Məhkəmə qərarları › İş №1(101)-897/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-897/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-897/2025 28.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Balıqçılar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 10 iyun 2024-cü il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən “Heydər Əliyev” adına istirahət parkında fəaliyyət göstərən “Gülüm” çay evində olarkən həmin vaxt çay evinə daxil olan tanışı Zərərçəkmiş şəxs onun barəsində Şahid göndərdiyi xoşagəlməz səs yazısının səbəbinə aydınlıq gətirmək məqsədilə çölə çağıraraq parkın içərisində ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib Zərərçəkmiş şəxs zor tətbiq etməklə bədən nahiyələrindən qəsdən yumruq zərbələri vurmaqla sonuncuya başın sol təpə-ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirdikdən sonra Təqsirləndirilən şəxs2 onun xəbəri olmadan xuliqanlıq niyyətilə üzərində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən kürək nahiyəsindən iki zərbə vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol ağ ciyəri yaralayan hemopnevmotorks ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 10 iyun 2024-cü il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən “Heydər Əliyev” adına istirahət parkında fəaliyyət göstərən “Gülüm” çay evində olarkən Təqsirləndirilən şəxs1 həmin vaxt çay evinə daxil olan tanışı Zərərçəkmiş şəxs barəsində Şahid göndərdiyi xoşagəlməz səs yazısının səbəbinə aydınlıq gətirmək məqsədilə çölə çağıraraq parkın içərisində ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ilkin olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq edərək bədən nahiyələrindən qəsdən yumruq zərbələri vurmaqla sonuncuya başın sol təpə-ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirdikdən sonra o, Təqsirləndirilən şəxs1 xəbəri olmadan xuliqanlıq niyyətilə üzərində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs zoı tətbiq edib qəsdən kürək nahiyəsindən iki zərbə vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol ağ ciyəri yaralayan hemopnevmotorks ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Şahid o tanış etmişdir. Talib onun məhlə yoldaşıdır, Fərid isə uşaqlıq dostudur. Şahid avtomobili ilə qəza keçirmişdir. O, avtomobili düzəltdirməsi üçün Talibi Təqsirləndirilən şəxs1 yanına göndərmiş və qiymət barədə də narahat olmamasını demişdir. Təmirdən sonra Talib Fəridə 2 000 manat vermiş, 1 000 manat isə borclu qalmışdır. O həmin vaxt məhəllədə dayanmışdır. Şahid onu görmüş və yanına gəlib Fəridə 1 000 manat borclu qaldığını demiş, o da narahat olmamasını bildirmişdir. Daha sonra Şahid ona səs yazısına qulaq asdırmışdır. Həmin səsyazısında Talibin Fəridə borclu qaldığı pulun ona verilməyəcəyi deyilmişdir. O da Şahid səsi göndərən şəxsi söhbət etmək üçün tapıb gətirməsini demişdir. Sonra o Fəridlə kafedə oturub nərd oynayırmışlar. Bu vaxt Şahid Zərərçəkmiş şəxs tapıb gətirmişdir. Daha sonra Fəqandan nəyə görə o cür səs atdığını soruşmuşlar. X7 Nəcəfovu da götürüb parka getmiş, o və Talib da Fərid və Fəqanın ardınca getmişlər. Onlar parka çatanda Fərid və Fəqanın dava etdiyini görmüşlər. O Fərid və Fəqanı nə qədər ayırmağa çalışsa da, bacarmamışdır. Yumruqla Fəqanı vursa da, Fəqan ayrılmamışdır. Fəqan Fəridi dirsəyinin arasında boynunu sıxıb başına vururmuş. Daha sonra o, üzərində olan bıçaqla istəməyərək bilməyərəkdən Fəqanı vurmuşdur. Bıçaq ona hədiyyə edilmişdir. Həmin bıçaq qırıq vəziyyətdə olmuşdur. O, bıçağı düzəltdirmək üçün üzərində gəzdirmişdir. O, əslində Fəqanı bıçağın arxası ilə davanı ayırmaq məqsədilə vurmaq istəmiş, lakin bıçaq qırıq olduğu üçün açılmış və Fəqana zərbə dəymişdir. X9 buraxmışdır. Gedən zaman Fəqandan qan axdığını görmüş, daha sonra bıçağa baxanda bıçağın açıldığını görmüşdür. Sonra Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar, o da hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisə başlamazdan əvvəl Fəridlə birlikdə “Gülüm” çayxanasında olmuşlar. Zərərçəkmiş şəxs Şahid gedib tapıb gətirmişdir. Borc Fərid və Talib arasında olmuşdur. Talib Fəridə olan borcunu qaytaracaqmış. Talib və Fəqan uşaqlıq dostudurlar. Söhbət etmək üçün Talib Fəqanı çayxanaya gətirmişdir. Orada Fəqanla danışmışlar, lakin ətrafda çox səs-küy olduğu üçün Fərid Fəqana daha sakit yerdə söhbət etməyi təkif etmiş və birlikdə yaxınlıqda olan parka getmişlər. Hava qaranlıq olmuş, saat təxminən 20-21 radələri olarmış. Ətrafda ancaq kafelər olmuş, həmçinin Yeganə şadlıq sarayı da olmuşdur. Onların olduğu ərazidə heç kəs olmamış, həmin vaxt ətrafdan kimsə keçməmişdir. Ətrafda o və Talibdən başqa Rəşad adlı bir şəxs də olmuş, amma Rəşad bir az aralıda dayanmışdır. O, bıçağı hadisə günü götürmüşdür, bıçaq xarab olduğu üçün düzəltdirmək istəyirmiş. Fərid və Fəqan dava edən zaman birinci kimin zərbə vurduğunu görməmişdir. Fərid və Fəqanın sözləri çəp gəldiyi, bir-birlərinə söyüş söydükləri üçün dava etməyə başlamışlar. O, əvvəlcə yumruqla, daha sonra isə bıçağın arxası ilə Fəqanı Fəriddən ayırmaq üçün, Fəqana zərbələr vurmuşdur. Fəqana bıçağın arxası ilə 4-5 dəfə zərbə endirmişdir. Həmin vaxt aqressiv olmamış, məqsədi onları ayırmaq olmuşdur. Hadisə vaxtı Fəqan onu vurmamış, o xəsarət almamışdır. Fəqan Fəriddən aralanıb gedən zaman Fəqandan qan axdığını görmüş, heç Fəqanın özünün yaralandığından xəbəri olmamışdır. Daha sonra Talib və Rəşad Fəqanı xəstəxanaya aparmışlar. O Fəqanı xəstəxanaya aparan zaman getməmişdir. Talib davaya qarışmamış, qıraqda dayanıb telefona baxırmış. O və Fəqanı heç bir kəs ayırmamış, o Fəqana zərbə vurduqdan X9 buraxmış və aralanıb getmişdir. Hadisənin baş verdiyi yerlə “Gülüm” kafesi arasında 200-300 metr məsafə olar. Fərid və Fəqan onlardan əvvəl qalxıb getmişdirlər, əvvəlcə parkda söhbət etmişlər, sonradan Fəridlə Fəqanın dava etdiklərini görüb o və Talib Fəridgilin yanına qaçmışlar. Hazırda Zərərçəkmiş şəxsla barışmışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, eyni məktəbə getmişlər. Şahid və Təqsirləndirilən şəxs1 də əvvəldən tanıyır, eyni ərazidə yaşayırlar. Şahid avtomobilinin 3 000 manat xərci olmuşdur. O, Talibi Təqsirləndirilən şəxs1 yanına aparmış, onlarla danışmış və avtomobili təmirə vermişlər. Sonradan Talib 1 000 manat pulunun çatmadığını demiş, o da problem olmadığını, Fəridlə danışacağını, qalan 1 000 manat pulu sonra verə biləcəyini demişdir. Talib və Fəqan arasında nə söz-söhbət olduğundan onun xəbəri olmamışdır. Talib və Fəqan uşaqlıq dostu olmuşlar. Avtomobil düzəldikdən sonra Fərid və Talib avtomobillə onun yanına gəlmişlər, o həmin vaxt məhlədə durmuşdur. Daha sonra avtomobillə birlikdə çayxanaya tərəf gəlmişlər. Talib avtomobildə olan zaman Fəqanın səsinə qulaq asdırmışdır. Onlar da Fəqanın bu işlə nə əlaqəsi olduğunu, Talibə söhbət etmək üçün Fəqanı tapıb gətirməsini demişlər. Talib Fərid və onu çayxanada düşürdəndən sonra onlar çayxanada oturmuşlar. Təxminən 10-15 dəqiqə sonra Talib Fəqanı da gətirmişdir. Onlar Fəqanla nəyə görə onlara pulun çatmayacağı ilə bağlı məsələni aydınlaşdırmaq istəmişlər. Daha sonra isə Fərid daha sakit yerdə söhbət etmək üçün Fəqanı da götürüb parka getmişdir. Talib və o əvvəlcə Fəridlə Fəqandan bir az aralıda dayanmışlar. Fəridlə Fəqan söhbət edirmişlər. Sonra isə dava etməyə başlamışlar, dava etdiklərini görəndə tez Fəridlə Fəqanın yanına getmiş və ayırmağa çalışmışdır. Fəqan Fəridi boğurmuş, sol əli ilə Fəridi tutmuş, sağ əli ilə Fəridə yumruq vururmuş. Əvvəlcə o Fərid və Fəqanı aralamaq üçün dartmağa başlamışdır. Sonra isə yumruqla Fəqanın qoluna, belinə vurmuş, yenə aralanmadıqlarını görəndə, cibindən bıçağı çıxarıb, bıçağın arxası ilə Fəqanı vurmağa başlamışdır. Bıçaq açılıb-bağlanan olmuşdur. Bıçaq xarab olmuş, aşağı tutanda bıçaq çıxırmış. O, bıçağın tiyəsinin Fəqana girdiyini bilməmişdir. O, bıçaqla Fəqanın kürəyinə və qoluna vurmuşdur. Fəqanla o əlbəyaxa dava etməmişlər, Fəqan ona heç bir zərbə vurmamışdır. Hadisə baş verən ərazi parkdır, ətraf ağaclıqdır, bir dənə bağlı kafe olmuş, həmin ərazidən heç kəs keçməmişdir. Hadisə vaxtı o heç bir kəsə qarşı nalayiq ifadə işlətməmişdir. Hadisə yerində Fəqan və Fəriddən başqa, o, Talib və Rəşad adlı şəxs olmuşdur. Rəşadı o tanımır, sadəcə salam-sağolu var, Rəşad heç bir məsələyə qarışmamışdır. Təqsirləndirilən şəxs1 Şahid sadəcə üzdən tanıyır. Fərid və Talibi o tanış etmişdir. Talib avtomobilini Fəridin qardaşının avtoservisində təmir etdirəcəkmiş. Lakin pulu təmir üçün tam çatmamış, 1000 manat borcu qalmış, o da Talibə zamin durmuş, həmin pulu onun verəcəyini demişdir. Zərərçəkmiş şəxs bu məsələyə nəyə görə qarışdığını bilmir. Əvvəlcə Fərid, Fəqan və Talib birlikdə kafedən çıxıb parka getmişlər. O, kafenin qarşısında durmuşdur. Əvvəlcə Fərid və Fəqan söhbət edirmişlər, sonradan görmüşdür ki, dava edirlər, o tez Fərid və Fəqanın yanına getmişdir. Nə Fərid, nə də o pulu ödəmələri barədə Talib və Fəqanı təhdid etməmişlər. Zərərçəkmiş şəxs qarşı heç bir ədavəti, qisas, qısqanclıq hissi olmamışdır. O, Fərid və Fəqanı ayırmaq üçün Fəqanı qolundan dartmış, Fəqanın qoluna, kürəyinə yumruqla vurmuşdur. Əməlindən peşmandır. Hal hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışmışlar. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Onun Fəridlə təxminən 10 ildir ki, dostluq münasibəti vardır. Hadisə günü yəni xx.xx.2024-cü il tarixdə saat 20-21 radələrində "Yeganə" şadlıq sarayının yaxınlığında olan zaman dostu Fəridin məhəllədən tanıdığı Talib ilə birlikdə avtomobillə gəldiyini görmüşdür. Fərid onu görən kimi avtomobildən düşmüş və onlar bir qədər söhbət etdikdən sonra birlikdə Nəsimi rayonu ərazisində olan "Heydər Əliyev" parkında yerləşən "Gülüm" çay evinə getmişlər, Talib isə sağollaşaraq onlardan aralaşmışdır. Onlar çay evində masalardan birində əyləşərək nərd oynadıqları zaman Taliblə sonuncunun tanışları Rəşad və Fəqan birlikdə kafeyə gəlmişlər. Onlara yaxınlaşaraq salamlaşdıqdan sonra Fərid Fəqandan nə üçün Talibə atdığı səs yazısında "Fərid yox, 6 qardaşı və 5 əmisi oğlu da gəlsə ona pul verilməcəyək" ifadəsini işlətməsinin səbəbini soruşmuşdur. Fəqan bu suala aqresiv cavab verdiyindən Fərid masadan qalxaraq Fəqanı söhbət etmələri üçün parkın içinə dəvət etmişdir. Bundan sonra onlar hamısı çay evindən çölə çıxmışlar. Orada Fəridin verdiyi suallara Fəqan aqresiv cavab verdiyindən Fərid ilk öncə Fəqanın üzündən yumruq zərbəsi vurmuşdur. Bu vaxt onlar əlbəyaxa olmağa başlamışlar. Həmin vaxt Talib və Rəşad adlı tanıdıqları şəxs də orada olmuşdur. Əlbəyaxa zamanı Fəqan Fəridin boynundan tutaraq boğduğu üçün o, onların arasına girib ayırmaq istəmişdir. Bu zaman Fəqan ona yumruq zərbəsi vurduğundan əsəbləşərək cibindəki qara rəngli dəstəyi olan açılıb-bağlanan bıçağı çıxarıb Fəqanın kürək nahiyəsinə vurmağa başlamışdır. 2 zərbə vurduqdan sonra Fəqanın kürək nahiyəsinin qanadığını gördükdə dayanıb kənara çəkilmişdir. Bundan sonra o, həyəcanlı halda oradan qaçmağa başlamışdır. Fəridin isə haraya getdiyini bilməmişdir. Daha sonra məlum olmuşdur ki, Fəqanı orada olan şəxslər xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, bıçağı hadisədən sonra həyəcanlı halda oradan uzaqlaşaraq yolda yadında qalmayan yerdə tullamış, ona görə də istintaqa təqdim edə bilmir. Qeyd olunan hadisə ani anda baş vermiş, onların arasında dava-dalaş olacağını gözləməmiş, nədə ki, Fəqana bıçaqla xəsarət yetirəcəyini əvvəlcədən planlamamışdır. Fəqanı bıçaqla vurmağına səbəb onları ayırarkən ona da yumruq vurması olmuşdur. Fəqan onu vurmasaydı, o da Fəqanı əsəbləşib bıçaqla vurmayacaqdı. Məqsədi onları ayırmaq olmuşdur. Fəridin onun üzərində bıçaq olmasından məlumatı olmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla vursa da, elə də güclü zərbə olmadığından onun üzündə həmin zərbədən xəsarət izləri yaranmamış, hazırda üzərində heç bir xəsarət izləri olmadığından ekspert müayinəsindən keçmək istəmir. Hadisə zamanı orada o, Fərid, Fəqan, Talib və Rəşad vardır. Ətrafda digər şəxslər olsa da onları tanımır. Orada şəxsən o, nalayiq ifadələr işlətməmiş, nalayiq ifadələr işlətməyi üçün səbəb də olmamış, lakin Fərid və Fəqan bir-birilərinə nalayiq ifadələr işlətmişlər. Buna səbəb isə Fəqanın Fərid barəsində Talibə göndərdiyi xoşəgəlməz səs yazısı səbəb olmuşdur. Ətrafda dayanan Talib və Rəşad isə hadisəyə heç bir müdaxilə etməmişlər. Onlar kənarda dayanıb baxmışlar. Zərərçəkmiş şəxs 2 dəfə bıçaqla vurduqdan sonra sonuncuya yenidən zərbələr vurmaq imkanı olmuş, əsəbi halda Fəqana bıçaqla 2 dəfə vurmuş, lakin qan gəldiyini görüb dayanmışdır. İstəsə təkrar olaraq da zərbələr vura bilərdi, buna imkanı olmuşdur. (cild 1, iş vərəqə 305-307) Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Şahid avtomobilini təmir etmişlər. Bundan Talib onlara borclu qalmışdır. Talibin avtomobili hazır olandan sonra Talib avtomobilini təhvil almağa gəlmişdir. Talib avtomobilini götürmüş, elə o da Talibin avtomobilinə minmişdir. Avtomobildə olan zaman Zərərçəkmiş şəxs Taliba səs yazısı göndərmişdir. Bu səs yazısında Talibin ona borclu olduğu pulun verilməyəcəyi deyilmişdir. O həmin səsi eşitmiş, daha sonra məhləyə gəlmişlər. X6 söhbət etmək istədiyini demişdir. Daha sonra o Təqsirləndirilən şəxs2la görüşmüş və onlar çayxanaya getmişlər. Çayxanada nərd oynayan zaman birdən Talibin Fəqanı tapıb gətirdiyini görmüşlər. O Fəqanın gəlməyini gözləməmişdir. Daha sonra Fəqanla birlikdə parkda söhbət etməyə getmişlər. Əvvəlcə söhbət etmişlər, sonradan isə mübahisələri düşmüş və dava etməyə başlamışlar. Sonradan Cavid onları ayırmağa gəlmişdir. Həmin vaxtda Cavidin Fəqana zərbə vurmağını görməmişdir. Təqsirləndirilən şəxs1 əlavə suallara cavab olaraq bildirmişdir ki, avtomobilin təmirinə görə Şahid ona borcu olmuş, Zərərçəkmiş şəxs bu borcla heç bir əlaqəsi olmamışdır. Səs yazısında təhqir və söyüş olmamışdır. Onun Fəqanı çağırmaqda məqsədi söhbət etmək, nəyə görə o cür səs yazısı atmasının səbəbini soruşmaq olmuşdur. Onun məqsədi dava etmək olmamış, sadəcə söhbəti aydınlaşdırmaq olmuşdur. Lakin söhbət əsnasında sözləri düz gəlməmişdir. İlk zərbəni o Fəqana vurmuşdur. Daha sonra Fəqan da ona qarşılıq vermişdir. Onun dava nəticəsində başı əzilmişdir. O, Təqsirləndirilən şəxs2 nə vaxt gəlməsini görməmişdir. Dava əsnasında Fəqanın onu boğduğu olmuşdur. Dava zamanı ikisi də ayaq üstə olmuşlar, Fəqan onu arxadan boğurmuş. Dava vaxtı o və Fəqandan başqa Fəqanın dostu olan Rəşad, Talib və Cavid orada olmuşdur. Dava vaxtı Fəqan onu boğanda Cavid onları aralamağa gəlmişdir. O, Fəqanın necə bıçaqlandığını görməmişdir. O, Cavidin Fəqana bıçaq atmasını görməmişdir. O, Fəqan uzaqlaşdıqdan sonra Fəqanın belinin qanadığını görmüşdür. Hadisə baş verdikdən sonra Cavid aralanıb getmişdir. Hadisə təxminən saat 19-20 radələrində baş vermişdir. Cavid onları ayırandan sonra Cavidin əlində bıçaq görməmişdir. İbtidai istintaq zamanı ifadə vermiş, ifadəni oxuyub qol çəkmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə təxminən saat 19-20 radələrində baş vermiş, hava qaranlıq olmuşdur. Onlar parkda Fəqanla söhbət etmişlər, sonradan isə dava edən zaman ətrafda başqa şəxslər olmamışdır. Təqsirləndirilən şəxs2 yolun o biri üzündə olmuş, Zərərçəkmiş şəxs və onun dava etdiyini görüb onların yanına gəlmişdir. Təqsirləndirilən şəxs2 o və Fəqanın söhbət etmək üçün parka getməklərindən xəbərdar olmuşdur. Avtomobilin təmiri üçün yaranmış borc qardaşına məxsus obyektə verilməli olmuşdur. Zərərçəkmiş şəxs hansı səbəbə bu məsələyə qarışmasını bilmir. Şahid avtomobilini hətta dəyərindən daha aşağı qiymətə təmir etmişlər, 3 000 manata razılaşmışlar. Talib 2 000 manat ödəmiş, 1 000 manat borc isə qalmışdır. Fəqan isə səsyazmada qalan 1 000 manatı ödəməyəcəklərini demişdir. Talibin telefonu maşının səsucaldanına qoşulu olmuş, o səs yazısını oradan eşitmişdir. O, Fəqanla parkda söhbət edən zaman Fəqana pul söhbətinin onun Talib arasında olduğunu, onun bu işə niyə qarışdığını soruşmuşdur. Bu vaxt Fəqan aqressiv şəkildə danışmış, bu da onu qıcıqlandırmış, ona görə də Fəqana zərbə vurmuşdur. Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostudur. Təqsirləndirilən şəxs2 tanışı olan Talibi onun yanına avtomobilini düzəltməyi üçün gətirmişdir. Avtomobili təmir etdikdən sonra pul haqq-hesabı olmuş, o da Talibi Təqsirləndirilən şəxs2 vasitəsilə tanıdığı üçün Talibə sonra həll edərik demişdir. Hadisə günü Talibin avtomobili təmir olunmuşdur. Talib avtomobili ilə onu işdən götürmüş, yolda təsadüfən Təqsirləndirilən şəxs2la qarşılaşmışlar və bir kafedə əyləşmişlər, Talib isə çıxıb getmişdir. Zərərçəkmiş şəxs tanıyır, amma Fəqanla bir münasibəti yoxdur. Fəqan Talibin dostudur. Onların işi Taliblə olmuş, Fəqanın heç bir əlaqəsi olmamışdır. Cavid və o kafedə oturmuşlar. Sonradan Talib və Fəqan yanlarına gəlmişlər. Kafedə o Fəqana kənarda sakit yerdə söhbət etməyi təklif etmişdir. Daha sonra Fəqan və o parka tərəf getmişlər, orada söhbət etməyə başlamışlar. Cavid onun və Fəqanın dalaşdığını gördükdən sonra parka yanlarına gəlmişdir. O, bu məsələyə qədər Fəqan adlı şəxsi tanımamışdır. Hal hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışmışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. O, qardaşı Əliyev Elvinin kirayə işlətdiyi, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində olan BMW servisdə maşın ustası işləyir. Təxminən 3-4 ay əvvəl yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində məhəllədə tanıdığı Şahid qardaşı ilə bərabər işlətdikləri BMW servisdə özünə məxsus qəzalı vəziyyətdə olan BMW markalı avtomobili düzəltdirmişdir. Bu işlə bağlı Talibin ona 1000 manat borcu qalmışdır. O, onunla mütəmadi olaraq görüşəndə pulunu istəmiş, lakin Talib həmişə ona müəyyən bəhanələr gətirmişdir. Lakin aralarındakı razılaşmaya əsasən Talib servisdən avtomobilini götürmüşdür, xx.xx.2024-cü il tarixdə Talibla birlikdə sonuncunun avtomobili ilə yaşadıqları ünvana tərəf getmişlər. Yolda olan zaman Talib özünə məxsus telefonundan Fəqan adlı tanışlarının səs yazısına qulaq asdırmışdır. Belə ki, Talib ona Fəqanın ona borcu olduğunu, 1000 manat pulu Fəqandan alıb ona verəcəyini bildirmişdir. Lakin səs yazısına qulaq asdıqda Fəqanın onun barəsində "Fərid yox, istəyir 6 qardaşı gəlsin pul verən deyiləm" dediyini eşitdikdə əsəbləşmişdir. O, bu səs yazısını eşitdiyi zaman Təlıba "mənim barəmdə onunla niyə danışmısan" deyə soruşmuşdur. Bu zaman Talib "narahat olma mən cavabını verdim” demişdir. O, yenidən Talibdən "ümumiyyətlə mənim barəmdə niyə söhbət açırsan ki, sonradan da cavabın verəsən" deyə soruşmuşdur. Bu zaman Talib yenidən Fəqanın borcu olduğu üçün pulu istəyən zaman bu söhbətin açıldığını bildirmişdir. Bundan sonra onlar həmin gün Yeganə şadlıq sarayının yaxınlığından keçəndə təsadüfən dostu Təqsirləndirilən şəxs2 görmüş və avtomobildən düşərək onunla görüşmüşlər. Cavidlə görüşdükdən sonra onunla birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan "X4 yerləşən "Gülüm” çay evinə getməyə razılaşmışlar. Talib isə bir qədər sonra yanlarına gələcəyini bildirib getmişdir. Onlar Cavidlə həmin çay evində nərd oynadıqları zaman həmin gün saat təxminən 21 radələrində Talib, Fəqan və onların tanışı Rəşad onlar olduğu çay evinə gəlmişlər. Fəqan gəlib onlarla salamlaşdıqdan sonra sonuncudan Talibə göndərdiyi səs yazılarının səbəbini soruşmuş və daha sonra çay evinin içində söhbət etməyin düzgün olmadığını bildirərək Fəqanı çay evinin yanındakı parka dəvət etmişdir. Birlikdə hamı çay evindən çıxmış və parkın içərisində söhbət edən zaman Fəqan aqresiv cavablar verdiyi üçün aralarında mübahisə yaranmış və o, ilk olaraq Fəqanı yumruq zərbəsi ilə vurmalı olmuşdur. Həmin vaxt ətraflarında Talib, Fəqanın tanışı olan Rəşad adlı şəxs və dostu Cavid də vardır, Fəqanı yumruqla vurandan sonra onlar əlbəyaxa olmuşlar və bir-birlərinə yumruq zərbələri vurmağa başlamışlar. Bu zaman Fəqan onun boyun nahiyəsindən tutmuş və onu boğmaq istəyən zaman dostu Cavid onları aralamağa başlamışdır. Lakin Fəqan çevrilərək Cavidə də yumruq zərbəsi vurmuş və bu vaxt Cavidin də Fəqanı vurduğunu görmüş, lakin Cavidin Fəqanı nə ilə vurmasını görməmişdir. Ani anda Fəqanın sakitləşdiyini və Cavidin əlində bıçaq olduğunu, bıçağın tiyəsinin qanlı vəziyyətdə olduğunu, həmçinin Fəqamn kürəyindən qan gəldiyini görüb Cavidin Fəqanı bıçaqla vurduğunu başa düşmüşdür. Bundan sonra Cavid heç nə demədən oradan qaçmağa başlamışdır. Taliblə Rəşad isə Fəqanı avtomobil ilə xəstəxanaya aparmışlar. O da oradan uzaqlaşaraq çıxıb getmişdir.Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, Cavid hadisədən sonra oradan qaçmış, sonuncunun bıçağı sonradan nə etdiyi barədə məlumatı olmamışdır. Onun ümumiyyətlə Cavidin üzərində bıçaq olmasından məlumatı olmamışdır. Cavidin Fəqanla da əvvəlcədən arasında hər hansı problemi olmamışdır. O, belə anlayır ki, Cavid onları aralaşdıran zaman Fəqan Cavidi yumruqla vurduğuna görə Cavid də Fəqanı bıçaqla vurmuşdur. Cavidin üzərində bıçaq olmasından məlumatı olmamışdır. Həmçinin, Fəqana xəsarət yetirməyi qabaqcadan planlamamışlar. Söhbət Fəqanla onun arasında olmuş, Fəqan ondan güclü deyildir ki, o, kömək üçün əvvəlcədən Cavidlə razılaşsın. Qeyd etdiyi kimi Cavidin üzərində bıçaq olmasını hadisədən sonra əlində bıçağın tiyəsinin qanlı vəziyyətdə olduğunu görəndə bilmişdir. Hazırda heç bir xəsarəti yoxdur və buna görə də ekspert müayinəsindən keçmək istəmir. Hadisə zamanı orada o, Cavid, Fəqan, Talib və Rəşad vardır. Ətrafda digər şəxslər olsa da onları tanımır. Orada aralarında nalayiq ifadələr işlədilmiş, buna səbəb isə Fəqamn onun barəsində Talibə göndərdiyi səs yazısı səbəb olmuşdur Ətrafda dayanan Talib və Rəşad isə hadisəyə heç bir müdaxilə etməmişlər. Onlar kənarda dayanıb baxmışlar. Fəqana bıçaqla xəsarət yetirməmiş, Fəqanın nə üçun belə ifadə verməsinin səbəbim bilmir. (cild 3, iş vərəqə 287- 289) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Əcəmi metrostansiyası yaxınlığında yolda gedən zaman Taliblə qarşılaşmış, Talib ona Fərid və Cavidin aşağıda kafedə oturduğunu, onların yanına getməli olduqlarını bildirmişdir. Sonra Taliblə birlikdə Fərid və Cavidin olduğu kafeyə gəlmişlər. Cavid onun məhlə uşağıdır, Cavidlə yaxşı münasibəti var. Gəldikdən sonra Fərid və Cavidlə salamlaşmış, daha sonra Fərid onunla söhbəti olduğunu və sakit yerə keçmələrini demişdir. O da Fəridlə razılaşmışdır. Söhbət zamanı Fəridlə söhbətləri çəpləşmiş və hadisə baş vermişdir. Hadisənin baş verməsinin səbəbi Talibin Fəridə pul borclu olması olmuşdur. Talib onun dostudur. Talib avtomobilini təmir etməsi üçün Fəridin yanına aparmış, təmirdən sonra Talib Fəridə müəyyən məbləğdə borclu qalmışdır. Daha sonra Fərid Talibdən pulunu istəmişdir. Hadisədən bir gün əvvəl Talib ona pul verməyi üçün kömək istəmiş, həmin vaxt o, öz avtomobilini satmışdır, əlində pul olmuş, lakin Talibə pul verməyəcəyini demişdir. Bunun üstündə Talibla mübahisələri düşmüşdür. Talib ona pulu çatdırmalı olduğunu demiş, o da bununla bağlı Talibə səsyazma atmışdır ki, “nə edək pulumuz yoxdu, zorla alası deyillər”. Daha sonra səhəri gün hadisə baş vermişdir. Fərid ondan səsyazma barədə soruşmuş, "kim olur-olsun, neçə qardaş olur-olsun gəlib məndən pul alacaq?" sözünü niyə dediyini soruşmuş, o, Fəridə səbrli olmasını demişdir. Sonra Fərid ona əl-qol atmışdır. Daha sonra Cavid də yanlarına gəlmşdir. Mübahisə bitmişdir. Fərid və Cavid çıxıb getmişdir. O, sonradan kürəyindən qan axdığını görmüşdür. Cavid onu kürəyindən bıçaqlamışdır. Sonra Talib onu "Semaşko" xəstəxanasına aparmış, orada əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, dostlarının ailə problemlərini o həll etmir. O həmin dövrdə avtomobilini satmış, əlində 2 200 manat pul qalmışdır. Talib qəza keçirən vaxt köməklik edəcəyini vəd etmişdir. Lakin sonradan özünün şəxsi problemləri olduğu üçün Talibə köməklik edə bilməmişdir. Bildiyi qədərilə Talib avtomobilin təmiri ilə bağlı 5 500 manat pul verməli olmuş, bu puldan səhv etmirsə, 2000 manat borcu qalmışdır. Talib ondan 500 manat pul borc istəmişdir. Talibin Fəridə avtomobil təmiri ilə bağlı borcu olduğunu bilir. Talib ona borcunu təcili verməli olduğunu demiş, bununla bağlı tez-tez onu yığırmış, onu pulu verməyə məcbur etmişdir. O, Taliba "neçə qardaş olurlarsa, olsunlar, məndən pul ala bilməzlər" dediyi səsyazısı atmış, Talib isə ona “mənə köməklik edəcəyini boynuna aldığımı, buna görə də pulu verməyə məcbur olduğumu” demişdir. O. Fərid və ya qardaşına qarşı Talibin avtomobilinin təmiri qarşılığında pul ödəyəcəyi barədə öhdəlik götürməmiş, lakin bütün proseslərdə Talibin yanında olmuşdur. O, Taliblə dostu kimi söhbət etmiş, səsi də Taliba göndərmişdir. Səs yazısında Fəridin adını çəkməyinin səbəbi pulun Fəridə verilməli olduğna görədir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Talibi təxminən 6-7 ay əvvəl tanımış, həmin dövrdən münasibətləri yaranmışdır. Taliblə onun arasında dəfələrlə pul borcu münasibəti olmuşdur. Belə ki, Talib ondan dəfələrlə borca pul istəmişdir. Sonuncu dəfə Talib ona mesaj yazaraq özünə məxsus BMW markalı avtomobilini təmir etdirdiyi üçün avtomobil təmiri ustası olan Fəridə 700 manat borcu qaldığını və bu səbəbdən ondan borca pul istəyərək bildirmişdir ki, «Fəridin 6 qardaşı var, onlar məni sıxır, mənə təcili pul lazımdır». O, Talibdən üzərində nə qədər pulun olduğunu soruşduqda Talib yazmışdır ki, üzərində cəmi 400 manat pulu vardır. O da Talibə səs atmışdır ki, «sən mənə 400 manatı ver, mən özüm onlarla danışaram qalan pulu da Fərid yox, 6 qardaşı da, 5 əmisi oğlu da gəlsə verməyəcəm». Bundan bir gün sonra, yəni 10 iyun 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, "Memar Əcəmi" metrostansiyası yaxılınğında tanışı Rəşadla birlikdə gedən zaman Taliblə qarşılaşmışlar. Talib onu görən kimi saxlayaraq Fəridin onunla işi olduğunu deyib onu yaxınlıqda yerləşən "Gülüm" çay evinə aparmışdır. O, Rəşad və Talib birlikdə çay evinə daxil olmuşlar və orada Fərid və sonuncunun dostu olan Cavidin oturub nərd oynadığını görmüşlər. Onlarla salamlaşdıqdan sonra Fərid nə üçün barəsində Talibə o cür ifadələr işlətdiyinin səbəbini soruşduqda aralarında sözlü mübahisə yaranmışdır. Fərid ona çay evindən çıxaraq gedib parkın içərisində söhbətlərini davam etdirməyi bildirmişdir. O da razılaşmış və birlikdə çay evindən çıxıb parkın içərisində söhbət edən zaman Fərid onu təhqir edərək “o nə sözdür ki, mən və qardaşlarım haqqında demisən” deyə yenə də soruşmuşdur. O da Fəridə onunla normal tonda danışmağı ilə bağlı irad bildirəndə sonuncu onu yumruqla vurmağa başlamışdır. Onlar Fəridlə əlbəyaxa olarkən Cavidin onu çəkişdirməsini hiss etmiş və onu vuracağını fikirləşib Cavidə yumruq atmışdır. Bir neçə saniyə sonra kürəyinə istilik gəlmiş, dayanmış və bıçaqlandığını başa düşmüşdür. Cavidin oradan qaçdığını görmüşdür. Onu konkret kimin vurduğunu görməsə də sonradan ona məlum olmuşdur ki, onu bıçaqla vuran Cavid olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, ilkin izahatında əməliyyatdan çıxdığı üçün fikri qarışıq olmuşdur. Elə zənn etmişdir ki, onu Fərid bıçaqla vurmuş, sonradan məlum olmuşdur ki, onu bıçaqla Cavid vurmuşdur. Hazırda hadisənin əvvəlini və sonunu tam xatırladığına görə bu ifadəsində göstərdikləri tam doğrudur. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt orada qeyd etdiyi şəxslərdən başqa ətrafdan keçən tanımadığı şəxslər vardır. Hadisə vaxtı Fərid onun barəsində nalayiq ifadələr işlətmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs2 onu bıçaqla vurarkən Təqsirləndirilən şəxs1 onun Təqsirləndirilən şəxs2 tərəfindən bıçaqla vurulmasına, yəni məsələn onun tərpənməməsi üçün hər hansı nahiyəsindən tutub saxlaması kimi bir hal olmamışdır. Qeyd etdiyi kimi onlar Fərid ilə əlbəyaxa olarkən Cavid onu çəkişdirdiyi üçün o, Cavidin onu vuracağını düşünüb özünü müdafiə etmək üçün Cavidə də zərbə atmış, bundan sonra da Fərid onun hər hansı nahiyəsindən tutub saxlamamış. Cavidin onu bıçaqla vurması ani anda o, hiss etmədiyi şəraitdə olmuşdur. Düşünür ki, o, Cavidə əl atdığı üçün sonuncu onu bıçaqla vurmuşdur. O, Cavidin onu bıçaqla vurmasını hiss etmədiyi üçün Cavidin onu istədiyi qədər bıçaqla vurmaq imkanı vardır. Ancaq Cavid o, bədənində istilik hiss edən kimi Cavid oradan qaçıb uzaqlaşmışdır. Dava-dalaş zamanı Təqsirləndirilən şəxs1 üzərində bıçaq və yaxud digər hər hansı kəsicideşici alət görməmiş, Fərid onu ancaq yumruq zərbələri ilə vurmuşdur. Təqsirləndirilən şəxs2 da onu bıçaqdan başqa yumruq və yaxud təpik zərbələri ilə vurmamış, dava-dalaş onunla Fərid arasında olduğu üçün Cavid yalnız onu bıçaqla vurmuşdur. Hadisə yerində olan Rəşad və Talib kənarda dayanıb baxmışlar. Hadisədən sonra da Rəşadla Talib onu xəstəxanaya aparmışlar. Rəşad onun tanışıdır. Lakin, soyadı və ata adını, harada yaşaması barədə dəqiq məlumatı yoxdur. (cild 1, iş vərəqə 76-78) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra Zərərçəkmiş şəxs məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, onun Talibə o cür səs atmaqda məqsədi, dostu kimi Talibin problemini həll etmək olmuşdur. Fərid və Cavidlə görüşdükdən sonra, Fəridin təklifi ilə kafenin yaxınlığında olan parka keçmişlər. Parkda Fərid ona aqressiya ilə "nəslində mənə o pulu verməyəcək kişi var?" demişdir. O da aqressiyaya ehtiyac olmadığını demişdir. Daha sonra Fəridlə dalaşmağa başlamışlar. Fərid ona yumruq atmış, o da qarşılıq vermişdir. Sonra Cavid gəlmiş, bir-iki zərbə ona vurmuş, bir-iki zərbə Fəridə vurmuş, onları aralamışdır. Daha sonra aralaşmışlar. Ondan qan axdığını o zaman bilmişdir. Talib Fəridlə onun dalaşacağını bilmədiyini demişdir. Hadisə baş verən vaxt parkın içində Fərid və ondan başqa heç kəs yox olmamış, ətraf qaranlıq olmuşdır. Dava edən zaman Cavid onları aralamaq üçün onu çəkişdirib, buna görə ona yumruq atmış, sonra Cavid ona zərbə vurmuşdur. O, bıçaqlandığını sonradan bilmişdir. Cavidlə münasibətləri normaldır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o avtomobilini Təqsirləndirilən şəxs1 servisində təmir etdirməyə vermişdir. Təmirdən sonra onların aralarında pul məsələsi olmuş, onun Fəridə 1000 manat a yaxın borcu qalmışdır. Təqsirləndirilən şəxs2 həmin pul məsələsi ilə bağlı Fəriddən xahiş etmiş, buna görə də Fərid pula görə onu sıxmamışdır. Zərərçəkmiş şəxs həmin dövrdə pis vərdişləri olmuşdur. Hadisə günü Fəridlə servisdən çıxıb birlikdə avtomobilində gəlirmişlər. Bu vaxt Fəqan ona səs atmışdır. Onun telefonu avtomobilinə qoşulu olduğundan bu səsi Fərid də eşitmişdir. Qısaca olaraq Fəqan səsdə Fərid lap 6 qardaşı, əmisi uşaqları gəlsə də Təqsirləndirilən şəxs1 olan pul borcunu verməyəcəyini demişdir. Şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar hamısı eyni məhəllədə qalır, onun borcu olmasından hamının xəbəri var. Fəqan səsdə Fəridə olan borcu barədə “lap 6 qardaşı gəlsin, 5 əmisioğlu, həmin pul onlara verilməyəcək” demişdir. Fəqanın ona borcu olmuşdur. O, Fəqandan borcunu qaytarmasını, həmin pulla Fəridin borcunu qaytaracağını demişdir. Fəridlə o avtomobilini götürüb Fəridgilin servisindən qayıdırmışlar. Onun avtomobili tozlu olduğuna görə avtoyumaya vermiş, telefonunu isə ustaya vermişdir. Daha sonra piyada Əcəmi metrostansiyasına tərəf düşürmüş. Sonra yolun o biri üzündən bir nəfərin onu çağırdığını eşitmişdir. Dönən zaman onu çağıranın Fəqan olduğunu görmüş, Fəqanın yanında Rəşad da olmuşdur. Daha sonra Rəşad, Fəqan və o çayxanaya tərəf düşmüşlər. Çayxanada Fərid və Fəqan görüşmüş, daha sonra Fərid və Fəqan parka tərəf çıxmışlar. Həmin vaxt saat təxminən 20-21 radələri olarmış. Fəqan və Fərid çayxana ilə üzbəüz olan “Heydər” parkına getmişlər. Fərid və Fəqanın dalınca Cavid, sonra Rəşad, daha sonra isə o getmişdir. O, hadisə yerinə çatanda Fəridin Fəqana səsdə niyə o cür dediyini soruşurmuş. Daha sonra Fərid və Fəqan əlbəyaxa çıxmışlar, əvvəlcə Fəqan Fəridi vurmuşdur. Fəqan və Fəridin əllərində heç bir şey olmamış, əlbəyaxa dava edirmişlər. Cavid Fərid və Fəqanı aralamaq istəyəndə, Fəqan Cavidi də vurmuş, Cavid buna əsəbiləşmişdir. Cavid onların teritoriyada yüksək keyfiyyətli insan kimi tanınır. Cavidin Fəqanı vurmaq kimi bir niyyəti olmamışdır. Cavid əlində olan bıçağın arxası ilə Fəqanın başından vurmuşdur ki, Fəridlə aralansınlar. Daha sonra o da kömək etmiş, Fəqan və Fəridi aralamışlar. Bundan sonra Fəqanın əynində olan köynəkdə qan ləkələri görmüşdür. O, Caviddən başqa adamın əlində bıçaq görməmişdir. Fəqan ona səs atan vaxt kafedə oturmuş, düşünür ki, Fəqan içkili vəziyyətdə olmuşdur. Fəqanın göndərdiyi səsi Fərid təsadüfən eşitmiş, telefonu avtomobilə qoşulu vəziyyətdə olmuşdur. O, hadisə baş verməzdən əvvəl Cavidi görməmişdir. Onlar Cavidlə təsadüfən qarşılaşmışlar. Fəqanın ona 500 manat borcu olmuşdur. O, bu borcu Fəqandan istəmişdir ki, Fəridə olan borcunu qaytarsın. Fəqan və Fərid eyni ərazidə yaşayır, buna görə bir-birilərini tanıyırlar. O, Fərid və Fəqan dava edən zaman aralamağa çalışmışdır. Bu məsələ ilə bağlı əvvəlcədən görüş təyin olunmamışdır. O bıçaqlanma hadisəsini görməmişdir. Amma bıçağı Cavidin əlində görmüşdür. O, Cavidin Fəqanı kürəyindən bıçaqladığını görməmiş, bıçaqla Fəqanın başından vurduğunu görmüşdür. Ondan başqa dava vaxtı Rəşad orada olmuş, başqa heç bir kəs olmamışdır. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, rəsmi olaraq heç yerdə işləmir, «Millenium» şadlıq evində administrator işləyir. Təqsirləndirilən şəxs2 uşaq yaşlarından tanıyır, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuş, ədavət və ya düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs2 vasitəsilə isə 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxs1 tanımış, sonuncu avtomobil təmiri ilə məşğul olur, Fəqan adlı şəxsi isə 2024-cü ilin yanvar ayından tanıyır, onunla aralarında heç bir münasibət yoxdur, bildirmək istəyir ki, təxminən 3-4 ay əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində Fəridin qardaşı ilə birlikdə işlətdikləri BMW Servisdə o, özünə məxsus qəzalı vəziyyətdə olan BMW markalı avtomobili düzəltdirmişdir. Bu işlə bağlı Fəridlə onun arasında müəyyən məbləğdə pul borcu qalmış və Fərid pulu qaytarmadığı uçun onu sıxmışdır. Buna görə də Fəqana mesaj yazaraq avtomobilini təmir etdirdiyi üçün Fəridə borcu qaldığını və bu səbəbdən Fəqandan borca pul istəyərək bildirmişdir ki, «Fəridin 6 qardaşı var, onlar məni sıxır, mənə təcili pul lazımdır», Fəqan da ona mesaj yazaraq üstündə nə qədər pul var onu verməsini, həmin pulu özünün aparıb Fəridə verəcəyini, «qalanını da Fərid yox. Fəridin qardaşı və yaxud əmisi oğlu da gəlsə verməyəcək» kimi səs yazısı atmışdır. Sonradan o, Fərid ilə pul borcu iiə bağlı razılığa gəlmişlər. xx.xx.2024cü il tarixdə Fəridlə birlikdə onun idarə etdiyi avtomobil ilə gedən zaman yolda o, Fəridə Fəqanın ona atdığı səs yazısına qulaq asdırmışdır. Bu zaman Fərid əsəbləşmiş və onunla da sözlü mübahisə etmişdir ki, nəyə görə barəsində Fəqana nəsə demişdir. Daha sonra Fərid demişdir ki, Fəqanı onunla görüşdürsün ki, Fəqan nəyə görə elə səs yazısı göndərmişdir. Bundan sonra onlar həmin gün Yeganə şadlıq sarayının yaxınlığından keçəndə təsadüfən Fərid dostu Təqsirləndirilən şəxs2 görmüş və avtomobildən düşərək onunla görüşmüşdür. Cavidlə görüşdükdən sonra onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan "Heydər Əliyev" Parkında yerləşən "Gülüm" çay evinə getmişlər. O isə Fəqanla görüşmüş və Fəqana Fəridin onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün saat 21 radələrində Fəqan və tanışı Rəşadla birlikdə Fəridgilin olduğu çay evinə getmişlər. Orada Rəşad və Fəqan Fəridgillə görüşdükdən sonra Fərid Fəqana ona göndərdiyi səs yazısı barədə soruşmuşdur. Fəqan kobud cavab verdiyindən Fərid söhbət etmək üçün Fəqanı çölə çağırmışdır. Onlar hamı birlikdə çay evindən çölə çıxmışlar. Parkın içərisində onlar söhbət edən zaman Fərid ilk olaraq Fəqanı yumruq zərbəsi ilə vurmuşdur. Həmin vaxt orada o, Fəqan, Rəşad, Cavid və Fərid vardır. Fərid Fəqanı yumruqla vurandan sonra onlar əlbəyaxa olmuşlar və bir-birilərinə yumruq zərbələri vurmağa başlamışlar. Bu zaman Fəqan Fəridin boynundan tutduğu üçün Cavid onları aralamağa çalışmışdır. Lakin Fəqan çevrilərək Cavidə də yumruq zərbəsi vurduqda Cavid cibindən bıçaq çıxararaq iki dəfə Fəqanın bədənindən zərbə vurub çəkilmişdir. Həmin vaxt Fəqanın kürəyindən qan gəldiyini və sakitləşdiyini görüb dərhal sonuncunu kənara çəkmişdir. Cavid isə oradan qaçıb uzaqlaşmışdır. Onlar Rəşadla dərhal Fəqanı avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Şahid ifadəsində həmçinin göstərmişdir ki, Fəqanı bıçaqla Cavid vurmuşdur. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt orada onlardan başqa yoldan tanımadığı şəxslər keçirmişlər. Fərid və Fəqan arasında isə nalayiq ifadələr işlədilmişdir. O, hadisədən belə anlamışdır ki, Cavidin əvvəlcədən Fəqanla heç bir münasibəti və tanışlığı olmadığı üçün onu qabaqcadan bıçaqla vurmaq niyyətində olmamış, çünki Cavid onları aralaşdıran vaxt Fəqan elə bilmişdir ki, Cavid də onu vurmaq istəyir. Ona görə də Cavidə yumruq atmış. Cavid də bundan sonra əsəbləşib bıçaqla Fəqanı vurmuşdur. Ona elə gəlir ki, heç Fərid də Cavidin Fəqanı bıçaqla vuracağını gözləməmişdir. Hadisə vaxtı nə o, kiməsə, nə də ki, kimsə ona xəsarət yetirməmişdir. (cild 1, iş vərəqə 197-200) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) Hadisə yerinə baxış keçirilməsi haqqında 11 iyun 2024-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən «Heydər Əliyev» adına olan parkdır. (cild 1, iş vərəqə 9- 13) Götürülmə aparılması haqqında 11 iyun 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs “1 saylı X8”-ə daxil olarkən əynində olan paltarlar götürülmüşdür. (cild 1, iş vərəqə 22) Götürmə aparılması və baxış keçirilməsi haqqında 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, X3 götürülmüş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd mayka ağ rəngli olmaqla qolsuzdur, hər iki qolunun üzərində, ön və yan səthləri boyu tam kəsik xətləri vardır, mayka iki hissəyə ayrılmışdır, maykanın üzəri qəhvəyi rəngli ləkələrlə bulaşmışdır, qanabanzər ləkələrə oxşayır. Maykanın sağ yan nahiyəsində, qolu nazad kənarından 70 mm məsafədə uzunluğu 20 mm olan bir ədəd zədə vardır. Maykanın sağ yarısının arxa səthində, aşağı azad kənarından 60 mm yuxarıda, bir-birindən 25 mm məsafədə yerləşmiş, uzunluğu 12 mm olan bir ədəd, uzunluğu 14 mm olan bir ədəd, cəmi iki ədəd zədə vardır. Maykanın sağ yarısının arxa səthində, yuxarıda qeyd olunan zədələrdən 37 mm arxada, uzunluğu 26 mm və 23 mm olan iki ədəd zədə vardır. Başqa zədə aşkar olunmamışdır. (cild 1, iş vərəqə 24) Şübhəli şəxsin tutulması haqqında 25 iyun 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 iyun 2024-cü il tarixdə, saat 16:00-da Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 36, 37) Şübhəli şəxsin tutulması haqqında 25 iyun 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 iyun 2024-cü il tarixdə, saat 17:30-da Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 58, 60) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 65-75) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsiləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 75-80) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsiləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 85-95) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-325/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 25 iyun 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 113-117) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-324/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 25 iyun 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 118-122) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (cild 1, iş vərəqə 146-149) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 837 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı başın sol təpə nahiyəsinin, ənsə nahiyəsinin kənarları nisbətən nahamar olan yaralar və döş qəfəsinin sol yarısında cərrahi kəsiyin izi olan yarası aşkar edilmişdir. Zərərçəkmiş şəxs bədən səthində digər xəsarətlərin olub-olmaması, xəsarətlərin əmələ gəlmə müddəti, xarakteri, şəraiti və sağlamlığa zərər vurma dərəcəsi, onun adına X5 tərtib olunmuş tibbi sənədlərin ekspertizaya təqdim edilməsindən sonra əlavə olaraq təyin edilə bilər. (cild 1, iş vərəqə 151-153) Zərərçəkmiş şəxs ibtidai istintaqa təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, heç bir şikayəti yoxdur. (cild 1, iş vərəqə 164) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X2 Xəstəxanasının verdiyi xx.xx.2024cü il tarixli, 1/3360 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 ilk dəfə SHXÇÜDXnin Binəqədi Rayon İdarəsinin göndərişinə əsasən xx.xx.2014-cü il tarixindən xx.xx.2014cü il tarixinədək Bakı şəhəri 2 nömrəli X1 müayinədə olunmuşdur. Diaqnoz: “Mülayim ifadə olunmuş isterik nevroz, kobud özünükəsmələrlə, (mülayim ifadəli dissosiativ-konversion pozuntusu” Təkrarən Təqsirləndirilən şəxs2 SHXÇÜDX-nin Binəqədi Rayon İdarəsinin göndərişinə əsasən xx.xx.2018-ci il tarixində Bakı şəhəri 2 nömrəli X1 müayinəyə qəbul olunmuş və xx.xx.2018-ci il tarixində ərizəsinə əsasən müayinədən imtina etmişdir. Diaqnoz: “tam müayinə olunmayıb” Sonuncu dəfə, Təqsirləndirilən şəxs2 SHXÇÜDX-nin Binəqədi Rayon İdarəsinin göndərişinə əsasən xx.xx.2021-ci il tarixində Bakı şəhəri 2 nömrəli X1 müayinədə olmuşdur. Diaqnoz: “Yüngül ifadəli dissosiativ-konversion pozuntusu. Anamnezində özünükəsmələrlə” (cild 1, iş vərəqə168) Məhkəmə-tibbi ekspertizasının 16 avqust 2024-cü il tarixli, 15 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədənində döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edərək sol ağ ciyəri yaralayan və hemopnevmotorks ilə müşayiət olunan 01 ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Bu xəsarətlər iti deşici-kəsici alət (alətlərin) təsirindən törənmişlər və qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 10 iyun 2024-cü il tarixdə bıçağın tiyəsinin kəsər hissəsinin təsirindən əmələ gələ bilərdilər. Qeyd edilən xəsarətlərdən sol ağ ciyəri yaralayan hemopnevmotorks ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər xəsarət isə yəni döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlımlığa yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş başın sol təpə-ənsə nahiyələrinin əzilmişcırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarda qeyd olunan müddətdə, yəni 10 iyun 2024-cü il tarixdə əmələ gələ bilmələri inkar edilmir, qeyd olunan xəsarətlər müxtəlif şəraitdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənməsi hüquqi müstəvidə aydınlaşa bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlımlığa yüngül zərər vurmaya aiddir. (cild 1, iş vərəqə 168-172) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.2.4, 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 173-174) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-500/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 11 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 188-191) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-501/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 11 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 194-196) İbtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.2.1 və 221.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay, 06 (altı) ayadək, yəni 11 dekabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 221-222) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-557/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 11 dekabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 232-235) Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair müstəntiq tərəfindən verilmiş vəsatətin müdafiəsindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 saxlanıldığı BİT-dan azad edilmişdir. (cild 1, iş vərəqə 229-231) Başqa yerə gtməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 243-244, 246) Məhkəmə-bioloji ekspertizasının 30 sentyabr 2024-cü il tarixli, 657/2024-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi A(ll). Ekspertizaya təqdim olunmuş iki hissəyə ayrılmış qolsuz mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «A» antigeni alındı. Belə olan halda bu qan ləkələri Abeta(ll) qrupu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 1, iş vərəqə 247-251) Məhkəmə-tibbi kriminalistik ekspertizasının 27 sentyabr 2024-cü il tarixli, 469/MTKŞ- 2024 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın üzərində çoxsaylı kəsik xətləri var, bu kəsiklər fonunda maykanın üzərində çoxsaylı deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənməyə uyğun gəlir. (cild 1, iş vərəqə 253- 255) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05 avqust 2024-cü il tarixli, 2279 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik aşkar olunmur, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, komağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlaıı idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 söz götürməmək, hövsələsizlik, tez qərar vermək, emosionallıq kimi fərdi-psıxoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli imkanlarında gerilik əlamətlər aşkar edilmir. Cinayət əməiini törədərkən, onun psixi-emosional sferasında situasiya ilə əlaqədar hirslilik əmələ gəlmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik aşkar edilmədi. (cild 1, iş vərəqə 256-259) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05 avqust 2024-cü il tarixli, 2281 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 xasiyyətin isterik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, Təqsirləndirilən şəxs2 emosionallıq, inadkarlıq, qıcığa qarşı həssaslıq, nümayişkaranə davranışlara meyillilik, öz maraqlarını üstün tutmaq, konfliktə meyillilik və sair kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətlər aşkar edilmir. Cinayət əməlini törədərkən, onun psixi-emosional sferasında situasiya ilə əlaqədar hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır, Təqsirləndirilən şəxs2 etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. (cild 1, iş vərəqə 260-263) Sübutların qiymətləndirilməsi haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 27 iyun 2024-cü il tarixdə elan edilmiş ittihamda dəyişiklik olduğundan, həmin ittiham dəyişdirilərək ona CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 27 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda dəyişiklik olduğundan, həmin ittiham dəyişdirilərək ona CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, Zərərçəkmiş şəxs hadisə vaxtı sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri alması Azərbaycan Respublikası CM-nin 221 və 126-cı maddələri ilə tam əhatə olunduğundan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə əlavə ittihamın elan edilməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs1 barəsinda Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, Zərərçəkmiş şəxs, Şahid və şəxsiyyəti istintaqa məlum olmayan "Rəşad" adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, iş üzrə hadisə vaxtı zərər çəkmiş şəxsin əynində olmuş bir ədəd mayka xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün Nəsimi rayon polis idarəsinin maddi sübutlari saxlama otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 260-275) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-nin məhz 126.2.4-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Həmin cinayət əməlinin xuliqanlıq niyyəti ilə törədilməsi CM-nin 126.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxsin CM-nin 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, cinayətin məhz xuliqanlıq niyyəti ilə törədilməsi təsdiq olunsun. Xuliqanlıq niyyəti təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində qəsdən cinayət əməli törətmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Bu qəbildən olan cinayətlərin törədilməsində motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, həmin cinayətin törədiməsi prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, motiv (xuliqanlıq motivi) bu qəbildən olan cinayət əməllərini nəzərdə tutan maddələrdə cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Odur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Hazırkı iş üzrə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 CM-nin 126.2.4-cü madəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 10 iyun 2024-cü il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən "Heydər Əliyev” adına istirahət parkında fəaliyyət göstərən “Gülüm” çay evində olarkən Təqsirləndirilən şəxs1 həmin vaxt çay evinə daxil olan tanışı Zərərçəkmiş şəxs barəsində Şahid göndərdiyi xoşagəlməz səs yazısının səbəbinə aydınlıq gətirmək məqsədilə çölə çağıraraq parkın içərisində ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ilkin olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq edərək bədən nahiyələrindən qəsdən yumruq zərbələri vurmaqla sonuncuya başın sol təpə-ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirdikdən sonra o, Təqsirləndirilən şəxs1 xəbəri olmadan xuliqanlıq niyyətilə üzərində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən kürək nahiyəsindən iki zərbə vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol ağ ciyəri yaralayan hemopnevmotorks ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarət yetirmiş, bununla da o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş, yəni xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, hazırkı cinayət işi üzrə tədqiq edilmiş sübutların məcmusu (zərərçəkmiş şəxsin, şahidin ifadəsi, istintaq hərəkəti protokolları) onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2la zərərçəkmiş şəxs arasında mübahisənin yaranmasına və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə ağır xəsarət yetirməsinə səbəb sonuncunun Təqsirləndirilən şəxs2 dostu, yəni digər Təqsirləndirilən şəxs1 vurması nəticəsində onları aralamağa çalışan zaman Təqsirləndirilən şəxs2 yumruqla vurması olmuşdur. Yəni təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə deyil, zərərçəkmiş şəxsin hüquqa və əxlaq qaydalarına zidd hərəkətlərinə (təqsirləndirilən şəxsi vurması) görə ondan qisas almaq niyyəti ilə cinayət əməlini törətmiş, yəni zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2la münasibətləri normal olmuş, o, digər təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ilə dava edən zaman Cavid Fərid və onu aralamaq üçün onu çəkişdirmiş, buna görə o Cavidə yumruq atmış, bu səbəbdən Cavid onu vurmuşdur. Məhkəmə qeyd etməyi zəruri bilir ki, qəsdən sağlamlığa ağır zərərvurma cinayət hadisəsi Zərərçəkmiş şəxs ilə digər Təqsirləndirilən şəxs1 arasında mövcud olmuş mübahisə nəticəsində yaranmış, hadisənin təşəbbüskarı Zərərçəkmiş şəxs olmuş, münaqişə zərərçəkmiş şəxsin hüquqazidd hərəkətləri və təşəbbüsü ilə başlanmışdır. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarında mövcud olmuş mübahisənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi məhkəmə araşdırması zamanı tam təsdiq olunmuşdur. Məhkəmə istintaqında da Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs mübahisə və dalaşmanın Təqsirləndirilən şəxs2 təşəbbüsü ilə deyil, Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlaması, sonuncu tərəfindən təqsirləndirilən şəxsin yumruqla vurulması bir daha onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli düzgün olmayaraq xuliqanlıq niyyəti kimi qiymətləndirilmişdir. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 xuliqanlıq motivindən çıxış etməsi qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, onun hərəkətləri xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma kimi deyil, məhz şəxsi münasibətlər zəminində baş vermiş hadisə kimi qiymətləndirilməlidir. Cinayət işi materiallarının tədqiqi və yuxarıda istinad edilən Plenum Qərarları onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmasında xuliqanlıq niyyəti olmasa da, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına zərər vurmada ifadə olunur. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, ya da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Xuliqanlıq niyyəti ilə törədilən əməl çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 əsassız olaraq AR CM-nin 126.2.4-cü maddəsi ilə ittiham verilmiş, nəticədə onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmamış, onun əməlində AR CM-nin 126.2.4-cü maddəsinin deyil, AR CM-nin 126.1-ci maddəsinin tərkibinin olması həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmiş şəxs və şahid ifadəsi, o cümlədən, iş materiallarında olan sübutlarla təsdiq olunduğundan Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. İlk öncə qeyd etmək zəruridir ki, əməlin tövsifi bilavasitə törədilmiş cinayət hadisəsinin müvafiq sübutlar əsasında düzgün rekonstruksiyası olmadan mümkün deyildir. Belə ki, hazırki əməlin AR CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün cinayət tərkibinin bütün zəruri elementləri ilə sözügedən normanın dispozisiyasının zəruri elementlərinin uyğunluğu ilk öncə müəyyən edilməlidir. Əksinin olması əmələ düzgün olmayan hüquqi qiymət verilməsi və cinayət mühakimə icraatının vəzifəsinin tam yerinə yetirilməməsi ilə nəticələnə bilər. Hökmün təsviri hissəsində istinad edilən zərər çəkmiş şəxs, şahidin və təqsirləndirilən şəxslərin məhkəmə baxışı zaman verilmiş, habelə məhkəmədə elan edilmiş ifadələri törədilmiş cinayət hadisəsini rekonstruksiya etməyə imkan verməklə əməli AR CM-nin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə tövsif etməyə əsas verir Bundan əlavə, məhkəmə kollegiyası ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməlinin həmçinin CM-in 221.3-cü maddəsi ilə, digər Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı gəlinən nəticə ilə razılaşaraq qeyd edir ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Lakin təqsirkar xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərərçəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl CM-in 221-ci maddəsi ilə yanaşı, CM-in 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır. Eləcə də, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Cinayət işi materiallarının tədqiqi və yuxarıda istinad edilən Plenum Qərarları onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmasında xuliqanlıq niyyəti olmasa da, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin, digər Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Məhz həmin sübutların məcmusu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə CM-nin 221.2.1-ci maddəsi ilə onlara istinad edilən cinayət əməllərini törətmələrinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Onların həmin əməlləri törətmələri özlərinin ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdikləri ifadələri, zərərçəkmiş şəxs və şahid ifadəsi, işin faktiki halları, cinayət işinin materialları, istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və biri digərinə uyğun gələn digər sübutlarla təsdiq edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 şifahi vəsatət verərək cinayət işinin materiallarında olan bir neçə imzanın Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmədiyini, qeyd edilən halların araşdırılması üçün cinayət işi üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini, cinayət işi materiallarında məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs tərəfindən hansı imzaların onun tərəfindən icra olunmasının müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiə tərəfinin qeyd edilən vəsatəti təmin edilmiş, cinayət işi üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 14 fevral 2025-ci il tarixli, 4/203 saylı rəyi məhkəmə tərəfindən tədqiq edilmiş və müdafiəçinin vəsatətdə qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə-xətşünaslıq ekspertizasının 14 fevral 2025-ci il tarixli, 4/203 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 48-ci vərəqində olan xx.xx.2024-cü il tarixli bildirişdə " İmza: grafasındakı imza; 49-cu vərəqində olan xx.xx.2024-cü il tarixli ərizədə "İmza:" qrafasındakı imzadan; 50-ci vərəqində olan 14 saylı Vəkil Bürosunun vəkillərinin siyahısında "İmza:" qrafasındakı imzadan; 51-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda "İmza:" qrafasındakı imzadan; 57-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda "Şübhəli şəxs: qrafasındakı imzadan; 58-ci vərəqində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərarda "Şübhəli şəxs:" qrafasındakı imzadan; 60-cı vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imzadan; 61-62-ci vərəqlərində olan bildirişdə "Şübhəli şəxs:" qrafasındakı imzadan; 63-cü, 64-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli protokollarda "Şübhəli şəxs: qrafasındakı imzalar; 65-67-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun 1-2-ci vərəqlərinin aşağısındakı imzalar, 3-cü vərəqində "Şübhəli şəxs: qrafasındakı imza; 85-86-cı vərəqlərində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.20024-cü il tarixli qərarın 2-ci vərəqində "Təqsirləndirilən şəxs: qrafasındakı imza; 92-93-cü vərəqlərində olan bildirişin 2-ci vərəqində "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 94-cü, 95-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli protokollarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imzalar; 96-98-ci vərəqində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-2-ci vərəqlərinin aşağısındakı imzalar, 3-cü vərəqində "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 112-ci vərəqinde olan xx.xx.2024-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs: qrafasındakı imza; 128-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 136-cı, 137-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli protokollarda "Teqsirləndirilən şəxs:" qrafasındakı imzalar; 157-ci, 158-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli protokollarda "Təqsirləndirilən şəxs:" qrafasındakı imzalar, 192-ci, 193-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli protokollarda "Təqsirləndirilən şəxs:" qrafasındakı imzalar; 295-296-ci vərəqlərində olan xx.xx.20024-cü il tarixli qərarın 2-ci vərəqində olan "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 297-298-ci vərəqlərində olan bildirişin 2-ci vərəqində olan "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 299-cu, 300-cü, 301-ci, 302-ci, 303-cü, 304-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli protokollarda "Təqsirləndirilən şəxs:" qrafasındakı imzalar, 305-307-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-2-ci vərəqlərinin aşağısındakı imzalar, 3-cü vərəqində "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 309-cu vərəqində olan ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs:" qrafasındakı imza, 312-ci vərəqində olan təqsirləndirilən səxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında xx.xx.2024 cü il tarixli protokolda "Təqsirləndirilən şəxs: qrafasındakı imza - Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 hərəkətlərində müvafiq olaraq CM-in 126.1 və 221.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 isə CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 isə CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməl cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına, 221.2.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş əməllər isə cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Məhkəmə tərəfindən CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iş üzrə cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbin olmamasını, əməllərindən peşman olmalarını və ilk dəfə cinayət məsulliyətinə cəlb olunmalarını iş üzrə cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcələrini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, həmçinin digər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmanı mümkün hesab edir. Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır və şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən hallar kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını, əməlindən peşman olmasını və ilk dəfə cinayət məsulliyətinə cəlb olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasının mümkünlüyünə dair nəticəyə gələrkən, onun cəzasını yüngülləşdirən halları, eləcə də cinayət əməlinin törədildiyi dövrdən hal-hazıra qədər keçən vaxt ərzində təqsirləndirilən şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını xüsusi qeyd edir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzaları şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Probasiya İdarəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 25 iyun 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, 27 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 27 iyun 2024-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 hazıradək həbsdədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Bundan başqa məhkəmə hesab edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasınanəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 25 iyun 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, 27 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 27 iyun 2024-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablanmış, 11 oktyabr 2024-cü il tarixdə həbsdən azad edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, ona qəti cəza təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 112 (bir yüz on iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 25 iyun 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 16 (on altı) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 02 (iki) gün kimi nəzərə alınsın, həmin müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs2 112 (bir yüz on iki) manat məbləğində ekspertiza xərcləri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, xüsusi müsadirə edilməli olan əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Hafiz Kamranov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar