Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-897/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 79, mənzil 44-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində “Neolit” şadlıq sarayının yaxınlığında İran İslam Respublikasının vətəndaşı olan Məhəmməd adlı istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitələr alaraq əldə edib, üzərində saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 26 noyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, ünvan 1 ünvanın yaxınlığında saxlanılıb Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivi, 25 saylı ünvanda yerləşən Suraxanı RPİ-nin 33-cü Polis bölməsinin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sarı rəngli sellofan torbada içərisində 32 (otuz iki) ədəd şəffaf və 1 (bir) ədəd qara rəngli bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,416 qram, 9,648 qram, 4,383 qram, 0,875 qram, 0,511 qram, 0,148 qram, 0,540 qram, 0,413 qram, 0,288 qram, 0,594 qram, 0,519 qram, 0,445 qram, 0,073 qram, 0,489 qram, 0,310 qram, 0,484 qram, 0,467 qram, 0,043 qram, 0,012 qram, 0,080 qram, 0,471 qram, 0,444 qram, 0,451 qram, 0,050 qram, 0,056 qram, 0,047 qram, 0,049 qram, 0,065 qram, 0,089 qram, 0,372 qram, 0,015 qram, 0,028 qram və 2,880 qram, ümumilikdə təmiz çəkisi 29,775 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” yazısı olan konvalyutda 4 (dörd) ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram (bir həbdə 0,04 qram metadon olmaqla) üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatı, 12 (on iki) ədəd kibrit qutusunda, ayrıayrılıqda təmiz çəkiləri 3,240 qram, 2,680 qram, 2,949 qram, 2,692 qram, 2,591 qram, 2,192 qram, 3,011 qram, 2,551 qram, 2,830 qram, 2,244 qram, 2,902 qram, 2,774 qram, ümumilikdə təmiz çəkisi 32,656 qram, tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, əynində olan həmin gödəkçəsinin sol yan cibindən isə üzərində psixotrop maddə metamfetamin və metadon dərman preparatının izi olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Lakin o, yalnız narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Əvvəllər ona narkotik vasitə lazım olduqda o, narkotik vasitəni Bakı şəhərində müxtəlif şəxslərdən pulla alıb istifadə etmişdir. Daha sonra isə “Facebook” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxslə tanış olmuşdur. Məhəmməd narkotik vasitələrin satışı ilə məşğul olduğunu və ona ucuz qiymətə narkotik vasitə sata biləcəyini bildirmişdir. Bundan sonra onlar bir-birilərinə telefon nömrələrini vermişlər. Bu hadisədən sonra o, Məhəmmədlə telefonla danışmağa və yazışmağa başlamışdır. 26 noyabr 2020-ci il tarixdə o, Məhəmməddən istifadə etmək üçün narkotik vasitə marixuana istəmişdir. Məhəmməd də ona marixuana göndərə biləcəyini demiş və marixuananın pulunu öz kartına göndərməyi ondan istəmişdir. Sonra Məhəmməd ona "Whatsapp" vasitəsilə zəng edərək Bakı şəhəri, Nizami rayonu ərazisində olan "Neolit” şadlıq sarayının yaxınlığındakı yerə narkotik vasitə qoyduğunu demişdir. O da həmin marixuananı götürmək uçun Məhəmmədin dediyi həmin yerə getmişdir. O, Məhəmmədin dediyi yerə çatdıqda orada 1 (bir) ədəd sellofan torba görmüşdür. O, həmin torbanı götürmüş və içərisinə baxmışdır. Torbanın içində müxtəlif narkotik vasitələr və 1 (bir) ədəd elektron tərəzi olmuşdur. O, Məhəmməddən ancaq marixuana almaq istəmiş və sonuncu da ona marixuana satmalı olmuşdur. Lakin torbanın içində marixuanadan başqa digər narkotik vasitələr, eləcə də elektron tərəzi olmuşdur. O, məsələnin belə olduğunu gördükdə yenidən Məhəmmədə zəng etmiş və sonuncuya "bu nədir, mənə göndərmisən?” sualını vermişdir. Məhəmməd də ona demişdir ki, "iki ədəd kibrit qutusunda qurudulmuş marixuana sənindir, digər maddələri və elektron tərəzini də gəlib səndən götürəcəklər". O, əvvəlcə Məhəmmədə etiraz etmişdir. Lakin Məhəmməd iki kibrit qutusunda olan marixuananı ona pulsuz verdiyini dedikdən sonra o, Məhəmmədlə razılaşmış və torbada olan digər narkotik vasitələri, eləcə də elektron tərəzini sonuncunun dediyi adama vermək üçün oradan götürmüşdür. Həmin gün axşam vaxtı o, Sabit Cəfərov küçəsi ilə gedən zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını ona bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqların birində onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd sellofan torbanı və 1 (bir) ədəd elektron tərəzini çıxarıb polislərə təqdim etmişdir. Onun təqdim etdiyi sellofan torbanın içərisinə baxış zamanı içərisindən müxtəlif növdə narkotik maddələr aşkar edilmişdir. Bundan sonra o, polis əməkdaşlarına narkotik vasitələri 2 gün əvvəl İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsin ona göndərdiyini demişdir. Torbada olan narkotik vasitələrdən ancaq marixuana onun olmuşdur. Digər vasitələr və elektron tərəzi ona aid olmamışdır. Həmin əşyaları Məhəmməd ona göndərmişdir ki, Məhəmmədin adamı gəlib ondan həmin narkotik vasitələri götürsün. Lakin Məhəmmədin adamı gəlib ondan həmin əşyaları götürənədək polislər onu tutmuşlar. O, marixuananı Məhəmməddən öz istifadəsi üçün almışdır. O, heç kəsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, elan olunmuş şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi, üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitələrin ona aid olmaması, İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxs tərəfindən ona göndərilən torbanın içərisində olan narkotik vasitələrdən yalnız marixuananın ona məxsus olması, torbada olan digər narkotik vasitələrin Məhəmmədin dediyi şəxsin gəlib ondan götürəcəyi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması ilə bağlı İdarəyə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o və əməliyyat müvəkkili Şahid3 daxil olmuşdur. X11 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində saxlamışlar, sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat vermişlər və Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə dəvət etmişlər. Ceyhun da onlara etiraz etməmişdir. Suraxanı RPİ-nin 33-cü Polis bölməsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə Ceyhunun üzərində şəxsi axtarış aparılmışdır. Ceyhuna “üzərində hər hansı bir narkotik vasitə və psixotrop maddələr varmı” sualı verilmişdir. Təqsirləndirilən şəxs da cibindəki sellofan torbanı və 1 (bir) ədəd elektron tərəzini onlara təqdim etmişdir. Sellofan torbanın içərisindən 12 (on iki) ədəd kibrit qutusunun içərisində narkotik vasitəyə bənzər xüsusi spesifik iyli maddələr və 33 (otuz üç) ədəd bükümdə kristal şəkilli, ağ rəngli maddələr, 4 (dörd) ədəd dərman preparatı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin qurudulmuş marixuana, kristalşəkilli maddələrin metanfetamin, dərmanların metadon olduğunu onlara bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran Respublikası vətəndaşı Məhəmməd adlı şəxs vasitəsilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilkin izahatında həmin narkotik vasitələri Məhəmmədin dediyi müştərilərə çatdırmaq üçün müəyyən yerlərə qoymalı olduğunu və bunun müqabilində müəyyən məbləğdə pul vəsaiti alacağını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyini də onlara demişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr protokollaşdırılmış və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Məhəmməd oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur və onlar birlikdə eyni ünvanda yaşamışlar. Ceyhun evlidir və bir azyaşlı övladı vardır. Oğlu Ceyhun hər zaman çox yaxşı övlad olmuş, ailəcanlı olmuş və heç vaxt cinayət hadisəsi törətməmişdir. Təqsirləndirilən şəxs hər zaman evə vaxtı-vaxtında gəlmişdir. Oğlu Ceyhundan heç kəs indiyə kimi şikayət və narazılıq etməmişdir. 26 yanvar 2020-ci il tarixdə axşam saatlarında onların evinə DİNnin əməkdaşları tərəfindən zəng olunmuş və həmin şəxslər Ceyhun barəsində maraqlanmışlar. O da Ceyhunun onun oğlu olduğunu bildirmişdir. Ona polis əməkdaşları tərəfindən bildirilmişdir ki, Ceyhun narkotik vasitələrin satışında şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, Ceyhunun narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. Şahid X4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovniki rütbəsindədir. 26 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 79, mənzil 44-də qeydiyyatda olan, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə İdarəyə əməliyyat məlumatı daxil olmuşdur. İdarənin əməliyyat müvəkkili, polis baş leytenantı Elmir Abışov həmin məlumatın yoxlanılması və Ceyhun adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə idarə rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Ceyhun adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və sonuncunu ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Baş prokurorluğa və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri Elmir Abışov, o isə qrupun üzvü təyin olunmuşdur. Bundan sonra Ceyhun adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, Elmir Abışovla birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, S.Cəfərov küçəsi küçəsi 34 saylı ünvanın yaxınlığına gəlmişlər. Orada Təqsirləndirilən şəxs əlamətlərinə görə tanıyıb sonuncuya yaxınlaşmışlar. Ceyhun adlı şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi onlara təqdim etmişdir. Onlar Ceyhuna narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olması barədə məlumat vermişlər və Təqsirləndirilən şəxs DİN-nin Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə dəvət etmişlər. Ceyhun da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra onlar Ceyhunla birlikdə bölməyə gəlmişlər. Bu barədə raport yazıb idarə rəisinə məruzə etmişlər, bölmədə xidməti otaqların birinə vəkil dəvət edilmiş və bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Ceyhunun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış videoçəkilişdən istifadə olunmaqla aparılmışdır. Axtarış zamanı Ceyhuna üzərində qanunsuz hər hansı bir əşya olması barədə sual verilmiş və üzərində qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Ceyhun əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sarı rəngli sellofan torbanı və həmin gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Sellofan torbanın içərisinə baxış keçirilən zaman oradan 12 (on iki) ədəd kibrit qutusu müəyyən olunmuş, kibrit qutusunun içərisinə baxıldıqda açıq yaşıl rəngli, spesfik iyə malik qurudulmuş narkotik vasitəyə oxşar maddə, 33 (otuz üç) ədəd bükümdə isə kristall şəkilli, ağ rəngli maddə və 4 (dörd) ədəd dərman preparatı aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı, qara rəngli mobil telefon və 36 (otuz altı) manat pul aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 12 (on iki) ədəd kibrit qutusunda olan ot şəkilində maddələr elektron tərəzi ilə çəkilmiş və çəkisi 75 (yetmiş beş) qram olmuşdur. Sonra 33 (otuz üç) ədəd içərisində ağ rəngli kristallardan ibarət maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 37 qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və narkotik vasitə metadon olmasını, həmin maddələrin özünə məxsus olduğunu və iki gün əvvəl Nizami rayonu ərazisindən İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxsin vasitəsilə yerdən götürməsini, sonuncunun deməsi əsasında satmaq üçün ünvanlara çatıracağını və pul əldə edəcəyini, elektron tərəzini isə narkotik vasitənin çəkisini müəyyən etmək üçün üzərində gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq qurudulmuş marixuanadan istifadə etdiyini demişdir. Aşkar edilmiş 1 (bir) ədəd elektron tərəzi və digər narkotik vasitələr olan kütlələr zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf DİN-nin zərflər üçün 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 noyabr 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 noyabr 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması məqsədi ilə 26 noyabr 2020-ci il tarixdən etibarən Bakı şəhəri, Suraxanı rayonu ərazisində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 noyabr 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış və Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə gətirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 noyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 noyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 noyabr 2020-ci il tarixli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 noyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 28-30) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sarı rəngli sellofan torbanı və həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd elektron tərəzini çıxararaq təqdim etmiş, sellofan torbanın içindən 12 (on iki) ədəd kibrit qutusunda açıq yaşıl rəngli, spesfik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, 33 (otuz üç) ədəd bükümdə isə kristallşəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə və 4 (dörd) ədəd narkotik vasitə metadona bənzər maddə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı qara rəngli mobil telefon və 36 (otuz altı) manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 12 (on iki) ədəd kibrit qutusunda olan ot şəkilində maddələr elektron tərəzi ilə çəkilmiş və çəkisi 75 (yetmiş beş) qram olmuşdur. Daha sonra 33 (otuz üç) ədəd içərisində ağ rəngli kirsitallardan ibarət maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 37 qram olmuşdur. Qeyd edilən narkotik vasitələr və psixotrop maddələr, eləcə də 1 (bir) ədəd elektron tərəzi qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 noyabr 2020-ci il tarixli axtarış aparılması haqqında qərardan (cild 1, iş vərəqə 37-38) görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 79, mənzil 44-da axtarış aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 noyabr 2020-ci il tarixli axtarış aparılması haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən (cild 1, iş vərəqə 40-46) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış aparılmış, lakin qanunsuz heç bir əşya aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2603 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 48-52) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” yazısı olan paketdəki 1 (bir) ədəd polietilen bağlamada olan 33 (otuz üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 29,775 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” yazısı olan konvalyutdakı 4 (dörd) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 4 (dörd) ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qramdır (1 həbdə 0,04 qram metadon olmaqla). 1 (bir) ədəd “600g/0,01g” markalı elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri və üzərində “Methadone 40” yazısı olan 2 (iki) həblik boş konvalyutun içərisində narkotik vasitə olan metadonun izləri vardır. Metamfetamin və metadon iz şəklində olduğu üçün, metamfetaminin və metadonun çəkisini və 33 (otuz üç) ədəd bükümlərdəki metamfetaminlə və 4 (dörd) ədəd metadon tərkibli həblərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/831 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 56-58) görünür ki, təqqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sarı rəngli bağlamanın içərisində 12 (on iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,240 qram, 2,680 qram, 2,949 qram, 2,692 qram, 2,591 qram, 2,192 qram, 3,011 qram, 2,551 qram, 2,830 qram, 2,244 qram, 2,902 qram, 2,774 qram olan bitki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 32,656 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. 1 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 71-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2020-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 93-97) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 121) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2020-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 123-124) görünür ki, Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X7 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi” haqqında 26 noyabr 2020-ci il tarixli qərarı qanuni sayılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 131) görünür ki, 11 fevral 2017-ci il tarixdə Təqsirləndirilən şəxs Səməd Hüseyn adlı oğlu anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan (cild 1, iş vərəqə 147) görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - atası Şahid1, anası X2, bacısı X3, arvadı X1 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 148) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 277 nömrəli rəyindən (cild 1, iş vərəqə 149-150) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 167-179) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 29,525 qram təşkil edən psixotrop maddə metamfetaminin, 3 (üç) ədəd metadon həbinin, 32,416 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın və 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206, 234.4.1 və 240-cı maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2021-ci il tarixli cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında qərardan (cild 1, iş vərəqə 181-182) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satmış istintaqa məlum olmayan mənbə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə başqa cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan (cild 1, iş vərəqə 185- 187) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 9 və 13-cü bəndlərinə əsasən - təmiz halda 500 qramdan artıq çəkidə qurudulmuş marixuana, təmiz halda 1,6 qramdan artıq çəkidə narkotik vasitə metadon və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı, metadonu və psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddəni, eləcə də elektron tərəzini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. 26 noyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 33-cü Polis bölməsinin inzibati binasına aparılması və orada onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sarı rəngli sellofan torbada içərisində çoxlu sayda, yəni 32 (otuz iki) ədəd şəffaf və 1 (bir) ədəd qara rəngli bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,416 qram, 9,648 qram, 4,383 qram, 0,875 qram,0,511 qram, 0,148 qram, 0,540 qram, 0,413 qram, 0,288 qram, 0,594 qram, 0,519 qram, 0,445 qram, 0,073 qram, 0,489 qram, 0,310 qram, 0,484 qram, 0,467 qram, 0,043 qram, 0,012 qram, 0,080 qram, 0,471 qram, 0,444 qram, 0,451 qram, 0,050 qram, 0,056 qram, 0,047 qram, 0,049 qram, 0,065 qram, 0,089 qram, 0,372 qram, 0,015 qram, 0,028 qram və 2,880 qram, ümumilikdə təmiz çəkisi 29,775 qram təşkil edən psixotrop maddə metamfetaminin, 4 (dörd) ədəd narkotik vasitə metadon həbinin, 12 (on iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,240 qram, 2,680 qram, 2,949 qram, 2,692 qram, 2,591 qram, 2,192 qram, 3,011 qram, 2,551 qram, 2,830 qram, 2,244 qram, 2,902 qram, 2,774 qram, ümumilikdə təmiz çəkisi 32,656 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdə onun üzərində şəxsi axtarış keçirilərkən aşkar edilmiş çoxlu sayda bükümdə və həbdə olan maddələrin növünü və çəkisini mübahisələndirməmişdir. Əksinə qeyd edilənlərlə razılaşaraq həmin maddələri və həbləri İran İslan Respublikasının vətəndaşı olan Məhəmməd adlı şəxsdən aldığını səmimi şəkildə etiraf etmişdir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin müxtəlif növdə olmasını, həmin maddələrin çoxlu sayda bükümdə olması, bükümdə olan kütlələrin müxtəlif çəkilərdə olmasını, hər bükümdə olan kütlənin istifadə üçün yararlı olmasını, eləcə də təqsirləndirilən şəxsin üzərində elektron tərəzinin aşkarlanması ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuş və 26 noyabr 2020-ci il tarixdə onun üzərindən aşkar edilmiş maddələri məhz satış məqsədi ilə alaraq əldə etmişdir. Belə ki, ümumilikdə 40-dan çox bükümdə olan narkotik vasitə və psixotrop maddələrin Təqsirləndirilən şəxs tərəfindən cəm şəklində öz istifadəsi üçün əldə etməsi, saxlaması və daşıması ağlabatan və başa düşülən deyil. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, habelə yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəza ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəydən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkəcəyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 29,525 qram təşkil edən psixotrop maddə metamfetamin, 32,416 qram narkotik vasitə qurudulmuş marixuana, 3 (üç) ədəd narkotik vasitə metadon həbi və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 29,525 qram təşkil edən psixotrop maddə metamfetamin, 32,416 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 3 (üç) ədəd narkotik vasitə metadon həbi və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-897/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-897/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver