Məhkəmə qərarları › İş №1(101)-897/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-897/2022

01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-897/2022 01.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X13, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkilləri X14 və Müdafiəçi iştirakı ilə, - Təqsirləndirilən şəxs1 (xx xxxxxxxx 1995-ci ildə Siyəzən rayonunun Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan); - Təqsirləndirilən şəxs2 (xx xxxx 1991-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlamış və qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə istintaq təcridxanasında saxlanılan şəxsə ötürməyə cəhd etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs2 məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,843 qram, 0,293 qram, 0,425 qram, 0,668 qram olmaqla ümumi təmiz çəkisi 2,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və külli miqdarda, yəni doqquz ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,927 qram, 0,420 qram, 0,636 qram, 1,152 qram, 0,930 qram, 0,879 qram, 0,435 qram, 0,872 qram, 0,754 qram olmaqla təmiz çəkisi 7,005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxladığı, qeyd edilən narkotik vasitə və psixotrop maddəni cinayət edilən vaxt Siyəzən Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X3na yoxlamadan gizlətməklə ötürmək niyyəti ilə məlum olmayan vaxtda və yerdə qara rəngli gödəkçənin astarına yerləşdirib tikərək göy rəngli şəffaf polietilen torbaya bir dəst kişi idman geyimi ilə bir yerdə qoyaraq qadağan olunmuş əşyanı sovqat qismində Azər Adıgözəlova ötürəcəyinə dair sövdələşdikdən sonra Təqsirləndirilən şəxs2 həmin sovqatı məlum olmayan vaxtda və yerdə ona vermiş, Təqsirləndirilən şəxs1 öz növbəsində içərisində dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,843 qram, 0,293 qram, 0,425 qram, 0,668 qram olmaqla ümumi təmiz çəkisi 2,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və külli miqdarda, yəni doqquz ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,927 qram, 0,420 qram, 0,636 qram, 1,152 qram, 0,930 qram, 0,879 qram, 0,435 qram, 0,872 qram, 0,754 qram olmaqla təmiz çəkisi 7,005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan sovqatı qanunsuz olaraq əldə edib daşıyaraq 20 noyabr 2021-ci il tarixdə, saat 12:20 radələrində ünvan 4 ünvanında yerləşən 3 saylı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanı yoxlamadan keçirmək istəyərkən müəssisənin nəzarətçiləri tərəfindən sovqata baxış keçirilmiş, bu zaman yuxarıda qeyd olunan çəkidə psixotrop maddə metafetamin və narkotik vasitə heroin qara rəngli gödəkçənin astarından aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlamış, habelə İstintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,843 qram, 0,293 qram, 0,425 qram, 0,668 qram olmaqla ümumi təmiz çəkisi 2,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və külli miqdarda, yəni doqquz ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,927 qram, 0,420 qram, 0,636 qram, 1,152 qram, 0,930 qram, 0,879 qram, 0,435 qram, 0,872 qram, 0,754 qram olmaqla təmiz çəkisi 7,005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, qeyd edilən narkotik vasitə və psixotrop maddəni cinayət edilən vaxt Siyəzən Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X3na yoxlamadan gizlətməklə ötürmək niyyəti ilə qara rəngli gödəkçənin astarına yerləşdirib tikərək göy rəngli şəffaf polietilen torbaya bir dəst kişi idman geyimi ilə bir yerdə qoyaraq qadağan olunmuş əşyanı sovqat qismində əri Azər Adıgözəlovun tanışı Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və yerdə vermiş, Təqsirləndirilən şəxs1 öz növbəsində içərisində dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,843 qram, 0,293 qram, 0,425 qram, 0,668 qram olmaqla ümumi təmiz çəkisi 2,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və külli miqdarda, yəni doqquz ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,927 qram, 0,420 qram, 0,636 qram, 1,152 qram, 0,930 qram, 0,879 qram, 0,435 qram, 0,872 qram, 0,754 qram olmaqla təmiz çəkisi 7,005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan sovqatı qanunsuz olaraq əldə edib daşıyaraq 20 noyabr 2021-ci il tarixdə, saat 12:20 radələrində ünvan 4 ünvanında yerləşən 3 saylı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanı yoxlamadan keçirmək istəyərkən müəssisənin nəzarətçiləri tərəfindən sovqata baxış keçirilmiş, bu zaman yuxarıda qeyd olunan çəkidə psixotrop maddə metafetamin və narkotik vasitə heroin qara rəngli gödəkçənin astarından aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının 19-da yaşadığı Siyəzən rayonundan Bakı şəhərinə işləmək üçün gəlmiş, həmin gecə bacısı Gülnar Zəkiyevanın yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qalmışdır. X1 2021-ci ilin sentyabr ayında Siyəzən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırmış. Bakıya gəldiyi gün, yəni 19 noyabr 2021-ci il tarixdə Azər Adıgözəlovun arvadı Təqsirləndirilən şəxs2 onun istifadəsində olan 077 602 09 05 mobil telefon nömrəsinə 070 819 33 32 mobil nömrədən bir neçə dəfə zəng edərək əri Azərə sovqat göndərmək istədiyini deyib, həmin sovqatı Azərə çatdırmağı xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ilə razılaşmasına əsasən səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində Abşeron rayonunun Güzdək qəsəbəsində yolun qırağında görüşmüşlər. Həmin vaxt Siyəzən rayonunda yaşayan dostu Nizam da onun yanında olmuşdur. Təqsirləndirilən şəxs2 ona göy rəngli şəffaf polietilen torba verib, torbanın içərisində idman paltarı dəsti və bir ədəd qış gödəkçəsi olduğunu, torbanı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə aparıb Azər Adıgözəlova çatdırmağı demiş, ona yol pulu olaraq 20 (iyirmi) manat pul vermişdir. Polietilen torba şəffaf olduğundan torbanın içərisində geyim paltarları olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 ayrılıb sonuncunun onun üçün sifariş verdiyi taksi ilə 3 saylı İstintaq Təcridxanasına yollanmışdır. X5 Məntəqəsində sovqatı yoxlayan zaman sovqatın içərisində olan qara rəngli qış gödəkçəsinin astarında narkotik vasitəyə bənzər, sellofan bükümlərdə olan kütlə aşkarlanmışdır. Belə ki, o, təcridxananın əməkdaşları tərəfindən içəri çağırılmış və ona gətirdiyi sovqatın içərisində olan qış gödəkçəsinin astarında narkotik vasitə olduğu bildirilmiş, o isə bu barədə məlumatı olmadığını demişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, ancaq narkotik vasitəni tanımadığı şəxsdən alıb öz istifadəsi üçün saxlamışdır. X3 hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdədir. 19 noyabr 2021-ci il tarixdə günorta saatlarında Azər Adıgözəlovun dostu Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 602 09 05 mobil telefon nömrəsinə istifadəsində olan 070 819 33 32 nömrəli mobil telefon vasitəsilə zəng edib, harada olduğunu soruşmuş, Rəsul da Bakıda olduğunu demişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 Azər Adıgözəlova sovqat aparmaqda kömək etməyi xahiş etmiş və bu məqsədlə Abşeron rayonunun Güzdək qəsəbəsində görüşməyə razılaşmışlar. Daha sonra o, Güzdək qəsəbəsində əmisi qızı Natəvanın evində olduğu vaxt gecə göy rəngli şəffaf polietilen torbaya bir dəst kişi idman geyimi və astarına narkotik vasitə heroin, psixotrop maddə metafetamin yerləşdirərək tikdiyi qara rəngli gödəkçəni qoyub, səhəri gün, yəni 20 noyabr 2021-ci il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs1lə görüşmüşdür. Təqsirləndirilən şəxs1 tək olmamış, yanında əvvəllər tanıdığı, keçmiş məhəllə uşağı olan Nizam da olmuşdur. Həmin vaxt o, gecə hazırladığı göy rəngli şəffaf polietilen torbanı Rəsula vermişdir ki, 3 saylı İstintaq Təcridxanasına aparıb sovqat kimi Azər Adıgözəlova versin. Hətta Təqsirləndirilən şəxs1 üçün *0404 taksi xidməti vasitəsilə taksi sifariş vermiş, taksinin gediş haqqını da ödəmişdir. Təqsirləndirilən şəxs1lə Nizam birlikdə yola düşmüşlər. Əvvəllər özü də təcridxanaya əri üçün sovqat aparmışdır. Təqsirləndirilən şəxs1 Azər Adıgözəlova göndərdiyi sovqatın içində narkotik vasitə olduğunu deməmiş, ona sovqatı aparması qarşılığında nəsə təklif etməmiş, yalnız taksi pulunu vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanına verdiyi ilkin ifadəsi məhkəmədə elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29.317-1.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, X9 ilə 2017-ci ildən ailə həyatı qurmuşdur. Azərlə rəsmi nikaha daxil olsa da adına olan şəxsiyyət vəsiqəsini dəyişmədiyinə görə həmin vaxtdan adına olan şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay olaraq göstərilib. Əri Azər 2021-ci ilin sentyabr ayında Siyəzən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. 19 noyabr 2021-ci il tarixdə günorta saatlarında Azərin dostu Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 602 09 05 nömrəli mobil telefona istifadəsində olan 070 819 33 32 nömrəli mobil telefon vasitəsilə zəng eləmiş, telefon danışığı zamanı Rəsula bildirmişdir ki, Azərə sovqat aparmaq üçün ona kömək eləsin. Telefonda Rəsulla razılaşmışlar ki, Abşeron rayonunun Güzdək qəsəbəsində görüşsünlər. 19 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində Siyəzən rayonundan Abşeron rayonu, Güzdək qəsəbəsinə gəlib çatmışdır. Güzdək qəsəbəsinə çatdıqdan sonra Rəsula zəng edərək ona Güzdək qəsəbəsində əmisi qızı Natəvanın evində olduğunu demiş və yanına gəlməsini xahiş etmişdir. Rəsula Natəvanın yaşadığı ünvanı təqribi olaraq başa salmışdır. Bundan təqribən yarım saat sonra Rəsul gəlmiş, onu qarşılayaraq Natəvanın yaşadığı evə aparmışdır. Rəsul tək deyilmiş, onun yanında əvvəllər tanıdığı, keçmiş məhəllə uşağı olan Nizam da olmuşdur. Onlar, yəni özü, Rəsul və Nizam səhərə kimi yatmamışlar. Rəsula demişdir ki, «Azərə içəriyə mal keçirmək istəyirəm, əgər malı (narkotik vasitəni) içəri keçirib Azərə çatdıra bilsən, sənə bir qram «kakos» (heroin) verəcəyəm». Rəsul onunla razılaşmışdır. Rəsula başa salmışdır ki, «narkotik vasitəni qara rəngli gödəkçənin astarına yerləşdirib tikəcəyəm». Bundan sonra Rəsula iki büküm heroin vermişdir ki, istehlak eləsin. Rəsul Nizam ilə birlikdə heroini özləri üçün birlikdə istehlak etmişlər, o isə səhərə kimi qara rəngli gödəkçənin astarına narkotik vasitə heroin və psixotrop maddə metafetamini yerləşdirərək səliqə ilə tikmişdir. Ertəsi gün, yəni 20 noyabr 2021-ci il tarixdə, saat 09 radələrində göy rəngli şəffaf polietilen torbaya bir dəst kişi idman geyimi və astarına narkotik vasitə heroin və psixotrop maddə metafetamin yerləşdirərək tikdiyi qara rəngli gödəkçəni qoyaraq Rəsula vermişdir ki, 3 saylı İstintaq Təcridxanasına aparıb sovqat kimi Azərə versin. Bundan sonra Rəsul üçün *0404 taksi xidməti vasitəsilə taksi sifariş vermişdir, taksinin gediş haqqını ödəyib Rəsulu 3 saylı İstintaq Təcridxanasına yola salmışdır. Həmin vaxt Nizam da onun yanında imiş və onlar birlikdə yola düşmüşlər (cild 01, i.v. 78-80). Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini narkotik vasitənin təsiri altında verdiyini, həmin ifadəni təsdiq etmədiyini, məhkəmə istintaqında verdiyi ifadənin doğru olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, ibtidai istintaqın sonlarında ifadəsini dəyişərək düzgün ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının böyük nəzarətçisi, ədliyyə baş giziri Şahid1 ifadəsində göstərmişdir ki,2008-ci ildən ədliyyə orqanlarına daxil olmuşdur, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında xidmət edir. 20 noyabr 2021-ci il tarixdə, saat 12:20 radələrində 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan X4 yanına sovqat gətirmiş tanışı 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 gətirdiyi sovqat onun iştirakı ilə tərəflərindən yoxlanılarkən sovqatın içərisində olan qara rəngli gödəkçənin astarında xüsusi üsulla gizlədilmiş on üç ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş maddələr hal şahidlərinin və vətəndaş Təqsirləndirilən şəxs1 iştirakı ilə zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, sonuncu və iştirakçılar tərəfindən imza edilməklə təsdiqlənmişdir. Məhkəmədə şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının böyük nəzarətçisi, ədliyyə baş giziri Şahid2 ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir (cild 01, i.v. 191-192). Məhkəmədə şahid X10 ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. 20 noyabr 2021-ci il tarixdə, saat təxminən 12:20-də 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan X4 yanına sovqat gətirmiş tanışı 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 gətirdiyi sovqat onun iştirakı ilə nəzarətçilər tərəfindən yoxlanılarkən hal şahidi qismində iştirak etməsini xahiş etmişlər və o, etiraz etməmişdir. Onun və digər hal şahidinin iştirakı ilə sovqatın içərisində olan qara rəngli gödəkçənin astarında xüsusi üsulla gizlədilmiş on üç ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş maddələr hal şahidi və vətəndaş Təqsirləndirilən şəxs1 iştirakı ilə zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar və Təqsirləndirilən şəxs1 imza edib təsdiqləmişlər (cild 01, i.v. 187-188). Məhkəmədə ifadəsi elan olunmuş Şahid4 ifadəsindən görünür ki, o, şahid Ramid Qafarovla eyni məzmunlu ifadə vermişdir (cild 01, i.v.189-190). Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X6 Bölməsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə təcridxanaya qəbul olunmuş İV rejim korpusunun 103 saylı kamerasında saxlanılan xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbsdə saxlanılan şəxs X7 xx.xx.2021-ci il tarixdə, təxminən saat 12:20-də tanışı Təqsirləndirilən şəxs1 gətirdiyi sovqata əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında baxış keçirilərkən sovqatda olan qara rəngli gödəkçənin astarında xüsusi üsulla gizlədilmiş on üç ədəd sellofan bükülüdə narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür (cild 01, i.v. 05). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5136 nömrəli xx.xx.2021-ci il tarixli ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X8 üçün» dairəvi möhür əksi olan, vətəndaş Təqsirləndirilən şəxs1 gətirdiyi sovqatdan aşkar olunaraq götürülmüş…» sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə doqquz ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,927 qram, 0,420 qram, 0,636 qram, 1,152 qram, 0,930 qram, 0,879 qram, 0,435 qram, 0,872 qram, 0,754 qram ümumi təmiz çəkisi 7,005 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,843 qram, 0,293 qram, 0,425 qram, 0,668 qram ümumi təmiz çəkisi 2,229 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına; heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir; spektral cədvəl və müvafiq aktın surəti protokola əlavə edilmişdir; aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir (cild 01, i.v. 15-19). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 27). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 465/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 52-53). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 61). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 479/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Yaar qızının barəsində həbs etmənin əvvəli 24 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 85-88). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 və 23 dekabr 2021-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar (cild 01, iş vərəqi 133-136). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsin Ambulator X2 xx.xx.2021-ci il tarixli 5186 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, i.v. 148-149). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsin Ambulator X2 xx.xx.2021-ci il tarixli 5185 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı opioidlərin qəbulu nəticəsində asılılıq sindromu- narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, i.v. 150-151). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/155 nömrəli xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Tədqiqat Obyekti № 65» yazı və imzalar olan paketdə üzərində «vətəndaş Təqsirləndirilən şəxs1 gətirdiyi sovqatdan aşkar olunaraq götürülmüş… » sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə doqquz ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,827 qram, 0,390 qram, 0,606 qram, 1,122 qram, 0,9 qram, 0,849 qram, 0,405 qram, 0,842 qram, 0,724 qram olmaqla ümumi təmiz çəkisi 6,735 qram olan heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir və dörd ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,803 qr., 0,253 qr., 0,385 qr. və 0,628 qr. olmaqla ümumi çəkisi 0,069 qram olan metafetamin öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin», metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxildir; spektoqram protokola əlavə edilmişdir; aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik müəyyən edilmişdir (cild 01, i.v. 179-184). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 09 və 10 mart 2022-ci il tarixli qərarları ilə maddi sübut kimi tanınmış 2,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 7,005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qalıq hissəsi 6,465 qram heroinin, 1,909 qram metafetaminin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməsi müəyyən olunmuşdur (cild 01, i.v. 195-201; 233-240). Məhkəməyə daxil olmuş "xxxx" MMC-nin AZF/LGL-5478/22 nömərli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 070 819 33 32 və 077 602 09 05 mobil nömrələr barədə, habelə 15 noyabr 2021-ci il tarixdən 22 noyabr 2021-ci il tarixinədək olan müddətlərdə həmin nömrələrə daxil olan və çıxış zənglərinin siyahısı, sms-lərin siyahısı, məzmunu, həmçinin həmin dövrdə qeyd olunan nömrələrin hansı ərazi üzrə antenanın təsiri altında olmasına dair məlumatlar bir ədəd CD diskdə təqdim edilmişdir. Məhkəməyə daxil olmuş "xxxx" MMC-nin AZF/LGL-5643/22 nömərli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 070 202 27 26 mobil nömrə barədə, habelə 22 oktyabr 2021-ci il tarixdən 22 noyabr 2021-ci il tarixinədək olan müddətlərdə həmin nömrəyə daxil olan və çıxış zənglərinin siyahısı, sms-lərin siyahısı, məzmunu, həmçinin həmin dövrdə qeyd olunan nömrənin hansı ərazi üzrə antenanın təsiri altında olmasına dair məlumatlar bir ədəd CD diskdə təqdim edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 29.317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri, əməllərində cinayət tərkibinin olması, bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 29.317-1.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 özünün Təqsirləndirilən şəxs2 Azər Adıgözəlova göndərdiyi sovqatın içərisində narkotik vasitə olmasından xəbəri olmaması kimi ifadələri özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi, Təqsirləndirilən şəxs2 isə əri Azər Adıgözəlova göndərdiyi sovqatın içərisində narkotik vasitənin olmasından Təqsirləndirilən şəxs1 məlumatının olmaması kimi ifadələrini digər şəxsi cinayət məsuliyyətindən yayındırmaq üçün uydurulmuş ifadə kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin vəya onların prekursorlarının qanunsuz dövriyyəsinədair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 nömrəli xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməllərini törətmələri Təqsirləndirilən şəxs2 qismən etirafedici, məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, ekspertiza arayışı və rəyləri, maddi sübutun mövcudluğu və iş üzrə başqa mötəbər, təkzib olunmaz sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən, habelə ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik) şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduqları üçün onlar təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasasən Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli tutulduğu 20 noyabr 2021ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli isə tutulduğu 24 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanunisahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normanın tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakları müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 2,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin ekspertiza tədqiqatından sonra qalan 1,909 qram hissəsi, 7,005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 6,465 qram hissəsi məhv edilməli; iş üzrə müvafiq mobil telefon nömrələrinə daxil olan və çıxan zəng, sms siyahısına və mətnlərinə, əhatə dairəsinə və abunəçilərə dair məlumatları özündə əks etdirən CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 153 (bir yüz əlli üç) manat 70 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 76 (yetmiş altı) manat 85 (səksən beş) qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X15, X16, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X11 hər birinə 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 29,317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.317-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu gündən, yəni 20 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 29,317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu gündən, yəni 24 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin təyin edilsin, o ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi ürə ekspertiza tədqiqatının dəyəri 153 (bir yüz əlli üç) manat 70 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 76 (yetmiş altı) manat 85 (səksən beş) qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X15, X16, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X11 hər birinə 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 2,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin ekspertiza tədqiqatından sonra qalan 1,909 qram hissəsi, 7,005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 6,465 qram hissəsi məhv edilsin; iş üzrə müvafiq mobil telefon nömrələrinə daxil olan və çıxan zəng, sms siyahısına və mətnlərinə, əhatə dairəsinə və abunəçilərə dair məlumatları özündə əks etdirən CD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar