, əvvəlcə Zərərçəkmiş şəxs istidən huşunu itirib yerə yıxıldığını, həmin vaxt isə bədəni üzərində bir sıra xəsarətlər yarandığını başa düşmüşdür. Bundan sonra o, təcili tibbi yardıma, daha sonra isə qardaşı Orxana bu barədə məlumat vermişdir. Qardaşı Orxan gəldikdən sonra isə Zərərçəkmiş şəxs xeyli miqdarda qan itirdiyini görüb dərhal ətrafda olan şəxslərin köməkliyi ilə Orxanın istifadəsində olan avtomobilə uzadaraq yaxınlıqda yerləşən 7 saylı xəstəxanaya aparmışlar. Xəstəxanada onu avtomobildən düşürməmiş, bir sıra xatırlamadığı şəxslər vizual olaraq müayinə edib Ceyranın vəfat etdiyini demiş, daha sonra isə həmin yerə təcili tibbi yardım əməkdaşları yaxınlaşmışlar. Təcili tibbi yardım əməkdaşları Zərərçəkmiş şəxs avtomobildə müayinə edərək bədəni üzərində çox saylı bıçaq xəsarətləri olduğunu və onun artıq vəfat etdiyini bildirmişlər, Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşları gəlmiş və sonradan Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs yaşadıqları küçədə xəncərlə vurub qətlə yetiridiyi məlum olmuşdur. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Həsənbalanın hər hansı bir işlə məşğul olmaması, spirtli içki aludəçisi olması, evdə olan əşyaları sataraq spirtli içki qəbul etməsi səbəbindən daima mübahisələr olmuş, həmin mübahisələr zamanı isə Həsənbala ara-sıra Ceyrana qarşı fiziki zorakılıq tətbiq edərək onu döymüş, lakin öldürməyə cəhd etməmişdir. Ceyran isə bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir, çünki o bu barədə kiməsə danışmaqdan utanmış, qohumlarına da doğru-düzgün məlumat verməmişdir. Həsənbalanın bu hərəkətləri səbəbindən onun da Həsənbala ilə elə də münasibəti olmamışdır. Ona görə də ümumiyyətlə onların ailə işlərinə qarışmamağa çalışmışdır. O bu barədə sonradan eşitmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qətlə yetirməsinin konkret səbəbinin nə olduğu barədə bir söz deyə bilməsə də, onu da bildirmişdir ki, sonradan eşitdiyi məlumata görə, Həsənbala guya Ceyranı ona xəyanət etməsi səbəbindən öldürmüşdür. Lakin bu deyilənlər tamamilə cəfəngiyyat və Həsənbalanın özünün uydurmasıdır. Bildirmişdir ki, o, Əli adlı şəxsi tanımır, onunla hər hansı münasibəti yoxdur, ümumiyyətlə, həmin şəxslə Zərərçəkmiş şəxs arasında hər hansı münasibət olmasına da inanmır, çünki Ceyran çox namuslu, qeyrətli qadın olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər ona Təqsirləndirilən şəxs onu ödürmək istəməsi və ya öldürmək istədiyi barədə məlumat verməmişdir. (Cild 1 iş vərəqə; 236-239). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi, bağlar, nömrəsiz ünvanda ailə üzvləri İlə birlikdə yaşayır. Ailəlidir və 2 övladı var. Mərhum Zərərçəkmiş şəxs onun xalası olmuşdur, belə ki, o, 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 187 nörməli tam orta məktəbdə orta təhsil almışdır. Təxminən 2019-cu il tarixdən etibarən Zərərçəkmiş şəxs “X16” X17in nəzdində olan 7 saylı xəstəxanada sanitar işçi olaraq fəaliyyət göstərmişdir. O, 2002-ci il tarixdə uzaq qohumları olan Təqsirləndirilən şəxs adlı şəxslə rəsmi olaraq ailə həyatı quraraq evlənmiş və həmin evlilikdən onların 2 övladı doğulmuşdur. Böyük oğulları Ayaz Rəhimov təqribən 2018-ci il tarixdə bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Zərərçəkmiş şəxs ailə həyatı qurub evləndikdən sonra bir müddət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 12 ünvanında yaşamışlar. Təxminən 2010-ci il tarixdə isə hazırda yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsi, X18 küçəsi, döngə 4, ev 316 ünvanına köçüb orada yaşamağa başlamışlar. Ceyranla Həsənbala ailəli olduqları müddət ərzində onların münasibətləri elə də yaxşı olmamış, buna səbəb isə Həsənbalanın spirtli içki aludəçisi oiması olmuşdur. Belə ki, Həsənbala spirtli içki qəbul etdiyi zamanlar demək olar ki, hər dəfəsində onların mübahisələri yaranmış, çünki Həsənbala sərxoş olduğu zaman ağzının danışığını bilməmiş və səbəbsiz yerə söz-söhbətlər olmuş, ona görə də onların daima mübahisələri yaranmışdır. Onu da qeyd etmişdir ki, o, öz işlərinin çoxluğu ilə əlaqədar olaraq ümumiyyətlə, onların ailə məsələlərinə qarışmamışdır. Sadəcə olaraq onlar arasında mübahisələrin olduğunu qohum əqrəbadan eşitmişdir. Həsənbala hər dəfəsində spirtli içki qəbul edərək Ceyrana başını kəsəcəyini, onu öldürəcəyini demiş, lakin bununla bağlı hər hər hansı aktiv hərəkət etməmiş, sadəcə olaraq sözdə demişdir. O, qohum əqrəbasının Ceyranla son zamanlar bu barədə danışıb Həsənbaladan boşanmağı məsləhət gördüklərini eşitmişdir. Lakin Ceyran böyük övladı olduğunu, boşanmağın qəsəbə içərisində yaxşı qarşı tanmayacağını bildirmişdir. O, bildirmişdir ki, hadisədən təxminən bir neçə gün əvvəl küçədə Həsənbala ilə təsadüfən qarşılaşmış, həmin vaxt Həsənbala sərxoş vəziyyətdə ona yaxınlaşıb Ceyranın ona Maştağa qəsəbə sakini Əli adlı şəxslə xəyanət etdiyini bildirmişdir. O isə Həsənbalanın boş-boş danışdığını bildiyi üçün dediklərinə əhəmiyyət vermədən yanından keçmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 17 avqust 2024-cü il tarixdə, saat təxminən 14 radələrində yaşadığı evdən çıxıb Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X18 küçəsi, döngə 4, ev 316 ünvanının yaxınlığından keçərkən xalasının küçədə uzanıqlı vəziyyətdə olduğunu və ətrafına qonşulardan hazırda adlarını xatırlamadığı bir sıra şəxslərin toplaşdığını görmüşdür. Dərhal yaxınlaşaraq nə baş verdiyini aydınlaşdırmaq istədikdə, həmin vaxt Zərərçəkmiş şəxs yerdə hərəkətsiz vəziyyətdə uzandığını, ətrafına isə qan kütlələri yığıldığını görmüşdür. O nə baş verdiyini anlaya bilməmiş, ətrafda olan şəxslərdən nə baş verdiyini soruşduqda, onlar da nə olduğunu bilməmişlər. O, əvvəlcə Zərərçəkmiş şəxs istidən huşunu itirib yerə yıxıldığını, həmin vaxt isə bədəni üzərində bir sıra xəsarətlər yarandığını başa düşmüşdür. Bundan sonra o, təcili tibbi yardıma, daha sonra isə qardaşı Orxana bu barədə məlumat vermişdir. Qardaşı Orxan gəldikdən sonra isə Zərərçəkmiş şəxs xeyli miqdarda qan itirdiyini görüb dərhal ətrafda olan şəxslərin köməkliyi ilə Orxanın istifadəsində olan avtomobilə uzadaraq yaxınlıqda yerləşən 7 saylı xəstəxanaya aparmışlar. Xəstəxanada onu avtomobildən düşürməmiş, bir sıra xatırlamadığı şəxslər vizual olaraq müayinə edib Ceyranın vəfat etdiyini demiş, daha sonra isə həmin yerə təcili tibbi yardım əməkdaşları yaxınlaşmışlar. Təcili tibbi yardım əməkdaşları Zərərçəkmiş şəxs avtomobildə müayinə edərək bədəni üzərində çox saylı bıçaq xəsarətləri olduğunu və onun artıq vəfat etdiyini bildirmişlər, Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşları gəlmiş və sonradan Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs yaşadıqları küçədə xəncərlə vurub qətlə yetiridiyi məlum olmuşdur. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Həsənbalanın hər hansı bir işlə məşğul olmaması, spirtli içki aludəçisi olması, evdə olan əşyaları sataraq spirtli içki qəbul etməsi səbəbindən daima mübahisələr olmuş, həmin mübahisələr zamanı isə Həsənbala ara-sıra Ceyrana qarşı fiziki zorakılıq tətbiq edərək onu döymüş, lakin öldürməyə cəhd etməmişdir. Ceyran isə bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir, çünki o bu barədə kiməsə danışmaqdan utanmış, qohumlarına da doğru-düzgün məlumat verməmişdir. Həsənbalanın bu hərəkətləri səbəbindən onun da Həsənbala ilə elə də münasibəti olmamışdır. Ona görə də ümumiyyətlə onların ailə işlərinə qarışmamağa çalışmışdır. O bu barədə sonradan eşitmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qətlə yetirməsinin konkret səbəbinin nə olduğu barədə bir söz deyə bilməsə də, onu da bildirmişdir ki, sonradan eşitdiyi məlumata görə, Həsənbala guya Ceyranı ona xəyanət etməsi səbəbindən öldürmüşdür. Lakin bu deyilənlər tamamilə cəfəngiyyat və Həsənbalanın özünün uydurmasıdır. Bildirmişdir ki, o, Əli adlı şəxsi tanımır, onunla hər hansı münasibəti yoxdur, ümumiyyətlə, həmin şəxslə Zərərçəkmiş şəxs arasında hər hansı münasibət olmasına da inanmır, çünki Ceyran çox namuslu, qeyrətli qadın olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər ona Təqsirləndirilən şəxs onu ödürmək istəməsi və ya öldürmək istədiyi barədə məlumat verməmişdir. (Cild 1 iş vərəqə; 128-132). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid8 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, ünvan 14 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir və 2 oğlan övladı var. O, 2001-cİ il tarixdən Bakı şəhəri C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə bədən tərbiyəsi müəllimi kimi işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi Qabil Axundovun qızıdır. Ceyran təxminən 25-30 ildir ki, Təqsirləndirilən şəxs Əii oğlu ilə evli olmuşdur. O da Həsənbalanı qohum olduqdan sonra tanımış və Həsənbala ilə normal münasibəti olmuşdur. Onların birgə nikahdan 2 oğlan övladı olsa da, böyük oğulları Ayaz təxminən 5-6 İl bundan öncə bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Qeyd etmişdir ki, Həsənbala spirtli içki aludəçisi olduğundan Ceyranın ailəsində tez-tez söz-söhbətlər olmuşdur. O, 4 ildir ki, Həsənbalanı ümumiyyətlə, görməmişdir. Sonuncu dəfə hadisədən öncə, yəni xx.xx.2024-cü il tarixdən təxminən bir neçə gün öncə tanımadığı və hazırda xatırlamadığı bir nömrədən ona zəng gəlmiş, o, telefonu açdıqdan sonra ona zəng vuranın Həsənbala olduğunu bilmişdir. Qeyd etmişdir ki, onda Həsənbaianın mobil telefon nömrəsi olmadığından ona zəng vurulan nömrəni tanımamışdır. Həmin vaxt Həsənbala ona telefon vasitəsilə “əmin qızı yolunu azıb, onun yolda bir oğlanla gəzdiyini görmüşəm, dur bura gəl” dedikdə, o, Həsənbalədan yolda necə getdiklərini soruşduqda, Həsənbala Ceyranın yolun bir tərəfində olduğunu, həmin oğlanın isə digər tərəfində olduğunu demiş və o da Həsənbalaya cavabında “get yat, sabah danışarıq”, Həsənbala isə ona “yaxşı gözləyəcəm” demişdir. O həmin vaxt Həsənbaianın içkili olduğunu düşünmüşdür, çünki Həsənbala tez-tez spirtli içki qəbul etmişdir. Lakin həmin vaxt Həsənbala ona həmin qeyd etdiyi oğlanın adı barədə, kim olduğu barədə heç nə deməmişdir. O da bundan sonra özünə məxsus “*** *** ** **” mobil nömrəsi ilə “Whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə Ceyrana yazaraq Həsənbaianın ona dedikləri barədə Ceyrana deyərək ondan nə baş verdiyini soruşmuş, bu zaman Ceyran ona Həsənbaianın içdiyini və dava saldığını, ondan nə istədiyini bilmədiyini demişdir. O Ceyrana narahat olmamasını və evlərinə baş çəkəcəyini desə də, lakin buna fürsəti olmamışdır. Sonuncu dəfə, yəni xx.xx.2024-cü il tarixdə tanımadığı şəxs tərəfindən atasına zəng gəlmiş və ona Ceyranı maşın vurduğunu demişlər. Bu zaman atası dərhal Ceyranın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov ünvanına getmişdir. Orada olduqda, atası qonşulardan əslində Ceyranı maşın vurmadığını, onu əri Həsənbaianın bıçaqla vurduğunu və Ceyranın qanaxmadan öldüyünü öyrənmişdir. Bundan başqa bildirmişdir ki, Maştağa qəsəbəsində Əli adlı çox adam yaşayır. Buna görə də, o Həsənbalanın qeyd etdiyi Əİİ adlı şəxsin kim olduğunu bilmir. Onun tanıdığı Əli adlı şəxslər isə ümumiyyətlə, Ceyranı tanımırlar. Bildirmişdir ki, Ceyran sağlığında kişi təbiətli və namuslu qadın olmuş, o, indiyə kimi heç vaxt Ceyranın kiminləsə münasibətinin olmasının şahidi olmamışdır. Buna görə də, Ceyranın bu yaşında belə bir hərəkət etməsinə inanmır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında indiyə kimi qısqanclıq üstündə hər hansı mübahisələrinin olub-olmaması barədə heç bir məlumatı yoxdur, o indiyə kimi onlar arasında qısqanclıq üstündə hər hansı mübahisənin olmasının şahidi olmamışdır. (Cild 1 iş vərəqə; 254-257). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 17 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X18 küçəsi, döngə 4 ünvanında yerləşən 316 nömrəli fərdi yaşayış evindən təxminən 45 metr uzaqlıqda yerləşən hasarın tini və hasar boyunca olan yoldur. Belə ki, həmin küçə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası ilə üzbəüz yolun əks istiqamətində yerləşir. Küçəyə daxil olub təxminən 60 metr irəliyə doğru hərəkət etdikdə sağ tərəfdə digər başqa bir küçənin olduğu aşkar edilir. Həmin küçə ilə X18 küçəsinin kəsişməsində isə qonşuluqda yaşayan şəxslərin evlərini birləşdirən hasar mövcuddur. Hasarın kənarları ilə dəmir materialdan hazırlanmış qaz borusu uzanır. Həmin borunun birləşdiyi sarı rəngli sayğacla perpendikulyar asfalt örtük üzərində qana bənzər ləkələr mövcuddur. Həmin asfalt örtük ilə Zərərçəkmiş şəxs yaşadığı 316 nömrəli fərdi yaşayış evinə doğru hərəkət etdikdə torpaq örtük üzərində də qana bənzər ləkələr olduğu görünür. Hadisə yerinə baxış zamanı qanabənzər ləkələrdən pambəq tampona hopdurulmaq yolu ilə 02 ədəd nümunə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Həmin torpaq örtüklə irəliyə doğru hərəkət etdikdə damcı-damcı formasında qana bənzər ləkələr olduğu məlum olur. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur ( cild 1, iş vərəqə 2-7). 17 avqust 2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təşrih masası üzərinə arxası üstə əynində qara rəngli qolsuz köynək, qara rəngli şalvar, qara rəngli trusik, tünd göy rəngli büsqalter və 1 cüt ağ rəngli ayaqqabı olan qadın cinsli meyit qoyulmuşdur. Paltarlar qana bulaşmışdır. Meyit üzərində qızıl-zinyət əşyaları və pul aşkar olunmadı. Köynəyin ön səthində 5 ədəd, arxa səthində 2 ədəd, büsqalter üzərində 8 ədəd, 0,5 sm-dən, 3,0 sm-dək ölçülərdə kənarları nahamar zədələr vardır. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır, uzanmış vəziyyətdə boyunun uzunluğu 165 sm-dir. Üzdən baxdıqda 50-55 yaşlarına uyğun gəlir. Əllə toxunduqda meyit zəif istidir, dəri örtükləri solğun rəngdə olub, qana bulaşmışdır. Meyit ləkələri bədənin arxa-yan səthlərində zəif intensivlikdə yerləşib, bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir 30-40 saniyəyə bərpa olunur. Yoxlanılan adi əzələ qruplarında meyit qacıması zəif inkişaf etmişdir. Başında 20-30 sm uzunluqda açıq qəhvəyi saçı var. Əllə müayinə etdikdə kəllə sümükləri tamdır. Gözləri qapalıdır, qüzehli qişa qəhvəyi rənglidir, bəbəklərin diametri 0,5 sm-dir, buynuz qişa parlaqdır, konyuktivası qansızmasızdır. Xarici qulaq keçəcəkləri sərbəstdir, qulaq seyvanı qığırdaqları tamdır. Əllə müayinə etdikdə burun və üz skeleti sümükləri tamdır. Ağzı yarımörtülüdür, dil ağız boşluğunda sərbəst yerləşmişdir. Alt çənədə solda 1 ədəd diş sarı metaldandır, üst çənə protez dişləri vardır. Boynu orta uzunluqda olub, düzgün inkişaf etmişdir. Əllə müayinə etdikdə boyun fəqərələrində patoloji hərəkətlilik yoxdur. Döş qəfəsi simmetrikdir. Əllə müayinə etdikdə qabırğalarda patoloji hərəkətlilik yoxdur. Döş qəfəsinin sol yarısının ön səthində döşyanı xətt üzrə Vİ qabırğaarası sahə səviyyəsində 3,0x0,6 sm; sağ yarısının ön səthində məmə xətti üzrə Vİ qabırğa səviyyəsində 2,5x0,3 sm, bayır səthində ön qoltuqaltı xətt üzrə İ qabırğa səviyyəsində 3,2x0,8 sm, İİ qabırğa səviyyəsində 2,0x0,7 sm, bayır səthində orta qoltuqaltı xətt üzrə Vİ qabırğa səviyyəsində 1,7x0,5 sm, arxa səthində kürək xətti üzrə Vİİİ qabırğa səviyyəsində 3,5x0,7 sm ölçülərdə kənaları hamar, qansızmalı, bucaqlarından biri iti, digəri küt yaralar vardır. Qarnı döş qəfəsi səviyyəsindən hündürdə yerləşmişdir, dərisi üzərində xəsarət qeyd edilmir. Xarici cinsiyyət üzvləri qadın tipli olub, düzgün inkişaf etmişdir, üzərində xəsarət yoxdur. Arxa keçəcək dəliyi örtülüdür, ətraf dərisi təmiz və zədəsizdir. Əllə müayinə etdikdə çanaq sümükləri tamdır. Yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllə müayinə etdikdə sümükləri tamdır. Sağ bazunun yuxarı 1/3-nin ön-bayır səthində 3,9x0,8 sm, arxa səthində 2,8x0,7 sm, iç səthində 1,0x0,4 sm eyni xarakterli yaralar vardır. Sağ bazunun yuxarı 1/3-nin arxa səthində olan 2,8x0,7 sm ölçülü yarada yara kanalı iç səthə doğru gedərək və bazunun iç səthində olan 1,0x0,4 sm yaraya çıxır. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar edilmədi (cild 1, iş vərəqə 8-12). 17 avqust 2024-cü il tarixli, 1/7403 nömrəli Azərbaycan Rspublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X17dən daxil olmuş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş müayinə zamanı onun alkoqol sərxoşluğunun orta dərəcəsində olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 19). 30 avqust 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan “Samsung Galaxy A52” markalı mobil telefona baxış zamanı “Menyu” bölməsində mövcud olan “Mesajlar” olan hissəyə daxil olduqda ***-***-**- ** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona “men zabratin kruqna gedirem.gelsende sagol gelmesende. Sence men qiz yaninda olsaydim sene zeng eliyerdim.yadaki yalandan başqa yerde olduğumu diyerdim. birdeki buraxmazdi meni eger kimiynense olsaydim.arada fikirleş. İndi görunki falatiyirsan.senun hec ezelden gelmey fikrun yoxuydu.eger olsaydi bele elemzdun.dimeliki yalanlarla dolu olan sensen.meni axtarma Günah mendediki,men meclise yox senun goruşve telesdim.doğurdanda men temiz gijdilagam.coxsagol hormetve gore. Sence men qız yaninda olsaydim sene zeng eliyerdim.yadaki yalandan başqa yerde olduğumu diyerdim.birdeki buraxmazdim meni eger kimiynense olsaydim.arada fikirleş” məzmunlu mesaj göndərildiyi aşkar edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 100-102). 22 avqust 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol kürək nahiyyəsinin qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, müxtəlif şəraitlərdə törənə bilər, törənmə müddəti 19 avqust 2024-cü il tarixdən 4-6 gün əvvəl yaranmışdır, xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gəlmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 157-158). 17 avqust 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti müayinə olunarkən bədəni üzərində sağ tərəfli hemopnevmotoraks (sağ döş boşluğuna sərbəst havanın və qanın yığılması) və sağ ağciyərin yuxarı payının zədələnməsinə səbəb olan döş qəfəsinin şağ yarısının bayır səthinin sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, nüfuz etməyən 2 (iki) ədəd, ön səthinin 1 (bir) ədəd; Sol tərəfli hemopnevmotoraks (sol döş boşluquna sərbəst havanın va qanın yığılması), sol ağciyərin və ürəyin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin sol döş boşluğuna nüfuz edən 1 (ədəd); Döş qəfəsinin sağ yarısının arxa səthinin nüfuz etməyən 1 (bir) ədəd, sağ bazunun yuxarı 1/3-nin 1 (bir) ədəd və dəlib keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları; alın nahiyəsinin qançırı xəsarətləri aşkar edilmişdir. Xəsarətlər həyati olub, mərhum Zərərçəkmiş şəxs ölümündən az əvvəl törənmişdir. Xarakterinə görə xəsarətlərdən sağ tərəfli hemopnevmotoraks (sağ döş boşluğuna sərbəst havanın və qanın yığılması) və sağ ağciyərin yuxarı payının zədələnməsinə səbəb olan döş qəfəsinin sağ yarısının bayır səthinin sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, nüfuz etməyən 2 (iki) ədəd, ön səthinin 1 (bir) ədəd, Sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst havanın və qanın yığılması), sol ağciyərin və ürəyin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin sol döş boşluğuna nüfuz edən 1 (ədəd), Döş qəfəsinin sağ yarısının arxa səthinin nüfuz etməyən 1 (bir) ədəd sağ bazunun yuxarı 1/3-nin 1 (bir) ədəd və dəlib keçən 1 (bir) ədəd deşilmişkəsilmiş yaralan deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın və ya o tipli digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən törənə bilər; alın nahiyəsinin qançırı isə bərk küt əşa təsirindən törənmişdir. Dərəcəsinə görə xəsarətlərdən sağ tərəfli hemopnevmotoraks (sağ döş boşluğuna sərbəst havanın və qanın yığılması) və sağ ağciyərin yuxarı payının zədələnməsinə səbəb olan döş qəfəsinin saq yarısının bayır səthinin sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, Sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst havanın və qanın yığılması), sol ağciyərin və ürəyin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin sol döş boşluğuna nüfuz edən 1 (ədəd)- ümumilikdə 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Döş qəfəsinin sağ yarısının arxa səthinin nüfuz etməyən 1 (bir) ədəd, bayır səthinin 2 (iki) ədəd, ön səthinin 1 (bir) ədəd, sağ bazunun yuxarı 1/3-nin 1 (bir) ədəd və dəlib keçən 1 (bir) ədəd, deşilmiş- kəsilmiş yaralan ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə, alın nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olmaq onu ölümü ilə bir başa səbəbli əlaqəli deyildir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qeyd olunan deşilmiş - kəsilmiş yaralarla əlaqədar ürək və ağciyərlərin yaralanması nəticəsində baş vermiş çoxlu qanitirmə olmuşdur, Ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasından (xx.xx.2024-cü il) 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, əyilmiş və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin Zərərçəkmiş şəxs özü tərəfindən özünə yetirilməsi inkar olunur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Lokaiizasiyasına və xarakterinə (xüsusən yara kanalının istiqaməti) əsasən qeyd olunan xəsarətlərin hücum edən şəxs(lər)in hər iki əldən istifadə edərək törətməsi mümkündür. Mərhum Zərərçəkmiş şəxs ağız boşluğu, uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatından götürülmüş tamponların məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar olunmadı. Mərhum Zərərçəkmiş şəxs meyitinin ekspertizaya təqdim olunarkən üzərində olan geyim əşyaları üzərində onun meyiti üzərində aşkar olunmuş xəsarətlə uyğun gələn zədələnmələr vardır (cild 1, iş ərəqə 160-167). 19 sentyabr 2024-cü il tarixli məhkəmə tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sağ qol tikiş xətti üzərində 01 (bir) ədəd kənari zədə, ön səthinin sağ yuxarı nahiyəsində 01 (bir) ədəd, ön səthinin sağ orta nahiyəsində 02(iki) ədəd, ön səthinin demək olar ki, mərkəzində 01 (bir) ədəd, arxa səthinin sağ yarısında 01 (bir) ədəd, arxa səthinin sağ yan tikiş xəttinin yanında 01 (bir) ədəd dəlib-keçən zədələr aşkar edildi. Bu zədələr deşilmiş- kəsilmiş zədələr olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici aiətin(alətlərin) təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büstqalterin sağ kasasının kənarında 01 (bir) ədəd kənari zədə, sağ kasasının üzərində 01 (bir) ədəd, sol kasasının üzərində 02(iki) ədəd büstqalterin yalnız üst qatını zədələyən dəlib-keçməyən, sağ kasasının üzərində 01 (bir) ədəd, orta nahiyəsində 01 (bir) ədəd, sağ yan xətti üzərində 01 (bir) ədəd, arxa səthinin sağ nahiyəsində 01 (bir) ədəd dəlib-keçən zədələr aşkar edildi. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin(alətlərin) təsirindən əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büstqalterin sağ kasasının kənarında və sağ yan xətti üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin, sağ bazunun yuxarı 1/3-nin üzərində olan xəsarətlər, büstqalterin sağ kasasının üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədəninin, sağ döş boşluğunda olan xəsarət, büstqalterin sağ kasasının üzərində olan zədədən sola doğru məsafədə yerləşən aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədəninin, sağ döş boşluğu üzərində olan xəsarət, büstqalterin orta nahiyəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədəninin, sol döş boşluğu üzərində olan xəsarət, büstqalterin sol kasasının üzərində 02(iki) ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin, sağ döş boşluğunda olan 02(iki) ədəd xəsarətlər, büstqalterin arxa səthinin sağ yarısında aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədəninin, döş qəfəsinin arxa səthinin sağ yarısı üzərində olan xəsarətlər ilə yerləşmələrinə görə nisbi olasraq üst-üstə düşürlər Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Qəbil qızına məxsus köynəyin üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədələrin eksperimental zədələrlə müqayisəli təhlilinə əsasən demək olar ki, bu zədələrin təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş geyim əşyaları üzərində olan zədələr yetirilən zaman zərərçəkmiş və zədə yetirən şəxs(lər) müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində olan zədələrin və bədən səthi üzərində olan xəsarətlərin xarakterinə, lokalizasiyasına və yerləşmə nahiyələrinə əsasən yetirən şəxs(lərin) sağ yoxsa sol əlindən istifadə etməsi haqqında dəqiq fikir söyləmək mümkün deyil. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində olan zədələr və bədən səthi üzərində olan xəsarətlərin xarakterinə, lokalizasiyasına, yerləşmə nahiyəsinə görə üst-üstə düşürlər, lakin yetirilmə gücünə görə eyni şəxs yoxsa başqa şəxs(lər) tərəfindən yetirilməsi haqqında dəqiq fikir söyləmək mümkün deyil. Zərərçəkmiş şəxs bədən səthi və ona məxsus geyim əşyaları üzərində olan xəsarətlər və zədələr əl çatan nahiyədə olmasına baxmayaraq özü-özünə yetirilməsi inandırıcı deyil. Ekspertizaya təqdim edilmiş xəncər zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik suvenirxəncərdir və soyuq silah hesab olunmur. Təqdim olunmuş xəncərin üzərində sonradan heç bir dəyişiklik edilməmişdir (cild 1, iş vərəqə 169-179). 10 sentyabr 2024-cü il tarixli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Oalfabeta/İ/. Təqsirləndirilən şəxs təqdim olunan portalından çıxarılışın kserosurətinə əsasən onun qan qrupu-B/lll/. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 02 ədəd çubuqlu pambıq tampon, Təqsirləndirilən şəxs məxsus köynək, Zərərçəkmiş şəxs məxsus şalvar, kofta, büstqalter, 01 cüt yay ayaqqabısı-basanoska və trusik üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni və əksər ləkələrdə həmçinin alfa,beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır (cild 1, iş vərəqə 181-185). 02 sentyabr 2024-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 187-188). 15 noyabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə və hal-hazırda anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyi üçün, həmçinin onun fərdi-psixi xüsusiyyətlərini, psixi-emosional vəziyyətini və digər hallan müəyyyənləşdirməklə ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq üçün uzun müddətli müayinə məqsədilə stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruri hesab edilmişdir (cild 1, iş vərəqə 190-191). 02 oktyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş diskə baxış zamanı Zərərçəkmiş şəxs məxsus olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə daxil olan və həmin nömrələrdən çıxan zənglərin, habelə “sms” mətnlərinin, eləcə də, anten dairələrinə dair məlumatların əks olunduğu müşahidə edilmişdir. 25 iyul 2024-cü il tarixdə saat 16:49-da +**********43 mobil nömrəsindən +**********95 mobil nömrəyə “Sabunçu 14-cü PŞ dən təhiqatçıdır DİN 102 xidmətinə məlumat vermişiniz Bu barədə ərizə yazmaq lazımdır” mətnli sms göndərilmişdir (cild 1, iş vərəqə 204). 17 noyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş diskə baxış zamanı Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və həmin nömrələrdən çıxan zənglərin, habelə “sms” mətnlərinin, eləcə də, anten dairələrinə dair məlumatların əks olunduğu müşahidə edilmişdir. 20 iyul 2024-cü il tarixdən 03 avqust 2024-cü il tarixədək Şahid5 məxsus ********* mobil nömrə ilə Zərərçəkmiş şəxs məxsus ********* mobil nömrəsi arasında sıx danışıqlar müşahidə edilmişdir (cild 1, iş vərəqə 253). 28 noyabr 2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməsi barədə ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 266-271). 28 noyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 272-276). 15 noyabr 2024-cü il tarixli kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən rəyindən görünür ki, Təqsirləndirilən şəxs «Alkoqol qəbulu nəticəsində şəxsiyyət dəyişikliyi» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Alkoqol qəbulu nəticəsində şəxsiyyət dəyişikliyi» hal-hazırda onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Halhazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Təqsirləndirilən şəxs fərdipsixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, vəziyyəti öz xeyrinə yönəltməyə çalışması, yalan danışmağa meylli olması, inadkarlıq və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd edilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 1, iş vərəqə 291-298). 21 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 10217 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-xx.xx.2013; xx.xx.2013-xx.xx.2013-cü il tarixlərdə “alkoqol qəbulu nəticəsində davranış pozuntuları” diaqnozu ilə müalicədə olmuşdur (cild 1, iş vərəqə 111). 27 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X17 xx/xx-9837 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda olmamışdır (cild 1, iş vərəqə 112). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Rəhimov X9 Respublikası Odessa şəhəri Kiyev rayon Məhkəməsinin 20 oktyabr 2000-ci il tarixli hökmü ilə Ukrayna Cinayət Məcəlləsinin 229-6-cı maddəsinin 1-ci hissəsi ilə 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzaına məhkum edilmiş, 31 oktyabr 2000-ci ildə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva şəhəri Doroqomilov rayonu 208 X20 Məhkəməsinin 23 mart 2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 158-ci maddəsinin 1-ci hissəsi ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir(cild 1, iş vərəqə 93-97, 133-135). Bakı Apellyasiya Məhkəməsinin 14 iyul 2025-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs barəsində yuxarıda sadalanan hökmlərin tanınması barədə Bakı Apellyasiya Məhkəməsinin icraatında hər hansı iş aşkar edilməmişdir. 04 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayətin aləti olmuş qara dəstəkli gümüşü rəngli tiyəsi olan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qolsuz köynək, qara rəngli şalvar, qara rəngli trusik, tünd göy rəngli büsqalter və 1 cüt ağ rəngli ayaqqabı, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd ağ qara rəngli parça şalvar və 01 ədəd uzunqol düyməli köynək maddi sübut qismində tanınmış və Bakı şəhəri Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılmışdır (cild 1, iş vərəqə 299-316). Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 138). Cinayət işinin materiallarına əlavə edilmiş 31 iyul 2025-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, X1 Təqsirləndirilən şəxs ilə barışıq əldə etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Ağırlaşdırıcı hal kimi xüsusi amansızlıqla qəsdən adam öldürmə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin tərəfindən deyil başqa şəxs tərəfindən oldürülməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 14 senyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində həmin şöbədə araşdırma aparılmış və müvafiq materiallar cinayət işinə əlavə edilməsi üçün göndərilmişdir. Həmin materiallardan görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ailə münaqişəsi zəminində öldürəcəyi barədə xx.xx.2024-cü il tarixdə DİN-in 102 Xidmətinə məlumat vermiş, həmin məlumat əsasında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs izahat alınmışdır. Bundan başqa 31 iyul 2024-cü il tarixli Cinayət işi başlanılmasının rədd edilməsi barədə Qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2024-cü il tarixdə DİNin 102 xidmətinə zəng edərək arvadını xəyanət etməsi səbəbindən öldürmək istəməsini bildirmişdir. Lakin müraciət edən şəxsin Polis Şöbəsinə gəlməməsi, habelə ilkin şikayəti ürzə müraciətinin araşdırılmasının dayandırılmasını xahiş etməsi kimi hallar nəzərə alınmaqla məlumat verən şəxsin izahat və ərizəsinin alınması , fakt ilə bağlı kifayət qədər dəlil və sübut bazasının yaradılmasının mümkün olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir (cild 1, iş vərəqə 140-153). Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər də arvadını qətlə yetirəcəyi barədə aidiyyəti qurumlara məlumat vermişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, həm barəsində həbs qətimkan tədbiri seçilərkən, həm də ibtidai istintaq dövründə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs etiraf edici ifadələr verərək arvadını qətlə yetirməsini bildirmişdir. Məhkəmədə həmin dindirmə protokollarının mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-cü maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş üzrə verilmiş 15 noyabr 2024-cü il tarixli kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən rəyindən görünür ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində vəziyyəti öz xeyrinə yönəltməyə çalışması, yalan danışmağa meylli olması, inadkarlıq və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilmişdir. Beləliklə, məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekpertiza rəylərini, habelə yuxarıda sadalanan sübutları birgə müqayisə edərək, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması kimi cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 17 avqust 2024-cü il tarixdə tutulmuş (cild 1, iş vərəqə 30), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 64-69). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş cinayətin aləti olmuş qara dəstəkli gümüşü rəngli tiyəsi olan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qolsuz köynək, qara rəngli şalvar, qara rəngli trusik, tünd göy rəngli büsqalter və 1 cüt ağ rəngli ayaqqabı, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd ağ qara rəngli parça şalvar və 01 ədəd uzunqol düyməli köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi dövlət büdcəsi vəsaiti hesabına məhkəməyə qədər icraat dövründə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X8, məhkəmə zamanı Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir.Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına ibtidai istintaq dövründə göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı X3 işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 270(iki yüz yetmiş) manat, məhkəmə mərhələsində göstərilmiş 42 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 342 (144+198) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş cinayətin aləti olmuş qara dəstəkli gümüşü rəngli tiyəsi olan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qolsuz köynək, qara rəngli şalvar, qara rəngli trusik, tünd göy rəngli büsqalter və 1 cüt ağ rəngli ayaqqabı, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd ağ qara rəngli parça şalvar və 01 ədəd uzunqol düyməli köynək məhv edilsin. İbtidai istintaq mərhələsində göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X3 işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 270(iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 42 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 342 (üç yüz qırx iki)manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar