Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-897/2024 12.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X4 və Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs (mülki iddiaçı): X11 və onun nümayəndəsi Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Etibar oğlunun Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs3 Müdafiəçi: “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Gələbəddin kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui- istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qardaşı başqası ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xalası oğlu Zərərçəkmiş şəxs3 ucuz qiymətə “Hundai Sonata” markalı avtomobil təşkil edəcəyinə yalandan vəd verib aldatmaqla 2019-cu ilin may ayının 13-də Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 33 ünvanında yerləşən 2 saylı “Asan Xidmət”-in qarşısında 9500 manat, həmin məqsədlə 14 may 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 33 ünvanında yerləşən 2 saylı “Asan Xidmət”-in qarşısında 4500 manat, ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə 14.000 manat pulu birlikdə ələ keçirərək, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 mülkiyyətində olan, faktiki olaraq sonuncuya və Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən 4 saylı iki otaqlı mənzili Zərərçəkmiş şəxs2lə aralarında şifahi razılığa əsasən 110.000 manata satacağına vəd versə də, 30 may 2019-cu il tarixdə həmin mənzili Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti ilə Məmməd Araz küçələrinin kəsişməsində yerləşən 51 saylı notariat ofisində 110.000 manat əvəzinə 100.000 manata alqı-satqı yolu ilə xalası oğlu X6 adına rəsmiləşdirib satdıqdan sonra, əldə etdiyi 110.000 manatın hissə-hissə olmaqla cəmi 82.000 manatını Zərərçəkmiş şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs1 versə də, qalan 28.000 manat məbləğində pulu qaytarmayaraq ələ keçirməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyli miqdara ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qohumu X6 etibarından sui-istifadə edərək 2019-cu ilin may ayında onun adına 70.000 manata alıb rəsmiləşdirdiyi ünvan 3 ünvanında yerləşən 4 saylı iki otaqlı mənzili, ona Bakı şəhərində yeni tikilidə dəyəri 120.000 manat olan mənzili 80.000 manata alacağına yalandan vəd verib aldadaraq, 2019-cu ilin iyun ayının 13-də Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsində yerləşən 14 saylı notariat kontorunda alqı-satqı yolu ilə həmin mənzili X3 85.000 manata satdıqdan sonra həmin tarixdə qeyd olunan ünvanda əldə olunmuş 85.000 manat pulu Elçin Həsənova verdiyi vədə əməl etməyib ələ keçirərək zərərçəkmiş şəxs Elçin Həsənova külli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi İlə başqası ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2019-cu ilin may ayında Bakı şəhəri Xətai rayonu M.Hüseynzadə 1208 ünvanında yerləşən "xxxx" MMC-in sahibliyində və istifadəsində olan “X23” markalı, **-AV-*** dövlət nömrə nişanlı avtomobili icarəyə götürərək, həmin əmlakı satmaq hüququ olmadığı halda, qohumu X9 həmin avtomobilin dəyərinin 70.000 manata olması, hərracda 55.000 manata ona satılmasını təşkil etmək imkanının olması barədə yalan məlumat verərək inandırmış və ilk dəfə ondan 2019cu ilin may ayında ünvan 6 ünvanında Nizami metrosu yaxınlığında yerləşən “X14” mərkəzinin qarşısında 11.500 ABŞ dolları, 2019-cu ilin iyun ayının 21-də isə Bakı şəhəri Nərimanov rayonu, X24 küçəsi 14 ünvanında yerləşən “Gənclik Mall”-ın qarşısında 21.500 ABŞ dolları məbləğindəpulvəsaitini verməsinə nail olduqdan sonra ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə həmin dövrün valyuta məzənnəsi ilə 56.100 manata bərabər 33.000 ABŞ dollar pulu ələ keçirərək nəticədə zərərçəkmiş şəxs Elçin Həsənova külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki Zərərçəkmiş şəxs3 onun xalası oğludur. Xalasının yası zaman onlarda söhbət zamanı, o dövrdə hərracdan aldığı maşının qiymətini və necə aldığını soruşmuşdur. Özünün də anasının xəstəliyi ilə bağlı borcları olduğu üçün öz maşınını satıb daha ucuz maşın almaq istədiyini bildirmişdir. Azər 11.000 manat pul vermiş, o da hərracdan maşın alacaqmış, ancaq ala bilməmiş və pulu qaytarmışdır. Sonra Azər ona yenə pul vermişdir və o, 5900 manatla maşın alacaqmış. Ancaq pulu qaytara bilməmiş, Azər də ona təklif etdiyi maşını bəyənməmişdir. Onun Azərə borcu var və onu qaytaracaq. Zərərçəkmiş şəxs1 isə məhkəmədə tanımışdır, Zərərçəkmiş şəxs2 adını çəkə bilmədiyi şəxsin sürücüsüdür. Həmin adamın sürücüsü olmamışdan əvvəl borcu olduğu üçün ona məxsus mənzildən onlara ev satışını təklif etmişdir. O həmin mənzillərdən ev satmış və müştərilərdən əlavə pul almamışdır. O, Zərərçəkmiş şəxs2lə danışmış və ilkin ödəniş 30 min olmaqla, 5 ay müddətinə, 3 ay 15 min və son ay 10 min manat ödəməklə ev götürmüşdür. Ödəniş geciksə mənzil 110.000 manatdan satılacaqmış. Müqavilədən 1-2 ay sonra işdən ərizəsi ilə çıxmışdır. Zakir borcu bağlamağını bildirəndə, ona bunun mümkün olmadığını demişdir. O, 2 ay ərzində 52.000 manatı da ödəmişdir. Əvvəl 3000 manat da vergi borcu olduğunu demişlər. Bunu qəbul etməmişdir. İş uzanmış və 110.000 manat borcun yarandığını demişlər. Elçin Həsənov xalasıoğludur, Elçinin anası öldükdən sonra kredit məsələsi ilə bağlı əlaqə yaranmışdır. Ondan ilkin ödənişsiz ev tapmağını istəmişdir. O da ilkin ödənişsiz aylıq 5000 manat ödənişlə 36 aylıq ev təşkil etmiş, o da evi almışdır. Müştəri də onun müştərisi imiş və o Elçindən əlavə pul almamışdır. Elçin özü də bunu təsdiq edə bilər. Elçin mənzili aldıqdan sonra maşın satışı ilə bağlı ondan məsləhət almışdır. Maşın alınır və onun 60-70 faizini Elçin özü ödəyirmiş. Yerdə qalan məbləğ üçün isə o ehtiyyat hissələri alırmış. Elçin sonra bildirmişdir ki, bu maşın biznesini ev biznesi ilə əvəz etsinlər. O da razılaşmışdır. Zərərçəkmiş şəxs2 satdığı mənzili 30.000 manat verib almışlar. Elçinə evi 100.000 manata satacaqlarını demiş, əllərindəki pulu o evə qoymuşlar. Mənzili 85.000 manata satdıqdan sonra borcları ödəmişlər. Zərərçəkmiş şəxs2 məhkəməyə verdikdən sonra Elçinlə münasibəti pisləşmişdir. Elçinə satdığı 85.000 manatlıq pulun müəyyən hissəsini vermişdir. Mənzildə yaşayış yox imiş, podmayak mənzil imiş, mənzilin real dəyəri 90.000 manat olmuşdur. Mənzilin sahibinin adını çəkə bilmir. Elçin mənzildən əldə ediləcək gəlirin hissəli ödənişinə razı olmuş, 85.000 manat borcu bağlamışdır, Zərərçəkmiş şəxs2 əsas şahiddir. Elçinlə hərracdan avtomobil alıb və sonra satışını həyata keçirmək biznesi ilə məşğul olurmuş. Hərracda maşın olan istənilən bankdan maşın alırmış. Elçinə 20.000 manata yaxın pul qaytarmışdır. Bu pulun dəyərinə avtomobilin də qiyməti də daxil imiş. Elçinə hazırda 50.000 dən artıq pul borcluimiş. Amma 3 il ərzində Elçinin ona yolladığı pulları da onun üçün xərcləmişdir. Zərərçəkmiş şəxs2 müştərisi olmuşdur. Burda Zərərçəkmiş şəxs2lə alqı-satqı etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun xalası oğludur. 2017-ci ildə ailələrində yas düşmüş və Rövşəngil ailəlikcə onlara gəlib-getməyə başlamışlar. Qohum kimi münasibətləri soyuq olmuş, amma anası xəstələndikdən sonra gəlib-getməyə başlamışlar. Onlar gedib gəldikcə Rövşənlə aralarında söhbətlər olurmuş və ona bankda şöbə müdiri işlədiyini demişdir. Həmən ərəfədə onun uşaqları univeristetə hazırlaşırmışlar və fikri var imiş ki, onlar Bakıda oxusunlar. Rövşən ona təklif etmişdir ki, onlarda münasib qiymətə evlər olur, onlardan birini tapsın və pulunu hissə-hissə ödəsin. Xalası oğlu olduğu üçün, bankda işlədiyi üçün ona güvənib razılaşmışdır. 2017-ci ildə ona bu təklifi etmiş və həmin ilin sonlarına doğru hissəhissə pul yollamağa başlamışdır. Ümumi olaraq Rövşənə evə görə 70 min manat pul yollamışdır. Daha sonra ona yığmışdır ki, mobil notariat tətbiqi var, onu yükləsin.O həmin tətbiqi yüklədikdən sonra görmüşdür ki, həmin dediyi evin çıxarışı var və onun adınadır. 2019-cu ilin iyun ayında ona zəng edib təcili Bakıya gəlməyini istəmişdir, o da Bakıya getmişdir. Bakıda ona bildirmişdir ki, evə müştəri tapıb. Ona evi 80 minə satacaqlarını demiş və bildirmişdir ki, bunu satıb daha yaxşı bir ev alarlar. Alqı-satqı etdikdən sonra pulu götürmüşdür ki, o daha yaxşı bir ev tapıb xəbər edəcək. Daha sonra o rayona qayıtmışdır. Ev alqı-satqısından əvvəl Rövşən ona təklif etmişdir ki, düşmə bir maşın var, hazırki qiyməti 55 mindir amma bazar dəyəri 70 min civarıdır. Onunla razılaşmış və Rövşən, qardaşı Pərviz Əliyev ilə maşını qapılarına yollamışdır. Həmin o ev satılan ərəfədə də maşın qapılarında olmuşdur. Maşını gətirdikdən sonra heç bir sənədi yox imiş. Evi satdıqdan bir gün sonra Rövşən gəlib maşını sənədləşdirməsi üçün istəmişdir. Artıq maşını istədikdən sonra ona qarşı şübhə yaranmışdır ki, evi də adından çıxartsın və maşını da aparmışdır. Maşının açarını qardaşına verib tapşırmışdır ki, açarı Rövşənə verməsin və Rövşənlə birlikdə bakıya yollamışdır. Bakıda olarkən qardaşının yanında zəng edib narahat olmamasını, sənədləri həll edib maşını göndərəcəyini bildirmişdir. Onunla sağollaşdıqdan sonra yalandan qardaşına Elçinlə danışdığını demişdir. Qardaşını aldadıb maşını da ondan götürmüşdür. Daha sonra yoxa çıxmış və tapa bilməmişlər. Evlərindən də qaçmış. Adına 20-dən çox telefon nömrəsi olsa da heç cür tapa bilməmişlər. Rövşənin yoldaşı daha sonra səs yollayaraq evi artıq başqasına satdığını və ortada pul olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2018-ci ilin noyabr ayında ailə üzvlərində sağlamlıqla bağlı problemlər olduğundan xərcləri çox olmuş və qohumlar tez-tez gedib-gəlməyə başlamışlar. Həm xərcləri, həm də kredit borcu olduğu üçün öz avtomobilini satmağa məcbur olmuşdur. Bu zamanlar həm Elçingil, həmdə Rövşəngil onlara gedib-gəlməyə başlamışlar və o Elçinin maşınını görüb bəyənmişdir. Həmin vaxt Rövşən də demişdir ki, hərrac vasitəsi ilə Elçinin adına sənədləşəcək. Daha sonra ailə üzvlərilə məsləhətləşib razılıq alaraq Rövşənlə danışmışdır. O isə ona hərracların tarixini və maşınları göstərmişdir. Toyota Camry markalı bir avtomobili göstərərək yanvar ayında hərrac olacağını və maşının hərracdan çıxacağı qiymətin 15 min 700 manat olduğunu demişdir. O da artıq öz avtomobilini tez-bazar satmaq fikrinə düşmüş və dəyərindən təxminən 7 min manat ucuz qiymətə satmışdır. Rövşənlə danışdıqda ona hərrac olmadığını və tarixi uzatdıqlarını demişdir. Daha sonra yenə əlaqə saxladıqda hərracın fevral ayında olacağını demişdir. O isə heç olmasa maşını ona göstərməsini istəmişdir. Rövşən 2013 ya da 2014 markalı toyota camry markalı maşını gətirmişdir. İşlədiyi işdə polis nümayəndələri var imiş və onlardan bu maşını yoxlatmalarını xahiş etmişdir. Onlar yoxladıqdan sonra bildirmişlər ki, maşın “rent a car”-a aiddir. Rövşənin özündən soruşduqda isə bildirmişdir ki, maşın onlarındır və özləri “rent a car”-a vermişlər. Bu dediklərinə də inanmışdır. Fevral ayı da keçmişdir, ancaq ortada heç bir şey yox imiş. Həmin toyota markalı avtomobilin ona alınacağına inanaraq, onu rəsmi servisdə qeydiyyata salıb yoxlatmışdır. Mart ayında anasının kimya-terapiyası imiş, Rövşənlə anası da onlarda imiş. Yolda gedərkən Rövşənə zəng gəlmiş və deyilənə görə işində problem yaranmışdır. Bundan sonra Rövşən bir neçə gün yoxa çıxmışdır. Neçə dəfə Rövşənə yığsa da telefonlarına cavab vermirmiş, onun qardaşı Pərvizə zəng edib pulu qaytarmasını tələb etmişdir. Daha sonra aralarında soyuqluq yaranmışdır. Bir müddət sonra Rövşənin anası onunla danışmış və demişdir ki, Rövşən etdiklərinə görə peşmandır, özünü bağışlatmaq istəyir. Yeni bir maşının olduğunu və özü ilə qardaşı Pərvizin cavabdeh olduğunu demişdir. Artıq may ayı imiş, demişdir ki pulu indi verirsən və 1-ci gün maşını adına keçirirlər. O ailəsi ilə məsləhətləşmişdir ki, amma onlar razı olmadıqlarını bildirsələr də, o pulu vermişdir. Pərviz 4cü gün gəlmiş, 9 min 500 pulu götürmüşdür. 1-ci gün isə Pərviz onu götürmüşdür və alqısatqı yerinə getmişlər. Nahara qədər gözləmişlər, amma Rövşən gəlib çıxmamışdır. Həmin zaman Pərzivə demişdir ki, evdə valideynlərindən biri xəstədir və ona stres olmaz, pulunda hamısını geri qaytarsınlar. Bir neçə gün keçdikdən sonra Pərviz gəlib maşını almağa getdiyini deyərək pulun qalanın istəmiş və ondan 4 min 500 manat alıb getmişdir. Yenə də eyni bəhaləri edərək “bu gün qaldı sabah həll olacaq” kimi sözlər demişdir. Üstündən bir müddət keçdikdən sonra Kia Optima markalı avtomobil gətirmişlər və sabah sənədləri həll edib adına keçirəcəklərmiş. O, maşına baxdıqdan sonra bəyənmədiyi üçün pulunu geri qaytarmağını istəmişdir. Artıq evdəkilərə də maşın istəmədiyini demişdir. 1 ilə yaxın evdəkilərə məcbur qalıb yalan söyləmişdir ki, pulu qaytarıblar, maşın tapa bilmədiyi üçün pulunu banka qoyub. Bu hadisələr baş verən zaman Rövşən Rusiyaya getmişdir, amma qardaşı və anası ilə danışdığı zaman ona yenə də müxtəlif bəhanələr gətirərək, pulu verəcəklərini demişlər. Artıq dekabr ayı olduqda Pərviz də qaçıb Rövşənin yanına getmişdir. Orada olduğu zaman da onunla telefonda danışaraq yalandan bugün-sabah verəcəyini deyə-deyə onu fırlatmışdır. Ondan sonra heç bir şey də düzəlməmiş və əlaqələr pozulmuşdur. Rövşən tutulduqdan sonra ona zəng etmişlər və 5 min manat pulu geri qaytarmışlar. Daha əvvəl də 3 min 100 manat məbləği qaytarmışlar. Rövşənin özünə 15 min 700 manat vermişdir, amma həmin pulu Rövşən yox Pərviz ona qaytarmışdır. Maşınları hərracdan Pərviz tapırmış. Hazırda Təqsirləndirilən şəxs ona 5 min 900 manat borcludur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını bildirərək, onların iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini xahiş etmişlər, məhkəmə onların iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər biri ayrı ayrılıqda ərizə təqdim edərək, İbtidai istintaqda vedikləri ifadələrini təstiq edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmadıqlarını bildirmiş və məhkəmə baxışlarını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Məhkəmə proses iştirakçıların fikirini nəzərə alaraq onların iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə ünvan 9 ünvanında 7-ci mərətəbədə yerləşən 4 nömrəli mənzili o, qohumu Zərərçəkmiş şəxs2 ilə birlikdə 110.000 manata almışdır. Həmin pulun 90.000 manatını o, ödəmiş qalanmanatını isə Zərərçəkmiş şəxs2 ödəmişdir. Beləliklə də, ev şərikli olmuş və o, da 90.000 manat məbləğində həmin evdə payı olmuşdur. Mənzili alsa da, həmin vaxt əlavə sənədləşmə aparmamaq üçün mənzili onun adında qalmış, belə ki, o, həm də kooperativin sədri olmuşdur. Bir müddət sonra Zərərçəkmiş şəxs2 maddi çətinlik çəkdiyindən həmin mənzili satmaq qərarına gəlmişdir. Zakir bu barədə ona etiraz etməmiş və ona baş etibarnamə vermişdir ki, gedib mənzili satsın ona düşən 90.000 manatı ona verməsini, özünə qalan 20.000 manatı isə götürməsini demişdir. O, Zakirə notariusda baş etibarnamə vermişdir. Təxminən 2 il bundanl Zakir özünü makler kimi ona təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuş, Zakirin deməsinə görə o, Rövşənlə sonuncu dəfə 2019cu ilin əvvəllərində Nərimanov rayonu, İ.Dadaşov küçəsi ev 222a ünvanında rastlaşmışmış və onunla söhbət zamanı ona evini satmaq istədiyini bildirmişdir. O, evin 110.000 manata satılmasına razılaşmışdır. O, ona ev üçün müştəri tapacağını demişdir. Təxminən 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs adlı şəxs mənzilə alıcı tapdığını, lakin pulu tam yox, hissə-hissə ona verəcəyini demişdir. Həmin vaxt Zakirin banklara borcu olduğundan, o, Rövşənin təklifi ilə razılaşmışdır. xx.xx.2019-cu il tarixdə Zakirə baş etibarnamə vermiş və sonra o, Təqsirləndirilən şəxslə birlikdə Nərimanov rayonu Azadlıq prospekti ilə Məmməd Araz küçələrinin kəsişməsində yerləşən 51 saylı notariat kontoruna getmişlər. Həmin vaxt Rövşən özü ilə gətirdiyi pulu notariat kontorunun yaxınlığında yerləşən “Muğan” banka qoymuş və onun adından Zərərçəkmiş şəxs2 Şəmkir rayon sakini X6 adından isə Təqsirləndirilən şəxs Özü ilə alqı-satqı müqaviləsini bağlamışdır. Bundan sonra, Zakir bankdan 100.000 pulun alınmasına dair sənədlərə imza atmış, lakin pulu kassadan Rövşən özü götürdüyünü bildirmişdir. O, pulunu ona verməyini istəmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs ona güya pulu başqa adamdan borca aldığını və ona görə də, ona hələlik 30.000 manat pul verəcəyini demişdir. Qalan pulu isə 4 ay ərzində hissə-hissə verəcəyini bildirmişdir. Zakir, ona inanmış və Rövşən ona bankda 30.000 manatı sayıb verdiyini bildirmişdir. Zakir mənzili 110.000 manata ona satmışdır. Bundan sonra Rövşən ona 4 ay ərzində hissə-hissə olmaqla əlavə 52.000 manat pul vermiş və sonra pulun qalanını verməkdən müxtəlif bəhanələrlə yayınmağa başlamışdır. Həmin vaxt Rövşənin ona 28000 manat verəcək pulu qalmışdır. Zakir bunu görüb Rövşəndən şikayət etmişdir. Həmin vaxt polis əməkdaşları Rövşəni tapa bilməsələr də, onun qardaşı və onunla daima birlikdə işləyən X7 tapmışlar. Həmin vaxt Pərviz izahat yazaraq qardaşı Rövşəndən şikayət etməməyi və qısa müddət ərzində ona çatan 28.000 manat pulu verəcəklərini demiş, lakin bu günə kimi heç bir məbləğdə pul verməmişlər. Zakir etibarnamə əsasında Nərimanov rayon məhkəməsinə müraciət etmiş və məhkəmə baxışının yekununa dair məhkəmə iddianı qəbul etməsə də, Rövşən və Pərvizin dələduzluq etmələri ilə əlaqədar xüsusi qərardad qəbul etmişdir. Zakir sonradan ona notariusda olanda, müqaviləni oxumadığını, sənədə imza etdiyini bildirmişdir. Amma evi o, Rövşənə 110.000 manata satılmasını razılaşmışdır. Zakir kişi, Rövşənin ona verdiyi həmin puldan 82.000 manatını ona verdiyini, qalan 28.000 manat pulun 20.000 manatı Zakirə çatmalı olduğunu, 8000 manatı isə ona verilməli olduğunu bildirmişdir. Nəticədə Rövşən onun 8 min manatını, Zakirin isə 20.000 manat pulunu aldatma yolu ilə ələ keçirərək ona qarşı dələduzluq etdiyini bildirmişdir. O, Rövşən və onun qardaşını tanımadığını və onlarla heç bir münasibəti olmadığını, bütün işi onlarla Zakir həyata keçirdiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə ünvan 10 ünvanında 7-ci mərətəbədə yerləşən 4 nömrəli mənzili qohumu Zərərçəkmiş şəxs1 ilə birlikdə 110.000 manata aldığını bildirmişdir. Həmin pulun 90.000 manatını Zərərçəkmiş şəxs1 ödəmiş, qalan 20.000 manatını isə o, özü ödəmişdir. Beləliklə də, ev şərikli olmuş və onun da 20.000 manat məbləğində həmin evdə payı olmuşdur. Mənzili alsa da, həmin vaxt əlavə sənədləşmə aparmamaq üçün mənzili kooperativin sədri qohumu Zərərçəkmiş şəxs1 adına saxlamışdır. Bir müddət sonra maddi çətinlik çəkdiyindən həmin mənzili satmaq qərarına gəlmişdir. O, bu barədə Ceyhuna bildirmiş, Ceyhun etiraz etməmiş, ona baş etibarnamə vermişdir ki, evi satıb ona düşən 90.000 manatı ona versin, özünə qalan 20000 manatı isə götürsün. Təxminən 2 il bundan əvvəl özünü makler kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuş, onunla sonuncu dəfə 2019-cu ilin əvvəllərində Nərimanov rayonu, İ.Dadaşov küçəsi ev 222a ünvanında rastlaşdığını, onunla söhbət zamanı ona evini satmaq istədiyini bildirmişdir. O, ondan evin qiymətini soruşmuş və o, evi 110.000 manata satmaq istədiyini demişdir. O, ona ev üçün müştəri tapacağını demişdir. Təxminən 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs ona mənzilə alıcı tapdığını, lakin pulu tam yox, hissə- hissə ona verəcəyini demişdir. Həmin vaxt onun banklara borcu olduğundan, o, Rövşənin təklifi ilə razılaşmışdır. xx.xx.2019-cu il tarixdə o, Niriyev Ceyhundan etibarnamə alaraq Təqsirləndirilən şəxslə birlikdə Nərimanov rayonu Azadlıq prospekti ilə Məmməd Araz küçələrinin kəsişməsində yerləşən 51 saylı notariat kontoruna getmişdir. Həmin vaxt Rövşən özü ilə gətirdiyi pulu notariat kontorunun yaxınlığında yerləşən “Muğan” banka qoymuş və Zərərçəkmiş şəxs1 adınından o, Şəmkir rayon sakini, X6 adından isə Təqsirləndirilən şəxs özü ilə alqı-satqı müqaviləsini bağlamışdır. Bundan sonra, o, bankdan 100.000 pulun alınmasına dair sənədlərə imza atmış, lakin pulu kassadan Rövşən özü almışdır. O, pulunu ondan ona verməyi istəmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs ona pulu başqa adamdan borca aldığını və ona görə də, ona hələlik 30.000 manat pul verəcəyini demişdir. Qalan hissəsini isə 4 ay ərzində hissə-hissə verəcəyini bildirmişdir. O, da ona inanmış və o, ona bankda 30.000 manat sayıb vermişdir. Bu zaman o, Rövşənlə birlikdə olduğunu demişdir. O, mənzili 110.000 manata ona satmışdır. Bundan sonra Rövşən ona 4 ay ərzində hissə-hissə olmaqla əlavə 52.000 manat pul vermiş və sonra pulun qalanını verməkdən müxtəlif bəhanələrlə yayınmağa başlamışdır. Həmin vaxt Rövşənin ona 28.000 manat pul borcu qalmışdır. O, bunu görüb Rövşəndən şikayət etmişdir. Həmin vaxt polis əməkdaşları Rövşəni tapa bilməsələr də, onun qardaşı və onunla daima birlikdə işləyən X7 tapmışlar. Həmin vaxt Pərviz izahat yazaraq qardaşı Rövşəndən şikayət etməməyi və qısa müddət ərzində ona çatası 28.000 manat pulu verəcəklərini demiş, lakin bu günə kimi ona heç bir məbləqdə pul verməmişlər. O, bunu görüb Ceyhundan aldığı etibarnamə əsasında Nərimanov rayon məhkəməsinə müraciət etmiş və məhkəmə baxışının yekununa dair məhkəmə iddianı qəbul etməsə də, Rövşən və Pərvizin dələduzluq etmələri ilə əlaqədar xüsusi qərardad qəbul etmişdir. O, notariusda müqaviləni oxumadan imza etdiyini bildirmişdir. Amma evi o, Rövşənə 110.000 manata satılmasını razılaşmışdır. O, Rövşənin ona verdiyi həmin puldan 82.000 manatını Ceyhuna vermişdir. Qalan 28.000 manat pulun 20.000 manatı ona, qalan 8000 manatı İsə Ceyhuna çatmalı olduğunu bildirmişdir. Nəticədə Rövşən onun 20000 manat pulunu, Zərərçəkmiş şəxs1 isə 8.000 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. O, uzun müddət Rövşəni axtarsa da, onu tapa bilməmiş, o, telefonunu söndürmüşdür. Bir müddət sonra, o, onun qardaşı Pərvizlə əlaqə saxlamış, o, ona Rövşəni axtarmamasım ona zəng vurmamasını, Rövşən özünü öldürmək istədiyini, pulu o, özü ona qaytaracağını demişdir. O, ona inanmadığım və birlikdə gedərək 16- cı PB-nə orada izahat yazmasını, həmin qalan pulu o, özü ona ödəyəcəyini bildirməsini demişdir. Lakin, o bu günə kimi onun və Zərərçəkmiş şəxs1 pulunu qaytarmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, isintaqda verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxs xalasıoğludur. Elçin qardaşıdır. 2017-ci ilin sentyabr ayında anası öldükdən sonra Rövşəngil onlarla yaxınlıq etmişdir. 2017ci ilin sentyabr ayında Rövşən demişdir ki, Paşabankda problemli kreditlərdə şöbə müdiri işləyir. Elçinə demişdir ki, ona da oradan yaxşı maşın və mənzil tapa bilər. Rövşən sonra Bakıya qayıtmışdır. 2017-ci ilin dekabrında Elçinə zəng edərək, yaxşı ev olduğunu və pul yollamasını demişdir. Elçin də Rabitəbank vasitəsilə Rövşənə 5 dəfə hər dəfə ayrı-ayrılıqda 1000 dollar pul yollamışdır. Onlar da bu hadisələrin şahidi olmuşlar. Elçin həmçinin 2018-ci ilin yanvarında 2000 dollar, 1500 dollar, 12500 dollar və bir neçə dəfə əlavə olmaqla pul yollamışlar. Rövşən də Elçinə zəng edib Nərimanovda 2 otaqlı təmirsiz mənzili Elçinin adına aldığını demişdir. Nənəsi rəhmətə gedəndən sonra xalasıgillə aralarında soyuqluq yaranmışdır. Aralarındaki məsələ mal-mülk söhbəti olmuşdur. Qardaşına Rövşən tərəfindən 70.000 manatlıq ev alınmışdır. Rövşən və Elçin arasında olan söhbəti məclislərdə eşidirmişlər. Bu söhbətlər onların evində də, Elçingilin evində də olan zaman təsadüfən orada olmuşdur. Qardaşının biznes fəaliyyəti yoxdur, Rövşənlə aralarında biznes münasibətləri kredit münasibətləri ilə bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan cinayət işi üzrə zərərçəkmiş şəxs X12 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs X18 Əliyevin və Pərviz Əliyev tərəfindən aldadıldığını, ona yalan vədlər verildiyini, ondan ev və avtomobil almaq adı ilə külli miqdarda pullarını aldığını onun üzünə qarşı söyləmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Elçin Həsənovun onun üzünə qarşı dediklərini təsdiq etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan cinayət işinin materiallarına əlavə edilmiş 30 may 2019-cu il tarixli AN-1 ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” müqaviləsindən görünür ki, həmin gün Bakı şəhəri 51 saylı notariat ofisində Zərərçəkmiş şəxs2 (Zərərçəkmiş şəxs1 əvəzinə) Təqsirləndirilən şəxs (X6 əvəzinə) ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 97,6 kv/m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcı X2 Zərərçəkmiş şəxs1 satdığı tam hissəni ondan 100.000 manat qiymətinə aldığı müəyyən edilmişdir.Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan iş materiallarına əlavə edilmiş X10 ilə zərərçəkmiş şəxs X12 arasında mobil telefonun vatsapı ilə aparılmış yazışmalardan görünür ki, X21 Həsənova 26 avqust 2019-cu ildə yazılı formada mesaj i göndərmişdir və həmin mesajların mətnindən görünür ki, “And olsun Allaha məzələnmirəm,; düzün deyirəm, Rövşən sabah gecə Bakıdadır mənə bu gün səhər zəng eləmişdi dedi 2-ci gün ! Elçinin maşınım çıxardıb yola salacam sənədləşdirəcəm. Qada salam zəng edəcəm Rövşən də zəng edəcək vallah fontdadır maşımla bağlı çalışır. Narahat olma düzəlir. Çatıram yanma ayqa Rövşən”. Təqsirləndirilən şəxs ilə Elçin Həsənov arasında olan mobil telefon vasitəsi ilə aparılmış yazışmalarda Rövşən “Sənə deyirəm pulun məsələsini həll edirəm, 9-da pul gətirməlisən, bilirsənmi nə qədərdi, Bilirəm oturub hesablayacağıq, nə qədər etsə ondan da artığını verəcəm 120.000 manat hardasa, nə vaxt verirsən Elçinlə danışıram, elə indi də sözlərini demişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan iş materiallarına əlavə edilmiş “Köçürülmənin göndərilməsi barədə bildirişidən görünür ki, 20 sentyabr 2018-ci ildə X12 tərəfindən “Rabitəbank ASC” Şəmkir filialından X5 adına 450 manat məbləğində, Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci ildə 12.255 ABŞ dolları, xx.xx.2017-ci ildə 5- dəfəyə cəmi 5000 ABŞ dolları, xx.xx.2017-ci ildə 1500 manat, xx.xx.2018-ci ildə 2000 manat, xx.xx.2018-ci ildə 2000 ABŞ dolları, xx.xx.2019-cu ildə Paşa Bank” vasitəsi ilə 6.318 ABŞ dolları xx.xx.2018-ci ildə 1000 ABŞ dolları məbləğində pul köçürmələri müəyyən edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx"MMC-nin direktoru Bəhruz Səfərov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 00124 saylı məktubundan görünür ki, “MCB Lizinq QSC-nin mülkiyyətində olan “X22 markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 oktyabr, 2017-ci il tarixli LM No2xx/xx-2017 saylı X15 Müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahiblik və istifadəsinə verilmişdir. Avtomobil 2019-cu ilin may ayında yol vərəqəsi əsasında bir neçə günlük Təqsirləndirilən şəxs icarəyə verilmişdir. İcarə müddəti bitdikdən sonra Təqsirləndirilən şəxs qeyd olunan avtomobili "xxxx" MMC-yə geri qaytarılmışdır. Cinayət işi materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs Təqsirləndirilən şəxs istintaqa gəlməkdən boyun qaçırması və istintaqdan gizlənməsinə görə barəsində bir neçə dəfə axtarış elan edilərək icraat dayandırılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-611/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 3 ay 19 gün müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı Apellyasiya Məhkəməsinin 4(103)-633/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 06 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan, 07 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti başa çatdığından həbsdən azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə iclas zalından həbs edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş ərizələrdən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclaslarında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv təhlil etdikdən sonra məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində ona elan olunmuş ittiham üzrə özünü ittihamda qeyd olunan məbləği almamasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində zərərçəkmiş şəxslərdən iki nəfərin ona qarşı şikayət və tələbləri olmamağını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi materiallarından görünür ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) X8 Təqsirləndirilən şəxs qarşı 125000 manat maddi ziyan, 20000 manat mənəvi ziyan və 25000 manat məbləğində əldən çıxmış fayda olaraq mülki iddia verərək, həmin məbləğləri Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) X8 Təqsirləndirilən şəxs qarşı mülki iddiasına münasibət bildirərək hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı ona dəymiş mənəvi zərərin və əldən çıxmış fayda olaraq hesablanmış məbləğlərin olması barədə iddia tələbi irəli sürmüş olsa da, həmin məbləğlərin hesablanmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “MCB Lizinq QSC-nin mülkiyyətində olan “X22 markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə geri qaytarılması, pul köçürülmələrinə dair 12 vərəqdən ibarət qəbz, telefon yazışmalarına dair məlumatlar, notarial sənədlər cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-c maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 5 ay 19 gün, hər günün azadlıqdan məhrum etmə cəzanın 1(bir) günününə bərabər tutulmaqla, həmin müddət təyin edilmiş cəza müddətindən çıxmaqla, qəti olaraq Təqsirləndirilən şəxs 6 (altı) il 6(altı) ay 11 (on bir) gün müddətinə azadılıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 24 oktyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) X8 mülki iddiası baxılmamış saxlanılsın. Maddi sübut kimi tanınmış “MCB Lizinq QSC-nin mülkiyyətində olan “X22 markalı, **- AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə geri qaytarılması, pul köçürülmələrinə dair 12 vərəqdən ibarət qəbz, telefon yazışmalarına dair məlumatlar, notarial sənədlər cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-897/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-897/2024
12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver